Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-160/2025 25.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ozan küçəsi, ev 160-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2,239 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və həmin siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 4,837 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdıraraq yaşadığı evdə və üzərində daşımaqla saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 23:05 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, X10 küçəsində yolun kənarında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-nin QBRŞ-nin inzibati binasına aparılıb 12 iyul 2023-cü il tarixdə saat 00:15 radələrində xidməti otaqlardan birində üzərinə keçirilmiş axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 ədəd gümüşü rəngli falqa bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,258 qram, 0,374 qram və 0,063 qram olmaqla, ümumi təmiz çəkisi 0,695 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 12 iyul 2023-cü il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısından sol tərəfdə yerləşən sanitar qovşağındakı unitazın üstündə quraşdırılmış, qeyri-işlək vəziyyətdə olan ağ rəngli su qabının içindəki alışqan qabından 2 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 2 ədəd gümüşü rəngli falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,748 qram, 0,475 qram, 0,121 qram və 0,097 qram olmaqla, ümumi təmiz çəkisi 1,441 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 10 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 1,046 qram, 0,592 qram, 0,686 qram, 0,343 qram, 0,262 qram, 0,209 qram, 0,286 qram, 0,266 qram, 0,265 qram və 0,678 qram olmaqla, ümumi təmiz çəkisi 4,633 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, mənzilin yataq otağında giriş qapısından sol tərəfdə yerləşdirilmiş divanın üzərindən içində təmiz çəkisi 0,014 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan şpris, divanın yanında olan tumbuçkanın üzərindən 1 ədəd elektron tərəzi, çarpayının üzərində olan göy rəngli cins şalvarın sağ yan yuxarı cibindən 1 ədəd şpris paketi kəsiyi bükümündə təmiz çəkisi 0,103 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 11 iyul 2023-cü il tarixdə Heydər Əliyev prospektində tutmuşlar. Həmin vaxtı o, “Opel Astra” markalı avtomobillə şəhərdə şirniyyat paylayırdı. Tutulan vaxt üzərindən 1 qram heroin olmuş, digər narkotik vasitələri Rəhman adlı polis əməkdaşı onun evinə qoymuş, hər şeyi sonuncu etmişdir. Onu saxladıqdan sonra BNM idarəsinin QBRŞ-yə aparmışlar. Orada Rəhman adlı polis ona 15 qram narkotik vasitə verib üzərinə götürməsini demiş, o isə sonuncu ilə razılaşmamışdır. Rəhman narkotik vasitəni üzərinə götürməyəcəyi halda evinə qoyacaqlarını demiş, lakin o, yenə də razılaşmamışdır. Rəhman da həmin narkotik vasitəni yaşadığı evə yerləşdirmiş və videoçəkiliş zamanı çıxarmışdır. Həmin vaxt onu da yaşadığı evə aparmışlar, o, avtomobildə oturub gözləyən zaman polislər evə girmiş və narkotik vasitəni qoymuşlar. Bundan sonra evə baxış üçün onu avtomobildən düşürüb video çəkilişlə narkotik vasitəni evdən çıxarmışlar. Evdən yalnız şpris və özlərinin qoyduqları metamfetamin aşkarlanmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təxmini bir il yarım olar ki, metamfetamindən istifadə etmiş, 2021-ci ildə qurudulmuş marixuana istifadə etdiyi üçün CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, istifadə etdiyi heroini Bakı şəhərindən qramını 50 manata almışdır. O, mağazalara şirniyyat daşımaqla qazanc əldə etmiş və qazancı güclə narkotik vasitə almağına kifayət etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılan zaman üzərində 1 qrama yaxın, təxminən 0,7 qram narkotik vasitə hesab edilən heroin olmuşdur. Polis əməkdaşları üzərində olan heroni götürüb özlərinə məxsus heroini onun üzərinə qoymuş, döyüldüyü və anası ilə yaşadığı evdən narkotik vasitə çıxarmaqla hədələndiyi üçün videoçəkiliş zamanı narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Sanksiyaya çıxarılan zaman döyüldüyünü və narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demiş, həmçinin bu barədə prokurorluq əməkdaşına da izahatında bildirmişdir. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı üçün sonuncular bildikləri kimi etmişlər, yəni narkotik vasitəni evindən çıxarmışlar. Sonra ona üzərinə götürməyəcəyi təqdirdə anasının da üzərinə narkotik vasitə qoymaqla hədələdikləri üçün o, sonda razılaşmışdır. Evdə ondan başqa anası yaşadığı üçün məcbur olub videoçəkiliş zamanı evindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Narkotik vasitələrdən başqa evdən şpris və tərəzi aşkar edilmiş, yalnız şprislər ona məxsus olmuş, tərəzini isə polislər qoymuşdur. Polis əməkdaşları onu döyüb anası ilə hədələmiş, lakin o, döyülməyi ilə bağlı heç bir quruma şikayət etməmişdir. X11 prospektində saxlamışlar, həmin vaxt onunla birlikdə olan Səbuhi mağazaya getmək üçün avtomobildən düşmüş, o isə avtomobilində əyləşib sonuncunu gözləmişdir. Saxlanılan yerdə Rəhman adlı polis onu yumruqla vurmuş, həmin vaxtı saat axşam 11-12 olmuşdur. Onu saxladıqdan sonra BNMİ-nin QBRŞ-yə aparmışlar və Rəhman adlı polis əməkdaşı orada da onu döymüş, polislər onu xəsarət qalmayacaq şəkildə döymüşlər, sillə və yumruqla vurmuşlar, üzərinə də ayaqqabı atmışlar. İstintaq təcridxanasına daxil olarkən üzərində xəsarət aşkarlanmamış, lakin həmin vaxt ağzının içində partlaqlar olmuşdur. Polis idarəsində üzərinə götürməyi üçün 15 qram heroni Rəhman vermişdir. O, günlük 1 qram heroin istifadə etmiş, onu səhərədək polis idarəsində saxlayıb 15 qram heroini üzərinə götürməyi üçün təzyiq göstərmişlər, döymüşlər və ayaqlarından elektrik vermişlər. Yaşadığı evə səhər saat 6-7-də getmişlər, əvvəlcə onu avtomobildən düşürməmişlər, özləri evə daxil olub təxminən 30 dəqiqə axtarış aparmışlar, özləri ilə gətirdikləri narkotik vasitələri evə qoyub onu avtomobildən düşürmüşlər və videoçəkilişlə evə yenidən daxil olub baxış keçirmişlər. Polis əməkdaşları yaşadığı evdən özlərinin qoyduqları metamfetamini aşkarlamış, evdə o və anasından başqa heç kimin qalmadığını dedikləri üçün videoçəkiliş zamanı etiraz edə bilməmiş, çünki ona “sənin deyilsə onda ananındır” demişlər. Polis idarəsində narkotik vasitəni döyüb üzərinə qoymaq istəmişlər, lakin o, polislərlə razılaşmadığı üçün narkotik vasitəni evinə qoymuşlar, həmin vaxt isə anasına görə narkotik vasitənin özünə məxsus olmadığına dair etiraz edə bilməmişdir. Anasının tutulmaması üçün məcbur olub narkotik vasitəni üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatları, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, təxminən 1 ildir narkotik vasitə heroindən istifadə etmiş, istifadə etməyəndə bədəni ağrımışdır. Üzərindən aşkar olunan bir ədəd bükümün içərisində olan narkotik vasitə heroini, üç ədəd ayrı-ayrı bükümlərdəki psixotrop maddə metamfetamini 3 gün əvvəl 100 manata təsadüfən tanış olduğu Bakı şəhərində yaşayan, adını bilmədiyi şəxsdən alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən və psixotrop maddələrdən heç kimə verməmiş, satmamış, özünün istifadəsi üçün üzərində saxlamışdır. 11 iyul 2023-cü il tarixdə saat 23:05 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində, yolun kənarında olan aptekə gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polislərlə birlikdə sonuncuların gəldiyi xidməti avtomobilə əyləşib Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına getmişdir. O, polis əməkdaşlarının xidməti avtomobilində arxa oturacaqda əyləşmiş və yanında polis əməkdaşı oturduğu üçün üzərində olan narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini tullaya bilməmişdir. Polis idarəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, polislərin təklifindən sonra üzərində axtarış aparılacağını bildiyi üçün əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümün içərisində olan narkotik vasitə heroini, üç ədəd ayrı-ayrı bükümlərdə olan psixotrop maddə metamfetamini, həmin şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu və 197 manat pulu çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. O, bir ədəd şəffaf sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə heroin, bir ədəd boz rəngli kağızının içərisində və iki ədəd şəffaf sellofan bükümün içərisindəki maddələrin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən əlavə əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilərək bir ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə olan metamfetaminin çəkisinin 0,60 qram, digər bir ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə olan metamfetaminin çəkisinin 0,28 qram, bir ədəd boz rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetaminin çəkisinin 0,09 qram, bir ədəd şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə heroinin çəkisinin 0,27 qram olduğu müəyyən edilmişdir. Sonra həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı o, bir ədəd bükümdə olan heroini və üç bükümdə olan metamfetamini üç gün əvvəl Bakı şəhərində təsadüfən tanış olduğu adını bilmədiyi şəxsdən alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxlamış, həmin narkotik vasitə və psixotrop maddədən heç kimə verməmiş, satmamış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 197 manat pul özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra polis idarəsinin həyətində ona məxsus “Opel Astra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və predtmet aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evə baxış keçirilməzdən əvvəl ərizə ilə müraciət edərək fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən əvvəl fərdi yaşayış evinin həyətyanı sahəsində və fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmiş, lakin sonradan fərdi yaşayış evindən və həyətyanı sahəsinə baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. O da bundan sonra səmimi etiraf edərək şəxsi axtarış zamanı və evə baxış zamanı aşkar olunan narkotik vasitə ilə psixotrop maddələri təxminən 3 gün bundan əvvəl Bakı şəhərində təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 250 manata aldığını etiraf etmişdir. Əvvəl məsuliyyətinin ağırlaşacağından qorxduğu üçün fərdi yaşayış evində narkotik vasitə və ya psixotrop maddə olmadığını demişdir. Fərdi yaşayış evinə və həyətyanı sahələrinə baxış zamanı ümumilikdə ona məxsus 5 büküm psixotrop maddə metamfetamin, 10 büküm narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi, iki ədəd metamfetamin qəbul etdiyi şüşə qab və 5 ədəd şpris aşkar edilərək götürülmüşdür. Ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmiş, heç kimdən şikayət və tələbi yoxdur. Polis əməkdaşları onu saxlayan zaman üzərində mobil telefon olmuş, mobil nömrəsi də ***-***-**-** olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun Səbuhi ilə narkotik vasitə alış-verişi olmamış, sonuncu ilə sadəcə birlikdə narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxsdən öz pulu ilə almış, Səbuhiyə narkotik vasitə verməmiş, sonuncu ilə birlikdə saxlanıldığı gün deyil, əvvəllər narkotik vasitə istifadə etmişdir. Elan olunmuş izahat və ifadələrdəki imzalar ona məxsus olmuş, döyüldüyü və narkotik vasitə istifadəçisi kimi ağrıları olduğu üçün polis əməkdaşları nə demişsə o da həmin fikirləri təkrar etmişdir. O, saxlanılmamışdan qabaq online qumar oyunundan 13.000 manat uduş qazanmış və bu barədə məlumatı olan tanışlarından biri polis əməkdaşlarına demişdir. Polis əməkdaşları da ona qazandığı puldan 10.000 manatını verməyi qarşılığında işini CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər. Polis əməkdaşları üzərində olan heroini özlərində olanla dəyişdirdikləri üçün ekspertiza zamanı narkotik vasitələrin kimyəvi tərkiblərinə görə eyni olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi idarənin sabiq əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində yeri müəyyən edildikdən sonra onlar sonuncuya yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edimişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evə baxış zamanı da narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroinlə psixotrop maddə olan metamfetamin xırda bükümlərdə olmuş, lakin sayını xatırlamır. Evdən aşkar edilmiş heroinin ümumi çəkisi təxminən 7 qram, metamfetaminin ümumi çəkisi isə təxminən 2 qram olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki, yaxud psixoloji təzyiq göstərilməmiş, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri tanımadığı İran vətəndaşından aldığını və şəxsi istifadəsi üçün bükümlərdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının məzmununda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması da göstərilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər iştirak etmişlər, sonuncunu axşam saatlarında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində saxlamışlar, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsdan yaşadığı evdə hər hansı qanunsuz əşya saxlayıb-saxlamaması barədə soruşulduqda sonuncunun nə dediyini xatırlamamış, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr sonuncuya məxsus olmuş, polis əməkdaşları tərəfindən həmin maddələr nə üzərinə qoyulmuş, nə də ki, yaşadığı evinə yerləşdirilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin sabiq XMİÜ baş əməliyyat müvəkkili Abdullayev X1 Şahin Mehman oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla onun elə də yaxın dostluğu olmamış, yalnız bir neçə dəfə bir yerdə olmuş və ümumi tanışlığı olmuşdur. O, Təqsirləndirilən şəxs kim olması və nə işlə məşğul olması barədə maraqlanmamış, sonuncu ilə bir vaxta yox, ayrıayrı vaxtlarda tutulmuşdur. O, Şəhriyardan istifadə etmək üçün narkotik vasitə götürmüş, lakin bunun müqabilində sonuncuya pul və ya başqa bir şey verməmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanımış, sonuncudan axırıncı səfər saxlanılanda istifadəsi üçün narkotik vasitə götürmüş, bundan başqa narkotik vasitə götürməmişdir. Şəhriyardan götürdüyü narkotik vasitənin miqdarı 0,1 qramdan az olmuş, çünki o, gündəlik 0,1 qram narkotik vasitə istifadə etmişdir. O, Şəhriyardan narkotik vasitə götürdükdən 2 saat sonra, həmin narkotik vasitədən istifadə edə bilmədən tutulmuşdur. Həmin gün ağrıları olduğu üçün Təqsirləndirilən şəxs ona narkotik vasitəni pay vermişdir. O, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb danışdıqdan sonra görüşmüşdür. Onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi elektron tərəzidə çəkildikdə 0,8 qram olmuşdur. O, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitəni Təqsirləndirilən şəxs pay götürdüyünü, pul qarşılığında almadığını demiş, üzərinə baxış keçirilən zaman videoçəkilişdən istifadə olunmamış, onun qanından nümunə götürülməmiş, barəsində olan iş də məhkəməyə verilməmiş, iş materialları olduğu kimi qalmaqdadır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsi üçün ona təzyiq olunmamış, ifadəsini sərbəst şəkildə özü vermişdir. O, Bakı şəhərində yaşadığı üçün Gəncə şəhərini tanımamış, Təqsirləndirilən şəxsla saxlanıldığı yeri dəqiq bilməmiş, səhv etmirsə Bağbanlar qəsəbəsi olmuşdur. Onu Təqsirləndirilən şəxs ayrı saxlamışlar. Saxlanılan zaman o, sonuncunun avtomobilində olmamışdır. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Gəncə şəhər sakini, əvvəllər tanıdığı, Qara ləqəbli, Şəhriyar adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və görüşmək istədiyini bildirmişdir. O, Şəhriyar ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində görüşmüş və sonuncuya 10 manat verərək şəxsi istifadəsi üçün bir ədəd qızılı rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroin almışdır. Qara ləqəbli Şəhriyar adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyi heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 08:15 radələrində yaşadığı evin qarşısındakı küçədə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamağında şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən yaşadığı evin açarlarını, həmin şalvarın sağ yan cibindən bir qutu “Magna” markalı siqareti və bir ədəd qızılı rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisindən əlavə olaraq bir ədəd alışqan da aşkar edilmişdir. Sonra bir ədəd qızılı kağız bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, Qara ləqəbli Şəhriyar adlı şəxsdən 10 manat verərək əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd qızılı rəngli kağız bükümün içərisindəki narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək 0,14 qram olduğu müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat müqabilində aldığını deməmiş, müstəntiqin nə üçün elə yazdığını bilməmiş, o, ibtidai istintaq zamanı əlyazma formasında ifadə vermiş, hazırda ifadə verərkən dedikləri doğru olmuşdur. Təqsirləndirilən şəxs yaxın qohumu, yəni oğlu olduğu üçün ona qarşı ifadə verməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğunu bilmiş, ancaq oğlu heç vaxt onun yanında istifadə etməmişdir. Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Budan başqa da, oğlu üzərində və yaşadığıqları evdə qanunsuz narkotik vasitə və psixotrop maddə metamfetamin saxladığı üçün 12 iyul 2023-cü il tarixdə DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/716 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üç ədəd bükümdə psixotrop maddə olan metamfetaminə, bir ədəd bükümdə heroinə bənzər maddələr...” sözləri və imzalar olan kağız paketdəki: 1) 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,190 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2) 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,258 qram, 0,374 qram və 0,063 qram olmaqla, ümumi təmiz çəkisi 0,695 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən sanitar qovşağından aşkar edilmiş 4 bükümdə psixotrop maddə olan metamfetamin, 10 bükümdə narkotik vasitə heroinə bənzər maddələr..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kiçik ölçülü dəmir qutunun içərisində - 10 (on) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 1,046 qram, 0,592 qram, 0,686 qram, 0,343 qram, 0,262 qram, 0,209 qram, 0,286 qram, 0,266 qram, 0,265 qram və 0,678 qram olmaqla, ümumi təmiz çəkisi 4,633 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 2 (iki) ədəd “gümüşü” rəngli falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,748 qram, 0,475 qram, 0,121 qram və 0,097 qram olmaqla, ümumi təmiz çəkisi 1,441 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 4) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağından aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə, bir ədəd bükümdə heroinə bənzər maddələr..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şpris paketi kəsiyi bükümündə 0,103 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 5) Tədqiqata təqdim olunmuş üzərində “05 ədəd şpris və 01 ədəd elektron tərəzi” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd 3 ml-lik birdəfəlik şprisdə 0,4 ml həcmində qəhvəyi rəngli məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,014 qramdır; - 4 (dörd) ədəd 3 ml-lik şprislərin içərisində və 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı; - 2 (iki) ədəd baş hissəsinə burulub taxılmış bir manat pul əsginası olan kiçik ölçülü içərisi boş şüşə boruların içərisində metamfetamin izləri vardır, metamfetamin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı; 6) Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 7) Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 8) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in 1-ci siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkiləri 0,190 və 4,633 qr., tədqiqata sərf edildi -0,22 qr., qalıq – 0,170 və 4,433 qram; metamfetaminin ümumi təmiz çəkiləri – 0,695, 1,441 və 0,103 qr,, tədqiqata sərf edildi – 0,16 qr., qalıq – 0,635 qr., 1,361 qr. və 0,083 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1460 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1057 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 23:05-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlama müddətinin bitməsini nəzərə alaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroru tərəfindən həbsdə saxlama müddətinin uzadılmasından imtina olunmuş və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə həbsdə saxlama müddətinin başa çatması səbəbindən Təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasından həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən dörd ədəd bükümləri, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və pul əsginaslarını çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs iki ədəd şəffaf sellofan bükümlərin və bir ədəd boz rəngli kağız bükümün içərisindəki kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümün içərisindəki kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və bir ədəd şəffaf sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər maddənin çəkisinin 0,60 qram, digər şəffaf sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər maddənin çəkisinin 0,28 qram, bir ədəd boz rəngli kağız bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 0,09 qram, bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin isə 0,27 qram olması müəyyən edilmişdir. Şifahi sorğusual zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunmuş üç ədəd bükümdə metamfetamini və bir ədəd bükümdəki narkotik vasitə heroini Bakı şəhərində 100 manata təsadüfən tanış olduğu adını bilmədiyi şəxsdən alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını, başqa yerdə narkotik vasitə və digər qanunsuz əşya saxlamadığını, ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini və döyülmə hallarının baş vermədiyini, heç kimdən şikayət və tələbinin də olmadığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, eləcə də içərisində narkotik vasitə ilə prsixotrop maddə olan bükümlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, 197 manat pul əsginası iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 ibtidai istintaq orqanına ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Gəncə şəhəri, Ozan küçəsi, ev 160-a baxış keçirilməsinə heç bir etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ozan küçəsi, ev 160-a baxış keçirilərkən həyətyanı sahənin giriş qapısından sol tərəfdə yerləşən sanitar qovşağındakı unitazın üstündə quraşdırılmış, qeyri-işlək vəziyyətdə olan ağ rəngli su qabının içərisindən alışqan qabı aşkar olunmuşdur. Həmin qabın içərisinə baxdıqda 4 ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə metamfetaminə və 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. 4 büküm psixotrop maddələr elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1,76 qram, 10 büküm narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək ümumi çəkisinin 6,41 qram olması müəyyən edilmişdir. Qeyd edilən kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yatdığı otağa baxış zamanı otağın giriş qapısından sol tərəfdə yerləşən divanın üzərindən iki ədəd içərisində çöküntü maddə olan şüşə qab, beş ədəd içərisində izlər olan şpris, divanın yanında olan tumbuçkanın üzərindən bir ədəd elektron tərəzi, çarpayının üzərində olan göy rəngli cins şalvarın sağ yan yuxarı cibindən isə bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0,36 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş şüşə qab, beş ədəd şpris, bir ədəd elektron tərəzi və bir büküm psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq götürülümüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd olunan kütlələrin ona məxsus olduğunu, həmin kütlələri və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütlələri Bakı şəhərində üç gün bundan əvvəl təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən ümumilikdə 250 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını və istifadə etmək rahat olsun deyə ayrı-ayrı bükümlərdə qablaşdırdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(125)-47/2023 saylı qərarından görünür ki, DİN-in BNMİ-nin QBRŞ-nin sabiq XMİÜ baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məlumatlara baxdıqda, xx.xx.2023cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə “qaqa dedin pulu verəcəm ne oldu bəs öz işin düzələnə kimi deyirdin, tap göndər gələndə sənə olan borcumu verecem, nə oldu bəs zəng vururam telefonu da açmırsan, məndən incimə qara sonra demə ki, niyə belə elədin, Allaha and olsun çox pis vəziyyətdəyəm, evdən çıxa bilmirəm, mənim pulumu ver aramızda narazılıq olacaq, pulu yoxdu, özümdə ağrıdan evdə otururam, denən 50 manatdan versin nisiyyə verərəm, bilmisən vəziyyətim pisdi, qara köməklik elə götürüm, feriddə tutuluf məni axtarırlar, deyə bilmirəm nağarım maşınımı da satmışam, pis vəziyyətdəyəm, səndə mənə köməklik elə, mən sənə qardaşlıq elədim, səndə mənə qardaşlıq elə” məzmunlu, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa sabahın xeyir, adam var yarı götürməy isdiyir, əmələ gələr götür məndə ağrıdan çıxım, birdə məmmədhüseynlə danışdım” məzmunlu, xx.xx.2023-cü il tarixdə həmin nömrədən təkrarən “2 dənə alım, birinin pulunu almışam” məzmunlu, “qaqa 5 dənə deyil 4 dənədi, o da dedim ki, 60 manat vurum adam var onu gözləyirəm, kartı at qaqa bitmə tarixini də yaz konturum yoxdu” məzmunlu, “qaqa hələ verdiyin kimi durur, birini vermişəm indi pulunu verəcək, sən öl nətə vermisən elə də durur” məzmunlu, xx.xx.2023cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə “qaqa pul alınmadı bu telefonu keçirtdi, yol pulu lazımdırsa evdən götürüb verərdim 20 m, 25 manatadək” məzmunlu mesajlar daxil olması, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “belə istəsən 45 manatdan gencede tema var xəbər edərsən” məzmunlu, həmin nömrədən ***-***-**-** mobil nömrəsinə “bidə elvinə yarım tema var” məzmunlu, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsinə “ay brat dedim iki dənə yari birazda daş verərdim 50-yə pul lazımdı sroşnu” məzmunu mesajların göndərilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin sabiq XMİÜ baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, satması, üzərində və fərdi yaşayış evində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin sabiq XMİÜ baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsində, satmasında, üzərində və fərdi yaşayış evində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin sabiq XMİÜ baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsində, satmasında, üzərində və fərdi yaşayış evində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:05-də Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində, yolun kənarında saxlanılaraq DİN-in BNMİ-nin QBRŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş psixotrop maddəni və narkotik vasitəni haradan və kimdən əldə etməsini, şəhər ərazisində digər cinayət hadisələrində iştirakını müəyyən etmək mümkün olmamış, lakin onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəzası 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorunun köməkçisi X6 tərəfindən icraatında olmuş 432 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinə Gəncə Şəhər Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs DİN-in BNMİnin QBRŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı məhkəmənin məlumatı əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin təhqiqatçısı X4 tərəfindən icraatında olmuş 4HK-1/84 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şahid3 üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı araşdırma aparılaraq onun əməlində cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ozan küçəsi, ev 160-da qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, həmçinin yaşadığı evinə baxış zamanı aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,079 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd üzərində heroin izləri olan gümüşü rəngli tərəzi, 02 (iki) ədəd içərisində metamfetamin izləri olan şüşə boru, həmin şüşə boruların baş hissəsinə burulub taxılmış 02 (iki) ədəd bir manatlıq əsginas, 05 (beş) ədəd şpris maddi sübut kimi tanınmış və saxılanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində tutulan zaman üzərində 1 qrama yaxın narkotik vasitə heroin olduğunu, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini polislərin onun üzərinə və yaşadığı evinə qoyduqlarını, evindən aşkar edilmiş tərəzini də polislərin qoyduqlarını, saxlanılarkən və polis idarəsində olarkən polis əməkdaşı Şahid2 onu döydüyünü və üzərinə narkotik vasitə qoyduğunu, ailəsi ilə hədələndiyi üçün məcbur qalıb polislər tərəfindən ona verilmiş narkotik vasitə ilə psixotrop maddəni üzərinə götürdüyünü və videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini, anası ilə hədələndiyi üçün də ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verdiyini və sənədlərə imza etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində münasibətləri olduğuna görə Təqsirləndirilən şəxs istifadə etmək üçün narkotik vasitə götürdüyünü, lakin bunun müqabilində sonuncuya pul və ya başqa bir şey vermədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatları, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, o cümlədən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, digər şahidlərin ifadələri, habelə şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroinin və üç bükümdə psixotrop maddə metamfetaminin, eləcə də yaşadığı evindən aşkar edilmiş 4 bükümdə psixotrop maddə metamfetaminin və 10 bükümdə narkotik vasitə heroinin özünə məxsus olduğunu, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən və yaşadığı evindən aşkar olunmuş heroinlə metamfetamini Bakı şəhərində ümumilikdə 250 manata təsadüfən tanış olduğu adını bilmədiyi şəxsdən alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitə ilə psixotrop maddədən heç kimə vermədiyini və satmadığını, başqa yerdə narkotik vasitə və digər qanunsuz əşya saxlamadığını, ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, saxlanılan andan polis idarəsində şəxsi axtarış keçirilənə qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini və döyülmə hallarının baş vermədiyini, heç kimdən şikayət və tələbinin olmadığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verdiyini, habelə üzərinə və yaşadığı evinə narkotik vasitə ilə psixotrop maddə və tərəzi qoyulduğunu göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən dörd ədəd bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, eyni zamanda iki ədəd şəffaf sellofan bükümlərin və bir ədəd boz rəngli kağız bükümün içərisindəki kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan bükümün içərisindəki kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunmuş üç ədəd bükümdə metamfetamini və bir ədəd bükümdə narkotik vasitə heroini Bakı şəhərində 100 manata təsadüfən tanış olduğu adını bilmədiyi şəxsdən alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə vermədiyini və satmadığını, başqa yerdə narkotik vasitə və digər qanunsuz əşya saxlamadığını, ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, saxlanılan andan halhazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini və döyülmə hallarının baş vermədiyini, heç kimdən şikayət və tələbinin də olmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda həm müdafiəçisinin, həm də təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı alışqan qabın içərisindən 4 ədəd ayrıayrı bükümlərdə psixotrop maddə metamfetaminə və 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs yatdığı otağa baxış zamanı isə otağın giriş qapısından sol tərəfdə yerləşən divanın üzərindən iki ədəd içərisində çöküntü maddə olan şüşə qab, beş ədəd içərisində izlər olan şpris, divanın yanında olan tumbuçkanın üzərindən bir ədəd elektron tərəzi, çarpayının üzərində olan göy rəngli cins şalvarın sağ yan yuxarı cibindən isə bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd olunan kütlələrin ona məxsus olduğunu, həmin kütlələri və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütlələri Bakı şəhərində üç gün bundan əvvəl təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən ümumilikdə 250 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını və istifadə etmək rahat olsun deyə ayrı-ayrı bükümlərdə qablaşdırdığını göstərmişdir. Sözügedən videoçəkilişdə də Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, yaşadığı evindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olduğunu, yadından çıxdığı üçün ilk əvvəl bildirmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 və ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadələrində saxlanılan zaman və polis idarəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə və ya yaşadığı evinə narkotik vasitə, psixotrop maddə və tərəzi qoymadığını, şəxsi axtarış və yaşadığı evinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən narkotik vasitə heroinlə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və tanımadığı şəxsdən Bakı şəhərində aldığını etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, üzərindən narkotik vasitə və psixotrop maddənin aşkar edildiyini qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1057 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Eləcə də iş materiallarında olan həm Gəncə şəhər BPİ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında, təkrarən isə hazırkı məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş məlumat əsasında isə Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə narkotik vasitə heroinin polislər tərəfindən evə qoyulduğunu iddia etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/716 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər, eləcə də 3 (üç) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd edilən hal isə, yəni şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə narkotik vasitə heroinin və yaşadığı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə narkotik vasitə heroinin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olması bir daha Təqsirləndirilən şəxs iddia etdiyi xüsusatın təkzib olunduğunu təsdiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində üzərindən və yaşadığı evindən aşkar edilmiş bir neçə bükümdə olan narkotik vasitə ilə psixotrop maddəni polis əməkdaşlarının qoyduqlarını, eləcə də ona qarşı həm fiziki, həm də psixi zorakılığa yol verildiyini göstərsə də, iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair, o cümlədən yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair videoçəkilişlərdə, habelə barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında, eləcə də şahidlərin ifadələrində Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə, eyni zamanda yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən və yaşadığı evindən aşkar edilmiş bir neçə bükümdə olan narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olduğunu göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində münasibətləri olduğuna görə Təqsirləndirilən şəxs istifadə etmək üçün narkotik vasitə götürdüyünü, lakin bunun müqabilində sonuncuya pul və ya başqa bir şey vermədiyini göstərsə də, elə onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsindən, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsindəki izahatından görünür ki, o, həm Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində dindirilərkən, həm də özünün barəsində araşdırma aparılarkən verdiyi izahatında Qara ləqəbli Şəhriyar adlı şəxsdən 10 manat verərək bir ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə olan heroin aldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Eyni zamanda Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan da nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatlarını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, həmçinin Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini bir-biri ilə, o cümlədən iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, yaşadığı evinə keçirilmiş baxış istintaq hərəkətinə protokol və protokola əlavə edilmiş videoçəkiliş, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatları, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, habelə Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; heroinin və metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/716 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroinin ümumi təmiz çəkisi 4,837 qram olmaqla külli miqdar, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetaminin də ümumi təmiz çəkisi 2,239 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən iki növ, yəni həm narkotik vasitə olan heroinin, həm psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan heroinin, həmçinin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan metamfetaminin ayrı-ayrılıqda hər birinin ümumi təmiz çəkilərinin külli miqdar təşkil etməsi, heroinin çəkilib 11 ədəd bağlamaya, metamfetaminin isə çəkilib 7 ədəd bağlamaya yığılması, yaşadığı evinə baxış zamanı üzərində heroinin izləri olan tərəzinin aşkar edilməsi, habelə istifadəsində olan mobil nömrəyə dair təqdim olunmuş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair mesajların aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, o cümlədən yaşadığı evində saxladığı külli miqdarda narkotik vasitəni və psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəzası 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırkı iş üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2021-ci il tarixdə hesablamaqla bir il keçdiyi üçün onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş hesab olunur və həmin əmələ görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 07 (yeddi) ay həbsdə saxlanılmış, xx.xx.2024-cü il tarixdə onun barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad olunmuş, xx.xx.2024-cü il tarixdə isə hazırkı iş üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclası zalında həbs olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 07 (yeddi) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, həmçinin yaşadığı evinə baxış zamanı aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,079 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd üzərində heroin izləri olan gümüşü rəngli tərəzi, 02 (iki) ədəd içərisində metamfetamin izləri olan şüşə boru və 05 (beş) ədəd şpris məhv edilməli, şüşə boruların baş hissəsinə burulub taxılmış 02 (iki) ədəd bir manatlıq əsginas Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1460 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 07 (yeddi) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 dekabr 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, həmçinin yaşadığı evinə baxış zamanı aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,079 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd üzərində heroin izləri olan gümüşü rəngli tərəzi, 02 (iki) ədəd içərisində metamfetamin izləri olan şüşə boru və 05 (beş) ədəd şpris məhv edilsin. Şüşə boruların baş hissəsinə burulub taxılmış 02 (iki) ədəd bir manatlıq əsginas Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-160/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-160/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver