Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-16/2023 22.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsi, ev 33, mənzil 12-də qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Tibilisi küçəsi, ev 7-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 117,289 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 115.878 qram çəkidə olan hissəsini 0.438 qram və 115.440 qram çəkilərə ayırmaqla müvafiq olaraq siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdıraraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Tibilisi küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin mətbəx otağında olan çarpayıdakı yorğanın altında satış məqsədi ilə gizlədib saxlamış, 1.411 qram çəkidə olan hissəsini 0.212 qram və 1.199 qram çəkilərə ayırıb müvafiq olaraq siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdıraraq əynində olan qara rəngli şalvarın cibində satış məqsədi ilə saxlamış və daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan həmin qara rəngli şalvarın sağ və sol yan ciblərindən satış məqsədi ilə siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdırılmış müvafiq olaraq 0.212 qram və 1.199 qram çəkilərdə, ümumilikdə isə 1.411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan sonra eyni tarixdə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Tibilisi küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə baxış keçirilərkən evin mətbəx otağında olan çarpayıdakı yorğanın altından satış məqsədi ilə siqaret kağızı və polietilen kəsiyi bükümlərində qablaşdırılmış müvafiq olaraq 0.438 qram və 115.440 qram çəkilərdə, ümumilikdə isə 115.878 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq çəkidə, yəni ümumi təmiz çəkisi 1.818 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 0,362 qram, 0,360 qram, 0,355 qram, 0,369 qram və 0,372 qram çəkilərə ayırmaqla 05 ədəd polietilen kəsiyi bükümlərində qablaşdıraraq 01 ədəd “Rothmans” markalı boş siqaret qutusunun içərisində satış məqsədi ilə gizlədərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış və daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2021-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında yerləşən “Öznura” adlanan yeməkxananın qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən satış məqsədi ilə 05 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış 0,362 qram, 0,360 qram, 0,355 qram, 0,369 qram və 0,372 qram çəkilərdə, ümumilikdə isə 1.818 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, mərhum atası Nəsibdən qalma obyektləri arendaya verib ailəsini dolandırır. 13 aprel 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı küçədə olarkən Kəpəz rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq X3 dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Kəpəz rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sonra ona polis əməkdaşları tərəfindən fiziki və psixi təsir göstərilmiş və üzərinə narkotik vasitə qoyulmuşdur. O da qorxusundan məcbur olun razılaşmışdır. Sonra müdafiəci dəvət edilmişdir. Bundan ssonra üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd plastik qaz kartı, iki ədəd alışqan, bir ədəd siqaret kağızında bükülü, şalvarının sol yan cibindən isə sellofan bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülülər açıldıqda içərisində narkotik vasitə “kakosa”, yəni heroinə oxşar kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, kütlələrdən biri 0,39 qram, digəri isə 1,39 qram olmuşdur. Sorğu zamanı polis əməkdaşlarına həmin kütlələrin ona dedikləri kimi “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri Yevlax rayonunda qaraçı millətindən olan əsgərlik yoldaşı İsmayıl adlı şəxsdən pulsuz aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş kütlələr zərfə qoyularaq qablaşdırılmış, tərtib edilmiş protokol onunla yanaşı iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evə baxış keçirilməsi üçün hər hansı etirazının olub-olmadığı soruşulanda o, etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra yaşadığı evə baxış aparılması üçün onu müdafiəçi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Tibilisi küçəsində yerləşən 7 nömrəli evinə aparmışlar. Yaşadığı evə videoçəkilişlə baxış aparılan zaman evin mətbəxində olan çarpayının üzərindəki yastıq kimi istifadə etdiyi bükülmüş yorğanın altından bir ədəd qara rəngli bükülü aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində 1 ədəd şəffaf sellofan torbada bükülü və bir ədəd siqaret kağızında bükülü aşkar edilmişdir. O, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin kütlələri də Yevlax rayonunda yaşayan İsmayıl adlı əsgər yoldaşından aldığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəziyə qoyularaq çəkilmiş, kütlənin birinin çəkisi 117,04 qram, digərinin çəkisi isə 0,69 qram təşkil etmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol onunla yanaşı iştirakçılar tərəfindən imzalanmışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini özü istifadə etmək üçün əldə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Sonra barəsində həbs qətimkan tədbiri seçilərkən prokurora narkotik vasitənin ona məxsus olmadığını polis əmkdaşlarının ona təsir göstədikləri üçün ona məxsus olmasını demişdir. Sonra onu həbsdən azad etmişlər. 01 may 2021-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında yerləşən «Öznura» adlı yeməkxananın qarşısında olan vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona X3 dövriyyəsində şübhəli olduğunu bildirib onu Kəpəz rayon Polis İdarəsinin inzibati binasına aparmışlar.Orda üzərinə baxış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Sonra ona fiziki və psixi təsir göstərilmiş və üzərinə narkotik vasitə qoyulmuş o da qorxusundan razı olmuşdur. Sonra müdafiəçi kimi dəvət edilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd alışqan, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd içərisində siqaret olan “Rothmans” markalı siqaret qutusu və bir ədəd üzəri şəffaf yapışqanla bağlanmış “Rothmans” markalı siqaret qutusunun içərisində sellofan kəsiyinə qoyulmuş 5 ədəd bükümlərdə narkotik vasitə olan heroin, əynində olan şalvarın sol yan cibindən 3 manat pul, sağ yan cibindən isə 2 ədəd aspirin dərmanı aşkar edilmişdir. Həmin bir ədəd bükülünün içərisində olan 5 büküm narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi ayrı-ayrılıqda 0,39 qram, 0,40 qram, 0,41 qram, 0,42 qram, 0,43 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlələrin polis əməkdaşlavrının əvvəlcədən ona dedikləri kimi “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri 10 manata «Azərittifaq» adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini özü istifadə etmək üçün əldə etdiyini demişdir. Narkotik vasitələrdən istifadə edir, narkotik vasitə aludəçisi olduğuna görə tez-tez narkotik vasitələr ala bilmədiyi üçün şəxsi istehlak miqdarından çox miqdarda narkotik vasitə almış və bükümlərə bölüb üzərində saxladığını demişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər X3 dövriyyəsi ilə məşğul olduğu üçün iki dəfə məhkum olunmuş, sonuncu dəfə isə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 2018-ci ilin dekabr ayının 27-də çəkib qurtarmışdır. Hazırda bədəni üzərində xəsarətin izləri qalmamışdır. Barəsində olan cinayət işindəki sənədlərə imza etməkdən imtina etmiş, adının qarşısında olan imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X7 əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 13 aprel 2021-ci il tarixdə Gəncə şəhəri Sədi küçəsi ev 33, mənzil 12-də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Şöbənin əməliyyat müvəkkili Şahid4la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2021-ci il tarixdə, saat 13:30-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üstündə gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu saat 13:50-də Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Nəsimi Vəliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd plastik kart, 2 ədəd alışqan və bir ədəd siqaret kağızına bükülmüş bükülü, şalvarın sol yan cibindən isə sellofan kəsiyinə bükülmüş bükülü aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2 ədəd bükülülər müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, kristal halında, ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2 ədəd bükümlərin içərisindəki kütlənin el arasında “kokos” kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gündən 2 gün əvvəl Yevlax rayonu ərazisində əsgərlik yoldaşı İsi ləqəbli İsmayıl adlı şəxsdən hər qramını 55 manata aldığını, bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 2 ədəd bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, sellofan kəsiyinə bükülmüş kütlənin çəkisi 1,39 qram, siqaret kağızına bükülmüş kütlənin çəkisi isə 0,39 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlələr olan 2 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-nin 120 saylı möhürü ilə möhürlənərək tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir ədəd plastik kart və 2 ədəd alışqanlar isə sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Bundan sonra X4 yaşadığı ünvan 3 ünvanda yerləşən mənzlində narkotik vasitələri qanunsuz saxlanılması ehtimalına əsasən sonuncunun yaşadığı ünvana baxış keçirtmək zərurəti yarandığı üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirtməyə etiraz etməmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlayıb-saxlamadığı soruşulanda sonuncu yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daimi qaldığı mətbəxdə olan çarpayının baş tərəfində balınc kimi qoyduğu qatlanmış yorğanın altından qara rəngli sellofan torba kəsiyinə bükülmüş şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülünü və bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 2 ədəd bükülülər müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, kristal halında, ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 2 ədəd bükümlərin içərisindəki kütlənin el arasında “kokos” kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni də 11 aprel 2021-ci il tarixdə Yevlax rayonu ərazisində əsgərlik yoldaşı İsi ləqəbli İsmayıl adlı şəxsdən hər qramını 55 manata aldığını, özü istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı İsi ləqəbli İsmayıl adlı şəxsin anket məlumatlarını, mobil telefon nömrəsini bilmədiyini və həmin şəxslə Yevlax rayonunda yaşadığı küçənin baş tərəfində, yol kənarında görüşdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 2 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli sellofana bükülmüş kütlənin çəkisi 117,04 qram, siqaret kağızına bükülmüş kütlənin çəkisi isə 0,69 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlələr olan 2 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-in möhürü ilə möhürlənərək tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. 30 aprel 2021-ci il tarixdə Gəncə şəhəri Sədi küçəsi ev 33, mənzil 12də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2021-ci il tarixdə, saat 00:40 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhər Dəmiryol Vağzalı yaxınlığında yerləşən «Öznura» adlı kafenin qarşısında müyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üstündə gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı Elçin Mansırova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd içərisində siqaretlər olan Rotmans markalı siqaret qutusu, bir ədəd üzəri şəffaf yapışqanla bağlanmış Rotmans markalı siqaret qutusunun içərisində olan sellofan kisəyə qoyulmuş 5 ədəd şəffaf polietilen kəsiyinə bükülmüş bükümlərdə narkotik vasitə olan “heroin”ə bənzər kütlələr, əynində olan şalvarın sağ yan cibindən 2 ədəd aspirin dərmanı, şalvarının sol yan cibindən isə 1 manatlıq əskinazlardan ibarət cəmi 3 manat pul aşkar olunaraq götürülmüşdür. Həmin sellofana bükülmüş 5 ədəd bükümlər müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı orada boz rəngli, ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 5 ədəd bükümlərin içərisindəki kütlənin el arasında “kokos” kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni 30 aprel 2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri “Azərittifaq” adlanan yerdə adını bilmədiyi şəxsdən 10 manata aldığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, satmaq fikrində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, həmin bükümlər 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qam müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlə olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və 120 saylı möhürü ilə möhürlənərək tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1 manatlıq əskinazlardan ibarət cəmi 3 manat pul, 2 ədəd alışqan, 2 ədəd aspirin dərmanı və içərisində siqaretlər olan Rotmans markalı siqaret qutusu sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. X4 üzərindən ayrı-ayrılıqda 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qam olan içərisində narkotik vasitə heroin olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlərdən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirlər nəticəsində əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur.Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını ona fiziki və psixi təsir göstərilmədiyini və üzərinə və evinə narkotik vasitə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. 30 aprel 2021-ci il tarixdə Gəncə şəhəri Sədi küçəsi ev 33, mənzil 12də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, Şöbənin əməliyyat müvəkkili Şahid3 bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və bundan sonra Şahid3la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2021-ci il tarixdə, saat 00:40 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhər Dəmiryol Vağzalı yaxınlığında yerləşən «Öznura» adlı kafenin qarşısında müyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üstündə gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı Elçin Mansırova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd içərisində siqaretlər olan Rotmans markalı siqaret qutusu, bir ədəd üzəri şəffaf yapışqanla bağlanmış Rotmans markalı siqaret qutusunun içərisində olan sellofan kisəyə qoyulmuş 5 ədəd şəffaf polietilen kəsiyinə bükülmüş bükümlərdə narkotik vasitə olan “heroin”ə bənzər kütlələr, əynində olan şalvarın sağ yan cibindən 2 ədəd aspirin dərmanı, şalvarının sol yan cibindən isə 1 manatlıq əskinazlardan ibarət cəmi 3 manat pul aşkar olunaraq götürülmüşdür. Həmin sellofana bükülmüş 5 ədəd bükümlər müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı orada boz rəngli, ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 5 ədəd bükümlərin içərisindəki kütlənin el arasında “kokos” kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni 30 aprel 2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri “Azərittifaq” adlanan yerdə adını bilmədiyi şəxsdən 10 manata aldığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, satmaq fikrində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, həmin bükümlər 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qam müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin”ə bənzər kütlə olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-nin 120 saylı möhürü ilə möhürlənərək tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1 manatlıq əskinazlardan ibarət cəmi 3 manat pul, 2 ədəd alışqan, 2 ədəd aspirin dərmanı və içərisində siqaretlər olan Rotmans markalı siqaret qutusu sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. X4 üzərindən ayrı-ayrılıqda 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qam olan içərisində narkotik vasitə heroin olan şəffaf polietilen kəsiyinə bükülmüş 5 ədəd bükümlərdən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını ona fizi və psixi təsir göstərilmədiyini üzərinə narkotk vasitə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xeyli müddətdir narkotik vasitə olan “kakos”, yəni heroin qəbul edir. İstifadə üçün narkotik vasitə lazım olduqda Gəncə şəhərində tanıdığı narkotik vasitə satıcılarından narkotik vasitə alır. 2021-ci ilin mart ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində, Dəmiryol Vağzalının yaxınlığında Yüska kimi tanıdığı, adının Yusif olduğunu sonradan bildiyi şəxsdən sonuncunun öz evinin arxa tərəfində 10 manata “kakos” kimi tanıdığı 1 çet narkotik vasitə olan heroin almışdır. Sonradan həmin şəxsi polis əməkdaşları tutmuşlar və onunla aralarında üzləşdirmə keçirilmişdir. Üzləşmə zamanı həmin şəxsin adının Yusib olduğunu öyrənmiş, həmin şəxsin üzünə qarşı ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. Hazırda da əvvəlki ifadəsini təsdiq edir. Onda olan məlumata əsasən, Yusib ondan başqa digər şəxslərə də narkotik vasitə satır, yəni narkotik vasitə satışı ilə məşğul olan bir şəxsdir. Yusibin narkotik vasitə satışı ilə məşğul olduğunu bilmişdir. Belə ki, bir-iki nəfər üzdən tanıdığı şəxslərin Yusibdən narkotik vasitə aldığını eşitmiş, özü də Yuskanın evinə gedərək evinin arxa tərəfə açılan qapısını döymüş, qapını Yuska özü açmış və Yusibə tanışlıq verib sonuncudan 1 çet narkotik vasitə olan heroin almışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitə olan “kakos”, yəni heroin qəbul edir. İstifadə üçün narkotik vasitə lazım olduqda Gəncə şəhərində tanıdığı narkotik vasitə satıcılarından narkotik vasitə alır. 2021-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində, Dəmiryol Vağzalının arxa tərəfində, yəni Tibilisi küçəsində Yüska kimi tanıdığı, adının Yusif olduğunu sonradan bildiyim şəxsdən sonuncunun öz evinin qarşısında 14 manata “kakos” kimi tanıdığı 1 çet narkotik vasitə olan heroin, çox az miqdarda da psixotrop maddə olan “şüşə” kimi tanıdığı metamfetamin almışdır. Sonradan həmin şəxsi polis əməkdaşları tutmuşlar və onunla aralarında üzləşdirmə keçirilmişdir. Üzləşmə zamanı həmin şəxsin adının Yusif olduğunu bilmiş, həmin şəxsin üzünə qarşı ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. Onda olan məlumata əsasən Yusib ondan başqa digər şəxslərə də narkotik vasitə satır, yəni sırf narkotik vasitə satışı ilə məşğul olan bir şəxsdir. O, ifadəsində daha sonra bildirmişdir ki, Yusibi təsadüfən yolda gördükdə salamlaşmış və “kakos”a ehtiyacının olduğunu bildirmişdir. Yusib də “gələrsən, verərəm” deyə bildirmişdir.O həmin şəxsi Dəmiryol Vağzalının yaxınlığında qalan bir şəxs kimi tanıyırmış və bilirmiş ki, narkotik vasitə satır. Yuskadan cəmi bir dəfə narkotik vasitə almış, həmin vaxt narkotik vasitə almağa tək getmişdir. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, qəbul etməsi, gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, qəbul etməsi, gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvvəkkili Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, gəzdirməsi, saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi ,gəzdirməsi,saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı video çəkiliş vasitəsilə X4 üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş 0,39 qram çəkidə narkotik vasitə olan heroin, şalvarın sol yan cibindən isə sellofan kəsiyinə bükülmüş 1,39 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış prosesinin videogörüntüsü 1 ədəd DVD köçürülmüşdür. «Baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı videoçəkiliş vasitəsilə X4 yaşadığı Gəncə şəhəri, Tibilisi küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman mətbəxdə olan çarpayının baş hissəsindən şəffaf sellofan torba kəsiyinə bükülmüş 117,04 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd siqaret kağızına bükülmüş 0,69 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, baxış keçirilməsi prosesinin videogörüntüsü 1 ədəd DVD köçürülmüşdür. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı videoçəkiliş vasitəsilə X4 üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzəri şəffaf yapışqanla bağlanmış “Rotmans” markalı siqaret qutusunun içərisində sellofan kəsiyinə bükülmüş 5 ədəd bükümlərdə 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qam çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş,şəxsi axtarış prosesinin videogörüntüsü 1 ədəd DVD köçürülmüşdür. Materialların məhkəmə ekspertizasının 14 aprel 2021-ci il tarixli, 16/339 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 02 (iki) ədəd bükülü» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 1,199 qram, ümumi təmiz çəkisi 1,411 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində aşkar edilmiş 02 ədəd bükümlərdə heroinə bənzər kütlə» sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qram, 115,440 qram, ümumi təmiz çəkisi 115,878 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertizasının 01 may 2021-ci il tarixli, 16/409 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik maddə» sözləri yazılmış kağız paketdəki, 5 (beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,360 qram, 0,355 qram, 0,369 qram, 0,372 qram, ümumi çəkisi 1,818 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql, edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların» siyahısına əsaslanaraq yoxlanldı və müəyyən olundu ki, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr»-in 1-ci Siyahısının İ bəndinə daxildir. Materialların məhkəmə ekspertizasının 23 avqust 2021-ci il tarixli, 16/834 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 (iki) ədəd bükülü.” sözlər və imzalar olan kağız paketdəki heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin məlbəxində aşkar edilmiş 02 ədəd bükümlərdə heroinə bənzər kütlə." sözləri yazılmış kağız paketdəki heroinlər və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşar edilən narkotik maddə.” sözləri yazılmış kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. «Üzləşdirmə haqqında» xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 üzləşmə zamanı 2021-ci ilin mart ayının ortalarında 10 manata bir büküm narkotik vasitə olan heroin aldığını şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. «Üzləşdirmə haqqında» xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Şahid2 ilə şübhəli şəxs X4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 üzləşmə zamanı 2021-ci ilin aprel ayının əvvəllərində 14 manata bir büküm narkotik vasitə olan heroin aldığını şübhəli şəxs Yusif Ələkbərovun üzünə qarşı demiş, bu barədə protokol tərtib olunmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsinin düzgünlüyünü müəyyən etmək, ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış və o ifadəsində göstərilən xüsusatları, yəni Təqsirləndirilən şəxs narkotik vasitə aldığı yerləri göstərərək ifadəsini təsdiq etmişdi. İfadəsin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid2 ifadəsinin düzgünlüyünü müəyyən etmək, ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış və o ifadəsində göstərilən xüsusatları, yəni Təqsirləndirilən şəxs narkotik vasitə aldığı yerləri göstərərək ifadəsini təsdiq etmişdi. İfadəsin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Yusif Ələkbərov satış məqsədilə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, Gəncə şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olsa da cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərdən başqa narkotik vasitə satdığı şəxsləri, üzərində və yaşadığı evdən aşkar olunub götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hər iki cinayət işi bir icraatda birləşdirilərək istintaqı davam etdirilməli olduğundan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, birləşdirilmiş cinayət işinin nömrəsi ********* olaraq saxlanılmaqla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, yaşadığı ünvan 4 ünvanına isə baxış keçirilən zaman qeydə alınmış videogörüntülər bir ədəd DVD disk şəklində cinayət işinin materiallarına əlavə edilmiş, həmin videogörüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilərək müəyyən edilmişdir ki, diskin içərisində iki ədəd videogörüntü var. «00029» adlı videogörüntüyə baxış zamanı müəyyən edildi ki, 13 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Kəpəz RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4, müdafiəçi X17 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd «Azəriqaza» məxsus plastik kart, 2 ədəd alışqan, bir ədəd siqaret kağızına bükülmüş bükülü, şalvarın sol yan cibindən isə sellofan parçasına bükülmüş bükülü aşkar olunur. X8 sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş sellofan kəsiyinə bükülmüş 2 ədəd bükümlərin içərisindəki kütlənin kokos kimi tanınan narkotik vasitə olan heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş iki ədəd bükülülülərin içərisinə baxış keçirilən zamanı orada açıq qəhvəyi rəngli, kristal halında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Daha sonra təhqiqatçı Nəsimi Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd bükümlər ayrı-ayrılıqda tərəzidə çəkildi, siqaret kağızında olan bükülü isə 0,39 qram, sellofan kəsiyinə bükülmüş büküm isə 1,39 qram müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 2 gün əvvəl Yevlax rayonu ərazisində əsgərlik yoldaşı İsmayıl adlı şəxsdən pulsuz əldə etdiyini, özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. X13 sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitə qəbul etdiyini, bədənində ağrılar olduğu üçün özü istfadə etmək məqsədilə üzərində saxladığını bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş həmin 2 ədəd bükümlər bir ədəd zərfə qoyularaq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və ya saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı aşkar olunaraq götürülmüş 2 ədəd alışqan, bir ədəd plastik kart isə onun özünə qaytarıldı. Bundan sonra diskdə «00030» adlı videogörüntüyə baxış zamanı müəyyən edildi ki, 13 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Kəpəz RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4, müdafiəçi X17 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Tbilisi küçəsi 7 nömrəli evdə axtarış aparılır. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zamanı o, qaldığı mətbəxdəki çarpayının baş tərəfində narkotik vasitə saxladığını bldirib çarpayının baş hissəsində balınc kimi qoyduğu qatlanmış yorğanın altından qara rəngli sellofan torba kəsiyində olan bükülünü götürüb təqdim edir. Həmin qara rəngli sellofanın içərisindən şəffaf rəngli sellofan kəsiyinin içərisindən və bir ədəd siqaret kağızına bükülmüş bükülünün içərisindən qəhvəyi rəngli kütlə aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 2 ədəd bükümlərin içərisindəki kütlənin kokos kimi tanınan narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, Yevlax rayonunda İsmyıl adlı şəxsdən aldığını, siqaret kağızına bükülmüş kütlənin həmin kütlədən götürüb istifadə etmək üçün siqaret kağızına bükdüyünü bildirir və siqaret kağızına bükduyü kütlənin də heroin olmasını bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlələrdən başqa yaşadığı mənzildə digər narkotik vasitələr saxlamadığını bildirdi. Daha sonra təhqiqatçı Nəsimi Vəliyev tərəfindən Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş 2 ədəd bükümlər ayrı-ayrılıqda tərəzidə çəkildi, şəffaf sellofan parçasına bükülmüş bükülünün çəkisi 117,04 qram, digər siqaret kağızında olan bükülü isə 0,69 qram müəyyən olundu. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülmüş həmin 2 ədəd bükümlər bir ədəd zərfə qoyularaq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə ilə birgə 11 aprel 2021-ci il tarixdə Yevlax rayonu ərazisində onunla birgə əsgərlikdə olmuş İsi ləqəbli İsmayıl adlı şəxsdən hər qramını 55 manata aldığını bildirdi. Həmin şəxsin ünvanını, telefon nömrəsini bilmədiyini söylədi. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntü bir ədəd DVD disk şəklində cinayət işinin materiallarına əlavə edilmiş, həmin videogörüntüyə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 may 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Kəpəz RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4, müdafiəçi X15 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, sol yan cibindən bir ədəd alışqan, bir ədəd içərisində siqaretlər olan Rotmans markalı siqaret qutusu, bir ədəd üzəri şəffaf yapışqanla bağlanmış Rotmans markalı siqaret qutusunun içərisindən isə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü aşkar olunaraq götürüldü. Həmin bükülünün içərisinə baxış keçirilən zamanı orada şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 5 ədəd bükümlər aşkar olundu. X9 sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş sellofan kəsiyinə bükülmüş 5 ədəd bükümlərin içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunub götürülmüş kütlələr el arasında «kokos» kimi tanınan heroindir və xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində həmin narkotik vasitə olan heroini Gəncə şəhəri «Azərittifaq» adlanan yerdə adını bilmədiyi şəxsdən 10 manata alıb, özü istifadə etmək üçün üzərində saxlayıb, satmaq fikrində olmayıbdır. Daha sonra təhqiqatçı Elçin Mansırov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş sellofan kəsiyinə bükülmüş həmin 5 ədəd bükümlər ayrı-ayrılıqda tərəzidə çəkilir, bükümlərin 0,43 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,40 qram olması məlum olur. Daha sonra şəxsin axtarışın davamı olaraq Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd aspirin dərmanı, şalvarın sol yan cibindən isə bir manatlıq əskinazlardan ibarət 3 manat pul aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı aşkar olunaraq götürülmüş 3 manat pul, 2 ədəd alışqan, 2 ədəd aspirin dərmanı, Rotmans markalı siqaret onun özünə qaytarıldı. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş həmin 5 ədəd bükümlər zərfə qoyularaq qablşaşdırılıb ağzı DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, özü istfadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmaq niyyətində olmadığını bildirdi. Bakcell MMC-nin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ********* saylı nömrə “Bakcell” şəbəkəsində istifadə olunmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən opioidlərdən asıllılıq diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 may 2021-ci ildən hesablanmışdır. Məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 1226 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/576 nömrəli rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş,cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolunda “Təqsirləndirilən şəxs” qrafasındakı imza,i/v 22-23-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 97-də olan xx.xx.2021-ci il tarixli cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 98-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 100-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsə müdafiəçilərin siyahısının təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 105-də olan xx.xx.2021-ci il tarixli müdafiəçini şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 106-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolunda “Təqsirləndirilən şəxs” qrafasındakı imza,i/v 107-də olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 108-də olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 109-da olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 110-112 də olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar, i/v 113-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 114-116-da olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 118-119-da olan xx.xx.2021-ci il tarixli izahatda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 122-də olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 128-də olan xx.xx.2021-ci il tarxli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 168-169-da olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 170-də olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə qətimkan tədbirin şərtlərinin izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 192-də olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 193-də olan xx.xx.2021-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 203-də olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 216-da olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza,2-ci cilddə i/v 5-də olan xx.xx.2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 22-də olan xx.xx.2021-ci il tarxili protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətindən görünür ki, Ələkbərov X12 rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə Xəzər rayon Məhkəməsinin eyni tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli X2 3-cü bəndinə əsasən, 03 ay 24 gün vaxtından əvvəl azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 05 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə vaxtından əvvəl şərti azad etmə müddəti başa çatmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.271 qram, 115.738 qram və 1.618 qram çəkilərdə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılır. 02 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmadığını, həmin narkotik vasitəni satmaq niyyətinin olmadığını və heç kimə satmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X10 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.271 qram, 115.738 qram və 1.618 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X10 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 207 (iki yüz yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 01 may 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1.271 qram, 115.738 qram və 1.618 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X10 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 207 (iki yüz yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-16/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-16/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver