Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-166/2023 20.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bərdə şəhəri Babək küçəsi ev 11-də qeydiyyatda olan və X8 və Texnologiya Kollecinin yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 1390 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroini qanunsuz olaraq əldə edib özünə məxsus “GEEPAS” markalı, ağ rəngli ət çəkən maşının içərisində saxlamış, 18 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Pambıqçılıq Texnikomunun yataqxanasının həyətində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman özünə məxsus üzərində “Mono Park” sözləri yazılmış çəhrayı rəngli polietilen torbada olan “GEEPAS” markalı, ağ rəngli ət çəkən maşının içərisindən 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 1390 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, iki övladı vardır. Bərdə şəhər sakini Mənsur adlı şəxsi uzun illərdir tanımış, aralarında münasibətləri daima yaxşı olmuşdur. O, xeyli müddətdir narkotik vasitə olan heroindən istifadə etmişdir. Tanışı Mənsur da narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə o, Mənsur adlı şəxslə işləmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə o, ailə problemləri ilə əlaqədar Mənsura Bərdə şəhərinə qayıtmaq istədiyini demiş və pulunun olmadığını bildirmişdir. Mənsur ona demişdir ki, Bərdəyə gedirsə, ona Bərdə şəhərinə Zamin adlı şəxsə, yəni qohumuna çatdırmaq üçün ət çəkət maşın verəcəkdir. Yol pulu olmadığına görə ona 60 manat verəcəkdir. Zamin adlı şəxs Mənsurun qohumudur. O, da Mənsurla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində onlar Bakı şəhərində Sabunçu rayonunda Mənsurun kirayə tutduğu evdə olan zaman, Mənsur selofanda olan “GEEPAS” markalı ət çəkən maşının üzərində “Mono Park” sözləri yazılan çəhrayı rəngli polietilen torbaya qoymuş və ona 60 manat pul vermişdir. O, pulu və ət çəkən maşını götürmüş və Bakı şəhərində olan avtovağzala gəlmiş, oradan isə Bərdə şəhərinə gəlmişdir. O, yolda olan zaman Zamin adlı şəxs ilə telefon əlaqəsi saxlamış və demişdir ki, Bərdəyə çatır, Mənsur ona ət çəkən maşın göndərmişdir. Zamin ona demişdir ki, evdədir onu gözləyir. O, Zaminə demişdir ki, Mətin şadlıq sarayının yanına çatanda xəbər edəcəkki Zamin yola çıxsın. O, Bərdə şəhərinə çatmış və yaşadığı evə getmiş, daha sonra Zaminlə görüşüb torbanı vermək üçün həyətə düşmüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində olan sellofan torbadakı içərisində narkotik maddə olan ət çəkən maşını masanın üzərinə qoymuşdur. Həmin ət çəkən maşının içərisinə baxılan zaman içərində olan narkotik maddə çıxarılmış və tərəzidə çəkilmişdir. Sonra qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq olunmuşdur. Mənsurun ona verdiyi çantanın içərisində narkotik vasitə olmasını bilməmişdir. Tutularkən də torbanın içərisində narkotik vasitə olmasından xəbəri olmadığını desə də tanımadığı polis əməkdaşları ona psixi təziyiq göstərmiş, ona görə də torbanın içərisində narkotik vasitə olduğunu, bunu Mənsurun ona verdiyini demişdir. Ona təzyiq göstərilməsi barədə müdafiəçiyə deməmiş və bu barədə heç bir yerə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 18 avqust 2022-ci il tarixdə ona Bərdə şəhəri Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 16 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Bərdə şəhərində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan üzərində “Mono Park” sözləri yazılmış çəhrayı rəngli polietilen torbanı masanın üzərinə qoymuş və torbanın içərisində olan “GEEPAS” markalı, ağ rəngli ət çəkən maşının içərisində “kokos” adlanan narkotik vasitə olan heroin olmasını bildirmişdir. Torbanın içərisindən ət çəkən maşın çıxarılmış və maşının içərisi açılmışdır. Maşının içərisindən 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torba aşkar edilmişdir. Torbanın içərisi açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində Mənsur adlı şəxsin verməsini, 60 manat pul müqabilində həmin narkotik vasitəni Bərdə şəhərində Zamin adlı şəxsə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd iç-içə qoyulmuş şəffaf polietilen torba içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, əynindəki şalvarın sağ yan cibindən Samsung markalı mobil telefon aşkar edilib iş üçün əhəmiyyətli olduğu üçün götürülmüş, lakin başqa heçbir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlə zərfə qoyulmuş, möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Bundan sonra baxış keçirilməsi üçün Bərdə şəhəri Pambıqçılıq Texnikomunun yataqxanasında şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını, ona heç bir psixi və fiziki təziy göstərilmədiyini, o saxlanılarkən torbada olan ət çəkən maşının içərisində narkotik vasitə olan heroin olduğunu həmin narkotik vasitəni Bakı şəhərində Mənsur adlı şəxsin verməsini, 60 manat pul müqabilində həmin narkotik vasitəni Bərdə şəhərində Zamin adlı şəxsə çatdıracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2, Şahid5 və Şahid6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Övladı Röya ilə birlikdə yaşamışdır. Onun övladı Röyanın narkotik vasitələrdən istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. 18 avqust 2022-ci il tarixdə onlara məlumat vermişlər ki, övladı Röya X2 dövriyyəsi ilə məşğul olması səbəbilə Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən tutulmuşdur. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5 (021)-168/2022 saylı qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əlində olan üzərində “Mono Park” sözləri yazılmış çəhrayı rəngli polietilen torbada olan “GEEPAS” markalı, ağ rəngli ət çəkən maşının içərisindən 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada ümumi çəkisi 1410 qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Bərdə şəhəri Pambıqçılıq Texnikomunun yataqxanasında olan mənizlinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Pambıqçılıq Texnikomunun yataqxanasında olan mənizlinə baxış zamanı narkotik vasitə aşkar edilməmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 19 dəqiqə 34 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əlində olan üzərində “Mono Park” sözləri yazılmış çəhrayı rəngli polietilen torbada olan “GEEPAS” markalı, ağ rəngli ət çəkən maşının içərisindən 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi, həmçinin, Təqsirləndirilən şəxs üzərindən özünə məxsus Samsung markalı mobil telefonun götürülməsi öz əksini tapmışdır. Bərdə rayon Polis Şöbəsinin 06 dekabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində adlarını qeyd etdiyi Mənsur və Zamin adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən edilməsi, üzərində narkotik vasitə saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyən edilməsi, narkotik vasitə, psixotrop və ya onun prekursorlarını satıb-satmamasının müəyyən edilməsi istiqamətlərində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı başqa cinayətlərin törədilməsində iştirak etməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/983 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindəki ətçəkən maşının arasında gizlədilmiş narkotik kütlə olan heroinə bənzər kütlə.” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 1390 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1745 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə MRX-nın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Bərdə MRX-nın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 avqust 2022-ci ildən hesablanmışdır. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 və Texnologiya kolecinin yataqxanasında yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZE № 11732070 saylı “Şəxsiyyət vəsiqəsinin surətindən” görünür ki, X5 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. AZE № 11735542 saylı “Şəxsiyyət vəsiqəsinin surətindən” görünür ki, X7 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung markalı Galaxy A10 markalı mobil telefon Təqsirləndirilən şəxs anasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 1389,8 qram narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”nda saxlanılmasına verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində çantanın içərisində narkotik vasitə olmasını bilmədiyini desə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdəfiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilir, … xx.xx.2022-ci il tarixdə o, ailə problemləri ilə əlaqədar Mənsura Bərdə şəhərinə qayıtmaq istədiyini demiş və pulunun olmadığını bildirmişdir. Mənsur ona demişdir ki, Bərdəyə gedirsə, ona paketdə narkotik maddə olan “kakos” verəcəkdir, Bərdə şəhərinə Zamin adlı şəxsə, yəni qohumuna çatdırsın, həmçinin demişdir ki, buna görə ona 60 manat verəcəkdir. Qeyd edir ki, Zamin adlı şəxs Mənsurun qohumudur. O, da Mənsurla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində onlar Bakı şəhərində Sabunçu rayonunda Mənsurun kirayə tutduğu evdə olan zaman, Mənsur selofanda olan narkotik maddə olan kakos kimi tanıdığı heroini ağ rəngli, “GEEPAS” markalı ət çəkən maşının içərisinə qoymuş və bağlamışdır. Həmin ət çəkən maşını da üzərində “Mono Park” sözləri yazılan çəhrayı rəngli polietilen torbaya qoymuşdur. Mənsur ona demişdir ki, narkotiki ət çəkən maşının içərisinə qoyur ki, heç kim şübhələnməsin. Mənsur içərəsində narkotik olan ət çəkən maşını ona vermişdir. Mənsur həmçinin ona 60 manat pul vermişdir. O, pulu və içərisində narkotik olan ət çəkən maşını götürmüş və Bakı şəhərində olan avtovağzala gəlmiş, oradan isə Bərdə şəhərinə gəlmişdir. O, yolda olan zaman Zamin adlı şəxs ilə telefon əlaqəsi saxlamış və demişdir ki, Bərdəyə çatır, narkotiki gətirir. Zamin ona demişdir ki, evdədir onu gözləyir. O, Zaminə demişdir ki, Mətin şadlıq sarayının yanına çatanda xəbər edəcək ki Zamin yola çıxsın. O, Bərdə şəhərinə çatmış və yaşadığı evə getmiş, daha sonra Zaminlə görüşüb narkotiki vermək üçün həyətə düşmüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmadığını, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, belə bir niyyətdə olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşılı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 1389,8 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 18 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 1389,8 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-166/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-166/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver