Məhkəmə qərarları › İş №1(100)-166/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-166/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-166/2022 26.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Bərdə rayonunun Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi bina1, mənzil 11-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “Azərbaycan Respublikası Qanun”unun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0, 245 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, Bərdə RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu orqanın əməkdaları tərəfindən 07 sentyabr 2021-ci il tarixdə saat 20:20 dəqiqədə Bərdə şəhəri Sənaye küçəsində saxlanılıb polis şöbəsinə gətirilib, orada üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 0, 245 qram çəkidə satış məqsədi olmadan öz şəxsi istehlakı üçün əldə edib qanunsuz saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Bundan başqa o, məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən 1 ədəd kibirit qutusunda olmaqla 1 ədəd sellofan bükümdə, 4 ədəd gümüşü kağız bükümdə, 1 ədəd qızılı kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3, 370 qram, 0, 067 qram, 0,07 qram , 0, 087 qram , 0, 1 qram , 0, 095 qram ümumi təmiz çəkisi 3,789 qram yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, əynində olan boz rəngli şalvarının sol yan cibinə qoyaraq satış məqsədi ilə saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 20 sentyabr 2021-ci il tarixdə saat 19:25 dəqiqədə Bərdə şəhəri H.Əliyev prospektində rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, polis şöbəsinə gətirilib, polis şöbəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli şalvarının sol yan yan cibindən 1 ədəd kibirit qutusunda olan: 1 ədəd sellofan bükümdə, 4 ədəd gümüşü kağız bükümdə, 1 ədəd qızılı kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 3, 370 qram, 0, 067 qram, 0,07 qram , 0, 087 qram , 0, 1 qram , 0, 095 qram ümumi təmiz çəkisi 3, 789 qram yəni külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayonunun Güloğlular kəndində təzə bazarın yaxınlığında piyada gəzdiyi vaxt yolun kənarında, yerdən siqaret kağızına bükülmüş bir ədəd bükülü tapmışdır. Həmin bükülü diqqətini cəlb etdiyindən bükülünü açıb içərisinə baxarkən içərisində metamfetamin olduğunu görmüş, həmin bükülünü götürüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Məqsədi həmin metamfetamini istifadə etmək olmuşdur. Polislər onu tutana qədər həmin psixotrop maddədən istifadə etməmişdir. 07 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri Sənaye küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Bərdə RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra onlarla birlikdə Bərdə RPŞ-nə onların dəvəti əsasında getmişdir. Orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar olunub götürülmüş metamfetamini zərfə qoyaraq qablaşdırmışlar. Zərfin üzərinə möhür vurmuşlar. Sonra isə zərfin üzərinə o və polis işçiləri imza etmişlər. 2 gün saxlanıldıqdan sonra ona CM-in 234.1-ci maddəsilə ittiham elan edib, polisin nəzarəti altına verərək azadlığa buraxmışlar. 20.09.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhərində Koroğlu küçəsində yerləşən “Qəhrəmanlar” parkında oturacaqda oturduğu vaxt oturacağın üzərində bir ədəd kibirit qutusunun olduğunu görmüşdür. Həmin qutunun oturacağın üzərində olması onun diqqətini özünə cəlb etmiş, dərhal həmin kibirit qutusunun içərisinə açıb baxanda orada bir neçə bükümdə narkotik hesab etdiyi “şüşə”yə bənzər maddə olduğunu görmüşdür. Haradasa həmin bükümlərin 6 ədəd olduğunu və bir ədəd də kağızın içərisində 2 ədəd dərman kapsullarının olduğunu görmüşdür. Həmin kibirit qutusunun içərisinə baxandan sonra yenə də ağzını bağlayıb elə aşkar etdiyi vəziyyətdə götürüb əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Həmin kibirit qutusunda olan maddə üstündə olmaqla saat 19.30 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə piyada tək gedərkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək, üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli olduğunu deyərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində hər hansı bir qeyri-qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü surətdə təqdim etməsi təklif edildiyi vaxt əynində olan boz rəngli şalvarının sol yan cibində saxladığı həmin 1 ədəd kibirit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kibirit qutusunun içərisinə polislər açıb baxarkən oradan bir ədəd sellofan bükülüdə, 4 ədəd gümüşü kağız bükümlərdə və bir ədəd qızılı kağız bükümdə ayrı-ayrılıqda olaraq cəmi 6 bükümdə olan “şüşə”yə bənzər maddəni və həmin kibirit qutusundan bir ədəd kağıza bükülü vəziyətdə olan 2 ədəd dərman kapsullarını kibrit qutusunun içərisindən çıxarıb həmin bükümləri bir-bir elektron tərəzidə çəkmişlər. Həmin şüşə dediyi maddənin ümumi çəkisi hardasa 3 qramdan çox gəldiyini polislər bildirmişlər. Bundan sonra polislər onun üzərini axtarsalar da üzərindən başqa heç nə aşkar olunmamışdır. Daha sonra həmin maddələr təhqiqatçı tərəfindən kağız paketə qoyulmuşdur. Paketin ağzı bağlanıb möhürlənmişdir. Paketin üzərinə o, müdafiəçi və polis işçiləri imza etmişlər. Bundan sonra protokol tərtib edilmiş, protokolda qeyd olunanların doğruluğunu imzaları təsdiq etmişlər. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, evində hər hansı bir narkotik vasitə və qeyri qanuni əşya aşkar olunmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə üzərindən aşkar olunmuş psixotrop vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin vasitələrdən kiməsə satmamış, belə bir məqsədi də olmamışdır. Ona görə də özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilməklə, həmin hissədə də törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt, 07 sentyabr 2021-ci il tarixdə Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat–axtarış tədbirləri həyata keçirilməklə saat 20.20 radələrində Bərdə RPŞ-nə gətirilmişdir. Həmin gün Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərərində hər hansı bir qeyri-qanuni saxladığı əşya vardırsa könüllü təqdim etməsi təklif olunarkən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə aşkar edilmişdir. Sonra isə həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokolda qeyd olunanların doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin PPXB-nın tağım komandiri vəzifəsində işlədiyi vaxt Bərdə şəhər sakini Təqsirləndirilən şəxs üzərində satış məqsədi ilə psixotrop maddə olan metamfetamin saxlaması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Onu cinayət başında yaxalamaq məqsədi ilə 20 sentyabr 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid5 tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərar qəbul edilmiş, Şahid4 və Məmməd Məmmədov ilə birlikdə, Şahid5 rəhbərliyi altında tədbirlər keçirilməyə başlanılmışdır. 20.09.2021-ci il tarixdə saat 19.30 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ilə tək gedərkən ona yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla birlikdə Bərdə RPŞ-nə üzərində şəxsi axtarış aparılması üçün getməsinin vacibliyi bildirilmişdir. Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etiraz etməmiş və birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçi təqdim edilmiş, üzərində qeyri qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibində saxladığı 1 ədəd kibirit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kütlənin metamfetamin olduğunu şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırmışdır. İlk baxışda həmin kütləyə onlar baxarkən kütlənin ağ rəngli kristal halında olduğunu görmüşlər. Həmin kibirit qutusunun içərisinə baxarkən içərisində 6 ədəd bükümlər olduğunu görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərində davam etdirilən şəxsi axtarış zamanı başqa hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Bunan sonra onun üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyulmaqla qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin materialların məhkəmə ekspertizasına dair 21 sentyabr 2021ci il tarixli 16/994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 1( bir) ədəd kibrit qutusunda olan, 1 ( bir) ədəd sellofan bükümdə, 4 ( dörd) ədəd gümüşü kağız bükümdə, 1 (bir) ədəd qızılı kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,370 qram, 0,067 qram, 0,07 qram, 0,087 qram , 0,1 qram, 0,095 qram, ümumi təmiz çəkisi 3,789 qram olan maddəllər kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1- ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki 2 ( iki ) ədəd ağ- göy rəngli dərman kapsulların MEM-nin X4 lazımi texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin materialların məhkəmə ekspertizasına dair 08 sentyabr 2021ci il tarixli 16/933 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0, 245 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına , ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1- ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 6/4304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi N-2” dairəvi möhür əksi ekspert rəyi 16\994” dairəvi möhür əski olan paketdə 2 ədəd ağ-göy kapsullar narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə aid deyildir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq stolun üzərinə qoymuş, kibrit qutusunun içərisi açıldıqda 3,52 qram şəffaf polietilen sellofana bükülmüş, metomfetaminə bənzər maddə, 1 ədəd ağ kağıza bükülmüş içərisində iki ədəd özünün deməsinə görə psixotrop dərman olan tramadol, 1 bükümdə 0,17, 1 bükümdə 0,19, 1 bükümdə 0,15, 1 bükümdə 0,14, 1 bükümdə 0, 14 qram olan ümumilikdə 6 büküm metomfetaminə bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü büküm çıxardaraq təqdim etmiş və 0,39 qram çəkidə psixotrop maddə olan metafetamin olduğunu bildirmiş və sorğu zamanı həmin bükümü Bərdə rayonu Güloğlular kəndində yerdən tapdığını demişdir. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2021-ci il tarixli “cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19.42-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” Bərdə rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin 06 oktyabr 2021-ci il tarixli 1209 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metafetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bərdə RMX-nin 05 oktyabr 2021-ci il tarixli 760 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər polikinikasının narkoloji kabinetində alkoqol qəbulundan dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Hüseynalılar İƏD üzrə nümayədəliyinin 23 sentyabr 2021-ci il tarixli, 460 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası 06.03.1967-ci il təvəllüdlü X2 və qızı 15.12.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bərdə rayonu Hacılar kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Hüseynalılar kənd İƏD üzrə nümayədəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə üzərindən aşkar olunmuş psixotrop vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin vasitələrdən kiməsə satmamış, belə bir məqsədi də olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul etməklə onun təqsirinin həm məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materiallarla öz təsdiqini tapdığını hesab edir. Belə ki, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi 20 sentyabr 2021-ci il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda olan, 1 ədəd sellofan bükümdə, 4 ədəd gümüşü kağız bükümdə, 1 ədəd qızılı kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,370 qram, 0,067 qram, 0,07 qram, 0,087 qram, 0,1 qram, 0,095 qram, ümumi təmiz çəkisi 3,789 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunanlar Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə saxlamasına dair verdiyi ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd kağız paketdə qablaşdırılmış 0,205 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd kağız paketdə qablaşdırılmış maddi sübut olan kustar üsulla hazırlanmış psixotrop maddə olan 3,669 qram çəkidə metamfetamin, 1 ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış 02 ədəd ağ və göy kapsullar məhv edilməli, həmçinin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə olan metamfetaminin aşkar olunub götürülməsini əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 151 (bir yüz əlli bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkolоji dispanserdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanaraq ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd kağız paketdə qablaşdırılmış 0,205 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd kağız paketdə qablaşdırılmış maddi sübut olan kustar üsulla hazırlanmış psixotrop maddə olan 3,669 qram çəkidə metamfetamin, 1 ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış 02 ədəd ağ və göy kapsullar məhv edilsin, həmçinin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə olan metamfetaminin aşkar olunub götürülməsini əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 151 (bir yüz əlli bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs narkolоji dispanserdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar