Məhkəmə qərarları › İş №1(100)-162/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-162/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-162/2022 09.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Göygöl rayonu Firuzabad qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti 197, ev 1 mənzil 40 A-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 avqust 2017-ci il tarixdə, saat 19 radələrində istirahət edib vaxtını keçirtmək üçün gəldiyi Gəncə şəhər H. Əliyev prospektində yerləşən “X6”nın inzibati binasının arxa tərəfində yerləşən istirahət parkında tanışı X2 ilə təsadüfən görüşüb həmin yerdə bir-biriləri ilə zarafat edərkən aralarında olan bu münasibət kəskinləşərək mübahisəyə çevrilmiş və mübahisə zamanı onlar əlbəyaxa olub bir-birlərini yerə yıxmış, bu zaman o, özündə olan əldə edilməsi mümkün olmayan bıçaqla qəsdən bir dəfə Filipp Xamilonovun sol ayağından vurub sonuncunun dizaltı arteriyanın, venanın və əzələnin zədələnməsi ilə müşayiət edilən sol diz oynağı nahiyəsinin arxa-iç səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, 1 ədəd soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 05.06.2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Post Patrul Xidməti Tağımının əməkdaşları Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsində xidmətdə olan zaman üzərində şübhəli əşya olmasını görərək yaxınlaşıb üzərində qanunsuz hər hansı bir əşya olması ondan soruşulmuş, o, üzərində bıçaq olmasını bildirdikdən sonra 1 ədəd soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə birlikdə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə gətirilmiş və Kəpəz Rayon Polis İdarəsində qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 1 ədəd soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı baxış keçirilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən, yalnız CM-nin 228.4-cü maddəsilə təqsirli bildiyini, CM-nin 126.1-ci maddəsilə isə təqsirli hesab etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, Filipp Xamilonovu təxminən 2015-ci ildən tanımışdır. O, çox vaxt gəzmək üçün yaşadığı binanın yaxınlığında, Gəncə şəhər Heydər Əliyev prospektində “X8”nın yerləşdiyi binanın arxa tərəfində yerləşən parka gəzməyə getmiş, Filipp də dostları ilə həmin parka gəlmişlər, orada görüşüb söhbət etmişlər. 09 avqust 2017-ci il tarixdə saat 19 radələrində o, dayısı oğlanları Vüsal və Hüseyn qardaşları ilə birlikdə gəzmək üçün həmin parka gəzməyə getmiş, Filipp dostları Vüsal və “Baroş”ləqəbi ilə tanıdığı oğlanlarla birgə parka gəlmişdir. O, həmin vaxt parkda olan fəvvarənin kənarında oturmuş, Filipp ona yaxınlaşaraq zarafatla “bu dəqiqə sənə yumruq vuracam suya düşəcəksən”demişdir. O, da zarafatla “nə yumruq, get, cəhənnəm ol burdan”demişdir. O, bu sözü deyib şalvarının ayağı yuxarı qalxdığı üçün oturduğu yerdən əyilib şalvarının ayağını düzəldəndə Filipp onu tutub ayağa qaldırıb, arxaya doğru aparıb ayağı ilə badalaq vurub, altına yıxmışdır. Filipp əlləri ilə onun əllərini tutub saxlamış, guya onunla zarafat etmişdir. Sonra onlar ayağa qalxmış, bir anlıq duranda görmüşdür ki, Filippin əlində balaca açılıb bağlanan bıçaq vardır, Filipp onun üstünə gələndə o, Filippi itələyib arxaya, orada olan kolların üstünə yıxmışdır. O, Filippin ayağından qan axdığını, yaralandığını görmüşdür. O, Filippin ayağından qan axdığını görüb qandan qorxduğu üçün oradan qaçıb getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onda bıçaq olmamış, nədəki Filipp Xamilonova bıçaqla xəsarət yetirməmişdir, bıçaq Filippin özündə olmuşdur. O, Filippin əlində bıçaqla onun üstünə gəldiyini gördüyü üçün Filippi itələyib arxaya doğru yıxmış həmin vaxt Filippin əlində olan bıçaq öz ayağına batmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, dayısının həyat yoldaşı olan X13 şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyində xadimə işlədiyindən gecə saatlarında Gəncə şəhərinin küçələrini süpürür. O və ya anası Bahar Əmirova isə gecələr Aynurəyə küçələrin təmizlənməsində köməklik edirlər. 03.06.2021-ci il tarixdə gecə saat 04 radələrində dayısı arvadı Aynurəyə kömək etmək üçün onunla birlikdə küçələri təmizləmişdir. Sonra yaşadığı evin yaxınlığında xalasının yaşadığı evə gedən zaman yoldan 1 ədəd bıçaq tapmışdır. O, həmin bıçaqla birlikdə xalasının yaşadığı evə gedib yatmışdır. O, bir gün xalasının yaşadığı evdə qalmış, evdə qalan zaman bıçağı evə qoymuşdur. 05.06.2021-ci il tarixdə saat 14 radələrində xalasının yaşadığı evdən öz yaşadığı evə gedərkən tapdığı bıçağı üzərində götürmüşdür. O, evə gələn zaman Gəncə şəhər Atatürk prospekti ilə X9 birşlədirən Adilxan Ziyadxanov küçəsi ilə getdiyi zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan harda yaşadığını və üzərində olan şübhəli əşyanın nə olmasını soruşmuşlar. O, da həmin vaxtı qorxduğu üçün üzərində olan 1 ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Kəpəz RPİ-nə gətirmişlər. Kəpəz rayon Polis İdarəsində polis əməkdaşlarının, 2 nəfər hal şahidinin və onun iştirakı ilə həmin bıçağa baxış keçirilərək götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Sonradan həmin bıçağın ov bıçağı olduğunu bilmişdir. İfadəsinə əlavə olaraq zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilmiş X2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Fərhad Əliyev küçəsi 1-ci döngə bina 4, mənzil 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Gəncə şəhər 18 nömrəli məktəbin 11-ci sinfində təhsil alır. “Mosu” ləqəbli Ruhini təxminən iki aya yaxındır ki, tanıyır, belə ki, Ruhin ilə təhsil aldığı məktəbin yaxınlığında Heydər Əliyev prospektində X4 arxa tərəfində yerləşən parkda gəzərkən tanış olmuşdur, Ruhin yaxınlıqda yerləşən yataqxanada yaşayır, elə bir ciddi dostluq münasibəti olmasa da sadəcə salamı olmuşdur. 09 avqust 2017-ci il tarixdə saat 19 radələrində o, həmişəki kimi gəzmək üçün qeyd etdiyi parka dostları Vüsal və İslamla birlikdə gəzməyə getmişlər. Həmin vaxtı Ruhin də parkda olmuşdur, yanında tanımadığı iki nətər dostları da olmuşdur. O, Ruhinlə görüşmüş, söhbət əsnasında bir-biriləri ilə zarafatlaşmağa başlamışlar. Həmin vaxtı Ruhin şalvarının bel hissəsindən bıçaq çıxartmışdır. O, Ruhinə demişdir ki, onunla bıçaq zarafatı etməsin. Ruhin ona demişdir ki, “neyləcəksən ki,” o, da demişdir ki, heç nə etməyəcəkdir, onunla bıçaq zarafatı etməsin. O, görmüşdür ki, Ruhin zarafatı ciddi qəbul edir, bıçaq əlində onun üstünə tərəf gələndə, o, bıçaqdan ehtiyatlanıb Ruhinin sağ əlindən tutub yerə altına yıxmış, bu zaman Ruhin bıçağı sol əlinə keçirib onun sol ayağının bud hissəsindən vurmuş və durub yataqxana tərəfə qaçıb getmişdir. O, sol ayağından xəsarət aldığı üçün yerdən qalxa bilməmiş, ayağından qan axmış, Vüsalla İslam onu yerdən qaldırmışlar, İslam qucağına alıb onu yaxınlıqda olan Beynəlxalq Xəstəxanaya aparmışdır. Xəstəxanada onun sol ayağından əməliyyat etmişlər. Əməliyyatdan sonra bir gün reanimasiya şöbəsində yatmış, sonra onu palataya köçürmüşlər, 3 gündən sonra isə atası Nümayəndə təcili tibbi yardım avtomaşını ilə evə onu aparmışdır. Atası ona demişdir dedi ki, xəsarət aldığı gün gedib Nizami rayon Polis İdarəsində ərizə vermişdir. Sonradan ona məlum olmuşdur ki,.ona xəsarət yetirmiş “Mosu” ləqəbli şəxsin adı Təqsirləndirilən şəxsdur. Ona verilən sualların mahiyyətinə dair göstərmişdir ki, “Mosu” kimi tanıdığı Ruhinlə aralarında olan mübahisələri və Ruhinin ona xəsarət yetirməsi təxminən 3-4 dəqiqə ərzində olub başa çatmış, həmin vaxtı onun yanında dostları İslam Vüsal olmuş, Ruhinin yanında isə tanımadığı iki nəfər oğlanlar olmuşdur, parkda onlardan başqa ətrafda tanımadığı iki qadın və uşaqlar olmuşdur. Ruhinin ona xəsarət yetirdiyi bıçaq qara rəngdə qatlanan bıçaq olmuş, həmin bıçağı görsə tanıya biləcəyini bildirmidir. O, xəstəxanada əməliyyat olan zaman həkimlər şalvarını əynindən kəsib çıxarmışlar, əməliyyatdan sonra isə həmin şalvarı atası götürüb evə aparmış, sonra isə atası şalvarı yararsız olduğu üçün yaşadığı binanın, yanında olan zibil qutularına atmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Fərhad Əliyev küçəsi 1-ci döngə ev 4, mənzil 7-də ailə üzvləri ilə birlikdə yaşayır. X2 oğludur. 09 avqust 2017-ci il tarixdə saat 20 radələrində ona X5ndan zəng edib məlumat vermişlər ki, oğlu Filipp sol ayağından bıçaq xəsarəti aldığından cərrahiyyə əməliyyatı edilir. O, məlumatı alandan sonra dərhal X3 getmiş, gedəndə görmüşdür ki, oğlu Filippin dostları İslam və Vüsal xəstəxanadadır. Onlardan nə baş verdiyini soruşduqda ona bildirmişlər ki, X5nın arxa tərəfində yerləşən parkda olarkən Filipp orada olan adını sonradan bildiyi “Mosu” ləqəbli Ruhin adlı şəxslə zarafatlaşan zaman aralarında yaranmış mübahisə zamanı Ruhin özündə olan bıçaqla Filippin sol ayağına vurub xəsarət yetirib, oradan qaçıb getmişdir, onlar da Filippi yaralı vəziyyətdə qucaqlarında xəstəxanaya gətirmişlər. Filipp əməliyyat olunmuş, sonra reanimasiyaya köçürülmüşdür. Xəstəxanadan polisə məlumat verilmiş, o, da bu barədə Nizami rayon polis idarəsinə ərizə yazmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışıq əldə etdiklərini, nə oğlunun, nədəki özünün Ruhinə qarşı şikayət və tələblərinin olmadığını, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən daxili işlər orqanlarında, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 05 iyun 2021-ci il tarixdə saat 14 radələrində Kəpəz RPİ-nin inzibati ərazisi olan Adilxan Ziyadxanov küçəsində Post Patrul Xidməti tağımının polis nəfəri, Şahid2la birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və həmin şəxsə yaxınlışaraq özünü təqdim etmiş, ondan ad, soyadını, harada yaşadığını və üzərində olan şübhəli əşyanın nə olmasını soruşmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində bıçaq olduğunu bildirmişdir. Sonra həmin şəxs üzərində olan bıçağı ona təqdim etmişdir. O, həmin şəxsdən bıçağı haradan əldə etdiyini və üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuş, həmin şəxs isə bıçağı məişət tullantıları atılan yerdən tapdığını, üzərində isə heç bir sənədinin olmadığını demişdir. Bundan sonra o, həmin şəxsin dəqiq şəxsiyyətini müəyyən edilməsi və üzərində bıçaq gəzdirməsinə görə müvafiq araşdırmanın aparılması üçün Kəpəz rayon Polis İdarəsinə gətirib, növbətçi hissəyə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, onun və iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bıçağa təhqiqatçı tərəfindən baxış keçirilərək götürülmüş və bıçaq zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Təqsirləndirilən şəxs uşaqlıqdan «Mosu» kimi çağırırlar. O, əvvəllər qardaşı Vüsal Bağırov və bibisi oğlu Təqsirləndirilən şəxsla birlikdə “X5”nın yerləşdiyi binanın arxa tərəfində yerləşən parka gedib orada gəzərək vaxtlarını birlikdə keçirmişlər. Filipp Xamilonov da çox vaxtı dostları ilə həmin parka gəzməyə gəlirmişlər. 09 avqust 2017-ci il tarixdə, saat 19 radələrində o, bibisi oğlu Ruhin və qardaşı Vüsal Bağırovla birlikdə həmin parka gəzməyə getmişlər. Onlar parka gedəndə Filipp və iki nəfər dostları da həmin parka gəlmişlər. Filippin yanındakı şəxslərdən biri «Baroş» ləqəbli İslam və digəri isə Vüsal olmuşdur. Ruhin və qardaşı Vüsal Bağırov parkdakı fəvvarənin üstündə oturub söhbət etmişlər, o, isə ayrılıb bir qədər aralıda olan kafenin yanına getmişdir ki, orada olan kafenin internetindən telefonunda istifadə etsin. O, Ruhingildən ayrılıb kafe tərəfə gedəndə Ruhinlə Filipp öz aralarında zarafat etmişlər, hətta zarafatyana bir-birləri ilə otun üzərində güləşirmişlər. Lakin kafedə intrenetin şəbəkəsi zəif olduğu üçün o, internetdən istifadə etməyib Ruhingilin yanına qayıdanda görmüşdür ki, Ruhinlə Filipp fəvvarənin yanında əlbayaxa olub bir-birləri ilə zarafat edirlər. Zarafat zamanı Filipp Ruhinin qollarından tutub yerə yıxmış, Filipp Ruhinin üzərində oturub sonuncu ilə zarafatını davam etdirmişdir. Həmin vaxt onunla Ruhingilin arasında təxminən 2-3 metr məsafə olmuşdur. O, Ruhinin sol əlində əlamətlərini tam xatırlamadığı qara rəngli bıçaq olduğunu görmüşdür. Ruhin Filippin altında «məni burax» deyə qışqırmışdır. Filipp isə gülə-gülə Ruhinə buraxmayacağını demişdir. Həmin vaxt arxası üstə uzanmış vəziyyətdə olan Ruhin əlindəki bıçağı Filippə tərəf havada fırlamışdır ki, Filipp buraxsın, lakin Filipp Ruhini buraxmamışdır. Təqsirləndirilən şəxs əlindəki bıçağı Filipp Xamilonova tərəf hərləyəndə bıçaq Filippin sol ayağının diz nahiyəsinə girmişdir. Daha sonra Filipp Xamilonov ayağa qalxmış, Təqsirləndirilən şəxs Filippin ayağından qan axdığını görüb qorxaraq kənara çəkilmişdir. Həmin vaxt qardaşı X14 Xamilonova yardım edib sonuncunu dostları ilə birlikdə yaxınlıqdakı “X5”na aparmış, o, isə Təqsirləndirilən şəxsla birlikdə parkda qalmışlar. Bundan sonra qardaşı Vüsal Bağırov onların yanına gəlmiş, Təqsirləndirilən şəxsla birlikdə oradan çıxıb evlərinə getmişlər. İş materiallarına əlavə edilmiş 05 iyun 2021-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd soyuq silaha bənzər bıçaq götürülmüşdür. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 22 avqust 2017-ci il tarixli 1289 nömrəli rəyindən görünür ki,X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-dizaltı arteriyanın, venanın və əzələnin zədələnməsi ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin arxa-iç səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.08.2017-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 bədəni üzərində aşkar edilmiş xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın üstünə yıxılma nəticəsində əmələ gəlməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 22iyun 2021-ci il tarixli, 16/549 nömrəli məhkəmə-ballistik ekspertizasına dair rəydən görünür ki, tədqiqta təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası X10 təqdim edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 15 dekabr 2017-ci il tarixli, 625 nömrəlirəyindən görünür ki, Təqsirləndirilən şəxs Muxtar oğlu hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ovçular Cəmiyyəti tərəfindən 04 noyabr 2021-ci il tarixli 304 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ovçular cəmiyyətinin üzvü deyil və qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində özü 15.09.2017-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nə gəlmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2017-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri, İcra Hakimiyyəti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2017-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Şəhər Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəb tərəfindən verilmiş 26 oktyabr 2017-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə ediilmiş məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Nevroloji Dispanseri tərəfindən verilmiş 18avqust 2021-ci il tarixli 3005 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanseri tərəfindən verilmiş 25.09.2017-ci il tarixli 2802 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 18.08.2021-ci il tarixli, 4078 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş 25.09.2017-ci il tarixli 126 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə saat 11:15-də CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli “şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə elan olunmuş ittihamlarla qismən, yalnız CM-nin 228.4-cü maddəsilə təqsirli bildiyini, CM-nin 126.1-ci maddəsilə isə təqsirli hesab etmədiyini bildirərək hadisə vaxtı onda bıçaq olmadığını, nədəki Filipp Xamilonova bıçaqla xəsarət yetirmədiyini, bıçağın Filippdə olduğunu, Filippin əlində bıçaqla onun üstünə gəldiyini gördüyü üçün Filippi itələyib arxaya doğru yıxdığını, həmin vaxt Filippin əlində olan bıçağın öz ayağına batdığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək onun təqsirinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq edildiyi qənaətinə gəlmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilmiş X2 ifadəsində göstərmişdir : “Həmin vaxtı Ruhin də parkda olmuşdur, yanında tanımadığı iki nətər dostları da olmuşdur. O, Ruhinlə görüşmüş, söhbət əsnasında bir-biriləri ilə zarafatlaşmağa başlamışlar. Həmin vaxtı Ruhin şalvarının bel hissəsindən bıçaq çıxartmışdır. O, Ruhinə demişdir ki, onunla bıçaq zarafatı etməsin. Ruhin ona demişdir ki, “neyləcəksən ki,” o, da demişdir ki, heç nə etməyəcəkdir, onunla bıçaq zarafatı etməsin. O, görmüşdür ki, Ruhin zarafatı ciddi qəbul edir, bıçaq əlində onun üstünə tərəf gələndə, o, bıçaqdan ehtiyatlanıb Ruhinin sağ əlindən tutub yerə altına yıxmış, bu zaman Ruhin bıçağı sol əlinə keçirib onun sol ayağının bud hissəsindən vurmuş və durub yataqxana tərəfə qaçıb getmişdir.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində hadisə vaxtı bıçağın Təqsirləndirilən şəxs əlində olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasına dair 22 avqust 2017-ci il tarixli 1289 nömrəli rəyindən müəyyən olunmuşdur ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın üstünə yıxılma nəticəsində əmələ gəlməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1 və 228.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməllərə görə peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsilə cəza təyin edilərkən həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa iş materiallarınan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2017ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nə gəlmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, 17 sentyabr 2017-ci il tarixdə isə “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamış, müsbət xarakterizə olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağının sahibi müəyyən olunmadığından dövlət nəfinə müsadirə olunaraq DİN-in silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar tam toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağının sahibi müəyyən olunmadığından dövlət nəfinə müsadirə olunaraq DİN-in silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar