Məhkəmə qərarları › İş №1(100)-160/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-160/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2022 24.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X28 və Məmmədov Orxan Elxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X10, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7, 29, 120.2.4, 29,120.2.9, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs13 iyul 2021-ci il tarixdə, saat 18 radələrində əvvəllər aralarında ailə-məişət zəminində olan narazılıqlarla bağlı arvadı Zərərçəkmiş şəxs ondan müvəqqəti ayrılaraq yaşadığı anası X9 məxsus Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən yaşayış evinə gəlmiş və uşaqları ilə görüşmək istəməsi ilə bağlı arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisədən hiddətlənərək qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin tarixdə saat 19 radələrində özünün yaşadığı Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə qayıdaraq həmin evin yataq otağındakı çarpayının altında saxladığı mərhum babası X3 miras qalmış, kustar üsulla hazırlanmış, ümumi təyinatlı, qatlanmayan, deşici-kəsici, deşici-çapıcı və deşici-kəsici-çapıcı xassələrə malik olmaqla qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən ov xəncərini götürüb üzərində gəzdirməklə yenidən qayınanası Sədaqət İbadullayevanın yaşadığı evə gələrək həyətdəki tövlənin qarşısında sonuncu ilə mübahisə edib sağ əlində tutduğu xəncərlə qəsdən ona bir dəfə sinə nahiyəsinə ağır dərəcəli xəsarət yetirdikdən sonra Sədaqət İbadullayeva onun əlindən çıxaraq qaçmış, bundan sonra Təqsirləndirilən şəxs “övladın Mahizərin başını kəsəcəm” deyərək əlindəki xəncərlə arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə evin məişət təyinatlı əşyalarının saxlandığı otağa gəlmiş, Sədaqət İbadullayeva isə qızının öldürülməsinə mane olmaq məqsədilə yaralı vəziyyətdə arxadan onu təqib etmiş, lakin, Təqsirləndirilən şəxs özünü daha tez çatdıraraq sağəlində olan xəncərlə arvadı Zərərçəkmiş şəxs bədən səthinun müxtəlif nahiyyələrinə 3 dəfə xəsarət yetirmiş, həmin vaxt qayınanası Sədaqət İbadullayevanın onun qarşısını kəsməsi səbəbindən Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs anası Sədaqət İbadullayevanın gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək arvadı Zərərçəkmiş şəxs gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla xəncərlə qəsdən zərbələr vuraraq yaralı vəziyyətdə olan qayınanası Sədaqət İbadullayevaya ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən və ürəyi zədələyən 01(bir) ədəd, döş qəfəsinin sol yarısının sol arxa-yan səthinin döş boşluğuna keçən və sol ağ ciyəri zədələyən 1(bir) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 01(bir) ədəd kəskin qanitirməyə səbəb olmuş insan həyatı üçün təhlükəli olan cəmi 3 (üç) ədəd ağır dərəcəli deşilmiş-kəsilmiş yara xəsarətləri, həmçinin, hər iki bazunun və qarının ön səthinin, sol əlin arxa səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirməklə onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş,bundan sonra həyətə çıxaraq onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qaynı X11 11 avqust 2018-ci il təvəllüdlü, azyaşlı oğlu Qərib İbadullayevi öldürüb onların soyunu kəsəcəyini deyərək həyətdən evin ikinci mərtəbəsinə qalxan pilləkənin üzərində dayanmış qaynı arvadı X16 və onun azyaşlı oğlu Qəribə hücum çəkərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək azyaşlı körpə uşağı anası Elnarə Cəbrayıllının gözləri qarşısında ona xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq onların hər ikisini qəsdən öldürmək məqsədilə əlindəki xəncərlə onlara zərbə vurmaq istəmiş, lakin həmin vaxt arvadı Zərərçəkmiş şəxs yaralı vəziyyətdə olmasına baxmayaraq özünü yetirib əri Təqsirləndirilən şəxs qarşısını kəsərək sağ əli ilə xəncərin tiyəsindən tutub ona zərbə vurmağa imkan verməmiş və nəticədə sağ əlin ovuc səthinin xəsarətlərini almış, həmin vaxt Elnarə Cəbrayıllı qonşuları köməyə çağırmaq üçün evdən çıxdıqdan sonra azyaşlını qorumaq məqsədi ilə Zərərçəkmiş şəxs onu qucaqlayarkən Təqsirləndirilən şəxs xəncərlə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə ona bədən səthinə döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçən, sol ağciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 01(bir) ədəd sağlamlığa ağır zərər vuran insan həyatı üçün təhlükəli olan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə keçməyən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun orta üçdə birini dəlib-keçən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin və sol dirsək oynağının ön səthinin 01(bir) ədəd, sol əlin birinci barmağının ovuc səthinin 2(iki) ədəd, sol əlin üçüncü barmağının daraq falanqa oynağının 01(bir) ədəd, sol əlin ikinci barmağının dırnaq falanqasının iç səthinin 01(bir) ədəd sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş yaraları ilə müşayiət edilən, (iki) ədəd sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş yaraları ilə müşayiət cəmi 10 (on) ədəd çoxsaylı xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerinə gələn Şahid1 yerdən götürdüyü tut ağacının budağı ilə Təqsirləndirilən şəxs kürək nahiyəsinə vurması və Zərərçəkmiş şəxs onun hərəkətlərinin qarşısını almaq üçün müqavimət göstərməsi, həmçinin Elnarə Cəbrayıllının uşağı qucağına götürüb oradan qaçaraq uzaqlaşması səbəblərindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək xüsusi amansızlıqla iki və ya daha çox şəxsi, arvadı Zərərçəkmiş şəxs, qaynı arvadı X17 və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Qərib İbadullayevi xüsusui amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa, o, 7,62x54 mm kalibrli yivli odlu silahlar olan “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, 7,62x54 mm kalibrli döyüş sursatı olan 1 (bir) ədəd patronu qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etməklə daşıyaraq yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində olan fərdi yaşayış evinin yataq otağındakı çarpayının altında saxlamış, 07 avqust 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən qeyd edilən 7,62x54 mm kalibrli döyüş sursatı olan 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla qismən, yalnız Sədaqət İbadullayevanın ölümündətəqsirli bilərək, digər ittihamlarla isə təqsirli hesab etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə əmisi nəvəsi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı vardır. Arvadı Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmamış, münaqişəli ailə olmuşlar. Onların ailəsində olan münaqişəli vəziyyət övladlarının dünyaya gəlməsindən sonra baş vermişdir. Hətta arvadı ilə aralarında olan münaqişəli vəziyyət o həddə çatmışdır ki, 2018-ci il tarixdə arvadı bıçaqla onun sağ və sol nahiyəsinə xəsarət yetirmiş, lakin aralarında barışıq olduğu üçün və arvadının hamilə olması faktı ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmişdir. 13 iyul 2021-ci il tarixdə o, övladlarını görmək üçün Mahizərin yaşadığı evə getmişdir. Onun yaşadığı evlə Mahizərin anası evi arasında olan məsafə təxminən 50 metr olmuşdur. Həmin gün saat 13 radələrində övladlarına aldığı meyvəni onlara vermək üçün Mahizərin anası evinə getmiş və övladları ilə görüşmüşdür. O, meyvəni verdikdən sonra kənddə yerləşən Eldənizin çay evinə getmişdir. Çay evində tək oturaraq bir stəkan kofe içdikdən sonra kəndin ərazisində yerləşən Qoşqarın mağazasından 1 litrlik “coca cola” və siqaret almış və yenidən Mahizərin yaşadığı evə doğru hərəkət etmişdir. Aldığı “coca-cola”nı övladına vermək üçün evin hasarının üstünə qoymuş və Mahizəri çağıraraq övladına “coca-cola” aldığını bildirmişdir. Bu zaman Mahizər onu təhqir etmişdir. Bundan başqa qayınanası Sədaqət İbadullayeva və yoldaşı Zərərçəkmiş şəxs onu əsassız surətdə azyaşlı qızı Aynuru zorlamaqda ittiham etmişlər.Hətta qayınanası ona uşağı zorladığını bildirib onu tutduracağını, bundan sonra isə qızını ondan boşatdıracağını demiş, bu sozlərdən də əsəbləşib yaşadığı fərdi yaşayış evinə gəlmiş və evin yataq otağında olan çarpayının alt hissəsində olan çantadan tutacaq yeri palıdı rəngli olan xəncəri götürərək Mahizərin yaşadığı evə qayıtmışdır.O, evin qapısı bağlı olduğu üçün evin arxa hissəsindən, yəni hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Həyətə daxil olan zaman qayınanası Sədaqət İbadullayeva ilə qarşı-qarşıya gəlmişdir. Sədaqət onun şəxsiyyətini təhqir edərək ona qarşı nalayiq ifadələr işlətmiş və ondan həyəti tərk etməsini tələb etmişdir. Aralarında mübahisəli vəziyyət yaranmış və o, Sədaqətin onun şəxsiyyətini təhqir etməsinə dözməyərək götürdüyü xəncərlə saxlanc yerinin qarşısında Sədaqətin sol süd vəzi nahiyəsinə doğru 1 dəfə xəsarət yetirmişdir. Bu zaman o, çığırmış və səs-küy salmağa başlamışdır. Əlində olan qanlı xəncəri görən Sədaqətin gəlini Elnarə qarşısına çıxmış və qorxaraq qaçmışdır. Həmin vaxt yoldaşı Mahizəri də xəncərlə 2 dəfə vurmuş, bundan sonra isə baş verənləri xatırlamamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, yoldaşı Mahizəri öldürmək istəməmiş, niyyəti ancaq qayınanası Sədaqəti öldürmək olmuş, həmçinin Elnarəni və onun azyaşlı oğlunu öldürməyə cəhd etməmiş, belə bir niyyəti də olmamışdır. Əlavə olaraq göstərmişdir ki, hadisəni törətdiyi xəncər ona babası X3 miras qalmış, baxış zamanı aşkar edilmiş silahı isə ov məqsədi ilə evdə saxlamış, həmin silahdan bir dəfə havaya atəş açmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. İntizam spirtli içkiyə meylli olmuş, spirtli içki qəbul etdikdən sonra ailə üzvləri ilə aralarında narazılıq olmuşdur. Mərhum bacısı Sədaqətin qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra bu evlilikdən biri oğlan və biri qız olmaqla 2 övladı dünyaya gəlmişdir. İntizam ilə Mahizərin problemləri İntizamın spirtli içkini həddindən artıq qəbul etməsi nəticəsində baş vermişdir. Mahizərlə İntizam günəmuzd fəhlə işləmişlər. İntizam ot biçərək, ağac budayaraq və digər işlər görərək ailə üzvlərini dolandırmağa çalışmışdır. Mahizər isə isitilikxanalarda günəmuzd işlərlə məşğul olmuşdur. İntizamın ailəsinə belə laqeyd yanaşması, ailəsinə baxmaması və demək olar ki, hər gün evə sərxoş halda gəlməsinə görə Mahizər ilə İntizam arasında dava-dalaş olmuşdur. Mahizər İntizam ilə mübahisə edərək tez-tez bacısı Sədaqətin evinə gəlmişdir. Mahizər dalaşıb evdən çıxan zaman İntizam arxasınca bacısının evinə gələrək müxtəlif məsələləri bəhanə edərək mübahisə yaratmışdır. 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində kənddəki çay evində olduğu vaxt bacısı Əntiqə ona zəng edərək İntizamın Sədaqəti xəncərlə vurduğunu və X39 zəng edərək hadisə yerinə gəlməyini xahiş etmişdir. O, X41 xidmətinə zəng etdikdən sonra avtomobillə hadisə yerinə getmişdir. O, Mahizəri evin giriş darvazasının qarşısında görmüşdür. X37 Yardım avtomobililə xəstəxanaya yola salmış, özü isə Sədaqətə tərəf getmişdir. Sədaqəti saxlanc yerinin qarşısında qana bulaşmış vəziyyətdə yerə yıxılmış halda görmüşdür. Tez bir şəkildə Sədaqəti avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. O, Sədaqəti Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Yolda onlar Sədaqəti şəxsi avtomobildən X41 avtomobilinə əyləşdirmişlər. Sədaqət xırıldamağa başlamış və bacısı X41 avtomobilində keçinmişdir. O, avtomobilini X20 sürmüşdür. Xəstəxanaya çatan zaman məlum olmuşdur ki, bacısı Sədaqət artıq vəfat etmişdir. Mahizər isə yaralı vəziyyətdə xəstəxanada olmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs xəncərlə xəsarət yetirməsi və bacısı Sədaqət İbadullayevanı qətlə yetirməsi barədə məlumatlı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildə anasının əmisi nəvəsi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladı dünyaya gəlmişdir. Övladları, Aynur Hüseynova və Azad Hüseynov onunla birlikdə yaşamışlar. Əri İntizamla münasibəti əvvəlcədən yaxşı olmamışdır. İntizam ona şər-böhtan ataraq onun həmkəndliləri ilə gəzdiyini və xəyanət etdiyini bildirmişdir. İntizam daim spirtli içki qəbul etmiş və ailəsinə qarşı nalayiq ifadələr işlətməkdən çəkinməmişdir. Əri ilə aralarında olan münaqişəli vəziyyət o həddə çatmışdır ki, 2018-ci il tarixdə o, ərini bıçaqla vuraraq ona xəsarətlər yetirmişdir. Belə ki, həmin ərəfədə o, ərinin spirtli içki aludəçiliyinə görə boşanmaq istəmiş və ərizə ilə rayon məhkəməsinə müraciət etmiş, İntizam isə buna imkan vermək istəməmişdir. Aralarında ciddi münaqişəli vəziyyət baş vermiş, nəticədə o, mətbəx bıçağı ilə İntizama xəsarətlər yetirmişdir. Bundan sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata rayon məhkəməsində xitam verilmişdir. O, həmin ərəfədə hamilə olduğundan İntizamla aralarında barışıq olmuşdur. Bundan sonra o, anası X1 evində gəlini Elnarə və qardaşı Talehlə birlikdə yaşamağa başlamışdır. Hadisə olan gün, yəni 13 iyul 2021-ci il tarixdə saat 17 radələrində İntizam əlində meyvə şirəsi və meyvələr gətirərək ona verdikdən sonra çıxıb getmiş, təxminən 30 dəqiqə sonra isə yenidən qayıtmışdır. İntizam evin baş tərəfində olan darvazadan aşaraq evin həyəti ilə 15 metrlik məsafədə yerləşən tövləyə tərəf hərəkət etmişdir. Sağ əlində tutduğu xəncərlə anası Sədaqətin döş qəfəsi nahiyəsinə xəsarət yetirmişdir. O, sonradan İntizamın “övladın Mahizərin başını kəsəcəm” deyə qışqırmağını eşitmişdir. Anası Sədaqət bu ifadədən qorxuya düşərək əlində bel ilə onu qorumaq məqsədilə tövlənin qarşısında olan cığırla saxlanc yerinin qarşısına doğru hərəkət etmişdir. İntizam bu əsnada əlində xəncərlə hərəkət edərək ona xəsarət yetirərək onu öldürmək istəmişdir.Anası qanı axa-axa tövlədən saxlanc yerinə tərəf cığırla hərəkət etmiş və saxlanc yerinin baş tərəfində olan qapıdan içəri daxil olaraq qapını arxadan bağlamışdır. Ona görə də, İntizam saxlanc yerinə məhz əsas giriş qapısından daxil olmuşdur. Bu vaxt o, saxlanc yerində olmuşdur. Onun yatdığı otaq məhz saxlanc yerinin daxilində yerləşmişdir. O, anasını qanlı vəziyyətdə görmüşdür. Anasının fiziki gücü zəiflədiyindən İntizamın ona xəncərlə xəsarətlər yetirməsinin qarşısını ala bilməmiş və nəticədə, İntizam ilk öncə, xəncərlə ona xəsarətlər yetirməyə başlamışdır. İntizam onun sol tərəfinə və qol nahiyəsinə doğru 3 dəfə müxtəlif dərəcəli xəncər xəsarətləri yetirərək onu öldürməyə çalışmışdır. İntizam amansızcasına anasına çoxsaylı xəsarətlər yetirmişdir. Anası Sədaqətin bədəninin sol tərəfinə, kürək nahiyəsinə və qarın boşluğuna doğru xəncərlə çoxsaylı xəsarətlər yetirərək anasını onun gözləri qarşısında amansızlıq və qəddarlıqla qətlə yetirmiş, Elnarə isə çölə qaçmışdı. Bundan sonra İntizam əlində xəncər evin həyətində olan pilləkənlərdə olan Elnarə Cəbrayıllı və qardaşı Talehin oğlu 2 yaşlı X19 tərəf hərəkət edərək Elnarə ilə Qəribin həyatına qəsd etməyə çalışmış, “toxumunuzu kəsəcəm, bu uşağı da öldürəcəm” deyərək qışqırmışdır. Lakin, o sağ əlini xəncərə tərəf atmış, onun qarşısını kəsərək sağ əli ilə xəncərin tiyəsindən tutub ona zərbə vurmağa imkan verməmişdir. Həmin vaxt Elnarə Cəbrayıllı qonşuları köməyə çağırmaq üçün evdən çıxdıqdan sonra azyaşlını qorumaq üçün onu qucaqlayarkən İntizam ona 4 dəfə çoxsaylı zərbələr endirmişdir. Həmin vaxt hadisə yerinə gələn xalası Şahid1 yerdən götürdüyü ağac budağı ilə Təqsirləndirilən şəxs kürək nahiyəsinə vuraraq ona mane olmuş,İntizam xalası Sevilin müdaxiləsindən sonra onu vurmaq istəsə də müqavimət göstərdiyindən sonuncu buna nail ola bilməmiş və giriş darvazasına doğru hərəkət etmişdir. Sonradan “Qazel” sürücüsü Famil Faiq oğlu içəri daxil olaraq nu evin çöl tərəfinə aparmışdır. O, qismən huşsuz vəziyyətdə olmuş, qanı axa-axa giriş darvazasına doğru hərəkət etmişdir. Təxminən 15 dəqiqə sonra X41 avtomobili gələrək onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmış və orada müalicə olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, eləcə də, fəaliyyət qabiliyyəti olmayan azyaşlı, 11.08.2018-ci il təvəllüdlü zərərçəkmiş şəxs X12 qanuni nümayəndəsi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun baldızının əridir. Təqsirləndirilən şəxs içki aludəçisi olmuşdur. 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində o, evin həyəti ilə 15 metrlik məsafədə yerləşən tövlədə inək sağmışdır. Bu zaman qayınanasının qışqırıq səsini eşitmişdir. Qayınanası Sədaqət “Allah, öldüm, kömək edin” deyə qışqırmışdır. O, tövlədən çıxandan sonra , İntizam əlində xəncər olduğunu, qayınanasının döş qəfəsindən xəsarət aldığını görmüşdür . Bu zaman İntizam əlində xəncər tövlədən həyətə doğru gedən cığırla saxlanc yerinə tərəf hərəkət etməyə başlamışdır. İntizam qışqıraraq Mahizəri öldürəcəyini bildirmişdir. Bu ərəfədə o, qayınanasına tərəf getmişdir. Qayınanasının döş qəfəsi nahiyəsindən qan axmışdır. Qayınanası Sədaqət qanlı vəziyyətdə ola-ola əlində bel aləti İntizamın arxasınca hərəkət etməyə başlamışdır. İntizam əlində xəncər ön tərəfdə, qayınanası Sədaqət isə arxa tərəfdə hərəkət etmişdir. Tövlə ilə saxlanc yeri arasında olan məsafə təxminən 15 metr təşkil etmişdir. O, qayınanasına kömək çağırmaq üçün tövlənin baş tərəfində olan darvazanı açmış və “qonşular, kömək edin” deyə dəfələrlə qışqırmış, lakin, heç kəsi görməmişdir. O, uşağından qorxduğu üçün sonradan həyətə daxil olmuşdur. Əlində xəncər olan İntizam onun üzərinə doğru hərəkət etmiş, onu və övladı Qəribi öldürəcəyini bildirmişdir. Hətta, İntizam ona və övladına tərəf “soyunuzu qurudacam” ifadəsini işlətmişdir. İntizam ani bir vəziyyətdə onu xəncərlə vurmaq istəsə də, həmin vaxt yaralı vəziyyətdə olan Mahizər İntizama çataraq xəncəri əli ilə tutmuşdur. O, kömək çağırmaq üçün yenidən həyətə çıxmış, bu əsnada qayınanasının bacısı Sevili görmüş və Sevilə İntizamın xəncərlə qayınanası Sədaqəti vurduğunu və Mahizəri öldürəcəyini demişdir. Sevil xala ön tərəfdə, o isə Sevil xalanın arxa tərəfində ön giriş darvazasından həyətə daxil olmuşdur. Sevil əlində tut budağı ilə İntizamı kürək nahiyəsindən vurandan və Mahizərin sağ əlini qabağa ataraq İntizama mane olmuşdur. Mahizər əlini irəli ataraq sağ əlindən xəncər zərbəsi almışdır. Həmin vaxt o uşağı qucağına alaraq evə keçmişdir. İntizam Şahid1 və Zərərçəkmiş şəxs ona mane olmasından çəkinərək çıxıb getmişdir. O, İntizamın getməyindən tam əmin olduqdan sonra evin həyətinə düşmüş və qayınanasına tərəf hərəkət etmişdir. Qayınanası saxlanc qapısından içəri daxil olduqda sol tərəfdə al-qan icarəsində xırıldamağa başlamışdır. Onlar tez bir şəkildə X41 stansiyasına məlumat vermişlər. Qayınanası mərhum Sədaqət İbadullayevanı qardaşı Sabirin avtomobili ilə xəstəxanaya yola salmışlar. Mahizəri isə X41 avtomobili ilə yola salmışlar. O, övladı Qəriblə birlikdə atası evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. İntizam spirtli içki aludəçisi olmuşdur. Spirtli içki qəbul etdikdən sonra daim ailə üzvləri ilə problem yaratmışdır. Bacısı qızı Zərərçəkmiş şəxs 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Mahizərin bu evlilikdən biri oğlan və biri qız olmaqla 2 övladı dünyaya gəlmişdir. İntizam ilə Mahizər maddi vəziyyətin pis olması ilə əlaqədar daim ailədaxili problemləri olmuşdur. Mahizər istilikxanada günəmuzd fəhlə işləmişdir. İntizamın ailəsinə laqeyd yanaşması, ailəsinə baxmaması və demək olar ki, hər gün evə sərxoş halda gəlməsinə görə Mahizər ilə İntizam arasında dava-dalaş olmuş, Mahizər İntizam ilə mübahisə edərək tez-tez bacısı Sədaqətin evinə gəlmişdir. 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində o, bacısı Şahid6 evində olmuşdur. Bacısı Əntiqə bir neçə gün idi ki, xəstə olduğu üçün o, bacısının yanında qalmışdır. Həmin gün də bacısı Əntiqəyə iynə-sistem vurulmuşdur. Saat 19 radələrində bacısı Sədaqətin evindən qışqırtı səsi gəlmişdir. O, dərhal Sədaqətin evinə tərəf qaçmışdır. Bacısı Əntiqə də onunla birlikdə gəlmək istəsə də, iynə-sistemdə olduğuna görə tibb bacısı onun gəlməsinə icazə verməmişdir. O, Sədaqətin evinin darvazasına çatan zaman Sədaqətin gəlini Elnarənin qonşunun qapısını döyərək kömək istədiyini görmüşdür. O, Elnarədən nə baş verdiyini soruşanda Elnarə İntizamın bacısı Sədaqəti xəncərlə vurduğunu demişdir. O, darvazadan həyətə daxil olmuş İntizamın Mahizəri vurduğunu görərək yerdən götürdüyü tut ağacının budağı ilə İntizamı vurmağa başlamışdır. Həmin vaxt da Mahizər İntizama mane olmuş, Elnarə isə uşağı qucağına alaraq evə keçmişdir. Onların müqaviməti nəticəsində İntizam onlardan aralanaraq, həyətə çıxmışdır. Bundan sonra yəni İntizam getdikdən sonra “Qazel” sürücüsü ola Famil evə gəlmişdir. Daha sonra o, saxlanc yerinə daxil olmuş və bacısı Sədaqətin kartof çuvalının üstünə uzandığını, bacısından qan axdığını görmüşdür. Sədaqətin huşu özündə olsa da xırıladmağa başlamışdır. Sonra səsə qonşular gəlmiş və bacısının üzünə su vurmuşlar. Onlar Sədaqəti həyətə çıxartmışlar. Mahizər isə sol tərəfini tutaraq çöl tərəfdə oturaq vəziyyətdə darvazaya söykənmişdir. Bu zaman X41 həkimləri gəlmiş və Mahizəri Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Qardaşı Sabir gələrək öz şəxsi avtomobili ilə Sədaqəti xəstəxanaya aparmağı bildirmişdir. O, Sabir və Sabirin oğlu Anar ilə birlikdə Sədaqəti Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Yolda onlar Sədaqəti şəxsi avtomobildən X41 avtomobilinə əyləşdirmişlər. Sədaqət xırıldamağa başlamış və bacısı X41 avtomobilində keçinmişdir. Onlar Şəmkir rayonu, Şiştəpə kəndinə geri qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində hadisənin baş verdiyi evlə təxminən 130 metrlik məsafədə yerləşən başqa bir evdə fəhləlik etmişdir. Qəflətən səs-küy eşitmişdir. “Kömək edin” deyə qadın qışqırtı səsləri gəlmişdir. Qaçaraq hadisə yerinə çatmış və X5 fərdi yaşayış evinin giriş darvazasının qarşısında Təqsirləndirilən şəxs əlində xəncər görmüşdür. İntizam əlindəki xəncəri ondan gizlətmək istəsə də, o, İntizama hirslənərək “bu nədi?” demişdir. İntizam sağ əlində olan xəncəri arxa tərəfinə gizlətmək istəyərək “heç nə, heç nə” deyə təkrarlamışdır. O, İntizamın arvadı Zərərçəkmiş şəxs sağ əli ilə sol tərəfini tutaraq saxlanc yerindən çıxdığını görmüşdür. Mahizər üstü qana bulaşmış vəziyyətdə olmuşdur. Mahizər “kömək et” deyə zəif səslə onu çağırmışdır. O, giriş darvazası ilə 5 metrlik məsafə yerləşən saxlanc yerinə tərəf hərəkət etmişdir. Mahizərə köməklik edən zaman arxaya çevrilmiş vəİntizama tərəf “sən neynəmisən, bu nə olan işdir?” demək istəsə də, İntizam artıq çıxıb getmişdir. O, Mahizərin qolundan tutaraq kömək etmiş və sonuncunu giriş darvazasının qarşısına gətirmişdir. Bu zaman Mahizərin bədənindən qan axmağa başlamışdır. Səs-küyə qonşular, o cümlədən, mərhum Sədaqətin qohum-əqrabaları da gəlmişlər. Sədaqətin bacısı Sevil də orada olmuşdur. Sədaqət İbadullayeva kartof kisəsinin üstündə uzanıqlı vəziyyətdə olmuşdur. O, bacısı Sevil və digər qonşular kömək edərək Sədaqəti evin giriş darvazasının qarşısına çıxartmışlar. Bu zaman X41 avtomobili və Sədaqətin qardaşı Sabir də hadisə yerinə gəlmişlər. İlk öncə, X37 Yardım avtomobilinə əyləşdirmişlər. Daha sonra Sədaqəti köməkli vəziyyətdə qardaşı Sabirin avtomobilinəəyləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,mərhum X13 onun qudasıdır. Onun qızı Elnarə Cəbrayıllı 2017-ci il tarixdə X22 ilə ailə həyatı qurmuşdur. Qızının bu evlilikdən Qərib adlı övladı dünyaya gəlmişdir. Təxminən 2020-ci il tarixdə kürəkəni Taleh işləmək üçün Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə getmişdir. Hadisə olan fərdi yaşayış evi qudası Sədaqət İbadullayevaya məxsus olmuşdur. Həmin evdə Sədaqət, oğlu Taleh İbadullayevin ailəsi, yəni onun qızı Elnarə və nəvəsi Qərib, qızları Mahizər və Sevda ilə birlikdə yaşamışdır. Sədaqətin Mahizər və Sevda adlı qızları evli olsalar da, ailə daxili problemləri olduğu üçün anaları ilə birlikdə yaşamışlar. 13 iyul 2021-ci il tarixdə qonşunun bağında ağacları suladığı vaxt, saat 20 radələrində qızı Elnarə zəng edərək onun evinə gəldiyini bildirmiş və təcili olaraq onun da evə gəlməsini istəmişdir. O, nə baş verdiyini soruşanda qızı telefon söhbəti olmadığını və gələndə üzbəüz danışacağını bildirmişdir. O, dərhal evə getmiş və qızı Elnarə İntizamın qudası Sədaqəti və Mahizəri xəncərlə vurduğunu söyləmişdir. O, qardaşı oğlu Babəkə zəng etmiş və avtomobilə ehtiyac olduğunu bildirmişdir. Təxminən 10 dəqiqə sonra Babək gəlmişdir. O, qızı Elnarə və arvadı Fərasət ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına tərəf getmişlər. Təqribən 5 dəqiqə yol getdikdən sonra Sədaqətin qızı Sevda Elnarəyə zəng edərək qudası Sədaqətin öldüyünü bildirmişdir. Belə olan halda onlar Sədaqətin evinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndlisi və qonşularıdır. 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində evinin arxasında heyvanlara verilməsi üçün kartof doğradığı vaxt qonşuluqda, təxminən 30 metr məsafədə səs-küy eşidilməyə başlamışdır. Qonşusu Elnarə qışqıraraq “ay İbad əmi, kömək edin” deyə səslənmişdir. O, tez bir şəkildə qonşu evə tərəf hərəkət etmiş, həmin vaxt İntizamın darvazadan çıxaraq evlərinə tərəf getdiyini görmüşdür. İntizamın əlində xəncər olmasını görməmişdir. İntizam sanki heç bir hadisə baş verməmiş kimi rahat bir şəkildə hərəkət etmişdir. İntizamla arvadı Mahizər əksər vaxtlarda ayrılıqda yaşamışlar. Mahizərin yaşadığı ev anası Sədaqət İbadullayevanın evi olmuşdur. İntizamın evi ilə Sədaqətin evi arasında məsafə təxminən 50 metr təşkil etmişdir. O, Sədaqətin evinə daxil olanda Famil də hadisə yerində olmuşdur. Mahizər “mamam öldü” deyə qışqırmış və sol tərəfini tutaraq qana bulaşmış vəziyyətdə, əyilə-əyilə giriş darvazasının qarşısına çatmış və darvazanın qarşısında diz çökmüşdür. O, cəld qaçaraq saxlanc yerinə tərəf hərəkət etmişdir. Orada Sədaqətin dizi bükülü vəziyyətdə kartof kisəsinin yanında yerə yıxıldığını görmüş, Sədaqətə su vermək istəyən zaman sonuncu su içmək istəməmişdir. Bədəni tamamilə qana bulaşmış vəziyyətdə olmuşdur. Sədaqəti səsləsələr də, Sədaqət huşunu irmişdir. Bu zaman yanında Sevil, Elnarə, Əntiqə və həmkəndliləri Famil də olmuşdur. Onlar köməkli şəkildə Sədaqəti qardaşı Sabirin avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışlar. Mahizəri isə X41 avtomobilinə əyləşdirərək yola salmışlar. Arxasınca da xəstəxanaya getmişlər. Xəstəxanaya çatan zaman məlum olmuşdur ki, Sədaqət İbadullayeva artıq vəfat etmişdir. İfadəsinə əlavə olaraq hadisənin necə və hansı səbəbə görə baş verməsini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin« Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 30.07.2021-ci il tarixli, 944 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin sol yarsının daxilə keçən, sol ağ ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun orta üçdə birinin dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin və sol dirsək oynağının ön səthinin 1 (bir) ədəd, sol əlin 1-ci barmağının ovuc səthinin 2 (iki) ədəd, sol əlin 3-cü barmağının daraq falanqa oynağının 1 (bir) ədəd, sol əlin 2-ci barmağının dırnaq falanqasının iç səthinin 1(bir) ədəd, sağ əlin ovuc səthinin 2(iki) ədəd kəsilmiş yaraları (cəmi 10 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş xəncərlə yetirilmişdir, yetirilmə müddətləri 13 iyul 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarsının daxilə keçən, sol ağ ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun orta üçdə birinin dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin və sol dirsək oynağının ön səthinin 1(bir) ədəd, sol əlin 1-ci barmağının ovuc səthinin 2(iki) ədəd, sol əlin 3-cü barmağının daraq-falanqa oynağının 1(bir) ədəd, sol əlin 2-ci barmağının dırnaq falanqasının iç səthinin 1(bir) ədəd, sağ əlin ovuc səthinin 2(iki) ədəd kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin yetirilmə ardıcılığını təyin etmək mümkün olmadı. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə ayaq üstü qarşı-qarşıya duruş vəziyyətində olması daha çox ehtimal olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 30.07.2021-ci il tarixli, 945 nömrəli canlı şəxsin ekspertizasına dairrəyindən görünür ki, X14 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. X14 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. X14 arxa keçəcəyində onunla arxa keçəcəkdə cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 14.07.2021-ci il tarixli, 871 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 14.07.2021-ci il tarixli, 20 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlərdöş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən 2(iki) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 1(bir) ədəd kəskin qanitirməyə səbəb olmuş cəmi 3 (üç) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş xəncərlə, hər iki bazunun və qarının ön səthinin, sol əlin arxa səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları isə küt əşyalarla ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar. X1 döş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən 2(iki) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim edilmiş xəncərlə, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X5 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı. X5 meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə qarşı-qarşıya ayaq üstə duruş vəziyyətində olması daha çox ehtimal olunur. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən 2(iki) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də birlikdə həyatüçüntəhlükəliolan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, hər iki bazunun və qarının ön səthinin, sol əlin arxa səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olur ki, X5 ölümü meyitin müayinəyə başlanmasından 12-16 saat əvvəl baş vermişdir. 6. X2 hamiləlik aşkar edilmədi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İşmateriallarına əlavə olunmuşAzərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 09.09.2021-ci il tarixli 538/179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o,hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri hadisəni sərxoş vəziyyətdə törətməsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosianal vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 29.07.2021-ci il tarixli, 372-MTKŞ/2021 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X9 məxsus köynəyin ön səthində bir ədəd, donun ön səthində 4 ədəd, büstqalterin ön səthində 1 ədəd, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, büstqalterin ön səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, iti ucu və hər iki tərəfi kafi itilikdə olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynəkdə zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X9 məxsus köynəyin ön səthində bir ədəd, donun ön səthində 4 ədəd, büstqalterin ön səthində 1 ədəd, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, büstqalterin ön səthində bir ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş xəncərin tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər alətin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş xəncər kustar üsulla hazırlanmışdır, ümumi təyinatlı qatlanmayan ov xəncəridir və deşici, deşici-kəsici, deşici-çapıcı və deşici-kəsici- çapıcı xassələrə malik soyuq silahdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 26.08.2021-ci il tarixli, 536/2021 nömrəli-MTBŞ maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) - (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). X5 ABO sistemi üzrə qrup göstəricisi: A (İİ).Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/H (İİ). Ekspertizaya təqdim olunmuş X9 məxsus don, büsqalter, parça, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, mayka və büsqalter. Təqsirləndirilən şəxs məxsus cins şalvarın və köynək, xəncər , 04 ədəd pambıq çöp üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlütininlər isə alınmadı . Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə A beta/H/ (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və X9 məxsus ola bilər ( əgər sonuncuda müşayətçi H antigeni vardırsa). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X27 » X40 25.08.2021-ci il tarixli, 555/2021 nömrəli-MTBŞ maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ağac budağı üzərində olan ləkələrdə qan aşkar olunmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasına dair 23 sentyabr 2021-ci il tarixli, 3/1468; 1469 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, “İJ- 17” modelli, lüləaltı qarmağının sol yan səthinə P 31241”, qəlbinin üzərinə isə “H 74678” №-li müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, patronluğunun uzunluğu 70 mm, xarici çaxmaqlı təklüləli hamar (yivsiz) odlu ov silahıdır, tətiyini çəkmədən ondan öz- özünə atəş açılmır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, texniki cəhətdən nasaz vəziyyətdədir, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 20 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə uçma qabiliyyətinə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd predmet 20 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov-tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet 20 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizi zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş predmet 7,62x54 mm kalibrli «SVD», «Mosin» karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üzulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli patrondur - döyüş sursatıdır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş predmet 7,62x54 mm kalibrli «SVD», «Mosin» karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli patrondur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən - döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 20 kalibrli patronun atəşə ayrılmış hissəsidir-gilizdir. 01 ədəd giliz təqdim edilmiş “İJ- 17” modelli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş “İJ- 17” modelli silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır, müvafiq elmi metodika olmadığından açılan atəş (atəşlərin) sayını və sonuncu dəfə nə vaxt atəş açıldığını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə olunmuş 13.07.2021-ci il tarixli «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına ələvə edilmiş Şəmkir Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 4(076)-91/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.07.2021-ci il tarixli, 431 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğu arvadı Zərərçəkmiş şəxs, qızı X23, oğlu X25 ilə birlikdə Şəmkir rayonu Şiştəpə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 13.07.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək, arvadı Zərərçəkmiş şəxs və qaynanası Sədaqəti bıçaqladığı barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd İƏD üzrə nümayəndəliyinin 15.07.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla qismən, yalnız Sədaqət İbadullayevanın ölümündətəqsirli bilərək, digər ittihamlarla isə təqsirli hesab etmədiyini bildirərək, Zərərçəkmiş şəxs, Elnarə Cəbrayıllı və azyaşlı Qərib İbadullayevin öldürülmələrinə cəhd etmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü qismən təqsirli bilməklə verdiyi qeyd edilən məzmunlu ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən, uydurma ifadələr kimi qəbul edərək, hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsilə, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsində İntizamHüseynovgöstərmişdir ki, “... 22 dekabr 2014-cü il tarixdə əmisi nəvəsi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3(üç) övladı dünyaya gəlmişdir. Övladlarından biri doğuşdan sonra vəfat etmişdir. Digər övladları, yəni 2016-cı il təvəllüdlü X23 və 2018ci il təvəllüdlü X29 onlarla birlikdə yaşamışlar. Onun arvadı Zərərçəkmiş şəxs ilə münasibəti heç də yaxşı olmamışdır. Onlar münaqişəli ailə olmuşlar. Onların ailəsində olan münaqişəli vəziyyət övladlarının dünyaya gəlməsindən sonra baş vermişdir. Belə ki, onun arvadının ailəsi, o cümlədən Sevda cadu fəaliyyəti ilə məşğul olmuşlar. Bu səbəbdən dəfələrlə ürəyində sancılar baş vermiş və bu, onu özündən çıxarmışdır. Hətta arvadı ilə aralarında olan münaqişəli vəziyyət o həddə çatmışdır ki, 2018-ci il tarixdə arvadı bıçaqla onun sağ və sol nahiyəsinə xəsarət yetirmiş, lakin aralarında barışıq olduğu üçün və arvadının hamilə olması faktı ilə əlaqədar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. Onun arvadı ilə aralarında olan münaqişəli vəziyyətin digər ikinci səbəbi daim spirtli içki qəbul etməyi olmuşdur. O, spirtli içki qəbul etdikdən sonra arvadına qarşı müəyyən nalayiq ifadələr işlətmişdir. Bu isə Mahizəri özündən çıxarmışdır. Ona qarşı “cəhənnəm ol burdan” məzmunlu ifadələr işlədərək onu evdən qovmuşdur. Bundan başqa arvadı Zərərçəkmiş şəxs onu əsassız surətdə azyaşlı qızı Aynuru zorlamaqda ittiham etmişdir. Aralarında olan münaqişəli vəziyyətin son həddə çatması məhz bu məsələ ilə bağlı olmuşdur. Belə ki, o, təxminən 20 (iyirmi) gün bundan qabaq saat 14 radələrində hər iki azyaşlı övladını evin həyətində yerləşən 200 litrlik çəlləkdə çimizdirdikdən sonra arvadı Mahizər ona şər atmağa başlamışdır. O, hər iki övladını eyni bir çəlləkdə çimizdirdikdən sonra övladlarını qurulamış və onları Mahizərin yaşadığı anası evinə təhvil vermişdir. O, arvadı Mahizər ilə uzun müddət ayrı yaşamış və o, əsəbi sakitləşən zaman anası evindən onun yaşadığı evə gəlmişdir. Hadisə olan gün, yəni 13 iyul 2021-ci il tarixdə o, övladlarını görmək üçün Mahizərin yaşadığı evə getmişdir. Onun yaşadığı evlə Mahizərin anası evi arasında olan məsafə təxminən 50 metr təşkil etmişdir. O, Mahizərin anası evinə yalnız övladlarını görmək üçün getmişdir. O, 13 iyul 2021-ci il tarixdə saat 13 radələrində övladlarına aldığı meyvəni onlara vermək üçün Mahizərin anası evinə getmiş və övladları ilə görüşmüşdür. O, meyvəni verdikdən sonra kənddə yerləşən Eldənizin çay evinə getmişdir. Çay evində tək oturaraq bir stəkan kofe içdikdən sonra kəndin ərazisində yerləşən Qoşqarın mağazasından 1 litrlik “coca cola” və “göy rəngli qalın “argo” markalı siqaret almış və yenidən Mahizərin yaşadığı evə doğru hərəkət etmişdir. Aldığı “coca-cola”nı övladına vermək üçün evin hasarının üstünə qoymuş və Mahizəri çağıraraq övladına “coca-cola” aldığını bildirmişdir. Bu zaman Mahizər ona “aldığın coca-cola sənin təpənə dəysin” deyərək onu təhqir etmişdir. Həmin gün saat 18 radələrində arvadı Mahizərin bu sözünə əsəbiləşərək və arvadının əlindən bezdiyi üçün yaşadığı fərdi yaşayış evinə gəlmiş və evin yataq otağında olan çarpayının alt hissəsində olan çantadan tutacaq yeri palıdı rəngli olan xəncəri götürərək Mahizərin yaşadığı evə qayıtmışdır. O, arvadını öldürmək məqsədilə evin qapısı bağlı olduğu üçün evin arxa hissəsindən, yəni hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Bu zaman onun niyyəti yalnız arvadı Mahizəri öldürmək olmuşdur. Həyətə daxil olan zaman qaynanası Sədaqət İbadullayeva ilə göz-gözə gəlmişdir. Sədaqət onun şəxsiyyətini təhqir edərək ona qarşı nalayiq ifadələr işlətmiş və ondan həyəti tərk etməsini tələb etmişdir. Aralarında mübahisəli vəziyyət yaranmış və o, Sədaqətin onun şəxsiyyətini təhqir etməsinə dözməyərək arvadını öldürmək məqsədilə götürdüyü tutacaq yeri palıdı rəngli olan, təxminən 10 il bundan əvvəl evdən tapdığı babası Tanrıverdi Hüseynovdan qalmış xəncərlə saxlanc yerinin qarşısında Sədaqətin sol süd vəzi nahiyəsinə doğru 1 dəfə xəsarət yetirmişdir. Bu zaman o, çığırmış və səs-küy salmağa başlamışdır. Əlində olan qanlı xəncəri görən Sədaqətin gəlini Elnarə qarşısına çıxmış və qorxaraq “ay İntizam əmi məni vurma “ deyərək qaçmışdır. O, tez bir şəkildə əlində xəncər evin saxlanc hissəsinə doğru hərəkət etmişdir. Sədaqət qızı Mahizəri də vurmağına mane olmaq məqsədilə bədən nahiyəsindən qan axa-axa onun arxasınca gəlməyə başlamışdır. O, hətta Sədaqətin arxasınca gəlməsini gördüyü üçün “övladın Mahizərin başını kəsəcəm” deyərək öz hərəkətinə davam etməyə başlamışdır. O, sürətli şəkildə saxlanc yerinə gəlmiş və orada arvadı Mahizəri görmüşdür. O, arvadının sol qol nahiyəsinə tərəf 02(iki) dəfə xəncər xəsarəti yetirmişdir. Bu əsnada o, qaynanası Sədaqətin bacısı Sevillə qarşılaşmış və Sevil ona mane olmaq məqsədilə saxlanc yerində olan tut ağacının budağı ilə sol qol nahiyəsinə 01 (bir) dəfə vurmuşdur. O, bu əsnada Sədaqətə yenidən xəncər xəsarətləri yetirmiş və Sədaqəti qızının gözləri qarşısında öldürmüşdür. Bundan sonra saxlanc yerindən çölə çıxmış və evin gəlini X17 və yanında dayanmış azyaşlı övladı Qərib İbadullayevi görmüşdür. Elnarə və Qəribi də qətlə yetirmək istəmişdir. Ona görə ki, Elnarə və övladı da həmin ailənin üzvləri olmuşdur. Xəncərlə Elnarə və övladı Qəribə tərəf hərəkət etsə də, Mahizərlə Sevil birlikdə hərəkət edərək ona mane olmuşlar. Mahizər sağ əlini qabağa itələyərək xəncər xəsarətləri almışdır. Elnarə övladı ilə birlikdə pilləkənlərlə evin yuxarı hissəsinə doğru qaçmışdır. Bu əsnada, Sevil tut ağacının budağı ilə onu vurmuşdur. Bu, onu özündən çıxarsa da, evdən qaçmağa məcbur olmuşdur. O, əlində xəncərlə evin giriş darvazasına doğru hərəkət edərkən kənddə “qazel” sürücüsü kimi tanınan Şahid2la qarşılaşmışdır. Famil xəncəri ona verməyi tələb etsə də, onunla razılaşmamışdır. O, gizli bir şəkildə xəncəri hadisə yerinə, daha doğrusu evin arxa hissəsinə atmış və təxminən 1(bir) kilometr piyada yol gedərək yolda təsadüfi bir taksi saxlatmışdır. Taksi sürücüsünün kimliyini və avtomobilin dövlət qeydiyyat nişanını xatırlamamışdır. O, taksiyə əyləşmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmətinə zəng edərək baş verənlər barəsində məlumat vermişdir. Bundan sonra taksi ilə birbaşa könüllü təslim olmaq məqsədilə rayon polis şöbəsinə gəlmişdir. Yol boyunca taksi sürücüsü ilə heç bir söhbət aparmamış və taksi sürücüsü onun etdiyi cinayət əməli barəsində məlumatlı olmamışdır.” Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsində özünü verilmiş ittihamlarla təqsirli bilməklə, daha obyektiv ifadə vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs hadisədən əvvəl yoldaşı Mahizərin onu təhqir etdiyini, qayınanası ilə birlikdə onu etmədiyi əməldə ittiham etdiyini, buna görə də əsəbləşərək evindən götürdüyü xəncərlə qayınanasının evinin həyətinə daxil olaraq qayınanasına xəsarət yetirdiyini, bundan sonra isə yoldaşı Mahizərə də xəsarət yetirdiyini göstərmişdir. Qeyd olunanlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yalnız qayınanası Sədaqəti öldürmək niyyətinin olmasını bildirməsini məhkəmə tərkibi işin faktiki hallarına uyğun və inandırıcı ifadə kimi qəbul etmir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun hadisəni Elnarə Cəbrayıllının 11.08.2018-ci il təvəllüdlü azyaşlı oğlu Qərib İbadullayevin gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair müddəa xaric olunmalıdır. Belə ki, hadisə törədilən vaxtı Qərib İbadullayev üç yaşında olmuş, hadisəni dərk etməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun hadisəni Elnarə Cəbrayıllının 11.08.2018-ci il təvəllüdlü azyaşlı oğlu Qərib İbadullayevin gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair müddəa xaric olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki,Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.2.4, 29,120.2.7, 29,120.2.4, 29,120.2.9, 228.1 və 228.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, CM-in 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki,Təqsirləndirilən şəxskönüllü gəlib təqsirini boynuna almasıCM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində daha ciddi cəza növünün son həddində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə tərkibi Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasını Təqsirləndirilən şəxs barəsində tətbiq olunmasını qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Həmçinin həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş uzunluğu 38 sm təşkil edən xəncər, uzunluğu 115 sm təşkil edən tut ağacı budağı və 4 (dörd) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp,Şəmkir rayon X7 Şöbəsindən rayon prokurorluğuna təqdim edilərək götürülmüş və Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 6 ML həcmində qan nümunəsi,1(bir) ədəd boş giliz məhv edilməli, X1 əynində olmuş paltarlar- yerliyi tünd göy, üzərində ağyaşıl rəngli xırda damaları olan qısaqol olan don, boz rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus paltarlar – göy rəngli cins şalvar və solğun göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş boz rəngli cins şalvar, krem rəngli qolsuz köynək, açıq çəhrayı rəngli qolsuz mayka, qara rəngli büsqalter sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, maddi sübut olan və Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan“H74578” nömrəli tək lüləli ov tüfəngi, on bir ədəd patron, 2 (iki) ədəd tünd palıdı rəngli döyüş sursatıdövlət nəfinə müsadirə olunaraq DİN-in silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4, 29, 120.2.9, 228.1 və 228.4-cümaddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4 və 29, 120.2.9-cu maddələrilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxsna qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılanhadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş uzunluğu 38 sm təşkil edən xəncər, uzunluğu 115 sm təşkil edən tut ağacı budağı və 4 (dörd) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp,Şəmkir rayon X7 Şöbəsindən rayon prokurorluğuna təqdim edilərək götürülmüş və Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 6 ML həcmində qan nümunəsi,1(bir) ədəd boş giliz məhv edilsin, X1 əynində olmuş paltarlar- yerliyi tünd göy, üzərində ağ-yaşıl rəngli xırda damaları olan qısaqol olan don, boz rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus paltarlar – göy rəngli cins şalvar və solğun göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş boz rəngli cins şalvar, krem rəngli qolsuz köynək, açıq çəhrayı rəngli qolsuz mayka, qara rəngli büsqalter sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, maddi sübut olan və Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan“H74578” nömrəli tək lüləli ov tüfəngi, on bir ədəd patron, 2 (iki) ədəd tünd palıdı rəngli döyüş sursatıdövlət nəfinə müsadirə olunaraq DİN-in silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün . Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar