Məhkəmə qərarları › İş №1(100)-165/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-165/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-165/2021 23.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Gədəbəy rayonunun Parakənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonunun Parakənd kəndində yerələşən otlaq sahəsindən özünə məxsus heyvanlarını evinə aparan zaman 12 iyun 2020-ci il tarixdə qoyun növbəsində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bir baş qoyunun ölməsi səbəbindən aralarında olan mübahisəyə görə sonuncu onun qarşısını kəsərək ölmüş qoyununu tələb etmiş və əvəzində onun heyvanlarından bir baş qoyunu aparacağını bildirməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vurub ona başın şişkinliyi ilə müşayiət olunan beyin silkələnməsi, postravmatik kəllədaxili hipertenziya ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti yetirdiyi üçün o, əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə endirərək ona başın əzilmiş yarası ilə müşayiət olunan beyin daxili subarexnoidal qansızma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun Parakənd kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır və onunla əvvəllər aralarında ədavəti və düşmənçiliyi olmamışdır. Həmkəndliləri ilə xırdabuynuzlu heyvanlarını növbə təşkil edib otarmışlar. Həmin növbəyə o və Zərərçəkmiş şəxs hər birinin təsərrüfatında olan 20 baş xırdabuynuzlu heyvanları qatmışlar. Zərərçəkmiş şəxs növbəyə qatdığı heyvanlarından 6 başı cılız və qoca olduğuna görə kənd sakinləri ona həmin cılız heyvanları növbəyə qatmasına görə irad tutmuşlar. Lakin Zərərçəkmiş şəxs kənd sakinlərinin sözünə əhəmiyyət verməyərək qoyunları növbəyə qatmağa davam etmişdir. Növbəyə 20 baş heyvan qatdığı üçün 5 baş heyvana bir gün növbə olduğuna görə o 4 gün növbəyə getmişdir. 2020-ci il iyun ayının 11-də qoyun növbəsinə getdikdə axşam saatlarında dolu yağmışdır. Həmin günün səhəri yəni 12 iyun 2020-ci il tarixdə yenə növbəyə gedən zaman örüş sahəsində Zərərçəkmiş şəxs ona dünən qoyunlarından 1 başının qapıya gəlmədiyini bildirdikdə, ona heyvanların hamısını örüş sahəsindən endirdiyini demişdir. O, qoyunları apadığı örüş sahəsinin qabağında həmkəndlisi X5 iribuynuzlu heyvanları otarmışdır. Heyvanları otararkən Məsim onu çağırıb Zərərçəkmiş şəxs 1 baş qoyununun meyitini tapdığını bildirmişdir. Ölmüş heyvana baxanda həqiqətən də Zərərçəkmiş şəxs məxsus 1 baş qoyunun soyuqdan donub öldüyünü görmüşdür. Həmin vaxt X2 öz şəxsi heyvanlarını otararkən Anarın ölmüş qoyununu görüb şahidi olmuşdur. Onun mobil telefonu olmadığına görə örüş sahəsindən bir az aşağı gəlib Zərərçəkmiş şəxsı çağırıb, ona bir baş qoyununun öldüyünü demiş, lakin Anar gəlib ölmüş qoyunu ilə maraqlanmamışdır. 13 iyun 2020-ci il tarixdə Anar gəlib ona örüş sahəsində onun ölmüş heyvanına gedib baxmalarını dedikdə, Anarla birlikdə heyvanın ölüsü olan yerə gedib baxanda heyvanın ölüsünün örüş sahəsində omadığını görmüşlər. Sonra örüş sahəsində Quliyev Qəzənfərdən ölmüş qoyunu kimin apardığını soruşmuş, həmin vaxt Qəzənfər ona gecə Zərərçəkmiş şəxs ona zəng edərək ölü heyvanın yerini soruşduğunu və heyvanın leşini Anarın özünün apardığını bildirmişdir. Həmin vaxt Anar ondan ölən qoyunu ona göstərməsini tələb etdikdə, ona qoyuna görə 50 manat pul verəcəyini demişdir. Anar onunla razılaşmayaraq qoyunun dəyərinin 200 manat olduğunu bildirdikdə, ona ölmüş qoyun kimi 1 baş qoyun alıb verəcəyini bildirmişdir. 24 avqust 2020-ci il saat 20 radələrində örüş sahəsinə çıxıb qoyunlarını növbədən seçib gətirən zaman Zərərçəkmiş şəxs də öz şəxsi xırdabuynuzlu heyvanlarını otarmış, həmin vaxt Anar ona heyvanları gətirməsini dedikdə o da əhəmiyyət verməyib heyvanları aparmayaraq öz yolu ilə getmiş, həmin vaxt Anar gəlib onun qoyunlarının qabağını kəsib heyvanlardan 1 baş qoyunu tutub aparmaq istədikdə ona mane olmaq istəmiş, bu zaman Anar onunla əlbəyaxa olduqda o, yumruqla 1-2 dəfə başına vurmuş və yerə yıxılmışdır. Sonra ayağa qalxdıqda Zərərçəkmiş şəxs qoyunlardan 1 başının ayağından tutub sürüyüb apardığını görmüşdür. Zərərçəkmiş şəxs onun başından yumruqla vurduğu üçün tam özündə olmamışdır. Anarın qoyunu apardığını görüb əlində olan ağacla bir dəfə Zərərçəkmiş şəxs bel nahiyəsindən vurmuşdur ki, həm qoyunu buraxsın, həm də ondan əl çəkib getsin. Həmin vaxt Anar yenidən onun başına yumruq zərbələri endirməyə başlamışdır. Zərbədən huşunu itirmiş, özünə gəldikdə isə Zərərçəkmiş şəxs yerdə onun boğazından tutub boğmağa çalışdığını görmüş, sonra isə Anar onun sinəsindən buraxıb çıxıb getmişdir. Yerdən qalxıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib döyülməyi barədə məlumat vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs belindən ağacla vurduğu vaxt ağacın uc hissəsinin onun başına dəydiyi üçün xəsarət almışdır. Bundan başqa ifadəsində Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona vurulmuş zərəri tamamilə ödədiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Parakənd kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır, onunla əvvəllər aralarında ədavəti, düşmənçiliyi olmamışdır. Həmkəndliləri ilə xırdabuynuzlu heyvanlarını növbə ilə otarmış, təsərrüfatında olan 25 baş xırdabuynuzlu heyvanlarını növbəyə qatmışdır. Təxminən 2-3 ay hadisədən əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs növbəsində bir baş qoyunu itmiş və Bayram ona dəymiş ziyanı ödəmədiyi üçün bu barədə Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdikdə polis əməkdaşları onun müraciətinin mülkü məsələ olduğuna görə məhkəməyə müraciət etməyini bildirmişlər. Sonra Bayrama əgər ona dəymiş ziyanı ödəməsə, onu məhkəməyə verəcəyini dedikdə onun həyat yoldaşı Pərvanə “bizi məhkəməyə vermə və heyvanını alıb verəcəyik” demişdir. Bundan sonra yenidən Təqsirləndirilən şəxs növbəsində heyvanları otararkən atdığı daş qoyununa dəydiyi üçün heyvan ölmüşdür. Bu hal təsədüfən baş verdiyinə görə Bayramdan heyvanını tələb etməmişdir. 24 avqust 2020-ci il tarixdə saat 21 radələrində Parakənd ərazisində yerləşən biçənək sahəsində qoyun otaran zaman Təqsirləndirilən şəxs ilə qarşılaqdıqda ondan itirdiyi bir baş qoyunu alıb verməsini tələb etdikdə o, heyvanı verməyəcəyini bildirmişdir. Həmin vaxt Bayram öz xırdabuynuzlu heyvanlarını növbədən seçib gətirdiyi və onun itimiş oduğu heyvanını vermədiyini dediyi üçün onun qabağında gətirdiyi xırdrabuynuzlu heyvanlardan 1 başının ayağından tutaraq Bayrama “itmiş qoyunumu nə vaxt versən, məndə sənin qoyununu özünə qaytaracam” demişdir. Həmin anda Təqsirləndirilən şəxs əlində olan təxminən 1 metr uzunluğunda olan ağac parçası ilə onun başının arxa tərəfindən vurmuş, zərbədən huşunu itirib üzü üstə yerə yıxılmıdır. Bir neçə dəqiqə keçdikdən sonra özünə gəldikdə DİN-nin 102 xidmətinə zəng edib döyülməyi barədə məlumat vermiş, onlardan təcili tibbi yardım çağırmaqlarını da xahiş etdiyi üçün evinə təcili tibbi yardım avtomobili gəlmiş və onu avtomobilə mindirib Gədəbəy Mərkəzi rayon Xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. 25 avqust 2020-ci il tarixdə X4 müraciət etdikdə həkimlər ona beyinə qansızma diaqnozu qoyduqları üçün həkimlərin məsləhəti ilə 8 gün Gədəbəy Mərkəzi rayon Xəstəxanasında qalıb müalicə olunmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onunla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onların şəxsi təsərüfatlarında 20 baş xırda buynuzlu heyvanları vardır. Onlar həmin qoyunları kəndin nobat qoyunlarına qataraq hər beş qoyun üçün bir gün olmaqla nobata getmişlər. Əri Bayram 2020-ci ilin iyun ayında qoyun növbəsinə gedərkən onun növbəsində həmkəndliləri Zərərçəkmiş şəxs qoyunlarından biri yağışa düşdüyü üçün donub ölmüşdür. Ona görə də Anar Bayramdan həmin qoyunu tələb etmişdir. Anar həmin ölmüş qoyunun yerinə Bayramdan bir baş qoyun tələb edib onun barəsində polisə şikayət etmişdir. Onlar Anara «sənin ölmüş qoyunun kimi bir baş qoyunu bazardan alıb verəcəyik» demişlər. Anar isə onları gözləməyib 24 avqust 2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs qoyunları nobatdan seçib gətirərkən axşam saatlarında Bayramın qabağından bir baş qoyunu tutmuşdur. Bayram həmin qoyunu onun əlindən almaq istədikdə Anar onu vurub yıxmışdır. Buna görə də Bayram əlində olan qoyun ağacı ilə onun baş nahiyəsinə bir zərbə vurub qoyunları əlindən alıb evlərinə gətirmişlər. Evə gəldikdən sonra Bayram 102 xidmətinə Anar tərəfindən döyülməsi barədə şikayət etmişdir. Hadisədən bir gün sonra eşitmişlər ki, Anar da Bayramdan şikayət etmişdir ki, onu Bayram ağacla döyüb xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onların həmkəndliləridir. 2020-ci ilin may ayında qonşusu Təqsirləndirilən şəxs heyvan sırasında onların qoyunlarından birini itirmişdir. Daha sonra yenə də Bayramın sırasında onların bir baş sağlam qoyunu ölmüşdür. Təqsirləndirilən şəxs həmin qoyunu vurub öldürdüyünü fikirləşmişlər. Daha sonra bir neçə dəfə yoldaşı Zərərçəkmiş şəxs Bayramdan itirdiyi qoyunun əvəzinə bir baş qoyun istəsə də Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onlara dəymiş zərərin ödənilməsini yubatmışdır. Anar Bayramdan itirdiyi qoyunun əvəzini ödəməsini istəyərkən Bayram Anara qoyunu verməyəcəyini bildirmişdir. 24.08.2020-ci il tarixdə axşam saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs qan içində evlərinə gəldiyini görüb, Anardan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs tərəfindən döyülüb başının yarıldığını bildirmişdir. Yoldaşı Anar dərhal DİN-nin 102 xidmətinə müraciət edib yaralı olduğunu və kömək istədiyini bildirmişdir. Ona görə də bir qədər sonra təcili tibbi yardım gəlmiş və Anarı Gədəbəy rayon Mərkəzi xəstəxanasına aparmışlar. Bundan başqa ifadəsində onlara vurulmuş zərərin Bayram tərəfindən tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bayram doğma dayısıdır və onlarla münasibətləri yaxşıdır. 24.08.2020-ci il tarixdə qonşuları Özxanla öz atını otlaq sahəsindən gətirməyə gedən zaman o, atının yanında qalmış Özxan isə piyada evlərinə tərəf qayıtmışdır. O, atına minib evlərinə qayıdan zaman görmüşdür ki, qoyunların yanında dayısı Bayramla qonşusu Anar mübahisə edirlər. Onların yanına çatdıqda onlar əlbəyaxa olub dalaşmağa başlamışlar. Anar Bayrama bir neçə yumruq zərbəsi vurmuş, Bayram zərbənin təsirindən yerə yıxılmış, Anar qoynunun birinin ayağından tutub aparmağa cəhd etmişdir. Bu zaman Bayram əlində olan ağac parçası ilə Anarı vurmuşdur ki, qoyunu buraxsın. Bayramın əlində uzunluğu təxminən bir metr olan qoyunları hayladığı ağac parçası olmuşdur. Bayram Anarı vurduqdan sonra onunla yenidən dalaşmağa başlamışdır. Anar tutduğu qoyunu buraxıb Bayramı yenidən bir neçə yumruq zərbəsilə vurub oradan getmişdir. O, davadan qorxduğuna görə orada durmayıb evlərinə getmişdir. Dava-dalaş zamanı ondan başqa orada heç kim olmamışdır. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Gədəbəy rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 25 avqust 2020-ci il tarixli 614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərbaşın şişkinliyi ilə müşaiyət olunan beyin silkələnməsi, postravmatik kəllədaxili hipertenziya küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24 avqust 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Gədəbəy rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 25 avqust 2020-ci il tarixli 616 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərbaşın əzilmiş yarası ilə müşayiət olunan beyin daxili subarexnoidal qansızma küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24 avqust 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun özü-özünə yetirə bilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli 51/16 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən, yəni, 24.08.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur və həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını tam dərk edə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır. (keçirməmişdir). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 11 yanvar 2021-ci il tаriхli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan, yəni 4500 manat pul Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji və ruhi-əsəb xəstəliklər şöbələrində qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər rayonlararası X9 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Parakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli 30 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən arvadı Şahid2 təsərrüfatında müvəqqəti qeydiyyata alınıb, hal-hazırda Parakənd kəndində yaşayır, heç bir idarə müəssisədə işləmir, fərdi əmək və sahibkarlıqla məşğul olmur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Parakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəmiş ziyanı könüllü olaraq ödəməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdən 11 yanvar 2021-ci il tаriхədək şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2021-ci il tаriхdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın qarşılığı olaraq 4500 manat məbləğində pulu ödəməklə, ona vurulmuş ziyanı tamamilə aradan qaldırmış, onunla barışıq əldə etməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xasiyyətnamədən müəyyən olunmuşdur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Gəncə şəhəri, Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz ) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar