Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-159/2024 15.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X10 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrorayon, yataqxana 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 5,028 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən Gəncə Dövlət Universitetinin qızlar yataqxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 5,028 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 07 aprel 2023-cü il tarixdə axşam tərəfi saat 16-17 radələrində yaşadığı evdən çıxıb saçını kəsdirmək üçün bərbərxanaya getmişdir. Bərbərxanaya çatanda illərdir bərbərlik işlərini görən Elvinin əlində başqa işinin olmasını görmüş, Elvin də 10 dəqiqədən sonra onunla məşğul ola biləcəyini deyib gözləməsini xahiş etmişdir. O da oruclu olduğu üçün vaxt keçənə qədər gözləmək məqsədi ilə bərbərxananın qapısının qarşısına hava almağa çıxıb orada gözləmişdir. Həmin vaxtı 4 nəfər şəxsin onun avtomobilinə baxdıqlarını görüb sonunculara yaxınlaşmaq istədikdə həmin şəxslər özləri ona yaxınlaşmışlar. Həmin şəxslərin arasından bir nəfəri adını bilməsə də şəhər sakini və əməliyyatçı işləyən biri kimi üzdən tanımışdır. O, avtomobilini bərbərxanadan təxminən 15 metr aralıda saxlamışdır. Həmin şəxslər ona yaxınlaşıb qolundan tutaraq özləri ilə getməli olduğunu demişlər. O, sonunculardan nəyə görə getməli olduğunu soruşanda polis əməkdaşları rəisin tapşırığı olduğunu bildirmişlər. O, rəisin onunla nə işi olduğunu soruşanda polislər bu barədə məlumatlı olmadıqlarını demişlər. O da polislərlə birlikdə 2 saylı polis şöbəsinə getmişdir. Şöbədə onu inzibati binanın 3-cü mərtəbəsinə qaldıraraq Elşən adlı polis rəisinin otağına aparmışlar. Onu saxlayan şəxslər də Elşənin otağına gəlmişdir. Polis rəisi onunla salamlaşdıqdan sonra Bakıdan olan polis əməkdaşlarının onu istədiklərini demişdir. Daha sonra polis əməkdaşları ancaq narkotik vasitəni öz üzərinə götürüb gedəcəyi halda onu Bakıdan olan polis əməkdaşlarına verməyib bu formada yaxşılıq edəcəklərini bildirmişlər. O, polis rəisi Elşəndən Bakıdan olan polis əməkdaşları ilə onun nə əlaqəsinin olduğunu, çay satmaqla çay evi işlətdiyini, heç bir qanunsuz hərəkət etmədiyini, valideynlərinin xəstə olduğunu, ləkələnmək istəmədiyini və nəyə görə ona qarşı belə bir fikir olduğunu soruşanda Elşən Bakıdan olan polislərin nəyə görə belə bir şey istəməsini bilmədiyini, sadəcə belə olmalı olduğunu demişdir. O, bir daha vəziyyətinin nəzərə alınaraq ona qarşı belə hərəkət edilməməsini xahiş etmişdir. Elşən isə onlarla razılaşmağı, razılaşmadığı halda isə evinə silah və narkotik qoymağa, valideynlərini də şöbəyə gətirməyə məcbur qalacaqlarını bildirmişdir. Bu sözlərdən sonra o, yenə də valideynlərinin ağır xəstəlikdən əziyyət çəkdiyini və baş verənlərə dözməkdə çətinlik çəkəcəklərini bildirib onu buraxmalarını xahiş etmişdir. Elşən isə otaqda olan qadın alt paltarını ona göstərərək verilən narkotik vasitəni öz üzərinə götürmədiyi təqdirdə həmin paltarı ona geyindirəcəyini və biabır edəcəyini bildirib onu təhdid etmişdir. Bundan sonra onu Nəvai adlı polis əməkdaşının qəbuluna aparmışlar. Nəvai onu tanıdığını və yaxşı oğlan olduğunu, lakin başqa cür köməklik edə bilməyəcəklərini, yalnız onu Bakıdan olan polis əməkdaşlarına verməyərək belə formada köməklik edə biləcəyini bildirmişdir. O, Nəvaiyə çay satmaqla məşğul olduğunu və narkotiklə əlaqəsinin olmadığını demiş, lakin Nəvai oruclu olması səbəbi ilə onu yormamağını xahiş etmişdir. Nəvainin bu sözündən sonra o, bir daha sonuncuya yalvararaq onun da oruc olmasını və ona qarşı mərhəmət etməsini istəmişdir. Lakin Nəvai cavabında “Nə edəcəksən? Dövlət işindəmi işləyəcəksən?, get da türməyə, türmə kişi üçündür” demişdir. Bundan sonra onu yenidən polis əməkdaşı Elşənin otağına aparmışlar. O, bir daha Elşənə çay satmaqla məşğul olduğunu deyib ona qarşı belə hərəkətlərin edilməməsini xahiş etmişdir. Elşən isə ona “çay satan adam “Kia Optima” sürməz” deyib yanındakı digər polis əməkdaşlarına onu tutulub gətirilən şəxsləri döydükləri otağa aparmalarını tapşırmışdır. Həmin vaxt o, baş verənlər barədə tanışlarına məlumat verməsi üçün polislərdən öz telefonunu istəmişdir. Polislər də ona zəng etmək üçün icazə vermişlər. O, istifadəsində olan +99***-***-**-** mobil nömrədən 2 dəfə ardıcıllıqla dostu Turalın istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin sonuncu zəngi açmamışdır. O, məcbur olub Turala saxlanılaraq polis şöbəsinə gətirilməsi məzmununda mesaj yazmış və bu barədə qardaşına deməsini istəmişdir. Çünki həmin vaxt qardaşı Rusiya Federasiyasında olmuş, atası isə xəstə olduğu üçün o, baş verənlər barəsində valideynlərinin xəbər almasını istəməmişdir. Bir qədər sonra Tural ona zəng etmiş və onlar danışmışlar. Danışdıqdan yarım saat sonra Tural saxlanıldığı şöbəyə yanına gələrək onunla görüşmüşdür. Tural yanına gələndə o, sonuncuya haqsızlığa məruz qaldığını, narkotik vasitənin ayaqyolunda polis əməkdaşının cibinə qoyduğunu və onun heç bir təqsirinin olmadığını demişdir. Onu təxminən 3 saatdan çox müddət ərzində polis şöbəsində saxlamışlar. Müvəqqəti saxlama yerinə təhvil verən zaman saat 22:00 olmuşdur. Tutulmağının növbəti günü atası müvəqqəti saxlama yerinin qarşısına gəlmiş və ona qarşı olunan haqsızlıqlara dözməyib elə həmin gün də ölmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu öz avtomobili ilə şöbəyə aparmışlar, həmin vaxt avtomobilini özü idarə etmək istəsə də polis əməkdaşları buna icazə verməmiş, ona görə avtomobili polislərdən biri idarə etmiş, o isə arxada ortada əyləşmiş, hər iki tərəfində də polis əməkdaşları əyləşmişlər. Onu saxlayanların içərisində məhkəmədə şahid qismində dindirilmiş Emil və Müseyib adlı polis əməkdaşları olmamış, onu saxlayan polis əməkdaşlarının adlarını bilməmiş, lakin üzdən tanımışdır. Mobil telefonunu polis əməkdaşları şöbədə ondan almış, təxminən 1 saatdan sonra saxlanıldığı otağı dəyişdikdə tutulmağı barədə evə məlumat verməkdən ötrü mobil telefonunu vermələrini xahiş etmiş və polislər ona telefonunu qaytarmışlar. Mobil telefonu götürəndən sonra o, istifadəsində olan +99***-***-**-** mobil nömrədən 1 ya da 2 dəfə dostu Turala zəng etmiş, lakin sonuncu zəngi açmamış, o da Turala polislər tərəfindən saxlanılması və şöbədə olması barədə mesaj yazmışdır. Turala zəng edəndə saat təxminən 18:45 yaxud 18:47 olmuşdur. Onu 07 aprel 2023-cü il tarixdə axşam saat 6-ya işləmiş “Eksklüziv” adlı bərbərxananın qarşısından götürüb şöbəyə aparmışlar. O, heç vaxtı narkotik vasitə istifadə etməmiş, narkoloji ekspertizadan keçən zaman da narkotik vasitə istifadəçisi olmadığını demiş, həmçinin 08 aprel 2023-cü il tarixdə MSY-də olan zaman müstəntiq və vəkili yanına gələndə o, generalın adına ərizə yazaraq evinə baxış keçirilməsini xahiş edib narkotikdən uzaq olduğunu bildirmişdir. Müstəntiq və vəkil yanından getdikdən sonra əməliyyatçı onun yanına gələrək generalın onun saat və telefonunu istədiyini demiş, o da nə üçün istədiyini soruşduqda, əməliyyatçı bilmədiyini demişdir. Videoçəkiliş zamanı məcburiyyət qarşısında qalıb etirafedici ifadələr vermişdir. O, qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında da cinayət əməlini törətmədiyini, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və ona aidiyyətinin olmadığını demişdir. Onun əvvəllər heç bir polis əməkdaşı ilə ədavəti, münaqişəsi, ümumiyyətlə hazırkı vaxtadək hər hansı cinayət əməli ilə bağlı məhkumluğu belə olmamışdır. Polis şöbəsində ayaqyolunda Emil adlı polis əməkdaşı narkotik vasitəni ona verərək şalvarının cibinə qoymasını demişdir. Narkotik vasitə sellofanda siqaret kağızının içində bükülü vəziyyətdə olmuşdur. Həmin vaxt Emil ondan hansı marka siqaret çəkməsi ilə maraqlanmış, o da “Sobranie” markalı siqaret çəkdiyini demişdir. Emil qısa bir müddətdən sonra videoçəkiliş üçün aşağıdakı başqa otağa düşəcəklərini, orada çəkiliş olacağını, narkotik vasitəni “Dubay bazarı” adlanan yerdən keçən zaman yolun kənarında “Sobraine” markalı siqaret qutusu görüb götürdüyünü, nəticədə də narkotik vasitəni oradan tapdığını deməsini bildirmiş, o da sonuncu ilə razılaşmışdır. Ona qarşı heç bir fiziki təsir olmamış, yalnız psixoloji təzyiqlər göstərilmişdir. Polis əməkdaşlarının nə üçün belə etdiklərini bilməmiş, ola bilsin ki bir neçə ay əvvəl Amerikadan hazırda özünə məxsus olan “Kia Optima” markalı avtomobili sifariş edərək gətirməsi səbəb olmuşdur. Çünki şöbədə olan zaman niyə ona qarşı belə edildiyini, fəhləliklə məşğul olaraq çay satdığını, narkotik vasitənin istifadəçisi və ya satıcısı olmadığını deyən zaman polislər ona çay satan şəxsin “Kia Optima” markalı avtomobili olmasının mümkün olmadığını bildirmişlər. O, dostu Turalla polis şöbəsinin inzibati binasında polis əməkdaşı Elşən adlı şəxsin otağında görüşmüş, görüşüb söhbət edən zaman Elşən otaqdan çölə çıxmış, o da həmin vaxt orucunu açmışdır. Çünki dostu ona dönər gətirmişdir. O, yemək yeyərək baş verənlər barədə Turala danışmış, narkotikdən xəbəri olmadığını və polislərin cibinə narkotik qoyduğunu demişdir. Tural bir neçə dəfə otaqdan çıxaraq polis əməkdaşları ilə danışıb ona köməklik etmək istəsə də alınmamışdır. Turalın istifadəsində +99***-***-**-** mobil nömrə olmuş, +99***-***-**-** mobil nömrəsi isə digər dostu Akifə məxsus olmuşdur. Çünki o, saxlanılan günü dostu Akiflə də danışmış, sonuncuya şöbəyə gətirilməsini və tutulmasını deyərək qardaşına bu barədə məlumat verməsini xahiş etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onu axşam saat 6-ya işləmiş saxlamışlar, 6-ya qalmış şöbəyə aparmışlar, həmin gün saat 21:50yədək mobil telefonu da üzərində olmuşdur. Saxlanılarkən biri sadə, biri isə smartfon olmaqla iki mobil telefonu olmuşdur. İstifadəsində olan +99***-***-**-** mobil nömrə sadə, +99***-***-**-** nömrə isə smartfon tipli mobil telefonunda olmuşdur. Ona görə də o, Tural Əliyevə və digər şəxsə mesaj göndərəndə artıq polis əməkdaşları tərəfindən saxlanılmış, növbətçi hissədə də ondan mobil telefonu heç kim almamışdır. Polis şöbəsində olanda polislər onu öz otaqlarında saxlamışlar. Təxminən 1 saat saxlanıldıqdan sonra polis əməkdaşlarından zəng etmək üçün telefonunu vermələrini xahiş etmiş, sonuncular da telefonunu ona vermişlər. O da zəng edərək baş verənlər barədə qardaşına məlumat verməsi üçün Tural Əliyevi polis şöbəsinə çağırmış, çünki həmin vaxt atası xəstə olduğu üçün baş verənlər barədə bilməsini istəməmiş, qardaşı isə Rusiya Federasiyasında olmuşdur. O, Turala zəng etmiş, sonuncu da şöbənin qarşısına gəlib ona zəng etmiş, həmin vaxt telefonu saxlanıldığı otaqda masanın üzərində olmuş, polis əməkdaşları ona zəng gəldiyini demiş, o da zəngi açmışdır. Tural ona şöbənin qarşısında olduğunu demiş, o da polis əməkdaşlarına dostunun şöbənin qarşısında olduğunu bildirmiş, polis əməkdaşları bundan sonra növbətçi hissəni yığıb Turalın onun yanına gəldiyini bildirərək buraxmaları demişlər. Polislərin nə üçün Turalı onun yanına buraxdıqlarını bilməmişdir. Tural yanına gəldikdən sonra o, qol saatını, telefonunu və pulu sonuncuya vermiş, həmin vaxtı polis əməkdaşları Elşən, Şahid1 və Şahid2 orada olmuşlar. Polis şöbəsində Tural Əliyevə verdiyi smartfon tipli mobil telefonun içərisində +99***-***-**-** saylı mobil nömrə olmuşdur. Mesaj yazanda mobil telefonu üzərində olmuş, həmin vaxt hələ üzərində şəxsi axtarış aparılmamışdır. Üzərində şəxsi axtarış axşam saat 9-a qalmış aparılmışdır. Şəxsi axtarış üçün digər otağa aparılanda içərisində +99***-***-**-** mobil nömrə olan sadə telefonu CAB-ın rəisi Elşənin otağında qalmışdır. Çünki o, sadə mobil telefonu otaqda qoyub çəkiliş üçün digər otağa getmiş, videoçəkilişdən qayıdanda onu başqa bir otağa aparmışlar. Ona görə də polislər sadə mobil telefonunu sonradan ona təqdim etməmişlər. Həmin telefon barəsində qardaşı ilə maraqlanmış və sonuncunun dediyinə görə şöbədən həmin telefonun harada olması barədə soruşduqda ona Gəncə şəhər Baş Polis İdarəsində olmasını, Baş İdarədən soruşduqda isə Kəpəz şöbəsində olduğunu demişlər. Dostuna mesaj yazmaqda məqsədi polis tərəfindən tutulmağı barədə məlumat vermək olmuşdur. Qohumlarına tutulmağı barədə məlumat verməsi üçün elə bir şərait yaradılmamışdır. Onun yaşadığı ev Yevlax şosesinin yaxınlığında yerləşmişdir. Onun saxlanılma anı əks olunduğu görüntüdə mobil telefonunun olması görünmüşdür. +99***-***-**-** saylı mobil nömrə iş üzrə şahid qismində dindirilmiş Akif Məmmədova məxsus olmuş və o, saxlanılan günü sonuncu ilə danışmışdır. Mesaj yazdığı +99***-***-**-** saylı nömrə isə tanışına məxsus olmuşdur. Onu polis şöbəsində heç kim döyməmişdir. O, təzyiq altında olduğundan, yəni polislər valideynlərini şöbəyə gətirəcəklərini və evinə silah qoyacaqlarını dedikləri üçün video görüntüdə narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Saxlanılan zaman da əynində ağ köynək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq 2-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Şöbədə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş altında şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu narkotik vasitəni gəzdirməsi və istifadə etməsi barədə olmuş, ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə əməliyyat olsa da, satış faktı öz təsdiqini tapmamışdır. “Satış faktı öz təsdiqini tapmadı” dedikdə Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı və satacaq olduğu şəxsin müəyyən edilməsinin mümkün olmadığını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi təxminən 5, 6 və ya 7 qram olmuş, şifahi sorğu-sual zamanı sonuncu narkotik vasitəni haradansa tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aprel ayında “Qızlar” yataqxanasının yaxınlığında tutulmuş, sonuncu saxlanılan vaxtı hava qaralmış və axşam saat 19, 20, 21 və ya 22 radələri olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, həmin gün narkotik vasitələrlə bağlı bir neçə əməliyyat tədbiri təşkil etdiyi üçün şöbənin başqa əməkdaşları da orada olmuş və həmin əməkdaşlar Təqsirləndirilən şəxs yaxınlaşaraq şöbəyə dəvət etmiş, o isə yarana biləcək hər hansı mənfi vəziyyəti ələ almaq və təhlükəsizlik tədbiri görmək üçün kənarda dayanıb baş verənləri olduğu yerdən müşahidə etmişdir. Ona görə də o, saxlanılan zaman Təqsirləndirilən şəxs yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncuya yaxınlaşan digər 4-5 əməkdaşların konkret olaraq kimlər olmasını dəqiq xatırlamamış, xatırladığı qədəri ilə həmin şəxslərdən biri Orxan Heydərov olmuş və sonuncu Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs özünə məxsus avtomobil ilə şöbəyə gətirilmiş və həmin vaxtı hava qaranlıq olmuşdur. Saxlanılan vaxt sonuncunun üzərində hansı formada və rəngdə geyimlər olmasını xatırlamamışdır. Onlar gəldikləri avtomobili Təqsirləndirilən şəxs avtomobilinin yaxınlığında, yəni sonuncunun avtomobilini bir az keçib irəlidə saxlamışlar. Təqsirləndirilən şəxs saxlandığı yerdən şöbəyə gətirilənə qədər ümumilikdə 6-7 dəqiqə müddət keçmişdir. Təqsirləndirilən şəxs şöbəyə aparanda “Kia Optima” markalı avtomobilini özü idarə etməmiş, polislərdən biri idarə etmişdir. O, şöbəyə gedərkən Təqsirləndirilən şəxs avtomobilin hansı hissəsində oturmasını və avtomobili polislərdən kimin idarə etməsini dəqiq xatırlamamışdır. Saxlanılan zamanı və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təsir tətbiq edilməmiş, sonuncu da saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuş və özü könüllü olaraq təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid2 həmçinin bildirmişdir ki, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar onun tərəfimdən qəbul edilmiş, həmin qərarda əməliyyat tədbirində iştirak etmiş bütün şəxslərin adları qeyd edilmiş, “Əməliyyat qrupunun yaradılması haqqında” qəbul edilmiş əmrin 2 fərqli məzmununun mövcud olması barədə heç bir fikri olmamış, yalnız onu dəqiqliklə deyə bilmiş ki, həmin əmr üzrə əməliyyat tədbirində 2 nəfər yox, 5 nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxsi xatırladığı qədəri ilə “Chevrolet” markalı avtomobilə əyləşdirmişlər və 3 nəfər polis əməkdaşı avtomobilə minmişdir. Əməliyyat tədbirinə “Chevrolet” və “Opel” markalı olmaqla 2 avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxsi gün batımına doğru saxlamışlar, şöbəyə gələrək 40 dəqiqə saxlanıldıqdan sonra sonuncunun üzərində şəxsi axtarış keçirilmiş və bununla bağlı həmin vaxt sənədləşdirilmə aparılmışdır. O, təqsirləndirilən şəxsi saxladığı vaxtı və sonuncunun üzərində axtarış edilən zaman telefonun aşkar edilməsini dəqiq xatırlamamışdır. Müdafiəçinin təqdim etdiyi videogörüntüdə təqsirləndirilən şəxsin olduğu yerə doğru gələn şəxslər polislər Aqşin Hüseynov, Orxan Heydərov, Vüqar Abbasov və Kamranbəy Həsənzadə olmuşlar. Həmin vaxt o, digər polis əməkdaşlarından irəlidə dayanaraq yolun kənarından baş verənləri izləmişdir. O, videogörüntünün qeydə aldığı ərazidən kənarda olmuşdur. Həmin vaxt axşam radələrinə yaxın olmuş, polis əməkdaşı Şahid1 videogörüntüdə ümumiyyətlə yoxdur. Onun tərəfindən tərtib edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs saxlanılma vaxtının “saat 20:00” kimi qeyd edilməsinə baxmayaraq polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında ola bilsin ki, texniki səhv olaraq Elmarın şöbəyə gətirilməsi “saat 17:10” kimi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində müəyyən qədər narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat məlumatı əsasında o, bir neçə şəxslə əməliyyat tədbirinə getmişdir. Təqsirləndirilən şəxs “Qızlar” yataqxanasının qarşısında saxlayaraq şöbəyə gətirmişlər. Aşkar edilmiş narkotik vasitənin sənədləşdirilməsində yalnız o və Şahid2 iştirak etmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan gün hadisələr çox olduğundan və xeyli müddət keçdiyindən əməliyyat tədbirində iştirak edən digər polislərin kim olmasını xatırlamamış, sadəcə xatırladığı odur ki, sonuncunu saxlayan vaxt tədbirdə ondan və Şahid2 başqa digər şəxslər də iştirak etmişlər. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda iştirak etməmiş, yalnız sənədləşmədə iştirak etmişdir. Dövlət tərəfindən təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildiyini görmüşdür. “Sənədləşmə” dedikdə də bunu nəzərdə tutmuş, o, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxan zaman orada olmuş və şəxsi axtarışında iştirak etmişdir. Şöbəyə gətirdikdən sonra Təqsirləndirilən şəxs ilk olaraq CABın rəisinə təhvil verib çıxmışlar. Sonuncu saxlanılan zaman heç bir müqavimət göstərməmiş, üzərindən aşkar edilmiş narkotik vasitəni “Dubay” bazarı deyilən ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bu videoçəkilişdə də qeyd olunmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs barəsində onda əməliyyat məlumatı olmamışdır. Əməliyyat məlumatı Şahid2 məxsus olmuşdur. Bildiyi qədəri ilə əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitə daşıyıcısı olması barədə olmuşdur. Saxlanılarkən və şöbədə olarkən Elmar Tanırverdiyevə qarşı hər hansı bir təzyiq və təsir olmasını görməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılması gününü xatırlamamış, lakin sonuncunu axşam gün batımına doğru saat 19-20-də saxlamışlar, Təqsirləndirilən şəxs özü həmin gün oruclu olmuş və iftarı da şöbədə etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda o və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman o, sonuncunun üzərində mobil telefon və hər hansı bir narkotik vasitə görməmiş, narkotik vasitəni yalnız videoçəkiliş zamanı görmüşdür. “Qızlar” yataqxanasının qarşısında saxlanılaraq tutulub gətirilməsi ilə birlikdə ümumilikdə bir saat müddət keçdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Sonuncunun üzərindən narkotik vasitə olan kokos aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən pul aşkar edilməsini görməmişdir. Təqsirləndirilən şəxs evinə və avtomobilinə baxış keçirilməmişdir. O, “Əməliyyat qrupunun yaradılması haqqında” əmri görməmiş, ona görə də həmin əmrdə neçə nəfərin adının qeyd edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında özü və Şahid2 başqa iştirak etmiş şəxslərin adlarını xatırlamamış, hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində hansı formada və rəngdə paltarlar olmasını da xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs polislər tərəfindən tutulduğu gün ona 2 dəfə sonuncunun mobil nömrəsindən zəng gəlmişdir. O, daha sonra zəng edəcəyi üçün həmin vaxt Elmarın zənglərini açmamışdır. Bundan sonra Elmarın həmin mobil nömrəsindən polislər tərəfindən Kəpəz Rayon Polis Şöbəsinə gətirilməsi və hazırda orada olması məzmununda mesaj gəlmişdir. Elmar mesaj göndərdikdən sonra növbəti dəfə öz nömrəsindən ona zəng etmişdir. Bu zaman o, zəngi açaraq Elmardan nə baş verdiyini soruşmuş, sonuncu isə nə üçün şöbəyə aparılması barədə məlumatlı olmamasını bildirərək ondan qardaşına bu barədə məlumat verməsini xahiş etmişdir. Həmin vaxt saat 18-19 radələri olmuşdur. O, bundan sonra Kəpəz Rayon Polis şöbəsinə getmişdir. Şöbənin qarşısında mobil telefon vasitəsi ilə Elmarla yenə əlaqə saxlamış və qardaşına məlumat verdiyini, görək başqa nə köməklik edə biləcəyini demişdir. Təxminən 20-25 dəqiqə Elmarla telefonla danışmış və sonuncuya baş verənləri aydınlaşdırmaq üçün orada olan şəxslərdən birinə onun da içəri daxil olmasına icazə vermələrini istəməsini demişdir. Elmarın yanında olan polislərdən biri inzibati binaya daxil olmağına etirazı olmadığını bildirərək içəri gəlməsinə razılıq vermişdir. Binaya daxil olduqdan sonra o, Elmarın yanına getmiş və sonuncudan nə baş verdiyini soruşmuşdur. Elmar onun üzünə baxaraq baş verənlərə nəyin səbəb olduğunu bilmədiyini demişdir. Həmin vaxtı o, ətraflarında olan adını bilmədiyi polis əməkdaşlarından Elmarı nə səbəbə orada saxlamalarını soruşmuşdur. Sonuncular isə cavabında verilmiş siyahıya əsasən Elmarın sifariş əsasında tutulmalı olan şəxslərin içində olduğunu bildirsələr də, tutulma səbəbinin nə olmasını deməmişlər. O, təxminən yarım saat müddət orada olmuş və Elmar onun yanında yemək yemişdir. Polis əməkdaşları otaqdan çıxdıqdan sonra Elmarla otaqda ikisi tək qalmış və o, bir daha Elmardan nə baş verdiyini soruşanda sonuncu polis əməkdaşlarının ona qarşı kişiyə yaraşmayan hərəkətlər edərək onu narkotik vasitə ilə yüklədiklərini demişdir. Bundan sonra polislər Elmarı başqa otağa aparmışlar və həmin vaxt Elmara danışdıqları kimi narkotik vasitəni bazarın yanından və siqaret qutusunun içərisindən tapdığını deməli olduğunu tapşırmışlar. Elmar getməmişdən əvvəl üzərində olan qol saatını, telefonunu və pulunu ona vermişdir. Elmar getdikdən sonra o, otaqda olan adını bilmədiyi və tanımadığı mülki geyimli polis əməkdaşından Elmara qarşı niyə belə hərəkət etmələrini soruşmuş, polis əməkdaşı da cavabında Elmarın yaxşı oğlan olduğunu, ona qarşı belə bir hərəkət etmək istəmədiklərini, qanunsuz silah saxlamaqla və ya narkotik vasitənin istifadəçisi kimi sənədləşdirmə aparmaq istəsələr də mümkün olmadığını bildirmişlər. Daha sonra o, şöbədən çıxmışdır. İfadəsinin davamı olaraq Tural Əliyev bildirmişdir ki, Elmar kiminsə onu şöbədə döyməsi və ya döymək hədəsi barədə ona heç bir söz deməmiş, sadəcə ona qarşı kişiyə xas olmayan sözlər dediklərini, ona görə də qəbul etməyə məcbur olduğunu demişdir. Tutulan gün Elmarın ona yazdığı mesaj “məni götürüblər, Kəpəzdəyəm” məzmununda olmuş və hazırda da həmin mesaj telefonunda qalmışdır. Xatırladığı qədəri ilə Elmarla hazırkı 2-ci Polis şöbəsinin 2 ya 3-cü mərtəbəsində yerləşən əməliyyat otağında görüşmüşdür. Şöbənin içərisinə daxil olan zaman çöl qapıda duran əməkdaşlar gəlməsi barədə yuxarıya məlumat vermiş, bundan sonra ona içəriyə daxil olmağa icazə vermişlər. Mərtəbə dəqiq yadında olmasa da xatırladığı qədəri ilə pilləkəndən çıxdıqdan sonra sağ tərəfə dönmüş və solda yerləşən başdan 2 ya 3-cü otağa keçmişdir. O, otağa gələndə Elmarın yanında tanımadığı mülki geyimli iki nəfər polis əməkdaşı olmuşdur. Elmarın yanında olmuş polis əməkdaşlarının adları ilə bir-birlərinə müraciət etməsini xatırlamıamışdır. Elmarı otaqdan apardıqdan sonra orada olan polis əməkdaşları onun sifarişlə tutulduğunu demişlər. Polis əməkdaşları çıxdıqdan sonra o, otaqda Elmarla tək qalmış, nə baş verdiyini soruşduqda sonuncu onun kişiliyə yaraşmayan şəkildə ləkələnərək yüklənməsini bildirmişdir. Elmarın ilk dəfə olaraq düşdüyü vəziyyətlə bağlı həyəcanlı olmasını gördükləri üçün polis əməkdaşları onun Elmarın yanına gəlməsinə icazə vermişlər. Elmar otaqdan getməmişdən bir neçə dəqiqə əvvəl sensorlu telefonunu ona vermiş, hətta otaqdan getməmişdən əvvəl öz ailə üzvlərindən kiminləsə əlaqə də saxlamışdır. O, polis əməkdaşlarının Elmara danışığını yekunlaşdırmasını və telefonu verməsini dediklərini eşitmişdir. Elmar telefondan əlavə 150-200 manat pulunu və qol saatını ona verərək evlərinə verməsini istəmişdir. Sonrakı günlər isə Elmarla telefon əlaqəsi saxlamamış, ümumiyyətlə əlaqəsi olmamışdır. Çünki o, Elmarın tutulduğu axşam Bakı şəhərinə getmişdir. Polis əməkdaşları onun yanında Elmara narkotik vasitəni “Dubay bazarı” adlanan yerdən tapdığını deməsini tapşırmışlar. Elmar ona zəng edəndə saat 18- 19 arası olmuşdur. O, polis şöbəsində ümumilikdə 30-40 dəqiqə olmuşdur. Polis şöbəsinə daxil olarkən ondan şəxsiyyət vəsiqəsi alınmamış və heç bir rəsmi qeydiyyat aparılmamışdır. Elmarla görüşən zaman sonuncunun bədənində gözlə görünən heç bir xəsarət müşahidə etməmişdir. Yalnız polis əməkdaşlarının Elmarı təhdid etdiklərini bilmişdir. Xatırladığı qədəri ilə Elmarın əynində ağ rəngli köynək olmuşdur. Onun İstifadəsində ***-***-**-** mobil nömrə olmuş və Elmar həmin nömrəyə zəng edib mesaj yazmışdır. Elmarın ona verdiyi telefonun rəngi qara “Samsung A5” markalı olmuş, o, həmin telefonu götürdükdən sonra həmin telefonla heç kimə zəng etməmiş, “Azərittifaq” deyilən ərazidən dönüb “Dəyirman dairəsi” deyilən istiqamətdə hərəkət edərək Elmargilə getmiş və telefonu sonuncunun ailə üzvlərinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə onun istifadəsində olan +99***-***-**-** saylı nömrəyə zəng edərək polis əməkdaşları tərəfindən tutulduğunu demiş və bu barədə evlərinə məlumat verməsini xahiş etmişdir. O da bu barədə sonuncunun evlərinə xəbər verəcəyini demişdir. Həmin zəngdən 10-15 dəqiqə keçməmiş Elmar ona yenidən zəng edərək evlərinə xəbər verib-vermədiyini soruşmuş, o da məlumat verdiyini demişdir. İfadəsinin davamı olaraq Akif Məmmədov bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin vaxt hansı səbəbdən tutulması barədə məlumatı olmamış, sonradan polis şöbəsinin qarşısına getsə də Elmarın tutulması barədə ona hər hansı məlumat verilməmiş, o, şöbənin inzibati binasına daxil olmamış, Təqsirləndirilən şəxs ona günortadan sonra zəng etmiş, o da şöbənin qarşısına axşam saatlarında getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. Elmar uzun müddətdir ki, saçını ona kəsdirmiş və saxlanılan gün də saçını kəsdirmək üçün onun yanına gəlmişdir. Həmin vaxt o, başqa şəxsin saçını kəsdiyi üçün Elmar orada öz növbəsini gözləmişdir. Sonuncu gözləyən zaman 4 nəfər ona yaxınlaşıb özləri ilə aparmışlar. Bundan 3-4 gün müddət keçdikdən sonra isə təqsirləndirilən şəxsin müdafiəçisi ona yaxınlaşaraq mağazanın çəkilişini əks etdirən görüntülərə dair diski verməsini xahiş etmişdir. O da həmin diski müdafiəçiyə vermişdir. İfadəsinin davamı olaraq Elvin Kərimov bildirmişdir ki, xatırladığı qədəri ilə Elmar aprelin ayının əvvəllərində saxlanılmış, hadisənin üzərindən uzun müddət keçdiyi üçün Elmarın saxlanıldığı vaxtını dəqiq xatırlamamışdır. İşlədiyi “Eksklüziv” adlı bərbərxana köhnə Yevlax avtovağzalı deyilən ərazidə, Dədə Qorqud küçəsində yerləşmiş, bərbərxanada ondan başqa daha 6 nəfər bərbər işləmişdir. Elmara yaxınlaşıb aparan şəxslər mülki geyimdə olmuşlar. Həmin vaxtı Elmar bərbərxananın qarşısında olmuş, çünki o başqa şəxsin saçını kəsdiyi üçün Elmar növbəsini gözləmişdir. O, Elmarın aparılmasını konkret görmüş və sonuncunu özünə məxsus ağ “Kia Optima” markalı avtomobilə mindirib aparmışlar. Elmarı aparan şəxslərin avtomobili onun salonundan xeyli arxada dayanmışdır. O, iş gördüyü üçün bərbərxanadan kənarda olanları yox, salonun qarşısında olanları aydın görmüşdür. Səhv etmirsə Elmarı aparan şəxslərdən 3-ü sonuncunun avtomobilinə minmişdir. O, salonun içərisindən Elmarın avtomobilini bərbərxananın qarşısında saxladığını görmüşdür. Onda olan videogörüntülər adətən 15 gün müddətində saxlanılmışdır. Elmarın saxlanılması ilə bağlı videogörüntünü müdafiəçiyə o, təqdim etmişdir. Bərbərxananın görüntülərini ümumilikdə 8 kamera qeydə almış, kameralar həm bərbərxananın içərisini, həm də çöl tərəfdən qapısının qarşısı qeydə almışdır. Həmin görüntülərdə əməliyyatçıların oraya gəlməsi və Elmarı avtomobilə əyləşdirmələri öz əksini tapmışdır. Həmin görüntüləri qeydə almış cihazı özündə saxlayır. Tutulan zaman Elmarın əynində köynək olsa da, hadisədən uzun müddət keçməsinə görə o, sonuncunun paltarlarının dəqiq hansı rəngdə olmasını unutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Zabil Qəhrəmanov və Müdafiəçi olmaqla iki müdafiəçisi olmuşdur. Zabil Qəhrəmanov cinayət işi materialları ilə istintaq təcridxanasında tanış olmuşdur. Digər Müdafiəçi isə işlə ayrılıqda tanış olmaq üçün vəsatət vermiş və onun vəsatəti təmin edilmişdir. Müdafiəçi onun xidməti iş otağında iş materialları ilə tanış olarkən icazəsiz və xəbərdarlıq etmədən mobil telefonu vasitəsilə cinayət işinin materiallarının fotoşəkillərini çəkmişdir. Müdafiəçi həmin vaxt istintaqın əvvəlində iş materiallarının ilkin vərəqlərindən başlayaraq bütün əsas sənədlərin, həmçinin də əməliyyat-axtarış barədə qəbul edilmiş qərarın fotoşəkillərini çəkmişdir. O, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müdafiəçiyə etiraz edərək çəkdiyi fotoşəkilləri silməsini tələb etmişdir. Onun etirazından sonra müdafiəçi iş materialları ilə bağlı çəkdiyi bütün fotoşəkilləri silmişdir. İfadəsinin davamı olaraq Füzuli Şıxıyev bildirmişdir ki, o, müdafiəçiyə fotoşəkilləri çəkməklə qanunvericiliyi pozduğunu, hüquqlarını müdafiə etdiyi şəxs barəsində qanunla təqdim edilməsinə yol verilən istənilən sənədin surətinin tələb etdiyi təqdirdə ona verilməsini təmin edəcəyini bildirmişdir. Müdafiəçi ona əvvəldən iş materiallarında olan sənədlərin surətinin verilməsini istəməsi barədə heç bir yazılı ərizə verməmiş və ya şifahi müraciət etməmişdir. Elə həmin gün o, iradını bildirdikdən sonra müdafiəçi çəkdiyi fotoşəkilləri silmişdir. O, başqa işlə məşğul olduğu üçün müdafiəçinin dəqiqliklə hansı sənədlərin fotoşəkilini çəkdiyini görməmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş olan hər hansı sənədin məzmununda sonradan heç bir dəyişiklik edilməmiş, müdafiəçi tərəfindən də məhkəməyə təqdim edilmiş “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin fotoşəkili sonradan montaj edilmiş, bu məzmunda əmrin iş materiallarında olması mümkün deyildir. Belə bir hal olmuş olsa idi, müdafiəçi yekunda iş materialları ilə tanış olarkən bu faktı mütləq şəkildə öz qeydində göstərmiş olardı. İbtidai istintaq zamanı Müdafiəçi iş materialları ilə tanış olma protokolunu o, tərtib etmiş, Müdafiəçi ondan iş materiallarında olan ifadələrin surətini istəməmişdir. Onun qanunvericiliyin tələblərinə görə “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi” barədə qərarın surətini verməsi mümkün olmadığından bunu etməmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin yox, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin surətini istəmiş, əgər həmin vaxt təqsirləndirilən şəxsin ifadəsini istəmiş olsa idi mütləq qaydada həmin ifadənin surətinin verilməsi onun tərəfindən təmin edilmiş olardı. xx.xx.2023-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərarda “ifadələrin surəti” ifadəsini ümumi şəkildə qeyd etmişdir. Qanunvericilik “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” barədə qərar ilə yalnız həmin şəxsin və müdafiəçisinin tanış edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin təhqiqat bölməsinin təhqiqatçısı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ilkin araşdırma materiallarını o, tərtib etmişdir. Əməliyyatçılar Təqsirləndirilən şəxs gətirdikdən sonra sonuncunun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Elmar Tanarverdyev könüllü olaraq üzərindəki narkotik vasitəni təqdim etmiş və vəkilinin sualına cavab olaraq ona qarşı hər hansı təzyiq-təsir göstərilmədiyini bildirmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin olmuşdur. Sonuncu üzərində şəxsi axtarış keçirilən zamanı 2 nəfər əməliyyatçı iştirak etmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs saxlanılmasında 5 nəfər polis əməkdaşı iştirak etmişdir. Məhkəməyədək icraat materiallarında olan “Əməliyyat qrupunun yaradılması haqqında” əmr və məhkəmə istintaqı zamanı verilmiş sorğuya əlavə edilmiş “Əməliyyat qrupunun yaradılması haqqında” əmr arasındaki ziddiyyətlə bağlı qeyd etmişdir ki, xatırladığı qədəri ilə sözügedən əmr tərtib olunarkən orada 6 nəfər polis əməkdaşının adı qeyd olunmuş, lakin şəxsi axtarış aparılan otaq kiçik olduğundan şəxsi axtarışda sadəcə 2 əməliyyatçı iştirak etmişdir. Əməliyyatçı “Əməliyyat qrupunun yaradılması haqqında” əmri tərtib edib ona təqdim etmiş, sözügedən əmr də ona təqdim edilərkən orada 6 nəfər polis əməkdaşının adı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının hamısının iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilməməsinin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə videoçəkiliş səhv etmirsə axşam saat 9-a qalmış aparılmışdır. Təqsirləndirilən şəxs onun yanına gətirildikdən nə qədər vaxt sonra üzərində şəxsi axtarış aparılmasını xatırlamamış, sonuncu yanına gətirilən kimi ilkin sənədləşdirmə apararaq üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirmişdir. Xatırladığı qədəri ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin, ağ rəngli “Sobranie” siqaret qutusu və dəsmal aşkar edilmiş, lakin mobil telefon aşkar edilməsini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/401 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd maddi sübut…” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,028 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 5,028 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq – 4,928 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 827 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 514 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:20-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümə baxış zaman ilk görünüşdən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması, həmçinin aptek tərəzisində çəkildikdə çəkisinin 5,22 qram təşkil etməsi müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün “kokos”, yəni heroin olduğunu, həmin bükümü “Dubay Bazarı” adlanan ticarət mərkəzinin yaxınlığından tapdığını, satmaq məqsədi olmadığını, özü istifadə üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibindən aşkar olunmuş 1 ədəd içərisində siqaretlər olan “Sobranie” markalı siqaret qutusu, əynində olan cins şalvarın sağ arxa cibindən aşkar olunmuş bir ədəd salfet və əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən aşkar olunmuş bir ədəd ayaqqabı silmək üçün yaşıl rəngli dəsmal iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2023-cü il tarixdə saat 16:48-də Gəncə şəhəri, Kimyaçılar küçəsi, xx.xx.2023-cü il tarixdə saat 18:25-də və həmin gün saat 18:28-də Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Gəncə şəhəri, A.Ziyatxanov küçəsinin kəsişdiyi ərazini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması, daşıması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin rəisi X18 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhər ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X19 rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid1, X5, X8, X11 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhər ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq olduğu yerin və ya nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və ya nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən GDU-nin qızlar yataqxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini sonuncunun haradan, kimdən və nə vaxtı əldə etməsini, narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 312 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə sonuncunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciəti üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Gəncə şəhər prokurorunun köməkçisi X6 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,928 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-yə məsul saxlanca verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd diskin, həmçinin telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi sorğusuna cavab olaraq Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, texniki səbəbdən kamera işləmədiyindən Gəncə şəhər BPİ-nin MSY-dən xx.xx.2023-cü il tarixdə saat 17:20-18:30 radələri arasında olan həm binanın daxilində, həm də xaricində quraşdırılmış kameradan hər hansı görüntü əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi “Eksklüziv” adlı bərbərxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı VİD-20230411-WA0027, VİD-20230411-WA0044 və VİD-20230411-WA0053 adlı videolardan görünür ki, Təqsirləndirilən şəxs “Eksklüziv” adlı bərbərxananın qarşısında duran zaman dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq salamlaşdıqdan sonra hər bir tərəfindən qoluna girərək sonuncunu bərbərxananın qarşısında saxladığı özünə məxsus ağ rəngli “Kia Optima” markalı avtomobilə tərəf aparırlar, avtomobilə çatan kimi Təqsirləndirilən şəxs əl işarəsi ilə avtomobilin sürücü yerinə işarə etdikdə sonuncunu həmin avtomobilin salonunun arxa oturacağına mindirilər, daha sonra Təqsirləndirilən şəxs hər bir tərəfində mülki geyimli şəxs əyləşir, sonuncunun avtomobili həmin mülki geyimli şəxslərdən biri idarə edir, bərbərxanadan da iki nəfər şəxs çıxaraq baş verənləri seyr edir. Həmçinin həmin videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:27-də gündüz vaxtı saxlanılır, həmin vaxtı hava açıq aydındır, Təqsirləndirilən şəxs əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzunqol gödəkçə və ağ rəngli köynək vardır, üzü isə tüklüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, +99***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Mesajlar əks olunan fayla baxdıqda, xx.xx.2023-cü il tarixdə saat 18:47:35-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən iş üzrə şahid qismində dindirilmiş X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə “Meni gotrubler kepezdeyem”, həmçinin xx.xx.2023-cü il tarixdə saat 19:21:13-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən +99***-***-**- ** mobil nömrəsinə “Ygma meni tutublar gedrem turmuye” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. Eyni zamanda daxil olan və çıxan zənglərin, o cümlədən həmin nömrələrin antena dairəsinin məlumatları əks olunmuş fayllara baxdıqda, xx.xx.2023-cü il tarixdə saat 18:25:05 və 18:28:34-də ayrı-ayrı mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu və həmin vaxtı sonuncunun mobil nömrəsinin “Gence sh, Kepez r-nu, H.Eliyev prospeki” antena dairəsində olduğu müəyyən edilmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 18:47:48-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu, danışığın 19 saniyə çəkdiyi və həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin “Gence sh. Ataturk pr. 122” antena dairəsində olduğu müəyyən edilmişdir. Habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:15:45-də iş üzrə şahid qismində dindirilmiş X24 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu, danışığın 15 saniyə çəkdiyi və həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin yenə də “Gence sh. Ataturk pr. 122” antena dairəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə saat 18:47:48-də Tural Əliyev tərəfindən Təqsirləndirilən şəxs zəng olunan zaman, həmçinin həmin gün saat 19:15:45-də Akif Məmmədova zəng edən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi eyni, yəni “Gence sh. Ataturk pr. 122” ünvanında olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, +99***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs adına, +99455316-19-19 mobil nömrə isə iş üzrə şahid qismində dindirilmiş X24 adına qeydiyyata alınmışdır. Həmçinin daxil olan və çıxan zənglərin, o cümlədən həmin nömrələrin antena dairəsinin məlumatları əks olunan fayllara baxdıqda, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdə saat 17:20:26-da “Gəncə şəhəri, Yevlax şosesi 15” antena dairəsində, həmin gün saat 17:50:29-dən saat 20:19:37dək “Tekstil/"Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı” antena dairəsində, həmin gün saat 22:42:05-dən xx.xx.2023-cü il tarixdə saat 08:19:40-dək “Gəncə şəhəri, Gəncə AMEA Veli Xuluflu” antena dairəsində, xx.xx.2023-cü il tarixdə saat 11:19:40-dən etibarən isə “Gəncə şəhəri, Yevlax şosesi 15” antena dairəsində olduğu müəyyən edilmişdir. O cümlədən daxil olan və çıxan zənglərə baxdıqda, xx.xx.2023-cü il tarixdə saat 19:50:00-da Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən iş üzrə şahid qismində dindirilmiş X24 istifadəsində olmuş +99455316- 19-19 mobil nömrəsinə zəng olunduğu, eləcə də həmin gün saat 19:50:47-də Akif Məmmədovun istifadəsində olmuş eyni mobil nömrədən Təqsirləndirilən şəxs zəng etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, +99***-***-**-** mobil nömrə X12 adına qeydiyyata alınmışdır. Həmçinin daxil olan və çıxan zənglərin, o cümlədən həmin nömrələrin antena dairəsinin məlumatları əks olunan fayla baxdıqda, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 18:47:39-da Tural Əliyevin istifadəsində olmuş 99***-***-**-** mobil nömrəsinə mesaj daxil olması, həmin gün saat 18:47:49-da Tural Əliyevin istifadəsində olmuş 99***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsinə zəng olunması, o cümlədən xx.xx.2023-cü il tarixdə saat 19:06:27-dən etibarən həmin gün saat 20:41:30-dək Tural Əliyevin istifadəsində olmuş 99***-***-**-** mobil nömrənin “Tekstil/"Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı” antena dairəsində, saat 22:09:42-dən saat 23:19:28-dək isə “Ganja AME MMC/"Gəncə şəhəri, Gəncə AMEA Veli Xuluflu” antena dairəsində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin polis rəisi X29 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin fotoşəkilindən görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhər ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Gəncə şəhər BPİ-nin 2-ci PŞnin CAB-ın rəisi X19 rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilli Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X25 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya dəvət olunmamış və həmin polis şöbəsinin inzibati binasında daxil olmadığı üçün həmin tarixdə onun barəsində heç bir qeydiyyat işi aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-da Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya gətirilmiş və həmin gün saat 22:00-da MSY-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin polis rəisi X29 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin kötüyündən görünür ki, əməliyyat qrupuna Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın rəisi X19 rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilli Şahid1 daxil edilmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ və onun tabeli orqanları əməkdaşlarının icraatında əməliyyat-qeydiyyat işi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bir mobil telefon Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilməmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham məhkəmə istintaqında tədqiq edilmiş qeyri-mötəbər və mümkün hesab edilə bilməyən sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən GDU-nun qızlar yataqxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİnin 2-ci PŞ-ya gətirilməsi göstərilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda Təqsirləndirilən şəxs həmin gün saat 20:20-də Gəncə şəhər BPİnin 2-ci PŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması göstərilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın həmin gün saat 20:45-də başlandığı göstərilmişdir. O cümlədən iş materiallarında olan Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs məxsus hər hansı bir mobil telefonun Gəncə şəhər BPİnin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilmədiyi göstərilmişdir. Habelə iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda X12 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya dəvət olunmadığı və həmin polis şöbəsinin inzibati binasına daxil olmadığı üçün həmin tarixdə onun barəsində heç bir qeydiyyat işi aparılmadığı göstərilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra verdiyi ilkin izahatından başqa həm məhkəməyədək icraat dövründə verdiyi bütün ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində “Eksklüziv” adlı bərbərxananın qarşısında dayanıb öz növbəsini gözləyən zaman 4 nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşaraq qollarından tutub özünə məxsus “Kia Optima” markalı avtomobilə mindirərək Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya apardıqlarını, saxlanılarkən biri sadə, biri isə smartfon olmaqla iki mobil telefonu olduğunu, istifadəsində olan +99***-***-**-** mobil nömrənin sadə, +99***-***-**-** mobil nömrənin isə smartfon tipli mobil telefonunda olduğunu, saxlanılan günü saat 21:50-yədək mobil telefonun onda olduğunu, polis şöbəsində polislərin onu özlərinin xidməti otağında saxladıqlarını, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmadığını, narkotik vasitə olan heroini polis əməkdaşı Şahid2 polis şöbəsinin inzibati binasının ayaqyolusunda onun cibinə qoyduğunu və özünə məxsus olmasını videoçəkiliş zamanı etiraf etməsini dediyini, daha sonra Elşən adlı polis rəisinin üzərinə qoyulan narkotik vasitəni videoçəkiliş altında özünə məxsus olmasını etiraf etmədiyi halda onu ailəsi ilə hədələdiyini, polis əməkdaşlarının təhdid və hədələrinə dözməyib və yaşlı valideynlərini fikirləşdiyi üçün məcbur olub cibinə qoyulan narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini, onu saxlayanların içərisində məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 adlı polis əməkdaşlarının olmadığını, onu dörd nəfər tanımadığı və adlarını bilmədiyi polis əməkdaşlarının saxladığını, polis şöbəsində təxminən 1 saatdan sonra saxlanıldığı otağı dəyişdikdə tutulması barədə evə məlumat verməkdən ötrü mobil telefonunu polislərdən götürərək istifadəsində olan +99***-***-**-** mobil nömrədən 1 ya da 2 dəfə dostu Tural Əliyevə zəng etdiyini, lakin sonuncu zəngi açmadığı üçün Turala polislər tərəfindən saxlanılması və şöbədə olması barədə mesaj yazdığını, Turala zəng edəndə saat təxminən 18:45 yaxud 18:47 olduğunu, Turaldan sonra digər dostu Akif Məmmədova da zəng edərək şöbəyə gətirilməsini və tutulmasını deyib qardaşına bu barədə məlumat verməsini xahiş etdiyini, zəng etdikdən bir qədər sonra dostu Turalın onun yanına gəldiyini, Tural yanına gəldikdən sonra özünün qol saatını, telefonunu və pulunu sonuncuya verdiyini, həmin vaxtı polis əməkdaşları Elşən, Şahid1 və Şahid2 orada olduqlarını, polis şöbəsində Tural Əliyevə verdiyi smartfon tipli mobil telefonun içərisində +99***-***-**-** mobil nömrənin olduğunu, dostuna mesaj yazanda mobil telefonun üzərində olduğunu, həmin vaxt hələ üzərində şəxsi axtarış aparılmadığını, üzərində şəxsi axtarışın axşam saat 9-a qalmış aparıldığını, şəxsi axtarış üçün digər otağa aparılanda içərisində +99***-***-**-** mobil nömrə olan sadə telefonunun CAB-ın rəisi Elşənin otağında qaldığını, videoçəkilişdən qayıdandan sonra başqa bir otağa aparıldığını, polislərin də sadə mobil telefonunu sonradan ona təqdim etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanılması yeri və vaxtına dair “Eksklüziv” adlı bərbərxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videolardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:27-də gündüz vaxtı bərbərxananın qarşısında saxlanılmış və özünə məxsus ağ rəngli “Kia Optima” markalı avtomobilə mindirilərək polis şöbəsinə aparılmışdır. Həmin xüsusatla bağlı iş üzrə şahid qismində dindirilmiş “Eksklüziv” adlı bərbərxanada bərbər işləyən X28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bərbərxananın qarşısında öz növbəsini gözləyən zaman 4 nəfər mülki geyimdə olan şəxslər sonuncuya yaxınlaşaraq qollarından tutub özünə məxsus “Kia Optima” markalı avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı görüntüləri müdafiəçiyə o, təqdim etmiş, bərbərxananın görüntülərini ümumilikdə 8 kamera qeydə almış, kameralar həm bərbərxananın içərisini, həm də çöl tərəfdən qapısının qarşısı qeydə almışdır. Həmin görüntülərdə əməliyyatçıların oraya gəlməsi və Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmələri öz əksini tapmışdır. Həmin görüntüləri qeydə almış cihazı da özündə saxlamışdır. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X25 ifadəsində polislər tərəfindən tutulduğu gün ona 2 dəfə dostu Təqsirləndirilən şəxs mobil nömrəsindən zəng gəldiyini, daha sonra zəng edəcəyi üçün həmin vaxt Elmarın zənglərini açmadığını, bundan sonra Elmarın həmin mobil nömrəsindən polislər tərəfindən Kəpəz Rayon Polis Şöbəsinə gətirilməsi və hazırda orada olması məzmununda mesaj gəldiyini, mesaj göndərdikdən sonra Elmarın növbəti dəfə öz nömrəsindən ona zəng etdiyini və nə üçün şöbəyə aparılması barədə məlumatlı olmadığını bildirərək ondan qardaşına bu barədə məlumat verməsini xahiş etdiyini, həmin vaxt saat 18-19 radələri olduğunu, Elmarla danışdıqdan sonra Kəpəz Rayon Polis şöbəsinə getdiyini, şöbənin qarşısında mobil telefon vasitəsi ilə Elmarla yenə əlaqə saxladığını və qardaşına məlumat verdiyini, təxminən 20-25 dəqiqə Elmarla telefonla danışdığını və sonuncuya baş verənləri aydınlaşdırmaq üçün orada olan şəxslərdən birinə onun da içəri daxil olmasına icazə verməsini istəməsini dediyini, Elmarın yanında olan polislərdən birinin inzibati binaya daxil olmasına etirazı olmadığını bildirərək içəri gəlməsinə razılıq verdiyini, binaya daxil olduqdan sonra Elmarın yanına getdiyini və sonuncudan nə baş verdiyini soruşduğunu, Elmarın onun üzünə baxaraq baş verənlərə nəyin səbəb olduğunu bilmədiyini dediyini, bir qədər sonra polislərin Elmarı digər otağa apardıqlarını, həmin vaxtı Elmarın ona “Samsung A5” markalı mobil telefonunu, pulunu və qol saatını təhvil verdiyini, polis şöbəsində ümumilikdə 30-40 dəqiqə olduğunu, Elmardan təhvil aldığı smartfon tipli mobil telefonu sonuncunun ailə üzvlərinə təhvil verdiyini göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş X33 ifadəsində Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edərək polis əməkdaşları tərəfindən tutulduğunu deyib bu barədə evlərinə məlumat verməsini xahiş etdiyini, həmin zəngdən 10-15 dəqiqə keçməmiş Elmarın ona yenidən zəng edərək evlərinə xəbər verib-vermədiyini soruşduğunu, o da məlumat verdiyini dediyini göstərmişdir. Habelə "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:47:35-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən iş üzrə şahid qismində dindirilmiş X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə “Meni gotrubler kepezdeyem”, həmçinin xx.xx.2023-cü il tarixdə saat 19:21:13-də +99***-***- **-** mobil nömrəsinə “Ygma meni tutublar gedrem turmuye” məzmunlu mesajlar göndərmişdir. X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 18:47:48-də, yəni Təqsirləndirilən şəxs tərəfindən ona mesaj göndəriləndən qısa müddət sonra sonuncunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu və həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin “Gence sh. Ataturk pr. 122” antena dairəsində olduğu, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:15:45-də iş üzrə şahid qismində dindirilmiş X24 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu və həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin yenə də “Gence sh. Ataturk pr. 122” antena dairəsində olduğu öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsinin məlumatlarına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 18:25-dən həmin gün saat 19:21-dək qeyd edilən nömrənin “Gence sh, Kepez r-nu, H.Eliyev prospeki” və “Gence sh. Ataturk pr. 122” antena dairələrində olması müəyyən edilmişdir. İş materiallarında olan sorğulara cavab məktublarından görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci X45 şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşir, Gəncə şəhəri, Atatürk prospekti isə polis şöbəsinin yerləşdiyi Heydər Əliyev prospektinə paralel prospekt olduğu üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin həmin antena dairəsinin əhatəsinə düşməsinə də əsaslı ehtimal vardır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iş üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı +99***-***-**-** mobil nömrənin antena dairəsinin xx.xx.2023-cü il tarixdə saat 16:48-də Gəncə şəhəri, Kimyaçılar küçəsində, xx.xx.2023-cü il tarixdə saat 18:25-də və həmin gün saat 18:28-də Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Gəncə şəhəri, A.Ziyatxanov küçəsinin kəsişdiyi ərazidə olması da öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaqı aparan müstəntiq də təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə dair məlumatlara baxış keçirərək, yəni saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində mobil telefon və mobil nömrənin olması faktını mübahisəsiz qəbul edərək həqiqətən sonuncunun xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də olmasını təsdiq etmişdir. Yuxarıda göstərilənlər məhkəmə o qənaətə gəlməyə əsas verir ki, xx.xx.2023-cü il tarixdə saat 18:47:35-də Təqsirləndirilən şəxs tərəfindən Tural Əliyevə mesaj göndərilən zaman, həmçinin 18:47:48-də Tural Əliyev tərəfindən Təqsirləndirilən şəxs zəng olunan zaman, eləcə də həmin gün saat 19:15:45-də Akif Məmmədova zəng edən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi eyni, yəni “Gence sh. Ataturk pr. 122” ünvanında olmuşdur. Gəncə şəhər BPİ-nin 2-ci PŞnin yerləşdiyi ərazi həmin antena dairəsinə yaxın olduğu üçün məhz onun əhatəsinə düşmüş və bu hal Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində artıq saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də olmasına əsaslı şübhələr yaradır. Hətta "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:50:00-da Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən iş üzrə şahid qismində dindirilmiş X24 istifadəsində olmuş +99455316-19-19 mobil nömrəsinə zəng etmiş, eləcə də həmin gün saat 19:50:47-də Akif Məmmədov istifadəsində olmuş eyni mobil nömrədən Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinin antena dairəsinin məlumatlarına baxdıqda həmin nömrənin xx.xx.2023-cü il tarixdə saat 17:20:26da “Gəncə şəhəri, Yevlax şosesi 15” antena dairəsində, həmin gün saat 17:20:30-dan saat 20:19:37-dək “Tekstil/"Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı” antena dairəsində, saat 22:42:05-dən xx.xx.2023-cü il tarixdə saat 08:19:40-dək “Ganja AME MMC/"Gəncə şəhəri, Gəncə AMEA Veli Xuluflu” antena dairəsində, xx.xx.2023-cü il tarixdə saat 11:19:40-dan etibarən isə “Gəncə şəhəri, Yevlax şosesi 15” antena dairəsində olması müəyyən edilmişdir. Eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş X12 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99450-422-82.22 mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 18:47:39-da Tural Əliyevin istifadəsində olmuş 99***-***-**-** mobil nömrəsinə mesaj göndərmiş, həmin gün saat 18:47:49-da Tural Əliyev istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Tural Əliyevin istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinin antena dairəsinin məlumatlarına baxdıqda qeyd edilən nömrənin xx.xx.2023-cü il tarixdə saat 19:06:27-dən həmin gün saat 21:50:42-dək “Tekstil/"Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı” antena dairəsində, həmin gün saat 22:09:42-dən saat 23:19:28-dək “Ganja AME MMC/"Gəncə şəhəri, Gəncə AMEA Veli Xuluflu” antena dairəsində olması müəyyən edilmişdir. Göründüyü kimi həm Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin, həm də iş üzrə şahid olan Tural Əliyevin istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin xx.xx.2023-cü il tarixə aid antena dairəsinə dair məlumatlarını qarşılıqlı şəkildə müqayisə etdikdə hər iki şəxsin mobil nömrəsinin antena dairələrinin xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində eyni, “Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı” antena dairəsində olması müəyyən edilmişdir. Bu hal isə Təqsirləndirilən şəxs və iş üzrə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs saxlanması və polis şöbəsinə gətirilməsi vaxtının dəqiq müəyyən edilməsindən ötrü məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş məktuba əlavə edilmiş gətirilmiş şəxslərin qeydiyyatı kitabının müvafiq vərəqlərinin surətlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-da Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya gətirilmiş və həmin gün saat 22:00-da MSY-yə təhvil verilmişdir. Bununla belə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində təqsirləndirilən şəxsi saxladığı vaxtı və sonuncunun üzərində axtarış edilən zaman telefonun aşkar edilməsini dəqiq xatırlamadığını göstərmişdir. Həmçinin həmin xüsusatla bağlı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 da ifadəsində Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun üzərində mobil telefon və hər hansı bir narkotik vasitə görmədiyini, narkotik vasitəni yalnız videoçəkiliş zamanı gördüyünü göstərmişdir. Belə olan halda yuxarıda göstərilənlər məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, yəni azadlığının faktiki məhdudlaşdırıldığı andan saat 20:20-də şübhəli şəxs qismində tutulana, saat 20:45-də isə üzərində şəxsi axtarış keçirilənə qədər üç saat müddət ərzində polis əməkdaşlarının sərəncamı və nəzarəti altında olmuş, həmçinin Təqsirləndirilən şəxs saxlanıldığı müddət ərzində polis şöbəsində sərbəst formada mobil telefondan istifadə etmək və şöbənin inzibati binasında sanitar qovşağı otağına gedib-gəlməklə sərbəst formada hərəkət imkanına malik olmuşdur. Bu hal isə ona dəlalət edir ki, həqiqətən də saxlanılan zaman üzərində narkotik vasitə olduğu təqdirdə üç saatlıq vaxt boşluğu ərzində Təqsirləndirilən şəxs həmin kütləni kənar bir yerə atmaqla və ya digər tədbirlər görməklə, o cümlədən dostu Tural Əliyevlə görüşüb şəxsi əşyalarını sonuncuya verən zaman üzərində olmuş narkotik vasitəni də ona verməklə şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkarlanmasının qarşısını almaq iqtidarında olmuşdur. Qeyd edilən xüsusatla bağlı məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarışın Təqsirləndirilən şəxs tutulmasından təxminən üç saat sonra aparılması, yəni tutulma ilə şəxsi axtarış arasındakı təxminən üç saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu halın mövcudluğu isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alır. Bundan əlavə məhkəmə tərkibi hesab edir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində mobil telefonların olması, həmçinin sonuncunun dostu X12 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya gələrək inzibati binaya daxil olması bütün yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapdığı halda, Təqsirləndirilən şəxs məxsus mobil telefonların saxlanılan zaman ondan götürülərək Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilməməsi, eləcə də X12 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına daxil olmasının qeydiyyata alınmaması buna məsul cavabdeh polis əməkdaşları tərəfindən öz üzərinə düşən vəzifələrinin layiqincə yerinə yetirilməməsinə və onlar tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına dəlalət edir. Bununla da, məhkəmə tərkibi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra verdiyi ilkin izahatından başqa məhkəməyədək icraat dövründə verdiyi bütün ifadələrini, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, eləcə də iş üzrə şahid qismində dindirilmiş X12, X24 və X20 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini iş materiallarında olan Təqsirləndirilən şəxs saxlanılmasına dair müdafiə tərəfinin təqdim etdiyi videogörüntülərlə, həm təqsirləndirilən şəxsin, həm də şahidlərin istifadəsində olmuş mobil nömrələrə dair müvafiq mobil operatorlar tərəfindən təqdim edilmiş məlumatlarla, eyni zamanda iş materiallarında olan məhkəmə istintaqı zamanı verilmiş sorğulara cavab məktubları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, iş materiallarında olan raport və digər ilkin sənədlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən GDU-nin qızlar yataqxanasının yaxınlığında saxlanılması, “Əməliyyat qrupunun yaradılması haqqında” qərarda adları keçən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmələri, saxlanılma zaman üzərində iki ədəd mobil telefonun olmaması, həmçinin saxlanılan zaman üzərində narkotik vasitə olan heroinin olması, eləcə də şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi şübhə altına alınır. Bundan başqa, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin rəisi X18 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” qərarda Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X19 rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid1, X5, X8, X11 və X1 ibarət əməliyyat qrupu yaradılması göstərilmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanılması yeri və vaxtına dair “Eksklüziv” adlı bərbərxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videolardan görünür ki, Təqsirləndirilən şəxs bərbərxananın qarşısında duran zaman dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq salamlaşdıqdan sonra hər bir tərəfindən qoluna girərək sonuncunu özünə məxsus bərbərxananın qarşısında saxladığı ağ rəngli “Kia Optima” markalı avtomobilə tərəf aparırlar, avtomobilə çatan kimi Təqsirləndirilən şəxs əl işarəsi ilə avtomobilin sürücü yerinə işarə etdikdə sonuncunu həmin avtomobilin salonunun arxa oturacağına mindirilər, daha sonra Təqsirləndirilən şəxs hər bir tərəfində mülki geyimli şəxs əyləşir, sonuncunun avtomobili həmin mülki geyimli şəxslərdən biri idarə edir, bərbərxanadan da iki nəfər şəxs çıxaraq baş verənləri seyr edir. Həmin xüsusatla bağlı şahid qismində dindirilmiş “Eksklüziv” adlı bərbərxanada bərbər işləyən X28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bərbərxananın qarşısında öz növbəsini gözləyən zaman 4 nəfər mülki geyimdə olan şəxslər sonuncuya yaxınlaşaraq qollarından tutub özünə məxsus “Kia Optima” markalı avtomobilə mindirmişlər. Həmçinin həmin xüsusatla bağlı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs aprel ayında “Qızlar” yataqxanasının yaxınlığında tutulduğunu, sonuncunu saxlayan vaxtı havanın qaraldığını və axşam saat 19, 20, 21 və ya 22 radələri olduğunu, saxlanılan zaman Təqsirləndirilən şəxs yaxınlaşan digər 4-5 əməkdaşların konkret olaraq kimlər olmasını dəqiq xatırlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanılması yeri və vaxtına dair “Eksklüziv” adlı bərbərxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videolar tədqiq edildikdən sonra Şahid2 ona verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar onun tərəfindən qəbul edilmiş, həmin qərarda əməliyyat tədbirində iştirak etmiş bütün şəxslərin adları qeyd edilmiş, “Əməliyyat qrupunun yaradılması haqqında” qəbul edilmiş əmrin 2 fərqli məzmununun mövcud olması barədə heç bir fikri olmamış, yalnız onu dəqiqliklə deyə bilmiş ki, həmin əmr üzrə əməliyyat tədbirində 2 nəfər yox, 5 nəfər polis əməkdaşı iştirak etmiş, təqsirləndirilən şəxsi xatırladığı qədəri ilə “Chevrolet” markalı avtomobilə əyləşdirmişlər və 3 nəfər polis əməkdaşı avtomobilə minmiş, əməliyyat tədbirinə “Chevrolet” və “Opel” markalı olmaqla 2 avtomobil ilə getmişlər, müdafiəçinin təqdim etdiyi videogörüntüdə Təqsirləndirilən şəxs yaxınlaşan şəxslər polislər əməkdaşları Aqşin Hüseynov, Orxan Heydərov, Vüqar Abbasov və Kamranbəy Həsənzadə olmuş, həmin vaxtı o, digər polis əməkdaşlarından irəlidə dayanaraq yolun kənarından baş verənləri izləmiş, o, videogörüntünün qeydə aldığı ərazidən kənarda olmuş, həmin vaxt axşam radələrinə yaxın olmuş, polis əməkdaşı Şahid1 da videogörüntüdə ümumiyyətlə yoxdur. Göründüyü kimi iş materiallarında olan “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdə 6 nəfər polis əməkdaşının adının qeyd olunması, həmçinin ilkin sənədlər və şahid ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılaraq özünə məxsus “Kia Optima” markalı avtomobillə polis şöbəsinə aparılması, o cümlədən müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs bərbərxananın qarşısında saxlanılması anını əks etdirən görüntülərdə Şahid2 görünmədiyi təsdiqi edildiyi halda, sonuncunun məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilənlərə tamamilə ziddiyyətli hallar qeyd edərək əməliyyat tədbirində özü ilə birlikdə beş nəfər polis əməkdaşının iştirak etməsini, Təqsirləndirilən şəxs saxlayan vaxtı havanın qaraldığını və axşam saat 19, 20, 21 və ya 22 radələri olduğunu, onun birlikdə əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşlarının adlarını bilmədiyini, əməliyyat tədbiri zamanı digər polis əməkdaşlarından irəlidə dayanaraq yolun kənarından baş verənləri izlədiyini və təqsirləndirilən şəxsi xatırladığı qədəri ilə “Chevrolet” markalı avtomobilə əyləşdirdiklərini bildirməsi onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilən halların mötəbərliyini və Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat tədbirində həqiqətən də iştirak etməsini şübhə altına alır. Həmçinin sözügedən xüsusat üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Əməliyyat qrupunun yaradılması haqqında” əmri görməmiş, ona görə də əmrdə neçə nəfərin adının qeyd edildiyini bilməmiş, Təqsirləndirilən şəxs saxlanılmasında özü və Şahid2 başqa iştirak etmiş şəxslərin adlarını xatırlamamış, hadisənin üzərindən uzun müddət keçdiyindən saxlanıldığı vaxt Təqsirləndirilən şəxs üzərində hansı formada və rəngdə paltarlar olmasını da xatırlamamışdır. Göründüyü kimi digər polis əməkdaşı Şahid1 da Şahid2 kimi ifadəsində onunla birlikdə eyni əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşlarının adlarını bilməməsini göstərməsi, həmçinin onun da Şahid2 kimi müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs bərbərxananın qarşısında saxlanılması anını əks etdirən görüntülərdə görünməməsi Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat tədbirində həqiqətən də iştirak etməsini şübhə altına alır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müdafiə tərəfinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmr ilə qrup üzlərinin həm sayı, həm də tərkibi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəmə tərəfindən həmin xüsusatın araşdırılmasından ötrü Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya sorğu verilmişdir. Həmin polis şöbəsindən alınmış sorğuya cavab məktubuna əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin rəisi X18 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin kötüyündə əməliyyat qrupuna Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkilli Şahid1 daxil olması göstərilmişdir. Göründüyü kimi müdafiə tərəfinin məhkəmə istintaqı zamanı təqdim etdiyi “Əməliyyat qrupunun yaradılması haqqında” əmr ilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq alınmış “Əməliyyat qrupunun yaradılması haqqında” əmr eyni məzmunludur və əməliyyat qrupunun tərkibi eyni, yəni həmin əmrlərə əsasən əməliyyat qrupu Şahid2 və Şahid1 ibarət olmuşdur. Bununla belə, ibtidai istintaq materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdə əməliyyat qrupunun tərkibinin tamamilə fərqli olması, yəni Şahid2 ilə Şahid1 başqa həmin qrupa X7, X13, X21 və X2 da daxil olması göstərilmişdir. Halbuki iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə ibtidai istintaq materiallarında olan “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdə adları göstərilmiş Şahid2 ilə Şahid1 başqa digərlərinin, yəni X7, X13, X21 və X2 iştirak etmələri öz təsdiqini tapmamışdır. Hətta ibtidai istintaq materiallarında əməliyyat müvəkkilləri X7, X13, X21 və X2 iş üçün xüsusi əhəmiyyət kəsb edən hal, yəni Təqsirləndirilən şəxs saxlanılması şəraiti ilə bağlı şahid qismində dindirilmələri də öz təsdiqini tapmır. İş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 ilə Şahid1 ifadələrində digər dörd nəfər polis əməkdaşının əməliyyat tədbirində iştirak etmələri öz əksini tapmır. Qeyd edilən hal isə bir daha məhkəmədə əməliyyat müvəkkilləri X7, X13, X21 və X2 rəsmi qaydada əməliyyat qrupuna daxil olmalarına şübhə yaradır. Eləcə də müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs bərbərxananın qarşısında saxlanılması anını əks etdirən görüntülərdə əməliyyat müvəkkilləri Şahid2 ilə Şahid1 görünmədiyi üçün məhkəmə həmin polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılması şəraiti ilə bağlı həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini şübhə altına alır. Həmin xüsusatla bağlı iş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı 2 nəfər əməliyyatçı iştirak etmiş, “Əməliyyat qrupunun yaradılması haqqında” əmr tərtib olunarkən orada 6 nəfər polis əməkdaşının adı qeyd olunmuş, lakin şəxsi axtarış aparılan otaq kiçik olduğundan şəxsi axtarışda sadəcə 2 əməliyyatçı iştirak etmiş, əməliyyatçı “Əməliyyat qrupunun yaradılması haqqında” əmri tərtib edib ona təqdim etmiş, sözügedən əmr də ona təqdim edilərkən 6 nəfər polis əməkdaşının adı qeyd olunmuş, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının hamısının iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilməməsinin səbəbini də bilməmişdir. Həmçinin həmin xüsusat üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onun xidməti iş otağında iş materialları ilə tanış olarkən icazəsiz və xəbərdarlıq etmədən mobil telefonu vasitəsilə cinayət işinin materiallarının fotoşəkillərini çəkmiş, müdafiəçi həmin vaxt istintaqın əvvəlində iş materiallarının ilkin vərəqlərindən başlayaraq bütün əsas sənədlərin, həmçinin də əməliyyat-axtarış barədə qəbul edilmiş qərarın fotoşəkillərini çəkmiş, o da cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müdafiəçiyə etiraz edərək çəkdiyi fotoşəkilləri silməsini tələb etmiş və onun etirazından sonra müdafiəçi iş materialları ilə bağlı çəkdiyi bütün fotoşəkilləri silmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə müdafiə tərəfinin xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin surətini əldə etməsi tərəf arasında mübahisə doğurmur. İbtidai istintaq materiallarına əsasən əməliyyat məlumatının polis əməkdaşı Şahid2 daxil olmasına, həmçinin ondan və digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun yaradılmasına baxmayaraq, əməliyyat tədbirində faktiki olaraq sonuncuların deyil, məhz əməliyyat qrupunda adları olmayan digər polis əməkdaşlarının iştirak etməsi Şahid2 və Şahid1 tərəfindən həm cinayət prosessual qanunvericiliyinin, həm “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulmasına dəlalət edir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, əməliyyat-axtarış tədbirində faktiki olaraq adları əməliyyat qrupunun yaradılması haqqında əmrdə qeyd olunmuş əməliyyat müvəkkillərinin deyil, məhz əməliyyat qrupuna daxil olmayan və əməliyyat qrupunun yaradılması haqqında əmrdə adları göstərilməyən digər polis əməkdaşlarının iştirak etməsi həmin tədbir nəticəsində əldə olunmuş məlumatların və sənədlərin cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətləri aparmaq hüququ olmayan şəxs tərəfindən edildiyi üçün hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmçinin göstərilən xüsusatla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin rəisi X18 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrlə məhkəmə istintaqı zamanı əldə edilmiş elə həmin əmrin polis şöbəsində saxlanılan kötüyü ilə qrup üzlərinin tərkibinə münasibətdə fərqlilik olduğundan, həmçinin faktiki olaraq eyni polis rəisi tərəfindən imzalanmış eyni qeydiyyat nömrəli tamamilə bir-birinə zidd iki fərqli əmr olduğundan həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələbinə əsasən Gəncə şəhər prokuroruna məlumat verilməlidir. Bundan başqa, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X17 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onun xidməti iş otağında iş materialları ilə tanış olarkən icazəsiz və xəbərdarlıq etmədən mobil telefonu vasitəsilə cinayət işinin materiallarının fotoşəkillərini çəkdiyini, müdafiəçinin həmin vaxtı istintaqın əvvəlində iş materiallarının ilkin vərəqlərindən başlayaraq bütün əsas sənədlərin, həmçinin də əməliyyat-axtarış barədə qəbul edilmiş qərarın fotoşəkillərini çəkdiyini, onun etdiyi etirazdan sonra çəkdiyi fotoşəkilləri sildiyini, müdafiəçinin ona əvvəldən iş materiallarında olan sənədlərin surətinin verilməsini istəməsi barədə heç bir yazılı ərizə vermədiyini və şifahi müraciət etmədiyini göstərsə də, ibtidai istintaq materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış olaraq protokolda ifadələrin və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarın surətinin ona verilmədiyini qeyd etmişdir. Füzuli Şıxıyev isə müdafiəçinin həmin qeydini vəsatət kimi qəbul edərək, protokolda göstərilən sənədləri təqdim etmək əvəzinə əsassız olaraq xx.xx.2023-cü il tarixli qərarla müdafiəçinin vəsatətini rədd etmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.5-ci maddəsində göstərilmişdir ki, cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəkilini çəkmək hüququna malikdirlər. Göstərilən halın mövcudluğu ibtidai istintaqı aparmış Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X17 tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanılması yeri və vaxtına dair “Eksklüziv” adlı bərbərxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videolardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində saxlanılan zaman Təqsirləndirilən şəxs əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzunqol gödəkçə və ağ rəngli köynək vardır, üzü isə tüklüdür. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzunqol gödəkçə və ağ rəngli köynək vardır, üzü isə tüklüdür. Göründüyü kimi hər iki görüntüdə Təqsirləndirilən şəxs əynində olan paltarlar vizual baxışdan eynilik təşkil edir. Həmçinin videogörüntünün mötəbərliyi ilə bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkilli Şahid2 ifadəsində göstərmişdir ki, müdafiəçinin təqdim etdiyi videogörüntüdə Təqsirləndirilən şəxs yaxınlaşan şəxslər polislər əməkdaşları Aqşin Hüseynov, Orxan Heydərov, Vüqar Abbasov və Kamranbəy Həsənzadə olmuşlar, həmin vaxtı o, digər polis əməkdaşlarından irəlidə dayanaraq yolun kənarından baş verənləri izləmiş, o, videogörüntünün qeydə aldığı ərazidən kənarda olmuş, həmin vaxt axşam radələrinə yaxın olmuş, polis əməkdaşı Şahid1 da videogörüntüdə ümumiyyətlə yoxdur. Göründüyü kimi polis əməkdaşı Şahid2 da müdafiəçi tərəfindən təqdim olunmuş videogörüntüdəki şəxslərin şəxsiyyətini adlarını yuxarıda qeyd etdiyi polis əməkdaşlarının şəxsiyyəti ilə eyniləşdirib onların Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduğunu təsdiq etmişdir. Eyni zamanda “Eksklüziv” adlı bərbərxanada Təqsirləndirilən şəxs saxlanılma anının görüntülərini qeydə almış aparat müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 333.1-ci maddəsinin tələbinə əsasən həmin aparata ayrı-ayrılıqda cinayət prosesi tərəfləri baxış keçirdikdən sonra videogörüntülərin mənbəyinin mötəbərliyi müəyyənləşdirilmişdir. Belə olan halda məhkəmə tərkibi müdafiə tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs saxlanma anını əks etdirən vdieogörüntüləri təqsirləndirilən şəxsin, iş üzrə şahid qismində dindirilmiş X12, X24, X20, həmçinin polis əməkdaşları Şahid2 və Şahid1 ifadələri ilə, həm təqsirləndirilən şəxsin, həm də şahidlərin istifadəsində olmuş mobil nömrələrə dair müvafiq mobil operatorlar tərəfindən təqdim edilmiş məlumatlarla, eyni zamanda iş materiallarında olan məhkəmə istintaqı zamanı verilmiş sorğulara cavab məktubları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı həmin görüntülərin mənbəyi və mötəbərliyi tərəflər arasında mübahisə doğurmadığı üçün sözügedən aparat və videogörüntülər əks olunan bir ədəd informasiya daşıyıcı olan disk məhkəmə tərəfindən maddi sübut kimi qəbul edilməlidir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdə, həmçinin iş materiallarının 1-ci cilddə vərəq 32-33-də olan şübhəli şəxs kimi verdiyi ilkin izahatında Təqsirləndirilən şəxs guya ki üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etməsi göstərilmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, həm də ki şübhəli şəxs kimi ilkin izahatında üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi inandırıcı deyildir. Belə ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulduqdan sonra verdiyi ilkin izahatında üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirən Təqsirləndirilən şəxs nədənsə ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən etibarən müqavilə əsasında müdafiəçiyə malik olduqdan sonra istintaqın sonunadək verdiyi bütün ifadələrində onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona aidiyyəti olmadığını, həmin narkotik vasitəni onun üzərində polis əməkdaşının qoyduğunu israrla bildirmişdir. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cüü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə münasibət bildirərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-17 radələrində bərbərxanaya getmək məqsədi ilə evdən çıxaraq “Eksklüziv” adlı bərbərxanaya getdiyini, bərbərxanada növbə gözləyən zaman 4 nəfər əməliyyat müvəkkilinin ona yaxınlaşaraq şöbəyə getməli olduğunu, sonuncularla birlikdə Gəncə şəhər 2-ci PŞ-ya getdiyini, ittiham olunduğu cinayət əməlini törətmədiyini və həmin cinayətə aidiyyətinin olmadığını göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cüü il tarixli qərarından verdiyi apellyasiya şikayətində də polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərmişdir. Hətta ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuzluğa və pis rəftara məruz qalması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət də göndərmişdir. Habelə Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdə, eləcə də şübhəli şəxs kimi verdiyi ilkin izahatında narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını göstərsə də, elə iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 827 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra verdiyi ilkin izahatından başqa məhkəməyədək icraat dövründə verdiyi bütün ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis şöbəsində polislərin onu özlərinin xidməti otağında saxladıqlarını, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmadığını, narkotik vasitə olan heroini polis əməkdaşı Şahid2 polis şöbəsinin inzibati binasının ayaqyolusunda onun cibinə qoyduğunu və özünə məxsus olmasını videoçəkiliş zamanı etiraf etməsini dediyini, daha sonra Elşən adlı polis rəisinin üzərinə qoyulan narkotik vasitəni videoçəkiliş altında özünə məxsus olmasını etiraf etmədiyi halda onu ailəsi ilə hədələdiyini, qadın alt paltarını ona göstərərək verilən narkotik vasitəni öz üzərinə götürmədiyi təqdirdə həmin paltarı ona geyindirəcəyini və biabır edəcəyini bildirib onu təhdid etdiyini, polis əməkdaşlarının təhdid və hədələrinə dözməyib və yaşlı valideynlərini fikirləşdiyi üçün məcbur olub cibinə qoyulan narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X25 ifadəsində polis şöbəsində adını bilmədiyi polis əməkdaşlarından Elmarın nə səbəbə orada saxlanıldığını soruşduqda sonuncuların cavabında verilmiş siyahıya əsasən Elmarın sifariş əsasında tutulmalı olan şəxslərin içində olduğunu üçün saxlanıldığını, Elmardan nə baş verdiyini soruşanda sonuncunun polis əməkdaşlarının ona qarşı kişiyə yaraşmayan hərəkətlər edərək onu narkotik vasitə ilə yüklədiklərini, ona qarşı kişiliyə sığmayan hərəkətlərə yol verdiklərini, valideynləri ilə hədələdiklərini və ləkələdiklərini, buna görə də məcbur olub üzərinə qoyulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini, polislərin Elmarı başqa otağa apardıqlarını və həmin vaxt Elmara danışdıqları kimi narkotik vasitəni bazarın yanından və siqaret qutusunun içərisindən tapdığını deməli olduğunu tapşırdıqlarını, Elmar getdikdən sonra otaqda olan adını bilmədiyi və tanımadığı mülki geyimli polis əməkdaşından Elmara qarşı niyə belə hərəkət etdiklərini soruşduqda sonuncunun Elmarın yaxşı oğlan olduğunu, ona qarşı belə bir hərəkət etmək istəmədiklərini, qanunsuz silah saxlamaqla və ya narkotik vasitənin istifadəçisi kimi sənədləşmə aparmaq istəsələr də bunun mümkün olmadığını bildirdiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş psixi zorakılıq nəticəsində üzərinə qoyulmuş narkotik vasitəni etiraf etməsini göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə Qərarında göstərmişdir ki, pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə Qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” və “Bıkov Rusiyaya qarşı” iş üzrə Qərarlarında formalaşdırdığı presedent mövqeyə görə özünə qarşı ifadə verməmək hüququ cinayət işində ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı öz versiyasını sübut etmək üçün “məcbur etmə” və təqsirləndirilən şəxsin iradəsi əleyhinə təzyiq üsulları ilə əldə edilmiş sübuta əl atmamasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə Qərarında formalaşdırdığı presedent mövqeyə görə məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdə, həmçinin iş materiallarının 1-ci cilddə vərəq 32-33-də olan şübhəli şəxs kimi verdiyi ilkin izahatında Təqsirləndirilən şəxs guya ki üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi, əksinə təkzib edildiyi, eləcə də həmin izahatı işin faktiki hallarına uyğun gəlmədiyi, o cümlədən ona göstərilmiş pis rəftar nəticəsində əldə edildiyi və istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntusu ilə aparıldığı üçün hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda həmin ifadələr əsasında təqsirləndirilən şəxs barəsində ittiham hökmü də çıxarıla bilməz. Bununla da, məhkəmə tərkibi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində saxlanılmasını və tutulduğu andan etibarən həmin gün saat 20:20-də şübhəli şəxs qismində tutulana qədər üç saat müddət ərzində polis əməkdaşlarının sərəncamında və nəzarəti altında olmasını nəzərə alaraq hesab edir ki, tutulma ilə şəxsi axtarış arasındakı təxminən üç saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu halın mövcudluğu isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X16 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Avropa İnsan Hüquqları Məhkəməsi “Savalanlı və digərləri Azərbaycana qarşı” iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki, həmin Qərarın 91-ci bəndində göstərilmişdir ki, “Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127).” Məhkəmə tərkibi hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı yuxarıda qeyd edilən nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulması ilə üzərinə aparılmış şəxsi axtarış arasında keçən müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onun üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Beləliklə də, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarındakı hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən “Eksklüziv” adlı bərbərxananın qarşısında saxlanıldığı andan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçirilənə kimi, yəni üç saat ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olduğundan, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə haqqında”, Təqsirləndirilən şəxs ilkin etirafedici izahatı, o cümlədən ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyindən və digər sübutlarla təsdiq olunmadığından, o cümlədən Təqsirləndirilən şəxs göstərilmiş pis rəftar nəticəsində əldə edildiyindən və qeyd edilən istintaq hərəkətləri istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə olan halda məhkəmə tərkibi narkotik vasitə olan heroinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsinə şübhə ilə yanaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qeyd edilən Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Sözügedən Qərarın 33-cü bəndində göstərilmişdir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla bağlı məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici izahatı, o cümlədən şahidlərin ifadələri müqayisə edilərkən iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi üçün ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı”, o cümlədən “Yanoseviç İsveçə qarşı” iş üzrə Qərarlarında formalaşdırılmış presedent hüququna görə təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şenk İsveçrəyə qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərilərinə götürdükləri öhdəliklərinə əməl etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmamışdırsa, məhkəmənin funksiyası deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “X26rşı” və “X22rşı” işlər üzrə Qərarlarında göstərilmişdir ki, buna görə də prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X26rşı” və “X22rşı” işlər üzrə Qərarlarında həmçinin göstərilmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bıkov Rusiyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. CPM-in 28.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq (CPM-in 28.4.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq (CPM-in 28.4.3-cü maddəsi) kimi vəzifələri yerinə yetirməlidirlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər (CPM-in 33.1-ci maddəsi). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.2-ci maddəsi). Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPM-in 33.3-cü maddəsi). CPM-in 125.2-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (CPM-in 125.2.1-ci maddəsi); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (CPM-in 125.2.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (CPM-in 125.2.3-ci maddəsi); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (CPM-in 125.2.7-ci maddəsi) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 144-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM-in 351.3.1-ci maddəsi); bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-in 351.3.2-ci maddəsi); məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPMin 351.3.3-cü maddəsi); təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-in 351.3.4-cü maddəsi) sübuta yetirilmiş hesab edilə bilər. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə barəsində bəraət hökmü çıxarılır. CPM-in 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz, istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu səbəbdən də qeyd edilən sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Beləliklə də, məhkəmə tərkibi iş materiallarında olan hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, o cümlədən daxili inamına əsaslanaraq Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,928 qram narkotik vasitə olan heroin narkotik vasitənin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-nin maddi sübutları saxlama yerində saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. CPM-in 63-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,928 qram narkotik vasitə olan heroin narkotik vasitənin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-nin maddi sübutları saxlama yerində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-159/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-159/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver