Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-167/2021 20.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, N.Nərimanov prospekti, 11-ci döngə ev 6-da qeydiyyatda olan və yaşamış, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 31.10.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə külli miqdarda psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı evində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi və tamah niyyəti ilə külli miqdar hesab edilən 23,48 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdar hesab edilən 2,436 qram çəkidə psixotrop maddə olan metamfetamini və ayrı ayrılıqda təmiz çəkiləri 0,711 qram, 1,046 qram, 0,706 qram, 0,824 qram, 0,985 qram, 0,564 qram, 0,899 qram, 0,447 qram, 0,643 qram, 0,998 qram, 0,614 qram ümumi təmiz çəkisi 8,437 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə saxlamış, Təqsirləndirilən şəxs 29.10.2020-ci il tarixdə 0,311 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyarkən həmin gün saat 18:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən evinin yaxınlığında saxlanılıb, Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPB-nə gətirilərək həmin tarixdə onun üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol arxa cibindən 0,311 qram çəkidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı narkotik vasitə olan heroin aşkar edilmiş, həmin gün saat 19:40 radələrində yaşadığı ünvan 1 ünvanındakı evinə baxış keçirilən zaman evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə olan pəncərənin qarşısından satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evində saxladığı külli miqdar hesab edilən 23,169 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdar hesab edilən 2,436 qram çəkidə psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdar hesab edilən, ayrı ayrılıqda təmiz çəkiləri 0,711 qram, 1,046 qram, 0,706 qram, 0, 824 qram, 0,985 qram, 0,564 qram, 0,899 qram, 0,447 qram, 0,643 qram, 0,998 qram, 0,614 qram, ümumi təmiz çəkisi 8,437 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və qeyd edilən narkotik vasitələri ölçmək üçün istifadə edilən iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 29.10.2020-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evin yaxınlığında təkcə dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitə istifadə etməyində şübhəli olduğunu deyib onu zorla polis bölməsinə aparmışdılar. Orada onun üzərinə baxış keçirilmiş və üzərindən 1 bükümdə narkotik vasitə olan heroin aşkarlanmışdır. O, həmin narkotik vasitəni Əli adlı İran vətəndaşından özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evin açarını almış və o sorğuda olan zaman onun evinə gedərək sonradan aşkar olunmuş narkotik vasitələri onun yaşadığı evə yerləşdirmişlər. Polis bölməsində üzərinə baxış keçirildikdən sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Sonra polislər onunla birlikdə sonuncunun yaşadığı evə gəlib baxış keçirməyə başlamışlar. Polis əməkdaşlarından biri onun yaşadığı mənzilə daxil olan kimi, əvvəlcədən onun evinə girmiş polis əməkdaşlarının yerləşdirdikləri narkotik vasitələri aşkar etmişdir. Həmin narkotik vasitələr ona aid deyil, həmin narkotik vasitələri onun evinə sonuncu polis bölməsində olarkən digər polis əməkdaşları aparıb yerləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, ev 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, yaşadığı evində saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq rəhbərliyə raportla məruzə etmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almışdır. Sonra Gəncə şəhər Kəpəz RPB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birgə tərəflərindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Keçirdilən əməliyyataxtarış tədbirləri nəticəsində 29 oktyabr 2020-ci il tarixdə saat 18:40-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 11-ci döngədə yerləşən yaşadığı evin yaxınlığında saxlamış və qanunsuz olaraq narkotik vasitə saxladığına və satdığına görə üstünə baxış keçirilməsi məqsədilə Gəncə şəhər, Kəpəz RPB-nə aparmışlar. Təqsirləndirilən şəxs üstünə dövlət hesabına dəvət edilmiş müdafiəçi Yusif Hüseynovun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman o əynində olan tünd boz-qara rəngli şalvarın sol arxa cibindən bir ədəd sellofan material olan bükülü çıxarıb təqdim etmiş və bundan sonra üstünə baxış keçirilmişdir. Baxış zamanı əynində olan həmin şalvarın sağ yan hissəsindən asdığı yaşadığı mənzilin açarları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki kütlənin «Kokos» adlanan narkotik vasitə olduğunu, həmin kütləni İran vətəndaşından özü istifadə etmək üçün əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,48 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlayıb saxlamaması barədə sual verilmiş, sonuncu yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri N.Nərimanov prospekti 11- ci döngə, 6 nömrəli ünvanda yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs darvaza ilə üzbəüzdə yerləşən mənzilin qapısını açaraq mənzilə daxil olmuşlar. Mənzilə girişdə sağ tərəfdə olan pəncərənin qarşısında, orada sağ tərəfdə elektrik işıqlandırıcısı sol tərəfdə müxtəlif məktəb kitabları vardır. Bundan başqa orada sellofona bükülmüş içərisində qəhvəyi rəngli kəskin iyli kütlə, həmçinin müxtəlif bükümlərdə bükülmüş kütlələr, həmçinin sellofon parçasına bükülmüş ağ kristal halında kütlə, siqaret quğusunun içərisindən müxtəlif ölçülərdə kəsilmiş narkotik vasitələri bükməkdə istifadə edilməsi ehtimal edilən siqaret kağızının gümüşü rəngli parçaları, müxtəlif bükülülər, müxtəlif bükümlər,bundan başqa şüşə stəkanda kristal halda kütlə aşkar edilmişdir. Bundan başqa 11 ədəd kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin ona məxsus olduğunu bildirmişdir. Orada qara rəngli elektron tərəzi də aşkar edilmiş və qəhvəyi rəngli kütlə həmin tərəzidə çəkilmiş və çəkisi 26,12 qram olmuşdur. Həmin kütlə zərfə qoyulmuş, 11 ədəd bükümlərdə olan kütlənin hamısının marixuana olmasını bildirmişdir. Bundan sonra kristal halında ağ rəngli kütlə tərəzidə çəkilmiş, 2,93 qram olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “Şüşə” adlanır və psixotrop maddədir. Bundan sonra 11 ədəd bükümlər tərəziyə qoyulmuş və çəkisi 6,57 qram olmuşdur. Həmin kütlələr zərfə qoyulmuşdur. Sonra bir ədəd siqaretə oxşar əşya aşkar edilmiş və Təqsirləndirilən şəxs nəşənin ona doldurub çəkildiyini bildirmişdir. Aşkar edilmiş kağız parçaları zərfə qoyulmuş, iki ədəd boş siqaret qutuları əhəmiyyət kəsb etmədiyi üçün götürülməmişdir. Narkotik vasitələrin çəkilməsində istifadə etdiyi elektron tərəzi işlək olduğundan götürülmüşdür. Aşkar olunmuş əşya və predmetlər ayrılıqda möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri narkotik vasitə kimi Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində Əli adlı İran İslam Respublikası vətəndaşından hamısını birgə 300 manata aldığını bildirmişdir. Nicat həmin Əli adlı şəxslə “vvotsaap” vasitəsilə əlaqə saxlamış, lakin şəxsiyyəti barədə məlumatı olmamışdır. Həmin mənzildə baxış zamanı otaqda olan şkafın siyirməsindən daha bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmiş və götürülmüşdür. Mənzilin digər otağında hər hansı bir qanunsuz saxlanılan əşya və predmetlər aşkar edilməmişdir. Mənzilin mətbəxində bir ədəd Probasiya xidməti tərəfindən Nicat barəsində Məhkəmə tərəfindən seçilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası üçün verilmiş qara rəngli CPRS aparatı və adapteri aşkar edilib həmin xidmətə qaytarılması üçün götürülmüşdür. Mənzilin daxilində baxış başa çatdıqdan sonra həyətyanı sahəyə və torpaq sahəsinə baxış keçirilmiş və hər hansı bir cinayət xarakterli əşya, predmetlər aşkar edilməmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 Eldar oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 1 ədəd ümumi çəkisi 0,311 qram çəkidə heroin aşkar olunaraq götürülmüşdür. Baxış və götürmənin aparılması videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin sağ pəncərəsinin qarşısından 2 ədəd bağlamada olan heroinlərin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,261 və 23,119 qram narkotik vasitələr olan heroinlər, 1 ədəd bağlamada olan metafetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,336 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bağlamada olan marixuanaların ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,037 qram narkotik vasitə olan marixuana, 1 ədəd içərisində heroinin izləri olan şüşə flakonun olduğu bağlama, eyni zamanda sübut növü hesab edilən iki ədəd elektron tərəzi və hissələrə bölünmüş kağız siqaret falqaları aşkar olunaraq götürülmüşdür. Baxış və götürmənin aparılması video aparat vasitəsi ilə çəkilərək videolentə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərək üzərinə və yaşadığı evinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 16/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə..." sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,311 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bundan başqa, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 23,169 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bundan əlavə, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 10 (on) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,711qram, 1,046 qram, 0,706 qram, 0,824 qram, 0,985 qram, 0,564qram, 0,899qram, 0,447 qram, 0,643 qram, 0,998 qram, 0,614 qram ümumi təmiz çəkisi 8,437 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş maddə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,436 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd olunanlarla yanaşı, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilib götürülmüş şüşə flakon və siqaret dənəsinə oxşar əşya” sözləri və imzalar olan kağız paketdəki, yəni 1 (bir) ədəd üzərində heç bir əmtəə göstəriciləri olmayan süşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. 1 (bir) ədəd üzərində heç bir əmtəə göstəriciləri olmayan siqaretə oxşar içərisi boş olan bükülünün içərisində, narkotik vasitələrə, psixotrop və güclü təsiredici maddələrə məxsus izlər aşkar edilmədi. Bununla yanaşı, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilib götürülmüş şüşə stəkanın içərisində olan şəffaf kristal kütlə’’ sözləri və imzalar olan kağız paketdəki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N181” dairəvi möhür əksi olan kağıza bükülmüş 1 (bir) ədəd kiçik ölçülü şüşə stəkanda təmiz çəkisi 5,222 qram ağ rəngli kristallik maddə, qida məhsulu olan limon duzudur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil deyildir. Bunlardan başqa, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş içərisində 02 ədəd sellofan torbada olan tütünə bənəzr kütlə’’ sözləri və imzalar olan kağız paketdəki, 38,110 qram, 31,120 qram ümumi təmiz çəkisi 69,230 qram naməlum bitki mənşəli kütlələri müəyyən etmək üçün, məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından, tərkiblərini müəyyən etmək mümkün olmadı. Bundan başqa, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə...” sözləri və imzalar olan kağız paketdəki heroin ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkiləri – 0,311qr (1N), 23,169 qr (2N), tədqiqata sərf edildi - 0,1qr (hər ob. 0,05qr), qalıq- 0,261 qr (1N), 23,119 qr (2N), Marixuana ümumi təmiz çəkisi-8,437 qr, tədqiqata sərf edildi- 0,4 qr (hər ob. 0,05qr), qalıq-8,037qr (3-13N-li ob), Metamfetamin təmiz çəkisi - 2,436 qr tədqiqata cəmi sərf edildi-0,1 qr, qalıq-2,336 qr (14N-li ob), Limon duzu təmiz çəkisi-5,222 qr tədqiqata sərf edildi- 0,05 qr, qalıq-5,172 qr (17N-li ob) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 72 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.10.2020-ci il tarixli 4(043)-94/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsində saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlərin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0, 261 və 23,119 qram narkotik vasitələr olan heroinlər, metafetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,336 qram psixotrop maddə olan metamfetamin, marixuanaların ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,037 qram narkotik vasitə olan marixuana, heroinin izləri olan şüşə flakon, iki ədəd elektron tərəzi və hissələrə bölünmüş kağız siqaret falqalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, cinayət əməlini törətməsi işi üzrə toplanmış sübutlarla, şahid ifadələri, istintaq hərəkətinin protokolları, cinayət işinin materiallarında olan digər sənədlər və içərisində video görüntü olan bir ədəd DVD disk isə sübut növü kimi tanınmışdır. Eyni zamanda ekspertizanın rəyi daha mötəbər sübut hesab olunduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin çəkisi 0,311 qram və Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin çəkisi 23,169 qram, ümumilikdə 23,48 qram, marixuananın çəkisi 8,437 qram, metamfetaminin çəkisi 2,436 qram əsas kimi qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 5(043)-89/2020 nömrəli qərarından görünür ki, Gəncə şəhər Kəpəz RPB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Eldar oğlunun “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 29 oktyabr 2020-ci il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. Həmin qərarın Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi hissəsinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 22.05.2017-ci ildə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən 01 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş və 02.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, 12.07.2019-cu il tarixdə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinib Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmünün surətindən məlum omuşdur ki, 22.05.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(044)-73/2019 nömrəli hökmün surətindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tədbiq edilməklə 1 (bir) il 6 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan espublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2019-cu il tarixdən 12 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsindən alınmış məktubdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 1(044)-38/2020 nömrəli 01.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 1(044)-73/2019 saylı, 12.07.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 13 gün hissəsi 02 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmünün surətindən məlum omuşdur ki, 01.12.20-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin 24.02.2021-ci il tarixli 1(044)-31/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24.04.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla, 07 ay 07 gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç gün) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitələri satmaq üçün deyil, özünün istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması, həmin narkotik vasitələri onun olmamasına və o polis bölməsində olarkən polis əməkdaşları tərəfindən sonuncunun yaşadığı evin açarının ondan alınaraq polislər tərəfindən evinə yerləşdirilməsi ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs 23,48 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdar hesab edilən 2,436 qram çəkidə psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq hesab edilən ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qram, 1,046 qram, 0,706 qram, 0,824 qram, 0,985 qram, 0,564 qram, 0,899 qram, 0,447 qram, 0,643 qram, 0,998 qram, 0,614 qram ümumi təmiz çəkisi 8,437 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə saxlamış, Təqsirləndirilən şəxs 29.10.2020-ci il tarixdə 0,311 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyarkən həmin gün saat 18:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən evinin yaxınlığında saxlanılıb, Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPB-nə gətirilərək həmin tarixdə onun üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol arxa cibindən 0,311 qram çəkidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı narkotik vasitə olan heroin aşkar edilmiş, həmin gün saat 19:40 radələrində yaşadığı ünvan 1 ünvanındakı evinə baxış keçirilən zaman evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə olan pəncərənin qarşısından satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evində saxladığı külli miqdar hesab edilən 23,169 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdar hesab edilən 2,436 qram çəkidə psixotrop maddə olan metamfetamin, ayrı ayrılıqda təmiz çəkiləri 0,711 qram, 1,046 qram, 0,706 qram, 0, 824 qram, 0,985 qram, 0,564 qram, 0,899 qram, 0,447 qram, 0,643 qram, 0,998 qram, 0,614 qram, ümumi təmiz çəkisi 8,437 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması və eləcə də ayrı ayrı bükümlərə (41 ədəd bükümlərə) bölünərək qanunsuz olaraq əldə edib, daşıyb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.1-ci maddəsinə əsasən azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar, yəni CM-nin 66.3-cü maddəsi üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 1(044)-31/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş qəti olaraq 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç gün) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 29 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Gəncə şəhər Nizami rayon məhkəməsinin 24.02.2021-ci il tarixli 1(044)-31/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi nəzərə alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,261 və 23,119 qram narkotik vasitələr olan heroinlər, 1 ədəd bağlamada olan metafetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,336 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bağlamada olan marixuanaların ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,037 qram narkotik vasitə olan marixuana, 1 ədəd içərisində heroinin izləri olan şüşə flakonun olduğu bağlama iki ədəd elektron tərəzi və hissələrə bölünmüş kağız siqaret falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 153 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 1(044)-31/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Gəncə şəhər Nizami rayon məhkəməsinin 24.02.2021-ci il tarixli 1(044)-31/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,261 və 23,119 qram narkotik vasitələr olan heroinlər, 1 ədəd bağlamada olan metafetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,336 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bağlamada olan marixuanaların ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,037 qram narkotik vasitə olan marixuana, 1 ədəd içərisində heroinin izləri olan şüşə flakonun olduğu bağlama iki ədəd elektron tərəzi və hissələrə bölünmüş kağız siqaret falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 153 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-167/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-167/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver