Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-164/2021 14.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində bir azyaşlı övladı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 2vanında yaşayan, barəsində "polisin nəzrəti altına vermə" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs oğlu Müslüm Məmmmədovun bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş yerdə topla oynadığına irad bildirərək sonuncunun həmin yerdə topla oynamasını qoymamış, bundan sonra Şahid atası Zərərçəkmiş şəxs nə səbəbə oğluna irad bildirdiyini aydınlaşdırmaq məqsədilə həmin gün saat 22 radələrində onu yaşadığı evdən çölə çağırmış, o, binanın həyətinə düşdükdən sonra Zərərçəkmiş şəxsla aralarında olan söhbətin bina sakinlərinin narahatçılığına səbəb olacağını bildirərək insanların olmadığı kənara getməyi təklif etmiş və ünvan 2vanda yerləşən yaşadıqları binanın yaxınlığında insanların az olduğu bir yerə gedərək Zərərçəkmiş şəxsla söhbət edən vaxt aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək əli ilə vurub onu yerə yıxmış, bundan sonra o, üzərində olan əvvəlcədən evdən götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs iki dəfə sol bazu və sol sarğı nahiyələrinə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər, bir dəfə isə döş qəfəsinin sol tərəfindən vuraraq daxilə nüfuz edən hemopnevmotoraksla izlənilən deşilmiş-kəsilmiş yara ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə atılan raket nətcəsində onun yaşadığı ev yararsız hala düşdüyündən ünvan 2vanda dövlət tərəfindən müvəqqəti olaraq evlə təmin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində müvəqqəti yaşadığı evdə olan zaman qonşusu Zərərçəkmiş şəxs oğlu Müslümü sillə ilə vurub-vurmamağını soruşmuş, o da söhbət etmək məqsədilə binanın həyətinə düşüb onu gözləməsini Ələkbərə təklif etmişdir. O, evdən çıxmamışdan əvvəl əgər Ələkbər onu vursa, Ələkbəri bıçaqla qorxutmaq məqsədilə mətbəx bıçağını özü ilə götürmüşdür. Həyətə düşdükdə qonşuların səslərini eşitməmələri üçün binanın həyətindən təxminən 200 metr aralıya getmişlər. Ələkbər oğlu Müslümü nə üçün vurduğunu ondan soruşanda o, binada yaşayan qadınların binanın həyətində bir-biriləri ilə söhbət edən zaman Müslümün həmin yerdə topla oynadığı üçün ona gedib başqa yerdə topla oynamağı bildirdiyini, lakin Müslümün onun sözünü eşitməyib həmin yerdə topla oynanyacağını bildirdiyindən çıxıb getməsi üçün Müslümün kürək nayihəsindən itələdiyini, həmçinin bir dəfə də sillə ilə qolundan vurduğunu demişdir. Həmin vaxt Ələkbər ona “əgər mənim oğlumun günahı varsa, gəlib mənə bildirərdin və mən də oğlumu başa salardım”-deyə cavab verərək yumruqla bir dəfə sifət nayihəsindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerdən qalxdıqdan sonra Ələkbərin yenidən onu vuracağını fikirləşib evdən götürdüyü bıçaqla bir dəfə Ələkbərin sol budunun arxa tərəfinə, bir dəfə sol qolundan və bir dəfə də kürək nayihəsindən vurmuşdur. O, Ələkbərdən qan axdığını görüb etdiyi hərəkətdən peşman olaraq ona “bağışla”-demiş və özünə məxsus avtomobillə Ələkbəri Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır, hadisə zamanı istifadə etdiyi bıçağı isə həyəcanlı olduğu üçün hara tulladığını xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə atılan raket nətcəsində onun yaşadığı ev yararsız hala düşdüyünə görə ünvan 3 ünvanda dövlət tərəfindən müvəqqəti olaraq evlə təmin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30da evə gələndə oğlu Müslüm qonşu Təqsirləndirilən şəxs onu bir dəfə sillə ilə vurduğunu demiş, o da Asimin yaşadığı evə gedib oğlunu nə üçün vurduğunu soruşmuşdur. Asim ona binanın həyətinə düşüb orada söhbət etmələrini təklif etmiş, o da razılaşaraq binanın həyətinə düşmüş və təxminən 5 dəqiqə sonra Asim yanına gəlmişdir. Qonşuların səslərini eşitməmələri üçün Asimin təklifi ilə binanın həyətindən təxminən 200 metr aralıya getdikdə oğlu Müslümü nə üçün sillə ilə vurduğunu Asimdən soruşmuşdur. Asim binada yaşayan qadınlar binanın həyətində olan zaman oğlu Müslümün həmin yerdə topla oynadığı üçün ona gedib başqa yerdə top oynamasını dediyini, lakin Müslüm getmədiyinə görə bir dəfə sillə ilə vurduğunu demişdir. O da Asimə iradını bildirərək oğlunun günahı varsa gəlib ona bildirməsini və özü oğlunu başa salacağını demiş, lakin Asim ondan üzr istəməkdənsə haqlı olduğunu göstərməyə başlayıb, onun ünvanına nalayiq sözlər işlətmiş, buna görə də o, bir dəfə Asimi sifət nayihəsindən yumruqla vurmuşdur. Asim yerə yıxılmış, o da çıxıb getmək istəyəndə Asim əlindəki bıçaqla bir dəfə sol budunun arxa tərəfindən, bir dəfə sol qolundan və bir dəfə də kürək nahiyəsindən vurmuşdur. Bundan sonra Asim ondan qan axdığını görüb “bağışla” deyərək dərhal onu özünə məxsus avtomobilə mindirərək Gəncə şəhər 3 saylı xəstəxanasına aparmışdır. Hazırda Asimlə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona görə də Asimdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı binanın qarşısında top oynayan vaxt qonşusu Asim ona yaxınlaşıb “get kənarda oyna, burada qonşular istirahət edirlər”-demiş, o da Asimə “qonşular məndən aralıda dayanıb və mən burada oynamaq istəyirəm”-deyə cavab vermişdir. Asim onun çiynindən tutub kənara itələyərək “çıx get burdan”-demiş, o da pis halda evə getmişdir. Təxminən saat 20 radələrində atası Ələkbər işdən evə gələndə Asimlə aralarında baş verənləri ona bildirmiş, atası da heç nə deməyib evdən çıxıb getmişdir. Bundan sonra yatmış və səhəri gün atası ilə Təqsirləndirilən şəxs baş verənlərə görə aralarında mübahisə yarandığını, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bıçaqla atasına vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər TTYX-nın reanimasiya şöbəsinin tibb bacısı Şəhla Quliyevanın təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus üzərində zədə və qan izləri olan bir ədəd yaşıl rəngli qısa qol köynək, bir ədəd tünd rəngli poluver və bir ədəd göy rəngli şalvar istintaq orqanı tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1814 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş üç ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi: Bu yaralardan biri döş qəfəsinin sol tərəfində yerləşir, daxilə keçən yaradır, hemopnevmotoraksla izlənilir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; digər iki yara isə sol bazunun və sol sarğı nahiyələrində yerləşir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 16/820 nömrəli rəyindən görünür ki, təqdim olunan şalvarın səthində olan 01 ədəd zədə, poluverin səthində olan 02 ədəd zədə və köynəyin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Həmçinin tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1814 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən «Döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmişdeşilmiş yarası; hemopnevmotoraks, sol bazunun və sol sarğının kəsilmiş-deşilmiş yarası» xəsarəti ilə şalvarın səthində olan 01 ədəd zədə, poluverin səthində olan 02 ədəd zədə və köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 3561 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 4047 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz rayonu 147 nömrəli evlər üçlüyünün xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.İmanquliyeva 2/15A ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən AZ-İV № 126691 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il təvəllüdlü X7 adında övladı vardır. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(044)-100/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli 1(044)-100/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd yaşıl rəngli qısa qol köynək, bir ədəd tünd rəngli poluver və bir ədəd göy rəngli şalvar maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-də məsul saxlanca verilmişdir. Məhkəməyə təqdim edilən Gəncə şəhər Kəpəz RİH bşaçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 541 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır, 1999-cu il təvəllüdlü arvadı X1 və 2018-ci il təvəllüdlü oğlu X4 ibarət ailə üzvləri vardır. Məhkəməyə təqdim edilən Gəncə şəhər Kəpəz RİH bşaçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 494 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində zərər çəkmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2vanda yerləşən yaşadıqları binanın yaxınlığında Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək əli ilə vurub onu yerə yıxdıqdan sonra üzərində olan əvvəlcədən evdən götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs iki dəfə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, bir dəfə isə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurduğuna görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(044)-100/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı residiv nəzərə alınmır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xx.xx.2016-cı il tarixdə çəkib qurtardığından və həmin tarixdən 2 ildən artıq müddət keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, yaşadığı ünvan 5 ünvanının Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində zərər çəkməsi isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparmasını, törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxsi xəstəxanaya aparmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsini, bundan başqa törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşadığı ünvan 5 ünvanının Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində zərər çəkməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən onun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd yaşıl rəngli qısa qol köynək, bir ədəd tünd rəngli poluver və bir ədəd göy rəngli şalvar onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 21 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd yaşıl rəngli qısa qol köynək, bir ədəd tünd rəngli poluver və bir ədəd göy rəngli şalvar onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə isə məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 manat 50 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-164/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-164/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver