Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2023 07.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X5 ibarət tərkibdə, X18, X15, X13 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6, X14 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə 8 mart 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs X16 münasibəti ilə avtomobilində Gəncə şəhəri ərazisində gəzdirəcəyi adı ilə aldadıb yaşadığı Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evindən çıxararaq göstərilən evin qarşısından idarə etdiyi VAZ 2106 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sərnişin oturacağına əyləşdirdikdən sonra avtomobili hərəkət etdirməklə Zərərçəkmiş şəxs iradəsindən kənar surətdə oğurlamış və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs nə baş verməsini soruşması ilə sonuncuya evlənmək məqsədi ilə qaçırıldığını bildirdikdən sonra Zərərçəkmiş şəxs avtomobili dayandırmasını tələb etməsinə baxmayaraq iradəsinə zidd şəkildə avtomobili yaşadığı Şəmkir rayonu istiqamətində hərəkət etdirdiyinə görə Zərərçəkmiş şəxs azad olmaq üçün Göygöl rayonunun Nadil kəndi ərazisində avtomobilin qapısını açıb özünü avtomobilin arxa sərnişin oturacağından avtomobil yoluna ataraq dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən və adam oğurluğu ilə səbəbli əlaqəli şəkildə ağır nəticələrə səbəb olan qapalı kəllə-beyin travması, sol alın-təpəgicgah paylarının ağır dərəcəli hemmoragik əzilməsi və subdural hematoması, beyin ödemi, ənsə və sol təpə sümüyünün qapalı xətti sınığı, qarın nahiyəsinin yarası xəsarətləri almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 144.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən, yəni həmin Məcəllənin 144.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Könüllü kəndində anası Süzənbər ilə birlikdə yaşamış və heç bir yerdə işləməmişdir. Uşaqlıqdan xalasıoğlu Ceyhungildə böyümüş, tez-tez onlarda qalmışdır. Ceyhunun qızı Zərərçəkmiş şəxs onun gözü qarşısında böyüdüyünə, həm də onunla qohum olduğuna görə Giləxanımdan xoşu gəlmiş və onunla evlənmək istəmişdir.xx.xx.2022-ci il tarixdə, saat 14-15 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndindən idarə etdiyi « VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid2la birlikdə Göygöl rayonunun Balçılı kənd ərazisində yerləşən “Sərin” restoranında keçirilən toy məclisinə getmiş, orada təxminən 21 radələrinədək olmuş, həmçinin spirtli içki olan pivə içmişdir. Həmkəndlisi Abbas isə spirtli içki qəbul etməmişdir. Saat 21 radələrində Abbasla birlikdə toydan çıxmış və ona Gəncə şəhərinə, gedəcəyini bildirib onunla getməsini, qayıdanda da birlikdə qayıtməsını təklif etmişdir. Abbas da onunla razılaşmışdır.O və Abbas Gəncə şəhərinə gəlmiş,Abbası 32 nömrəli orta məktəbin yaxınlığında düşürmüş, qədər gözləməsini demişdir. Özü də Giləxanımı evlənmək üçün qaçırtmaq məqsədi ilə sonuncunun evinə getmişdir. Həmkəndlisi Abbasa hansı məqsədlə qohumugilə getdiyini, eləcə də Giləxanımı qaçırmaq fikrini bildirməmişdir. O, Giləxanımgilə gedəndə Ceyhun və Xuraman da evdə olmuşdur. Orada Ceyhunla şərab içdikdən sonra X16 münasibəti ilə Giləxanıma və Xuramana avtomobil ilə onları şəhər ərazisində gəzdirməyi təklif etmişdir . Giləxanım və Xuraman da onunla razılaşmışlar. Həmin vaxt Giləxanımın bacısı Ceyhunə də onlarla birgə gəzməyə getməli olduğundan, Ceyhunə evə gəlsin deyə Xuraman onu çağırmaq üçün ardınca getmişdir. , Bu vaxt o, siqaret çəkmək üçün küçəyə çıxmış, ardınca Giləxanım da küçəyə çıxıb avtomobilinin arxa sol qapısını açaraq əlində olan gödəkçəsini arxa sərnişin oturacağına qoymuş və özü də arxa sol sərnişin oturacağında əyləşmişdir.O, avtomobili işə salıb hərəkət etdirmiş, şəhərin mərkəzi istiqamətində 32 nömrəli tam orta məktəbin yaxınlığında gözləyən həmkəndlisi Dilqəmi avtomobilə götürdükdən sonra Giləxanım nə baş verdiyini, yəni haraya getdiklərini soruşmuş, o, Giləxanıma onu Şəmkir rayonu, Könüllü kəndinə qaçırtdığını, evlənmək istədiyini bildirmişdir. Giləxanım qaçırıldığını biləndə qışqırıb ağlamağa başlamış və onu evinə qaytarmasını tələb etmişdir. O isə Giləxanıma artıq gec olduğunu, yalnız Şəmkir rayonundakı evinə getdikdən sonra əgər istəməzsə atası və anası ilə qayıda biləcəyini demişdir. Bundan sonra Giləxanım sanki onunla razılaşıb sakitcə dayanmışdır. O, Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində çıxışına yaxınlaşanda Giləxanım yenidən etiraz etməyə, ağlamağa başlamışdır. Həmin vaxt Giləxanım bibisi Mehribanla mobil telefonla danışmış, qaçırılmasını və olduğu yeri bildirmişdir. Yolda olarkən Zərərçəkmiş şəxs ondan avtomobili dayandırmasını tələb etmiş,o da fikri Giləxanımla evlənmək olduğundan avtomobili dayandırmağı düşünməmişdir. İdarə etdiyi avtomobillə Göygöl rayonunun Nadil kəndi ərazisinə çatıb, Balçılı kəndi istiqamətinə dönmə əməliyyatı edib həmin yola daxil olmuş və təxminən saatda 30/km sürətlə 100 metr məsafə qət etmişdir. Arxa qapının açılma səsini eşitmiş və geriyə çevrilib Giləxanıma baxadan avtomobildə olmadığını görmüşdür. Həmin vaxt avtomobili dayandırmış və Giləxanımın özünü avtomobildən yerə atdığını bilib həmkəndlisi Abbasla birlikdə avtomobildən düşüb Giləxanımın yanına qaçmışdır.Gecə saatları olduğundan yolda demək olar ki, heç kim yox olmamış, Giləxanıma çatanda huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür.Lakin, hava qaranlıq olduğundan üz-gözündə xəsarət, qan izi olub-olmamasını görə bilməmişdir. O, Giləxanımı qucağına götürüb avtomobilin arxa sərnişin oturacağında uzatmış və Giləxanımı Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparmışdır. Abbas da onunla gəlmək istəmiş o, Abbasa Şəmkir rayonuna qayıtmasını demiş və Abbası orada qoyub Gəncəyə qayıtmışdır. O, X11 Xəstəxanasına gətirib həkimlərə təhvil verdikdən sonra Xuramana zəng vurub hadisə barədə məlumat verərək özünü xəstəxanaya çatdırmasını demişdir. Bundan sonra Şəmkir rayonu, Könüllü kəndinə qayıtmış və ertəsi gün ara sakitləşsin deyə səhər saatlarında taksi ilə Bakı şəhərinə getmişdir .Təxminən bir həftə sonra polis əməkdaşlarının çağırışı ilə Gəncə şəhərinə gəlmiş və polislər onu saxlayıb istintaqa təhvil vermişlər. O, ifadəsində həmçinin bildirmişdir ki, Giləxanımı qaçırmaqda evlənməkdən başqa bir niyyəti olmamışdır Zərərçəkmiş şəxs bu barədə əvvəlcədən məlumatı və razılığı olmamışdır. Giləxanımla aralarında heç bir yaxınlıq, sevgi münasibəti olmamışdır. Düşünür ki, hadisə spirtli içkinin təsirindən baş vermişdir. Baş vermiş adam oğurluğu cinayətində tanışı Abbasın əvvəlcədən məlumatı olmamış, eləcə də həmin şəxs bu cinayətdə iştirak etməmişdir. O, Giləxanımı qaçırdıqdan sonra yolda olarkən geri qaytarmaq barədə düşünməmişdir.Zərərçəkmiş şəxs yolda olarkən avtomobildən özünü atmağa cəhd etməmiş və ya ona bu barədə xəbərdarlıq etməmiş, sadəcə xəbərsiz şəkildə özünü avtomobildən atmışdır. Yolda olarkən Zərərçəkmiş şəxs hər hansı formada fiziki zor tədbiq etməmiş və ya hədə-qorxu gəlməmişdir.Zərərçəkmiş şəxs qaçırıldığını bildikdən sonra Abbas adlı şəxs Giləxanımı sakitləşdirmək üçün hər hansı hərəkət etməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində qohumu Akın onun yaşadığı evə gələrək onu, anasını və bacısını bayram münasibəti ilə gəzməyə aparacağını bildirmiş, anası Xuraman qonşuluqda olan bacısı Ceyhunəni çağırmaq üçün getmiş və o, həmin vaxt Akının avtomobilinə əyləşib anası və bacısını gözləmişdir.Bu vaxt Akın avtomobili hərəkət etdirib əsas yola tərəf sürmüşdür.Akın yaşadığı evin yaxınlığında yerləşən 32 nömrəli orta məktəbin yaxınlığında avtomobili saxlamış və tanımadığı bir nəfər şəxsi avtomobilə mindirmişdir. Bundan sonra o, Akından nə baş verdiyini soruşmuş, Akın isə ona qaçırıldığını bildirmişdir. O öz irad və etirazlarını bildirmiş, Akından avtomobili saxlamasını tələb etmiş, lakin Akın onun sözlərinə məhəl qoymamış, avtomobili Şəmkir rayonu istiqamətində sürməyə davam etdirmişdir. Həmin vaxt o, qohumlarına, yəni bibisi Mehribana məlumat vermiş, eləcə də Akından avtomobili dayandırmasını tələb etmiş, lakin sonradan baş verənləri xatırlamır. O, ifadəsində həmçinin bildirmişdir ki, Akınla qohumdur və Akın mütəmadi olaraq onların yaşadığı evə qonaq gəlirmiş. Akının onun qaçıracağı barədə əvvəlcədən məlumatı olmamışdır. O,təqsirlədirlən şəxsə ağır cəza verilməisini məhəkmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022ci il tarixdə, saat 22 radələrində qardaşı qızı Zərərçəkmiş şəxs ona zəng edib həyəcanlı və qorxu içində Akının avtomobili ilə onu Şəmkir yolu istiqamətində qaçırdığını bildirmişdir. Həmin vaxt o, Giləxanımdan dəqiq harada olduğunu soruşmuş və Giləxanımdan Akına sözünü deyə bilmək üçün telefonu səsucaldana qoymasını istəmiş və Akına bildirmişdir ki, avtomobili dayandırsın, arxalarındadır, gəlib Giləxanımı götürsün. Həmin vaxt Akın cavab verməmiş, Giləxanım isə Akının avtomobili yüksək sürətlə idarə etdiyini bildirmişdir.O, Giləxanıma Şəmkir DYP postuna çatanda avtomobilin şüşəsini ayağı ilə sındırıb qışqırıb polis çağırmasını, ya da özünü avtomobildən atmasını təklif etmişdir. Həmin vaxt Giləxanımın telefonu sönmüş və nə olduğunu bilməmişdir. Bu vaxt o, avtomobilini idarə edib Akının yaşadığı Şəmkir rayonu Könüllü kəndinə getmişdir. Oraya çatanda Akının anası oğlunun harada olmasından xəbərsiz olduğunu bildirmiş, o da pərişan halda geri qayıtmışdır. Gəncə şəhərinə qayıdarkən yolda ona zəng gəlmiş və Giləxanımın ağır vəziyyətdə X4masını öyrənmişdir. O tez həmin xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Giləxanım hadisə vaxtı naməlum şəraitdə təpə nahiyəsindən xəsarət almışdır. Akın qardaşıqızı Giləxanımı qaçırtdıqdan sonra yoldan başqa bir şəxsi də avtomobilinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da ifadəsində qızı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Könüllü kəndində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış və heç bir yerdə işləmir. Oğlu Akın 2022-ci ilin mart ayından həbsdədir. Ceyhun Tağıyev bacısıoğlu, Zərərçəkmiş şəxs isə Ceyhunun qızıdır. Oğlu Akın, o cümlədən o özü tez-tez Ceyhungilin Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən evlərinə gedir, yaxın münasibətləri olmuşdur. Hətta Akın bir neçə müddət onların evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Akın özünə məxsus VAZ 2106 markalı avtomobili ilə qonşunun Göygöl rayonunun Balçılı kəndində keçirilən toy mərasiminə getmişdir. O da evdə imiş. Axşam saatlarında oğlu Akın evə qayıdıb ondan 5 manat pul istəmişdir ki, avtomobilinə benzin töksün. O da etiraz etməmiş və Akına 5 manat vermişdir. Lakin, Akın ona haraya getdiyini demədən çıxıb getmişdir. Həmin gün o, qonşunun evinə gedib qonşusi ilə söhbət edərək Akını gözləyirmiş. Saat 22-radələrində Akının gəlmədiyini görüb evinə qayıdırmış. Həmin vaxt qonşunun uşağı mobil telefonla ona tərəf qaçıb telefonu ona uzatmış və kiminsə onunla danışmaq istədiyini bildirmişdir. O, telefonu götürəndə zəng edənin bacısıoğlu Ceyhunun qızı Ceyhunə olduğunu bilmişdir. Həmin vaxt Ceyhunə oğlu Akının onun bacısı Giləxanımı qaçırtdığını bildirib ondan Giləxanımı geri qaytarmasını tələb etmişdir. O isə məsələdən xəbərsiz olduğunu bildirib bərk narahatlıq hissi keçirməyə başlamışdır. Qonşunun uşağı onun tək qalmamasına görə ounu evlərinə dəvət etmiş və o da yenidən onların evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra bacısıqızı Mehriban onun olduğu yerə gəlib Akının və Giləxanımın yerini deməyini tələb etmiş, o da Mebribana məsələdən indi xəbər tutduğunu bildirmiş, Akının və Giləxanımın yerini bilmədiyini demişdir. Həmin vaxt Mehribanın qızı zəng edib X1 dediyindən Mehriban qayıdıb getmişdir.Ertəsi gün səhər saatlarında Gəncəyə gəlib qeyd edilən xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, oğlu Akın qohumu Giləxanımı evlənmək məqsədi ilə qaçırarkən Giləxanım yolda özünü avtomobildən atıb xəsarət almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-68/2023 qərarından görünür ki, X9 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1132 nömrəli rəyindən görünür ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, sol alın-təpə-gicgah paylarının ağır dərəcəli hemmoragik əzilməsi və subdural hematoması, beyin ödemi, ənsə və sol təpə sümüyünün qapalı xətti sınığı, qarın nahiyəsinin yarası – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər onun özünü hərəkətdə olan avtomobildən atıp təpə nahiyəsinin bərk-küt əşyaya ( o cümlədən dəmiryol relsinə) təmas nəticəsində əmələ gəlməsi istisna edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən, yəni Azərbaycan Respublikasının CM-in 144.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs özünü avtomobildən atıb xəsarət almasında heç bir təqsiri olmaması ilə bildirmiş ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs belə ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdürlər. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hissədə özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməlidir, Belə ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə sərxoş vəziyyətdə 8 mart 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs aldadaraq yaşadığı Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evindən çıxarıb göstərilən evin qarşısından idarə etdiyi «VAZ 2106» minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sərnişin oturacağına əyləşdirdikdən sonra avtomobili hərəkət etdirməklə Zərərçəkmiş şəxs iradəsindən kənar surətdə oğurlamış və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs nə baş verməsini soruşması ilə sonuncuya evlənmək məqsədi ilə qaçırıldığını bildirdikdən sonra Zərərçəkmiş şəxs avtomobili dayandırmasını tələb etməsinə baxmayaraq, iradəsinə zidd şəkildə avtomobili yaşadığı Şəmkir rayonu istiqamətində hərəkət etdirdiyinə görə Zərərçəkmiş şəxs azad olmaq üçün Göygöl rayonunun Nadil kəndi ərazisində avtomobilin qapısını açıb özünü avtomobilin arxa sərnişin oturacağından avtomobil yoluna ataraq dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən və adam oğurluğu ilə səbəbli əlaqəli şəkildə ağır nəticələrə səbəb olan qapalı kəllə-beyin travması, sol alın-təpə-gicgah paylarının ağır dərəcəli hemmoragik əzilməsi və subdural hematoması, beyin ödemi, ənsə və sol təpə sümüyünün qapalı xətti sınığı, qarın nahiyəsinin yarası xəsarətləri almışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə tövsif edilməli ilə və onun müvafiq olaraq həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cinayət cəzası daşımalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraqr ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal kimi cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olnması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza çəkməklə islah olunmalarını qeyri-mümkün hesab edərək Təqsirləndirilən şəxs ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli olacağı barədə nəticəyə gəlir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti məsələsini həll edərkən işdə olan və yuxarıda şərh olunan cəzalarını yüngülləşdirən halların məcmusunu xüsusən də tibbi zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə xəstəxanaya çatırmasını müstəsna hal kimi qiymətləndirib, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onun təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xususi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsindəçəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndəçəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 15 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144.3-ci maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin, ona barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-160/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-160/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver