Məhkəmə qərarları › İş №1(100)-165/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-165/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-165/2024 12.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X5 və Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tərtər şəhəri, ünvan 2ərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qısqanclıq zəmnində bıçaqdan istifadə etməklə digər şəxsi öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahda olduğu arvadı X6 başqa şəxslə telefonla danışmasını əsas götürərək sonuncunun ona xəyanət etməsi qənaətinə gəlib Leyla Məhərrəmli ilə olan münasibətini sonlandırmaq məqsədi ilə sonuncunu ünvan 3 ünvanında yaşayan atası Vidadi Məhərrəmovun fərdi yaşayış evinə göndərmiş, daha sonra mərhum Leyla Məhərrəmli ailə üzvlərinin yanında olarkən ona keçmiş sevgilisi Bərdə rayon sakini Şahid6 zəng edərək sonuncu ilə telefonla danışdığını etiraf etməsindən sonra X23nin ona xəyanət etdiyinə əmin olub həmin gün Leyla Məhərrəmlini öldürmək barədə qərara gəlmiş, bu niyyətini həyata keçirmək üçün 04 may 2023-cü il tarixdə, saat 12:30-da Leyla Məhərrəmli ilə mobil telefonla əlaqə saxlayıb övladını görmək arzusunu sonuncuya bildirdikdən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedib Leyla Məhərrəmli ilə həmsöhbət olduğu zaman ona hansı səbəbdən xəyanət etdiyini aydınlaşdırmaq istəyərkən Leyla Məhərrəmli ilə evin həyətyanı sahəsində olan qızılgül kolunun yanında təkbətək bir qədər söhbət etdikdən sonra aralarında yaranan mübahisədən qəzəblənərək ətrafda heç kimin olmadığını görüb yaranmış fürsəti dəyərləndirərək öz cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə əvvəlcədən üzərində gəzdirdiyi qara rəngli, ümumi uzunluğu 173 mm olmaqla, tiyəsinin sol səthində “LİONTOOLS 9556” yazıları olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən turist bıçağını əynində olan gödəkcəsinin sağ cibindən çıxardıb Leyla Məhərrəmlinin həyat və sağlamlığına qəsd edib sonuncuya ümumilikdə 05 dəfə olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən sağ qabırğaaltı nahiyədə Vİİİ qabırğanın kəsilməsi və qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sol süd vəzinin aşağı səthində-ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, sağ süd vəzi nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, onurğa nahiyəsinin bel şöbəsində qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ süd vəzinin daxilə keçməyən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyənin daxilə keçməyən 2 (iki) ədəd, sağ bel nahiyəsinin daxilə keçməyən 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ bazu nahiyəsinin 2 (iki) ədəd, sağ əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İİ barmağının 1 (bir) ədəd, sağ bel nahiyəsinin İ (bir) ədəd kəsilmiş yaraları xəsarətləri yetirərək döş və qarın boşluğuna keçən deşilmişkəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin, ağ ciyərin və qara ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Leyla Məhərrəmlini qısqanclıq zəminində öldürmüş, bununla da digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdə X13 ilə ailə həyatı qurmuşdur. Lakin onlar rəsmi nikah bağlamamışlar. Onların birgə nikahlarından bir uşağı var. Hal-hazırda uşağı babası X2 himayəsində yaşayır. X23 ilə birlikdə atasına məxsus evdə yaşamışlar. Hadisədən təxminən 4-5 gün əvvəl axşam saat 22 radələrində işdən çıxıb yaşadığı ünvana gedəndə X23nin evdə olmadığını, atası evinə getdiyini bilmişdir. O, evin pəncərəsinə yaxınlaşdıqda anasının atasına baş verənlər barədə ona heç nə deyilməməsini eşitmişdir. O, evə daxil olmuş, valideynlərinə hər şeyi eşitdiyini demiş və valideynlərindən soruşmuşdur ki, “Leyla telefonla kimləsə danışıb, yoxsa nə edib?” Valideynləri onu sakitləşdirməyə çalışmışlar. Valideynləri onu and içdirmişlər ki, arvadına heç nə etməsin. O da and içmişdir ki, baş verənləri ona danışsınlar. Valideynləri ona bildirmişlər ki, X23 az yaşlı bacısı oğlu Rüfət Balakişiyevin mobil telefonu vasitəsi ilə tanımadığı bir kişi ilə danışıbmış. O, bunu necə öyrəndiklərini soruşduqda atası bildirmişdir ki, həmin gün bacısı oğlunun mobil telefonuna zəng gəlmiş, uşaq telefonu açanda bir nəfər qadın bacısı oğlundan Leylanı soruşub təhqir etməyə başlamışdır. Həmin vaxt bacısı oğlu dərhal telefonu bacısı Ayşənə vermişdir. Ayşənlə telefonda danışan qadın bildirmişdir ki, Leyla həmin qadının əri Vüqarla telefonla danışaraq onun ailəsini dağıdır. Ona görə də həmin qadın Leylanın nömrəsini verməsini tələb etmişdir. Bundan sonra bacısı həmin qadına atasının nömrəsini verərək əlaqə saxlamasını xahiş etmişdir. Həmin qadın onun atasına zəng edərək Leylanın onun ərindən əl çəkmədiyini, Whatsapp mobil tətbiqi vasitəsi ilə ərinə görüntülü videozəng etdiyini, əri telefonu açmadıqda ərinə mesaj yazdığını demişdir. O, atasından həmin tanımadığı qadının mobil nömrəsini götürüb sabahı gün həmin qadına zəng etmişdir. Həmin qadına Leylanın əri olduğunu demişdir. O, həmin qadınla danışmağa başlayarkən həmin qadının anası telefonu qızından alaraq onu təhqir edib “Sən necə kişisən ki, mənim qızımdan kömək istəyirsən, kişisənsə get arvadının başını kəs, mənim yeznəmdən əl çəksin” demiş, sonra telefonu qızına vermişdir. Həmin qadın ona bildirmişdir ki, əri Vüqarla onun arvadı 2018-ci il tarixdən sevgili olmuşlar. O, daha sonra arvadı Leyla ilə görüşüb danışmaq üçün Leylanın atasının evinə getmişdir. Həmin vaxt Leylanın atası Vidadi və anası Zülfiyyə də evdə olmuşlar. O, Leyladan baş verənlər barədə soruşduqda Leyla hər şeyi etiraf edərək həqiqətən də Vüqarla danışdığını bildirmişdir. Leyla ağlasa da, Leylanın göz yaşlarına inanmadığını, sonuncunun ona xəyanət etdiyini bildirmişdir. Sonra o, yaşadığı ünvana getmişdir. Evdə olarkən o, yenidən qaynanasına zəng edərək Leyla ilə danışmaq istədiyini bildirmişdir. O, Leyla ilə danışarkən Leyla ona Vüqarla çoxdan tanış olduğunu, son danışıqlarında Vüqar söhbət zamanı Leyladan uşağına onun adını qoyub-qoymadığını soruşduğunu bildirmişdir. Bundan sonra o, əsəbləşib telefonu söndürmüşdür. 03 may 2023-cü il tarixdə o, atası ilə yenidən Leylanın valideynlərinin yaşadığı ünvana getmişdir. Leylanın valideynlərinin yaşadığı ünvana getməkdə məqsədləri o idi ki, əgər Leyla başqa biri ilə evlənsə oğlunu ona versin. O, Leylanın yazılı qaydada ona öhdəlik verməsini tələb etmişdir, lakin Leyla onun tələbini qəbul etməmişdir. Sonra onlar oradan çıxmışlar və o, iş yerinə getmişdir. Qaynanası Zülfiyyə ona zəng edərək Leylanın cehizlərini aparmaq istədikərini bildirmişdir. O, Zülfiyyə ilə razılaşıb yaşadığı ünvana getmişdir. 03 may 2023-cü il tarixdə qaynanası Zülfiyyə, arvadı Leyla, arvadının bacısı Aysu və adlarını bilmədiyi mebel ustası ilə yük maşınının sürücüsü onların yaşadığı ünvana gəlmişlər. Onlar evdə olan bütün cehiz əşyalarını yük maşınına yığıb aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, 04 may 2023-cü il tarixdə oğlunun qızdırması olduğuna görə qaynanasına zəng edərək oğlunun xəstəliyi ilə maraqlanmaq istəmişdir. Həmin vaxt telefona arvadı Leyla cavab vermişdir. O, Leyladan uşağın halını soruşduqda Leyla ona oğlunun hələ də qızdırması olduğunu, bu səbəbdən sabah həkimə aparacağını bildirmişdir. Leyla ondan uşağa və özünə aid sənədləri, eləcə də cehizlik olan elektrik çaynikini aparmağını istəmişdir. O, işdən çıxaraq həm oğlunu görmək üçün, həm də elektrik çaynikini Leylaya təhvil vermək üçün Leylanın yaşadığı ünvana getmişdir. O, Leylanın yaşadığı evə daxil olarkən qaynanası Zülfiyyə evin həyətində olmuşdur. O, uşağı ilə bir az vaxt keçirmək üçün qaynanasına uşağını gətirməsini demişdir. Qaynanası Zülfiyyə uşağını gətirib ona verib getmişdir. O, uşağı ilə bir az vaxt keçirdikdən sonra Leylanı çağırıb sonuncu ilə söhbət etmək istədiyini bildirmişdir. Sonra Leyla onun yanına gəlmişdir. O, Leyladan nəyə görə ona xəyanət etdiyini soruşmuşdur. Leyla ona artıq gec olduğunu və onun nəsə soruşmağa ixtiyarının olmadığını, bundan sonra mini yubka geyinib kafelərdə pozğunluq edəcəyini demişdir. O, Leylaya əsəbləşib ağzına gələni demişdir. Leyla ona qarşı təhqiramiz ifadələr işlətmişdir. O, əsəblərini cilovlaya bilməmiş, üzərində gəzdirdiyi qara rəngli cib bıçağını cibindən çıxarıb Leylanın qarın nahiyəsindən bir dəfə xəsarət yetirmişdir. Leyla arxası üstə yerə yıxıldıqdan sonra Leylanın uzanıqlı vəziyyətdə sinə nahiyəsinə iki və üçüncü dəfə xəsarət yetirmişdir. Bundan sonra Leylaya bir neçə bıçaq zərbəsi də vurmuşdur. Daha sonra Leylanın anası və atası evdən qışqıraraq çıxmışlar. Atası üstünə gəlib onu vurmaq istəmişdir. O, bıçağı qaynatasına tərəf tutub demişdir ki, “üstümə gəlmə”. Sonra darvazadan çıxıb qaçmışdır. Küçənin başına çatanda atasına zəng edərək Leylanı bıçaqla vurduğunu və təslim olmaq üçün polis şöbəsinə gedəcəyini bildirmişdir. Bundan sonra o, Leylaya xəsarət yetirdiyi bıçağı cibinə qoyub tanımadığı taksi ilə könüllü təslim olmaq üçün Tərtər Rayon Polis Şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, o, X23yə üzərində gətirdiyi bıçaqla zərbə vuran vaxt onların yanında heç kim olmamış, qısa müddət ərzində Leylaya bir neçə dəfə bıçaqla zərbə yetirmiş və həmin vaxt ətrafda heç kim görsənməmişdir. O, qısa müddət ərzində Leyla Məhərrəmliyə bıçaq zərbələrini vurub sonuncunu öldürdükdən sonra Leylanın valideynləri evdən çıxaraq onun üzərinə gəlməyə başlamışlar. Hadisə zamanı həmçinin Leylanın bacısı Aysunu da hadisə yerində görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə məhkəmə baxışı zamanı verdiyi ifadələri eyniməzmunlu olsa da, həmin ifadələr arasında müəyyən fərqlərin olması ilə əlaqədar həmin ifadələrin fərqli olan hissələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində 05 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə versə də, həmin vaxt verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, arvadı Leylanı öldürən zaman sonuncunun atası ilə anası hadisənin şahidi olmuşlar (iş vərəqə: cild 1, səh. 73-78). Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə əlavə dindirilməsi zamanı, həmçinin 09 avqust 2023-cü il tarixdə dindirilən zaman göstərmişdir ki, o, ilk dəfə ifadə verərkən hadisənin təsiri ilə əlaqədar həyəcanlı olduğundan həmin sual ona tam aydın olmamış, arvadı Leylaya bıçaqla xəsarət yetirən zaman ətrafda heç kim olmamış, o, Leylaya bıçaq xəsarətləri yetirdikdən sonra sonuncunun valideynləri hadisə yerinə gəlmişlər, həmçinin Leylanın bacısı Aysunu hadisə yerində görməmişdir (iş vərəqə: cild 2, səh.102-104, 195-200). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, məhkəmə araşdırması zamanı və ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadələrini təsdiq etdiyini, Leyla Məhərrəmliyə bıçaq zərbələrini vurduqdan sonra Leylanın valideynlərinin hadisə yerinə gəldiyini, həmçinin Leylanın bacısı Aysunu da hadisə yerində görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Leyla Məhərrəmli onun qızı olmuşdur. Leylanın bir azyaşlı uşağı var və hal-hazırda nəvəsi onunla birlikdə yaşayır. X26 hadisədən təxminən iki il əvvəl Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 30 aprel 2023-cü il tarixdə qızı Leyla qayınatası Seymur, qayınanası Gülyana ilə onların evinə gəlmişlər. Bildirmişlər ki, onun qızı Leyla tanımadıqları Vüqar adlı şəxslə danışıb, bu səbəbdən Leylanı artıq saxlamayacaqlar. O, qızı Leyladan Vüqar adlı şəxslə danışıbdanışmadığını soruşduqda Leyla ona cavab olaraq həmin şəxslə yalnız bir dəfə danışdığını bildirmişdir. Bundan sonra Leylanın qaynatası və qaynanası çıxıb getmişlər. Sabahı gün Təqsirləndirilən şəxs və atası Seymur onların yaşadıqları evə gəlmişlər. Sahib bildirmişdir ki, Leyla ondan aliment tələb etməməsi üçün yazılı öhdəlik versin. O, Sahibə qızından əl çəkməsini bildirmişdir. 03 may 2023-cü il tarixdə qərara gəlmişlər ki, Sahib gilin evindən gedib cehizləri gətirsinlər və arvadı qızları ilə birlikdə Sahibin yaşadığı ünvana gedib bütün cehiz əşyalarını yük avtomobilinə yükləyib yaşadıqları ünvana gətirmişlər. 04 may 2023-cü il tarixdə saat təxminən 12 radələrində o, evin həyətində olan hamam otağına girmişdir. Həmin vaxt evin həyətyanı sahəsindən Sahibin səsinin gəldiyini eşitmişdir. Bir qədər sonra qızı Leylanın qışqırtı səsinin gəldiyini eşitmişdir. Bunu eşidən kimi dərhal hamamdan çıxmışdır. O, hamamdan çıxanda qızı Leylanın yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. Sahibin qızına vurduğu sonuncu bıçaq zərbəsini görmüşdür. Sonra Sahibin əlində bıçaqla evin darvazasından çıxmağa çalışdığını görmüşdür. O, Sahibə tərəf gedəndə sonuncu əlində olan bıçağı ona tərəf uzadıb yaxınlaşmamağını tələb etmiş və darvazadan çıxaraq qaçmağa başlamışdır. O, Sahibin arxası ilə qaçmağa başlamış, lakin sonuncuya çata bilməmişdir. Daha sonra X30 avtomobili gələrək qızını Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsi eyniməzmunlu olsa da, həmin ifadələr arasında müəyyən fərqlərin olması ilə əlaqədar həmin ifadələrin fərqli olan hissələri elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 16 may 2023-cü il tarixdə dindirilərkən eyni məzmunlu ifadə versə də, həmin ifadəsində Vidadi Məhərrəmov Təqsirləndirilən şəxs tərəfindən qızı Leylaya vurulan bıçaq zərbələrini görmədiyini bildirmişdir (iş vərəqə: cild 1, səh. 145-149). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqlərə münasibət bildirməsi zərər çəkmiş şəxsin hüquqi varisi X3 təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində göstərilən hallarla əlaqədar fərqli məlumatlar verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Leyla Məhərrəmli onun qızı olmuşdur. Leylanın bir azyaşlı uşağı vardır və hal-hazırda nəvəsi onunla birlikdə yaşayır. Qızı Leyla təxminən hadisən iki il əvvəl Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 30 aprel 2023-cü il tarixdə qızı Leyla qaynatası Seymur, qayınanası Gülyana ilə onların evinə gəlmişlər. Onlara bildirmişlər ki, onun qızı Leyla tanımadıqları Vüqar adlı şəxslə danışıb, bu səbəbdən Leylanı artıq saxlamayacaqlar. X20 Vüqar adlı şəxslə danışıb-danışmadığını soruşduqda Leyla ona cavab olaraq həmin şəxslə yalnız bir dəfə danışdığını bildirmişdir. Bundan sonra Leylanın qaynatası və qaynanası çıxıb getmişlər. Sabahı gün Təqsirləndirilən şəxs və atası Seymur onların yaşadıqları evə gəlmişlər. Sahib bildirmişdir ki, Leyla ondan aliment tələb etməməsi üçün yazılı öhdəlik versin. X15 əl çəkməsini bildirmişdir. 03 may 2023-cü il tarixdə qərara gəlmişlər ki, Sahib gilin evindən gedib cehizləri gətirsinlər və o, qızları ilə birlikdə Sahibin yaşadığı ünvana gedib bütün cehiz əşyalarını yük avtomobilinə yükləyib yaşadıqları ünvana gətirmişlər. 04 may 2023-cü il tarixdə, saat təxminən 12 radələrində o, evin həyətində olarkən Təqsirləndirilən şəxs evin darvazasından içəri daxil olub həm oğlu Hüseynlə görüşmək üçün, həm də elektrik çaynikini gətirdiyini bildirmişdir. Sonra Sahib ondan Leylanı çağırmağını xahiş etmişdir. Leyla ona nəvəsi Hüseyni verib evə keçməyini xahiş etmişdir. O, uşaq qucağında evə daxil olmuşdur. Bir qədər sonra evin içində olarkən evin həyətyanı sahəsində qışqırıq səsi eşitmişdir. O, uşağı yerə qoyub evdən çıxmışdır. Evdən həyətə çıxanda qızı Leyla yerdə uzanaqlı vəziyyətdə qalmış və ətrafda heç kim olmamışdır. Qonşular səs-küyə onların həyətinə gəlmişlər. Bundan sonra X30 avtomobili gəlmiş və Leylanı Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, X13 onun bacısı olmuşdur. 04 may 2023-cü il tarixdə atasının evində olarkən bacısı Leyla Məhərrəmlinin səsinə həyətə çıxmışlar. O, evdən həyətə çıxarkən görmüşdür ki, bacısı Leyla yerdə uzanıqlı vəziyyətdədir. Təqsirləndirilən şəxs bacısı Leylaya vurduğu sonuncu iki bıçaq zərbəsini görmüşdür. Sonra atası Təqsirləndirilən şəxs arxası ilə qaçsa da, tuta bilməmişdir. Şahid X19 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Leyla Məhərrəmlini bıçaqla vurmasının səbəbi onunla əlaqədar olmuşdur ki, Təqsirləndirilən şəxs bildirirdi ki, Leyla oğlanla telefonda danışmışdır. O, Təqsirləndirilən şəxs bacısı Leyla Məhərrəmliyə yetirdiyi sonuncu iki bıçaq zərbəsini görsə də, həmin vaxt Təqsirləndirilən şəxs üzü əks istiqamətdə olduğuna görə Sahib onu görməmişdir. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs 2020-ci il tarixdə X13 ilə ailə həyatı qurmuşdur. Oğlu Sahib X23 ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşamışlar. Hadisə baş verməmişdən təxminən dörd-beş gün əvvəl qızı Ayşən azyaşlı nəvəsi ilə birlikdə onların evinə gəlmişlər. Növbəti gün o, nəvəsi və qızını evlərinə aparmaq istəyən vaxt nəvəsi Rüfətin telefonuna tanımadıqları nömrədən zəng gəlmişdir. Nəvəsi Rüfət telefonu açanda tanımadığı bir nəfər qadın nəvəsindən Leylanın kim olduğunu və telefonu sonuncuya verməyini xahiş etmişdir. Həmin vaxt Rüfət telefonu ona uzadıb bibisi Leylanı soruşduqlarını demişdir. O, telefonu götürüb həmin şəxslə danışmaq istəyəndə Leyla kənardan cəld tərpənib telefonu onun əlindən almışdır. O, ilk öncə nə baş verdiyini başa düşməmişdir. Elə bu vaxt Leyla ona Rüfətin telefonu ilə dünən ətir firmasına zəng etdiyini, indi zəng edən şəxsin həmin adam olduğunu bildirmiş və zəng edən nömrəni bloka atmışdır. Sonra o, qızını və nəvəsini yaşadıqları ünvana aparmışdır. O, evə gələndə arvadı Gülyana ona bildirmişdir ki, gəlinləri Leyla tanımadıqları bir nəfər oğlanla danışır. O, Leylaya üz tutub deyilənlərin doğru olub-olmadığını soruşanda Leyla hər şeyi etiraf edərək Vüqar adlı şəxslə əvvəllər sevgili olduğunu və Rüfətin telefonu ilə Vüqara zəng etdiyini bildirmişdir. O, Leylaya atası evinə getməsini bildirmişdir. Arvadı Gülyana ilə birlikdə gəlini Leylanı atası evinə aparmışlar. Orada baş verənləri Leyla atası və anasının yanında etiraf etmişdir. Həmin gün axşam oğlu Sahib işdən çıxıb evə gələrkən evin pəncərəsinə yaxınlaşıb onların danışığını dinləyərək hər şey barədə məlumat almışdır. Onlar əvvəlcə Sahibi sakitləşdirməyə çalışmışlar. Sahib Leylaya heç nə etməyəcəyi barədə and içdikdən sonra Sahibə hər şeyi danışmışlar. Sabahı gün oğlu Sahiblə Leylanın ailəsinin yaşadığı ünvana getmişlər ki, əgər Leyla başqa biri ilə evlənsə nəvəsini onlara verməsi barədə yazılı qaydada öhdəlik versin. Lakin Leyla onların tələbini qəbul etməmişdir. Bundan sonra gəlini Leyla ailə üzvləri ilə birlikdə yük maşını ilə onların yaşadığı ünvandan bütün cehiz əşyalarını yığıb aparmışdır. 04 may 2023-cü il tarixdə təxminən saat 12 radələrində oğlu Təqsirləndirilən şəxs ona zəng edərək Leylanı bıçaqla vurduğunu və təslim olmaq üçün polis şöbəsinə gedəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X16 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs 2020-ci ildə X13 ilə ailə həyatı qurmuşdur. Qardaşı Sahib X23 ilə birlikdə atasına məxsus evdə yaşamışlar. Hadisədən təxminən bir ay əvvəl o, azyaşlı oğlu Rüfətlə birlikdə atasının evinə qonaq getmişdir. Həmin vaxt evdə danışmışlar ki, nənəsigilə qonaq getsinlər. Bu vaxt gəlinləri Leyla Məhərrəmli evdə qalmış və oğlu Rüfətdən telefonunu evdə qoyub getməsini xahiş etmişdir. Rüfət öz telefonunu Leylaya təqdim etdikdən sonra o, anası ilə birlikdə nənəsinin yaşadığı evə getmişdir. Sabahı gün onlar evdə olan vaxt oğlu Rüfətin telefonuna tanımadıqları nömrədən zəng gəlmişdir. Leyla zəng gələn kimi telefonu açıb həmin tanımadıqları adamla danışmağa başlamışdır. Leyla danışıb qurtardıqdan sonra Rüfətin telefonu ilə ətir firmasına zəng etdiyini, indi isə zəng edən şəxsin həmin adam olduğunu bildirmiş və zəng edən nömrəni bloka atmışdır. O, sonradan oğlu ilə birlikdə öz evlərinə getmişdir. Evdə olan vaxt oğlunun istifadə etdiyi telefona tanımadığı bir qadın zəng edərək Rüfəti nalayiq ifadələrlə təhqir etməyə başlamış, bu zaman azyaşlı oğlu telefonu ona vermişdir. O, telefonu götürərkən tanımadığı bir nəfər qadın onu təhqir edərək “Ay pozğun, mənim yoldaşımdan əl çək” demişdir. Həmin qadın ona bildirmişdir ki, gəlinləri Leyla həmin qadının həyat yoldaşına zəng edərək ailəsini dağıdır. O, dərhal bu barədə anasına danışmışdır. Anası Leyladan deyilənlərin doğru olub-olmamasını soruşduqda Leyla hər şeyi etiraf edərək həmin oğlanla danışdığını bildirmişdir. Sonradan bilmişdir ki, atası və anası Leylanı öz atası evinə aparmışlar. Daha sonra isə 04 may 2023-cü il tarixdə o öz evində olarkən atası ona zəng edərək qardaşı Sahibin arvadı Leylanı bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurduqdan sonra həmin ilin yayında “İnstagram” sosial şəbəkəsində Leyla adlı xanım ona mesaj yazmış və beləcə onlar tanış olmuşlar. Onlar bir-iki ay əlaqə saxlamışlar. Sonradan Leyla ona ailə qurmaq istədiyini və daha onunla əlaqə saxlamaq istəmədiyini, ona yazmamağını xahiş etmişdir, o da razılaşmışdır və Leyla ilə əlaqəsini kəsmişdir. 2023cü ilin aprel ayının sonlarında evdə arvadı ilə birlikdə olan zaman “Whatsapp” mobil tətbiqində ona tanımadığı nömrədən bir neçə dəfə görüntülü zəng gəlmiş, ilk öncə zəngi açmaq istəməsə də, arvadı bildirmişdir ki, “telefonu aç gör kimdi səni ard-arda yığır”. O da zəngi açmış və zəng edən şəxsin bir nəfər qadın olduğunu görmüşdür. Həmin şəxs “mən Leylayam” deyərək gülümsəmişdir. O, bu zaman zəngi sonlandırmışdır. Bundan sonra Leyla ona mesaj yazmağa başlamış, o isə Leylaya mesaj yazaraq ailəli olduğunu bildirib, onu narahat etməməsini xahiş etmişdir, lakin Leyla onun sözlərinə məhəl qoymayıb mesaj yazmağa davam etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Şahid6la ailə həyatı qurmuşdur. Təxminən 2023-cü ilin aprel ayının sonlarına yaxın evdə olduqları vaxt əri Şahid6 telefonuna tanımadığı bir nəfər qadın “Whatsapp” mobil tətbiqində görüntülü zəng etmişdir. Vüqar həmin nömrəni tanımadığı üçün açmamışdır. Həmin şəxs Vüqara təkrarən bir neçə dəfə zəng etmişdir. Həmin şəxs Vüqara üçüncü dəfə görüntülü zəng edəndə o, Vüqardan həmin şəxsin zəngini açmağını xahiş etmişdir. Vüqar zəngi açanda bir nəfər qadının Vüqara baxaraq gülümsədiyini görmüşdür. Həmin Leyla adlı qadın onun Vüqarın yanında olduğunu bilməmişdir. Leyla Vüqardan “tanıdın məni?” deyə soruşmuşdur, həmin qadın adının Leyla olduğunu bildirmiş və telefonu söndürmüşdür. Zəngi bitirdikdən sonra Leyla “Whatsapp” mobil tətbiqində yazmağa başlamışdır. Danışıq zamanı Leyla evli olduğunu, lakin həyat yoldaşını sevmədiyini, Vüqardan hələ də xoşu gəldiyini bildirmişdir. Vüqar Leylaya evli olduğunu bildirərək sonuncudan bir daha onu narahat etməməsini xahiş etmişdir. Leyla Vüqarın dediklərinə məhəl qoymayaraq Vüqarı narahat etməyə davam etmişdir. Daha sonra o, Leylanın bu hərəkətlərindən bezdiyi üçün Leylanın telefon nömrəsini Vüqardan alaraq Leyla ilə danışmaq qərarına gəlmişdir. O, Leylanın nömrəsinə ilk dəfə zəng edəndə telefonu azyaşlı uşaq açmışdır. Sonradan ona bəlli olmuşdur ki, Leylanın Vüqara zəng etdiyi nömrə Leylaya məxsus olmamışdır. O, həmin uşağa telefonu Leylaya verməsini demişdir. Leyla ilə danışan zaman sonuncuya “bizdən əl çək və ailəmizi dağıtma” demişdir. Sabahı gün ona tanımadığı nömrədən zənglər gəlməyə başlamışdır. O, sonradan bilmişdir ki, həmin nömrələr Leylanın qayınatası və qayınanasına məxsusdur. Leylanın yaxınları ondan nə baş verdiyini soruşanda o, bildirmişdir ki, gəlinləri onun həyat yoldaşını narahat edir və xahiş etmişdir Leylanı onlardan uzaqlaşdırsınlar. Bir neçə gün sonra Leylanın əri ona “Whatsapp” mobil tətbiqində yazaraq ondan Vüqarın nömrəsini istəmişdir. O, Sahibin ona yazmağından qorxduğu üçün Vüqarın nömrəsini Sahibə verməmişdir və danışıq zamanı sonununcunu yola verərək danışığı yekunlaşdırmışdır. sabahı gün Leylanın əri Sahib onun nömrəsinə zəng etmişdir. Həmin vaxt telefonu onun anası Mehriban açaraq Sahiblə danışmışdır. Danışıq zamanı anası Sahibə onları bir daha narahat etməməsini demişdir. Sonradan eşitmişlər ki, Leyla öz əri tərəfindən öldürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin aprel ayının sonlarında qızı Firuzə əri Vüqarla birlikdə onların evlərinə qonaq gəlmişlər. Həmin vaxt qızı Firuzə ona bildirmişdir ki, tanımadıqları bir nəfər qadın Vüqara zəng edərək narahat edir. Sonradan qızı Firuzə evdə olduğu vaxt Leylanın əri onun qızına zəng edərək yeznəsi Vüqarın nömrəsini verməsini tələb etmişdir. Bu vaxt qızının halı pisləşmişdir. O, ilk öncə qızı ilə maraqlanmış, daha sonra həmin nömrədən yenə də zəng gələrkən o, zəngi özü açmış və qızının ailəli olduğunu bildirib, narahat etməməsini xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Leyla Məhərrəmlini qonşusu Vidadinin qızı kimi tanıyır. O, 04 may 2023-cü il tarixdə ailəsi ilə birlikdə evə gəlirmiş. Maşını saxlayıb düşən vaxt Vidadinin nalayiq ifadələr işlədərək qışqırdığını eşitmişdir. Onun ailəsi yanında olduğuna görə Vidadinin həmin hərəkəti ona pis təsir göstərmişdir. O, Vidadiyə tərəf yaxınlaşdıqda Vidadinin bir nəfər şəxsə “səni tutduracam” dediyini eşitmişdir. Həmin vaxt Vidadinin arvadı Zülfiyyə içəridən çıxıb “balam öldü, X30 çağırın” dediyini eşitmişdir. O, bu zaman X30 çağırmışdır. O, darvazadan Vidadinin evinin həyətinə daxil olarkən Leylanın uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, Leylanı yerdən götürüb aparmaq istəyəndə belindən qan gəldiyini görmüş və başa düşmüşdür ki, Leyla ölüb. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Leyla Məhərrəmlinin atası Vidadi ilə qonşuluqda yaşayır. 04 may 2023-cü il tarixdə Vidadinin həyətindən qışqırıq səsi eşitmişdir, bu zaman Vidadinin evinin həyətinə gələrkən Vidadinin arvadı Zülfiyyənin “qızımı öldürdü” dediyini eşitmişdir. Həmin vaxt görmüşdür ki, Vidadinin qızı Leyla yerdə uzanıqlı vəziyyətdədir. Leylanın yanına yaxınlaşmış və əlindən tutmuşdur. Leyla gözünü açıb su istəmişdir. Gedib su gətirmiş, ancaq Leyla içə bilməmişdir. Sonra X30 gəlmiş və Leylanı xərəyə qoyub aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Vidadi Məhərrəmovla qonşuluqda yaşayır. 04 may 2023cü il tarixdə Vidadi gilin həyətindən möhkəm qışqırıq səsləri gəldiyini eşitmişdir. Buna görə də Vidadi gilin həyətinə gəlmişdir. Həmin vaxt Vidadinin qızı Leyla yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Leylanın anası “balamı öldürdü” deyə qışqırırdı. O, Təqsirləndirilən şəxs tanımamış, həmçinin hadisənin baş verməsini görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Tərtər Rayon Polis X4 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 04 may 2023-cü il tarixdə polis şöbəsində növbətçi olmuşdur. Saat təxminən 13 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs həyəcanlı şəkildə növbətçi hissəyə yaxınlaşmış, X23ni bıçaqladığını və təslim olmaq üçün rayon polis şöbəsinə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin arvadını vurduğu bıçağı da cibindən çıxardıb ona təqdim etmişdir. O, şəxsin könüllü təslim olması barədə raport yazıb hadisə barədə rəhbərliyə məlumat vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Vidadi Məhərrəmovla qonşuluqda yaşayır. 04 may 2023cü il tarixdə qonşusu Vidadinin həyətindən sonuncunun arvadı Zülfiyyənin qışqırıq səsləri gəlmişdir. Vidadinin evinin həyətinə gələrkən Vidadinin qızı Leylanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt görmüşdür ki, qışqırıq səsinə qonşular da yığılıb. O, həmin yerə gedərkən Təqsirləndirilən şəxs orada olmamışdır və hadisənin necə baş verməsini görməmişdir. Sonra orada olan şəxslər X30a, həmçinin polisə zəng etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Vidadi Məhərrəmovla qonşuluqda yaşayır. 04 may 2023-cü il tarixdə günorta işdən çıxıb nahar etmək üçün evinə gəlmişdir. O, evinə yaxınlaşdıqda küçədə xeyli sayda adamların toplaşdığını görmüşdür. O, Vidadi gilin həyətinə gələrkən uzanıqlı vəziyyətdə olan Vidadinin qızı Leylanı X30 avtomobili ilə apardıqlarını görmüşdür. X11 öldüyünü eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, özünə məxsus yük maşını olan “Qazel” markalı avtomobil idarə edir. 2023-cü ilin may ayının əvvəllərində Vidadi Məhərrəmov onunla əlaqə saxlayaraq qızına məxsus mebelləri evinə gətirmək lazım olduğunu bildirmişdir. O, Vidadi ilə razılaşıb dediyi ünvana getmişdir. Ora çatanda mebel ustası da orada olmuş və bütün yükləri maşına yükləmişlər. Sonra o, həmin yükləri Vidadigilin evinə gətirib təhvil vermişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 may 2023-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 04 may 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gələrək X9 öldürdüyünü demiş, həmçinin cinayətin predmeti olmuş bir ədəd qatlanan cib bıçağını təqdim etmişdir (iş vərəqə: cild 1, səh. 57-58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 may 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisənin baş verdiyi Tərtər şəhəri, Vaqif küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən fərdi yaşayış evinin darvazasının içəri hissəsində dəstəyin kənarlarında qana bənzər ləkələrin olduğu, hamam otağının qarşısındakı böyük qızıl gül kolunun ətrafında yerdə qanabənzər ləkələrin olduğu aşkar edilmiş, qeyd edilən qana bənzər ləkələrin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 5-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 may 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olduğunu bildirdiyi və könüllü təqdim etdiyi bıçaq dəmir materialdandır, dəstəyi qara rəngli, tiyəsi 07 sm uzunluqda olan qatlanan cib bıçağıdır və iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 59-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 iyul 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində dəqiqləşdirilmiş, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 2, səh. 122-124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə-Tibbi Ekspertiza və X14” X25 26 may 2023-cü il tarixli, 13 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-bioloji, məhkəmə-kimyavi, məhkəmə-histoloji və məhkəmə-tibbi kriminilastik laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X6 meyitinin bədənində aşağıdakı xəsarətlər- sağ qabırğaaltı nahiyədə Vİİİ qabırğanın kəsilməsi və qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd və qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol süd vəzinin aşağı səthində-ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, sağ süd vəzi nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd və döş boşluğuna keçməyən 1 (bir) ədəd, onurğa nahiyəsinin bel şöbəsində qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd, sağ bazu nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ bazu nahiyəsində 2 (iki) ədəd, sağ əlin İ barmağında 1 (bir) ədəd, İİ barmağında 1 (bir) ədəd, sağ bel nahiyəsində 1 (bir) ədəd kəsilmiş yaralar, sol sağrı, sol bud, sol diz nahiyələrinin qançırları vardır. Həmin xəsarətlərdən sağ qabırğaaltı nahiyədə Vİİİ qabırğanın kəsilməsi və qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd və qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol süd vəzinin aşağı səthində-ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, sağ süd vəzi nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd və döş boşluğuna keçməyən 1 (bir) ədəd, onurğa nahiyəsinin bel şöbəsində qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd, sağ bazu nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ bazu nahiyəsində 2 (iki) ədəd, sağ əlin İ barmağında 1 (bir) ədəd, İİ barmağında 1 (bir) ədəd, sağ bel nahiyəsində 1 (bir) ədəd kəsilmiş yaralar həyatidirlər, ölümdən az vaxt əvvəl kəsici kənara və iti uca malik əşyanın (əşyaların) təsirindən törənmişdir, bıçaqla törənə bilərlər; sol sağrı, sol bud, sol diz nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddətləri: a) sağ sağrı nahiyəsinin qançırı müayinədən 2-3 gün əvvələ uyğun gəlir; b) sol bud, sol diz nahiyələrinin qançırları müayinədən 5-6 gün əvvələ uyğun gəlir; c) sağ qabırğaaltı nahiyədə Vİİİ qabırğanın kəsilməsi və qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd və qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol süd vəzinin aşağı səthində-ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, sağ süd vəzi nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd və döş boşluğuna keçməyən 1 (bir) ədəd, onurğa nahiyəsinin bel şöbəsində qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ bel nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd, sağ bazu nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ bazu nahiyəsində 2 (iki) ədəd, sağ əlin İ barmağında 1 (bir) ədəd, İİ barmağında 1 (bir) ədəd, sağ bel nahiyəsində 1 (bir) ədəd kəsilmiş yaraları isə qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcələrinə görə: a) sağ qabırğaaltı nahiyədə Vİİİ qabırğanın kəsilməsi və qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 (bir) ədəd, sol süd vəzinin aşağı səthində-ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1(bir) ədəd, sağ süd vəzi nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 (bir) ədəd, onurğa nahiyəsinin bel şöbəsində qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; b) sağ süd vəzinin daxilə keçməyən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyənin daxilə keçməyən 2 (iki) ədəd, sağ bel nahiyəsinin daxilə keçməyən 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ bazu nahiyəsinin 2 (iki) ədəd, sağ əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İİ barmağının 1 (bir) ədəd, sağ bel nahiyəsinin İ (bir) ədəd kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; c) sol sağrı, sol bud, sol diz nahiyələrinin qançırları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X6 ölümünə səbəb döş və qarın boşluğuna keçən deşilmişkəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin, ağ ciyərin və qara ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X6 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X13 hamilə deyildir. Onun uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götürülmüş tənzif tamponda məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı (xx.xx.2023-cü il tarixli 9/69 saylı tampon və yaxmaların tədqiqi aktı). X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 1629/k saylı maddi sübutların müayinəsi aktı) (iş vərəqə: cild 2, səh. 48-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan “Tərtər rayon mərkəzi xəstəxanası” X25 15 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Baş beyinin üzvü xəstəliyi nəticəsində tez-tez baş verən epileptik tipli qıcolma tutmaları (ayda 7-8 dəfə), şəxsiyyət dəyişməsi“ diaqnozu ilə “Tərtər rayon mərkəzi xəstəxanası” X25 poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır. Təqsirləndirilən şəxs xəstəxananaya müalicə məqsədi ilə heç bir müraciət etməmişdir (iş vərəqə: cild 1, səh.131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 28 iyul 2023-cü il tarixli, 457 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Hazırda Təqsirləndirilən şəxs epilepsiya qıcolma tutmaları və az ifadəli şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəlik keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən onda anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərini olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqə: cild 2, səh. 142-145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə-Tibbi Ekspertiza və X14” X29 03 iyul 2023-cü il tarixli, 377/2023-MTBŞ nömrəli məhkəmətibbi bioloji ekspertiza rəyindən görünür ki, X6 ABO sistemi üzrə qan qrupu: A(H)(İİ). Onun qanında müşayiətçi «H» antigeni vardır. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş X10 məxsus kofta (köynək), qolsuz mayka, büstqalter üzərində çoxsaylı, geniş yayılmış, əsasən material daxilindən yerləşib səthə hopan ləkələrdə, ona məxsus şalvarın sağ ayaq hissəsinin bayır yan tikişi və bel kənarına yaxın sahədə, sağ kiçik qoyma cibinin kənarında və sağ arxa qoyma cibinin üzərində isə toxuma xaricindən yerləşmiş, səthi ləkələrdə, Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin hər iki qolunun üzərində toxuma xaricindən yerləşmiş ləkələrdə və ona məxsus jiletin sol yarısında material xaricindən yerləşmiş səthi fasiləli ləkədə, hadisə yerindən 03 (üç) ədəd plastik çubuqların pambıq uduqlarına keçirilmiş ləkələrdə və L.V.Məhərrəmlinin meyitinə baxış zamanı 04 (dörd) ədəd plastik çubuqların pambıq uduqlarına keçirilmiş ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyətinin ABO sistemi üzrə təyini zamanı «A», «H» antigenləri, əksər ləkələrdə həmçinin «beta» aqqlyutinini də alındı. İki qrup antigeninin alınması səbəbindən bu ləkələrdə qanın qrup mənsubiyyəti barəsində birmənalı fikir söyləmək olmaz. Burada hadisənin məzmunu, dinamik gedişatı, qan ləkələrinin ölçü, xarakteri, yaranma mexanizmi, zərərçəkmiş şəxsdən əlavə hadisə iştirakçılarında qanaxma ilə müşayiət olunan zədələnmələrin olubolmaması, paltarlarda olan ləkələrin zədələrə uyğunluğu, səthə görə yerləşməsi və zərərçəkmiş ilə təqsirləndirilən şəxsin dinamikada qarşılıqlı vəziyyətlərinin nəzərə alınması məqsədəuyğundur. Belə ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla ləkələrdə bir şəxsin (zərərçəkmişin) qanının olması ehtimal olunarsa alınmış «A» antigeni «H» antigeni ilə müqayisədə dominant olduğundan bu antigen qan qrupunun formalaşması zamanı bütün hallarda (o cümlədən «beta» aqqlyutini ilə birlikdə) əsas antigen qismində, onunla birlikdə alınmış «H» antigeni isə müşayiətçi antigen qismində iştirak edir. Yəni, bu antigenlər birlikdə heteroziqot formada genotipi A/H olan A(H)(11) qruplu qanı formalışdırır. X1 həmin qruplu şəxs olduğundan bu halda ABO sistemi üzrə ləkələrdə olan qan ona məxsus ola bilər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ön-yan kəsmə cibinin astarı üzərində, ona məxsus köynəkdə olan təsvir edilmiş digər ləkələrdə və düyməli qatlanan cib bıçağı üzərində qan aşkar olunmadı (iş vərəqə: cild 2, səh. 106-120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin” 14 iyun 2023-cü il tarixli, 3/798;3/800 nömrəli məhkəmə-ballistik və trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “X10 məxsus paltarlar...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin, maykanın və büstqalterin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X10 məxsus paltarlar....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin, maykanın və büstqalterin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. -Təqdim edilmiş üzərində “X10 məxsus paltarlar....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın və üzərində “Təqsirləndirilən şəxs məxsus paltarlar....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd jiletin, bir ədəd köynəyin, bir ədəd şalvarın üzərində trasoloji zədə yoxdur (iş vərəqə: cild 2, səh. 57- 61). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin” 26 may 2023-cü il tarixli, 6/2832 nömrəli məhkəmə-lifli ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 saylı cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında X10 məxsus koftasının üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus köynəyin üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X10 məxsus koftanın tərkib liflərinə uyğun gəlirlər (iş vərəqə: cild 2, səh. 43-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 avqust 2023-cü il tarixli, 1318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 2, səh. 140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və digər maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd göy rəngli, üzərində ağ rəngli zolağı olan düyməli uzunqol köynək, bir ədəd qara rəngli jilet, X10 məxsus bir ədəd boz rəngli, üzərində “BALENCİAGA” sözləri yazılmış, qanabənzər ləkələr və zədələri olan uzunqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd sarımtıl rəngli büstqalter və bir ədəd sarımtıl rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan mayka, hadisə yerinə baxış zamanı üç ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri və bir cüt ağ rəngli 36 ölçülü rezin şəpit, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı, eləcə də X6 meyitindən dörd ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr maddi sübut kimi tanınaraq saxlanılması üçün Tərtər Rayon Prokurorluğuna təhvil verilmişdir (iş vərəqə: cild 2, səh.148-181). Cinayət işinin materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 33). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 97-99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh.223). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild 1, səh.123). Cinayət işinin materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var (iş vərəqə: cild 1, səh.163). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatla bağlı çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs epilepsiya nəticəsində şəxsiyyət dəyişkənliyi, tez-tez olan epilepsiya tutması diaqnozuna əsasən ikinci dərəcəli əlildir (iş vərəqə: cild 1, səh.164). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə araşdırması zamanı verdiyi ifadəsinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən fərqli olan hissəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Belə ki, Vidadi Məhərrəmov məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs X26yə vurduğu sonuncu bıçaq zərbəsini gördüyünü bildirsə də, məhkəməyədək icraat zamanı 16 may 2023-cü il tarixdə dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs tərəfindən X26yə vurulan bıçaq zərbələrini görmədiyini bildirmişdir (iş vərəqə: cild 1, səh. 145-149). Həmin xüsusatla bağlı həmçinin qeyd edilməlidir ki, şahid qismində dindirilmiş X19 ifadəsində Təqsirləndirilən şəxs bacısı Leyla Məhərrəmliyə yetirdiyi sonuncu iki bıçaq zərbəsini gördüyünü bildirsə də, həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı şahid Aysu Paşayeva ifadəsində Təqsirləndirilən şəxs hadisəni törədərkən üzü əks istiqamətdə olduğunu bildirmiş və Təqsirləndirilən şəxs onu görmədiyini demişdir. Odur ki, zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs X26yə vurduğu sonuncu bıçaq zərbəsini gördüyünü bildirməsinə dair hissəsi cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun ifadəsinin həmin hissəsini sübut növü kimi qəbul etmir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunan qəsdən adam öldürmə cinayət əməli tam olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.” Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, həmçinin onun epilepsiya xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı olsa da, cinayət işinin materialları, təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə müəyyən olunmuşdur ki, həmin uşaq hal-hazırda babası X2 himayəsindədir, ona görə də təqsirləndirilən şəxsin bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Tərtər Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 04 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd göy rəngli, üzərində ağ rəngli zolağı olan düyməli uzunqol köynək, bir ədəd qara rəngli jilet Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, həmçinin X10 məxsus bir ədəd boz rəngli, üzərində “BALENCİAGA” sözləri yazılmış, qanabənzər ləkələr və zədələri olan uzunqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd sarımtıl rəngli büstqalter və bir ədəd sarımtıl rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan mayka və hadisə yerinə baxış zamanı götürülmüş 36 ölçülü rezin şəpit Leyla Məhərrəmlinin hüquqi varisi X3 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa hadisə yerinə baxış zamanı üç ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı, eləcə də X6 meyitindən dörd ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd göy rəngli, üzərində ağ rəngli zolağı olan düyməli uzunqol köynək, bir ədəd qara rəngli jilet Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin X10 məxsus bir ədəd boz rəngli, üzərində “BALENCİAGA” sözləri yazılmış, qanabənzər ləkələr və zədələri olan uzunqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir ədəd sarımtıl rəngli büstqalter və bir ədəd sarımtıl rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan mayka və hadisə yerinə baxış zamanı götürülmüş 36 ölçülü rezin şəpit Leyla Məhərrəmlinin hüquqi varisi X3 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa hadisə yerinə baxış zamanı üç ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı, eləcə də X6 meyitindən dörd ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 264 (iki yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar