Məhkəmə qərarları › İş №1(100)-16/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-16/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-16/2021 24.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X20 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və mülki iddiaçı X9, müdafiəçilər- Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X15 və Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Ağdam rayon Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxxx 2019-cu il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 17:30 radələrində içtimai yer hesab edilən Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən “Azercell” mobil telefonların satışı mağazasının qarşısında tanışı Şahid9la həmin mağazada olan Zərərçəkmiş şəxs satılmış mobil telefonu geri qaytarmaması səbəbindən aralarındakı sözlü mübahisəni görüb ona heç bir aidiyyəti olmadığı halda müdaxilə etmiş və Zərərçəkmiş şəxs Şahid9 tanışı Şahid3 satılmış telefonun geri qaytarılmasını tələb edərək sonuncu ilə əsassız mübahisə etmiş və onu sillə ilə vurmaq istəyərək cəmiyyətə açıqca hörmətsizlik göstərməklə öz şəxsiyyətini başqa şəxsin fövqündə qoyub, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına etinasız yanaşaraq sadəcə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə içtimai qaydanı kobud şəkildə pozmuş və öz xuliqanlıq hərəkətlərini davam etdirərək mağazanın içərisində istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi silah qismində istifadə edilə bilən bıçaqla Zərərçəkmiş şəxs sinəsindən xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə vuraraq sonuncuya hemopnevmotoraksla müşayət olunan sağ qabırğaarası arteriyanın və sağ ağ ciyərin orta payının yaralanması ilə döş qəfəsinin sağ tərəfli daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti yetirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına dərəcəsinə görə həyatı üçün təhlükəli olan ağır zərər vurmuş və silah qismində istifadə edilə bilən əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, xx xxxxxxx 2019-cu il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində yerləşən kafedə bir neçə bakal pivə içdikdən sonra saat təxminən 19:20 radələrində Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində işıqforun yaxınlğında yerləşən mobil telefonların satışı mağazasına mobil telefonu üçün adapter almaq üçün gəlmiş, həmin vaxt tanımadığı bir neçə nəfərin həmin ərazidə yerləşən mobil telefonların satışı mağazasının qarşısına yığışdıqlarını görüb mağazaya girmiş və orada sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yerə yıxıldığını görmüşdür. Orada olan şəxslərdən nə baş verdiyini soruşduqda dava-dala olduğunu bildirmişlər. Lakin kimin kimlə dalaşması barədə heç bir məlumatı yoxdur. O hadisə yerində olduğu zaman hadisə yerinə təcili tibbi yardım gəlmiş, bundan sonra o, digər mağazaya keçib mobil telefonu üçün adapter alaraq ərazidən çıxıb getmişdir. O, ilkin ifadə veridyi zaman hipnoz vəziyyətdə olduğu üçün nə dediyini bilməmişdir. Həmin vaxt özündə olmamış və tanımadığı polis əməkdaşlarının ona təziq etməsi nəticəsində Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. Hal-hazırda bədəni izərində heç bir xəsarət yoxdur. O, ona elan olunmuş ittihamla razı deyil və Zərərçəkmiş şəxs o, vurmamışdır. Zərərçəkmiş şəxs psixi xəstədir, ağlına gələni danışır. İstintaq zamanı ifadə vermiş şahidlər isə onunla qərəzli olduqları üçün ifadə vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Bərdə rayonu 588 saylı köçkün qəsəbəsində ev 4, mənzil 5-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində o, dostu Babəkə məxsus Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Azercell” mobil telefonların satışı mağazasında olmuşdur. Belə ki, o, heç bir yerdə işləmədiyi üçün dostu Babəkə tez-tez işlərində kömək edir. Həmin vaxt tanımadığı iki nəfər şəxs mağazaya gəlmişlər və satıcı ilə danışıb 130 manat qiyməti olan “Samsung A30” markalı mobil telefon alıb mağazadan çıxmışlar və bir neçə saatdan sonra mağazaya qayıdıb telefonun hansısa funksiyasının işləmədiyini bildirib geri qaytarmaq istəmişlər. Həmin vaxt satıcı Vüsal həmin şəxslərə telefonu geri qaytaracaqları təqdirdə həmin məbləğdən registrasiya üçün xərclənmiş 30 manatı çıxacaqlarını bildirmiş, lakin həmin şəxslər bununla razılşamayaraq mağazadan narazı halda çıxıb getmiş və bir müddət sonra yanlarında bir nəfər orta yaşlı tanımadığı şəxslə geri qayıtmış və həmin şəxs onlardan telefonun geri qaytarılmasını və pulun həmin şəxslərə verilməsini onlardan tələb etmişdir. Bu zaman o da satıcı Vüsalla həmin şəxsin mübahisəsinə müdaxilə edib şərtlər barədə onlara izah vermişdir. Lakin həmin şəxs sözlü mübahisə etdikdən sonra satıcını və onu şikayət edəcəyi ilə hədələyib mağazadan çıxmışdır. Həmin vaxt sonradan adı ona məlum olan Alim adlı şəxs onların mübahisəsinə müdaxilə edərək telefonu geri qaytarmalarnı tələb etməyə başlamış və onunla sözlü mübahisə edib üzərinə gələrək sillə ilə onu vurmağa cəht göstərmişdir. Bu zaman o geri çəkildiyi üçün həmin şəxs müvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxt Babək və orada olan tanımadığı şəxslər Alim adlı şəxslə onu sakitləşdirib aralaşdırmışlar.Bundan sonra o, Alim adlı şəxsi sakitləşdirib nə üçün onun üzərinə hücum çəkdiyini aydınlaşdırmaq üçün onu mağazanın içərisinə çağırmış, həmin vaxt Alimin əlinin içərisində bıçaq tutduğunu və gizlətdiyini görmüş və ona iradını bildirərək nə üçün bıçaq çıxardığını soruşmuş və sonuncuya hər şeyə görə bıçaq çıxarmazlar deyib nə üçün çıxardığını soruşmuşdur. Bu zaman içəri bir neçə nəfər tanımadığı şəxslər də girmiş və Alim adlı şəxs bıçaq tutduğu əli ilə onun sinə nahiyyəsindən bir dəfə vurmuş və bu zaman orada olan şəxslər dərhal müdaxilə edib Alimi dartaraq çölə çıxarmışlar. O əvvəlcə bıçağın onun sinəsinə girdiyini hiss etməsə də sonradan get-gedə halsızlaşmağa başlamış və gözü qaralmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım çağrılmış və onu xəstəxanaya aparmışlar. Oradan isə cərrahiyyə əməliyyatı olunması üçün onu Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ona üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirmiş, hadisə zamanı mağazada vitrinlərin üzərində bıçaq olmamış, o, Təqsirləndirilən şəxs “hünərin çatırsa vur, bıçağı çxardan vurar” deməmiş və onu təhqir etməmişdir. O Təqsirləndirilən şəxs bıçağı nə üçün çıxardığını soruşmuş və hər şeyə görə bıçaq çıxarmazlar deyərək ona iradını bildirmişdir. Hadisə anidən baş verdiyindən və o hadisə zamanı şokda olduğundan Təqsirləndirilən şəxs onu necə vurmasını dəqiqliklə xatırlamır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, davamlı və ucadan səs-küy olmamışdır. Alimin onu vurduğu bıçağın dəstəyi əlində olduğu üçün dəqiq görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona cəza verilməsi ilə bağlı şikayəti yoxdur. Müalicəsi ilə bağlı anası xəstəxanaya pul ödəmiş, çəkilən xərcin tələb olunması üçün anasına etibarnamə vermiş və ödəniş qəbzlərini istintaqa təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı X9 ifadəsində göstərdi ki, Bərdə rayon 588 saylı qəsəbə ev 4, mənzil 5 ünavnında ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onunla heç bir ədavət və ya düşmənçiliyi olmayıb. xx.xx.2019-cu il tarixdə axşam saatlarında ona dəqiq məlum olmayan səbəblərdən Təqsirləndirilən şəxsla oğlu Zərərçəkmiş şəxs arasında telefon alqısatqısı ilə bağlı mübahisə yaranmış və Təqsirləndirilən şəxs oğlu Farizi bıçaqla sinə nahiyyəsindən vuraraq qaçmışdır. Belə ki, oğlu dostu Babəkin telefon satışı mağazasına tez-tez ona kömək etmək üçün gedir. Ona isə hadisə barədə yaşadığı ərazinin icra nümayəndəsi Əziz müəllim zəng edərək məlumat vermişdir. Bundan sonra isə o, Ağdam MRX-ya getmiş, oğlunun vəziyyəti ağır olduğu üçün onu əvvəlcə Bərdə MRX-ya, daha sonra isə Gəncə şəhərinə Mərkəzi klinik xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs bir dəfə sinə nahiyyəsindən əlindəki və haradan aldığını bilmədiyi bıçaqla vuraraq xəsarət yetirmişdir. Hansı səbəbdən vurması barədə isə dəqiq məlumatı yoxdur. Farizin müalicəsi üçün 4000 manat pul xərcləmiş, həmin pulun təqsirləndirilən şəxsdən tələb olunması üçün Fariz ona etibarnamə vermiş və həmin pulun Təqsirləndirilən şəxs tutulub ona qaytarılmasını xahiş edir. Xəstəxanaya ödədiyi pulun qəbzlərini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdam RPŞ-də polis nəfəri vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsinin sakini kimi tanıyır. Onlarla qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 19:10 radələrində o, iş yoldaşı polisə içtimai dəstək əməkdaşı Şahid4 ilə birlikdə xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsində işıqforun yaxınlığından Şahid4 idarə etdiyi “Opel” markalı, avtomobil ilə keçən zaman yolun kənarında işıqforun yaxınlığında yerləşən “Azercell” mobil telefonların satışı mağazasının qarşısında bir neçə nəfər şəxsin toplaşdığını görüb avtomobili saxlayaraq həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşan zaman qəsəbə sakini Təqsirləndirilən şəxs əynində olan köynəyinin yaxasının cırıldığını və onun yanında olan Rəsul, İzzət və Babək adlı şəxslərin və bir neçə nəfər tanımadığı şəxsin onu sakitləşdirmək istədiklərini görmüş, onlara yaxınlaşaraq Alimdən səs-küy salamamasını tələb edib intizama dəvət etmiş, həmin vaxt Alim sakitləşmiş və İzzət adlı mağaza sahibi Alimə köynək gətirdikdən sonra o, sonuncudan köynəyi geyinməsini və sakitləşməsini tələb edib nə baş verdiyini soruşmuşdur. Həmin vaxt sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs adlı şəxs onlara yaxınlaşaraq Alimlə söhbət etmək istədiyini bildirmiş və Alimi mağazanın içərisinə çağırmışdır. O, həmin şəxsin Alimi tanıdığını zənn edib Alimin getməsinə mane olmamış və Alimin rayon polis şöbəsinə aparılması üçün Post patrul xidməti əməkdaşlarına zəng etmişdir. Həmin vaxt Alimlə Fariz mağazanın girişində sakit tərzdə söhbət etmiş, o, telefonla danışan zaman Farizin Alimə “vura bilirsənsə vur, bayaq vurmaq istəyirdin onu çıxardan vurar, kişisənsə vur” dediyini, Alimin isə Farizə “məndə bıçaq nə gəzir səni vuram” dediyini eşitmişdir. Bu zaman onlar qəfil mağazanın içərisində mübahisə edib süpürləşməyə başlamışlar və onların mübahisəsini görüb müdaxilə etmək istədiyi zaman Alim haradan çıxardığını görmədiyi bıçaqla Farizin sinə nahiyyəsindən bir dəfə vurmuş, o isə bu zaman dərhal müdaxilə edib Alimin bıçaq olan əlini bıçağı onun əlindən almaq üçün burmuş, həmin vaxt yerə dağılmış aksesuar vitrini onun ayağına ilişdiyi üçün o, arxası üstə yerə yıxılmış və Alim onun əlindən çıxıb çölə qaçmışdır. O, ayağa durub Alimin arxasınca qaçmış və onu ətrafda tapa bilmədiyi üçün geri qayıtmış və Farizin halının pisləşdiyini görüb təcili tibbi yardıma zəng etmişdir. Sonra isə rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək bu barədə məlumat vermişdir. Farizi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola saldıqdan sonra Təqsirləndirilən şəxs arxasınca onun yaşadığı evə getmiş, lakin sonuncunu evlərində tapa bilmədiyi üçün geri qayıdıb Alimi digər polis əməkdaşları ilə birlikdə rayon ərazisində axtarmağa başlasa da tapa bilməmişdir. Onların arasındakı mübahisənin hansı səbəbdən baş verdiyini görməmişdir. Sonradan eşitdiyinə görə mübahisə Alimin tanışı Orxan adlı şəxsin Farizin işlədiyi mağazadan telefon alması və telefon xarab olduğu üçün geri qaytarmaq istəməsi, lakin Farizin telefonu geri qaytarmaması səbəbindən yaranmışdır. Hadisə baş verən zaman ətrafda bir neçə nəfər olsa da onlardan çoxunu tanımır. O, hadisə yerinə gəldikdən sonra baş verən hadisə təxminən 3-5 dəqiqə davam etmiş, Alimlə Farizin mağazanın içərisində mübahisə etdiklərini görsə də onların ucadan nalayiq ifadələr işlətdiklərini eşitməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasının və ya təhqir etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurduqdan sonra o, dərhal müdaxilə edib bıçağı almaq üçün Alimin bıçaq olan əlini tutub burmuş, lakin həmin vaxt yerə yıxılmış və Alim onun əlindən çıxmış və mağazadan çıxıb qaçmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı necə çıxardığını görməmişdir. O, hadisə yerinə gələn zaman Alimin əlində bıçaq olmamış, həmin bıçağı Alimin necə və harasından çıxardığını görməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı ona heç bir müqavimət göstərməmiş və o, sonuncunu Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra bıçaq olan əlini tutaraq mağazadan çıxarmaq istəyən zaman yerə dağılmış aksesuarlara və vitrinə ilişərək yıxılsa da heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018ci ilin aprel ayından Ağdam rayon polis şöbəsində polisə içtimai dəstək əməkdaşı kimi xidmət edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsinin sakini kimi tanıyır. Onlarla qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 19:10 radələrində o, iş yoldaşı polis serjantı Şahid1 ilə birlikdə xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsində işıqforun yaxınlığından idarə etdiyi “Opel” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə keçən zaman yolun kənarında işıqforun yaxınlığında yerləşən “Azercell” mobil telefonların satışı mağazasının qarşısında bir neçə nəfər şəxsin toplaşdığını və səs-küy olduğunu görüb avtomobili saxalamış və Şahid1la birlikdə həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşan zaman qəsəbə sakini Təqsirləndirilən şəxs əynində olan köynəyinin yaxasının cırıldığını və onun yanında olan Rəsul, İzzət və Babək adlı şəxslərin və bir neçə nəfər tanımadığı şəxsin onu sakitləşdirmək istədiklərini görmüşdür. Onlara yaxınaşaraq Alimdən səs-küy salmamasını tələb edərək intizama dəvət etmişlər. Həmin vaxt Alim sakitləşmiş və İzzət adlı mağaza sahibi Alimə köynək gətirmişdir. Cahangir isə Alimdən geyinməsini və sakitləşməsini tələb edib nə baş verdiyini soruşmuş, həmin vaxt sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs adlı şəxs onlara yaxınlaşaraq Alimlə söhbət etmək istədiyini bildirmiş və onu mağazanın içərisinə çağırmışdır. Onlar həmin şəxsin Alimi tanıdığını zənn edib Alimin getməsinə mane olmamışlar və Şahid1 həmin vaxt mübahisənin aydınlaşdırılması məqsədi ilə Alimin rayon polis şöbəsinə aparılması üçün post patrul xidməti əməkdaşlarından kiməsə zəng etmişdir. Həmin vaxt Alimlə Fariz mağazanın girişində sakit tərzdə söhbət etməyə başlamışlar və o, Farizin Alimə “vura bilirsənsə vur, bayaq vurmaq istəyirdin, onu çıxardan vurar, kişisənsə vur” dediyini, Alimin isə Farizə “məndə bıçaq nə gəzir səni vuram” dediyini eşitmişdir. Bu zaman onlar qəfil mağazanın içərisində mübahisə edib süpürləşməyə başlamışlar və onlara daha yaxın olan polis serjantı Şahid1 mübahisələrini görüb müdaxilə etmiş və mağazanın içərisinə girmişdir. O, həmin vaxt Cahangirin Alimin qolunu tutub qaldırdığını və aşmış vitrinə ilişərək yerə yıxıldığını görmüşdür. Həmin vaxt Alim Cahangirin əlindən çıxıb çölə qaçmış, bu zaman o və Şahid1 Alimin arxasınca qaçmışlar. Şahid1 həmin vaxt Alimin Farizi bıçaqla vurduğunu və bu səbəbdən qaçdığını bildirmiş, onlar Alimi ətrafda tapa bilmədikləri üçün geri qayıtmışlar və Farizi vitirinin arxasında stolda oturduğunu görmüşlər. Sonuncuya həkim çağırmağı təklif etsələr də Fariz əvvəlcə razılaşmamış, lakin get-gedə Farizin halının pisləşdiyini görüb Şahid1 təcili tibbi yardıma zəng etmişdir. Sonra isə Şahid1 rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək bu barədə məlumat vermişdir. Onlar Farizi təcili tibbi yardım avtomnobili ilə xəstəxanaya yola saldıqdan sonra Təqsirləndirilən şəxs arxasınca sonuncunun yaşadığı evə getmişlər, lakin onu evlərində tapa bilməmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurduğunu həmin vaxt görə bilməsə də sonradan Şahid1 ona Alimin Farizi bir dəfə sinə nahiyyəsindən əlindəki və haradan aldığını bilmədiyi bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş, sonuncuların arasındakı mübahisənin hansı səbəbdən baş verdiyini görməmişdir. Sonradan eşitdiyinə görə onların arasında mübahisə Alimin tanışı Orxan adlı şəxsin Farizin işlədiyi mağazadan telefon alması və telefon xarab olduğu üçün telefonu geri qaytarmaq istəsə də Farizin telefonu geri qaytarmaması səbəbindən yaranmışdır. O, hadisə yerinə gəldikdən sonra baş verən hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Alimlə Farizin mağazanın içərisində mübahisə etdiklərini görsə də onların ucadan nalayiq ifadələr işlətdiklərini eşitməmişdir.Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasının və ya təhqir etməsinin şahidi olmamışdır. Lakin onlar mübahisə edən zaman Fariz Alimə “kişisənsə vur, onu çıxaran vurar” dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 18:30 radələrində dostu Elgiz Hüsüyev ilə birlikdə mobil telefon almaq məqsədi ilə Ağdam rayon Quzanlı qəsəbəsinə gəlmiş və orada işıqforun yaxınlığında yerləşən “Azərcell” mobil telefonların satışı mağazasına girib tanımadığı və adını bilmədiyi satıcıdan “Samsung A30” markalı mobil telefonu hansı qiymətə satdıqlarını soruşmuş, satıcı həmin markalı mobil telefonun üzərindəki aksesuarlarla birlikdə 160 manat olduğunu bildirmiş və o, satıcı ilə həmin mobil telefonu 130 manata almaq barədə razılaşıb 130 manat pul verərək “Samsung A30” markalı mobil telefonu üzərində kabro və 32 GB-lıq yaddaş kartı ilə birlikdə almışdır. Satıcı həmin vaxt ona mobil telefonun bütün funksiyalarının, o cümlədədn barmaq izi ilə açılıbbağlanma funksiyalarının da işlədiyini bildirmiş və daha sonra isə registratsiyadan keçirmiş və o, barmaq izi funksiyasının da işə salınmasını ondan xahiş etsə də satıcı bu dəfə ona barmaq izinin işləmədiyini, yalnız maket kimi telefonun arxasında olduğunu bildirmişdir. O isə satıcıya etriazını bildirərək telefonu həmin funksiya olmayacağı təqdirdə almaq istəmədiyini və həmin mobil telefonun gələcəkdə işləməsində problem yaranacağını demiş və pulunu geri tələb etmişdir. Satıcı isə telefonun artıq registrasiya olunduğunu və qaytarmaq mümkün olmadığını bildirmişdir. Bundan sonra o, mobil telefonu götürüb qonşu dükanda mobil telefonun satışı ilə məşğul olan və dayısı Vahidlə dostluq edən Cavid adlı tanışlarına göstərmiş, sonuncu isə həmin telefonun məsləhətli telefon olmadığını bildirərək qaytarmaqda kömək edə biləcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə həmin mağazaya getmişlər və Cavid həmin vaxt satıcıya ona keyfiyyətsiz telefon satdığı üçün iradını bildirərək telefonu geri qaytarmağı xahiş etmişdir. Həmin vaxt satıcı verdiyi pulun 35 faizini tutduqdan sonra qaytara biləcəyini bildirmişdir. Cavid isə onlara polisə şikayət edəcəklərini demiş və onlar mağazadan çıxmışlar. Həmin vaxt adını bilmədiyi satıcı onların ardınca çölə çıxaraq gedin hara şikayət edirsiz edin, telefonu qaytarmayacam demiş, onlar isə Cavidin maşınına tərəf gedib minmək istəyən zaman sonradan adı ona məlum olan Alim adlı şəxs onlardan nə baş verdiyini və həmin satıcının onlara nə dediyini soruşmuş və Cavid isə bu barədə ona məlumat vermiş, həmin vaxt satıcı onların ardınca çıxaraq gedin nə istəyirsiz edin telefonu qaytarmayacam deyib danışmağa başlamış, bu zaman Alim adlı şəxs satıcıya yaxınlaşaraq mübhisə etməyə başlamış və telefonu qaytarmasını tələb etmiş və onların arasında sözlü mübahisə olmuşdur. Alim qəfil sonradan adı ona məlum olan Fariz adlı şəxsin sifətinə yumruqla vurmaq istəmiş və həmin vaxt Fariz adlı satıcı isə Alim adlı şəxsi başından itələdikdən sonra onlar yaxalaşmışlar. Bu zaman orada olan tanımadığ şəxslər və Cavid onları sakitləşdirərək aralaşdırmışlar. Həmin vaxt Alimin köynəyi Fariz onun yaxansından tutan zaman cırılmış, sonra isə sonradan adı ona məlum olan Babək adlı dükan sahibi və bir nəfər tanımadığı şəxs onları sakitləşdirdikdən bir müddət sonra Alimlə Fariz təkrar mağazanın içərisinə girmişlər. O, sonuncuların barışmaq üçün mağazaya girdiklərini düşünmüş, mağazanın qarşısında dayanmışdır. Farizlə Alim mağazanın içərisində söhbət etməyə başlamılar. Fariz adlı satıcı Alimə “mənə bıçaq vurmaq istəyirsən? deyib soruşmuşdur. Bu zaman onlar mübahsə etməyə başlamışlar və həmin vaxt içəridə olan tanımadığı şəxslər Alimi kənara çəkmişlər və Alim mağazadan çıxıb uzqlaşmış və gözdən itmişdir. Bu zaman Alimin Farizi bıçaqla vurub qaçdığını demişlər. Həmin vaxt içəridəç olmadığından Alimin Farizi hansı şəraitdə vurduğunu görməmişdir. Bir müddət sonra təcili tibbi yardım hadisə yerinə gəlib Fariz adlı şəxsi xəstəxanaya aparmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı ucadan səs-küy olmuş, lakin təhqiramiz ifadələr eşitməmişdir. Mübahisə ilkin olaraq başlayan zaman Alimin əlində bıçaq olmamış, bıçağı Alimin haradan çıxardığını görməmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “Azercell” şirkəti ilə müqavilə əsasında mobil telefonların, aksesuarların və mobil nömrələrin alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs onun dostudur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs bir müddətdir ki, işləmədiyi üçün tez-tez onun sahibi olduğu mağazaya gələrək onun yanında olur və işlərində ona kömək edir. xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində o, mağazada olduğu zaman iki nəfər 15-16 yaşlı tanımadığı şəxs mağazaya gəlmiş və satıcı Vüsalla danışıb “Samsung A30” markalı mobil telefon almışlar və həmin mobil telefona görə mağazaya 130 manat ödəniş etmişlər. Bir neçə saat sonra isə həmin şəxslər mağazaya qayıdaraq mobil telefonun bir neçə funksiyasının işləmədiyini əsas gətirib qaytarmaq istədiklərini bildirmişlər. Satıcı isə təzə telefonu geri qaytaran zaman qeydiyyat üçün xərclənən 30 manatın məbləğdən çıxılaraq müştəriyə qaytarıldığını onlara bildirmiş, həmin şəxslər isə buna narazılıq etmişlər. Onlar mobil telefonun geri qaytarma şərtlərinin bu cür olduğunu sonunculara bildirdikdən sonra həmin şəxslər narazı halda mağazadan çıxıb bir müddət sonra yanlarında bir nəfər tanımadığı şəxslə geri qayıtmışlar və həmin şəxs satıcı Vüsalla sözlü mübahisə edib telefonu qaytarmalarını onlardan tələb etmişdir. Həmin vaxt mağazada olan dostu Fariz də mübahisəyə müdaxilə edib həmin şəxslərə satış şərtləri barədə izah vermişdir. Lakin həmin şəxslər bununla razılaşmayıb mübahisə etməyə başlamışlar və onları şikayət edəcəkləri ilə hədələyib mağazadan çıxmışlar. Bundan sonra o işi olduğu üçün evlərinə getmiş bir necə dəqiqədən sonra mağazaya qayıdandan sonra Farizin xəsarət aldığını görmüş, orada olan şəxslər ona bildirmişlər ki, telefonu qaytarmadıqları üçün sonradan adını bildiyi Alim adlı şəxs Farizlə mübahisə etmiş və əlindəki əşya ilə onu vurub xəsarət yetirmişdir. Bundan sonra isə o, Farizə nə olduğunu soruşmuş və onun sinəsində qan ləkəsi olduğunu görmüş, lakin Fariz yüngül yaralandığını demiş və satıcıdan pambıq gətirməsini istəmişdir. Fariz get-gedə halsızlaşmağa və huşunu itirməyə başlamış və onlar təcili tibbi yardım çağıraraq Farizi xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamış, orada da belə ifadə vermiş, lakin ifadəsində onun hadisəni görməsi kimi yazılmışdır. Hadisənin hansı şəraitdə baş verməsini görməmiş, şahidlərin ifadələrində onun da hadisə yerində olmasını göstərmələrini izah edə bilmir. Hadisə nəticəsində mağazadakı vitrinlər aşsa da, qırılan bir şey olmadığı üçün ona və mağazaya heç bir ziyanlıq dəymədiyi üçün heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, mobil telefonların satışı mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs tanışıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun işlədiyi mağazanın sahibi Şahid5 dostudur və tez-tez mağazaya gələrək onun yanında olur və işlərində kömək edir. xx.xx.2019-cu ilk tarixdə isə saat təxminən 15 radələrində iki nəfər 15-16 yaşlı tanımadığı şəxs mağazaya gələrək “Samsung A30” markalı mobil telefon almışlar. Həmin mobil telefona görə mağazaya 130 manat ödəniş etmişlər. Bir neçə saat sonra isə həmin şəxslər mağazaya qayıdaraq mobil telefonun bir neçə funksiyasının işləmədiyini əsas gətirib qaytarmaq istədiklərini bildirmişlər. O, isə təzə telefonu geri qaytaran zaman qeydiyyat üçün xərclənən 30 manatın əsas məbləğdən çıxılaraq müştəriyə qaytarıldığını onlara bildirmişdir. Həmin şəxslər isə buna narazılıq etmişlər və onlar geri qaytarma şərtlərinin bu cür olduğunu onlara bildirdikdən sonra həmin şəxslər narazı halda mağazadan çıxıb bir müddət sonra yanlarında bir nəfər tanımadığı şəxslə geri qayıtmışlar. Həmin şəxs onunla sözlü mübahisə edib telefonu qaytarmalı olduqlarını bildirmişdir. Həmin vaxt mağazada olan Fariz də mübahisəyə müdaxilə edib onlara şərtlər barədə izah vermişdir. Lakin həmin şəxslər yenə də razılaşmayıb mübahisə etməyə başlamışlar və onları şikayət edəcəkləri ilə hədələyib mağazadan çıxmışlar. Bundan sonra o, mağaza sahibi Babəklə vitrinləri səliqəyə salıb yeni gəlmiş aksesuarları vitrinə yığmağa başlamış və həmin vaxt mağazanın girişində dayanmış Farizin sonradan adı ona məlum olan Alim adlı şəxslə mübahisə etdiyini və həmin şəxsin Farizə sillə vurmaq istədyini, lakin Farizin geri çəkildiyini və həmin şəxsin yerə yıxıldıqdan sonra ayağa qalxdığını və mübahisəni davam etdirmək istədyini görmüşdür. Həmin vaxt Babək onlara tərəf getmiş və sonuncuları sakitləşdirib Farizi mağazanın içərisinə salmış və daha sonra Alim adlı şəxsi qonşu mağazada işləyən xatırlamadığı şəxslərlə sakitləşdirib uzaqlaşdırmışdır. O, isə mağazanın içərisində qalmışdır. Bir neçə dəqiqə sonra isə Farizlə Alim mağazanın içərisinə gəlmişlər və təkrar söhbət etməyə başlamışlar və həmin vaxt o, sonuncuların münasibətlərini aydınlaşdırmaq istədiyini düşünmüşdür. Bu zaman Farizin Alimə “məni bıçaqla vurmaq istəyirsən, onu nə üçün çıxarmısan, bıçağı çıxardan vurar, vura bilirsənsə vur, hər şeyə görə bıçaq çıxarmazlar” dediyini eşitmiş və onlar qəfil süpürləşməyə başlamışlar. Bu zaman Alim əli ilə Farizin sinə nahiyyəsindən vurmuş və bu zaman orada olan polis əməkdaşı Şahid1 onları aralaşdırdıqdan sonra Alim mağazadan çıxıb qaçmışdır. Bundan sonra isə o, Farizə nə olduğunu soruşmuş və onun sinəsində qan ləkəsi olduğunu görmüşdür. Cahangir Alimin bısaqla Farizi vurduğunu bildirib onun dalınca çölə qaçmışdır. Həmin vaxt Alimin əlində bıçaq oluğunu görməmişdir. Fariz yüngül yaralandığını bildirərək ondan pambıq gətirməsini istəmişdir. Fariz get-gedə halsızlaşmağa və huşunu itirməyə başlamış və onlar təcili tibbi yardım çağıraraq onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Həmin vaxt ətrafda bir neçə nəfər olsa da onlardan çoxunu tanımır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş. Alimlə Farizin mağazanın içərisində mübahisə etdiklərini görsə də onların ucadan nalayiq ifadələr işlətdiklərini eşitməmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasının və ya təhqir etməsinin şahidi olmamışdır. Alim Farizi vurduqdan sonra onlar müdaxilə etmişlər və Alim mağazadan çıxıb qaçmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı görə bilməmişdir. Belə ki, hadisə anidən olmuş və Alim qaçmışdır. Hadisə nəticəsində mağazadakı vitrinlər aşsa da, qırılan bir şey olmadığı üçün ona və mağazaya heç bir ziyanlıq dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, fərdi olaraq sahibkarlıqla məşğuldur. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 19:30 radələrində işlədiyi mağazada olmuşdur. Həmin vaxt çöldən səs-küy eşidib mağazadan çıxmış və bir neçə nəfərin qonşu mağazanın yanında dayandıqlarını Alimin isə ağ rəngli köynəyinin yaxasının cırıq vəziyyətdə orada olduğunu və qardaşı Rəsul və Cavid adlı tanışının, o cümlədən Cahangir adlı polis əməkdaşının sonuncunu sakitləşdirdiklərini və ətrafında bir neçə nəfərin olduğunu görmüş, həmin vaxt onlara yaxınlaşmış və Alimin köynəyi cırıldığı üçün ona öz gödəkçəsini vermişdir. Bu zaman sonradan adı ona məlum olan Fariz adlı şəxs isə mağazanın qarşısında dayanmışdhır. O həmin vaxt orada olan şəxslərdən soruşan zaman Farizlə Alimin arasında Alimin tanışı Orxan adlı şəxsin aldığı mobil telefonu qaytarmaq istəməsi səbəbindən mübahisə olduğunu bilmişdir. Bundan sonra o, Alimə köynək verdikdən sonra işlədiyi mağazaya qayıtmış və həmin vaxt Alim Farizin olduğu mağazaya girdikdən sonra sonuncular qəfil içəridə süpürləşməyə başlamışdır. O, həmin mağazaya tərəf gedən zaman isə Alimin mağazadan çıxıb oradan uzaqlaşdığını görmüş və həmin vaxt Alimin Farizi bıçaqla vurub mağazadan qaçdığını eşitmişdir. Sonradan isə Farizin olduğu mağazaya təcili tibbi yardım avtomobili yaxınlaşmış və onu xəstəxanaya aparmışlar.O, mağazanın içərisində olmadığı üçün Alimin Farizi bıçaqla vurmasını görməmişdir. Sonradan Farizin yanına getmədiyi üçün sonuncunun harasında xəsarət olduğunu görməmişdir. Hadisə baş verən zaman ətrafda bir neçə nəfər olsa da onlardan çoxunu tanımır. Hadisə zamanı davamlı və ucadan səs-küy olmamış və Alimlə Farizin bir birlərini-təhqir etmələrinin şahidi olmamışdır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində mobil telefonların satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 19:30 radələrində işlədiyi mağazaya gəldiyi zaman bir neçə nəfərin qonşu mağazanın yanında dayandıqlarını, Alimin nəsə danışdığını və əsəbi vəziyyətdə olduğunu, qardaşları Rəsul, İzzət və Cavid adlı tanışlarının, o cümlədən Cahangir adlı polis əməkdaşının onu sakitləşdirdiklərini və ətrafında bir neçə nəfərin olduğunu görmüşdür. Həmin vaxt sonradan adı ona məlum olan Fariz adlı şəxs isə mağazanın qarşısında dayanmışdır. O, həmin vaxt soruşan zaman Farizlə Alimin arasında Alimin tanışı Orxan adlı şəxsin aldığı mobil telefonu qaytarmaq istəməsi səbəbindən mübahisə olduğunu bilmişdir. Bundan sonra o, işlədiyi mağazaya girmiş və bir neçə dəqiqə sanra qonşu mağazadan səs eşidib çölə çıxan zaman Alimin Farizi bıçaqla vurub qaçdığını eşitmişdir. Farizin olduğu mağazaya tərəf gedən zaman isə Farizin sinəsində qan ləkəsi olduğunu, halının get-gedə pisləşdiyini görmüş, bir qədər sonra isə kimsə təcili tibbi yardıma zəng etmiş və bir müddət sonra təcili yardım avtomobili gələrək Farizi xəstəxanaya aparmışdır. Lakin o, mağazanın içərisində olmadığı üçün Alimin Farizi bıçaqla vurmasını görməmişdir. Alimlə Farizin bir birlərinitəhqir etmələrinin şahidi olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Ağdam rayon Quzanlı qəsəbəsində mobil telefonların təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs onun tanışıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 18:30 radələrində dostu Vüqar ona mobil telefon vasitəsi ilə zəng edərək Orxan adlı qohumunun Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində “Azercell” mobil telefonların satışı mağazasından “Samsung” markalı mobil telefon aldığını bildirmiş və həmin telefona baxmasını xahiş etmişdir. Bir qədər sonra isə Orxan onun işlədiyi mağazaya gəlmiş və aldığı telefonu ona göstərmişdir. Həmin mobil telefon təzə olsa da Çin istehsalı olmuşdur. O, bundan sonra dostu Vüqara zəng edib bu barədə məlumat vermişdir. Vüqar isə ondan həmin telefonu qaytarmaqda Orxana kömək etməsini xahiş etmişdir. Lakin o, həmin şəxsləri tanımadığını bildirmiş və Orxana həmin mağazaya gedib telefonu qaytarmaq istədiyini bildirməsini məsləhət görmüş və problem yaranacağı təqdirdə onunla telefon əlaqəsi saxlamağı tapşırmışdır. Orxan həmin mağazaya getdikdən sonra isə oradan ona zəng etmiş və telefonu qaytarmadıqlarını bildirmişdir. O, həmin vaxt mobil telefonla mağazada olan tanımadığı şəxslə danışmış, lakin həmin şəxs telefonu qaytarmayacaqlarını bildirmişdir. Bundan sonra isə Orxan onun yanına qayıtmış və o, sonuncu dəfə onlara xəbərdarlıq edib polisə müraciət etmək qərarına gəlmişdir. Bundan sonra Orxan yenidən onun yanına qayıtmış və o, Orxanla birlikdə həmin mağazaya gedib mağaza sahibi Babəkə vəziyyəti izah edib telefonu qaytarmalarını və yaxud üzərində pul əlvə edilməklə orijinal telefonla əvəz olunmasını xahiş etmişdir. Həmin vaxt sonradan adı ona məlum olan Fariz adlı şəxs onların söhbətinə müdaxilə edib telefonu qaytarmağın mümkün olmadığını bildirmiş və onunla aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra o, onlara şikayət edəcəyini bildirib mağazadan çıxmış və Fariz ona hara istəyirsən şikayət elə demişdir. Bundan sonra o, Orxanı da götürüb öz avtomobilinə tərəf gedib maşına oturmaq istəyən zaman tanışı Alim ona yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. O, isə sonuncuya narahat olma heç bir problem yoxdu deyib maşına oturmuş və həmin vaxt qəfil Farizlə Alimin yaxalaşdıqlarını və Babəkin Alimi qucaqlayıb mağazanın yanından aralaşdırdığını görüb maşından düşüb onlara yaxınlaşmışdır. Həmin vaxt Babək və orada olan bir neçə nəfər Alimi sakitləşdirmişlər və Farizi də mağazanın içərisinə salmışlar. O da Alimə yaxınlaşıb münaqişəyə ehtiyyacın olmadığını bildirmiş və mübahisə etdikləri üçün onlara iradını bildirmişdir. Bir müddət sonra isə Farizlə Alimin yenidən mağazanın içərisinə girdiklərini görmüş və mağazaya tərəf gedib mağazanın içərisinə girmək istəsə də onu içəri buraxmamışlar və özləri söhbət edəcəklərini bildirmişlər. Təxminən bir dəqiqə sonra Alim mağazadan çıxmış və yolu digər tərəfə keçib getmişdir. O, sonuncuların sakitləşdiyini güman edib mağazanı bağlamaq üçün Orxanı da götürüb öz mağazasına getmişdir. Alimin Farizi bıçaqla vurduğunu görməmişdir. Farizlə Alimin ilkin mübahisəsi təxminən 1 dəqiqə çəkmişdir. Belə ki, orada olan adamlar və Babək onları tez sakitləşdirmişdir. Lakin onların biri-birlərini təhqir etdiklərini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Ağdam RPŞ-də xidmət edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsinin sakini kimi tanıyır. Onlarla qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə o, xidməti ərazisi olan Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində iş yoldaşı polis serjantı Şahid11 ilə xidmətdə olmuş, ərazidə gəzintidə olduqları zaman saat təxminən 19:30 radələrində sahə polis nəfəri polis serjantı Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək qəsəbə ərazisində işıqforun yaxınlığında Babək adlı şəxsə məxsus mağazada Alim adlı qəsəbə sakininin dava-dalaş saldığını bildirmiş, bundan sonra onlar Şahid11 ilə birlikdə həmin yerə gəlmişlər və mağazanın qarşısında çoxlu sayda insanların toplaşıdğını görmüşlər. Həmin vaxt Şahid1 Alim adlı şəxsin sonradan adı ona məlum olan Fariz adlı şəxsi mağazanın içərisində bıçaqla sinə nahiyyəsindən vuraraq qaçdığını bildirmişdir. Bundan sonra onlar birlikdə ərazidə Təqsirləndirilən şəxs axtarmağa başlasalar da tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs isə tanımır. Hadisə baş verən vaxt həmişə dayandığı 4 yol deyilən yerdə dayanıb Bakı şəhərinə aparacağı 2 nəfər müştərini gözləmişdir. Bu zaman Alim gəlmiş, onunla salamlaşaraq yaxınlıqdakı mağaza tərəfdən nə səs-küy olduğunu soruşmuş, o səs gəldiyini eşitsə də nə olduğunu bilməmiş, sonra Alim çıxıb getmişdir. Səs-küy olan yerlə onun arasında təxminən 10 metr məsafə olmuşdur. Təcili tibbi yardım maşınını görməmişdir. Alim ondan nə səs-küy olduğunu soruşanda o, həmişəki kimi səs-küy olduğunu demişdir. Polisin gəlməyini, xəsarət alan şəxsi görməmişdir. Alim ondan hadisə barədə soruşub, meyvə satılan tərəfə getmişdir. Səs-küy Alim gələn tərəfdən gəlməmişdir. Alim səs gələn dükanın önündən keçmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Alimi həmkəndlisi kimi tanıyır, zərər çəkmiş şəxsi isə tanımır. Bakı şəhərinə sərnişin daşımaqla, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günün səhərisi gün Alimi Bakı şəhərinə aparmalı olmuşdur. Hadisə baş verən zaman yaxınlıqda taksiolərin dayandığı yerdə olmuş, həmin vaxt Alim oradan keçərkən səhəri gün Bakı şəhərinə gedəcəklərini bir daha xatırlatmışdır. Sonra eşitmişdir ki, bir nəfər özü-özünə xəsarət yetirib. Hadisə zamanı kimin əlində bıçaq olmasını görməmişdir. Həmin vaxt tanıdığı Mirtağı, Alim, Cərgiz və o yolda durmuşlar. Kim özünü vurduğunu bilməmişdir. Hadisə baş verən mağaza ilə arasında təxminən 10-15 metr məsafə olmuşdur. Bildiyinə görə Alim həmin yerə evdən gəlmişdir. Təxminən 5-10 dəqiqə sonra sərnişin aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sadıqov Mirtağı Zöhrab oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Hadiə günü mağazanın qarşısına adamların toplaşdığını görmüşdür.Bu zaman Alim onların yanına gəlmiş və içəridə nə olduğunu soruşmuşdur. O isə dəqiq nə baş verdiyini bilmədiyini demişdir. Sonra təcili tibbi yardım maşını gəlmiş, həmin vaxta kimi kimi Alim onun yanında olmuşdur. Sonra kiminsə vurulduğunu eşitmişdir. Alimlə çöldə görüşmüşdür. Alim nə baş verdiyini soruşdan da, o bilmədiyini bildirmişdir. Onun işlədiyi dükandan baxanda Azercell dükanı görünür. Həmin vaxt onun yanında Cərciz olmuşdur. Sonra Alim çıxıb getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 19:30 radələrində o idarə etdiyi “Mersedes” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə getmək üçün Quzanlı qəsəbəsi ərazisində işıqforun yaxınlğında müştərilərlə danışmışdır.. Həmin vaxt orada olan Azercell mobil telefonların satışı mağazasının qarşısında çoxlu sayda insanların toplaşdığını görmüşdür. Lakin kimin kimi vuması barədə heç bir məlumatı yoxdur. Belə ki, həmin yerdə çox dayanmamış və müştəriləri götürüb Bakı şəhərinə getmişdir. Sonradan orada hansı hadisələrin baş verdiyini də görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən zaman işıqforun yanında olduğu vaxt tanışı Alim gəlib olunla salamlaşmışdır. Sonra telefon mağazasının qarşısında səs-küy gəlmiş, o isə buna əhəmiyyət verməyərək həmin yerə getməmişdir. Sonra evlərinə getmiş, Alimi görməmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən “Azercell” mobil telefonların satışı mağazasıdır.Mağazanın girişində sol tərəfindəki vitrinlər üzərində və döşəmənin üzərində qanabənzər ləkələr vardır.Həmin ləkələr bərkimiş vəziyyətdədir və sürtmə üsulu ilə həmin ləkələrdən nümunələr götürülərək qablaşdırılmışdır. Baxış zamanı hadisə yerindən qanabənzər ləkələrdən başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir predmet, əşya aşkar olunmamışdır. «Götürmə və baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd arxa oturacaq nahiyyəsində qanabənzər ləkələr olan, sağ arxa cibinin üzərində “MAVİ” sözləri əks edilmiş göy rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində sarı rəngli nazik sızıqlar olan və üzərində qanabənzər ləkələr olan yaxası tam şəkildə cırılaraq ikiyə ayrılmış köynək,bir ədəd cırıqlanmış və üzərində qanabənzər ləkələr olan ağ rəngli mayka, bir ədəd üzərində qanabənzər ləkələr olan boz rəngli tuman və bir cüt qara rəngli corab iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra qaçadığı üçün onun yerinin müəyyən edilərək istintaq qrupuna gətirilməsi və hadisəni törətməkdə istifadə etdiyi bıçağının tapılaraq istintaqa təhvil verilməsi barədə xx.xx.2019-cu il tarixdə əməliyyat tapşırığı verilmiş, lakin alınmış cavab raportunda Təqsirləndirilən şəxs hadisəni törətməkdə istifadə etdiyi bıçağın tapılaraq istintaqa təhvil verilməsinin mümkün olmaması və bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinin davam etdiyi göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 247 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- hemopnevmotoraksla müşayət olunan sağ qabırğaarası arteriyanın və sağ ağ ciyərin orta payının yaralanması ilə döş qəfəsinin sağ tərəfli daxiləkeçən bir ədəd kəsilmiş-deşilmiş yarası iti uca və kəsici kənara malik olan əşyanın təsirindən törənmişdir, bıçaqla törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 248 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2019-cu il tarixli 56\2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus cins şalvar, kofta, mayka, tuman və hadisə yerindən götürülmüş 03 ədəd solfet kağızı üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qan qrupu göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H “ antigeni alınır. Belə olan halda həmin qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsu bir cüt corabda isə qan ləkələri aşkar edilməmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 35 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzvi şəxsiyyət pozuntusu, davamlı kompensasiya vəziyyəti XTB 10, F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nisbi yaxşılaşma mərhələsində olduğundan o, ona qarşı törədilmiş qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçüb biçmək və onlara rəhbərlik etmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisəni düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi xüsusatlarla ifadənin yerində yoxlanması zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerlərin fotoşəkilləri çəkilmiş, protokol tərtib edilmiş, tərtib edilmiş müvafiq istintaq sənədləri cinayət işinə əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Ağdam Rayonlarası Ruhi X3 xx.xx.2019-cu il tarixli 944 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Ağdam Rayonlarası Ruhi X3 xx.xx.2020-ci il tarixli 43 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs Ağdam Rayonlarası Ruhi X4 “Baş beynin üzvü zədələnməsi nəticəsində psixotik pozğunluqlar” diaqnozu ilə dispanser müşahidəsindədir və hal –hazırda müalicə olunur. Ağdam Rayon Mərkəzi Xəstəxanası Ağdam şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli 978 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda durmur. Ağdam rayon Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Quzanlı qəsəbəsində atası Abışov Sədi Söhlət oğlu, anası X17 və qardaşı X18 oğlu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə vaxtından əvvəl şərti azad olunmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 03 ay 02 gün vaxtindan əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli 816 VDQ saylı qanunun tətbiqi ilə cəzası 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1, 221.2.2, 315.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddəllərlə ittiham elan edilməmiş, hadisə yerindən götürülmüş 03 ədəd solfet kağızı üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd tuman və 01 cüt corab iş üzrə maddi sübut hesab edilərək, saxlanması üçün Ağdam RPŞ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. Mərkəzi Klinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Mərkəzi Klinikaya 3000 manat və 800 manat ödəniş olunmuşdur. “Mülki iddiaçı qismində tanınmaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X9 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs anası X6 onun nümayəndəsi olması üçün etibarnamə vermişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görürnür ki, X1 Fariz Ayaz oğlunun nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş itiihamlarla özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirmədiyni göstərsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilir, Ağdam rayonu, Quzanlı kəndində anadan olmuşdur. Hazırda ailə üzvlərimlə birlikdə həmin ünvanda yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Əvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə müxtəlif vaxtlarda məhkum edilmiş, sonuncu dəfə Binəqədi rayon Məhkəməsinin hökmü ilə xx.xx.2017-ci il tarixdə 4 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2017-cu il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti olaraq Azad edilmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 19:20 radələrində Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində işıqforun yaxınlğında yerləşən mobil telefonların satışı mağazasına mobil telefonu üçün adapter almaq üçün gəlmiş, həmin vaxt tanışı Cavidlə sonradan adı ona məlum olan Fariz adlı şəxsin mübahisə etdiklərini, yanlarında bir nəfər azyaşlı uşağın da olduğunu görmüş və onlara yaxınlaşan zaman tanışı Cavidin Fariz adlı şəxsə “bu uşaqdı nə üçün onun telefonunu qaytarıb pulunu vermirsiz, belə hərəkət lazım deyil” dediyini eşitmiş, həmin vaxt Cavidə yaxınlaşaraq ona salam verib nə baş verdiyini soruşmuş, lakin Cavid onunla salamlaşsa da sualına cavab verməmiş və o, bundan sonra Fariz adlı şəxsə yaxılaşmış və “qardaş nə baş verib nəyi alıb qaytarmırsız deyib ondan soruşmuş və nə almısızsa qaytarın” deyib sonuncudan tələb etmişdir. Fariz adlı şəs isə ona “sənlik deyil sən get işinlə məşğul ol” deyib kobudcasına cavab vermiş, bu zaman o, mağazanın içərisinə tərəf gedərərk Farizə əsəbləşdiyi üçün sillə ilə onun sifət nahiyyəsinə vurmuş və həmin vaxt sillə boşa keçdiyi üçün yerə yıxılmış və Farizin əli onun köynəyinə ilişdiyi üçün köynəyi cırılmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı Şahid1 müdaxilə edərək onu çölə çıxarıb sakitləşdirmiş və səs-küy salmamağı və dalaşmamağı ondan tələb etmişdir. O, isə sakitləşib heç nə etməyəcəyini demiş və Şahid1 ona köynək tapıb vermiş və geyindirmişdir. Bundan sonra Şahid1 onu rayon polis şöbəsinə aparmaq istəyərkən Fariz adlı şəxs yenidən çölə çıxaraq onu mağazanın içərisinə çağırmış və qolundan tutaraq içəri gəlməyini tələb etmişdir. O isə onunla bərabər mağazanın içərisinə girmiş, həmin vaxt mağazada olan vitrinin üzərindən bir ədəd açılıb-qatlanan və kiçik ölçüdə olan qara dəstəyi olan bıçağı götürmüş və açaraq əlində gizlətmiş və əlini yanına qısmışdır. Həmin vaxt Fariz əlini onun çiyninə qoyaraq ona “vurmaq istəyirsən vur,ona hünər lazımdı ki, vurasan” deyib onu vurmasını tələb edirmiş. Fariz təkrar-təkrar onu təhqir edərək onu vurmasını təlb edirmiş. O isə sakitcə sonuncuya qulaq asırmış. Fariz ən azı 7-8 dəfə ondan onu vurmasını tələb etdiyi üçün o, özünü saxlaya bilməmiş və Farizi qorxuzmaq məqsədi ilə bir dəfə onun sinə nahiyyəsinə tərəf bıçağı atmış və bıçaq Farizin sinə nahiyyəsinə batmışdır. Həmin vaxt polis əməkdaşı Şahid1 onun arxa nahiyyəsindən və bıçağı tutduğu əlindən tutaraq burmuş və çölə tərəf dartarkən həmin vaxt Şahid1 yerə yıxılmış, bu zaman o fürsətdən istifadə edib durub qaçmış və həmin gün tanımadığı taksi ilə Bərdə rayonuna getmiş və oradan isə sürücüsünü tanımadığı taksi ilə Bakı şəhərinə gedərək orada gündəlik qalmaq üçün sahibini tanımadığı 20 Yanvar dairəsəində yerləşən evdə bir neçə gün qaldıqdan sonra polis əməkdaşları onunla əlaqə yaratmışlar və təqsirini boynuna almaq qərarına gələrək polisə təslim olmuşdur. Hadisəni törətməkdə istifadə etdiyi bıçağı xatırlamadığı yerdə itirmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mağazanın içərisindəki vitrinin üzərindən götürdüyü açılıb qatlanan və qara rəngli dəstəyi olan kiçik ölçülü bıçaqla bir dəfə sinə nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Farizi bir dəfə vurmuşdur və onu vurmaqda məqsədi qorxuzmaq imiş. Öldürmək məqsədi olmamışdır. O, Zərərçəkmiş şəxs Cavid adlı tanışının azyaşlı tanışına satdığı telefonu qaytarmadığı üçün azyaşlı uşağın köməksiz olduğunu gördüyü üçün və onu təhqir edərək onu vurmağa məcbur etdiyi üçün vurmuşdur. Hadisə zamanı ətrafda tanımadığı çox adam olmuşdur. Lakin mağazanın içərisində o, Farizi vuran zaman yanlarında polis əməkdaşı Şahid1, mağzada işləyən tanımadığı iki nəfər olmuşdur. Başqa kiminsə olduğu yadında deyil. Hadisə maksimum 10-15 dəqiqə davam etmişdir. O, hadisə zamanı Farizi təhqir etməsə də sonuncu onu təhqir edirmiş və onu vurmasını tələb edirmiş. Hadisəni törətməkdə istifadə etdiyi bıçağı mağazanın içərisindəki vitrinin üzərindən götürmüşdü. Həmin bıçağı xatırlamadığı ərazidə itirmişdir. Bıçaq açılıb-qatlanan imiş. Tiyəsi ilə birlikdə uzunluğu təxminən 7 sm olarmış. Hadisə zamanı Fariz ona heç bir xəsarət yetirməmişdir. O xəsarət almamış, şikayət və tələbi yoxdur. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında tədqiq olunan şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, satıcı Vüsalla vitrinləri səliqəyə salıb yeni gəlmiş aksesuarları vitrinə yığmağa başlamış və həmin vaxt mağazanın girişində dayanmış dostu Farizin sonradan adı ona məlum olan Alim adlı şəxslə mübahisə etdiyini və həmin şəxsin Farizə sillə vurmaq istədyini, lakin Farizin geri çəkildiyini və həmin şəxsin yerə yıxıldıqdan sonra ayağa qalxdığını və mübahisəni davam etdirmək istədyini görüb onlara tərəf getmiş və sonuncuları sakitləşdirib Farizi mağazanın içərisinə salmış, daha sonra Alim adlı şəxsi qonşu mağazada işləyən xatırlamadığlı şəxslərlə sakitləşdirib uzaqlaşdırmışdır. Həmin vaxt polis əməkdaşı Şahid1 da onların yanına gəlmiş və nə baş verdiyini aydınlaşdırmağa başlamış, Alimdən və Farizdən sakitləşmələrini tələb etmişdir. Bundan sonra Farizlə Alim mağazanın içərisində təkrar söhbət etməyə başlamışlar və həmin vaxt o, sonuncuların münasibətlərini aydınlaşdırmaq istədiklərini düşünmüşdür. Həmin vaxt Farizin Alimə “məni bıçaqla vurmaq istəyirsən, onu nə üçün çıxarmısan, bıçağı çıxardan vurar, hər şeyə görə bıçaq çıxarmazlar” dediyini eşitmiş və sonuncular qəfil süpürləşməyə başlamışlar. Bu zaman Alim haradan çıxardığını bilmədiyi bıçaqla Farizin sinə nahiyyəsindən vurmuş və bu zaman orada olan polis əməkdaşı Cahangir və o, müdaxilə edib onları aralaşdırdıqdan sonra Alim mağazadan çıxıb qaçmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 nömrəli qərarındakı mövqeyi də hazırki iş üzrə məhkəmənin mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü və 221.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsələ barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli 816 VDQ saylı qanunun tətbiqi ilə cəzası 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən şərti məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş sınaq müddətində qəsdən az ağır və ağır cinayətlər törətdiyindən onun barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəzaya əvvəlki qərar (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı) üzrə təyin olunmuş 07 ay 09 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-nin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi zaman ödənilmədiyi və götürülmədiyi müddətdə o, yenidən qəsdən cinayət törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Ağdam Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd tuman və 01 cüt corab zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də hadisə yerindən götürülmüş 03 ədəd solfet kağızı üzərində olan qan nümunələri isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı X9 cinayət nəticəsində ona dəymiş maddi zərərə görə 4000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddia qaldırmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı X9 istintaq orqanına təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs maddi zərər dəymiş, lakin bu günə kimi həmin ziyan ona ödənilməmiş, oğlu Zərərçəkmiş şəxs Gəncə X8 cərrahiyyə əməliyyatı olunması üçün həmin klinkaya 4000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi isə tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqları çərçivəsində, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu əks etdirir. Normanın mənasından göründüyü kimi qanunvericilik müalicə müəssisəsini və həkimini seçməklə bağlı xəstənin seçim azadlığını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının istintaq orqanına təqdim etdiyi xx.xx.2019-cu il tarixli ödəmə qəbzlərindən məlum olur ki, maddi ziyan olaraq Zərərçəkmiş şəxs tərəfindən hadisə zamanı aldığı ağır xəsarətlə əlaqədar X24 Xəstəxanasına müayinə və müalicəyə 3800 manat pul pul ödəmişdir. Göstərilənlərdən başqa iddiaçı X9 maddi ziyanla bağlı başqa hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan, cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı X6 verilməlidir. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 09 (doquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxxxxx 2019cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd tuman və 01 cüt corab zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də hadisə yerindən götürülmüş 03 ədəd solfet kağızı üzərində olan qan nümunələri isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin, 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan, cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı X6 verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X20 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar