Məhkəmə qərarları › İş №1(100)-158/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-158/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-158/2025 07.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 (bir) ədəd “DAVİDOFF” markalı siqaret qutusunda olan 11 (on bir) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,697 qram, 0,720 qram, 2,148 qram, 1,316 qram, 0,721 qram, 0,676 qram, 0,752 qram, 0,701 qram, 0,699 qram, 0,738 qram və 0,725 qram olmaqla, ümumi təmiz çəkisi 9,893 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 (bir) ədəd “KENT” markalı siqaret qutusunda olan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,665 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan qırmızı rəngli uzunqol gödəkçənin sol yan cibində saxlamış, 24 oktyabr 2023-cü il tarixdə, saat 17:45 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tovuz şəhəri, Şəhriyar küçəsində, yolun kənarında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 19:45 dəqiqədən saat 20:10 dəqiqəyədək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd “DAVİDOFF” markalı siqaret qutusunda olan 11 (on bir) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri, 0,697 qram, 0,720 qram, 2,148 qram, 1,316 qram, 0,721 qram, 0,676 qram, 0,752 qram, 0,701 qram, 0,699 qram, 0,738 qram və 0,725 qram olmaqla, ümumi təmiz çəkisi 9,893 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd “KENT” markalı siqaret qutusunda olan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,665 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin onun əynində olan qırmızı rəngli uzunqol gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikasının CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində olmuş, daha sonra Tovuz rayonuna qayıtmışdır. O Tovuz rayonunda olan zaman süd almaq üçün Oba marketə getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu tutub aparmışlar. Həmin vaxt onun üzərindən 2 ədəd siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin qutuların içərisində patı adlanan narkotik vasitə olmuşdur. O çəkisini bilməmişdir. O həmin narkotik vasitəni yoldan tapmışdır. O qutuları Bakı şəhərində axşam saatlarında Ramanı istiqamətində evə gedən zaman tapmışdır. Həmin qutular “Davidoff” və “kent” qutuları olmuşdur. Həmin vaxt o qutuları görmüş və götürüb çibinə qoymuşdur. Marketə gedən zaman o tutulmuşdur.O heç vaxt narkotik maddənin satışı ilə məşğul olmamış,lakin istifadəçisi olmuşdur.Məhkəmədən narkotik vasitənin istifadəçisi olması və ağır ankoloji xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını məhəkəmədən xahtş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri üzərində daşıması ilə məşğul olması barədə olmuşdur. Bununla bağlı şöbədə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun rəhbəri o təyin edilmişdir. Onlar Tovuz rayonunun ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim etmiş və sonuncunuTovuz rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik maddə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində daşıdığını və Bakı şəhərində Maqa ləqəbli, Məhəmməd adlı şəxsdən hər qramına 30 manat verərək aldığını bildirmişdir. Narkotik vasitə və psixotrop maddələr qanunda nəzərdə tutulan qaydada İ.Rəsulovadan götürülmüş və rəsmləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması ilə bağlı onlara məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Bundan sonra o və Şahid1 əmələiyyat tədbiri keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı rayona getmişlər. Onlar Təqsirləndirilən şəxs yerini müəyyən etmiş,Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və sonuncunu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt şöbəyə təhqiqatçı da gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüş və rəsmləşdirilmişdir. 24 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri X2 27 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərar ləğv edilmiş və təqsirləndirilən şəxsin barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilməsi təklif edilmişdir. Tovuz rayon məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli 4(062)-49/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(104)-212/2023 saylı qərarından görünür ki, apellyasiya protesti qismən təmin edilmiş, Tovuz rayon məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 4(062)-49/2023 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 25 fevral 2023-cü il tarixədək müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:45 dəqiqədən saat 20:10 dəqiqəyədək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli uzunqol gödəkçənin sol yan cibindən 11 (on bir) ədəd ümumilikdə 10,70 qram çəkidə psixotrop maddə olan metamfetaminə və 01 (bir) ədəd ümumilikdə 1,35 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmış və möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 25 oktyabr 2023-cü il tarixli, 16/1121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroinə bənzər maddələr” yazı və imzalar olan kağız paketdəki: -1 (bir) ədəd “DAVİDOFF” markalı siqaret qutusunda olan 11 (on bir) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,697 qram, 0,720 qram, 2,148 qram, 1,316 qram, 0,721 qram, 0,676 qram, 0,752 qram, 0,701 qram, 0,699 qram, 0,738 qram, 0,725 qram, ümumi təmiz çəkisi 9,893 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindirlər, tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqat zamanı 0,55 qram metamfetamin sərf edilmişdir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”–in siyahısına (Siyahı l) daxildir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd KENT markalı siqaret qutusunda olan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,665 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqat zamanı 0,05 qram heroin sərf edilmişdir. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 695 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin isterik çizgiləri) aşkar edilməsinə baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 22 gün müdətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkib qurtarmışdır. 31 yanvar 2024-cü il tarixli “Sübuların qiymətləndirilməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib əynindəki qırmızı rəngli uzunqol gödəkçənin yan cibində saxladığı 0,665 qram çəkidə narkotik vasitə olan heroin və 9,893 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmışdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 7(062)-5/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Sinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(101)-880/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (altı) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 (üç) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tovuz rayon poliklinikasında verilmiş xəstənin ambulator-stasionar tibbi kartoçkasından çıxarışdan görünür ki, X5 İİ qrup əlil olmaqla, sağ yumurtalığın süd (kistoz) şişi xəstəliyindən əziyyət çəkir. Belələiklə, istintaq orqanı tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və metamfetamini əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroin və metamfetamin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetamin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetamin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik və psixcotrop maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs təmiz çəkisi 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetamin satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik vasitə və psixotrop maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroni və psixotrop maddə meafetamini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroin və metamfetamin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroni və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi olaraq (ifadəsində kimdən və hansı qiymətə alması) verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetaminin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-ci maddəsinə əsasən İİ qurp əlil olmaqla onkolji vəstəlikdən əziyyət cəkməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını tam çəkib qurtarımışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar resdiv yaratmadığından, Təqsirləndirilən şəxs barəsində əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, onun əvvəlki məhkumluğu residiv yaratmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Tovuz Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 60 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək bu iş üzrə iki gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,615 qram çəkidə narkotik vasitə olan heroin və 9,343 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, narkotik vasitənin məhv edilməsi Tovuz Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 60 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar