Məhkəmə qərarları › İş №1(100)-167/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-167/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-167/2024 12.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4, X10 və Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 01 yanvar 1987-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli rayonu, Kirəç Muğanlı kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məsləhətləri və məlumatları ilə xeyli miqdarda pirotexniki vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməkdə köməkçi qismində iştirak edərək Azərbaycan Respublikasında satıb birgə qazanc əldə etmə barədə 13 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Gürcüstanda Azərbaycan Respublikasının vətəndaşları Şahid8, Şahid6, X7, həmçinin barəsində başqa cinayət işi ayrılmış Gürcüstan vətəndaşı Alı adlı şəxs, onların vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşı Müdafiəçi2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, öz məsləhətləri və məlumatları ilə cinayət əməlinin törədilmə üsul və vasitələrini müəyyən etməkdə yardım edərək bu üsul və vasitələri cinayətkar qrupunun digər üzvləri ilə razılaşdırmış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq yuxarıda qeyd edilən məqsədlə həmin müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan mənbədən cinayətkar qrupun üzvləri Müdafiəçi2, Şahid8, Şahid6 və Alı adlı şəxslə birlikdə karton qutularda qablaşdırılmış 1 ədədinin qiyməti 8 manat olmaqla, 1904 manat dəyərində 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 3 manat olmaqla, 990 manat dəyərində 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 600 manat dəyərində 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla, 1900 manat dəyərində 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 2880 manat dəyərində 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 1440 manat dəyərində 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 1 ədədinin qiyməti 20 manat olmaqla, 1600 manat dəyərində 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 5 manat olmaqla, 15000 manat dəyərində 3000 ədəd üzərində “5 X18 85” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 600 manat dəyərində 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 2304 manat dəyərində 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 1 ədədinin qiyməti 6 manat olmaqla, 13680 manat dəyərində 2280 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla, 14000 manat dəyərində 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 6600 manat dəyərində 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 1 ədədinin qiyməti 8 manat olmaqla, 1280 manat dəyərində 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1 ədədinin qiyməti 6 manat olmaqla, 8616 manat dəyərində 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 1440 manat dəyərində 120 ədəd üzərində “5 X18 125” sözləri yazılmış, 1 ədədinin qiyməti 8 manat olmaqla, 640 manat dəyərində 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 15 manat olmaqla, 1200 manat dəyərində 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla, 1880 manat dəyərində 940 ədəd üzərində “X16” sözləri yazılmış, 1 qutusunun qiyməti 55 manat olmaqla, 1925 manat dəyərində 35 qutuda 5040 ədəd üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişənglər və 1 qutusunun qiyməti 12 manat olmaqla, 2400 manat dəyərində 200 qutuda 8000 ədəd üzərində “X21 Ek 23“ sözləri yazılmış, 1 qutusunun qiyməti 1 manat olmaqla, 10560 manat dəyərində 10560 qutuda 633600 ədəd üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, 1 qutusunun qiyməti 1 manat olmaqla, 86640 manat dəyərində 86640 qutuda ******* ədəd üzərində “X20 0201” sözləri yazılmış digər pirotexniki vasitələrdən ibarət olan, ümumilikdə xeyli miqdarda - 180079 manat dəyərində pirotexniki vasitələri əldə etmişlər, onun müəyyən edərək cinayətkar qrupun üzvləri ilə razılaşdırdığı cinayət əməlinin törədilmə üsul və vasitələrinə uyğun olaraq göstərilən tarixədək olan müddət ərzində Gürcüstanın Rustavi şəhərində, istintaqa məlum olmayan yerdə Müdafiəçi2, Şahid8, Şahid6, Mırzoev Alı və cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri qrupun digər üzvü Sətdar Sətdərovun idarə etdiyi “DAF” markalı, 99DJ787 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 99ZC556 dövlət qeydiyyat nişanlı yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin yarım qoşqusuna yüklənmiş, Gürcüstan, Tbilisi şəhəri, Culukidze küçəsi, İV döngə, 3-cü korpus, ev 14-də qeydiyyatda olan “Gagra” LTD şirkəti tərəfindən Azərbaycan Respublikası, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan "xxxx" MMC-yə göndərilən 600 kisədə 25200 kiloqram “təzə kartof“ yükünün əldə etdikləri pirotexniki vasitələrin ümumi çəkisinə uyğun gələn 7000 kiloqramını boşaldaraq onun əvəzinə qeyd edilən pirotexniki vasitələri yarımqoşquya yükləyib qalan 18200 kiloqram kartof yükünü yenidən yarımqoşqunun arxa tərəfinə yerləşdirmişlər, bundan sonra Şahid8 həmin nəqliyyat vasitəsini idarə edərək Sətdar Sətdərovla birlikdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində yola düşmüş, cinayətkar qrupun digər üzvləri Müdafiəçi2, Şahid6 və Alı Mırzoev isə birgə başqa nəqliyyat vasitəsində pirotexniki vasitə yüklü qeyd edilən nəqliyyat vasitəsini Gürcüstan-Azərbaycan Respublikası sərhədinə kimi müşayiət etmişlər, orada Şahid8 nəqliyyat vasitəsini Gürcüstan-Azərbaycan Respublikasının sərhədindən keçirməsi üçün Sətdar Sətdərova təhvil vermiş, ardınca Alı Mırzoev, Müdafiəçi2, Şahid8 və Şahid6 birlikdə piyada xətti ilə Gürcüstanı tərk edib 13 noyabr 2018-ci il tarixdə saat 04 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan (əvvəlki Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postu) keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar və postun yaxınlığında pirotexniki vasitə yüklü nəqliyyat vasitəsinin ölkəyə daxil olmasını gözləmişlər, cinayətkar qrupun üzvü Sətdar Sətdərov isə “DAF” markalı, 99DJ787 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 99ZC556 dövlət qeydiyyat nişanlı yarımqoşqudan ibarət nəqliyyat vasitəsini idarə edərək 13 noyabr 2018ci il tarixdə Gürcüstan istiqamətindən həmin gömrük postuna daxil olmuş, postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən yük müşayiət sənədlərini - 10 noyabr 2018-ci il tarixli, nömrəsiz əmtəə-nəqliyyat qaiməsi (CMR), 10 noyabr 2018-ci il tarixli, 01 nömrəli invoys, 12 noyabr 2018-ci il tarixli, **********94 nömrəli mənşə sertifikatı (CT-1) və 09 noyabr 2018-ci il tarixli, 01 nömrəli müqaviləni gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə, nəqliyyat vasitəsindəki ümumilikdə xeyli miqdarda - 180079 manat dəyərində pirotexniki vasitələri Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda “kartof yükü“ adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 08:30-dan 09:00-dək nəqliyyat vasitəsində keçirilmiş yoxlama zamanı yarımqoşquda olan qeyd edilən pirotexniki vasitələr aşkar edilib götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycanlıdır, həmçinin yaxın qohumları Azərbaycanda olduğuna görə tez-tez Azərbaycan Respublikasına gəlib-gedir. Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük postunun yaxınlığında, Gürcüstan tərəfdə mağaza işlədir, orada ərzaq məhsullarının satışı ilə məşğul olur. Şahid8 xatırlamadığı tarixlərdə bir neçə dəfə, Gürcüstanda ondan kartof yükü götürüb Azərbaycan Respublikasının Tovuz rayonunda hazırda xatırlamadığı ünvanlara və xatırlamadığı şəxslərə təhvil vermişdir. Bununla da, Cavadla onun arasında yaxşı münasibət yaranmışdır. 13 oktyabr 2018-ci il tarixdə Cavad idarə etdiyi “DAF” markalı, 99XT556 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana mal daşıyaraq ünvanına çatdırdıqdan sonra dəqiq xatırlamadığı tarixdə Gürcüstanın Keçalo rayonunun Kiğaş Muğanlı kəndində onunla görüşmüşdür. Həmin görüş zamanı o, Cavada Gəncə şəhərinə aparılmalı olan kartof yükünün olduğunu söyləmiş və Cavad xatırlamadığı miqdarda pul müqabilində həmin yükünü daşımağa razılaşmışdır. Həmin vaxt aralarında olan söhbət zamanı o, kartof yükünün çatmalı olduğu ünvan barədə məlumat verdikdən sonra ona qaçaqmalçılıq yolu ilə pirotexniki məmulatları Azərbaycana keçirərək satacağı təqdirdə yaxşı pul qazana biləcəyini, pirotexniki vasitələri gömrük sərhədindən hansı şəkildə keçirdiyi təqdirdə aşkar edilməyəcəyini planlaşdırdığını, bu planla heç bir problem olmadan qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələri Gürcüstandan Azərbaycana keçirə biləcəyini söyləmiş və Cavaddan bu işi görməyə, yəni pirotexniki məmulatları qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycana keçirməyə razı olubolmadığını soruşmuşdur. Cavad da bu işdən yaxşı pul qazana biləcəyindən onunla razılaşmışdır. Cavad onunla razılaşdıqdan sonra Cavada onda az miqdarda pirotexniki məmulatların olduğunu, Azərbaycana satmaq üçün aparmaq istədiyi pirotexniki məmulatları özünün tapmağını, həmin malları tapdıqdan sonra onları gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə hansı şəkildə keçirəcəyini izah edəcəyini bildirmişdir. Həmin söhbət zamanı o, Gürcüstandan Azərbaycana pirotexniki məmulatlar apararkən onun az miqdarda, yəni təxminən 17-20 qutu olan pirotexniki məmulatlarını da, Azərbaycana aparmağını, onları Azərbaycana keçirdikdən sonra bunun müqabilində Cavada 3000 manat pul verəcəyimi söyləmişdir. Cavad bu məsələdə də onunla razılaşmış və ona pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsi məsələni bir qədər də ətraflı düşünməli olduğunu bildirmişdir. 2018-ci ilin təxminən noyabr ayının əvvəllərində o, Gürcüstanda yenidən Cavadla görüşmüşdür. Həmin vaxt Cavadın yanında əvvəldən tanıdığı, Gürcüstan vətəndaşı Əli və adını orada öyrəndiyi, Cavadın öz dostu kimi təqdim etdiyi Oqtay adlı şəxs də olmuşdur. Aralarında olan söhbət zamanı Cavad Oqtay və Əlinin də onunla birgə pirotexniki vasitələr əldə edib onları qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına keçirmək istədiklərini söyləmişdir. Bundan sonra o, onlara pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hansı şəkildə keçirəcəkələrini izah etmişdir. Belə ki, onlara Gürcüstandan kartof almalarını, kartofu nəqliyyat vasitəsinə yükləndikdən sonra maşını idarə edərək Gürcüstan gömrüyünün qarşısına gətirmələrini, orada bir sıra sənədləri alaraq yükə dair sənədləri hazırladıqdan sonra geri qaytaracağını, bundan sonra Gürcüstan gömrük orqanı əməkdaşlarının maşını yoxlayaraq qoşquya plomb vurulduqdan sonra pirotexniki məmulatları götürəcəkləri yerə gedərək həmin kartof yükünün pirotexnikanın çəkisinə uyğun gələn hissəsini plombu zədələmədən yerə boşaldıb onun əvəzinə həmin boşaldılan kartofun çəkisinə uyğunlaşdıraraq qoşquya pirotexniki məmulatları yükləmələrini, kartofun digər hissəsini isə qoşqunun içərisində pirotexniki məmulatların qarşısına yığmalarını, plomb vurulduqdan sonra Gürcüstan gömrüyündən keçənədək bu işləri görməyə vaxtlarının olduğunu, bu şəkildə Gürcüstan gömrüyündən rahat şəkildə keçə biləcəklərini, plomb vurulduqdan sonra Gürcüstan gömrüyündə nəqliyyat vasitəsinin yenidən yoxlanılmadığını, Gürcüstanın gömrük sərhədini keçdikdən sonra Azərbaycan Respublikasının “Qırmızı körpü” gömrük postunda ilkin olaraq sənədləşmə üçün onlardan yük sənədlərinin götürüləcəyini, sənədləşmə başa çatdıqdan sonra rentgen qurğusunda yoxlamadan keçməli olduqlarını, gömrük sərhədindən rentgen qurğusuna görə məsafə olduğunu və növbə olduğuna görə rentgen qurğusundan təxminən bir gün ərzində yoxlamadan keçiriləcəklərini, bu bir gün ərzində pirotexniki məmulatları yaxınlıqda yer taparaq, heç kim görmədən həmin yerə boşaldıb əvəzinə yenidən kartof yükü yüklədikdən sonra geri qayıdıb maşını gömrükdə rentgen qurğusundan keçmələrini, ardınca pirotexnikaları boşaltdıqları yerə qayıdaraq yenidən plombu zədələmədən pirotexniki vasitələri maşına yükləmələrini, priotexniki vasitələri götürdükdən sonra yolda bir yer təyin edərək pirotexniki vasitələri yenidən tez həmin yerə boşaldıb yerinə kartof yükü taparaq yükləyib təyinat gömrük orqanı istiqamətində yollarına davam etmələrini, amma bunu tez bir zamanda etməli olduqlarını, bir yerdə çox dayandıqları təqdirdə GPS izləmə cihazına əsasən gömrük orqanına onların uzun müddət bir yerdə dayandıqlarının məlum olacağını, buna əsasən gömrük əməkdaşlarının dayandıqları yerə gələrək onları yoxlaya biləcəkələrini, təyinat gömrük orqanında kartofu təhvil verdikdən sonra pirotexnikaları saxladıqları yerə gedərək onları götürmələri barədə məlumatları söyləmişdir. Cavad ondan hansı səbəbdən məhz kartof yükü almalarını soruşduqda o, həm Gürcüstanda kartof tapmağın asan olduğunu və beləliklə Azərbaycana tez bir zamanda gedə biləcəklərini, həm də yol boyu bir neçə dəfə kartof yükü boşaltmalı olduqlarını, kartof ucuz olduğuna görə çox zərər olmaması üçün kartof yükü götürmələrini demişdir. Həmin vaxt o, onlara plombu hansı şəkildə zədələmədən açmalarını söyləməmiş, Cavad özü bunu həll edə biləcəyini bildirmişdir. Bununla da aralarında olan danışıq başa çatmış, onlar nəqliyyat vasitəsi, pirotexniki vasitə və kart yükü tapmaq üçün vaxt lazım olduğunu deyib getmişlər. O, sərhədə yaxın yerdə işlədiyindən, daimi olaraq ayrı-ayrı sürücülərlə ünsiyyətdə olduğundan gömrük prosedurlarını necə həyata keçirildiyini yaxşı bilir, buna əsasən də o, təsvir etdiyi şəkildə pirotexniki vasitələri gömrük sərhədindən aşkar edilmədən keçirə biləcəklərini düşünmüşdür. Bundan sonra 2018-ci ilin təxminən noyabr ayının əvvəllərində Əli onunla danışaraq aparmaq istədikləri pirotexniki vasitələri tapdıqlarını, onların çəkisinin təxminən 7 ton olduğunu, onları hazırda xatırlamadığı anbara yerləşdirdiyini, onun 17-20 qutuluq pirotexniki vasitələrini də həmin anbara yerləşdirmək istədiyini söyləmiş, bu zaman o, Əli ilə işlədiyi yerin yaxınlığında olan anbarda görüşmüş və özünə məxsus pirotexniki vasitələri Əliyə təhvil vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavad markası və qeydiyyat nişanını dəqiq bilmədiyi, yük yerinə kartof yüklənmiş, özlərinə məxsus yük nəqliyyat vasitəsi ilə pirotexniki vasitələrin saxlanıldığı anbara getmiş, orada Cavad, Oqtay, Əli və Cavadın sürücüsü kimi tanıdığı Sətdar olmuş, orada pirotexniki vasitələri dediyi formada nəqliyyat vasitəsinə yükləmişlər, ardınca Gürcüstan gömrük sərhədindən pirotexniki vasitələri aşkar edilmədən keçirmişlər, həmin vaxt nəqliyyat vasitəsini Sətdar idarə etmiş, Oqtay, Əli və Cavad onu müşayiət etmişlər. 13 noyabr 2018-ci il tarixdə “Qırmızı körpü“ gömrük postunda keçirilmiş yoxlama zamanı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Aşkar edilən malların təxminən 17-20 ədədi ona, qalan hissəsi isə bildiyi qədəri ilə Oqtay, Cavad və Əlinin olmuşdur. O, düşünmüşdür ki, ona məxsus pirotexniki vasitələr Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra o, əlaqələri vasitəsilə müştəri taparaq onları satıb gəlir əldə edər. O, sadalanan şəxslərin pirotexniki vasitələri haradan əldə etmələrini bilmir, hadisədən çox vaxt keçdiyindən özünə pirotexniki vasitələri də haradan əldə etdiyini xatırlamır. O, həmçinin Cavada hər hansı hadisə baş versə, yəni pirotexniki vasitələr gömrükdə aşkar edilsə, gömrükdə tanış axtarıb tapa biləcəyini, bunu qaydasına qoyacağını vəd etmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 noyabr 2018-cı il tarixdə “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "xxxx" MMC-nin ünvanına mal müşayiət sənədləri üzrə 25200 kq kartof yükü gətirən “DAF” markalı, 99DJ787/99ZC556 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində pirotexniki vasitələrin olmağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqliyinin yoxlanılması üçün qeyd edilən tarixdə həmin nəqliyyat vasitəsi nəzarətə götürülmüşdür. 13 noyabr 2018-ci il tarixdə təxminən saat 07:40 radələrində qeyd olunan nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna daxil olduqdan sonra o, işlədiyi şöbənin digər bir əməkdaşı Şahid1 ilə birlikdə nəqliyyat vasitəsinin sürücüsü, şəxsiyyəti sonradan ona məlum olan X5 yaxınlaşaraq özlərini təqdim etmişlər və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün onu idxal xəttindən kənara sürməsini bildirmişlər. Bundan sonra hal şahidləri dəvət edərək Sətdar Sətdərova nəqliyyat vasitəsinə baxış keçiriləcəyini söyləyib nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı malın olub-olmamasını soruşmuşlar, Sətdar Sətdərov isə cavab olaraq nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə “Qırmızı Körpü” gömrük postunun ərazisində baxış keçirmiş və baxış zamanı X2 idarə etdiyi “DAF” markalı, 99DJ787/99ZC556 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş şəkildə sayları çox olduğundan dəqiq yadında qalmadığı sayda pirotexniki vasitələr aşkar edilmişdir. Həmin predmetlər götürülərək protokol tərtib olunmuş və həmin protokola bütün iştirakçılar imza etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 noyabr 2018-cı il tarixdə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 noyabr 2018-ci il tarixdə “DAF” markalı, dövlət nömrə nişanını hal-hazırda xatırlamadığı nəqliyyat vasitəsini nəzarətə götürmüşlər. Onlar həmin nəqliyyat vasitəsini idarə edən X1 nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı malın olub-olmamasını soruşmuşlar, Sətdar Sətdərov nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. Sonra həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş şəkildə çoxsaylı qutularda pirotexniki vasitələr aşkar edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Mirzoev Alı ifadəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyindən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində olan cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Təqsirləndirilən şəxs ilə uzaq qohumluq münasibətləri var. Təqsirləndirilən şəxs pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatı var. Həmin pirotexniki vasitələri qaçaqmalçılıq yolu Şahid8 keçirmişdir. Ancaq Təqsirləndirilən şəxs onlarla əlaqəsinin olubolmaması barədə məlumatı yoxdur. Şahid Mirzoev Alı daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, bazarda pirotexniki vasitələri satmaqla məşğul olur. Həmin vaxt Şahid8 bazarda işləyən bir nəfər vasitəsilə onunla əlaqə saxlamış və bildirmişdir ki, “uşaqlar Azərbaycana mal keçirir, sən kimdə bu malların olduğunu tanıyırsan” deyə kömək etməyini istəmişdir. Ondan pirotexniki vasitələri gömrükdən keçirəcəklərini demişdilər. O, pirotexniki vasitələri konkret kimin alıb, hara aparması ilə maraqlanmamışdır, onun əsas işi pirotexniki vasitələri satmaqdır. O, həmin şəxslərin pirotexniki vasitələri Azərbaycana aparacaqlarını əvvəlcədən bilirmiş, çünki onların arasında Azərbaycan vətəndaşları da olmuşdur. O, pirotexniki vasitələri alan şəxsləri tanımamışdır. O, həmin şəxslərdən Oqtayı, Daşqını tanımışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 noyabr 2018-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol”dan görünür ki, Tovuz Gömrük İdarəsinin (əvvəlki Qərb Ərazi Baş Gömrük İdarəsinin) “Qırmızı körpü” gömrük postunda tərtib edilmiş həmin protokolda 13 noyabr 2018-ci il tarixdə, saat 07:40 radələrində Gürcüstandan Azərbaycan Respublikasına DAF” markalı, 99DJ787 nömrə nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, 99ZC556 dövlət nömrə nişanlı yarımqoşqu ilə daxil olan X8 ilə şifahi sorğu-sual aparılaraq ondan idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı malın olub-olmaması soruşulmuş, o isə cavab olaraq belə malların olmadığını bildirmişdir. Bunun ardınca qeyd edilən dartıcı və onun qoşqusuna baxış keçirilmiş və bu zaman dartıcıya yüklənmiş kartof məhsullarının arxasında gizlədilmiş (sayı və digər əlamətləri protokolda qeyd edilmiş) çoxsaylı pirotoxeniki vasitə və fişənglər aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild 1, səh.12-14). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2018-cu il tarixli, 30053/30054 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər səs effekti yaratmaq və kinopirotexniki məqsədlər üçün istifadə olunan vasitələrdir, petardalar-fişənglərdir, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş səs effektinə malik pirotexniki vasitələrin (petardaların) və fişənglərin ümumilikdə orta bazar qiyməti 180079 manat təşkil edir. Rəydən görünür ki, üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngdən başqa tədqiqata təqdim edilmiş fişənglərin hər birindən 01 ədəd, üzrəində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngdən isə 96 ədədi tədqiqata sərf edilmişdir. Beləliklə qalıq fişənglərin sayı 237 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 239 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 49 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 189 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 239 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 119 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 79 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 2999 ədəd üzərində “5 X18 85” sözləri yazılmış, 49 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 191 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2279 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1399 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 549 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 159 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1435 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 119 ədəd üzərində “5 X18 125” sözləri yazılmış, 79 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 79 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 939 ədəd üzərində “X16” sözləri yazılmış, 4944 ədəd üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış pirotexniki vasitələr (petardalar) və fişənglərdir. Bundan əlavə 10560 qutu üzərində “EK 0201E 60 PCS“, 200 qutu üzərində “X21 Ek 23“, 86640 qutu üzərində “X20 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin (petardalar) hər birindən 2 qutu olmaqla, cəmi 6 qutu ekspert tədqiqatına təqdim edilmiş və tədqiqat zamanı hər qutudan 20 ədəd petarda sərf edilmişdir. Beləliklə, 10559 ədəd tam qutu və 20 ədəd üzərində “EK 0201E 60 PCS“ yazılmış petarda, 86639 tam qutu və 20 ədəd üzərində “X20 0201” sözləri yazılmış petarda, 199 qutu üzərində “X21 Ek 23“ sözləri yazılmış petarda qalıq təşkil etmişdir (iş vərəqə: cild 1, səh.47-53). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 yanvar 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hər biri Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Şahid6 xx.xx.2018-ci il tarixdə saat 00:38-də, Şahid8 xx.xx.2018-ci il tarixdə saat 19:07-də, Mirzoev Alı xx.xx.2018-ci il tarixdə saat 01:32-də Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişlər, daha sonra hər biri Sadıqlı sərhəd nəzarət məntəqəsindən keçməklə adları çəkilən şəxslər xx.xx.2018ci il tarixdə müvafiq olaraq saat 19:35, 19:34 və 19:33-də Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar, bunun ardınca hər biri Sadıqlı sərhəd nəzarət məntəqəsindən keçməklə həmin şəxslər qeyd edilən tarixdə müvafiq olaraq saat 21:40, 21:40 və 21:38-də Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmişlər, bundan sonra hər biri Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə göstərilən şəxslər xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 03:48, 03:45 və 03:47-də Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuşlar. Bundan başqa, X7 xx.xx.2018-ci il tarixdə saat 20:21-də idarə etdiyi “DAF” markalı, 99DJ787 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmiş, ardınca xx.xx.2018-ci il tarixdə, saat 07:37-də eyni nəqliyyat vasitəsi ilə həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuşdur (iş vərəqə: cild 1, səh.100-114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 fevral 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Mırzoev Alı tərəfindən təqdim edilmiş 02 vərəqdən ibarət ödəniş sənədlərinin tərcüməsindən Müdafiəçi2 tərəfindən xx.xx.2018ci il tarixdə, saat 19:04-də “Enigma LTD Fireworks Georgia” şirkətindən 48960 ədəd EK0201 adlı və **********009 kodlu mallar, 19:08-də isə 23040 ədəd yenidən həmin adlı və kodlu mal aldığı müəyyən edilmişdir. Adı çəkilən şirkətə məxsus www.enigmafireworks.com internet səhifəsinə baxış keçirdikdə şirkətin atəşfəşanlıq üçün nəzərdə tutulmuş malların istehsalı və idxalı ilə məşğul olduğu məlum olmuşdur. Bundan əlavə, cinayət işinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Sətdar Sətdərovun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş pirotexniki vasitələrdən biri də üzərində “EK0201E 60 PCS” yazılmış pirotexniki vasitə olmuşdur. Beləliklə də, qeyd edilən iki sənəddə yazılmış malların adı ilə “EK0201E 60 PCS” adlı pirotexniki vasitənin adının oxşarlıq təşkil etdiyi müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 179). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 mart 2019-cu il tarixli “baxış keçirilməsi haqqın protokol”dan görünür ki, Müdafiəçi2 xx.xx.2018-ci il tarixdə saat 19:37-də Balakən sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 15:42-də Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, ardınca xx.xx.2018-ci il tarixdə saat 16:10-da Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisindən çıxmış və həmin tarixdə saat 20:38-də qeyd edilən sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə gəlmiş, daha sonra xx.xx.2018-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş və həmin sərhəd nəzarət məntəqəsindən keçməklə xx.xx.2018-ci il tarixdə saat 03:45-də, yəni Şahid8, Şahid6 və Mirzoev Alının həmin tarixdə eyni sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycana gəlmə vaxtları ilə təqribən eyni vaxtda (2-3 dəqiqəlik fərqlə) Gürcüstandan Azərbaycan Respublikasının ərazisində daxil olmuşdur (iş vərəqə: cild 1, səh.202-206). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 mart 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Şahid8 anket məlumatları və xarici görünüşü barədə məlumat verdiyi Gürcüstan vətəndaşı “X3”nun anket məlumatları və sərhədkeçmə məlumatlarının müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (“İAMAS SERVİCE”-ə) baxış keçirilmişdir. İfadəsi alınmış Şahid8 “X6”nun 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, kişi cinsli Gürcüstan vətəndaşı olduğunu bildirdiyindən Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Hüquqpozmalar” bölməsindəki “Xidməti məlumatlar” alt bölməsinə qeyd edilən məlumatlar daxil edilərək axtarış həyata keçirilmişdir. Göstərilən anket məlumatlarına uyğun olaraq aparılmış axtarış nəticəsində bu məlumatlara uyğun yalnız bir şəxs müəyyən edilmişdir. Qeyd edilən şəxsin anket məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1987-ci il tarixdə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxsdır (Pasport: 15BB11100). O, 2018-ci il ərzində Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə ümumilikdə dörd dəfə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olaraq geri qayıtmışdır. O, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə saat 13:57-də həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişdir (iş vərəqə: cild 1, səh.235-238). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 mart 2019-cu il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxsin fotoşəkili oxşar dörd şəxsin fotoşəkillərinin arasında birinci yerə qoyularaq tanınması üçün Şahid6 təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillər arasında birinci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir (iş vərəqə: cild 1, səh.239-240). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 mart 2019-cu il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxsin fotoşəkili oxşar dörd şəxsin fotoşəkillərinin arasında birinci yerə qoyularaq tanınması üçün Şahid8 təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillər arasında birinci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir (iş vərəqə: cild 1, səh.241-242). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 iyun 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mirzoev Alının istifadəsində olan ***-***-**-**, +**********06 və +**********36 saylı, Şahid6 istifadəsində olan ***-***-**-** və +**********56 saylı, X2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Şahid8 istifadəsində olan ***- ***-**-** saylı, Təqsirləndirilən şəxs istifadəsində olan +**********93 saylı və Müdafiəçi2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında 2018-ci ilin oktyabr və noyabr ayları ərzində çoxsaylı telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.98-157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 iyun 2019-cu il tarixli “vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, X7 idarə etdiyi 9DJ787 dövlət nömrə nişanlı, DAF markalı dartıcı və ona qoşulmuş 99ZC556 dövlət nömrə nişanlı, SCHMİTZ markalı qoşqu ilə xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində tərk etmiş və 13 noyabr 2018-ci il tarixdə qeyd edilən dartıcı və qoşqu ilə həmin gömrük postundan keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur (iş vərəqə: cild 2, səh.161-164). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyul 2023-ci il tarixli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 6, səh.83). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid8 və Sətdar Sətdərov cinayət əməlini törətdikdən sonra öldüklərindən Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1ci maddəsinin tələbinə əsasən onlara cəza təyin edilməmiş, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəllənin 62-ci maddəsi ilə tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətə, 213-1.2.1-ci maddəsi üzrə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild 5, səh.233-250). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan olunmuşdur (iş vərəqə: cild 4, səh.176-178), daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəlinin tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülməsi qərara alınmışdır (iş vərəqə: cild 4, səh.224-229). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 06 iyul 2023-cü il tarixdə saxlanılmış və Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vərəqə: cild 5, səh.226). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 06 iyul 2023-cü il tarixdən hesablanmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqə: cild 6, səh.46-48). Cinayət işinin materiallarına əlavə edilmiş “sağlamlıq vəziyyəti haqqında tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs B12-1, xroniki hepatit B xəstəliklərindən əziyyət çəkir (iş vərəqə: cild 6, səh.62). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç nəfər uşaqlarından biri yetkinlik yaşına çatmayandır (iş vərəqə: cild 6, səh.65-69). Cinayət işinin materiallarına əlavə yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cinayət işinin materialları) Beləliklə, məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində onun iştirakına və təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları Şahid8, Şahid6, X7, Gürcüstan vətəndaşı Mırzoev Alı, onların vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşı Müdafiəçi2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda pirotexniki vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirməkdə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları qiymətləndirən məhkəmə kollegiyası, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin tövsifinə dair gəldiyi qənaətlə razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, barələrində artıq məhkəmənin hökmü çıxarılmış Şahid8, Sətdar Sətdərov, Şahid6, Müdafiəçi2 tərəfindən qaçaqmalçılıq cinayət əməli törədilərkən həmin cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, yəni o, cinayət əməli törədilərkən həmin cinayət əməlinin törədilmə üsul və vasitələri ilə əlaqdar məsləhətləri və məlumatları ilə yardım etməklə köməkçi qismində iştirak etmiş, bu məqsədlə tanışları Şahid8, Sətdar Sətdərov, Şahid6, Müdafiəçi2 ilə və digərləri ilə cinayət əlaqəsinə girmiş, həmin şəxslərə qaçaqmalçılıq yolu ilə pirotexniki məmulatları Azərbaycana keçirərək satacağı təqdirdə yaxşı pul qazana biləcəyini, pirotexniki vasitələri gömrük sərhədindən hansı şəkildə keçirdiyi təqdirdə aşkar edilməyəcəyini, onun planı ilə heç bir problem olmadan qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələri Gürcüstandan Azərbaycana keçirə biləcəklərini söyləmiş, pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hansı şəkildə keçirəcəkələrini ətraflı və planlı şəkildə izah etmiş, Gürcüstandan kartof almalarını, kartof nəqliyyat vasitəsinə yükləndikdən sonra maşını idarə edərək Gürcüstan gömrüyünün qarşısına gətirmələrini, orada bir sıra sənədləri alaraq yükə dair sənədləri hazırladıqdan sonra kartof yükünün pirotexnikanın çəkisinə uyğun gələn hissəsini plombu zədələmədən yerə boşaldıb onun əvəzinə həmin boşaldılan kartofun çəkisinə uyğunlaşdıraraq qoşquya pirotexniki məmulatları yükləmələrini və cinayətin törədilməsi ilə bağlı digər üsul və vasitələrlə bağlı məsləhətlər və məlumatlar vermiş və onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.5-cü maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və ya hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti icraçının hərəkətləri formalaşdırır və törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə təqsirli bilinməsi məhz hazırki iş üzrə cinayət əməlinin törədilməsində icraçı qismində iştirak etmiş və Şahid8, Sətdar Sətdərov, Şahid6, Müdafiəçi2 törətdikləri cinayət ilə şərtləndirildiyindən, həmçinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edildiyindən Təqsirləndirilən şəxs cinayət əməlinin Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad etməklə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri tövsif edilməli və o, həmin maddələr üzrə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onun B12-1, xroniki hepatit B xəstəliklərindən əziyyət çəkməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onun cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyinə görə cəza təyin edərkən qaçaqmalçılıq cinayətinin törədilməsində onun faktiki iştirakının xarakterini və dərəcəsini, həmin cinayət əməlinin törədilməsində onun köməkçi qismində iştirak etməsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, törədilmiş cinayət əməlinin əsas icraçılarına Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəllənin 62-ci maddəsi ilə tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmçinin Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətə, 213-1.2.1-ci maddəsi üzrə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi nəzərə alınmaqla, yəni cinayətin əsas iştirakçılarına (icraçılarına) məhkəmənin hökmü ilə təyin edilmiş cəza ilə müqayisəli şəkildə köməkçi qismində iştirak edən şəxsə cəza təyin edilməsi cəzanın cinayət qanunu ilə müəyyən edilmiş məhkumun islah edilməsi məqsədinin tələblərinə uyğun olması ilə yanaşı, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinin təmin edilməsi baxımından, həmçinin cinayət qanununun qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə də uyğun olar. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edildikdə belə, Təqsirləndirilən şəxs cinayətin törədilməsində köməkçi qismində iştirak etməsi nəzərə alınarsa, həmin cəzanın törədilmiş cinayətin əsas iştirakçılarına (icraçılarına) müqayisədə daha ağır cəzanın təyin edilməsi ilə nəticələnəcəyinə və bu hal təqsirləndirilən şəxsə cəzanın məqsədlərinə açıq-aşkar müvafiq olmayan cəzanın təyin edilməsi ilə və Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsiplərinin pozulması ilə nəticələnmiş olacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cinayət məsuliyyətinin prinsiplərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını, törədilmiş cinayətin əsas iştirakçılarına (icraçılarına) məhkəmənin qanuni qüvvəyə minmiş digər hökmü ilə təyin edilmiş cəzanın həddini nəzərə alıb, həmçinin Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolunu (onun köməkçi qismində iştirak etməsini), eyni zamanda təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onun B12-1, xroniki hepatit B xəstəliklərindən əziyyət çəkməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını nəzərə alaraq, həmçinin onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023-cü il tarixdə tutularaq həbs edilmiş və barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, yəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırki tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və Təqsirləndirilən şəxs cəzasını çəkilməsi hissəsində həbsdə və ev dustaqlığında olduğu müddətlə kifayətlənilməsini məqsədə müvafiq hesab edir. Odur ki, Təqsirləndirilən şəxs hazırki tarixədək həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməli və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə cinayət qanununun həmin müddəalarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xarici dövlətin vətəndaşı olsa da, onun Azərbaycanlı olmasını və əksər yaxınlarının Azərbaycan Respublikasında yaşamasını nəzərə alaraq həmin əlavə cəzanın onun barəsində təyin edilməməsini qanunamüvafiq və məqsədəuyğun hesab edir. Bundan başqa, maddi sübut kimi tanınmış 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 3000 ədəd üzərində “5 X18 85” sözləri yazılmış, 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2280 ədəd üzərində “Roman Candle 100 shots SF- 393” sözləri yazılmış, 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 120 ədəd üzərində “5 X18 125” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 940 ədəd üzərində “X16” sözləri yazılmış, hər bir qutunun içərisində 144 ədəd, cəmi isə 5040 ədəd təşkil edən, 35 qutu üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngləri və hər bir qutunun içərisində 40 ədəd, cəmi isə 8000 ədəd təşkil edən, 200 qutu üzərində “X21 Ek 23“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə 633600 ədəd təşkil edən, 10560 qutu üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə ******* ədəd təşkil edən, 86640 qutu üzərində “X20 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin digər cinayət işi üzrə çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 190 manat pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edildiyi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 iyul 2023-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 3000 ədəd üzərində “5 X18 85” sözləri yazılmış, 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2280 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 120 ədəd üzərində “5 X18 125” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 940 ədəd üzərində “X16” sözləri yazılmış, hər bir qutunun içərisində 144 ədəd, cəmi isə 5040 ədəd təşkil edən, 35 qutu üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngləri və hər bir qutunun içərisində 40 ədəd, cəmi isə 8000 ədəd təşkil edən, 200 qutu üzərində “X21 Ek 23“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə 633600 ədəd təşkil edən, 10560 qutu üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə ******* ədəd təşkil edən, 86640 qutu üzərində “X20 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin digər cinayət işi üzrə çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 190 manat pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edildiyi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar