Məhkəmə qərarları › İş №1(100)-160/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-160/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2024 03.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X15, zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Tovuz rayonu, Sofular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Tovuz rayonu, Hacıhəsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1990-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını oğurlamış, yəni gizli olaraq talamış, həmçinin şəxsi münasibətlər zəminində qisas niyyətilə X6 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərbəst hərəkət etmək imkanına malik olmaqla kirayə yaşadıqları ünvan 1 ünvanında yerləşən, X7 məxsus fərdi yaşayış evindən sonuncuya məxsus alt və üst çənə diş protezini oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 mart 2023-cü il tarixdə saat 12 radələrində həmin evin yataq otağındakı soyuducudan İntizar Bağırovaya məxsus 550 manat dəyərində alt və üst çənə diş protezini oğurlamış, yəni zərərçəkmiş şəxs X7 məxsus 550 (beş yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərbəst hərəkət etmək imkanına malik olmaqla kirayə yaşadıqları ünvan 1 ünvanında yerləşən, X7 məxsus fərdi yaşayış evindən sonuncuya məxsus 2 (iki) ədəd qızıl üzükləri oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2lə birlikdə 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində həmin evin yataq otağındakı dolabın içərisində olan stəkandan İntizar Bağırovaya məxsus 1,84 qram çəkidə, 157 (yüz əlli yeddi) manat dəyərində, Rusiya istehsallı, 583, 585 əyarlı bir ədəd üzüyü və 2,90 qram çəkidə, 246 (iki yüz qırx altı) manat dəyərində, Rusiya istehsallı, 583, 585 əyarlı bir ədəd üzüyü oğurlamış, yəni zərərçəkmiş şəxs X7 məxsus ümumilikdə 403 (dörd yüz üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, 30 aprel 2023-cü il tarixdə, saat 11 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən 1952-ci il təvəllüdlü X7 məxsus fərdi yaşayış evində 25 mart 2023-cü il və 06 aprel 2023-cü il tarixlərdə həmin evdən oğurladığı, ev sahibi İntizar Bağırovaya məxsus qızıl üzüklərin və protez dişlərin sonuncu tərəfindən tələb edilməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı İntizar Bağırovanın onun və mərhum anasının ünvanına söyüşlər söyməsini özünə qarşı qəbuledilməz təhqir hesab edərək qisas almaq niyyəti ilə İntizar Bağırovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün ilk öncə əli ilə yaşayış evinin dəhlizinin girişində İntizar Bağırovanın sinə nahiyəsindən qəsdən zərbə ilə vuraraq sonuncunu evin on pilləli beton pilləkənindən yıxmış, nəticədə İntizar Bağırovanın baş nahiyəsi pilləkənin qurtaracağında olan çıxıntılı dəmir parçasına dəymiş, bu zaman başından qan axmadığı üçün İntizar Bağırovanın ölmədiyini düşünüb cinayətkar hərəkətlərini davam etdirərək evdən götürdüyü soyuq silah hesab edilməyən taxta materialdan olan sarımsaq əzən alət ilə İntizar Bağırovanın başının ənsə nahiyəsinə 2 dəfə qəsdən zərbə vursa da, sonuncunun baş nahiyəsindən yenidən qan axmadığını görüb evin həyətində yerləşən hamam otağından götürdüyü soyuq silah hesab edilməyən metal boru ilə İntizar Bağırovanın baş nahiyəsinə yenidən 1 dəfə qəsdən zərbə vurub sonuncuya dərəcəsinə görə sol təpə nahiyəsinin sol təpə və sol gicgah sümüklərinin sınığı, sol gicgah əzələsinə olan qansızma, sol təpə və sol gicgah nahiyələrin epidural qansızması, baş beyinə, yumşaq toxumalarına və mədəciklərə qansızma ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran deşilmiş yarası, sağ təpə və ənsə nahiyələrin dəri altı hematoması, sağ ayaq pəncəsinin üst səthinin qançırı və sıyrığı, sol ayaq pəncəsinin üst səthinin qançırı yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bundan X28nın hərəkətsiz vəziyyətdə olduğunu görüb onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşaraq getmiş, həmin gün saat 18:20 radələrində qonşuluqda yaşayan X8 İntizar Bağırovanı hərəkətsiz vəziyyətdə yaşadığı fərdi yaşayış evinin həyətində aşkar etməsi və hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobilinin İntizar Bağırovanı “Tovuz rayon Mərkəzi Xəstəxanası” X33 çatdırmasına baxmayaraq, İntizar Bağırova onun yetirdiyi və ölümünə səbəb olan xəsarətlərlə, baş beyin toxumasına, yumşaq qişalarına və mədəciklərə qansızma nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 21:55-də ölmüş, yəni o, X6 qəsdən öldürərək onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını oğurlamış, yəni gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərbəst hərəkət etmək imkanına malik olmaqla kirayə yaşadıqları ünvan 1 ünvanında yerləşən, X7 məxsus fərdi yaşayış evindən sonuncuya məxsus alt və üst çənə diş protezini oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 ilə birlikdə 25 mart 2023-cü il tarixdə saat 12 radələrində həmin evin yataq otağındakı soyuducudan İntizar Bağırovaya məxsus 550 manat dəyərində alt və üst çənə diş protezini oğurlamış, yəni zərərçəkmiş şəxs X7 məxsus 550 (beş yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını talamaq məqsədi ilə onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sərbəst hərəkət etmək imkanına malik olmaqla kirayə yaşadıqları ünvan 1 ünvanında yerləşən X7 məxsus fərdi yaşayış evindən sonuncuya məxsus 2 (iki) ədəd qızıl üzükləri oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 ilə birlikdə 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində həmin evin yataq otağındakı dolabın içərisində olan stəkandan İntizar Bağırovaya məxsus 1,84 qram çəkidə, 157 (yüz əlli yeddi) manat dəyərində, Rusiya istehsallı, 583, 585 əyarlı bir ədəd üzüyü və 2,90 qram çəkidə, 246 (iki yüz qırx altı) manat dəyərində, Rusiya istehsallı, 583, 585 əyarlı bir ədəd üzüyü oğurlamış, yəni zərərçəkmiş şəxs X7 məxsus ümumilikdə 403 (dörd yüz üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini, yəni Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə özünü təqsirli bildiyini, həmin Məcəllənin 120.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini göstərmişdir. O, rəsmi evli olduğu ərindən faktiki ayrıldıqdan sonra Təqsirləndirilən şəxs2lə tanış olmuş və birlikdə kirayədə yaşamışlar. Bir müddət ayrı-ayrı yerlərdə yaşasa da, sonradan Elçinlə birlikdə X3 evində kirayədə yaşamağa başlamışlar. İntizar Bağırovadan oğurluq etməyi o, Təqsirləndirilən şəxs2 təklif etmiş, sonuncu da onunla razılaşmışdır. İntizar Bağırovadan əvvəlcə iki qızıl üzük oğurlamışlar. Həmin üzükləri Təqsirləndirilən şəxs2 lombarda qoyub 180 manat pul götürmüş, 20 manatını gətirib ona vermiş, 55 manatlıq marketdən alış-veriş etmişlər, pulun qalanını isə Təqsirləndirilən şəxs2 xərcləmişdir. Sonradan isə İntizar Bağırovaya məxsus diş protezini götürüb diş həkiminə aparıb satmışlar. Diş həkimi onlara 75 manat pul vermişdir. Həmin protezdə olan dişlərdən ikisində qızıl var idi. Diş protezini satdıqdan sonra həmin puldan İntizar Bağırovaya 50 manat kirayə pulu vermişlər. X19 həmin əşyaların onlar tərəfindən oğurlandığını bildikdən sonra, o, İntizara ehtuyacı olduğu üçün götürdüyünü demişdir. Həmin vaxt İntizar Bağırova onlara vaxt qoymuşdur ki, ayın 7nə kimi onun diş protezini, üzüklərini qaytarsınlar. Lakin onlar İntizar Bağırovanın dediyi vaxtda oğurladığı əşyaları qaytara bilməmişlər. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsinin davamında göstərmişdir ki, X6 o, öldürməmişdir. Polis əməkdaşları onu saxlayarkən o, İntizar Bağırovanın öldüyünü bilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmuşdur ki, həmin ölüm hadisəsini törətməsini etiraf etsin. Lakin əslində göstərilən ölüm hadisəsi ilə bağlı cinayəti o, törətməmişdir. İbtidai istintaq zamanı etirafedici ifadələri isə polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 02 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra 03 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 04 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 19 yanvar 2014-cü ildə Tovuz rayonu, Hacıhəsənli kənd sakini X20 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2014-cü il təvəllüdlü Ayaz Alızadə və Şahid2 adlı iki övladları olmuşdur. Həyat yoldaşı ilə ailədaxili münaqişələri olduğu üçün 25 yanvar 2023-cü il tarixdən faktiki olaraq ayrılmışlar, lakin rəsmi olaraq nikahları pozulmamışdır. Qızı Şahid2 onunla birlikdə, oğlu isə atası ilə yaşamışdır. Faktiki olaraq ayrıldıqdan sonra müxtəlif ünvanlarda kirayələrdə yaşamağa başlamış, ilk öncə Tovuz rayonu, Aşağı Quşçu kəndində İzzət adlı şəxsin evində kirayədə yaşamış, həmin şəxs ona əxlaqsız təkliflər etdiyi üçün onun evindən çıxmış, xx.xx.2023-cü il tarixdə isə Tovuz şəhər sakini olan Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Elçinə başına gələnlərin hamısını danışmış və ona iki övladının olduğunu, həyat yoldaşından ayrıldığını, ancaq rəsmi olaraq boşanmadığını bildirib uşağının və özünün qalmağa yerləri olmadığını və Elçindən onlara kirayədə yaşamaq üçün ev tapmağını xahiş etmişdir. Həmin günü Elçin ona və qızına yemək üçün ərzaq almış, sonra da ona onunla birlikdə yaşamağını və onun ailəsi olmağını istədiyini, əvvəllər özünün heç vaxt ailə həyatı qurmadığını bildirmişdir. O da Elçinin normal bir insan olduğuna və həqiqətən də onu ailəsi kimi saxlamaq istədiyinə inanmışdır. Elçin ona əvvəllər oğurluq cinayət əməlini törətdiyini və buna görə məhkum olunduğunu da bildirmişdir. O da ona hamının başına iş gələ biləcəyini deyib onunla yaşamağa razılıq vermişdir. Bundan sonra isə Elçin onu evlərinə aparıb onu öz valideynləri ilə tanış eləmiş və onlara onu sevdiyini və onunla ailə quracağını bildirmişdir. Elçinin valideynləri onun əvvəllər ailəli olduğunu və iki uşağının olduğunu bildikdən sonra onu qəbul etməyəcəklərini demişlər. Elçin ona görə öz valideynləri ilə sözlü mübahisə etmişdir. Elçinin ona görə valideynləri ilə mübahisə etdiyini görüb ona qarşı olan inamı daha da artmışdır. Elçinin valideynləri onu qəbul etmədikləri üçün Elçin ona həmin evdən çıxacağını və onunla birlikdə ayrı ev tutub kirayədə yaşayacağını bildirmişdir. Sonra Elçinlə özlərinə kirayə ev axtarmağa başlamışlar, ev tapana kimi olan müddətdə Elçinlə şəhər arasında olan sahibsiz tikilidə təxminən 15 gün qalmışlar. Həmin vaxtları Elçin fəhləlik edib onları dolandırmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Tovuz şəhəri ərazisində yerləşən Zəkiyyə adlı qadının evində kirayədə yaşamışlar, evin kirayə pulunu verə bilmədikləri üçün ev yiyəsi onları evdən çıxartmışdır. xx.xx.2023-cü il tarixdən isə Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində yerləşən X4 yaşadığı evdə kirayədə yaşamağa başlamışlar. Onlar həmin evdə ev sahibi ilə birlikdə yaşamışlar. Həmin evin yataq otaqlarından birini və mətbəx otağını onlar istifadə etmişlər. Qonaq otağı ilə digər yataq otağını isə İntizar özü istifadə etmişdir. İntizar evdə tək yaşamış, övladı olmamışdır. Bildiyinə görə əri bir neçə il bundan əvvəl rəhmətə getmişdir. İntizarın Füzuli adlı ögey qardaşının olduğunu və onun Bakı şəhərində yaşadığını bilmişdir. Demək olar ki, mütəmadi olaraq onlar telefonla əlaqə saxlamışdırlar. İntizarın özünün istifadəsində telefon olmuş, hər ay 375 manat pensiya almış, həmin pulu da öz şəxsi ehtiyaclarına qarşılamışdır. Bir dəfə də qızı ilə ona bazardan pal-paltar almış, eyni zamanda ona məhkəmədə boşanma işinə görə 50 manat pul vermişdir. Evin bütün kommunal ödənişlərini İntizar özü etmişdir. Belə ki, aylıq ödənişlərin pulunu İntizar onlara vermiş, onlar da ödəniş etmişlər. Orada qalmaq üçün kirayə haqqı kimi İntizarla 90 manata razılaşmışlar. Təxminən 2023-cü ilin mart ayının sonlarında İntizarın yatdığı yataq otağında olan şkafdakı stəkanın içərisində bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl kişi üzüyü və 1 ədəd qızılı rəngli protez diş görmüş, sonradan bu barədə Elçinə də demiş, Elçinlə bu barədə söhbət etdikdən sonra həmin dişləri və qızıl üzükləri oğurlamaq qərarına gəlmişlər. Bundan sonra təxminən mart ayının sonlarında saat 15 radələrində özü həmin protez dişləri götürüb Elçinə vermiş, sonra da həmin protez dişləri adını bilmədiyi Tovuz şəhəri ərazisində diş texniki kimi fəaliyyət göstərən Razim adlı həkimə satmışlar. O özü Razim həkimə demişdir ki, həmin dişlər anasına məxsusdur. Onlar stəkandan 4 ədəd diş götürmüşlər. Onlardan biri qızıl, digərləri titan olmuşdur. Titan dişləri Razim onlardan almamışdır. Həmin şəxs qızıl dişlərin qarşılığında onlara 75 manat pul təklif eləmiş, onlar da onunla razılaşaraq həmin qızıl dişi ona satmışlar. Digər dişləri isə qaytarıb yerinə qoymuşlar. Bundan sonra isə 06 aprel 2023-cü il tarixdə İntizara məxsus olan həmin 2 ədəd qızıl üzüyü də oğurlamaq qərarına gəlmişlər. Elə həmin gün saat 11 radələrində üzükləri stəkandan götürüb Tovuz şəhəri ərazisində yerləşən "xxxx" BOKT ASC-yə lombarda girov qoymuşlar. Bunun qarşılığında həmin təşkilat onlara 220 manat kredit verməli imiş. Lakin sonradan Elçin özü qızıl üzüklərin qarşılığında həmin təşkilatdan 180 manat pul götürmüşdür. Həmin hadisədən 3-4 gün sonra İntizar onların onun protez dişləri ilə qızıl üzüklərini oğurladığını bilmiş, onlardan polisə şikayət edəcəyini dediyi üçün ona yalvarıb şikayət etməməyi, protez dişlər ilə qızıl üzükləri onun özünə qaytarıb verəcəyini demişdir. İntizar isə ona protez dişlərin əvəzinə pul verməyini, qızıl üzükləri isə ona geri qaytarmağını bildirmişdir. O da İntizarla razılaşıb qısa müddətdə dişlərin pulu ilə qızıl üzükləri ona qaytaracağına söz vermişdir. Aradan bir müddət keçməsinə baxmayaraq, lombardan qızılları İntizara söz verdiyi vaxtda götürə bilmədiyi üçün aralarında sözlü mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Elçin, qızı Nərmin və İntizar dördü birlikdə evdə olan zaman İntizarla aralarında yenə də ona qaytara bilmədiyi qızıl üzüklərə və protez dişlərin puluna görə mübahisələri olmuş, Elçin də onların mübahisə etdiyini görüb onun üstünə qışqırıb onu sakitləşdirmiş, daha sonra isə Elçin atasının yanına getmək adı ilə evdən çıxmış, Elçin gedəndən sonra İntizarla aralarında yenə sözlü mübahisələri olmuş, həmin mübahisə zamanı İntizar ondan evin internetinin pulunu ödəməyini tələb etmiş, o isə İntizara cəmi 15 manat pulunun olduğunu, 5 manat ona pul verə biləcəyini demişdir. Həmin vaxt İntizar onun mərhum anasına qarşı nalayiq söyüşlər söyməyə başlamış, ona anasının cavan yaşlarında rəhmətə getdiyini, onun ölüsünə söyməməyini desə də, o daha da əsəbiləşib anasının məzarına qarşı və onun ünvanına olmazın söyüşlərini söymüş, sonra da onun yaxasından tutub onun pul qarşılığında kişilərlə görüşdüyünü demişdir. O da məcbur olub onun saçlarından tutub yolmağa başlamış, həmin vaxt Elçin də evə gəlmiş, Elçin gəldikdən sonra onları aralamış və hər ikisinin səsinin küçəyə getdiyini deyib onun üstünə qışqıraraq ona “cəhənnəm ol burdan” deyib onu aralamışdır. Həmin vaxt İntizar Elçinə demişdir ki, “sənin saxladığın bu pozğun gündə bir kişi ilə görüşür”. O da İntizara demişdir ki, “qoca arvadsan, ağzına gələni danışma”. Həmin vaxt stəkanda çay içmiş, İntizar onun stəkanının içinə tüpürmüş, birinci stəkanı İntizarın başına vurmaq istəmiş, Elçinə də “nə olur olsun, tutulmaqdısa da, bunu öldürəcəm” demiş, İntizar yenə onun anasının ölüsünə olmazın söyüşlərini işlətmişdir. Həmin söyüşlər yadına düşəndə hələ də özünə gələ bilmir. İntizar onun anasının ölüsünə və ona qarşı söyüşlər söyməyə davam etmişdir. İntizar da mətbəx otağının qarşısında onun qabağına keçib yaxasından yapışaraq əli ilə onu itələdikdə pilləkənə yıxılmış, həmin vaxtı beli və başının arxa tərəfi pilləkənə dəymiş, Elçin də İntizara “öldü, di rahatla” demiş, sonra Elçin onun üzünə su vurub ayıltmış, ayılandan sonra mətbəx otağına qayıtdıqda İntizar yenə ona və anasının ölüsünə olmazın söyüşlərini söyməyə davam etdiyi üçün əsəblərini cilovlaya bilməyib ilk öncə onun üzündən şillə ilə vurmuş, sonra da əli ilə onun sinəsindən yumruq zərbəsi vuraraq pilləkəndən yıxmışdır. İntizar pilləkəndən geriyə doğru arxası üstə yerə yıxılmış və başının arxa nahiyəsi beton pilləkənin kənarına bərkidilmiş çıxıntılı dəmir parçasının uc hissəsinə dəymiş, ancaq başı həmin yerə möhkəm dəymədiyi üçün onun başından qan gəlməmişdir. İntizarın hələ ölmədiyini görüb ona anasının ölüsünə və özünə qarşı etdiyi söyüşlərə görə acıqlı olduğu üçün hirsi soyumamış, İntizar yerə yıxıldıqdan sonra evin qonaq otağında plastik materialdan qab-qacaq yığılan qabdan taxta materialdan olan sarımsaq əzən aləti götürüb onunla İntizarın başının arxa tərəfindən qəsdən iki dəfə zərbə vurmuş, həmin vaxtı Elçin də onun yanına gəlib əli ilə onu tutub aralamaq istəyəndə onu dirsəyi ilə geriyə doğru itələyib aralarında olan söhbətə qarışmamağını bildirib sarımsaq əzən alətlə onun başından vuran zaman İntizarın başından qan axmadığını görüb əsəbləri soyumadığı üçün evin həyətində yerləşən pilləkənlə üzbəüz olan hamam otağından götürdüyü dəmir borusu ilə İntizarın başından yenidən bir dəfə zərbə ilə vurmuş, həmin vaxtı onun başından qan axmışdır. Bundan sonra Elçin ona demişdir ki, “gəl buradan çıxaq gedək, heç kim bizi görməsin, bu barədə də heç kimə heç nə demə, onsuz da mən əvvəllər tutulmuşam, həbs olunmaqdan qorxmuram, sən yazıqsan uşaqların var, səni tutacaqlar”. O da Elçinlə razılaşmış, etdiyi cinayətin izini itirmək məqsədilə İntizarın baş nahiyəsinə vurmuş olduğu dəmir boru ilə sarımsaq əzən aləti yuyub götürdüyü yerlərə qoymuş, sonra da evin yataq otağında və evin həyətə baxan pəncərəsinə pərdə əvəzi asılmış olan döşək üzləri ilə pilləkəndə olan qan ləkələrini silmişdir. Pərdə əvəzi asılmış döşək üzlüyü narıncı rəngli üzərində iri gül rəsmləri olmuşdur. Digərləri də ağ və göy rəng qarışığından ibarət döşək üzləri olmuşdur. Həmin döşək üzlərini də ağ rəngli un meşokuna yığmış, həmin meşoku da evin mətbəx otağından soyuducunun yanından götürmüşdür. Sonra qızını da götürüb Elçinlə birlikdə onun atasının işlədiyi avtovağzala getmişlər. Evdən çıxanda saat 11-12 radələri olmuşdur. Evdən çıxdıqdan sonra həmin döşək üzlüklərini meşokla birlikdə evin yaxınlığında küçədə zibil qabına atmışlar. Elçinin atası avtovağzalın tualetində pul yığımı ilə məşğul olur. Ora getdikdən sonra qızını orada Elçinin atası Elşənin yanında qoymuşlar. Elçin də onu avtobusla işlədiyi Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən çay evinə aparmışdır. Həmin çay evində xx.xx.2023-cü il tarixdən işləyir. Həmin çay evi də Səfxan adlı şəxsə məxsusdur. Orada iş rejimi gündəlik saat 12:00-dan axşam saat 24:00-dəkdir. Həmin günü axşam saat 23 radələrində istifadəsində telefon olmadığı üçün Elçin öz atasının istifadəsində olan telefon nömrəsi ilə Səfxanın telefonuna zəng eləmiş, Elçin ona kirayə qaldıqları evə gedib baş çəkəcəyini bildirmişdir. O da Elçinə demişdir ki, “ora getmə, get atan evinə, birdən gedərsən qonşularla problemin olar”. Həmin gün saat 18-19 radələrində Elçin qızını onun yanına gətirmiş, saat 22-23 radələrində işdən çıxanda Səfxanın qardaşı onu öz avtomobili ilə gətirib kirayədə qaldığı evə düşürmüşdür. O, evə gedəndə yolda “maşın keçidi” tərəfdə Elçini görmüşdür. Evə düşdükdən sonra Elçin də evə gəlmiş, Elçindən haradan gəldiyini soruşanda ona siqaret almağa getdiyini demişdir. O evə gələndə İntizar evdə olmamış, Elçindən İntizarın harada olduğunu soruşmuş, o da bilmədiyini demişdir. Sonra Elçinlə birlikdə qonşuluqda yaşayan Minayə gilə gedib sonuncunun qızı Ramidədən İntizarın harada olduğunu soruşmuş, o da İntizarın Avaztəpəyə bibisigilə getdiyini demiş, sonra yenidən evə qayıtmışlar. Evə qayıtdıqdan sonra evdə qalmayıb Elçinin atası evinə getmişlər. Həmin gün orada qalıb səhərisi günü, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi kafeyə getmiş, saat 23 radələrində işdən çıxıb Elçinin yanına getmişdir. Saat 23:30 radələrində isə Elçinlə birlikdə İntizarın evinə getmiş, ora gedəndə İntizarın qardaşı Füzuli, onun həyat yoldaşı Sevda və qonşu olan Minayə də orada olmuşdur. Həmin günü gecə saatlarında eşitmişdir ki, İntizar xəstəxanada vəfat edibdir. Onun əvvəllər İntizar ilə aralarında düşmənçiliyi olmasa da, ondan oğurladığı qızıllara görə aralarında tez-tez sözlü mübahisələri olmuşdur. İntizar Bağırova anasının ölüsünə və özünə qarşı söyüşlər söydüyünə görə onun sözlərinə əsəbləşib İntizarı zərblə vurmuş, daha sonra isə sarımsaq əzən alətlə və dəmir boru ilə qəsdən İntizarın başına 3 dəfə müxtəlif nahiyələrdən zərbələr vurmuş, həmin vaxtı niyyəti İntizar Bağırovanı öldürmək olmuşdur. Hadisə vaxtı əynində qara rəngli kofta və qara rəngli şalvar olmuş, həmin paltarları əynindən çıxarıb həyətdə ipdən asmışdır. Qeyd etdiyi kimi, İntizar Bağırovanın yerə axmış qanını sildiyi döşək üzlüklərini ağ rəngli un meşokuna qoymuş, onların da hamısını birlikdə evin yaxınlığındakı küçədə zibil qabına atmışdır. Oğurladıqları qızıl dişləri 75 manata satmışlar. Dişlər ikisi birlikdə 1 qram çəkidə olmuş, qızıl üzükləri isə 220 manat qarşılığında lombarda girov qoymuşlar. Lakin həmin pulu Elçin lombardan götürmüşdür. Elçinə də lombarddan 180 manat pul vermişlər. Qızıl üzüklərin isə qramını bilməmişdir (iş vərəqə: cild İ, səh. 32-33, 70-71, 127-130). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən onun ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbi ibtidai istintaq zamanı polis əməkdaşlarının fiziki təzyiqləri ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə təsadüfən tanış olmuş və Təqsirləndirilən şəxs1 ona kirayədə yaşamaq üçün ev tapmağını xahiş etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs1 üçün kirayəyə ev axtarmağa başlamışdır. O, Təqsirləndirilən şəxs1 kirayədə qalması üçün ev tapdıqdan sonra özü də onunla birlikdə yaşamağa başlamışdır. O, Tovuz rayonunda ofisiantlıq etməklə məşğul olur. Sonradan Təqsirləndirilən şəxs1 ona kirayədə qalmaq üçün başqa bir ev tapdığını, evin qiymətinin 90 manat olduğunu, həmin evin bir nəfər İntizar adlı yaşlı qadına məxsus olduğunu demişdir. O, Aynazla birlikdə gedib həmin evə baxmışlar. Həmin vaxt ilk dəfə evin sahibi İntizar Bağırovanı görmüşdür. İntizar Bağırova onlara Bakıda yaşayan bir nəfər qardaşının olduğunu da demişdir. O, üzərində olan 20 manat pulu İntizara vermiş, qalan kirayə pulunu da sonra verəcəyini demişdir. Sonradan 06 aprel 2023-cü il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs1 əlində iki dənə üzük olduğunu görmüşdür. Aynaz ona ərindən boşanmaq üçün rəsmi qaydada ərizə verdiyini, ona 150 manat pul lazım olduğunu, İntizar Bağırovanın ona iki dənə üzük verdiyini və lombarda qoyub pul götürməsini dediyini bildirmişdir. O, demişdir ki, “Aynaz mənə yalan demirsən ki?”. Aynaz isə ona yalan demədiyini bildirmişdir. Sonra o, Aynazla birlikdə lombard kimi fəaliyyət göstərən şirkətə gedib şəxsiyyət vəsiqəsi təqdim edərək həmin üzükləri qoyub 180 manat pul götürmüşlər. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsinin davamında göstərmişdir ki, 2023-cü ilin təxminən mart ayında Təqsirləndirilən şəxs1 cib dəsmalına bükülmüş protez diş göstərib demişdir ki, “İntizar xalaya dedim ki, 50 manat həkimə borcum var, İntizar xala isə dedi ki, protezim var o da yadigardı”. O, dəqiq heç nə başa düşməmişdir. Daha sonra Aynazla birlikdə diş həkiminə getmişlər. Aynaz həkimə “pula ehtiyacım var, bunlar nə qədər edər?” deyib cibindən protez dişi çıxarmışdır. Həkim demişdir ki, “dişlərin dördü titandı, ikisi qızıldı, 75 manat pul edir, pulunu istəyirsənsə verim, istəmirsənsə qalsın”, Aynaz demişdir ki, “yox, təcilli pula ehtiyacım var”. Daha sonra 2023-cü ilin aprel ayının 20-si tarixində evdə olarkən İntizar Bağırovanın dayısı oğlunun qızı gəlmişdir. Təxminən 15 dəqiqə sonra Aynaz ona demişdir ki, “ay Elçin, sənə yalan danışmışam o üzükləri və diş protezini mənə İntizar xala verməyib, mən İnitzar xalanın otağından götürmüşəm”. X16 demişdir ki, “Elçin, sənin yanında qalan qız mənim otağımdan qızıl üzüklərimi, diş protezimi götürüb aparıb satıb”, o, İntizar Bağırovaya demişdir ki, “İntizar xala, Aynaz mənə də yalan danışıb, mənim də xəbərim olmayıb”. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində oğurluq cinayət əməlini törətmədiyini bildirsə də, daha sonra 26 may 2023-cü il tarixdə, həmçinin 02 avqust 2023-cü il və 03 avqust 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, özünü tam təqsirli bilir. Təxminən 2023-cü ilin mart ayının sonlarında evdə olarkən Aynaz ona İntizarın yatdığı yataq otağında olan şkafdakı stəkanın içərisində bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl kişi üzüyü və 1 ədəd qızılı rəngli protez diş gördüyünü demişdir. Sonra onlar həmin dişləri və qızıl üzükləri oğurlamaq qərarına gəlmişlər. Həmin gündən 1-2 gün sonra yenə evdə olarkən Aynaz ona əlində salfetkaya bükülü olan 1 ədəd qızılı rəngli protez dişi göstərib onu götürdüyünü bildirmiş, daha sonra həmin qızıl dişi satmaq qərarına gəlmişlər. Bu məqsədlə Tovuz şəhəri ərazisində diş texniki kimi fəaliyyət göstərən Razim adlı həkimin yanına getmişlər. Aynaz özü həkimə həmin dişlərin anasına məxsus olduğunu bildirmişdir. Həmin dişlər 6 ədəd olmuş, onlardan ikisi qızıl olmuş, ümumi çəkiləri 1 qram olmuş, digərləri isə titan olmuşdur. Titan dişləri Razim həkim onlardan almamış, qızıl dişləri isə ona 75 manata satmışlar. Digər dişləri isə Aynaz qaytarıb yerinə qoymuşdur. Bundan sonra isə 06 aprel 2023-cü il tarixdə Aynaz ona İntizar xalaya məxsus 1 ədəd qadın üzüyünü və 1 ədəd kişi üzüyünü də götürdüyünü demiş, sonra onlar həmin qızıl üzükləri lombarda girov kimi qoyub pul götürmək qərarına gəlmişlər. Birlikdə Tovuz şəhər ərazisində yerləşən "xxxx" BOKT ASC-yə gedib həmin qızıl üzükləri girov qoymuşlar, bunun qarşılığında həmin təşkilatdan 180 manat pul götürmüşlər. Oradaki sənədləşməyə Aynaz özü qol çəkmiş, həmin günü günorta isə pulu özü götürüb Aynaza vermişdir. Pulu götürdükdən sonra Aynaz ona boşanmaq üçün məhkəməyə müraciət etdiyini, həmin pulla məhkəmənin rüsumunu ödəyəcəyini deyib pulu özündə saxlamışdır. 17 aprel 2023-cü il tarixdə isə lombarda Aynazla gedib 109 manat kreditlərini ödəmişlər. 20 aprel 2023-cü il tarixdə saat 16 radələrində İntizarın adını bilmədiyi qohumu Aynazı evlərinə çağırmış, həmin vaxt o, yatağında uzanmış, bundan sonra o və Aynaz İntizarın həmin qohumugilə getmişlər. Həmin vaxt İntizar da onlarda olmuşdur. İntizarın qohumu ona polisə şikayət edəcəyini dediyi üçün yalvarıb şikayət etməməyi, protez dişlər ilə qızıl üzükləri onun özünə qaytarıb verəcəklərini demişlər. İntizar isə onlardan protez dişləri qaytarmağı tələb etmişdir. Aynaz İntizardan ona 1 ay vaxt verməyini xahiş etmiş, bundan sonra o, İntizarın qardaşı Füzuli ilə də telefonla danışmış və ondan onlara may ayının 20-dək vaxt verməyi xahiş etmişdir. Füzuli ona qısa müddətdə dişlərin və qızıl üzüklərin pulunu qaytarmalarını bildirmiş, o da qısa müddətdə onların pulunu verəcəyini demişdir. 30 aprel 2023-cü il tarixdə səhər saat 06-da yuxudan oyanıb Tovuz şəhərində 40 mərasimində ofisiantlıq etmək üçün həmin yerə getmişdir. Ancaq həmin yas yerinin harada yerləşdiyini bilmir. Həmin günü axşam saat 20 radələrində evə qayıtmışdır. Evə gələndə evdə heç kim olmamışdır. İntizar da evdə olmamışdır. Həmin günü saat 23:10 radələrində Aynazın müdirinin qardaşı onu evə gətirmiş, həmin vaxt onları küçəyə dönəndə görmüş, onların arxasınca o da evə gəlmişdir. Həmin gecə İntizarın evində qalmayıb atasıgilə getmişlər. Səhərisi günü isə öz işlərinin arxasınca getmişdir. Aynaz da işə getmişdir. Həmin günü saat 23 radələrində Aynazla yenidən İntizarın evinə getmişlər. Evə gəldikdə evdə İntizarın qardaşı olan Füzulinin arvadını və adını bilmədiyi qohumunu görmüşdür. Onlardan İntizarın harada olduğunu soruşmuş, Füzulinin arvadı isə ona İntizarın xəstəxanada olduğunu demiş, İntizara nə olduğunu soruşduqda, o, İntizarın pilləkəndən yıxıldığını demişdir. Füzulinin arvadından İntizarın hazırda necə olduğunu soruşduqda, o, İntizarın vəsiqəsini götürüb xəstəxanaya aparacağını demiş, bundan sonra evdən çıxıb Aynazın arxasınca iş yerinə getmişdir. Axşam saat 23 radələrində Aynazın müdirinin qardaşı Hafiz, onu və Aynazı maşın keçidinin yanında düşürmüşdür. Aynazın uşağı onun atasıgildə olduğundan o və Aynaz onun atasıgilə gedib, Aynazın uşağını götürmüşlər və birlikdə evə gəlmişlər. Qapını Füzuli açmış və keçib evdə birlikdə oturmüşlar. O, Füzulidən İntizarın vəziyyətini soruşduqda, Füzuli ona İntizarın Gəncədə olduğunu və vəziyyətini yaxşı olduğunu demişdir. Bundan sonra onlar yatmışlar. 01 may 2023-cü il tarixdə o, lombarda gedib 101 manat pul ödəmişdir. Həmin günü gecə saatlarında o, eşitmişdir ki, İntizar ilə Aynaz mübahisə etmiş, mübahisə zamanı isə Aynaz İntizarı itələmiş, daha sonra isə əlindəki sarımsaq döyən ilə İntizarın başından vurub, daha sonra isə çıxıb getmişdir. İlkin ifadələrində qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Tovuz şəhərində ofisiantlıq etmək üçün yas mərasiminə getmişdir. Ancaq qeyd etdiyi kimi həmin yas yerinin harada yerləşdiyini bilmir. Həmin günü yas mərasimində ola-ola 2-3 dəfə evə gəlmişdir. Saat təxminən 08:30 radələrində evə gələndə evdə nə Təqsirləndirilən şəxs1, nə onun qızı, nə də İntizar Bağırova olmuşdur. Sonra isə yenidən yas yerinə qayıdıb getmişdir. Həmin vaxtı onu küçədə 1 nəfər yaşlı qadınla 1 nəfər cavan oğlan da görmüşdür. Həmin günü saat 11:40 radələrində yenidən evə qayıtmışdır. Həmin vaxt evdə yalnız Aynazla qızı olmuşdur. İntizar isə evdə olmamışdır. O, Aynaza səhər evə gəldiyini, onların isə evdə olmadığını deyib hara getdiklərini soruşmuş, Aynaz da ona Məşğulluq idarəsinə getdiyini bildirmiş, ondan İntizarın harada olduğunu maraqlananda Aynaz ona İntizarın qonşuya getdiyini bildirmişdir. Sonra üçü birlikdə evin həyətindəki birtaylı qapıdan arxa dalana çıxıb avtomobil yoluna tərəf getmişlər. Aynaz həyəti süpürüb həyətdəki zibilləri ağ meşoka yığmışdır. Evdən çıxanda həmin ağ meşoku və başqa qara rəngli sellofandakı zibilləri də götürmüşlər. Özü ağ rəngli meşokdakı zibili evdən çıxdıqları dalanın girişindəki zibil qutusuna, qara rəngli sellofandakı zibili isə yaşadıqları dalanın, yəni evin əsas girişinin yerləşdiyi dalanın girişindəki zibil qutusuna atmışlar. Avtomobil yolu ilə dalanın girişinin qarşı tərəfindən keçəndə dalandan çıxan 2 nəfər qadın da onları görmüşdür. Oradan birbaşa atasının iş yerinə getmişlər. Aynaz oradan avtobusla işlədiyi yerə getmişdir. Aynazın qızı isə atasının yanında qalmışdır. Oradan da yas yerinə getmişlər. Hadisə təzə olan ərəfələrdə həyəcanlı olmuşdur. Ola bilər ki, bəzi şeyləri düzgün deməmişdir. Ancaq hazırki ifadəsində hər şeyi olduğu kimi demişdir (iş vərəqə: cild 2, səh. 98-100, cild 3, səh. 18-19, 54-56). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X17 ifadəsində göstərmişdir ki, o, işdə olarkən atasının dayısı oğlu ona zəng edərək bacısı X6 təcili xəstəxanaya apardıqlarını bildirmişdir. O, xəstəxanaya çatdıqda sonradan bilmişdir ki, bacısı X7 xəsarətlər yetirilmiş, bacısı İntizar Bağırovanı qonşuları xəstəxanaya yetişdirmişlər. X13 əşyalarının oğurlandığını da eşitmişdir. O, hər iki təqsirləndirilən şəxs həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 şikayətçidir və hər iki təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X12 onun baldızı olmuşdur. O, Bakı şəhərində yaşayır. 30 aprel 2023-cü il tarixdə onlara İntizar Bağırovanın qonşusu Şahid4 zəng edib demişdir ki, “İntizar yıxılıb və təcili tibbi yardım xidməti avtomobili onu Tovuz rayon Mərkəzi Xəstəxanasına apardı”. Onlar xəstəxanaya çatdıqda İntizar Bağırovanın paltarda uzanıqlı olduğunu, başının arxasına dəsmal qoyulduğunu görmüşdür. Sonra o, İntizar Bağırovanın yaşadığı evə gəlib baxarkən evin dağınıq olduğunu görmüşdür. O, evi səliqəyə salarkən evin pilləkənində qan izləri olduğunu görmüşdür. 2023-cü ilin mayın 1-də İntizar Bağırovanın evində olarkən Tovuz rayon Polis Şöbəsindən polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs1 İntizar Bağırova ilə mübahisə etdiyini, Təqsirləndirilən şəxs1 İntizar Bağırovaya xəsarətlər yetirdiyini eşitmişdir. Həmçinin ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, onun səkkiz yaşı var. Təqsirləndirilən şəxs1 onun anasıdır. Anası Təqsirləndirilən şəxs1 turba ilə İntizar nənənin başına vurduğunu görmüşdür. İntizar nənəni təkcə anası Aynaz vurmuşdur. Sonra anası Aynaz yerdə qanı silmişdir. Daha sonra qanı sildiyi dəsmalı torbaya yığıb qayanın başına aparıb tullamışdır. Anası Aynaz turba ilə İntizar nənəni vurduqda İntizar nənə yıxılmış, ondan qan gəlmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X12 onun qonşusu olmuşdur. 01 may 2023-cü il tarixdə İntizar Bağırovanın pilləkəndə yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. Qonşularla birlikdə təcili tibbi yardım xidməti çağırmışlar. Təcili tibbi yardım xidməti avtomobili onu xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, X34 Bağırovanın əşyalarını oğurlamış, X21 öldürmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X12 onun qonşusu olmuşdur. Aynazla Elçin isə İntizar bağırova gildə kirayədə yaşamışlar. 30 aprel 2023-cü il tarixdə qonşusu Nailə gəlib İntizarın yıxıldığını və pis vəziyyətdə olduğunu demişdir. O, tələsik ora gedərkən İntizar Bağırovanın yerdə uzanıqlı vəziyyətdə qaldığını, yerin qan olduğunu görmüşdür. O, qanın şəklini çəkmişdir. Həmin vaxt təcili tibbi yardım gəlmişdir. Sonradan məlum olmuşdur ki, İntizar Bağırovanı onun evində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 öldürmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qunşusu İntizar Bağırovanın evində kirayədə qalırmışlar. Hazırki cinayət hadisəsi baş verməmişdən bir müddət əvvəl X9 evinə gəlmişdir. Onlar söhbət edərkən İntizar Bağırovanın bikef olduğunu görmüşdür. İntizardan niyə bikef olduğunu soruşmuş, İntizar ona demişdir ki, “mənim iki üzüyüm, qızıl dişlərim var idi, yaylığa bağlayıb evə qoymuşdum. Bir də baxdım ki, həmin əşyalarım yerində yoxdur”. O, kirayədə qalan Aynazdan soruşmuşdur ki, “sən İntizarın həmin əşyalarını görmürsən?” Aynaz ona görmədiyini demişdir. Aynaza demişdir ki, “polis çağıraq tapsınlar”. Bu zaman Aynaz ona demişdir ki, “polis çağırma, mən götürmüşəm, borcum var idi, gətirib həmin əşyaları evə qoyacam”. Daha sonra isə olanlardan məlumatı olmayıb. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 atasıdır. Oğlu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə kirayədə yaşamışdır. Bu hadisə ilə bağlı eşitmişdir ki, mərhum X29 Alıyevanın ölən anasını söymüşdür. Sonra aralarında nəsə mübahisə olmuşdur. Qonşular təcili tibbi yardım çağırıb belə bir hadisənin baş verdiyini demişlər. Eşitmişdir ki, Aynazla İntizar dalaşıb, İntizar pilləkəndən yıxılıb və bu hadisə baş verib. O, hadisəni görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Stomatoloji Polikilinikasında stamotoloq həkim işləyir. Mahiyyəti üzrə göstərir ki, Aynazla Elçin onun iş otağına gəlib demişlər ki, “qızıl diş var, ehtiyacdan satırıq”. O, soruşmuşdur ki, “siz kimsiniz?” Onlar demişlər ki, “ailəyik, ərarvadıq”. Onların gətirdikləri alt-üst iki diş protezi idi. Üst protezdə 4 titan, alt protezdə 2 qızıl diş var idi. Demişdir ki, “bu titan dişlər heç nəyə yaramır” və özlərinə qaytarmışdır. Alt protezdəki 2 qızıl dişi onların yanlarında çıxardıb tərəziyə qoymuşdur. Həmin qızıl dişlərə görə onlara 80 manat pul vermişdir. Sonradan cinayət işi başlanarkən həmin diş protezinin oğurluq olduğunu eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, İnternational” BOKT ASC-nin Tovuz filialının müdiri vəzifəsində işləyir. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 filiala müraciət edərək özünə məxsus 2 ədəd qızıl üzüyünün olduğunu bildirib üzükləri lombarda girov qoyub bunun əvəzində pul götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yanında tanımadığı oğlan da olmuşdur. Onlar həmin qızıl üzükləri qiymətləndirmişlər və Təqsirləndirilən şəxs1 kredit verilmişdir. Qısa müddətdən sonra Təqsirləndirilən şəxs1 həmin qızıl məmulatlarını qaytarmaq üçün müraciət etmişdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 may 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsinin törədildiyi ünvan 1 ünvanında yerləşən X4 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı pambıq tampon vasitəsilə 05 ədəd nümunə və 01 cüt qadın ayaqqabısı götürülmüşdür (iş vərəqə: cild 1, səh. 15-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 may 2023-cü il tarixli və 05 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətlərinin protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri ilə bağlı vermiş olduğu ifadələrinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə aparılan həmin istintaq hərəkəti zamanı o, İntizar Bağırovaya məxsus qızıl dişləri və qızıl üzükləri oğurladıqları, eləcə də xx.xx.2023-cü il tarixdə intizar Bağırova ilə mübahisə etdikləri, İntizar Bağırovanı itələyib pilləkəndən yıxdığı, sonuncunun həmin vaxtı başının dəydiyi yeri, bundan sonra isə sarımsaq əzən alət və hamam otağından götürdüyü dəmir boru ilə İntizar Bağırovanın baş nahiyəsindən vurduğu yeri, bundan X28nın yerə axmış qanını sildiyi döşək üzlüklərini içərisinə yığdığı ağ rəngli meşokla birlikdə tulladığı yerləri, yəni törətdiyi cinayət hadisələrinin yerini və şəraitini əyani şəkildə göstərmişdir, həmçinin 05 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkəti videoçəkilişlə keçirilmiş və həmin videoçəkilişin əks olunduğu disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 76-93, 146-148 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 may 2023-cü il tarixli “götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı cinayətin alətləri olan 01 ədəd taxta materialdan sarımsaq əzən alət və 01 ədəd dəmir boru, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd ağ rəngli üzərində qara rəngli ulduz naxışları olan qadın koftası və 01 ədəd qara rəngli qadın şalvarı götürülmüşdür (iş vərəqə: cild 1, səh. 95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 may 2023-cü il tarixli “götürmə aparılması haqqında protokol”dan görünür ki, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən zibil poliqonuna keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 30 aprel 2023-cü il tarixdə baş vermiş hadisə zamanı İntizar Bağırovanın baş nahiyəsindən sarımsaq əzən alət və dəmir boru ilə vurduqdan X28nın yerə axmış qanını sildiyi 05 ədəd döşək üzlüyü (mələfə) içərisinə qoyulduğu ağ rəngli meşokla birlikdə aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild 1, səh. 111-119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 may 2023, 09 iyun 2023 və 22 iyun 2023-cü il tarixli “götürmə aparılması haqqında protokol”lardan görünür ki, X7 məxsus oğurlanmış əşyalar olan 1 ədəd üst çənə diş protezi və 1 ədəd alt çənə diş protezi, 2 ədəd qızıl üzüklər, Şahid7 istintaqa təqdim etdiyi iki ədəd diş qapağı götürülmüşdür (iş vərəqə: cild 1, səh. 167, 228-231 cild 2, səh. 131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X30 Tovuz rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş sağ əlin İ və İİ barmaqlarının, hər iki mil-bilək oynaqlarının və sağ said nahiyəsinin sıyrıqları xəsarətləri küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin qərarın təsviri hissəsində şəraitdə, yəni insan bədəninin hissələrinin (dırnaq, əl , ayaq və s.) təsiri ilə qarşılıqlı mübarizə zamanı əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild 1, səh. 46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X30 Tovuz rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, X4 meyitində - sol təpə nahiyəsinin sol təpə və sol gicgah sümüklərinin sınığı, sol gicgah əzələsinə olan qansızma, sol təpə və sol gicgah nahiyələrin epidural qansızması, baş beyinə, yumşaq toxumalarına və mədəciklərə qansızma ilə müşayiət edilən deşilmiş yarası; sağ təpə və ənsə nahiyələrin dəri altı hematoması; sağ ayaq pəncəsinin üst səthinin qançırı və sıyrığı; sol ayaq pəncəsinin üst səthinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirilməsindən bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidirlər, həmin xəsarətlərdən sol təpə nahiyəsinin sol təpə və sol gicgah sümüklərinin sınığı, sol gicgah əzələsinə olan qansızma, sol təpə və sol gicgah nahiyələrin epidural qansızması, baş beyinə, yumşaq toxumalarına və mədəciklərə qansızma ilə müşayiət edilən deşilmiş yarası ölümlə birbaşa səbəbli əlaqəsi vardır və sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Digər xəsarətlərin isə ölümlə hər hansı bir səbəbli əlaqələri yoxdur, həm ümumilikdə, həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X4 ölümünə səbəb baş beyin toxumasına, yumşaq qişalarına və mədəciklərə qansızma olmuşdur. X4 ölümü xx.xx.2023-cü il tarixdə saat 21:55-də Tovuz RMX-sı PHŞin Reanimasiya şöbəsində baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik və digər güclü təsir edici maddələr aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh. 89-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X30 Tovuz rayon şöbəsinin əlavə məhkəmə-tibbi ekspertizasının 03 may 2023-cü il tarixli, 1 saylı əlavə rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarətlərdən sol təpə nahiyəsinin sol təpə və sol gicgah sümüklərinin sınığı, sol gicgah əzələsinə olan qansızma, sol təpə və sol gicgah nahiyələrin epidural qansızması, baş beyinə, yumşaq toxumalarına və mədəciklərə qansızma ilə müşayiət edilən deşilmiş yarası xəsarətinin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni dəmir boru ilə endirilmiş bir zərbə nəticəsində, sağ təpə və ənsə nahiyələrin dəri altı hematoması xəsarətlərinin isə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni taxta materiallı sarımsaq əzənlə endirilmiş ən azı iki zərbə nəticəsində əmələ gələ bilməsi istina edilmir (iş vərəqə: cild 2, səh. 92-94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2952 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən donun səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş xaki rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən jiletin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X1 və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri, həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 2, səh. 140- 146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ballistik və trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/836-3/837 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet silindirik formalı, başlıq hissəsinə ip keçirilmiş taxta hissəsidir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet birbirinə keçirilmiş plastik, metal boru və krant başlığından ibarətdir, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “X4” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol donun, qolsuz jiletin üzərində rəyin tədqiqi hissəsində təsvir edilmiş bərk səthlə təmas nəticəsində yaranmağa xarakterik sürtünmə izləri vardır. Təqdim edilmiş üzərində “X4” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol donun, qolsuz jiletin səthində trasoloji zədə yoxdur. Üzərində “Təqsirləndirilən şəxs1” yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının, üzərində “Təqsirləndirilən şəxs2” yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının səthində trasoloji zədə, o cümlədən yerdə sürtünməyə və yerə yıxılmağa xarakterik iz yoxdur (iş vərəqə: cild 2, səh. 161-165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünaslıq, məhkəmə fiziki-kimyəvi, məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/3-3/1099-6/3787-9/5310 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri 1 nömrəli cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli üzüyün üzərində əzilmə zədəsi vardır. Tədqiqata təqdim edilən alt çənə diş protezi qırılaraq 2 hissəyə ayrılmış vəziyyətdədir. Qırmızımtıl rəngli 2 ədəd diş qapağının, halqavari formadakı qırmızımtıl rəngli üzüyün üzərində trasoloji zədə yoxdur. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin mart-aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 403,00 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və dqiymətləri 1 nömrəli Cədvəldə göstərilmişdir. Həmin rəyə əlavə edilmiş 1 nömrəli cədvəldən görünür ki, 1 ədəd 1,84 qram çəkidə, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, halqasının iç tərəfində “585” damğası olan qızıl qadın üzüyünün qiyməti 157 manat, 1 ədəd 2,90 qram çəkidə, 583,585 əyarlı, qırmızımtıl rəngli, halqasının iç tərəfində “585” damğası və “OLÖ” yazısı olan qızıl qadın üzüyünün qiyməti 246 manatdır. Qeyd olunan cədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş ümumi çəkisi 1 qram olan qırmızımtıl rəngli 2 ədəd diş qapağı qiymətsiz əlvan metal ərintisi (titan) olduğundan qiymətsizdir. Qeyd olunan cədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş ümumi çəkisi 31,93 qram olan 1 ədəd üst çənə diş protezi, 1ədəd alt çənə diş protezi qiymətsiz əlvan metal ərintisi (titan) olduğundan qiymətsizdir (iş vərəqə: cild 2, səh. 214-217). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 373/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(İİİ).Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O(İ)(şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)(şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş İ.İ.Bağırovaya məxsus yun jaket, qadın donu, 05 ədəd pambıq tamponlar, 03 ədəd mələfə, 01 ədəd döşək üzü, bir ədəd sintetik meşok və İ.İ.Bağırovaya məxsus sağ əl dırnaq nümunələri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda X7 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş çəhrayı rəngli yarpaq təsviri olan mələfənin, bir ədəd sarımsaq əzənin, dəmir borunun və İ.İ.Bağırovaya məxsus sol dırnaq kəsikləri üzərində qan, Təqsirləndirilən şəxs2 məxsus köynək, gödəkcə, şalvar, Təqsirləndirilən şəxs1 məxsus qadın şalvarı, qadın koftası və bir cüt qadın ayaqqabısı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Təqdim edilmiş İ.İ.Bağırovaya məxsus sağ və sol dırnaq nümunələrində heç bir dırnaqaltı möhtəviyyatda dəri toxunmasına (epidermisə) şübhəli hissəciklər aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı (iş vərəqə: cild 2, səh. 195-204). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 may 2023-cü il tarixli, 299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayəti törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 cinayət törədərkən ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkşafı nəzərə alınmaqla törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs1 özü tərəfindən törədilmiş qanunazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 psixi inkşafını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. X23 uydurmağa və yalan danışmağa meyillidir (iş vərəqə: cild 2, səh. 156-160). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 may 2023-cü il tarixli, 300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 cinayət törədərkən ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkşafı nəzərə alınmaqla törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs2 özü tərəfindən törədilmiş qanunazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adir psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2 uydurmağa və yalan danışmağa meyilli deyildir (iş vərəqə: cild 2, səh. 151-155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı onun da evdə olduğunu, İntizar Bağırova ilə aralarında olan mübahisənin şahidi olduğunu, İntizar Bağırovaya onun hər hansı xəsarət yetirməsə də, özünün İntizar Bağırovaya xəsarət yetirməsini onun da gördüyünü, daha sonra isə İntizar Bağırovanın yerə axmış qanını sildiyi döşək üzlüklərini evin həyətində qapının açıldığı dalanın girişindəki zibil qutusuna atdıqlarını, eyni zamanda İntizar Bağırovaya məxsus qızıl dişləri və qızıl üzküləri birlikdə oğurladıqlarını bildirmişdir (iş vərəqə: cild 2, səh. 20- 22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra onlar İntizar Bağırovanın evində olarkən xx.xx.2023-cü il tarixdə onun Təqsirləndirilən şəxs2 və azyaşlı qızı ilə evə gəldiyini, həmin vaxtı aralarında olan söhbət zamanı İntizarın qızıl üzüklərini və qızıl dişlərini oğurladığını bildirdiyini, eyni zamanda bilmədən Elçinin sonradan ona İntizarı nə səbəbə itələdiyini dediyini bildirmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində Şahid1 həmin günü aralarında olan söhbəti düzgün danışdığını, aralarında olan söhbət zamanı özündən asılı olmadan ona “kaş belə olmazdı, kaş İntizarı vurmazdım” dediyini eşitdiyini göstərmişdir (iş vərəqə: cild 1, səh. 144-145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerinə baxış zamanı pambıq tampon vasitəsilə götürülmüş 05 ədəd nümunə və 01 cüt qadın ayaqqabısı, X4 meyitinə baxış zamanı götürülmüş dırnaq nümunələri, 01 ədəd taxta materialdan sarımsaq əzən alət və 01 ədəd dəmir boru, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ rəngli üzərində qara rəngli ulduz naxışları olan qadın koftası və 01 ədəd qara rəngli qadın şalvarı, 05 ədəd döşək üzlüyü (mələfə) və meşok, Təqsirləndirilən şəxs2 maxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qırmızı-qara naxışları olan uzunqol köynək və 01 ədəd tünd boz rəngli şalvar, X7 məxsus 01 ədəd xaki rəngli qısaqol yun jaket və 01 ədəd qara rəngli üzərində ağ rəngli naxışları olan don, X7 məxsus 1 ədəd üst çənə diş protezi və 1 ədəd alt çənə diş protezi, 2 ədəd qızıl üzük, iki ədəd diş qapağı, bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, CD disk cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar isə Tovuz rayon Prokurorluğunda saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 3, səh. 21-41), həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 əməlində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayətinin tərkib əlamətlərinin olması ilə əlaqədar hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-vü maddəsi başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild 3, səh. 21-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild 3, səh. 13-14). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild 3, səh. 10-11). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 02 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 194). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 02 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh. 82-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 02 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 209). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 02 may 2023-cü il tarixdən hesablanmaqla barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh. 46-48). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 26 may 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və o, həbsdən azad edilmişdir (iş vərəqə: cild 3, səh. 16-17). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Polis Şöbəsinin 29 sentyabr 2023-cü il tarixli məktubundan və tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 sentyabr 2023-cü il tarixdə tutularaq Tovuz Rayon Polis X11 Yerinə təhvil verilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 2, səh. 57, 192). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını oğurlaması, yəni gizli olaraq talaması, həmçinin şəxsi münasibətlər zəminində qisas niyyətilə X6 qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını oğurlaması, yəni gizli olaraq talaması cinayət işi üzrə yuxarıda göstərilən mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri düzgün ixtisaslaşdırılmışdır. Ona görə də onların cinayət əməlləri mavafiq olaraq həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə oğurluq cinayət əməlini törətməsini etiraf etsə də, lakin X6 öldürmədiyini bildirməsi, həmçinin Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə oğurluq cinayət əməlini törətmədiyini bildirməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işi üzrə toplanmış mötəbər və təkzibedilməz sübutlarla, həmin sübutlardan irəli gələn işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxtdan verdiyi izahatında, şübhəli şəxs kimi dindirilərkən, eyni zamanda təqsirləndirilən şəxs kimi verdiyi bütün ifadələrində, həmçinin onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı hər dəfə törətmiş olduğu cinayət əməllərini tam şəkildə etiraf edərək, həmin cinayət əməllərini hansı şəkildə törətməsini tam təfərrüatı ilə göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ifadə verərkən və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin çəkildiyi videogörüntülər məhkəmə baxışı zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətdiyini tam şəkildə etiraf etməsi təsdiq edilmiş və həmin ifadələrin iş üzrə digər sübutlarla təsdiq edilməsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı etirafedici ifadələrini ona edilmiş fiziki təzyiqlər nəticəsində verdiyini bildirsə də, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1 Tovuz Rayon Polis X11 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi barədə göndərilmiş cavab məktubundan görünür ki, X25 Saxlama Yerinə təhvil verilərkən onda hər hansı xəsarətlər aşkar edilməmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1 Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs1 barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs1 baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Tovuz Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki təzyiq edilib-edilməməsi ilə əlaqədar araşdırmanın aparılmasına dair Tovuz rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Tovuz rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 163C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs1 Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Tovuz rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 oğlunun ifadəsində ona elan edilmiş oğurluq cinayət əməlini törətmdiyinə dair məhkəmə baxışı zamanı göstərdiklərini cinayət işinin materialları ilə tədqiq edərkən müəyyən etmişdir ki, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını oğurlaması Təqsirləndirilən şəxs1 ifadəsi, onların arasında üzləşdirmə istintaq hərəkəti protokolu, ibtidai araşdırmanın sonrakı mərhələsində Təqsirləndirilən şəxs2 özünün etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlarla və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı həmin cinayət əməlini törətmədiyinə dair bildirdikləri öz təsdiqini tapmayan, yalan məlumatlar olduğu təsdiq edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin qoca şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Bundan başqa, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin qoca şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəlki məhumluğu ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən onun həmin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməsini, Təqsirləndirilən şəxs2 isə az ağır cinayət törətməsini, törədilən cinayətlərin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyası daxilində, onların şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək, yəni 25 (iyirmi beş) gün müddətində həbsdə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) gün müddətində həbsdə saxlanmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 may 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə tutulduğu 29 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- hadisə yerinə baxış zamanı pambıq tampon vasitəsilə götürülmüş 05 ədəd nümunə və 01 cüt qadın ayaqqabısı, X4 meyitinə baxış zamanı götürülmüş dırnaq nümunələri, 01 ədəd taxta materialdan sarımsaq əzən alət və 01 ədəd dəmir boru, 05 ədəd döşək üzlüyü (mələfə) və meşok məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ rəngli üzərində qara rəngli ulduz naxışları olan qadın koftası və 01 ədəd qara rəngli qadın şalvarı onun yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs2 maxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qırmızıqara naxışları olan uzunqol köynək və 01 ədəd tünd boz rəngli şalvar onun yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, X7 məxsus 01 ədəd xaki rəngli qısaqol yun jaket və 01 ədəd qara rəngli üzərində ağ rəngli naxışları olan don, 1 ədəd üst çənə diş protezi və 1 ədəd alt çənə diş protezi, 2 ədəd qızıl üzük, iki ədəd diş qapağı onun hüquqi varisi X10 qaytarılmalıdır, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 474 (dörd yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 (on bir) il müddətinə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə olduğu 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- hadisə yerinə baxış zamanı pambıq tampon vasitəsilə götürülmüş 05 ədəd nümunə və 01 cüt qadın ayaqqabısı, X4 meyitinə baxış zamanı götürülmüş dırnaq nümunələri, 01 ədəd taxta materialdan sarımsaq əzən alət və 01 ədəd dəmir boru, 05 ədəd döşək üzlüyü (mələfə) və meşok məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ rəngli üzərində qara rəngli ulduz naxışları olan qadın koftası və 01 ədəd qara rəngli qadın şalvarı onun yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs2 maxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qırmızı-qara naxışları olan uzunqol köynək və 01 ədəd tünd boz rəngli şalvar onun yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, X7 məxsus 01 ədəd xaki rəngli qısaqol yun jaket və 01 ədəd qara rəngli üzərində ağ rəngli naxışları olan don, 1 ədəd üst çənə diş protezi və 1 ədəd alt çənə diş protezi, 2 ədəd qızıl üzük, iki ədəd diş qapağı onun hüquqi varisi X10 qaytarılsın, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 474 (dörd yüz yetmiş dörd) manat manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar