Məhkəmə qərarları › İş №1(100)-16/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-16/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-16/2025 13.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngə, ev 55 ünvanında qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 2, 228.1, 229.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Azərbaycan küçəsi, 6-cı döngə, ev 11 də qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 10 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" stansiyasından həmin QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli X19 balansmdakı istifadəyə yarım yararlı hesab edilən dəmir yolunun üstü quruluşu materialları olan 7,01 manat dəyərində İ ədəd D-65 markalı rels altlığını, ümumilikdə 12 manat 54 qəpik dəyərində 53 ədəd yol mıxını, ümumilikdə 42 manat 42 qəpik dəyərində 50 ədəd sıxac boltunu, ümumilikdə 48 manat 37 qəpik dəyərində 40 ədəd PK-tipli klemanı, ümumilikdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli X19 110.34 manat dəyərində əmlakını gizli olaraq dəmir yolu xətlərinə münasibətdə talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 17 oktyabr 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 1 saylı yaşayış binasının 29 saylı mənzilinin həmin vaxt açıq vəziyyətdə olan pəncərəsindən qanunsuz olaraq içəri daxil olub qonaq otağından 600 manat dəyərində 88 diaqonalh 1 ədəd “LG” markalı televizoru gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 16 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" stansiyasının cüt boğazından həmin QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli X19 balansmdakı istifadəyə yararlı hesab edilən dəmir yolunun üstü quruluşu materialları olmaqla yoldəyişən qurğunun komplekt hissələri olan 75 manat dəyərində 1 ədəd konturu, ümumilikdə 30 manat dəyərində 6 ədəd yoldəyişən başmağı, ümumilikdə 9 manat dəyərində 9 ədəd muftanı, ümumilikdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli X19 1 14 manat dəyərində əmlakım gizli olaraq dəmir yolu xətlərinə münasibətdə talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 14 dekabr 2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs7 məxsus Gəncə şəhəri, Azərbaycan küçəsi, 13-cü döngədə yerləşən 1 1 saylı fərdi yaşayış evinin həmin vaxt açıq vəziyyətdə olan qapısından qanunsuz olaraq içəri daxil olub dəhlizdə enerji qidalandırıcısına qoşulu vəziyyətdə olan Zərərçəkmiş şəxs7 məxsus 260 manat dəyərində 1 ədəd “Samsung Galaxy A10” markalı və Zərərçəkmiş şəxs8 məxsus 450 manat dəyərində 1 ədəd “Samsung Galaxy A20 S” markalı mobil telefonu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 365,52 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuanam, eləcə də odlu silah olan 1 ədəd 16 kalibrli, “ИЖКБ” modelli, atəş açmaq üçün yararlı, hamarlüləli (yivsiz) təklüləli odlu ov tüfəngini və 3 ədəd patronu qanunsuz olaraq əldə edib narkotik vasitə olan qurudulmuş marixuananın 365 qram çəkidə olan hissəsini satış məqsədi ilə yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli fərdi yaşayış evinin yataq otağında olan çarpayının döşəyinin altında saxlamış, qalan 0,520 qram çəkidə olan hissəsini eyni məqsəd ilə əynində olan şalvarın sol yan cibində siqaret falqasına bükülmüş halda saxlayaraq daşımış, həmçinin ov tüfənginin lüləsini və qundağını istintaqa məlum olmayan tarixdə və alətlə kustar üsulla kəsməklə konstruktiv dəyişikliklərə məruz qoyub qundağını dəstək formasına uyğunlaşdırıb ilkin təyinatım dəyişərək qanunsuz olaraq hazırladıqdan sonra üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxoz Nizami dairəsi” adlanan yerdə saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən siqaret falqasına bükülü vəziyyətdə olmaqla satış məqsədi ilə əldə edib saxladığı 0,520 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki şalvarın bel hissəsindən odlu silah olan 1 ədəd 16 kalibrli, “ИЖКБ” modelli, patronluğunun uzunluğu 70 mm olan, zavod üsulu ilə istehsal edilmiş, lüləaltı yatağı və lüləsi üzərində olan, zavod işarələri silinmiş, yalnız silahın ayrıcısı üzərində “..126” rəqəmləri olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, atəş açmaq üçün yararlı, hamarlüləli (yivsiz) təklüləli odlu ov tüfənginin kəsiyi, əynindəki idman gödəkçəsinin sol yan cibindən zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz hamarlüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, istifadəyə yararlı 3 ədəd patron, eləcə də həmin tarixdə, saat 19 radələrində yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli evinə baxış keçirilərkən evin yataq otağındakı çarpayı döşəyinin altından satış məqsədi ilə əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkibin görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən 365 qram təmiz çəkidə qurudulmuş marixuana, eləcə də evin həyətyanı sahəsində olan dam örtüyünün altından ağ rəngli sellofan torbanın içərisində olmaqla qeyd edilən ov tüfənginə aid lülənin və qundağın kəsilmiş hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsinin dəmir barmaqlıqlarım aralayıb evin plastmast pəncərəsinə mexaniki təsir etməklə açaraq qanunsuz olaraq daxil olub evin zalında divara asılmış Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində “Eantom Cc-3500” markalı 1 ədəd tozsoranı, 850 manat dəyərində 109 diaqonallı 1 ədəd “Vetsa” markalı LCD televizoru, üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan 150 manat dəyərində 1 ədəd ədyalı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı və 1 ədəd güldandan ibarət 300 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 250 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 150 manat dəyərində “Karaca” markalı sadə dəsti, 6 ədəd şərab piyaləsindən ibarət badam formalı, üzərində sadə qaşları olan 200 manat dəyərində “Karaca” markalı billur dəsti, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət 60 manat dəyərində “Qalaksi” markalı dəsmal dəstini, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 2080 manat dəyərində əmlakım, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 165 manat dəyərində 1 ədəd “Marcus” markalı su motorunu, 50 manat dəyərində “TP LİNK” markalı 1 ədəd modern aparatını, 50 manat dəyərində tək nəfərlik “Tac” markalı 1 ədəd yun ədyalı, 45 manat dəyərində ağ rəngli, toxunmalı, iki nəfərlik “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 45 manat dəyərində ağ rəngli, güllü, “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 60 manat dəyərində qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan iki nəfərlik, sintetik materiallı “Qalaksi” markalı 1 ədəd ədyalı, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 415 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 22 mart 2021 -ci il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub divara çəkilmiş vəziyyətdə olmaqla ümumilikdə 380 manat dəyərində, 400 metr uzunluqda və 2.5 mm ölçüdə 4 top mis elektrik naqilini, 70 manat dəyərində, 100 metr uzunluqda və 1.5 mm ölçüdə 1 top mis elektrik naqilini, 120 manat dəyərində, 100 metr uzunluqda və 4 mm ölçüdə 1 top mis elektrik naqilini, 35 manat dəyərində, 100 metr uzunluqda 1 top mis anten naqilini, ümumilikdə 17.50 manat dəyərində 70 ədəd elektrik birləşdirici qutunu, ümumilikdə 30 manat dəyərində 30 qutu naqil bərkidici mıxı, ümumilikdə 35 manat dəyərində 10 ədəd işıq açarını, ümumilikdə isə zərərçəkmiş şəxsin 687.5 manat dəyərində əmlakım gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 8282.64 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib narkotik vasitə olan qurudulmuş marixuananın 8270 qram çəkidə olan hissəsini satış məqsədi ilə yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli fərdi yaşayış evinin yataq otağında olan paltar dolabında saxlamış, qalan 12.64 qram çəkidə olan hissəsini eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd “Palmall” markalı siqaret qutusunda olmaqla təkrar satış məqsədi ilə əldə edib saxladığı 12.64 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həmin tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli evinə baxış keçirilərkən evin yataq otağındakı paltar dolabından təkrar satış məqsədi ilə əldə edib 1 ədəd sintetik kisədə saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 8270 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 oglu tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayının sonlarında, günü istintaq məlum olmayan tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Gəncə şəhəri, Şıx Zamanlı qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından aşaraq həyətinə qanunsuz daxil olub evin həyətindən 140 manat dəyərində 1 ədəd qaynaq aparatını, 50 manat dəyərində “Aqidel” markalı 1 ədəd su motorunu, 30 manat dəyərində, 2x4 ölçüdə olmaqla 30 metr uzunluğunda mis elektrik naqillərini, ümumilikdə zərərçəkmiş şəxsin 220 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 05 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində X4 məxsus Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından aşaraq həyətinə qanunsuz daxil olub əvvəlcədən özü ilə gətirdiyi istintaqa məlum olmayan vintaçandan istifadə etməklə evin plastik pəncərəsini aralayıb açaraq evə qanunsuz daxil olub oradan 85 manat dəyərində, 4x4 ölçüdə olmaqla 50 metr uzunluqda mis elektrik naqillərini və 98 manat dəyərində 28 ədəd elektrik yuvalarını, ümumilikdə zərərçəkmiş şəxsin 183 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq qanunsuz olaraq həyətyanı sahəsinə daxil olub evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan ümumilikdə 1050 manat dəyərində İ ədəd “Acer” markalı notebooku və çantasım, 150 manat dəyərində 1 ədəd “Rado” markalı kişi qol saatını, 90 manat dəyərində 1 ədəd “Casio” markalı kişi qol saatını və 80 manat dəyərində 1 ədəd “Marcos” markalı su mühərrikini, ümumilikdə zərərçəkmiş şəxsin 1370 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq qanunsuz olaraq həyətyanı sahəsinə daxil olub evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan 700 manat dəyərində 109 dioqanallı 1 ədəd “Artel” markalı televizoru gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar təkrar 07 fevral 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsini qırıb açaraq qanunsuz daxil olub evin birinci mərtəbəsində yerləşən otaqdakı elektrik sobasının içərisindən 4 qram çəkidə və 583 əyarlıq olmaqla 250 manat dəyərində 1 cüt qızıl sırğanı, otaqda olan dolabın içərisindən 20 manat dəyərində 1 kq çəkidə “Servelat” markalı kolbasanı, 10 manat dəyərində və 0.5 kq çəkidə “snickers” markalı şokoladları, 10 manat dəyərində və 0.5 kq çəkidə “mars” markalı şokoladları, 35 manat dəyərində, 2x1.5 ölçüdə olmaqla 70 metr uzunluqda 1 top mis elektrik naqilini, ümumilikdə zərərçəkmiş şəxsin 325 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 12 fevral 2021 -ci il və 13 fevral 2021 -ci il tarixlərdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qızma məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsinin dəmir barmaqlıqlarını aralayıb evin plastmast pəncərəsinə mexaniki təsir etməklə açaraq qanunsuz olaraq daxil olub evin zalında divara asılmış Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində “Fantom Cc-3500” markalı 1 ədəd tozsoranı, 850 manat dəyərində 109 diaqonallı 1 ədəd “Vetsa” markalı LCD televizoru, üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan 150 manat dəyərində 1 ədəd ədyalı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı və 1 ədəd güldandan ibarət 300 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 250 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 150 manat dəyərində “Karaca” markalı sadə dəsti, 6 ədəd şərab piyaləsindən ibarət badam formalı, üzərində sadə qaşları olan 200 manat dəyərində “Karaca” markalı billur dəsti, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət 60 manat dəyərində “Qalaksi” markalı dəsmal dəstini, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 2080 manat dəyərində əmlakını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 165 manat dəyərində 1 ədəd “Marcus” markalı su motorunu, 50 manat dəyərində “TP LİNK” markah 1 ədəd modern aparatını, 50 manat dəyərində tək nəfərlik “Tac” markah 1 ədəd yun ədyalı, 45 manat dəyərində ağ rəngli, toxunmalı, iki nəfərlik “Qalaksi” markah 1 ədəd yataq dəstini, 45 manat dəyərində ağ rəngli, güllü, “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 60 manat dəyərində qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan iki nəfərlik, sintetik materiallı “Qalaksi” markalı 1 ədəd ədyalı, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 415 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 105.22 qram olan narkotik vasitə heroini satışı məqsədi ilə qanunsuz olaraq əldə edib 1.572 qram çəkidə olan hissəsini satış məqsədi ilə üzərində daşıyaraq, 103.630 qram çəkidə olan hissəsini isə yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, Kəpəz rayonu. Azərbaycan küçəsində yerləşən X2ma məxsus nömrəsiz yarımtikili fərdi yaşayış evində gizlədərək eyni məqsəd ilə saxlamış, 12 yanvar 2022-ci il tarixdə, saat 17:50-də Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə olmaqla satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 1.572 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra həmin əməliyyat- axtarış tədbirlərinin davamı olaraq Gəncə şəhəri, Azərbaycan küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən X1 məxsus yarımtikili evə baxış keçirən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada olan daşın altına gizlədərək saxladığı şəffaf sellofan torbada olmaqla külli miqdarda, yəni 103,630 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə isə 105.22 qram təmiz çəkidə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq hadisələri həm evdə, həm də dəmir yolunun kənarında baş vermişdir. Lakin o, narkotik vasitələrlə bağlı heç bir məlumatı olmadığını, bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Onun narkotik vasitələrin satışı ilə bağlı nə telefon danışıqları olmuş, nə də bu vasitələrin əkini ilə məşğul olmuşdur. İfadəsinə əlavə olaraq o, 2020-ci ilin avqust ayında dəmir yolunun kənarından dəmir qırıqları oğurladığını, həmin hadisə zamanı tək olduğunu və oğurladığı dəmir qırıqlarını satdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1, Şəfa aptekinin yaxınlığında baş vermiş oğurluq hadisəsində iştirak etmədiyini, lakin Xətai prospektində baş vermiş oğurluq hadisəsində Mehdi adlı şəxslə birlikdə iştirak etdiyini bildirmişdir. Həmin mənzildən yalnız qab-qacaq oğurlanmış, televizor isə oğurlanmamışdır. O, Savxoz Nizami ərazisində təkbaşına oğurluq etmiş, oradan da dəmir qırıqları götürmüşdür. Bundan əlavə, qonşuluqda yerləşən evə girərək iki ədəd “Samsung” markalı mobil telefon oğurladığına dair məlumatın yanlış olduğunu bildirib. O, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən, yaşayış olmayan bir evə daxil olaraq oradan elektrik naqilləri və avadanlıqları oğurladığını, hadisə zamanı evin həyətində it olmadığını, həmçinin evin divarından heç nə sökmədiyini ifadə etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin Təqsirləndirilən şəxs2 ilə birlikdə Abbas Səhhət adlanan ərazidə yerləşən, həmin vaxt yaşayış olmayan evdən oğurluq etdiklərini göstərmişdir. Hadisə zamanı Mehdi evin həyətinə hasardan düşmüş, lakin Kərimov özü həyətə daxil olmadığından Mehdinin evin qapısını necə açdığını bilməmişdir. Onun sözlərinə görə, hasarın hündürlüyü təxminən 1.5–2 metr olmuş, Mehdi içəriyə pilləkan yerləşdirərək əşyaları oradan ona uzatmışdır. Həmin evdən qab-qacaq və televizor oğurlanmış, lakin daha sonra bu əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 bildirib ki, oğurluq yolu ilə narkotik vasitə əldə etmişdir. Onda iki dəfə narkotik vasitə olsa da, bu hallar zamanı saxlanılmamışdır. Həmçinin tutularkən ağzının skoçlandığını, qolunun isə sındırıldığını iddia etmişdir. Onun sözlərinə görə, məhkəmə zamanı izahatı alınmamış, lakin həm məhkəmədə, həm də müvəqqəti saxlama yerində aldığı xəsarətlər barədə məlumat vermişdir. Bununla belə, həmin məsələ ilə bağlı heç bir şikayət etməmişdir. Sonda Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, narkotik vasitədən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. İkinci dəfə tutulduqda, şəxsi axtarış zamanı üzərində “Motorola” markalı mobil telefon və polis əməkdaşlarının dediyinə görə, silah aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 oglu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmərək ifadəsində göstərmişdir ki, 2021-ci il aprelin 14-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə həbs olunmuş, 5 ay müddətində azadlıqdan məhrum edilərək saxlanıldıqdan sonra polis nəzarətinə buraxılmışdır. Hadisədən təxminən 3 ay sonra, 2022-ci il yanvarın 12-də Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən saxlanılmış və üzərinə narkotik vasitə qoyularaq göndərildiyini bildirmişdir. O, Abbas Səhhət küçəsində yerləşən ev də daxil olmaqla bir neçə evə daxil olub oğurluq etdiyini etiraf etsə də, həmin evlərin sahiblərini tanımadığını qeyd etmişdir. İfadəsinə əlavə olaraq o, 2020-ci ildə həyət evlərindən birindən oğurluq etdiyini, lakin nə oğurladığını xatırlamadığını bildirmişdir. 2021-ci ildə Gəncə şəhəri, Azərbaycan küçəsində baş vermiş oğurluq hadisəsində iştirak etmədiyini və Zərərçəkmiş şəxs5 adlı şəxsi tanımadığını bəyan etmişdir. Şıxzamanlı qəsəbəsində yerləşən evdə törədilən oğurluq hadisəsində iştirak etdiyini təsdiqləmiş, həmin evə bir dəfə daxil olduğunu və oradan oğurladığı qızıl əşyaları sonradan geri qaytardığını ifadə etmişdir. Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs4 adlı şəxsi tanıdığını, Arzu adlı şəxslə birlikdə getdikləri oğurluq hadisəsində Arzunun evə daxil olmadığını, onu çöldə gözlədiyini bildirmişdir. Həyətə daxil olan zaman pəncərənin artıq açıq olduğunu görmüş və evə həmin pəncərədən daxil olduğunu demişdir. O, əvvəllər heroin adlı narkotik vasitədən istifadə etdiyini etiraf etmiş, lakin bu vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təhqiqat zamanı ondan narkotik vasitəni üzərinə götürməsi tələb olunmuş, əks halda evindən çıxarılacağı ilə hədələndiyini və bu səbəbdən ona hədə-qorxu gəlinmişdir. Bundan əlavə, fiziki təzyiqə məruz qaldığını və bu barədə şikayət etdiyini, nəticədə prokurorluq orqanları tərəfindən izahatının alındığını qeyd etmişdir. Təqsirləndirilən şəxs bildirib ki, təxminən gecə saat 1 radələrində Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən üzərində yalnız mobil telefonu olmuş, narkotik vasitə isə olmamışdır. Gecə saat 4-5 radələrində isə polis əməkdaşları onu yaşadığı evə aparmış, orada şkafın içərisinə bir kisə narkotik vasitə yerləşdirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oglunun yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı nümayəndə qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hadisə 2021-ci ildə baş vermiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləmişdir. Ona təxminən 200-300 manat məbləğində ziyan dəymiş və bu ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslər Arzu və Mehdi onun əməkdaşları olmamış, onların kimliyi barədə məlumatı polisdən əldə etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən nümayəndə qismində dindirilmiş Nümayəndə məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 2011-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 6 nömrəli X17, 2018-ci ildən isə mühasib vəzifəsində işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 tanımamışdır. 11 avqust 2020- ci il tarixdə 6 nömrəli Gəncə Yol sahəsinə Gəncə stansiyasında Xətt polis şöbəsindən Gəncə stansiyası ərazisində yerləşən qonaq evinin yaxınlığındakı təmir işləri aparılan dəmir yolu xəttinin kənarındakı 6 nömrəli X19 balansında olan yolun üst quruluşu materiallarının bir hissəsinin oğurlanması və araşdırma aparılması barədə məktub daxil olmuşdur. Bundan sonra 6 nömrəli X19 rəisi Dilbazi Musayev tərəfindən sahənin kiçik mühasibi Şahid7 Gəncə stansiyasında Xətt polis şöbəsinə göndərilmiş və onun iştirakı ilə oğurlanmış yolun üst quruluşu materiallarına polis əməkdaşları tərəfindən baxış keçirilərək protokol tərətib edilib fotoşəkillər çəkilmişdir. Şahid7 Gəncə stansiyasında Xətt polis şöbəsindən qayıtdıqdan sonra sahə rəisi Dilbazi Musayevə yolun üst quruluşu materiallarından 1 ədəd “D-65” tipli yarım-yararlı rels altlığının, 53 ədəd yarım-yararlı yol mıxının, 50 ədəd yarım-yararlı sıxac boltunun, 40 ədəd “PK” tipli yarım-yararlı klemanm Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 tərərfındən oğurlanmasını bildirmişdir. Bundan sonra 6 nömrəli X19 balansında olan yolun üst quruluşu materiallarının oğurlanması nəticəsində sahəyə dəymiş zərər hesablanmış və bu barədə Gəncə stansiyasında Xətt polis şöbəsinə məlumat verilmişdir. Oğurlanmış yol quruluşu materiallarından 1 ədəd istifadəyə yarım-yararlı “D-65” tipli rels altlığının qiyməti 7 manat, 1 ədəd istifadəyə yarım-yararlı yol mıxının qiyməti 0 manat 23 qəpik civarında olmaqla 53 ədədinin dəyəri 12 manat 54 qəpik, 1 ədəd istifadəyə yarım-yararlı sıxac boltunun qiyməti 0 manat 84 qəpik olmaqla 50 ədədinin dəyəri 42 manat 42 qəpik, 1 ədəd istifadəyə yarım-yararlı “PK” tipli klemanm qiyməti 1 manat 21 qəpik olmaqla 40 ədədinin dəyəri 48 manat 37 qəpik, ümumilikdə oğurlanmış yolun üst quruluşu materiallarının dəyəri 110 manat 34 qəpik olmaqla hamısı istifadə üçün yarım yaralı olmuşdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə Gəncə stansiyasının cüt boğazında yerləşən bərpaedici qatarın yolunun kənarında cərgəyə qoyulmuş R-65 tipli 1/11 markalı yoldəyişən qurğudan 6 ədəd yoldəyişən başmağın, 9 ədəd muftanın və 1 ədəd konturun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması məlum olmuşdur. Həmin yolun üst quruluşu materiallarım oğurlamış şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi barədə sahə rəisi Dilbazi Musayev tərəfindən 20 noyabr 2020-ci il tarixli 381 nömrəli məktubla Gəncə stansiyasında XPŞ-yə müraciət edilmişdir. Gəncə stansiyasında XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, qeyd edilən yolun üst quruluşu materialları təkrarən Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmışdır.Oğurlanmış yolun üst quruluşu materiallarından 1 ədəd istifadəyə yararlı “R-65” tipli 1/11 markalı yoldəyişən qurğudan 1 ədəd istifadəyə yararlı başmağın qiyməti 5 manat olmaqla 6 ədədinin dəyəri 30 manat, 1 ədəd istifadəyə yararlı muftanın qiyməti 1 manat olmaqla 9 ədədinin dəyəri 9 manat, 1 ədəd istifadəyə yararlı konturun qiyməti 75 olmaqla, ümumilikdə oğurlanmış yolun üst quruluşu materiallarının dəyəri 114 manat olmaqla hamısı istifadə üçün yararlıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5 il əvvəl, gecə saat 3 radələrində yatmağa getmiş, səhər oyandıqda isə evin alt-üst vəziyyətdə olduğunu müşahidə etmişdir. Evdən bir cüt sırğa və soyuducudan müxtəlif məişət ləvazimatları oğurlanmışdır. O, əlavə etmişdir ki, oğurluq hadisəsi evin zirzəmisinə aid pəncərənin sındırılması ilə həyata keçirilmişdir. Hadisə nəticəsində onun azyaşlı övladı qorxu keçirmiş və bu səbəbdən tibbi müalicə almışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ona təxminən 500 manat məbləğində maddi ziyan dəymiş, yalnız sırğasının dəyəri 325 manat təşkil etmişdir. Şikayətçi olduğunu bildirmiş və istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə təxminən 4 il əvvəl Abbassəhət adlanan ərazidə baş vermişdir. Oğurluq zamanı bacısına məxsus evdə yaşayış olmayıb. Əşyaların bir hissəsi ona, digər hissəsi isə bacısına məxsus olmuşdur. Oğurluq nəticəsində evdən məişət avadanlıqları, qablar və digər əşyalar oğurlanmış, ümumi maddi ziyan təxminən 4000 manat olmuşdur. Baş idarədə onlara oğurlanan əşyaların şəkilləri göstərilmiş, lakin əşyalar onlara təqdim olunmamış, yalnız vərəqə qol çəkdirilmişdir. Dəymiş ziyan ödənilməmişdir. O, şikayətçi olduğunu və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Samux rayonu, Sarıqaya kəndində yaşayır. Bacısı Elmiraya məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi var. Elmira işləri ilə əlaqədar Bakı şəhərində yaşayır. Gəncə şəhərində olan evinə isə özü nəzarət edir. Eyni zamanda özünə məxsus ev əşyalarını bacısı Elmiraya məxsus evə yığmışdır. Lakin həmin evdə yaşayış olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində bacısı Elmiraya məxsus yaşayış evinə baş çəkən zaman evdən oğurluq olmasım görmüş və zəng edərək bu barədə Elmiraya demişdir. Bacısı Elmiraya məxsus evdə axırıncı dəfə xx.xx.2021 -ci il tarixdə olmuşdur. Elmiraya məxsus yaşayış evinə yataq otağının dəmir barmaqlıqları aralanaraq pəncərədən daxil olunmuşdur. Həmin evdən bacısı Elmiraya məxsus ev əşyalarından başqa, ona məxsus bir ədəd təzə, işlənməmiş Fantom Cc-3500 markalı, 120 manat dəyərində tozsoran, bir ədəd 850 manat dəyərində 109 diaqonallı “Vctsa” markalı, istifadə olunmamış, LCD markalı televizor, bir ədəd üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan, 150 manat dəyərində istifadə olunmamış ədyal, iki ədəd meyvə qabı, 2 ədəd qənd qabı və bir ədəd gül qabından ibarət, istifadə edilməmiş, 300 manat dəyərində “Karaca” markalı billur dəst, 6 ədəd şərab piyaləsi və bir ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan “Karaca” markalı, 250 manat dəyərində istifadə edilməmiş billur dəst, 6 ədəd şərab piyaləsi və bir ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan “Karaca” markalı, 150 manat dəyərində istifadə edilməmiş sadə dəst, “Karaca” markalı, badam formalı, üzərində sadə qaşları olan istifadə edilməmiş, 6 ədəd şərab piyaləsindən ibarət 200 manat dəyərində billur dəst, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət “Qalaksi”markalı, 60 manat dəyərində, istifadə olunmamış dəsmal dəsti, ümumilikdə isə 2080 manat dəyərində əmlakı oğurlanmışdır. Oğurluq zamanı evin pəncərəsinin dəmir barmaqlığı yerindən çıxarılaraq əyilmişdir və bunun nəticəsində evin pəncərəsinə 50 manat zərər dəymişdir. Yaşadığı evdən oğurluq olması ilə bağlı şübhələndiyi hər hansı bir şəxs və ya şəxslər yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında karantin rejimi ilə əlaqədar evdə olmamışdır. Evə geri qayıtdıqda bəzi əşyaların olmadığını aşkar etmiş və dərhal polisə məlumat vermişdir. O qeyd etmişdir ki, həmin gün evdə yalnız 1 gün olmuş, daha sonra SMS vasitəsilə icazə alaraq 3 saatlıq müddətə evdən çıxmışdır. Qayıtdıqda isə evə yenidən daxil olunduğunu görmüşdür. Evindən televizor, saat, kompüter və digər əşyalar oğurlanmış, daha sonra isə kompüter geri qaytarılmışdır. Yusifli əlavə etmişdir ki, ev Şıxzamanlı qəsəbəsində yerləşir və təqsirləndirilən şəxs evə pəncərəni qıraraq daxil olmuş, oğurluq əməliyyatını isə iki mərhələdə həyata keçirmişdir. O, təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, məhkəmədən heç bir xahiş və tələbinin olmadığını qeyd etmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında ailəsi ilə birlikdə Samux rayonunda yaşayan qaynatasıgilə getmiş, ailəlikçə orada qalmışlar. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında yaşadığı evə baş çəkmək üçün qayıtmış, qapını açıb evin həyətinə daxil olan zaman mətbəxin evin həyətinə açılan pəncərəsinin açıq vəziyyətdə olmasını aşkar etmişdir. O, oğurluq olmasından şübhələndiyi üçün evin giriş qapısını açıb içəri daxil olmuş, bu zaman görmüşdür ki, ev dağınıq vəziyyətdədir və mətbəxtdə stolun üzərindən ona məxsus dəyəri 1050 manat olan bir ədəd “Acer” markah notebook, yataq otağında şkafin içərisindəki qutudan dəyəri 150 manat olan işlənmiş “Rado” markalı qol saatı, şkafın üzərində dəyəri 90 manat olan bir ədəd işlənmiş "Casio" markalı qol saatı oğurlanmışdır. O, evin həyətinə çıxıb nəzər yetirəndə görmüşdür ki, evin qapısı açıq olan zirzəmisindən isə bir ədəd dəyəri 80 manat olan işlənmiş Marcos marakalı su mühərriki oğurlanmışdır. Ona görə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə evə baxış keçirib protokol tərtib etmişlər. O, oğurluq olması barədə ərizə ilə də müraciət etmişdir. Həmin gün yaşadığı evdə qalmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə, günorta saatlarında evin qapı və pəncərəsini bağlayıb işlərinin arxasınca getmiş, saat təxminən 18 radələrində yaşadığı evə gəlib qapını açıb evin həyətinə daxil olan zaman görmüşdür ki, mətbəxin evin həyətinə açılan pəncərəsi yenə açıq vəziyyətdədir. O yenə oğurluq olmasından şübhələndiyi üçün evin giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, evin qonaq otağında olan təzə halda dəyəri 700 manat olan bir ədəd “Artel” markalı 109 diaqonallı, işlənməmiş televizor yerində yoxdur və oğurlanmışdır. Ona görə yenə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə yenə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə evə baxış keçirib protokol tərtib etmişlər. O, oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Birinci dəfə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1370 manat, ikinci dəfə baş vermiş oğurluq hadisəsi nəticəsində isə 700 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, evinə müxtəlif vaxtlarda 3 dəfə qanunsuz daxil olunmuş və nəticədə evdən elektrik naqilləri oğurlanmışdır. Hadisə ilə bağlı dərhal polisə məlumat verilmiş, baxış keçirildikdən sonra ona araşdırma nəticələri barədə məlumat veriləcəyi bildirilsə də, bir müddət heç bir cavab verilməmişdir. Daha sonra isə ona cinayətkarın tutulduğu və məhkəməyə gəlməli olduğu bildirilmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Şıxzamanlı qəsəbəsində yerləşən həmin mənzil hadisə baş verdiyi vaxtda yarımtikili vəziyyətdə olsa da, evin qapısı və pəncərələri mövcud olmuşdur. Oğurluq nəticəsində evdən təxminən 2000 (iki min) manat dəyərində elektrik naqilləri və elektrik yuvaları oğurlanmışdır. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmiş, lakin istintaqa və məhkəməyə qarşı hər hansı bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. O, həmçinin istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 11, mənzil 40-da yaşayır. Gəncə şəhəri, Azərbaycan küçəsində evi var. Həmin ev təmirli deyildir. İmkanı olduqca evi təmir etdirirmiş. Evi təmirsiz olduğundan həmin evdə yaşamır. Lakin, mütəmadi olaraq gedib evinə nəzarət edir. Sonuncu dəfə həmin evə 29 dekabr 2020-ci il tarixdə gedib nəzarət etmiş və evində hər şey qaydasında olmuşdur. 10.01,2021-ci il tarixdə, saat 12 radələrində evinə nəzarət etmək məqsədilə getmiş, evin həyətinə daxil olduqda arxa tərəfdən evinin pəncərəsinin açıq olmasını aşkar etmişdir. Pəncərənin açıq olmasım gördükdən sonra evindən oğurluq olmasını anlamış və evin dəmir qapısını açmış, içəri daxil olduqdan sonra görmüşdür ki, evinin divarında olan 4x4 ölçüdə və mis materialdan 50 metr uzunluğunda elektrik naqilləri və 28 ədəd elektirik yuvaları oğurlanmışdır. Həmin elektrik naqilinin 1 metrini 1 manat 70 qəpiyə alıbmış. Razetkanm birini isə 3 manat 50 qəpiyə alıbmış. Həmin vaxt bu barədə dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan polis şöbəsində məlum olmuşdur ki, yaşadığı evdən elektirik naqillərini və elektirik yuvalarım oğurlayan şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2dur. Mehdi ondan başqa Gəncə şəhər ərazisində digər evlərdən də oğurluq etmişdir. Mehdini əvvəllər tanımamış və onunla heç bir münasibətim olmamışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 183 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Şıxzamanlı qəsəbəsində yerləşən, yarımtikili vəziyyətdə olan evindən elektrik avadanlıqları oğurlanmışdır. O, əlavə etmişdir ki, hadisə zamanı evdə yaşayış olmamış, lakin evin açarı ona məxsus olmuşdur. Evdən oğurlanmış elektrik avadanlıqlarına görə təxminən 1000 (min) manat məbləğində ziyan dəyib və həmin ziyan ödənilməmişdir. Zərərçəkmiş təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, şikayətçi deyil və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq edir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngə, ev 44-də yaşayır. Gəncə şəhəri, Şıx Zamanlı qəsəbəsində özünə məxsus fərdi yaşayış evi yerləşir. Evi hal-hazırda tam tikilib başa çatmadığı üçün orada kimsə yaşamır. Evində tikinti işləri davam edir. Bu şəbədən də evinin giriş qapısı və hasarı olsa da evin özünün qapıları yoxdur. Evin həyətində tikinti materialları var. Sonuncu dəfə, təxminən 2020-ci ilin dekabr ayının əvvələrində evdə olan zaman bütün əşyaları yerində imiş. Lakin sonradan ölkədə tətbiq edilən karantin rejimi ilə bağlı tikinti işlərini dayandırmış və həmin vaxt evinə baş çəkməmişdir. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində evinə baş çəkmək üçün gedən zaman evin həyətində olan 1 ədəd 140 manat dəyərində qaynaq aparatının, həmçinin hovuzda olan 1 ədəd 50 manat dəyərində Aqidel markah su motorunun, divara çəkilmiş halda olan ümumilikdə 30 manat dəyərində 30 metr uzunluğunda 2x4 ölçüdə, mis elektrik naqillərinin kəsilib aparıldığını aşkar etmişdir. Həmçinin dam örtükləri yerdə səliqəsiz halda düzüldüyü üçün onların da olmadığını görmüşdür. Həmin əşyaların ustalar tərəfindən götürülüb götürülmədiyini dəqiqləşdimək üçün ustalarla danışmış, lakin onlar məlumatları olmadığını demişlər. Bundan sonra xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəlib evə baxış keçirmiş və baxış zamanı ustalarla telefon vasitəsi ilə evdə hansı əşyaların olub-olmadığım dəqiqləşdirən zaman evdə 14 ədəd dam örtüyünün olmasını, dam örtüklərindən hamısının evdə olmasını, oğurlanmaması müəyyən etmişdir. Bu zaman ona məlum olmuşdur ki, 2020-ci ilin dekabr ayının sonlarından xx.xx.2021 -ci il tarixədək olan müddətdə naməlum şəxs ona məxsus Gəncə şəhəri, Şıx Zamanlı qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından daxil olmaq yolu ilə içəridə olan 1 ədəd 140 manat dəyərində qaynaq aparatını, 1 ədəd 50 manat dəyərində Aqidel markalı su motorunu və ümumilikdə 30 manat dəyərində olan 2x4 ölçüdə 30 metr uzunluğunda mis elektirik naqillərini oğurlamışdır. Bundan sonra Kəpəz RPİ-yə ərizə ilə müraciət etmiş, sonradan polis şöbəsində ona məlum olmuşdur ki, yaşadığı evdən elektrik naqillərini, su motorunu və qaynaq aparatını oğurlayan şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2dur. Mehdi ondan başqa Gəncə şəhər ərazisində digər evlərdən də oğurluq etmişdir. Mehdini əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Hadisə zamanı ona ümumilikdə 220 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onların evindən mobil telefonlar oğurlanmış, lakin daha sonra həmin telefonlar geri qaytarılmışdır. O, əlavə etmişdir ki, ev Azərbaycan küçəsində yerləşir və oğurluq hadisəsi evin qapısından daxil olunmaqla törədilmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı bir şikayət və tələbi olmamışdır. Eyni zamanda, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Yoldaşı Zərərçəkmiş şəxs7 məxsus 260 manat dəyərində 1 ədəd “Samsung Galaxy A10” markalı və ona məxsus 450 manat dəyərində 1 ədəd “Samsung Galaxy A20 S” markalı mobil telefonu gizli olaraq talayıb oğurluq edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Evdə yaşayış olmadığı vaxtda, taxta vasitəsilə evə daxil olunaraq divarlara çəkilmiş elektrik naqilləri oğurlanmışdır. Naqillərin dəyəri təxminən 700-800 manat təşkil etmişdir. Həyətində mühafizə məqsədilə saxladığı iki it öldürülmüşdür. O qeyd etmişdir ki, oğurluq naqillər çəkildikdən bir gün sonra baş vermişdir. Evin arxa hissəsindən, barı tərəfdən daxil olunmuş, qapı quraşdırılmamış və ayaq izləri aşkarlanmışdır. Zərər ödənilməmiş, ilkin polis araşdırması qeyri-effektiv olmuş, yalnız şikayətdən sonra istintaqa başlanılmışdır. Hadisə sonradan sosial şəbəkələrdə yayılmışdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş X10 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yarımtikili yaşayış evi vardır ki, həmin evdə təmir işləri aparıldığından evdə yaşayış yoxdur. Həmin evə bir müddət öncə elektrik naqilləri çəkdirmiş və suvaq işləri gördürmək istəmişdir. Evin ətrafı daş hasarla əhatəyə alınmış, lakin evin qapı və pəncərəsi qoyulmamışdır. Gün ərzində 2-3 dəfə olmaqla evə gedib baş çəkmiş, sonuncu dəfə həmin evdə 22 mart 2021-ci il tarixdə, saat 14 radələrində olmuşdur. Həmin vaxt evin bütün əşyaları, xüsusilə divara çəkilmiş elektrik naqilləri yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində isə həmişə olduğu kimi evə baş çəkmək üçün gedərkən evin darvazasının açılmadığını görmüş, buna görə həyətyanı sahənin arxa tərəfmə keçərək oradan alçaq hasardan həyətyanı sahəyə daxil olub darvazanın yanma gəlmiş, darvazanın qıfılının arxadan bağlı olduğunu görmüş və başa düşmüşdür ki, kimsə evə girmişdir. O, evin içərisinə baxarkən divarlara çəkilmiş elektrik naqillərinin yerindən çıxarıldığını və oğurlandığını görmüşdür. Dərhal bu barədə polisə məlumat vermiş, bundan sonra polis tərəfində araşdırma aparmağa başlamışlar. O, bildiyinə görə həmin şəxs həyətyanı sahənin arxasında yerləşən alçaq hasardan keçməklə həyətyanı sahəyə daxil olmuşdur. Evin qapı və pəncərələri isə qoyulmamışdır. Evindən oğurluq etmiş şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Lakin həmin ərazidə dəfələrlə təxminən 16-17 yaşında olan şəxslərin mis, aliminium və digər dəmir əşyaları yığdıqlarını, həmin şəxslərin qonşuluqda yaşadıqlarını görmüşdür ki, baş vermiş oğurluq hadisəsində həmin şəxslərdən şübhələnir. Həmin vaxt evindən 1 qutusunun dəyəri 95 manat və içərisində 2,5 mmlik 100 metr uzunluğunda mis naqil olan 4 qutu elektrik naqili, dəyəri 70 manat və içərisində 1,5 mmlik 100 metr uzunluğunda mis naqil olan 1 qutu elektrik naqili, dəyəri 120 manat və içərisində 4 mm-lik 100 metr uzunluğunda mis naqil olan 1 qutu elektrik naqili, dəyəri 35 manat və içərisində 100 metr uzunluğunda mis naqil olan 1 qutu antena naqili, hər birinin dəyəri 25 qəpik olan 70 ədəd naqil birləşdirici qutular, hər birinin dəyəri 1 manat olan 30 qutu naqil bərkidici skop, həmçinin hər birinin dəyəri 3 manat 50 qəpik olan 10 ədəd işıq açarları oğurlanmışdır ki, bununla da ona ümumilikdə 687 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmin vaxt təxmini olaraq məbləğ göstərmiş, həmçinin naqillərdən başqa oğurlanmış digər əşyaları yaddan çıxararaq ərizəsinə qeyd etməmişdir. “102” xidmətinə etdiyi müraciətində isə əlavə olaraq 250 manat ustaya verdiyi pulu da hesablamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə təxminən 4 il əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs 20 nömrəli məktəbin yaxınlığında saxlanılmış və üzərindən “marixuana” adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Daha sonra təqsirləndirilən şəxsin yaşadığı evə də baxış keçirilmiş və oradan da eyni növ narkotik vasitə aşkar edilmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs həmin narkotik vasitəni Samux rayonu ərazisindən tapdığını bildirmiş və aşkar edilən maddənin ümumi çəkisinin 8 kiloqrama yaxın olduğunu demişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və ya qeyri-qanuni təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında Arzu adlı şəxsin yaşadığı evdə narkotik vasitə aşkar olunmuşdur. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, evdə narkotik vasitədən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şahid yalnız təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman hadisə yerində olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi və yaşadığı evdə saxlması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin məlumat əsasında Kəpəz RPİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Kəpəz RPBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 15 radələrində X13 şəhəri, H.Əliyev prospektində yerləşən 20 saylı orta məktəbin yaxınlığında olmasını müəyyən edərək həmin yerə getmişlər və Təqsirləndirilən şəxs1 orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-yə dəvət etmişlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisi X6 iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində bir ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunun içərisində olan kütlənin narkotik vaitə marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisi siqaret qutusu ilə birlikdə 18,19 qram olmaqla zərfdə qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar olunan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütləni təxminən 4-5 ay əvvəl Samux rayonu, Yenikənd kəndinə gedən zaman oraya yaxın yerdə yerləşən Kür çayının sahilində gəzən vaxt sahil kənarından aşkar edib yığaraq evinə gətirmiş, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirmiş, üzərində və evində saxlamış və satmaq fikrində olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngə, ev 55 ünvanına baxış keçirilmiş, həmin ev 1 mərtəbəli olmaqla 3 otaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağında yerləşən paltar dolabından 1 ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan sintetik kisəni təqdim etmişdir. Aşkar edilmiş həmin kütlə götürülmüşdür. Evə baxış zamanı başqa narkotik vasitəyə bənzər heç nə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi sintetik kisə ilə birlikdə 8 kiloqram 350 qram olmaqla aşkar edilmiş sintetik kisədə qablaşdırılaraq kisənin üzəri möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisəni tam olaraq xatırlamadığını bildirib və istintaq zamanı verdiyi ifadəni təsdiqləmişdir. Əlavə olaraq bildirib ki, hadisə 2021-ci ildə baş vermiş, təqsirləndirilən şəxs Savxoz Nizami adlanan ərazidə saxlanılmışdır. Onun üzərindən marixuana aşkar edilərək götürülmüş, daha sonra evində aparılmış axtarış zamanı da narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatı ona məxsus olmuş və narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Əməliyyat zamanı Orxan adlı əməkdaşla birgə hərəkət etmişdir. Narkotik vasitələrin satışı ilə bağlı sübut aşkarlanmamış, təqsirləndirilən şəxs iki dəfə saxlanılmış və ikinci dəfə saxlanılanda üzərindən silah tapılmışdır. Əraziyə baxış keçirilməmiş, baxış və axtarış zamanı videoçəkiliş aparılmışdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, dio-da və tutduğu vəzifədə 2017-ci ilin dekabr ayından xidmət edir. Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngə, ev 55-də yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış. Arzu ilə heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 04 yanvar 2021-ci il tarixdə, saat 15:30 radələrində Kəpəz RPİ-də gündəlik xidmətdə olan /aman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Arzu adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, satışı ilə məşğul olması, üzərində odlu silah gəzdirməsi ilə məşğuldur, hazırda “Savxoz Nizami” ərazisindədir. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, özü və Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, eləcə də digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri “Savxoz Nizami” adlanan əraziyə getmişlər. Adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 Kəpəz RPİ-yə gətirmişlər. X18 dövlət hesabına müdafiəçi dəvət edilib videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Daha sonra Arzunun üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən “Arqo” markalı siqaret və cib dəsmalı, həmin gödəkçənin sağ yan cibindən papaq, əynində olan şalvarın sağ yan cibindən 8 manat pul və alışqan, şalvarının sol yan cibindən bir ədəd siqaret falqasına bükülüdə içərisində yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə, əynində olan idman gödəkcəsinin sol yan cibindən 3 ədəd üzərində “Nobel Zuben” yazısı olan 16 kalibirli tüfəng patronu, belində isə bir ədəd kustar üsulla hazırlanmış odlu silaha bənzər lüləyi və qundağı kəsilmiş 16 kalibirli təklüləli tüfəng aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd siqaret falqasma bükülmüş kütlənin narkotik vasitə marixuana olduğunu, 2020-ci ilin yay aylarında Samux rayonu. Kür çayı qırağında yığıb qurutduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin yığdığı narkotik vasitə marixuananın qalanını hazırda yaşadığı evdə döşəklərin arasında gizlətdiyini bildirmişdir. Həmçinin narkotik vasitə satışı ilə məşğul olmadığını, heç kimə narkotik vasitəni pay olaraq və ya borc olaraq vermədiyini bildirmişdir. Üzərindən aşkar olunmuş tüfəngi isə 2020-ci il tarixdə Gəncə şəhəri, 3 saylı orta məktəbin arxasında yerləşən məişət tullantıları toplanan yerdə dəsmala bükülü vəziyyətdə yerdən tapdığını, yaşadığı evdə qundağını və lüləsini özünün kəsdiyini, hazırda tüfəngin kəsilmiş hissələrinin yaşadığı evdə həyətdə şiferlərin arasında olduğunu bildirmişdir. Bundan sonra Arzunun üzərindən aşkar olunmuş 01 ədəd siqaret falqasma bükülmüş büküm aptek tərəzisində çəkilmiş və çəkisi 1,64 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş odlu silaha bənzər tüfəng də ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Daha sonra Arzunun yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngə, ev 55 ünvanına gedilib Arzunun yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və evin həyətində olan şiferlərin arasında tüfəngin kəsilmiş lüləsi və qundağı üzərinə “Saloğlu” sözləri yazılmış sellofanda, evin qonaq otağında döşəklərin arasından isə ağ rəngli polietilen torbada yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Arzu həmin kütlənin də narkotik vasitə marixuana olduğunu, yay ayında Samux rayonu Kür çayının kənarından yığıb qurutduğunu, bir qismini cibində, qalanını da polietilen torbada yaşadığı evdə saxladığını, heç kimə satmadığını bildirmişdir. Daha sonra həmin kütlə də və tüfəng kəsikləri də qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Bundan başqa o, əlavə ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Azərbaycan küçəsi, 6-cı döngə, ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 12 yanvar 2022-ci il tarixdə, saat təxminən 16 radələrində Gəncə şəhər Kəpəz RPİ-də olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Mehdi adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal- hazırda yaşadığı evin yaxınlığındadır. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, özü və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Azərbaycan küçəsi, 6-cı döngədə yerləşən yaşadığı evin yaxınlığında saxlayaraq Gəncə şəhər Kəpəz RPİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra müqavilə əsasında vəkil X7 müdafiəçi təyin edilmiş və sonra videoçəkiliş vasitəsi ilə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kəskin iyli, ilk baxışdan narkotik vasitə heroine bənzər kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə heroin olduğunu, tutulmazdan təxminən 15 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibillikdə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitə heroindən bir hissəsini yaşadığı evin yaxınlığında yerləşən yarımtikili evdə gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini dediyi üçün iştirakçılarla və Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə Gəncə şəhəri, Azərbaycan küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən yarımtikiliyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 həmin yarımtikili evin otaqlarından birinə daxil olub orada daşın altında gizlətdiyi sellofan torba çıxararaq təqdim etmiş və bildirmişdir ki, torbada olan kütlə narkotik vasitə heroindir. Həmin vaxt sellofan torba açılmış və həqiqətən də içərisində bir ədəd şəffaf sellofana bükülmüş kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan heroine bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofanla birlikdə 104,48 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya narkotik vasitələrlərin satışı ilə məşğul olması barədə onlarda çoxsaylı əməliyyat məlumatları vardır, hal-hazırda əməliyyat tədbirləri davam etdirilir və bu barədə əldə olunan yeni məlumatlar barədə istintaqa məlumat veriləcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin bəzi məqamlarını tam xatırlamasa da, istintaq zamanı verdiyi ilkin ifadəsinin düzgünlüyünü təsdiq edir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər Arzu və Mehdini əvvəllər görmüşdür. Onların hər ikisi əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah gəzdirmə və oğurluq faktlarına görə məsuliyyətə cəlb olunmuşlar. Şahid qeyd etmişdir ki, həmin şəxslərin saxlanılması zamanı özü də iştirak etmişdir. Şahid bildirib ki, Arzuya məxsus evə baxış zamanı “marixuana” adlanan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmçinin, saxlanılma və istintaq prosesi zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir qanunsuz təzyiq və ya təsir göstərilməmişdir. Aşkar edilmiş silah və narkotik vasitələrin təqsirləndirilən şəxslərə məxsus olması müəyyən edilmişdir. Şahid onu da qeyd etmişdir ki, təqsirləndirilən şəxslərin üzərinə baxış Gəncə Şəhər Polis Şöbəsində, videoçəkiliş və müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Sonda Şahid4 istintaqa verdiyi ifadənin düzgün olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dəmir yolundan oğurluq etmiş və dəmirləri kisə ilə daşıyaraq aparmışdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsi özü saxlamış və həmin vaxt polis serjantı vəzifəsində çalışmışdır. Oğurlanmış dəmirlər kisə içində olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və ya qeyri-qanuni təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl Arzu dəmiryolundan müəyyən əşyalar götürmüş, həmin əşyalar zərər görmüş və götürülmüş əşyalar geri qaytarılmamışdır. Şahid əlavə etmişdir ki, Arzu dəmir boltlar götürmüşdür və bu əşyalar istifadəyə yararsız vəziyyətə düşmüşdür. Götürülən əşyaların ümumi qiyməti təxminən 200-300 manat təşkil etmişdir. Şahid7 istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl Arzu oğurluq hadisəsi ilə bağlı saxlanılmışdır. Həmin vaxt o, növbətçi vəzifəsində çalışmışdır və bu barədə ifadə vermişdir. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsi zamanı dəmiryoluna aid əşyalar oğurlanmış, lakin oğurlanan əşyaların hara qoyulduğu barədə məlumatı olmamışdır. Həmin zaman yalnız gətirilən şəxsləri və əşyaları qeydiyyata almışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Arzu dəmir yolunda reyslərin sabitliyini təmin edən 5-6 ədəd dəmiri oğurlamışdır. O, həmçinin əvvəllər dəmiryolunda işlədiyini də əlavə etmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, ona oğurluq hadisəsi barədə məlumatı post patrul xidməti vermişdir. Oğurlanan dəmirlərin istifadəyə yararlı olub-olmaması barədə məlumata malik olmadığını bildirmişdir. Şahid, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, dəmir yoluna yola baxış keçirərkən orada müəyyən əşyaların götürülməsi faktını müşahidə etmişdir. Hadisə 4-5 il əvvəl baş vermiş və həmin dövrdə ziyanın təxminən 200-300 manat civarında olduğu müəyyən edilmişdir. Şahid əlavə etmişdir ki, özü dəmir yolunda mühəndis vəzifəsində çalışmışdır. Baxış zamanı dəmir hissələrinin olmadığını aşkar edərək polisə məlumat vermişdir. Polis əməkdaşları isə aşkar edilmiş oğurlanmış əşyaları qeydiyyata alaraq götürmüşlər. Qeyd olunmuşdur ki, oğurlanmış əşyalar istifadəyə yararlı vəziyyətdə olmuşdur. Şahid10 istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, dəmir yolunda baş vermiş oğurluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs1 həmin ərazidən tanımışdır. Hadisənin baş verməsindən 3-4 il keçdiyi üçün digər detalları xatırlamadığını qeyd etmişdir. İfadəsinə əlavə olaraq bildirib ki, Arzu dəmir yolunda istifadə olunan bəzi əşyaları götürmüşdür. Oğurlanan əşyaların istifadəyə yararlı olub-olmaması barədə məlumatı olmamışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Alı Mustafayev küçəsi ev 29, mənzil 37-də yaşayır. Ona məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi var. İşləri ilə əlaqədar Bakı şəhərində yaşayır. Gəncə şəhərində olan evinə qardaşı Xaliq nəzarət edir. Qardaşı özünə məxsus ev əşyalarım da ona məxsus evə yığmışdır. Lakin həmin evdə yaşayış olmamışdır. Qardaşı Xaliq xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində zəng edərək evdən oğurluq olmasını bildirmişdir. Qardaşı Xaliqin deməsinə görə evdə axırıncı dəfə xx.xx.2021-ci il tarixdə olmuşdur. Qardaşı Xaliq deməsinə görə evin yataq otağının dəmir barmaqlıqları aralanmış və pəncərədən evə daxil olunmuşdur. Ona məxsus evdən bir ədəd “Marcus” markalı, istifadə edilməmiş, işlək vəziyyətdə 165 manat dəyərində su motoru, bir ədəd TP LİNK markalı istifadə edilməmiş, işlək vəziyyətdə 50 manat dəyərində WİFİ aparatı, bir ədəd “Tac” markalı 50 manat dəyərində istifadə edilməmiş, təknəfərlik yun ədyal, bir ədəd ağ rəngli, toxunmalı, 45 manat dəyərində, istifadə edilməmiş “Qalaksi” markalı, iki nəfərlik yataq dəsti, bir ədəd ağ rəngli, güllü, 45 manat dəyərində “Qalaksi” markalı, istifadə edilməmiş yataq dəsti, bir ədəd ikinəfərlik “Qalaksi” markalı, istifadə edilməmiş, qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan, 60 manat dəyərində sintetik materiallı ədyal (pakrıval) oğurlanmışdır. Bundan əlavə yaşadığı evdən ona məxsus təxminən 100 manat dəyərində qab-qacaq sındırılmışdır. Oğurluq nəticəsində ümumilikdə onun 415 manat dəyərində əmlakı oğurlanmışdır. Həmçinin ona məxsus evdən qardaşı Xaliqə məxsus əşyalar da oğurlanmışdır. Yaşadığı evdən oğurluq olması ilə bağlı şübhələndiyi hər hansı bir şəxs və ya şəxslər yoxdur. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci ilin oktyabr ayında ermənilərin Gəncə şəhərinə atdığı roket hücumları ilə bağlı xx.xx.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə evlərini tərk edib Bakı şəhərinə getmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə isə ermənilərin Gəncə şəhərinə növbəti roket hücumu baş vermiş, ona görə də evinə nəzarət etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, səhər saatlarında Gəncə şəhərinə, mənzilinə qayıtmışdır. Həmin vaxt görmüşdür ki, binanın ikinci mərtəbəsində olan mənzilinin pəncərəsi açıq vəziyyətdədir. O, həmişəki kimi açarla qapını açıb mənzilə daxil olduqda görmüşdür ki, mənzilin qonaq otağında olan “LG” markalı, 88 diaqonallı plazma telezivor yoxdur. Lakin, mənzildə hər bir əşya öz yerində imiş. O, mənzilindən oğurluq olmasını düşünüb bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları mənzilinə gələrək baxış keçirmiş, fotoşəkillər çəkilmişdir. Mənzilindən 1 ədəd “LG” markalı 600 manat dəyərində televizor oğurlanmışdır. Həmin vaxt həyəcanlı olduğu üçün televizorun qiymətini dəqiq müəyyən etməmiş, təxmini qiymət bildirmiş, sonradan müəyyən etmişdir ki, televizorunun qiyməti 600 manatdır. Oğurluqla bağlı şübhələndiyi heç kim yoxdur. Mənzilindən ilk dəfə idi ki, oğurluq baş vermişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Azərbaycan küçəsi, 5-ci döngə, ev 10-da yaşayır. Təqsirləndirilən şəxs2 qonşusudur. Mehdi ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 05 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində qonşusu Təqsirləndirilən şəxs2la küçədə rastlamış, Mehdi bildirmişdir ki, birlikdə gedib özündə olan misi metal qəbulu məntəqəsinə satsınlar. O da Mehdi ilə birlikdə Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Yolda Mehdidən həmin misi haradan əldə etməsini soruşmuş, Mehdi isə yerdən tapdığını demişdir. Mehdi həmin misi onun yanında 36 manat pula satmışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onu polis idarəsinə dəvət edən zaman məlum olmuşdur ki. Mehdi həmin mis elektrik naqillərini Zərərçəkmiş şəxs5 məxsus evdən oğurlamışdır. Mehdi həmin puldan ona heç bir məbləğdə verməmişdir. Mehdinin başqa oğurluq cinayətlərindən heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi ilə əlaqədar olaraq üzdən tanıyır. Arzu ilə qohumluğu və ziddiyyətli münasibəti yoxdur. 11 avqust 2020-ci il tarixdə, səhər saat 11 radələrində 6 nömrəli X17 işdə olduğu vaxt Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları onu həmin şöbəyə oğurlanmış yolun üst quruluşu materiallarına baxış keçirilməsində hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O da etiraz etmədən həmin polis şöbəsinə getmiş, ondan başqa polis şöbəsinə 6 nömrəli X17 yol fəhləsi işləyən Şahid11 da hal şahidi qismində dəvət edilmişdi. Polis şöbəsində təhqiqatçı tərəfindən ona və digər hal şahidinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların iştirakı ilə polis əməkdaşları tərəfindən üç ədəd ağ rəngli kisələrə baxış keçirilmiş, baxış zamanı həmin kisələrdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli Gəncə Yol sahəsinə məxsus yolun üst quruluşu materialları 1 ədəd “D-65” tipli yarım-yararlı rels altlığı, 53 ədəd yarımyararlı yol mıxı, 50 ədəd yarım-yararlı sıxac boltu, 40 ədəd “PK” tipli yarım-yararlı klemalar aşkar edilmişdir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilən dəmir yoluna aid yolun üst quruluşu materiallarını 10 avqust 2020-ci il tarixdə axşam saat 21 tadələrində özü təkcə oğurlamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək fotoşəkillər çəkilmiş və o da hal şahidi kimi tərtib edilmiş protokola imza etmişdir. Tərib edilmiş protokola digər iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs1 özü də imza etmişdir. Qeyd edilən yolun üst quruluşu materialları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzərində şəxsi axtarış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı 18,19 (on səkkiz tam yüzdə on doqquz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə tapılıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi. 9-cu döngədə yerləşən 55 nömrəli evinə baxış keçirilərkən evin yataq otağından satış məqsədi ilə əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 8350 (səkkiz tam mində üç yüz əlli) qram təmiz çəkidə qurudulmuş marixuananın aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli 16/37 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “Pallmall” adlı siqaret qutusunun içərisində təmiz çəkisi 12,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri Azərbaycan küçəsi 9-cu döngə, ev 55-dən aşkar edilib götürülən narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan sintetik kisədəki, təmiz çəkisi 8270 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkiləri – 12,64 qr (1№-li ob), - 8270 qr (2№-li ob), tədqiqata sərf edildi- 0,1 qr (hər ob 0,05 qr), qalıq – 12,59 qr (1№-li ob), - 8269,95 qr (2№-li ob) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Qərara əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (043)-8/2002 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə, yəni 09 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs1 evinə keçirilmiş baxış məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, 09 yanvar 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilir, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçrilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qış gödəkçəsinin sol iç cibindən özünə məxsus içərisində marixuana olan 1 ədəd kibrit qutusunu təqdim edir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilir və başqa narkotik vasitə aşkar edilmir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana kütləsi içərisində olduğu kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilir, çəkisi kibrit qutusu ilə birlikdə 18.19 qram olmaqla zərfdə qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdə və yaxud digər yerdə əlavə narkotik vasitə saxlayıb-saxlamaması soruşulur, Təqsirləndirilən şəxs1 da yaşadığı evdə də narkotik vasitə saxladığını bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, 09 yanvar 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə öz razılığı ilə baxış keçirilir, baxış zamanı özü evinin yataq otağında yerləşən paltar dolabında saxladığı içərisində marixuana olan un kisəsini polis əməkdaşlarına təqdim edir, həmin kütlə götürülərək un kisəsi ilə birlikdə elektron tərəzidə çəkilir, marixuananın çəkisi un kisə ilə birlikdə 8 kiloqram 350 qram olmaqla olduğu kisədə qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitəni təxminən 4-5 ay əvvəl Samux rayonu, Yenikənd kəndinə gedən zaman oraya yaxın yerdə yerləşən Kür çayının sahilində gəzən vaxt sahil kənarından aşkar edib yığaraq evinə gətirdiyini, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini, üzərində və evində saxladığını və satmaq fikrində olmadığını bildirir. Həmin narkotik vasitədən heç kimə vermədiyini, nə də ki, satmadığını bildirir. Özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmadığını, uzun müddət keçdiyindən narkotik vasitələri yığdığı yeri xatırlamadığım bildirir. Həmçinin barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi, bununla əlaqədar hər hansı vəsatəti və şikayəti olmadığını bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 1681 nömrəli Arayışa əsasən Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Narkoloji Dispanserdə qeydiyyata durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (043)-108/2002 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 122-18097-1222 saylı əməliyyat tapşırığına cavab məktubuna əsasən Təqsirləndirilən şəxs1 2020-ci ildən narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmasına baxmayaraq, narkotik vasitələri satdığı şəxslərin dairələrini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin təzələnməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 2, 228.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində aparılan icraatı dayandırılmış ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Mehdi Mircəfər oğlu Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli 16/37 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “Pallmall” adlı siqaret qutusunun içərisində təmiz çəkisi 12,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri Azərbaycan küçəsi 9-cu döngə, ev 55-dən aşkar edilib götürülən narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan sintetik kisədəki, təmiz çəkisi 8270 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 16/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,520 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş 1 ədəd torbada narkotik vasitə olan marixuanaya oxşar kütlə..’’sözlər və imzalar olan qəhvəyi rəngli kağız bağlamadakı, 1 (bir) ədəd sintetik torbada təmiz çəkisi 365 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 mart 2021-ci il tarixli, 16/154 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə.” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə, MEM-ə məxsus kağız paketin içərisində olan, üzərində “Vət.Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş 1 ədəd torbada narkotik vasitə olan marixuanaya oxşar kütlə..” sözlər və imzalar olan qəhvəyi rəngli kağız bağlamadakı marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2021-ci il tarixli, 9/3295 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Acer” markalı “Aspire 3” model, core İ3, 2.1 GHz, 4 GB DDR4, 1000 GB HDD xüsusiyyətli qırmızı rəngli notebookun adaptoru ilə birlikdə istifadəsində olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti, təxminən 600 manat, 1 ədəd qara rəngli istifadədə olmuş notebooka məxsus çanta isə 10 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 05 fevral 2021-ci il tarixli, 3/39; 3/40 nömrəli rəyinə görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla “İJKB” modelli, patronluğunun uzunluğu 70 mm olan, zavod üsulu ilə istehsal edilmiş, lüləaltı yatağı və rəqəmləri olan zavod işarələri silinmiş, yalnız silahın ayırıcısı üzərində “...126” rəqəmləri olan hamarlüləli (yivsiz) təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patronlardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş tüfəng kəsiyindən atəş (atəşlər) açılmışdır. Lakin müvafiq metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" QSC-nin İnfraslruktur Departamentinin 6 nömrəli X15 alınmış 11,08.2020-ci il tarixli, 356 nömrəli məktubdan görünür ki, 1 ədəd D-65 tipli yarım-yararlı rels altlığının qiyməti 7.01 manat, 53 ədəd yarım-yararlı yol mıxının qiyməti 12.54 manat, 50 ədəd yarım-yararlı sıxac boltunun qiyməti 42.42 manat, 40 ədəd yarım-yararlı PK tipli klemmanm qiyməti 48.37 manat, ümumilikdə isə 110.34 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müstəqil məhkəmə ekspertizasının 11 avqust 2020-ci il tarixli, 285 nömrəli rəyinə görünür ki, 01 ədəd “D-65” tipli yarım yararlı rels altlığı 7,01 manat, 53 ədəd yarım yararlı yol mıxının 01 ədədi 0,23 manat, 50 ədəd yarım yararlı sıxac boltunun 01 ədədi 0,84 manat, 40 ədəd yarım yararlı “PK” tipli klemanın 01 ədədi 1,21 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2020-ci il tarixli 9/3836 nömrəli rəyinə görünür ki, 01 ədəd “D-65” tipli yarım yararlı rels altlığı 7,01 manat, 53 ədəd yarım yararlı yol mıxı 12,54 manat, 50 ədəd yarım yararlı sıxac boltu 42,42 manat, 40 ədəd yarım yararlı “PK” tipli klema 48,37 manatdır. Həmin məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110,34 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli X15 alınmış xx.xx.2020-ci il tarixli, 390 nömrəli məktubdan görünür ki, 1 ədəd konturun qiyməti 75 manat, 6 ədəd yoldəyişən başmağın qiyməti 30 manat, 9 ədəd muftanın qiyməti 9 manat, ümumilikdə isə 114 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müstəqil məhkəmə ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 23 nömrəli rəyinə görünür ki, 04 dekabr 2020-ci il tarixli ekspertiza təyini haqqında qərarda qeyd olunan avadanlıqların "xxxx" QSC-nin 6 nömrəli X19 01 dekabr 2020-ci il tarixli arayış məlumatlarına əsasən hazırkı vəziyyətdə 2020ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 114,00 manat müəyyən edilmişdir. Həmin avadanlıqların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2021-ci il tarixli 9/906 nömrəli rəyinə görünür ki, 01 ədəd 2019-cu ilin noyabr ayından istifadə edilən “Samsung Galaxy A10” markalı mobil telefon 160,00 manat, 01 ədəd 2020-ci ilin mart ayından istifadə edilən “Samsung Galaxy A20S” markalı mobil telefon 230,00 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 9/8331 nömrəli rəyinə görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 583 əyyar, 4 qram çəkidə gül formalı qızıl sırğanın 1 qramının qiyməti 70 manat olmaqla, 4 qramı ümumilikdə 280 manat, 1 top çoxtelli olmaqla mis materialdan olan, 2x1.5 ölçüdə, 70 metr uzunluğunda elektirik naqilinin 1 metri 0,70 manat olmaqla, 70 metri ümumilikdə 49 manat, 1 kiloqramlıq Rusiya istehsalı və üzərində “hinduşka” şəkli olan “servelat” kolbasasının 01 kq-ı 20 manat, olmaqla ümumilikdə 20 manat, 0,5 kq “snikers” markalı şokoladın 1 bağlamasının qiyməti 7 manat olmaqla ümumilikdə 7 manat, 0,5 kq “mars” şokoladının 1 bağlamasının qiyməti 7 manat olmaqla ümumilikdə 7 manat, həmin malların dəyəri 2021 -ci ilin fevral ayına olan nəzəri orta bazar qiyməti ilə müəyyən edilmiş və malların ümumi dəyəri 363 manatdır. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Marcus” markalı, istifadə edilməmiş, işlək vəziyyətdə olan su motorunun qiyməti 30 manat, 1 ədəd TP LİNK markalı istifadə edilməmiş, işlək vəziyyətdə WİFİ aparatının qiyməti 20 manat, 1 ədəd “Tac” markalı istifadə edilməmiş, tək nəfərlik yun ədyalın qiyməti 20 manat, 1 ədəd ağ rəngli, toxunmalı, istifadə edilməmiş “Qalaksi” markalı, iki nəfərlik yataq dəstinin qiyməti 30 manat, 1 ədəd ağ rəngli, güllü, “Qalaksi” markalı, istifadə edilməmiş yataq dəstinin qiyməti 25 manat, 1 ədəd iki nəfərlik “Qalaksi” markalı, istifadə edilməmiş, qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan sintetik materiallı ədyalın (pakrıval) qiyməti 20 manat, həmin malların dəyəri 2021-ci ilin fevral ayına olan nəzəri orta bazar qiyməti ilə müəyyən edilmiş və malların ümumi dəyəri 145 manatdır. Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd təzə, işlənməmiş, Fantom Cc-3500 markalı tozsoranın qiyməti 120 manat, 1 ədəd 109 diaqonallı “Vetsa” markalı, istifadə olunmamış, LCD markalı televizoru qiyməti 450 manat, üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan, istifadə olunmamış 1 ədəd ədyalın qiyməti 50 manat, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı və 1 ədəd gül qabından ibarət istifadə edilməmiş, “Karaca” markalı büllur dəstiin qiyməti 200 manat, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan “Karaca” markalı, istifadə edilməmiş büllur dəstin qiyməti 150 manat, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan “Karaca” markalı, istifadə edilməmiş sadə dəstin qiyməti 150 manat, “Karaca” markalı, badam formalı, üzərində sadə qaşları olan istifadə edilməmiş, 6 ədəd şərab piyaləsindən ibarət büllur dəstin qiyməti 80 manat, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət “Qalaksi” markalı, istifadə olunmamış dəsmal dəstinin qiyməti 25 manat, həmin malların dəyəri 2021-ci ilin yanvar ayına olan nəzəri orta bazar qiyməti ilə müəyyən edilmiş və malların ümumi dəyəri 1225 manatdır. Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd işlənmiş “Rado” markalı kişi qol saatının qiyməti müəyyən edilməmiş, 1 ədəd işlənmiş “Casio” markalı kişi qol saatının qiyməti müəyyən edilməmiş, 1 ədəd işlənmiş “Marcos” marakalı su mühərrikinin qiyməti 30 manat, 1 ədəd “Artel” markalı 109 diaqonallı, işlənməmiş televizorun qiyməti 450 manat, həmin malların dəyəri 2021-ci ilin yanvar ayına olan nəzəri orta bazar qiyməti ilə müəyyən edilmiş və ilk üçündən başqa digər malların ümumi dəyəri 480 manatdır. Zərərçəkmiş şəxs5 məxsus 4x4 ölçüdə və mis materialdan olan 50 metr uzunluğunda elektrik naqillərinin 2021-ci ilin yanvar ayına olan nəzəri orta bazar qiyməti 1 metri 2 manat olmaqla ümumilikdə 100 manat, 28 ədəd elektrik yuvalarının qiyməti isə müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd “Aqidel” markalı su motorunun qiyməti 40 manat, 2x4 ölçüdə olmaqla 30 metr uzunluğunda mis elektirik naqillərinin ümumi qiyməti 30 manat, həmin malların 2020-ci ilin dekabr ayına olan nəzəri orta bazar qiyməti ümumilikdə 70 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd “LG” markalı, 88 diaqonallı plazma televizorun 2020-ci ilin oktyabr ayına olan nəzəri orta bazar qiyməti 180 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X5 məxsus içərisində 2,5 mm-lik 100 metr uzunluğunda mis naqil olan 4 qutu elektirik naqilinin 1 metri 0,50 manat olmaqla ümumilikdə 200 manat, içərisində 1,5 mm-lik 100 metr uzunluğunda mis naqil olan 1 qutu elektirik naqilinin 1 metri 0,10 manat olmaqla, ümumilikdə 10 manat, içərisində 4 mm- lik 100 metr uzunluğunda mis naqil olan 1 qutu elektirik naqilinin hər biri 0,80 manat olmaqla, ümumilikdə 80 manat, içərisində 100 metr uzunluğunda mis naqil olan 1 qutu antenn naqilinin hər biri 0,50 manat olmaqla, ümumilikdə 50 manat, həmin malların dəyəri 2021-ci ilin mart ayına olan nəzəri orta bazar qiyməti ilə müəyyən edilmiş və malların ümumi dəyəri 340 manatdır. Analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ayrı-ayrı tarixlərə olan orta bazar qiymətləri yuxarıdakı şəkildə göstərilmişdir. Qiymətləndirilməyən mallar haqqında ətraflı məlumat (markası, modeli və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 16/60 nömrəli rəyinə görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündəki qara rəngli kağız bükümdə təmiz çəkisi 1,572 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasiə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs2 təqdim etdiyi yarım tikili evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki. 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkii 103,630 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertzasmın 14 yanvar 2022-ci il tarixli 65 nömrəli rəyinə görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində heç bir xəsarət yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1432 nömrəli rəyinə görünür ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş məhkəmə- narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 492 nömrəli rəyinə görünür ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhktımluğu olmamış, Təqsirləndirilən şəxs2 isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona narkotik vasitələr ilə bağlı epizod üzrə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək tutularkən ağzının skoçlandığını, qolunun isə sındırıldığını iddia etmişdir. Onun sözlərinə görə, məhkəmə zamanı izahatı alınmamış, lakin həm məhkəmədə, həm də müvəqqəti saxlama yerində aldığı xəsarətlər barədə məlumat vermişdir. Lakin xx.xx.2022-ci il tarixli 4(043)-8/2022 saylı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarından da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, ona hər hansı bir təzyiq və təsirin olduğunu deməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2da ona narkotik vasitələr ilə bağlı epizod üzrə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək tutularkən fiziki təzyiqə məruz qaldığını və bu barədə şikayət etdiyini, nəticədə prokurorluq orqanları tərəfindən izahatının alındığını qeyd etmişdir. Lakin məhkəmə-tibb ekspertzasının 14 yanvar 2022-ci il tarixli 65 nömrəli rəyinə görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində heç bir xəsarət yoxdur. Hətta məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli 1 nömrəli Plenum Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Eləcə də, həmin Qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Silahın hazırlanmasına görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 229-cu maddəsi qanunvericilik texnikası və məntiqi nöqteyi-nəzərdən daha aydın yazılmışdır. Həmin maddə «Qanunsuz olaraq silah hazırlama» adlanır və bu maddədə həm odlu, həm də soyuq silahın hazırlanmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması heç bir anlaşılmamazlıq yaratmır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin bəzi normalarında odlu silahla bağlı qadağan olunmuş bir neçə əməllər müəyyən edilir (CM-in 228-232-ci maddələri). Bu maddələrdə nəzərdə tutulmuş «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. Odlu silahın anlayışı, həmçinin Azərbaycan Respublikasının milli qanunvericiliyində də öz əksini tapmışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. Lakin, sözügedən normada əksini tapmış “yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla” müddəası “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 3-cü bəndi ilə mülki silah kateqoriyasına aid edilmiş bu növ silahı cinayət qanununun həmin maddəsinin dairəsindən kənarda qoyur. CM-in 228.1-ci maddəsinin mənasına görə yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı cinayətin predmeti olmadığına görə, həmin silahın komplekt hissələri də cinayət məsuliyyətini təşkil edə bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən Narkotik vasitələrin və psixatrop maddələrinmiqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram, qurudulmuş marixuanaya münasibətdə isə 500 qramm göstərilmişdir. Belə ki, “Narkotik vasitələrin, narkotik vasitələrlərin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən narkotik vasitələrlər - BMT-nin 1971-ci il tarixli “Narkotik vasitələrlər haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixatrop maddələrinqanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən Narkotik vasitələrin və psixatrop maddələrinqanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla Narkotik vasitələrin və psixatrop maddələrinşəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və narkotik vasitələrlər olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, narkotik vasitələrlərin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, narkotik vasitələrlərin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən Narkotik vasitələrin və psixatrop maddələrinqanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan Narkotik vasitələrin və psixatrop maddələrinöz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, narkotik vasitələrlərin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrlərə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, narkotik vasitələrlərin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, narkotik vasitələrlərə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (narkotik vasitələrnin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, narkotik vasitələrlərin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində Narkotik vasitələrin və psixatrop maddələrinqanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və narkotik vasitələrləri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya narkotik vasitələrləri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya narkotik vasitələrləri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixatrop maddələrinqanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya narkotik vasitələrnin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya narkotik vasitələrlər, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, narkotik vasitələrlərin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələrləri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış narkotik vasitə heroinin yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına, 2 müxtəlif növdə olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə və narkotik vasitələrni satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, X8 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiaları öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi üzərindən aşkar edilmiş narkotik vasitələr ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatları ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrnin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, narkotik vasitələrlərin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, narkotik vasitələrlərin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrlərə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən Narkotik vasitələrin və psixatrop maddələrinmiqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsində əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmişlərin bir qismi ilə barışsa da bütün zərərçəkmişlərlə barışıq əldə edə bilməmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci bəndi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi maddəsinin tələbinə düşmür. Belə ki, sözügedən maddə tələb edir ki, verilmiş ittiham üzrə zərərçəkmişlərlə barışıq əldə edilsin, lakin zərərçəkmişlərin hər biri ilə barışıq əldə edə bilməmişdir. Belə olan halda bütün zərərçəkmiş şəxslərlə olmasa da bir neçəsi ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmişlərin bir qismi ilə barışsa da bütün zərərçəkmişlərlə barışıq əldə edə bilməmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci bəndi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi maddəsinin tələbinə düşmür. Belə ki, sözügedən maddə tələb edir ki, verilmiş ittiham üzrə zərərçəkmişlərlə barışıq əldə edilsin, lakin zərərçəkmişlərin hər biri ilə barışıq əldə edə bilməmişdir. Belə olan halda bütün zərərçəkmiş şəxslərlə olmasa da bir neçəsi ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs1 məhktımluğu olmamış, Təqsirləndirilən şəxs2 isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oglu onlara təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 06 (altı) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 384 (üç yüz səkksən dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 394 (üç yüz doxsan dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 74 (yetmiş dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 504 (beş yüz dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 557.6 (beş yüz əlli yeddi manat altmış qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq ünvan 8 ünvanında yerləşən Gəncə stansiyasında XPŞ-nin saxlama anbarında saxlanılan 1 ədəd “D-65” tipli rels altlığı, 53 ədəd yol mıxı, 50 ədəd sıxac boltu, 40 ədəd “PK” tipli klema sahibi "xxxx" QSC-yə qaytarılmalı, Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd ov tüfəngi və onun lüləsinin eləcə də qundağının kəsikləri, Daxili İşlər Nazirliyin Silah Anbarına, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0.42 və 364.9 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 12.59 və 8269.95 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1.522 və 103.580 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zamanı və yaşadığı evə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD disk, içərisində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman və yaşadığı evin yaxınlığındakı yarımtikiliyə baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “ACER” markalı dizüstü kompyuter zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş məhkəmə- narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 492 nömrəli rəyinə görünür ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1432 nömrəli rəyinə görünür ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata götürülməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 1 (bir) il müddətə, Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi həbsdə saxlandığı 6 (altı) gün çıxılsın, üzərində qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 24 (iyirmi dörd) müddətə cəza saxlansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi həbsdə saxlandığı 6 (altı) gün çıxılsın, üzərində qəti olaraq 08 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətə cəza saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsinlər və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 384 (üç yüz səkksən dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 394 (üç yüz doxsan dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 74 (yetmiş dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 504 (beş yüz dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 384 (üç yüz səkksən dörd) manat pul, Müdafiəçi3 üçün 394 (üç yüz doxsan dörd) manat pul, Müdafiəçi1 üçün 504 (beş yüz dörd) manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 557.6 (beş yüz əlli yeddi manat altmış qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq ünvan 8 ünvanında yerləşən Gəncə stansiyasında XPŞ-nin saxlama anbarında saxlanılan 1 ədəd “D-65” tipli rels altlığı, 53 ədəd yol mıxı, 50 ədəd sıxac boltu, 40 ədəd “PK” tipli klema sahibi "xxxx" QSC-yə qaytarılsın, Gəncə şəhər BPİnin saxlanc anbarına təhvil verilmiş 01 ədəd ov tüfəngi və onun lüləsinin eləcə də qundağının kəsikləri, Daxili İşlər Nazirliyin Silah Anbarına, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0.42 və 364.9 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 12.59 və 8269.95 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1.522 və 103.580 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zamanı və yaşadığı evə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD disk, içərisində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman və yaşadığı evin yaxınlığındakı yarımtikiliyə baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “ACER” markalı dizüstü kompyuter zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar