Məhkəmə qərarları › İş №1(100)-163/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-163/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-163/2023 27.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X9 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bərdə rayon, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə təxminən saat 21:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub sürücülük hüququ olmadan yaxın qohumu, yəni atası Şahid2 məxsus etibarnamə olmadan idarə etdiyi VAZ-21013 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Bakı küçəsində şəhər avtovağzalı istiqamətində yaş asfalt-beton örtüklü yolda təxminən 70 km/saat sürətlə öz zolağında hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km-dən cox olmayan sürətlə hərəkət etdirməli, Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozub hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qarşı tərəfi ilə hərəkət istiqamətinin sağından soluna doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs və X5 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs komatoz vəziyyətlə müşayət olunan başın təpə nahiyəsinin əzilmiş yarası, alın sümüyünün sağ yan göz yuvası çıxıntısında yerdəyişməmiş sınığı, ağır kəllə-beyin travması, sol dirsək, sağ sağrı nahiyələrinin əzilmiş yaraları, burunun əzilmiş-sıyrilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına, piyada Rövşən Mirzəyevin başın təpə-ənsə nahiyəsinin qançırı və sıyrığı, təpə-ənsə sümüyünün sınığı, kəllə əsası sümüyün sınığı, baş beyin qişalarına, qışalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma, sağ göz almasına qansızma, sol bud sümüyünün qəlpəli sınığı, sağ dizin qançırı, sağ ayaqarxası nahiyənin sıyrıqları ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmaqla, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobillə piyadaları vurmasını bildiyi halda qeyd olunan Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə bilrikdə Bərdə rayonu Qaradağlı kəndində yaşayır, heç bir yerdə işləməmişdir. Atası Şahid2 məxsus Vaz 21011 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində evdə olarkən atasının səhhətində problem yaranmış, buna görə də atası ona demişdir avtomobil idarə etməkdə çətinlik çəkəcəkdir. Buna görə də ondan xahiş etmişdir ki, atasına məxsus olan avtomobili idarə edib aptektən atasına dərman alıb gəlsin. Bunun üçün də atası özünə məxsus olan avtomobilin açarını ona vermişdir. Həmin avtomobillə xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Bərdə şəhəri Bakı küçəsi ilə Avtovağzal istiqamətində saatda təxminən 60-70 km sürətlə hərəkətdə olmuş, yağış yağmış, həmin vaxt yağış yağmasına baxmayaraq avtomobilin şuşəsilən işləməmiş, yağış maşının ön şüşəsini təmiz tutmuşdur. «Piramida» marketin qarşısını keçəndə yolu sağdan sola keçən iki nəfər tanımadığıı piyada keçməsini görmüş, həmin anda tormoz etmiş, sürətlər qutusunun dəstəyini dördüncü ötürmədən üçüncü ötürməyə keçirtmiş, lakin avtomobilin qabaq hissəsi ilə onların hər ikisini vurmuşdur. Maşınla vurduğu şəxslərdən birinin başı maşının ön külək şüşəsinə dəyib yerə yıxılmışdır. Hadisə anidən olmuş, həmin şəxslərin anidən onun hərəkət yolunun düz ortasında olmalarını görmüş, əvvəl qarşıda maşın getməsini zənn etmiş, lakin yaxınlaşanda piyadaların yolu keçmələrini görmüşdür. Həmin şəxsləri vurduqdan sonra maşını saxlamış, qapını açsa da maşından düşməmiş, baxdıqdan sonra qorxub maşını sürüb evə getmişdir. Maşını evin yaxınlığında saxlamış, evə gedib atası Akifə maşınla adam vurmasını demişdir. Atası “onları niyə orada qoyub gəldin” deyərək iradını bildirmiş, atası Akifə “nitqim tutuldu, qorxdum getdim” deyərək cavab vermişdir. Sonra ona polis şöbəsinə təslim olmaq üçün gedərkən, polis şöbəsindən Ramin müəllim zəng etmiş, Ramin müəllimə polisə gədiyini dedikdə, sonuncu ona evə qayıtmasını, özlərinin də evə gəldiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Avtomobili idarə edəndə spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisədən sonra qorxub həyəcanlandığı üçün çıxıb getmişdir. İdarə etdiyi avtomobildə şüşəsilən işləməmiş, torimoz verəndə avtomobil sağa doğru çəkmişdir. Avtomobillə vurduğu piydanı təxminən 3 (üç) metr məsafədən görmüşdür. Qaranlıq olduğuna görə hadisəni kimlərin gördüyünü bilməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərin qohumları ilə barışmağa çəhd etmiş, lakin onlar razı olmamışlar. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, mərhum X7 onun böyük övladı olmaqla, skalioz xəstəliyindən əziyyət çəkmişdir. 09 iyun 2022-ci il tarixdə saat 21 radələrində özü işlədiyi kafedə, mərhum oğlu Rövşən və digər iki uşağı isə evdə olmuşdur. Həmin vaxt qonşuları gəlib ona Rövşəni və qonşuları Baloğlanı Bərdə şəhərində Pramida marketin qarşısında avtomobil vurmasını, onların əvvəl Diaqnostika Mərkəzinə, sonra isə mərkəzi xəstəxanaya aparılmasını demişlər. Sonra isə hadisə zamanı oğlu Rövşənin aldığı xəsarətlərdən ölməsini öyrənmişdir. Hadisədən əvvəl oğlu Rövşən evdə olmuş, Rövşəni evdən Baloğlan çağıraraq birlikdə Pramida marketin yaxınlığında yerləşən İstanbul mağazasına getməyi təklif etmiş, hər ikisini yolu keçəndə sürücüsünü tanımadıqları və markasını bilmədikləri avtomobil vurmuş və sürücü hadisə yerindən qaçmışdır. Hazırda oğlu Rövşəni avtomobillə vuran sürücüdən şikayətçidir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında qohumluq münasibəti və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə şəhərində valideynləri ilə birlikdə yaşayır. X5 qonşu kimi tanımışdır. Rövşənlə dost kimi münasibəti olmuş, bir-birilərinin evinə gedib-gəlmişlər. Hadisə baş verən günü, dəqiq tarixini xatırlamasa da axşam tərəfi saat təxminən 19:00 radələrində Rövşən onların evə gəlmiş, Rövşən həmin vaxt onun Bakı şəhərinə getmək fikrində olmasını və Bakı şəhərinə getmək üçün özünə paltar, yəni şalvar və kofta almaq istəyində olmasını bilmişdir. Həmin vaxt Rövşən ona birlikdə gedib paltar almağı təklif etmiş, yağış yağdığından Rövşənə sabah gedib alarıq deyərək cavab vermişdir. Lakin sonradan Rövşənlə razılaşıb evdən birlikdə çıxıb, özünə Piramida marketin yanında olan paltar mağazasından paltar almaq üçün getmişlər. Saat 21 radələrinə piyada birlikdə gedib Bakı küçəsini Piramida market tərəfə keçən zaman yağış yağmaqla bərabər, həmdə hava qaranlıq olmuşdur. Rövşənlə yolu birlikdə digər tərəfə, yəni Piramida market tərəfə keçən zaman tanımadıqları maşın Azpetrol tərəfdən gəlib hər ikisini birlikdə vurmuşdur. Maşın onu kənara atmış, Rövşəni isə neçə metr kənara atmasını bilməmişdir. Bundan sonra huşunu itirmiş, daha sonra nə baş verdiyini bilməmişdir. Hadisədən sonra xəstəxanaya aparılmış, bir xeyli müddət də xəstəxanada yatandan sonra özünə gəlməyə başlamışdır. O, Rövşənlə yolu sağdan sola eyni vaxtda keçmiş, avtomobilin onları necə vurduğunu görməmişlər. Hadisə anidən qəflətən olmuş, avtomobil hər ikisini eyni vaxtda vurmuşdur. Avtomobillə onları vuran şəxsi, yəni Təqsirləndirilən şəxs tanımamış, qohumluq münasibətləri və ya ədavətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. X5 qonşu kimi tanımış, qohumluq münasibətləri və ya ədavətləri olmamış, qonşu kimi münasibətləri yaxşı olmaqla birbirilərinin evinə gedib-gəlmişlər. Əsas da uşaqlar bir-birilərinin evinə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs tanımamış, qohumluq münasibətləri və ya ədavətləri olmamışdır. 09 iyun 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində evdə olmuş, Rövşən həmin vaxt onların evinə gəlmiş, onun oğlu Baloğlan da evdə olmuşdur. Həmin vaxt yağış yağmış, baldızı əri Əli də onların evində olmuş, söhbət zamanı Baloğlanın Əli ilə birlikdə Bakı şəhərinə getməsi qərarına gəlmişlər. Baloğlanın paltarı olmadığına görə özünə şalıvar və kofta almaq istəmiş, Baloğlan gəlib ondan pul istəmiş, özünə gedib şalvar və kofta alacağını bildirmişdir. O, şalvar və kofta alması üçün Baloğlana pul vermiş, Baloğlan mağazaya gedəndə zaman, Rövşən də Baloğlanla birlikdə gedəcəyini demişdir. Rövşən və Baloğlan birlikdə mağazaya getmiş, saat təxminən 21:30 radələrində evə gec gəldiklərinə görə əri Etibar Baloğlana zəng etmişdir. Baloğlanın telefonuna başqa bir tanımadıqları adam cavab vermiş və uşaqları maşın vurmasını, birinin ölməsini, o birinin də yaralı olduğunu, yaralının kim olmasını bilmədiyini, cibində telefonu çağırdığı üçün götürüb cavab verməsini demişdir. Bundan sonra o, əri Etibarla əvvəlcə hadisə yerinə getmiş, hadisə yerində Rövşənin rəhmətə getməsini, Baloğlanın isə ağır yaralı olmasını, Baloğlanın təcili yardım maşını ilə Bərdə Diaqnostika mərkəzinə aparılmasını öyrənmişdir. Hazırda Baloğlanın müalicəsi davam edir. O, hadisənin hansı şəraitdə baş verməsi barədə heç nə deyə bilməz. Hadisə yerində oğlu Baloğlanı və Rövşəni maşın vurandan sonra sürücünün hadisə yerinən qaçmasını öyrənmişdir. Sonra sürücünün atası Baloğlanın müalicəsi üçün 300 manat pul yardım etmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. X5 qonşu kimi tanımış, qohumluq münasibətləri və ya ədavətləri olmamış, qonşu kimi münasibətləri yaxşı olmaqla bir-birilərinin evinə gedibgəlmişlər. Əsas da uşaqlar bir-birilərinin evinə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs tanımamış, qohumluq münasibətləri və ya ədavətləri olmamışdır. 09 iyun 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində evdə olmuş, Rövşən həmin vaxt onların evinə gəlmiş, onun oğlu Baloğlan da evdə olmuşdur. Həmin vaxt yağış yağmış, baldızı əri Əli də onların evində olmuş, söhbət zamanı Baloğlanın Əli ilə birlikdə Bakı şəhərinə getməsi qərarına gəlmişlər. Baloğlanın paltarı olmadığına görə özünə şalıvar və kofta almaq istəmiş, Baloğlan anası Günaydan pul istəmiş, özünə gedib şalvar və kofta alacağını bildirmişdir. Günay şalvar və kofta alması üçün Baloğlana pul vermiş, Baloğlan mağazaya gedəndə zaman, Rövşən də Baloğlanla birlikdə gedəcəyini demişdir. Rövşən və Baloğlan birlikdə mağazaya getmiş, o, saat təxminən 21:30 radələrində evə gec gəldiklərinə görə Baloğlana zəng etmişdir. Baloğlanın telefonuna başqa bir tanımadığı adam cavab vermiş və uşaqları maşın vurmasını, birinin ölməsini, o birinin də yaralı olduğunu, yaralının kim olmasını bilmədiyini, cibində telefonu çağırdığı üçün götürüb cavab verməsini demişdir. Bundan sonra o, arvadı Günayla əvvəlcə hadisə yerinə getmiş, hadisə yerində Rövşənin rəhmətə getməsini, Baloğlanın isə ağır yaralı olmasını, Baloğlanın təcili yardım maşını ilə Bərdə Diaqnostika mərkəzinə aparılmasını öyrənmişdir. Hadisə yerində oğlu Baloğlanı və Rövşəni maşın vurandan sonra sürücünün hadisə yerinən qaçmasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Özünə məxsus “VAZ 21013” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili və BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Ədalət yolnəqliyyat hadisəsi törədənədək onunla birlikdə yaşamış, Ədalətin sürücülük vəsiqəsi olmamışdır. 09 iyun 2022-ci il tarixdə yaşadığı evdə olmuş, həmin gün təxminən saat 20:30 radələrində onun ürəyində döyüntülər olmuş, Ədalət avtomobil idarə edə bildiyi üçün ona məxsus olan VAZ-21013 markalı avtombilə gedib aptekdən dərman alıb gətirməsini xahiş etmişdir. Bunun üçün özünə məxsus olan avtomobili idarə etmək üçün açarını Ədalətə vermiş, aradan təxminən 30 dəqiqə keçəndən sonra Ədalər qayıdıb yaşadıqları evə gəlmişdir. Həmin vaxt Ədalət ona Bərdə şəhəri ərazisində idarə etdiyi VAZ-21013 markalı avtomobillə hərəkətdə olarkən Pramida marketin bərabərliyində yolu keçmək istəyən piyada iki nəfər şəxsi vurmasını, həmin piyadalardan bir nəfərin öldüyünü, bir nəfər şəxsin isə yaralı olduğunu bildirmişdir. Ədalət hadisə baş verdikdən sonra bir az aralıda avtomobili saxlamış, Ədalət özündə saxladığı ona məxsus mobil telefonla 103 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmçinin Ədalət ona hadisə baş verərkən qorxduğu üçün avtomobildən düşüb hadisə yerinə getmədiyini demişdir. Bundan sonra Ədalət ona əynində olan şortiki dəyişib təslim olmaq üçün polis şöbəsinə gedəcəyini demiş, özü isə tez evdən çıxıb küçədə yol ilə keçən tanımadığı taksi sürücüsünü saxlatmış və həmin taksi ilə Bərdə rayon Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda ölən şəxsin və xəsarət alan şəxsin qohumları xəstəxananın qarşısında səs-küy etdiklərini görmüş, onlardan qorxub həmin şəxslərə yaxınlaşmadan qayıdıb evə gəlmişdir. Bu vaxt evin yaxınlığında polis əməkdaşlarının dayanmasını görmüş, polis əməkdaşlarına yaxınlaşdıqda ondan oğlu Ədalətin harada olmasını soruşmuşlar. Özü də Ədalətə zəng vurub harada olduğunu soruşmuş, Ədalət ona polis şöbəsinə getdiyini bildirmişdir. O, Ədalətə qayıdıb gəlməsini, polis əməkdalarının yanında olduğu, onlarla birlikdə polis şöbəsinə getməsini demişdir. Ədalət qayıdıb gəlmiş və polis əməkdaşları ilə Bərdə rayon polis şöbəsinə getmişdir. Ədalətin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə şəhəri, Bakı küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi qaranlıq və yağışlı hava şəraitində baş vermişdir. X15 Mərkəzi istiqamətində sağ tərəfində səki, sonra yaşıllıq və ağaclıq sahə, daha sonra isə şəhər tipli evlər vardır. Yolun sol tərəfində isə səki, sonra isə ticarət obyektləri yerləşir. Yol şəhər işıqları ilə işıqlandırılır, yol asfalt beton örtüklü olmaqla səthi yaşdır. Hadisə baş verən yerdə yolun ümumi hissəsinin eni 15 metrdir. Yolun hərəkət hissəsindən sonra sağ və sol hissədə 1,2 metr enində səki vardır. Hadisə yerində yolun sağ kənarından 5 metr məsafədə kişi meyiti vardır və digər yaralı xəstəxanaya yerləşdirilmişdir. Piyadaların vurulma yeri yolun sağ kənarından 4 metr məsafədə yerləşir. Hadisə yerində meyitin yerə tökülmüş qan izləri və avtomobilin radiator örtüyünün qırıntısı vardır. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi VAZ-21013 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq hissəsinin iki tərəfdən faralara yaxın hissədə, mühərrik örtüyünün qabaq hissəsi iki yerdən və örtüyün üzərinin əzilməsi, ön külək şüşəsinin sol tərəfinin içəriyə batmaqla sınması, şüşənin sağ tərəfinin isə əzilməsi, radiator örtüyünün sağ tərəfinin sınmış vəziyyətdə olması, sol qabaq faranın sınması, mühərrik örtüyünün üst tərəfdən əzilərək zərbənin təsirindən yuxarı doğru qalxması, əzik və zədələrin hadisə nəticəsində yaranması müəyyən olunmuşdur. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyü hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs hadisə yerində istintaqa verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq edib, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi VAZ-21013 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Bakı küçəsində 60 km/saat sürətlə Diaqnostika mərkəzi istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurduğu yeri göstərmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidmətinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi içərisində xx.xx.2022-ci il tarixdə saat 21:08-dən 21:11-dək olan müddəti əks etdirən videogörüntü olan 1 ədəd DVD diskə baxış keçirilərkən 1 ədəd videogörüntü çəkilmişdir. Diskə baxış zamanı videogörüntüdə havanın qaranlıq, yağışlı və asfaltın nəmli olması görsənir. Avtomobil yolu iki tərfli yol olmaqla yolun hər iki kənarında avtomobillər dayanmışdır. Yolun hərəkət hissəsi ilə avtomobillər qarşılıqlı hərəkət edirlər. Saat 21:10:01 saniyədə Bərdə şəhəri, Bakı küçəsi ilə avtovağzal istimamətinə avtomobil yolunun sağ kənarı ilə səkidə 2 nəfər şəxsin piyada getdikləri görsənir. Həmin iki nəfər piyadanın birinin əynində qırmızı rəngli kofta digərinin əynində isə qara rəngli kofta vardır. Hər iki piyada bir qədər getdikdən sonra ilk olaraq əynində qara rəngli kofta olan şəxs yolun sağ tərəfindən sol tərəfinə keçmək üçün avtomobilil yoluna daxil olur, sonra isə əynində qırmızı rəngli kofta olan şəxs onun arxası ilə gedir. Həmin vaxt Bərdə şəhəri, Bakı küçəsi ilə düzünə avtovağzal istiqamətinə hərəkətdə olan qırmızı rəngli VAZ-21013 markal avtomobil gələrək saat 21:10:26 saniyədə həmin iki nəfər şəxsi avtomobilin qabaq hissəsi ilə vurur. Bundan sonra sürücü avtomobili hadisə yerində saxlamdığı görsənir. Aradan biraz keçdikdən sonra hadisə yerinə kənardan şəxslərin gəldiyi və yol ilə keçən avtomobillərin dayandıqları görsənir. Məhkəmə-tibb ekspertizasının meyitin ekspertizasına dair 10 iyun 2022-ci il tarixli, 12 saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Başın təpə-ənsə nahiyəsinin qançırı və sıyrığı, təpə-ənsə sümüyünün sınığı, kəllə əsası sümüyün sınığı, baş beyin qişalarına, qışalar altına, baş beyin toxumasına, və mədəciklərinə qansızma, sağ göz almasına qansızma, sol bud sümüyünün qəlpəli sınığı, sağ dizin qançırı, sağ ayaqarxası nahiyənin sıyrıqları. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil vurması nəticəsində törəənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X4 ölümünə bilavasitə səbəb başın ağır küt travması ilə əlaqədar kəllə sümüklərini sınığı ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərə qansızma olmuşdur. X4 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. X4 meyitindən götürülmüş qanda məhkəməkimya tədiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbiturturşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının canlı şəxsin ekspertizasına dair 11 sentyabr 2022-ci il tarixli, 709 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər, komatoz vəziyyətlə müşayət olunan başın təpə nahiyəsinin əzilmiş yarası, alın sümüyünün sağ yan gözyuvası çıxıntısında yerdəyişməmiş sınığı, ağır kəllə-beyin travması, sol dirsək, sağ sağrı nahiyələrinin əzilmiş yaraları, burunun əzilmiş-sıyrilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2100 saylı rəyindən görünür ki, VAZ-21023 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahverdiyev avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahverdiyev piyadaları vurduqdan sonra müvafiq orqanlar xəbər vermədən və xəsarət alanlara yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2022-ci il tarixli 774 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. AC N 139168 nömrəli VAZ-21013 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, VAZ-21013 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. 05 oktyabr 2022-ci il tarixli, qiymətləndirmə aktından görünür ki, VAZ-21013 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 276 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polsi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar olunmadı. Bərdə rayon Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qardağlı kəndində atası X3, anası X6 və qardaşı X12 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. № 01450 saylı vəsiqənin surətindən görünür ki, X3 Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvüdür. № 033823 saylı vəsiqənin surətindən görünür ki, X3 müharibə veteranıdır. Bərdə MRX-nın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetində qeydiyyatdadır. Bərdə MRX-nın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 1681/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzasından 01 ay 27 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 02 il 03 ay 29 gün təşkil edir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs üstündə olan Samsung markalı mobil telefon üzərində nömrə və kabura ilə birlikdə anası Qanuni nümayəndə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan VAZ-21013 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayon polis şöbəsinin dayanacağında saxlanılır və iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidmətinin təqdim etdiyi hadisənin görüntüsünü əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materriallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən atasının müharibə veteranı olmasını, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1ci maddəsinin tələbinə əsasən 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən, birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Bərdə rayon polis şöbəsinin dayanacağına yerləşdirilmiş VAZ-21013 markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidmətinin təqdim etdiyi hadisənin görüntüsünü əks etdirən 1 (bir) ədəd “DVD” diskin cinayət işinin materriallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 09 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Bərdə rayon polis şöbəsinin dayanacağına yerləşdirilmiş VAZ-21013 markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın. Eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidmətinin təqdim etdiyi hadisənin görüntüsünü əks etdirən 1 (bir) ədəd “DVD” diskin cinayət işinin materriallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar