Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-162/2025 28.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Marrif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 və X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, ev 48 (7), mənzil 32-də qeydiyyatda olmaqla Gəncə şəhəri, 3cü mikrorayon, bina 23, ev 17-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü ildə saat 20:22-də Samux rayonu, İnstitut qəsəbəsi, Atabəylər prospekti yolunda yerləşən “Sərinim” Şadlıq sarayında tanışı bacısının toy məclisində qardaşı Şahid1 və digər tanışları ilə birlikdə qonaq qismində iştirak edib spirtli içki qəbul etdikdən sonra qardaşı Şahid1 qaytarmasına və stuldan qalxarkən yıxılmasına onlarla bir stolda əyləşmiş tanışı Zərərçəkmiş şəxs irad bildirərək gülməsini öz şəxsiyyətinin təhqir olunması kimi qəbul edib heç bir əsaslı səbəb olmadan əvvəlcə onunla sözlə mübahisə etmiş, ətrafdakı şəxslər onu sakitləşdirib araladıqdan sonra mübahisəsini davam etdirərək aralarındakı məsələyə aydınlıq gətirməsi üçün Zərərçəkmiş şəxs məclisdən çıxmasını deyib şadlıq sarayının giriş qapısının qarşısındakı dəhlizə çıxaraq onu “cəzalandırmaq” üçün gözləmiş və Zərərçəkmiş şəxs arxasınca dəhlizə çıxdıqdan sonra isə qoluna girərək bir neçə addım getdikdən sonra yıxıldığına görə sonuncunun qardaşına gülməsini bəhanə edərək, ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi naməlum kəsici-deşici alət (bıçaqla) Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona qarnın daxilə keçib piyliyin eventrasiyası, nazik bağırsaq müsaqirəsinin mədə köndələn nazik bağırsağı dəlib keçən yaralanması, daxili qanaxma ilə müşayiət olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оnа elаn edilmiş ittihаm üzrə deyil, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, fərdi əməklə məşğul olmuş, Bakı şəhərində işləmiş, 2023-cü ilin noyabr ayının əvvəli getmişdir. Zərərçəkmiş şəxsi Gəncə şəhəri Dəmiryolu vağzalı tərəfdə tanımışdır. Digər tanışı İlhamın bacısının toy məclisinə xx.xx.2023-cü ildə Samux rayonunda yerləşən “Sərinim” Şadlıq sarayına qardaşı Ayxanla dostları ilə getmişdir. Qardaşı Ayxan zərərçəkən fazil bir stolda əyləşmiş, hamısı yeyib-içmişlər. Qardaşı çox içdiyinə görə stuldan qalxıb yuyunmağa gedəndə ayağı büdrəyib yerə yıxılmış, Fazil isə buna gülüb içib özünü apara bilmir demişdir. Fazilin bu sözünə əsəbləşərək niyə gülməsini soruşmuş, Fazil ona “nə deyirsən” deyəndə qardaşına gülməməsini demişdir. Fazil ona “yaxşı eliyirəm, özüm bilərəm”. deyəndə mübahisə yaranmış, stol arxasında mübahisə etmişlər. Stoldan qalxanda yerə yıxılmış cibində həmişə üstündə saxladığı bıçaq yerə düşmüş sağ cibinə qoyub şadlıq sarayının qarşısında dəhlizə çıxmışlar. İlhama Fazillə sadəcə olaraq söhbət edəcəyini demiş, Fazili gözləmiş, çölə çıxdığını görüb onu qarşılayaraq sol qolu sağ qoluna girib bir qədər söhbət edib aralaşmış, Fazil onu təhqir edib “bayaq nə deyirdin əə içərdə!?” “kəpənək” bıçağı çıxarıb bir dəfə Fazilin qarın nahiyəsinə zərbə vurmuş, sonra da aralanıb evə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, evə getdikdən sonra əynini dəyişib polisə təslim olmuş, bıçağı hara qoyduğunu isə xatırlamır. Hadisədən sonra bıçağı itirmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermiş, zərərçəkmiş şəxslə barışmış ona dəymiş ziyanı ödəmişdir. İbtida istintaqı aparan Samux rayon polis şöbəsinin müstəntiqi ona qarşı qərəzli olmuş maddi umacağına görə barəsindəki cinayət işini ağır maddələrə məhkəməyə göndərmişdir. Etdiyi əməldən peşmandır. Onun əməlini yüngül maddəyə tövsif edib, eləcə də anasının və özünün xəstəliyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır. Fərhadla əvvəl ədavət və düşmənçiliyi olmamışdır ortaq dost-tanışları var. 16 noyabr 2023-cü ildə dostu İlhamın bacısının toy məclisində iştirak etmiş, toy Samux rayonunda yerləşən “Sərinim” Şadlıq sarayında olmuş, toya dostları və həmçinin Fərhadla görüşüb Gəncə şəhərinə getmiş, eyni stolda əyləşmiş, yeyib-içmişlər. Onunla Fərhadın arasında Tural oturmuşdur. Bir qədər yeyib-içdikdən sonra Fərhadın qardaşı Ayxan çox içdiyindən ayaqüstə dura bilməmiş, Ayxan ayaqyoluna getmək üçün stuldan duranda ayağı büdrəmiş və yıxılmışdır. Zərərçəkmiş şəxs Fərhada “qardaşını götür apar”deyəndə Fərhad ona əsəbi formada “sən bu vəziyyətə düşməmisən?!” demiş, Fərhadla aralarında narazılıq olmuş, mübahisə etmişlər. Stolda olan şəxslər Fərhadı çölə çıxartmış, Fərhad isə stuldan qalxanda “çıx çölə, söhbətimizi qurtaraq!” demişdir. Bir neçə dəqiqə sonra Tural çölə çıxanda stolda tək qaldığı üçün siqaret çəkmək üçün şadlıq sarayının qarşısına çıxmışdır. Giriş qapısından çıxanda Fərhadı görmüş, sonuncu ona yaxınlaşaraq yanaşı dayanıb sol qolu ilə sağ qoluna girib addımlamağa başlamış, giriş qapısının qarşısındakı dəhlizdə qəflətən sağ əli ilə onun qarın nahiyəsinə bir dəfə vurmuşdur. O qarın nahiyəsində bərk ağrı hiss etmiş və dərhal Fərhaddan uzaqlaşaraq Şadlıq sarayının sol tərəfinə keçmiş. baxanda əlində qan görmüşdür. Şadlıq sarayının qarşısında dayanan dövlət qeydiyyat nişanını bilmədiyi bir taksiyə oturmuş və ətrafdakı şəxslərdən kimsə taksi sürücüsünə onu tez xəstəxanaya aparmağı demişdir. Sürücü onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış, olanlardan xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əvvəlcə Fərhadın onu yumruqla vurduğunu güman etmiş, qarnına baxanda bıçaqlandığını başa düşmüşdür. O zərərçəkmiş şəxslə barışmış ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Özünə məxsus “Mercedes Benz” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Hadisə günü “Sərinim” Şadlıq sarayında administrator işləyən kürəkəni Elsevərlə görüşməyə getmişdir. avtomobili şadlıq sarayının qarşısında saxlayıb içində oturanda qəfil avtomobilin arxa qapısı açılmış və bir neçə tanımadığı şəxs bir nəfəri avtomobilin arxa oturacağına qoyub “əmi tez elə bunu çatdır xəstəxanaya”, demiş, nə olduğunu soruşanda yaralandığını demişlər. Arxaya baxanda qarın nahiyəsinin piy hissəsi kəsilib sallandığını görmüş özün itirb tez qəz yanma işıqlarını vuraraq şəxsi xilas etmək üçün birbaşa Gəncə şəhər 3 saylı xəstəxanaya sürmüşdür. Yolda gedərkən həmin şəxs sərxoş olduğu üçün avtomobildə qusmuş, xəstəxanada tibb bacıları və həkimlər gələrək sonradan adının Fazil olduğunu bildiyi şəxsi içəri aparmış, cərrahi əməliyyat edəcəklərini demişlər. Xəstəxanada xeyli gözləmiş şəxsin tanışları gələndən sonra çıxıb evinə getmiş, hadisənin nə səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X4 idarəsində inspektor vəzifəsində işləyir. Zərərçəkmiş şəxs doğma əmisioğludur, Gəncə şəhərində eyni küçədə qonşuluqda yaşayır. 16 noyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində işdən evə gəlmiş, evdə qardaşı Elnura əmisioğlu Fazili kiminsə bıçaqla xəsarət yetirdiyini və hazırda Gəncə şəhər 3 nömrəli xəstəxanada olduğu bildirilmişdir. Fazili “Bobuş” deyə çağırmışlar. Fazilə nə olduğunu bilmək üçün ailə üzvləri ilə birlikdə Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş. onlar çatanda Fazil xəstəxanada olmuşdur. Xəstəxanada polis əməkdaşları onlardan məsələnin nə olduğunu soruşanda, Fazil Samux rayonunda “Sərinim” şadlıq sarayında toyda olarkən tanımadığı bir nəfər şəxs tərəfindən mübahisə edərkən həmin şəxs Fazilə bıçaqla xəsarət yetirib qaçdığını öyrənmişlər. Sonradan bilmişdir ki, Fazil xx.xx.2023-cü il tarixdə Samux rayonunda “Sərinim” şadlıq sarayında toyda tanışı Fərhadla mübahisə etmiş, dava zamanı Fərhad özündə olan bıçaqla Fazili vurub xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verikləri ifdələri elan edilərək tədqiq edilmiş Şahid2, Şahid5 Şahid1 da bıçaqlanma hadisəsini görmədiklərini hadisəni sonradan öyrəndiklərini bildirmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətməsi onların qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Samux rayonu ərazisində yerləşən “Sərinim” şadlıq evinin qapılarının qarşısındakı dəhlizdir. İş materiallarında olan DVD diskə baxış keçirilmiş haqqında protokol və əlavə olan DVD diskdən görünür ki, müşahidə kamerları ilə qeydə alınmış görünütlərdə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında “Sərinim” şadıq sarayının içərisində stolda mübahisə yaranmış. mübahisə əlbəyaxa dava ilə nəticələnməyə az qalmış ətrafdakı şəxslərin müdaxiləsindən sonra şəxslər bir-birindən aralanmış, Təqsirləndirilən şəxs yerə yıxılanda bel nahiyyəsində gizlətdiyi bıçağa oxşar predmet yerə düşmüş, dərhal həmin predmeti götürərək zalı tərk etmişdir. Digər görüntüdə isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin qoluna girib şadlıq sarayının dəhlizindən küçəyə dorğu aparması sonra isə, onların birbirindən qəfil aralanması və müxtəlif istiqmətdə getməsi müşahidə edilmişdir. İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd kişi cinsinə məxsus qara rəngli, sepli, boyun hissəsinin iç tərəfində “HERMES” yazılı, etiketli olan uzunqol köynək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 20:25-də Samux RPŞ-yə gələrək Sərinim şadlııq sarayında Zərərçəkmiş şəxs Şrin oğlu ilə mübahisə edib bıçaqla sonuncuya xəsarət yetirməsini bildirərək təslim olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd kişi cinsinə məxsus qara rəngli, sepli, boyun hissəsinin iç tərəfində “HERMES” yazılı, etiketli olan uzunqol köynək maddi sübut hesab edilərək saxlanması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmiş hadisənin gürüntüləri olan Samux RPŞ-nin CAB-nın təqdim etdiyi və baxış keçirilmiş 1(bir) ədəd “DVD” disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2024-cü il tarixli 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət - qarnın daxilə keçən kəsilmişdeşilmiş yarası, piylin eventrasiyası, nazik bağırsaq müsaqirəsinin mədə köndələn nazik bağırsağı dəlib keçən yaralanması, daxili qanaxmasıdır ki, bu xəsarətlər iti kənara malik kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 08 dekabr 2023-cü il tarixli 16\1200 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan köynəyin səthində olan bir ədəd “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim olunan köynəyin səthində olan bir ədəd “b” zədəsi fiziki qüvvənin təsiri nəticəsində və ya bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. İş materiallarında olan və məhkəmədə araşdırılan ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli 791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. İş materiallarında olan tarixli xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəriməniı tam ödəyərək cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə ŞİHB-nin 4 nömrəli SİƏD üzrə nümayəndəlkdən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə müdafiə tərəfindən təqdim edilmiş və araşdırılmış çoxsaylı tibbi müayinə və müalicə kağızları tibbi sənədlərdən görünür ki, anası X6 ankoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallrında olan və məhkəmədə araşdırılan Samux rayon Məhkəməsinin 4(058)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji dispanserdən verilən xx.xx.2024-cü il tarixli, 147 №li arayışdan görünür ki həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:25-də könüllü Samux RPŞ-yə gələrək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış tarixli xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, işin faktiki halları xüsusilə də əlavə edilmiş videogörüntüdən görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hansısa qeyri-əxlaqi və qeyri-qanuni davranışı olmamış, tərəflərin verdiyi ifadəyə əsasən zərərçəkmiş şəxs məhz təqsirləndirilən şəxsin qardaşının xeyli insanın iştirak etdiyi qadın və uşaqların olduğu ailəvi toy məclisində içkili vəziyyətdə yerə yıxılmasına gülmüş, pis olursa bu qədər içki içməməsini irad tutmuşdur. Təqsirləndirilən şəxs isə qardaşının içkili vəziyyətdə qaytarmasını və özünü spirtli içkinin təsirindən idarə edə bilməməsinə dair haqlı iradını öz şəxsiyyəti və nüfuzuna xələl yetirən hal kimi qəbul etmiş, eyni stol ətrafında olarkən zərərçəkmiş şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, hətta əlbəyaxa dava etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin qəsdinin Zərərçəkmiş şəxs məhz ağır bədən xəsarəti yetirməsini göstərən hal isə məhkəmə baxışında da tədqiq edildiyi kimi toy zalında yerə yıxıldıqdan sonra yerə düşmüş, bıçağı təkrar cibinə qoyub çölə çıxması zərərçəkmiş şəxs çölə çıxdıqdan sonra isə, sonuncu ilə söhbət etmək bəhanəsi ilə qoluna girib apararkən qəfil qarın nahiyyəsinə bıçaqla xəsarət yetirmişdir. İşin hallarından da göründüyü kimi Zərərçəkmiş şəxs baş vermiş mübahisədən sonra çölə çağıran da məhz təqsirləndirilən şəxs olmuş, o çölə çıxmasa da sonradan öz deməsinə görə stolda tək qalmamaq üçün çölə çıxmış, orada da təqsirləndirilən şəxsin sakitləşdiyini güman etmiş, lakin sonuncu ona qəfil heç bir səbəb olmadan bıçaqla xəsarət yetirmişdir. Beləliklə sübtları qiymətləndirilən məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına Ağır zərər vurma olduğuna görə onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini isə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunması, məhkumluğu ödənilsə də onun qeyri sabit davranış xüsusiyyətlərinə, konflikt və münaqişəyə meylli olması təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd deyil, həmin həddə yaxın cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Təqsirləndirilən şəxsin bütün məhkəmə baxışında göstərdiyi və son sözündə də göstərdiyi barəsində ibtidai araşdırma aparmış Samux RPŞ-nin müstəntiqi X2 barəsindəki cinayət işinin daha yüngül maddə ilə tövsif edilməsi üçün onunla qeyri-prosessual münasibətlər yaratmağa cəhd etməsi ilə bağlı Azərbaycan Respublikası CPM 207.6-cı maddə ilə ayrıca məlumat veriləcəyini nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ......ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Samux RPŞ-də saxlanan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli sepli, boynun iç tərəfindən “Hermes” yazısı olan uzunqol köynək zərərçəkmiş şəxsə qaytarılmalı qəbul etmədikdə isə məhv edilməli, hadisənin videogörüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmaldır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizaların dəyəri olan 31,5 (otuz bir manat əlli qəpik) məbləğində pul Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzası təyn edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-162/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-162/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver