Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-162/2023 06.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci ildə Bərdə rayonunun Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evlii, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonunun Lənbəran kəndində yaşadığı evinin həyətyani sahəsində yerləşən istilikxanadakı torpaq sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 69 ədəd çətənə (kannabis) bitkisini küllü miqdarda əkib yetişdirməklə, çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 04 may 2022-ci il tarixdə saat 13-04 radələrində Azərbaycan Respublikası DİN- nin 102 zəng xidməti mərkəzinə, Bərdə rayonunun Lənbəran kənd sakini X3 zəng edərək, qaynatası Təqsirləndirilən şəxs Bərdə rayonunun Lənbəran kəndində yaşadığı evinin həyətində narkotik tərkibli bitkilər əkib yetişdirməsi barədə vermiş olduğu məlumat, aidiyyəti üzrə Bərdə RPŞ-nin növbətçi hissəsinə ötrüldüyündən, rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs evinin həyətinə sonuncu tarixdə saat 16-20 radələrində videoçəkilişdən istifadə edilməklə baxış keçirərkən, evinin həyətindəki istilikxanadakı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən ümumi təmiz çəkisi 69 ədəd küllü miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgiləri polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Lənbəran kəndində anadan olmuş, hal-hazırda da elə həmin kənddə də yaşayır. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. Bir xeyli müddətdir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. 2022-ci ilin yanvar ayında kəndlərində yoldan ağ kağıza bükülü halda çətənə toxumu tapmış, 2022-ci ilin mart ayının əvvəllərində həmin çətənə toxumlarını evinin həyətindəki istixananın içərisində torpağa səpmişdir. Sonradan həmin bitkillərə qulluq da etmişdir. Həmin çətənə kollarının vaxtı- vaxtında dibini boşaltmış, su vermiş, peyin vermiş və alaq otlarından təmizləmişdir. Qızı Şahid6 əri ilə arasında yaranmış narahatlığa görə xx.xx.2022-ci il tarixdə ərindən küsüb onun evinə, yəni ata evinə gəlmişdir. xx.xx.2022- ci il tarixdə qızı Güllünün həyat yoldaşı X6 ona zəng edərək onunla mübahisə etmiş, onu polisə satacağı ilə hədələmişdir. Bundan sonra ehtimal etmişdir ki, yeznəsi Sıracəddin onun narkotik tərkibli bitkillər əkmiş olduğu barədə polisə məlumat verəcək. Ona görə də xx.xx.2022- ci il tarixdə gecə saatlarında həyətində istixanada əkdiyi narkotik tərkibli çətənə bitkilərinin bir hissəsini kökündən çıxarmışdır ki, polis əməkdaşları gəlsələr o, həmin kolları gecikmədən məhv edə bilsin. Lakin həmin narkotik tərkibli bitkillərin bir hissəsini istixanadan çıxarıb həmin yerin qarşı tərəfinə yığsa da gecə olduğundan bu işi tam bitirə bilməmişdir. 04 may 2022- ci il tarixdə saat 16 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək özlərini təqdim edib bildirmişlər ki, yaşadığı evin həyətyani sahəsinə baxış keçirmək istəyirlər, o, həyətində narkotik bitkilər əkməkdə şübhəlidir. Həmin vaxt polis işçiləri videoçəkilişlə onun evinin həyətinə baxış keçirməyə başlamışlar. Həmin baxışda mütəxəssis aqronom da iştirak etmişdir. O istintaq hərkətinin aparılmasına etiraz etməmiş və bildirmişdir ki, həyətinə baxış keçirilməsinə etirazı yoxdur. Polislər istixanadan 69 ədəd çətənə kolu aşkar etmişlər. Bununla belə gecə vaxtı istixanadan kökündən çıxarıb həmin yerin yaxınlığına yığmış olduğu çətənə bitkillərini də saymadan kisələrə yığıb tərəzidə çəkmişlər. Sonra onu qablaşdırıb götürmüşlər. Bundan sonra o, polis işçiləri ilə polis şöbəsinə getmiş, polis şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. Şəxsi axtarışı aparılsa da üzərində heç bir narkotik və qeyri-qanuni saxladığı hər hansı bir əşya olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən 280 ədəd narkotik tərkibli bitkinin əkilməsi ittihamı ilə qətiyyən razılaşmır. Vurğulayır ki, o xəstəliyi ilə əlaqədar çox az sayda çətənə əkmiş, 280 ədəd bitki əkmək ona heç lazım olmamışdır. Çünki o, bu bitkiləri satmaq üçün deyil, yalnız öz istifadəsi üçün əkmişdir. İstixanada torpaqdan çıxarılmış 69 ədəd kolun mövcudluğu ilə tam razıdır. Lakin sayılmadan torbaya yığılmış, sonradan onun iştirakı olmadan ekspert tərəfindən sayılmış guya 211 ədəd olan çətənə kollarının sayı ilə qətiyyən razı deyil. Ekspert sözügedən bitkiləri sayarkən ya səhvə yol vermiş, ya da hansısa niyyətinə görə qərəzli davranmışdır. Odur ki, qeyd olunan xüsusata məhkəmə tərəfindən düzgün qiymət verilməsini hakim heyətindən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyən, polis leytenantı X24 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 baş inspektor-kriminalisti vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Bərdə rayonunun Lənbəran kənd sakini Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər əkməsi barədə Bərdə rayon polis şöbəsinə xx.xx.2022- ci il tarixdə saat 13-04 dəqiqədə Təqsirləndirilən şəxs qızının həyat yoldaşı X6 tərəfindən 102 xidmətinə zəng vurulub məlumat verilmiş olduğundan, sonuncu ünvandan da həmin məlumat Bərdə RPŞ nin növbətçi hissəsinə verildiyindən həmin şəxsin həyətyani sahəsinə təxirəsalınmadan tərəflərindən baxış keçirilməsinə zərurət yaranmışdır. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərməsini, yəni cinayət başında yaxalamaq məqsədi ilə həmin məlumatın yoxlanılması üçün qeyd olunan ünvana o, Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leyenantı Şahid1, Bərdə rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 , Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 və Bərdə Dövlət X20 bitkiçilik sektorunun müdiri Şahid4 və Bərdə RPŞ- nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru X8 ibarət tərkibdə olmaqla getmişlər. Həmin ünvana çatıb baxış keçirərkən saat 16-20 radələri olmuşdur. Təqsirləndirilən şəxs evdən çağırıb qapıya gəlməsini bildirmişlər. Həyət darvazası qarşısına gələn Təqsirləndirilən şəxs nəzərinə tərəflərindən çatdırılmışdır ki, həyətində narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyani sahəsinə mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir, həmçinin baxışın tərəfindən video lentə alınması da bildirilmişdir. Təqsirləndirilən şəxs həmin hallara qarşı heç bir etirazı olmadan həyətyani sahəsinə keçirilən baxışda iştirak edən şəxslərə etiraz etmədən Təqsirləndirilən şəxs həyətyani sahəsinə tərəflərindən baxış keçirilməsinə razılıq verdiyindən, həmin evin həyətinə baxış keçirilmişdir. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətindən külli miqdarda tərkibində narkotik maddəllər olan bitkilərə, yəni çətənə bitkisinə oxşar bitkillər aşkar olunmuşdur. Həmin bitkilərdən 69 ədədi bilavasitə tərəflərindən əkilmiş olduğu yerdəcə kökündən çıxarılmış, 8 kiloqramdan artıq bitki isə elə həmin yerdən onlardan əvvəl Əlizaminin özü tərəfindən kökündən çıxarılaraq əkilmiş olduğu yerin qarşısına, yəni istixananın qarşısına yığıllmış vəziyətdə olmuşdur. Baxış zamanı həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, diblərinə su verildiyi, alaq otlarından təmizləndiyi, bir sözlə inkişafı üçün münbit şərait yaradılmış olduğunu baxışda iştirak edən şəxslər görmüşlər. Bu vəziyyətdən sonra Təqsirləndirilən şəxs fakt qarşısında qalaraq bildirmişdir ki, tərkibində narkotik maddəllər olan çətənə bitkilərinə bənzər bitkiləri özünün istifadəsi üçün, yəni həmin narkotik tərkibli bitkiləri yetişdirib sonra da həmin bitkilərin yarpaq hissələrini qurudub istifadə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilərin toxumunu tapmış olduğunu və həmin çətənə toxumunu 2022-ci ilin mart ayının əvvəllərində həyətində istixanada əkib aqrotexniki qaydada qulluq göstərdiyini də onlara bildirmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsinə keçirilən baxışda yuxarda adlarını qeyd etdiyi şəxslərə Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, həyətinə baxış keçirilməsinə icazə vermişdir. Hətta bu barədə ərizə də yazıb təhqiqatçı Eşqin Məmmədova təqdim etmişdir. Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra onlar həyətə daxil olmuş, həyətdə Təqsirləndirilən şəxs həyətinə gəliş məqsədini bir daha təhqiqatçı X1 Hüseynovun evinin həyətində narkotik tərkibli bitkilər əkib yetişdirməsi barədə məlumat əsasında həyətinə baxış keçirəcəklərini bildirərkən buna qarşı heç bir etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs özü də həmin an fakt qarşısında qalaraq bildirmişdir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. Ona görə də evinin həyətində çətənə kolları əkib-yetişdirməklə məşğuldur və həmin bitgiləri əkmiş olduğu yerləri də göstərəcəyini bildirmiş və həmin bitkiləri də göstərmişdir. Baxış zamanı həmin bitkilərin əkildiyi yerin evin həyətində olan istilikxanadan ibarət olan yerdən, yəni torpaq sahəsində olmaqla əkilib-becərildiyini müşahidə etmişlər. Həmin baxışda iştirak edən mütəxəssis aqronom Şahid4 da bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirib baxış iştirakçılarının nəzərinə çatdırmışdır. Baxış zamanı həmin həyətdən və bilavasitə istilikxanadan 69 ədəd çətənə bitkisi kollarına bənzər kollar kökündən çıxarılıb götürülmüşdür. Həmin yerin qarşısından isə kiloqrama yaxın çətənə bitkilləri aşkar olunub tərəflərindən götürülərək, 2 ədəd sintetik tərkibli kisələrdə yerləşdirilmişdir. Hələ onların tərəfindən yerindəcə həmin kollar kökündən çıxarmazdan əvvəl həmin bitkilərin olduğu yerə baxarkən, diblərinə su verildiyi, alaq otlarından təmizləndiyi, həmçinin dibinə peyin verilməklə yaxşı inkişaf etməsinə şərait yaradılmış olduğu müəyyən olunmuşdur. Həmin kisələrin ağzı bağlanaraq həmin yerə yapışdırılmış kağız vərəqi üzərinə Azərbaycan Rspublikası DİN-nin arayışlar üçün 94 saylı möhürü vurulmuşdur. Həmin kisələrin hər birinin də üzərinə yapışdırılmış kağızın üzərinə “ Bərdə rayonu Lənbəran kənd sakini Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş çətənə kolları sözlərini təhqiqatçı Eşqin Məmmədov tərəfindən yazılmış və həmin yerlərə də Azərbaycan Respublikasının DİN- nin arayışlar üçün möhürünü vurmuşdur. Bundan sonra həmin qeyd aparılan yerə mütəxəssis aqronom Şahid4, Təqsirləndirilən şəxs və onlar polis əməkdaşları imza etmişlər. Sonra təhqiqatçı Eşqin Məmmədov tərəfindən baxışın keçirilməsi barədə protokol yazılmış və həmin protokol Eşqin Məmmədov tərəfindən ucadan baxış iştirakçılarına oxunmuş, düzgün yazılmış olduğundan iştirakçılar da protokolda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq etmişdir. Həmin baxış tərəfindən «Sony» markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılmışdır. Həmin videoçəkiliş 01 ədəd DVD diskə köçürülərək disk bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək təhqiqatçı Eşqin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri də izah edilməklə, Bərdə rayon vəkil bürosunun vəkili X10 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən hər hansı bir qeyri-qanuni saxladığı əşya, narkotik aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı Eşqin müəllim protokol tərtib etmiş protokol biz şəxsi axtarışda iştirak edən şəxslərə ucadan oxunmaqla protokolda qeyd olunanların doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Bununla belə bildirmişdir ki, istər Təqsirləndirilən şəxs həyətyani sahəsinə baxış və istərsə də üzərində şəxsi axtarış aparılarkən tərəfindən bu hallara qarşı heç bir şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs həyətyani sahəsinə baxış keçirilərkən həmin narkotik tərkibli bitki olan çətənə bitkilərini özünün istifadəsi üçün əkmiş olduğunu və satmaq fikiri olmadığını da baxış iştirakçılarının nəzərinə çatdırmışdır. Bununla belə onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini evinin həyətində istixanada əkərək bununla da həmin bitkilərin kənardan nəzəri-diqqəti cəlb etməməsinə nail olmaq üçün belə tərzdə hərəkət etmişdir. Belə ki, o, həmin bitkilərin ancaq diblərini boşaltmış, alaq otlarından bilavasitə diblərini təmizləmiş, su, peyin vermiş və bu əsasda inkişafına nail olub yetişdirməklə məşğul olmuşdur. X22 bildirmişdir ki, Təqsirləndirilən şəxs həyətindən həmin narkotik tərkibli çətənə bitkilərini aşkar edib götürərkən təhqiqatçı Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri nə məqsədlə əkmiş olduğunu soruşarkən Təqsirləndirilən şəxs, həmin bitkiləri özünün istifadəsi üçün əkib becərmiş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X20 X13 müdiri vəzifəsində işləyən Şahid4, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət X20 Bərdə Bitkiçik sektorunun müdiri vəzifəsində işləyir, ali təhsilli alim-aqronomdur. Bərdə rayonunun Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 04 may 2022-ci il tarixdə Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı Eşqin Məmmədovun rəsmi çağırışı ilə Bərdə rayon PŞ-nə gəlmiş, polisdə ona bildiriblər ki, Bərdə rayonunun Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə baxış keçiriləcəkdir, həyətdə narkotik xassəli çətənə bitkilərinin əkilib kultivasiya olunması barədə məlumat verilmişdir. Qəbul edilmiş qərara əsasən onu mütəxəssis kimi tanınaraq, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin gün saat 16 radələrində Bərdə RPŞnin polis əməkdaşları ilə birlikdə Bərdə rayonunun Lənbəran kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, təhqiqatçı Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və iştirakçılara etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirməklə yaşayış evinin həyətinə baxış keçirilməsinə və baxışın video lentə alınmasına hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə təhqiqatçıya rəsmi ərizə də vermişdir. Bundan sonra razılığ əsasında onlar Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqda həyətyanı torpaq sahəsində yerləşən istilikxananın qarşında yenicə yolunmuş vəziyyətdə narkotik tərkibli çətənə bitkilərinin olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin bitkiləri istilikxanada əkib yetişdirməsini, həmin gün kürəkəninin məlumat verəcəyindən ehtiyatlanıb yolub istilikxananın qarşısına tökməsini bildirmişdir. Sonra tərəflərindən istilikxanaya baxış keçirilərkən 69 ədəd narkotik tərkibli çətənə bitkilərinin olması, həmçinin kökündın çıxarılmış 8 kiloqram 400 qram çətənə bitkisinin də yolunub istixananın qabağına yığıldığı müəyyən edilmişdir. Baxış zamanı o, həmin bitkilərə və çıxarıldıqları yerlərinə baxaraq bitkilərin dibinin bellənməsini, boşaldılmasını, dibinə üzvü gübrələrin, yəni, peyin verilməsini, suvarılmasını görüb inkişafına və böyüklüyünə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs da həmin bitkiləri özü əkib becərdiyini, dibini boşaltdığını, dibinə gübrə və su verdiyini bildirməklə təsdiqləmişdir. Daha sonra aşkar edilmiş həmin bitkilər sintetik kisələrə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərinə iştirakçılar tərəfindən imza edilmiş, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, aşkar edilmiş çətənə bitkilərini özü əkib, qulluq etmişdir, özünün istifadəsi üçün suvarıb, dibini boşaltmaqla, hətta üzvü gübrə, yəni, peyin verməklə becərmişdir. Təqsirləndirilən şəxs yaşayış evinin digər sahələrinə baxış keçirilmiş, narkotik tərkibli hər hansı bir bitki və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitə, psixotrop maddə və ya digər bir əşya aşkar edilməmiş, bununla da fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. O da gördükləri barədə, yəni, aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin əkilib kultivasiya edilməsi barədə rəy vermiş, sonra o, çıxıb getmişdir. Həmçinin Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilərkən evlərində heç kəsi əvvəl görməmiş, lakin çəkilişdən sonra evlərindən özünü həyat yoldaşı kimi təqdim edən bir qadın və bir qız çıxıb özünü qızı kimi təqdim etmiş, ayrı heç kəs olmamışdır. Baxış keçirməni o, təhqiqatçı Eşqin Məmmədov, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1, Şahid2, KTQ-nun baş inspektor-kriminalisti Sənan Əhmədov və bir nəfər Şahid3 adlı polis nəfəri görmüş, ayrı kimsə də görməmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid3 şahid X24 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nigahlarından 5 övladları vardır. Bildirmişdir ki, X6 onun qızı Şahid6 həyat yoldaşıdır. Birgə nigahlarından iki övladları vardır. Sıracəddin həyat yoldaşı Güllü ilə birlikdə Ağdam rayonunun Xındırıstan kəndində yaşayır. Qızı Güllü ilə kürəkəni Siracəddin dalaşdığı üçün 04 may 2022- ci il tarixdə o və həyat yoldaşı Əlizamin sonuncunun idarə etdiyi VAZ- 21011 markalı avtomobili ilə Ağdam rayonunun Xındırıstan kəndinə gedib oradan qızı Güllünü uşaqları ilə birlikdə yaşadığları evlərinə Bərdə rayonunun Lənbəran kəndinə gətirmişlər. Onlar qızı Güllünü özləri ilə gətirəndən sonra Siracəddin də 102 xidmətinə zəng vurub Əlizaminin həyətdə narkotik tərkibli bitkilər əkmiş olduğu barədə məlumat vermişdir. Onlar evdə olarkən Bərdə rayon polis şöbəsinin işçiləri həyətlərinə gələrək həmin çətənə bitkilərini istixanadan və onun qarşısına Əlizamin tərəfindən yolunub yığılmış çətənə bitkilərini aşkar edib götürmüşlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı şahid qismində tanınmış Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nigahlarından 5 övladları vardır. Bildirmişdir ki, X6 onun qızı Şahid6 həyat yoldaşıdır. Birgə nigahlarından iki övladları vardır. Sıracəddin həyat yoldaşı Güllü ilə birlikdə Ağdam rayonunun Xındırıstan kəndində yaşayır. Belə ki, Sıracəddin həyat yoldaşı Güllü ilə dolanmır və dalaşır. Elə buna görə də 04 may 2022- ci il tarixdə o və həyat yoldaşı Əlizamin sonuncunun idarə etdiyi VAZ- 21011 markalı avtomobili ilə Ağdam rayonunun Xındırıstan kəndinə gedib oradan qızı Güllünü uşaqları ilə birlikdə yaşadığları evlərinə Bərdə rayonunun Lənbəran kəndinə gətirmişlər. Onu da qeyd etmişdir ki, Sıracəddin əvvəllər onlara gəlib-getmişdir. Onun həyat yoldaşı Əlizaminin istixanada çətənə bitkisi əkməyindən xəbərləri olmamışdır. O, özü heç həmin bikini tanımır, o barədə heç bir anlayışı yoxdur. Onlar qızı Güllünü gətirəndən sonra Siracəddin də 102 xidmətinə zəng vurub Əlizaminin həyətdə narkotik tərkibli bitkilər əkmiş olduğu barədə məlumat vermişdir. Onlar evdə olarkən Bərdə rayon polis şöbəsinin işçiləri həyətlərinə gələrək həmin çətənə bitkilərini istixanadan və onun qarşısına Əlizamin tərəfindən yolunub yığılmış çətənə bitkilərini aşkar edib götürmüşlər. O, sonradan Əlizamindən o bitkiləri istixananın qarşısına niyə yolub tökməsini sourşanda Əlizamin demişdir ki, bitkiləri Siracəddin görübmüş, onlar dalaşıb qızı gətirəndən sonra yəqin etmişdir ki, Sirəcəddin polisə məlumat verəcəkdir, ona görə də yolub istixananın qabağına tökmüşdür. Polislər istixanaya və evlərinə baxış keçirərkən video çəkiliş də aparılmışdır. Bir daha bildirmişdir ki, onların, yəni, onun, qızı Güllünün Əlizaminin istixanada nə əkməsindən xəbərləri olmamışdır, onlar polislər gələnə kimi heç bir məlumatları olmamışdır. Həmçinin Şahid7 bildirmişdir ki, həyat yoldaşı Əlizamin özü istixanaya onlaran xəlvət gedib gəlmişdir, evdə ikisi olur, o da ev işləri ilə məşğul olur, istixanaya girmir, ona görə də o, həmin bitkiləri görməmiş, gösə belə o bitkiləri tanımır, o barədə anlayışı yoxdur. Həmin evdə o və həyat yoldaşı Əlimzamin yaşayır. X28 2022-ci ilin yanvar ayında hərbi xidmətə getmişdir. Hazırda o, Naxçıxan MR-da xidmət edir. Oğlu Elminin həmin bitkilərin əkilib- becərilməsindən heç bir xəbəri olmamışdır, o, hərbi xidmətdə olmuşdur, o da istixanaya girmədiyi üçün görməmişdir, ayrı onlara gəlib-gedən istixanaya girmir, ona görə də həqiqətən də heç kəsin bundan xəbəri olmamışdır. O, elə xx.xx.2022- ci il tarixdə qızı Güllü evlərinə küsülü gələndən sonra , həyat yoldaşı Əlizamin həmin istixanadan çətənə bitkilərinin bir hissəsini yolub həmin istilikxananın qarşısına qoyduğu vaxtdan bilmişdir ki, bu bitkilər çətənə bitkiləridir. Ona qədər, nə onun, nə də digər ailə üzvlərinin heç nədən xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı şahid qismində tanınmış X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X7, ifadəsində göstərmişdir ki, 2010-cu ildə Bərdə rayonu Lənbəran kənd sakini Şahid6 ilə ailə həyatı qurmuş, birgə rəsmi nigahlarından iki övladları vardır, böyük övladları talesemiya xəstəsidir.Təqsirləndirilən şəxs onun qayınatasıdır. Əvəllər münasibətləri yaxşı olmuşdur, son vaxtlar qayınatası Əlizamin və qayınanası Güllər onların ailə məsələlərinə qarışırmış, buna narazılığını bildirdiyi üçün aralarında soyuqluq yaranmışdır. Lakin buna baxmayaraq ara bir Elzamin Hüseynovun yaşadığı evə gedib-gəlmişdir. 2022-ci ilin may ayının 2-də qayınatası Əlizamingilə getmişdir. Təsadüfən bağça tərəfə keçəndə istixananın içərisində çoxlu sayda çətənə bitkilərinin olmasını görmüşdür. O, bu barədə qayınatası Əlizaminə və ailə üzvlərinə bildirməmişdir. Həyat yoldaşı Güllünü götürüb evinə gəlmişdir. 04 may 2022-ci il tarixdə Əlizaminin və qaynanası Gülər onlara gəlmiş, biraz artıq-əskik danışdıqları üçün aralarında mmübahisə yaranmış və Güllünü götürüb getmişlər. Təqsirləndirilən şəxsgil getdikdən sonra qaynatası Əlizamin çətənə narkotik bitkiləri əkməsi barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra Əlizaminin tutulmasını, polislər tərəfindən gəlib çətənə kollarını aşkar edib aparmalarını bilmişdir. Əlizamin tutulandan 5 ay sonra Güllü ilə barışmışlar, Güllü evlərinə gəlmişdir. O, məlumat verdikdən sonra onu polis çağırmadığı üçün ifadə verməmişdir sonra başı xəstə uşağına qarışdığı üçün imkan tapıb Bərdə polisinə gələ bilməmişdir. X11 bildirmişdir ki, Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş çətənə bitkilərini o görmüşdür, ayrı kiminsə bilməsindən xəbəri yoxdur, o heç kəsə deməmişdir. Eşitmişdir ki, Əlizamin tək əkib becərib, kiminsə Təqsirləndirilən şəxs kömək etməsi barədə heç bir məlumatı yoxdur, hardan əldə etməsini bilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 may 2022-ci il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üəzrinə şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili X10 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 may 2022-ci il tarixdə «Hadisə yerinə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokoldan və DVD diskdən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə ryonunun Lənbəran kəndində yerləşən fərdi yaşyaış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir Budan sonra fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin sahədə yerləşən istilikxananın qarşısında çətənə bitkilərinə oxşar bitkilərin yolunub tökülməsi məlum olmuşdur, baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olmasını, özü əkib-becərməsini, istilikxanada ehtiyat etdiyi üçün yolub tökməsini bildirmiş, həmin bitkilər çəkilərkən 8400 qram olması məlum olmuş, bundan sonra istixanaya baxış keçirilərkən istilikxanada 69 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmiş, həmin bitkilər kökündən çıxarılmaqla nömrələnib sayılmış, 69 ədəd olması məlum olmuşdur. Baxış keçirmə zamanı aqronom Şahid4 bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, Təqsirləndirilən şəxs da həmin bitkiləri özü əkib becərməsini bildirmişdir. Aşkar edilmiş həmin çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra fərdi yaşayış evinin həyətyanı yerinin digər hissələrinə baxış keçirilərkən hər hansı bir narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu Bərdə rayonunun Lənbəran kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuşdur, həmin video görüntüdəki video çəkiliş 04 may 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 40 dəqiqə, 53 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, evə baxış keçirilməmişdən əvvəl təhqiqatçı-Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən Təqsirləndirilən şəxs evinin giriş hissəsində Təqsirləndirilən şəxs narkotk vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetirdirməklə kultivasiya etməsi barədə Bərdə rayon PŞ-nə daxil olmuş məlumat əsasında həmin ünvana gəlmələrini, baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, baxış keçirmədə iştirak edən şəxslər barədə, özü barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitkilərin olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri xəstəliyi ilə əkib becərməsini, çox hissəsini yolub istilikxananın qarşı tərəfinə tökməsini bildirmişdir. Bundan sonra iştirakçılar Təqsirləndirilən şəxs göstərdiyi yerə gələrkən orada narkotik tərkibli çətənə bitkilərinin yolunub tökülməsi, həmçinin istilikxanada da çətənə bitkilərinin olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması soruşulmuş, o, həmin bitkiləri ürək xəstəliyinin olması ilə bağlı ağrılarına görə özünün istifadə etməsi üçün əkdiyini, sonrada yolub tökdüyünü bildirmişdir. Bundan sonra baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 həmin yerə və bitkilərə baxması, nə qənaətinə gəlməsi təklif olunmuş, aqronom bitkilərə baxaraq bitkilərin dib hissəsinin alaqlardan təmizlənməsini, həmin bitkilərə gübrə verilməklə kultivasiyası olunmasını, aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Bundan sonra istilikxananın qarşısına yolunub tökülmüş bitkilər çəkilərək 8400 qram olması məlum olmuş, həmin bitkiləri sintetik kisəyə yığılaraq iştirakçıların imzası olan vərəqlə bağlanıb DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüş, bundan sonra istilikxananın içərisinə baxış keçirilərkən 69 ədəd çətənə bitkilərinin olması məlum olmuş, həmin bitkilər iştirakçılar tərəfindən kökündən çıxarılmaqla kənara gətirilib nömrələnməklə sayılmış, 69 ədəd olması məlum olmuş, sonra həmin bitkilər də sintetik kisələrə yığılaraq iştirakçıların imzası olan vərəqlə bağlanıb DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxışın sonunda Təqsirləndirilən şəxs baxış və götürmə ilə bağlı hər hansı bir etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs baxış və götürmə ilə bağlı hər hansı bir eitirazının olmadığını bildirmiş və bununla da baxış keçirmənin sona çatdığı elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin X19 04 may 2022-ci il tarixli, 16/525 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşyaış evinin həyətindən aşkar edilmiş 69 ədəd narkotik vasitəyə bənzər kollar..” yazı və imzalar olan kisədəki ümumi sayı 69 (altmış doqquz) ədəd, ümumi təmiz çəkisi 1350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşyaış evinin həyətindən aşkar edilmiş yaş halda olan narkotik vasitə hesab edilən marixunaya bənzər kütlə..” yazı və imzalar olan kisədəki ümumi sayı 211 (iki yüz on bir) ədəd, ümumi təmiz çəkisi 6750 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri orqanoleptik əlamətlərinə və tirkiblərinə görə eynidirlər. Çətənə bitkisinin ümumi çəkiləri -8100 qram, tədqiqata sərf edilmişdir 56 qram (hər obyektə -0, 2 qram), qalıq-8044 qram olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X12 06 iyun 2022-ci il tarixli, 798 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X20 X13 müdiri vəzifəsində işləyən, aqronom-mütəxəssis Şahid4 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu Lənbəran kəndində yaşyan Təqsirləndirilən şəxs öz yaşadığı fərdi yaşyaış evinin həyətyanı sahəsində xüsusi hazırlanmış istilikxanada aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsmində yerləşən istilikxanada aşkar edilmiş 280 ədəd çətənə bitkilərinin toxumlarının əldə olunma mənbəyi istiqamətində bir sıra tədbirlər keçirilmiş, lakin çətənə bitkilərinin toxumlarının necə əldə olunması müəyyən edilə bilməmişdir. O cümlədən Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini əkibbecərməkdə heç kəsin köməkliyinin olmadığı, özü toxumları əldə edərək əkib-becərdiyi müəyyən edilmişdir, onun əvvəllər kimdənsə də narkotik vasitə alması, kimlərəsə də narkotik vasitə satması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs səhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin çıxarışlarından və Azərbaycan Respublikası Ədıyyə Nazirliyi Penitensiae Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ürəyin işemik xəstəliyi, Postinffarkt kardioskleroz, Revmatoid artrit, Hipertoniya İİ dərəcə” diaqnozu müəyyən edilmiş və müvafiq mualicə başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan qətimkan tətdbirinin müddəti 3 (üç) ay müddətinə, yəni, 05 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarxidə “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.092022-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarxidə 2 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əaqədar olaraq dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsiə dair ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi xəstəxanası X27 xx.xx.2022-ci il tarixli, 953 və 1033 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 8044 qram qram qalmış narkotik tərkibli 280 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla belə məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamdan onun tərəfindən tərkibində narkotik vasitə olan 211 ədəd çətənə bitkisini qanunsuz olaraq əkməsinə, yetişdirməsinə, kultivasiya etməsinə dair müddəa xaric edilməlidir. Belə ki, iş materiallarında olan 04 may 2022-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videodan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə ryonunun Lənbəran kəndində yerləşən fərdi yaşyaış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, sözügedən istintaq hərəkəti zamanı kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, videogörüntülərdən tam aydın olur ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkdiyi 69 ədəd tərkibində narkotik vasitələr olan çətənə bitkisi istintaq hərəkətində iştirak edən bütün şəxslərin gözü önündə sayılmış və müvafiq qaydalara uyğun qablaşdırılmışdır. 211 ədəd olması qeyd olunan bitki nümunəsi isə sayılmadan torbaya yığılaraq qablaşdırılmışdır. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin mövcudluğu əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik vasitələr olan bitkilərin çəkisi ilə deyil sayı ilə müəyyən olunur. Yəni Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilərin 3 ədədindən yuxarı sayda kultivasiya edilməsi cinayət məsuliyyəti yaratmaqla, 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Buradan da bir daha aydın olur ki, sözügedən norma Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün çətənə növlü bitkilərin sayının dəqiqliyini şərtləndirir. Lakin göründüyü kimi təhqiqatçı tərəfindən 211 ədəd olması qeyd olunan bitki nümunələri sayılmaq əvəzinə çəkilərək qablaşdırılmış və bu pozuntu sonradan müdafiə tərəfinin haqlı arqumentləri ilə mübahisələndirilmişdir. Sözügedən vəziyyət Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda onun tərəfindən 211 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinin qanunsuz olaraq əkilməsi ,yetişdirilməsi və kultivasiya edilməsi hissəsində qeyri-müəyyənliyə səbəb olmaqla şübhə doğurmasına gətirib çıxarmışdır. Belə olan vəziyyətdə isə onun sözügedən ittiham üzrə təqsirli bilinməsini qanunverici birbaşa qadağan edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməldən peşmançılıq keçirməsini, xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X9 oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X12 06 iyun 2022-ci il tarixli, 798 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxsyaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, bu iş üzrə tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 8044 qram qram qalmış narkotik tərkibli 280 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olan həyətdə olan istixanadan aşkar olunaraq götürülmüş təmiz çəkisi 8100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 8044 qram qram qalmış narkotik tərkibli 280 ədəd çətənə bitkiləri məhv edilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpikdir qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, tarixədək bu iş üzrə həsdə saxlanıldığı müddət, CM-nin 69.3-cü maddəsinə ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 03 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 06 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 8044 qram qram qalmış narkotik tərkibli 280 ədəd çətənə bitkiləri məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-162/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-162/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver