Məhkəmə qərarları › İş №1(100)-164/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-164/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-164/2024 22.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri X9 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızının, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızının nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ev 75-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə, saat 15 radələrində nigahın pozulmasına dair Şəmkir rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(076)-547/2022 nömrəli qətnaməsinə əsasən boşandığı keçmiş arvadı Zərərçəkmiş şəxs qızı ilə barışıb yenidən birlikdə yaşamalarına onu razı salmaq üçün sonuncunun operator vəzifəsində işlədiyi Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən “Güvən Vergi və Mühasibatlıq” adlı müəsisəyə getlmiş, orada Zərərçəkmiş şəxs barışıq təklifinə etiraz etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı hiddətlənərək qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş və qarının sol yan səthinin daxilə keçən enən çəmbər bağırsağı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçməyən və bel nahiyəsinin daxilə keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən sağ dirsək oynağının bayır səthinin 1 ədəd kəsilmiş səthi yarası xəsarətlərini yetirmiş, həmin vaxt hadisə yerində olmuş Şahid4 araya girib onu tutaraq və bıçağı əlindən alaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olması, eləcə də Zərərçəkmiş şəxs yaralı halda ofis binasından qaçaraq küçəyə çıxıb istintaqa məlum olmayan taksi avtomobilinə minərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına tibbi yardım alması üçün getməsi və orada həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilməsi ilə bağlı həyatda qalması səbəblərindən, o bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs qızı ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən Anar adlı oğlu dünyaya gəlmişdir. Təxminən üç il əvvəl münasibətləri yaxşı olmadığından onlar boşanmışlar. Məhkəmə zamanı Günay oğlundan imtina etdiyindən oğlu Anar onunla qalmışdır. Hal-hazırda da oğlu onun yanında qalır. Məhkəmə zamanı oğullarının hər həftənin sonlarında anası Günayın yanında qalması barədə qərar verilmişdir. Günay da hərdən həftə sonlarında Anarı özünün yanına aparmışdır. Son vaxtlar o, oğluna tək baxmaqda çətinlik çəkmişdir. Ona görə də o, özü Günayla barışmağı, yenidən birlikdə yaşamağı qərara almışdır. O, Günayla bu barədə söhbət edərək Günayı evə qayıtmağa razı sala biləcəyini fikirləşmişdir. Həmin vaxtlar o, Günayın Şəmkir şəhərində Həzi Aslanov küçəsində evlərinə yaxın olan ofisdə operator işlədiyini görmüşdür. Ona görə də 19 aprel 2023-cü il tarixdə, səhər saat 11 radələrində Günayın işlədiyi ofisə getmiş və orada Günaya evə qayıtmasını demişdir. Lakin, həmin vaxtı Günay ona qarşı kobudluq etmişdir. Ona görə də günorta təkrarən Günayın iş yerinə getmişdir. Həmin vaxtı onun yanında tanışı Tural da olmuşdur. O, Günayın işlədiyi ofisə daxil olduqda Tural da onun arxasınca içəri daxil olmuşdur. O, evdən çıxdığı zaman özünə məxsus qatlanan cib bıçağını da özü ilə götürmüşdür. Onun məqsədi Günayla mübahisə yaranan halda kiminsə müdaxiləsi olarsa, özünü qorumaq olmuşdur. O, ofisə daxil olduğunda orada Günaydan başqa bir nəfər tanımadıgı kişi də olmuşdur. O, orada Günaya yenidən barışmağı təklif edərək evə qayıtmasını demişdir. Günay da onu həbs elətdirəcəyi ilə hədələmişdir. O da Günaya ona kobudluq etdiyinə görə irad bildirmiş və Günaya belə edəcəyi halda oğlu Anarı ona göstərməyəcəyini bildirmişdir. Bu zaman onların aralarında mübahisə yaranmış və Günay ona qarşı daha da çox kobudluq edərək onu polis əməkdaşları ilə hədələyərək həbs elətdirəcəyini bildirərək ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt da o, əsəblərinə hakim ola bilməyərək Günayı vurmaq üçün cibindən özü ilə götürdüyü bıçağı çıxararaq sonuncunun üzərinə getmişdir. Günay onun əlində bıçağı görərək qaçmaq istədikdə o, Günayı tutaraq bir neçə dəfə kürək nahiyəsindən vurmuşdur. Bu zaman Tural onu tutaraq yerə yıxmış və onu saxlayaraq əlindəki bıçağı onun əlindən almışdır. Günay isə oradan qaçıb çıxmış, qaçdığı zaman bir dəfə yerə yıxılmış və ayağa duraraq ofisdən çıxıb getmişdir. Günay getdikdən sonra o, da oradan çıxıb yaşadığı evə getmişdir. Evə çatdığı zaman Tural onun əlindən aldığı bıçağı ona qaytararaq öz evinə getmişdir. Evdə olduğu zaman saat təxminən 16 radələrində polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gedərək növbətçi hissədə Günayı vurduğu bıçağı polis əməkdaşlarına təqdim etmişdir. O, Günayın kürək nahiyəsində bir neçə dəfə vurmuş, lakin neçə dəfə vurmasını dəqiq bilməmişdir. Onun niyyəti Günayı öldürmək olmamış, Günayı etdiyi kobudluğa görə cəzalandırmaq istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən Anar adlı oğlu dünyaya gəlmişdir. 2021-ci ildə onların Zirəddinlə münasibətləri pisləşmişdir. Onlar bir-biriləri ilə yola gedə bilməmişlər. Ona görə də o, Zirəddindən boşanmaq qərarına gəlmişdir. Həmin vaxt o, məhkəməyə müraciət edərək Zirəddindən ayrılmışdır. Onlar boşandıqları zaman Zirəddin mütəmadi olaraq onu hədələmiş, oğlu Anarın özündə qalmasını istəmişdir. Ona görə də o, məhkəmədə oğlunun Zirəddində qalmasına razılıq vermişdir. Anar şənbə və bazar günləri onunla, qalan vaxtlar isə Zirəddinin yanında qalmışdır. Zirəddin sonradan şənbə və bazar günləri də ona Anarı görməyə icazə verməməyə başlamışdır. O da gizlin şəkildə Anarı görmək üçün oxuduğu məktəbə getmişdir. Lakin, bir müddət sonra Zirəddin buna görə də onu hədələmiş və uşaqdan uzaq durmasını demişdir. Lakin o, yenə də gizlin şəkildə Anarı görmüşdür. Onun maddi vəziyyəti yaxşı olmadığından 2023-cü il aprel ayının əvvəllərində Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Güvən vergi və mühasibatlıq” xidmətinə işə düzəlmişdir. İlk əvvəl o işi və kompüterdə işləməyi öyrənmişdir. 19 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Zirəddin onun işlədiyi yerə gələrək, ona bir daha oğlunun arxasınca məktəbə getməməsini demişdir. O da iş yerində hər hansı bir problem yaranmaması üçün Zirəddinə fikir verməyərək “yola vermiş” və sonuncuya iş yerində onu narahat etməməsini demişdir. Bundan sonra Zirəddin oradan çıxıb getmişdir. Saat 15 radələrində Zirəddin yenidən onun iş yerinə gəlmiş və ondan çölə çıxmasını istəmişdir. Bu zaman Zirəddinin arxasınca tanışı Tural adlı şəxs də içəri daxil olmuşdur. Zirəddin ondan çölə çıxmasını istəmiş və ona söz deyəcəyini bildirmişdir. O, danışığından Zirəddinin hirsli olduğunu görmüş və çölə çıxdığı təqdirdə onu döyəcəyini bilmişdir. Ona görə də o, Zirəddinə çölə çıxmayacağını bildirmiş və sonuncudan qaçmaq üçün stolun ətrafında fırlanmışdır. O, Zirəddinin əlində bıçaq olduğunu görmüşdür. Zirəddin onu şillə ilə vurub yerə yıxmışdır. O, yıxılan kimi Zirəddin onun kürəyindən bir neçə dəfə bıçaqla vurmuşdur. O, qaçmaq istəyərkən bıçağın biri onun sağ qolunun dirsək hissəsindən dəymişdir. O, zərbələrdən yayınmaq üçün stolun altına girmək istədikdə, Zirəddin onun sol yan tərəfindən bıçaqla vurmuşdur. Daha sonra Zirəddin onu qaldırıb yerə çırpmışdır. O, yenidən qaçmaq istədikdə Zirəddin yumruqla onun burnundan vurmuş və onun burnundan qan axmağa başlamışdır. Otaqda olan işçilər və Tural adlı şəxs Zirəddini ondan aralamışlar, o da Zirəddinin əlindən çıxaraq qaçmışdır. O, küçəyə çıxıb yolda qaçanda bir dəfə özünü itirib yerə yıxılmışdır. Lakin o, özünü ələ alaraq yaxınlıqda olan tanımadığı taksiyə minib, sürücüdən onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, həmin vaxt huşunu itirmişdir. O, özünə gəldiyində xəstəxanada olduğunu görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zirəddin ondan qisas almaq məqsədilə qəsdən bıçaqla çoxsaylı zərbələr vurub onu öldürmək istəmiş, lakin hadisə yerində olan Tural və Fariz adlı şəxslər onun Zirəddinin qarşısını alaraq, onu tutub saxladıqlarından və əlindən bıçağı Tural aldığına görə daha çox xəsarət yetirməsinin qarşısını almış, həmin vaxt o Zirəddinin əlindən qaçıb küçəyə çıxaraq taksiyə minib xəstəxanaya vaxtında getməsi səbəbindən həyatda sağ qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, o, Şəmkir şəhərində yaşayır. Şəmkir şəhərində “Güvən vergi və mühasibatlıq” şirkətində mühasib işləyir. Xatırlamadığı tarixdə işdə olan zaman Təqsirləndirilən şəxs Tural adlı şəxslə ofisə daxil olaraq Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Zirəddin əlində olan bıçaqla Günaya hücum edən zaman Zərərçəkmiş şəxs stolun arxasına qaçaraq gizlənmişdir. Bundan sonra o, Zirəddinin yanında gələn şəxslə, yəni Turalla kömək üçün gedənə qədər Zirəddin Zərərçəkmiş şəxs bıçaqla vumuşdur. O, Zirəddinin yanında gələn şəxslə Zirəddini saxlamağa çalışmış, bundan sonra Zərərçəkmiş şəxs qaçaraq ofisdən çıxmış və Zirəddin də eyni qaydada Günayın arxasınca getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə ofisin içərisində baş vermiş, Günayla Zirəddinin arasında olan mübahisənin məzmununu bilməmişdir. O, Zirəddinin dostu Tural ilə Zirəddini saxlamış, Zirəddinin əlindən bıçağı kimin alınmasını isə görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında onlar Şəmkir şəhəri, Həzi Aslanov küçəsində bir neçə tanışı ilə birlikdə “Güvən” vergi və mühasibatlıq ofisi açaraq işlətmişlər. Onlar həmin ofisdə vergi və mühasibatlıq problemləri olan vətəndaşlara və ya müəyyən şirkətlərə ödənişli xidmət göstərmişlər. 2023-cü ilin aprel ayının əvvəllərində Şəmkir şəhər sakini olan Zərərçəkmiş şəxs qızı işlə bağlı onlara müraciət etdiyindən onu ofislərində işə götürmüşlər. Günay ilk əvvəl gələrək müəyyən işləri öyrənmiş, lakin rəsmi olaraq işə başlamamışdır. 19 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində işdə Günay, o və digər iş yoldaşı Xəyal Hüseynov olmuşdur. Digər yoldaşları isə nahar fasiləsinə getmişlər. Həmin vaxtı əvvəllər üzdən tanıdığı, adının Zirəddin olduğunu bildiyi Şəmkir şəhər sakini ofisə daxil olmuş və Günayın üzərinə gedərək Günayla əl qol hərəkətləri ilə danışmağa başlamışdır. Zirəddinin arxasınca isə tanımadığı oğlan içəri daxil olaraq qapının yanında dayanmışdır. Həmin oğlanın Zirəddinlə birlikdə gəlməsi hiss olunmuşdur. Həmin vaxtı o, Zirəddinin Günayın keçmiş əri olmasını başa düşmüşdür. Zirəddin Günayla övladları barədə mübahisə edərək övladını döydüklərini bildirmişdir. Günay isə Zirəddinə ofisdə həmin söhbətlərin yerinin olmadığını bildirmişdir. Zirəddin Günayın üzərinə gedərkən o da Zirəddin və Günaya tərəf getmişdir. Həmin anda Günay qaçmaq istədikdə Zirəddin Günayı tutaraq sonuncunu vurmağa başlamışdır. Həmin vaxtı ofisin stolları aşmışdır. O, Zirəddinin əlində bıçaq olmasını görmüşdür. Zirəddin yerə yıxılı vəziyətdə olan Günayı bıçaqla vurmuşdur. Lakin o, Zirəddinin Günayın hansı nahiyyəsindən bıçaqla vurmasını görməmişdir. O, tez Zirəddini tutub Günaydan aralamağa çalışmış, Xəyal isə çölə kömək çağırmaq üçün qaçmışdır. O isə Zirəddinə güc gələ bilmədiyindən Zirəddinin yanında gələn şəxsə kömək etməsini demişdir. Həmin şəxs ona Zirəddini tutub saxlamağa və sakitləşdirməyə köməklik etmişdir. Onlar birlikdə Zirəddini tutduqları zaman yaralı vəziyyətdə olan Günay stolun altından çıxaraq çölə qaçmışdır. Günay çölə qaçdıqdan sonra Zirəddin onların əllərindən çıxaraq çölə getmişdir. Zirəddinin arxasınca onlar da çölə çıxdıqlarında orada olan şəxslər Günayın artıq taksiyə oturaraq getdiyini bildirmişlər. Bundan sonra onlar Zirəddinin də oradan hara getməsini bilməmişlər. Sonradan onlar Günayın taksi ilə özünü xəstəxanaya çatdırdığını və əməliyyat olunmasını eşitmişlər. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı sonradan adını bildiyi Tural adlı şəxslə Zirəddini tutub saxlamış və həmin vaxt Tural bıçağı onun əlindən almış, Günay isə yıxıldığı yerdən qalxaraq cəld küçəyə qaçmış və bu səbəbdən Zirəddinə qəsdini davam etdirməyə mane olmuşlar. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X15 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Günay 2015-ci ildə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Günayla Zirəddinin birgə nikahından bir oğlan övladları dünayaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan aralarında problemlər olduğundan Günayla Zirəddin 2021-ci ildə rəsmi olaraq boşanmışlar. Bundan sonra o, Günayla Zirəddinin arasında ciddi problemlər olduğunu bilmişdir. Zirəddin daim Günayı incitmişdir. Boşanma olduqdan sonra isə Zirəddin Günaya hədə-qorxu gələrək uşağı məhkəmə qərarı ilə özündə saxlamışdır. Həmin vaxtı Günay Zirəddinin hədə qorxusundan ehtiyat etdiyindən uşağın Zirəddində qalmasını xahiş etmişdir. Lakin həftənin iki günü uşaq onlarda olmuşdur. Bundan sonra da Zirəddin uşağı Günaya vermək istəməmiş və buna görə də Günaya hədə-qorxu etmişdir. Zirəddin ona bir neçə dəfə zəng edərək Günaya uşağı verməyəcəyini, Günay problem yaradacağı halda sonuncunu bıçaqla vuracağını demişdir. Günay Zirəddindən boşandıqdan sonra Şəmkir şəhərində açılmış ofisə işə düzəlmiş və oraya təcrübəyə getmişdir. 19 aprel 2023-cü il tarixdə o, bazarda olduğu zaman Zirəddin onun yanına gələrək Günayın uşağın yanına getməsinə görə etiraz edərək bir daha uşağı görmək üçün getsə Günayı bıçaqla vuracağını bildirmişdir. O da Zirəddinə Günayı axşam başa salacağını, bir daha uşağını görmək üçün getməyəcəyini bildirmişdir. Bundan sonra Zirəddin oradan uzaqlaşıb getmişdir. O da Zirəddin belə sözləri həmişə dediyindən sonuncuya əhəmiyyət verməmişdir. Günorta saat təxminən 15 radələrində Zirəddin onun mobil telefonuna zəng edərək Günayı bıçaqla vurduğunu bildirmişdir. O, birinci Zirəddinin yalan deyəcəyini düşünmüşdür. Lakin, həmin vaxtı da Günayın mobil telefonundan onun mobil telefonuna zəng gəlmişdir. O, telefonu açdıqda başqa bir şəxs cavab verərək Günayın bıçaqlandığını və xəstəxanada olduğunu onun tez gəlməsini demişdir. O da bundan sonra tez xəstəxanaya getmişdir. Oraya getdiyində Günayın bir neçə bıçaq xəsarəti almasını görmüşdür. Bundan sonra onlar Günayı Gəncə şəhəri Beynəlxalq xəstəxanaya aparmışlar. Orada Günaya ilkin yardım göstərildikdən sonra onlar geri Şəmkir mərkəzi xəstəxanasına qayıtmış və orada Günay əməliyyat olunmuşdur. Sonradan o, Zirəddinin günorta vaxtı Günayın işlədiyi ofisə gedib Günaya uşağın yanına getməməyi deyərək mübahisə etmiş, həmin vaxtda mübahisə yarananda Zirəddin üzərində olan bıçaqla 5 dəfə Günaya bıçaqla vurduğunu bilmişdir. Günay isə oradan bir təhər qaçaraq taksilərdən birinə oturub xəstəxanaya getmişdir. Xəstəxanada isə orada olan polis əməkdaşı ona zəng edib məlumat vermişdir. Şahid3 bundan başqa ifadəsində onu da göstərmişdir ki, hadisə olan günü, yəni 19 aprel 2023-cü il tarixdə Zirəddin onun yanına gələrək Günayın öz övladını görməyə getməsinə görə irad bildirib əks halda bıçaqla vuracağını bildirmişdir. O, ofisdə Günaydan başqa iki iş yoldaşının və Zirəddinin yanında gələn Tural adlı şəxsin olmasını eşitmiş, taksi sürücüsünün isə kim olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Onların uzun müddətdir ki, münasibətləri vardır. 2023-cü ilin əvvəlindən o, Zirəddingilin evində usta kimi işləmişdir. İşinin sonunda Zirəddin ona zəhmət haqqı kimi VAZ 2106 markalı avtomobil vermişdir. Lakin onlar həmin avtomobili onun adına sənədləşdirməmişlər. 19 aprel 2023-cü il tarixdə onlar nahar edərkən Zirəddin spirtli içki qəbul etmişdir. Bundan sonra o, Zirəddinə avtomobili onun adına rəsmiləşdirməyi demişdir. Zirəddin də ona heç bir etiraz etməmişdir. Onlar birlikdə Zirəddinin yaşadığı evə getmiş, Zirəddin evə girmiş və tez də yola çıxmışdır. Bundan sonra ona avtomobili ikinci küçədə vergi xidməti yazılan bir yerin qarşısına sürdürmüşdür. Orada Zirəddin avtomobildən düşərək həmin ofis kimi bir yerə girdikdə o, Zirəddinin avtomobili sənədləşdirmək üçün getməsini düşünərək Zirəddinin arxasınca getmişdir. İçəri daxil olduqda içəridə iki nəfər oğlan və bir nəfər qız oturmuşdur. Zirəddin içəri daxil olduqda qızla mübahisə edərək qızın onu polislə qorxutmasına irad bildirmişdir. Qız da Zirəddinə həmin yerə gəldiyinə görə irad bildirmişdir. Zirəddin ilə qız arasında mübahisə yarananda onlara həmin qızın Zirəddinin keçmiş arvadı olması aydın olmuşdur. Mübahisə zamanı Zirəddin qızın üzərinə getdikdə qız stolların arxasından qaçmaq istəmişdir, onun yanına çatdıqda o, qızın Zirəddindən qorxaraq titrədiyini görmüşdür. O, qızı sakitləşdirmək üçün ona dayanmasını, səbirli olmasını, Zirəddini başa salacağını bildirmişdir. Həmin anda da Zirəddin onların yanına çataraq qızı şillə ilə vurmuş, qız zərbənin təsirindən yerə yıxılmışdır. O, Zirəddinin belə hərəkət edəcəyini gözləməmiş, ona görə də Zirəddinə müdaxilə edə bilməmişdir. Lakin o, bir təhər Zirəddini tutub saxlamışdır. Lakin, Zirəddin onun əlindən çıxaraq yenidən qızı tutmuş və o, Zirəddinin qızı yıxaraq vurduğunu görmüş, yenə də tez Zirəddini tutduğu zaman əlində bıçaq olmasını görmüşdür. O, Zirəddinin qolunu tutana kimi Zirəddin yenə bıçaqla qızın belindən vurduqda qız yenidən yerə yıxılmış və bu zaman qızın başı Zirəddinin ayaqları tərəfdə olmuşdur. Zirəddin əlini onun əlindən çıxardaraq qızın boyun nahiyyəsindən vurmaq istədikdə tez o, iki əli ilə Zirəddinin biləyindən tutaraq qolunu qatlamış və Zirəddini çəkərək yerə yıxıb, əlindən bıçağı yerə salmışdır. Qız da tez ayağa qalxaraq qapıdan çıxıb qaçmışdır. Bundan sonra onların ikisi də ayağa qalxmış, o, Zirəddinə bıçaqla qızı vurduğuna görə irad bildirmiş və özü ilə bərabər ona da problem yaradacağını demişdir. Daha sonra hər ikisi oradan çıxmış, o, Zirəddini yaşadığı evə aparmış, evin qarşısında Zirəddin ondan öz qatlanan cib bıçağını istədiyindən qaytarıb özünə vermişdir. Həmin vaxtı Zirəddinin atası da gəlmiş, Zirəddin atasına keçmiş arvadını bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra o, oradan çıxıb yaşadığı evə getmiş, bir müddət sonra isə Bakı şəhərinə getdiyində Səbail məhkəməsində olan işinə görə məhkəmə tərəfindən həbs olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(076)-69/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 avqust 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddələrinə tövsif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 03 may 2023-cü il tarixli, 455 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarının sol yan səthinin daxilə keçən enən çəmbər bağırsağı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə keçəməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ dirsək oynağının bayır səthinin kəsilmiş səthi yarası deşicikəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 19 aprel 2023-cii il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 1 ədəd deşilmiş-kəsilmiş yarası və qarının sol yan səthinin daxilə keçən enən çəmbər bağırsağı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 2 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, döş qəfəsinin arxa səthinin sol yarsınm daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və bel nahiyəsinin daxilə keçəməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 2 ədəd) həm ayrıayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ dirsək oynağının bayır səthinin kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-trasoloji, məhkəmə soyuq silah ekspertizasının 14 iyul 2023-cü il tarixli,16/653/662 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan gödəkçənin səthində olan 03 ədəd “a”, “b” zədələri və köynəyin səthində olan 05 ədəd “c”, “d”, “e”, “f”, “k” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 455 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçməyən 1 ədəd deşilmiş - kəsilmiş yarası, qarının sol yan səthinin daxilə keçən enən çəmbər bağırsağı zədələyən 1 ədəd deşilmiş- kəsilmiş yarası, bel nahiyyəsinin daxilə keçməyən 1 ədəd deşilmiş - kəsilmiş yarası” xəsarətləri ilə gödəkçənin səthində olan “a”, “b” zədələri və köynəyin səthində olan “c”, “e”, “f, “k” zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə psixiatrik ekspertizasının 22 iyun 2023-cü il tarixli, 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 aprel 2023-cü il tarixli “Əşyayanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bıçaq boz rəngli taxta və ağ rəngli dəmir material olan dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 25 sm-dir, tiyəsi boz rəngli taxta materialdan ibarətdir. Tiyənin üzərində ləkələr müşahidə edilmədi. Tiyənin arxa tərəfi küt, ön tərəfi isə kəsicideşici xassəyə malikdir. Tiyənin kəsici hissəsi itilənmişdir. Dəstəyin üzərində 4 ədəd birləşdirici düymə vardır. Tiyə və dəstəyin üzərində adi gözlə görünən hər hansı deformasiya izləri müşahidə edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 aprel 2023-cü il tarixli “Paltarların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs qızının hadisə zamanı əynində olan gödəkçə qara rənglidir, iki ön cibi vardır, qolu qısadır, ön hissəsi zəncirbəndlidir. Gödəkçənin üzərində qanabənzər ləkələr vardır. Gödəkçənin ön sol tərəfində bir ədəd, arxa sol tərəfinin aşağı kənarında isə üç ədəd zədə vardır. Bundan başqa gödəkçənin üzərində hər hansı bir xəsarət izi aşkar olunmadı. Bir ədəd köynək isə uzunqol olmaqla qırmızı rənglidir, üzərində qanabənzər ləkələr vardır. Köynəyin ön sol tərəfində bir ədəd, sol çiyin hissəsində bir ədəd, arxa sağ tərəfində bir ədəd, arxa sol tərəfində aşağı hissəsində iki ədəd olmaqla beş zədə yeri vardır. Zədələrin hamısı kəsilmiş zədələrə oxşayır. Bundan başqa hər hansı zədə və kəsik olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyun 2023-cü il tarixli “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, o, 19 aprel 2023-cü il tarixdə, saat 15 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs qızı ilə barışıb yenidən birlikdə yaşamalarına onu razı salmaq üçün sonuncunun operator işlədiyi Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Güvən Vergi və Mühasibatlıq” adlı ofisə gəlmiş, orada Zərərçəkmiş şəxs barışıq təklifinə etiraz etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs hiddətlənərək qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncunu qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi ilə bağlı törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 22 iyun 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1.-ci maddələri ilə, xx.xx.2009-cu il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmuş, lakin qanunla müəyyən edilmiş qaydada məhkumluqları ödənilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri H.Aslanov küçəsi ev 75-də qeydiyyatda olmaqla, atası X5, anası X3 və oğlu xx.xx.2016-cı il təvəllüdlü X1 ibarət ailə tərkibi var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon mərkəzi xəstəxanası X16 Konsultativ poliklinika şöbəsinin 29 aprel 2023-cü il tarixli, 159 nömrəli arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(076)-547/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Musayeva (Zirəddinzadə) Günay Vaqif qızı ilə Təqsirləndirilən şəxs birgə nigahı xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qızını bıçaqla vurduğu zaman sonuncunun işlədiyi yerdə iş yoldaşları X15, Şahid1 və Şəmkir şəhər sakini Şahid4 olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Şahid4 Zərərçəkmiş şəxs tutub saxlamamış, əksinə Təqsirləndirilən şəxs tutaraq sonuncunun Zərərçəkmiş şəxs daha çox xəsarətlər yetirməsinə mane olmuşdur. Şahid4 Səbail rayon məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə həbs olunaraq Bakı istintaq təcridxanasında saxlandığından onun istintaqa təqdim edilməsi mümkün olmamışdır. X2 digər analoji cinayətlərdə iştirakı müəyyən edilməmişdir. Həmçinin hadisədən sonra Zərərçəkmiş şəxs əyləşərək Şəmkir rayon Mərkəzi xəstəxanasına getdiyi taksi fəaliyyəti ilə məşğul olan avtomobili və onun sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qızının hadisə vaxtı əynində olmuş qara rəngli gödəkcə, qırmızı rəngli uzunqol köynək və Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd bıçaq öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və.s sübüutlar) tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin mənasına görə isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızını qəsdən öldürməkdə ifadə olunan əməlini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsisə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 14 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 14 ilin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Şəmkir rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs qızına məxsus qara rəngli gödəkcə, qırmızı rəngli uzunqol köynək qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 (bir) ədəd bıçaq isə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 216 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Şəmkir rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs qızına məxsus qara rəngli gödəkcə, qırmızı rəngli uzunqol köynək qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 (bir) ədəd bıçaq isə məhv edilsin Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar