Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-16/2022 17.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1973-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 1109,431 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq 1100 qramını yaşadığı ünvan 2 ünvanda gizlətməklə saxlamış, narkotik vasitə qurudulmuş marixuananın qalan 9,431 qramını isə üzərində saxlamaqla yaşadığı evin qarşısına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin idarənin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20-də qeyd olunan ünvanın qarşısında saxlanılmaqla Qazax rayon polis şöbəsinə dəvət edilmiş və orada saat 18:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 18 ədəd, sol yan cibindən isə 8 ədəd, ümumilikdə 26 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,377 qram, 0.384 qram, 0,325 qram, 0,405 qram, 0,351 qram, 0,322 qram, 0,399 qram, 0,340 qram, 0,398 qram, 0,389 qram, 0,363 qram, 0,310 qram, 0,406 qram, 0,357 qram, 0,339 qram, 0,401 qram, 0,406 qram, 0,381 qram, 0,310 qram, 0,369 qram, 0,391 qram, 0,333 qram, 0,339 qram, 0,375 qram, 0,332 qram, 0,329 qram olmaqla tərkiblərinə görə eyni ümumilikdə təmiz çəkisi 9,431 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 11 iyul 2020-ci il tarixdə saat 19:55-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən qonaq otağında girişdə sağ küncə qoyulmuş stolun üzərində 1 (bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki bir ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd iç-içə keçirilmiş polietilen torbada və 1 (bir) ədəd polietilen torbada olan 3(üç) ədəd şəffaf rəngli torbalarda ayrı-arılıqda çəkiləri 225 qram, 310 qram, 205 qram, 190 qram, 170 qram olmaqla tərkiblərinə görə eyni ümumi təmiz çəkisi külli miqdar - 1100 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir əsəb-ruhi dispanserdə qeydiyyatda deyil. Evlidir, himayəsində iki azyaşlı uşaqları vardır. təxminən 15 ildir ki, narkotik vasitədə marixuanadan istifadə edir. Narkotik vasitə marixuananı siqaret kağızına doldurmaqla çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olumuşdur. “Qırmızı Körpü” dövlət Sərhəd Məntəqəsində fəhləlik etməklə ailəsini dolandırır. Təxminən 2-3 il bundan öncə Qazax şəhəri ərazisində yerləşən evinin yaxınlığından kağız bükümün içərisində 3-4 ədəd narkotik vasitə olan marixuananın toxumlarını tapmış, narkotik vasitə marixuanadan istifadə etdiyi üçün həmin bitkinin toxumlarını tanımış, bu səbəbdən həmin toxumları əkib narkotik vasitə əldə etmək məqsədilə yaşadığı evdə saxlamağa qərar vermişdir. 2019-cu ilin yay aylarında istifadə etmək üçün marixuana tapa bilmədiyindən, tapdığı həmin marixuana toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində əkərək onlara qulluq etməyə başlamış, həmin toxumların 3 ədədi inkişaf etmişdir. Belə ki, inkişaf etmiş marixuana kollarının diblərini yumuşaldaraq xüsusi qulluq etmiş, bitkilər inkişaf etdikdən sonra onları yığıb, istifadə etmək məqsədilə sellofan torbaya yığaraq yaşadığı evdə saxlamış, arabir həmin narkotik vasitədən götürüb siqaret kağızına dolduraraq çəkmişdir. Bundan sonra tarixini konkret olaraq xatırlamadığı vaxtda, təxminən 2020-ci ilin iyun ayının sonlarında şəxsi işləri ilə əlaqədar olaraq ona məxsus olan BMW markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən zaman yabanı halda yolun kənarında bitmiş marixuana kollarının olduğunu görmüş, belə olan halda avtomobili saxlayıb həmin yabanı bitkilərə nəzər yetirmiş, bitkilərin çəkmək üçün yararlı olacağını fikirləşdiyindən onları toplamağa qərar vermişdir. Bundan sonra orada olan bitkilərin bir qismini toplayaraq yaşadığı evə gətirmiş, sonra gətiridiyi kolları quruması üçün yaşadığı evin arxa tərəfində torpağın üzərinə sərmiş, həmin kollar quruduqdan sonra onları müxtəlif sellofan torbalara yığıb, istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə gizlətmiş, evdə tək olan zaman sellofan torbalarda olan narkotik vasitə marixuananın qurudulmuş hissəsindən daha sonra istifadə etmək məqsədilə bükümlərə yığmışdır. 11 iyul 2020-ci il tarixdə arvadı və uşaqları qayınatası evinə qonaq getmiş, həmin vaxt evdə tək olduğundan tikilidə olan marixuanadan daha sonra istifadə etmək məqsədilə bükümlərə yığmağa qərar vermiş, bu məqsədlə tikilidəki sellofan torbada olan marixuanaları yaşadığı evə gətirib qonaq otağındakı masanın üzərinə qoymuş, marixuananı bükümlərə yığdıqdan sonra bükümləri ciblərinə doldurmuş, saat 16 radələrində siqaret çəkmək məqsədilə yaşadığı evin qarşısına çıxmış, həmin vaxt üzərində narkotik vasitə marixuana bükümləri ilə yanaşı, 8000 manat və 800 Rusiya rublu pul olmuş, eyd olunan pulları ABŞ dollarına çevirmək məqsədilə evdən götürüb cibinə qoymuşdur. Həyətə giriş darvazasının önündə dayanıb siqaret çəkən zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, onlar xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmiş, sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, artıq üzərində olan narkotik vasitə marixuanadan polis əməkdaşlarının xəbərdar olduğunu düşündüyündən onlara üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona Qazax rayon polis şöbəsinin inzibati binasına getməyi təklif etmiş, polis əməkdaşlarına bu barədə etiraz etməyib onlara məxsus avtomobilə əyləşərək birlikdə Qazax rayon polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsinin binasında ona Qazax və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını oxuyub, tanış omaq üçün verilmiş, müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra hüquqlarımın Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X5 tərəfindən müdafiə olunmasını istəmiş və bu barədə ərizə yazmışdır. Təxminən 15-20 dəqiqədən sonra müdafiəçi Mehti Hüseynov xidməti iş otağına gəlmiş və onun iştirakı ilə hüquq vəzifələri ona izah edildikdən sonra bu barədə yazılı bildiriş ona təqdim olunmuş, sonra tərtib edilmiş sənədləri oxuyub müdafiəçinin iştirakı ilə tanış olmuş, sənədlərlə tanış olduqdan sonra videoçəkiliş ilə onun üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və kütlənin təqdim edilməsi təklif olunmuş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 18 (on səkkiz) büküm, sol yan cibindən isə 8 (səkkiz) bükümdə olan narkotik vasitə marixuana bükümlərini təqdim etmiş, təqdim etdiyi bükümlərin hər biri ayrı-ayrılıqda ağızları açılıb nümayiş etdirilmişdir. Sonra bükümlər elektron tərəzinin üzərinə qoyularaq ümumi çəkilərinin 18,14 qram olması müəyyən olunmuş, bükümlərin hamısı zərfə yığıldıqdan sonra üzəri yazılmış və möhürlənmişdir. Zərfin üzəri, onun, müdafiəçi və iştirak edən şəxslər tərəfindən imzalanmış, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd Samsung markalı mobil telefon və 80 (səksən) ədəd 100 (bir yüz ) manatlıq, 1 (bir) ədəd 500 (beş yüz) Rus rublu, 6 (altı) ədəd 50 (əlli) Rus rublu pul aşkar edilmiş, aşkar edilmiş pullar və ona məxsus 1 ədəd Samsung markalı mobil telefon isə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmış, ərizəni təqdim etdikdən sonra polis əməkdaşları videoçəkilişi dayandıraraq protokol tərtib etmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə ona imza etmiş, həmçinin digər iştirakçılar da, protokola imza etmişlər. Sonra xidməti avtomobillə, müdafiəçi və polis əməkdaşları Qazax rayon polis şöbəsinin inzibati binasından yaşadığı evə getmiş, yaşadığı evin giriş qapısının önündə videoçəkiliş altında evin həyətinə, oradan da evin qonaq otağına daxil olmuş, bundan sonra girişdə sağ tərəfdə olan stolun üzərindəki, öz istifadəsi üçün saxladığı, sellofan torbalardakı narkotik vasitə marixuana kütlələrini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi kütlələrə baxış keçirdikdən sonra hər bir torbanı ayrı-ayrılıqda elektron tərəzidə çəkərək bir ədəd kisəyə yığmışlar. Sonra kisənin ağzı bağalanaraq üzəri yazılmış, iştirakçılarla birlikdə imza etmişlər və kağızın üzəri möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları yaşadığı evin digər otaqlarına baxış keçirmiş, baxış zamanı evin digər yerlərindən narkotik vasitə və qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmiş, yaşdığım evə polis əməkdaşları tərəfindən baxış keçirilib qurtardıqdan sonra müvafiq protokolun tərtib edilməsi üçün, Qazax rayon polis şöbəsinin inzibati binasına qayıtmış, orada xidməti iş otağında protokol tərib edilərək uca səslə oxunmuş, yenə də, müdafiəçisinin iştrakı ilə tərtib edilmiş protokolla tanış olduqdan sonra onun üzərini imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 11 iyul 2020-ci il tarixdə Qazax şəhəri, M.Hüseyn küçəsi 125 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə marixuananı əldə edib üzərində və yaşadığı mənzildə saxlaması və dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 11 iyul 2020-ci il tarixdə o, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və BNMİ-nin QBRŞ-nin sürücü polis nəfəri, polis serjantı Şahid4 Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında saxlamış, özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə dəvət etmiş, o da etiraz etmədən onlarla şöbəyə gəlmşdir. Qazax RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, Yunis Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 08 ədəd, sağ yan cibindən isə 18 ədəd kağız bükümləri çıxardıb təqdim edərək içərilərində narkotik vasitə marixuana olduğunu bildirmiş, bundan sonra kağız bükümlərin hər birinə ayrıayrılıqda baxış keçirilmiş və bükümlərin içərilərində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə-marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan şalvarın arxa sol cibindən 1 ədəd Samusung markalı mobil telefon və həmin şalvarın şalvarın arxa sağ cibindən 80 (səksən) ədəd 100 (bir yüz ) manatlıq, 1 (bir) ədəd 500 (beş yüz) Rusiya rublu, 6 (altı) ədəd 50 (əlli) Rusiya rublu aşkar edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla qadağan edilmiş maddə aşkar edilməmiş, 26 (iyirmi altı) ədəd kağız bükümlərində aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 18,14 qram olması müəyyən edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə yerləşdirilmiş, möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samusung” markalı mobil telefon və 8000 manat və 800 Rusiya rublu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2019-cu ilin yay aylarında yaşadığı evin həyətyanı sahəsində üç ədəd kol olmaqla əkdiyini, daha sonra həmin bitkiləri yığıb qurutduğunu bildirmiş, adha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə də, narkotik vasitələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmış, şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmadığından, iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda narkotik vasitələr saxladığını bildirdiyindən və evinə baxış keçirilməsi barədə razılıq ərizəsi verdiyindən, müdafiəçi və iştirakçılarla birlikdə onun yaşadığı ünvana getmiş, mənzilə baxış zamanı da, videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı yaşadığı mənzilin qonaq otağına girişdə sağ küncə qoyulmuş masanın üzərində olan üç ədəd sellofan torbaları əli ilə göstərərək həmin sellofan torbaların içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş, bundan sonra təqdim edilmiş torbalara baxış keçirilən zaman içərilərində yaşıl rəngli, kəskin iyə malik olan kütlələr olması müəyyən edilmişdir. Həmin sellofan torbalar elektron tərəzidə çəkilən zaman çəkilərinin ayrı-ayrılıqda 495 qram, 900 qram və 800 qram olması müəyyən edilmiş, daha sonra qeyd olunan sellofan torbalar sübut əhəmiyyətinə malik ola biləcəyindən müvafiq ekspertizaya təqdim edilməsi üçün bir ədəd sintetik kisəyə yığılmış və həmin kisə üzərində qeydlər aparılmaqla möhürlənmiş, evin digər otaqlarına baxış zamanı hər hansı narkotik vasitə və yaxud da, əşya, maddə aşkar edilməmişdir. Baxış qurtardıqdan sonra Qazax rayon polis şöbəsinə geri qayıtmış və mənzilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.07.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.07.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, BNMİ-nin və BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 iyul 2020-ci il tarixdə saat 16:20-də ünvan 6 ünvanın qarşısında saxlanılaraq Qazax rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış zamanı ondan ümumilikdə 26 (iyirmi altı) ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.07.2020-ci il tarixli “baxış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus mənzilə baxış zamanı oradan 05 ədəd sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 12 iyul 2020-ci il tarixli 16/468 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Qazax RPŞ-nin inzibati binasında 11.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş, içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr olan (26) iyirmi altı ədəd büküm..” sözləri yazılmış kağız paketdəki, 26 (iyirmi altı) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram, 0,384 qram, 0,325 qram, 0,405 qram, 0,351 qram, 0,322 qram, 0,399 qram, 0,340 qram, 0,398 qram, 0,389 qram, 0,363 qram, 0,310 qram, 0,406qram, 0,357 qram, 0,339 qram, 0,401 qram, 0,406 qram, 0,381 qram, 0,310 qram, 0,369qram, 0,391 qram, 0,333 qram, 0,339 qram, 0,375 qram, 0,332 qram, 0,329 qram, ümumi təmiz çəkisi 9,431 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağından götürülmüş 3 (üç) torbada narkotik vasitə marixuanaya bənzər kütlələr..” sözləri yazılmış sintetik kisədəki, 1 (bir) ədəd qara rəngli polietilen torbada olan digər bir ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd iç-içə keçirilmiş polietilen torbada və 1 (bir) ədəd polietilen torbada olan digər 3 (üç) ədəd şəffaf rəngli polietilen torbalarda ayrı- ayrılıqda təmiz çəkiləri 225 qram, 310 qram, 205 qram, 190 qram, 170 qram ümumi təmiz çəkisi 1100 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki marixuanalar ilə bir ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli 4(005)-820/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11.07.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.07.2020-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş 9,431 qram və 1100 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq- 8,131 qram və 1099,75 qram qurudulmuş marixuananın iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.07.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 10.03.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 01.03.2006-cı il tarixli qərarı ilə 10 ay 28 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “2 X4 Xəstəxanası”-nın 23.07.2020-ci il tarixli 1/935 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli KPX-na müraciət etməyib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Psixiatriya Xəstəxanası” X12 27.07.2020-ci il tarixli 4624 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası”-da müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2013-cü il tarixli AZ-İİİ 470524 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.12.2013-cü il təvəllüdlü Əhməd Əhmədov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.09.2015-ci il tarixli AZ-İİİ 613844 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.08.2015-ci il təvəllüdlü Uğur Əhmədov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.07.2020-ci il tarixli 11-21/1340 saylı və 11-21/1339 saylı Qazax RİHB Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, M.Hüseyn küçəsi, ev 125-də yaşayır və anası 08.08.1951-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax RİHB Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, M.Hüseyn küçəsi, ev 125də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.08.2020-ci il tarixli, 008-3520-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuanan əldə edib, üzərində və yaşadığı fərdi yaşayış evində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin onun narkotik vasitəni nə vaxt, harada və kimdən əldə etməsi, hər hansı şəxsə satıb-satmaması, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Müsbət nəticə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli 5(023)-23/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 11 iyul 2020ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi narkoloji ekspertizasının 07.09.2020-ci il tarixli 2461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışır. Yalan danışmağa meyllidir. Müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30.10.2020-ci il tarixli “baxış keçrilməsi və götürmə haqqında” protokoldan görünür ki, 30.10.2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən X3 iştirakı ilə torpaq nümunəsi götürülmüşdür götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 18 noyabr 2020-ci il tarixli 7/804 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “30.10.2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən X3 iştirakı ilə götürülmüş torpaq nümunəsi” yazılar və imzalar olan kağız paketdə bir ədəd ağ rəngli polietilen torbadakı torpaq nümunəsinin tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-marixuananın qalıqları yoxdur. Tədqiq olunmuş torpaq nümunəsində marixuananın qalıqları olmadığı üçün tədqiqata təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.11.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş 9,431 qram və 1100 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq 8,131 qram və 1099,75 qram qurudulmuş marixuana saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, maddi sübut hesab edilmiş şəxsi axtarış və baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.11.2020-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda 1109,431 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.11.2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 11.07.2020ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi narkoloji ekspertizasının 07.09.2020-ci il tarixli 2461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışır. Yalan danışmağa meyllidir. Müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş 9,431 qram və 1100 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq 8,131 qram və 1099,75 qram qurudulmuş marixuana saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, maddi sübut hesab edilmiş şəxsi axtarış və baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,131 qram və 1099,75 qram olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 98 manat 86 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 11 iyul 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,131 qram və 1099,75 qram olan qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 98 manat 86 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-16/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-16/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver