Məhkəmə qərarları › İş №1(100)-165/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-165/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-165/2025 03.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X11, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri; Gəncə Regional Vəkil Bürosunun vəkilləri X5, Müdafiəçi iştirakları ilə, - xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, mənzil 115-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi dalan-3, ev 11-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdardan artıq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, ayrı-ayrılıqda bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdar təşkil edən narkotik vasitə-qurudulmuş marixuananı məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə edərək xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirməklə, ayrı-ayrılıqda bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdar təşkil edən narkotik vasitə-qurudulmuş marixuananı isə əlində qanunsuz saxlayıb daşıyarkən 29 avqust 2023-cü il tarixdə saat 00:35 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında saxlanılaraq Goranboy RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz əldə edib saxlayaraq daşıdığı xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibində və əlində saxladığı ayrı-ayrılıqda bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman yolda avtomobili saxlamışdır. Həmin vaxt o yol kənarında olan kafedə çay içmişdir. Həmin ərazi Goranboy rayonunun Dəliməmmədli ərazisi olmuşdur.O təbii ehtiyacını təmin etmək məqsədi ilə yol kənarına keçmiş və əkin sahəsini və həmin sahədə marixuna olmasını görmüşdür. Bundan sonra o mağazaya getmiş və oradan kisə alıb Gəncə şəhərinə gəlmişdir. Daha sonra o həmin əraziyə qayıdaraq və oradan marixuananı kisəyə yığaraq kol-kos olan həmin yerdə gizlətmişdir. 1 ay sonra isə həmin yerə qayıtmış və marixunanı gizlətdiyi yerdən götürüb yerini dəyişmək istəyəndə onu polis əməkdaşları tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, keçən ilin avqust ayının təxminən 28 olmuşdur. Həmin günü onun iş yoldaşına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat vətəndaşın üzərində narkotik vasitələrin daşıması ilə bağlı olmuşdur. O, da əməliyyat qrupuna daxil olmuşdur. Goranboy rayonunun ərazisində gecə saatlarında onlar vətədaşa yaxınlaşaraq özlərini təqdim edərək əlindəki torba ilə birgə Goranboy rayon Polis şöbəsinə aparılmışdır. Şəxsin üzərinə Goranboy rayon Polis şöbəsində üzərinə baxış keçirilən zaman, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmasını, həmin narktoik vasitənin götürülməsini və başqa yerə qoyulmasını bildirmişdir. Bir növ kuryer fəaliyyəti olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, keçən ilin avqust ayının 28 və 29 tarixləri olmuşdur. Həmin vaxt Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Goranboy rayon, Dəliməmmədli şəhərinə getmişlər. Onlar həmin vaxt Təqsirləndirilən şəxs yaxınlşımış və Təqsirləndirilən şəxs əlində torba olmuşdur. Onlar həmin vaxt özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Goranboy rayon Polis şöbəsinə aparılmışdır. Goranboy rayon Polis şöbəsində onun üzərinə baxış keçirilən zamanı üzərindən metamfetmin və marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o taksi sürücüsü kimi gəlmişdir. O, Bakı şəhərində yaşayır və Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs ona zəng edərək Goranboy rayonuna getməli olduğunu demiş o isə cavab olaraq “problem yoxdur” demişdir. Bundan sonra onlar Goranboy rayonuna gəlmişlər. O, Təqsirləndirilən şəxs yol xərci olaraq 150 manat pul istəmişdir. Onlara səhər getməli, axşam isə qayıtmalı olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona dostunun yanına getməsini demişdir. Ondan sonra hadisə baş vermişdir. Onlar Goranboy rayonuna gəlmişlər. Torbanın olmasından onun xəbəri olmamışdır. Onu heç bir məlumatı olmamışdır. Cəbrayıl Ağayein əlində olan torbalar ilə onun avtomobilinə əyləşməmiş və həmin vaxt polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin baxt polislər onların üzərinə gələrək onları saxlamışlar. Goranboyda boşluq ərazi olmuşdur. Avtomobili Cəbrayıl saxlatmışdır. O torbaları polis əməkdaşarında olan zaman görmüşdür. Təqribən 2 dəqiqə çəkmişdir. Narkotik vasitə marixuana olmuşdur. O nə Təqsirləndirilən şəxs nədəki onun qardaşının narkotik vasitədən istifadə etməsindən xəbəri olmamışdır. O Goranboyda olmamışdır. O Təqsirləndirilən şəxs ilə ilk dəfə olaraq gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupuna daxil olmuşdur. Bundan sonra onlar Goranboy rayonunun, Dəliməmmədli şəhərinə getmişlər. Təqsirləndirilən şəxs yol qırağında olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onu Goranboy rayon polis şöbəsinə dəvə edərək orada üzərinə baxış keçirilmişdir. Şəxsin üzərindən marixuana aşkar edilmişdir. 29 avqust 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə tutulmuşdur. Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(045)-48/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dör) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablanmışdır. Goranboy rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək barəsində 29 mart 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional bölməsinin 29 avqust 2023-cü il tarixli 17/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 ( bir ) ədəd zərfin içərisindəki 01 ( bir ) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “İçərisində narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 ( bir ) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi- 5970,0 qram olan bitki mənşəli kütlə tərkibində nakotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurdulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” Sözləri, adlar və imzalar yazılmış digər 01 ( bir ) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi-5215,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ( iki ) ədəd sintetik kisələrin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmə Ekspertizası Mərkəzinin Kimyəvi şöbəsinin 04 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Bölməsi №3” ştamp əksi olan paketin içərisində olan üzrərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin...( imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 ( bir ) ədəd bükümdə təmiz çəkisi 0,340 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə Ekspertizası Mərkəzinin Bioloji şöbəsinin 07 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/1453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində “İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bəznər kütlə...” yazıları və imzalar olan 02 ( iki ) ədəd sintetik kisələrdəki ayrı-ayrılıqda təmiz çəkiləri: 5969,8 qram, 5214,8 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr-qurudulmuş marixuanalardır. Təqdim edilmiş 02 ( iki ) ədəd sintetik kisələrdəki marixuanaların içərisində kənar bitkilərin hissələri yoxdur.Həmin vasitələr çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış- marixuanalardır. Təqdim olunmuş marixuanaların içərisində kənar bitkilərin hissələri olmadığına görə onların ayrılmış hissələrin çəkisi ilə bağlı sual üzrə tədqiqat işləri aparılmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 25 sentyabr 2023-cü il tarixli 1618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd səffaf sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə mənzər maddəni çıxararq masanın üzərinə qoyaraq təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd səffaf sellofan bükümün içərisində açıq şəkildə qablaşdırılmış psixotrop maddə olan metamfetaminə bənzər maddə elekton tərəzidə çəkilərək 0,47 qram olduğu müəyyən edilmiş, bundan sonra bir ədəd ağ zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan iki ədəd sintetik kisələrin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, iki ədəd kisənin içərisində açıq şəkildə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək 6 kiloqram 135 qram və 5 kiloqram 325 qram olduğu müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Honor” markalı mobil telefon iş əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 23 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,290 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ayrı-ayrılıqda iki ədəd sintetik kisənin içərisindəki ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 11184,20 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana Goranboy RPŞ-nin saxlancına verilmişdir. Goranboy rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-75/1- 15695/2023 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində yerdən tapmış, bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı isə Goranboy rayonu Dəliməmmədli şəhərinin girişində yerləşən körpünün yaxınlığındakı torpaq sahələrinin kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yararlı hissələrini toplayıb qurutmaqla əldə etmişdir.Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində yerdən tapmış, bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdarda narkotik vasitəqurudulmuş marixuananı şəxsi istifadəsi ilə əlaqədar üzərində saxlamışdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı işi məşğul olması müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,8 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qaununsuz daşıması barədə Şahid5 və Şahid6 məlumatı olmamış, eyni zamanda bununla əlaqədar tərəflər arasında əvvəlcədən və ya sonradan hər hansısa razılaşma olmamışdır.Bununla yanaşı Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan və cinayət işinə əlavə edilmiş Sabunçu rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Ağayev X4 rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 noyabr Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayonu İcra Hakimiyyəti Xətai rayonu MKTB 85 saylı MKİS-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 458 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Gəncə prospekti ev 73, mənzil 115-də qeydiyyatdadır, ailə tərkibi arvadı-1993-cü il təvəllüdlü X8, oğlu-2011-ci il təvəllüdlü X6, oğlu-2014-cü il təvəllüdlü X10 və oğlu 2019-cu il təvəllüdlü X3 ibarətdir və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə edilir. “Ömür” müalicə-reabilitasiya klinikasının xx.xx.2023-cü il tarixli 122 nömrəli arayışındən görünür ki, X6 xroniki tonzillitin kəskinləşməsi diaqnozu ilə qeydiyyata alınmışdır. “Ömür” müalicə-reabilitasiya klinikasının xx.xx.2023-cü il tarixli 123 nömrəli arayışındən görünür ki, X9 xroniki obstruktiv diaqnozu ilə qeydiyyata alınmışdır. “Ömür” müalicə-reabilitasiya klinikasının xx.xx.2023-cü il tarixli 124 nömrəli arayışındən görünür ki, X10 xroniki pielosistitin kəskinləşməsi diaqnozu ilə qeydiyyata alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-165/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutulanadək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin 09 iyul 2025-ci il tarixli, ***-**** saylı məktubdan və 08 iyul 2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-247512 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-212/2021 saylı hökmü icra olunmuş, bu barədə Baş X19i İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Əlavə olaraq qeyd edirik ki, vət Təqsirləndirilən şəxs məhdudlaşdırma müddətinin axımı əsas cəzadan azad edildiyi tarixdən hesablanmağa başlanmış və əlavə cəzanın müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,290 qram olan xeyli miqdarda maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ayrı-ayrılıqda iki ədəd sintetik kisənin içərisindəki ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 11184,20 qram çəkidə xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8 № li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdardan artıq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibində və əlində saxladığı ayrı-ayrılıqda bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 5970,0 qram və bir ədəd sintetik kisənin içərisindəki 5215,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 11185,0 qram xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın aşkar olunaraq götürülməklə məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkməsi, xroniki pielosistitin kəskinləşməsi, xroniki obstruktiv, xroniki tonzillitin kəskinləşməsi diaqnozlarından əziyyət çəkməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan törədilən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən törətdiyindən onun əməlində cinayətlər residivi müəyyən edilmir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsədə, onun əməlində cinayətlərin resdivi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixdədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə maddi sübutlar Goranboy rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,290 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ayrı-ayrılıqda iki ədəd sintetik kisənin içərisindəki ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 11184,20 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 295 manat 65 qəpik manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 132 (yüz otuz iki) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 234.1-1-ci maddəsi 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixdədək tutulduğu 02 (iki) il 09 (doqquz) ay 25 (iyimi beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 24 (iyimi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə maddi sübutlar Goranboy rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,290 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ayrı-ayrılıqda iki ədəd sintetik kisənin içərisindəki ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 11184,20 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 295 manat 65 qəpik manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçi Təqsirləndirilən şəxs üçün 132 (yüz otuz iki) manat pul onların vəkil işlədiki Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar