Məhkəmə qərarları › İş №1(100)-163/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-163/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-163/2025 21.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi: Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, İclas katibi: X4, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il təvəllüdlü, Bərdə rayonu, Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış naməlum çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Bərdə rayonu, Qarayusifli kəndində yerləşən evində saxlamış, 13 dekabr 2023-cü il tarixdə, saat 09:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Qarayusifli kəndində yaşadığı evə baxış keçirilən zamanı yataq otağındakı çarpayının altında 1 (bir) ədəd şəffaf polietilen torbada “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2610 qram çəkidə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Qarayusifli kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Tutulmamışdan təxminən 3 ay əvvəl Bərdə rayonu, Qarayusifli kəndində qəbiristanlıq ərazisində nəşə (marixuana) bitkisi görüb qıraraq yarpaqlarından istifadə etmək üçün yaşadığı evə gətirmiş, arabir narkotikdən istifadə etmişdir. 13 dekabr 2023-cü il saat 09 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş küçəyə çıxanda özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər ona narkotik vasitələrini saxlamaqda şübhəli olduğunu deyib yaşadığı evə baxış keçirəcəklərini, evdə nəsə olub-olmamasını soruşmuşlar. O 3 aydır ki, narkotik vasitə istifadə etdiyini və yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmək üçün razılıq ərizəsi almış, özü evdə 1 ədəd polietilen torbada içərisində qurudulmuş marixuananı onlara təqdim etmişdir. Evə keçirilmiş baxış zamanı heç bir əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinə aparılmış, orada video çəkilişlə şəxsi axtarış aparılmış, üzərindən qanunsuz heç bir əşya və predmet götürülməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, əvvəl istifadə etməsə də, təxminən 3 ay əvvəl narkotik vasitəni tapdıqdan sonra istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ailə və sağlamlıq vəziyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 13 dekabr 2023-cü ildə Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində və yaşadığı evdə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, təhqiqatçı və digər əməliyyat müvəkkilləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qarayusifli kəndinə getmişdir. Həmin gün saat 9 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə, videoçəkilişdən istifadə edilməklə axtarış aparılacağı bildirilmiş, hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Seymur heç bir etirazı olmadığını bildirmiş, yaşadığı evdə qanunsuz əşya, narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif edildikdə Seymur yaşadığı evdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Seymur evdə yataq otağında olan çarpayının altından qara rəngli polietilen torbanı təqdim etmiş, həmin torbanın içərisində olan 1 ədəd şəffaf polietilen torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə çəkilib qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra yaşayış evinə baxış keçirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı Bərdə rayonu, Qarayusifli kənd qəbiristanlığından yığıb, öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra Seymuru Bərdə RPŞ-yə aparmış, orada vəkil dəvət edilmiş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmin şöbənin KTQ-nun baş inspektorkriminalisti Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və qərarlardan görünür ki, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 13 dekabr 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qarayusifli kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü ildə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında sol tərəfdəki çarpayının yanından qara rəngli polietilen torbanın içərisində şəffaf rəngli polietilen bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitəni Bərdə rayonu Qarayusifli kənd qəbiristanlığının ərazisindən çıxarıb gətirdiyini və qurudub şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 dekabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-də keçirilmiş şəxsi axtarış zamanı üzərində qadağan olunmuş əşyanın olmadığını bildirmiş, qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Üzərindən “Nokia” markalı mobil telefon və şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq əskinas, 2 ədəd 5 manatlıq əskinas və 3 ədəd 1 manatlıq əskinas aşkar edilmiş, həmin əşyalardan pul əskinasları Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, “Nokia” markalı mobil telefon isə istintaq əhəmiyyəti olduğundan götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmş marixuananı yaşadığı kənddə qəbiristanlıq ərazisindəki çətənə kolunu qurudub əldə etdiyini demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekspertizanın 13 dekabr 2023-cü il tarixli, 16/1268 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəyə qurudulmuş marixuanaya bənzər....” yazı və imzalar olan sintetik kisədə, 1 (bir) ədəd şəffaf polietilen torbadakı təmiz çəkisi 2610 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi - 2610 qr, tədqiqata sərf edildi -0,2 qr, qalıq - 2609,8 qr İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizanın 26 yanvar 2024-cü il tarixli, 108 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi xəstəxanası X6 verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-28/2-1749/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhiəsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilən DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli, ********* №li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı bir şəxsdən əldə etməsi və qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Nokia” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RİHB-nin Alpoud kənd İƏD üzrə nümayəndəliyindən verilmiş, 18 dekabr 2023-cü il tarixli 808 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AA ******* №li, AZE 12030542 №li və AZE 11093549 №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Sədiqə İsrəfilova, xx.xx.2010cu il təvəllüdlü Amil İsrəfilov və xx.xx.2012-ci il təvəllüdlü Ramin İsrəfilli adlı azyaşlı və yetkinlik yaşına çatmayan övladları var. Müdafiə tərəfindən təqdim edilən və məhkəmədə tədqiq edilən Bərdə RMX PHŞ-dən verilmiş ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə “sağ sarğı nahiyyəsinin post infeksion absesi” diaqnozu ilə xx.xx.2025-ci ildə erli anesteziya ilə “irinliyin açılması” cərrahi əməliyyatı olmuş xx.xx.2025-ci ildə evə yazılmışdır. Müdafiə tərəfindən tədqiq edilən xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, “qanayan babasil” diaqnozu ilə Bərdə RMX publik hüquqi şəxsə daxil olmuş, xx.xx.2025-ci ildə yerli keyitmə ilə “hemmoroidektomiya” cərrahi əməliyyatı olmuş, xx.xx.2025-ci ildə kafi vəziyyətdə evə yazılmışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, keçirilmiş ekspertizadan sonra qalıq çəkisi 2609,8 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, evə axtarış və şəxsi axtarış görüntüləri olan 2 (iki) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxs qismində tutulması haqqında” qərardan görünür ki, 13 dekabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 4(021)-234/2023 saylı, xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin 4(021)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş, “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “xx.xx.2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin əldə olunma mənbəyi ilə bağlı iş materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işi ayrıca icraata ayrılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitə hesab edilən marixuana kannabisin qurudulmuş halda xeyli miqdarı 5 qram, külli miqdarının aşağı həddi isə 500 qram kimi göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibitidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir və O, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əməlindən səmimi peşmanlıq çəkməsini və əvvəllər məhkum olunmaması, hazırkı sağlamlıq vəziyyətini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olmasını onun artıq islah olunma yoluna qədəm qoymasını təsdiq edən sübutlar kimi qiymətləndirərək, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə almaqla məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu və təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulan məqsədlərinə nail olmaq mümkündür. İş məhkəmə baxışında olduğu müddətdə Təqsirləndirilən şəxs bütün məhkəmə baxış iclaslarında müdafiəçi üzrlü səbəbdən gəlməsə belə iştirak etmişdir (hətta, cərrahi əməliyyat olduğu və stasionardan buraxıldığı gündən sonrakı gün) Göstərilən halı məhkəmə, təqsirləndirilən şəxsin məhkəmənin timsalında dövlət qarşısında öz cinayət məsuliyyətini dərk etməsi kimi və əməlini səmimi etiraf kimi qiymətləndirir və şəxsi müsbət xarakterizə edən hal kimi nəzərə alaraq ona ittiham olunduğu və təqsiri sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd cəza təyininə əsas verdiyini hesab edir. Cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın ümumi xəbərdaredici funksiyasının təmin edilməsi təqsirləndirilən şəxsə təqsiri sübuta yetirildiyi maddənin sanksiyasından nəzərdə tutulandan aşağı cəza təyinini mümkün etməsə də, ibtidai araşdırma və məhkəmədəki davranışı və islah yolunda olması ailə vəziyyəti nəzərə alınmaqla tez islah olacağı təqdirdə Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl azad edilməsini, əfv edilməsini, amnistiya tətbiqini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, təqsirləndirilən şəxs qismində həbs və ev dustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, narkoloji ekspertiza rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-yə maddi sübutların saxlanma otağına təhvil verilmiş 2609,8 qram bitki mənşəli narkotik tərkibli kütlə-marixuana məhv edilməli, telefon məlumatları olan 1 ədəd CD disk, şəxsi axtarış və evdə axtarış istintaq hərərkətlərinin görüntüləri olan 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, xüsusi müsadirə edilməli olan əmlak isə yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, O, məhkəmə iclas zalından dərhal həbs edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ maddi sübutların saxlanılma otağına təhvil verilmiş 2609,8 qram bitki mənşəli narkotik tərkibli kütlə-marixuana məhv edilməli, telefon məlumatları olan 1 ədəd CD disk, şəxsi axtarış və evdə axtarış istintaq hərəkətlərinin görüntüləri olan 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar