Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-159/2020 18.06.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ x19 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin x19 Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x2, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bərdə rayonu Məmmədli kənd orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 07 fevral 2020-ci il tarixdə saat 08:45 radələrində St.Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 60-cı kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin - relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir kimi tələblərini pozaraq əks hərəkət zolağı ilə Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən avtomobilini qarşı hərəkət zolağına çıxarması nəticəsində avtomobillər toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2107” markalı avtomobildə olan sərnişin x13 başın sağ gicgah-təpə nahiyəsinin hematoması, döş qəfəsi nahiyəsinin qançırları, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ, sol İİİ-İV-V qabırğaların sınıqları, ağ ciyərlərin yaralanmaları, sağ bud nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ölümünə, habelə Zərərçəkmiş şəxs 2450 (iki min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyləri, istintaq hərəkəti protokolları, eləcə də digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, lakin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almamışdır. 07 fevral 2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ-2107” markalı avtomobillə kənddən çıxıb Bərdə rayonunun mərkəzinə getmiş, həmin vaxt həmkəndlisi Adilə Əzizova da avtovağzala getmək üçün arxa oturacaqda oturaraq onunla getmişdir. Saat təxminən 08:45 radələrində o, St.Mingəçevir-Mingəçevir- Bəhrəmtəpə yolu ilə Mingəçevir istiqamətində hərəkət edib yol ayrıcına çatarkən qarşı yolla gələn “VAZ-2106” markalı avtomobilin 20-30 metr məsafədə olduğunu görüb sola, yəni Bərdə rayon mərkəzinə gedən yola dönmüş və bu zaman “VAZ-2106” markalı avtomobil sürətlə gəlib ona çataraq avtomobilinin arxa sağ qapısı ilə toqquşmuşdur. Hadisə nəticəsində Adilə huşunu itirmiş, o isə heç bir xəsarət almamışdır. Hadisə yerində olan tanımadığı şəxslərlə başqa bir “VAZ-2106” markalı avtomobillə Adiləni Bərdə xəstəxanasına yola salmış, sonra isə başqa avtomobillə özü də xəstəxanaya getmişdir. Bir qədər sonra isə Adilənin vəfat etdiyini bilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi x10 ifadəsində göstərmişdir ki, 07.02.2020-ci il tarixdə səhər saatlarında Adilə Bərdə rayonunun mərkəzinə getmək üçün həmkəndlisi Təqsirləndirilən şəxsla birlikdə ona məxsus “VAZ- 2107” markalı avtomobillə kənddən çıxmışdır. Saat təxminən 09 radələrində Rizvan müəllimin St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisində keçən hissəsində qəza törətməsini və Adilənin yaralandığından Bərdə rayon mərkəzi xəstəxanasına aparıldığını bilmişdir. O dərhal oğlu və digər qohumları ilə birlikdə həmin xəstəxanaya getmiş və orada Adilənin artıq rəhmətə getdiyini öyrənmişlər. Hadisənin necə baş verməsi barədə maraqlanan zaman məlum olmuşdur ki, Rizvan müəllim St.Mingəçevir- Bəhrəmtəpə yolu ilə Mingəçevir istiqamətində hərəkət edib Bərdə rayonuna getmək üçün sola dönən zaman Mingəçevir istiqamətindən gələn “VAZ-2106” markalı avtomobillə Rizvan müəllimin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşmuşdur. Adilə arxa sağ tərəfdə oturduğundan və zərbə də həmin istiqamətdə baş verdiyindən ciddi xəsarət almamışdır. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış, on qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 fevral 2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mingəçevir şəhərindən çıxıb Ağcabədi rayonuna getmişdir. Saat təxminən 08:45 radələrində idarə etdiyi avtomobillə st.Mingəçevir-Mingəçevir-Bəhrəmtpə yolu ilə Bəhrəmtəpə istiqamətində hərəkət edərkən Bərdə rayonu ərazisində qarşıdan üzbəüz gələn “VAZ-2107” markalı avtomobil qəflətən sola dönmək üçün onun yoluna daxil olmuş, bu zaman aralarında məsafə yaxın olduğundan o, heç bir tədbir görə bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa sağ qapısına dəymişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, digər avtomobildə olan sərnişin qadın huşunu itirmiş və onu yol maşını ilə Bərdə RMX-ya yola salmış, özü isə hadisə yerində qalmışdır. Hazırda təqsiləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 fevral 2020-ci il tarixli protokoldan, sxemdən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə St.Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun 60-cı kilometrliyində baş vermişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbiekspertizasının 07 fevral 2020ciiltarixli07nömrəli rəyindəngörünürki,x12 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın sağ gicgah-təpə nahiyəsinin hematoması, döş qəfəsi nahiyəsinin qançırları, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ, sol İİİ-İV-V qabırğaların sınıqları, ağ ciyərlərin yaralanmaları, sağ bud nahiyəsinin qançırı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümündən az vaxt əvvəl törənmişdir, 07.02.2020-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum x12 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. Mərhum x12 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 4-6 saat olar baş vermişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2020-ci il tarixli 8/151 nömrəli rəyindən görünür ki, “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilən 07.02.2020-ci il tarixli 166 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş, onda alkoqol sərxoşluğu əlaməti olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Dövlət x20 28 fevral 2020-ci il tarixli 016-19587-1220 nömrəli məktubundan görünür ki, İdarənin Qeydiyyatimtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmədə tədqiq edilən Minik və x11 Xidmət “x21” ASC-nin 27 fevral 2020-ci il tarixli 31 nömrəli ziyan aktından görünür ki,yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və təmir xərcləri nəzərə alınmaqla 2450 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyəti Başcısının Məmmədli kənd x18 üzrə nümayəndəliyinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Məmmədli kəndində yaşayır, 01.03.1965-ci il təvəllüdlü arvadı x4, 12.09.1990-cı il təvəllüdlü oğlu x7, 28.02.1987-ci il təvəllüdlü oğlu x8, 12.04.1992-ci il təvəllüdlü gəlini x5, 17.08.2013-cü il təvəllüdlü nəvəsi x6 və 01.01.2015-ci il təvəllüdlü nəvəsi x9 ibarət ailə tərkibi vardır, 1-ci qrup gözdən əlil oğlu x14 onun himayəsindədir. Məhkəmədə tədqiq edilən Bərdə rayon Təhsil Şöbəsi A.Tağıyev adına Məmmədli kənd tam orta məktəbin 12.03.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən 05 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən AD №405298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə tədqiq edilən 27 aprel 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilmişlər və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəməyə təqdim edilən zərərçəkmiş şəxsin hüquqi varisi x2 və zərərçəkmiş Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1-ci qrup gözdən əlil övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir. Qanunun yuxarıda göstərilən tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssəsinə daxil olub qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtələrini pozmadığından həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini lazım bilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınan “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 100 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 12 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olub qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut qismində tanınan “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində x19 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-159/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-159/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver