Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-165/2022 02.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X6, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə1, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Goranboy rayonu, Yolqullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Goranboy rayonu, Yolqullar kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Goranboy rayonu Yolqullar kənd sakini azyaşlı, 29 mart 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs mobil telefonda «PUBG» oyunu oynaması üçün göndərdiyi kart hesabına onun əvəzinə oyun üçün yüklədiyi 450 manatın faizinin artaraq 15000 manat olmasını bildirib, xeyli miqdar təşkil edən həmin məbləği ödəməsini tələb edərək, ödəməyəcəyi təqdirdə polis orqanlarına şikayət edəcəyi, eyni zamanda onun qumar oynaması barədə valideyinlərinə, kənd sakinlərinə bildirməklə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, 20 iyun 2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları Goranboy rayonu Yolqullar kəndində yerləşən parkda həmin dövrün məzənnəsi ilə 8500 manat dəyərində 5000 ABŞ dolları, həmçinin 05 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadıqları kəndin yaxınlığında yerləşən əkin sahəsində 500 manat, 08 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmin yerdə 200 manat, 11 iyul 2021ci il tarixdə saat 12 radələrində həmin yerdə 200 manat pulunu, 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində həmin yerdə bir ədəd 680 manat dəyərində 8 qram çəkidə 583 əyarlı qızıl klonu, bir ədəd 255 manat dəyərində 3 qram çəkidə fiolet qaşlı 583 əyarlı qızıl qadın nişan üzüyünü, bir ədəd 255 manat dəyərində 3 qram çəkidə, paxlava formalı, sadə qaşlı 583 əyarlı qızıl qadın nişan üzüyünü, habelə 28 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadıqları kənddə yerləşən parkda 800 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 11390 (on bir min üç yüz doxsan) manat dəyərində əmlakını vahid niyyətlə hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 onun həmkəndlisdir, Məmmədov Qimsət isə Surxayın oğludur, və onun 13 yaşı olmuş, onlarla yaxın qonşuluq münasibətləri olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. O, telefonunda «PUBG» oyunu oynadığını, qonşusu Qismətin də «PUBG» oynadığını, ancaq o, Qismətlə oynamamışdır. Təxminən 2021-ci ilin iyun ayının ortalarında Qismət ona kart hesab nömrəsi ataraq ondan həmin hesaba 300 manat pul yükləməsini xahiş etmişdir. Qismət 200 manat da özü yükləmişdir. Qismət ona, pulun faizi nə qədər eləsə ödəyəcəyini demişdir. O, Qismətin dediyi kimi 300 manatı onun göndərdiyi kart hesabına yükləmiş, çekini də ona göndərmişdir. Bundan təxminən 5 gün keçmiş o Qisməti çağırıb, kart hesabına yüklədiyi pulun faizinin 15000 manat olduğunu, həmin pulu ödəmək lazım olduğunu bildirmişdir. Onu qorxudaraq, əgər ödəməsə polisə şikayət edəcəyini, onu həbs edəcəklərini, həm də, onun qumar oynadığını evlərində, kənddə biləcəklərini, ona pis olacağını, rüsvay olacağını demişdir. O, Qismətə, həmin pulu gətirib ona verməsini demişdir. Bundan 2 gün sonra 20 iyun 2021-ci il tarixdə, saat 13 radələrində Qismət kəndlərində olan parkda günorta vaxtlarında gətirib ona 5000 ABŞ dolları pul vermişdir. O, Qismətdən pulu haradan almasını soruşmamış, Qismət özü də pulu haradan alması barədə ona heç nə deməmişdir. O, 5000 dollar pulu Qismətdən aldıqdan sonra 5000 dolların 6600 AZN etdiyini, pulun qalanını da gətirib verməsini, əks halda onun barəsində polisə şikayət edəcəyini, qumar oynaması barədə ailəsinə və kənd sakinlərinə deyəcəyini bildirmişdir. Qismət azyaşlı olduğu üçün onun dediklərindən çox qorxmuş və ona yalvararaq, heç kimə heç nə deməsini, qalan pulu da hissə-hissə gətirib verəcəyini demişdir. O da Qismətin qorxduğunu görüb, onu daha çox sıxışdıraraq, hər gün onun işlətdiyi Vatsapp nömrəsinə mesajlar yazaraq pulu çatdırmasını tələb etmişdir. Bundan sonra 27.08.2021-ci il tarixdə o öz istifadəsində olan ***-***-**-** nömrəli telefonundan Qismətin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək ona yenə pul gətirməsini demişdir. Qismət, sabah 400 manat gətirib verəcəyini demişdir. 28.08.2021-ci il tarixdə saat 17 radələrində Qismət ona zəng edərək, parka gedib pulu ondan götürməsini demişdir. O da parka gedərək Qismətlə görüşmüş, Qismət, 800 manat gətirdiyini demişdir. O, 800 manat pulu Qismətdən götürüb parkdan çıxıb kəndə tərəf gedəndə polis əməkdaşları onu saxlayıb, barəsində şikayət olunduğunu bildirərək, Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Goranboy RPŞnə gəlmişdir. Qismətdən aldığı 800 manat həmin vaxt onun cibində pul qabında olmuşdur və həmin pulu istintaqa təqdim etmişdir.O, Qismətdən ondan cəmi bir dəfə 5000 ABŞ dolları və 28.08.2021-ci il tarixdə isə 800 manat pul almışdır. Onun fikri ümumilikdə Qismətdən 15000 manat pul almaq olmuş, həmin puldan da 5000 dollar almış, qalan pulu da almaq fikrində olmuşdur. Pulun faizinin 15000 manat olmasını özü demişdir. O, Qismətdən aldığı 5000 ABŞ dollarını Gəncə şəhərində avtovağzal ərazisində tanımadığı valyuta dəyişən bir nəfərlə 6300 Azərbaycan manatına dəyişib xərcləmiş, ancaq konkret nəyə xərclədiyini xatırlamır.Onun Qismətdən hədə-qorxu ilə pul tələb etməyi və ya almağı barədə heç kimin məlumatı, rolu və ya iştirakı olmamışdır. O törətdiyi əməlin cinayət olduğunu dərk etdiyindən cinayət törətməyini heç kimə bildirmədiyini göstərmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Yolqullar kəndində valideyinləri ilə birgə onların himayəsində yaşayır. Onun özünə məxsus ***-***-**-** nömrəli Samsunq A11 markalı mobil telefonu olmuş, həmin telefona «PUBG» oyunu yükləmiş və telefonda oynamışdır. Təxminən 2021-ci ilin iyun ayında həmin «PUBG» oyununu pulla oynamaq qərarına gəlmiş və onun öz pulu olmadığı üçün onunla oynayan həmkəndlisi Təqsirləndirilən şəxs onun əvəzinə oyuna 450 manat pul yükləməsini xahiş etmişdir. Elcan da onun xahişi ilə sonuncunun əvəzinə oyuna 450 manat pul yükləmişdir. O da həmin pulla oynamışdır. Bundan iki gün sonra Elcan onun istifadəsində olan nömrəsinə öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəsindən zəng edərək onun əvəzinə oyuna yüklədiyi 450 manatın faizi artaraq 15000 manat olduğunu, həmin pulu ödəməsə polisə verəcəyini bildirmişdir. Sonra o, Elcanla kəndin yaxınlığındakı sahədə görüşdükdə sonuncu həmin sözləri bir daha ona deyərək 15000 manat pulu verməsə ondan polisə şikayət edəcəyini, eyni zamanda valideyinlərinə, kənddə hamıya onun qumar oynamağını deyib, rüsvay edəcəyini bildirmişdir. O da Elcanın bu sözündən qorxmuş, gedib evlərindən atasının otağından servantın içərisində sellofan torbada olan 5000 ABŞ dolları pulu götürmüş, zəng edərək Elcana onunla görüşüb pul vermək istədiyini bildirmişdir. 20 iyun 2021-ci il tarixdə saat 13 radələrində Elcanla kəndlərindəki parkda görüşmüş və 5000 dolları Elcana vermişdir. Elcan, 5000 dolların 6600 manat etdiyini, pulun qalanını da düzəldib gətirməsini demişdir. Bundan təxminən 15-20 gün sonra Elcan zəng edərək pulun qalan hissəsini də gətirməsini tələb etmişdir. O, yenə də evlərində şifonerin içində olan 500 manat pulu götürüb 05 iyul 2021-ci il tarixdə saat 10 radələrində Elcanla öz əkin sahələrində mal otaran zaman 500 manat pulu da Elcana vermişdir. Bundan 2-3 gün sonra Elcan yenə də ona zəng edərək pul tələb etmiş və o, atası yatan zaman şalvarının cibindən 200 manat götürmüş, mal otarmağa gedən zaman 08 iyul 2021-ci il tarixdə saat 11 radələrində Elcan sahəyə yanına gəlmiş və 200 manat pulu Elcana vermişdir. Bundan da təxminən 2-3 gün sonra yenə də Elcan ona zəng edərək pul tələb etdiyi üçün atası yatan zaman şalvarının cibindən 200 manat pul götürmüş və 11 iyul 2021-ci il tarixdə saat 12 radələrində həmişəki kimi sahədə Elcan yanına gələrək 200 manat pulu ondan almışdır. Bundan sonra Elcan ondan yenə də pul tələb etməyə başlamışdır. Elcan dəfələrlə ona zəng edərək pul istədikdə, o Elcana pul olmadığını bildirmiş, lakin Elcan pul yoxdursa evlərindən qızıl gətirib verməsini tələb etmişdir. O, Elcana pul olmadığını, qızıl aparıb verməyəcəyini dedikdə Elcan onu hədələyərək gedib pulu evlərindən özünün istəyəcəyini demişdir. O da Elcanın hədələrindən qorxduğu üçün 25.08.2021-ci il tarixdə evlərində sandıqda saxladıqları, anası Ruhiyyəyə məxsus olan bir ədəd 7-8 qramlıq qızıl klonu götürüb Elcanın yanına, sahəyə getmişdir. O, Elcana qızıl klonu verəndə sonuncu ona qızılın az olmasını bildirib onun üstünə atmış, gedib başqa qızıllar da gətirməsini, ya da ondan polisə şikayət edəcəyini demişdir. O da Elcanın hədələrindən qorxaraq evlərinə qayıdaraq bir ədəd əvvəl götürdüyü qızıl klon və 2 ədəd qaşlı qadın üzüyünü götürüb saat 16 radələrində aparıb, sahədə gözləyən Elcana vermişdir. Son günlər Elcan yenidən ona zəng edərək pul verməsini tələb etdiyinə görə o, sonuncuya pul vermək məqsədilə 26.08.2021-ci il tarixdə səhər saat 07 radələrində atası evdə yatan zaman onun otağına keçib atasının cibindən 1100 manat pul götürmüş və evdə öz otağında şkafa qoymuşdur. Ancaq atasıgil xəbər tutmuş, və ondan nə baş verdiyini soruşduqda o, olanları atasına danışmışdır. Atası onun telefonuna baxdıqda onunla Elcanın sonuncu yazışmasını görmüşdür. Onun telefonunda olan əvvəlki mesajları Elcan ona telefonundan sildirmişdir. Bundan sonra atası polisə şikayət etmək qərarına gəlmiş və onu da götürüb polis şöbəsinə gələrək şikayət etmişlər. 28.08.2021-ci il tarixdə səhər tezdən Elcan telefonda ona yazaraq 2800 manat ona verməsini bildirmiş, atası ona 800 manat pul vermiş və o, 28.08.2021-ci il tarixdə saat 17 radələrində kəndlərindəki parkda Elcanla görüşüb 800 manat pulu ona vermişdir. 800 manat pulu ona verəndə Elcan, qalan 2000 manat pulu da sabah səhər tezdən gətirib ona verməsini tələb etmişdir. Atası onun Elcana 800 manat pul verməsi barədə polis əməkdaşlarına məlumat vermiş və o, Elcandan aralanıb evlərinə getdikdən sonra polis əməkdaşları Elcanı saxlayıb polisə aparmışlar. Elcan onu qorxudaraq, həmin pulu ödəməsini ondan polisə şikayət edəcəyini və onu tutacaqlarını, valideyinlərinə onun qumar oynadığını deyəcyini, kənddə hamının onun qumar oynadığını biləcəklərini dediyindən o da Elcanın hədələrindən qorxub pulu ödəmək üçün evlərindən, valideyinlərindən xəbərsiz pulu götürüb Elcana vermişdir. Elcan ona qarşı fiziki zor tətbiq etməmiş, onu döyməmiş, xəsarət yetirməmiş, ancaq ona qarşı nəlayiq söyüşlər edərək, hədə-qorxu gələrək pul tələb etmişdir. O izahat verən zaman, yəni 27.08.2021-ci il tarixdə valideyinləri evlərindən qızıl klonun və 2 ədəd qızıl qadın üzüyünün olmamasını bilmədikləri üçün, qızılları Elcana verməsi barədə heç nə deməmiş, Elcan tutulduqdan sonra o evlərindən qızıl əşyalarını da götürüb Elcana verdiyni valideyinlərinə demişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 28 avqust 2021-ci il tarixdə saat 20:30də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli Goranboy rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 184 nömrəli rəyindən görünür ki, zərəçəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, ifadə verərkən iş üçün əhəmiyyətli halları düzgün qavrayaraq düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meylli deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəməpsixiatirik espertizasının 05 noyabr 2021-ci il tarixli, 674 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları,anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 20.06.2021-ci il, 05.07.2021ci il, 08.07.2021-ci il, 11.07.2021-ci il, 25.08.2021-ci il və 28.08.2021-ci il tarixlərdə öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hazırkı ekspertiza zamanı da öz zəoəkətlərinin mənasını dərk etmək,hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatiriya müəssisələrində qeydiyyatda durmaması,tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi,cinayət əməlini törədərkən,istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş,emosiya,təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi,onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması,tənqidi funksiyaların saxlanılması əsas verir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 9/8042 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1190,0 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş,08.10.2021ci il tarixli ərizədən görünür ki, 28.08.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş maddi sübut olan 800 manat pul zərərçəkmiş şəxs X4 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş götürmə haqqında protokoldan görünür ki, iş üzrə maddi sübut olan, 31.08.2021-ci il tarixli protokolla götürülmüş bir ədəd disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Yolqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistikİnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi zərərçəkmiş şəxsdən sadəcə pul istəməsinə, ondan qızıl tələb etməməsinə, ondan yalnız 5000 dollar almasına dair ifadəsinin zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vadır. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut olan 800 manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut hesab edilən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 800 manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, iş üzrə maddi sübut hesab edilən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-165/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-165/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver