Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2020 24.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X46 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X23 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisiGəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə X4 şəhərində olan zaman həmkəndlisi Şahid6 ona digər həmkəndliləri X13 qardaşı İsanın arvadı X6 həmkəndliləri Şahid8 ilə əlaqəsi olması barədə söhbətlər aparmasını bildirdiyi üçün o, Faiq İsgəndərli ilə “whatsapp” proqramı vasitəsi ilə həmin mövzuda əvvəl yazışıb, daha sonra isə danışaraq mübahisə edib bir-birlərini qarşılıqlı söyüb təhqir etdikdən sonra, qəsəbəyə gələcəyini, bu söhbəti üzbəüz aydınlaşdıracağını bildirib, Faiq İsgəndərlidən qisas almaq və onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə, oradan isə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gəlib həmin gecə Faiq İsgəndərli ilə görüşüb niyyətini həyata keçirmək məqsədi ilə ona bir neçə dəfə telefonla zəng edib, mesaj yazsa da, sonuncu ona cavab vermədiyi üçün görüşə bilməmiş, bundan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını götürüb cibinə qoyaraq saat 12 radələrində Faiq İsgəndərli ilə telefon əlaqəsi saxlayıb sonuncunun Qızılhacılı qəsəbəsinin mərkəzində yerləşən “Lələnin çayçısı” adlanan yerdə olması barədə məlumat alıb idarə etdiyi, özünə məxsus “VAZ 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə getmiş, Faiq İsgəndərlinin ümumi dostları Elşad Adıgözəlovla yolun kənarında durduğunu görüb avtomaşını onların yanında saxlayaraq başı ilə Faiq İsgəndərliyə qabaq oturacaqda oturmasını işarə etmiş, Elşad Adıgözəlov da avtomobilə minmək istəyərkən o, Faiqlə söhbətləri olmasını bildirib buna imkan verməyib, avtomobili qəsəbənin Xanqərvənd kəndi istiqamətində idarə edib yolun sağ tərəfində yerləşən əkin sahəsinin yanında saxlamış, orada hər ikisi avtomobildən düşmüş və o, sonuncuya qardaşı İsanın arvadı Pərvinin həmkəndliləri Şəhriyarla münasibətinin olması barədə danışdıqlarının haradan eşitdiyini, bəlkə doğru dediyini soruşmuş, sonuncu ona əvvəl belə bir söz demədiyini, sonra isə söhbətin davamında bəlkə də dediyini, nə üçün bu əhəmiyyətsiz sözün dalına düşdüyünü, deyibsə də artıq üzr istədiyini etinasız olaraq bildirdikdə şəxsi münasibətlər zəmində mübahisə edib dalaşaraq Faiq İsgəndərlini əvvəl sifət və baş nahiyələrindən yumruqla vurub sonuncuya sağ gözün üst qapağının qançırı, sağ göz altı nahiyəsinin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Faiq İsgəndərli müdafiə məqsədi ilə gödəkcəsinin sol içəri cibindən mətbəx bıçağını çıxardıqda isə, sol əli ilə həmin bıçağın tiyə hissəsindən tutub bıçağın tiyəsini dartaraq dəstəyindən ayırıb kənara atmış və onu qəsdən öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib şalvarının arxa sağ cibindən əvvəlcədən özü ilə götürdüyü bıçağı çıxardıb Faiq İsgəndərlinin ürək nahiyyəsindən qəsdən vuraraq döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlığı, kəskin daxili qanitirmə ilə nəticələnən, törədilmə anında həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasınada özünü təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ilə qədər mütəmadi olaraq Qızılhacılı qəsəbəsində yaşamışdır. X2 uzun müddətdir ki, X7 şəhərində bazarda fərdi sahibkarlıqla məşğuldur. Qızılhacılı qəsəbəsində anası Xasməmmədova Könül Cəbi qızı, qardaşı Şahid5 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayırmış. 2015-ci ildə atasının yanına X7 şəhərinə gedib. Orada kirayədə tək yaşayıb, atasının meyvə-tərəvəz dükanında satıcı işləmişdir. Arada bir Goranboy rayonuna ailə üzvlərinə baş çəkməyə gəlirmiş. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının sonlarında taksi ilə X8 rayonuna gəlib və yeni ili ailəsi ilə birlikdə qeyd edib, xx xxxxxx 2020-ci il tarixdə yenidən stavropol şəhərinə qayıtmışdır. Təxminən 5 gün bundan əvvəl Stavropol şəhərində universitetdə qiyabi oxuyan və sessiya imtahanlarına gələndə onun yanında qalan həmkəndlisi Şahid6 ona deyib ki, “Faiq kəntdə ağzına gələni danışıb, deyib ki, güya qardaşın İsanın yoldaşının həmkəndlimiz Şəhriyarnan əlaqəsi var. Faiq bu sözü Ümidə deyib, o da kəndçimiz Şahid9, Pərvizdə söhbəti aydınlaşdırmaq üçün Şəhriyarnan Faiqi çağırıb, Şəhriyar orada Faiqə bunu haradan eşitdiyini soruşub, Faiq isə elə söz işlətmədiyini deyib, orada Faiq və Şəhriyar mübahisə edib ayrılıblar. Mən də bu söhbəti bilmirəm kimnənsə eşitmişəm”. Həmin vaxtı o, Faiqə zəng edib və ona deyib ki, “Sən qardaşımın arvadı haqqında söz demisən, bu nə məsələdi?”. Faiq ilk öncə bu söhbəti demədiyini, onu telefonda sıxışdırdıqdan sonra isə həmin vaxtı sərxoş olduğunu, bir səhv etdiyini demiş və onu bağışlamağını xahiş etmişdir. O, Faiqə bu söhbətin telefon söhbəti olmadığını, kəndə gələcəyini, həmin vaxt üzbəüz söhbət edəcəklərini bildirmişdir. O, həmin vaxt Faiqi cəzalandırmaq fikrinə düşərək, onun qulağını kəsmək qərarına gəlmişdir. Həmin günün səhəri o, taksi ilə Goranboy rayonuna gəlmək istəmiş, lakin həmin vaxtı qar yağdığına görə Vladikavkaz tərəfdə yollar bağlı olduğunu bilmişdir. Daha sonra Minvoddan Bakıya təyyarə bileti almaq istəmiş, lakin tapa bilməmişdir. Sonra xx xxxxxx 2020-ci il tarixdə Minvod-Bakı təyyarə reysinə həmin günə saat 17:40-a bilet tapıb almışdır. O, həmin gün 20 radələrində Bakı şəhərinə çatmış və taksi ilə Goranboy rayonuna gəlmışdır. Yolda gələrkən Faiqin qardaşı Vüsal ona mesaj yazaraq qardaşı Faiqlə işi olmamasını, bir səhv etdiyini bildirmişdir. O, gecə saat 01 radələrində Goran qəsəbəsinə çatanda dostu Ümidə zəng edərək, “Gorana çatıram, gəl məni götür” sözlərini demişdir. Ümid də qardaşı İsa ilə birlikdə gəlib onu Goran qəsəbəsindən götürüb evə aparmışlar. O, yolda gedərkən Ümidlə qardaşına “Faiq düz hərəkət etməyib, mən onunla söhbət edəcəm” demişdir. Yolda qardaşı İsa və dostu Ümid də ona “ Artıq bu söhbət bağlanıb, Faiq gəlib İsadan üzr istəyib, sən bu söhbəti yenidən açma” demişlər. Gecə vaxtı Faiqgilin küçəsi tərəfə gedib, qardaşı İsanın telefonundan və öz telefonundan Faiqə mesaj yazıb ki, görüşsünlər, lakin Faiq ona səhəri günü cavab yazmışdır. Həmin vaxtı qardaşı İsa və Ümid də onunla Faiqgilin küçəsi tərəfə gəlmişlər ki, Faiqlə savaşmasın. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında qardaşı Şahid5 işə getmişdir. O, təxminən saat 10 radələrində oyanıb və saat 11 radələrində əmisi oğlu Orxan Məmmədova zəng edib demişdir ki, “Gedək maşınımı qardaşımdan götürək, işim var”. Orxandan qabaq Faiqə zəng edib onun mağazalarının yanında dayandığını öyrənmişdir. Əmisi oğlu Orxan gəlib onu evdən götürmüş və maşınının yanına düşürmüş, həmin vaxt Orxan Məmmədov ona “maman gil gəlir onlarıda götür” demiş, o, isə “elə onları götürməyə gedirdim” demişdir. Anasıgili evə düşürdükdən sonra yenidən Faiqin harada olduğunu öyrənmək üçün ona zəng etmiş, o “Lələnin” çayçısının yanında olduğunu bildirmişdir. Həmin yerə çatana qədər Faiqin Pötüş ləqəbli Elşadla çayxana tərəfdən yolun qırağı ilə piyada gəldiyini görmüşdür. Avtomobili onların yanında saxlayıb və Faiqə başı ilə işarə edərək qabaq oturacağa oturmasını göstərmişdir. Həmin vaxtı Elşad arxa qapını açıb oturmaq istəyərkən o, maşından düşüb Elşadla görüşüb və ona işi olduğunu, birazdan gələcəyini bildirmişdir. Faiq oturduqdan sonra avtomobili Qızılhacılı qəsəbəsindən Xanqərvənd kəndi istiqamətində hərəkət etdirmişdir. Yolda gedərkən o, danışmamış, Faiq isə “Niyə danışmırsan?” demiş, o isə cavabında “Çataq danışarıq” demişdir. Xanqərvənd kəndi istiqamətində hərəkətdə olarkən Qızılhacılı qəsəbəsinin ərazisində yolun qırağında, sağ hissədə su arxı və həmin arxın üstündə olan sarı-ağ rəngli betondan sonra sağ tərəfdə əkin sahəsinin yanı tərəfə dönmüşdür. Ora dönməyinin səbəbi su arxının üstündə sarı rəngli uzun qamışlıqların olması və həmin ərazinin yol tərəfdən görünməməsi, orada Faiqlə onun rahat söhbət edə biləcəyini fikirləşməyi olmuşdur. Həmin yerə dönüb avtomobilin arxasını yola tərəf saxlamış, əvvəlcədən qara dublyonkasını soyunub arxaya atmışdır ki, rahat hərəkət etsin. Avtomobili saxladıqdan sonra Faiqə düşməsini bildirmiş və hər ikisi eyni vaxtda düşüb avtomobilin ön hissəsinə 2 metr məsafədə dayanmışlar. Faiqə “Ayıb deyilmi, bu nə söhbətdi etmisən, bəlkə düz deyirsən, hardan öyrənmisən qardaşım İsanın arvadının Şəhriyarla münasibətinin olduğunu” demişdir. Faiq isə yenə danmağa başlayaraq “Mən elə söz danışmamışam” demiş, o, isə “Eləmədiyin şeyə görə o gün niyə telefonda üzr istəyirdin?”demişdir. Faiq “Bəlkədə demişəm, bu nə söhbətdi ki, bir dənə sözün dalına düşmüsən, sözdü də, hə demişəm üzr istəyirəm, qardaşından da üzr istəmişəm söhbət bağlanıb, söhbətdə münasibət məsələsi deyil, Şəhriyarın İsanın arvadına patxod etmək məsələsidi” demiş və o, bu sözdən daha da əsəbləşərək həmin vaxtı ya bir ya da iki dəfə Faiqin sifət nahiyyəsinə yumruq vurmuşdur. Həmin vaxtı Faiq yerə yıxılmasa da arxa-arxaya getmiş, Faiq sağ əlini kurtkasının sol iç cibinə salaraq dəstəyi ağ rəngli plastmasdan olan, dəstəyinin üzərində rəngləri olan, lakin həmin vaxtı hansı rənglərin olmasının fikir vermədiyi bıçaq çıxardaraq onun üstünə cummuş, o, Faiqin sağ əlində olan bıçağın tiyəsindən tutmuş, həmin vaxtı bıçaq onun burnunun üstünə və sol əlinə xəsarət yetirmiş və onlar süpürləşmişlər. Faiqin bıçağının tiyəsi onun əlində qalmış, həmin vaxtı evdən götürdüyü qatlanan, dəstəyi aliminium rəng olan, həmçinin dəstəyində timsah təsviri olan bıçağı arxa sağ cibindən sağ əli ilə çıxararaq, Faiqin sinə nahiyəsinə öz bıçağı ilə bir dəfə vurmuş, Faiqin əlindən aldığı bıçaq dəstəyininin tiyəsini arx tərəfə atmış, Faiqin əlindəki bıçaq dəstəyinin isə hara düşdüyünü bilməmiş, Faiq isə səndələyərək yerə yıxılmışdır. Bıçağı yenidən qatlayıb cibinə qoyaraq, oradan getmək istəmiş, lakin Faiqin çırpınaraq xırıldadığını görüb və ona yazığı gəldiyindən dostu Saməddinə zəng edib əmisi oğlu Orxanın yanında olub-olmadığını soruşmuş, orada olduğu təqdirdə dəstəyi Orxana verməsini bildirmişdir. Saməddin dəstəyi Orxana vermiş, o, Orxana “Faiqi mundar eləmişəm. Gəlin bunu xəstəxanaya aparın, Xanqərvənd yolunun üstündəyəm” demişdir. Təxminən 2-3 dəqiqədən sonra yenidən Saməddinə zəng edərək ki, harda olduqlarını maraqlanmış, Saməddin nə baş verdiyini soruşmuş, o isə cavab “bunun ağzını “belə-belə eləmişəm”, tez gəlin xəstəxanaya aparın” demişdir. Təxminən 2- 3 dəqiqə sonra Orxan, Saməddin, Ümid və Elşad gəlib Faiqi Orxanın avtomobilinə mindirib aparmışlar. Saməddin onun avtomobilinə minib Qızılhacılıda düşmüşdür. O, Saməddinə Faiqi bıçaqla vurduğunu deməmiş, sadəcə dalaşdıqlarını demişdir. O, isə oradan öz avtomobili ilə Gəncə şəhərində yaşayan bibisi Sünbülgilə gedib, əlində qan olduğundan bibisinə “Maşın düzəldəndə əlimi kəsməsini, sarımasını” demişdir. Bibisi əlini sarıdıqdan sonra avtomobili ilə Gəncə şəhərində tanımadığı küçələrin birində maşını saxlayıb piyada gəzməyə başlamış, daha sonra tanımadığı polis əməkdaşı onunla əlaqə saxlayaraq şöbəyə gəlməyini, təslim olmağını bildirmiş, o isə Gəncədə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhərindən gətirmişlər. Faiq İsgəndərlini qəsdən öldürmüşdür, öldürmə səbəbi də yuxarıda qeyd etdiyi kimi, ailəsi haqqında artıq-əksik danışması olmuşdur. Faiq İsgəndərlini evdən götürdüyü, qatlanıb açılan, aliminium rəngli, üzərində timsah təsviri olan bıçaqla öldürmüş, həmin bıçağı avtomobili ilə Gəncəyə gedərkən Goran qəsəbəsində təxminən mebel mağazalarının qurtardığı yerdə avtomobilini idarə edə-edə pəncərədən yola atmış, güzgüdən də baxarkən bıçağın yolun ortasına düşdüyünü görmüşdür. Faiq İsgəndərliyə cəmi 1 bıçaq zərbəsini onun döş qəfəsinə vurmuşdur. Bıçağı da ona görə atmış ki, birdən yolda polislər saxlasalar üzərində bıçaq olmasın. Faiq İsgəndərlini öldürərkən yanlarında heç kim olmamışdır. İlk öncə bu söhbəti eşidərkən Faiq İsgəndərlini cəzalandırıb qulağını kəsmək qərarına gəlmiş, daha sonra xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində hadisə yerində Faiqlə mübahisə edərkən Faiqin onunla daha da etinasız danışaraq, ona “bu nə söhbətdiki, bir sözün dalına düşmüsən” deməsi, həmçinin ona bıçaq çıxarması səbəbindən Faiqi öldürmək qərarına gəlmişdir. Faiq onun üstünə bıçaqla cumarkən Faiqin bıçağını tutmuş, həmin vaxtı bıçaq əlini kəsmiş, bıçağın uc hissəsi, yəni kəsici hissəsi dəstəydən ayrılaraq onun əlində qalmış və arx tərəfə atmışdır. Bıçağı xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı evdən çıxıb Faiqlə görüşməyə getmək istəyərkən cibinə qoymuşdur. Adətən həmişə üstündə bıçaq gəzdirən olmuş, həmin gün götürəndə də Faiqlə söhbətə getdiyi üçün hər ehtimala qarşı cibinə qoymuşdur. Bıçağı Qızılhacılı qəsəbəsində, yaşadığı evdən götürmüşdür. Faiqə bıçaqla vurmamışdan qabaq Faiqin ona çıxartdığı bıçağın tiyəsindən tutmuş, həmin vaxtı bıçağın tiyəsi yerindən çıxmış, həmin tiyə sol əlində ola-ola sağ əli ilə şalvarının arxa sağ cibindən qatlanan bıçağı çıxarıb Faiqin sinə nahiyəsindən vurmuşdur. Faiq İsgəndərli ilə süpürləşərkən şalvarının sağ arxa cibində ona məxsus bıçağı qapalı vəziyyətdə olmuşdur. Sol əli Faiqin bıçağının kəsici tərəfindən tutduğu vaxt sağ əli ilə şalvarının sağ arxa cibindən bıçağı götürüb tək əli ilə açaraq Faiqin sinə nahiyyəsinə vurmuş, həmin vaxtı həyəcanlı olduğu üçün nə etdiyini bilməmiş və tam ətraflı yadında qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq, Faiq İsgəndərlini öldürmək niyyətinin olmamasını, aralarında olan mübahisəni aydınlaşdırmaq üçün onunla görüşdüyünü, bıçaqla zərərçəkmiş şəxsin sinə nahiyəsinə öldürmək məqsədi ilə deyil, cəzalandırmaq üçün bir dəfə vuraraq ona xəsarət yetirdiyini, hadisə vaxtı zərərçəkmiş şəxsdən bıçağı alarkən əlindən xəsarət alması səbəbindən zərərçəkmiş şəxsi özünün tək qaldıra bilmə imkanından məhrum olduğunu bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, X42 onun oğludur. Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun ailəsini həmkəndli kimi tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamış, oğlu Faiqin də onlarla heç bir ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində evdə olarkən qardaşı oğlu Sənan ona zəng edərək Ələddinin oğlu Kamranın Rusiyadan gələcəyini Faiqi evdən çıxmağa qoymamasını bildirdi. O, Faiqdən Kamranla nə mübahisənin olduğunu soruşmuş Faiq isə ona Ümidin onun adına söz çıxardaraq guya İsanın yoldaşının gəzdiyini demişdir. Həmin vaxt oğlu Faiq “Qurana” and içərək belə söz demədiyini, həmin sözü Ümidin çıxardığını və qorxusundan boynundan atdığını demişdir. O, Faiqi danlayıb, heç kimlə işi olmamasını, səhər gedib özünün bu məsələni aydınlaşdıracağını demişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs qardaşı İsanın meyvə-tərəvəz dükanına getmiş, Ümidi və Ümidin atası Zabili də oraya çağırmışdır. Ümiddən bunun nə məsələ olduğunu soruşmuş, Ümid ona konkret olaraq bir söz deməsə də “əmi bağışla, bilmirəm mən demişəm, ya Faiq deyib, söhbət bağlanıb gedib” demişdir. O, Ümidə inanmayıb, İsanı yanına çağırmış, İsa da ona bu söhbətin bağlandığını Faiqin onun qardaşı olduğunu demişdir. Həmin vaxt o, İsaya lazımdırsa Kamranı çağırmasını, onun bu məsələ barədə Faiqlə söhbət etmək istədiyini, o, söhbətin bağlanmasını istədiyini demişdir. İsa isə ehtiyac olmadığını, Kamranla danışacağını, Kamranın qələt etdiyini demişdir. O, da arxayın çıxıb getmişdir. Həmin günü yas yerində olarkən təxminən saat 12 radələrində qardaşı oğlu Sənan ona zəng edərək, Faiqin bıçaqladığını, xəstəxanaya aparıldığını bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və orada Faiq artıq vəfat etdiyini öyrənmişdir. Daha sonra o, Faiqin Kamran tərəfindən öldürülməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdir ki, X3 ilə dost olmuş, demək olar ki, bütün günü bir yerdə olmuşlar. Təqsirləndirilən şəxs isə doğma əmisi oğludur. Kamran X4 şəhərində yaşamış, Qızılhacılı qəsəbəsindəki evlərinə isə bəzən gəlmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15-16 radələrinə ona “whatsapp” proqramı vasitəsi ilə zəng edərək təyyarəyə bilet aldığını və axşama gələcəyini demişdir. Həmin günü gecə saatlarında o, Kamrana zəng edərək, nə üçün gəlmədiyini soruşmuş, Kamran isə işi çıxdığı üçün gələ bilmədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Kamran səhər saatlarında ona zəng edərək, gecə 4də 5-də gəldiyini və evdə olduğunu demişdir. Daha sonra o, yuyunub öz avtomobili ilə kəndin yoluna çıxmış, konturu olmadığından Kamrana zəng edə bilməmiş və yolun qırağında əmisi oğlu, Kamranın qardaşı İsanın yanına, yəni işlədiyi meyvə-tərəvəz mağazasına getmişdir. X51 soruşmuş, İsa ona kamranın evdə olduğunu demişdir. O, orada olan həmkəndlisi Saməddini götürüb Kamrangilə getmiş, Kamranla görüşmüşlər. Kamran ona maşınının İsanın yanında olduğunu, ona oraya aparmasını və işinin olduğunu demişdir. O, Kamrandan nə işi olduğunu soruşmuş, Kamran “sonra deyərəm” demişdir. O, Kamranı İsanın yanına düşürmüş, Kamran da maşını götürmüşdür. O, həmin vaxtı yolun qırağında Kamranın anası Könülü və Kamranın qardaşı qızı Gülayı görmüş, Kamrana əl edərək, onları da götürməsini demişdir. Kamranda ona “onsuz məktəbə onları götürməyə gedirdim” deyə cavab vermiş və Kamran anası ilə qardaşı qızını götürüb evləri istiqamətinə getmişdir. Orada onun yanında qəsəbə sakini Ümid və Saməddin olmuşdur. O, Ümid və Saməddinlə ət mağazasının qarşısında avtomobilində oturub söhbət edən vaxt həmkəndlisi “pötüş” ləqəbli Elşad da onların yanlarına gəlmiş və Elşad avtomobilə yeni oturan vaxt saat təxminən 12 radələrində Kamran Saməddinə zəng edərək dəstəyi ona verməsini demişdir. O, dəstəyi götürdükdə Kamran ona həyəcanlı vəziyyətdə “Faiqi vurduğunu və gəlmələrini demişdir. O, Kamrandan harada olduğunu soruşduqda Kamran “Qərvənd yolundayam, yolun qırağındayam, gəlin görəcəksiniz” demişdir. O, dərhal avtomobili işə salıb həmin istiqamətə tərəf sürmüş, Ümid, Elşad və Saməddin də onunla gəlmişlər. O, Kamran dediyi istiqamətə getmiş, Naftalan dairəsindən Xanqərvənd kəndi tərəfə sürərək təxminən dairədən 1 km uzaqlaşıb yolun qırağında sağ tərəfdə Kamranı və onun ağ rangli “VAZ 2107” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilini görmüş, Ümid isə maşında “Faiq yerdədir” demişdir. Onlar hadisə baş verdiyi yerə kamran onlara zəng vurmasından təxminən 5 dəqiqə ərzində çatmışlar. Onlar dərhal avtomobildən düşmüş, Kamrandan nə etdiyini soruşduqda, Kamran isə “vurmuşam” demişdir. Faiq həmin vaxt Kamranın avtomobilinin qabaq tərəfində yerdə çırpınırmış. Onunla gedən uşaqlarla köməkləşib Faiqi onun avtomobilinin arxa tərəfinə mindirib Ümid və Elşadla birlikdə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin vaxtı avtomobildə yer olmadığı üçün Saməddin orada qalıb. Faiqin üzündə xəsarət olduğundan ilk əvvəl Kamranın Faiqi döydüyünü zənn etmiş, lakin Faiqin rəngi ağardığından Ümidə “ayə bu döyülməklə bu vəziyyətə düşməz, bax gör başqa harasına vurub”. Ümid Faiqin köynəyini qaldırdıqda ürək tərəfində xəsarət olduğunu, avtomobili sürətlə sürməyini demişdir. Onlar xəstəxanaya çatdıqda Faiqi dərhal reanimasiya şöbəsinə qaldırmışlar və təxminən 10-15 dəqiqə sonra Faiqin öldüyünü demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki,X3 ilə yaxın dost olmuş, həmçinin Kamranla da dostdurlar. Hadisədən 2 gün əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək, 2 gün sonra kəndə gələcəyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat gecə 01 radələrində Qızılhacılı qəsəbəsində yerləşən, atasının icarəyə götürdüyü “Çökək” adlanan yeməkxanada olarkən Kamran ona zəng edərək Gorana çatdığını, onu gəlib götürməsini demişdir. O, da özünə məxsus ağ rəngli “VAZ 21011” markalı avtomobili ilə Kamranın qardaşı İsanı götürüb Gorana getmiş, Goranda Kamranı qarşılayaraq onu evlərinə gətirmişdir. Yolda gələrkən Kamran Faiqin düz hərəkət etmədiyini, onun etdiyinin kişilikdən olmadığını demişdir. Kamranın bu sözləri deməsinə səbəb Faiqin təxminən 5-6 ay bundan əvvəl ona Kamranın qardaşı İsanın arvadına Şəhriyarın “patxod” etdiyini deməsi olmuşdur. İsa isə yolda gələrkən Kamrana bu söhbətin bağlandığını, Faiqin ondan üzr istədiyini, barışdıqlarını, bu söhbəti bağlamasını demişdir. Daha sonra gecə saatlarında Kamran Faiqə zəng etmiş, lakin Faiq cavab verməmişdir. Kamran İsanın telefonunu alıb Faiqə mesaj yazmış, daha sonra öz telefonundan mesaj yazmış, Faiq həmin mesajlara da cavab yazmamışdır. Kamran Faiqlə görüşərək ona söz deyəcəyini bildirdiyindən İsa ilə o, da Kamranın Faiqlə dalaşmaması üçün onunla birlikdə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində o, Orxan Məmmədov və Şahid3 soyuq olduğundan qəssab mağazalarının qarşısında Orxanın avtomobilində oturub söhbət edərkən Qızılhacılı qəsəbə sakini “pötüş” ləqəbli Elşad da gəlib Orxanın avtomobilində oturmuş və bu zaman Saməddinin telefonuna zəng gəlmiş, zəng edən Kamran olduğundan, Saməddin telefonu Orxana verərək, “Kamran səni istəyir” demişdir. Orxan telefonda Kamranın harada olduğunu soruşmuş və avtomobili işə salıb Xanqərvənd istiqamətində sürmüşdür. Orxan onlara “Kamran deyir Faiqi vurmuşam, gəlin xəstəxanaya aparın” demişdir. Həmin vaxtı onlar Qızılhacılı qəsəbəsinin ərazisində, Xanqərvənd istiqamətində yolun sağ tərəfində, əkin sahəsinin yanında Kamranın avtomobilinin arxası yola tərəf, özünün isə ayaq üstə durduğunu, avtomobilin qabağında, yerdə isə Faiqi uzanıqlı vəziyyətdə görmüşdür. Onlar dərhal maşından düşərək, Kamrandan nə etdiyini soruşmuş, Kamran isə bir tək cavab verərək “vurmuşam” demişdir. Həmin vaxt Faiq yerdə çırpındığından onlar dərhal Faiqi götürüb Orxanın maşınına uzatmış və xəstəxanaya gətirmişlər. Maşında yer olmadığından Saməddin orada qalmışdır. Orxan ona bu döyülməmiş bu vəziyyətə düşməz, bax gör başqa harasına vurub demiş və o, yolda Faiqin köynəyini qaldırdıqda və ürək tərəfində xəsarət olduğunu görmüşdür. Həmin nahiyədən qan gəlirmiş. Xəstəxanaya çatdıqdan 10-15 dəqiqə sonra Faiqin vəfat etdiyini demişlər. Faiq İsgəndərlinin vurulmasını konkret olaraq görməmişdir. Kamranın Faiqi konkret olaraq hansı məqsədlə öldürdüyünü bilməmiş, lakin hesab edir ki, Kamran Faiqi 5-6 ay əvvəl sonuncunun Kamranın qardaşı arvadı barəsində dediklərinə görə öldürmüşdür. Kamran bu barədə ondan heç bir söz soruşmamışdır. Hadisə yerində Təqsirləndirilən şəxs Faiq İsgəndərlini hansı məqsədlə öldürdüyünü soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,X3nu və Təqsirləndirilən şəxs Qızılhacılı qəsəbə sakini kimi tanıyır, həmçinin Kamranla da münasibəti yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 11 radələrində o, Ümidgilin qəssab mağazasının yanına gedib, həmin vaxtı oraya Orxan da gəlmiş, Ümid də onların yanında olmuşdur. Orxan ona Kamranın gəldiyini demiş və o, Orxanla birlikdə Kamrangilə getmiş, Kamranla görüşərək onu Ümidgilin qəssab dükanına bitişik olan qardaşı İsanın meyvətərəvəz dükanına gətirmişlər. Kamran orada maşınını götürüb işi olduğunu demiş, Orxan ondan nə işi olduğunu soruşduqda, Kamran da “gələndə deyəcəm” demişdir. Həmin vaxtı Kamran yoldan anası və qardaşı qızını götürüb evləri istiqamətinə getmişdir. Daha sonra o, Orxan və Ümid soyuq olduğundan Orxanın avtomobilində oturub söhbət etdikləri vaxt Elşad da gəlib maşına oturmuş, həmin vaxt Kamran ona zəng etmiş, bu zaman Kamranın səsi həyəcanlı gəlmiş və ona “Orxana zəng çatmır, yanındadırsa telefonu ona ver” demişdir. Orxan telefonda Kamrandan harada olduğunu soruşmuş və avtomobili işə salıb Xanqərvənd istiqamətində sürmüşdür. Orxan onlara “Kamran deyir Faiqi vurmuşam, gəlin xəstəxanaya aparın” demişdir. Həmin vaxtı onlar Qızılhacılı qəsəbəsinin ərazisində, Xanqərvənd istiqamətində yolun sağ tərəfində, əkin sahəsinin yanında Kamranın avtomobilini arxası yola tərəf saxladığını, özünün isə ayaq üstə durduğunu, avtomobilin qabağında, yerdə isə Faiqin uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Onlar dərhal maşından düşərək, Kamrandan nə etdiyini soruşmuşlar, Kamran isə “vurmuşam” cavablandırmışdır. Bu zaman Faiq yerdə çırpınırmış, onlar dərhal Faiqi götürüb Orxanın maşınına uzadaraq xəstəxanaya gətirmişlər. Maşında yer olmadığından o, orada qalmışdır. O, ilk öncə Kamranın Faiqi döydüyünü, ona görə bu halda olduğunu zənn etmişdir. Orxangil Faiqi xəstəxanaya apardıqdan sonra o, Kamranla hadisə yerindən onun idarə etdiyi avtomobillə kəndə gəlmişlər, Kamrana nə olduğunu soruşduqda, Kamran həyəcandan əsmiş, danışa bilmirmiş, səsi titrəyirmiş, bir tək onu demişdir ki, “soruşma heçnə, dalaşmışıq”. Daha sonra o, kəndin yolunda düşmüş, Kamran isə evə gedəcəyini demişdir. O, maşından düşən kimi taksi ilə xəstəxanaya getmiş, həmin yerə çatanda Faiqin artıq vəfat etdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, X42 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs və onun ailəsini həmkəndlisi kimi tanıyır və Faiqin onlarla heç bir ədavəti olmamışdır. Hadisədən yəni xx xxxxxx 2020-ci il tarixdən 3-4 gün əvvəl qardaşı Faiq o, Moskva şəhərində olarkən ona zəng edib Kamranın ona zəng edərək, hədə-qorxu gəldiyini, guya o, Kamranın qardaşı arvadı barəsində nəsə söz demədiyini bildirmişdir. Bu zaman o, Faiqə Kamranla danışacağını, bu məsələni aydınlaşdıracağını, həmçinin Kamranın avara uşaq olduğunu, üstündə həmişə bıçaq gəzdirdiyini, biraz ehtiyatlı olmasını, onunla dalaşmamasını demişdir. Həmin vaxtı o, Kamrana zəng edərək, onunla danışmış Kamran ona onunla “bu söhbəti burada qoymayacam, axıra kimi arxasınca gedəcəm” demişdir. O, Kamrana ağıllı olmasını, əgər qardaşına nəsə etsə, həmin hərəkətin ona qarşı ediləcəyini bildirmişdir. Kamrandan bu söhbəti haradan eşitdiyini soruşduqda Kamran Lətifdən eşitdiyini demişdir. O, Kamranla danışdıqdan sonra Lətifə zəng edərək nə məsələ olduğunu soruşmuş, Lətif isə “Faiq bu söhbəti edib, lakin narahat olma mən Kamranı sakitləşdirib bu söhbəti burda bağlatdıracam” cavabı vermişdir. Daha sonra o, Kamranın qardaşı İsaya zəng edərək, “Faiq əgər bu söhbəti edibsə uşaqdır, onun adından mən üzr istəyirəm, söhbəti bağlayın”demişdir. İsa ilk olaraq narazılığını bildirmiş, daha sonra İsayla danışanda “da söhbət bağlandı” demişdir. xx xxxxxx 2020-ci il tarixdə atası Kənan ona zəng edərək, “Kamranın Faiqi öldürdüyünü” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, X3nu və Təqsirləndirilən şəxs Qızılhacılı qəsəbə sakini kimi tanıyır. Təxminən 4-5 ay bundan əvvəl həmkəndlisi Pərviz ona zəng edərək, Qızılhacılı qəsəbəsində svetaforun yanında onu gözlədiyini, onun işi olduğunu bildirmişdir. O, Pərviz dediyi yerə getmiş, həmin yerə gedərkən orada Pərvizin, Ümidin və Faiqin olduğunu görmüş və onlar onun avtomobilinə əyləşmişlər. Pərviz avtomobilə əyləşərkən ona “Şəhriyar belə bir söz yayılıb ki, sənin guya mənim bibim qızı, yəni İsanın həyat yoldaşı ilə münasibətin var” demişdir. O, bunu haradan eşitdiyini, tamamilə yalan söhbət olduğunu, onların həmkəndli olduqlarını, belə bir şey etməyəcəyini bildirmişdir. Pərvizlə Ümid ona bunu Faiqin dediyini demişdir. O, orada and-aman etmişdir ki, yalan söhbətdi, hətda yalan danışana da söyüş söymüş və Faiq arxada oturduğundan çevrilib “Faiq bu söhbəti sən etmisənmi?” soruşmuşdur. Faiq də həmin vaxtı arxadan yumruqla onu vurmaq istəyərkən, o, başını çəkmişdir. Ya Ümid, ya da ki, Pərviz Faiqin əlini tutub, Faiqdən niyə belə etdiyini soruşmuş, Faiq isə “sən niyə məndən soruşursan? Mən heçnə deməmişəm” demiş və Faiq maşından düşüb getmişdir. Həmin vaxt Faiqdən spirtli içki iyi gəldiyindən və sərxoş olduğundan o, Faiqə artıq-əksik bir söz deməmişdir. Bundan sonra Pərviz ona inanmışdır ki, həqiqətən də onun İsanın həyat yoldaşı ilə heç bir münasibəti olmamış və həmin yerdə də söhbət bağlanmışdır. Təxminən 2020-ci ilin fevral ayının 6-7 tarixində İsa ona “eşidmişəm ki, Faiq deyib ki, sənin guya mənim yoldaşımla münasibətin var, bilirəm ki, yalan söhbətdi, Faiqdə uşaqdı da qələtdi edib, özünlə söhbət edib başa salacam ki, heç yerdə belə söhbət danışmasın, ayıbdır” demişdir. Həmin gün axşam saatlarında o, İsanı görmüş, İsadan bu barədə soruşduqda ona “Faiqlə söhbət etdim, ilk öncə boynuna almadı, daha sonra əmisi oğlu Sənanla mənim yanıma gəldilər və üzr istədi ki, bağışla səhv etmişəm, mən də uşaq olduğu üçün üstünə çox getmədim, çıxıb getdilər” demişdir. Daha sonra o, xx xxxxxx 2020-ci il tarixdə Pərviz gildə qapı dəstəyini düzəldərkən Pərviz ona zəng edərək, Kamranın Faiqi bıçaqladığını demişdir. Məhkəmə iclasınada şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, X3nu və Təqsirləndirilən şəxs Qızılhacılı qəsəbə sakini kimi tanıyır. Təxminən 6 ay əvvəl X12 şəhərində olarkən mərhum Faiqin qardaşı Vüsal ona İsanın yoldaşının Şəhriyarla münasibəti olduğunu demişdir. O, Vüsala bunu kimdən eşitdiyini soruşduqda Vüsal Ümiddən eşitdiyini demişdir. Bu zaman o, bu söhbətin yalan olduğunu, İsanın yoldaşının bibisi qızı olduğunu bildirmişdir. Vüsal İsanın yoldaşı Pərvinin onun bibisi qızı olduğunu biləndən sonra ondan üzr istəmiş, ola bilsin Şəhriyarın qıza pis gözlə baxdığını və buna görə söz yayıldığını demişdir. O, kəndə qayıtdıqdan sonra təxminən 4-5 ay bundan əvvəl həmkəndlisi Ümidlə oturub söhbət edərkən ona kənddə Şəhiryarın İsanın yoldaşı Pərvinlə münasibəti olmasına dair söz söhbət gəzdiyini, Şəhriyarla yaxın olduğu üçün əgər belə bir şey varsa Şəhriyarı başa salmasını demişdir. O, Ümiddən bu söhbəti kimdən eşitdiyini soruşduqda Ümid “bu söhbəti mənə Faiq demişdir” deyə cavab vermişdir. Həmin vaxtı Faiqlə Şəhiryarı söhbəti aydınlaşdırmaq üçün Qızılhacılı qəsəbəsində yerləşən svetaforun yanına çağırmışdır ki, bibisi qızının adına əlavə sözlər çıxmasın və ailəsi eşitməsin. Həmin vaxtı Şəhriyar öz avtomobili ilə gəlmiş, o, qabaq oturacaqda, Faiq Şəhriyarın arxasında, Ümid isə onun arxasındaki oturacaqda oturmuşdur. İlk öncə o, Şəhriyara sənin mənim bibim qızı, yəni İsanın arvadı Pərvinlə münasibətin var, düzün de, sənin onunla əlaqən varmı?” demişdir. Həmin vaxtı Şəhriyar bu söhbəti yalandan çıxardanı söymüş və Faiqdən “Faiq bu söhbəti sən etmisən?” soruşmuşdur. Faiq “mən deməmişəm” cavab vermişdir. Faiqə deyib ki, “Ümid yanımızdadır, Ümid mənə dedi ki, bu söhbəti sən ona demisən”, həmin vaxtı Ümid də Faiqə deyib ki, “Faiq narahat olma, düzün de, sən mənə bunu demisən, biz burada söhbəti həll etməyə gəlmişik” demişdir. Şəhriyar da əlavə olaraq “biz elliyik, obalıyıq, mən heç vaxt bu hərəkəti etmərəm” deyərək yalandan söz çıxardanı söyüb və Faiqa çevrilərək Faiq bu nə söhbətdi deyə soruşmuşdur. Həmin vaxtı Faiq Şəhriyara yumruq atmış, o, tez Faiqin əlini tutaraq, söhbətin burda bağlanmasını, bibisi qızının ailəsinin eşitməməsini, adına da söz-söhbət çıxmamasını demişdir. Faiq həmin vaxtı maşından düşüb getmişdir. O, Faiq sərxoş olduğundan onunla əlavə söhbət etməmiş, həmçinin yaşca uşaq olduğu üçün Şəhriyarla Ümidə bu söhbət burada bağlansın demişdir. Hadisədən təxminən 2-3 gün qabaq Kamran Rusiya nömrəsi ilə onun mobil telefonuna zəng edərək X24 münasibəti olması barədə danışmasını eşitdiyini, bunun nə məsələ olduğunu, gəlib bu söhbəti aydınlaşdıracağını demişdir. O, isə Kamrana boş söhbət olduğunu, gəlməyinə ehtiyac olmadığını, əksinə dava etsə qardaşının arvadının adını boş yerə hallandıracağını, onun bu söhbəti 4-5 ay əvvəl bağladığını, məsələnin həll olunduğunu demişdir. Kamran isə “mən gəlmək istəyirdim, yol bağlıdır, amma gələcəm” demişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Ümid ona zəng edərək “Kamran rayona çatır, bu həmin söhbəti eşidib, gəl Kamranın qabağına çıxaq, başa salaq ki, artıq hərəkət etməsin” demişdir. O, isə Ümidə Kamranla telefonla danışdığını, onu başa sala bilmədiyini demişdir. Lakin dayana bilməmiş Faiqin əmisi oğlu Sənana zəng edərək, “Kamranın Faiqdən ötrü Rusiyadan gələcəyini, onun dava salmaması üçün Faiqlə danışmasını demişdir. Səhəri günü, yəni xx xxxxxx 2020-ci il tarixdə mərhum atasının 12 fevralda ili olması səbəbindən hazırlıq məqsədi ilə Goranboy şəhərinə gəlmiş, təxminən 12-13 radələrində Ümid ona zəng edərək, Kamranın Faiqi bıçaqla vurduğunu demişdir. Daha sonra o, xəstəxanaya gəlmiş və orada Faiq artıq vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Adıgözəlov Elşad Qabil oğlu ifadəsində göstərmişdir ki,“X3nu Qızılhacılı qəsəbə sakini kimi tanıyır və münasibəti çox yaxşı olmuş, onunla yaxın dost olmuş demək olar ki, Rusiyadan nə vaxt gəlsə Faiqlə həmişə görüşüb, oturub onunla çörək kəsmişdir. Təqsirləndirilən şəxs da Qızılhacılı qəsəbə sakini kimi tanıyır, həmçinin Kamranla da münasibəti yaxşı olmuşdur. Kamran da Stavropol şəhərində o, işlədiyi bazarda işləyir. Təxminən 1 ay olar ki, Rusiyadan Qızılhacılı qəsəbəsinə gəlmişdir. Kamranın Azərbaycan Respublikasına gəlməyini bilmirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat 11-12 radələrində Qızılhacılı qəsəbəsində “Lələnin çayçısı” adlanan çayxanada Faiq İsgəndərovla oturarkən Faiqin telefonuna zəng gəlmiş, Faiq telefona cavab verib və “çıxıram” demişdir. O, Faiqdən zəng edənin kim olduğunu soruşmamış, Faiq ona “çıxaq”,demiş o, stoldan durub çayın pulunu verib, çayxanadan çıxarkən Faiqin artıq çölə çıxdığını görmüşdür. Faiqlə yolun kənarına gəldikdə ağ rəngli “Vaz-2107” markalı avtomobil onların yanında saxladığını, saxladıqda maşını idarə edənin Kamran olduğunu görmüşdür. Həmin vaxt Kamran avtomobildə tək olmuş və Kamran Faiqə maşına oturmasını demişdir. O Kamranla görüşəndə Kamran ona “sən gözlə, gələcəm” demişdir. Bundan sonra X32 kəndi istiqamətinə getmişlər. Təxminən 5-10 dəqiqə sonra o, oradan dostu Ümidgilin qəssabxanasının yanına gedib, orada görüb ki, Orxanın maşınında Saməddin, Ümid və Orxan oturublar, o da salamlaşıb maşına əyləşmişdir. Bu zaman Saməddinə zəng gəlmiş Saməddin telefona cavab verib telefonu Orxana uzatmışdır ki, “Kamrandır, səni istəyir”. Orxan telefonda Kamrandan hardasan soruşmuş və avtomobili işə salıb Xanqərvənd istiqamətində sürmüşdür. Orxan demişdir ki, “Kamran deyir Faiqi vurmuşam, gəlin xəstəxanaya aparın.” Həmin vaxtı onlar Qızılhacılı qəsəbəsinin ərazisində, Xanqərvənd istiqamətində yolun sağ tərəfində, əkin sahəsinin yanında Kamranın avtomobilinin arxası yola tərəf saxladığını özünün isə ayaq üstə durduğunu, avtomobilin qabağında, yerdə isə Faiqi uzanıqlı vəziyyətdə görmüşlər. Onlar dərhal maşından düşmüşlər Kamrandan Orxan nə etdiyini soruşduqda, Kamran “vurmuşam” deyə cavab vermişdir. Onlar Faiq yerdə çırpındığından dərhal Faiqi götürüb Orxanın maşınına uzatmışlar və xəstəxanaya gətirmişlər. Maşında yer olmadığından Saməddin orada qalmışdır. Maşında olan zaman Orxan Ümidə “bu döyülməklə bu vəziyyətə düşməz, bədəninə baxsın” demişdir. X54 köynəyini qaldırmış və ürək tərəfində xəsarət olduğunu görmüş və həmin nahiyədən qan gəlirmiş. Xəstəxanaya çatdıqdan 10-15 dəqiqə sonra Faiqin vəfat etdiyini demişlər”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki,“Təqsirləndirilən şəxs doğma qardaşıdır. X3 həmkəndlisidir, Faiqlə əvvəllər arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən hadisədən 4-5 gün qabaq qardaşı Kamran ona həyəcanlı səslə zəng edib onun yoldaşının dayısı oğlu Pərvizin nömrəsini soruşduğundan, Pərvizin nömrəsini hansı məqsədlə soruşduğunu bildirdikdə, sadəcə işi olduğunu bildirib. Həmin günü Pərvizə zəng edib ki, onun yanına gəlsin, Pərviz də yanına gəlib. Pərvizdən Kamranın onunla nə işi olduğunu soruşmuş, Pərviz isə ona “4-5 ay əvvəl Faiq İsgəndərli sənin yoldaşının Şəhriyarla əlaqəsi olduğunu danışıb, bunu Kamran da eşidib, həmin söhbəti aydınlaşdırmaq üçün mənə zəng etmişdi. Mən də Kamrana bu söhbətin 4-5 ay əvvəl olduğunu həll elədiyini demişəm.” Həmin günü axşam Faiqi işlətdiyi meyvə-tərəvəz mağazasının qarşısına çağırmışdır. Faiq Pərvizlə birlikdə onun yanına gəlmişlər, o, Pərviz, Faiq və Ümid Pərvizin avtomobilində oturub bu söhbəti aydınlaşdırmaq istəmişlər. İlk olaraq Faiq ona bu söhbəti demədiyini, yalan olduğunu, Ümiddən eşitdiyini bildirmişdir. Ümid həmin vaxtı orada Faiqlə üzləşib və Faiq bildirmişdir ki, “ola bilər demişəm, yadımda deyil”. Söhbətə başlamamışdan qabaq Ümid ondan xahiş etmişdir ki, “uşaqdır, qardaşı onu mənə tapşırıb, xahiş edirəm ona əlin dəyməsin.” Həmin səbəbdən Faiqə başqa hərəkət etməmişdir. Faiq ondan üzr istəmədən gedib. Daha sonra Faiqin qardaşı Vüsal ona zəng edərək bildirmişdir ki, “Faiq uşaqdır, ola bilər deyib, ya deməyib, xahiş edirəm bu söhbəti bağlayın.” O isə Vüsala narazılıq edib ki, bu söhbəti etmək uşaq olsa da düzgün deyil”. Sonra Faiqin əmisi oğlu Sənan onun yanına gələrək, və bu söhbəti Sənana da başa salıb. Sənan daha sonra Faiqi onun yanına gətirib, Ümiddə onların yanına gəlib, həmin vaxtı Faiq ondan üzr istəyib, Ümid isə söhbəti açdığına görə üzr istəyib. Söhbət burda bağlanıb. Hadisədən sonra bilib ki, həmkəndlisi Lətif bu söhbəti Kamrana deyib. xx xxxxxx 2020-ci il tarixdə gecə 01 radələrində Ümid ona zəng edib ki, “bilirsən Kamran mənə zəng edib ki, Gorana çatıram qabağıma çıx.” Ümidə deyib ki, gəl məni də evdən götür gedək. X37 götürüblər, Kamran yolda demişdir ki, “Faiqin hərəkəti düzgün hərəkət deyil, onu cəzalandıracam”. Həmin vaxtı Kamran Whatsapp proqramı ilə Faiqə zəng edib, lakin Faiq cavab verməyib. Kamran deyib ki, Faiqlə görüşüb bir kəlimə söz desin, onların küçəsi tərəfə gediblər, Kamran onun telefonundan da, öz telefonundan da Faiqə mesaj yazıb. O, istəmişdir ki, Kamranın Faiqə sözü varsa onun yanında desin, artıq hərəkət etməsin. Daha sonra Kamranı danlayıb ki, Faiq uşaqdır, bu səhvinə görə gəlib ondan üzr istəyib, başqa hərəkətə yol verməsin. Kamran da ona söz verib ki, Faiqlə görüşməyəcək, söhbəti bağlayıb. İşlətmədiyi ***-***-**-** mobil nömrəsini Kamrana verib ki, burda olduğu müddətdə işlətsin. Səhəri evdən çıxarkən Kamran yatıbmış, avtomobili götürüb işə gedib. Təxminən saat 11-12 radələri olardı ki, Orxan, Saməddin və Kamran onun yanına gəliblər, Kamran avtomobili götürüb gedib, həmin vaxtı o, yoldan anasını və qızını götürüb evləri istiqamətə gedib. O, daha sonra yas yerinə gedib, iş yerinin yanında isə Orxan, Ümid və Saməddin qalıb. Əlavə olaraq qeyd edib ki, həmin günü səhər saatlarında Faiqin atası Kənan onun yanına gəlib və ona “bu küçüklər deyəsən telefonda dalaşıblar, Kamranda eşitmişəm Rusiyadan gəlib, uşaqdılar, birdən qabaqlaşarlar”. Kənan əmiyə Kamranın axşam gəldiyini və ona başa saldığını, söhbətin bağlandığını izah etdiyini demiş, Kamran da mənə söz verib ki, söhbəti bağlayıb. Yas yerində olarkən Saməddin ona zəng edib ki, “Kamran Faiqlə dalaşıb, Faiqi xəstəxanaya apardıq.” Dərhal Kamrana zəng edib, Kamran deyib ki, “dalaşmışıq”, nə ilə vurduğunu soruşub, cavab verib ki, “bıçaqla vurmuşam, Goranı çıxdım gedirəm”. Həyəcandan onun haraya getdiyini soruşmayıb. Daha sonra Kamrana birdə zəng edib ki, “nəylə gedirsən, hara gedirsən” Kamran isə ona deyib ki, “maşını Gəncəyə tullayıb, çıxıb gedəcəm, hələ bilmirəm hara gedəcəm”. Kamrana geri qayıtmasını bildirib. Kamran X9 arvadı haqqında danışdıqlarına görə öldürmüşdür. X33 Məmmədov arasında əvvəllər ədavət olmamışdır, onlar yaxın dost olublar. Kamranın cibində daimi olaraq bıçaq olmasını bilmir, lakin hadisədən sonra 10-15 il əvvəldən evdə olan qatlanan, aliminium rəngdə, dəstəyinin bir tərəfində timsah təsviri olan meyvə bıçağının evdə olmadığını görüb, bilib ki, Kamran həmin bıçağı evdən götürüb”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “X3nu Qızılhacılı qəsəbə sakini kimi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır, əksinə olaraq münasibəti yaxşı olmuşdur, həmçinin Təqsirləndirilən şəxs da Qızılhacılı qəsəbə sakini kimi tanıyır, onunla da münasibəti yaxşıdır, hər dəfə sessiyaya gedəndə Təqsirləndirilən şəxs Stavropol şəhərində kirayə qaldığı evdə onunla birlikdə qalmışdır. Təxminən 15-20 gün orada qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə sessiya ilə əlaqədar olaraq Stavropol şəhərinə getmiş və eyni qaydada Kamranın yaşadığı evdə qalmışdır. Hadisədən, yəni xx xxxxxx 2020-ci il tarixdən təxminən 3-4 gün qabaq olardı ki, Kamran gildə Kamranla oturub yeyib-içirmişlər, söhbət edərkən Faiqgildən, kənddən söz açılıb, içkili olduğundan tam dəqiq yadında qalmayıb ya Kamran ona Faiqin onun qardaşı İsanın arvadı haqqında artıq-əksik danışıb danımamasını soruşub, ya o Kamrana belə bir məsələ eşitdiyini deyib, həmin hissə sərxoş olduğundan tam yadında qalmayıb. O, bu məsələni Kamrana deyibsə belə bilmədən sərxoş olduğu üçün ağzından çıxıb. Lakin söhbət açılarkən bir o yadındadır ki, Kamrana deyib ki, “mən də bu söhbəti eşidmişəm, amma doğru olub-olmadığını bilmirəm”. Həmin vaxtı Kamran sərxoş olduğundan Faiqə zəng edib və onunla telefonda danışmağa başlayıb, Kamran Faiqlə bir-birinə söyməyə başlayıblar, Kamran Faiqə bildirib ki, “gələcəm ora, bu telefon söhbəti deyil, səninlə üzbə-üz görüşəcəm”. Kamran telefonu yerə qoyduqdan sonra ona səhv hərəkətə yol verməməsini, söhbəti böyütməməsini, kəndə getməyə ehtiyac olmadığını, özü gedib sakitliklə həll edəcəyini bildirib, həmin vaxtı Kamran onunla razılaşaraq sakitləşmişdir. Həmin günü Faiqin qardaşı Vüsal Kamrana zəng edib və Kamran onunla danışıb. Onların nə danışdığı hal-hazırda yadında deyil, çünki içkili olub, lakin Kamran Vüsalla yüksək səslə danışırmış. Daha sonra Vüsal ona zəng edib və Kamranı başa salmağını bildirib, o, isə Vüsala Kamranı başa saldığını və biraz sakitləşdiyini deyib. xx xxxxxx 2020-ci il tarixdə sessiya imtahanları qurtardığına görə yaşadığı Qızılhacılı qəsəbəsinə qayıdıb. Kamran isə Stavropol şəhərində qalıb. Kamran özü də ilk öncə gəlmək istəyib, Kamrana mane olub. Daha sonra Kamranın Qızılhacılı qəsəbəsinə gəlməsi barədə məlumatı olmamışdır, hadisə olduqda eşitmişdir ki, Kamran gəlib Faiqi bıçaqla öldürmüşdür. Faiq İsgəndərlinin vurulmasını konkret olaraq görməsə də, kənd sakinlərindən eşitdiyinə görə Məmmədov X28 onun qardaşı İsanın arvadı haqqında artıq-əksik danışması səbəbindən bıçaqla vurub öldürmüşdür. X33 Məmmədov dost olublar, onlar arasında indiyə qədər hər hansı ədavət olmamışdır, lakin həmin söhbətdən sonra aralarında ədavət yaranıb. Faiqin bu söhbəti etməsini kənddən kimdənsə eşidmişdir, həqiqətən də kimdən eşitdiyi yadında qalmayıb. Təqsirləndirilən şəxs üzərində heç vaxt bıçaq görməmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu Qızılhacılı Qəsəbəsindən rayonun Xanqərvənd kənd istiqamətində, “Naftalan” dairəsi adlanan yerdən 900 metr məsafədə yolun sağ tərəfində əkin sahəsinin yanıdır. Yolun sağ tərəfində su arxının üst hissəsində sarı və ağ rənglərə boyanmış beton vardır. Yoldan həmin betona qədər olan məsafə 5,80 metrdir. Hadisə yerinin yanında qum təpəciyi vardır, həmin qum təpəciyindən yola olan məsafə 7,5 metrdir. Baxış iştirakçısı X30 ağ və sarı rəngli betondan əkin sahəsi istiqamətinə 11,40 məsafədə olan yeri göstərərək X42ni uzanıqlı vəziyyətdə aşkar etdiyi yeri göstərdi. Həmin yerdən 90 sm sağ istiqamətdə yerdə daş üzərində qana bənzər ləkə vardır, həmin qanabənzər ləkədən sağ istiqamətdə 47 sm məsafədə yerdə samanların üstündə qana bənzər ləkələr vardır. Qum təpəciyindən yerdə olan saman üzərindəki qanabənzər ləkəyə olan məsafə 4 metrdir. Qum təpəciyindən yol tərəfə istiqamətdə 3,85 məsafədə qana bənzər ləkələr vardır, baxış iştirakçısı Orxan Məmmədovun deməsinə görə yol tərəfdə olan qanabənzər ləkələr X42ni onun avtomobilinə mindirərkən düşmə ehtimalı vardır. Həmin qanabənzər ləkədən 2,40 metr məsafədə qanabənzər ləkələr vardır. X42 aşkar edildiyi yerdən 5,9 metr məsafədə əkin sahəsi yerləşir. Qum təpəsindən yol tərəfə çəpəki istiqamətdə 7,6 metr məsafədə üzərində ağ və çəhrayi rəngləri olan tiyəsiz bıçaq dəstəyi vardır. Həmin bıçaq dəstəyindən yol istiqamətinə məsafə 1,80 metrdir. Baxış zamanı tapılan bıçaq dəstəyinə aid bıçaq tiyəsi axtarılsa da həmin tiyəni tapmaq mümkün olmadı. Baxış zamanı yerdə üzərində qanabənzər ləkələr olan daş, üzərində qanabənzər ləkələr olan samanlar, yolun kənarına yaxın yerdə olan qanabənzər ləkələrdən pambıq tamponla götürülmüş nümunə və üzərində ağ-çəhrayi rənglər olan bıçaq dəstəyi qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı-Qazax magistral yolunun Goran qəsəbəsi ərazisindən keçən 195 və 196-ci kilomertliyidir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs şübhəlişəxs qismində verdiyi ifadəsində mərhum X14 öldürdüyü vaxt istifadə etdiyi dəstəyi aliminium rəngdə, qatlanan, dəstəyində “timsah” təsviri olan bıçağı avtomobili ilə Goran qəsəbəsindən Gəncə şəhəri istiqamətinə gedərkən həmin qəsəbədə mebel mağazalarının qurtardığı yerdə atdığını bildirmişdir. Baxış zamanı Kamra Məmmədov bıçağı atdığı yeri təxmini olaraq göstərdi. Həmin göstərilən yeri Bakı-Qazax magistral yolunun 195-ci kilometrliyi ilə 196-cı kilomertliyi arasındadır. Qeyd edilən bıçağın tapılması üçün yola, yolun sağ və sol səkilərinə, həmçinin yolun ortasında quraşdırılmış dəmirdən arakəsmələrin aralarına baxış keçirilmiş, baxış zamanı qeyd edilən yolun 195 və 196-cı kilometrliyi arasında, yolun ortasında quraşdırılmış dəmir arakəsmələrin ortasında aliminium rəngli, bir tərəfinin üzərində “timsah” təsviri olan, parçalanmış halda, iç tərəfində qanabənzər ləkələr olan bıçaq dəstəyi tapılmışdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs həmin bıçaq dəstəyini göstərərək, hadisə zamanı X42ni öldürdüyü bıçağın dəstəyi olduğunu, dəstəyin parçalanması isə bıçağı atarkən qatlanmış vəziyyətdə, tiyəsinin içində olduğunu bildirmişdir. Daha sonra qeyd edilən ərazidə həmin bıçağın tiyəsinin tapılması üçün baxış davam etdirilsə də, təyini tapmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum X15 meyiti MTE və PA Birliyinin Goranboy rayon şöbəsinin meyitxanasında təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində qara rəngli gödəkçə, qara rəngli cins şalvar, ön hissəsi qəhvəyi rəngdə olmaqla qara rəngli qalın köynək, boz rəngli mayka, boz rəngli trusik, vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyu 178 sm-dir. Dəri və görünən selikli qişaları solğundur. Saçı qaradır, 1-2 santimetr uzunluğundadır. Xarici qulaq keçəcəkləri və burun dəlikləri yad cismlərdən azaddır, ağzı yarı qapalıdır. Dili damağında sərbəst yerləşmiş və dişlərinin arxasındadır. Dişləri özününküdür. Gözləri göz qapaqları ilə örtülüdür. Bəbəklər dairəvidir, eyni diametrlidir, genəlmişdir. Qüzehli qişa qara rəngdədir. Boynu gövdəyə uyğun inkişaf etmişdir, əllədikdə pataloji hərəkət hiss olunmur. Döş qəfəsi silindrəbənzər formalıdır, simmetrikdir. Qarnı qabırğa qövsi səviyyəsindədir, simmetrikdir, yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün formalaşmışdır, sünnət olmuşdur. Meyitin dərisi soyumuşdur. Müayinə olunan bütün qrup əzələlərdə meyit qacıması inkişaf etmişdir. Meyit ləkəsi meyitin bütün bədən səthində əmələ gəlmiş, daha çox özünü kürək nahiyəsində biruzə vermişdir. Meyitin döş qəfəsinin sol yarısında məmə xətti ilə 5-ci, 6-cı qabırğa səviyyəsində çəp istiqamətdə kənarları hamar bucaqları iti, kəsilmiş deşilmiş yara və üzünün sağ yarısında isə üzəri qanla örtülmüş sıyrıq vardır. Meytə baxış zamanı mərhum Faiq İsgəndərovun hər iki əlinin ovuc hissəsi pamıq vasitəsi ilə silinərək nümünə götürüldü. Həmçinin baş nahiyyəsinin sağ, sol gicgah, alın və ənsə nahiyyələrindən tük nümünələri götürüldü. Bundan başqa Faiq İsgəndərlinin hadisə vaxtı əynində olmuş qara rəngli gödəkçə, qara rəngli cins şalvar, ön hissəsi qəhvəyi rəngdə olmaqla qara rəngli qalın köynək, boz rəngli mayka, boz rəngli trusik, 1 cüt idman ayaqqabısı və 1 cüt qara rəngli corab müvafiq qaydada qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X42nin meyitinin məhkəmətibbi ekspertizası və labarator müayinəsi zamanı aşağıdakılar aşkar edildi; Döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmiş-kəsilmiş yarası, ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlığı. Sağ gözün üst qapağının qançırı, sağ göz altı nahiyənin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları. Faiq İsgəndərlinin bədəni üzərində müəyyən edilmiş xəsarətlər; a) Döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmişkəsilmiş yarası zamanı ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlığı deşici-kəsici alətin(lərin) təsiri nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şəraitə və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aiddir. b) sağ gözün üst qapağının qançırı yumruqla vurulma zamanı, sağ göz altı nahiyəsinin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları sürtünmə zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Faiq İsgəndərlinin ölümünə səbəb döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Faiq İsgəndərlinin arxa keçəcək dəliyində və onun ətrafında hər hansı bir xəsarət aşkar olunmadı. Faiq İsgəndərlinin meyitindən götürülmüş qanda etil spirti aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və X49 Hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 70 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol əlin İİİ-İV-V barmağının, burun yəhərinin kəsilmiş yaraları kəsici alətin (lərin) o cümlədən bıçağın təsirindən əmələ gələ bilərdi. Boyun nahiyyəsinin sıyrıqları isə əllə yetirilmə zamanı əmələ gələ bilərdi. Qeyd olunan yuxarıda göstərilən bu xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən şərait və tarixə xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X44 bölməsinin xx xxxx 2020-ci il tarixli 161 nömrəli məhkəmə-lifli materialların kriminalistik ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X18, Təqsirləndirilən şəxs, X21, X27, Şahid3 və Şahid4 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəciklər vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X18 məxsus 01 ədəd gödəkçənin üzərində tapılmış qara rəngli poliester kimyəfi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış tünd qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X18 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X18 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X21, X27, Şahid3 və Şahid4 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X21, X27, Şahid3 və Şahid4 məxsus geyim əşyalarının səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X18 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X44 bölməsinin xx xxxx 2020-ci il tarixli, 16/135 nömrəli Kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 ədəd bıçaq dəstəkləri zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən bir ədədi turist, digər bir ədədi isə mətbəx bıçağının hissələridirlərdəstəyidirlər və soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim olunan X1 meyitinə baxış zamanı götürülmüş uzunqol gödəkçənin üzərində olan “a” zədəsi, uzunqol poluverin və maykanın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş X1 meyitinə baxış zamanı götürülmüş uzunqol gödəkçənin üzərində olan “a” zədəsinin, uzunqol poluverin və maykanın üzərində olan zədənin tədqiqata təqdim edilmiş bıçaq dəstəklərinin tiyəsi tərəfindən (tiyə təqdim edilmədiyindən) yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən X42nin meyitinə baxış zamanı götürülmüş şalvarın və kişi alt tumanının üzərlərində, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş kapşonlu gödəkçənin, cins şalvarın, poluverin, maykanın və alt tumanının üzərlərində, X19 əynində olmuş paltarların, X22 əynində olmuş paltarların, Şahid3 əynində olmuş paltarların və Adıgözəlov Elşad Qabil oğlunun əynində olmuş paltarların üzərlərində hər hansı mexaniki zədə yoxdur. X1 meyitinə baxış zamanı götürülmüş uzunqol gödəkçənin üzərində “b” zədəsinin və şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş isti alt şalvarın üzərində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yarana bilən dartılma-cırılma-sökülmə zədəsidir Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyinin Məhkəmə-tibbi bioloji ekspertinin xx xxxxx 2020-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqdim olunmuş bıçaq dəstəyi üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan X3na məxsus ola bilər. Təqdim olunmuş, hadisə yerindən götürülmüş bir ədəd daş, iki ədəd pambıq tampon və saman çöpləri üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan X3na məxsus ola bilər. Təqdim olunmuş mərhum F.K.İsgəndərlinin paltarları bir ədəd gödəkçə, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan X3na məxsus ola bilər.Təqdim olunmuş mərhum F.K.İsgəndərliyə məxsus bir ədəd tursik üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan X3na məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd dublyonka, bir ədəd tursik, bir ədəd alt tumanı üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi.Təqdim olunmuş, hadisə yerindən götürülmüş bir ədəd ağ-çəhrayı rəngli bıçaq dəstəyi üzərində qana bənzər ləkə aşkar olunmadı.Təqdim olunmuş Şahid3 məxsus paltarlar üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi.Təqdim olunmuş şahid X21 məxsus paltarlar üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi.Təqdim olunmuş şahid X27 məxsus paltarlar üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi.Təqdim olunmuş şahid Adıgözəlov Elşad Qabil oğluna məxsus paltarlar üzərində qana bənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azəraycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 280 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 3475/2012 nömrəli X29 Aktına əsasən kəskin ifadə olunmuş nevrasteniya, emosional-iradi pozuntularla, qapalı kəllə-beyin travması anamnezində diaqnozu müddətli həqiqi hərbi xidmətdə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx xxxxx 2020-ci il tarixli 201/79 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı davranış pozğunluqları ilə müşayət olunan nevrasteniya XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxnasından verilmiş 3475/2012 saylı X29 aktı, Goranboy RMX-nın PHŞdan verilmiş xx.xx.2020-ci il tarixli 294 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, onda əsəbiliyə və kobudluğa meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs davranış pozğunluqları ilə müşayət olunan nevrasteniya XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda da məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsissələrində qeydiyyata durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, 2012-ci ildə SHXÇDXnın Goranboy rayon şöbəsinin göndərişi əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Kəskin ifadə olunmuş nevrosteniya, emosional-iradi pozuntularla, qapalı kəllə-beyin travması anamnezində” diaqnozu ilə müayinədə olması, keçirdiyi xəstəliklə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmaması, sonraki müddətdə tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya stasionarında müalicədə olmaması (AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxnasından verilmiş 3475/2012 saylı X29 aktı, Goranboy RMX-nın PHŞ-dan verilmiş xx.xx.2020-ci il tarixli 294 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, onda əsəbiliyə və kobudluğa meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdaki fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişin onun qardaşının həyat yoldaşı haqqında söylədiyi fikirlər ola bilər. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X42, Ümid Məmmədov və Şahid5 arasında qardaşı İsanın yoldaşı Pərvinin haqqında yayılmış sözlə bağlı telefon danışıqları olmuşdur. Bundan başqa telefonda olan X45 Məmmədov arasında xx xxxxxx 2020-ci il tarixdə olan“WhatsApp” yazışmalarından da görünür ki, Kamran: “Savax günorta minvoddan bilet almışam, (söyüş söyür), samalyotla gəlirəm, ən aşağısı sən öl qulağını kesejem, dediyi sözə aydınnıx isdiyejem, veremmese sen öl Kamranın canı öldürə bilməsəm də ölümcül yaralayacam” ifadələri işlətmişdir. X25 Şahid5 arasında xx xxxxxx 2020-ci il tarixdə olan“WhatsApp” yazışmalarından da görünür ki, Kamran: “Gelif o peyserin qulağını kesejem, hasınınsa” və xx xxxxxx 2020-ci il tarixli yazışmalarından görünür ki, “çatıram qulağını aparıb kəsəjəm onun..” ifadələrini işlətmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Goranboy rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 294 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Həmçinin Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:20 radələrində xəstəxananın qəbul şöbəsində sərxoşluğa görə tibbi müayinədən keçirilmiş və müəyyən edilmişdir, o, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanseri tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxx 2020ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı atdığı yerə baxış keçirilərkən götürülmüş, üzərində timsah təsviri olan bıçaq dəstəyi, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan daş, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan samanlar, hadisə yerindən götürülmüş yolun kənarına yaxın yerdə olan qanabənzər ləkələrdən pambıq tamponla götürülmüş nümunə, X42nin meyitinə baxış zamanı götürülmüş qara rəngli gödəkçə, qara rəngli cins şalvar, ön hissəsi qəhvəyi rəngdə olmaqla qara rəngli qalın köynəy, boz rəngli mayka, boz rəngli tursik, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz və qara rənglərdə gül naxışları və boğaz hissəsində 3 ədəd düyməsi olan uzunqol köynək, 1 ədəd tünd boz rəngli, iç tərəfində “Nuno Murachino” yazısı olan cins şalvar, 1 ədəd tünd göy rəngli, yuxarı hissəsində qırmızı rəngdə “Redoor” yazılmış pijama şalvarı, 1 ədəd “dublyonka” adlanan qara rəngli palto, 1 ədəd ağ rəngli mayka və 1 ədəd orta hissəsi boz rəngli, kənarları tünd yaşıl rəngli alt tumanı, şahid X19 hadisə zamanı əynində olmuş 1 ədəd üzərində hərbi rəngləri olan qısa kurtka, 1 ədəd qara rəngli jaket, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli mayka, şahid X22 hadisə zamanı əynində olmuş 1 ədəd kənarlarında “Puma” yazısı olan tünd göy idman şalvarı, 1 ədəd boz rəngli qısa palto və 1 ədəd qara rəngli jaket, Şahid3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, dəridən kurtka, 1 ədəd ağ rəngli uzunqol köynək və bir ədəd sarımtıl rəngli cins şalvar, Şahid4 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qolsuz kurtka, 1 ədəd qara rəngli, üzərində sarı rəngdə naxışlar olan uzunqol köynək və 1 ədəd göy rəngli cins şalvar, Kənan İsgəndərovun istintaqa təqdim etdiyi X42yə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, özünə məxsus 1 ədəd “İ Phone” markalı mobil telefon maddi sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Goranboy RİHB-nın Qızılhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və qardaşı ilə birlikdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan və Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxxx 2020-ci il tarixdən 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, şərh edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkəmədə araşdırılmış sübutların məcmusu ilə tam sübuta yetirilir, lakinonun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin120.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş X26 arasında hadisə baş verməzdən əvvəl sonuncu ilə Təqsirləndirilən şəxs qardaşı İsanın arvadının Şahid8la əlaqəsi olması barədə söhbətlər etməsi səbəbindən yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə müvəqqəti yaşadığı Rusiya Federasiyasından xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə zərərçəkmiş Faiq İsgəndərli ilə telefon əlaqəsi saxlayıb onun yerini dəqiqləşdirdikdən sonra özünə məxsus avtomobillə gələrək Faiqə başı ilə avtomobilə minməsini tələb etmiş və sonuncu avtomobilə mindikdən sonra avtomobili Xanqərvənd kəndi istiqamətində idarə edib yolun sağ tərəfində yerləşən əkin sahəsinin yanında saxlamış, orada hər ikisi avtomobildən düşmüş, bu zaman Kamran aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Faiqə sual vermiş və sonuncu ona əvvəl qardaşı arvadının Şəhriyarla münasibəti olması barədə heç bir söz demədiyini, sonra isə söhbətin davamında bəlkə də dediyini, nə üçün bu əhəmiyyətsiz sözün dalına düşdüyünü, deyibsə də artıq üzr istədiyini etinasız olaraq bildirdikdə Təqsirləndirilən şəxs Faiq İsgəndərliyə yumruq zərbələri endirmiş, daha sonra Faiq İsgəndərli gödəkçəsinin içəri cibindən bıçaq çıxarmış, bu zaman Təqsirləndirilən şəxs sol əli ilə həmin bıçağın tiyə hissəsindən tutub bıçağın tiyəsini dartaraq dəstəyindən ayırıb kənara atmış və şalvarının arxa sağ cibindən əvvəlcədən özü ilə götürdüyü bıçağı çıxararaq Faiq İsgəndərlinin ürək nahiyyəsindən qəsdən vuraraq ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Sonuncu həmin zərbənin təsirindən yerə yıxılmış və Təqsirləndirilən şəxs Faiq İsgəndərlinin yerdə çırpındığını görüb özünə məxsus mobil telefonla əmisi oğlu Orxan Məmmədovla danışaraq Faiqi vurduğun, gəlib sonuncunu xəstəxanaya aparmalarını bildirmiş və hadisə yerində qalaraq onların gəlməsini gözləmişdir. Orxan Ümid, Elşad və Saməddinlə birlikdə hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs ayaq üstə Faiq İsgəndərli isə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Həmin vaxt Faiq İsgəndərli yerdə çırpınıqlı vəziyyətdə olmuşdur. Daha sonra Orxan Ümid və Elşadla birlikdə X34 məxsus avtomobillə xəstəxanaya aparmışlar və Təqsirləndirilən şəxs isə Saməddinlə birlikdə özünə məxsus avtomillə hadisə yerindən getmişdir. Faiq İsgəndərli xəstəxanaya gedərkən sağ olmuş, xəstəxanaya çatdıqdan sonra ölmüşdür. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqındı» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Həmin qərarda qeyd edirlir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Plenumun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini hazırki cinayət işi üzrə müqaisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkən Faiq İsgəndərlini qəsdən öldürmək niyyəti olmamışdır. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs hadisə yerində avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs artıq ,Faiq İsgəndərli ilə aralarında olan mübahisənin mahiyyətini bilməsinə, hadisə yerində avtomobildən aşağı düşdükləri an onun üzərində bıçaq olmasına, zərərçəkmişə bıçaqla zərbə endirmək imkanına malik olmasına baxmayarq bunu etməmiş, ilkin olaraq aralarında olan mübahisəni aydınlaşdırmaq istəmiş daha sonra zərərçəkmiş şəxsin verdiyi cavabı etinasızlıqla verilmiş cavab kimi qiymətləndirərək yenidən Faiq İsgəndərliyə bıçaqla xəsarət yetirmək imkanına malik olmasına baxmayaraq ona yumruqla zərbə endirmiş, hadisələrin davamında isə zərərçəkən şəxs gödəkcəsinin cibindən bıçaq çıxardıqda təqsirləndirilən şəxs sol əli ilə həmin bıçağın tiyə hissəsindən tutub bıçağın tiyəsini dartaraq dəstəyindən ayırıb kənara atmış və bu zaman qəsdən üzərində olan bıçaqla zərərçəkmiş şəxsin sinə nahiyəsinə öldürmək məqsədi ilə deyil, cəzalandırmaq üçün bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yerdə çırpındığını, sağ olmasını bildiyi halda və heç kimin ona mane olmadığı bir şəraitdə öz niyyətini (qəsdən Faiq İsgəndərlini öldürmək niyyətini) davam etdirib zərərçəkən şəxsə təkrarən bıçaq zərbələri yetirərək onu həyatdan məhrum etmə üçün bütün imkanlara malik olmasına baxmayaraq, bunu etməmiş, həmçinin hadisə baş verdikdən sonra heç kimə hadisə barədə xəbər verməyərək, avtomobilinə əyləşərək hadisə yerindən getmək imkanına malik olmasına baxmayaraq, hadisə yerindən getməyərək zərərçəkmiş şəxsə kömək etmək məqsədi ilə mobil telefon vasitəsi ilə əmisi oğluna zərərçəkmiş şəxsi vurması, gəlib onu xəstəxanaya aparmaları barədə məlumat verərək onların hadisə yerinə gəlməsini gözləmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs qardaşı Şahid5la yəni 08 fevral və xx xxxxxx 2020-ci il tarixli “Gelif o peyserin qulağını kesejem, hasınınsa” və “çatıram qulağını aparıb kəsəjəm onun..”, iş üzrə digər şahid Ümid Məmmədovala xx xxxxxx 2020-ci il tarixli “Savax günorta minvoddan bilet almışam, (söyüş söyür), samalyotla gəlirəm, ən aşağısı sən öl qulağını kesejem, dediyi sözə aydınnıx isdiyejem, veremmese sen öl Kamranın canı öldürə bilməsəm də ölümcül yaralayacam...” dair yazışmalarında Faiq İsgəndərlinin qardaşı İsanın arvadının Şəhriyarla əlaqəsi olması barədə söhbətlər etməsini bildiyinə görə həmin ifadələri hadisələrin təsiri altında işlədilmiş ifadələr kimi qiymətləndirilib, həmin ifadədə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yalnız xəsarət yetirmək hiyyətinin olmasını qeyd edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Faiq İsgəndərlini bıçaqla vurduqdan sonra sonuncu yerə yıxılmış və bu zaman təqsirləndirilən şəxsə aktiv müqavimət göstərmək imkanında olmadığı bir şəraitdə təqsirləndirilən şəxs yazışmalarda qeyd etdiyi kimi zərərçəkmiş şəxsin qulağını kəsmək, onu öldürmək imkanına tam olaraq malik olmasına baxmayaraq bunu etməmişdir. Məhkəmə həmçinin iclasında təqsirləndirilən şəxsə hadisə baş verdikdən dərhal sonra zərərçəkmiş şəxsi avtomobilinə qoyaraq xəstəxanaya aparmamasının səbəbi barədə ünvanlanan suala Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş şəxsdən bıçağı alarkən əlindən xəsarət alması səbəbindən zərərçəkmiş şəxsi özünün tək qaldıra bilmə imkanından məhrum olduğu üçün zərərçəkmiş şəxsi xəstəxanaya aparması məqsədilə Orxana zəng vurmasına dair ifadəsini də qane edici və işin faktiki halları ilə uyğunluq təşkil edən ifadə kimi qiymətləndirilir. Göründüyü kimi cinayətin obyektiv cəhətinin təhlili Təqsirləndirilən şəxs Faiq İsgəndərliyini qəsdən öldürməyə bütün imkanları olduğu halda xəsarətlər yetirdikdən sonra öz hərəkətlərini dayandırdığını və onun xəstəxanaya aparılması üçün yardım çağırdığını göstərir ki, bu hallarda Təqsirləndirilən şəxs Faiq İsgəndərlini birbaşa qəsdlə öldürmək niyyəti ilə sonuncuya bıçaq zərbəsi endirmək qənaətinə gəlməyi istisna edir. Hadisə vaxtı Təqsirləndirilən şəxs qəsdi Faiq İsgəndərliyə xəsarət yetirməyə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əməlin CM-nin 120.1-ci maddəsi ilə tövsif olunması üçün cinayət törətmiş şəxsin təqsiri qəsdən adam öldürməyə münasibətdə qəsddən ibarət olur. Yuxarıda şərh edilən sübutlarla müəyyən olunur ki, hazırki halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ölümünü arzu etməmiş, onun qəsdi Faiq İsgəndərlini öldürməyə yönəlməmişdir. Təqsirləndirilən şəxsin qəsdi Faiq İsgəndərliyə xəsarət yetirməyə yönəldiyindən onun təqsiri sağlamlığa ağır zərərvurmaya münasibətdə qəsddən ibarət olduğu üçün Təqsirləndirilən şəxs qəsdi yalnız əməlin sonrakı nəticəsiilə (sağlamlığa ağır zərərvurmai lə) əhatə olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Faiq İsgəndərlini qəsdən öldürməsi cinayətini törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Beləliklə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin şahid ifadələri, iş materiallarında mövcud olan digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə X4 şəhərində olan zaman həmkəndlisi Şahid6 ona digər həmkəndliləri X13 qardaşı İsanın arvadı X6 həmkəndliləri Şahid8 ilə əlaqəsi olması barədə söhbətlər aparmasını bildirdiyi üçün o, Faiq İsgəndərli ilə “whatsapp” proqramı vasitəsi ilə həmin mövzuda əvvəl yazışıb, daha sonra isə danışaraq mubahisə edib bir-birlərini qarşılıqlı söyüb təhqir etdikdən sonra, qəsəbəyə gələcəyini, bu söhbəti üzbə-üz aydınlaşdıracağını bildirib aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə, oradan isə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gəlib həmin gecə Faiq İsgəndərli ilə görüşmək məqsədi ilə ona bir neçə dəfə telefonla zəng edib, mesaj yazsa da, sonuncu ona cavab vermədiyi üçün görüşə bilməmiş, bundan sonra xx xxxxxx 2020-ci il tarixdə səhər yaşadığı evdən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını götürüb cibinə qoyaraq saat 12 radələrində Faiq İsgəndərli ilə telefon əlaqəsi saxlayıb sonuncunun Qızılhacılı qəsəbəsinin mərkəzində yerləşən “Lələnin çayçısı” adlanan yerdə olması barədə məlumat alıb idarə etdiyi, özünə məxsus “VAZ 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə getmiş, Faiq İsgəndərlinin ümumi dostları Elşad Adıgözəlovla yolun kənarında durduğunu görüb avtomaşını onların yanında saxlayaraq başı ilə Faiq İsgəndərliyə qabaq oturacaqda oturmasını işarə etmiş, Elşad Adıgözəlov da avtomobilə minmək istəyərkən o, Faiqlə söhbətləri olmasını bildirib buna imkan verməyib, avtomobili qəsəbənin Xanqərvənd kəndi istiqamətində idarə edib yolun sağ tərəfində yerləşən əkin sahəsinin yanında saxlamış, orada hər ikisi avtomobildən düşmüş və o, sonuncuya qardaşı İsanın arvadı Pərvinin həmkəndliləri Şəhriyarla münasibətinin olması barədə danışdıqlarının haradan eşitdiyini, bəlkə doğru dediyini soruşmuş, sonuncu ona əvvəl belə bir söz demədiyini, sonra isə söhbətin davamında bəlkə də dediyini, nə üçün bu əhəmiyyətsiz sözün dalına düşdüyünü, deyibsə də artıq üzr istədiyini etinasız olaraq bildirdikdə şəxsi münasibətlər zəmində mübahisə edib dalaşaraq Faiq İsgəndərlini əvvəl sifət və baş nahiyələrindən yumruqla vurub sonuncuya sağ gözün üst qapağının qançırı, sağ göz altı nahiyəsinin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Faiq İsgəndərli gödəkcəsinin sol içəri cibindən mətbəx bıçağını çıxardıqda isə, sol əli ilə həmin bıçağın tiyə hissəsindən tutub bıçağın tiyəsini dartaraq dəstəyindən ayırıb kənara atmış və qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə şalvarının arxa sağ cibindən əvvəlcədən özü ilə götürdüyü bıçağı çıxardıb Faiq İsgəndərlinin sinə nahiyyəsindən qəsdən vuraraq sonuncunya döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və Faiq İsgəndərli həmin xəsarətlərin təsiri nəticəsində baş vermiş kəskin daxili qanitirmə səbəbindən ölmüş, bununla da o, X13 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, «Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Şərh edilənlərə əsasən, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsini əsaslı və qanunauyğun hesab edərək onun əməlini CM-nin 126.3-cü maddəsinə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxsCM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsəməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun arxivində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı atdığı yerə baxış keçirilərkən götürülmüş, üzərində timsah təsviri olan bıçaq dəstəyi, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan daş, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan samanlar, hadisə yerindən götürülmüş yolun kənarına yaxın yerdə olan qanabənzər ləkələrdən pambıq tamponla götürülmüş nümunə məhv edilməli, X42nin meyitinə baxış zamanı götürülmüş qara rəngli gödəkçə, qara rəngli cins şalvar, ön hissəsi qəhvəyi rəngdə olmaqla qara rəngli qalın köynəy, boz rəngli mayka, boz rəngli tursik yaxın qohumlarına, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz və qara rənglərdə gül naxışları və boğaz hissəsində 3 ədəd düyməsi olan uzunqol köynək, 1 ədəd tünd boz rəngli, iç tərəfində “Nuno Murachino” yazısı olan cins şalvar, 1 ədəd tünd göy rəngli, yuxarı hissəsində qırmızı rəngdə “Redoor” yazılmış pijama şalvarı, 1 ədəd “dublyonka” adlanan qara rəngli palto, 1 ədəd ağ rəngli mayka və 1 ədəd orta hissəsi boz rəngli, kənarları tünd yaşıl rəngli alt tumanı, şahid X19 hadisə zamanı əynində olmuş 1 ədəd üzərində hərbi rəngləri olan qısa kurtka, 1 ədəd qara rəngli jaket, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli mayka, şahid X22 hadisə zamanı əynində olmuş 1 ədəd kənarlarında “Puma” yazısı olan tünd göy idman şalvarı, 1 ədəd boz rəngli qısa palto və 1 ədəd qara rəngli jaket, Şahid3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, dəridən kurtka, 1 ədəd ağ rəngli uzunqol köynək və bir ədəd sarımtıl rəngli cins şalvar, Şahid4 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qolsuz kurtka, 1 ədəd qara rəngli, üzərində sarı rəngdə naxışlar olan uzunqol köynək və 1 ədəd göy rəngli cins şalvar özlərinə və ya yaxın qohumlarına qaytarılmalı, imtina etdikləri təqdirdə məhv edilməli, Kənan İsgəndərovun istintaqa təqdim etdiyi X42yə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, özünə məxsus 1 ədəd “İ Phone” markalı mobil telefon yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 127,80(yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Goranboy rayon Vəkil bürosunun vəkili X36 prosessual hərəkətlərdə 51 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçi xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcıxx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun arxivində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı atdığı yerə baxış keçirilərkən götürülmüş, üzərində timsah təsviri olan bıçaq dəstəyi, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan daş, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan samanlar, hadisə yerindən götürülmüş yolun kənarına yaxın yerdə olan qanabənzər ləkələrdən pambıq tamponla götürülmüş nümunə məhv edilsin, X42nin meyitinə baxış zamanı götürülmüş qara rəngli gödəkçə, qara rəngli cins şalvar, ön hissəsi qəhvəyi rəngdə olmaqla qara rəngli qalın köynəy, boz rəngli mayka, boz rəngli tursik yaxın qohumlarından birinə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz və qara rənglərdə gül naxışları və boğaz hissəsində 3 ədəd düyməsi olan uzunqol köynək, 1 ədəd tünd boz rəngli, iç tərəfində “Nuno Murachino” yazısı olan cins şalvar, 1 ədəd tünd göy rəngli, yuxarı hissəsində qırmızı rəngdə “Redoor” yazılmış pijama şalvarı, 1 ədəd “dublyonka” adlanan qara rəngli palto, 1 ədəd ağ rəngli mayka və 1 ədəd orta hissəsi boz rəngli, kənarları tünd yaşıl rəngli alt tumanı, şahid X19 hadisə zamanı əynində olmuş 1 ədəd üzərində hərbi rəngləri olan qısa kurtka, 1 ədəd qara rəngli jaket, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli mayka, şahid X22 hadisə zamanı əynində olmuş 1 ədəd kənarlarında “Puma” yazısı olan tünd göy idman şalvarı, 1 ədəd boz rəngli qısa palto və 1 ədəd qara rəngli jaket, Şahid3 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, dəridən kurtka, 1 ədəd ağ rəngli uzunqol köynək və bir ədəd sarımtıl rəngli cins şalvar, Şahid4 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qolsuz kurtka, 1 ədəd qara rəngli, üzərində sarı rəngdə naxışlar olan uzunqol köynək və 1 ədəd göy rəngli cins şalvar özlərinə və ya yaxın qohumlarından birinə qaytarılsın, imtina etdikləri təqdirdə məhv edilsin, Kənan İsgəndərovun istintaqa təqdim etdiyi X42yə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, özünə məxsus 1 ədəd “İ Phone” markalı mobil telefon yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə vəkil X36 üçün dövlət hesabından 306 (üç yüz altı) manat pul vəsaiti onun işlədiyi Goranboy rayon Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X46 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-160/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-160/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver