Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-161/2022 02.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngə, ev 5 ünvanında qeydiyyatda olan və ünvan 2həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanının həyətində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs zəng edərək yaşadığı ünvan 4 ünvanına çağırmış, sonuncu həmin yerə gələndən sonra onu həyətdə olan stulda əyləşdirərək bir neçə il əvvəldən qalmış 140 (yüz qırx) manat borcunu geri qaytarmasını istəmiş, Zərərçəkmiş şəxs ona olan borcunun niyə məhz həmin vaxt qaytarmalı olduğunu soruşduqdan və borcu qaytarmaq üçün kifayət qədər pulunun olmamasını bildirdikdən sonra aralarında yaranmış mübahisə zamanı sol əlində olan, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan, kustar üsulla itilənməklə təyinatı dəyişdirilərək soyuq silah hesab edilən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vahid qəsdlə zərbələr endirib sağ əlinin ovuc səthində bir ədəd kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, döş qəfəsinin sol tərəfinin ön səthinin daxilə keçən, sol ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 2-də saat 11-radələrində qonşusu Şahid3 zəng edərək onu Gəncə şəhəri Totanlı küçəsi 1-ci döngə ev 19-da yerləşən məhəlləsində olan tut ağaclarından tut yığmaq üçün çağırmışdır. Qonşusu Şahid3 həmin günü saat 11 radələrində qızı Zülfiyyə və azyaşlı nəvələrilə birlikdə tut yığmaq üçün onlara gəlmişlər.Daha sonra Elçinin qızı və nəvələri tut yığarkən, o, Elçinlə nərd oynaya-oynaya pivə içmişlər.Elçinin qızı Zülfiyyə və nəvələri tutu yığdıqdan sonra Elçin qızına evlərində yemək bişirməsini bildirmiş, nəvəsinin ad günü olduğunu deyərək onu da orada yemək yeməyə dəvət etmişdir.Elçinin qızıgilə əvvəlcə getmək istəməmişdir. Arvadı Sara da onun oraya getməməsini istəmişdir.Lakin Elçin təkid etdikdən sonra, o, Elçinin qızıgilə getməyə razılaşmış və özü ilə spirtli içki də götürərək Totanlı küçəsində yerləşən Elçinin evinin yanında yerləşən Elçinin qızı Zülfiyyəgilin yaşadığı evə Elçin ilə birlikdə getmişdir.Orada Elçinin qızı yemək hazırlamış və spirtli içki ilə yemək yeməyə başlamışlar. Bir müddət keçəndən sonra Elçin kürəkəni, yəni bacısının əri Şahid2 da onlarla yemək yeməyə dəvət etmişdir.Bir neçə dəqiqədən sonra Şahid2 gəlmiş və onlarla yemək yeyərək spirtli içki qəbul etmişdir.Söhbət əsnasında, o, Şahid2 oğlu Zərərçəkmiş şəxs təxminən 3 il bundan əvvəl ondan 500 manat pul aldığını həmin pulun 360 manatını qaytardığını, lakin 140 manat borcunu vermədiyini bildirmişdir.O, bu sözü Şahid2 deyən zaman Mehman ona Elçinin və qızının yanında nalayiq ifadələrlə onu təhqir etmişdir. Bu zaman, o, Şahid2 həyətə çıxmağını və çöldə söhbətlərini aydınlaşdırmaqlarını bildirmişdir.Şahid2 onunla həyətə çıxmışdır. O, Mehmanla mübahisə edən zaman Elçin onları ayıraraq Mehmanı içəri aparmışdır.Daha sonra, o, yaşadığı evin həyətində olan ərzaq satdığı mağazaya əsəbi halda gəlmiş, həmin gün saat 17 radələrində Mehmanın oğlu Zərərçəkmiş şəxs zəng vuraraq onu yaşadığı evə gəlməsini bildirmişdir.Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan ərzaq satdığı mağazaya gəlmişdir. O, Bəhmana ona olan borcu qaytarmasını bildirmiş, həmin pula görə yaranmış mübahisə zamanı atası Mehmanın onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. O əsəbi halda Zərərçəkmiş şəxs ona olan 140 manat borcunu dərhal qaytarmasını istəmişdir. Zərərçəkmiş şəxs atası Mehmanın səhv etdiyini bildirərək pulu istəməməyini ondan xahiş etmişdir. Bəhman ona hal-hazırda üzərində pul olmadığını daha sonra gətirib verəcəyini demiş, buna görə aralarında mübahisə yaranmışdır. Bu zaman o, kisələrin ağzını açmaq üçün istifadə etdiyi, sol əlində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinə vurmuşdur. Həmin an Bəhman əli ilə sinəsini tutmuş və yeriyə-yeriyə yaşadığı evin həyətindən aşağı hissədə açıqlıq yer olan çayın qırağı ilə getmişdir.Sonra səs-küyə arvadı Şahid1a çıxmışdır.Sara nə baş verdiyini soruşmuş və o, Saraya Bəhmanı bıçaqla vurduğunu demiş və həmin vaxt bıçaq onun əlində olmuş, Sara itələyə-itələyə onu evə aparmışdır.Daha sonra baş vermiş hadisə barədə özü Azərbaycan Respublikası DİN-in 102-xidmətinə məlumat vermişdir. Həmin gün Bəhmanı xəstəxanaya aparmışlar. Həmin vaxt anlamışdır ki, o, Bəhmana ağır xəsarət yetirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 500 manat pulu Zərərçəkmiş şəxs ondan təxminən 2-3 il əvvəl ətir ticarəti ilə məşğul olacağını bildirərək borc olaraq almış, bir müddət sonra həmin pulun 360 manatını ödəsə də yerdə qalan 140 manatını ödəməmişdir. Bəhmanı vurmasına səbəb ona borc verdiyi həmin pulu qaytarmamasına görə aralarında yaranmış mübahisə olmuş, onu əsassız yerə vurmadığını göstərmiş, buna görə də özünü CM-nin 126.2.4-cü maddəsilə deyil CM-in 126.1 və 228.4-cü maddələrilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəyə zəng edərək onun harada olduğunu soruşmuş, o da evdə olduğunu yorğun olduğu üçün yatdığını demiş, Ələddin ona təcili yaşadığı evə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxslə onun yaşadığı evin arasında təxminən 400- 500 metr məsafə vardır. O, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına gəlmiş və Ələddini səsləmiş, Ələddin ona içəri gəlməsini bildirmişdir. O, içəri girmiş, həmin vaxt Təqsirləndirilən şəxs evinin çardağının altında stulda əyləşmişdir.O,içəri keçəndə Təqsirləndirilən şəxs ona salam verərək onunla görüşmüşdür.Sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq onu öz oturduğu stulda əyləşdirmişdir.O, əyləşəndən sonra Təqsirləndirilən şəxs kobudcasına ona əvvəlcədən borcu olduğu 140 manat pulu verməyini bildirmişdir.O, Təqsirləndirilən şəxs həmin vaxt xatırlamadığı üçün 140 manat pulu nə səbəbə Ələddinə verəcəyini soruşmuş, Təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl onun ətir ticarəti ilə məşğul olmaq üçün 500 manat borc pul aldığını, həmin puldan 360 manatını geri qaytardığını, lakin 140 manat pulu isə həmin vaxt onun kasıb olduğuna görə bağışladığını bildirmişdir.O, Ələddinə bir neçə il bundan əvvəl həmin pulu ona bağışldığını, indi nə üçün bu pulu ondan istədiyini soruşduqda Ələddin ona həmin pulu verməli olduğunu əsəbi halda demişdir.O da həmin vaxt Təqsirləndirilən şəxs üzərində 30 manat pulunun olduğunu demiş və həmin pulu indi verə biləcəyini, eyni zamanda yerdə qalan 110 manatı isə birazdan gətirib verəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs isə ona 140 manat pulunu nalayiq söyüşlər söyərək indi verməyini təkid etmiş, aralarında mübahisə yaranmışdır. Sonra Təqsirləndirilən şəxs evinin çardağının altında yerləşən taxtadan düzəltdirdiyi mağazasının içərisinə getmiş, daha sonra oradan bıçaq götürmüş və oranın qapısını bağlayaraq əlində olan bıçaqla üzərinə gəlmişdir.Sonra Təqsirləndirilən şəxs əlində olan bıçaqla onu hədələyə-hədələyə nalayiq söyüşlər söyərək140 manat borcunu tələb etmişdir.Onun Təqsirləndirilən şəxs ilə münasibəti normal olduğu üçün zənn etməmişdir ki, Ələddin onu bıçaqla vura bilər. Bu zaman Ələddin onun sol tərəfində dayanmaqla bıçağı sol əlində tutmuşdur.O, isə stulda oturmuşdur.Daha sonra,o, Ələddinin onu vurmasından ehtiyat edərək stuldan ayağa qalxmışdır. Həmin vaxt Ələddin onun döş qəfəsinə bıçaqla bir dəfə vurmuşdur. Bıçaq zərbələrinin qarşısını almaq istəyən zaman, o, sağ əli ilə bıçağı tutmuş, həmin vaxt sağ əlindən də xəsarət almışdır.Bu zaman, o, Təqsirləndirilən şəxs qışqıraraq nə üçün onu bıçaqla vurduğunu deyərək qışqırmışdır.Səsküyə Ələddinin arvadı Şahid1a evdən çıxmış və qaça-qaça Ələddinin üzərinə gəlmiş və Ələddini sakitləşdirərək evə doğru itələyə-itələyə aparmışdır.Sonra, o, Təqsirləndirilən şəxs yaşadığı evin alt hissəsindən keçən çay ilə qaçaraq küçələrinin yoluna çıxaraq evə tərəf getmişdir. Yaşadığı evin qarşısına çatan zaman qan itirdiyinə görə huşunu itirərək yerə yıxılmışdır.Daha sonra onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhəri 3 saylı xəstəxanaya apararaq əməliyyat etmişlər. O, özünə gəldikdən sonra isə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisəni olduğu kimi bildirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 02 iyul 2021-ci il tarixə saat 11radələrində qonşuları Elçin, qızı Zülfiyyə və azyaşlı nəvələri ilə yaşadıqları ünvan 4 ünvanında yerləşən evlərinə tut yığmaq üçün gəlmişlər. Elçinin qızı Zülfiyyə tut yığan zaman Elçin əri Təqsirləndirilən şəxs ilə nərd oynamışlar. Bir az keçəndən sonra Zülfiyyə getmiş və gedən zaman Elçin qızına yemək bişirməsini və əri Təqsirləndirilən şəxs ilə ora gələcəyini bildirmiş, daha sonra əri Təqsirləndirilən şəxs qonşusu X1 getmişlər. O, Ələddinə getməməsini bildirmiş, çünki Elçinin spirtli içki aludəçisi olduğuna görə Ələddinin getməsini istəməmişdir. Saat 17radələrində əri Təqsirləndirilən şəxs qonşusu Elçin ilə birlikdə evə gəlmişlər. Evə gələndə Ələddinin əsəbi halda “Məhərrəm” kimi tanıdıqları Mehmanla mübahisə etdiyini bilmiş, həmin vaxt o, Ələddindən nə səbəbə əsəbləşdiyini soruşan zaman Mehmanın oğlu Bəhmanın olan borcunu Mehmandan istəyən zaman Mehmanın nalayiq söyüşlərlə təhqir etdiyini demişdir.Bir az sonra Elçin öz evlərinə getmiş, bir müddət keçəndən sonra o, evdə olan zaman evlərinin həyətindən səs-küy gəldiyini eşitmiş, həyətə çıxan zaman qonşuları Zərərçəkmiş şəxs əli ilə sinəsini tutduğunu görmüş, o, Bəhmandan nə baş verdiyini soruşan zaman Ələddinin bıçaqla xəsarət yetirdiyini ona bildirmişdir. Həmin vaxt o, Ələddinin sol əlində olan bıçağı görmüş və Əllədini sakitləşdirərək evə tərəf itələmiş, daha sonra Bəhmana getməsini bildirmiş, Bəhman sinəsini tuta-tuta evlərinin alt hissəsində olan çayın qırağı, açıqlıq sahə ilə getdiyini görmüşdür. O, Ələddinin əlində bıçaq olduğunu və nə baş verdiyini soruşmuş, Ələddin ona Bəhmanı bıçaqla vurduğunu bildirmişdir. Sonra əri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə baş vermiş hadisə barədə məlumat vermiş, polis əməkdaşları Ələddini idarəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində götərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur.Uzun müddətir ki, o, Ələddini tanıyır və aralarında qonşuluq münasibəti vardır. Elçinin qızı Zülfiyyə, oğlu Saləddin Süleymanovun arvadıdır və həmçinin Elçin onun qaynıdır. 02 iyul 2021-ci il tarixdə saat 14 radələrində arvadının qardaşı Şahid3 ona zəng edərək qızı Zülfiyyəgilə gəlməsini bildirmiş, üzərindən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs də ona zəng etmiş və Elçinin qızı Zülfiyyəgilə, yəni gəlinigilə gəlməsini xahiş etmiş, sonra o da, oraya gəlmiş, Elçin və Ələddinin yeməklə spirtli içki qəbul etdiklərini görmüşdür. Onlar ona da spirtli içkidən qəbul etməyini xahiş etmişlər və o, onlarla birlikdə spirtli içki qəbul edərək yemək yeməyə başlamışdır.Bu zaman Təqsirləndirilən şəxs ona, oğlu Bəhmanın 140 manat borcunu nə səbəbə görə vermədiyini soruşmuşdur. O da Ələddinə cavab olaraq bildirmişdir ki, oğlu X3 yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır, həmçinin Bəhmanı evləndirmək istədiyinə görə maddi imkanının hal-hazırda olmadığını, Bəhmanın borcunu ona ödəyə bilməyəcəyini söyləmişdir.Təqsirləndirilən şəxs israr edərək pulu qaytarmağını istəmişdir. O, Ələddindən əksinə ona oğlu Bəhmanı evləndirməkdən ötrü maddi cəhətdən kömək etməsini xahiş etmişdir.Daha sonra Ələddin əsəbi halda onunla mübahisə edərək oradan küçəyə çıxaraq öz evinə getmişdir.O,isə getməmiş orada qalmışdır.Bu zaman Ələddin gedəndən bir neçə dəqiqə sonra saat 17radələrində gəlini Zülfiyyə içəri girərək Ələddinin Bəhmanı bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir.Gəlini Zülfiyyə həyacanlı halda gələrək Bəhmanın öz evlərində yaralı vəziyyətdə olduğunu söyləmişdir.O, dərhal evə getmiş və Bəhmanı yaralı vəziyyətdə görəndə huşunu itirmişdir.Səhərisi gün, o, ailə üzvlərindən eşitmişdir ki, Bəhmanı hadisə baş verən günü Gəncə şəhəri 3 saylı TTYX-nə aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan oğlu Bəhmandan eşitmişdir ki, 02 iyul 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs öz yaşadığı evində oğlu Bəhmanın ona olan 140 manat pul borcunu ödəmədiyinə görə yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirmişdir. Əlavə etmişdir ki, həmin borc pulu təxminən 2-3 il əvvəl Təqsirləndirilən şəxs oğlu Bəhmana ətir alqı-satqısı ilə məşğul olması üçün vermişdir.X5 500 manat olan borcunun 360 manatını özü qaytarmış, yerdə qalan 140 manatı isə maddi imkanının olmadığına görə Ələddinə qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur.02 iyul 2021-ci il tarixdə saat 11radələrində qonşusu Təqsirləndirilən şəxs ona zəng edərək öz evlərinin həyətində olan tut ağacından tut yığmaq üçün onu çağırmışdır.O, tut yığmaq üçün qızı Zülfiyyə və azyaşlı nəvələri ilə Ələddingilə gəlmişlər.Həmin vaxt qızı və nəvələri tut yığan zaman o da Ələddinlə nərd oynayaraq pivə içmişlər.Qızı Zülfiyyə tut yığandan sonra o, Ələddinə nəvəsinin ad günü olduğunu bildirmiş və onu qızıgilə dəvət etmişdir. Ələddin yaşadığı evin həyətində olan mağazadan bir ədəd spirtli içkigötürmüş və onun arxasınca qızıgilə gəlmişlər.O, həmin günü Ələddinlə yaşadığı evin yanında yerləşən qızı Zülfiyyə Süleymanovanın evlərinin həyətində ağacın altında oturmuşlar.Qızı Zülfiyyə onlara yemək hazırlamış və o, Ələddin ilə Ələddinin öz mağazasından götürdüyü spirtli içki ilə yemək yeməyə başlamışlar.O, bu zaman bacısının əri Mehmanı onlarla yemək yeməyə dəvət etmişdir. Biraz sonra Mehman gəlmiş, onlar orada üçü spirtli içki qəbul edərək yemək yeyən zaman Mehman söhbət əsnasında Ələddindən Bəhmanı evləndirmək üçün kömək istəmişdir. Bu zaman Ələddin Mehmana “oğlun Bəhmanın mənə 140 manat borcu var, onu ver köməklim eliyim” deyə kinayəli şəkildə cavab vermişdir. Mehman Ələddinin bu sözünə görə onu nalayiq ifadələrlə təhqir edərək Bəhmanın düzgün olaraq onun pulunu vermədiyini bildirmişdir. Daha sonra Ələddin və Mehmanın aralarında mübahisə başlamış və mübahisə dərinləşməsin deyə, o, onları aralaşdırmışdır.Ələddini biraz sakitləşdirəndən sonraƏləddini öz evlərinə gətirmişdir. Daha sonra Mehman da öz evlərinə getmişdir.O da evinə gedərək yatmışdır.Həmin gün arvadı onu yuxudan oyandıraraq Ələddinin Bəhmana bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Ələddinlə Mehman arasında mübahisə Bəhmanın Ələddinə olan 140 manat borcuna görə yaranmış, sonradan eşitdiyinə görə Ələddinin Bəhmanı bıçaqla vuraraq xəsarət yetirməsinə də səbəb həmin məbləğdə pulun qaytarılmasına görə aralarında yaranmış mübahisə olmuşdur. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 20 oktyabr 2021-ci il tarixli 1611 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət döş qəfəsinin sol tərəfinin ön səthinin daxilə keçən, sol ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Qeyd olunan xəsarətdən başqa Zərərçəkmiş şəxs sağ əlinin ovuc səthində bir ədəd kəsilmiş yara da müəyyən edildi.Bu xəsarət kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. X2 bədənində olan xəsarətlərin əmələ gəldə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 02.07.2021-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 25 noyabr 2021-cil il tarixli 16/1245/1246 nömrəlirəyindən görünür ki, tədqiqiata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı mətbəx bıçağıdır.Lakin bıçağın tiyəsinin küt tərəfi kustar üsulla itiləndiyindən onun təyinatı dəyişdirilmişdir və təqdim edilən vəziyyətdə soyuq silah hesab edilir. Təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin 20.09.2021-ci il tarixli 1611 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyinin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sol tərəfinin ön səthinin daxilə keçən, sol ağciyərinin zədələnməsi və hemovpnevmotoraksla müşayiət olunan bir ədəd kəsilmişdeşilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 670/218 saylı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş 02 iyul 2021-ci il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli 768 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 02 iyul 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhər Nevroloji Dispanseri tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 2652 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 4151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə alkoqol psixoz diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş 09 avqust 2021-ci il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəyən maddi ziyan tam ödənilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi ekspertiza və X6 Publik hüquqqi şəxsi tərəfindən təqdim edilmiş 26iyul 2021-ci il tarixli 29 nömrəli “maddi sübutların ekspertizası”na dair rəyindən görünür ki,Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Təqdim olunmuş bir ədəd qısaqol köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanının həyətində orta dərəcəli alkoqol sərxoş vəziyyətdə qonşusu Zərərçəkmiş şəxs zəng edərək yaşadığı ünvan 4 ünvanına çağırmış sonuncu həmin yerə gələndən sonra onu həyətdə olan stulda əyləşdirərək onunla 3 il bundan əvvəl olan 140(yüz qırx) manat borcunu geri qaytarmadığını bəhanə edib ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, heç bir əsaslı səbəb olmadan yəni xuliqanlıq niyyətilə sol əlində olan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib Gəncə şəhər ərazisində üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan, kustar üsulla itilənərək təyinatı dəyişdirilərək soyuq silah hesab edilən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vahid qəsdlə zərbələr endirib sağ əlinin ovuc səthində bir ədəd kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, döş qəfəsinin sol tərəfinin ön səthinin daxilə keçən, sol ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək Bəhmanı vurmasına səbəb kimi ona borc verdiyi pulun qalan hissəsini qaytarmamasına görə aralarında yaranmış mübahisə olduğunu göstərmiş, onu əsassız yerə vurmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən də müəyyən olunmuşdur ki, onun Təqsirləndirilən şəxs həqiqətən də 140 manat ödənilməmiş borcu qalmış, onun yaşadığı evdə Təqsirləndirilən şəxs ona əvvəlcədən borclu olduğu 140 manat pulu verməyini bildirmiş, bununla bağlı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrindən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsinə səbəb Bəhmanın Ələddinə borclu olduğu pulun qaytarılması ilə bağlı aralarında yaranmış mübahisə olmuşdur. Göründüyü kimi məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona ödəməli olduğu pula görə aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona CMin 126.1 və 228.4-cü maddələrinin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini, həmin Məcəllənin 59.1.12ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısa qol köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 1 ədəd bıçaq yararsız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısa qol köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 ədəd bıçaq yararsız olduğundan məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-161/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-161/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver