Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-167/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ev 82 mənzil 4-də qeydiyyatda olmaqla həbs olunanadək Gəncə şəhəri, Məhsəti qəsəbəsi Faiq Əhmədov küçəsində yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci ildə saat 22 radələrində yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi Faiq Əhmədov küçəsində yerləşən ünvanda yemək yeyib 300 qram spirtli içki olan araq qəbul edərək sərxoş olduqdan sonra xx.xx.1957-ci il təvəllüdlü doğma anası X7 ona əlavə olaraq spirtli içki almağa pul verməməsi, onun tez-tez spirtli içki qəbul etməsinə irad tutması həmçinin sonuncunun mütəmadi olaraq onun etdiyi bu cür hərəkətlərdən bezərək yaşadığı evi tərk edib qohumlarıgildə qalmağından hiddətlənməsi səbəbindən ailədaxili mübahisə zamanı qəsdən sonuncunun baş nahiyyəsinə və bədəninə yumruqla, ayaqla və yaşadığı evin mətbəxindən götürdüyü üzəri mismarlı, uzunluğu 126 sm, eni 4 sm və qalınlığı 2 sm ölçülərdə olan tikintidə istifadə olunan taxta ilə eləcə də təsərrüfatda istifadə edilən yaşıl rəngli iplə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub qeyd edilən iplə boğaraq ona başın yumşaq toxumalarına sol gicgah nahiyəsində qansızma, sol bazu, sol said, sağ bud, boyun nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları, alt dodağın selikli qişasına qansızma ilə müşaiət olunan sağlamlığa zərər vurmayan və baş beyinin sağ yarımkürəsinin təpə nahiyəsində sərt qişa altı hematoma (100 mg), baş beyinin yumşaq qişasına sağ təpə-gicgah nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşaiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gələn xəsarətlər yetirmiş, X7 aldığı baş beyinin sağ yarımkürəsinin təpə nahiyəsində sərt qişa altı hematoma (100 mg), baş beyinin yumşaq qişasına sağ təpə-gicgah nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşaiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması ilə nəticələnən xəsarətlər nəticəsində ehtiyatsızlıqdan sonuncunun 07 avqust 2021-ci il tarixdə saat 07 radələrində Avtozavod qəsəbəsi Vəciə Səmədova küçəsi 16 ünvanında ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində anası Svetlana Rüstəmova ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt o anasından nəyə görə Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan uzaq qohumları Şahid4 evinə tez-tez getməyinin səbəbini soruşmuşdur. Çünki anası ilə onun bir-birlərinə qarşı isti münasibətlərindən onların aralarında nəsə olduğunu anlamışdır. Həmin vaxt bu barədə anasından soruşduqda anası yaxşı elədiyini Şahid4 evinə getməkdə heç kimə hesabat verməyəcəyini dedikdə o buna çox əsəbləşmişdir. Bundan sonra əsəbləşdiyi üçün anasının üzərinə gedərək əlinin iç səthi ilə anasının sifətinə bir neçə dəfə sillə və yumruq vurmuşdur. Bundan sonra anası yataq otağındakı çarpayının üzərinə yıxılmışdır. Bundan sonra bibisi Sahilə onların yaşadığı evə gəlmiş və onları yemək yemək üçün yaşadığı evə çağırmışdır. Bir müddətdən sonra anası ilə birlikdə bibisi Sahilənin yaşadığı evə getmişlər. Aradan qısa müddət keçməmiş darvazanın döyülməsi səsini eşitmişdir. Darvaza açıldıqdan sonra o darvazanın girişində dayısı oğlu Şahid1 görmüşdür. Həmin vaxt Rəşad anasını harasa aparacağını bildirmişdir. Bir müddət sonra onların getdiyini güman edib darvazadan çölə çıxmışdır. Çölə çıxan zaman Rəşadın anası Svetlananı öz avtomobilinə əyləşdirib apardığını görmüşdür. Həmin gün anasının hara getməsi və səhhəti barədə məlumatı olmamışdır. Həmçinin digər qohumları ilə münasibəti soyuq olduğundan həmin vaxt onlardan anasının vəziyyəti ilə əlaqədar heç bir şey soruşa bilməmişdir. Hadisədən sonra o anasını döyməyi ilə bağlı Kəpəz RPİ-də araşdırma aparılması barədə məlumatı olmuşdur. Belə ki, anasını döyməyi ilə bağlı anası ondan şikayətçi olmuş və bununla bağlı Kəpəz RPİ-nin təhqiqatçısı onu izahatının alınması üçün həmin idarəyə dəvət etmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, anası Svetlana Rüstəmovanı baş nahiyyəsinə və bədəninə üzəri mismarlı taxta ilə, eləcə də iplə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmamış, qeyd edilən iplə sonuncunu boğmamış, yalnız bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr vurmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadələri cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Məhsəti qəsəbəsi Faiq Əhmədov küçəsində anası X10 birlikdə yaşamışdır. X33 2018-ci il tarixdə xəstəliyi ilə bağlı vəfat etmişdir. X34 şəhərində yerləşən 50 saylı uşaq bağçasında dayə işləmişdir. O, hər hansı bir yerdə iş olarsa günəmuzd fəhlə kimi işləmişdir. Bundan başqa o iki dəfə ailə həyatı qurub boşanmışdır. İlk dəfə 2003-cü ildə Ayna Həsənova ilə evlənmiş, həmin evlilikdən 2005-ci il təvəllüdlü Aysu adlı qız övladı dünyaya gəlmişdir. Daha sonra 2008-ci ildə Ayna Həsənova ilə yola getmədikləri və aralarında bir sıra mübahisələr baş verdiyi üçün Ayna Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə ərizə verdikdən sonra məhkəmə qaydasında onlar boşanmışlar. X37 himayəsində qalmışdır. Təkrarən o 2008-ci ilə Sima adlı qadınla ailə həyatı qurmuşdur. Ancaq onunla rəsmi nikah bağlamamışdır. Simayla evliliyindən 2009-cu il təvəllüdlü Amin adlı oğlan övladı dünyaya gəlmişdir. Sima ilə aralarında tez-tez ailədaxili mübahisələri yarandığı üçün 2012-ci ildə onunla da ayrılmışdır. Övladları ilə uzun illərdir görüşmür və əlaqə saxlamır. O, bildirmişdir ki, atası vəfat etdikdən sonra anası ilə arasında tez-tez mübahisələri yaranmışdır. Həmin mübahisələrin yaranmasına səbəb kimi onun spirtli içki aludəçisi olmağını göstərə bilər. Belə ki, o həddindən artıq spirtli içki içdiyindən və həmin spirtli içkiləri almaq üçün anasından pul tələb etdiyindən sonuncu ona iradını bildirirmiş. Həmçinin yuxarıda qeyd olunan səbəblərdən anası tez-tez yaşadıqları evi tərk edərək qohumlarıgildə qalırmış. Sonucu dəfə yəni 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları evdə olarkən yemək yeyib təxminən 300 qram spirtli içki olan araq içib sərxoş olmuşdur. Həmin vaxt anası Svetlana da evdə olmuşdur. Anası həmişəki kimi onun spirtli içki içməyinə, həmçinin spirtli içki almaq üçün ondan tez-tez pul aldığına görə öz iradını bildirəndə o buna çox əsəbləşdir. Bundan sonra sərxoş olduğu və əsəbləşdiyi üçün anasının üzərinə gedərək ilk öncə yumruqla anasının sifətinin hər iki nahiyəsindən zərbələr vurmuşdur. Bundan sonra anası yataq otağındakı çarpayının üzərinə yıxılmışdır. Yenə də o əsəbi olduğu üçün ardıcıl olaraq yumruqla anasının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş elədə qalın olmayan kəndiri götürüb təkrarən yataq otağına qayıtmış və anasına yaxınlaşaraq kəndirlə möhkəm anasının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra kəndiri anasının boğazına dolayaraq onu boğmağa başlamışdır. Həmin vaxt anasının boğulduğunu gördükdə ipi onun boğazından çəkmişdir. Sərxoş olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. İpi anasının boğazından çəkdikdən sonra əsəbi bir qədər soyumuşdur. Bundan sonra qonşuluqda yaşayan Sahilə bibisigilə gedib ona anası ilə mübahisə edib onu döydüyünü bildirmişdir. Bibisi həmin vaxt ona yenəmi pul məsələsi üstündə mübahisələrinin düşdüyünü soruşanda o bunu təsdiqləmişdir. Daha sonra bibisi onunla birlikdə yaşadıqları evə gəlmişdir. Bibisini çağırmaqda məqsədi əgər həmin gün yenə də əsəbləşib anasını döyəcəyi halda bibisinin bunun qarşısını alması olmuşdur. O bibisi Sahilə ilə birlikdə yaşadıqları evə gəldikdən sonra anasının yataq otağında çarpayının üstündə oturduğunu görmüşdür. O anasına qazandıqları pulu haraya xərcləməsini ona nəyə görə pul verməməsini soruşduqda anası ona heç bir cavab verməmişdir. O, da əsəbləşdiyi üçün mətbəxdən götürdüyü uzunluğu təxminən 1 metrdən çox, eni təxmini 4-7 sm olan üzərimismarlı taxtanı götürüb anasına yaxınlaşmış, taxtayla anasının başına və sol qol nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt bibisi Sahilə də orada olmuşdur. Bibisi Sahilə anasını taxtayla vurduğunu gördükdə yaxınlaşıb onu anasından aralamışdır. Daha sonra mətbəxdən dəstəyi boz rəngli bıçağı götürüb anasına doğru uzadaraq etdiyi hərəkətlərə görə onu bıçaqla vurmasını demişdir. Anası isə ona belə bir hərəkət etməyəcəyini və övladını vurmayacağını bildirib bıçağı ondan götürüb bibisinə vermişdir. Bundan sonra onun əsəbi soyumuş, o, anası Svetlana və bibisi Sahilə ilə birlikdə sonuncunun yaşadığı evə getmişlər. Bibisi Sahilənin evində olduğu vaxt bibisi Sahilə ona nəsihət verərək anasına qarşı düzgün hərəkət etmədiyini, oğulun anasını döyməyin ən böyük günah olduğunu bildirmişdir. Aradan qısa müddət keçməmiş darvazanın döyülməsi səsini eşitmişdir. Darvaza açıldıqdan sonra o darvazanın girişində dayısı oğlu Şahid1 görmüşdür. Həmin vaxt o Rəşaddan və yenidən mübahisə düşməsindən qorxub qaçıb məhlənin arxa hissəsində gizlənmişdir. Bir müddət sonra onların getdiyini güman edib darvazadan çölə çıxmışdır. Çölə çıxan zaman Rəşadın anası Svetlananı öz avtomobilinə əyləşdirib apardığını görmüşdür. Lakin onların hara getmələri barədə heç bir məlumat olmamışdır. Onlar getdikdən sonra marketdən spirtli içki olan araq alıb öz evinə getmişdir. Həmin gün anasının hara getməsi və səhhəti barədə məlumatı olmamışdır. Təxminən 2 gün sonra o Mahirə adlı qonşuluqda yaşayan şəxsdən anasından hər-hansı bir məlumatının olub-olmamasını soruşmuşdur. Həmçinin onu da qeyd etmişdir ki, bibisi və digər qohumları ilə münasibəti soyuq olduğundan həmin vaxt bibisi Sahilədən və ya digər qohumlarından anasının vəziyyəti ilə əlaqədar heç nə soruşa bilməmişdir. Hadisədən sonra o anasını döyməyi ilə bağlı Kəpəz RPİ-də araşdırma aparılması barədə məlumatı olmuşdur. Belə ki, anası onu döyməyi ilə bağlı şikayətçi olmuş və bununla bağlı Kəpəz RPİ-nin təhqiqatçısı Nəsimi müəllim onu izahatının alınması üçün həmin idarəyə dəvət etmişdir.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, anası ilə birlikdə yaşadıqları müddət ərzində aralarında tez-tez mübahisələr və münaqişələr yaranmış və o anasını bir necə dəfə döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin münaqişələrin yaranma səbəbi kimi anasının ona spirtli içki olan araq almağı üçün pul verməməsi olmuşdur. Həmçinin anası onun etdiyi hərəkətlərdən bezdiyi üçün tez-tez yaşadıqları ünvandan gedərək qohumlarının evində qalmış və bununla əlaqədar aralarında mübahisələr yaranmışdır. Sonuncu dəfə anası Svetlana ilə arasında mübahisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Həmin vaxt o anasını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Onun xx.xx.2021-ci il tarixdə anasına yetirdiyi xəsarətlərdən sonra onun səhhətində bir xeyli problemlər yaranmış və həmin xəsarətlərdən anası xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Belə ki, anasının heç bir xəstəliyi və səhhətində hər-hansı bir problem olmamışdır. O, xx.xx.2021-ci il tarixdə anasını döyən zaman hər-hansı bir şəxs yaşadıqları evə səs-küyə gəlməmişdir. Yalnız hadisə zamanı qonşuluqda yaşayan bibisi Sahiləni aralarında olan mübahisəyə son qoymasına köməklik göstərməsi üçün çağırmışdır. Onun anasını döyməyi və aralarında olan mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. xx.xx.2021-ci il tarixdə anasını döyən zaman anası ona heç bir müqavimət göstərməmiş, yalnız onu vurmamasını söyləyərək, “oğulda anasını vurarmı” deyə bildirmişdir. O, anası Svetlana Rüstəmovanı döyən zaman hər-hansı bir xəsarət almamışdır. Məhkəmə-tibb ekspertiza rəyində sadalanan bütün xəsarətlər anası Svetlana Rüstəmovanı döyməyi nəticəsində əmələ gəlmişdir. Həmin xəsarətlər nəticəsində anası vəfat etmişdir. O tam şəkildə törətdiyi əməli etiraf edir. O, heç bir zaman narkotik maddələrdən istifadə etməmişdir. Bununla bağlı hər-hansı bir dispanserdə qeydiyyatda durmamışdır. O yalnız spirtli içki aludəçisidir. Hadisə günü sərxoş olduğu üçün hərəkətlərinin fərqində olmamışdır. Həmin xəsarətləri yetirməyinin səbəbi anasının onun spirtli içki qəbul etməyinə iradını bildirməsi həmçinin ona spirtli içki almağa pul verməməsindən əsəbləşdiyi üçün sadəcə olaraq anasına fiziki ağrılar yetirmişdir. Həmin vaxt onun anasını öldürmək fikri olmamışdır. Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, o 24 iyul 2021-ci il tarixdə üzərimismarlı taxta parçası ilə yalnız anasının sol qol nahiyəsindən vurmuşdur. Həmçinin anasının sifətinə yumruqla deyil əlinin iç səthi ilə bir dəfə şapalaq vurmuşdur. İstintaq zamanı təqsirləndirilən şəxs kimi ilkin ifadəsini verdiyi zaman həyəcanlı olduğundan həmin taxta parçası və yumruqla anasının baş nahiyəsindən zərbə vurduğunu bildirmişdir. Lakin bu belə olmamışdır. Qeyd etdiyi kimi ilkin vaxtlar hadisənin təsiri altında olduğu üçün belə ifadə vermişdir. Həmçinin hadisə günü o anasından nəyə görə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan uzaq qohumları Şahid4 evinə tez-tez getməyinin səbəbini sorumuşdur. Çünki anası ilə onun bir-birlərinə qarşı isti münasibətlərindən onların aralarında nəsə olduğunu analamışdır. Bu barədə hadisə günü anasından soruşduqda anası yaxşı elədiyini Şahid4 evinə getməkdə heç kimə hesabat verməyəcəyini dedikdə o əsəbləşmiş və əlinin iç səthi ilə anasının sifət nahiyəsinə və taxta ilə sol qoluna zərbələr vurmuşdur. Anasının sifətinə əlinin iç səthi şapalaq və taxta ilə sol qol nahiyəsinə zərbə vurmağına səbəb kimi anasının Şahid4la yaxın münasibətlərinin olmağından şübhələnməyi həmçinin bu barədə hadisə günü anasından soruşduqda anasının ona kobud cavab verməsi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X21 ifadəsində göstərmişdir ki, X10 onun bacısı, Təqsirləndirilən şəxs onun bacısı oğludur. X18 Sakit Rüstəmov ilə ailə həyatı qurmuş, həmin nikahdan bir övladları, yəni Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. X24 uşaq bağçasında müəllimə-tərbiyəçi kimi çalışmış, həyat yoldaşı Sakit Rüstəmov isə uzun illər ticarət ilə məşğul olmuşdur. Bacısının həyat yoldaşı Sakit Rüstəmov təxminən 5 il olarkı dünyasını dəyişdiyindən, X9 Rüstəmova ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayırmışlar. Onlar birlikdə yaşadığı müddət ərzində aralarında tez-tez münaqişələr və mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs heç bir yerdə çalışmamış, tüfeyli həyat tərzi sürərək 2 dəfə ailə həyatı quraraq boşanmışdır. Təqsirləndirilən şəxs həmin nikahlardan 2 övladı dünyaya gəlmiş, lakin Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürdüyündən öz övladları ilə görüşməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəmədiyindən inzibati qaydada bir neçə dəfə həbs olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olaraq, mütəmadi spirtli içki qəbul etmiş və spirtli içki təsiri nəticəsində anası Svetlana Rüstəmova ilə tez-tez münaqişə və mübahisə yaradaraq, bacısı Svetlananı döymüşdür. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, 24 iyul 2021-ci il tarixdə təxminən saat 22 radələrində X18 ilə qonşuluqda yaşayan şəxslərdən biri ona zəng edərək Raminin bacısı Svetlananı döydüyünü, öldürmək istədiyini və dərhal oraya gəlməyini söyləmişdir. Həmin vaxt həmin yerdən uzaq məsafədə olduğundan Svetlana ilə eyni ərazidə yaşayan qardaşı oğlu Şahid1 zəng edib bu barədə məlumat verərək, bacısı Svetlananı oradan götürməsini söyləmişdir. Rəşad bacısı Svetlananı oradan götürüb yaşadığı ünvana aparmışdır. Növbəti gün o Svetlana ilə görüşmək üçün Rəşadın yaşadığı ünvana yollanmışdır. Orada olan zaman bacısı Svetlananın halının pis olduğunu, baş və bədən nahiyəsində müxtəlif xəsarətlərin olduğunu görmüşdür. Bununla əlaqədar ondan oğlu Raminin hansı səbəbdən onu döydüyünü soruşmuşdur. Bu zaman Svetlana ona oğlu Raminin evə gələrək yemək və spirtli içki almaq üçün pul tələb etdiyini, onu isə Raminə bir dəfə pul verdiyini, növbəti dəfə Ramin ondan pul istəyərkən onun pulunun olmadığını, ona spirtli içki ala bilməyəcəyini Raminə bildirdikdə, Raminin onunla mübahisə edərək dalaşdığını söyləmişdir. Danışıq zamanı bacısı Svetlana ona oğlu Raminin ilk öncə ona əli ilə baş nahiyəsinə zərbələr endirdiyini, daha sonra onu yerə yıxıb ayağı ilə zərbələr endirdiyini, bundan sonra onu kəndir ilə döydüyünü, daha sonra Raminin onu həmin kəndir ilə boğduğunu, əllərini və ayaqlarını bağladığını, bundan sonra isə mismarlı taxta ilə onun baş və bədən nahiyələrinə zərbələr endirdiyini bildirmişdir. Daha sonra Svetlana ona oğlu Ramindən şikayətçi olduğunu və bununla bağlı müvafiq qurumlara məlumat verdiyini söyləmişdir. Bundan sonra o, bacısı Svetlana və qardaşım oğlu Rəşad Gəncə şəhər Kəpəz RPİ-yə yollanmışdır. Orada təhqiqatçı bacısı Svetlananın izahatını alıb, onları evə buraxmışdır. Bundan sonra mütəmadi olaraq bacısı Svetlana ilə əlaqə saxlayıb onunla söhbət etmişdir. Bir müddət Svetlana qardaşı oğlu Şahid1 evində qaldıqdan sonra qızı İlahənin yaşadığı evə köçmüşdür. xx.xx.2021-ci il tarixdə bacısı Svetlana ona zəng edərək onunla bir qədər söhbət etmişdir. Danışıq zamanı Svetlana ona şikayətini geri çəkməyəcəyini və Raminin həbs olunaraq cəzasını çəkməsini istədiyini bildirmişdir. Bundan bir necə saat sonra qızı İlahə ona zəng edərək bacısı Svetlananın vəziyyətinin pis olduğunu söyləmişdir. Bu xəbəri eşitdikdən dərhal sonra qızının yaşadığı ünvana yollanmışdır. Orada olan zaman bacısının vəziyyətinin pis olduğunu, çətinliklə danışdığını və çətin nəfəs aldığını görmüşdür. Daha sonra gecə saat 00 radələrində yaşadığı evə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 07:00-də qızı ona zəng edərək X18nın dünyasını dəyişdiyini bildirmişdir. Tofiq Məmmədov verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs X18nı xx.xx.2021-ci il tarixdə döyərək ona ağır xəsarətlər yetirmişdir. Bu səbəbdən bacısı Svetlana aldığı xəsarətlər nəticəsində bir müddət sonra vəfat etmişdir. Təqsirləndirilən şəxs X18nı 24 iyul 2021-ci il tarixdə döyüb ağır xəsarətlər yetirənə kimi Svetlana Rüstəmova hər hansı bir ağır xəstəlikdən və ya tramva nəticəsində əmələ gəlmiş hər hansı bir xəsarətdən əziyyət çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Svetlana Rüstəmova onun bibisi, yəni atasının bacısıdır. Bibisi uzun müddət Gəncə şəhəri 50 saylı bağçada uşaq baxıcısı kimi xidmət etmişdir. X25 şəhəri Sevinc qəsəbəsində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Svetlana Rüstəmovanın əri Sakit Rüstəmov bir neçə il bundan əvvəl öz əcəli ilə ölmüşdür. Bundan sonra həmin ünvanda Svetlana Rüstəmova və Təqsirləndirilən şəxs birgə yaşamışlar. Təqsirləndirilən şəxs 3 dəfə evlənmiş və hər bir arvadını döydüyü və tez-tez spirtli içki qəbul elədiyindən hər 3-ündən boşanmışdır. Bu evliklərdən 1-cidən 1 qızı, 2-ci evlikdən 1 oğlu olmuşdur. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuşdur. O anası Svetlana Rüstəmova ilə tez-tez dalamış, onu öldürməklə hədələmişdir. Münaqişənin əsas səbəbi Təqsirləndirilən şəxs anasından pul tələb etməsi olmuşdur. Belə ki, o Svetlana Rüstəmovadan tez-tez pul istəyir, sonuncu vermədikdə isə onun ölümcül döyərək xəsarət yetirirmiş. Bu kimi halların dəfələrlə şahidi olmuşdur. Təqsirləndirilən şəxs anası ilə birgə yaşadığı evdə olan əşyaları satır və həmin pulları içki və öz xərcləri üçün sərf etmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, 24 iyul 2021-ci il tarixdə atası Tofiq Məmmədov ona zəng edərək bibisi oğlu Raminin bibisi Svetlananı döydüyünü, bibisinin vəziyyətinin pis olduğunu və gedib onu yaşadığı ünvandan götürərək yaşadıqları evə aparmağını bildirmişdir. Həmin vaxt atası Raminin bibisi Svetlananı döydüyünü, səs-küyə qonşuların müdaxilə edərək bibisini onun əlindən alıb Raminin bibisi Sahiləgilə apardıqlarını, oradan bibisinə ilkin müdaxilə edildiyini bildirmişdir. Daha sonra əmisi oğlu Şahid1 Sahiləgilin yaşadığı evdən bibisi Svetlananı götürərək idarə etdiyi avtomobillə öz evinə aparmağından xəbər tutmuşdur. 25 iyul 2021-ci il tarixdə Şahid1 yaşadığı evə getmişdir. Bu zaman X19 ona oğlu Raminin evə gələrək yemək və spirtli içki almaq üçün pul tələb etdiyini, onun isə Raminə bir dəfə pul verdiyini, növbəti dəfə Ramin ondan pul istəyərkən onun pulunun olmadığını, ona spirtli içki ala bilməyəcəyini Raminə bildirdikdə, Raminin onunla mübahisə edərək dalaşdığını söyləmişdir. Danışıq zamanı bibisi ona oğlu Raminin ilk öncə ona əli ilə baş nahiyəsinə zərbələr endirdiyini, daha sonra onu yerə yıxıb ayağı ilə zərbələr endirdiyini, bundan sonra onu kəndir ilə döydüyünü, daha sonra Raminin onu həmin kəndir ilə boğduğunu, əllərini və ayaqlarını bağladığını, bunda sonra isə mismarlı taxta ilə onun baş və bədən nahiyələrinə müxtəlif zərbələr endirdiyini söylədi. Bundan sonra bibisi Svetlana ona DİN-nin 102 qaynar xəttinə müraciət etdiyini və oğlu Təqsirləndirilən şəxs şikayətçi olduğunu söyləmişdir. Bundan bir neçə gün sonra o bibisini yaşadığı evə gətirmişdir. Orada X19ya tibbi yardım göstərmişdir. xx.xx.2021-ci il tarixdə günorta radələrində bibisinin vəziyyəti pis olduğundan təcili tibbi yardım çağırmışdır. O, bibisinin halının pis olduğunu, çətinlikdə nəfəs aldığını və ona tibbi yardım göstərildiyinin şahidi olmuşdur. xx.xx.2021-ci il tarixdə 06:30 radələrində X11 səhhəti xeyli pisləşmişdir. Bu zaman bibisinin artıq nəfəs almadığını və nəbzinin vurmadığını görmüşdür. Bibisinin öldüyünü başa düşdükdən sonra digər yaxın qohumlara bu barədə məlumat vermişdir. İlahə Rüzgari verilən suallara cavab olaraq göstərmişdir ki, X19 ilə oğlu Təqsirləndirilən şəxs aralarında tez-tez mübahisə və dava-dalaş olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuş, elə bu səbəbdən də tez-tez anası Svetlana ilə mübahisə yaratmış və onu döymüşdür. X11 özünün bildirdiyinə görə oğlu Təqsirləndirilən şəxs onu dəfələrlə döysə də, o oğlunun tutulması üçün bu barədə heç bir hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Svetlana Rüstəmovanı xx.xx.2021-ci il tarixdə döyərək ona ağır xəsarətlər yetirmişdir. X11 özünün bildirdiyinə görə oğlu Təqsirləndirilən şəxs ondan spirtli içki və yemək istəmiş, bibisi isə ona pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs həmin səbəbdən bibisi ilə mübahisə yaradaraq onu döymüşdür. Şahid X26 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs X19nı 24 iyul 2021ci il tarixdə döyüb ağır xəsarətlər yetirənə kimi Svetlana Rüstəmova hər hansı bir ağır xəstəlikdən və ya tramva nəticəsində əmələ gəlmiş hər hansı bir xəsarətdən əziyyət çəkməmişdir. Mərhum X11 hadisə günü yəni 24 iyul 2021-ci il tarixdə əynində olmuş paltarlar hal –hazırda ondadır. Bibisi hadisədən sonra bir müddət onların yaşadıqları evdə qalmışdır. Həmin müddətdə hadisə günü bibim Svetlana Rüstəmovanın əynində olmuş paltarlar yəni 01 ədəd qara rəngli şalvar və üzərində ağ və qara zolaqları olan qısaqol köynək tərəfindən yuyulmuşdur. Həmin paltarlar yuyulmamışdan əvvəl onun üzərində qanabənzər ləkə və zədə olmamışdır. Hadisə günü X11 əynində olmuş 01 ədəd qara rəngli şalvarı və üzərində ağ və qara zolaqları olan qısaqol köynəyi istintaqa könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Aleksandr oğlu ifadəsində göstərmişdir ki, X10 onun bibisi, Təqsirləndirilən şəxs onun bibisi oğludur. X19 Sakit Rüstəmov ilə ailə həyatı qurmuş, həmin nikahdan bir övladları, yəni Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. X19 uşaq bağçasında müəllimə-tərbiyəçi kimi çalışmış, həyat yoldaşı Sakit Rüstəmov isə uzun illər ticarət ilə məşğul olmuşdur. Bibisinin həyat yoldaşı Sakit Rüstəmov təxminən 5 il olarkı dünyasını dəyişdiyindən, X9 Rüstəmova ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamışlar. Onlar birlikdə yaşadığı müddət ərzində aralarında tez-tez münaqişələr və mübahisələr olmuşdur. Bibisi oğlu Təqsirləndirilən şəxs heç bir yerdə çalışmamış, tüfeyli həyat tərzi sürərək 3 dəfə ailə həyatı quraraq boşanmışdır. Təqsirləndirilən şəxs həmin nikahlardan 2 övladı dünyaya gəlmiş, lakin Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürdüyündən öz övladları ilə görüşməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəmədiyindən inzibati qaydada bir necə dəfə həbs olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olaraq, mütəmadi spirtli içki qəbul etmiş və spirtli içki təsiri nəticəsində anası Svetlana Rüstəmova ilə tez-tez münaqişə və mübahisə yaradaraq, bibisi Svetlananı döymüşdür. 24 iyul 2021-ci il tarixdə əmisi Tofiq Məmmədov ona zəng edərək bibisi oğlu Raminin bibisi Svetlananı döydüyünü, bibisinin vəziyyətinin pis olduğunu və gedib onu yaşadığı ünvandan götürərək yaşadıqları evə aparmağını bildirmişdir. O, əmisi Tofiq Məmmədovun sözlərinə əməl edib bibisinin yaşadığı ünvana doğru yollanmışdır. Oraya çatan zaman qonşuların küçədə olduğunu görüb onlardan bibisinin harada olduğunu soruşmuşdur. Həmin vaxt qonşular Raminin bibisi Svetlananı döydüyünü, səs-küyə onların müdaxilə edərək bibisini onun əlindən alıb Raminin bibisi Sahiləgilə apardıqlarını, oradan bibisinə ilkin müdaxilə etdiyini bildirmişlər. Həmin vaxt qonşular Raminin bibisinin arxasınca qonşuların evinə girdiyini, onların Ramini sakitləşdirmək üçün hərəkətlər etdiyini bildirib, bu zaman Ramin onu görərək evin arxa tərəfindən qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra o Sahiləgilin yaşadığın evin qapısının qarşısından bibisi Svetlananı çağırıb onu götürərək idarə etdiyi avtomobillə öz evinə aparmışdır. Yolda olan zaman bibisi Svetlanadan mübahisənin hansı səbəbdən başladığını soruşmuşdur. Bu zaman X19 ona oğlu Raminin evə gələrək yemək və spirtli içki almaq üçün pul tələb etdiyini, onun isə Raminə bir dəfə pul verdiyini, növbəti dəfə Ramin ondan pul istəyərkən onun pulunun olmadığını, ona spirtli içki ala bilməyəcəyini Raminə bildirdikdə, Raminin onunla mübahisə edərək dalaşdığını söyləmişdir. Danışıq zamanı bibisi ona oğlu Raminin ilk öncə ona əli ilə baş nahiyəsinə zərbələr endirdiyini, daha sonra onu yerə yıxıb ayağı ilə zərbələr endirdiyini, bundan sonra onu kəndir ilə döydüyünü, daha sonra Raminin onu həmin kəndir ilə boğduğunu, əllərini və ayaqlarını bağladığını, bunda sonra isə mismarlı taxta ilə onun baş və bədən nahiyələrinə müxtəlif zərbələr endirdiyini söyləmişdir. Bundan sonra bibisini yaşadığı evə gətirmişdir. Orada o və həyat yoldaşı X16 X19ya tibbi yardım göstərmişlər. Bundan sonra bibisi Svetlana ona DİN-nin 102 qaynar xəttinə müraciət etdiyini və oğlu Təqsirləndirilən şəxs şikayətçi olduğunu söyləmişdir. O bibisinin tapşırığını yerinə yetirib bu barədə müvafiq qurumlara məlumat vermişdir. Bundan sonra Kəpəz RPİ-nin təhqiqatçısı Nəsimi müəllim bizi idarəyə dəvət edib, bibimdən izahat almışdır. Daha sonra onlar Kəpəz RPİ-nin inzibati binasından çıxıb yaşadıqları evə getmişlər. Bundan sonra bibisi təxminən 6 gün onların evində qaldıqdan sonra, o çox vaxt evdə ola bilmədiyindən və bibisinə lazımi qayğının göstərilməsi üçün onu əmisi qızı X15 yaşadığı evə aparmışdır. X19 orada təxminən 5 gün qalmışdır. Bibisi Svetlana orada qaldığı müddət ərzində o bibisi ilə tez-tez əlaqə saxlayıb onun hər-hansı bir ehtiyacının olub-olmaması barədə soruşurmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində o X19 ilə telefon vasitəsiylə əlaqə saxlayan zaman ondan Raminin evdə olub-olmaması barədə soruşmuşdur. Həmin vaxt bibisi ona heç bir məlumat verməyərək maraqlanıb məlumat verəcəyini söyləmişdir. O, bibisindən xəbər çıxmadığını görüb əmisi qızı İlahə ilə əlaqə saxlamışdır. Danışıq zamanı İlahə ona bibisinin vəziyyətinin pis olduğunu, təcili tibbi yardım çağırdıqlarını söyləmişdir. Bununla əlaqədar o dərhal həmin ünvana yollanıb, bu barədə yaxın qohumlarımıza məlumat vermişdir. Orada olan zaman bibisinin halının pis olduğunu, çətinlikdə nəfəs aldığını və ona tibbi yardım göstərildiyinin şahidi olmuşdur. Daha sonra o gecə saat 00 radələrində yaşadığım evə yollanmışdır. xx.xx.2021-ci il tarixdə saat 07:00-da əmisi oğlu Azər zəng edərək X11 dünyasını dəyişdiyini ona bildirmişdir. Svetlana Rüstəmova ilə Təqsirləndirilən şəxs arasında tez-tez mübahisə və dava-dalaş olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuş, elə bu səbəbdən də tez-tez anası Svetlana ilə mübahisə yaratmış və onu döymüşdür. X11 özünün bildirdiyinə görə oğlu Təqsirləndirilən şəxs onu dəfələrlə döysə də, o oğlunun tutulması üçün bu barədə heç bir hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Svetlana Rüstəmovanı xx.xx.2021-ci il tarixdə döyərək ona ağır xəsarətlər yetirmişdir. X11 özünün bildirdiyinə görə oğlu Təqsirləndirilən şəxs ondan spirtli içki və yemək istəmiş, bibisi isə ona pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs həmin səbəbdən bibisilə mübahisə yaradaraq onu döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X10 onun rəhmətlik qardaşı Sakit Rüstəmovun arvadı olmuşdur. Təqsirləndirilən şəxs isə onun qardaşı Sakit Rüstəmovun oğludur. Svetlana Rüstəmova ilə Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsi Faiq Əhmədov küçəsində onların yaşadığı evin yaxınlığında yaşamışlar. Belə ki, onların yaşadıqları ev ilə onun yaşadığım ev arasında 2 ev vardır. X25 şəhərində yerləşən 50 saylı bağçada dayə işləmişdir. Təqsirləndirilən şəxs isə fərdi işlərlə məşğul olaraq yəni günəmuzd fəhlə işləməklə qazanc əldə edirmiş. Təqsirləndirilən şəxs Svetlana Rüstəmova ilə bir yerdə qalmadığı üçün onların bir-birlərinə qarşı münasibətləri barədə heç nə deyə bilmir. 24 iyul 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onlarda olduğu zaman o Raminə yemək hazırladığını, anası Svetlana Rüstəmovanı da gətirib birlikdə yemək yemələrini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən anasını gətirmək üçün getmişdir. Bir müddət keçdikdən sonra Ramin ilə Svetlananın gəlmədiyini görüb onların yaşadıqları evə getmişdir. Yaşadıqları evin həyətindən Ramini və Svetlananı səsləmişdir. Lakin onların cavab vermədiyini görüb yaşadıqları evə daxil olmuşdur. Evin yataq otağına daxil olduqda Svetlananın yatağın üzərində oturaraq ağladığını görmüşdür. Həmin vaxt Svetlananın sifət nahiyəsi qızarmış-göyərmiş vəziyyətdə olmuşdur. Bu barədə Svetlanadan soruşduqda ona heç bir cavab verməmişdir. Həmin vaxt Ramin isə hamam otağında olmuş və onu görə bilməmişdir. Bundan sonra o Svetlanaya özünü narahat hiss etdiyini, yaşadığı evə gedəcəyini, onun Raminlə birlikdə onlara gəlib yemək yeməklərini bildirmiş və yaşadığı evə getmişdir. Təxminən 30 dəqiqədən sonra Svetlana ilə Ramin birlikdə onlara gəlmişlər. Svetlana evə gəldikdən sonra onun qabağına çay qoymuş, yemək təklif etdikdə Svetlana yemək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt onlarla birlikdə mətbəxdə olmuşdur. Həmin vaxt Ramin anasının yanında olmaqla onu nəvaziş göstərmiş və üz-gözündən öpmüşdür. Aradan qısa müddət keçdikdən sonra Svetlana Rüstəmovanın qardaşı oğlu Rəşad onlara gələrək Svetlana Rüstəmovanı yaşadığı evə aparmışdır. Bundan sonra Svetlana Rəşadgildə qaldığı müddətdə ona zəng etmiş və birbirləri ilə hal-əhval tutmuşlar. Həmin telefon danışığı zamanı Svetlana ona Rəşadgildə qaldığını bildirmiş, o Svetlanaya Rəşadgilin harada qalmasını soruşduqda Svetlana ona Rəşadın Gəncə şəhəri Məhsəti qəsəbəsində 13-cü küçədə qaldığını demişdir. O isə növbəti günlərdə həmin qəsəbədə 13-cü küçəyə getdiyim zaman Rəşadıngilin evini tapa bilmədiyi üçün yaşadığım evə qayıtmış və bu barədə Svetlananın özünə də bildirmişdir. Svetlana qardaşı qızı İlahənin yaşadığı evdə qaldığı müddətdə Svetlana ilə telefon əlaqəsi saxlayan zaman Svetlana ona növbəti günlərdə işə gedəcəyini bildirdi. 07 avqust 2021-ci il tarixdə isə Svetlananın oölməsi xəbərini eşitdim. Şahid3 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Svetlana Rüstəmova ilə bir yerdə qalmadığı üçün onların bir-birlərinə qarşı münasibətləri barədə heç nə deyə bilmir. Hadisə günü o Svetlana Rüstəmovanın evində olmamışdır. Raminin Svetlananı döyməsi ilə bağlı heç nə bilmir. Bu barədə nə Svetlananın özü nə də ki Ramin mənə heç nə deməmişdir. Təqsirləndirilən şəxs bu barədə dedikləri həqiqəti əks etdirmir. O hadisədən sonra onlara getdikdə yaşadıqları evdə yalnız Svetlana ilə Ramin olmuşdur. Svetlana Rüstəmova hər hansı bir ağır xəstəlikdən və tramva nəticəsində yaranmış xəsarətdən əziyyət çəkmirdi. Hadisə günü yaşadığım evə heç bir səs-küy gəlməmiş və bu barədə heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs arada bir spirtli içki qəbul etmişdir. Lakin Ramin onun yanımda spirtli içki qəbul etməmişdir. O, 24 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Svetlana Rüstəmova onun qonşuları olmuşlar. Təqsirləndirilən şəxs ilə qonşu olmaqla aralarında hər hansı mübahisə və ədavət olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evlə onun yaşadığı ev yanbayan yerləşir. Raminin X34 şəhərində yerləşən bağçaların birində dayə işləyirdi. O bildirmişdir ki, Raminlə anası Svetlananın münasibətləri əvvələr yaxşı olsa da son vaxtlar Svetlana Rüstəmova yaşadığı evdə qalmaması və Təqsirləndirilən şəxs bir övlad kimi nəvaziş göstərməməsi səbəbindən onların arasında teztez mübahisə baş vermişdir. Belə ki, onlarla yaxın qonşu olduğundan onların aralarında olan mübahisələri eşitmişdir. X8 tez-tez acılayırdı. Çünki Ramin anasına yaşadığı evdə qalmasını bildirirmiş. Svetlana Rüstəmovanın yaşadığı evin yaxınlığında Vilayət adlı şəxslə qeyri rəsmi münasibətlər olmuşdur. O özü bir dəfə Svetlananın Vilayət adlı şəxsin yaşadığı evə daxil olmasını görmüşdür. Bundan başqa Vilayətin Ramin sahəyə gedib fəhləliklə məşğul olduğu vaxtlarda Svetlananın evinə daxil olmasını da görmüşdür. Ancaq bu barədə o özü Raminə heç nə deməmişəm. Lakin hiss etmişdir ki, Raminin də anası Svetlananın Vilayətlə olan münasibətindən xəbəri olmuşdur. Buna baxmayaraq Raminlə aramızda bu barədə söhbət olmamışdır. Bundan başqa o Svetlananın yaşadıqları küçədə Vilayətlə birgə piyada gəzməsinin də şahidi olmuşdur. O bildirmişdir ki, 24 iyul 2021-ci il tarixdə işini bitirdikdən sonra yaşadığı evə gəlmişdir. Həmin gün Ramingilin yaşadıqları evdən səs-küy gəlməsini və mübahisə olmasını eşitməmişdir. 07 avqust 2021-ci il tarixdə axşam saatlarında yaşadığım evin qarşısında olan küçədə olduğum zaman qonşuları Sahilənin küçədə ağladığını görüb ona yaxınlaşdıqda ağlamasının səbəbini soruşmuşdur. Sahilə isə ona Raminin anası Svetlananı döyərək öldürməsini bildirmişdir. Şahid Firdosi Ələkbərov həmçinin ifadəsində göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə axşam saatlarında işini bitirərək yaşadığı evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdən səs-küy gəlməsini və ya mübahisə olmasını eşitməmişdir. Bundan başqa Svetlananın ölməsini xəbərini eşitdikdən sonra qonşularla söhbət etdiyi vaxt onlardan hadisə barədə hər hansı bir məlumatlarının olub-olmamasını soruşduğu zaman qonşular da ona hadisə günü Təqsirləndirilən şəxs yaşadığı evdən onların yaşadıqları evə səs-küy gəlməsinin və mübahisə olmasını eşitmədiklərini bildirmişlər. Raminlə anası Svetlananın münasibətləri əvvələr yaxşı olsa da son vaxtlar Svetlana Rüstəmova yaşadığı evdə qalmaması və Təqsirləndirilən şəxs bir övlad kimi nəvaziş göstərməməsi səbəbindən onların arasında teztez mübahisə baş vermişdir. Belə ki, onlarla yaxın qonşu olduğundan onların aralarında olan mübahisələri eşitmişdir. X8 tez-tez acılayırdı. Çünki Ramin anasına yaşadığı evdə qalmasını bildirirmiş. Onların arasında mübahisə olduğu zaman onların yaşadıqları evdən yalnız onların yuxarı tonla səslərinin gəlməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Murad Heydərov ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur yəni harada iş olarsa günəmuzd fəhləlik edir. Onun arvadı Sara Heydərova 2017-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. X2 onun rəhmətlik arvadı Sara Heydərovanın əmisi qızı olmuşdur. O, Gəncə şəhəri Məhsəti qəsəbəsində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Svetlana Rüstəmova ilə onların yaşadıqları ev arasında təxminən 300-400 metr məsafə vardır. Onun arvadı Sara xəstə olduğu vaxtlar qohumu Svetlana onlara gəlib Saraya qulluq etmişdir. X4 də onların evinə gediş gəlişi olmuşdur. Həmçinin onlarla qohum olduğu üçün arada bir onların evinə gedib baş çəkmişdir. Onun məlumatı var idi ki, X5 Rüstəmov spirtli içki aludəçisidir. Buna görə də Raminin anası Svetlana ilə münasibətlərinin yaxşı olmadığını və aralarında mübahisələrinin olduğunu bilirmiş. Çünki Svetlanagilin evinə getdiyi vaxtlar onların münasibətlərinin yaxşı olmadığını görürmüş. O, bildirmişdir ki, X29 ilə heç bir qeyri-rəsmi münasibəti olmamışdır. Qohum kimi bir-birlərinin evinə gediş gəlişləri olmuşdur. Onların yaşadığı evdə elə bir məişət əşyası qalmadığı üçün yəni əşyalar satıldığından onlar tez-tez gəlib onlarda qalmışdır. Belə ki, təxminən 1 il bundan əvvəl pandemiya ilə əlaqədar tətbiq edilən karantin dövründə Svetlana ilə Ramin təxminən 4-5 ay ərzində onların yaşadıqları evdə qalmışlar. Onların bir-birlərinə qarşı münasibətlərinin yaxşı olmadığını bildiyi üçün onlar onun yaşadığı evdə qalmamışdan əvvəl onlara yaşadığı evdə mübahisələrinin olmamaları ilə bağlı şərt qoymuşdur. Onlar də bununla razılaşmışlar. Çünki onlarla qohum olduğu, həmçinin yaşadıqları evdə qalmaq üçün düzgün şərait olmadığından onlara yaşadığı evdə bir müddət qalmalarına icazə vermişdir. Onlar da qoyduğu şərtə əməl edərək bizim yaşadıqları evdə qaldıqları müddətdə aralarında hər-hansı mübahisə və münaqişələri baş verməmişdir. Svetlana Rüstəmova özü Gəncə şəhərində yerləşən bağçaların birində dayə işləmişdir. Lakin pandemiya dövründə bağçalar bağlandığından Svetlana ilə Ramin Şəmkir rayonunda yerləşən parniklərdə fəhlə işləyirdilər. Axşam vaxtı onlarla evdə biryerdə olur, şam yeməyini yedikdən və bir qədər televizora baxdıqdan sonra hərə öz otağına yatmaq üçün gedirmiş. Səhərləri hər öz işinin arxasınca getmişdir. Bu qaydada onlar yaşadığı evdə təxminən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayına kimi qalmışlar. Havalar isindikdən sonra onlar öz evlərinə qalmaq üçün getmişlər. Onlar evlərinə getdikdən sonra ayağında ağrılar başladığından onların yaşadığı evə gedə bilməmişdir. Bundan sonra Ramin ilə Svetlana qohum kimi onun yaşadığı evə gəlmişlər. Həmçinin Svetlana qardaşı Tofiqgildə qaldığı vaxtlarda Raminin özü onun ağrıdığını bildiyi üçün hərdən bir gəlib ona baş çəkmişdir. 07 avqust 2021-ci il tarixdə mərhum Svetlana Rüstəmovanın əmisi oğlu Sabir ona zəng edərək Svetlananın vəfat etdiyini və hüzr yerinin Svetlananın qardaşı Tofiqgildə olduğunu bildirmişdir. O hüzr yerində olduğu vaxt Tofiqdən Svetlananın hansı səbəbdən rəhmətə getdiyini soruşmuşdur. Tofiq ona Raminin anası Svetlananı 24 iyul 2021-ci il tarixdə döydüyünü və bir müddətdən sonra 07 avqust 2021-ci il tarixdə Svetlananın döyülməsi ilə bağlı səhhətində yaranmış problemlə əlaqədar vəfat etdiyini bildirmişdir. Şahid4 həmçinin ifadəsndə göstərmişdir ki, onun məlumatım var idi ki, X5 Rüstəmov spirtli içki aludəçisidir. Buna görə də Raminin anası Svetlana ilə münasibətlərinin yaxşı olmadığını və aralarında mübahisələrinin baş verdiyini bilirmiş. Lakin onun evində qaldıqları müddətdə onların mübahisə və münaqişələrinin olmasını görməmişdir. X29 ilə qeyri rəsmi münasibətləri olmamışdır. Biz-birləri ilə qohumluq əlaqələri olmuşdur. Bu səbəbdən bir-birlərinin evinə gediş gəlişləri var idi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət 07 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 24 iyul 2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsi Faiq Əhmədov küçəsində yaşayan X3 RPİ-nə ərizə ilə müraciət edərək qeyd olunan tarixdə saat 22 radələrində yaşadığı evdə doğma oğlu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə əli ilə sifətinə və bədəni üzərinə qəsdən ardıcıl zərbələr vuraraq onu qəsdən döyərək xəsarətlər yetirməsi ilə bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təşrih masası üzərində meyit arxası üstə uzadılmışdır. Əynində çəhrayı rəngli pambıq parçadan mayka vardır. Mayka köhnədir, əyninə düzgün geynilmişdir, bir qədər yuxarıya doğru çəkilmiş vəziyyətdədir. Meyit qadın cinslidir və boyunun uzunluğu 160 sm-dir, düzgün bədən quruluşlu, qidalanması kafidir. Dərisi ağımtıl meyit rəngdədir, əllə yoxladıqda bir qədər istidir. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə tez bərpa olur. Meyit qacıması yalnız çeynəmə əzələ qruplarında yaxşı, ətraf əzələ qruplarında isə zəif inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, sağ gözün ağlı qişasında açıq qırmızımtıl rəngdə geniş qansızma vardır, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, butnuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Sağ almacıq nahiyəsində 5x5 sm ölçüdə qeyri müəyyən formalı, sarımtıl rəngli qançır vardır. Ağzı dodaqlarla örtülüdür, alt dodağın selikli qişasında sağda 2x2 sm ölçüdə solğun qırmızımtıl rəngli, qeyri müəyyən formalı qansızma vardır. Dişləri seyrəkdir, karioz dəyişiliyə uğramışdır, dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Boyun nahiyəsinin ön səthinin yuxarı 1/3 hissəsində 6x2 sm ölçüdə sarımtıl-göy rəngli, zolaq formalı köndələn yerləşmiş qançır vardır. Döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Döş qəfəsinin ön səthində orta körpücük xəttlə İV qabırğa səviyyəsində 2x2 sm ölçüdə sarımtıl-göy rəngli, dairəvi formalı qançır vardır. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmışdır. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində 4x3 sm və 2x2 sm ölçüdə iki ədəd, sol said nahiyəsinin arxa səthinin yuxarı 1/3 hissəsində 2x1,0 sm ölçüdə iki ədəd, sağ bud nahiyəsində ön səthinin orta 1/3 hissəsində 1,5x0,5 sm ölçüdə bir ədəd sarımtıl-göy rəngli, qeyri müəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsi zamanı başqa xəsarətlər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – ünvan 2 ünvanında yerləşən ikimərtəbəli yaşayış evidir. Ətraf mühit qum, torpaq, yaşıllıq və çınqıl daşlardan ibarətdir. Qeyd olunan yaşayış evinin giriş qapısı 2 hissədən ibarət olan boz rəngli dəmir darvazadır. Həmin darvazanın sağ hissəsi tikinti daşları ilə hasarlanmış, sol hissəsində isə yaşayış evi görünür. Həmin giriş darvazasının üst hissəsində ağ-qəhvəyi rənglərdən ibarət olan qaz borusu vardır. Giriş qapısının sol hissəsində yerləşən divara 01 ədəd sarı rəngli qaz sayğacının və 01 ədəd işıq sayğacının bərkildiyi görünür. Yaşayış evinin sağ hissəsində 04 ədəd ağ rəngli plastmas materialdan hazırlanmış pəncərələrin olduğu görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin darvazadan yaşayış evinə giriş hissəsini göstərmişdir. Baxışa davam edib həyətə daxil olduqda həyətin sol hissəsində ağaclar və yaşıllıq, həmin yaşıllıqla düzünə istiqamətləndikdə yaşayış evinin arxa hissəsinə keçid, həyətin sağ hissəsində isə yaşayış evinin olması müəyyən edilir. Həyətin sağ hissəsinə nəzər saldıqda yaşayış evinin ağ, qara və boz tikinti daşlarından ibarət olduğu görünür. Yaşayış evinə daxil olmaq üçün həyətin sağ hissəsində 07 ədəd daşdan hazırlanmış pilləkən vardır, həmin pilləkənlərin sol hissəsində ağ rəngli, dəmirdən hazırlanmış və bir hissəsi pas atmış dirək, həmin dirəyə və daşa bərkildilmiş göy rəngli ip olduğu görünür. Pilləkənlərdən yuxarı düzünə doğru qalxdıqda ağ rəngli hündürlüyü 2 metr olan taxta qapı, sağ hissədə isə boz rəngli, üzərində qıfıl olan dəmir qapı vardır. Ağ rəngli taxta qapıdan içəriyə daxil olduqda həmin otağın sanitar qovşağı olduğu görünür. Həmin otağın sol hissəsində yaşıl rəngli taxtadan hazırlanmış kiçik stol, həmin stolun üzərində 1 cüt çəhrayı rəngli, üzərini toz bürümüş şəpit və 02 cüt qara rəngli klassik ayaqqabı olduğu görünür. Həmin stolun sol hissəsində divardan asılmış 01 ədəd sellofan və qəhvəyi rəngli taxta olduğu görünür. Həmin taxtanın sol hissəsində divardan asılmış üzərində göy rəngli, 01 ədəd güzgü və daraqlar olan əşya, onun solunda isə 01 ədəd kiçik pəncərə vardır. Həmin otağı tərk edib dəmirdən hazırlanmış boz rəngli qapıdan yaşayış evinə daxil olduqda həmin evin sol hissəsində 2 hissədən ibarət olan pəncərə, həmin pəncərədən bir az irəlidə 01 ədəd taxta qapı, evin sağ hissəsində isə 02 ədəd ağ rəngli plastmasdan hazırlanmış qapı vardır. Evin sol hissəsində yerləşən qapıdan içəri daxil olduqda həmin otağın mətbəx otağı olması müəyyən edilir. Həmin otağın sol hissəsində 02 hissədən ibarət olan, ağ rəngli pəncərə qapının qarşısında isə 01 ədəd qəhvəyi rəngli, taxtadan hazırlanmış, üzərində qırmızı və sarı rənglərdən ibarət olan örtük olan stul, həmin stulun sağında isə tünd qəhvəyi rəngli stol vardır. Stolun alt və sol hissələrində su qabları, plastmas və şüşə qablar vardır. Baxışa davam edib həmin otağın qarşısında yerləşən otağa daxil olduqda otağın sol hissəsində qəhvə əngli, taxtadan hazırlanmış, üzərində bir sıra parçalar olan şkaf vardır. Otağın mərkəzinə doğru istiqamətləndikdə mərkəzdə 2 nəfərlik qəhvəyi rəngli, taxtadan, üzərində ağ və qəhvəyi rəngli örtük olan çərpayı vardır. Baxış zamanı baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə həmin otaqda anası X7 üzərinə gedərək ilk öncə onun sifətinin hər iki nahiyəsindən yumruqla zərbələr yetirmiş, bundan sonra anası Svetlana yataq otağındakı çarpayının üzərinə yıxılmış, ardıcıl olaraq əl və ayağı ilə anası Svetlananın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş ipi götürüb təkrarən yataq otağına qayıtmış və anasına yaxınlaşaraq həmin ip ilə anasının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, kəndiri anasının boğazına dolayaraq sonuncunu boğmağa başlamış, daha sonra isə Svetlana Rüstəmovanı boğulduğunu gördükdə ipi sonuncunun boğazından çəkmiş, bir müddət sonra yenidən əsəbləşərək mətbəxdən üzərində mismarlar olan taxta parçasını götürərək anasının baş və sol qol nahiyəsinə müxtəlif zərbələr endirmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisədən sonra qeyd olunan ipi sanitar qovşağının giriş qapısının yanında yerləşən dirək və divardan asdığını bildirmiş və həmin ipi göstərmişdir. Qeyd olunan çarpayının sol hissəsində 01 ədəd taxtadan hazırlanmış stul və üzərində çəhrayı rəngli əski olan kiçik şkaf, çarpayının sağ hissəsində isə ağ örtük vardır. Otağı tərk edib həmin otağın solunda yerləşən otağa daxil olduqda orada hər-hansı bir mebel və digər əşyaların olmaması görünür. Daha sonra yaşayış evini tərk edib həmin evin arxa həyətində doğru irəlidikdə sol hissədə bir sıra kol və ağacların sağ hissədə isə zirzəmiyə keçid olduğu görünür. 03 ədəd pilləli qum və daşlardan hazırlanmış pilləkənlarla aşağıya doğru istiqamətlənib zirzəmiyə endikdə həmin zirzəmidə bir sıra məişət əşyaları, üzərində mismar olan taxtaların və dəmirlərin olduğu görünür. Həmin taxtaların arasında baxış iştirakçısı Təqsirləndirilən şəxs anası Svetlanaya xx.xx.2021-ci il tarixdə xəsarət yetirdiyi taxta parçasını göstərmişdir. Həmin taxta parçasını Təqsirləndirilən şəxs hadisədən sonra zirzəmiyə qoyduğunu bildirmişdir. Həmçinin baxış iştirakçısı Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd ağ və göy zolaqlı köynəyi və 01 ədəd qara rəngli şalvarı könüllü olaraq araşdırmaya təqdim etmişdir. Baxış zamanı əhəmiyyət kəsb edə biləcəyi üçün 01 ədəd yaşıl rəngli ip və 01 ədəd üzərində mismarlar olan taxta parçası və hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş paltarlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 avqust 2021-ci il tarixli 4(043)-152/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 1 avqust 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, taxta parçası köhnədir, üzərinə qurumuş torpaq hissəcikləri yapışmışdır. Həmin taxtanın uzunluğu 126 sm, eni 4 sm qalınlığı isə 2 sm-dir. Taxtanın üzərində bir ucunda bir ədəd, digər ucunda iki ədəd, orta hissəsində isə taxtanın hər iki ucundan 35 sm məsafədə taxtaya yan-yana iki ədəd olmaqla dörd ədəd mismar vurulmuşdur. Taxtanın bir tərəfi dördbucaqlı şəklindədir, kənarları düzbucaqlıdır, o biri tərəfi isə taxtanın kənarları oval formada yonulmuşdur. Taxta üzərində olan mismarlar taxtanın kənarları hamar olan tərəfindən düzbucaqlı olan istiqamətə doğru tam vurulmuşdur. Mismarların sərbəst ucları qatlanmayaraq açıq vəziyyətdədir. Taxta və mismarlar üzərində zədə və qanabənzər ləkələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli 4041 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli xx-xx/2021 saylı məktubundan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(044)-820/2015 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 208 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın Vərəm Şöbəsinin 19 oktyabr 2021-ci il tarixli 125 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada son 9 il ərzində stasionar müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmətibb ekspertizasının xx.xx.2021-ci tarixli 45 saylı rəyindən məlum olur ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir-baş beyinin sağ yarımkürəsinin təpə nahiyəsində sərt qişa altı hematoma (100 mg), baş beyinin yumşaq qişasına sağ təpə gicgah nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması, başın yumşaq toxumalarına sol gicgah nahiyəsində qansızma, sol bazu, sol said, sağ bud, boyun nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları, alt dodağın selikli qişasına qansızma, Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: a) baş beynin sağ yarımküəsinin təpə nahiyəsində sərt qişa altı hematoma (100 mg), baş beyinin yumşaq qişasına sağ təpə-gicgah nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşaiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya: b) başın yumşaq toxumalarına sol gicgah nahiyəsində qansızma, sol bazu, sol said, sağ bud, boyun nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları, alt dodağın selikli qişasına qansızma isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X1 bədənində ola xəsarətlərin öz boyu hündürlüyündə yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyil. X1 ölümünə səbəb baş beynin sağ yarımkürəsinin təpə nahiyəsində qərt qişa altı hematoma (100 mg), baş beyinin yumşaq qişasına sağ təpə-gicgah nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşaiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci tarixli №473/156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazirki cinayət əməlini törədərkən öz hərəkətlərini ölcüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarinda olmuşdur, yəni ANLAQLİ olmuşdur. X14 əməli AR CMnin 21.1-ci maddəsinin təsiri altina düşmür və onun hal-hazirda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazirda da öz hərəktlərini dərk etmək, ölçüb-biçmək, hərəktlərini idarə etmək və törətdiyi əməllərin məsuliyyətini dərk etmək iqtidarına malikdir. Kommisiyanin bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvəllər tibbi yardim üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya muəssisələrində qeydiyyatda durmamasi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 4041 sayli arayiş), istintaqa və ekspertiza zamani dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazirki ekspertiza zamani düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazirki ekspertiza zamani onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarinin aşkar olunmaması, psixoproduktiv simptomatika ( hallüsinasiya və sayıqlama ideyalari) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamani onda emosional davamsizliq aşkar edilməsi, hövsələsiz, acıqli olmasi, tez qiciqlanmasi, onda əsəbiliyə meyillilik aşkar edilməsi və s.) az ifadəli olmasi əsas verir 1.Təqsirləndirilən şəxs X22 aşağıdakı fərdi-psixi xüsusiyyətlə malikdir : praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik,hadisə haqqinda məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarinin dediklərinə xüsusi qiymət vermə, subyektiv əlamətləri şəxslər arasi konflikt problemlərin olmasi və başqalari ilə muaqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq cinayət əməlini torədən zaman güclü ruhi həyəcan veziyyətində olmamışdır (keçirməmişdir) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1338 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci tarixli №952 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edir.Alkoqoldan sui-istifadə etmə naticəsində yaranan xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmndən məcburi müalicəyə ehtiyaci var.Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə-tibb ekspertizasının 01 dekabr 2021-ci il tarixli 1962 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş baş beyinin sağ yarımkürəsinin təpə nahiyəsində sərt qişa hematoma (100 mg), baş beyinin sağ yarımkürəsinin təpə nahiyələrində geniş qansızma, beyin mədəciklərinə qansızma ilə müşaiət olunan sağ almacıq-göz nahiyəsinin hematoması, başın yumşaq toxumalarına sol gicgah nahiyəsində qansızma, sol bazu, sol said, sağ bud, boyun nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları, alt dodağın selikli qişasına qansızma. Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. X1 meyitinin bədənində olan xəsarətlərin ekspertizaya təqdim olunan taxta parçasının hamarlanmış kənarlara malik tərəfi ilə vurulması nəticəsində əmələ gəlməsi istisna edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli N1020 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Kəpəz rayon, Məhsəti qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində ev təsərrüfatlarının uçotu kitablarında qeydiyyatda yoxdur və bu günə qədər həmin şəxs tərəfindən nümayəndəliyə heç bir müraciət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 5826 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, 20 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Cinayət işi üzrə maddi sübutlar Təqsirləndirilən şəxs hadisə günü əynində olmuş 01 ədəd ağ və göy rəngləri olan uzunqol köynək və 01 ədəd qara rəngli şalvar, zərərçəkmiş şəxs X7 hadisə günü əynində olmuş 01 ədəd qara rəngli şalvar və 01 ədəd üzərində ağ və qara zolaqları olan qısaqol köynək, hadisə yerinə götürülmüş üzərimismarlı taxta parçası və təsərrüfatda istifadə edilən yaşıl rəngli ip Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində anası Svetlana Rüstəmovanı baş nahiyyəsinə və bədəninə üzəri mismarlı taxta ilə, bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmamasına, iplə sonuncunu boğmamasına dair ifadəsində göstərdikləri xüsusatlar iş materiallarında olan danılmaz sübutlarla (ibtidai araşdırma materialları, ekspertiza rəyləri, maddi sübutlar, ifadələr və.s) tam təkzib olunur. Odur ki, məhkəmə sözügedən xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdiici hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 07 avqust 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət əməli ağır ciinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci tarixli №952 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edir. Alkoqoldan sui-istifadə etmə naticəsində yaranan xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmndən məcburi müalicəyə ehtiyaci var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə xroniki alkoqolizmndən məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə günü əynində olmuş 01 ədəd ağ və göy rəngləri olan uzunqol köynək və 01 ədəd qara rəngli şalvar, zərərçəkmiş şəxs X7 hadisə günü əynində olmuş 01 ədəd qara rəngli şalvar və 01 ədəd üzərində ağ və qara zolaqları olan qısaqol köynək qanuni sahiblərinə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə götürülmüş üzərimismarlı taxta parçası və təsərrüfatda istifadə edilən yaşıl rəngli ip məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə xroniki alkoqolizmndən məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə günü əynində olmuş 01 ədəd ağ və göy rəngləri olan uzunqol köynək və 01 ədəd qara rəngli şalvar, zərərçəkmiş şəxs X7 hadisə günü əynində olmuş 01 ədəd qara rəngli şalvar və 01 ədəd üzərində ağ və qara zolaqları olan qısaqol köynək qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə götürülmüş üzərimismarlı taxta parçası və təsərrüfatda istifadə edilən yaşıl rəngli ip məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-167/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-167/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver