Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-159/2022 15.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci ildə Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-nin satış üzrə nümayəndəsi işləyən, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, Qazax rayonu, İkinci Şıxlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Hüseynov X24 Mamed Həşim oğlu, X42, X18, Şahid2, X6, X13, Şahid1, X29, X14, X15, X30, X7, X39, Şahid3, X31 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda nağd pul vəsaitlərinin təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Belə ki, 2016-cı ilin yanvar ayının əvvəllərində Şahid2, X18, X27, X42 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda nağd pul vəsaitlərinin təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə keçirilməsinə dair qabaqcadan razılığa gəlmişlər. Bu məqsədlə onlar tanışları Təqsirləndirilən şəxs, X13, Şahid1, X29, X14, X15, X30, X7, X39, Şahid3, X31 və qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup yaratmışlar. Bundan sonra, dəstə üzvlərinin ümumi cinayətkar niyyətinə əsasən Şahid2 tapşırığı ilə cinayətkar qrupun digər üzvü Şahid1 Təqsirləndirilən şəxs, Şahid3 və qeyrilərilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 may 2017-ci il tarixdə ******* Rusiya rublunu 10483 saylı bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə, külli miqdarda nağd pul vəsaitini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Bundan başqa, dəstə üzvlərinin ümumi cinayətkar niyyətinə əsasən Şahid2 tapşırığı ilə cinayətkar qrupun digər üzvü Şahid1 Təqsirləndirilən şəxs, Şahid3 və qeyrilərilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 may 2017-ci il tarixdə ******* Rusiya rublunu 10512 saylı bəyannamə, 21 may 2017-ci il tarixdə ******* Rusiya rublunu 10518 saylı bəyannamə, 23 may 2017-ci il tarixdə ******* Rusiya rublunu 10543 saylı bəyannamə, 24 may 2017-ci il tarixdə ******* Rusiya rublunu 10562 saylı bəyannamə, 25 may 2017-ci il tarixdə 61460 ABŞ dollarını 10582 saylı bəyannamə, 03 iyul 2017-ci il tarixdə ******* Rusiya rublunu 11253 saylı bəyannamə, 07 avqust 2017-ci il tarixdə 450000 ABŞ dollarını 11966 saylı bəyannamə, 13 avqust 2017-ci il tarixdə 200 000 ABŞ dollarını 12118 saylı bəyannamə, 24 sentyabr 2017-ci il tarixdə 240000 ABŞ dollarını 13208 saylı bəyannamə, 01 oktyabr 2017-ci il tarixdə 280000 ABŞ dollarını 13354 saylı bəyannamə, 02 oktyabr 2017-ci il tarixdə 160000 ABŞ dollarını 13364 saylı bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə, ümumilikdə 18 may 2017-ci ildən 21 oktyabr 2017-ci ilədək olan dövr ərzində cəmi 1.391.460 ABŞ dolları (2.365.788 manat), 28.223.050 Rusiya rublu (790.245,4 manat) məbləğində külli miqdarda nağd pul vəsaitini təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Bundan sonra, dəstə üzvlərinin ümumi cinayətkar niyyətinə əsasən Şahid2 tapşırığı ilə cinayətkar qrupun digər üzvü Əliyev X20 Nadir Şofiq oğlu, Şahid1 və qeyrilərilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 sentyabr 2017-ci il tarixdə 20000 ABŞ dollarını 13114 saylı bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə, külli miqdarda nağd pul vəsaitini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Bundan başqa, dəstə üzvlərinin ümumi cinayətkar niyyətinə əsasən Şahid2 tapşırığı ilə cinayətkar qrupun digər üzvü Əliyev X20 Nadir Şofiq oğlu, Şahid1 və qeyrilərilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 sentyabr 2017-ci il tarixdə 15000 ABŞ dollarını 13121 saylı bəyannamə, 01 oktyabr 2017-ci il tarixdə 40000 ABŞ dollarını 13355 saylı bəyannamə, 08 noyabr 2017-ci il tarixdə 20000 ABŞ dollarını 14183 saylı bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə, ümumilikdə 20 sentyabr 2017-ci ildən 08 noyabr 2017-ci ilədək olan dövr ərzində cəmi 95.000 ABŞ dolları (161.500 manat) məbləğində külli miqdarda nağd pul vəsaitini təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Bundan sonra, dəstə üzvlərinin ümumi cinayətkar niyyətinə əsasən Şahid2 tapşırığı ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs Şahid1, Şahid3 və qeyrilərilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 oktyabr 2017-ci ildə 13465 saylı bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə, 410.000 ABŞ dolları (697.000 manat) məbləğində külli miqdarda nağd pul vəsaitini təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən Tovuz Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan gömrük nəzarətindən gizli və bəyan etməməklə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləmişdir. 2017-ci ilin avqust ayında öz ərizəsilə işdən azad edilmişdir. Həmin vaxt işsiz olduğu üçün qardaşı Şahid1 ona, Azərbaycan Respublikasından Gürcüstana pul vəsaitlərinin keçirilməsində yardım etdiyi halda müəyyən miqdarda xərclik üçün pul vəsaitləri verəcəyini təklif etmiş, o, isə Bayramla razılaşmışdır. Azərbaycan Respublikasının ərazisindən 10.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin çıxarıldığına icazə verildiyindən qardaşı Şahid1 sərhəddən keçirməli olan məbləği o, Şahid2, Şahid3 və digər şəxslər arasında bölərək Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsini təşkil etmişdir. Pul vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikdən sonra onlar həmin vəsaitlərı neytral zonada toplayaraq Elnura, Həmidə, Bayrama təqdim edir, bundan sonra Gürcüstana rəsmi qaydada bəyan edərək keçirmişlər. O, qardaşı Bayramın göstərişinə əsasən bir neçə dəfə pul vəsaitlərini Azərbaycan Respublikasından keçirərək neytral zonada sonuncuya təqdim etmişdir. Bu vəsaitlərin keçirilməsi üçün qardaşı Bayram hər dəfə ona 20 manat məbləğində xərclik vermişdir. 13 sentyabr 2017-ci il tarixdə o, növbəti dəfə Bayramın göstərişi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən pul vəsaitlərini keçirərək neytral ərazidə sonuncuya təqdim etmişdir. Bayram onda olan vəsaitləri 10.000 ABŞ dolları olmaqla özü də daxil Nadir, Elnur, Həmid və pul keçirilən vaxt Gürcüstana gedən tanımadıqları şəxslər arasında bölmüşdür. Onlar Azərbaycan Respublikasının sərhədini keçərək Azərbaycan-Gürcüstan sərhədləri arasındakı neytral ərazidə pulları toplayır və Bayrama təhvil verirdilər. Bayramın xahişi ilə Gürcüstan Respublikasına pul keçirən tanımadıqları şəxslər məsələnin mahiyyətinə varmadan pulu Azərbaycan Respublikasının sərhədindən keçirərək neytral ərazidə Bayrama təqdim edirdilər. 15 sentyabr 2017-ci il tarixdə qardaşı Bayramın tapşırığı ilə pul vəsaitlərini Azərbaycan-Gürcüstan sərhədi arasındakı neytral əraziyə keçirmiş, həmin vaxt onun yanında onunla eyni kənddə yaşayan X40 olmuşdur. Asif Hüseynov məşğul olduğu xırda ticarətlə əlaqədar vaxtaşırı Gürcüstana səfərlər edirmiş. 15 sentyabr 2017-ci il tarixdə Asif növbəti dəfə Gürcüstana səfər etdiyindən Bayram ondan 10.000 ABŞ dolları məbləğində vəsaitləri Azərbaycan Respublikasının sərhədindən keçirərək Azərbaycan-Gürcüstan sərhədindəki neytral ərazidə ona təqdim etməsini xahiş etmişdir. 15 sentyabr 2017-ci ildə Asif Nadirlə birlikdə Bayramın xahişi ilə hərəsinə 10.000 ABŞ dolları məbləğində pul vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək Azərbaycan-Gürcüstan sərhədi ərazisindəki neytral ərazidə Bayrama təqdim etmişlər. 2017-ci ilin oktyabr ayında qardaşı Bayramın ona növbəti dəfə Azərbaycandan pul vəsaitlərini keçirmək lazım olduğunu bildirmiş, Bayramın göstərişi ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitlərini götürərək sərhəd keçid məntəqəsinə yaxınlaşmış, həmin vaxt Elnur, Həmid və Bayramın da onun yanında olduğunu bilmiş, hərəsinə 10.000 ABŞ dolları olmaqla pul vəsaitlərini bölərək Azərbaycan Gürcüstan sərhədi arasındakı neytral əraziyə geçirmişlər. Hər bir şəxsə 10.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin keçirilməsinə icazə verildiyi üçün onlar qalan vəsaitləri həmin vaxtı keçən təsadüfi adamlar arasında hər birinə 10.000 ABŞ dolları olmaqla bölmüşlər. Həmin vəsaitlərin keçirilməsi üçün Elnur və Bayram pul vəsaitlərini keçirən təsadüfi şəxslərə 20 manat məbləğində pul vermişdir. O, həmin şəxsləri tanımamışdır. Onlar bütün keçirilmiş vəsaitləri Bayrama təqdim etmişlər, Bayram öz növbəsində neytral ərazidə o, Elnur, Həmid və sərhəddən həmin zaman keçən və onun xahişi ilə pul vəsaitlərinin Azərbaycan Gürcüstan sərhədindəki neytral əraziyə keçirən təsadüfi şəxslərdən topladığı ümumilikdə 410.000 (dörd yüz on min) ABŞ dolları məbləğində pul vəsaitlərini ona təqdim etmiş, o isə həmin vəsaitləri götürərək Gürcüstan Respublikasının sərhəd-keçid məntəqəsinə yaxınlaşmış, bu vəsaitləri orada rəsmi qaydada bəyan etməklə Gürcüstan ərazisinə keçirərək orada Bayramla Elnurun dediyi şəxsə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Digər şəxsləri isə həmyerli kimi tanıyır. X44 Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləyirmiş. Nadir işdən ayrıldıqdan sonra o, bir neçə dəfə Nadirə Azərbaycanla Gürcüstan arasında olan neytral əraziyə pul keçirməyi təklif etmiş və hər dəfəsində qardaşı Nadirə 15-20 manat məbləğində pul vermişdir. Belə ki, Həmid, Nadir və Elnur birlikdə Azərbaycandan Gürcüstana keçirdikləri pullar X19 məxsus olmuş, Samir həmin pulları onlara mübadilə etmək üçün vermiş, adına Gürcüstanda bəyannamə tərtib edilməklə 18 may 2017-ci ildən 21 oktyabr 2017-ci ilədək olan dövr ərzində cəmi 12 dəfəyə 1.391.640 ABŞ dolları, 28.223.050 Rusiya rublu məbləğində valyutanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstana keçirmiş, bundan əlavə, qardaşı Təqsirləndirilən şəxs 06 oktyabr 2017-ci ildə 410.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstana keçirmiş, Şahid3 20 sentyabr 2017-ci il tarixdə iki dəfə olmaqla, yəni bir dəfə 15.000, bir dəfə isə 20.000 ABŞ dolları, 01 oktyabr 2017-ci il tarixdə 40.000 ABŞ dolları və 08 noyabr 2017-ci il tarixdə 20.000 ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Gürcüstana aparmış və Gürcüstan ərazisində gömrükdə bəyan etməklə Gürcüstana keçirmiş, Həmidə bu barədə tapşırığı Şahid2 vermiş, Elnur ona rus rubllarını Gürcüstana qaçaq yolla keçirməyi təklif etmiş və Həmid də onun təklifi ilə razılaşmış, qardaşı Nadirin adına bəyannamə tərtib edilməklə valyutanı Gürcüstanda adına bəyan etdirməklə Gürcüstana aparmasını Nadirə o demiş, bunu Elnur tapşırmış və o da Nadirə bu barədə demiş, Samir Nuriyevlə onlar arasında həmin pulların mübadilə olunmasına dair razılaşma olmuş, həmin pulların Gürcüstana aparmaları barədə heç kimə bildirməmiş, eyni zamanda, onlar Samirə də bu barədə heç nə deməmiş, Samir onların həmin valyutanı «Qırmızı Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstandan Azərbaycana keçən şəxslərlə dəyişdirdiklərini güman etmiş, əslində isə, onlar həmin valyutanı Gürcüstanda mübadilə edib geri qaytarmış, Samir onlar arasında danışıq bundan ibarət olmuşdur ki, Samir onlara rus rublu göndərmiş, onlar isə Samirin pulunu dolları mübadilə edib ona qaytarmış, Samirin deməsinə görə, həmin valyutalar onun özünə məxsus olmuş, Samir özünə məxsus rublları valyutaya çevirmiş, Elnurun tapşırığı ilə o, Həmid və Nadir Samirin göndərdiyi pulları Gürcüstanda Sərvər adlı şəxsdə mübadilə etmiş, o, və Nadir bir neçə dəfə də Sərvərin xahişi ilə onun pullarını da İstanbula apararaq onun dediyi şəxslərə vermiş, amma, Sərvərin nəyə görə İstanbula pul göndərdiyini isə bilməmiş, Samir ilə Elnur özü danışıb razılaşmış, onlara isə bu işi görməyi Şahid2 tapşırmış, onlar Elnurun tapşırığı ilə Samirin pullarını Gürcüstana keçirmiş, Elnurun tapşırığı ilə külli miqdarda rus rubllarını o, Həmid və Nadir öz adlarına bəyan etməklə Gürcüstana keçirmiş, sonra isə orda rublu ABŞ dollarına mübadilə edərək Gürcüstan və Azərbaycan gömrüyündə bəyan etmədən ABŞ dollarını Gürcüstandan Azərbaycana gətirmiş, Samir tərəfindən mübadilə üçün onlara göndərilmiş pulları qohumları Məmməd adlı şəxs onlara çatdırmış, bu barədə o, Elnur, Həmid və Nadirlə pul keçirməmişdən əvvəl razılaşma olmuş, pullar 10.000-10.000 ABŞ dolları ekvivalentində olmaqla Elçin Musayev, Telman Gülməmmədov, Vaqif Məmmədov, Akif, Vüqar və Musa adlı şəxslər arasında bölünmüş, Elnurun tapşırığı ilə həmin şəxslər pulları Azərbaycan tərəfdə bəyan etməməklə neytral əraziyə keçirmiş, orada pullar ona, Həmidə və Nadirə verilmiş, onlar isə pulları toplayaraq Gürcüstan tərəfində bəyan etməklə Gürcüstana keçirmiş və pulu Gürcüstanda Sərvərə çatdırmış, Samir və Sərvər bir-birlərini tanımamış və tanış olmamış, Sərvər Elnurun tanışı olmuş və onunla Elnur özü rublun dollara dəyişdirilməsi barədə danışmış, Sərvər də rublları dollara dəyişdikdən sonra onlar dolları artıq Gürcüstan gömrüyündə bəyan etmədən geri qaytarmış, Azərbaycan tərəfdən neytral əraziyə pul keçirən şəxslər arasında dolları o tərəfdə onlar hissələrlə bölüb vermiş, onlarda həmin pulları 10 min-10 min ABŞ dolları bölüb Gürcüstan tərəfində gömrükdə bəyan etmədən Azərbaycana gətirmiş, Sərvər dərhal bütün rublları dollara çevirə bilmədiyinə görə, o, bir neçə gün ərzində hissə-hissə rublları dollara dəyişib onlara qaytarmış, onlar da həmin dolları bir neçə gün ərzində eyni qaydada Azərbaycana gətirmiş, bu barədə də əvvəlcədən Elnur, Həmid, Nadir və onun arasında danışıq və razılaşma olmuş, pullar 10.000-10.000 olmaqla Elçin Musayev, Telman Gülməmmədov, Vaqif Məmmədov, Akif, Vüqar və Musa adlı şəxslər arasında bölünmüş, həmin şəxslər pulları gömrükdə bəyan etmədən Azərbaycan tərəfdə neytral əraziyə keçirmiş, orada pullar ona, Həmidə və Nadirə verilmiş, onlar isə pulları toplayaraq Gürcüstan tərəfində bəyan etməklə Gürcüstana keçirmiş, o, Həmid və Nadir pulu Gürcüstanda Sərvərdə dollara dəyişdikdən sonra dolları artıq Gürcüstan gömrüyündə bəyan etmədən geri qaytarmış, belə ki, Azərbaycan tərəfdən neytral əraziyə pul keçirən şəxslər arasında dollar o tərəfdə hissələrlə bölünüb verilmiş, onlar da həmin pulları 10 min-10 min dollar olmaqla hissələrə bölüb Gürcüstan tərəfində gömrükdə bəyan etmədən Azərbaycana gətirmiş, bu barədə də əvvəlcədən öz aralarında danışıq və razılaşma olmuş, Elnur ona, Nadir və Həmidə, habelə pulu neytral əraziyə keçirən şəxslərə ümumilikdə hər 100 min ABŞ dolları üçün 200 manat pul vermiş, o da hər adama bölünəndə hərəyə təxminən 20 manat düşmüş, Elnurun özünə də hər 100 min dolların keçirilməsi üçün cəmi 10 manata kimi pul düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nadir və Bayramın birlikdə Azərbaycandan Gürcüstana keçirdikləri pullar X19 məxsus olmuş, Samir həmin pulları onlara konvertasiya etmək üçün vermişdir. Şahid1 adına bəyannamə tərtib edilməklə 18 may 2017-ci ildən 21 oktyabr 2017-ci ilədək olan dövr ərzində külli miqdarda valyutanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 06 oktyabr 2017-ci ildə 410.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Həmin pullar Samir Nuriyevə məxsus olmuşdur. Samir Nuriyevlə onlar arasında həmin pulların konvertasiya olunmasına dair razılaşma olmuş, onlar həmin pulları Gürcüstana aparmaları barədə heç kimə bildirməmiş, Samir onların həmin valyutanı «Qırmızı Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstandan Azərbaycana keçən şəxslərdə dəyişdirdiklərini güman etdiyini onlara demiş, əslində isə, onlar həmin valyutanı Gürcüstanda konvertasiya edib geri qaytarmış, Samirlə onlar arasında danışıq onun göndərdiyi rus rublu və ya dolların konvertasiya edilib ona qaytarılması barədə olmuş, Samirin deməsinə görə, həmin valyutalar onun özünə məxsus olmuş və o, özünə məxsus pulları valyutaya çevirmişdir. Bayram və Nadir vasitəsilə Samirin göndərdiyi pulları Gürcüstanda Sərvər adlı şəxsdə konvertasiya etmiş, Bayram və Nadir bir neçə dəfə də Sərvərin xahişi ilə onun pullarını da İstanbula apararaq onun dediyi şəxslərə vermiş, amma, Sərvərin nəyə görə İstanbula pul göndərdiyini isə bilməmiş, özü pulları bilavasitə gömrükdən keçirməmiş, həmin pulları onun tapşırığı ilə Bayram və Nadir öz adlarına bəyan etməklə Gürcüstana keçirmiş, bu barədə onun Bayram və Nadirlə pul keçirilməmişdən əvvəl razılaşması olmuş, pullar 10.000-10.000 olmaqla Elçin Musayev, Telman Gülməmmədov, Vaqif Məmmədov, Akif, Vüqar və Musa adlı şəxslər arasında bölünmüş, həmin şəxslər pulları Azərbaycan tərəfdə bəyan etməməklə neytral əraziyə keçirərək Bayram və Nadirə vermiş, onlar isə pulları toplayaraq Gürcüstan tərəfində bəyan etməklə Gürcüstana keçirmiş, Bayram və Nadir pulu Gürcüstanda Sərvərə çatdırmış, Sərvər həmin rublları dollara dəyişdikdən sonra, onlar dolları artıq Gürcüstan gömrüyündə bəyan etmədən geri qaytarmış, belə ki, Azərbaycan tərəfdən neytral əraziyə pul keçirən şəxslər arasında dollar o tərəfdə hissələrlə bölünüb verilmiş, onlar da həmin pulları 10.000-10.000 bölünüb Gürcüstan tərəfində gömrükdə bəyan etmədən Azərbaycana gətirmiş, Sərvər dərhal bütün rublları dollara çevirib onlara qaytara bilmədiyi üçün neçə gün ərzində hissə-hissə rublları dollara dəyişib onlara qaytarmış, onlar da həmin dolları bir neçə gün ərzində həmin qaydada Azərbaycana gətirmiş, bu barədə də əvvəlcədən öz aralarında danışıq və razılaşma olmuş, Şahid3 da onun tapşırığı ilə Bayram, Nadirlə birlikdə Azərbaycandan Gürcüstana külli miqdarda valyutanı qaçaqmalçılıq yolu ilə aparmışdır. Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 adına rəsmiləşdirilmiş bəyannamələrdə göstərilən valyutanı həmin şəxslər onun tapşırığı ilə Azərbaycan tərəfində gömrükdə bəyan edilmədən Gürcüstan gömrüyündə bəyan etməklə Gürcüstana aparmış, belə ki, Nadir və Bayram kimi Həmid də eyni qaydada valyutanı qaçaq yolla Gürcüstana keçirmişdir. Pulları neytral əraziyə keçirən digər şəxslər kimi Nadir də hər dəfəsində təxminən 20 manat məbləğində pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015ci ilin fevral ayından 2017-ci ilin noyabr ayına kimi Qazax rayonun “Qırmızı körpü” adlanan ərazisində, gömrük məntəqəsinə yaxın olan hissədə valyuta mübadiləsi ilə məşğul olmuş, lakin, 2017-ci ilin noyabr ayında bu işin qanunsuz olduğunu dərk edib, daha bu işlə məşğul olmamağa qərar vermişdir. 20 sentyabr 2017-ci il tarixdə iki dəfə olmaqla, yəni bir dəfə 15.000, bir dəfə isə 20.000 ABŞ dolları, 01 oktyabr 2017-ci il tarixdə 40.000 ABŞ dolları və 08 noyabr 2017-ci il tarixdə 20.000 ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Gürcüstan ərazisində gömrükdə bəyan etmiş, «Doşu» ləqəbli Şahid2 ona 2017ci ilin sentyabr ayında Gürcüstana qaçaq yolla valyuta aparmağı və hər keçirilən 100 min ABŞ dolları və ya həmin ekvivalentdə olan rus rubluna görə 200 manat veriləcəyini təklif etmiş, Elnur həmin pulun da ,onunla bərabər pulların qaçaq yolla Gürcüstana keçirilməsində iştirak edən şəxslər arasında bölünəcəyini demiş, o da Elnurun təklifi ilə razılaşmış, Elnur Rus rubllarını Gürcüstana aparıb Marneulidə Sərvər adlı şəxsdə dollara mübadilə edib yenidən Azərbaycana qaytarmalı olduqlarını onlara demiş, Gürcüstana qaçaq yolla keçirəcəyi pulların kimə məxsus olduğunu bilməmiş, bu barədə Elnur ya da Bayram, Nadir ona heç nə deməmişdir. O, Elnur, Bayram və Nadir arasında həmin pulların mübadilə olunmasına dair razılaşma olmuş, Elnurun tapşırığı ilə o, Nadir və Bayram həmin valyutanı Gürcüstanda mübadilə edib geri qaytarmış, Elnur onlara rus rublu vermiş, onlar da həmin pulları mübadilə edib dollar şəklində Elnura qaytarmış, Elnurun tapşırığı ilə o, Bayram və Nadir onun verdiyi rus rubllarını Gürcüstanda Sərvər adlı şəxsdə mübadilə etmiş, o, Bayram və Nadir rus rubllarını öz adlarına bəyan etməklə Gürcüstana keçirmiş, bu barədə onların arasında pul keçirilməmişdən əvvəl razılaşma olmuş, pullar 10.000 ABŞ dolları ekvivalentində olmaqla Elçin Musayev, Telman Gülməmmədov, Vaqif Məmmədov, Akif, Vüqar və Musa adlı şəxslər arasında bölünmüş, həmin şəxslər pulları Azərbaycan tərəfdə neytral əraziyə keçirərək Bayrama, ona və Nadirə vermiş, onlar isə pulları toplayaraq Gürcüstan tərəfində bəyan etməklə Gürcüstana keçirmiş və Gürcüstanda Sərvərdə həmin rublları dollara dəyişdikdən sonra, Bayram, Nadir və o özü dolları artıq Gürcüstan gömrüyündə bəyan etmədən geri qaytarmış, Azərbaycan tərəfdən neytral əraziyə pul keçirən şəxslər arasında dollar o tərəfdə hissələrlə bölünüb vermiş, onlar da həmin pulları 10 min-10 min dollara bölüb Gürcüstan tərəfində gömrükdə bəyan etmədən Azərbaycana gətirmiş, Azərbaycan tərəfdə də həmin pullar gömrükdə bəyan edilməmiş, Sərvər dərhal bütün rublları dollara çevirib onlara qaytara bilmədiyinə görə belə alınmış, Sərvər bir neçə gün ərzində hissə-hissə rublları dollara dəyişib onlara qaytarmış, onlarda həmin dolları bir neçə gün ərzində həmin qaydada Azərbaycana gətirmiş, bu barədə də əvvəlcədən öz aralarında danışıb razılaşmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli 4/1016 nömrəli ekspert rəyindən görünür ki, 06 oktyabr 2017-ci il tarixli bəyənnamənin 1-ci vərəqəsinin üz tərəfindəki yazılar və həmin vərəqin aşağı hissəsində «Подпись физического лица» qrafasındakı imza, habelə 3-cü vərəqdə “06/10/2017” rəqəmlərindən aşağıda Təqsirləndirilən şəxs adında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli 4/1324-4/1356 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli fonoqramlarıdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DTX İV baş idarəsindən 17 yanvar 2018-ci il tarixli 7-90 saylı məktubla daxil olmuş CD diskə eyni tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs adına Gürсüstan gömrük sərhədində bəyannamə tərtib etməklə 06 oktyabr 2017-ci il tarixdə 410.000 ABŞ dolları məbləğində pul vəsaitlərini Gürcüstana keçirimişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DTX İV baş idarəsindən 23 may 2018-ci il tarixli 4/1789 saylı məktubla daxil olmuş 4695-2017 saylı, 4852-2017 saylı CD disklərə 09 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 ilə pul vəsaitlərinin qaçaq yolla keçirilməsi ilə bağlı mütəmadi danışıqlar aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" MMCdən 7-2051 saylı 22 oktyabr 2021-ci il tarixli məktubla daxil olmuş cinayət törətdiyi zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqların və anten göstəricilərinin kompyuter açıqlamasından görünür ki, pul vəsaitlərinin qaçaq yolla keçirildiyi vaxtlarda Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 arasında mütəmadi danışıqlar olmuş və Təqsirləndirilən şəxs həmin danışıqları apardığı yer Qazax rayonu, İkinci Şıxlı, “Sınıq körpü” ərazisi olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarına dair DTX AUBİ-dən 16/5-1660 saylı sentyabr 2021-ci il tarixli məktubla daxil olmuş məlumat blankına 04 oktyabr 2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan sərhəd keçid məntəqəsində öz adına pul vəsaitlərini bəyan etdiyi bəyənnamənin tarixi ilə, habelə qrupun digər üzvlərinin adlarına tərtib edilmiş bəyənnamələrin tarixləri ilə onun sərhədkeçmə məlumatları tam uyğunluq təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış maddi sübutun tanınması haqqında 04.01.2019-cu il tarixli qərardan görünür ki, X16 və digər şəxslərin telefon danışıqlar yazılmış 1 ədəd CD disk mühüm əhəmiyyət malik olduğundan, törədilmiş cinayəti birbaşa təsdiq etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 04 dekabr 2018-ci il və 24 iyun 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və 24 iyun 2021-ci il tarixli qərara əsasən barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyul 2021-ci il tarixli 11-21/622 və 11-21/623 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X38 qızı və qardaşı Şahid1 ilə birlikdə Qazax rayonu, İkinci Şixli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(100)-72/2019 nömrəli hökmündən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və 213- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla X3 qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 17 yanvar 2018-ci il tarixdən 21 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il, 01 (bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X12 təyin olunmuş 04 (dörd) il, 01 (bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Qazax rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü ilə X5 barəsində təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Qazax rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü ilə X9 təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə X9 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X42 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X32 təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən Şahid2 təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X39 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X28 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X31 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X21 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X10 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X4 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X22 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X11 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, X29 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən X23 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən Şahid1 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş və Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə maddəsinə əsasən Şahid3 təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, və 206.3.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Yuxarıda göstərilənlərlə yanaşı cinayətin əsas iştirakçıları barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunmasına, Təqsirləndirilən şəxs cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsinə, cinayətin üzərindən xeyli vaxt keçməklə əməlin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azalmasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, eyni zamanda onu cəmiyyətdən təcrid etmədən, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq tətbiq etməklə onun islah olunmasına nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 410 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübutların Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(100)-72/2019 nömrəli hökmünə əsasən həll olunması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs maddi imkanı olmadığından onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03 may 2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatlardan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübutların Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(100)-72/2019 nömrəli hökmünə əsasən həll olunması nəzərə alınsın. Cinayət işi üzrə 410 (dörd yüz on) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-159/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-159/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver