Məhkəmə qərarları › İş №1(100)-163/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-163/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-163/2024 29.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamışdır. Belə ki, o, narkotik vasitə aludəçisi olduğu üçün məlum olmayan tarixdə və mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram, 0,699 qram, 0,582 qram, 0,556 qram və 0,227 qram, ümumi təmiz çəkisi 2,644 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özünə məxsus qara rəngli pul qabının içərisinə qoyub əynində olan qırmızı rəngli idman kostyumunun sol yan cibinə yerləşdirməklə qanunsuz saxlayaraq daşımış, 06 may 2023cü il tarixdə saat 13:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Goranboy rayonu, Goran qəsəbəsində yolun kənarında saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli idman kostyumunun sol yan cibində olan bir ədəd qara rəngli pul qabından 4 ədəd ağ rəngli sellofan bükümlərdə və 1 ədəd qara rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram, 0,699 qram, 0,582 qram, 0,556 qram və 0,227 qram, ümumi təmiz çəkisi 2,644 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, onun üzərindən həqiqətən də psixotrop maddə metamfetamin aşkar edilmişdir. Lakin onun üzərindən elan edilmiş ittihamda göstərildiyi kimi, beş bükümdə deyil, bir bükümdə metamfetamin aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş bükümlərin yalnız birində metamfetamin olmuşdur, digər bükümlərdə isə qənd qırıntıları olmuşdur. O, 06 may 2023-cü il tarixdə qonaq gedirmiş. Goranboy rayonu, Goran qəsəbəsində mağazadan siqaret və su alıb çıxarkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu Goranboy Rayon Polis Şöbəsinə gətirmişlər. Goranboy Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Digər bükümlərdə isə psixotrop maddə metamfetamin yox, qənd qırıntıları olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, üzərindəki bir bükümdə psixotrop maddə metamfetamindən başqa, digər bükümlərdə qənd qırıntılarını üzərində saxlamaqda məqsədinin qız dostu ilə görüşərkən həmin dostu ilə zarafat etmək olmuşdur. O, Goranboy Rayon Polis Şöbəsində polis əməkdaşlarına digər bükümlərdəkinin qənd qırıntıları olduğunu demişdir. Lakin polis əməkdaşları ona fiziki təzyiqlər edərək digər bükümlərdə də psixotrop maddə olmasına dair etirafedici ifadələr verməsinə məcbur etmişər. Polis əməkdaşları ona fiziki təzyiqlər göstərib demişlər ki, etirafedici ifadələrə imza etməsə, evindən də həmin maddələr çıxacaq. Həmçinin bildirir ki, onu saat 13:40 radələrində deyil, gecə vaxtı saxlamışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. O, üzərindəki qənd qırıntılarını zarafat etmək üçün apardığı qız dostunun adını bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 08 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cəlb edilərkən təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 2015-ci ildən psixotrop maddə metamfetamin istifadə edir. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamini 05 may 2023-cü il tarixdə əvvəldən 135 manat onlayn ödəniş etdiyi “Qaqaş” kimi müraciət etdiyi şəxsin Mingəçevir şəhərində, yolun kənarına atdırdığı yerdən götürüb əldə edərək, özü istifadə etmək üçün üzərində saxlamışdır. 06 may 2023-cü il tarixdə, saat 13:40 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yolun kənarında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməyib, polis əməkdaşlarının avtomobilinə əyləşmiş və polis əməkdaşları onu Goranboy rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X11 dəvət olunaraq ona təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı dörd ədəd sellofan bükümlərdə və bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini cibində olan pul qabından çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kütlələrə baxış keçirilmiş, baxış zamanı bükümlərdə olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan başqa pul qabında olan psixotrop maddənin qəbulunda istifadə etdiyi iki ədəd falqa kağızları da aşkar olunmuşdur. Sonra onun iştirakı ilə həmin beş ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümlərin çəkisi cəmi 3,25 qram olmuşdur. Həmin beş ədəd büküm və iki ədəd falqa kağızları birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, protokol oxunduqdan sonra müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddədən heç kimə verməmiş, satmamış, gələcəkdə də vermək və ya satmaq fikri olmamışdır. Başqa heç bir yerdə narkotik vasitə və ya digər qanunsuz əşya saxlamır. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmamış, heç kimdən şikayət və tələbi yoxdur. Etdiyi əməldən peşmandır (iş vərəqə: cild İ, səh.32-33, 45-47, 54-56 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat dərhal şöbə rəhbərliyinə məruzə edildikdən sonra, məlumatın yoxlanılması üçün onun rəhbərliyi altında həmin şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra 06 may 2023-ci il tarixdə, saat 13:40 radələrində Hüseynov X5 rayonu, Goran qəsəbəsində yolun kənarında olarkən ona yaxınlaşıb özlərini təqdim edərək Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq Goranboy Rayon Polis Şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs vəkillə təmin edilərək, hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa, təqim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən pul qabının içərisindən çıxartdığı beş ədəd bükümləri təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cibindən həmçinin pul, siqaret qutusu, bir ədəd telefon, pul qabından isə şəxsiyyət vəsiqəsi, bank kartları, sürücülük vəsiqəsi, metro kartı və psixotrop maddənin qəbulunda istifadə olunduğunu bildirdiyi falqa kağızları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin beş ədəd bükümlərə baxış keçirərkən həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərmişdir ki, həmin metamfetaminə bənzər kütlələr olan beş ədəd bükümlər elektron tərəzidə çəkilərək çəkisinin ümumilikdə xatırladığı qədər təxminən 3 (üç) qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadə etdiyini, aşkar edilmiş metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddədən heç kimə satmadığını, vermədiyini bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və üzərində saxlaması barədə olsa da, sonradan Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə bağlı hər hansı fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə və ya psixotrop maddə satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs beş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 3,25 qram olması müəyyən edilmiş, sonra həmin bükümlər qablaşdırılıb möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, 2015-ci ildən psixotrop maddə metamfetamin istifadə edir, üzərindən aşkar edilmiş beş ədəd bükümdə psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə əvvəldən 135 manat onlayn ödəniş etdiyi “Qaqaş” kimi müraciət etdiyi şəxsin Mingəçevir şəhərində yolun kənarında atdırdığı yerdən götürüb özünün istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddədən heç kimə satmadığını, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, heç bir şikayət və tələbinin olmadığını göstərmişdir (cild 1, iş vərəqə: 29-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 07 may 2023-cü il tarixli, 16/484 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq beş ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd falqa kağızları” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan 4 (dörd) ədəd ağ rəngli sellofan bükümlərdə və 1 (bir) ədəd qara rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram, 0,699 qram, 0,582 qram, 0,556 qram, 0,227 qram, ümumi təmiz çəkisi 2,644 qram olan məddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdəki 2 (iki) ədəd falqa kağız kəsiklərinin üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar olunmadı (cild 1, iş vərəqə: 39-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 27 iyul 2023-cü il tarixli, 1252 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 may 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi ümumilikdə 2,244 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq, Goranboy Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir (cild 1, iş vərəqə: 80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 iyun 2023-cü il tarixli Goranboy Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisidir, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən yaxalamaq mümkün olmamış, onun psixotrop maddəni kimlərə satacağını müəyyən etmək mümkün olmamış, bundan başqa keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Qaqaş” ləqəbli şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2,644 qram psixotrop maddə metamfetamini haradan əldə etməsinin müəyyən edilməsi üçün hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə: 135-143, 145-146). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 may 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 25). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.66-70). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tula Vilayətinin Yefremov Rayon Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 186-cı maddəsinin 1-ci hissəsi, 66-cı maddəsinin 3-cü hissəsi, 62-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 22 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, daha sonra o, Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 69.3-cü maddələrinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə həmin cəzasını çəkib qurtarmışdır, bundan başqa həmin tələbnamədən, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(051)-95/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 5 faizi dövlət büdcəsinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir, cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Hüseynov X2 Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə məhkum olunduğu aylıq qazancının 05 faizi dövlət büdcəsinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasından çəkməmişdir (cild 1, iş vərəqə: 93-94, 120-125, 127). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə: 128). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cild 1, iş vərəqə: 104). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin və ya narkotik vasitənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkili Şahid1, həmçinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə alqı-satqısı zamanı aşkar edə bilmədiklərini, onun narkotik vasitə və ya psixotrop maddə satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilmədiklərini, həmçinin Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən ondan aşkar olunan psixotrop maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, psixotrop maddə və ya narkotik vasitə satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "metamfetamin" psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin ümumi kütləsi 2,644 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 2,644 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə və ya narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında həmin maddələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ilkin ibtidai araşdırma başlayarkən Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə: 25), həmin tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını və həmin maddədən heç kimə satmadığını bildirmiş (cild 1, iş vərəqə: 29-31), daha sonra verdiyi izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən ondan aşkar edilmiş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş (cild 1, iş vərəqə: 32-33, 45-47), bundan sonra o, 08 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (cild 1, iş vərəqə: 48-49) və təqsirləndirilən şəxs kimi də dindirilərkən ondan aşkar edilmiş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə: 54-56), eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də psixotrop maddə metamfetamindən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqə: 129). Lakin cinayət işinin bütün göstərilən faktiki hallarına baxmayaraq, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli sonradan heç bir əsas olmadan, ibtidai araşdırma yekunlaşmamışdan əvvəl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqə: 149-150). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddə metamfetaminin beş bükümdə olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Psixotrop maddə olan metamfetamindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız psixotrop maddə metamfetaminin beş bükümdə aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş 2,644 qram psixotrop maddə metamfetaminin yalnız beş bükümdə olmasına görə onun məqsədinin həmin maddəni məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının həmin müddəalarının və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə yalnız aşkar edilmiş psixotrop maddənin bir neçə bükümdə olması özü-özlüyündə psixotrop maddənin satış məqsədilə saxlanmasına dəlalət etmir. Vacibdir ki, şəxsin həmin maddəni məhz satış məqsədilə saxlamasını təsdiq edən real və konkret, heç bir fərziyyə və ehtimala əsaslanmayan sübutlar mövcud olsun. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə və ya narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən psixotrop maddə metamfetamindən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması ilə yanaşı, həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 5), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 2,644 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən, həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etdiyi tarix və mənbə müəyyən edilməmiş, bununla əlaqədar həmin xüsusat üzrə hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır. Odur ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini istintaqla müəyyən edilməmiş tarixdə və mənbədən əldə edilməsi kimi qəbul edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərərək etirafedici ifadələr verməsinə məcbur edilməsinə, onun üzərindən aşkar edilmiş bükümlərin yalnız birində metamfetamin olmasına, digər bükümlərdə isə qənd qırıntıları olmasına, həmin qənd qırıntılarını qız dostu ilə görüşərkən zarafat etmək məqsədilə daşıdığına, həmçinin onun saat 13:40 radələrində deyil, gecə vaxtı saxlanılmasına dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.29-31), 06 may 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən ondan həmin beş bükümdə psixotrop maddə metamfetaminin aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə:32-33), daha sonra 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 08 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də ondan beş bükümdə psixotrop maddə metamfetaminin aşkar olunduğunu bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, iş vərəqə:45-47, 54-56). Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Goranboy Rayon Polis X3 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X6 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Eyni zamanda, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və bədənində xəsarətlər aşkar edilməmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Goranboy rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Goranboy rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 128C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış, həmçinin məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin araşdırma materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 may 2023-cü il tarixli, 359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində gözlə görünən hər hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Goranboy rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən 08 iyun 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində onun saat 13:40 radələrində deyil, gecə vaxtı saxlanılmasına, bundan başqa onun üzərindən aşkar edilmiş bükümlərin yalnız birində metamfetamin olmasına, digər bükümlərdə isə qənd qırıntıları olmasına, həmin qənd qırıntılarını qız dostu ilə görüşərkən zarafat etmək məqsədilə daşıdığına dair göstərdikləri məhkəmə araşdırması zamanı cinayət işinin hər hansı materialları ilə öz təsdiqini tapmamışdır, cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 may 2023-cü il tarixli, 16/484 rəyindən də göründüyü kimi, aşkar edilmiş psixotrop maddə metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. Həmçinin Təqsirləndirilən şəxs qənd qırıntıları olan bükümləri qız dostu ilə zarafat etmək məqsədilə apardığını bildirsə də, o, həmin qız dostunu təsvir edə bilməmiş, onun adını bilmədiyini göstərmişdir. Beləlikə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tula Vilayətinin Yefremov Rayon Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 186-cı maddəsinin 1-ci hissəsi, 66-cı maddəsinin 3-cü hissəsi, 62-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və 22 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunması, daha sonra isə Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 69.3-cü maddələrinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, 12 fevral 2021-ci il tarixdə həmin cəzasını çəkib qurtarması ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(051)-95/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 5 faizi dövlət büdcəsinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilməsi ilə bağlı məhkumluğu hazırki vaxtadək ödənilməmişdir. Belə ki, Yevlax Rayon İcra və Probasiya şöbəsinin məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs həmin cəzasından ümumiyyətlə çəkməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Mingəçevir Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(051)-95/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş aylıq qazancının 5 faizi dövlət büdcəsinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Goranboy Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 06 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-ci il tarixli, 1252 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,244 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(051)- 95/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş aylıq qazancının 5 faizi dövlət büdcəsinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla) hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş ümumi qalıq çəkisi 2,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədov Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar