Məhkəmə qərarları › İş №1(100)-164/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-164/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-164/2025 16.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X5 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1999-ci ildə Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1997-ci ildə Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndiriləməsinə dair, xx.xx.1993-cü ildə Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1981-ci ildə Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Goranboy rayonu, Qızılıhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində aralarında olan vəzifə bölgüsünə əsasən qrupun digər üzvü Təqsirləndirilən şəxs3 tərəfindən avtomobillə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahənin dəmir listlə inşa edilmiş hasarının yanına gətirdikdən sonra, hasarın üzərindən həyətə keçməklə qanunsuz daxil olub həyətdə yerləşən evin pəcərəsini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi vintaçanla açıb evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsinə qalxıb yataq otağındaki şkafdan içərisində 2000 manat dəyərində brilyant qaşlı qızıl dəsti (bir dəst sırğa, üzük, kulon, qolbağı), 200 manat dəyərində 1 ədəd boyunbağı, 200 manat dəyərində bir ədəd qadın üzüyü, 250 manat dəyərində bir ədəd qolbağı, cəmi dəyəri 1700 manat olan 4 ədəd kişi üzüklərini, 20 manat dəyərində 1 ədəd avtomobilin ehtiyyat açarı, 400 manat dəyərində dəmir seyfi və evin birinci mərtəbəsindəki otaqdan 70 manat dəyərində kameranın yaddaş aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4840 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2019-cu il tarixdə saat 20 radələrində aralarında olan vəzifə bölgüsünə əsasən qrupun üzvü Təqsirləndirilən şəxs3 tərəfindən avtomobillə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahənin dəmir listlə inşa edilmiş hasarının yanına gətirdikdən sonra hasarın üzərindən həyətə keçməklə qanunsuz daxil olub həyətdə yerləşən evin pəcərəsini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi vintaçanla açıb evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsinə qalxıb yataq otağındaki skafdan içərisində 2000 manat dəyərində brilyant qaşlı qızıl dəsti (bir dəst sırğa, üzük, kulon, qolbağı), 200 manat dəyərində 1 ədəd boyunbağı, 200 manat dəyərində bir ədəd qadın üzüyü, 250 manat dəyərində bir ədəd qolbağı, cəmi dəyəri 1700 manat olan 4 ədəd kişi üzüklərini, 20 manat dəyərində 1 ədəd avtomobilin ehtiyyat açarı 400 manat dəyərində dəmir seyfi və evin birinci mərtəbəsindəki otaqdan 70 manat dəyərində kameranın yaddaş aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4840 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs2 ilə 10 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən “24 saat” marketin yaxınlığında söhbət edib həmkəndlisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birgə yaşadıqları evdən əmlaklarını quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hucuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək yolu ilə ələ keçirmək barədə razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək iki ədəd bıçaq və bir ədəd tapança formalı alışqanla silahlanıb maskalanmış halda 10 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birgə yaşadıqları Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən yaşayış sahəsi olan evin həyətinə, oradan isə mətbəxin pəncərəsindən evin içərisinə qanunsuz girməklə yataq otağında olan xx xxxxxx 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx xxxxxx 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 əl-qolunu qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə yapışqanlı lentlə bağlayaraq silah qismində istifadə etdikləri tapança formalı alışqanla və bıçaqla vurub Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının, ənsə nahiyyəsinin və üst dodağın əzilmiş yaraları, sağ sarğı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə sağ göz ətrafının hemotoması, ağlı qişaya qansızma, sol əlin deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə sonunculara məxsus olmaqla evdə saxladıqları 1713 manat, 5260 ABŞ dolları (həmin dövrə olan məzənnəyə əsasən 8942 manat), 670 rubl (həmin dövrə olan məzənnəyə əsasən 11,39 manat) pulu və ümumi dəyəri 6209 manat olan 1 ədəd kulon, 3 ədəd boyunbağı və bir ədəd qolbağını ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz girib silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək ümümilikdə zərərçəkmiş şəxslərin xeyli miqdar təşkil edən 16 875,39 (on altı min səkkiz yüz yetmiş beş manat otuz doqquz qəpik) manat məbləğində əmlaklarını ələ keçirərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2019-cu il tarixdə saat 20 radələrində aralarında olan vəzifə bölgüsünə əsasən qrupun üzvü Təqsirləndirilən şəxs3 tərəfindən avtomobillə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahənin dəmir listlə inşa edilmiş hasarının yanına gətirdikdən sonra hasarın üzərindən həyətə keçməklə qanunsuz daxil olub həyətdə yerləşən evin pəcərəsini özü ilə gətirdiyi vintaçanla açıb evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsinə qalxıb yataq otağındaki skafdan içərisində 2000 manat dəyərində brilyant qaşlı qızıl dəsti (bir dəst sırğa, üzük, kulon, qolbağı), 200 manat dəyərində 1 ədəd boyunbağı, 200 manat dəyərində bir ədəd qadın üzüyü, 250 manat dəyərində bir ədəd qolbağı, cəmi dəyəri 1700 manat olan 4 ədəd kişi üzükləri, 20 manat dəyərində 1 ədəd avtomobilin ehtiyyat açarı olan 400 manat dəyərində dəmir seyfi və evin birinci mərtəbəsindəki otaqdan 70 manat dəyərində kameranın yaddaş aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4840 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “24 saat” marketin yaxınlığında söhbət edib həmkəndlisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birgə yaşadıqları evdən əmlakını quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hucuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək yolu ilə ələ keçirmək barədə razılığa gəlib, tamah niyyəti ilə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 10 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində iki ədəd bıçaq və bir ədəd tapança formalı alışqanla silahlanaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birgə yaşadıqları Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən yaşayış sahəsi olan evin həyətinə, oradan isə mətbəxin pəncərəsindən evin içərisinə qanunsuz girməklə yataq otağında olan xx xxxxxx 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx xxxxxx 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 əl qolunu qrupun digər üzvü Təqsirləndirilən şəxs4la birlikdə bağlayaraq silah qismində istifadə etdikləri tapanca formalı alışqanla və bıçaqla vurub Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının, ənsə nahiyyəsinin və üst dodağın əzilmiş yaraları, sağ sarğı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə sağ göz ətrafının hemotoması, ağlı qişaya qansızma, sol əlin deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə sonunculara məxsus olmaqla evdə saxladıqları 1713 manat, 5260 ABŞ dolları (həmin dövrə olan məzənnəyə əsasən 8942 manat), 670 rubl (həmin dövrə olan məzənnəyə əsasən 11,39 manat) pulu və ümumi dəyəri 6209 manat olan 1 ədəd kulon, 3 ədəd boyunbağı və bir ədəd qolbağını ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz girib silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək ümümilikdə zərərçəkmiş şəxslərin xeyli miqdar təşkil edən 16 875,39 (on altı min səkkiz yüz yetmiş beş manat otuz doqquz qəpik) manat məbləğində əmlaklarını ələ keçirərək təkrarən quldurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, O ibtidai istintaq orqanına verdiyi ifadəsində, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs4 uzun illərdir ki, tanıyır, Samirlə normal münasibəti var və aralarında heç bir düşməçilik və ya ədavət yoxdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Samirlə birlikdə söhbət edən zaman o, Samirə həmkəndliləri Sədaqət müəllimə və onun əri Səmədin yaxşı pulunun olduğunu, sonuncunun evinə girib həmin pulları oğurlamağı təklif etmiş, Samir ona necə girməli olduqlarını soruşan zaman o, Samirə axşam söhbət edərik deyib çıxıb getmişdir. Həmin gün axşam vaxtı o, Samirlə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “24 saat” marketin qarşısında görüşmüş, özünə məxsus olan VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuşlar. O, Samirə axşam qeyd etdiyi evə girəcəklərini və saat 01:30-da onun evinin yanında olmasını demişdir. Bundan sonra onlar öz evlərinə getmişlər. O, evindən qardaşı Fəridə məxsus 1 ədəd papağı götürmüş, digər papağı isə həmkəndlisi Kamrandan götürmüşdür. O, hər iki papaqda gözlərinin görməsi üçün bıçaqla deşiklər açmış, özünə məxsus olan 1 ədəd qəssab bıçağını və 1 ədəd Kamrandan götürdüyü bıçağı götürüb xx.xx.2023-cü il tarixdə 02-də evdən çıxmış, həmin vaxt Samir onu həyətinin giriş qapısında gözləmişdir. O, qəssab bıçağını Samirə vermiş, Kamrandan aldığı bıçağı isə özündə saxlamış, onlar qapının qarşısında maskaları üzlərinə keçirmiş, o, Kamrandan aldığı maskanı geyinmiş, Samir isə qardaşı Fəridə məxsus olan maskanı geyinmişdir. Onlar piyada Səmədin qapısına getmiş, Samir əl qapısının üstündən tullanıb həyətə daxil olmuş və qapını açmışdır. Bundan sonra o da həyətə daxil olmuş, mətbəxin pəcərəsinə quraşdırılmış setkanı kəsmiş, həmin vaxt pəncərə açıq olduğundan pəncərədən evin içərisinə daxil olmuşdur. Evə daxil olan kimi otaqlardan birindən səs gəlmiş, o, otağa daxil olan kimi otağın işığını yandırıb tez söndürmüş, işığı yandıran vaxt Səməd və Sədaqətin yataqda olduğunu görmüşdür. O, onlara yerə uzanmalarını demiş, Səməd yatağın yanında yerə uzanmış və Samirə “gəl bunun əllərini bağla” demiş, Samir də özləri ilə gətirdiyi yapışqanlı lentlə Səmədin əllərini bağlamışdır. Bundan sonra o, Samirdən qadının da əllərini bağlamağını istəmiş, Samir də dediklərini etmişdir. Samir qapının qarşısında, o isə Səmədin yanında dayanmışdır. O, Səməddən pulların yerini soruşmuş, Səməd ona pulların yerini demədikdə təpiklə Səmədi vurmağa başlamışdır. Bu vaxt Sədaqət ona həmin otaqda yerləşən tək adam üçün nəzərdə tutulan yataqdakı döşəklərin altında pul olduğunu və həmin pulu götürməyi demiş, o da pulları həmin yerdən götürmüş, onlardan yenə də pulların yerini soruşmuşdur. Bu vaxt Səməd şkafdakı şalvarının cibində 400 manat pul olduğunu demiş, o da həmin pulları götürmüş, o, yenə də onlardan pulların qalanının yerini soruşmuşdur. Bu vaxt Sədaqət boynundakı boyunbağını çıxarıb ona vermiş, sonra isə bütün qızılların şkafdakı ayaqqabının içərsində olduğunu demiş, o da həmin qızılları Sədaqətin göstərdiyi yerdən götürmüşdür. Bundan sonra o, ev sahiblərindən yenə də pulların yerini soruşan zaman pullarının olmadığını demişlər. O isə özü tapacağını deyib otaqları axtarmağa başlamış, evi saat əqrəbi istiqamətində axtaran zaman sonuncu otaqdan döşəyin altından dollar tapmışdır. Həmin pulu gətirib Sədaqətin yanında saymış və 5260 dollar və sayını bilmədiyi rus pulları olduğunu görmüşdür. O, Səmədə “bəs deyirdin pul yoxdu” demiş, bundan sonra yenidən Səməddən pulların yerini deməsini tələb etmiş, ev sahibləri evdə pul olmadığını demişlər. Bundan sonra o, ev sahiblərini qorxutmaq üçün benzin soruşmuş və ev sahiblərinə “sizi yandıracağıq” demişdir. Daha sonra o, benzin lazım olmadığını, evdə olan araqla yandıracağını demişdir. Sədaqəti yerindən qaldırıb salona aparmış, onun əl-qolunu Samirdən bağlamasını istəmiş, Samir də onun dediklərini yerinə yetirmişdir. Bu vaxt digər otaqdan Səmədin səsi gəlmiş, onlar səs gələn kimi hər ikisi Səmədi saxladıqları otağa getmiş, Səmədin yanına gedən zaman Sədaqətin evdən çıxıb qışqırdığını eşitmişdir. Bundan sonra hər ikisi evdən çıxıb qaçmışdır. O, ilk əvvəl həyətdən qapıdan çıxmış, ondan sonra isə Samir də qapıdan çıxıb qaçmışdır. O, evinin qapısına çatanda maskanı üzündən çıxarmış, öz evinə girmiş, bir neçə dəqiqə sonra Samir də onun yaşadığı evə gəlmişdir. Onlar həyətdə görüşmüş, bu vaxt üzərində olan qızılları və pulları çıxarıb Samirin gözü qarşısında həyətində yerləşən tualetdə gizlətmişdir. Bundan sonra evdən çıxıb Samiri evlərinə ötürmüş, maskanı yandırıb kanalzasiya qoyusuna atmış, 1-2 gün sonra həmin pulları gizlətdiyi yerdən götürüb yaşadığı evin zalındakı şkafın içində gizlətmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində əlində oyuncaq tapança olduğunu, həmin tapançanın Samirə məxsus olduğunu, Sədaqəti tapança ilə vurmadığını, tapançanı sındırıb tulladığını bildirmişdir. Bundan başqa o, ifadəsində həmkəndlisi Zərərçəkmiş şəxs3 tanıyır. Bununla bərabər İftixarı və Vüsalı da tanıyır. Onlarla eyni qəsəbədə yaşayır. İftixar və Vüsalla münasibəti normal olmuş, aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu ilin oktyabr ayının ortalarında o, İftixar və Vüsalla söhbət edərkən Səyavuşun evindən oğurluq etmək qərarına gəlmişlər. O, X10 evində seyf olduğunu, həmin seyfdə yaxşı pul olduğunu bildirmişdir. Onlar öz aralarında razılaşdıqdan sonra o, X10 ailəsinin xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinə toya gedəcəklərini və evlərində heç kimin olmayacağını bildirmişdir. Sonra onlar plan hazırlamış və Gəncə şəhərində yerləşən inşaat mağazasından lapatka, mismar çıxardan, dəmir ling (lom), kuvalt, vintaçan və əlcəklər alıb hazırlaşmışlar. xx.xx.2019-cu ildə saat 20 radələrində Vüsalın əmisinə məxsus idarə etdiyi Mercedes markalı avtomobillə Səyavuşun yaşadığı evin arxa tərəfinə getmiş, avtomobili Vüsal idarə etmiş, İftixarla o, avtomobildən düşmüş, sonra Vüsala 30 dəqiqədən sonra gələrsən demişlər. Avtomobildən düşərkən o, vintaçanı, İftixar isə mismar çıxardanı götürmüş, əlcəkləri əllərinə geyinmiş, İftixarla o, arxadan dəmirlə çəkilmiş hasarı aşıb Səyavuşun həyətyanı sahəsinə daxil olduqdan sonra həyətyanı sahə ilə gedib evə yaxınlaşmışlar. O, əlində olan vintaçanla evin mətbəxinin plastik pəncərəsini açmış, pəncərədən birinci o, evə daxil olmuş, bundan sonra isə İftixar evə daxil olmuşdur. Bundan sonra onlar iki mərtəbəli evin otaqlarını axtarmış, ikinci mərtəbədə yataq otağına keçmiş və orada olan paltar dolabının içərisində seyf olduğunu görmüşlər. Ona görə də İftixarla birlikdə seyfi götürüb birinci mərtəbəyə düşmüş, sonra birinci mərtəbədə İftixarla birlikdə evin kamerasının yaddaş aparatını da açıb götürmüşlər. Bundan sonra seyfi və aparatı İftixarla birlikdə götürüb mətbəxin qapısını açıb həyətə, oradan isə həyətyanı sahənin ön darvazasını açıb küçəyə çıxmışlar. Həmin vaxt avtomobil gəldiyini görmüş, ona görə də seyfi yerə qoymuş, avtomobillə gələnin Vüsal olduğunu görmüşlər. Vüsal avtomobili yanlarında saxlamış, iftixarla o, seyfi və kamera aparatını avtomobilin arxa salonuna yerləşdirmişlər. İftixarla o, avtomobilin arxa salonunda əyləşmiş, onlar qəsəbənin aşağısında yerləşən sahəyə getmişlər. Bundan sonra onlar seyfi avtomobildən yerə düşürmüş və kuvaltla vurub seyfi açmışlar. Seyfin içərisindən qızıl-zinət əşyaları çıxmış, seyfin içərisindən 1 biriliyant qaşlı qızıl dəsti qabı ilə birlikdə, ( bir cüt sırğa, üzük, boyunbağı, qolbağı), bir ədəd qadın üzüyü, bir ədəd qolbağı, 4 ədəd kişi üzükləri və avtomobilin açarları olduğunu görmüşdür. Həmin qızıl zinət əşyalarını Vüsal götürmüş, sonra lapatka ilə dərin quyu qazıb seyfi, kameranın yaddaş aparatını, bir qızıl dəstinin qabını və avtomobil açarlarını həmin quyuya atmış və onların üstünə benzin atıb yandırmışlar. Benzin yanıb qurtardıqdan sonra onlar seyfin üstünü basdırmışlar. Bundan sonra yaşadığı evə getmiş, təxminən 3-4 gün keçdikdən sonra Vüsal İftixarla ona oğurladıqları qızıl-zinət əşyalarını 1500 manata Bakı şəhərində satdığını bildirmiş, oğurluq yolu ilə əldə etdikləri qazancı aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ona qarşı saxlanılan zaman fiziki təzyiqlər olmuş və xəsarət almışdır. Bununla bağlı hər hansı dövlət orqanına şikayət etməmiş, eyni zamanda prokurorluq orqanları əməkdaşları tərəfindən ondan izahat alınmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, O ibtidai istintaq zamanı verdiyi ifadəsində, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır. Ümidlə normal münasibəti var və aralarında heç bir düşməçilik və ya ədavətləri yoxdur. xx.xx.2023cü il tarixdə axşam vaxtı Ümidlə birlikdə söhbət edən zaman Ümid ona həmkəndliləri Sədaqət müəllimə və onun əri Səmədin yaxşı pulunun olduğunu, sonuncunun evinə girib həmin pulları oğurlamağı təklif etmişdir. Bundan sonra o, Ümiddən necə girməli olduğunu soruşan zaman Ümid ona axşam söhbət edərik deyib çıxıb getmişdir. Həmin günü axşam saatlarında Zabillə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “24 saat” marketin qarşısında görüşmüş, Ümidə məxsus olan VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilində oturmuşlar. Ümid ona axşam qeyd etdiyi evə girəcəklərini və saat 01:30-da Ümidin evinin yanında olmasını demişdir. Həmin vaxt Ümid ona maska ilə gəlməyi təklif etmiş, o da Ümidlə razılaşmış və hərəsi öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:30-da Ümidin yaşadığı evin qarşısına evində olan bir ədəd tapança formalı alışqanı götürüb getmişdir. O, Ümidin qapısında bir müddət gözlədikdən sonra Ümid onu qarşılamışdır. Ümid ona 1 ədəd maska və bir ədəd bıçağı vermiş, o da öz növbəsində tapançanı Ümidə vermişdir. Onlar Ümidin yaşadığı evin qapısının qarşısında maskaları üzlərinə keçirmiş, piyada Səmədin qapısına getmiş, o, əl qapısının üstündən tullanıb həyətə daxil olub qapını açmışdır. Bundan sonra Ümid də həyətə daxil olmuşdur. Ümid mətbəxin pəncərəsinə quraşdırılmış setkanı kəsmiş, həmin vaxt pəncərə açıq olduğundan həmin yerdən evə daxil olmuşlar. Evdə daxil olan kimi otaqlardan birindən səs gəlmiş, onlar otağa daxil olan kimi Ümid otağın işığını yandırıb söndürmüşdür. İşığı yandıran vaxt Səməd və Sədaqətin yataqda olduğunu görmüş, Ümid onlara yerə uzanmalarını demiş, Səməd yatağın yanında yerə uzanmış, Ümid ona “gəl bunun əllərini bağla” demiş, o da özü ilə gətirdiyi yapışqanlı lentlə Səmədin əllərini bağlamışdır. Bundan sonra Ümid ona qadının da əllərini bağlamağını demiş, o da Ümidin dediklərini yerinə yetirmişdir. Bundan sonra o, qapının qarşısında, Ümid isə kişinin yanında dayanmışdır. Ümid Səməddən pulların yerini soruşmuş, Səməd pulların yerini demədikdə Ümid təpiklə Səmədi vurmağa başlamışdır. Bu vaxt Sədaqət ona həmin otaqda yerləşən tək adam üçün nəzərdə tutulan yataqdakı döşəklərin altında pul olduğunu və həmin pulu götürə biləcəklərini demişdir. Ümid də pulları həmin yerdən götürmüşdür. Bundan sonra Ümid Səməd və Sədaqətdən yenə də pulların yerini soruşmuş, bu vaxt Səməd şkafdakı şalvarının cibində 400 manat pul olduğunu demiş, Ümid də həmin pulları götürmüşdür. Bundan sonra Ümid yenə də onlardan pulların qalanının yerini soruşmuş, Sədaqət boynundakı boyunbağını çıxarıb Ümidə vermiş, sonra isə bütün qızılların şkafdakı ayaqqabının içərsində olduğunu demiş və Ümid həmin qızılları qeyd olunan yerdən götürmüşdür. Bundan sonra Ümid ev sahiblərindən yenə də pulların yerini soruşan zaman onlar pullarının olmadığını demişlər. Ümid isə özü tapacağını deyib otaqları axtarmağa başlamış, həmin vaxt o, Səməd və Sədaqətin yanında dayanmış, bir müddətdən sonra Ümid əlində 5260 dollar və sayını bilmədiyi rus pulları ilə geri qayıtmış, Ümid otağa daxil olan kimi Sədaqətə “bəs deyirdin pul yoxdu” demiş, bundan sonra Ümid yenidən ev sahiblərindən pulların yerini deməsini tələb etmişdir. Ev sahiblər evdə pul olmadığını demişlər. Bundan sonra Ümid ona demişdir ki, “bıçağı ver bunu kəsəcəm”. O isə Ümidə bıçağı verən zaman Ümidə demişdir ki, “qoy qulağını kəsim”. Bundan sonra Ümid ev sahiblərini qorxutmaq üçün benzin soruşmuş, ev sahiblərinə “sizi yandıracağıq” demişdir. Daha sonra Ümid benzin lazım olmadığını, evdə olan araqla yandıracağını bildirmişdir. Bundan sonra Sədaqəti yerindən qaldırıb salona aparmış, Ümid ondan Sədaqətin əl-qolunu bağlamağını istəmiş, o da dediklərini yerinə yetirmişdir. Bu vaxt digər otaqdan Səmədin səsi gəlmiş, Ümidlə o, səs gələn kimi hər ikisi Səmədi saxladıqları otağa getmiş, bu vaxt qadın evdən çıxıb qışqırdığını eşitmişlər. Bundan sonra hər ikisi evdən çıxıb qaçmışlar. O, qaçan zaman Sədaqətin qışqırmaması üçün onun ağzını əli ilə bir anlıq tutub buraxmış və qaçıb həyətdən çıxmışdır. Qaçan zaman maska üzündən çıxmış, o da üzünün görünməməsi üçün həyətdə dayanmayıb qaçmışdır. Bundan sonra o, Ümidin evinə getmiş, onlar həyətdə görüşmüş və o, bıçağı Ümidə vermiş, Ümid bu vaxt üzərində olan qızılları və pulları çıxarıb onun gözü qarşısında həyətlərində yerləşən tualetdə gizlətmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmiş, lakin müəyyən sənədlərə oxumadan imza etmişdir. Həmçinin ona qarşı fiziki təzyiqlər olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, O ibtidai istintaq zamanı verdiyi ifadəsində, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3la eyni qəsəbədə yaşayır. 2019-cu ilin oktyabr ayının ortalarında Ümid və İftixarla söhbət edən zaman Ümid İftixarla ona Səyavuşun evindən oğurluq etməyi təklif etmişdir. Belə ki, Ümid onlara Səyavuşun yaxşı pulu olduğunu demiş və İftixarla o, Ümidlə razılaşmışdır. Ümid onlara həm də Səyavuşun ailəsi ilə birlikdə xx.xx.2023-cü il tarixdə toya gedəcəklərini və evlərində heç kimin olmayacağını da demiş, sonra o, əmisi oğlu Elçinin Mercedes markalı avtomobilini götürmüş, avtomobili Elçindən götürəndə özünə lazım olduğunu demişdir. Elçinə oğurluq etməyə getməyi barədə heç nə deməmişdir. O, avtomobili götürdükdən sonra Ümid və İftixarla birlikdə inşaat mağazasından dəmir lapatka, mismar çıxardan, dəmir ling “lom”, kuvalt və əlcəklər alıb hazırlaşmış, xx.xx.2019-cu ildə saat 20 radələrində o, İftixar və Ümidlə əmisi oğluna məxsus idarə etdiyi Mercedes markalı avtomobillə Səyavuşun yaşadığı evin arxa tərəfinə getmişdir. X24 avtomobildən düşmüş, həmin vaxt Ümidlə İftixar ona 30 dəqiqədən sonra gəlib onları götürməsini demişlər. Bundan sonra o, avtomobili idarə edib qəsəbənin daxilində hərəkətdə olmuş, 30 dəqiqədən sonra o, avtomobillə Səyavuşun evinin qarşısına gəlmiş, həmin vaxt Ümidlə İftixar evin qarşısında onu gözlədiklərini və yanlarında seyf olduğunu görmüşdür. O, avtomobili saxlamış və X15 evindən oğurladıqları seyfi avtomobilin arxa salonuna yerləşdirmişlər. Sonra isə onlar avtomobilə əyləşmişlər. Bundan sonra o, avtomobili hərəkət etdirmiş və onlar qəsəbənin aşağı tərəfində olan sahəyə getmişlər. Sahədə seyfi avtomobildən düşürmüş, sonra Ümidlə İftixar balta və kuvaltla seyfin qapısını sındırıb açmış, seyfin içərisindən qızıl-zinət əşyaları çıxmışdır. Qızıl-zinət əşyalarının içərisində 1 ədəd biriliyant qaşlı qızıl dəsti (bir cüt sırğa, üzük, boyunbağı, qolbağı), bir ədəd qadın üzüyü, bir ədəd qolbağı, 4 ədəd kişi üzükləri və avtomobilin açarları olduğunu görmüşlər. Həmin qızıl-zinət əşyalarını o, götürmüş, bundan sonra orada dərin quyu qazıb seyfi quyuya atmış, seyfin üzərinə benzin töküb yandırmış, seyf yanıb qurtardıqdan sonra seyfin üstünü basdırmışlar. Bundan sonra onlar yaşadıqları evlərinə gəlmişlər. Təxminən 3-4 gün keçdikdən sonra o, Bakı şəhərinə getmiş. Səyavuşun evindən oğurladıqları bir ədəd qadın üzüyü, bir ədəd qolbağı, 4 ədəd kişi üzükləri Bakı şəhərində Əcəmi deyilən yerdə sənədsiz qızıl-alqı satqısı ilə məşğul olan tanımadığı şəxsə satmışdır. 1 ədəd biriliyant qaşlı qızıl dəsti (bir cüt sırğa, üzük, boyunbağı, qolbağı) isə özündə qalmış, həmin qızıl dəstini tələbə yoldaşı, sonradan qaynı olan Şahid2 satmışdır. Cəmi qızıl-zinət əşyalarını 1500 manata satmış və həmin pulları öz aralarında bölmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, Ümid, Vüsal və Zərərçəkmiş şəxs3la eyni qəsəbədə yaşayır. 2019-cu ilin oktyabr ayının ortalarında o, Ümid və Vüsalla söhbət edərkən Ümid onlara Səyavuşun evindən oğurluq etməyi təklif etmişdir. Belə ki, Ümid onlara Səyavuşun yaxşı pulu olduğunu bildirmişdir. Vüsalla o, Ümidlə razılaşmış, Ümid onlara Səyavuşun ailəsi ilə birlikdə xx.xx.2023-cü il tarixdə toya gedəcəklərini və evlərində heç kimin olmayacağını da demişdir. Sonra onlar inşaat mağazasından dəmir lapatka, mismar çıxardan, dəmir ling “lom”, kuvalt və əlçəklər alıb hazırlaşmış, xx.xx.2019-cu ildə saat 20 radələrində Vüsalın əmisinə məxsus idarə etdiyi Mercedes markalı avtomobillə Səyavuşun yaşadığı evin arxa tərəfinə getmişlər. Ümidlə o, avtomobildən düşmüş, Vüsala 30 dəqiqədən sonra gələrsən demişlər. Bundan sonra Ümidlə o, dəmirlə çəkilmiş hasarı aşıb Səyavuşun həyətyanı sahəsinə daxil olmuş, həyətyanı sahə ilə gəlib evə yaxınlaşmış, o, əlində olan mismar çıxardanı Ümidə vermiş, Ümid evin plastik pəncərəsini həmin mismar çıxardanla açmış və ilk əvvəl Ümid evə daxil olmuş, bundan sonra isə o, evə daxil olmuşdur. Bundan sonra birbaşa evin ikinci mərtəbəsinə qalxmış, ikinci mərtəbədə yatağ otağına keçmiş və orada olan seyfi Ümidlə birlikdə götürüb birinci mərtəbəyə düşmüşlər. Sonra birinci mərtəbədə Ümidlə birlikdə evin kamerasının yaddaş aparatınıda açıb götürmüş, seyfi və aparatı Ümidlə birlikdə götürüb evə daxil olduqları pəncərədən həyətə, oradan isə həyətyanı sahənin ön darvazasını açıb küçəyə çıxmışlar. Küçəyə çıxandan sonra Vüsalın avtomobillə gəldiyini görmüş, Vüsal avtomobili onların yanında saxlamış, onlar seyfi və kamera aparatını avtomobilin arxa salonuna yerləşdirmişlər. Ümidlə o, avtomobilin arxa salonunda əyləşmiş, bundan sonra onlar qəsəbənin aşağısında yerləşən sahəyə getmişlər. Seyfi avtomobildən yerə düşürmüş, kuvaltla vurub seyfi açmış, seyfin içərisindən qızıl-zinət əşyaları çıxmışdır. Belə ki, seyfin içərisindən 1 biriliyant qaşlı qızıl dəsti (bir cüt sırğa, üzük, boyunbağı, qolbağı), bir ədəd qadın üzüyü, bir ədəd qolbağı, 4 ədəd kişi üzükləri və avtomobilin açarları olduğunu görmüşlər. Həmin qızıl zinət əşyalarını Vüsal götürmüş, sonra lapatka ilə dərin quyu qazıb seyfi, kameranın yaddaş aparatını, bir qızıl dəstinin qabını və avtomobil açarlarını həmin quyuya atmış, onların üstünə benzin töküb yandırmışlar. Benzin yanıb qurtardıqdan sonra onlar seyfin üstünü basdırmışlar. Bundan sonra yaşadıqları evə getmişlər. Təxminən 3-4 gün keçdikdən sonra Vüsal Ümidlə ona oğurladıqları qızıl-zinət əşyalarını 1500 manata satdığını bildirmişdir. Oğurluq yolu ilə əldə etdikləri qazancı aralarında bölmüşlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmuş və buna görə də baş verənləri xatırlamamışdır. Törətdiyi əməldən peşmandır və vurulmuş ziyanı ödəmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının 10-da gecə təxminən saat 02:00 radələrində evdə yatan zaman səs eşitmiş, lakin yuxudan oyanaraq arvadının qapını bərk örtdüyü üçün səs gəldiyini ehtimal etmişdir. Arvadının yatılı vəziyyətdə olduğunu görmüş, daha sonra 2 nəfər üzlərində maska, əllərində silah olan şəxslər evə daxil olub, onlara “Tərpənməyin, dur yatağın yanında uzan” deyə bildirmişlər. Bundan sonra onu yatağın ayaq tərəfinə keçirdərək yerdə əlini və ayağını arxadan, arvadını isə yatağa bağlamışlar. O, həmin şəxslərə ”səhv gəlmisiz, mən kiməm ki, bura gələsiniz” deyə bildirmiş, həmin şəxslər isə “xeyr səhv gəlməmişik” deyə bildirmişlər. Həmin şəxslərdən biri ona ”X27 idarəsinin müdwri olanda, mənim anama sataşmısan, anamda sonradan ölüb. Mən də 10 ildir ki, türmədə yatmışam, indidə gəlmişəm onun qisasını almağa” deyə bildirmişdir. O da qeyd edilən idarədə deyil, “Suvarma sistemləri idarəsində” işlədiyini, orada müdir olduğunu bildirmiş və onun anasını tanımadığını bildirmişdir. Daha sonra içəri girən şəxslər pulun harda olduğunu soruşmuşlar. Yoldaşı isə istifadə olunmayan yataqda, döşəyin altında olduğunu demişdir. Pulu oradan götürüb saymağa başlamış və onlara “bu nədir? 5-lik 10luq, bunların pullarına bax” deyə bildirdikdən sonra bir neçə dəfə təpiklə onun başına, belinə və ayağına vuraraq pulun yerini deməyini istəmişlər. O anidən kostyumunun cibində 400 manat pul olduğunu xatırlamış və onlara həmin pulu da götürmələrini bildirmiş, daha sonra həmin pulu çıxardıb sayaraq 4 ədəd 100 manatlıq əskinaz olduğunu görmüşlər. Yenidən “pul ver, pul hardadır?” deyə ona bildirdikdə, o başqa pullarının olmadığını, olan pulu isə verdiklərini demişdir. Daha sonra içəri girən şəxslər digər otaqları axtarmağa başlamış, həmin şəxslərdən biri otaqları axtararkən, digəri isə əlində bıçaqla onlara nəzarət etmiş, otaqları axtaran şəxs onlara nəzarət edən şəxsə əllərini bağlamasını bildirmişdir. Onlar ilk dəfə içəri daxil olan zaman onun arvadına “bizim qanunda qadın xeylağına toxunmaq yoxdur, sən qorxma” deyə bildirsələr də, onun da əl-ayağını bağlamışlar. Bir müddət əvvəlki maşınını satdığı üçün 5 260 ABŞ dollar məbləğində pulu olmuş və həmin puldan yoldaşının xəbəri olmamış, pulları otaqda olan divanın üzərindəki döşəyin altına qoymuşdur. Həmin pulu tapıb gətirərək arvadına “bəs deyirsən pulumuz yoxdur, bəs bu nədir?” deyə bildirirərək, əlindəki dəmir silahla arvadının üzünə vurmuşdur. Bundan sonra zərbənin təsirindən arvadı yerə yıxılmış və o da həmin şəxslərə vurmamalarını, yaşlı və xəstə olduğunu demişdir. Təxminən 10 dəqiqə sonra arvadı su istəmiş, həmin şəxslər içində su olan gül qabı gətirib, təxminən 3-4 metr məsafədən yoldaşının ağzının üstünə vurmuşlar. Həmin vaxtdan təxminən 5-6 dəqiqə sonra yoldaşı yenə su istədikdə, yenidən stəkanda su gətirib, 5-6 metr məsafədən suyu yoldaşının ağzının üstünə vurmuşlar. Daha sonra gəzişərək yanındakı digər maskalı şəxsə böyük bıçağ verməyini bildirmişdir. Onu təpiklə vurub pul istəmiş, o isə cavabında həyətdə köhnə maşını olduğunu, həmin maşını aparmalarını bildirmişdir. Həmçinin onlar Goranboy rayonundan olmadıqlarını, polisin onları tanımadıqlarını, polis gəlsə də, evi yandırıb gedəcəklərini deyərək ondan benzin istəmiş, o isə benzinin maşında olduğunu bildirmiş, sonra su borusu istəmiş, o da yenə maşında olduğunu bildirmişdir. Bundan sonra evləri axtarıb bütün əşyaları tökmüş, evdə çəkilmə üsulu ilə hazırlanmış spirtli içki olduğunu görüb, “heç neft, benzin lazım deyil, bu daha yaxşı yanacaq” deyə bildirmişlər. Həmin vaxt arvadı sözügedən şəxslərə “yaşlı adamdır, vurmayın” deyə bildirdikdə, onlar “bilirsən bu kənddə nə edib? Pulu var, pul verin” deyə bildirmişlər. Daha sonra səhər açılmasına az müddət qalmış, yoldaşını yataqdan əlləri bağlı şəkildə götürüb “aynabəndin” qarşısına aparmışlar. Onun üzərinə isə döşək atıb, yandırdıqdan sonra isə yoldaşını da həmin vəziyyətə salmaq fikrində olmuşlar. Yoldaşını aparanda, o bağladıqları yapışqan lentdən sağ əlini çıxartmış və çalışmış ki, pəncərəni açsın. Pəncərəni açanda isə səs gəlmiş, həmin an yoldaşını buraxıb onun üzərinə gəlmişlər. Onların aralarında çəkişmə yaşanarkən pərdə ona dolanmış və pərdənin üzərindəki taxta onun başına düşmüş, bu vaxt yoldaşı sürünərək evdən çıxmış və həyətdəki dəmir qapını açan zaman səs çıxmışdır. Səs gələn kimi “bibi qaçdı” deyə bildirmiş, onu isə əllərindəki silah ilə qulağından vurduqlarından, o yatağa yıxılmışdır. Onlar çıxıb yoldaşının arxasınca qaçanda yoldaşı “gəlin qonşular, bizi öldürürlər” deyə bildirmiş və həmin şəxslərdən biri səs çıxmaması üçün papağını çıxardıb yoldaşının ağzına tutmuşdur. Daha sonra həmin şəxslər qaçıb getmişlər və təxminən saat 04:40-da DİN-in “102” çağrı mərkəzinə zəng etmişdir. Bundan sonra zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, onlardan təxminən 1.600 manat və 5.260 ABŞ dolları məbləğində pul oğurlamışlar. Həmin pulu da polis şöbəsində qaytarıb ona vermişlər. Götürülən pulun içərisində “Rus pulu” olmamış, yoldaşını vurduqca qızıllarını vermişdir. Onlardan alınan əşyaların hamısı geri qaytarılmışdır. Silah dəmirdən və balaca olmuş, silahın kənarı ilə qulağına vurmuşlar və o da huşunu itirmişdir. Üzlərində maska və həmçinin papaqları olmuş, lakin həmin şəxslər üzlərindən maskanı çıxaran zaman üzlərini görməmişdir. İçəri daxil olan şəxslərin səslərini xatırlamamışdır. Onun həmin şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və həmin şəxsləri övladlarına, valideynlərinə və cavanlıqlarına görə bağışlamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının 9-da, gecə saat 11 radələrində yatılı olmuş, bir müddət keçdikdən sonra həyətdən səs-küy eşitmiş və qonşularının dalaşdığını ehtimal etmişdir. Həmin vaxt evə iki nəfər daxil olmuş və işığı çox az müddətlik yandırıb, içəridə onlardan başqa adam olub-olmadığına baxmışlar. Daha sonra evdə onu və yoldaşını gördükdən sonra işığı söndürmüşlər. Evə daxil olan şəxslər onun yoldaşını təhqiredici sözlərdən istifadə edərək qaldırıb, ağzına silah doğrultmuşlar. Daha sonra atəş açılmış və qığılcım çıxmış, lakin yoldaşının ayaqüstə olduğundan silahın saxta olduğunu başa düşmüşdür. Sonra yastıqda qan görmüş və yoldaşının ağzının yaralandığını bilmişdir. Sonradan evdən tapdığı “qırma”dan onun yoldaşını yaraladıqlarını başa düşmüşdür. Ümid ona, “səni öldürməyəcəyik” deyə bildirmişdir. Daha sonra onun ərini təpiklə vuraraq pulun harda olduğunu soruşmuş, o da pulun döşəyin altında olduğunu bildirmiş və onlar da pulu oradan götürmüşlər. Samir adlı şəxs ərinə “sən dəymə, qoy qulağını kəsim” demişdir. Bu zaman o, boynunda olan sepi açıb vermiş və sepi verdikdən sonra qalanının harda olduğunu soruşmuşlar, o isə olan bütün dəyərli əşyalarını verdiyini demişdir. Götürdükləri pul cəmi 1 600 manat olmuş, həmin şəxslər oğlunun otağına keçmiş və orada divanın üzərində olan döşəyin altından 5300 ABŞ dolları tapmışlar, lakin həmin puldan onun xəbəri olmamışdır. Daha sonra pulu gətirib “bəs deyirdin pul yoxdur?” deyib, onu silahın arxası ilə vurmuşlar. Daha sonra onun əllərini bağlamışlar və o da yavaş-yavaş əlini lentdən çıxarmağa çalışan vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 onu otağa keçirməsini demişdir. Samir onu qabaq otağa keçirdikdə, otaqda tək qalan yoldaşı pəncərəni açdığından səs gəlmiş və həmin şəxslər içəriyə yoldaşının yanına keçmişlər. O, əlini və ayağını açıb çölə qaçıb qışqıranda, həmin şəxslər onun qaçdığını başa düşmüşlər. O, qonşularına tərəf qaçanda Samir gəlib onun ağzına papaqla tutmuşdur. O, polis əməkdaşlarına hadisə barədə məlumat verən zaman polis əməkdaşları hadisə yerindən həmin papağı tapmışlar. Bundan sonra zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq göstərmişdir ki, onlara dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələbləri yoxdur. Evlərinə daxil olan şəxslərin adlarını polis əməkdaşları onlara demişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə, Gəncə şəhərinə qonaq gedib qayıtdıqdan sonra evdə pəncərənin sındığını görmüşdür. Daha sonra evindən seyfin aparıldığını bilmişdir. Bundan sonra zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq göstərmişdir ki, onun evindən 6.000-7.000 manat dəyərində qızılı oğurlanmış, həmin məbləğin 2.000-3.000 manatın həmin şəxslər qaytarmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, həmin şəxslərlə barışmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Antiterror əməliyyatı”nda yaralanıb gəldikdən sonra Təqsirləndirilən şəxs2 onun yanına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan papaq istəmiş və o da həmin papağı Ümidə vermişdir. Əlavə olaraq, Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 verdiyi papaq adi “çeçenka” papaq olmuş, yəni maska formasında olmamışdır. O, papağı Ümidə vermiş, Ümid ona ova gedəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əskərbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs3 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs3 ilə Bakı şəhərində Azərbaycan Texniki Universitetində birlikdə oxumuşlar. Tələbə yoldaşı kimi Vüsalla telefon əlaqələri olmuşdur. 2019-ci ilin axırlarında Vüsal ona zəng edib pula ehtiyacı olduğunu, özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmiş, ondan qızıl-zinət əşyalarını ala bilib-bilmədiyini soruşmuşdur. O da Vüsala qızıllara baxdıqdan sonra qərar verəcəyini bildirmişdir. Bundan sonra o, Goranboy rayonuna gəlmiş, Vüsalla Goranboy rayonu Goran qəsəbəsində yerləşən körpünün altında görüşmüş, Vüsal ona bir dəst (bir cüt sırğa, üzük, klon, qolbağı və boyunbağı) və bir ədəd qızıl üzük göstərmiş, o, həmin qızıl-zinət əşyalarına baxmış və Vüsaldan hamısını birlikdə 1100 manata razılaşıb almışdır. Həmin bir dəst qızıl-zinət əşyalarını özündə saxlamışdır. Lakin bir ədəd üzüyü isə kiməsə hədiyyə vermişdir. Vüsal ona qızıl-zinət əşyalarını satanda həmin qızılların özünə məxsus olduğunu demiş, Vüsal dostu olduğu üçün sonuncuya inanıb həmin qızıl-zinət əşyalarını ondan almış, hadisədən sonra isə Vüsal onun bacısı Nuranə ilə ailə qurmuşdur. Bundan başqa o, qızıl-zinət əşyalarını təqdim edə biləcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 15 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 4(045)-59/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 10 fevral 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu 15 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 4(045)-60/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 10 fevral 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs4 tutulduğu 15 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 dekabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(045)-15/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli tutulduğu tarixdən, yəni 14 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(073)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 20 sentyabr 2024-cü il tarixdən tutulduğu və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla o, cəzasını çəkmiş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025 tarixli, 063/2022 saylı məktubundan görünür ki, Məmmədov X14 Rayon Məhkəməsinin 1(045)-08/2021 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını 08 fevral 2023-cü il tarixdə çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və PA Birliyi publik hüquqi şəxsinin verdiyi canlı şəxsin ekspertizsının xx.xx.2023-cü il tarixli 711 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərindəki xəsarətlər sol qulaq seyvanının ənsə nahiyyəsini və üst dodağın əzilmiş yaraları bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Yuxarıda qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şəraitə və tarixə yəni xx.xx.2023-cü il tarixə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və PA Birliyi publik hüquqi şəxsinin verdiyi canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərindəki xəsarətlər sol göz ətrafının hemotoması, ağlı qişaya qansızma, sol əlin deşilmiş kəsilmiş yarası bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Yuxarıda qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şəraitə və tarixə yəni xx.xx.2023-cü il tarixə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/111-9/113 nömrəli rəyindən görünür ki, tədqiq edilən zərgərlik məmulatlarının modeli və digər göstəriciləri nəzərə alınmaqla 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2200 manat müəyyən edilir. O, cümlədən: - 26,15 qram kütləli, 583/585 əyyarlı qızıldan hazırlanmış, üzərində 111 ədədi hər biri təxminən 0,015 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan sarı və gümüşü rəngli 1 dəst sırğa cütü-üzük-kulon-qolbaq-2000 manat - 3,51 qram kütləli, 583/585 əyyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağı -200 manat Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 6/6463-9/9645 nömrəli rəyindən görünür ki, təqdim edilmiş qızılların orta bazar qiyməti təxminən 6209,00 manat olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/2161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavad üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi, Gəncə regional ambulator şöbəsinin 26 dekabr 2023-cü il tarixli 812 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 hal-hazırda hər hansı psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs4 hər hansı psixi xəstəlik keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs4 ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 ona şamil edilən cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi, Gəncə regional ambulator şöbəsinin 26 dekabr 2023-cü il tarixli 813 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Kriminalistik tədqiqatlar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, təqdim edilmiş 01 ədəd papaqdan kustar üsulla hazırlanmış maskanın daxili səthində olan bioloji mənşəli materiallar X8 məxsusdur(eyni yumurta əkizi istisna olmaqla). Hadisə yerindən 4 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. Hadisə yerindən götürülmüş iki ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan nümunəsi ZeynalovSəməd Həmid oğluna məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Hadisə yerindən götürülmüş iki ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan nümunəsi və kustar üsulla hazırlanmış maskanın üst səthindən aşkar edilmiş tük nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, tələbnamə və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.3 maddələri ilə təqsirli bilinərək 03 il, 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti təyin edilməklə məhkum edilmişdir. Bundan başqa o, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 sonuncu cəzası ilə yaranmış məhkumluğu ödənilməsə də, istintaq edilən cinayəti törədən zaman onun azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi əməlində residivin olmamasına dəlalət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X11 və xx.xx.2022-ci il tarixli X4 Məmmədovun oğlanlarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məmmədov X14 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsilə sorğu nəticəsində əldə olunmuş sənəddən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il tarixli X1 Qurbanovun oğlanlarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsilə sorğu nəticəsində əldə olunmuş sənəddən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X2 İsgəndərlinin qızı və xx.xx.2024-cü il tarixli X12 isə oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy RPŞ-nin MSY-nin 01 dekabr 2025-ci il tarixli, 3-13-75/2-23897/25 saylı məktubundan və ona əlavə edilmiş “Tibbi Kitabça”ların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 saxlanılan zaman bədən səthlərində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 2 saylı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barələrində olan “Tibbi Kitabça”ların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 saxlanılan zaman bədən səthlərində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 evindən götürülmüş 5260 ABŞ dolları, 670 rus rublu, 3 ədəd boyunbaq, 1 ədəd qolbaq, 1 ədəd kulon, 1 ədəd bıçaq, Şahid2 götürülmüş Səyavuş Qarayevə məxsus olan bir dəst sırğa, üzük, kulon, qolbağı və 1 ədəd boyunbağı, hadisə yerindən götürülmüş 1 ədəd maska, 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və qızıl zinət əşyaları tanış etmədən sonra sahiblərinə qaytarılmış, 1 ədəd maska və 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi isə Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmə iclasında verdikləri ifadələrində özlərini təqsirli bilmədiklərini, onlara qarşı fiziki təzyiqlər oldunduğu üçün etirafedici ifadələr vermələrinə dair göstərdikləri xüsusatlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərin göstərdikləri sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (ibtidai istintaq orqanına verdikləri ilkin ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) təkzib edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, qeyd olunan xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Goranboy RPŞ-nin MSY-nin 01 dekabr 2025-ci il tarixli, 3-13-75/2-23897/25 saylı məktubundan və ona əlavə edilmiş “Tibbi Kitabça”ların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 saxlanılan zaman bədən səthlərində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Bundan başqa, 2 saylı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barələrində olan “Tibbi Kitabça”ların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 saxlanılan zaman bədən səthlərində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmə baxışı iclası zamanı verdiyi ifadələrinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs4 əməlində CM-in 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs1 əməlində CM-in 177.2.1 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 isə əməlində 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisələri məhz sözügedən şəxslər tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə və Təqsirləndirilən şəxs3 isə 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 himayələrində ayrı-ayrılıqda iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq, həmçinin zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsini, CM-in 59.1.12-ci maddəsinə müvafiq olaraq, əlavə olaraq Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə müvafiq olaraq cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyul 2025-ci il tarixli 11 №-li qərarının 7-ci bəndində göstərilmişdir ki, qətimkan tədbiri qismində həbsdə və ya ev dustaqlığında faktiki olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinə göndərilməyən, o cümlədən CPM-in 357.0.5-ci maddəsinə əsasən həbsdən azad edilmiş şəxs (belə şəxslər barədə hökmün nəticə hissəsində cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir və cəzanın müvafiq cəzaçəkmə müəssisəsində çəkilməsinə dair qərar çıxarılmır) əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz: Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İşin faktiki hallarından göründüyü kimi, bu iş üzrə əməl 2019-cu il tarixdə törədilmiş, Cəlilabad və Goranboy rayon məhkəmələrinin hökmləri ilə təqsirliliyi müəyyən edilmiş əməllər isə 2019-cu ildən sonra törədilmişdir. Təqsirləndirilən şəxs3 Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən barəsində təyin edilmiş 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 20 sentyabr 2024-cü il tarixdən tutulduğu və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla çəkmiş hesab edilmişdir. Odur ki, şəxsin əməlində cinayətlərin məcmusu olduğundan, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən və CM-in 66.5-ci maddəsinə müvafiq olaraq cəza təyin edilməli olduğundan onun əməllərində cinayətlərin residivi birmənalı olaraq istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 əməllərində bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduğundan, eləcə də əməllərində cəzanı ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə onlara təyin ediləcək cəzanın müddəti və ya həcmi törətdikləri cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, çox ola bilməz. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvanı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkməlidirlər. Belə ki, onların islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onların cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdikləri cinayətlərə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilmələrinə əsaslar yoxdur. Bundan başqa, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(045)-15/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(073)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 20 sentyabr 2024-cü il tarixdən tutulduğu və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla o, cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin hökmü ona ilə qəti olaraq təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını və Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə ona ilə qəti olaraq təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, hazırkı iş üzrə təyin ediləcək cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5 və 69.3-cü maddələrinə tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş qəti cəzadan çıxılmalı və cəzaçəkməsinin əvvəli Goranboy Rayon Məhkəməsinin hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 181-ci maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 15 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmələrinin əvvəli 15 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət ağır olduğundan və onlar belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduqlarından təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 270 (iki yüz yetmiş) manat xərci vardır və həmin xərclər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs2 evindən götürülmüş 5260 ABŞ dolları, 670 rus rublu, 3 ədəd boyunbaq, 1 ədəd qolbaq, 1 ədəd kulon, 1 ədəd bıçaq, Şahid2 götürülmüş Səyavuş Qarayevə məxsus olan bir dəst sırğa, üzük, kulon, qolbağı və 1 ədəd boyunbağı, hadisə yerindən götürülmüş 1 ədəd maska, 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, pul və qızıl zinət əşyaları tanış etmədən sonra sahiblərinə qaytarılmış, 01 ədəd maska və 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi isə Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd maska qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi məhv edilməli və həmçinin pul və qızıl zinət əşyalarının qanuni sahiblərinə təhvil verilməsi isə nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi3 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 vəkil Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 vəkil Müdafiəçi1 85 (səksən beş) iş saatı həcmində, Təqsirləndirilən şəxs2 isə vəkil Müdafiəçi4 15 (on beş) iş saatı hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 85 (səksən beş) iş saatı (50 iş saatı xx.xx.2025-ci il tarixədək, 35 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi3 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 685 (altı yüz səksən beş) manat məbləğində və eyni zamanda, Müdafiəçi4 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına isə 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 270 (yüz əlli səkkiz manat) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi müştərək qaydada təqsirləndirilən şəxslərin üzərlərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və Goranboy rayon məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə, Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləısinin 66.5 və 69.3-cü maddələrinə əsasən Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı iş üzrə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli Goranboy rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvanı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzaərəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 3.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

4. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il müddətinə, CM-in 181.2.1,1 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdindən sonra iş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd maska qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 4 ədəd pambıq tanponla götürülmüş qan nümunələri və tük nümunəsi məhv edilsin və həmçinin pul və qızıl zinət əşyalarının isə qanuni sahiblərinə təhvil verilməsi isə nəzərə alınsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 və Müdafiəçi3 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 685 (altı yüz səksən beş) manat məbləğində və eyni zamanda, Müdafiəçi4 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına isə 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri - 270 (yüz əlli səkkiz manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar