Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2021 09.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Ağdam rayonu, Şıxlılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Şıxlılar kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Qərvənd qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Qərvənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onların hissələrini toplama) məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin iyun ayında qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitmiş ümumi sayı 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 21 iyul 2020-ci il tarixədək xüsusi aqrotexniki qulluq göstərərək suvarmaqla diblərini yumşaldıb alaq otlarından təmizləmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən aşkar edilənədək qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmişdir. Bundan başqa o, yaşadığı Ağdam rayonu Qərvənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə kollarından toplayıb qurudaraq hazırlamaqla həyətində olan kəsilib qurudulmuş ağac gövdələrinin arasında gizlədərək ümumi təmiz çəkisi 2550 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 21 iyul 2020-ci il tarixə, yəni keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən aşkar edilənədək satış məqsədi ilə qanunsuz olaraq saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu Şıxlar kəndində anadan olmuş, məlum hadisələrlə əlaqədar yaşadığı kənd ermənilər tərəfindən işğal edildiyindən hazırda Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada yaşayır. Məlum hadisələrlə bağlı “Qarabağ” uğrunda gedən döyüşlər zamanı bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Atəşkəs dövründə də bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. 2019-cu ilin payız aylarında yaşadığ qəsəbənin yaxınlığından keçən “Xaçın çayı”nın kənarı ilə gedən zaman yerdə siqaret kağızına bükülmüş bir əşya görmüşdür. Həmin bükükünü götürmüş, içərisini açıb baxdıqda narkotik tərkibli toxumlar görmüşdür. Həmin toxumları yenidən kağıza büküb cibinə qoymuş, evinə getmiş, fikirləşmişdir ki, gələckdə həmin toxumları əkib bitkilərinə qullu edər və ondan istifadə edər. Bilmişdir ki, əkilmiş toxumların heç də hamısı bitmir. 2020-ci ilin iyun ayında yaşdığı evin həyətinin sağ tərəfində ot kipləri yığılmış yerin arxasında həmin toxumları torpağa basdırıb, üzərlərinə su tökmüş, sonra əkdiyi toxumların kənarlarını bağlamışdır. Həmin toxumlardan 23 ədədi cücərib torpaqdan çıxmış və inkişaf etməyə başlanışdır. Həmin bitkilərin hündürlüyü təxminən 2 metr olana qədər onlara qulluq etmiş, diblərini alaq otlarından təmizləmiş və diblərinə peyin vermişdir. 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində evində yatan zaman qapı döyülmüş, yuxudan oyanıb həyətə çıxmış, darvazanın qapısını açmış, polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ona demişlər ki, narkotik tərkibli bitkilər əkib becərməkdə şübhəlidir, onun evinə və həyətinə baxış keçirəcəklər. Baxış keçirilməsi barədə ona qərar təqdim edilmişdir. Etiraz etmədiyindən bir neçə polis əməkdaşları və mülki şəxslər onun həyətinə daxil olmuş və əvvəlcə həyətə baxış keçirmişlər. Polis əməkdaşları dəvət etdikləri aqronom mütəxəssis və iki nəfər hal şahidinin iştirakı ilə onun həyətinə baxış keçirən zaman həyətinin sağ tərəfində əkib-becərdiyi bitki kollarını aşkar etmişlər. Ondan by barədə soruşduqda həmin kolların narkotik tərkibli bitki kolları olmasını, həmin kolları özünün istifadə etmək məqsədi ilə əkib becərdiyini bildirmişdir. Sonra polis əməkdaşları həmin bitkiləri qazıb torpaqdan çıxarmış, hündürlüyünü ölçmüş, tərəzidə çəkmişlər. Daha sonra həyətə baxış davam etdirilərkən əkdiyi çətənə kollarından təxminən 10 metr aralı ağac gövdələrinin arasında iki ədəd bağlamada yarı quru halda narkotik tərkibli bitki kollarının hissələrini aşkar etmişlər. Həmin vaxt polis əməkdaşlarına demişdir ki, həmin bitkinin hissələri yararsız olduğundan onları qırıb kənara atmışdır. Daha sonra polis əməkdaşları onun fərdi yaşayış evinə baxış keçirmişlər. Lakin yaşadığı evindən narkotik vasitələr və digər qanunsuz saxlanılan heç bir əşya aşkar etməmişlər. Bunda sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitələri onun, hal şahidlərinin iştirakları ilə fotoşəkillərini çəkmişlər. Daha sonra həmin narkotik tərkibli bitkilər qablaşdırılıb götürülmüş, baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, o da heç bir təzyiq olmadan protokolu imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, həmin narkotik tərkibli bitkiləri özü istifadəsi üçün əkib-becərmişdir. Gələcəkdə heç kimə narkotik tərkibli həmin bitkilərin hissələrini satmaq niyyəti olmamışdır. Ailə üzvlərinin həmin bitkiləri əkib becərməsindən məlumatı olmamışdır. Narkotik tərkibli bitkilər əkib becərməsini heç kimə deməmiş və heç kimlə əlbirliyi olmamışdır. Əvvəllər narkotik tərkibli bitkilər əkib becərməmiş və heç kimə narkotik vasitə satmamışdır. Törətdiyi əməlinin mahiyyətini dərk edir, əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 İnkişaf Mərkəzinin aqronomu X7 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Şıxlar kəndində anadan olmuş, məlum hadisələrlə əlaqədar yaşadığı kənd erməni hərbi birləşmələri tərəfindən işğal edildiyindən hazırda ailə üzvləri ilə birlikdə Ağdam rayonu Ayaqqərvənd kəndində yaşayır. 1980-ci ildən Kənd Təsərrüfatı sahəsində aqronom işləyir və 2016-ci ildən isə Bərdə regional X9 Ağdam rayonu üzrə baş aqronomu vəzifəsində işləyir. 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində polis əməkdaşları onu Ağdam rayon polis şöbəsinə dəvət edərək rayonun Qərvəbd qəəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə daxil olmuş məlumata əsasən həmin həyətə baxış keçiricəklərini bildirmiş və həmin baxışda aqronom-mütəxəssis kimi iştirak etməsini xahiş etmişlər. Polis əməkdaşları ilə birlikdə həmin evin həyətyanı sahəsinə getmişlər. Həmin ünvana çatarkən orada polis əməkdaşlarının və bir neçə nəfər mülki şəxsin olduğunu görmüşdür. Həmin mülki şəxslərin hal şahidi qismində dəvət olunduqlarını bilmişdir. Polis əməkdaşları özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə qərar təqdim etmiş, onun narkotik tərkibli çətənə kolları əkib becərməsində şübhəli olduğunu bildirmiş, yaşayış evinə və həyətinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyindən evin darvazasından içəri həyətə keçmişlər. Həyətin sağ tərəfinə baxış zamanı ot kiplərinin yiğıldığı tayaların arasında biri-digərindən bir qədər aralı 23 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərə baxarkən bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını, əkilmiş və qulluq olunmuş şəkildə görmüş və polis əməkdaşlarına da həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını, təxminən hündürlüyünü nəzərə alaraq 1-2 ay əvvəl əkilərək, qulluq edilib becərildiyini demişdir. Həmin bitkilər canlı, yaşıl rəngdə, kök üstündə kökü də torpaqda olmuşlar. Nəlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Bundan sonra həmin bitkilər onun, hal şahidlərinin istirakı ilə polis əməkdaşları tərəfindən sayılmış, onların cəmi 23 ədəd olmaqla müxtəlif hündürlükdə olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs soruşduqda həmin şəxs narkotik xassəli çətənə bitkilərini özünün əkib becərdiyini, xüsusi qulluq etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bitkilərin fotoşəkillərini çəkmiş və onları kökündən çıxarmışlar. Bitkilərin köklərinə baxarkən onların yaxşı inkişaf etdiyini bilmişdir. Həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmiş, bitkilərin inkişaf etməsinə insan əməyi sərf olunmuşdur. Daha sonra həyətin sol tərəfinə baxış zamanı orada kəsilərək yığılmış cinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Həmin bitki nümunələrinə baxdıqda onların yığılaraq qurudulduğunu bildirmişdir. Ümumilikdə aşkar edilmiş 23 ədəd çətənə bitkilərinə və iki kip bağlamada qurudulmuş narkotik tərkibli bitkilərin hissələrinə baxış keçirildikdən və fotoşəkilləri çəkildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq göürülmüşdür. Sonra yaşayış evinə baxış keçirilmiş, lakin yaşayış evindən narkotik vasitələr və digər qanunsuz əşyalar aşkar edilməmişdir. Baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşlarının, onun, Təqsirləndirilən şəxs, hal şahidlərinin, iştirakı ilə protokol ucadan oxunmuş, tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmin iş üzrə aqronom-mütəxəssis kimi akt tərtib edib rəy vermiş, göstərmişdir ki, həmin bitkilər tərkibində narkotik vasitə olan çətənə bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilməklə diblərinə peyin verilmiş, dibləri yumşaldılmış və suvarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çullu kəndində yaşayır. Dolanışıq üçün fəhləlik edir, sifariş əsaslnda kənd sakinlərinin əkin sahələrini suvarır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində təsərrüfatda suvarma işləri ilə məşğul olan zaman Ağdam rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış, demişlər ki, daxil olmuş məlumata əsasən rayonun Qərvənd qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə kolları əkib-becərir. Onun həyətinə baxış keçirəcəklər və xahiş etmişlər ki, hal şahidi qisimdə həmin tədbirdə iştirak etsin, O da etiraz etməmiş və həmin tədbirin keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Sonra Şahid3 adlı başqa bir şəxsi hal şahidi qismində və tədbirin keçirilməsinə mütəxəssis aqronom dəvət etmişlər. Bundan sonra Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisndə fərdi qaydada yaşayan, əvvəllər tanımadığı bir şəxsin həyət darvazasının qarşısına getmişlər. Orada ev sahibini çağırmışlar. Ev sahibi çıxdıqda özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, evinə və həyətinə baxış keçirəcəklər. Bu barədə ona müvafiq sənəd təqdim etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra onlara da qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri və tədbirdə necə iştirak etmələri izah edildikdən sonra Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar. Həyətə baxış keçirilən zaman giriş darvazasının sağ tərəfi ilə bir qədər getdikdən sonra orada yığılmış saman kiplərinin və qarşı tərəfi qarğı-qamışla əhatə olunmuş bir yerdə bir-birindən bir qədər aralı kəskin iyə malik, yaşıl rəngdə, xüsusi qulluq göstərilmiş və yaxşı inkişaf etmiş, çətənə kolları aşkar edilmişdir. Məlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Həmin bitkilərin diblərinə mal-qara peyini verilmişdir. Kolların yaxınlığında bir ədəd bitkiləri suvarmaq üçün istifadə olunan dəmir qab və qabın yanında içərisində heyvan nəcisi olan çuxur qazıldlğlnl görmüşdür. Bundan sonra onların, aqronomun istirakıları ilə polis əməkdaşları tərəfindən həmin çətənə kolları sayılmış, onların cəmi 23 ədəd olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs bu barədə soruşduqda həmin şəxs həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, həmin bitkiləri özü əkdiyini, özünün xüsusi qulluq edib becərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bitkilərin fotoşəklini çəkmiş və onları kökündən çıxarmışlar. Bitkilərin köklərinə baxarkən onların yaxşı inkişaf etdiyini bilmişdir. Həmin narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra həyətin digər sol tərəfinə baxş zamanı kəsilmiş çinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş, çətənə bitkilərinə oxşar maddələr də aşkar edilmişdir. Həmin bitkilərə də baxış keçirildikdən və çəkildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra yaşayış evinə onların iştirakı ilə baxış keçirilmişdir. Lakin baxış zamanı yaşayış evindən narkotik maddələr və cinayət yolu ilə əldə edilən heç bir vasitə, predmet, əşya aşkar edilməmiş və götürülməmişdir. Baxışın keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmiş o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmiş, bu barədə Ağdam rayon polis şöbəsində izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 21 iyul 2020-ci il tarixdə təxminən saat 05-06 radələrində Quzanlı qəsəbəsi ərazisində təsərrüfatda suvarma işləri ilə məşğul olan zaman Ağdam rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış, demişlər ki, daxil olmuş məlumata əsasən rayonun Qərvənd qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə kolları əkib-becərir. Demişlər ki, onun həyətinə baxış keçirəcəklər və ondan xahiş etmişlər ki, hal şahidi qisimdə həmin tədbirdə iştirak etsin. O, narkotik tərkibli çətənə kolları əkib-becərən, satışı ilə məşğil olan şəxslərə nifrəti olduğu üçün həmin şəxsin ifşa olunması məqsədi ilə polis əməkdaşlarının tədbirində iştirak etməyə razılıq vermişdir. Sonra Şahid1 adlı başqa bir hal şahidi və mütəxəssis aqronom dəvət etmişlər. Bundan sonra Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisndə fərdi qaydada yaşayan, əvvəllər tanımadığı bir şəxsin həyət darvazasının qarşısına getmişlər. Orada ev sahibini çağırmışlar. Ev sahibi çıxdıqda özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, evinə və həyətinə baxış keçirəcəklər. Bu barədə ona müvafiq sənəd təqdim etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra onlara da qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri və tədbirdə necə iştirak etmələri izah edildikdən sonra Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar. Həyətə baxış keçirilən zaman giriş darvazasının sağ tərəfi ilə bir qədər getdikdən sonra orada yığılmış saman kiplərinin və qarşı tərəfi qarğı-qamışla əhatə olunmuş bir yerdə bir-birindən bir qədər aralı kəskin iyə malik, yaşıl rəngdə, xüsusi qulluq göstərilmiş və yaxşı inkişaf etmiş, çətənə kolları aşkar edilmişdir. Məlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Həmin bitkilərin diblərinə mal-qara peyini verilmişdir. Kolların yaxınlığında bir ədəd bitkiləri suvarmaq üçün istifadə olunan dəmir qab və qabın yanında içərisində heyvan nəcisi olan çuxur qazıldığını görmüşlər. Bundan sonra onların, aqronomun istirakıları ilə polis əməkdaşları tərəfindən həmin çətənə kolları sayılmış, onların cəmi 23 ədəd olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs bu barədə soruşduqda həmin şəxs həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, həmin bitkiləri özü əkdiyini, özünün xüsusi qulluq edib becərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bitkilərin fotoşəkillərini çəkmiş və onları kökündən çıxarmışlar. Bitkilərin köklərinə baxarkən onların yaxşı inkişaf etdiyini bilmişdir. Həmin narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra həyətin digər sol tərəfinə baxş zamanı kəsilmiş çinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş, çətənə bitkilərinə oxşar maddələr də aşkar edilmişdir. Həmin bitkilərə də baxış keçirildikdən və çəkildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra yaşayış evinə onların iştirakı ilə baxış keçirilmişdir. Lakin baxış zamanı yaşayış evindən narkotik maddələr və cinayət yolu ilə əldə edilən heç bir vasitə, predmet, əşya aşkar edilməmiş və götürülməmişdir. Baxışın keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmiş o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmiş, baxışın keçirilməsinə dair Ağdam rayon polis şöbəsində izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Əliağalı kəndində anadan olmuş, məlum hadisələrlə əlaqədar yaşadığı kənd ermənilər tərəfindən işğal edildiyindən hazırda ailə üzvləri ilə birlikdə Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayır. Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin Qərvənd qəsəbəsi üzrə polis sahə rəisi vəzifəsində işləyir. Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti yoxdur. 2020-ci ilin iyul ayının ortalarında Ağdam rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərir. Bununla əlaqədar şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 yazmış olduğu raport və Təqsirləndirilən şəxs Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi haqqında qərara əsasən 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində polis əməkdaşları, dəvət edilmiş mütəxəssisaqronom, iki nəfər hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Baxış keçirilməsi haqqında qərar Təqsirləndirilən şəxs təqdim olunmuş, bildirilmişdir ki, evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəlidir, onun həyətinə və evinə baxış keçirəcəklər. Təqsirləndirilən şəxs etirazını bildirməmiş və birlikdə evin dəmirdən olan darvazasından içəri həyətə daxil olmuşlar. Həyətin sağ tərəfinə baxış zamanı ot kiplərinin yiğıldığı tayaların arasında biri-digərindən bir qədər aralı 23 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilmişdir. Mütəxəssisaqronom Nəriman Ələmov bitkilərə baxarkən həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını, əkilmiş və qulluq olunmuş şəkildə olduğunu, təxminən hündürlüyünü nəzərə alaraq 1-2 ay əvvəl əkilərək, qulluq edilib becərildiyini bildirmişdir. Həmin bitkilər canlı, yaşıl rəngdə, kök üstündə kökü də torpaqda olmuşlar. Məlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Təqsirləndirilən şəxs həmin narkotik xassəli çətənə bitkilərini özünün əkib becərdiyini, xüsusi qulluq etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bitkilərin fotoşəklləri çəkilmiş və onları kökündən çıxarmışlar. Daha sonra həyətin sol tərəfinə baxış zamanı orada kəsilərək yığılmış cinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Həmin bitki nümunələrinə baxdıqda onların yığılaraq qurudulduğunu bilmişlər. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin baxış zamanı evdən narkotik vasitələr və digər qanunsuz saxlanılan, cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Ümumilikdə aşkar edilmiş 23 ədəd çətənə bitkilərinə və iki kip bağlamada qurudulmuş narkotik tərkibli bitkilərin hissələrinə baxış keçirildikdən və fotoşəkilləri çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Ağdam RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid8 16 mart 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid8 ifadələrində göstərmişdir ki, 2020-ci ilin iyul ayının ortalarında Ağdam rayon X13 rayonu, Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar yazmış olduğu raport və Təqsirləndirilən şəxs Ağdam rayonu, Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi haqqında qərar şöbənin rəisi tərəfindən təsdiq edilmiş, bundan sonra 21 iyul 2020-ci il tarixdə saat 06 radələrində polis əməkdaşları, mütəxəssisaqronom və iki nəfər hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Baxış keçirilməsi haqqında qərar Təqsirləndirilən şəxs təqdim olunaraq evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli olduğu, onun həyətinə və evinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da etirazını bildirmədiyindən birlikdə evin həyətinə daxil olmuşlar. Həyətin sağ tərəfinə baxış zamanı ot kiplərinin yığıldığı tayaların arasında biri digərindən bir qədər aralı 23 ədəd kol aşkar edilmişdir. Mütəxəssis-aqronom Nəriman Ələmov bitkilərə baxarkən həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, əkilmiş və qulluq olunmuş şəkildə olduğunu, təxminən hündürlüyünü nəzərə alaraq 1-2 ay əvvəl əkilərək, qulluq edilib becərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik xassəli çətənə bitkilərini özünün əkib becərdiyini, xüsusi qulluq etdiyini bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən həmin bitkilərin fotoşəkilləri çəkilmiş və onlar kökündən çıxarılmışlar. Həyətin sol tərəfinə baxış zamanı isə orada kəsilərək yığılmış çinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Həmin bitki nümunələrinə baxdıqda onların yığılaraq qurudulduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı isə evdən narkotik vasitələr və digər qanunsuz saxlanılan, cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 04 mart 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid7 ifadələrində göstərmişdir ki, Ağdam rayonu Seyidli kəndində anadan olmuş, məlum hadisələrlə əlaqədar yaşadığı kənd ermənilər tərəfindən işğal edildiyindən hazırda Ağdam rayonu İmamqulubəyli kəndində yaşayır. Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin Qərvənd qəsəbəsi üzrə polis sahə rəisinin köməkçisi işləyir, polis serjantı rütbəsindədir. Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti yoxdur. 2020-ci ilin iyul ayının ortalarında Ağdam rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərir. Bununla əlaqədar şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 yazmış olduğu raport və Təqsirləndirilən şəxs Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi haqqında qərara əsasən 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində polis əməkdaşları, dəvət edilmiş mütəxəssis-aqronom, iki nəfər hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Baxış keçirilməsi haqqında qərar Təqsirləndirilən şəxs təqdim olunmuş bildirilmişdir ki, evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəlidir, onun həyətinə və evinə baxış keçiriləcəklər. Təqsirləndirilən şəxs etirazını bildirməmiş və birlikdə evin dəmirdən olan darvazasından içəri həyətə keçmişlər. Həyətin sağ tərəfinə baxış zamanı ot kiplərinin yiğıldığı tayaların arasında biri-digərindən bir qədər aralı 23 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilmişdir. Mütəxəssis-aqronom Nəriman Ələmov bitkilərə baxarkən həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını, əkilmiş və qulluq olunmuş şəkildə olduğunu, təxminən hündürlüyünü nəzərə alaraq 1-2 ay əvvəl əkilərək, qulluq edilib becərildiyini bildirmişdir. Həmin bitkilər canlı, yaşıl rəngdə, kök üstündə kökü də torpaqda olmuşlar. Məlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Təqsirləndirilən şəxs həmin narkotik xassəli çətənə bitkilərini özünün əkib becərdiyini, xüsusi qulluq etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bitkilərin fotoşəkilləri çəkilmiş və onları kökündən çıxarmışlar. Daha sonra həyətin sol tərəfinə baxış zamanı orada kəsilərək yığılmış cinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Həmin bitki nümunələrinə baxdıqda onların yığılaraq qurudulduğunu bilmişlər. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin baxış zamanı evdən narkotik vasitələr və digər qanunsuz saxlanılan, cinayət yolu ilə əldə olunmuş heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Ümumilikdə aşkar edilmiş 23 ədəd çətənə bitkilərinə və iki kip bağlamada qurudulmuş narkotik tərkibli bitkilərin hissələrinə baxış keçirildikdən və fotoşəkilləri çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 04 mart 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid6 ifadələrində göstərmişdir ki, Ağdam rayonu Çullu kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisinin köməkçisi işləyir, polis serjantı rütbəsindədir. Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti yoxdur. 2020-ci ilin iyul ayının ortalarında Ağdam rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşmış Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərir. Bununla əlaqədar şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 yazmış olduğu raport və Təqsirləndirilən şəxs Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi haqqında qərara əsasən 21 iyul 2020-ci il tarixdə təxminən saat 06 radələrində polis əməkdaşları, dəvət edilmiş mütəxəssis-aqronom, iki nəfər hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Baxış keçirilməsi haqqında qərar Təqsirləndirilən şəxs təqdim olunmuş, bildirilmişdir ki, evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəlidir, onun həyətinə və evinə baxış keçiriləcəklər. Təqsirləndirilən şəxs etirazını bildirməmiş və birlikdə evin dəmirdən olan darvazasından içəri həyətə keçmişlər. Həyətin sağ tərəfinə baxış zamanı ot kiplərinin yiğıldığı tayaların arasında biri-digərindən bir qədər aralı 23 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilmişdir. Mütəxəssis-aqronom Nəriman Ələmov bitkilərə baxarkən həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını, əkilmiş və qulluq olunmuş şəkildə olduğunu təxminən hündürlüyünü nəzərə alaraq 1-2 ay əvvəl əkilərək, qulluq edilib becərildiyini bildirmişdir. Həmin bitkilər canlı, yaşıl rəngdə, kök üstündə kökü də torpaqda olmuşlar. Məlum olmuşdur ki, həmin bitkilər inkişaf səviyyələrinə görə müxtəlif uzunluqda boy atmışlar. Təqsirləndirilən şəxs həmin narkotik xassəli çətənə bitkilərini özünün əkib becərdiyini, xüsusi qulluq etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bitkilərin fotoşəkilləri çəkilmiş və onları kökündən çıxarmışlar. Daha sonra həyətin sol tərəfinə baxış zamanı orada kəsilərək yığılmış cinar ağaclarının gövdələrinin içərisində iki kip bağlamada qurudulmuş çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Həmin bitki nümunələrinə baxdıqda onların yığılaraq qurudulduğunu bilmişlər. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin baxış zamanı evdən narkotik vasitələr və digər qanunsuz saxlanılan, cinayət yolu ilə əldə olunmuş heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Ümumilikdə aşkar edilmiş 23 ədəd çətənə bitkilərinə və iki kip bağlamada qurudulmuş narkotik tərkibli bitkilərin hissələrinə baxış keçirildikdən və fotoşəkilləri çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.07.2020-ci il tarixli raportdan görünür ki, Ağdam rayonu, Ayaqqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli bitkilərin əkib becərməsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, baxış keçirilməsi haqqında 21.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Qərvənd qəsəbəsində yerləşən yaşayış evinə və həyətyanı sahəyə baxış zamanı 23 ədəd narkotik vasitə olan çətənə (kannabis) bitkisinə oxşar kol, 1 ədəd narkotik vasitə olan çətənə (kannabis) bitkisinin koluna oxşar kol, 2 ədəd şələ - hər biri 4080 qram olan yarım qurudulmuş kəskin iyli kollar və 1 ədəd dəmir qab aşkar edilmiş və baxış keçirilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RTSM-nın Ağdam rayon üzrə baş aqronomu tərəfindən tərtib edilmiş 21.07.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Qərvənd qəsəbəsində yerləşən yaşayış evinin qarşı tərəfində yerləşən bağ sahəsində əkilmiş 23 ədəd yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kolları, 1 ədəd kəskin iyə malik olan kolun gövdəsi və hər biri 4080 qram olan yarım qurudulmuş halda 2 ədəd şəldə kəskin iyli kollara baxış zamanı həmin bitkilərin tərkibində narkotik vasitə olan çətənə bitkisi olması və həmin çətənə bitkilərinə xüsusi qulluq (peyin verilmiş, dibi yumşaldılmış və suvarılmış) olunması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21.07.2020-ci il tarixli 16/505 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Qərvənd qəsəbəsində yerləşən bağ sahəsindən aşkar edilmiş yarım qurudulmuş halda kəskin iyli kollar..” sözləri yazılmış sintetik kisədəki, təmiz çəkisi 1530 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Qərvənd qəsəbəsində yerləşən bağ sahəsindən aşkar edilmiş yarım qurudulmuş halda kəskin iyli kollar və 01 ədəd kəskin iyə malik olan kolun gövdəsi..” sözləri yazılmış sintetik kisədəki, təmiz çəkisi 1020 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin sintetik kisədəki sayı 1 ədəd, təmiz çəkisi - 28,125 qram bitki nümunəsinin hissəsi, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Qərvənd qəsəbəsində yerləşən bağ sahəsində yaşıl rəngli, xüsusi aqrotexniki qaydada qulluq edilmiş kəskin iyə malik kollar..” adlar və imzalar olan dörd ədəd ayrı-ayrılıqda baş-başa keçirilmiş sintetik kisələrdə, ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi təmiz çəkisi - 35100 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotok tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2020-ci il tarixli 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq (o cümlədən əqli imkişafdan geri qalma) xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması və kəmağıllılıq (o vümlədən əqli inkişafdan geri qalma) xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqridarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2020-ci il tarixli, 722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon Mərkəzi Xəstəxanasının 29.07.2020-ci il tarixli 475 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X19 Dispanserinin 29.07.2020-ci il tarixli 360 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam RİHB-nın Qərvənd kənd İƏD üzrə nümayəndəliyinin 24.07.2020-ci il tarixli 311 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Ağdam rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs 1964-cü il təvəllüdlü həyat yoldaşı X2, 1985-ci il təvəllüdlü qızı X3, 1991-ci il təvəllüdlü oğlu X5, 1994-cü il təvəllüdlü qızı X4 və 1996-cı il təvəllüdlü oğlu X6 ibarət ailə üzvləri vardır, Qarabağ müharibəsi veteranı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şübhəli şəxsin tutulması haqqında 21.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 4(013)-16/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 avqust 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə, sonuncunun iştirakı ilə 18 avqust 2020-ci il tarixdə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin iyun ayında Ağdam rayonu Qərvənd qəsəbəsi ərazisində fərdi qaydada məskunlaşdığı evin həyətində narkotik tərkibili çətənə kollarını əkib-becərdiyi yerləri və ondan bir qədər həyətin sol tərəfində qurudulmuş ağac gövdələrinin arasında iki bağlamada qurudulmuş çətənə kollarını gizlətdiyi yerləri göstərib təqdim etmişdir. Onun könüllü göstərdiyi yerlərin fotoşəkilləri çəkilmiş, protokol tərtib edilmiş, tərtib edilmiş müvafiq istintaq sənədləri cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilib götürülmüş 2550 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 23 (iyirmi üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, təmiz çəkisi 28,125qram bitki nümunələrinin hissələri və bir ədəd dəmir su qabı Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2020-ci il tarixli, 722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 21.07.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutlar Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilib götürülmüş 2550 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 23 (iyirmi üç ) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, təmiz çəkisi 28,125 qram bitki nümunələrinin hissələri və bir ədəd dəmir su qabı Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilib götürülmüş 2550 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 23 (iyirmi üç ) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, təmiz çəkisi 28,125 qram bitki nümunələrinin hissələri məhv edilməli, bir ədəd dəmir su qabı isə qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilib götürülmüş 2550 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 23 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 28,125 qram bitki nümunələrinin hissələri məhv edilsin, bir ədəd dəmir su qabı isə qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Xəqani Səmədov
3. Nural Əliyev