Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-162/2024 05.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X12 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1995-ci il tarixdə Tovuz rayonu, Cırdaxan kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş, Gəncə şəhəri, F.Əliyev küçəsi, ev 10, mənzil 57-də qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 4,686 qram, 0,292 qram, 0,163 qram, 0,186 qram, 0,110 qram və 0,187 qram olmaqla, ümumi təmiz çəkisi 6,696 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, eləcə də həmin siyahıların İİ-ci siyahısına əsasən xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,121 qram, 0,876 qram və 0,582 qram olmaqla, ümumi təmiz çəkisi 1,977 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən 22 dekabr 2022-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsində yolun kənarında saxlanılıb Gəncə şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən DİN-nin BNMİ-nin QBRŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kiçik ölçülü metal qabda və bir ədəd kibrit qutusunun içərisində olan 1 (ədəd) şəffaf polietilen kəsiyində, 4 (dörd) ədəd qızılı rəngli və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 4,686 qram, 0,292 qram, 0,163 qram, 0,186 qram, 0,110 qram və 0,187 qram olmaqla, ümumi təmiz çəkisi 6,696 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qeyd olunan kibrit qutusunun içərisində 3 (üç) ədəd qızılı rəngli və 1 (bir) ədəd göy rəngli kağız bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,121 qram, 0,876 qram və 0,582 qram olmaqla, ümumi təmiz çəkisi 1,977 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulan günü qonşusu Ülvün adlı şəxs ona zəng edərək birlikdə narkotik götürməyə getməyi demişdir. Həmin ərəfədə o, narkotik vasitə çəkirdi. Onlar birlikdə narkotiki götürmək üçün Yeni Gəncə qəsəbəsində “Karizma” restoranı tərəfə getmişlər. Ülvün yolda siqaret almaq üçün “Elsevər” marketin yanında avtomobildən düşmüşdür. Həmin vaxtı polis əməkdaşları onu saxlayıb şöbəyə aparmışlar. Ülvün də polislərin yaxınlaşdığını görüb qaçmışdır. Şöbədə onun üzərindən heç nə aşkar edilməmişdir. Seymur adlı polis əməkdaşı da səhərə qədər ona əzab verərək narkotik vasitəni üzərinə götürməsini demişdir. Həmin vaxtı şöbədə Azər və digər polis əməkdaşları olmuş, lakin o, yalnız ikisinin adını xatırlamışdır. O, məcbur olub narkotik vasitəni üzərinə götürmüş, daha sonra vəkil Vaqif Məmmədovun iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şöbədə olan zaman ona fiziki zor tətbiq edilmiş, Seymur, Azər və adını xatırlamadığı digər əməkdaşlar dırnaqlarını çıxarmışlar. O da fiziki zor tətbiq edildiyi üçün narkotik vasitənin özünə məxsus olmasını demişdir. Onu bir gün yarım saxladıqdan sonra 2 saylı istintaq təcridxanasına göndərmişlər. İstintaq təcridxanasına daxil olarkən tibbi yoxlamadan keçmiş, həmin vaxt dırnaqlarının çıxarıldığını, həmçinin ayaqlarındakı xəsarətləri göstərmişdir. Həkimlər də onun dediklərini qeyd etmişlər. Bu barədə məhkəmədə sanksiyaya çıxarılarkən də demişdir. Ona ilk olaraq 3 ay, sonra isə 1 ay müddətə həbs növündə qətimkan tədbiri təyin edilmişdir. Sonuncu dəfə 1 ay uzadılma üçün müraciət edildikdə məhkəmə həbs qətimkan tədbirinin müddətini uzatmamışdır. Xəsarətləri ilə bağlı prokurorluqda araşdırma aparılmış, izahatı alınmış, tibbi ekspertizadan keçirilmiş və ekspertə dırnaqlarının çıxarılmasını bildirərək bədənində olan xəsarətləri göstərmişdir. Bildiyi qədəri ilə ekspertizada xəsarətlərin hadisədən əvvəl yaranması yazılmışdır. Saxlanıldıqdan 1-1,5 ay sonra ekspertizadan keçirmiş, həmin vaxtı da ayağında qızartı izləri olmuşdur. O, əvvəllər narkotik vasitə olan “kokos” istifadə etmiş, saxlanılan vaxtı da narkotik vasitə istifadə etmişdir. Şəxsi axtarış zamanı aşkar edilənlərin ona aidiyyəti olmamışdır. Onu narkoloji ekspertizadan keçirmək üçün aparsalar da, qapıdan içəri girmədən geriyə qaytarmışlar. Ülvün ona zəng vuraraq narkotik vasitə lazım olduğunu bildirmiş, bir müddət sonra Ülvün taksi ilə onun yaşadığı ünvana gəlmiş, o da Ülvün ilə sonuncunun gəldiyi taksi ilə Yeni Gəncə qəsəbəsinə getmişdir. Onlar narkotik vasitəni “WhatsApp” vasitəsi ilə danışdığı Gəncə şəhər sakinindən məbləği karta atıb götürməli olmuşlar. Sosial şəbəkədən tanış olduğu şəxs ona pulu kartına atdıqdan sonra narkotik vasitəni Yeni Gəncə tərəfdən götürə biləcəyini demişdir. Onlar getməmişdən əvvəl Ülvünyə pulu atmasını demiş, sonuncu da atmışdır. Saxlanılan günü o, toyda olmuş və həmin vaxtı Ülvün ona zəng edib narkotik vasitə lazım olduğunu demişdir. O da həmin adamla danışıb Ülvünyə kart nömrəsini göndərərək sonuncuya toydan çıxıb evə gedəcəyini demişdir. Yeni Gəncəyə çatmamış “Elsevər” marketin yanında dayanmışlar və Ülvün siqaret almaq üçün marketə girmişdir. Bu zaman polis əməkdaşları gəlmiş, Ülvün isə qaçmışdır. Saxlanılan vaxt üzərində telefon, pul qabı və üzüyü olmuş, lakin narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında özünü təqsirli bilməklə göstərmişdir ki, təxminən 3-4 ildir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Üzərində aşkar olunan narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini bir gün əvvəl hər birinin yarım qramını 30 manata tanımadığı və şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən Gəncə şəhərində Sovxoz Nizami adlanan ərazidə alıb əldə etmişdir. Həmin kütlələri özünün istifadəsi və tanıdığı şəxslərə satmaq məqsədi ilə üzərində saxlamışdır. 22 dekabr 2022ci il tarixdə saat 20:30 radələrində o, Gəncə şəhəri, Nizami küçəsində yolun kənarında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduğunu bildirib onun narkotik vasitə saxlamasında şübhəli olduğunu demişlər. Daha sonra onu DİN-nin BNMİ-nin QBRŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək polislərlə şöbəyə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd kibrit qutusunu və bir ədəd metal qutunu əyində olan gödəkçəsinin sağ yan cibindən çıxarıb otaqdaki masanın üzərinə qoymaqla təqdim etmişdir. Qeyd edilənlərdən başqa üzərində şəxsi axtarış zamanı qanunsuz digər hər hansı bir əşya aşkar edilməmişdir. Qutulara baxış keçirilən zaman metal qutunun içərisində, eləcə də bir ədəd kibrit qutusunda olan beş ədəd kağız və bir ədəd sellofan bükümlərdə narkotik vasitə heroin, kibrit qutusunda olan digər dörd ədəd kağız bükümlərdə isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, içərisində metamfetamin olan 4 ədəd bükümün çəkisi qablaşdırma ilə birlikdə 1,85 qram, içərisində heroin olan metal qutunun və 6 ədəd bükümlərin çəkisi isə qablaşdırma ilə birlikdə 12,34 qram olması müəyyən edilmişdir. Qeyd edilən kütlələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun təqdim etdiyi pul qabına baxış keçirilərkən içərisindən 19 manat pul, 7 ədəd bank kartı, 1 ədəd tibbi kart və eManat pul terminalında ödənilmiş pulun qəbzi aşkar edilmişdir. Ödəniş qəbzinə baxış zamanı həmin əməliyyatın eManat terminalında 20 dekabr 2022-ci il tarixdə saat 18:06-da aparılaraq son dörd rəqəmi .....5992 olan karta 30 manat pulun köçürülməsi müəyyən edilmişdir. O, həmin şəxsin adını bilmədiyini və həmin pulu narkotik vasitə əldə etmək məqsədi ilə sonuncuya göndərdiyini bildirmişdir. Ona məxsus 1 ədəd tibbi kart, 19 manat pul və bir ədəd pul qabı özünə qaytarılmış, lakin yeddi ədəd bank kart və bir ədəd ödəniş qəbzi götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar edilmiş heroinlə metamfetaminin hər birinin yarım qramını 30 manata tanımadığı şəxsdən Gəncə şəhəri, Sovxoz Nizami adlı ərazidə aldığını, həmin kütlələri özünün istifadəsi, eləcə də tanıdığı şəxslərə satmaq məqsədi ilə üzərində gəzdirdiyini, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, fiziki zorakılıq göstərilmədiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci və xx.xx.2023-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Ülvün adlı şəxsin ona zəng edərək “gedək kokos adlı narkotik vasitə alaq” demişdir. O müxtəlif şəxslərdən narkotik və psixotrop maddə almışdır. O, Ülvünyə heç bir etiraz etməyərək sonuncuya onun yaşadığı ünvanın qarşısına gəlməsini və birlikdə kokos adlı narkotik vasitə almağa getməyi demişdir. Bir müddət sonra Ülvün ağ rəngli “Xəzər Lada” markalı taksi ilə onun yaşadığı ünvanın qarşısına gəlmişdir. O, evdən çıxan zaman üzərində nə heroin, nə də ki metamfetamin olmuşdur. O Ülvün ilə sonuncunun gəldiyi həmin taksi ilə Yeni Gəncə qəsəbəsinə getmişdir. Çünki Ülvün ona zəng edən zaman o, sosial şəbəkədən tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə xarici mobil nömrə vasitəsi ilə “WhatsApp” vasitəsi ilə danışmış, İranlı ona narkotik vasitəsini Yeni Gəncə qəsəbəsində hər hansısa bir yerə qoyacağını, bank hesabına pul köçdükdən sonra da narkotikin yerini deyəcəyini bildirmişdir. Onlar Gəncə şəhəri, Nizami prospektində “Elsevər” marketin yaxınlığında olan zaman siqaret su almaq üçün taksidən düşmüşlər. Həmin vaxtı onlara polis əməkdaşları yaxınlaşmış və ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışlar. Ülvün isə qaçmışdır. Polisin şöbəsində onu döyərək xəsarət yetirmişlər, daha sonra isə müəyyən bir miqdarda narkotik vasitə verib üzərinə götürməsini demişlər. Polislər onu döyməsin deyə o, sonuncularla razılaşmış, ona müdafiəçi təyin edilmiş və sonuncunun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, özü üzərində olan narkotik vasitəni və psixotrop maddəni əynində olan gödəkçənin sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə axtarış keçirilmiş, lakin digər qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Ekspertizanın rəyindən ona məlum olmuş ki, üzərindən aşkar edilmiş kütlələr ümumi təmiz çəkisi 6,696 qram narkotik vasitə heroin və 1,977 qram psixotrop maddə metamfetamin olmuşdur. Polis idarəsində o, təzyiqə məruz qaldığı üçün narkotik vasitə və psixotrop maddənin videoçəkilişdə özünə məxsus olduğunu bildirmişdir. +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr onun istifadəsində olmuşdur. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş plastik kartlardan 2-si özünə məxsus olmuş, digər kartların isə onda olmasına baxmayaraq istifadə etməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, kim isə ondan narkotik vasitə istəyəndə o, özü üçün narkotik vasitə alan zaman həmin şəxs üçün də almış və həmin şəxslə birlikdə istifadə etmişdir. Sovxoz Nizami adlanan yerdən Solmaz adlı qadından, Yeni Gəncə qəsəbəsində “Karizma” adlı restoranın yaxınlığında yaşayan Ruslan və Ülvün adlı şəxslərdən əvvəllər narkotik vasitə almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ilkin ifadələrində qeyd olunmuş “mən evdən çıxan zaman üzərimdə az bir miqdarda psixotrop maddə olan metamfetamin var idi” cümləsi yanlışlıqla qeyd edilmiş, hazırda dedikləri doğru olmuş, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, çünki üzərində narkotik vasitə olmuş olsa idi almaq üçün getməzdir. Tutulan günü səhərə qədər ona şöbədə əzab verdikləri üçün narkotik vasitəni üzərinə götürmüşdür. Onu xx.xx.2022-ci il tarixdə saat 20:30-da tutub şöbəyə gətirmişlər, lakin vəkili səhərə yaxın, yəni şöbəyə gətirildikdən 2,5-3 saat sonra gəlmiş və videoçəkiliş aparılmışdır. Videoçəkilişdə aşkar olunanların özünə məxsus olduğunu bildirmiş, çünki həmin vaxta qədər ona çox əzablar vermişlər. Əzab dedikdə, onun əlini qandallayıb başına beşbarmaqlar vurmuşlar, dırnağını çıxarmış, narkotik vasitəni qəbul etmədiyi halda evindən çıxaracaqlarını demişlər. O, həm MSY-yə, həm də İstintaq təcridxanasına daxil olarkən üzərində olan xəsarətlər barədə demiş, hətta ilkin izahatında da xəsarətləri ilə bağlı bildirmiş, ilk dəfə sanksiyaya çıxarılanda da narkotik vasitənin onun olmadığını demişdir. O, birinci dəfə sanksiyaya çıxarılanda üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını demiş, lakin bunu nə üçün dediyini xatırlamamışdır. Saxlanılan vaxt üzərində heç bir narkotik vasitə olmamış, həmin vaxt elə narkotik vasitə götürməyə getmişdir. Ülvün ona narkotik vasitə qarşılığında nə isə verməyi söz verməmiş, onlar narkotik vasitəni birlikdə istifadə edəcəkdilər. O, təzyiq altında olduğu üçün narkoloji müayinə zamanı ekspertə aşkar edilmiş narkotik vasitəni tapdığını demişdir. Çəkiliş zamanı üzərindən aşkar edilmiş ödəniş barədə qəbzi üzərinə Şahid2 adlı polis əməkdaşı qoymuş, o, həmin qəbzin nə olduğunu bilməmişdir. Ona Seymur tərəfindən təzyiq edildiyi üçün o, çəkiliş zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmiş, lakin onların heç biri üzərində olmamışdır. Çəkiliş zamanı Seymur ona nə deməsini bildirmişsə o da həmin sözləri demişdir, lakin həmin sözlər onun sözləri olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etmiş, heç kimə narkotik vasitə satmamışdır. +99***-***-**-** və +99***-***-**-** saylı mobil nömrələr ona məxsus olmuş, +99***-***-**-** mobil nömrədə saxlanılan zaman üzərində olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 Xaqani oğlu ifadəsində göstərmişdir ki, dəfələrlə əvvəllər “Tekstilni” adlanan ərazidə yaşayan Kənan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün həmin məlumat dərhal yoxlanılmış və təsdiqini tapdığına görə onun rəhbərliyi altında yaradılmış əməliyyat qrupu ilə müxtəlif əməliyyat tədbirləri keçirməyə başlamışlar. Şəxsiyyəti müəyyən edildikdən sonra əməliyyat məlumatının bir daha təsdiqini tapması üçün Təqsirləndirilən şəxs dəfələrlə nəzarət-müşahidəyə götürülmüş, həqiqətən də sonuncunun yaşadığı evdən müxtəlif şəxslərə narkotik vasitə ötürməsi, istifadə etməsi və saxlaması öz təsdiqini tapmışdır. Ona görə şəhər ərazisində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək sonuncu onlar tərəfindən saxlanılmış və barəsində tərtib edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə gəlməsinin zəruriliyi bildirmişlər, sonuncu da etiraz etmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbəyə gəldikdən dərhal sonra Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmiş və sonuncu şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, sonuncu da etiraz etməyərək üzərindəki narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Bundan sonra ekspertizanın müvafiq rəyində də həmin kütlələrin narkotik vasitə və psixotrop maddə olması öz təsdiqini tapmışdır. Yekunda toplanılmış materiallar cinayət işinin başlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsi və satışı ilə məşğul olması barədə olmuşdur. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmiş, Təqsirləndirilən şəxs məhz onlar saxlamışlar. Saxlanılarkən sonuncu hər hansı bir müqavimət göstərməmiş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində lezvalar olmuş və axşam olduğundan onları atmış, çünki istifadə edə bilməmişdir. O, Kənanın yerə nə isə atdığını görmüş, sonuncudan soruşduqda onun lezva olmasını bildirmiş, həmin vaxtı sadəcə Talehlə ikisi olduğu üçün imkan edib yerdən lezvanı götürə bilməmişdir. Sonradan şifahi-sorğu zamanı Təqsirləndirilən şəxs üzərində lezvaları nə səbəbdən gəzdirdiyi soruşulanda sonuncu saxlanılmaması üçün özünə xəsarət yetirməkdən ötrü lezvaları üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs narkotik satdığı şəxsi tutmaq istəmişlər, lakin Kənan çox diqqətli olduğundan əməliyyat tədbiri keçirib sadəcə sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs 2019-cu ildən bu işlə məşğul olmuş, hətta saxlanılan zaman sonuncu o qədər narkotik vasitə istifadə etmişdir ki, bədəni yara səpmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs Gəncə şəhəri, 6 nömrəli məktəbdən bir az qabaqda “Elsevər” marketin yanında yolun kənarında saxlamışlar, həmin vaxtı sonuncu dayanmış vəziyyətdə olmuş, yanında isə heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə hər hansı bir etiraz etməmiş, sadəcə xəstə olduğunu demişdir. Sonuncunun üzərindən aşkar edilmiş metamfetaminin çəkisi 2 qramdan çox olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixoloji təsir edilməmiş, sonuncunu hamı tanımış, yerli polisin nəzarətində olmuş, lakin onlar müəyyən səbəblərə görə əməliyyat tədbiri keçirib Təqsirləndirilən şəxs tuta bilməmişlər. Saxlanılan vaxt Təqsirləndirilən şəxs yanında avtomobil olsa da, sonuncu piyada dayanmışdır. Həmin avtomobilin kimə məxsus olmasını bilməmişdir. Təqsirləndirilən şəxs həmin avtomobildən düşməsini görməmiş, onlara sonuncunun orada olması barədə əməliyyat məlumatı daxil olduğu üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs mobil telefonu əldə edilmiş, müstəntiqdən öyrəndiyinə görə də sonuncunun telefonunda müəyyən danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs barəsindəki əməliyyat məlumatı əsas mənbədən gəlmiş, həm də bir yox dəfələrlə məlumat olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı yerin yaxınlığında yaşayan vətəndaşlar dəfələrlə Baş Narkotiklərlə Mübarizə İdarəsinin instaqram səhifəsinə anonim müraciətlər də etmişlər. Ola bilsin ki, Təqsirləndirilən şəxs avtomobilin içərisində saxlanmasını o məqsədlə demiş ki, saxlanılmamışdan qabaq Təqsirləndirilən şəxs kiminləsə bir yerdə olub, çox diqqətli hərəkət etdiyindən saxlanılmasını qəbul etməmiş, yanında olmuş şəxsin onu “satmasından” şübhələnmiş və onu həmin şəxsin satıbsatmamasını öyrənmək istəmiş, hətta bunu prokurorluqdakı izahatında da demiş, lakin o, həmin mənbəni deyə bilməyəcəyini söyləmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixi zor tətbiq edilməmiş, sanksiyaya çıxan zaman Təqsirləndirilən şəxs prokurora guya onun sonuncunu döyməsini demiş, bununla bağlı araşdırma da aparılmışdır. Təqsirləndirilən şəxs ağır dərəcədə istifadə edən olduğu üçün bədəni və ayaqları yara səpmiş, bel nahiyəsindən irinlər axmışdır. Halhazırda da Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatları daxil olur. İfadəsinin davamı olaraq Şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri nəticəsində saxlanılmış və əməliyyat tədbiri zamanı sonuncunun yanında kiminsə olub-olmayacağı ilə bağlı onda məlumat olmamış, amma Kənan barəsində bir neçə şəxsdən məlumatlar daxil olmuşdur. Şahid Ülvün Abbasovun onunla əlaqəsi olmamış, sonuncunun özünün barəsində narkotik vasitələrdən istifadə etməsi və bunu Kənan adlı şəxsdən alması ilə bağlı məlumatlar daxil olduğu üçün Ülvün onun əməliyyat marağını kəsb edən obyekt olmuş, lakin vaxt məhdud olduğu üçün Ülvünün şəxsiyyətini müəyyənləşdirib saxlaya bilməmişlər. Onlar Ülvündən istifadə edib Kənanı saxlamamış, əskinə Ülvünün özünü də saxlamaq istəmişlər. Keçirilən əməliyyat tədbirlərində Ülvün də saxlanılmalı olmuş, sonuncular alqı-satqı həyata keçırdikləri vaxt tutulmalı idilər, ancaq bəzi məxfi səbəblərdən bu baş tutmamışdır. Kənan saxlanılan gün Ülvün ilə telefon vasitəsi ilə əlaqə yaratmasını xatırlamamış, Ülvün onunla Kənan arasındakı şəxsi münasibətlərə görə yalan danışmış, onda sonuncuların bir-birinə narkotik vasitə sifariş etmələri barədə səs yazıları olmuş, həmin səs yazıları prokurora təqdim etmişdir. Kənanla bağlı prokurora şifahi formada təqdim edilmiş səs yazılarında bir nəfər “ağrıdığını” və sonuncudan narkotik vasitə almaq istədiyini bildirmişdir. Ülvünün şəxsiyyəti müəyyən edilərək üzərində narkotik vasitə saxlaması və istifadə etməsi səbəbi ilə saxlanılmalı idi, lakin Kənan saxlanılarkən Ülvün onun yanında olmadığından onlar təkcə Kənanı saxlamışlar. Ülvün Abbasovun əvvəllər keçirilmiş hər hansı əməliyyat tədbiri zamanı onlarla əməkdaşlığı olmamış, sonuncu cinayətə meyilli şəxs olduğu üçün məxfi əməkdaşlığa cəlb edilə bilən şəxslərdən olmamışdır. Ülvün Abbasovla hər hansı bir əməliyyat tədbiri zamanı aldatmaq məqsədilə telefonla danışmış ola bilər, lakin dəqiqliklə xatırlamamışdır. O, Kənan saxlanılmamışdan bir gün əvvəl “Vağzal” adlanan ərazidə Ülvün Abbasovla görüşüb sonuncuya Kənanın saxlanılması ilə bağlı köməklik göstərməsi üçün təlimat verməmiş, həmçinin taksi sifariş verdiyi vaxtı avtomobil göndərəcəyini də deməmişdir. Xatırladığı qədəri ilə Ülvünlə konkret Kənan barədə olmasa da narkotik vasitə istifadəçisi olduğundan ümumi profilaktik söhbət etmişdir. Həmçinin Ülvünə narkotik vasitələrdən uzaq olmasını demişdir. Onlar saxlanılmamışdan qabaq Kənanın hərəkət etdiyi avtomobili izləməmiş, sadəcə Kənanın hərəkətdə olması barədə məlumat daxil olmuş, bir qədər sonra məlumatın mənbəyi ilə yenidən əlaqə saxlanıldıqda mənbə X22 istiqamətində hərəkət etdiyini bildirmişdir. Onlara daxil olmuş məlumata əsasən Kənan oraya bəzi şəxslərə narkotik vasitə vermək üçün getmiş, Kənanın olduğu avtomobil marketin qarşısında dayanmışdır. Onlar da əməliyyat tədbirinin alınmayacağından ehtiyatlanıb tədbiri həyata keçirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, Ülvün avtomobildə olmamış, sonuncunun marketdə olmasını da bilməmişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Ülvün Abbasovla əlaqə saxlayıb danışmağını xatırlamamış, ümumiyyətlə o, işi ilə əlaqədar olaraq məlumat mənbələri ilə gündəlik əlaqə saxlamışdır. Saxlanılmamışdan qabaq Kənanın Ülvünlə birlikdə hərəkət etməsi barədə məlumatı olmamış, sadəcə Kənanın ağ rəngli avtomobildə hərəkətdə olması deyilmişdir. Sonuncu saxlanılan zaman orada taksi sürücüsünün olmasını da xatırlamamış, çünki onlar Kənana yaxınlaşan zaman avtomobilin qapısı açıq olmuş və sonuncu avtomobildən düşmək istəmişdir. Onlarda həmçinin Kənanın saxlanılmaması üçün özünə xəsarət yetirmə ehtimalının olması barədə məlumat olmuş, sonradan isə saxlanılan zaman Kənanın üzərində 12-13 ədəd lezva olmasını bilmişlər. +99***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. O, Ülvünə Kənanla birlikdə gedərkən taksi kimi çağırması üçün nömrə verməmiş, Kənan barəsində xeyli əməliyyat məlumatları daxil olduğundan sonuncunun saxlanılmasına kömək etmək üçün Ülvünün köməyinə ehtiyacı da olmamışdır. Kənanın saxlanıldığı gün Ülvün ona zəng etmiş ola bilər, çünki sonuncu ona tez-tez zəng edərək guya narkotik vasitə satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi üçün məlumatlar vermiş, lakin həmin məlumatlar yoxlandıqda əsassız olması üzə çıxmışdır. Kənanın saxlanıldığı əməliyyat tədbiri zamanı Ülvün özlərinin hərəkət trayektoriyası barədə ona heç bir məlumat verməmiş, onlar başqa şəxslərin köməkliyi ilə Təqsirləndirilən şəxs saxlamışlar. O, Kənan saxlanılan zaman Ülvünü orada ümumiyyətlə görməmiş, onlarda sadəcə X17 getməsi barədə məlumat olmuş, lakin vəziyyət elə alınmış ki, sonuncunu Yeni Gəncəyə çatmamış saxlamışlar. X20 Məmmədovun məsuliyyətdən yayınması üçün sonuncunu müdafiə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin QBRŞ-də sürücü polis nəfəri vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayıb şöbəyə gətirmişlər. Şəxsi axtarış zamanı sonuncunun üzərindən bir neçə bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, lakin hadisənin üzərindən xeyli vaxt keçdiyindən Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilib-edilməməsini xatırlamamışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı Şahid2 olmuş, o, sadəcə iştirakçı olmuşdur. Saxlanılarkən Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, sadəcə saxlanılmaqdan yayınmaq istəmiş, onlar isə imkan verməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmiş, sonuncunun üzərində şəxsi axtarış videoçəkilişlə aparılmış və o, şəxsi axtarışda sonadək iştirak etmişdir. Xatırladığı qədəri ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərindəki narkotik vasitəni təqdim etmişdir. O, daxil olmuş əməliyyat məlumatının məzmunu bilməmiş, Təqsirləndirilən şəxs saxlamamışdan qabaq izləyib-izləmədiklərini hadisənin üzərindən xeyli müddət keçdiyindən xatırlamamışdır. Sonuncunu təxminən Nizami küçəsində, 6 nömrəli məktəbin yaxınlığında avtomobildən düşüb mağazaya girən vaxtı saxlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs tək olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixi zorakılıq tətbiq edilməmiş, sonuncunun onlar tərəfindən döyülməsi ilə bağlı göstərdikləri yalan olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bütün şəhərdə məlumat olmuş, hətta yaşadığı yerin yaxınlığındakı şəxslər də bununla bağlı nazirliyə şikayətlər etmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyindən tarixini xatırlamadığı gün Təqsirləndirilən şəxs zəng etmişdir. Onlar narkotik vasitə götürmək üçün getmişlər. Bundan əvvəl isə polis əməkdaşları ona “sənə heç nə etməsək də, Kənanı götürəcəyik, yolda sən mağazaya getmək üçün avtomobildən düşəcəksən, biz də həmin vaxt Kənanı götürəcəyik” demişlər. Gəncə şəhər 6 nömrəli məktəbin yaxınlığındakı “Elsevər” marketin yanında o, siqaret almaq üçün avtomobildən düşmüş, geri qayıdanda isə Təqsirləndirilən şəxs polis əməkdaşları aparmış və üzərinə narkotik vasitə qoymuşlar, halbuki həmin vaxtı onların üzərində narkotik vasitə olmamışdır. İfadəsinin davamı olaraq Ülvün Abbasov bildirmişdir ki, o, tutulan günü narkotik götürməyə getmək üçün Kənana zəng etmiş, daha sonra isə sonuncugilə getmişdir. Əməliyyatçılarla etdiyi danışığa əsasən onu və Kənanı narkotik vasitə götürməyə taksi kimi BNMİ-nin QBRŞ-nin işçisi aparmalı olmuşdur. Narkotik vasitə götürməyə gedərkən Kənanla onun üzərində ümumilikdə 23-24 manat pul olmuşdur. Dalınca getdikləri narkotiki Yeni Gəncə qəsəbəsindən götürməli olmuşlar, amma dəqiq yerini bilməmişdir. Çünki narkotik vasitəni haradan götürəcəklərini Kənan danışmış, lakin o, sonuncunun kiminlə danışdığını bilməmişdir. Əməliyyatçılar ona təzyiq göstərmiş, danışıqlarına əsasən o, marketin qarşısında avtomobildən düşməli olmuş, əməliyyatçılar da Kənanı saxlamalı olmuşlar. Həmin vaxt Kənanın üzərində narkotik vasitə olmadığına əmin olduğu üçün polislərin dediyi kimi etmiş, çünki polis əməkdaşları tərəfindən Kənanın üzərinə narkotik vasitə qoyulacağını təsəvvür belə etməmişdir. O, saxlanılan zaman Kənanın üzərində narkotik vasitə olmamağından əmin olmuş, əks halda onlar narkotik vasitə götürmək üçün getməzdilər. O, marketdən çıxandan sonra Kənanın orada olmadığını görüb sonuncuya zəng etmiş, lakin telefonu götürən şəxsin səsindən Kənan olmadığını bilmiş və həmin şəxs ona “orada gözlə gəlirəm” demişdir. O, marketdən çıxdıqda artıq Kənanı aparmışlar. Bundan sonra yaşadığı əraziyə qayıtmış və Kənanın polislər tərəfindən aparılmasını dəqiqləşdirmişdir. BNMİ QBRŞ-nin Seymur adlı əməliyyatçısı Kənanı saxlamaq istəmiş, Seymur Kənanla birlikdə onu da saxlamaqla təzyiq göstərmişdir. Sonuncu dəfə əməliyyatçı Seymur Kənan saxlanılmamışdan bir gün əvvəl onu “Vağzal” tərəfdə saxlamış və avtomobilində onunla söhbət etmişdir. Söhbət əsnasında Seymur ona Kənanın yanına tez-tez getdiyini və ayda 1-2 dəfə birlikdə narkotik aldığını bildiyini, onu buraxacaqlarını, lakin Kənanı saxlayacaqlarını demişdir. Bundan sonra o, avtomobildən düşmüş və onlar ayrılmışdır. Həmin gün Seymur ona zəng edərək avtomobil göndərəcəyini və buna görə də taksi çağırıb narkotik vasitə götürməyə getdiyi zaman ona xəbər verməsini demiş, o da sonuncu ilə razılaşmışdır. Seymurun mobil nömrəsi ***-**-** olmuş, onun mobil nömrəsi isə +99***-***-**-** olmuşdur. Seymurun onun Kənanın yanına gedib-gəlməsi barədə məlumatı olduğu üçün ona Kənanla görüşdüyü vaxt ikisini də birlikdə saxlaya biləcəyini, lakin onu saxlamayacağını, sadəcə Kənanı saxlayacağını demişdir. Onun funksiyası Kənanı narkotik almağa çağırmaq və narkotik almaq olmuş, lakin Kənanı nə üçün narkotik vasitəni almamış saxladıqlarını bilməmişdir. O, Kənanla uşaqlıqdan birlikdə böyüdüyü üçün sonuncunun yanına gedib-gəlmiş, birlikdə ayda 1-2 dəfə narkotik vasitə götürüb istifadə etmişlər, Kənanla birlikdə istifadə etdiyi narkotiki bəzi vaxtlar o, bəzi vaxtlar isə Kənan tapmışdır. Narkotik vasitənin pulunu isə adama 5-10 manat qoyub ödəmişlər. O, ibtidai istintaq zamanı müstəntiqə ifadə versə də, hazırda danışdıqlarının hamısını yox, sadəcə Kənanı marketin qarşısında saxlamalarını demişdir. O, vəziyyət bu həddə çatdığı üçün indi hər şeyi danışmaq qərara gəlmişdir. Əməliyyatçılar əvvəlcədən Kənanı saxlayıb, onu buraxacaqlarını deyərək təzyiq göstərdikləri üçün Kənana zəng edib narkotik vasitə lazım olduğunu demiş, birlikdə “Elsevər” marketin qarşısına getməklərini və sonuncunun saxlanılmasını təşkil etmişdir. Hadisə günü Kənana zəng edib narkotik vasitəyə ehtiyacı olduğunu demiş, Kənan isə təşkil edəcəyini bildirmişdir. Narkotik vasitəni almaq üçün adama 10 manat pul qoymuşlar. Narkotik vasitəni götürmək üçün taksi kimi çağırdığı BNMİ-nin QBRŞ-nin avtomobili ilə getmişlər. Əməliyyatçı Seymur ona bir nömrə vermiş və narkotik vasitə götürmək üçün gedəndə taksi kimi həmin nömrəni çağırmasını demişdir. Seymurun ona verdiyi mobil nömrə yadında qalmamış, həmin nömrəni öz mobil nömrəsindən yığmışdır. Zəng etdiyi nömrə hər hansı taksi şirkətinə məxsus olmamış, birbaşa BNMİ-nin QBRŞ-nin əməkdaşının olmuşdur. Zəngi əsasında gəlmiş avtomobilin marka və qeydiyyat nişanını da xatırlamamış, sadəcə rənginin ağ olması yadında qalmışdır. Ağ rəngli avtomobilin sürücüsü 38-40 yaşlı bir oğlan olmuşdur. O, narkotik vasitə götürmək üçün getdiyi gün bu barədə Seymura zəng edib məlumat vermişdir. Narkotik vasitə alacağı şəxslə əlaqə saxlamışlar, lakin narkotik vasitəni götürməmiş Kənanı tutmuşlar. Ona görə də Seymurun onların narkotik vasitə götürməyə getməsi barədə məlumatı olmuşdur. Seymur Kənanı narkotik vasitə götürən zaman da saxlaya bilərdi, lakin Seymur onların mağazaya gedəcəklərini bilməmişdir. Taksi çağırmamışdan qabaq Seymura zəng edib narkotik vasitə götürməyə gedəcəklərini demişdir. Seymur adlı əməliyyatçı Kənanı saxlamalarına kömək etməyəcəyi halda onu da saxlayacaqlarını dediyi üçün o, məcbur olub polislərə kömək etmişdir. X4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Ülvün Abbasov həmin ifadəsində göstərmişdir ki, o, əvvəllər kokos adlanan narkotik vasitə istifadə etmişdir. 22 dekabr 2022-ci il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri Tekstilni adlanan yerdə görüşmüş və görüş zamanı sonuncuya narkotik vasitə tapmaqda ona köməklik edə bilib-bilməməsini demişdir. Kənan da ona köməklik edəcəyini bildirdiyi üçün o, taksi çağırmışdır. Kənan taksidə olan zaman sürücüdən Yeni Gəncəyə sürməyini istəmişdir. Onlar Nizami prospektində yerləşən “Elsevər” marketin qarşısında olan zaman Kənan siqaret almağını istədiyi üçün o, marketə girmişdir. Marketdən çıxan zaman nə Kənanın, nə də ki, taksinin orada olmadığnı görmüşdür. Bundan sonra o, Kənana zəng vurmuş, sonuncu da ona həmin yerdə gözləməsini və gələcəyini demişdir. Təxminən 20 dəqiqə gözləmiş, lakin Kənan gəlmədiyi üçün o, sonuncunun yaşadığı evin yanına getmişdir. Kənan zəng etdikdə mobil telefon nömrəsinə zəng çatmamışdır. Həmin gün axşam saatlarında binanın qarşısında olan şəxslərin söhbətindən Kənanın polis tərəfindən tutulduğunu anlanmışdır. O, qaçmamış, sadəcə Kənan tutulan zaman marketdə olmuşdur. Əvvəllər 1 dəfə də Kənandan ona narkotik vasitə əldə etməkdə köməklik etməyini istəmiş, Kənan da üzərində olan narkotik vasitə kokosdan 10 manat qarşılığında 1 dəfə istifadə üçün vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Ülvün Abbasov bildirmişdir ki, o, Kənana pul verib narkotik vasitə almamış, sadəcə sonuncu ilə birlikdə pul qoyub narkotik almışdır. Kənan saxlanıldığı gün o, Seymurla telefonla danışdığı üçün sonuncunun onların arxasınca gəldiyini bilmişdir. “Vağzal” ərazisində Seymurla görüşmüş və sonuncu ona “düz-qoş elə Kənan gedib narkotiki götürsün” demişdir. Kənan saxlanılmamışdan qabaq hərəkətdə olduqları taksini o, çağırmış, amma həmin taksinin nömrəsini Seymur ona vermişdir. O, həmin taksi sürücüsünü tanımamışdır. O, Seymurun taksi kimi çağırması üçün verdiyi nömrəyə zəng edib ad çəkməmiş, sadəcə onları gəlib götürəcəyi ünvanı demişdir. Taksiyə mindikdən sonra kiməsə gedəcəkləri yer barədə də məlumat verməmiş, lakin Seymur onların hara gedəcəyini bilmişdir. Kənanın saxlanılması barədə bütün məsələləri əvvəlcədən Seymur ilə telefonda danışmış, həmn vaxtı istifadəsində +99***-***-**-** mobil nömrə olmuş, Seymurla aralarında Kənanın tutulmasına köməklik etməyəcəyi təqdirdə onu tutacaqları barədə söhbət olmamışdır. O, özünün tutulmasından qorxaraq Seymura Kənanın tutulması üçün kömək edib sonuncunu satmışdır. O, Seymurla həm Kənanın saxlanıldığı gün, həm də bundan əvvəlki gün mütəmadi əlaqədə olmuşdur. Kənan saxlanıldığı gün o, Seymurla telefonla danışmış, telefonda sonuncuya Kənanla narkotik götürməyə getdiyini demişdir. Seymurun da məlumatı olmuş ki, o, mağazaya düşəndən bir qədər sonra Kənanı saxlamışlar. Kənanla getməsi barədə məlumatı açıq nömrə ilə Seymura o, ötürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin rəisi (məhkəmə-tibb eksperti) X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsini aparmaqla xx.xx.2024-cü il tarixli rəy vermişdir. Təqsirləndirilən şəxs müayinə edərkən bu barədə kitabda müvafiq qeydlər aparmışdır. Rəyin nəticə hissəsində qeyd etdiklərinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər onun saxlanılmasından, yəni xx.xx.2022-ci il tarixdən əvvələ uyğun gəlmişdir. Onun gündəlik iş saatı 09:00-dan 15:00-a dək olmuş və o, Təqsirləndirilən şəxs məhz həmin müddət daxilində müayinə etmişdir. Sıyrıq xəsarətlərinin sağalma müddəti onun üzərindəki qartmağın vəziyyətinə əsasən müəyyən edilmiş, sıyrıq xəsarəti alınan vaxtdan 3 gündən 6 gün müddətədək qartmaq dəri səthindən yuxarı qalxmış və Təqsirləndirilən şəxs müayinəsi zamanı bu xarici əlamətlərə əsasən xəsarətin yaranma müddətinin 3-6 günə uyğun gəldiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindəki sıyrıq xəsarəti nəticəsində yaranmış qartmaq dəri səviyyəsində olmadığı üçün müayinədən 2 gün əvvəl yarana bilməzdi. O, Təqsirləndirilən şəxs müayinə edən zaman sonuncunun xəsarətləri hansı şəraitdə almasını deməsini xatırlamamış, lakin bu barədə Təqsirləndirilən şəxs nə bildirmişsə o, bu barədə rəydə qeyd etmişdir. Onun vəzifəsi sadəcə şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətin hansı tarixə uyğun gəlməsini müəyyən etməkdən ibarət olmuşdur. Əgər müayinə zamanı Təqsirləndirilən şəxs dırnaqlarının çıxarıldığını müəyyən etmiş olsa idi o, bu barədə rəydə qeyd etmiş olardı. Dırnaqlar çıxarıldıqdan sonra 1-2 saat müddətində şəxsin bunu büruzə verməməsi mümkün deyildir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1402 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd metal qabda və bir ədəd kibrit qutusunda olan 6 ədəd bükümdə narkotik vasitə heroinə, həmin kibrit qutusunda olan 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kiçik ölçülü metal qabda və 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyində, 4 (dörd) ədəd qızılı rəngli, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 4,686 qram, 0,292 qram, 0,163 qram,, 0,186 qram, 0,110 qram və 0,187 qram olmaqla, ümumi təmiz çəkisi 6,696 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2) Yuxarıda qeyd olunan kibrit qutusunun içərisindəki 3 (üç) ədəd qızılı rəngli kağız bükümlərdə və 1 (bir) ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,121 qram, 0,876 qram və 0,582 qram olmaqla, ümumi təmiz çəkisi 1,977 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 4) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 5) Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir; 6) Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 6,696 qr., tədqiqata sərf edildi - 0,35 qr., qalıq – 6,346 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 1,977 qr., tədqiqata sərf edildi – 0,2 qr., qalıq – 1,777 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X9 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 52 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman emosional davamsız pozuntusu, özünü təkrarı kəsmələrlə XBT-10 (psixi və davranış poxuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1207 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 2249 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol baldır nahiyəsinin səthi yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 3-6 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 20:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 mart 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd “Realfone” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd qara rəngli pul qabını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd metal qutunu və bir ədəd kibrit qutunu çıxarıb otaqdakı masanın üzərinə qoyaraq kibrit qutusunun və metal qutunun içərisindəki kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisinə baxış keçirdikdə qutunun içərisindən 10 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdən 6 ədədində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə, 4 ədədində isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Bir ədəd metal qutunun içərisinə baxış keçirdikdə isə ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər maddə olan 6 ədəd büküm və bir ədəd metal qutu elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 12,34 qram təşkil etməsi müəyyən edilmişdir. İçərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 4 ədəd büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1,85 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirdikdə içərisindən 19 manat pul, eManat pul terminalından ödənilmiş ödəniş qəbzi, 1 (bir) ədəd Umico, 1 (bir) ədəd Albalı, 1 (bir) ədəd Tamkart, 1 (bir) ədəd "xxxx" ASC-yə məxsus, 1 (bir) ədəd tibbi, 1 (bir) ədəd "xxxx" ASC-yə məxsus, 1 (bir) ədəd LeoBank, 1 (bir) ədəd İstanbul kartları aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd metal qutuda və bir ədəd kibrit qutusundakı içərisində narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin olan bükümləri tutulan gün Gəncə şəhəri, Sovxoz Nizami adlı ərazidə tanımadığı şəxsdən hər birinin yarım qramını 30 manata aldığını, həmin kütlələri tanışları ilə birlikdə istifadə etmək məqsədi ilə üzərində saxladığını, vaxt itkisinin qarşısını almaq məqsədi ilə tanışlarının onun kartına pul göndərdiyini və özünün gedib narkotik vasitə aldığını, daha sonra həmin narkotik vasitəni tanışları ilə birlikdə istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə saat 18:06-da eManat pul terminalından ödənilmiş 30 manata dair ödəniş qəbzinin ona məxsus olduğunu, həmin pulu narkotik vasitə götürmək üçün bir-iki gün əvvəl dostunun adını bilmədiyi tanışının ödədiyini, həmin pula götürdüyü narkotik vasitəni xəstə olduğu üçün tanışları ilə birlikdə istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılığa yol verilmədiyini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, sadəcə tanışları ilə birlikdə istifadə etmək üçün üzərində saxladığını, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş pul qabı, 19 manat pul və 1 (bir) ədəd tibbi kart iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş özündə telefon danışıqlarına dair məlumatları əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin nömrəsindən müxtəlif mobil nömrələrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dəlalət edən aşağıdakı məzmunda mesajların göndərilməsi aşkar edilmişdir: xx.xx.2022-ci il tarixdə saat 14:58:47-də +**********21 mobil nömrəyə “qaqa varindisa ma brez pati vere bilersen men sa brezden qaytarim uwax var pulunu almiwam yola salim getsin onu telesir”; xx.xx.2022-ci il tarixdə saat 18:43:24-də +**********37 mobil nömrəyə “qaqaw pis vezyetdeyem komey ele o gun sen menim usdume geldin komey ele dedin vezyetim pisdi dedin sa komey eledim el tutdum indide menim komeye etyacim var ma 1 cet pati lazimdi adam var ona vermeliyem borcum var catirmaliyam soyuw soymuwem catirmasam qan duwecey pirablem olajax qaqaw sen ananin cani komey ele”; xx.xx.2022-ci il tarixdə saat 18:14:22-də +**********21 mobil nömrəyə “kenan patin var ayqa bide uwax var onun pulu var brez onu aparmaxa gelem”; xx.xx.2022-ci il tarixdə saat 10:33:05-də +**********51 mobil nömrəyə “rus salam ne var ne yox pati etyac olsa xeber ele sa qrami 40 manata pirosda ki heckim bilmesin”; xx.xx.2022-ci il tarixdə saat 18:21:24-də +**********30 mobil nömrəyə “rafik tema minadi yarimi 30 manatdi irosda 03 yarim gelir pataloku geliwi budu isdesen de pirosda tema qup quru qap qara mina temadi senol”; xx.xx.2022-ci il tarixdə saat 18:48:00-da +**********30 mobil nömrəyə “rafik ozum sa bawdan kurs qoyuramki sora pirablem yaranmasin aramizda temaya sobet yoxdu yene deyirem pirosda ceki 03 yarim gelim pataloku rafik”; xx.xx.2022-ci il tarixdə saat 18:51:22-də +**********30 mobil nömrəyə “rafik ceki temiz ceki gelmir qardawim puludaki 30 manatdi pirosda tema super temadi diye bizde onan goturuk 2 3 gun cetiniy var sebiri ol yaxwi olacax cetiniymiz kutarajax tema elimizde olajax her 2 sinen ter temiz ceki qiymetdeki 25 manat olajax yaxwi olajax heleki bu kanalnan qidalanax yaxwi olacax qewey kanaldi rafik ras ras deyirem ozde gozde sobeti yoxdu”; xx.xx.2022-ci il tarixdə saat 14:35:00-da +**********26 mobil nömrəyə “ilkin pati emele gelir menim kanalimda senol”; xx.xx.2022-ci il tarixdə saat 10:30:57-də +**********30 mobil nömrəyə “rafik bu bakidaki kanal yoxdumu sa dedimki pul vurmuwux xeber gozduyuruk xeber geldi cixdim getdim opwu kuruqom bekom 20 qram tema atilmaliydi baysi s……m de atif 15 qram gordum tema elime az deyir qaldim qirila qirila temani s……m narmalni az oldu diye berk s… bilmedim bawa duwusenmi tezden konumu yoluyana yazdim dedim bunun cekileri nedi duz atilmiyif ma dediki qardaw baciynan daniwacam onu men onan daniwmiwam nagarmiwam dedim yaxwi oldu kimdi e orda dayanan gozduyen piramoy afdovaxzal gence qirijonu orda durmaxmi olar rafik nedi nedi 5 qram eysiy atilif senol drewerdim qardaw cani hardan gotumuwem tulyardim ora weklinide cekerdim deyerdim gelin zivilnizi goturun temani duz atin e am….x yixini bilet rafik ozumde berk agriyiram senol gozume o gorsenmirdi dana cixdim geldim indi onu demey isdiyiremki ay qardaw buda ma dediki samir olarmi 1 qram kola verim yarida pati ordaki 5 qramizi goturende 2 qramda ordan goturersen dedim no pirablem temaninda usdunen s…….m tolka tokuf vurmuwam agali yoxsa sa qret eliyejiydim rafik qaqa cani”; xx.xx.2022-ci il tarixdə saat 10:33:08-də +**********21 mobil nömrəyə “gor ne deyirem cetnen tema isdeseler denen verek dana qaqa pul para yoxdu dana rasxodumuzu cixardax arvadan yari goturek vurax cete verek dana isdiyen olanda kenan”; xx.xx.2022-ci il tarixdə saat 10:50:53-də +**********00 mobil nömrəyə “eli salam ne var ne yox bu salxoz terefdeki kanalimda tema var 2 sinende kolasi da patisida superdi senol dedim kurs qoyum sende deyifsen ora biznen”; xx.xx.2022-ci il tarixdə saat 11:46:17-də +**********24 mobil nömrəyə “rewqa salam aleykum nagarisan neynisen haralardasan rewqa biden agriyarsan yetim fikirlewersenki orda tolka yari olur bele cetnende deymey olur tentiyersen edersen vezyet pis olar de ezyetini cekerem sen yaxwi qaqasan”; xx.xx.2022-ci il tarixdə saat 16:28:51-də +**********21 mobil nömrəyə “pati yoxdu beyax axirincini rewada verdim goturdum”; xx.xx.2022-ci il tarixdə saat 06:05:01-də +**********33 mobil nömrəyə “samka mene qaranix qalan bilisen nedi sen menen temani goturdun cixdin getdin 3 saatdan sora meni yixdin ki agali bu tema hecnedi zay temadi samka sa nece saatdan sora catdiki tema yaxwi tema doy bu temadan senin tanidixin oglanar var samka yari goturuluf bu temadan demey olarki senin tanidixin oglanarin ekseryeti eliyif bir nefer yixib bu zaydi sozunu demiyifdi eksine yixiblarki beyaxki patidan gotumey olar samka samuxda qalan eliwqani taniyarsan yagin seher seher saat 5 de meni yixibki ma verdiyin patidan imini onan deymek olar”; xx.xx.2022-ci il tarixdə saat 06:28:40-da +**********49 mobil nömrəyə “samka yalan deyen oglanin bixini s….m bu temadan hardasa 6-7 qram olmaliydi kanalda 3-4 gune yoxa cixdi 1 dene oglan ne gelmiyif narazilix elesin nede ki zey vuran olmuyuf o temaya gore eksine terifliyifler o temani sende deyisenki kayfini danan q…h..e olar duzdumu samka senen qabax bu patidan beke 10 dene oglana verilif ancax bidene sen hecnedi deyisen samka camahat duruf bakidan bura pati gotumeye gelir camahat bakiya gedir a kiwi tema gotumeye samka hardasanki dur ge eve”; xx.xx.2022-ci il tarixdə saat 06:35:55-də +**********49 mobil nömrəyə “samka men bilisen neye mehetel qalmiwam senin bidene xasyetin var sen tema goturufsen acisan tokusen tema elemek ucun brez kecir pati cekisen sakitce duz 3 saatdan sora yixib kurs qoyusanki ay samir bu tema hecnedi zaydi ma bilisenmi ne deyirler samka senen qabax necedene oglana gotumuwem vermiwem hamsi gelir caxirmiwam bura gorey bu nedi bele weymi olar a kiwi sobet 20 manatdix patidan getmir agali burda sobet duzgunlukden gedir burda sobet o temadan isdifade eden oglanardan sobet gedir 3-4 dene oglan gelif samka bura senen qabax yani bu gun bulara goturuluf verilifdi hamsi 1 nefer kimi deyirki pati super patidi”; xx.xx.2022-ci il tarixdə saat 12:23:59-də +**********39 mobil nömrəyə “sedi marax ele gor varsa kola var mende partel elemey olar kuceli elbe el”; xx.xx.2022-ci il tarixdə saat 12:25:45-də +**********39 mobil nömrəyə “bideki senin ozune kola pati lazim olsa de yarida gotumey olur cetnende gotumey olur gozdemek sobeti yoxdu senol geldin ras ras goruwduk cixdin getdin temadaki 2 side kacisdivasi superdi qaqa cani”; xx.xx.2022-ci il tarixdə saat 22:09:32-də +**********45 mobil nömrəyə “qaqa pati hazir kola gelir mawnda gozleyrem”; xx.xx.2022-ci il tarixdə saat 17:21:51-də +**********61 mobil nömrəyə “razi senol sa deyien narahat olma senin temani men verecem”; xx.xx.2022-ci il tarixdə saat 16:20:31-də +**********71 mobil nömrəyə “qaldi temiya bir sata senin teman catacax”; xx.xx.2022-ci il tarixdə saat 18:37:14-də +**********21 mobil nömrəyə “ay qeh….n balasi bes men baxmanan ona gore gelem sa kola verim”. Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: xx.xx.2022-ci il tarixdə saat 18:55:20-də +**********98 mobil nömrədən “Ayqa mene 10luq düzelt 10 15 deyqeye gelirem bu catmadı blet”; xx.xx.2022-ci il tarixdə saat 12:17:49-da +**********11 mobil nömrədən “gаlиpм баxм 20 ни kечан даfаkи kими oлацаkcа gалмйм”; xx.xx.2022-ci il tarixdə saat 21:07:26-da +**********98 mobil nömrədən “Ay yetim böyük bir sehv etmiwem neolar qardawına yardım ele qadanalım döze bilmedim malı vurdum vurdum mene 10 manatlıq bir şey salıya bilersen? Bıdeki vatcapa bax”; xx.xx.2022-ci il tarixdə saat 02:19:02-də +**********72 mobil nömrədən “Pati isdemrem”; xx.xx.2022-ci il tarixdə saat 18:51:04-də +**********21 mobil nömrədən “Ay kenan naxayrax deyisen men tema elemek isdiyrem”; xx.xx.2022-ci il tarixdə saat 18:36:12-də +**********21 mobil nömrədən “Kolan var”; xx.xx.2022-ci il tarixdə saat 20:41:56-da +**********79 mobil nömrədən “Qaqa 10 manatlix agarti var pati?”; xx.xx.2022-ci il tarixdə saat 02:01:36-da +**********71 mobil nömrədən “Kenan bu patidansada yolna qoy senol pulum yoxduki gotrem..kolada bu nedi e toz veribsen 4 tusduye s…..i 10 man kola yolna qoy yeke kiwisen bide saat 8 de mawin sende olacaq ma hesini yoxsunu denen sende olacaqsa 100 150 klo demirim var gedek onu gotrek verek 60.70 manat pul edir”; xx.xx.2022-ci il tarixdə saat 06:55:56-da +**********02 mobil nömrədən “qaqa senin bawina donum qardawini bidene bu palajenyadan cixart bilirsen ki qaqan evezinden cixajax qiz zad var yanimda berk lomkacilixdi imkan var ma biraz kola ver dana brat bawina donum”; Təqsirləndirilən şəxs istifadəsində olmuş +99499858-20-21 mobil nömrəsinə aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: xx.xx.2022-ci il tarixdə saat 21:51:52-də +**********71 mobil nömrədən “Pesı nagaaarsann elım 04 kola var kımme verek etmırem men senol”; xx.xx.2022-ci il tarixdə saat 22:40:12-də +**********71 mobil nömrədən “Aye gorub niye acmisan zengimi agriyram senol kolan varsa azmaz ver”; xx.xx.2022-ci il tarixdə saat 19:31:02-də +**********21 mobil nömrədən “Kenan beyax qapida sa demedimi ma brez pati ver dedin gotur nece gundi patiya yaxin getmirem elimide vurmurdum durduxum yerde elimnen duwdu conbelmiwdim mende tapa bilmedim varindisa ma bidene balaca daw ver”; xx.xx.2022-ci il tarixdə saat 00:46:57-də +**********00 mobil nömrədən “Mende pati var kakosdan deyweh ?”; xx.xx.2022-ci il tarixdə saat 23:59:09-də +**********00 mobil nömərədn “Qaqa acda si….miwini camahat xeber gozduyur alinir 10 pati?”; xx.xx.2022-ci il tarixdə saat 01:42:12-də +**********00 mobil nömrədən “Qaqa bugun sa soz dedim menim anami bakccelin muduru si….r acda bir bu ici si…….mi beke oldururler meni 10 lux tema lazimdi pati”; xx.xx.2022-ci il tarixdə saat 02:20:49-da +**********00 mobil nömrədən “Qaqa cavab de ma yari kola lazimdi 10 pati?”; xx.xx.2022-ci il tarixdə saat 06:47:56-da +**********20 mobil nömrədən “Ay kenen urim pati isteyir”; xx.xx.2022-ci il tarixdə saat 17:53:32-də +**********12 mobil nömrədən “Agali 10 manat var 1 qram kola goturey”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcısı olan diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə Əli Cəfərovun adına olan "xxxx" ASC-yə məxsus 4127-2093-0030-2632 nömrəli kartdan 12 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan həmin banka məxsus 4127-2093-0847-5992 nömrəli karta küçürülmüşdür. Qeyd edilən haldan başqa "xxxx" ASC tərəfindən təqdim olunmuş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Realfone” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd eManat pul terminalından ödənilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə baxış zamanı yazılar silindiyi üçün həmin ödənişin hansı hesaba ödənildiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcısı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-d’ olan 5103- 0714-2899-9094 nömrəli plastik kart 2022-ci ilin dekabr ayında istifadə edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd diskə baxış zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Xaqani oğlunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində iş üzrə şahid qismində dindirilmiş X4 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən zəng daxil olması, eləcə də Şahid2 tərəfindən Ülvün Abbasova qeyd edilən müddət ərzində zəng olunması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Xaqani oğlunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Xaqani oğlunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Xaqani oğlunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsində yolun kənarında saxlanılaraq BNMİ-nin QBRŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə üzərində saxlamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini, eləcə də Əli Cəfərovun, Ülvün, Ruslan və Solmaz adlı şəxslərin ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin sahiblərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Gəncə Şəhər Məhkəməsinin 1(043)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(043)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 1(043)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5 və 7-ci bəndləri tətbiq edilməklə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğunu qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 06 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sol ayağının baldır nahiyəsinin iç səthində qançırın aşkar edilməsi ilə bağlı istintaq təcridxanasından verilmiş məlumat əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Gəncə şəhər prokurorunun köməkçisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,346 qram narkotik vasitə olan heroin və 1,777 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC-dən təqdim olunmuş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarının vəziyyətinə və bank əməliyyatlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində - sol baldırın aşağı nahiyəsinin iç səthində göy-bənövşəyi qançır aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində BNMİ-nin QBRŞ-də əməliyyat işi açılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, +99***-***-**-** mobil nömrə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, +99***-***-**-** mobil nömrə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin 4(030)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-nin İstintaq qrupunun icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 19 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi X14 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Daşkəsən rayon prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, 19 iyul 2024-cü il tarixdə saat 11 radələrində təkrar satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halda xeyli miqdarda, yəni 9,30 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda, yəni 158,172 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıdığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək barəsində olan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, həmin maddələri onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılığa yol verdiklərini, onu beşbarmaqla döydüklərini, dırnaqlarını çıxardıqlarını, ona görə də ibtidai istintaq zamanı məcbur qalaq polis əməkdaşlarının onun üzərinə qoyduqları bir neçə bükümdə narkotik vasitə ilə psixotrop maddəni şəxsi axtarış zamanı videoçəkiliş altında özünə məxsus olduğunu etiraf etdiyini və digər ilkin sənədlərə imza etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini, 22 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Nizami küçəsində yolun kənarında olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, polis şöbəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 6 ədəd bükümdə və 1 ədəd metal qutudakı narkotik vasitə olan heroinlə 4 bükümdə olan psixotrop maddə metamfetaminin hər birinin yarım qramını 30 manata tanımadığı şəxsdən Gəncə şəhəri, Sovxoz Nizami adlı ərazidə aldığını, həmin kütlələri özünün istifadəsi, eləcə də tanıdığı şəxslərə satmaq məqsədi ilə üzərində gəzdirdiyini, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, fiziki zorakılıq göstərilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs sözügedən izahatında saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verildiyini, eləcə də üzərinə narkotik vasitə ilə psixotrop maddə qoyulduğunu göstərməmişdir. Qeyd edilən izahat Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə izahatın sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatını oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoluna əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş bir ədəd metal qutuda və bir ədəd kibrit qutusundakı içərisində narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin olan bükümləri tutulan gün Gəncə şəhəri, Sovxoz Nizami adlı ərazidə tanımadığı şəxsdən hər birinin yarım qramını 30 manata aldığını, həmin kütlələri tanışları ilə birlikdə istifadə etmək məqsədi ilə üzərində saxladığını, vaxt itkisinin qarşısını almaq məqsədi ilə tanışlarının onun kartına pul göndərdiyini və özünün gedib narkotik vasitə aldığını, daha sonra həmin narkotik vasitəni tanışları ilə birlikdə istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə saat 18:06-da eManat pul terminalından ödənilmiş 30 manata dair ödəniş qəbzinin ona məxsus olduğunu, həmin pulu narkotik vasitə götürmək üçün bir-iki gün əvvəl dostunun adını bilmədiyi tanışının ödədiyini, həmin pula götürdüyü narkotik vasitəni xəstə olduğu üçün tanışları ilə birlikdə istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılığa yol verilmədiyni, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, sadəcə tanışları ilə birlikdə istifadə etmək üçün üzərində saxladığını, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində, baş nahiyəsində, əllərində və dırnaq falanqalarında xəsarət və ya zədə izlərinin olması, xüsusilə dırnaqlarının çıxarılması, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs sərbəst formada hərəkət edərək baş nahiyəsində iddia etdiyi kimi beşbarmaq, yəni “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olmaqla soyuq silah hesab edilən həmin zərbə-dağıdıcı təsirli əşya nəticəsində əmələ gəlməyə xarakterik xəsarətin olmasını heç bir hərəkəti ilə büruzə vermədən, yəni ən azından çəkiliş zamanı heç olmasa bir dəfə də olsun əlləri ilə baş nahiyəsinə toxunması, habelə beşbarmaqla xəsarət alan və dırnaqları çıxarılan şəxsə xarakterik (həmin xəsarətlər nəticəsində əmələ gələn ağrının nəticəsi olaraq) üz mimikasının hərəkətləri ilə bunu aşkara çıxarması öz təsdiqini tapmır. Bunun əvəzinə isə Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 Xaqani oğlu və Şahid1 ifadələrində saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə və psixotrop maddə qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və sonuncunun həmin bükümləri tutulan gün hər birinin yarım qramını 30 manata tanımadığı şəxsdən Gəncə şəhəri, Sovxoz Nizami adlı ərazidə aldığını, həmin kütlələri özünün istifadəsi, eləcə də tanıdığı şəxslərə satmaq məqsədi ilə üzərində gəzdirdiyini etiraf etdiyini göstərmişlər. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə münasibət bildirərkən şübhəli şəxs qismində saxlanılarkən üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və satmaq niyyətinin olmadığını qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Habelə iş materiallarında olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçinin vəsatətinin rədd edilməsi haqqında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu rezin dəyənəklə döydüklərini göstərmişdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqında tamamilə ziddiyyətli ifadə verərək polis əməkdaşlarının onu beşbarmaqla vurduqlarını və dırnaqlarını çıxardıqlarını göstərmişdir. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1207 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinədən keçərkən həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq 3-4 ildir narkotik vasitəni dəri altına vurduğunu, aşkar edilən narkotik vasitəni də tapdığını göstərmişdir. Eləcə də həmin rəyin təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs verilən suallara xüsusi həssaslıqla yanaşaraq bəzi suallardan yayınmağa, yalan danışmağa və bacardığı qədəri ilə öz xəstəliyini gizlətməyə cəhd etməyə meyilli olması göstərilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2249 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş sol baldır nahiyəsinin səthi yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 3-6 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi xx.xx.2022-ci il tarixdə aparılmışdır. Məhkəmə-tibbi müayinəsinin apardıldığı tarixdən təqsirləndirilən şəxsin xeyrinə olan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən 3 (üç) gün, yəni 72 saat geriyə hesabladıqda (təqsirləndirilən şəxsin xeyrinə olan ən son müddət - xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçdiyi gün saat 23:59-dan etibarən 72 saat geriyə hesabladıqda belə) Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş səthi yaranın xx.xx.2022-ci il tarixdə deyil, məhz xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi öz təsdiqini tapır. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 2249 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs nə baş nahiyəsində, nə də ki dırnaq falanqasında xəsarətlərin olması da öz təsdiqini tapmamışdır. Həmin rəylə bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş məhkəmətibb eksperti X5 ifadəsində Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin sonuncunun saxlanılmasından, yəni xx.xx.2022-ci il tarixdən əvvələ uyğun gəldiyini, onun gündəlik iş saatının 09:00-dan 15:00-adək olduğunu, Təqsirləndirilən şəxs məhz həmin müddət daxilində müayinə etdiyini, sıyrıq xəsarətlərinin sağalma müddəti onun üzərindəki qartmağın vəziyyətinə əsasən müəyyən edildiyini, sıyrıq xəsarəti alınan vaxtdan 3 gündən 6 gün müddətədək qartmağın dəri səthindən yuxarı qalxdığını və Təqsirləndirilən şəxs müayinəsi zamanı bu xarici əlamətlərə əsasən xəsarətin yaranma müddətinin 3-6 günə uyğun gəldiyini qeyd etdiyini, Təqsirləndirilən şəxs üzərindəki sıyrıq xəsarəti nəticəsində yaranmış qartmağın dəri səviyyəsində olmadığı üçün müayinədən 2 gün əvvəl yarana bilməsinin mümkün olmadığını, müayinə zamanı Təqsirləndirilən şəxs dırnaqlarının çıxarılmasını müşahidə etmədiyini, dırnaqlar çıxarıldıqdan sonra 1-2 saat müddətində şəxsin bunu büruzə verməməsinin mümkün olmadığını göstərmişdir. Hətta Gəncə şəhər prokurorluğunun icraatında olmuş 06 C-23 nömrəli ilkin yoxlama materialında olan Gəncə şəhər BPİ-nin MSY-nin əməkdaşları tərəfindən tərtib edilmiş və Təqsirləndirilən şəxs tərəfindən də imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs sol baldır nahiyəsinin səthi yarasını tutulmamışdan bir gün qabaq evdə olarkən ayağının taxtaya dəyməsi nəticəsində aldığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də ilk növbədə şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkiliş və məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlər ilə onun bədəni üzərində tutulduğunu günə, yəni xx.xx.2022-ci il tarixə uyğun gələn xəsarətin olması öz təsdiqini tapmamışdır. Müdafiə tərəfi də Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol baldır nahiyəsinin səthi yarasının məhz polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş fiziki zorakılıq nəticəsində əmələ gəlməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Dolayısı ilə müdafiə tərəfi məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş səthi yaranın onun məhkəmə-tibbi müayinəsindən 3-6 gün günə uyğun gəlməsini təkzib edə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Habelə məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmə istintaqında olduğu kimi eyni vəkil, yəni Müdafiəçi olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin 2 saylı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2022-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində polis əməkdaşı Şahid2 Xaqani oğlunun onu tutmaqla hədələdiyini, hadisə günündən bir gün qabaq onunla görüşdüyünü və Təqsirləndirilən şəxs narkotik vasitə almağa təhrik etməsini xahiş etdiyini, hadisə günü də Şahid2 onunla mütəmadi telefon əlaqəsində olduğunu, sifariş etdiyi taksi sürücüsünü Şahid2 adamı olduğunu və həmin sürücünün nömrəsini ona Şahid2 verdiyini, özünün tutulmasından qorxaraq Şahid2 Təqsirləndirilən şəxs tutulması üçün kömək edib sonuncunu satdığını göstərmişdir. Məhkəmə tərkibi şahid X10 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində X20 Məmmədovun xx.xx.2022-cü il tarixdə ilkin izahatında göstərdiyi xüsusatları təsdiq edərək, həm özünə, həm də Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verildiyini göstərməmişdir. X19 həmin ifadəsində əvvəllər bir dəfə Təqsirləndirilən şəxs 10 manat qarşılığında ona istifadəsi üçün narkotik vasitə heroin verdiyini təsdiq etmişdir. X16 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşı Şahid2la əlaqəsinin olmasını, hadisə günündən bir gün qabaq sonuncunun onunla görüşdüyünü və Təqsirləndirilən şəxs narkotik vasitə almağa təhrik etməsini xahiş etdiyini, hadisə günü də Şahid2 onunla mütəmadi telefon əlaqəsində olduğunu göstərsə də, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd diskə baxış zamanı Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Ülvün Abbasovun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsindən zəng daxil olması, eləcə də Şahid2 tərəfindən Ülvün Abbasova qeyd edilən müddət ərzində zəng olunması öz təsdiqini tapmamışdır. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Ülvün Abbasovun istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunması da öz təsdiqini tapmamışdır. Göründüyü kimi Ülvün Abbasovun ifadəsində polis əməkdaşı Şahid2 onu tutmaqla hədələməsini, eləcə də hadisə günündən bir gün qabaq sonuncunun onunla görüşdüyünü və Təqsirləndirilən şəxs narkotik vasitə almağa təhrik etməsini xahiş etdiyini, hadisə günü də sonuncunun onunla mütəmadi telefon əlaqəsində olduğunu göstərməsi xüsusatları iş materiallarında olan həm "xxxx" MMC, həm də ki "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatlarla tam olaraq təkzib olunmuşdur. Müdafiə tərəfi də Ülvün Abbasovun məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi şahid X4 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, məhkəmə istintaqı zamanı ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Ülvün Abbasovun məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, təqsirləndirlən şəxsin lehinə olmaqla onun cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə ifadə verdiyini sübut edir. Belə olan halda məhkəmə tərkibi şahid X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təqsirləndirlən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkiliş ilə, eləcə də "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair məlumatlarla qarşılıqlı formada müqayisə edib, o cümlədən həmin ifadəni iş materiallarında olan istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, şahid X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ittihamın həllində əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinin dispozisiyasına əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməli sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən, bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş X10 barəsində materiallar onun əməllərinə hüquqi qiymət verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci və xx.xx.2023ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından, eləcə də fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci və xx.xx.2023-ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; heroin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 16/1402 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin çəkisi 1,977 qram olmaqla xeyli miqdar olmasa da heroinin ümumi təmiz çəkisi 6,696 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən iki növ, yəni narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, heroinin çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş külli miqdarının aşağı həddindən 3,5 dəfə çox olması, heroinin çəkilib 6 ədəd bağlamaya və bir ədəd metal qutuya yığılması, o cümlədən metamfetaminin çəkilib 4 ədəd bağlamaya yığılması, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı psixotrop maddə olan metamfetaminin aşkar edilməsinə baxmayaraq onun məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkməməsi, istifadəsində olmuş hər iki mobil nömrəyə dair məlumatlara baxdıqda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dəlalət edən mesajların aşkar edilməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə ilə psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasiləsiz və davamlı olaraq həbsdə saxlanılmış, xx.xx.2023-cü il tarixdə isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,346 qram narkotik vasitə olan heroin və 1,777 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC-dən təqdim olunmuş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarının vəziyyətinə və bank əməliyyatlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilməli, Daşkəsən RPŞ-nin İstintaq qrupunun icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Daşkəsən Rayon Məhkəməsinin 4(030)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi və həmin iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-568/2024 saylı, 19 noyabr 2024-cü tarixli qərarı ilə həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1207 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,346 qram narkotik vasitə olan heroin və 1,777 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC-dən təqdim olunmuş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesablarının vəziyyətinə və bank əməliyyatlarına dair özündə məlumatları əks etdirən 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilsin, Daşkəsən RPŞ-nin İstintaq qrupunun icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Daşkəsən Rayon Məhkəməsinin 4(030)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi və həmin iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-568/2024 saylı, 19 noyabr 2024-cü tarixli qərarı ilə həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-162/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-162/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver