Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-16/2024 26.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X20,zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Göygöl şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, X3 çağırışı ilə əlaqədar 15 fevral 2022-ci il tarixdə saat 21 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Jildom” çay evinə gəldikdən sonra Cavidan Məmmədovun ona həmin gün, yəni 15 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Göygöl şəhər Avtovağzalının yaxınlığında yerləşən “Elit” kafesində olan zaman yetkinlik yaşına çatmamış Şahid7 Naiq oğluna, onun bacısını sevməsi ilə bağlı irad tutmasına görə düzgün hərəkət etmədiyini bildirməsi, onun isə Cavidan Məmmədova artıq bu mövzuda araşdırma apardıqlarını və bu barədə bir daha söhbət aparılmasına ehtiyac olmaması cavabını verməsi səbəbindən həmin şəxsi, şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı əlbəyaxa olduqları vaxt o, məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək üstündə gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, ov tipli soyuq silah hesab edilən bıçaqla Cavidan Məmmədova azı 4 zərbədən əmələ gələn 6 ədəd deşilmiş-kəsilmiş yaraların yaranması ilə nəticələnən, sonuncunun döş boşluğuna nüfuz etməyərək yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının bayır səthində 1 ədəd və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan sol təpə-gicgah nahiyyəsində 1 ədəd sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər, yumşaq toxumaların zədələnmələri ilə müşayiət edilən sağ bazunun orta 1/3-nin bayır səthində 1 ədəd, ön-iç səthində 1 ədəd sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayət olunan qarının sol yarısının ön divarında 1 ədəd sağlamlığa ağır zərər və döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən bilavasitə ölümünə səbəb olan sağlamlığa ağır zərər yetirməklə X4 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1.-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı yetkinlik yaşına çatmamış Gülpəri Apiyeva ilə birlikdə Göygöl şəhərində riyaziyyat fənindən məktəbdən kənar hazırlıqda olarkən Şahid7 Gülpəri Apiyevanı sevməsi ilə əlaqədar X23 Kəsəmənlinin bu hərəkətindən narahat olduğuna görə 2022-ci ilin fevral ayının əvvəllərində rəfiqəsi Şahid10 ilə görüşərkən bir nəfərə Şahid7 ilə danışıb onu narahat etməməsini deməsini xahiş etdiyi üçün Şahid10 tanışı Şahid5 Şahid7 ilə bu barədə söhbət etməsini bildirməsi ilə əlaqədar Şahid5 xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid7 ilə Göygöl şəhər ərazisində riyaziyyat fənnindən hazırlıqdan çıxdıqdan sonra görüşən zaman Şahid5, eləcə də sonradan onların yanına gəlmiş sonuncunun tanışı X11 ilə birləşib Şahid7 döyüb sonuncuya sol qulaq seyvanında qançırın əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra Şahid7 bibisi oğlu, Göygöl şəhər sakini Şahid6 Tariyel oğlunun işlədiyi Göygöl şəhər Azay Kazımov küçəsində yerləşən fotostudiyaya gedərək sonuncuya tanımadığı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şahid6 Şahid7 ilə birlikdə işlədiyi fotostudiyanın yaxınlığında yerləşən paltar mağazasında işləyən tanışı, Cavidan Məmmədovun yanına gedib Cavidan Məmmədova qohumu olan Şahid7 tanımadığı uşaqlar tərəfindən döyülməsi barədə məlumat verdikdən sonra X19 Kəsəmənlini döyən uşaqlarla söhbət etmək üçün onunla birlikdə getməsini xahiş etmişdir. Cavidan Məmmədov Şahid6 bu təklifi ilə razılaşdıqdan sonra Cavidan Şahid6 Hüseynov və Şahid7 ilə birlikdə sonuncunu döymüş Şahid5 və Elgün İsmayılovla görüşmüş və Şahid7 Şahid5 və Elgün İsmayılov tərəfindən döyülməsinin səbəbini aydınlaşdırmaq üçün Cavidan Məmmədovun təklifi ilə Şahid6, Şahid7, Şahid5 və Elgün İsmayılov birlikdə Göygöl şəhərində yerləşən “Elit” kafesinə gəlmişlər. Şahid5 kafeyə gedən zaman telefon vasitəsi ilə Təqsirləndirilən şəxs zəng edərək sonuncunun təcili “Elit” kafesinə gəlməsini dediyi üçün Təqsirləndirilən şəxs tanışı Şahid9 ilə birlikdə kafeyə gəlmiş və kafedə birlikdə söhbət edərkən Təqsirləndirilən şəxs Şahid7 onun bacısını sevdiyini və bu səbəbdən Şahid5 və Elgün İsmayılov tərəfindən döyüldüyünü bilmiş, Şahid7 bir daha bacısını narahat etməməsini demiş, X22 Apiyevə Şahid7 ilə özü bu barədə söhbət edəcəyini dedikdən sonra Cavidan Məmmədovun və Təqsirləndirilən şəxs təklif ilə Şahid7 Şahid5 və Elgün İsmayılovla barışmış və Təqsirləndirilən şəxs, Şahid9, Elgün İsmayılov və Şahid5 kafeni tərk edərək getmişlər. Onlar kafedən getdikdən sonra Şahid7 Cavidan Məmmədov və Şahid6la söhbət edən zaman onlara heç kimin vasitəsi ilə Təqsirləndirilən şəxs bacısı Gülpəri Apiyevaya söz göndərmədiyini dediyi üçün X22 Apiyevlə yenidən görüşüb söhbət etmələrini deyərək həmin gün saat 20 rədələrində Təqsirləndirilən şəxslə görüşüb sonuncuya düzgün məlumat verilmədiyini bildirmək qərarına gəlmiş, bu məqsədlə Şahid6 və Şahid7 saat 20 radələrində işlədiyi mağazaya gəlməsini bildirmişdir. Cavidan Məmmədov istifadəsində olan mobil telefon vasitəsi ilə tanışı X6 və Şahid3 zəng edərək həmin gün saat 20 radələrində işlədiyi mağazaya dəvət etmiş və saat 20 radələrində Cavidan Məmmədov, Şahid6, Fərid Bağırov, Şahid3 və Şahid7 ilə birlikdə Təqsirləndirilən şəxslə görüşüb söhbət etmək məqsədi ilə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən «Jildom» çay evinə gəldikdən sonra X22 Apiyevə zəng edərək bir neçə saat əvvəl aralarında olan söhbəti davam etdirmək məqsədi ilə araşdırma aparması üçün «Jildom» çay evinə gəlməsini demiş, Təqsirləndirilən şəxs isə Cavidan Məmmədova çay evinə gəlmək istəmədiyini, artıq bu araşdırmanın «Elit» kafesində olarkən qurtarıldığını bildirsə də Cavidan Məmmədovun təkid etdiyinə görə tanışları Şahid9 və Şahid4 ilə birlikdə saat 21 radələrində Göygöl şəhər Azay Kazımov küçəsində yerləşən “Jildom” çay evinə gəlmişdir. Təqsirləndirilən şəxs Şahid9 və Şahid4la çay evinə gələnədək Şahid6 Şahid7 yaşadığı evə aparmalı olduğunu deyərək Şahid7 ilə birlikdə çay evini tərk etmişdir. Təqsirləndirilən şəxs Şahid9 və Şahid4la birlikdə “Jildom” çay evinə gəldikdən sonra X22 Apiyevlə söhbət edərkən «Elit» kafesində görüşdükləri vaxt Şahid7 qarşı düzgün hərəkət etmədiyini bildirdikdə Təqsirləndirilən şəxs düzgün hərəkət etdiyini deyərək söhbət zamanı bacısının adını hallandırmamasını demiş, Cavidan Məmmədov isə qız uşağının kiminsə tərəfindən sevilməli olduğunu dediyi və bir daha «Elit» kafesində olarkən düzgün hərəkət etmədiyini dediyi üçün həmin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı X16 Apiyev əlbəyaxa olduqları vaxt Fərid Bağırov üzərində olan, istintaqa məlum olmayan kəsici alətlə Təqsirləndirilən şəxs vurmaq istədiyi vaxt, çay evində olan, onları sakitləşdirmək istəyən Şahid2 sağ qol nahiyyəsindən vurub sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Eşqin Byramovun isə baş nahiyyəsindən vurub sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma ilə nəticələnən xəsarətlər yetirdikdən sonra çay evini tərk etmiş, Təqsirləndirilən şəxs isə Cavidan Məmmədovla əlbəyaxa olduğu vaxt üzəridə olan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ov təyinatlı soyuq silah hesab edilən bıçaqla Cavidan Məmmədovu vurduqdan sonra sonuncunun çay evində işləyən Şahid1 tərəfindən divanda əyləşdirildikdən sonra Şahid4 X1 şəxs tərəfindən bıçaqla vurulduğundan məlumatı olmadan, Cavidan Məmmədovu divanda əyləşmiş vəziyyətdə görüb əli ilə Cavidan Məmmədovun sifətindən 2 zərbə vuraraq sağ gözaltı nahiyyəsində olan qançır və sağ almacıq nahiyyəsindəki sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan sonra çay evindən çıxarılmış Cavidan Məmmədov tanışları tərəfindən xəstəxanaya aparılması üçün Şahid2 sərnişin olduğu, sonuncunun tanışı Şahid12 idarə etdiyi VAZ-2106 markalı avtomobilə əyləşdirilərkən Şahid2 Cavidan Məmmədovun həmin avtomobilə əyləşdirilməsinə razılıq verməyərək sonuncunun ünvanına nalayiq ifadələr işlədərək zor tətbiq etmək istəmiş, ətrafda olanlar tərəfindən sakitləşdirilmiş və az sonra Cavidan Məmmədov xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən ölmüşdür. Bıçaq ona məxsus olmuş, soyuq silah olduğunu bilmədiyi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X27 Universitetinin Rus dili fakultəsinin İV kursunda təhsil almış və hadisədən 5-6 ay əvvəl Göygöl şəhər avtovağzalının yaxınlığında yerləşən paltar mağazasını işlətmişdir. 15 fevral 2022-ci il tarixdə saat 18 radələrində oğlu Sadiqlə birlikdə yaşadığı evdə nəvəsinin xx.xx.2022-ci il tarixdə olcaq kiçik toy şənliyinə dəvətnamə yazdığı vaxt qələm olmadığından Cavidana zəng edib evə gələndə 2 ədəd qələm və 1 ədəd çörək almasını demişdir. Saat 20 radələrində Cavidan evə gəlmiş və ona 2 ədəd qələm vermiş, işi olduğunu bildirib 5 dəqiqəyə qayıdıb gələcəyini deyib getmişdir. Saat 23 radələrində Cavidanın bıçaqlandığını və Göygöl RMX-na aparıldığını bilmiş, Göygöl RMXna getmiş, Cavidanın xəstəxananın təcili tibbi yardım şöbəsində olduğunu görmüşdür. Cavidan xəstəxananın cərrahiyyə şöbəsinə aparılmış və təxminən 5-10 dəqiqədən sonra ona Cavidanın vəfat etdiyini bildirmişlər. Ertəsi gün Cavidan Göygöl şəhər qəbirstanlığında dəfn edilmişdir. Hadisədən sonra Cavidanın 2 nəfər tanışı ilə birlikdə Göygöl şəhərində yerləşən “Jildom” çay evində olduğu vaxt Tosun adlı şəxsin oğlu və sonuncunun yanında olan digər bir neçə nəfərlə aralarında mübahisə olduğunu, mübahisə zamanı onunla mübahisə edən şəxsin Cavidana bir neçə dəfə bıçaqla vuraraq xəsarətlər yetirməsini bilmişdir. Cavidan aldığı xəsarətlərdən Göygöl rayon xəstəxanasında vəfat etmişdir. O, Cavidanın «JildoM çay evinə nə məqsədlə getməsini, onu bıçaqla vuran şəxslə aralarında şansı səbəbdən mübahisələri olmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır onunla heç bir düşmənçliyi və ədavəti yoxdur. O obyekt işlətmiş və həmin obyektdə dava düşmüş və hadisə baş vermişdir o isə həmin şəxsi xəstəxanaya aparmışdır. Hadisə kupedə baş vermişdir. İlk öncə Fərid gəlmiş daha sonra Cavidan və 3-4 nəfər tanımadığı şəxslər çay sifariş verərək əyləşmişlər. Müşahidə kamerası obyektin çöl hissəsində olmuşdur. Mübahisə vaxtı o otaqda olmuş və onları aralamışdır. Mübahisə etmişlər, fikirləri üst-üstə düşməmişdir. Otaqda olan şəxslərin hər biri danışmışlar. Mübahisə zamanı pərdə düşmüş və qarşıqlıq olmuşdur. Kimin kimi vurmasını o görməmişdir. Hadisə vaxtı Cəlal dostları ilə gəlmişdir. Ondan başqa kimlərin kömək etməsini o görməmişdir. O bıçaq vurulanda görməmişdir. Divan qan olanda ona məlum olmuşdur ki, bıçaqla Cavidan vurulmuşdur. Həmin vaxt Cəlal çöldə olmuş, Cəlalın dostları ilə otaqda olmuşlar. Cavidanın dostlarından orada heç kəs olmamışdır. Cavidan bıçaqlandıqdan sonra o çölə çıxmış, otaq qayıytdıqda orada Barak adlı şəxsin olmasını görmüşdür. Həmin vaxt Cavidanı xəstəxanaya aparılmasında ona Azər, və Eşqin adlı şəxslər köməklik etmişlər. O taksi duracağına getmiş, lakin taksilər işləməmişdir. Bundan sonra o tanıdığı bir şəxsi çağırmışdır. Cavidanı avtomobilı mindirməkdə heç kəs maneəçilik törətməmişdir. Çöldə olarkən Cavidan Maqa adlı şəxslə mübahisə etmişdir. Mübahisə sözlə olmuşdur. Cavidan yaralı vəziyyətdə Barak adlı şəxslə mübahisə etmişlər. İlk öncə o taksilərdən Rizvan adlı şəxsi çağırmış, lakin Rizvan adlı şəxs Cavidanı xəstəxanaya aparmaqdan imtina etmişdir. O Rizvan adlı şəxsi şifahi olaraq tanımışdır. Həmin vaxt Fərid ilə Eşqin arasında mübahisə olmuşdur. Təsbehlə kiminsə vurulmasını eşitmiş, lakin uzun müddət keçdiyindən adları yadında qalmamışdır. Dava olan zaman Fərid adlı şəxsdə balta olmuşdur. O heç kimdə bıçaq və ya başqa bir soyuq silah görməmişdir.Otaq 8 nəfərlik olmuşdur. Mübahisə ani halda baş vermişdir. Mübahisə baş verən zaman ara qarışıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Rizvan adlı dostu ilə birlikdə Göygöl şəhərində yerləşən «Jildom» çay evinə gəlmişdir. Onlar çay sifariş verib Rizvanla birlikdə nərd oynadıqları vaxt Telman adlı dostunun qardaşı Cəlalın bir neçə nəfərlə çay evinə gəldiklərini və çay evində bir otağa keçdiklərini görmüşdür. Cəlal həmin yerə keçdikdən 2-3 dəqiqə sonra Cəlalın söhbət etdiyi oğlana «səsinin tonunu aşağı sal, qabağındakı uşaq deyil» sözlərini dediyini eşitmişdir.Aralarında olan mübahisənin qızla bağlı olduğunu eşitmiş və Cəlalın qardaşı Telmana zəng edərək Cəlalın çay evində tanımadığı oğlanlarla mübahisə etdiyini və onların dalaşacağından ehtiyat etdiyini demişdir. Telman ona Cəlala zəng edib danışacağını bildirmişdir. Cəlalla Cavidan sözlə mübahisə etmiş, Cəlalın yanında əyləşmiş Fərid adlı oğlanın bel nahiyyəsindən çıxardığı «Kəpənək» bıçaqla Cəlalı vurmaq istədiyini görmüş, bıçağın Cəlala dəyməməsi üçün əlini bıçağın qabağına atdığı vaxt bıçaq onun sağ əlinin üst hissəsini kəsərək xəsarət yetirmişdir. O, kənara çəkilib əlinin xəsarət olan hissəsinə salfet qoymuş və çay evindən çıxıb Rizvanla birlikdə Rizvanın avtomobilinə əyləşmək istədiyəndə bir neçə nəfərin Cavidanı Rizvanın avtomobilinin arxa oturacağına əyləşdirmək istədiklərini görmüşdür. Cavidan onun anasının ünvanına söyüş söydüyü üçün Cavidanı vurmaq üçün üstünə getsə də orada olanlar onu tutub saxlamışlar. O, Cavidanın avtomobilə əyləşdirilməsinə icazə verməmiş və Rizvanla birlikdə oradan uzaqlaşıb getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl şəhər avtovağzalının ərazisindəki kişi geyim paltarları mağazasını işlədən Cavidanı təxminən 2 il əvvəl tanımış, dostluq etmişdir. 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində o, Gəncə şəhərində hazırlıqda olduğu vaxt Cavidan ona zəng vurmuş nə vaxt dərsdən çıxmasını soruşmuş və ona hazırlıqdan çıxan kimi onun işlədiyi mağazaya gəlməsini xahiş etmişdir. O, saat 20 radələrində hazırlıq dərsləri qurtardıqdan sonra avtovağzala Cavidanın mağazasına gəlmiş orada Cavidanı, Cavidanın dostları Fəridi, Səhmanı, Səhmanın qohumu İlhamın olduğunu görmüşdür. O, Cavidandan nə səbəbə onu və dostlarını çağırdığını soruşmuş, Cavidan həmin vaxta kimi tanımadığı, sonradan adını bildiyi İlhamı göstərib onu qız üstündə döydüklərini, onu döyən oğlanlara çay evində söhbət etməyə gedəcəklərini demişdir. Sonra mağazanı bağlayıb birlikdə «Jildom» adlanan çay evinə getmişlər. Onlar çay evinin yanına çatdıqda Cavidan yaxınlıqda olan qardaşı evinə çörək və qələm alıb aparmalı olduğunu deyib onunla birlikdə mağazadan çörək və qələm alıb qardaşı evinə verdikdən sonra çay evinə qayıtmışlar. Saat 21 radələrində onlar çay evinə daxil olduqda Fəridin, İlhamın və Səhmanın çay evində sol tərəfdə küncdəki masada əyləşdiklərini görüb onların yanında əyləşmişlər. Cavidan onların yanında Göygöl şəhərində yaşayan oğlan kimi tanıdığı Cəlala zəng edib ona çay evinə gəlməsini demişdir. Cəlal isə ona qışqıraraq nə isə dedikdən sonra Cavidan telefonu söndürüb Cəlalın İlhamı döyən oğlanlarla gələcəyini demişdir. Həmin vaxt Səhman İlhama artıq gec olduğunu, onu evə aparmalı olduğunu demiş və İlhamı evlərinə qoyub qayıdacağını deyib İlhamla getmişdir. Təxminən 15-20 dəqiqə sonra Cəlal tanıdığı Eşqin adlı, Barak və Maqa ləqəbli oğlanlar və sarıyanız oğlanla birlikdə çay evinə daxil olub onların masasına yaxınlaşmışlar. Cəlal Cavidana nə səbəbə onu çağırdığını soruşmuş, Cavidan Cəlala onun bacısına görə nə səbəbə İlhamın döyüldüyünü soruşduqda Cəlal Cavidana «Demişdim ki, qızın adı çəkilməsin» demiş, Cavidan isə «qızı oğlan istəyər də» burada nə var ki, dedikdə Cəlal yenidən ona qışqırıb bacısının adının hallanmamasını demişdir. Cavidan Cəlala «hansısa yaxşı oğlanın bacısının adına söz çıxa bilməz, sənə deyirəm ki, uşağı nə səbəbə döyüblər» dedikdə Cəlal «yaxşı edib döyüblər, mən gəlmişəm sözünü denən» demişdir. Cavidan isə Cəlala «yaxşı etməyiblər, niyə döyüblər» demişdir. Bu vaxt Eşqin Cavidana «mən bu gün sənə dedim ki, bu məsələni qurtar, indi nə səbəbə bu məsələyə yenə qayıdırsan» demiş, Cavidan isə Eşqinə də uşağın döyülməsi məsələsinə görə gəldiklərini dedikdə Eşqin ona «cavan uşaqlardı da bir-birlərini döyərlərdə döyülərlər də»demişdir. Cavidan isə ona bilmək istəyirəm ki, nə səbəbə döyüblər. Bu söhbətdən sonra Cavidanla Cəlal dalaşmaq üçün bir-birlərinin üstünə cummaq istədikdə Eşqin onları sakitləşdirib «uşaqlıq etməyin» deyib sakitləşdirdikdə Cavidan «onsuzda bir qızı min oğlan istəyər biri alar» dedikdə Cəlal ona acıqlanıb «qələt edər alar» demişdir. Həmin vaxt Eşqin ayağa durub əlindəki təsbehi stola vurub Cavidana acıqlandıqda Cavidan ayağa qalximış, Cəlal Cavidana tərəf getdikdə Barak masanın üstünə çıxıb Cavidanı vurmaq istədikdə Cavidan, Fərid, Cəlal, Eşqin, Maqa və onun yanında olan oğlan ayağa durub oturduqları yerdən çıxıb masanın yanında əlbəyaxa olduqları vaxt masanın qabağındakı pərdə çıxıb onun başıma düşdüyü üçün eynəyi gözündən düşmüşdür.O, əyilib eynəyini axtardığı vaxt Fəridin kiminləsə əlbəyaxa olub dalaşdığını, həmçinin Cavidanla Cəlalın dalaşdıqlarını görmüşdür.Ancaq eynək gözündə olmadığından onların və digərlərinin dəqiq hərəkətlərini görə bilməmişdir. Sonra isə dalaşanların çay evindən çıxdıqlarını, Cavidanın isə barın küncündə yerə yıxıldığını görüb ona yaxınlaşmış və Cavidanın qarın nahiyyəsinin qan olduğunu görüb Cəlalın onu bıçaqla vurduğunu başa düşmüşdür. O, qayıdıb eynəyini tapıb gözünə taxmış Cavidanın yanına qayıtmış və Cavidanı yerdən qaldırıb divana uzatdığı vaxt Cəlal ilə Barakın geri qayıtdıqlarını görmüşdür. Cəlal Cavidanı əlində olan formasını görə bilmədiyi, yalnız tiyəsindən bıçaq olduğunu bildiyi bıçaqla yenə də vurmaq istədiyini görüb Cəlalın qabağına durub «artıq ölür vurma» demişdir. Onun bu sözündən sonra Cəlal ona heç nə deməmişdir. X28 yaxınlaşıb bir neçə dəfə onu yumruqla sifətindən vurmuşdur. O, həmin vaxt kənarda durub baxmış, Cavidana kömək etsə də Cəlalın Cavidanı yenə də bıçaqla vura biləcəyindən ehtiyat etmişdir. Barak bir neçə zərbə vurduqdan sonra Cəlal Baraka «bəsdir, gəl gedək» deyib Barakla birlikdə çay evindən çıxıb getmişlər. O, çay evində işləyən Alyok ləqəbli oğlanla birlikdə Cavidanı götürüb çay evinin qabağına çıxardıqdan sonra Alyokla Cavidanı yerə otuzdurub taksi axtarmışdır.O, Alyokla birlikdə Cavidanı kafenin qabaq tərəfində dayanmış ağ rəngli «VAZ-2106 »markalı avtomobilə mindirmək istəmiş, Maqa ləqəbli oğlan qabaq oturacaqdan düşüb Cavidanı göstərib «bu qəh--ni buradan rədd edin» demişdir. Cavidan Maqaya «qə-bə özünsən» demiş, Maqa Cavidanı vurmaq üçün ona tərəf gəlmiş lakin, onun qabağına kimsə keçdiyi üçün Cavidanı vura bilməmişdir. Sonra isə Maqa həmin avtomobilə əyləşib getmişdir. Onlar getdikdən sonra Alyok taksi gətirməyə getdikdə kimsə Cavidana yaxınlaşıb onu yerdən qaldırıb avtomobillərə tərəf apardıqda Alyokun «VAZ-2107» markalı taksi gətirdiyini görüb Alyokla Cavidanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Xəstəxanada olduğu vaxt qardaşı Eldar gəlib onu xəstəxanadan götürüb nənəsi evinə aparmışdır. O, nənəsi evində olduğu vaxt qardaşı ona Cavidanın xəstəxanada ölməsini instaqramda yazıldığını demişdir. O, çay evində Fəridlə birlikdə divanda əyləşdiyi vaxt Fərid sağ tərəfində əyləşmiş və həmin vaxt əli təsadüfən Fəridin bel nahiyyəsinə dəymiş, onun bel nahiyyəsində nə isə bir alət olduğunu hiss etmişdir.Dava-dalaş başlandıqda Fərid əlini arxasına atıb nə isə çıxardığını görmüş, lakin həmin vaxt eynəyi gözündən düşdüyü üçün Fəridin onun əlində olan aləti tam görə bilməmişdir. Hadisədən sonra orada olanlardan hadisə zamanı Fəriddə balta olduğunu Fəridin Eşqini balta ilə vurduğunu eşitmiş, Cəlalda bıçaq olduğunu görmüş, Cavidanda və digərlərində hər hansı bir kəsici alət görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri H.Z.Tağıyev küçəsi 34 saylı evdə anası ilə birlikdə yaşayır. Tanışları onu Barak deyə çağırırlar. X12 uşaq vaxtlarından tanımış və Cəlal ilə dostluq etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Cəlal ilə evlərinin yanında rastlaşıb görüşmüş, sonra Cəlalın idarə etdiyi “Niva” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə onların evinə gəlib birlikdə nahar etdikləri vaxt Cəlal həmin gün hər ikisinin də tanıdığı Cavidanla mübahisələri olduğunu ona demişdir.Nahar etdikdən sonra Cəlalın avtomobili ilə Gəncə şəhərinə gedib bir qədər birlikdə gəzdikdən sonra Göygöl şəhərinə qayıtmış, saat 19 radələrində Cəlalın qardaşı Rizvan Cəlala zəng edib yemək yeməyə dəvət etdiyi üçün Cəlalla birlikdə Rizvanın olduğu “Gilavar” yemekxanasına gəlib Rizvanın bibisi oğlu Həsənlə birlikdə olduqlarını görmüşdür.Onlar dördü də birlikdə yemək yeyərkən saat 21 radələrində Cəlalın telefonuna zəng gəlmiş, Cəlalın telefonu götürüb oturduqları yerdən çıxdığını görüb onun arxasınca getdikdə Gəlalın danışdığı adama “bu gün söhbət etdik də, bəs deyil” dediyini eşitmişdir. Cəlal danışıb qurtardıqdan sonra masadan qalxıb avtomobilə tərəf getdiyindən o, da Cəlalın arxasınca getmişdir. Cəlalın avtomobili ilə birlikdə Eşqin adlı tanışlarının evinə gedib Eşqini də götürdükdən sonra «Jildom» çay evinə getdikləri vaxt Eşqin Cəlaldan «biz bu söhbəti bağlamışdıq, yenə nə oldu, nə səbəbə bizi çağırırlar» demiş, Cəlal Eşqinə «məndə bilmirəm, Cavidan zəng edib çağırıb ki gəlin söhbət edək»demişdir. Onlar “Jildom” çay evinə getmiş, o, Cəlal və Eşqinlə birlikdə düşüb çay evinə daxil olduğu vaxt Cavidangilin əyləşdikləri masadan Cəlalı çagırdıqlarını eşidib Cavidanın olduğu yerə getdikdə Cavidanın, tanımadığı saqqallı cavan oğlanla oturduqlarını görüb Cəlal ilə birlikdə onlarla salamlaşdıqdan sonra Cəlalın qardaşı Telmanın dostu Maqa ləqəbli oğlan Cəlalın Cavidanla söhbətini eşidib çay evində kənarda əyləşdiyi yerdən durub onların yanına gəlmişdir.O,onların yanında dayanıb söhbətə qulaq asmışdır. Cavidan Cəlal ilə söhbət edərkən Cavidan Cəlala «qızı istəyərlər də, sən qız istəməmisənki» dedikdə Cəlal da Cavidana «sənə dedim ki, qızın adı hallanmasın, biz bu söhbəti bağlamışdıq, nə səbəbə məni bura çağırmısan» demişdir. Eşqin də Cavidana nahaq bu söhbətə qayıtdığını dedikdə Cavidan Cəlala düzgün hərəkət etmədiyini, Cəlal isə düzgün hərəkət etdiyini dediyi üçün onların arasında mübahisə baş vermiş və onlar əyləşdikləri yerdən durub masanın yanında əlbəyaxa olarkən Cavidanın yanında olan oğlan da durub əlində olan çapacağa oxşar əşya ilə Cəlalı vurmaq istəyəndə kimsə «Cəlalı vurur» dedikdə Maqa əlini həmin oğlanın qabağına tutmuş, həmin oğlanın əlindəki çapacağa oxşar əşya Maqanın sağ əlinə dəyib əlini zədələmişdir. Həmin oğlan, yəni Cavidanın yoldaşı olan oğlanın qaçıb çay evindən getdiyini gördükdən sonra Cəlal ilə Cavidanın əlbəyaxa olduqları yerə gəldikdə Cavidanın divanda əyləşdiyini görüb Cavidanın Cəlal ilə dalaşdığı üçün Cavidanın sifətindən vurmuş, zərbədən Cavidan divana uzanmışdır. Cəlal ona «daha bəsdir vurma» deyib kənara çəkildikdə Cəlal Maqanı vuran oğlanın qaçdığını dediyi üçün həmin oğlanı tutmaq üçün çay evindən çıxdıqları vaxt Cəlal ona Cavidanı bıçaqla vurduğunu demişdir. Onlar çay evindən çıxdıqdan sonra Cavidanın yanındakı oğlanı tapa bilməmiş, o, çay evinin qabaq tərəfinə çıxdıqdan sonra Cavidanın çay evinin qabaq tərəfinə gətirildiyini görmüş, ancaq kimin gətirdiyini görməmişdmr.Daha sonra Cəlalın avtomaşınına əyləşib oradan uzaqlaşıb getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə axşam saatlarında qonşuluğunda yaşayan Əsli adlı qızla söhbət edən zaman Əsli ona Gülpərini onunla birlikdə riyaziyyat fənnindən hazırlığa gedən oğlanın istədiyini, həmin oğlanın Gülpərini narahat etdiyini bildirib, həmin oğlanla söhbət etməsini, həmin oğlana Gülpəridən uzaq durmasını deməsini xahiş etmişdir. o, 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Gülpərinin riyaziyyat fənnindən hazırlığa getdiyi yerə getmiş və Gülpərinin hazırlıqdan çıxmasını gözləmiş, Gülpəri hazırlıqdan çıxdıqdan sonra ona onunla birlikdə hazırlıqdan çıxan onun yaşda olan bir oğlanı göstərib həmin oğlanın onu narahat etdiyini demişdir. O, Gülpərinin ona göstərdiyi oğlana yaxınlaşıb onunla söhbəti olduğunu deyib onu kənara çəkib söhbət edərkən Gülpərini bir daha narahat etməməsini demiş və bu səbəbədən aralarında mübahisə yaranmış və dalaşmışlır.Dalaşdıqları vaxt həmin yerə gəlmiş Elgün adlı tanışı onun həmin oğlanla dalaşdığımı görüb heç nə demədən, dalaşmalarının səbəbini öyrənmədən Elgün də əli ilə dalaşdığı oğlanı vurmağa başlamışdır. Dalaşdıqları oğlan yerə yıxılıb qalxdıqdan sonra durub ona və Elgünə gedib adam çağıracağını deyib orada gözləmələrini deyib getdikdən sonra o, Elgünlə həmin yerdən bir qədər kənarda 3 saylı orta məktəbin yaxınlığına gedib orada gözləmişlər. Təxminən 30 dəqiqədən sonra dalaşdığı oğlan Cavidan və başqa bir nəfər tanımadığı, təxminən Cavidan yaşlı oğlanla birlikdə onların yanına gəlib onları «Elit» kafesində söhbət etməyə dəvət etmişlər.Həmin vaxt o, kafeyə gedərkən Elgünün telefonu ilə Cəlala zəng edib danışmış və onları «Elit» kafesinə «Söhbətə» apardıqlarını deyib tez «Elit» kafesinə gəlməsini demişdir. Elgün Cəlala onları «Elit» kafesinə «söhbətə» apardıqlarını dedikdə artıq Cəlal «söhbət» sözünün mənsını başa düşərək onların vacib bir şeyin aydınlaşdırılması üçün aparıldıqlarını anlamış, bir neçə dəqiqədən sonra Cəlal Eşqin adlı tanışı ilə birlikdə kafeyə gəlmişdir.O, Cəlala bacısını istəyən bir oğlanı vurduğunu, buna görə də həmin oğlanın Cavidanı onunla söhbətə çağırdığını demişdir.Cəlal, Eşqin və onunla birlikdə Cavidangilin olduğu kupeyə daxil olub ondan bacısını istəyən oğlanı göstərməyini demiş, o, həmin oğlanı göstərdikdə Cəlal oğlanın sifətindən bir dəfə sillə vurmuş, Cavidan Cəlalı qucaqlayıb kupedən çıxarmışdır. Həmin vaxt Eşqin kupedə qalıb onun vurduğu oğlanla söhbət edərək düzgün hərəkət etmədiyini izah etmişdir. Cavidan Cəlalı kupedən çıxardıqdan sonra Cəlala aralarında xətir-hörmət olduğunu, həmin oğlanla özünün danışıb başa salacağını bildirmişdir.Sonra onlar kupeyə daxil olmuş və Cavidanla Cəlal ondan və vurduğu oğlandan bir-birlərinə əl verib barışmalarını demişlər. Onlar da birbirilərinə əl vermiş və bununla da aralarında olan söhbətə son qoyulduğunu bildirmişlər. Sonra Cəlal və Eşqin çıxıb getmiş, o da öz evlərinə getmişdir. Həmin gün nə Cəlalla, nə də Cavidanla görüşməmiş, onlarla söhbət etməmişdir.Ertəsi gün gunorta saatlarında Cavidanla Cəlalın arasında çay evində mübahisə olduğunu və mübahisə zamanı Cəlalın Cavidanı bıçaqla vurub öldürməsini bilmişdir. Lakin, onların nə səbəbə dalaşdıqları və Cəlalın nə səbəbə Cavidanı bıçaqla vurmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Tariyel oğlu ifadəsində göstərmişdir ki, o Xanlar rayonunda foto studioda işləmişdir. Onun dayısı oğlu Şahid7 yanına gəlmiş və həmin vaxt onun üst başı pis gündə olmuş və onu döyülmüşdür. Həmin vaxt dayısı oğlu ona bildirmişdir ki, onu döymüşlər və onu irada gözləyirlər. O isə Cavidanı çağırmış, Cavidanla birgə yanına getmişlər. Gedəndə görmüşlər ki, öz tay-yuşları balaca uşaqlardır dalaşmışlar. Bunları gətirmişlər ki, “niyə dalaşmışlar nə olub nə məsələdir,dalaşmaq olmaz”? Ona kimi Cəlal gəlmiş və bildirmişdir ki, səhv etmişdir söz atıb yaxınlaşıb nəsə deyib. Cavidan Cəlalı çölə çıxartmışdır. Ona kimi o dayısı oğlunu tənqid etmişdir. Dayısı oğlu həmçinin bildirmişdir ki, o heç kəsə yaxınlaşmamış və nədə ki heç bir kəsə heç nə deməmişdir. Daha sonra o xalası oğlunu Gəncəyə aparmış və bundan sonra oan zəng gələrək Cavidanın xəstəxanada olmasını və bıçaqlanmasını bildimişlər. O da xəstəxanaya getmişdir. Cavidan onun dostu olmuş, Cəlalı isə şifahi tanımışdır.Daha sonra o, dayısı oğlu Fərid və Cavidan olmuşlar. X29 zəng etmiş və gəlməsini bildimişdir. Həmin vaxt o dayısı oğlunu evə aparıb düşürən zaman ona zəng gəlmiş və hadisə baş verilməsi bildirilmişdir. Ona zəng gəldikdən sonra o dərhal xəstəxanaya getmişdir. Üzərinizdə heç nə olmamış onlar sadəcə söhbət etmək istəmişlər ki, görsünlər ki, nə olmuşdur. O Cavidanla yaxın dost və doğma qardaş kimi olmuşlar. O ifadəsində əlavə olaraq göstərmişdir ki, ikinci dəfə danışmağın məqəsdi o olmuşdur ki, yəni ki, bu uşaq heç nə etməmişdir. Orda həmin vaxt o uşağa qarşı hər hansı bir hərəkət olmamışdır. Orada səhv etməsi bildirilmiş, bundan sonra Cavidanla Cəlal çölə çıxaraq söhbət etmişlər, o isə içəridə dayısı oğlunu dannamış və demişdir ki, “sən niyə belə hərəkət etmisən”. Daha sonra dayısı oğlu ona demiş ki, o heç bir şey etməmiş nə də ki deməmişdir. O tay-tuşları ilə həmin söhbət üstə dalaşmışdır. Ona dayısı oğlu bildirmişdir ki, elə bir söhbət olmamışdır. Onlar çöldə olmuşlar, daha sonra ayrılaraq çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Naiq oğlu ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Göygöl şəhərində riyaziyyat fənnindən olan hazırlıqdan çıxdıqdan sonra bir nəfər onun yaşda oğlan ona yaxınlaşıb salamlaşdıqdan sonra onunla söhbət etmək istədiyini deyib kənara dəvət etdikdən sonra Gülpəriyə söz göndərib-göndərmədiyini soruşmuş o, da Gülpəriyə söz göndərmədiyini deməsinə baxmayaraq, həmin oğlan onu əvvəlcə tək, bir neçə dəqiqə sonra isə onların yanına gəlmiş başqa bir oğlanla da onu döymüşlər. Döydükdən sonra o, həmin oğlanlara onu gözləmələrini deyib avtovağzalın yaxınlığında olan fotostudiyada işləyən bibisi oğlu Səhmanın yanına getmiş və iki nəfər tərəfindən döyüldüyünü, onu döyən uşaqların onu gözlədiklərini deyib onunla birlikdə həmin uşaqlarla söhbət etməyə getməsini xahiş etmişdir. 5-7 dəqiqə sonra Cavidan adlı dostu ilə fotostudiyaya qayıtmış və onlar birlikdə onun döyüldüyü yerə gəlib həmin oğlanlarla söhbət edəndə, həmin oğlanlar Cavidangilə onun döyülməli olduğunu demişlər. Cavidanla Səhman onu döyən oğlanlara birlikdə söhbət etmək üçün «Elit» kafesinə getmələrini demiş və onlar birlikdə «Elit» kafesinə getmişlər.Kafedə onu döyən oğlanların dəvəti ilə Cəlal Eşqin adlı dostu ilə kafeyə gəlmiş və orada Cəlal onu vurmaq istədikdə Cavidan Cəlalı qucaqlayıb kafedən çıxarmışdır. Kupedə qalmış Eşqin Cəlalın bacısına qarşı belə hərəkət etməkdə səhv etdiyini demişdir. Az sonra Cavidan kupeyə gəlmiş və özü söhbət edəcəyini demişdir. Eşqin həmin vaxt kupedən çıxıb getmişdir. O, Cavidan və Səhmana Cəlalın bacısına söz göndərmədiyini demiş, Cavidan ona axşam birlikdə Cəlal ilə görüşüb aralarında olan söhbəti düzgün başa düşmədiyini deməsini təklif etmişdir. Saat 18 radələrində sonuncu hazırlıqdan çıxdıqdan sonra Göygöl şəhərinə Cavidanın işlədiyi mağazaya gəlmiş, mağazada Cavidanın, Səhmanın, Fəridin olduğunu görmüşdür.Az sonra Elmar da ora gəlmiş və saat 20 radələrində onlar taksi ilə birlikdə «Jildom» çay evinə getmişlər. Çay evinə çatdıqda Cavidan yaxınlıqdakı evlərinə çörək verib qayıdacağını deyib getmiş, onlar isə çay evinə daxil olub orada Cavidanı gözləmişlər. Təxminən 10-15 dəqiqə sonra Cavidan da çay evinə gəlmiş və onların yanında Cavidan Cəlala zəng edib danışmış və onu çay evinə dəvət etmiş sonra ona Cəlal ilə özü söhbət edəcəyini deyib getməsini bildirmişdir. Səhman onu aparmaq üçün onunla birlikdə çay evindən çıxıb Gəncə şəhərinə getmişlər. Ertəsi gün televizora baxarkən Cəlalın çayxanada bıçaqla Cavidanı vuraraq öldürdüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsində iştirak etdiyi vaxt başından xəsarət aldığı üçün mütəmadi olaraq Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstəxanasına müraciət edərək orada müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində «Elit» kafesinin yanından keçərkən uşaqlıq dostu Təqsirləndirilən şəxs kafeyə daxil olduğunu görüb onunla birlikdə kafenin kupelərindən birinə daxil olduqda Cəlalın, tanışı Cavidanın, tanımadığı bir oğlanın və 3 nəfər azyaşlı uşaqları orada görmüşdür. Cəlalın danışığından orada olan azyaşlı uşaqlardan birinin Cəlalın bacısına söz göndərdiyini bilmişdir. Buna görə Cəlal uşaqlardan birini vurmaq istəməsinə baxmayaraq, Cəlalı tutub saxlamış, uşağı vurmasına imkan verməmişdir. Həmin gün «Jildom» çay evində çay içdiyi vaxt Cəlalın, Cavidanın, tanışı Barakın, adlarını bilmədiyi iki nəfərlə söhbət etdikləri vaxt Cavidanla Cəlalın söhbətlərindən onların Cəlalın bacısı barədə söhbət etdiklərini başa düşmüş, Cavidanla Cəlal söhbət edərkən aralarında mübahisə baş vermiş, onlar əlbəyaxa olmaq istədikləri vaxt, sonra isə Barakla Cavidanın yanında olan oğlanın dalaşmaq istədiklərini görüb o, Cəlal ilə Cavidanın arasına keçib onları saxlamaq istədikdə kimsə arxa tərəfindən onun başından nə iləsə vurmuş, zərbədən yerə yıxılmış, başından qan axdığını hiss etmişdir.Həmin vaxt o,dalaşanların çay evindən çıxdıqlarını Cavidanın isə qarnını tutmuş vəziyyətdə kənarda oturduğunu görmüş, Cavidana yaxınlaşıb çay evinə polislərin gələcəyini deyib onu çay evindən çıxarmaq istəmişdir. Bir nəfər oğlanla Cavidanı çay evindən çıxarıb ağ rəngli avtomobilə tərəf apardıqda həmin avtomobildə olan bir oğlan nə səbəbdənsə Cavidanı həmin avtomobilə əyləşdirməyə icazə verməmişdir.Bundan sonra orada olanlarla birlikdə Cavidanı ağ rəngli «VAZ» markalı avtomobil ilə xəstəxanaya sola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki,qonşuluqda yaşayan Hüseyni bir qonşu kimi tanımışdır. Gülpərini təxminən 2 il əvvəl yaşadığı küçədə yaşayan kimya müəlliminin evinə hazırlığa gəldiyi vaxtdan tanımış, həmin vaxtdan Gülpəri ilə rastlaşdıqları vaxt səmimi söhbətləri olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində, saat 19 radələrində Gülpərini küçələrində yaşayan Əkrəm adlı kimya müəlliminin evindən hazırlıqdan çıxdığını və Gülpərinin arxasınca bir nəfər özü yaşda olan oğlanın gəldiyini görmüş və Gülpəri ilə görüşüb danışarkən Gülpəri həmin oğlanı ona göstərib adının İlham olduğunu onunla birlikdə hazırlığa gəldiyini, İlhamın onu istədiyi barədə başqa uşaqla söz göndərdiyini, hazırlıqdan çıxdıqdan sonra arxasınca gəldiyini, onu narahat etdiyini deyib bu barədə valideynlərinə, qardaşı Cəlala demək istəmədiyini deyib ondan İlhamla bu barədə söhbət etmək üçün bir nəfər tapmasını xahiş etmişdir. O, da bu barədə tanışı Hüseynə deyəcəyini Gülpəriyə demişdir. Gülpəri ilə həmin söhbətindən təxminən 2-3 gün sonra o, küçədə Hüseynlə rastlaşıb söhbət edərkən Hüseynə Gülpəri barədə söhbət edib Gülpərinin onunla birlikdə hazırlığa gedən bir oğlanın narahat edildiyini demiş və Hüseyndən həmin oğlanla söhbət edərək bir daha Gülpərini narahat etməməsini xahiş etmişdir. Hüseynlə bu söhbətindən təxminən 2 gün sonra Gülpəri Hüseynin onunla görüşüb onu narahat edən oğlanı ona göstərməsini xahiş etdiyini və onun da öz növbəsində İlhamı Hüseynə göstərdiyini demişdir. Həmin gündən 1 və ya 2 gün sonra o, Göygöl şəhərində yerləşən çay evlərindən birində Gülpərinin qardaşı Cəlalın Göygöl şəhərində yaşayan Cavidan adlı oğlanla dalaşıb onu bıçaqla vurub öldürdüyünü eşitmiş, ancaq Cəlalın nə səbəbə həmin oğlanla dalaşdığı ona məlum olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21-30 radələrində etibarnamə ilə idarə etdiyi, taksi kimi istifadə etdiyi «VAZ-2107» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Jildom» çay evinin qabaq tərəfində saxlayıb özü yaxınlıqdakı «Bakı» çay evində çay içdiyi vaxt tanışı Əliağa həyacanlı vəziyyətdə ona yaxınlaşmış və Cavidanın bıçaqlandığını, təcili xəstəxanaya aparılmalı olduğunu demişdir.O, Əliağa və adını bilmədiyi eynəkli oğlanla birlikdə Cavidanı Göygöl MRX-na aparmışdır. Sonra o, avtomobili ilə Gəncə şəhərinə getmiş və qayıtdıqda Cavidanın xəstəxanada öldüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o həmin vaxt tək oturmuş, uşaqlar isə otaqda olmuşlar. Orada kimin kimi vurmasını görməmiş və məlumatı olmamışdır. Həmin vaxt tanıdığım şəxslərdən Cəlal, Eşqin və Barak olmuşlar. Kimlər yardım etməsini görməmişdir. İlk gələnləri o üzdən tanıyır, Cəlal həmin yerə sonrdan gəlmişdir. O Cavidanı əlini yuyan və tualetə gedən zaman görmüşdür. Səs-küy gələndə dava düşdüyün bilmişdir. Hadisə tez bir zamanda olub qurtarmış o baxımdan aralamaq zərurəti yaranmamışdır. Onun üzü əks tərəfə olduğundan o kimlərin gəlməsindən xəbəri olmamışdır. Mübahisə otaqın içərisində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, biz orada olan zaman dava düşmüş, həmin vaxtı onlar 3 nəfər olmuşlar. Onlar təhlükəsizlik baxımından otaqda olmuşlar və otaqdan çıxmamışlar. Daha sonra bizi qapıdan yola salmışlar. O heç bir kəsi orada tanımamışdır. Həmin vaxt pərdə düşmüş onlar qorxaraq otaqda gizlənmişlər.Vurulan şəxsi aparanda görmş, lakin kimlərin onu aparması bilmir və tanımır. Pərdə düşəndə artıq bir-birlərinə girdilər. Mübahisə anidən düşmüşdür. Nəlayiq ifadələr işlədən çox adamlar olmuşdur. Aralayan olmuş, lakin onlar görməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində dava-dalaşla bağlı qeyd edir ki, ondan əvvəl Cavidan ilə Səhman gedib söhbət etmişlər, bundan onun xəbəri olmamışdır. Daha sonra söhbət edərkən kimsə təsbeh atmış, lakin o kimin təsbeh atmasını görməmişdir. Təsbeh atıldıqdan sonra davam düşmüşdür. Kimin atmağını görməmiş, sadəcə təsbehin Cavidan tərəfinə atıldığını görmüş, həmin vaxt pərdə onun baş nahiyyəsi hissəsinə düşmüş və orada olanlar onu çölə çıxararaq Cavidanın getməsini bildirmişlər. Xəstə olduğu üçün çox şeylər yadında qalmır. O rayonu dostu Cavidan gilə gələndə orada olan söhbətdən ona məlum olmuş ki, aralarında belə bir anlaşılmamazlıqlar vardır. Həmin vaxt orada Səhmanda olmuşdur. Görüş yerinin təyin olunması çay içəndə olmuşdur. O ifadəsinə əlavə olaraq bildirir ki, o, heç kəslə mübahisə etməmiş və onun bu hadisənin törənməsində heç bir günahı və ya iştirakı olmamışdır. Onun məhkəmə prosesi olmuş və iş məhkəmədə araşdırıldıqdan sonra işə xitam verilmişdir. O dava olmasına görə özünü qismən günahkar bilir. Mübahisənin necə olmasını görməmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında o hərbi hissələrdən birində MAHHX kimi xidmətə qəbul olunmuş, İİ Qarabağ müharibəsində iştirak etmiş, medalla təltif edilmiş, 2021-ci ilin dekabr ayında hərbi xidmətdən təxsis olunmuşdur. Çavuş kimi xidmət etmiş X32 ləqəbli, həmkəndlisi və döyüş yoldaşı Şahid2 vasitəsi ilə tanımış və Cəlalın Telmanın qardaşı olduğunu bilmişdir. Həmçinin, Məhəmməd də Cəlalı Telmana görə tanımışdır. 15 fevral 2022-ci il tarixdə saat 20 radələrində o, Məhəmmədlə kənddə görüşüb söhbət edərkən Məhəmmədin təklifi ilə onun idarə etdiyi, atası X14 məxsus olan ağ rəngli, VAZ 2106 markalı, avtomobil ilə Göygöl şəhərində yerləşən “JİLDOM” çay evinə gəlmiş, çay evində olan qabaq tərəfinə pərdələr çəkilmiş masa və divanlar olan yerlərdən birində əyləşib nərd oynamağa başlamışlar. Təxminən 1 saat sonra Məhəmmədlə nərd oynadığı vaxt üzü çay evinin qapısı istiqamətinə əyləşmiş Məhəmməd Telmanın qardaşı Cəlalın bir neçə oğlanla çay evinə gəldiklərini və onların əyləşdiyi masadan təxminən 7-8 metr məsafədə küncdə əyləşdiklərini deyib başı ilə həmin istiqaməti göstərmişdir. Bir neçə dəqiqədən sonra onlar Cəlalın tanışları ilə birlikdə əyəlşdikləri masadan mübahisə səslərini eşitmiş, bu vaxt Məhəmməd telefonla Cəlalın qardaşı Telmana zəng edib Cəlalın çayxanada olduğunu və əyləşdiyi yerdə kimlərləsə mübahisələri olduğunu deyib çayxanaya gəlməsini bildirmişdir. Sonra onlar Cəlalgilin olduqları yerdən mübahisə səslərinin artığını eşitmiş, Məhəmmədin əyləşdiyi yerdən durub Cəlalgilin yanına getdiyini görüb o, da əyləşdiyi yerdən durub əvvəlcə çay evinin içərisindəki barın yanındakı tualetə, sonra isə Cəlalgilin olduqları masanın yanına gəlib kənarda dayanmışdır. Həmin vaxt əsasən Cəlalın sonradan adı ona məlum olan, əvvəllər tanımadığı Cavidan adlı oğlanla mübahisə etdiklərini, Cavidanın qabaq tərəfində həmkəndlisi kimi tanıdığı Fəridin əyləşdiyini, onların yanında eləcə də Barak adlı Cəlalın dostunun, həmçinin Göygöl şəhərində yaşayan Eşqin adlı oğlanın da olduğunu və başqa 1-2 nəfərində onların yanında olduqlarını görmüşdür. Cavidanla Cəlalın mübahisəsinin qız barəsində olduğunu eşitmiş, lakin, həmin vaxt siqaret almaq üçün çay evindən çıxıb mağazaya gedib 5-6 dəqiqə sonra siqaret alıb qayıtdıqdan sonra çay evinə daxil olduqda sol tərəfdə, bar olan yerin qabağında bir neçə nəfərin bir-biri ilə əlbəyaxa olduqdarını, başqalarının da onları sakitləşdirmək istədiklərini görmüş, həmin tərəfə getmək istədikdə Məhəmmədin həmin tərəfdən ona tərəf, yəni çay evinin qapısı tərəfə gəldiyini Məhəmmədin əlinin zədələndiyini, əlinin üstündən qan axdığını görüb Məhəmməddən ona nə olduğunu soruşduqda Məhəmməd Cavidanın bir oğlanla dalaşdığını görüb onu sakitləşdirmək istədiyi vaxt tanımadığı, görə bilmədiyi oğlanın bıçaqla onun əlinə vurub xəsarət yetirdiyini demişdir. O, Məhəmmədlə nərd oynadıqları masanın yanına getmiş, Məhəmməd masa üzərindən götürdüyü salfeti əlinin zədələnmiş yerinə qoyub bir neçə dəqiqə gözlədikdən sonra, artıq dalaşanların orada olanlar tərəfindən sakitləşdirilidiyini görüb çay evindən çıxdıqda Cəlalın kiminləsə öz «Niva» markalı avtomobilinə əyləşib getdiyini görmüş və öz avtomobilinin sükanı arxasına, Məhəmməd isə qabaq oturacağına əyləşdikləri vaxt tanımadığı oğlanların Cavidanı onun avtomobilimin sağ tərəf arxa oturacağına əyləşdirmək istədiklərini görmüşdür. Həmin vaxt Məhəmməd avtomobildən düşmüş və orada Cavidanla Məhəmməd arasında nə isə söhbət olmuş, həmin söhbətdən sonra Məhəmməd Cavidanı avtomobilə əyləşdirmək istəyən oğlanlara Cavidanı avtomobilə əyləşdirməmələrini demiş və nə səbəbdənsə Cavidanın üstünə tərəf getmək istəmiş, ancaq orada olanların Məhəmmədi tutub saxladıqlarını görmüşdür. Bundan sonra o, avtomobilini idarə edərək Məhəmmədlə birlikdə həmin yerdən uzaqlaşıb Topalhəsənli kəndinə getmişlər. Ertəsi gün ona məlum olmuşdur ki, Cəlal Cavidanla dalaşarkən özündə olan bıçaqla bir neçə dəfə Cavidanı vurmuşdur, Cavidan hadisədən sonra xəstəxanaya çatdırılmasına baxmayaraq xəstəxanada vəfat etmişdir. O, hadisə zamanı Cəlal ilə Cavidanın dalaşdıqlarını gördüyünü, dava-dalaş zamanı hamının bir-birinə qarışdığı, kimin dalaşdığını və kimin aralamaq istədiyini başa düşmədiyin çətin olduğuna görə Barakın, Məhəmmədin, Fəridin və qeyrilərinin konkret olaraq hərəkətləri nədən ibarət olduğunu və onların əlində hər hansı bir predmet olmasını görməyin çətin olduğuna görə onların konkret hərəkətlərini izah edə bilməyəcəyini bildirmişdir. İş üzrə yetkinlik yaşına çatmayan və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş X10 ifadəsində göstərmişdir ki, əvvəllər qonşu olmuş, ondan təxminən 2 yaş böyük olan Əslini bir qonşu kimi tanımış, əsli ilə rastlaşdığı vaxtlar görüşüb hal-əhval tutmuş, həmişə yaxşı münasibəti olmuşdur. Əsasən riyaziyyat fənni üzrə hazırlığa getdiyi müəllim Əsligilin yaşadığı küçədə yaşadığına görə son vaxtlar Əsli ilə evlərinin yanında da görüşmüşdür. 2022-ci ilin fevral ayının əvvəllərində, axşam saatlarında hazırlıqdan çıxıb Əsligilin küçəsi ilə evlərinə getdiyi vaxt Əsli ilə evlərinin yanında rastlaşdıqda Əsli ilə salamlaşıb hal-əhval tutub söhbət etdiyi vaxt Əsli ondan hazırlıqda olan, Gəncə şəhərindən hazırlığa gələn İlham adlı oğlanın arxasınca gəldiyini görüb həmin oğlanın kim olduğunu soruşduqda o, İlham adlı oğlanı Əsliyə göstərib onunla heç vaxt aralarında söhbəti olmadığını, hazırlıqdan çıxdıqdan sonra arxasınca gəldiyini, onu istəməsi barədə söz göndərdiyini demiş və bu barədə qardaşlarımın məlumatı olmadığını, ümumiyyətlə istər qardaşlarımın, istərsə də valideynlərimin bu məsələdən məlumatlarının olmasını bilmələrinə razı olmadığını deyib Əslidən xahiş etmişdir ki, bir nəfər tapıb həmin oğlana bir daha onu narahat etməməsi barədə xəbər göndərməsini desin. Əsli də bu barədə həm qonşuları, həm qohumu, həm də qardaşı kimi münasibəti olduğu Hüseynə deyəcəyini bildirmişdir. O, özü də Hüseyni Əslinin qohumu kimi tanıdığına görə Əslinin Hüseynə deməsinə etiraz etməmişdir. Əsli ilə arasında bu barədə söhbət olduqdan 1 gün sonra hazırlıqdan çıxdığı vaxt Hüseyn ona yaxınlışıb onu narahat edən oğlanı ona göstərməsini demiş, o, da öz növbəsində İlhamı Hüseynə göstərmişdir. 15 fevral 2022-ci il tarixdə günorta saatlarında riyaziyyat fənnindən hazırlıqdan çıxdığı vaxt Hüseyn kənarda dayanıb hazırlıqdan çıxan uşaqlara baxıb İlhamı yanına çağırıb onunla aralanaraq getdiklərini görmüş, lakin onların hara getdiklərini bilməmiş, Hüseyn İlhamla onu narahat etməməsi barədə söhbət edəcəyini fikirləşmiş, ancaq Hüseynin İlhamla dalaşacağını bilməmişdir. Həmin gün, yəni 15 fevral 2022-ci il tarixdə axşam saatlarında, evlərində olduğu vaxt valideylərindən eşitmişdir ki, qardaşı Cəlal Göygöl şəhərində yerləşən çay evlərindən birində Göygöl şəhərində yaşayan Cavidan adlı həmyaşıdı ilə dalaşmış və onlar dalaşdıqları vaxt Cəlal Cavidanı bıçaqla vurmuş, nəticədə Cavidan xəstəxanaya aparılsa da xəstəxanada vəfat etmişdir. Qardaşı Cəlal isə özü könüllü olaraq polis şöbəsinə gedib törətdiyi hadisəni etiraf edərək təslim olmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, Hüseyn İlhamla onun barəsində söhbət edərkən aralarında mübahisə baş verib dalaşmışlar və həmin davadan sonra İlham özündən yaşca böyük tanışlarını çağırmış, Hüseyn isə qardaşım Cəlala məlumat vermiş və onlar görüşüb söbət etdikdən sonra İlhamın səhv hərəkət etməsini başa düşmələrinə baxmayaraq, həmin gün axşam saatlarında Cavidan adlı oğlan Cəlalı təkrarən çayxanaya çağırmış və orada söhbət edərkən aralarında yaranmış mübahisədə dalaşdıqları vaxt Cəlal Cavidan adlı oğlanı bir neçə dəfə bıçaqla vurmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli tərtib olunmuş «hadisə yerinə baxış keçirilməsi» haqqında protokolundan görünür ki, hadisənin baş verdiyi «Jildom» çay evi Göygöl şəhəri, Azay Kazımov küçəsində «Əkizlər» marketinin yaxınlığında yerləşir. Baxış zamanı eləcə də, tərəflərin əyləşdikləri masanın yerləşdiyi yer, Təqsirləndirilən şəxs mərhum Cavidan Məmmədovu bıçaqla vurduğu, vurduqdan sonra sonuncunun olduğu yer, Şahid2la Şahid12 ələşdikləri masanın olduğu yer, çay evinin pilləkanlarında qan ləkələrinin olduğu müəyyən edilmişdir. (cild:1, iş vərəqə 7-39). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli «meyitə baxış aparılması» haqqında protokoldan görünür ki, baxış zamanı Cavidan Məmmədovun meyiti üzərində döş boşluğunda, sağ bazunun orta 1/3 -nin bayır səthində, ön-iç səthində, döş boşluğunda, sol təpə-gicgah nahiyyəsində qarın boşluğunda cəmi 6 ədəd kəsilmiş-deşilmiş xəsarətlər, eləcə də sifət nahiyyəsində xəsarətləri olduğu müəyyən edilmiş və hadisədə əynində olmuş geyim paltarları götürülmüşdür. (cild:1, iş vərəqə 40-56). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli «təqsirini boynuna almaqla könüllü gəlmə» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə Göygöl RPŞ-nə gəlmiş və hadisə törətdiyi bıcağı təqdim etmişdir. (cild:1, iş vərəqə 61-62). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli «götürmə və baxış keçirilməsi» haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan 01 ədəd qolsuz gödəkcə, 01 ədəd şalvar və uzunqol köynək götürülmüşdür. (cild:1, iş vərəqə 90). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il, saat 01:15-də tutulmuşdur. (cild:1, iş vərəqə 65- 67). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 fevral 2022-ci il, saat 01:15-dən hesablanmışdır. (cild:1, iş vərəqə 144-146). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli «video görüntülərə baxış keçirilməsi» haqqında protokolda video görüntülərlə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da diskə baxış sona çatmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli 03 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 meyitinin müxtəlif nahiyyələrindən 6 ədəd deşilmiş-kəsilmiş yaralarla müşahidə edilən döş boşluğuna nüfuz etməyən yumşaq toxumaların zədələnmələri ilə müşahidə edilən sağ bazunun orta 1/3 nin bayır səthində bir ədəd, ön-iç səthində bir ədəd sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, döş boşluğuna nüfuz etməyərək yumşaq toxumaların zədələnməsi və sol təpə-gicgah nahiyyəsində bir ədəd sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən, qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi kimi bir ədəd yetirilən anda həyat üçün təhlükəli olan ağır zərər, ölümünə səbəb olan sol ağ ciyərin aşağı payının deşilmiş-cırılmış yarası ilə əlaqədar daxili və xarici qanitirmə ilə müşahidə edilən bir ədəd yetirilən anda həyat üçün təhlükəli olan ağır zərər yetirməyə xarakterik xəsarətlər olmuşdur. (cild:1, iş vərəqə 200-205). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 may 2022ci il tarixli, 333/113 nömrəli kompleks məhkəmə psixoloji-psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 aprel 2022-ci il tarixli məhkəmə-lifli ekspertizasının 6/1812 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavidan Məmmədova məxsus olan şəlvarın səthindən tünd göy rəngli təbii pambıq liflərinin Təqsirləndirilən şəxs məxsus olan şalvarın səthi üzərindən aşkar edilmsiş liflərə uyğun gəlirlər. Həmin rəydə həmçinin, Cavidan Məmmədova məxsus olan dırnaq kəsintilərində Təqsirləndirilən şəxs məxsus olan geyim paltarlarının tərkib liflərinin olmadığını göstərilmişdir. (cild:1, iş vərəqə 177-180). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 iyun 2022ci il tarixli məhkəmə-ballistik ekspertizasının 16/673 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış hər iki tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah edilir. Cavidan Məmmədova məxsus olan şəlvarın səthindən tünd göy rəngli təbii pambıq liflərinin Təqsirləndirilən şəxs məxsus olan şalvarın səthi üzərindən aşkar edilmsiş liflərə uyğun gəlirlər. Həmin rəydə həmçinin, Cavidan Məmmədova məxsus olan dırnaq kəsintilərində Təqsirləndirilən şəxs məxsus olan geyim paltarlarının tərkib liflərinin olmadığını göstərilmişdir. (cild:1, iş vərəqə 177-180). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 may 2022ci il tarixli kompleks-məhkəmə trassoloji, lifli materialların kriminalistik, fiziki-texniki, bioloji ekspertizasının ekspertizasının 3/424 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə zamanı Cavidan Məmmədovun əynində olmuş uzunqol köynəyin, qısaqol köynəyin səthində olan zədələr bir tərəfi kəsici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmaya xarakterik deşilib-kəsilmə zədələridir. Həmin rəydə eləcə də, Təqsirləndirilən şəxs məxsus olan şalvarda olan «a» zədəsinin ilişmə nəticəsində, «B» zədəsinin isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədəsidir. (cild:1, iş vərəqə 65-68). Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 78 saylı ekspert rəyində göstərilmişdir ki, Şahid9 başında bərk küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik olan yara xx.xx.2022-ci il tarixdə yetirilməyə xarakterik olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Eləcə də Şahid9 sol said nahiyyəsində aşkar edilmiş çapıq toxumalarının 2-3 ay əvvəl yetirildiyi göstərilmişdir. (cild:1, iş vərəqə 135-136). Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 76 saylı ekspert rəyində göstərilmişdir ki, Şahid2 İİİ və İV barmaqlarının açıcı vətərlərinin zədələnmələri ilə müşayiət olunan sağ əl pəncəsinin arxa səthinin kəsilmiş yarası iti kənarlı və iti uclu alətin təsirindən törənməyə xarakterikdir, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (cild:1, iş vərəqə 138-140). Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 65 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlinin V barmağının əsas-orta falanqa oynağının iç səthində olan sıyrıq küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə yetirilməyə uyğundur, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilmir. (cild:1, iş vərəqə 210-211). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin aparılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması ilə bağlı hadisənin baş verdiyi yerə aparılması təklif olunduqda o, özünün və yaxın qohumlarının Göygöl şəhərində yaşadıqları üçün, polis tərəfindən konvoy vasitəsi ilə hadisə yerinə aparılmasına narazılığını bildirərək, hadisəni törətməsini səmimi etiraf etdiyinə və bu səbəbdən hadisə yerinə aparılmaqdan imtina etdiyi üçün onun ifadəsinin yerində yoxlanması mümkün olmamışdır. (cild:1, iş vərəqə 24). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild:1, iş vərəqə 103). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə xx.xx.2022-ci il tarixli 140 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməklə, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. (cild:1, iş vərəqə 105-106). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərində gəzdirdiyi bısağın soyuq siləh olmasını bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs şəxs münasibət zəmninidə Cavidan Məmmədovu bıçaqla vurub qəsdən öldürməsi, yəni Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Yuxarıda sadalanlara, həmçinin məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə qanunda nəzərdə tutulan qayadada toplanılmış digər mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında şəxsi münasibətlər zəmnində olan mübahisə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 4-cü bəndinin izahını da nəzərə alır. Belə ki,həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirlən şəxsin əməlinin tövsifi məsələsini həll edərəkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini rəhbər tutur. Məhəkəmə hesab edir ki,yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alnmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Cavidan Məmmədovla aralarında baş vermiş mübahisə və dalaşma nəticəsində bıçaqla vurub qəsdən öldürdüyündan, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPMnin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.1-ci və 228.4-cü maddəsində maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi CM-nin 120.1 maddəsinin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə verilən ittihama gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, həmin maddə ilə verilən ittham üzrə Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddsinə əsasən böyük içtimai təhlükə törətməyən cinayətlərə görə törədildiyi vaxtdan cinayət məsuliyyətinə cəlb etmə müddəti iki il nəzərədə tutulduğundan və həmin müddət keçdiyindən , təqsirləndirilən şəxs həmin məddə ilə özünün təqsirli bilmədiyindən, Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin olunmamalıdı, ittiham hökm çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna almasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cü maddələrində nəzərdə tutulmuş şəxsin könüllü gəlib təqsirini boynuna alması ,əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar nəzərə alnmaqla ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Cəzasının çəkilmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Göygol rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan təqsirləndirilən şəxs Cavidan Məmmədova məxsus 01 ədəd uzun qol köynək, 01 ədəd qısa qol köynək, 01 ədəd şalvar yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 02 ədəd məhv edilməlidir. İş üzrə məhkəmə xərci materialların məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 31,50 (otz bir əlli qəpik) manat, məhkəmə-trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat və məhkəmə-lifli ekspertizasının keçirilməsi ilə əlaqədar 154 (yüz əlli dörd) manat olmaqla ümumilikdə 249, 50 (iki yüz qırx doqquz əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin, ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Göygol rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan təqsirləndirilən şəxs Cavidan Məmmədova məxsus 01 ədəd uzun qol köynək, 01 ədəd qısa qol köynək, 01 ədəd şalvar yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 02 ədəd məhv edilsin. İş üzrə məhkəmə xərci materialların məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 31,50 (otz bir əlli qəpik) manat, məhkəmə-trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat və məhkəmə-lifli ekspertizasının keçirilməsi ilə əlaqədar 154 (yüz əlli dörd) manat olmaqla ümumilikdə 249, 50 (iki yüz qırx doqquz əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: Sədrlik edən: Dadaş İmanov Elmin Rüstəmov Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(100)-16/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-16/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver