Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-159/2025 26.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X4 ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 21 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nın 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X8 xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onuhəyatdan məhrum etmişdir. Belə ki,Təqsirləndirilən şəxs ögey bacısı, xx.xx.1989-cu il təvəllüdlü X6 müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib, bacısının müğənnilik fəaliyyəti ilə məşğul olmasını bəhanə etməklə sonuncunu öldürmək qərarına gələrək, bu məqsədlə öz cinayətkar niyyətini həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə saat 7 radələrində sonuncunun yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə, 15 nömrəli binanın qarşısına gəlib havanın işıqlanmasını gözləmiş, Səbinə Abbasova onun binanın qarşısına gəlməsindən xəbər tutub söhbət etmək üçün yaşadığı mənzildən çıxaraq binanın qarşısında onun gözlədiyi taksiyə yaxınlaşıb ona öz iradını bildirdikdən sonra aralarında yaranmış mübahisə barədə yaxınlıqda yerləşən polis şöbəsinə gedib məlumat vermək istəyərkən, sonuncunun ardınca qaçaraq Səbinə Abbasovanı tutmuş və sonuncunun müğənnilik fəaliyyəti ilə məşğul olmasını özünə qarşı hörmətsizlik olduğunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan, öz davranışını açıq surətdə ictimai maraqlara qarşı qoyaraq, cəmiyyətə və ümumi qəbul edilmiş əxlaq normalarına nümayişkarcasına hörmətsizlik zəminində Səbinə Abbasovanı öldürmək məqsədi ilə əvvəlcədən özü ilə gətirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla sonuncuya bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmuş, bundan sonra Səbinə Abbasova onun əlindən çıxıb qaçan zaman yenidən sonuncunun ardınca qaçıb onu tutaraq, öz cinayətkar əməlini başa çatdırmaqda israrlılıq nümayiş etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək sonuncunun yaxın qohumu, yetkinlik yaşına çatmayan qızı Şahid3 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmçinin Səbinə Abbasovaya xüsusi amansızlıqla əzab və işgəncə verib, bədəninin müxtəlif nahiyələrinə təkrar zərbələr endirməklə sonuncuya dərəcəsinə görə sağlamlığa AĞİR zərər vuran döş qəfəsinin ön, yan və arxa səthlərində yerləşən, daxilə döş və qarın boşluqlarına keçərək hər iki ağciyərləri, onurğa beynini, mədəni, dalağı, nazik bağırsaq müsaqirəsini zədələyən 06 (altı) ədəd, dərcəsinə görə sağlamlığa YÜNGÜL zərər vuran yuxarı ətraflarda (qollarda) 10(on) ədəd və sol bu nahiyəsində 01(bir) ədəd xəsarətlər yetirərək, Səbinə Abbasovanı xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 120.2.2-ci və 120.2.4-cü maddələri ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir. Zərərçəkmiş şəxs onun ata bir bacısıdır. O bacısı ilə dəfələrlə telefon vasitəsi ilə danışmış və görüşmüşdür. Bacısının müğənnilik fəaliyyəti ilə məşğul olmasından çəkinməsini istəmişdir. O müğənnilik edən qadının qadının abır həyasi olmaz kimi düyündüyündən bacısının müğənnilik etməsini istəməməişdir. O bacısına “hər bir ehtiyacını ödəyirəm, müğənnilik fəaliyətindən əl çək” demişdir. Bacısı isə ona 9.000 min manat borcunun olmasını bildirmişdir. O bacısına onun borcunun tam ödənilməsini öz üzərinə götürdüyünü bildirmiş və bu məqsədələ bir nəfər şəxsin yanına gedərək, ona sabaha 10.000 min manat pul lazım olduğunu və həmin məbləğin evini satdıqdan sonra qaytaracağını bildirmişdir. Həmin şəxs pulun verilməsində problemin olmamasını bildirmişdir. Bundan sonra bacısı səs-küy edərək dava salmış və oradan uzaqlaşmışdır. Sonra qardaşı Tahir ilə sürücü gəlmişdir. Onların danışıqları alınmamışdır. Fazil Həsənov adlı şəxslə heç bir söhbəti olmamış, Fazil Həsənov ora mehribançılıq yaratmaq üçün gəlmişdir. Dəfələrlə gəlmiş və bacısı səs-küy salmış və çıxıb getmişdir. Kəlbəcər rayon Polis Şöbəsindən ona zəng edilmiş və adı tam yadında qalmadığı Günay və ya Gülü adlı şəxsləri tanıyıb-tanıması soruşulmuşdur. X21 evinə gəlmiş, orada danışlmış və razılıq əldə olunmamışdır. Bundan sonra bacısı yenidən dava-dalaş və səs-küy salmış və onlar çıxıb getmişlər. Bundan sonra o bacısı ilə görüşməmişdir. Axırıncı dəfə 02 noyabrda o Gəncə şəhərinə gəlmiş və uşağın məktəbə getməsini gözləmişdir. Uşaq məktəbə getdikdən sonra onun fikiri evə qalxmaq və söhbət etmək olmuşdur. O avtomobildə gözləmişdir. Bundan sonra bacısı xəbər tutmuş və o oraya gəlmişdir. Bacısı onun nə üçün gəlməsini soruşmuş o isə söhbət etmək üçün gəlməsini bildirmişdir. Həmin vaxt bacısı səs-küy salmış o isə burada insanların yaşayış yerinin olmasını bildirərək evə qalxmalarını təklif etmişdir. Daha sonra söyüş və təhqirlər olmuş,nəitəcədə bu hadisə baş vermişdir. O Sumqayıt şəhərində yaşamış və taksi ilə gəlmişdir. Gəldikdən sonra 2244 taksi xidməti vasitəsi ilə taksi sifariş vermiş və həmin əraziyə gəlmişdir. Onlar özləri aşağı düşmüş, orada qardaşının qayını, qayını arvadı, bacısı olmuşlar. Onlar taksiyə yaxınlaşmış və ona “bura niyə gəlmisən” deyə sonruşmuş o isə cavab olaraq “gəlmişəm sənlə söhbət etməyə” demişdir. O bacısı Səbinəyə binaın qabağında söhbət etmlərinin ayıb olmasını onun üçün evə qalxmalarını təklif etmişdir. Bacısı orda səs-küy qışqır-bağır salmış və polisə tərəf getmişdir. O özüözünü polisə təslim etmişdir. O hadisə vaxtı oradan uzaqlaşaraq qəsəbədən çıxmaq istəmişdir. O bacısına17 bıçaq zərbəsi vurmuşdur. Hadisə vaxtı onun yanında qardaşının qayını olmuşdur. Daha sonra onu polis şöbəsinə aparmışlar. Bacısı isə hadisə yerində qalmışdır. Bacısına kömək olunub-olunmasından onun xəbəri olmamışdır. O tanımadığı yerə gəlmiş və bıçaqı ödürmək məqsədi ilə gətirməmişdir. O həmin şəxslərlə düşmənçəlik etməmiş, lakin həmin şəxslər onunla düşmənçəlik etmişlər. O bundan qabaq ölüm hadisəsi ilə bağlı məhkumluq həyatı yaşamış və həmin zaman öz doğma anasını öldürmüşdür. Anasının öldürmə səbəbi isə eyni hallar olmuşdur. O 15 il həbsdə olmuş, hadisədən 6 ay əvvəl həbsdən azad edilmişdir. O belə şeyləri qəbul etməmişdir. O cəza çəkərkən bacısına zənglər etmiş və bu yoldan çəkinməsini bildirmişdir. Səbinə ona müğənnilik fəaliyyəti ilə məğul olmayacağına söz versə də, sözünə əməl etməmişdir. O bacısını öldürmək istəməmişdir. Səbinənin olməsinin səbəbkarı onun öz qohumları olmuş, o sadəcə vasitəçi olmuşdur. O bacısına evinin ona verilməsini belə təklif etmişdir. Hadisə barədə onun heç kimlə söhbəti olmamışdır. X22 heç bir söhbəti olmamışdır. Fazil Həsənov onun bibisi oğludur. Fazil Həsənovun məqsədi onları barışdırmaq olmuşdur.Törətdiyi əməldən peşman deyildir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə ona zəng etmiş və ona “sən şərait qur mən gəlim onları kökünü qırım” demişdir. O dəfələrlə qardaşı Təqsirləndirilən şəxs yalvarmış və “bizim bacımızın pis bir şeyi olsa mən səndən ömür boyu şikayət etmərəm” demişdir. Bacısı Səbinə sadəcə çörək pulu qazanmışdır. Hadisə yerində o olmamışdır. O danışıqlardan bilmişdir ki, Təqsirləndirilən şəxs bacısı Səbinəyə 17 bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs bacısının müğənnilik etməməsini istəmiş, o isə qardaşı Təqsirləndirilən şəxs “yaxşı müğənnilik etmirsə, onda gətir çörək ver” demişdir. Təqsirləndirilən şəxs 15 il həbsdə olmuşdur. Təqsirləndirilən şəxs onun bacısının əri Zahidi də hədələmişdir. Təqsirləndirilən şəxs ona “sən evdə bir şənlik hazırla, çağır məni ora mən gəlim onların kökünü qırım” demişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının ögəy oğludur. Hüseyn artıq 3-cü cinayətdir ki, törətmişdir. Onun öz övladı yoxdur, o Səbinə ilə bir yerdə yaşamışdır. Təqsirləndirilən şəxs Səbinəni aldadaraq Bərdə rayon, Mehtixanlı kəndinə aparmış, orada Səbinəni gizlədərək ot yığdırmışdır. Həmin vaxt Səbinə ona zəng etmiş və «Təqsirləndirilən şəxs onu öldürür və burada olan sürücüdə qaçmışdır» demişdir. Hüseyn ot talasının arasından silah çıxarmış və onlar bir təhər qaçmışlar. Təqsirləndirilən şəxs Səbinəyə zəng edərək müxtəlif vaxtlarda 200 və 400 manat pullar almışdır. Təqsirləndirilən şəxs cəzəsəkmə müəssisəsindən gələn kimi Səbinəni hədələmiş və onu evləndirmək öz evinə yerləşdirmək təklifi etmişdir. Səbinə isə “Hüseyn sən mənim qardaşımsan sənə hörmət eləmişəm” demişdir. Gecə saatlarında mərhumun bacısı ona zəng etmiş və Təqsirləndirilən şəxs və 3-5 nəfər şəxsin gəlməsini və əllərində də silah olmasını, onlarda olan pəncərələrin barmaqlıqlarına çıxdıqlarını bildirib onlari hədəliyərək çölə çıxamasını istədiklərini demişdir. Onlar qorxmuşlar. Bundan sonra o DİN-in 102 xidmətinə zəng etmişdir. Daha sonra o işıq projektorunu onlara tələf tuşlamış və orada olan şəxslərdən 3 nəfəri görmüş, digər 2 nəfəri isə görməmişdir. Onların əllərində silah olmuşdur. Polislər gələnə kimi, o onları yubatmış və həmin vaxt orada olan şəxslər “tez ol da, oradan olan şəxslərdən biri isə görə bilmirəm ki, bu hadisəni törədəm” demişdir. Bundan sonra Polis əməkdaşları həmin əraziyə gəlmişlər. O orada həmin şəxslərin əlində silah olmasını görmüşdür. Səbinənin vurulmasını görməmişdir. Səbinə onunla bir yerdə yaşamışdır. Təqsirləndirilən şəxs hər gün onun pulu yoxdur pul ver deyə yalvarmışdır. Səhər saat 6-da bacısı qızı ona zəng edərək Təqsirləndirilən şəxs Səbinəni öldürməsini ona demişdir. Müğənnilik sənətini buraxılması barədə Hüseyn heç vaxt Səbinəyə heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Onun doğma qardaşı Tahir Abbasov ögey qardaşı Təqsirləndirilən şəxs cəzasəkmə müəssisəsindən çıxandan sonra qaynı gilə gətirmiş, lakin onlar onu qəbul etməmişlər. Onlar qardaşının qaynı gilə getmişlər və orada Hüseyn onu qırağa çəkərək “mənə arvad alın, biz qardaş bacıyıq, yoxsa bizim aramızda narazılıq olacaqdır” demişdir. Təqsirləndirilən şəxs onları hədələdiyi üçün onlar polisə şikayət etmişlər. Bundan sonra bacısı onlara gəlmişdir. Bacısı ona əlini yuyarkən pəncərədən baxan zaman 3-5 nəfər şəxslərin kölgələrinin düşdüklərinin görməsini demişdir. Əllərində nəsə olmuşdur. Təqsirləndirilən şəxs ona “qapını aç sənlə işim vardır” demişdir. O da xalasına demiş,daha sonra onlar polisə şikayət etmişlər. Hüseyn ona dəfələrlə zəng edərək hədələmişdir. Əllərində uzun nəsə olmasını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Səbinə onun qohumudur. Hadisəni görmüşdür. Onun arvadı süpürgəçidir. Arvadı gecə saat 6-da səhərə yaxın evə gəlmiş və ona Hüseynin orada olmasını bildirmişdir. Bundan sonra onlar əraziyə getmiş və ərazini təmizlədikdən sonra evə qayıtmışlar. Həmin vaxt Səbinə ona zəng etmiş və orada avtomobilin olub-olmamasını soruşmuşdur. O isə tanımadığı bir avtomobilin olmasını demişdir. Avtomobilin arxa şüşələri qara olduğu üçün içəridə kimin olmasını görməmişdir. Həmin vaxt Səbinə ona orada olmasını və özünün də gələcəyini demişdir. Bundan sonra Səbinə oraya gəlmişdir. Səbinə avtomobilin qapısını açmış və arxada Hüseynin olmasını görmüşdür. Bundan sonra Hüseynə “nəyə gəlmisən demişdir”. Həmin vaxt Hüseyn avtomobildən düşmüşdür. Səbinə ona “gəl gedək polisə” demiş və onlar gedərkən Hüseyn onların arxası ilə getmişdir. Hüseyn onun da üzərinə gəlmişdir. Onun yoldaşı qaçıb polisə getmişdir. Hüseyn onun arvadını da vurmaq istəmişdir. Bundan sonra o mərhumun yanına gəlmişdir. Hüseyn avtomobilin qapısını açan zaman bel nahiyyəsindən bıçaq çıxarmışdır. Onlar binanın qabağında olmuşlar. O arvadının arxasınca qaşmaq istəmiş, Hüseyn onun üzərinə gəlmiş,o da qaçmışdır. Hüseyn Səbinəni ani olaraq vurmuşdur. O stadiona tərəf qaçmış və qayıdarkən Səbinənin vurulmasını görmüşdür. Səbinin həkimə aparılmasına o köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Hadisə günü o işdə olmuşdur. Səbinənin biçaqlamasini və olməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,Hüseyn onun dayısı Səbinə isə anasıdır. Hadisə gözünün qabağında olmuşdur. Anası səhəri gün toya getməli olduğundan, anası səhər rahat getsin deyə o anasını əynini sahmana salmışdır. Səhər yuxudan duran zaman o anasının telefonla danışmasını görmüşdür. Onlar bir yerdə düşmüşlər. Anası polisə qaçan zaman hadisə baş vermişdir. Anasına zəng gəlmişdir, Hüseynin binanın qaqhısında olduğu bildirilmişdir. Həmin vaxt o qorxduğundan 13-cü binanın qabağına tərəf qaçıb oradan uzaqlaşmış, daha sonra səs gələn tərəfə qayıdanda 15-ci binanın sol tərəfində, yolun hərəkət hissəsində, maşınların yanında Hüseynin anasına bıçaqla amansızcasına zərbələr vurduğunu görmüşdür. Qorxu və həyəcan içində onlara tərəf qaçaraq Hüseynə “anamı vurma, burax anamı” deyə yalvarmış, buna baxmayaraq Hüseyn anasina kürəyindən bıçaqla zərbələr vurmağa davam etmişdir. Hüseynə mane olmağa çalışsa da bunu bacarmamış və yerə yıxılmışdır. Bu zaman Hüseyn də onun üstünə yıxılmışdır. Hüseyn yerdən qalxıb yenidən anasının kürəyindən bıçaqla zərbə vurmuş, bundan sonra anası üzü üstə yerə yıxılmışdır. O, qişqirib ağlamış, kömək istəsə də, köməyə gələn olmamışdır. Bundan sonra Hüseyn oradan uzaqlaşmışdır. Kömək çağırmaq məqsədi ilə evə qayıdıb telefonunu götürmüş və qohumlara xəbər vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o yaşadığı ərazidə süpürgəçi işləmiş və həmin vaxt 15-ci binanı süpürərkən Hüseyni görmüşdür. Bundan sonra o evə getmişdir. Həmin vaxt Tahir onlarda qalmışdır. Bundan sonra o Tahirə zəng etmiş və Hüseyinin 15-ci binanın qabağında olmasını demiş, Tahir isə qəsəbədə olmasını bildirmişdir. O ərini yuxudan oyatmış və onunla düşməsini istəmişdir. Həmin vaxt əri onunla birgə düşmüş və onlar Hüseyni görməmişlər. Onlar ərazini süpürmüşlər. Bundan sonra Səbinə ona zəng etmiş və Hüseynin aşağda olub-olmamasını soruşmuşdur. O isə Hüseyni görmədiyini, lakin taksinin dayanmasını və həmin taksidən sərnişinin düşmədiyni demişdir. Səbinə ona həmin yerə gəlmələrini və onun da həmin yerə gəlməsini bildirmişdir. O isə Səbinəyə evdən çıxmamasını bildirmişdir. Səbinə ona “düşüm görüm məndən nə istəyir” demişdir. Sonra onlar süpürgəni əraziyə qoyaraq həmin yerə getmiş və həmin vaxt Səbinə qızı Şahid3 ilə binanın qabağına düşmüşdür. Səbinə ondan avtomobilin harada olmasını soruşmuş o, isə avtomobilin binanın baş hissəsində dayanmasını bildirmişdir. Səbinə orada Hüseyni görmüş və Hüseynə “niyə gəlmisən bura” soruşmuşdur. Sonra Səbinə ona “gəl gedək polis məntəqəsinə” demişdir. Hüseyn onların arxası ilə gəlmiş onlara çatan zaman çoxsaylı bıçaq zərbələri ilə Səbinəni vurmuşdur. Həmin vaxt o qışqıraraq polis şöbəsinə getmiş və məlumat vermişdir. Polislər Hüseyni polis şöbəsinə gətirən vaxt o Hüseynlə qarşılaşmışdır. Polislər bıçaqı Hüseynin əlindən almışlar. O Səbinənin yanına qayıtdıqda Səbinə artıq ölmüşdür. Səbinə qızı ilə olmuşdur. Səbinə niyə gəlməsi ilə bağlı Hüseyndən soruşmaq üçün düşmüşdür. O Səbinə ilə qabaqda getmiş, onun əri ilə Səbinənin qızı isə arxada gəlmişlər.O polisə Hüseynin üzərində bıçaq olmasını bildirmiş və polis əməkdaşı ondan bıçaqı almışdır. Hüseyn ilə onların ara məsafəsi təqribən 10 metr olmuşdur. Bıçaq vuran zaman heç bir köməklik olmamışdır. Hüseyn Səbinəni onun yanında vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki,o şöbədə xidmətdə olan zaman bir xanım şöbəyə yaxınlaşmış və cinayət hadisəsinin baş verməsini bildirmişdir. Həmin vaxt o çölə çıxmış və kiminsə gəlməsini görmüşdür. Həmin vaxt o bıçaqın verilməsini istəmiş və bıçaq ona təqdim edilmişdir. Daha sonra o şöbəyə dəvət olunmuş və aidiyyəti üzrə məruzə etmişdir. O yalnız bıçağı almışdır. Aydan ona bıçaqlanma hadisəsinin baş verməsini demişdir. Bıçaq Hüseynin əlində olmuş və o görmüşdür. Hadisə səhər radələrində baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki,təqsirləndirilən şəxsi tanımır. O təcili tibbi yardımda işləyir. Həmin vaxt onlara məlumat daxil olmuş, onlar 5-10 dəqiqə ərzində həmin əraziyə getmişlər. Hadisə yerində uzanıqlı vəziyyətdə, başı keçmiş ərinin qucağında olan qadın görmüşlər. İlkin müayinə zamanı o, həmin şəxsin həyat əlamətlərinin olmamasını görmüşdür. Həmin vaxt ölmüş şəxsin qohumlarının təkidi ilə və onlar həmin şəxsi 3 nömrəli şəhər xəstəxanaya aparmışlar. Orada olan həkimlər həmin şəxsin ölməsini təsdiq etmişlər. Bundan sonra onlar həmin şəxsi morqa təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki ,səhər saat 7-yə 25 dəqiqə işləmiş Səbinə ona zəng etmiş və binanın qarşısında avtomobilin olub-olmamasını soruşmuşdur. O həmin vaxt boz rəng olan (metalik) «VAZ» 21015 markalı avtomobilin olmasını bildirmişdir. O nə olmasını soruşmuş və Səbinə Hüseynin orada olmasını ona bildirmişdir. O Səbinəyə düşməməsini demiş, Səbinə isə düşəsəyini demişdir. O isə öz-özündə qradaş bacıdılar heç nə olmayacağını düşünmüşdür. Təqribən 5 dəqiqə sonra çöldə səs-küy gəlməsini eşitmiş, o pəncərədən baxan zaman Səbinənin taksi sürücüsü ilə söhbət edildiyni görmüşdür. Avtomobilin arxa qapısı açılan zaman Səbinə qardaşı ilə danışmışdır. Səbinə qaçmağa başlamış və həmin vaxt Hüseyn də onun ardınca qaçmışdır. Sonra o evdən çölə çıxmış ,o çölə çıxana kimi hadisə baş vermişdir. O Hüseynin Səbinəyə bıçaq vurmasını görməmişdir. Səbinənin yerdə oturmasını görmüşdür. Sonra Səbinəni xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olmuşdur. Səhər saatlarında ona zəng gəlmiş o müştəridən hansı istiqamətə getməsini soruşmuş, müştəri isə Gülüstan qəsəbəsi ərazisinə və orada bir nəfər şəxsin onu gözləyəcəyini demişdir. O müştərinin harada olmasını soruşmuş, müştəri isə ona “lukoyl zapravkasının yanındayam” demişdir. O deyilən ərziyə getmişdir. Sifariş taksi şirkəti ilə bağlı olmuşdur. Onlara şirkət tərəfindən müştərilərinin olması bağlı zəng gəlmişdir. Onlar müştəriyə zəng edərək harada olmaları soruşulur və onlar həmin ərazidən müştəriləri götürürlər. Müştəri avtomobilə əyləşmiş və o müştəridən hara getməsini soruşmuş, müştəri isə Gülüstan qəsəbəsi, 15-ci binanın qabağına gedəcəyini bildirmişdir. Onlar 15-ci binanın qabağına getmiş və o “qardaş gələn olacaq, cavab isə narahat olma gəlsin gedəcəyik Gülüstana” demişdir. 5-6 və ya 10 dəqiqə gözlədikdən sonra binadan 2 nəfər xanım düşmüşlər. Həmin xanımlar avtomobilin sol qabaq qapısını açıb ona “niyə gətirmisən bunu” demişlər. O isə xanıma həmin şəxsi tanımadığı bildirmişdir. Xanım isə ona “sən bilirsən arxada oturan kimidir” demiş o, isə həmin şəxsi tanımadığını bildirmiş və sifariş əsasında taksi kimi gəldiyini bildirmişdir. Həmin xanım ona “o atası və anasını öldürən adamdır” demişdir. O isə məlumatının olmamasını və ona “burada adam gözləyirik, məndə gözləyirəm” sözlərini demişdir. Bundan sonra xanım avtomobilin qapısını bağlamış arxa tərəfə keçən zaman sərnişin arxa sol qapını açaraq avtomobildən düşmüşdür. O isə qorxduğu üçün avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, Yeni qəsəbə ərazisi, 15 nömrəli yaşayış binasının sol tərəfində yerləşən yoldur. Həmin yol avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuşdur. Avtomobil yolu asfalt örtüklü olmaqla hərəkət hissəsinin eni 5 m 56 smdir. Yolun sağ tərəfində 15 nömrəl bina, solunda isə park yerləşir. Bina 5 mərtəbəli yaşayış binasıdır, həmin binanın hadisənin baş verdyi yola baxan pəncərələr və eyvanların olması müşahidə olunur. 15 nömrəli bina ilə yolun hərəkət hissəsinin arasında, həmçinin parkla yolun hərəkət hissəsi arasında piyada səkisi vardır. Yolun hərəkət hissəsində sol tərəfdə dayanmış vəziyyətdə qara rəngli, 99X358 dövlət qeydiyyat nişanlı “Azsamand” markalı, onun arxasında isə bozumtul rəngli 21BX248 dövlət qeydiyyat nişanlı “Gaz3110” markalı avtomobillər vardır. Qara rəngli 99XD358 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfində asfalt örtüyün üzərində 71x54 sm ölçü daxilində qana bənzər ləkələr vardır. Həmin qanabənzər ləkənin olduğu şərti olaraq 1 nömrəsi ilə işarələndi. Qan ləkəsinin olduğu yer və ətrafına su dağılmışdır, asfalt örtüyü yaş vəziyyətdədir, qan ləkəsinin yaxınlığında, asfalt örtüyün üzərində 1 ədəd su qabının plastik material ibarət qapağı vardır. Şərti olaraq 1 nömrəsi ilə işarələnmiş qan ləkələrinin olduğu yerin məsafəsini müəyyən etmək üçün, 15 nömrəli binanın sol qabaq küncü, yolun sol tərəfindəki ağac, həmçinin asfalt yol ilə parkın arasında olan piyada səkisi tərpənməz obyekt kimi götürüldü. 15 nömrəli binanın küncündən 1 nömrəsi ilə işarələnmiş qanabənzər ləkərə kimi məsafə 7m 11 sm, ağacdan qan ləkələrinə kimi məsafə 4m 76 sm, sol tərəfdəki piyada səkisindən qan ləkələrinə kimi məsafə isə 1m ,19 smdir. Şərti olaraq 1 nömrəsi ilə işarələnmiş qanabənzər ləkənin olduğu yerdən 4,92 sm irəlidə yolun hərəkət hissəsində, asfalt örtüyün üzərində, bozumtul rəngli 21BX248 dövlət qeydiyyat nişanlı “Gaz3110” markalı avtomobilin ön sağ qapısından sağda 53x22 sm ölçü daxilində qana bənzər ləkələrin olması müəyyən edildi. Qeyd olunan qan ləkələri şərti olaraq 2 nömrəsi ilə işarə olundu. Şərti olaraq 2 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrin olduğu yerin məsafəsini müəyyən etmək üçün 15 nömrəli binanın arxa küncü və bina ilə yolun arasında olan səki tərpənməz obyekt kimi götürüldü. 15 saylı binanın arxa tinindən 2 nömrəsi ilə işarələnmiş qanabənzər ləkələrə kimi məsafə 11m 74 sm, sağ tərəfdəki səkiyə kimi məsafə isə 92 smdir. Şərti olaraq 1 və 2 rəqəmi ilə işarələnmiş qan ləkələrinin arasında olan məsafə 4 m 92 smdir. Baxış zamanı hadisə yerində olan şərti olaraq 1 və 2 nömrələri ilə işarələnmiş qanabənzər ləkələrin olduğu yerdən pambığa hopdurulmaqla nümunələr 02 ədəd bağlamada müvafiq qaydada götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 meyitinin əynində aşağıdakı paltarlar olmuşdur: 1. Qırmızımtıl-qəhvəyi rəngli məxmər materialdan kofta, koftanın sağ ön səthi, sağ qolunun yuxarı hissələri və arxa səthi qana bulaşmışdır, ön səthində sağda sağ çiyin tikişindən 5 sm aşağıda qeyri-müəyyən formalı 5 x 0,5 sm ölçüdə, koftanın ön səthində sağda ətəkdən 26 sm yuxarıda sağ yan tikişdən 12 sm öndə 2,5 sm uzunluqda düz xətt formalı, ön səthində sağda sağ yan tikişdən 15 sm solda 14 sm ətəkdən yuxarıda 4 x 1,0 sm ölçüdə, sağ qolun ön səthində sağ said nahiyəsinə uyğun hissədə ortada 1,0 və 2,0 sm uzunluqda iki ədəd, sol qolunda öndə bazu nahiyəyə uyğun hissədə ortada 2 sm, sol qolun said nahiyəsinə uyğun hissəsinin aşağı 1/3 hissəsində 2,5 sm uzunluqda, köynəyin sağ qolunun bazu hissəsinin arxa səthində aşağı 1/3 hissədə üç ədəd, said nahiyəsinə uyğun hissədə isə bir ədəd 5 x 2 sm ölçüdə kənarları hamar zədələr vardır. Koftanın arxa səthində boyun hissənin kənarından 6 sm aşağıda orta xətt üzrə 2 sm uzunluqda, sağ yan tikiş üzərində ortada 3 sm uzunluqda düz xətt formalı, kənarları hamar zədələr vardır; 2. Qara rəngli pambıq parçadan mayka, maykanın ön səthində ətəkdən 21 sm yuxarıda sol-yan tikişdən 19 sm öndə 3 sm uzunluqda, ondan 14 sm yuxarıda 2 sm uzunluqda sol yan tikişdən 13 sm öndə, boyun hissənin yuxarı kənarından 13 sm aşağıda 1,0 sm uzunluqda, maykanın arxa səthində solda boyun hissənin kənarından 5 sm aşağıda 5 sm uzunluqda kənarları hamar zədələr vardır; 3.qırmızımtıl-qəhvəyi rəngli məxmər materialdan şalvar,şalvarın sol ayağının yan səthində bud nahiyəsinə uyğun hissədə 3 sm uzunluqda kənarları hamar zədə vardır. Şalvarın ön səthində qanabənzər ləkələr qeyd edilir; 4. Qara rəngli sintetik materialdan məmədan; 5. Bozumtul rəngli tursik. Paltarlar köhnədir, əyinə düzgün və səligəli geyinilmişdir. Paltarları soyundurduqda meyit qadın cinsidir, düzgün bədən quruluşu, kafi köklükdədir, boyunun uzunluğu 157 sm-dir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda bir qədər istidir. Meyit ləkələri meyitin arxa səthində yerləşmişdir zəifdir, göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə 10 saniyadan sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır, göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, buynuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır, ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthi ağımtıl rəngdədir, dişləri tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Xəsarətlər: döş qəfəsinin ön səthində sağda ön qotuqaltı xəttlə İİ-İİİ qabırğalar səviyyəsində 4 x 1,0 sm ölçüdə, orta körpücük xəttlə Vİİ-Vİİİ qabırğalar səviyyəsində 2,5 x 0,6 sm ölçüdə, döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalar səviyyəsində 2,5 x 1,0 sm ölçüdə, döş qəfəsinin arxa səthində orta xətt üzrə İİ döş fəqərəsi səviyyəsində 3 x 1,0 sm ölçüdə, sağ qabırğaaltı nahiyədə 3 x 1,0 sm ölçüdə, sol bazu nahiyəsinin ön səthinin yuxarı 1/3 hissəsində 2 x 1,0 sm ölçüdə, sol said nahiyəsinin arxa səthinin orta 1/3 hissəsində 2 x 1,0 sm ölçüdə, aşağı 1/3 hissəsində isə 2,5 x 1,0 sm ölçüdə, sağ bazu nahiyəsinin iç səthinin orta 1/3 hissəsində 3 x 1,0 sm ölçüdə, arxa səthinin aşağı 1/3 hissəsində 2,5 x 1,0 sm ölçüdə, sağ dirsək nahiyəsində 3 x 2 sm ölçüdə, sağ said nahiyəsinin ön səthinin yuxarı 1/3 hissəsində 2,5 x 1,0 sm ölçüdə, sağ said nahiyəsinin arxa yan səthinin yuxarı 1/3 hissəsində 5 x 2 sm ölçüdə, ön -iç səthinin aşağı 1/3 hissəsində 3 x 1,0 və 2,0 x 1,0 sm ölçüdə, sol bud nahiyəsinin yan səthinin orta 1/3 hissəsində 3 x 1,0 sm ölçüdə kənarları hamar bur ucu iti bir ucu qövs formalı yaralar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış protokolundan görünür ki, mobil telefon duas tipli olub içərisində iki nömrə daşımaq qabiliyyətinə malikdir. Mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə də vardır. Zənglər bölməsinə daxil olduqda, həmin bölmədə telefonun yaddaşında yer alan kontaktlardan və ad qeyd olunmayan nömrələrdən çıxan və telefona daxil olan zənglər, eləcə telefonun yaddaşında yer alan kontakt məlumatlar vardır. Kontakt bölməsində isə ailə üzvləri və digər şəxlsərin telefon nömrələri təsbit olunmuşdur. “Whatsapp” mobil tətbiqinə daxil olunmuş, həmin mobil tətbiqin +**********59 nömrəsi ilə istifadədə olması müəyyən olunmuşdur. Proqrama daxil olduqda “Söhətlər” , “Yeniləmələr”, “Zənglər” bölmələri vardır. Söhbətlər yarım bölməsinə daxil olduqda telefonda olan yazışmalar aşkar olunmamışdır. “Yeniləmələr” bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat olmamışdır. “Zənglər” bölməsinə daxil olduqda 14 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarix aralıqlarında kontakt məluamatlarında adı “Səbinə bacı”, “Həcər Bacı”, “Vüsalə Bacı” kimi qeyd olunan şəxslərə mütəmmadi olaraq zənglərin edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kəlbəcər RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyaaxtarış tədbirləri və əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, ailə üzvləri ilə ilə münaqişəli münasibəti olmuş, narkotik vasitə istifadəçisi olmamışdır.O heç bir yerdə işləməyib, əvəllər məhkum olunmuş şəxslərlə yaxınlıq etmişdir. X6 ailə üzvləri ilə münasibəti yaxışı olmuş, sabit həyat tərzi sürmüş, heçbir narkotik vasitə və spirtli içki istifadəçisi olmamış, müğənni kimi fəaliyyət göstərmiş, heç bir şəxs və ya şəxslərlə münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs ilə mərhum X12 arasında münaqişə olması barədə rayon polis şöbəsinə müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs X1 yaşadığı binanın qarşısında səhər saat 07:00 radələrində aralarında yaranan münaqişə zamanı bıçaqla qətlə yetirmiş, qətl hadisəsinin əvvəlcədən planlaşdırılması barədə heç bir məlumat əldə edilməmişdir. Hadisə baş verən ərazinin yaxınlığında heç bir müşahidə kamerası müəyyən edilməmişdir. X2 məxsus “Xiaomi” markalı mobil telefon hadisədən sonra qızı Şahid3 olmuş, daha sonra sonuncu həmin telefonu qeyri-müəyyən şəraitdə itirmiş, X9 məxsus “Xiaomi” markalı mobil telefonun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də nəticə əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 87 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində on yeddi ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilmişdir. Bu xəsarətlər həyatidir, ülgüclü və küpü olan yastı tiyəyə malik deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixlərə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Yerləşmə nahiyələrinə görə göstərilən yaralardan 6 (altı) ədədi döş qəfəsinin ön, yan və arxa səthlərində yerləşir, bu yaralar daxilə döş və qarın boşluqlarına keçərək hər iki ağciyərləri, onurğa beynini, mədəni, dalağı, nazik bağırsaq müsaqirəsini zədəlikləri üçün, ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Digər 11 (on bir) ədəd yaralardan- 10 (10) ədədi yuxarı ətraflarda (qollarda), bir ədəd yara isə sol bud nahiyəsində yerləşir. Ağırlıq dərəcələrinə görə, belə xəsarətlər canlı şəxsdə ayrı-ayrılıqda sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilir. X1 bədənində müəyyən edilən xəsarətlər yerləşmə nahiyələrinə görə, paltarlarında olan zədələrlə eynilik təşkil edir. X1 paltarlarında olan qan ləkələrinin formasına və yerləşmə nahiyələrinə görə belə hesab etmək olar ki, ilkin xəsarətlər yetirilən zaman S.Əabbasova vertikal vəziyyətdə olmuşdur. X1 ölümünə səbəb döş qəfəsinin və ətrafların daxilə keçən və daxilə keçməyən deşilmiş və kəsilmiş yaralar kompleksi nəticəsində əmələ gələn daxili və xarici qanitirmə olmuşdur. X1 meyitinin uşaqlıq yolunda və anus dəliyi nahiyəsindən götürülmüş tənzif tamponların məkhəmə-tinni bioloji müayinəsi zamanı spermatozoidlər, həmçinin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirt aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsindən daxil olmuş, Məhkəmə-lifli ekspertizasının 16/1162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış çəhrayı rəngli poliester liflər cinsi əlamətlərinə görə X9 məxsus 01 ədəd şalvarın və 01 ədəd puloverin tərkib liflərinə uyğun gəlirlər, X9 məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyasının tərkib liflərinə uyğun liflər yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasnın xx.xx.2023-cü il tarixli 759 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onda hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs tibbixarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyyac yoxdur və onun hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 4108/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, prizalon, 1,4 benzodiazepin törəmələri, salisilaar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 553- 2023/MTKŞ nömrəli rəyindən görünür ki, -Ekspertizaya təqdim edilmiş və X2 məxsus şalvarın sol ayaqlığının yuxarı-bayır səthində 01 (bir) ədəd, puloverin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının orta hissəsisndə 03 (üç) ədəd, ön səthin sağ yarısının yuxarı hissəsində 01 ( bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 01(bir) ədəd, sağ qolunun ön səthində 02 (iki) ədəd, sağ qolunun üst hissəsində 01 (bir) ədəd, sağ qolunun arxa səthində, orta-dirsəklik nahiyəsində 03(üç) ədəd, sol qolunun ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun ön səthinin aşağı hissəsində 02 (iki) ədəd (cəmi 16 (on altı) ədəd; maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 05 (beş) ədəd) və büstqalterin ön səthində, sağtayının aşağı hissəsində 01(bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgüclü, iti ucu vı küpü olan yastı tiyə tipli deşici-kəsici alətin( alətlərin) təsirindən əmələ gəlmişdir. - Ekspertizaya təqdim edilmiş X9 məxsus pulover, mayka və büstqalterin və şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların (alətlərin) təsirindən törənmələri inkar olunmur. - Ekspertizaya təqdim olunmuş və X2 məxsus tumanın üzərində heç bir zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş və X2 məxsus geyim əşyalarının üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırıma və sair) təsirindən yaranmağa xarakterik heç bir zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində heç bir zədə aşkar olunmamışdır. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-dan daxil olmuş, Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 736/2023-MTBŞ saylı nömrəli rəyindən görünür ki, - X6 ABO sistemi üzrə qan qrupu, təqdim edilmiş akta əsasın- A-beta /İİ/ - Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- A-beta /İİ/ - Ekspertizaya təqdim edilən mərhumə X9 məxsus uzunqol kofta, şalvar, mayka, büstqalter, trusik, Təqsirləndirilən şəxs oğluna məxsus şalvar, mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd gigiyenik çubuğun bir uclarına sarınmış pampığa hopdurulub götürülmüş, maddə ləkələrundı insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupu mənsubiyyəti tədqiq olunduqda A- antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, ö cümlədən ABO sistemi üzrə mərhumə X9 məxsus ola bilər. Lakin bu ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur. Əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. - Təqdim olunan X9 çəxsus ev koftası, ev şalvarl, mayka, büstqalter üzərində aşkar olunan qan ləkələri prefirik mənşəlidir. - Təqdim olunan X9 məxsus trusik, Təqsirləndirilən şəxs məxsus şalvar, mətbəx bıçağı üzərindəki qan ləkələrinin və 04 ədəd gigiyenik çubuğun ucundakı pambıq üzərində hopdurulub götürülmüş qan ləkələrinin ölçü və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi 01 ədəd mətbəx bıçağı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş 04 ədəd qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd telefon, X9 məxsus 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd məmədan, 01 ədəd kofta, 01 ədəd şalvar maddi sübut kimi tanınaraq saxlanılması üçün Kəlbəcər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, işə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 87 №-li rəyi, məhkəmə-tibbi ekspertizasının 1705 nömrəli rəyi, məhkəmə-lifli ekspertizasının 16/1162 nömrəli rəyi, Məhkəmə-bioloji ekspertizasının 736/2023-MTBŞ nömrəli rəyi, kompleks məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının 553-2023/MTKŞ nömrəli rəyi, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 759 saylı rəyi, işdə olan şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(040)-1/2023 nsaylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 29 (iyimi doqquz) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd cins şalvar götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs tədqiqat üçün qan nümunəsi götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 dekabr 2023-cü il tarixli "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış protokolundan görünür ki, disk bir ədəddir, üzərində əllə yazılmış “21126-xx.xx.2023” yazısı vardır. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmiş və disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edilmişdir: - “antena.xlsx”; - “abunechiler.xls”; - “**********22.txt”; - “**********59.txt”. - “515798222_SMS.txt” - “504935359_SMS.txt” İlkin olaraq sonuncu fayldan başlayaraq “504935359_SMS.txt” adlı fayla baxış keçirilmişdir. Baxış zamanı həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində SMS yazışmalarını özündə əks etdirdiyi müəyyən olunmuşdur. Həmin yazışmalara bütünlükdə baxış keçirilmiş, həmin mesajlarda Təqsirləndirilən şəxs məxsus qeyd olunan nömrədən xx.xx.2023-cü il tarixdə 19:56-da X6 istifadəsində olan +**********22 nömrəsinə “Maşallah gözəlləşmisən. Hə gözə bacım gəlirəm sizə sənətləri ver.mən səni etiklərinə baxmayaraq hamıdan cox istəyirəm, canımdanda çox” məzmuna malik sms-in ünvanlandığı, xx.xx.2023-cü il tarixdə 00:52-də +**********31 mobil nömrəsinə (abunəçilər adlı faylda həmin nömrənin kimə məxsus olması barədə məlumat aşkar edilməmişdir “Həcər sənlə mütləq görüşəcəm, istəsəndə, istəməsədə. ancaq istəyərəmki hər şeyi mehriban olaraq yoluna qoyaq fikirləş və nətiçəni mənə de” məzmuna malik sms-in, xx.xx.2023-cü il tarixdə 00:16-da +**********66 mobil nömrəsinə “İqbal salam, mən Səbinə qalan blokdayam Səbinənin evinin qapısının açarının dublikatı məndədi.səni burda gözləyirəm onsuzda bura girəçəm,istədim səndə olasanki qorxmasın.mənə tez cavab de” məzmuna malik sms-in olması müəyyən edilmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Daha sonra “504935359_SMS.txt” adlı fayla baxış keçirilmiş, həmin fayl X6 istifadəsində olan qeyd olunan nömrəyə daxil olmuş və göndərilən sms məlumatlarını əhatə edir. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əlavə hər hansı məlumat aşkar edilməmişdir. Daha sonra “**********59.txt” adlı fayla baxış keçirilmiş,həmin faylda +**********59 mobil nömrəsinin Təqsirləndirilən şəxs (AA*******) adına qeydiyyatda olmaqla xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində zənglərin siyahısını əhatə edir. Həmin yazışmalara bütünlükdə baxış keçirildi, X13 məxsus qeyd olunan nömrədən X10 istifadəsində olan ********** mobil nömrəsinə xx.xx.2023- xx.xx.2023-cü il aralığında müxtəlif vaxtlardə və intervallarda, çox saylı zənglərin edilməsi və danışığın aparılması müəyyən olunmuşdur. Bundan başqa hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə saat 06:51-də ********** mobil nömrəsi ilə 32 saniyə danışıq aparması müəyyən edilmişdir. Daha sonra “**********22.txt” adlı fayla baxış keçirilmiş, həmin faylda ********** saylı mobil nömrənin Sahib Muradov (AZE №********) adına qeydiyyatda olması müəyyən edilmişdir. (Cinayət işi materiallarından görünür ki, Sahib Muradov mərhum Səbinə Abbasovanın qeyri rəsmi əri olmuşdur). Həmin fayl X6 istifadəsində olan ********** saylı mobil nömrənin zəng məlumatlarını əhatə edir. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əlavə hər hansı hal aşkar edilməmişdir. Baxış zamanı “abunechiler.xls” adlı fayla baxış keçirilmiş, həmin faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi və X6 istifadəsində olan ***- ***-**-** saylı mobil əlaqə saxlanılan mobil nömrələrin kimə məxsus olması öz əksini tapmışdır. Həmin fayla baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. “antena.xlsx” yazılan fayla baxış keçirilmiş, həmin faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi və X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən edilən zənglər, həmçinin həmin nömrələrə daxil olmuş zənglərin anten məlumatları öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 dekabr 2023-ci il tarixli "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış protokolundan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə ŞİHBnın Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi səciyələndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kəlbəcər RİHB-nın Allı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, X16 müsbət səciyələndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırda şöbənin icraatında hökm üzrə cəza qeydə alınmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DSMF Publik hüquqi şəxsinin X7 daxil olmuş xx.xx.2023-ci il tarixli, 3-17-1/2-271378/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs DSMF-nin Qarabağ Regional Ərazi filialından heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Mərkənzi Xəstəxanası PHŞ-in 23 noyabr 2023-cü il tarixli 18-1-28/2-1545/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1989-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3, 228.4-cü maddələri ilə 4 il müddətə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl xx.xx.2023-cü il tarixdə cəzadan azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin, kriminalistika şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli №16/1-08b nömrəli məktubdan görünür ki, təqdim edilmiş “Samsung Galaxy J5” markalı mobil telefonun tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin mobil cihaz format olunub “Whatsapp” tətbiqi yenidən aktiv edildiyindən mətn və mesajların bərpa edilməsi imkan xaricindədir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, hadisə yerinə baxış protokolu, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 6:30 radələrində bacısı, xx.xx.1989-cu il təvəllüdlü X8 öldürmək məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə, 15 nömrəli binanın qarşısına gələrək Səbinə Abbasovanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özünə qarşı hörmətsizlik olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan, öz davranışını açıq sürətdə ictimai maraqlara qarşı qoyaraq, cəmiyyətə və ümumi qəbul edilmiş əxlaq normalarına nümayişkərcasına hörmətsizlik zəminində S.Abbasovanı öldürmək məqsədi ilə əvvəlcədən özü ilə gətirdiyi məişət təyinatlı bıçaqla öz cinayətkar əməlini başa çatdırmaqda israrlılıq nümayiş etdirməklə, sonuncunun yaxın qohumu - yetkinlik yaşına çatmayan qızı Şahid3 gözü qarşısında S.Abbasovaya xüsusi amansızlıqla əzab və işgəncə verdiyini dərk edərək və bunu arzuluyaraq bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikasının CM-nın 120.1-ci maddəsində qəsdən adam öldürmənin, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmənin cinayət məsuliyyətinə səbəb olması, həmin məcəllənin 120.2-ci maddəsində isə qəsdən adam öldürmənin ağırlaşdırıcı halları nəzərdə tutulmuşdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının Xİ bəndində tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Göründüyü kimi Təqsirləndirilən şəxs ögey bacısı X6 müğənnilik etdiyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin bu əməli yuxarıda sadalanan xuliqanlıq niyyəti ilə adam öldürməni xarakterizə edən hallar ilə şərtləndiyindən, onun Azərbaycan Respublikası CMnin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan xuliqanlıq niyyəti ilə adam öldürmə kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndində qeyd edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs S.Abbasovanı öldürmək məqsədi ilə əvvəlcədən özü ilə gətirdiyi məişət təyinatlı bıçaqla sonuncuya zərbələr vurmuş, bundan sonra S.Abbasova onun əlindən çıxıb qaçan zaman yenidən sonuncunun ardınca qaçıb tutmuş və öz cinayətkar əməlini başa çatdırmaqda israrlılıq nümayiş etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək sonuncunun yaxın qohumu, yetkinlik yaşına çatmayan qızı Şahid3 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmçinin Səbinə Abbasovaya xüsusi amansızlıqla əzab və işgəncə verib S.Abbasovaya yenidən bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqa həyatdan məhrum etmişdir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayətin xüsusi təhlükəli residivi olması Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə kollegiyasiya həmçinin təqsirləndirlən şəxsin əvvələr xüsusilə ağır cinayətdə məhkum olunmasına baxmayaraq, yendən xüsusilə ağır cinayət törətməsini və islah yoluna qədəm qoymamasını qeyd edir. Azərbaycan Respublikasının CM-nın 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən xüsusilə ağır cinayət törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Məcəllənin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə ödənilməsi nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs əvvələr məhkumuluğunun ödənilməsi üçün qanunda nəzərədə müddət keçmədən yendən qəsdən xüsusilə ağır cinayət törətməsi, cinayətin xüsüsilə təhlükəli residivini yaradır.Məhəkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayətin xüsüsilə təhlükəli residivi nəzərə alınmaqla cəza təfin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunan cəzanın bir hissəsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməldir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Kəlbəcər rayon prokurorluğunda saxlanılan maddi sübutlar- Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi 01ədəd mətbəx bıçağı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş 04 ədəd qan nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd telefon onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməli, X9 məxsus 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd məmədan, 01 ədəd kofta, 01 ədəd şalvar hüquqi varisinə qaytarılmalı, imtina edildikdə məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən cəzasının ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Kəlbəcər rayon prokurorluğunda saxlanılan maddi sübutlar- Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi 01ədəd mətbəx bıçağı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş 04 ədəd qan nümunəsi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd telefon onun yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin. X9 məxsus 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd məmədan, 01 ədəd kofta, 01 ədəd şalvar hüquqi varisinə qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-159/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-159/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver