Məhkəmə qərarları › İş №1(100)-167/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-167/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-167/2023 20.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə Sumqayıt şəhərində istintaqa şəxsiyyəti dəqiq məlum olmayan Əlizadə soyadlı şəxsdən 80 manat pulun qarşılığında 1,097 qram çəkidə psixotrop maddə metafetamini və 0,230 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə alıb qanunsuz olaraq əldə edərək üzərində daşımaqla yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, həmin psixotrop maddə olan metafetamindən 0,381 qramını, narkotik vasitə olan heroindən isə 0,230 qramını 2022-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında 80 manat pulun qarşılığında tanışı Şahid9 satmış, 19 aprel 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Şahid9 Şəmkir rayonu, 20 Yanvar küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs almış olduğu 1 ədəd sellofana bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,230 qram miqdarında narkotik maddə olan heroin və təmiz çəkisi 0,381 qram miqdarında psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüş, həmin tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamının nəticəsində Rzayev X6 rayonu Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə Şahid9 satdığı psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,716 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2022-ci ilin may ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqa şəxsiyyəti dəqiq məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşından 300 manat pulun qarşılığında çəkiləri 1,369 qram psixotrop maddə metafetamini və 5,474 qram narkotik vasitə heroini satış məqsədi ilə alıb qanunsuz olaraq əldə edərək üzərində daşımaqla yaşadığı yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, həmin psixotrop maddə metafetamindən 0,487 qramını, narkotik vasitə olan heroindən isə 0,253 qramını 2022-ci ilin iyun ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında 20 manat pulun qarşılığında tanışı Şahid9 satmış və sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq özünə məxsus VAZ 2107 markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımış, 02 iyun 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu Səməd Vurğun küçəsində Şahid9lə birlikdə şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən kustar üsulla hazırlanmış 1 ədəd ağ rəngli sellofanın içərisində Şahid9 satdığı narkotik vasitə ilə eyni tərkibli təmiz çəkisi 0,324 qram narkotik vasitə olan heroin və 1 ədəd bükümdə Şahid9 satdığı psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,122 psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, həmin tarixdə əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, yataq otağında yerləşən çarpayının altından satış məqsədilə saxladığı 1 ədəd sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni tərkibli, külli miqdarda təmiz çəkisi 4,897 qram narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,760 qram psixotrop maddə metafetamin, kustar üsulla hazırlanmış, küllü miqdarda, təmiz çəkisi 5,221 qram narkotik vasitə heroin təmiz çəkisi 0,882 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində Şəmkir şəhəri S.Vurğun küçəsində olan zaman polis əməkdaşları onu saxladıb Şəmkir rayon polis şöbəsinə gətirmiş, sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə psixotrop maddə, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşlmuş, o, da üzərində olan qara rəngli şalvarın sağ cibindəki ağ selofanda olan psixotrop maddə olan “şüşə” kimi tanıdığı kütləni təqdim etmiş, ağ sellofan polis əməkdaşı tərəfindən açılan zaman içərisindən “şüşə” kimi tanıdığı metafetamin aşkar edilmiş, metafetaminə bənzər kütlə elektron tərəzi ilə çəkilən 0,79 qram təşkil etmiş, təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırlmış, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyim kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə aşkar edilməmiş, o, həmin kütləni sxlanılmamışdan 8 gün əvvəl Sumqayıt şəhərində yaşayan soyadı Əlizadə olan Elxanın tanışı, lakin adını bilmədiyi şəxsdən 80 manata almış, həmin narkotik vasitənin pulunu Elxan özü verdiyi üçün kütlənin yarısını saxlanılmamışdan iki gün əvvəl Şahid9 vermiş, qalanını isə istifadə etmək üçün özündə saxlamışdır. Bundan başqa o, 2022-ci ilin may ayının ortalarında sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və adının Əli olduğunu bildirən şəxslə tanış olmuş, o, əvvəllər də 1 dəfə narkotik vasitə və psixotrop maddə aldığı həmin Əli kimi tanıdığı şəxslə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə xatırlamadığı nömrəyə zəng edib ondan narkotik vasitə və psixotrop maddə istəmiş, həmin şəxs ona plastik kart şəkli atmış, o, həmin plastik karta Şəmkir rayonunda yerləşən Azpetrol YDM-də yerləşən ödəmə terminalından 300 manat pul göndərmiş, o, həmin şəxsə pul göndərdikdən sonra həmin şəxs ona Abşeron rayonu Xırdalan şəhərinə ona atdığı konuma getməyini, narkorik vasitə və psixotrop maddənin orada olacağını demiş, o, da elə pulu göndərdiyi gün Xırdalan şəhərinə, tanımadığı ünvana getmiş, orada yerləşən kolluğun arasından həmin şəxsin ona atdığı şəkil vasitəsi ilə narkotik vasitəni və psixotrop maddəni qara sellofanın içərisində tapıb özü ilə birlikdə Şəmkir rayonuna qayıtmışdır. 02 iyun 2022-ci il tarixdə saat təxminən 19 radələrində tanışı olan Şahid9lə birlikdə Elcana məxsus olan VAZ 2107 markalı ** MF *** nömrə nişanlı avtomobillə Şəmkir şəhəri S.Vurğun küçəsində hərəkət edib sonra həmin küçədə dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmış, onları Şəmkir rayon polis şöbəsinə gətirmiş, sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulmuş, o, da üzərində olan qara rəngli idman şalvarının sağ yan cibində olan ağ rəngli selofanda olan narkotik vasitə “kokos” kimi tanıdığı heroini və siqaret falqasına bükülmüş vəziyyətdə psixotrop maddə olan “patı” kimi tanıdığı kütləni təqdim etmiş, sonra isə əynindəki şalvarın sol yan cibində olan iki ədəd samsung markalı mobil telefonu təqdim etmiş, üzərindən aşkar edilmiş heroin elektron tərəzi ilə çəkilən zaman 0.4 qram, metamfetamin isə elektron tərəzi ilə çəkilən zaman 0.2 qram təşkil etmiş, təqdim etdiyi kütlələr ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarış keçirən zaman o, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlələrdən başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. Bundan sonra onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayının baş tərəfindən iki ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər ona məxsus olmamış, yəqin ki, polis əməkdaşları qoymuşlar. Evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, polis əməkdaşları ona təzyiq göstərmişlər. Ona görə məcbur olub evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu və Abşeron rayonu Xərdalan şəhərində İran İslam Respublikasının vətəndaşı olan Əli kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa onunla birlikdə saxlanılmış Şahid9 də üzərindən narkotik vasitə aşkar olduğunu bilmişdir. Polis əməkdaşları Elxanın üzərindən aşkar olunmuş narkotik vasitənin ondan almasını dediyini bildirmiş, lakin Elxanın üzərindən aşkar olunmuş narkotik vasitənin o vermədiyini demişdir. Bundan sonra Elxan üzərindən aşkar olunmuş narkotik vasitəni ondan aldığını dediyi üçün o da məcbur olub həmin narkotik vasitənin özü verdiyini demişdir. Elxanın nə üçün narkotik vasitəni ondan almasını deməyinin səbəbini bilmir. Ona görə də istintaq zamanı etirafedici ifadələr vermişdir. Ona təzyiq olunması barədə vəkilinə bir söz deməmiş və heç bir yerə şikayət etməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır, o, əvvəllər Urfanla Şəmkir rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində birlikdə işləmişdir.O, 2022-ci ilin mart ayında Şəmkir rayonunda olan zaman Urfanı görmüş, Urfanla görüşdükdən sonra onlar birlikdə çay içib söhbət etmiş, danışan zaman söhbət narkotikdən düşmüş, o, narkotik vasitələr istifadə etdiyini bilmiş, o, da bir neçə dəfə narkotik vasitə və psixotrop maddə istifadə etdiyini Urfana demiş, o, həmin vaxtdan sonra 1-2 dəfə Urfanla birlikdə narkotik vasitə və psixotrop maddə istifadə etmiş, sonuncu dəfə 2022-ci ilin aprel ayının əvvəllərində o, Urfanla görüşən zaman Urfan ona Bakı şəhərinə getdiyini, orada ucuz narkotik vasitə və psixotrop maddə ala biləcəyini demiş, o, da Urfana tanışları Əlizadə soyadlı şəxsdən narkotik vasitə və psixotrop maddə alıb gətirməsi üçün 80 manat pul vermiş, Urfan Bakı şəhərindən qayıtdıqdan sonra onunla əlaqə saxlayaraq rayona gəldiyini, xəstələndiyi üçün həkim lazım olduğunu ona demiş, o, da elə bu səbəbən Urfanın yaşadığı evə həkim aparmış, həmin vaxt da ona gətirdiyi narkotik vasitə heroini və psixotrop maddə metafetamini Urfrandan götürmüş, bundan sonra avtomobilində həmin narkotik vasitədən və psixotrop maddədən istifadə etmiş, həmin narkotiki və psixotrop maddəni götürdükdən 3-4 gün sonra yəni 19 aprel 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir şəhəri 20 Yanvar küçəsində olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış, Şəmkir RPŞ-nə dəvət etmiş, o, polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin inzibati binasına gəlmiş, polis şöbəsində onun üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığı deyilmiş, bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, videoçəkilişlə hüquq və vəzifələrim izah edilmiş, bu zaman ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, o, isə üzərində olan qara rəngli cins şalvarın sağ yan cibində ağ sellofana bükülmüş vəziyyətdə metafetamini və heroini polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, bu zaman heroinin kütləsi 0.36 qram, psixotrop maddə metafetaminin kütləsi isə 0.43 qram gəlmişdir. Həmin kütlələr aşkar edildiyi kağız ilə birlikdə zərfdə qablaşdırılmış, ağzı möhür ilə möhürlənərək üzəri iştirakçıların və onun tərəfindən imzalanmışdır. Sonradan onun idarə etdiyi Opel Astra markalı avtomobilə baxış keçirilsə də oradan heç nə aşkar edilməmişdir. Bundan sonra 02 iyun 2022-ci il tarixdə saat 19-20 radələrində yaşadığı evdə olan zaman Urfan ona zəng edərək Şəmkir rayonu Sərxan qəsəbəsinə getməli olduğunu, qarşılığında ona taksi pulunu verəcəyini demiş, o, da Urfana atasını götürməli olduğunu, ondan sonra istədiyi yerə apara gedə biləcəklərini demiş, o, işini bitirdikdən sonra Urfanın yaşadığı evə getmiş, Urfana zəng edərək evdən çıxmasını istəmiş,Urfan yaşadığı evdən çıxıb onun idarə etdiyi VAZ 2107 markalı,**-MF-*** qeydiyyat nişanlı avtomobilə əyləşmiş, o, Sərxan qəsəbəsi istiqamətində yola düşmüş, Şəmkir rayonu S.Vurğun küçəsində işıqforda dayanmış, bu zaman mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasisələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onları Şəmkir RPŞ-nə dəvət etmiş, onlar də heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdı Şəmkir RPŞ-nə getmiş, sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyaolubolmaması soruşulmuş, o, da üzərində olan qara rəngli idman şalvarının sol yan cibində olan ağ rəngli selofanda olan narkotik vasitə olan “kokos” kimi tanıdığı heroini və bir ədəd içərisi boş olan falqanı təqdim etmiş, heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilən zaman 0.4 qram təşkil etmiş, təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlələrdən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmiş, bundan sonra ona məxsus olan VAZ 2107 markalı ** MF *** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman avtombilin salonunda olan dirsəkliyin içərisindən ağ rəngli sellofana bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfemaninə bənzər kütlə aşkar edilmiş, metamfetaminə bənzər kütlə elektron tərəzi ilə çəkilən zaman 0.7 qram təşkil etmiş, təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırlmış, bundan sonra polis əməkdaşları onun avtomobilinə baxış keçirmiş, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. O, sonradan polis əməkdaşlarından Təqsirləndirilən şəxs də narkotik vasitə aşkar edildiyini eşitmişdir. Polis əməkdaşları narkotik vasitəni hardan və kimdən aldığı soruşmuş, o da narkotik vasitəni tapdığını bildirmişdir. Lakin polis əmkdaşları ona inanmamış, əvvəlcə də üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını xatırladıb, hazırda üzərindən aşkar olunmuş narkotik vasitəni Urfandan alıbalmadığını soruşmuş, o da qorxaraq üzərindən aşkar olunmuş narkotik vasitəni Urfandan 20 manata aldığın demişdir. Lakin həmin narkotik vasitəni xatırlamadığı yerdən tapmışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamış, psixotrop maddə metafetamini isə başqa vaxt istifadə etmək üçün avtomobilində gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, şöbəyə Elxan adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Şəmkir şəhəri H.Aslanov küçəsi ev 32-də yaşayan Şahid9 olduğu müəyyən edilmiş, bundan sonra 19 aprel 2022-ci il tarixdə Şahid9 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə və idarə etdiyi “Opel Astra” markalı, **-UY-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Şahid9 üzərində narkotik vasitə və ya psixotrop maddə olması, həmin vaxt Şəmkir şəhəri 20 Yanvar küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında polis əməkdaşları ilə birlikdə Şəmkir şəhəri 20 Yanvar küçəsinə getmiş, Şahid9 yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Şahid9 elan edib, Şəmkir RPŞ-nin dəvət etmişlər. Şahid9 idarə etdiyi Opel Astra markalı, **-UY-*** qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə şöbəyə gətirdikdən sonra Şahid9 üzərində şəxsi axtarış keçirilən zaman Şahid9 üzərindən narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitə və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs aldığı, Şahid9 idarə etdiyi avtomobildən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmədiyi onlara məlum olmuş, keçirilmiş tədbirlərin davamı olaraq Şahid9 narkotik vasitə və psixotrop maddəni əldə etdiyi Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən evinin yaxınlığında olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Şəmkir RPŞ-nin dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə metafetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin gün tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilsə də onun yaşadığı evdən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan başqa 02 iyun 2022-ci il tarixdə Şahid9 və Təqsirləndirilən şəxs yenə də X3 dövriyyəsi ilə məşğul olduqları, həmin vaxt Şahid9 idarə etdiyi VAZ 2107 markalı, **-MF-*** qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri S.Vurğun küçəsi ilə hərəkətdə olduqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir RPŞ-nin əməkdaşları ilə birlikdə Şəmkir şəhəri S.Vurğun küçəsində gedilmiş, S.Vurğun küçəsində, “Dolçe Vita” restoranının yaxınlığında yerləşən işıqforda VAZ 2107 markalı, **-MF-*** qeydiyyat nişanlı avtomobilin dayandığını müşahidə edib avtomobilə yaxınlaşmış, onlar avtomobilə yaxınlaşdıqdan sonra Şahid9 və Təqsirləndirilən şəxs özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Şəmkir RPŞ-nə dəvət etmişlər. Şahid9 və Təqsirləndirilən şəxs Şahid9 idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirdikdən sonra Şahid9 üzərindən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən isə narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar edilmişdir. Həmçinin Şahid9 idarə etdiyi **-MF-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda olan dirsəklikdən psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedilmiş, evə onların tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının baş tərəfində, döşəyin altından 2 ədəd büküm aşkar edilmiş, həmin bükümlərə baxılan zaman birinin içərisində narkotik vasitə heroinə, digərinin içərisindən isə psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 5.2 qram, psixotrop maddə metafetaminə bənzər kütlənin çəkisi isə 1.3 qram təşkil etmiş, həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmışdır.sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Şahid9 və Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. 02 iyun 2022-ci il tarixdə Şahid9 üzərindən aşkar olunmuş narkotik vasitəni və psxotrop maddəni Təqsirləndirilən şəxs aldığını demiş, ona heç bir təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs həqiqətən Şahid9 narkotik vasitə satdığını etiraf etmiş, onun yaşdığı evdən aşkar olunmuş narkotik vasitə özünə məxsus olmuş, hes kim onun evinə narkotik vastə qoymamış və ona təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid6, Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 19 aprel 2022ci il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman şöbəyə gətirilmiş, X3 dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçisinin iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofanda olan bükümləri cibindən çıxarıb təqdim etmiş, həmin bükümlər açılan zaman bükümlərin birinin içərisində psixotrop maddə metafetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 02 iyun 2022-ci il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman şöbəyə gətirilmiş, X3 dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçinin iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ sellofana və 1 ədəd falqaya bükülmüş bükümləri təqdim etmiş, həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütələr olduğu müəyyən edilmiş, sonradan həmin kütlələr qablaşdırılmışdır. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlamasında şübhəli bilinən Şahid9 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlənin mənbəyinin Təqsirləndirilən şəxs olduğu müyyən edilmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Şahid9 və Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etmələri, qanunsuz olaraq narkotik vasitələr saxlamaları və birlikdə X3 dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid9 və Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etmələri, qanunsuz olaraq narkotik vasitələr saxlamaları və birlikdə X3 dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(076)-119/2022 saylı qərarından görünür ki, Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu S.Vurğun küçəsində yerləşən evə 03 iyun 2022-ci il tarixdə baxış keçirilmiş,baxış zamanı Təqsirləndirilən şəxs 0,760 qram psixotrop maddə olan metafetamin və 4.897 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu S.Vurğun küçəsində yerləşən evə baxış zamanı evdən hər hansı narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə bağlı məlumatlar olan 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında mütamadi olaraq danışıqlar aparıldığı müəyyən edilmiş, baxış zamanı iş üzrə əhəmiyyə kəsb edən başqa hal müəyyən edilməmiş, həmin CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdi naməlum mənbə müyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni Şahid9 şəxsiyyətləri müəyyən edilə bilməyən şəxslərə satdığı müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə 02 iyun 2022-ci il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 0,122 qram psixotrop maddə olan metafetamin və 0.324 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş,bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə 19 aprel 2022-ci il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 0,716 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüş,bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid9 üzərinə 19 aprel 2022-ci il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı Şahid9 0,230 qram narkotik vasitə heroin və 0,381 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüş,bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid9 üzərinə 02 iyun 2022-ci il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid9 0,253 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş,bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,Şahid9 idarə etdiyi VAZ 2107 markalı, **-MF-*** qeydiyyat nömrə nişanlı avtomobilə 02 iyun 2022ci il tarixdə Şəmkir RPŞ-nin cərimə meydançasında baxış keçirilmiş, baxış zamanı avtomobildən 0,487 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/455 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Şahid9 üzərindən aşkar edilərək götürülmüş.........” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid9 üzərindən aşkar edilmiş metafetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.381 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir.Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.716 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş metafetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/643 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli falqaya bükülmüş təmiz çəkisi 0.122 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.324 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş iki bükümdə narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr” yazı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.760 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4.897 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Şahid9 üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.253 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid9 avtomobilindən götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketi açdıqda içərisində 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.487 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir.Tədqiqata təqdim edilmiş 3 ədəd kağız paketlərdə olan metafetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş 3 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/928 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 5 ədəd kağız paketlərdə olan metafetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 511/170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə,sebyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə çətin daxil olma fərdi psixoloji xüsusiyyətlərinə malikdir.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman adi psixiemosional vəziyyətdə olmuş və cinayət əməlini törədən zaman fizioloji affekt halında olmamışdır.Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1072 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyata dayanmır. xx.xx.2022-ci il tarixdən həşiş diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatda dayanır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 iyun 2022-ci ildən hesablanmışdır. Şəmkir şəhər mənzil istismar kontorunun xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Rzayev X6 rayonu, S.Vurğun küçəsi ev 165-də yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Rzayev X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir rayon Məhkəməsinin 17.01. 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Resublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, üzərində olan məhkumluğu götürülmüşdür. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 19 aprel 2022-ci il tarixdə aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.666 qram psixotrop maddə metafetamin, 02 iyun 2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.274 qram narkotik vasitə heroin, 0.072 qram psixotrop madddə metafetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən 03 iyun 2022-ci il tarixdə aşkar edilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.710 qram psixotrop maddə metafetamin və 4.847 qram narkotik vasitə heroin, Şahid9 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.170 qram narkotik vasitə heroin,0.331 qram psixotrop madddə metafetamin, 0.203 qram narkotik vasitə heroin və Şahid9 idarə etdiyi VAZ 2107 markalı, **-MF-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.437 qram psixotrop maddə metafetamin, iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Şəmkir RPŞ-nin anbarına saxlanca verilmişdir. Eləcə də 07 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını, evindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamadığını, Şahid9 isə üzərindən aşkar olunmuş narkotik vasitəni xatırlamadığı yerdən tapdığını bildirsə də, məhkəmə onların bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, … saxlanılmamışdan 8 gün əvvəl Sumqayıt şəhərində yaşayan soyadı Əlizadə olan lakin adını bilmədiyi şəxsdən 80 manata narkotik vasitə almış, həmin kütlənin yarısını saxlanılmamışdan iki gün əvvəl Şahid9 vermiş, qalanını isə istifadə etmək üçün özündə saxlamışdır. … Bundan başqa o, narkotik vasitə və psixotrop maddədən tanışı Şahid9 20 manat pulun qarşılığında yaşadığı evin qarşısında satmışdır. …bundan sonra onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayının baş tərəfini əli ilə qaldıraraq iki ədəd bükümü təqdim etmiş, həmin bükümlərdən birində ağ rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, digər ağ rəngli sellofanda isə bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, o, həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu və Abşeron rayonu Xərdalan şəhərində İran İslam Respublikasının vətəndaşı olan Əli kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa onunla birlikdə saxlanılmış Şahid9 narkotik vasitə və psixotrop maddə satmağını da orada etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə ondan aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metafetaminin qarşılığında Urfana yaşadığı S.Vurğun küçəsində yerləşən evin qarşısında 80 manat, 02 iyun 2022-ci il tarixdə aşkar edilən narkotik vasitə və psixotrop maddənin qarşılığında isə Urfana yaşadığı evin qarşısında 20 manat pul vermiş, o, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamış, psixotrop maddə metafetamini isə başqa vaxt istifadə etmək üçün avtomobilində gizlətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən 19 aprel 2022-ci il tarixdə aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.666 qram psixotrop maddə metafetamin, 02 iyun 2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.274 qram narkotik vasitə heroin, 0.072 qram psixotrop madddə metafetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən 03 iyun 2022-ci il tarixdə aşkar edilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.710 qram psixotrop maddə metafetamin və 4.847 qram narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 07 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən 19 aprel 2022-ci il tarixdə aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.666 qram psixotrop maddə metafetamin, 02 iyun 2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.274 qram narkotik vasitə heroin, 0.072 qram psixotrop madddə metafetamin və Təqsirləndirilən şəxs yaşadığı evdən 03 iyun 2022-ci il tarixdə aşkar edilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.710 qram psixotrop maddə metafetamin və 4.847 qram narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 07 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar