Məhkəmə qərarları › İş №1(100)-166/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-166/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-166/2025 22.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X16 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X4 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Asan Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 22-23 radələri arasında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlı kafedə tanışı Şahid5 və Şahid2 ilə birlikdə 1 litr həcmində alkoqollu içki olan arağın qəbulu nəticəsində sərxoş halda olmaqla həmin gün saat 23 radələrində, istintaqa dəqiqi məlum olmayan vaxtda 17 sentyabr 2022-ci il tarixli, ƏN-Vİİİ-022504 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Seyfəli-Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Seyfəli kəndinin ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqol sərxoşluğu halında avtomobili idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin vaxt yolu sürücüyə münasibətdə soldan sağa piyada keçən Şəmkir rayonu, Könüllü kənd sakini X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş-soyulmuş yarası, sağ qaşaltı nahiyəsinin əzilmiş yarası, hər iki üst göz qapaqlarının dərialtı hematoması, çənəaltı nahiyənin sağ yarısının əzilmiş yarası, kəllə qapağı, kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ budun orta üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta üçdə birinin ön səthinin sıyrığı, sağ diz oynağının iç səthinin sıyrığı, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş-soyulmuş yarası, sağ bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq yerini dəyişmiş, qəlpəli sınıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X2 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaq və cinayətin izlərini itirmək məqsədilə zərərçəkmiş Yalçın Məmmədovu avtomobildə olan sərnişinlər Şahid5 və Şahid2 yardımı ilə arxa oturacağa əyləşdirib Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətinə apararaq sonuncunun meyitini Şəmkir rayonu, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsində yerləşən avtomobil yolunun kənarına atmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət- Prosessual Məcəllə) 327.1.1-ci maddəsinin tələbinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, baş etibarnamə əsasında aldığı VAZ-2106 markalı, **-GL-*** qeydiyyat nömrə nişanlı avtomobil özünə məxsus olmuş və o, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Şahid5 uzun müddətdir tanımış, sonuncu ilə eyni kənddə yaşamış, həm də Röyalla birgə alverlə məşğul olmuşdur. 16 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Seyfəli kəndi ərazisində X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin gün saat 16 radələrində Röyal, özü və atası İbrahim yenə hər gün olduğu kimi Gəncə şəhərində xirnik meyvəsini satıb Şəmkir rayonu, Seyfəli kəndinə qayıtmışlar. O, evdə olduğu zaman Röyal zəng edərək bərbərə getməyi təklif etmiş, o da razılaşıb avtomobil ilə sonuncunun yaşadığı evə getmişdir. Röyalı evdən götürdükdən sonra sonuncu avtomobildə olan zaman Gəncədə tanışı olan qız olduğunu və həmin qızı götürmək üçün Gəncə şəhərinə getməyini istəmişdir. O, Röyala etiraz etməmiş və onlar birlikdə Gəncə şəhəri “Məhsəti” qəsəbəsinə getmişlər. Orada adı sonradan məlum olan Şahid2 götürüb Şəmkir rayonu, Seyfəli kəndində yerləşən torpaqlıq adlandırdıqları kafeyə qayıtmışlar. Həmin gün saat 19 radələrində kafedə oturub birlikdə yeyib-içməyə başlamış, orada birlikdə üç nəfərə təxminən 1 litr həcmində araq içmişlər. Təxminən saat 23 radələrində kafe bağlandığı üçün getməli olmuşlar. O, sərxoş halda avtomobil idarə etməmək üçün dostu Ramin Qasımova zəng etmiş, sonuncudan sərxoş olduğu üçün avtomobilini idarə etməsini xahiş etmiş, lakin Ramin Gəncə şəhərində olduğu üçün gələ bilmədiyini demişdir. Daha sonra Raminə təkrar zəng edərək gəlib onları aparmasını xahiş etmiş, lakin sonuncu gələ bilməmişdir. Bu səbəbdən məcbur qalıb sərxoş halda VAZ-2106 markalı, **-GL-*** qeydiyyat nömrə nişanlı avtomobilinin sükanı arxasında özü əyləşmiş və avtomobili hərəkətə gətirib Seyfəli kəndi istiqamətində getmişdir. Çünki o, Seyfəli kəndinə gedib, Aidəni oradan tanış avtomobillə Gəncə şəhərinə yola salmağı planlaşdırmışdır. Kafedən durduqdan təxminən 1 kilometr sonra qarşı tərəfdən nömrəsini xatırlamadığı VAZ-2107 markalı avtomobil gəldiyini görmüş, həmin avtomobil qaranlıq vaxtı uzağa görünmə işıqlarından istifadə etdiyi üçün onun hərəkəti istiqamətində görünmə məhdudiyyəti yaranmışdır. VAZ-2107 markalı avtomobil onu ötüb keçdikdən sonra avtomobilin arxasından bir nəfər şəxs çıxmış, o da hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi isə piyadanı vurmuşdur. Həmin şəxs avtomobilinin ön alın şüşəsinə dəymiş və dəydikdən dərhal sonra asfalta çırpılaraq yerə yıxılmışdır. O, Röyal və Aidə avtomobildən düşmüş, avtomobildən aşağı düşən zaman bir nəfər təxminən 35 yaşlarında olan şəxsin arxası üstə yerdə olduğunu, başının arxasından qan axdığını görmüş, həm Röyala, həm də Aidəyə vurduğu şəxsi xəstəxanaya aparmağa köməklik etmələrini bildirmiş, lakin hər ikisi kənara çəkilib qışqır-bağır salaraq ona kömək etməmişlər. O, həmin şəxsin bel hissəsindən tutub özünə məxsus VAZ-2106 markalı avtomobilin arxa oturacağında uzatmış, sonra isə avtomobili hərəkət gətirib Şəmkir rayon mərkəzi xəstəxanası istiqamətində getmişdir. Təxminən 400-500 metr getdikdən sonra kapotun üzərində olan ön alın şüşəsi küləyin təsirindən arxa tərəfə uçmuşdu. Bu zaman avtomobili orada saxlayıb Aidəyə avtomobildən düşərək evinə getməsini demişdir. Aidə düşdükdən sonra hərəkətə davam edərək Şəmkir rayonunda yerləşən “Qala” restoranının yanını keçən kimi avtomobili saxlayıb alışqanın işığı ilə həmin şəxsin ölüb-ölməməsinə baxmış, bu zaman həmin şəxsin nəfəs almadığını və nəbzinin vurmadığını görmüşdür. Bundan sonra daha çox həyəcanlanıb qorxmağa başlamış, əvvəlcə Röyala onu həmin yerdə qoyub vurduğu adamı xəstəxanaya aparmasını demiş, lakin Röyal ona etiraz etmişdir. Sonra isə evə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə “Qala” restoranının yanından ara yol ilə yaşadığı evə tərəf getmiş, bir qədər getdikdən sonra xeyli aralı məsafədən avtomobil gəldiyini görmüş, vurduğu şəxsi qarşıdan gələn avtomobilin görməsi üçün yol kənarında qoyub getməyi, özünün də gizlənəcəyini düşünmüşdür. Bu məqsədlə Yeni Həyat-Çaylı yolunda, qaranlıq bir yerdə vurduğu şəxsi yol kənarına qoyub birbaşa yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra avtomobili evin həyətinə salmış, anası və atasına baş vermiş hadisə barədə danışmış, valideynləri də onu sakitləşdirərək səhərin açılmasını gözləməsini və səhər bir şey qərarlaşdıracaqlarını söyləmişlər. O, evdə səhərin açılmasını gözləmiş, həmin gün səhər saatlarında təxminən 06 radələrində 2-3 dəst paltarını və xarici pasportunu götürüb yaşadığı evdən çıxaraq piyada Çinarlı qəsəbəsinə getmiş, oradan isə yoldan keçən tanımadığı avtomobillə Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhərində olan zaman aviakassaya getmiş, həmin gün üçün Bakı şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə təyyarə bileti olub-olmadığını maraqlanmış, həmin gün üçün deyil, ertəsi gün üçün uçuş olduğu deyilmişdir. O, Şəmkir şəhərində yerləşən həmin aviakassadan 355 manata Bakıdan Moskva şəhərinə bilet aldıqdan sonra Bakı şəhərinə, birbaşa Bakı Beynəlxalq hava limanına getmiş, həmin gün hava limanında qalmış, ertəsi günü isə təyyarə ilə Rusiya Federasiyasına getmişdir. Bundan bir neçə gün sonra ailə üzvləri onunla əlaqə saxlayıb baş vermiş hadisədən polis əməkdaşlarının məlumatının olduğunu dedikləri üçün Şəmkir rayonuna qayıtmaq qərarına gəlmişdir. 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında Moskva şəhərindən Gəncə şəhərinə təyyarə ilə gəlmiş, saat təxminən 11:30-da Gəncə şəhərinə çatmış, həmin gün saat 12:30 radələrində polis əməkdaşları onu hava limanında saxlayıb bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat vermiş və daha sonra polis şöbəsinə gətirilmişdir. O, hadisədən bir neçə dəqiqə əvvəl kafedə araq içib yola çıxdığı üçün hadisə anında sərxoş olmuş, meyiti avtomobilə özü qoymuş və avtomobildən də özü düşürmüş, həmin vaxt Aidə və Röyal qorxduqları üçün o, sonunculardan ona kömək etmələrini istəsə də qorxularından meyitə yaxınlaşa bilməmişlər. Baş vermiş hadisədən anasının, atasının, Röyalın və Aidənin xəbəri olmuş, həmin şəxslərdən başqa heç kim isə bu barədə məlumatlı olmamış, onun məqsədi hadisəni gizlətmək olmuşdur. Hadisənin baş verməsinə səbəb hərəkət etdiyi yolda əks istiqamətdə hərəkət edən nömrəsini xatırlamadığı avtomobilin işıqlarının görünmə məhdudiyyəti yaratması olmuş, hadisənin baş verdiyi anda avtomobili təxminən 65-70 kmsaatla idarə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, qorxduğu və Yalçın Məmmədovun ölməsinə əmin olduğu üçün sonuncunu xəstəxanaya aparmayıb yolun kənarına qoymuşdur. Elan edilmiş ifadələri təsdiq etmişdir. O, özü Yalçını avtomobilə mindirməmişdən əvvəl sonuncunun nəbzini yoxlayıb öldüyünə əmin olmuş, avtomobilə də özü mindirmiş, sağ qapı açılmadığına görə sol tərəfdən mindirmiş və baş tərəfini Aidə xanıma tərəf qoymamışdır. Eyni zamanda həmin vaxt avtomobildə maqnitafon işləmiş, yolda da təntiyib yumruqla sındırmış, yəni mahnının səsinə xırıltı səsi eşidilə bilməzdi. Aidəni avtomobildən düşürəndən sonra sonuncu ona zəng edib olduğu yerin hara olduğunu soruşmuş, o da xanıma Seyfəli kəndi olduğunu demiş, sonra Aidə ağlaya-ağlaya körpə balalarının olduğunu demiş, o da sonuncuya “nə sən bizi görmüsən, nə də biz səni görmüşük” demişdir. O, mərhumu xəstəxanaya aparmaq istəmiş, yolda restoranın yanında dayanıb üzünə işıq salıb baxmış, yenidən yaşayıb-yaşamadığını yoxlamış və öldüyünə əmin olmuş, həmin vaxt içkili olmuş, təntiyib nə edəcəyini də bilməmişdir. Eyni zamanda avtomobilin ön şüşəsi olmadığı üçün məqsədi mərhumu ara yollarla evə aparmaq olmuşdur. Yolda qarşıdan avtomobil gəldiyini görüb mərhumu yolun kənarına düşürmüş ki, həmin avtomobilin sürücüsü görüb kiməsə xəbər etsin. Onun hadisədən sonra hadisə yerini tərk etməkdə məqsədi mərhum zərərçəkmiş şəxsi xəstəxanaya aparmaq olmuşdur. Hadisə zamanı başı telefona qarışmamışdır. Hadisə anında piyada onun hərəkət istiqamətində yolu soldan sağa doğru hərəkət etmişdir. O, piyadanı yalnız vurduqdan sonra görmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə 01 radələrində mərhum oğlu Yalçın Məmmədovun telefonundan ona zəng gəlmişdir. Zəng edən Salman adlı polis əməkdaşı olmuş və oğlunun telefonunu Seyfəli kəndindən tapdığını demişdir. Növbəti gün ona oğlu Yalçının öldüyünü demişlər. Sonradan bilmiş ki, Təqsirləndirilən şəxs Yalçını Şəmkir rayonu, Seyfəli kəndi ərazisində avtomobil ilə vurmuş, oğlunu sağ ola-ola hadisə yerindən götürüb yaxınlıqdakı xəstəxanaya aparmaq əvəzinə izi itirmək üçün təxminən 30 kilometr aralıda yerləşən Şəmkir rayonu, Yeni Həyat-Çaylı yoluna sahibsiz yerə atmişdır. Oğlu da orada köməksiz vəziyyətdə qalaraq ölmüşdür. Bildiyi qədərilə Təqsirləndirilən şəxs dostları ilə yeyib-içdikdən sonra qayıdan zaman oğlu X17 rayonu, Seyfəli kəndi ərazisində idarə etdiyi avtomobillə vurmuşdur. Bundan sonra onlar oğlu Yalçını yaralı vəziyyətdə avtomobilinə qoymuşlar, Təqsirləndirilən şəxs mobil telefonla atasına zəng edib hadisə törətdiyini, piyadanın isə avtomobilində olduğunu demişdir. Atası da Vicaya vurduğu şəxsi yaşadıqları evə aparmasını demişdir. Təxminən 1 saat sonra Şahid4 Röyal və Vicay ilə birlikdə həyətlərinə daxil olmuşlar. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Röyal və Vicayla birlikdə yemək yedikləri kafedən çıxıb bir qədər getdikdən sonra avtomobilə nəsə dəydiyini görmüş, lakin qaranlıq olduğundan nə olduğunu dəqiq bilməmişdir. X26 avtomobildən düşüb bir nəfər yaralı şəxsi arxa oturacağa onun yanına mindirəndə avtomobilə dəyənin insan olduğunu bilmişdir. Həmin vaxtı o, qorxaraq qışqırmışdır. Təxminən 300 metr gedəndən sonra avtomobil hərəkətdə ola-ola Vicay arxa qapını açmış və o, avtomobildən yerə atılmışdır. Həmin vaxtı onun bir ayağı avtomobildə qalmış, ayağını çəkəndə isə ayaqqabısı orada qalmışdır. Bundan sonra nə baş verdiyini bilməmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Vicayla Röyal yaralı şəxsi avtomobilin arxa oturacağına onun yanında mindirmişlər. Həmin şəxsi avtomobilə mindirməyi nə Röyal, nə də Vicay təklif etmiş, sonuncular heç nə demədən sakitcə düşüb həmin şəxsi avtomobilə mindirmişlər. O, avtomobilin arxa sərnişin oturacağında, sürücünün arxasında oturmuş, avtomobilin nəyəsə dəydiyini hiss edəndə qorxub həyəcanlanmış, yaralı şəxsi yanına mindirəndə isə qorxub qışqırmağa başlamışdır. Vicayla Röyal həmin şəxsi avtomobilə mindirəndən sonra tez özləri avtomobilə minərək hərəkət etməyə başlamışlar. Yaralı şəxsin başı onun tərəfdə, ayaqları isə aşağıda olmuş, yəni sonuncu yarım uzanmış vəziyyətdə olmuşdur. O, qorxub sıxılmış, lakin yenə də həmin şəxsin başı ona toxunmuşdur. Yaralı şəxs danışmamış, o, sonuncunun sadəcə isti olduğunu hiss etmiş və xırıltı səsi gəlmişdir. Gələn xırıltı səsi danışmaq istəyib danışa bilməyən şəxsin səsi kimi deyil, ağrıların nəticəsində çıxan inilti səsi olmuşdur. Həmin şəxsin nəbzini yoxlayıb yaşayıb-yaşamadığına baxmamışdır. Yaralı şəxsi onun yanına mindirəndən sonra o, qorxub qışqırmağa başlamış, ona görə də Vicay avtomobilin surətini azaldıb əlini arxaya uzadaraq qapını açmış və avtomobil hərəkətdə ola-ola o, düşmüşdür. Həmin vaxt ayaqqabısının biri avtomobildə qalmış, qaranlıq olduğu üçün hara düşdüyünü də bilməmişdir. Sonra Röyala zəng etmiş, sonuncunun telefonu sönülü olduğu üçün Vicaya zəng edib düşdüyü yerin hara olduğunu soruşmuş, sonuncu da Şəmkirin Seyfəli kəndi olduğunu bildirərək ona “nə sən bizi görmüsən, nə də biz səni görmüşük, heç kim heç nə bilməsin” demişdir. Yaralı şəxsi avtomobilə Vicay mindirmiş, avtomobildən Röyal da düşmüş, lakin qaranlıq olduğu üçün hər şeyi tam dəqiq görə bilməmişdir. Yaralı şəxsi avtomobilə mindirməyə Röyal da kömək etmişdir. Həmin vaxt qaranlıq olduğu üçün yaralı şəxsin gözünün açıq olub-olmadığını görməmiş, lakin xırıltı səsi gəldiyini eşitmişdir. O, ibtidai istintaq zamanı ikinci dəfə video çəkilişlə ifadə vermişdir. O, nümayiş olunan ifadəsini təsdiq etmiş, Yaşar Məmmədovun gətirdiyi ərizəni yarıya qədər oxuyub dediyi sözlərlə düzgün yazıldığını görmüş, sonuncunun da ərizəni hansı məqsədlə gətirdiyini bilməmiş, çünki Yaşar Məmmədov sadəcə məhkəməyə getməli olduğunu deyərək ərizəni ona imzalatmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə səhər saatlarında Vicayın atası İbrahimə məxsus MERCEDES markalı, nömrəsini bilmədiyi yük avtomobili ilə yaşadığı kənddən 3 ton xirnik meyvəsi almışlar, daha sonra həmin meyvəni Gəncə şəhərində yerləşən meyvə qurutma sexinə aparıb satmışlar və Vicayla hərəsinə təxminən 60-70 manat pul qazanmışlar. Meyvə qurutma sexində olarkən o, Vicayla axşam yeyib-içmək barədə razılaşmış, daha sonra xirniyi sataraq evlərinə qayıtmışlar və üst-başlarını dəyişib yenidən Gəncə şəhərinə getmişlər. Həmin gün o, Gəncə şəhərində yaşayan tanışı Şahid2 ilə mobil telefonla əlaqə saxlamış, onlarla birgə yeyib-içməyi təklif etdikdə sonuncu razılaşmışdır. Onlar spirtli içki qəbul edəcəkləri üçün Aidəni götürüb kəndə qayıtmağı qərarlaşdırmışlar. Aidə evinin yerini telefonda izah etdikdən sonra həmin gün saat 20 radələrində o, Vicayla sonuncuya məxsus VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Məqsədi qəsəbəsinə getmiş və oradan Aidəni götürüb Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” kimi tanınan kafeyə qayıtmışlar. Həmin gün təxminən saat 22 radələrində kafeyə çatıb orada əyləşərək yemək və araq sifariş vermişlər. Orada əvvəlcə 1 litrlik, daha sonra isə 0,5 litrlik araq içmişlər. Təxminən saat 23 radələrinə qədər kafedə yeyib-içmişlər. Arağı içib qurtarandan sonra kəndə gedib Aidəni taksi ilə yola salmağa, ardınca da evə getməyə qərar vermişlər. Onlar kafedən çıxarkən Vicay sərxoş halda avtomobilin sükanı arxasında əyləşmişdir. O, qabaq oturacaqda, Aidə isə arxa oturacaqda əyləşmişdir. Vicay avtomobili hərəkətə gətirib, köhnə Gəncə-Şəmkir avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində hərəkətə davam etmişdir. Vicay avtomobili ilə hərəkətə başladıqdan təxminən bir kilometr keçməmiş, o, mobil telefonu ilə tik-tok şəbəkəsində videolara baxarkən anidən avtomobilin nəyəsə çırpıldığını və dayandığını hiss etmişdir. Vicay avtomobili dayandırarkən onun alnı avtomobilin alın şüşəsinə çırpılmış, Aidə isə qorxub qışqırmışdır. Vicaydan nə baş verdiyini xəbər aldıqda sonuncu ona “adam vurdum” demişdir. Əvvəlcə Vicay avtomobildən düşmüş, o, yerə düşsə də başında ağrılar yarandığı üçün əyilib dayanmışdır. Təxminən 1- 2 dəqiqə sonra Vicay adı sonradan məlum olan mərhum X5 avtomobilin arxa oturacağına əyləşdirmiş, o da avtomobilə əyləşmiş, Vicay avtomobili idarə edərək Şəmkir rayon mərkəzi xəstəxanası istiqamətində hərəkət etmişdir. Ancaq Aidə qışqırıb ağladığı üçün Vicay təxminən 100 metr irəlidə Aidəni düşürdüb evinə getməsini demişdir. Bundan sonra Vicay yenidən xəstəxanaya getmək üçün Şəmkir şəhəri istiqamətində hərəkətə davam etmiş, Aidəni avtomobildən düşürəndən sonra Vicay atasına zəng edib “maşınla adam vurmuşam, adam ölüb, xəstəxanaya aparıram, səndə xəstəxanaya gəl” demişdir. Vicay atasına bu sözləri deyib telefonu söndürmüşdür. Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən “Qala” restoranına yaxınlaşan zaman atası İbrahim özü Vicaya zəng etmiş, avtomobil idarə etdiyi üçün Vicay zəngi cavablandırıb mikrofona qoyaraq əlində saxlamasını bildirmişdir. Telefon danışığı zamanı İbrahim Vicaya adamı aparıb sahibsiz yerə atmasını və özünün də evə qayıtmasını bildirmişdir. Bundan sonra Vicay “Qala” restoranını keçib, oradan torpaqlıq yolla Yeni Həyat kəndi ərazisinə daxil olmuşdur. Vicay avtomobili bir qədər hərəkət etdirib, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsi olan yerdə kanalın yanında avtomobili saxlamış və Yalçın Məmmədovu yolun kənarına qoymuşdur. O, həmin vaxt ağır dərəcə sərxoş olmuş, həm də qorxub həyəcanlanmışdır. Vicaya adamı xəstəxanaya aparmaq üçün təkid etmiş, lakin sonuncu ona sakit dayanmasını və onluq heç nə olmadığını bildirmişdir. Vicay daha sonra avtomobili hərəkət etdirib Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən evinə getmiş, o, Vicayın atası İbrahimə adamı xəstəxanaya özünün aparmasını demiş, lakin İbrahim ona qarışmamasını, avtomobili sürənin oğlu olduğunu söyləmişdir. O, bir qədər sonra öz evinə getmiş, ertəsi günü Vicayın yaşadığı evə getmiş, İbrahim Vicayın rayona getdiyini demiş, Vicaya zəng edib harada olduğunu soruşmuş, sonuncu isə başı qarışıq olduğunu və daha sonra ona zəng edəcəyini bildirmişdir. Hadisədən 4 gün sonra polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində olarkən hadisə barədə sorğu-sual edilmiş, ancaq o, hadisə barədə məlumatı olmadığını demişdir. Lakin ertəsi günü həmkəndlisi və qohumu polis əməkdaşı olan Anar Gözəlova yaxınlaşıb hadisə barədə danışmış, sonra isə yenidən polis şöbəsinə gələrək hadisə barədə ətraflı ifadə vermişdir. O, hadisə vaxtı ağır dərəcəli sərxoş olmuş, bu səbəbdən hadisənin hansı şəraitdə baş verməsini xatırlamamışdır. Vicay mərhum Yalçın Məmmədovu avtomobilə əyləşdirən vaxtı mərhumdan cəmi bir dəfə xırıltı səsi gəlməsini eşitmiş, lakin qorxulu və həyəcanlı olduğu üçün mərhumun üzünə baxa bilməmiş, Vicay isə atası ilə telefon danışığı zamanı atasına vurduğu adamın ölməsini dediyini xatırlamışdır. Vicayın mərhum Yalçın Məmmədovu avtomobilə əyləşdirən zaman xırıltı səsi gəlməsinə görə sonuncunun vurulan andaca hadisə yerindəcə öldüyünü zənn etmişdir. Gəncə Ağır Cinayətlər məhkəməsinə ərizə göndərməmiş, nə də ərizədə qeyd edilənləri ərizəsində göstərməmişdir. Cinayət işi məhkəməyə göndəriləndən sonra mərhumun atası X13 ona zəng edib görüşmək istədiyini demiş, söhbət zamanı Yaşar ona müstəntiq Elşənin ərizə verdiyini və ərizəni oxuyub qol çəkməklə bu işdən canını qurtaracağını demiş, sonra isə iki ərizə çıxardaraq birini oxuması üçün ona vermiş, həmin ərizədə hadisə barədə verdiyi ifadələrlə eyni məzmunlu sözlər yazılmış, bu səbəbdən həmin ərizəni imza etmiş, lakin Yaşar ikinci ərizəni də göstərib, həmin ərizənin oxuduğu ərizənin ikinci nüsxəsi olduğunu deyərək ona imza etməsini, ərizələrdən birini özündə saxlayacağını, digərini isə məhkəməyə göndərəcəyini söyləmişdir. O, Yaşara inanıb ikinci ərizəni oxumadan imza etmişdir. Lakin sonra bilmiş ki, Yaşar onu aldatmış, çünki imza etdirdiyi ikinci ərizədə həqiqətə uyğun olmayan sözlər yazılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlanan kafeni 2022-ci ilin sentyabr ayından icarə əsasında işlətmişdir. 2022-ci ilin noyabr ayında onun işlətdiyi həmin kafeyə Seyfəli kəndində yaşayan tanışı Röyal və Vicay adlı şəxslər yanlarında bir nəfər qız ilə gəlib orada yemək yemişlər. Həmin şəxslər yemək yeyən zaman həmçinin orada 1 litr spirtli içki araq qəbul etmişlər. Həmin gün saat təxminən 23 radələrində adları çəkilən şəxslər kafedən qalxıb getmişlər. O, həmin şəxsləri əvvəldən kafeyə gedib-gələn müştəri kimi tanımışdır. Hadisə günü o, həmin şəxslərin hər hansı avtomobillə getdiyini görməmiş və bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yaxın qohumu, yəni oğlu olduğu üçün ona qarşı ifadə verməkdən imtina etdiyinə görə Cinayət-Prosessual Məcəllənin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmuşdur. Sonuncu VAZ-2106 markalı, **-GL-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobili Vicay 2022-ci ilin sentyabrında almışdır. 16 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində Vicay ona məxsus ***- ***-**-** mobil nömrəyə zəng edərək içkili olduğunu, avtomobil ilə piyada vurduğunu, piyadanı xəstəxanaya apardığını bildirmiş, o, isə evdəkilərin xəbəri olmasın deyə evin həyətinə çıxıb oğluna özünün də içkili olduğunu, bu səbəbdən avtomobillə yanına gelə bilməyəcəyini və vurduğu şəxsi xəstəxanaya aparmağını demişdir. Daha sonra o, evə daxil olaraq heç kimə heç nə deməmişdir. Bir qədər sonra o, yenidən Vicayla əlaqə saxlamış, təxminən 40-50 dəqiqə sonra oğlu yaşadıqları evə gəlmişdir. Həmin vaxtı Röyal da oğlunun yanında olmuşdur. Vicay və Röyal ona heç kimin heç nə görmədiyini, vurduğu adamın öldüyünü, həmin şəxsi Şəmkir rayonu, Yeni Həyat kəndinə, Yeni Həyat-Çaylı yoluna atdığını, bir neçə gün sonra ölən şəxsin ailəsini tapıb üzrxahlığa gedəcəklərini demişdir. O, Vicayın avtomobilinə tərəf gedib baxdıqda qabaq hissəsinin bir qədər dağıldığını, ön alın şüşəsinin yerində olmadığını, avtomobilin salonunda isə qanlar olduğunu görmüşdür. O, bir qədər Vicayı etdiyi hərəkətə görə, yəni meyiti atdığına görə danlamış, sonradan onlar baş vermiş hadisə ilə bağlı danışmış, oğlu ona Şəmkir rayonu, Seyfəli kəndində yerləşən hərbi hissənin yaxınlığında hadisənin olduğunu, şəxsi xəstəxanaya aparmaq istədiklərini, lakin həmin şəxs öldüyü üçün qorxub həmin şəxsin meyitini atdıqlarını demişdir. Həmin günün səhəri həyat yoldaşı avtomobildə olan qanları təmizləmiş, Vicay da avtomobilin dağılmış hissələrini düzəltmişdir. Oğlunun avtomobillə adam vurub öldürdüyü ona sonuncu yaşadıqları evə gəldikdən sonra məlum olmuşdur. Avtomobili Vicayın özü təmir etmiş, hadisədən sonra da oğlu evə gələn zaman spirtli içkinin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs yaxın qohumu, yəni oğlu olduğu üçün ona qarşı ifadə verməkdən imtina etdiyinə görə Cinayət-Prosessual Məcəllənin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 əri Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 43 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş-soyulmuş yarası, sağ qaşaltı nahiyəsinin əzilmiş yarası, hər iki üst göz qapaqlarının dərialtı hematoması, çənəaltı nahiyənin sağ yarısının əzilmiş yarası, kəllə qapağı, kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ budun orta üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta üçdə birinin ön səthinin sıyrığı, sağ diz oynağının iç səthinin sıyrığı, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş soyulmuş yarası, sağ bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq yerini dəyişmiş, qəlpəli sınıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 noyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər; 2) X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olar ki, X2 ölümü meyitin müayinəyə başlanmasından əvvəl 12-14 saat əvvəl baş vermişdir; 3) X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1 faiz qatılığında etil spirti aşkar edilmişdir. Bu miqdar etil spirtli rəsmi cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, T 13/2024 nömrəli komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1-2) Mərhum Y.Y.Məmmədovun meyitinin müayinəsi zamanı alnın sol yarısında sıyrıq, sağ qaşda əzilmiş-soyulmuş yara, sağ qaşaltı nahiyədə əzilmiş yara, hər iki üst göz qapaqlarında dərialtı hematoma, sağ çənəaltı nahiyədə əzilmiş yara, kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beynin yumşaq qişasına qansızma, beyin toxumasının əziyi, sağ budda əzilmiş yara, sağ budda və sağ diz oynağında sıyrıq, sağ baldırda əzilmiş-soyulmuş yara, sağ bud sümüyünün qapalı, sol baldırın açıq yerdəyişmiş qəlpəli sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla xx.xx.2022-ci ildə qərarda göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobillə piyadanın vurulması zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; 3) Mərhum Y.Y.Məmmədovun ölümünə səbəb ağır kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin sınığı, yumşaq qişaya qansızma və beyin toxumasının əziyi olmuşdur; 4-5) Mərhum Y.Y.Məmmədovun meyitinin müayinəsi zamanı aşkar edilən xəsarətlərin xarakteri ölümün qısa müddət ərzində baş verməsinə uyğun gəlir və bu xəsarətləri aldıqdan sonra onun sağ qalma şansı demək olar ki, yox idi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023cü il tarixli, 48 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törədən zaman və hal-hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir, hadisəni törədən zaman və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni cinayət hadisəsi zamanı anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi psixoloji xüsusiyyətlərinə malikdir. O, cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuş, hadisə zamanı fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/750R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki: 1) Seyfəli kəndində hadisə yerinə baxış zamanı götürülmüş daş və torpaq parçaları, 01 ədəd “Kingston” markalı siqaret kötüyü və 01 ədəd naməlum avtomobilə məxsus ehtiyat hissəsi üzərində olan qanabənzər ləkələr insan qanıdır; 2) Seyfəli kəndində hadisə yerinə baxış zamanı götürülmüş daş və torpaq parçaları, 01 ədəd “Kingston” markalı siqaret kötüyü və 01 ədəd naməlum avtomobilə məxsus ehtiyat hissəsinin üzərində olan qan nümunələri X6 məxsusdur; 3) Seyfəli kəndində hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd “Kingston” markalı siqaret kötüyünün filtrində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün kifayət qədər deyildir. Bu səbəbdən də müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/344 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) Sürücü Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; 3) Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/424; 3/300 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Təqdim edilmiş “VAZ-2106” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq dövlət qeydiyyat nişanında) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o, cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür; 2) Təqdim edilmiş “1” rəqəmi ilə nömrələnmiş plastmas hissə mühərrik küləkləyicisi, “2” rəqəmi ilə nömrələnmiş plastmas hissə qabaq bamperin klıkı və şüşə təmizləyicisi VAZ-2106 markalı avtomobilin hissələridir. Lakin həmin hissələrin üzərilərində xüsusi əlamətləri olmadığından konkret olaraq onların təqdim edilmiş “VAZ-2106” markalı, **-GL-*** qeydiyyat nişanlı avtomobilə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; 3) Təqdim edilmiş “VAZ-2106” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində, qabaq bamperində (klıklarda) təmir işləri aparılmışdır. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş “VAZ-2106” markalı, **-GL-*** qeydiyyat nişanlı avtomobilin üzərində aparılmış təmir işlərinin müddətini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin olan tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 12:00-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablamaqla 02 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində Şəmkir-Çinarlı-Gəncə avtomobil yolunun Şəmkir rayonu istiqamətində olan hissəsində naməlum avtomobilə aid plastik çərçivə, 12 metr irəlidə yolun sağından soluna doğru 1 metr məsafədə qanabənzər izlər, 1,5 metr irəlidə yenə də avtomobilin ehtiyat hissəsi, bir ədəd açıq vəziyyətdə üzərində qanabənzər ləkələr olan “Kingston” markalı siqaret, bir ədəd “DARAGO” markalı mobil telefon aşkar edilmişdir. Baxış zamanı bir ədəd “Kingston” markalı siqaret, “VAZ-2106” minik markalı avtomobilə məxsus bir ədəd plastmas hissə, “VAZ-2106” minik markalı avtomobilə aid bir ədəd bamperin klıkı, şüşə təmizləyicisi, bir ədəd “Darago” markalı mobil telefon, bir ədəd təsbeh və bir ədəd daş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X2 meyiti Şəmkir rayonu, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsində yerləşən avtomobil yolunun kənarında aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir rayonu, Seyfəli kəndində baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X2 meyitinə baxış zamanı müxtəlif bədən xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Şəmkir rayonu, Seyfəli kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 Şəmkir rayonu, Seyfəli kəndində yaşadığı fərdi yaşayış evinə baxış zamanı evin həyətində VAZ-2106 minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Qeyd edilən avtomobilə baxış zamanı kapotunun qabaq hissəsində zədə olması, eləcə də arxa və sağ ön oturacaqların yerində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, idarə etdiyi avtomobillə X5 vurduğu yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsi ilə atası Şahid4 istifadəsində olan +99***-***-**-** mobil nömrəsi və anası Şahid1 istifadəsində olan +99***-***-**-** mobil nömrəsi arasında yol-nəqliyyat hadisəsini törədildiyi vaxtdan dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 23:19-da, 23:22-də, 23:25-də, 23:30-da, 23:36-də, 23:39-da və 23:48-də mütəmadi olaraq telefon danışıqları olması, həmin vaxt Təqsirləndirilən şəxs anten dairəsinin Şəmkir rayonunun Aşağı Seyfəli, Əliyaqublu, Seidkənd, Çinarlı, Seyfəli və Çaylı kəndlərinin ərazisində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:25-də Şəmkir rayonu Kür PB-nin baş əməliyyat müvəkkili Yasin İsmayılov +99***-***-**- ** mobil nömrədən Şəmkir RPŞ-nin Növbətçi hissəsinin istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng vuraraq Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində, hərbi təlim mərkəzinin yaxınlığından keçən asfalt yol örtüyünün üzərində qan izləri olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin TBnin təhqiqatçısı Salman Atayevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 08:25-də Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi Bəxtiyar Mustafayev +99***-***- **-** mobil nömrədən Şəmkir RPŞ-nin Növbətçi hissəsinin istifadəsində olan +99***-***-**- ** mobil nömrəsinə zəng vuraraq Şəmkir rayonu, Çinarlı kənində bir nəfər naməlum kişi meyiti aşkar olunması barədə ona məlumat daxil olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X9 16 noyabr 2022-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması nəticəsində ölmüş, avtomobili idarə edən Təqsirləndirilən şəxs və yanında olan Şahid5 tərəfindən Yalçın Məmmədovun meyiti hadisə yerindən götürülərək Şəmkir rayonu, Yeni Həyat-Çaylı yoluna aparılıb atılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda Şəmkir rayonu, Seyfəli kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməmişdən əvvəl Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlanan kafedə Şahid2 və Şahid5 ilə birlikdə bir litr spirtli içki olan araq qəbul etmiş, daha sonra sərxoş vəziyyətdə özünə məxsus VAZ-2106 minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək idarə etmiş, nəticədə yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi VAZ-2107 minik markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “BC” kateqoriyalı BD-303271 nömrəli sürücülük vəsiqəsi verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon konsultativ poliklinikada psixiatrik kabinetdə qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Yuxarı Seyfəli kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X15 adlı azyaşlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AC 910191 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21061” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ƏNVİİİ 022504 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan “VAZ-21061” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs sərəncam vermək hüququ ilə etibar etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “VAZ-2106” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin DYPB-nin duracağında saxlanılmış, həmçinin yol-nəqliyyat hadisəsi yerindən tapılmış bir ədəd “Kingston” markalı siqaret, “VAZ-2106” minik markalı avtomobilə məxsus bir ədəd plastmas hissə, “VAZ-2106” minik markalı avtomobilə aid bir ədəd bamperin klıkı, şüşə təmizləyicisi, bir ədəd “Darago” markalı mobil telefon, bir ədəd təsbeh və bir ədəd daş maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, Şahid5 və Şahid2 şahid qismində dindirilmələri istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 müxtəlif tarixli şikayət ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan cinayət nəticəsində vurulmuş maddi ziyana görə 8000 (səkkiz min) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 10120 (on min bir yüz iyirmi) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan cinayət nəticəsində vurulmuş maddi ziyana görə 11000 (on bir min) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat olmaqla, ümumilikdə 13129 (on üç min bir yüz iyirmi doqquz) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan cinayət nəticəsində vurulmuş maddi ziyana görə 15100 (on beş min bir yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat olmaqla, ümumilikdə 17229 (on yeddi min iki yüz iyirmi doqquz) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində kafedən durduqdan təxminən 1 kilometr sonra qarşı tərəfdən nömrəsini xatırlamadığı VAZ-2107 markalı avtomobilin gəldiyini, həmin avtomobilin qaranlıq vaxtı uzağa görünmə işığından istifadə etdiyi üçün onun hərəkəti istiqamətində görünmə məhdudiyyətinin yarandığını və gözü qamaşdığını, VAZ-2107 markalı avtomobilin onu ötüb keçdikdən sonra həmin avtomobilin arxasından qəfildən bir nəfər şəxsin çıxdığını, buna görə hadisənin qarşısını ala bilmədiyini və idarə etdiyi avtomobilin ön hissəsi isə piyadanı vurduğunu, hadisədən sonra da hadisə yerindən qaçmaq niyyətinin olmadığını, sadəcə piyadanı xəstəxanaya aparmaq üçün hadisə yerini tərk etdiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, onun məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, gözqamaşma yarandığı andan piyadanı vurana kimi gözqamaşma şəraitində VAZ-2106 markalı avtomobilin qət etdiyi məsafə 60 km/saat hərəkət sürətində 50-66,7 metrə, 80 km/saat hərəkət surətində isə 66,7-88,9 metrə uyğundur. Mövcud şəraitdə VAZ-2106 markalı avtomobilin dayanma yolu 60 km/saat hərəkət surətində 38,6 metrə, 80 km/saat surətində isə 60,6 metrə uyğundur. Belə olan halda gözqamaşma yarandığı andan piyadanı vurana kimi gözqamaşma şəraitində VAZ-2106 markalı avtomobilin qət etdiyi məsafənin onun dayanma yolundan böyük olması onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs gözqamaşma yarandığı andan tədbir görməklə idarə etdiyi VAZ-2106 markalı avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Həmçinin iş üzrə şahid kimi dindirilmiş Şahid5la Şahid2 ifadələrində Təqsirləndirilən şəxs hadisənin baş vermə anına qədər, yəni hadisənin baş vermə nöqtəsindən bir neçə saniyə əvvəl əyləcdən istifadə edərək hadisənin qarşısını almağa cəhd etməsini təsdiq etməmişlər. Əksinə, hər iki şahid ifadələrində avtomobil yolu ilə hərəkətdə olarkən qəfildən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin nəyəsə dəydiyini, avtomobili saxladıqdan sonra isə sonuncunun piyadanı vurduğunu göstərmişlər. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələbinə riayət etməklə gözü qamaşdıqda qəza işıq siqnalını qoşmaqla və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini dayandırmağa və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə yerindən qaçmaq niyyətinin olmadığını, sadəcə piyadanı xəstəxanaya aparmaq üçün hadisə yerini tərk etdiyini göstərsə də işin faktiki hallarından və şahidlərin ifadələrin açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən dərhal sonra zərərçəkmişi idarə etdiyi avtomobilə qoyaraq sonuncuya ilkin tibbi yardım göstərmək və ya yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq əvəzinə, yəni ona kömək göstərmək imkanı olduğu halda bunu etməyərək, əksinə Yalçın Məmmədovu hadisə yerindən tamamilə fərqli bir yerə aparıb qoymaqla hadisə yerinin məkanını dəyişdirib yol-nəqliyyat hadisəsi səhnələşdirərək törətdiyi yol-nəqliyyat hadisəsini və həmin cinayət hadisəsinin izlərini gizlətməyə çalışmışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hadisə yerini məhz zərərçəkmişi xəstəxanaya aparmaq üçün tərk etməsini göstərməsi tam olaraq təkzib olunur. Bundan başqa, iş materiallarında Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olubolmamasına dair, sonuncu hadisə yerindən dərhal sonra hadisə yerini tərk etdiyi, daha sonra isə Rusiya Federasiyasına getdiyi üçün hər hansı bir rəsmi sənəd və ya ekspert rəyi olmasa da, işin faktiki halları, eləcə də həm Təqsirləndirilən şəxs, həm də şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs hadisə vaxtı spirtli içkinin qəbulu nəticəsində sərxoş halda olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Qeyd edilən hal ümumiyyətlə nə ittiham tərəfində, nə də müdafiə tərəfində mübahisə doğurmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndində əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndində əsasən yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 yanvar 2004-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CM-in 263-cü maddəsindən fərqli olaraq CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-in 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası 29 aprel 1997ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərilərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol hərəkət hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla da, yuxarıda göstərilənlərə əsasən, həmçinin işin faktiki halları, iş üzrə dindirilmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman alkoqol sərxoşluğu vəziyyətində olması, habelə yol-nəqliyyat hadisəsindən dərhal sonra onun hadisə yerini tərk edərək zərərçəkmiş şəxsi hadisə yerindən tamamilə fərqli bir məkana qoyub yaşadığı evə getməsi öz təsdiqini tapsa da, onun yol-nəqliyyat hadisəsindən sonra şəxsiyyəti haqqında məlumatları zərərçəkənə və ya onun maraqlarını təmin edəcək digər şəxsə çatdırması, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, həyat üçün təhlükəli xəsarət almış zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsi, sonuncu üçün təcili tibbi yardım maşını çağırması və ya zərərçəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməsi, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirməsi öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəzalandırılmalı, lakin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Belə ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək hadisə yerindən qaçmaq niyyətinin olmadığını, sadəcə piyadanı xəstəxanaya aparmaq üçün hadisə yerini tərk etdiyini göstərmişdir. Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunduğuna görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin əmələ görə nəzərdə tutulmuş iki illik cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatmışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də Təqsirləndirilən şəxs həmin hissədə özünü təqsirli bilmədiyi və müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq bildirmədiyi üçün verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmədən ittiham hökmü çıxarılması qanunidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, eləcə də hadisədən sonrakı davranışı, yəni hadisədən sonra hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməməsi, habelə qeyri-insanı hərəkətlərə yol verərək zərərçəkmiş şəxsi idarə etdiyi avtomobilə qoyaraq hadisə yerindən tamamilə fərqli bir yerə aparıb qoymaqla hadisə yerinin məkanını dəyişdirib yol-nəqliyyat hadisəsi səhnələşdirərək törətdiyi yol-nəqliyyat hadisəsini və həmin cinayət hadisəsinin izlərini gizlətməyə çalışması, hətta hadisədən əvvəl sərxoş vəziyyətdə olması, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi və onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmalı hallardır. Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan cinayət nəticəsində vurulmuş maddi ziyana görə 15100 (on beş min bir yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat olmaqla, ümumilikdə 17229 (on yeddi min iki yüz iyirmi doqquz) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəllənin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət-Prosessual Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarın 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X7 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Cinayət-Prosessual Məcəllənin 179.2-cü maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 259.0.12-cü maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutların siyahısı əlavə etməlidir. Bununla belə, hazırkı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 iddia ərizəsində maddi ziyanla bağlı tutulmasını tələb etdiyi məbləğin yaranmasına dair konkret olaraq sübut təqdim etməmiş, sadəcə olaraq bir neçə kənd sakinləri tərəfindən imzalanmış ərzaq məsullarının qiymətinə dair aktı və müxtəlif tarixli bir neçə qəbzin surətlərini əlavə etmişdir. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə tərkibi hesab edir ki, nə qədər ki, zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 maddi ziyanla bağlı tutulmasını tələb etdiyi 15100 (on beş min bir yüz) manatın yaranmasına dair məhkəməyə konkret sübutlar təqdim etmədiyi üçün həmin hissədə onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, 2000 (iki min) manat məbləğində mənəvi ziyanla bağlı hissədə isə mülki iddia təmin edilməli, mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ölmüş zərərçəkmiş şəxs X2 hüquqi varisi və mülki iddiaçı X8 ödənilməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin DYPB-nin duracağında saxlanılmış “VAZ-2106” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş yol-nəqliyyat hadisəsi yerindən tapılmış bir ədəd “Kingston” markalı siqaret, “VAZ-2106” minik markalı avtomobilə məxsus bir ədəd plastmas hissə, “VAZ-2106” minik markalı avtomobilə aid bir ədəd bamperin klıkı, şüşə təmizləyicisi və bir ədəd daş məhv edilməli, bir ədəd “Darago” markalı mobil telefon və bir ədəd təsbeh zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X8 qaytarılmalı, Şahid5 və Şahid2 şahid qismində dindirilmələri istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X12 maddi ziyanla bağlı tutulmasını tələb etdiyi 15100 (on beş min bir yüz) manatın yaranmasına dair məhkəməyə konkret sübutlar təqdim etmədiyi üçün həmin hissədə onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, 2000 (iki min) manat məbləğində mənəvi ziyanla bağlı hissədə isə mülki iddia təmin edilsin, mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ölmüş zərərçəkmiş şəxs X2 hüquqi varisi və mülki iddiaçı X8 ödənilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin DYPB-nin duracağında saxlanılmış “VAZ-2106” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş yol-nəqliyyat hadisəsi yerindən tapılmış bir ədəd “Kingston” markalı siqaret, “VAZ-2106” minik markalı avtomobilə məxsus bir ədəd plastmas hissə, “VAZ-2106” minik markalı avtomobilə aid bir ədəd bamperin klıkı, şüşə təmizləyicisi və bir ədəd daş məhv edilsin. Bir ədəd “Darago” markalı mobil telefon və bir ədəd təsbeh zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X8 qaytarılsın. Şahid5 və Şahid2 şahid qismində dindirilmələri istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar