Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-167/2025 20.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin və müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, təqaüdçü, məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 8,002 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamış, 03 yanvar 2024-cü il tarixdə, saat 13:55 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib, üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən yəni əynində olan qara rəngli gödəkcənin sağ iç yan cibindən satış məqsədi ilə saxladığı 06 ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 0,853 qram, 1,749 qram, 1,296 qram, 1,057 qram, 1,149 qram ümumi təmiz çəkisi 8,002 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq üzərinə qoyulmuşdur. Belə ki, O Bərdə rayon icra hakimiyyəti Başçısı və Bərdə rayon Polis şöbəsinin rəhbərliyinin ünvanına “youtube” platformasında tənqidi məzmunlu çıxışlar etdiyi üçün onu 2023-cü ilin sonunda dekabr ayının 3-cü ongünlüyündə Bərdə rayon polis şöbəsinə çağırıb bu işlərdən əl çəkməyi, polis rəisinin və icra başçısının adını çəkməməyi, əks halda tutulacağını demişlər. Bundan sonra o müxtəlif ünvanlara və ölkə başçısına xəbərnaməli məktublar göndərmiş, son dəfə də xx.xx.2024-cü ildə “youtube” da çıxış edərək ümummilli lider Heydər Əliyevin qurub yaratdığı Bərdəni polis rəisi və icra başçısının narkomaniya yuvasına çevirdiyini özlərini xan kimi apardıqlarını demişdir. Çıxışından qısa müddət, təxminən yarım saat sonra evinə soxulan 2 nəfər mülki geyimli polis onu qızı və arvadının yanında zorla Bərdə rayon Polis Şöbəsinə aparmış orada olduğu müddətdə aşağı-yuxarı apararaq yormuş, qocalığına, xəstə və İİ qrup əlil olmasına əhəmiyyət verməyib ona qeyri-insani rəftar etmiş, narkotik vasitəni zorla cibinə qoymuşlar. O, razılaşmasa da, polislər hal şahidi tapıb gətirmiş, qəbul etmədiyi üçün çəkiliş apararaq guya narkotik vasitənin üzərindən çıxmasını təsdiq etmişlər. Aparılmış çəkilişdə də narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, edilən hərəkətlərə etiraz etmişdir. Lakin onu dinləməmiş, sanksiyaya çıxarmış və həbs etmişlər. Bundan sonra müxtəlif ünvanlara yazılı çoxsaylı müraciətlər göndərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, üzərindən aşkar olunmuş bükülülər ona məxsus deyil və o, narkotik vasitə istifadəçisi olmamış, narkotik vasitəni üzərinə Bərdə RPŞ-nin əməkdaşı İdris adlı polis əməkdaşı qoymuşdur. Narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Məhkəmədən ona bəraət verilərək azad edilməsini istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri İ.Qayıbov küçəsində yaşayır, evli və təqaüdçüdür. xx.xx.2024-cü il tarixdə günorta evdə olarkən onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə bir neçə nəfər mülki geyimli şəxslər gəlmiş və həmin şəxslər yaşadığı evin içərisinə girib ona yaxınlaşmış, çarpayıda yatarkən əlinə qandal bağlayaraq və heç bir səbəb göstərmədən onlarla birlikdə polis şöbəsinə aparılmışdır..... O, polis şöbəsində olarkən tanımadığı mülki geyimli şəxslər onun üstünə qışqıraraq hansı səbəbdən videoçəkliş aparıb sosial şəbəkələrdə yaydığını soruşmuş, bu zaman O, X7ruculuq siyasətinə qarşı Bərdə rayon ərazisində baş verən qanunsuzluqlara qarşı çıxış etdiyini, həmin videoçəkilişdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı və Bərdə rayon polis şöbəsinin rəisindən şikayət etdiyini bildirmişdir. Onu otağa gətirərkən bir nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşmış və əvvəl götürdüyü ona məxsus “Samsung” markalı mobil telefonu gödəkçəyə qoyacağını demiş, etiraz etsə də, onu otaqdan çıxarıb dəhlizdə qollarını tutmuş, tanımadığı bir nəfər şəxs mobil telefonla bərabər narkotiki də əynində olan qara rəngli gödəkcənin cibinə qoymuş, bunu sonradan bilmişdir. Onu təkrar otağa salmış, aparılan çəkilişdə 2 nəfər polisin öz adamı olan muzdlu şəxslər də olmuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibinə əlini salıb orada olan sellofan paketdəki kütləni çıxararaq yerə atmış və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra həmin sellofan bükülü polis əməkdaşı tərəfindən yerdən götürülmüş və içərisinə baxış keçirilmiş.... elektron tərəzidə çəkilmişdir.... özünün verdiyi “Metrofix” yazısı olan “diabet” üçün nəzərdə tutulan dərman preparatı və ona məxsus “Samsung” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQN-nin baş əməliyyat müvəkkili işləmiş Şahid1 göstərmişdir ki, Bərdə şəhəri İ.Qayıbov küçəsi məhəllə 6, ev 1də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 03 yanvar 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs həmin gün günorta saatlarında Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılıb Polis Şöbəsinə aparılmışdır. Vəkil çağırılmış və üzərinə hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş üzərində qanunsuz saxladığı əşya varsa, verməsi təklif edildikdə qara rəngli gödəkcənin sağ iç cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütləni əli ilə çıxarıb əsəbi formada yerə atmış və həmin kütlənin ona məxsus olmadığını, polis şöbəsində cibinə qoyulduğunu bildirmişdir. Həmin kütlə açılmış, içində digər xırda bükümlər aşkar edilmiş, tərəzi ilə çəkilib qablaşdırılmışdır. Şifahi sorğu sual zamanı narkotik vasitəni haradan əldə etməsi soruşulanda həmin kütlənin onun tərəfindən üzərinə qoyulmasını bildirmişdir. Bundan sonra üzləşdirmə də aparılmış və bunu inkar etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən evinin yaxınlığında küçədə 03 yanvar 2024-cü ildə nahar vaxtı saxlamış, qrupun üzvləri Şahid2, Şahid4 olmuşdur. Şəxsi “Hundai sonata” markalı **-AP-*** dövlət nömrə nişanlı avtomobill polis şöbəsinə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs arxada ortada, Şahid2 sağ və Şahid4 isə solunda oturmuşlar. Məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 şahid İdris Əhmədovla eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs qarşı özləri və digər polis əməkdaşları eləcə də qeyri şəxslər tərəfindən hansısa zorakılıq edilmədiyini, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni özünə məxsus olmadığını desə də, çəkiliş vaxtı cibindən çıxarıb yerə atdığını bildirmişlər. Onun üzərinə polis tərəfindən hər hansı narkotik vasitə qoyulmadığını, ədavətləri olmasa da, təqsirləndirilən şəxsin göstərdiklərinin onlar tərəfindən saxlanması ilə əlaqədar onlara qarşı aqressiv olması ilə əlaqələndirmişlər. Məhkəmədə ifadə verən şahid qismində dindirilmiş X4 göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan tanışı X9 ilə birlikdə Bərdə şəhərində yerləşən “Kapital Bank”a getmək üçün Bərdə rayon polis şöbəsinin qabağından keçəndə bir nəfər mülki geyimli şəxs yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim etmiş, bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini deyib razı olarlarsa, iştirak etmələrini demişdir. O və tanışı Bəxtiyar buna etiraz etməyib Bərdə rayon polis şöbəsinə girmiş, onlar dəvət edən şəxslə otağa girəndə orada bir neçə nəfər şəxsin olduğunu görmüşlər. Həmin vaxt formada olan şəxs onlara otaqda olan yaşlı kişinin üzərinə baxış keçiriləcəyini bildirmiş və video çəkiliş aparıldığını demişdir. Özlərini təqdim etdikdən sonra otaqda olan adını sonradan öyrəndiyi Zahid adlı şəxsdən masaya yaxınlaşması və üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuş, həmin şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd sellofan bükülü çıxardaraq yerə atmış, ona məxsus olmadığını demişdir. Polis əməkdaşı həmin sellofan bükülünü yerdən götürmüş və içərisini açdıqda içində bir neçə ədəd qara rəngli sellofan paket olmuşdur. Həmin sellofan bükülülər, dərman və şəxsin telefonunu polislər götürmüşlər. Məhkəmədə dindirilmiş cinayət işi üzrə digər hal şahidi olmuş X9 da eyniməzmunu ifadə verərək göstərmişdir ki, Əmirxanla polis şöbəsinə daxil olub otaqlardan birinə girəndə polis formasında olan şəxs onla otaqda olan yaşlı kişinin üzərinə baxış keçiriləcəyini, video çəkiliş aparılacağını demişdir. Özlərini təqdim etdikdən sonra otaqda olan adını sonradan öyrəndiyi Zahid adlı şəxs bir ədəd sellofan bükülü çıxarıb əsəbi formada yerə atmışdır. Özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demişdir. Həmin bükümün içində də açılanda bir neçə ədəd büküm olmuş, Zahidin üzərində digər polis əməkdaşı axtarış keçirsə də, başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Özü əvvəllər narkotik vasitə qəbul etdiyi üçün müalicə almışdır və atasıgildən ayrı yaşayır. 02 yanvar 2024-cü ildə o, qardaşı Ruslanla Bakı şəhərinə gözündə olan xəstəliklə əlaqədar “Dünya göz” klinikasına müayinəyə getmiş, 04 yanvar 2024-cü ildə Bərdəyə qayıtmış, atasının saxlanıldığını öyrənmişdir. Məhkəmədə dindirilmiş digər Şahid6 da qardaşı Şahid5la eyniməzmunlu ifadə vermiş, qardaşı və özü əvvəllər narkotik maddə istifadə etsə də, atasının narkotiklə əlaqəsi olmadığını, narkotikə görə saxlanıldığını eşidəndə inanmadığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, əri Təqsirləndirilən şəxs saxlanıldığı gün polis əməkdaşları tərəfindən günorta vaxtı evdən qoluna qandal taxılaraq polis əməkdaşları tərəfindən maşına qoyulub aparılmışdır. Sonradan onun gödəkçəsini də evdən götürüb polis şöbəsinə aparmış, onlara isə arxası ilə gəlməməyi demişlər. Sonradan ərinin heç bir sübut olmadan polis tərəfindən narkotiklə şərlənərək tutulduğunu öyrənmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş digər əlavə şahid X6 göstərmişdir ki, atası aparılarkən o evdə digər otaqda olmuşdur.Atası evdə yatdığı paltarda aparılmış, etiraz etsələr də, polis əməkdaşları onlara fikir verməmiş, sakit olmağı, maneçilik törətməməyi demişlər. Sonradan isə atasına saxta narkotik ittihamı verildiyini və məhkəmənin qərarı ilə həbs olunduğunu öyrənmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan və həmin tarixli qərarlardan görünür ki, Bərdə şəhəri, İ.Qayıbov küçəsi məhəllə 6 ev 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuş həmin tarixdə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:55-də saxlanaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2024-cü il tarixli 16/8 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə şəhəri İ.Qayıbov küçəsi məhəllə 6 ev 1-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 06 ədəd qara rəngli sellofan bükülüdə olan kütlə..” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündəki, 6(altı) ədəd qara rəngli politilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 0,853 qram, 1,749 qram, 1,296 qram, 1,057 qram, 1,149 qram ümumi təmiz çəkisi 8,002 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir . Qeyd: Heroinin təmiz çəkisi 8,002 qram, qalıq çəkisi 7,702 qram İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 23 fevral 2024-cü il tarixli 3-16-16/2-6/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 X10 №1”dairəvi möhür əksi olan “Bərdə şəhəri İ.Qayıbov küçəsi məhəllə 6...Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Metforix 1000mg” gösdəricisi olan konvalyutada 5 ədəd bütov, bir ədəd ½ hissə ağ rəngli dərman həbinin tərkibində olan komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istesalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 yanvar 2024-cü il tarixli protokol və əlavəsi olan 01 ədəd «DVD» diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan 06 (altı) ədəd qara rəngli sellofan bükümləri yerə atmış, həmin bükümlərin özünə məxsus olmadığını, polis əməkdaşı İdris tərəfindən üzərinə qanunsuz olaraq qoyulduğunu bildirmişdir. Həmin bükümlər, eləcə də aşkar edilmiş dərman vasitəsi və şəxsə məxsus “Samsung” telefonu qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “Samsung markalı mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı götürülmüş mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Həmin materiala əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizanın 30 yanvar 2024-cü il tarixli 12 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bərdə RPŞ-dən Təqsirləndirilən şəxs Bərdə RPŞ əməkdaşları tərəfindən üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması, eləcə də 2 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü ildə saat 12:10 radələrində təcridxanaya daxil olarkən sol bilək nahiyyəsində qançır xəsarəti aşkar edilməsi ilə bağlı rayon prokurorluğuna daxi olmuş məlumat əsasında cinayət hadisəsi olmadığı üçün Bərdə rayon prokurorluğunda toplanmış 02c-24 №li material üzrə Azərbaycan Respublikası CPM 39.1.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə üzərindən aşkar edilmiş 06 ədəd bükümdə olan heroini satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları olsa da, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş GSM nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatlarda (göndərən və hədəf nömrələrin İMEİ, İMSİ kodları, abonentlərin adları və s.) iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. İş materialarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RİHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli, 53 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekpsertizanın 11 yanvar 2024-cü il tarixli 37 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RMX PHŞ-nin 10 yanvar 2024-cü il tarixli 18-1-28/2-23/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RMX PHŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 18-1-28/2-23/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində xx.xx.2008-ci ildən “baş beyinin üzvi xəstəliyi nəticəsində pisixopata bənzər davranış, şəxsiyyət dəyişilməsi ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2024-cü il tarixli 32 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərək BAŞ BEYİNİN ÜZVİ XƏSTƏLİYİ, PSİXOPATABƏNZƏR DAVRANİŞLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs BAŞ BEYİNİN ÜZVİ XƏSTƏLİYİ, PSİXOPATABƏNZƏR DAVRANİŞLA XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da BAŞ BEYİNİN ÜZVİ XƏSTƏLİYİ, PSİXOPATABƏNZƏR DAVRANİŞLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz əməlini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmədə araşdırılan ƏƏSMN Bərdə rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 297167 № li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı İİ qrup əlildir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 (altı) ədəd qara rəngli politilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 0,853 qram, 1,749 qram, 1,296 qram, 1,057 qram, 1,149 qram ümumi təmiz çəkisi 8,002 qram olması, ekspertiza zamanı isə 0,3 qram (hər birindən 0,05 qr) istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 7,702 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əməliyyat kəsb etdiyindən maddi sübut kimi tanınmış və tanış etmədən sonra Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmiş, şəxsi axtarış zamanı götürülmüş “Metrofix” dərmanı isə Təqsirləndirilən şəxs, Samsung J610 markalı mobil telefon isə arvadı X2 qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İbtidai araşdırma və məhkəmə baxışında şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilib saxlanılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, satışla bağlı təqsirləndirilən şəxsə verilən ittiham başqa hər hansı sübutla təsdiq edilməyən əməliyyat məlumatı və əməliyyat tapşırığına cavab məktubu üzərində qurulmuşdur. Cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ rəhbərliyinə yazılmış xx.xx.2024-cü il tarixli təqrirdə isə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, satdığı şəxslərin dairəsini, həmçinin heroini hansı mənbədən, nə vaxt əldə etməsinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməliyyat müvəkkilləri Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olsa da, bunu təsdiqedici halı nə şəxs saxlanılana qədər, nə də sonrakı müddətdə əldə edə bilmədiklərini göstərmişlər. Təqsrirləndirilən şəxsin istifadəsində olan mobil telefon məlumatlarında isə onun narkotik vasitələrin alqı-satqısı, istehlakı ilə bağlı hansısa yazışma (sübut) müəyyən edilməmiş, əməliyyat tapşırığına cavab məktubundan isə onun satdığı şəxslərin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, yalnız narkotik vasitənin miqdarı və bükümlərin sayı şəxsin subyektiv satış niyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından və şahidlərin məhkəmə baxışında verdiyi ifadələrindən də görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar heroinin külli miqdarda və ayrı-ayrı bükümlərdə olması əsas götürülmüş, lakin nəzərə almamışdır ki, aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətini təsdiq edən hər hansı obyektiv və subyektiv hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən videogörüntüdən də görünür ki, təqsirləndirilən şəxsin yerə atdığı narkotik vasitələr kifayət qədər möhkəm bağlanılmış və ancaq tətbiq edilən güclü fiziki təzyiqdən sonra açılması mümkün olmuşdur. İbtidai araşdırma zamanı ittiham tərəfindən satış niyyətini təsdiq edən hər hansı sübut nə iş materiallarına əlavə edilməmiş, nə də məhkəmə baxışı zamanı satışla bağlı şəxsin niyyətini təsdiq edəcək digər ağlabatan sübut təqdim edilməmiş satışla bağlı hissədə verilən ittiham heçnə ilə təsdiq olmayan subyektiv mülahizələr toplsu olmuşdur. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli 14 №li plenum qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən mötəbər sübut (satış etdiyi, yaxud birlikdə narkotik vasitə istehlak etdiyi şəxslər mobil telefon zəngləri və sms yazışmalarda təsdiqedici hallar) sübut olmadığından və ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq şəxsin həmin niyyətini təsdiq edən məzmunda ifadə verməməsi (etiraf etməməsi) halda şəxsə ehtimallara əsasən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ittiham verilməsi və məhkəmədə müdafiə edilməsi ağlabatan ədalətli deyil. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, digər (məhkəmənin mülahizəsinə görə narkotik vasitə istifadəçisi olmuş oğlanlarından uzaqlaşdırmaq və sair oxşar) məqsədlə qanunsuz əldə edib daşımasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsi olmaqla, bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi imperativ norma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi xx.xx.2024-cü ildə yaşadığı evdə yatarkən digər polis əməkdaşları tərəfindən saxlanılıb qoluna qandal vurularaq polis şöbəsinə gətirilməsi, orada ona qarşı fiziki və psixoloji təzyiqlər göstərilməsi, sonradan ona verilən özünə məxsus gödəkçəyə mobil telefonla bərabər narkotik bükümlərin qanunsuz olaraq qoyulması, bunu ancaq aparılan şəxsi axtarış zamanı əlini cibinə salanda aşkar edib narkotik vasitəni yerə tullaması, narkotik ittihamı ilə tutulmasının Bərdə rayon icra hakimiyyəti başçısı və polis rəisini rayonda gördükləri qanunsuz işlər, narkomaniyanın tüğyan etməsi ilə əlaqədar “youtube” sosial şəbəkəsində təndiq etməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsi həmin hissələrdə digər sübutlarla təsdiqini tapmadığı, özünümüdafiə xarakteri daşıdığı və digər obyektiv sübutlar işin faktiki halları ilə inkar edildiyi üçün sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, aparılan videoçəkilişdə şəxs birbaşa olaraq hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərərkətlərə məruz qalmasını - üzərinə narkotik vasitə qoyulmasını göstərsə də, onun yaşadığı evdən yatdığı paltarda geyimdə aparılması, narkotik vasitənin üzərinə məhz əyninə geyindirilən gödəkçəyə mobil telefonla bərabər qoyulması barədə ümumiyyətlə hər hansı fikir bildirməmişdir. Məhkəmə qeyd edir ki, videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Həbs edilməsinin səbəbinin“youtube” sosial şəbəkəsində Bərdə RİH başçısı və Bərdə rayon Polis Şöbəsinin rəisinin ünvanına tənqidi fikir söyləməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, şəxsin ictimai-sosial sferada müşahidə etdiyi və olduğunu idda etdiyi qanunsuzluqlar və özbaşınalıqlarla bağlı hər hansı videoçəkiliş etməsi, yaxud buna fikir bildirməsinə görə əvəz çıxmaq (cəzalandırmaq) məqsədilə Bərdə rayon polis şöbə rəisi və Bərdə rayon icra hakimiyyətinin başçısı tərəfindən qərəzli olaraq həbs etdirilməsi faktını təsdiq edəcək heç bir sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Müdafiə tərəfi - təqsirləndirilən şəxs özünün məhkəməyə təqdim etdiyi poçt qəbzləri isə ancaq 2023-cü ilin dekabr ayının son 3 iş günündə (27-30 dekabrda) dövlət başçısı və müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələrinin göndərilməsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində etdiyi tənqidi çıxışlardan sonra 2023-cü ilin sonlarında Bərdə rayon Polis Şöbəsinə çağırılıb həmin hərəkətlərdən çəkinməyəcəyi təqdirdə tutulacağının üstüörtülü də olsa da onun diqqətinə çatdırıldığını, bundan sonra qeyd edilən müraciətləri poçtla aidiyyəti üzrə göndərdiyini bildirmişdir. Həmin hal o zaman məhkəmədə şəxsin göstərdiklərinin təsdiqi və konstitutsiya ilə müəyyən edilmiş fikir və vicdan azadlığının qanunsuz məhdudlaşdırılması fikrini formalaşdıra və əsaslı şübhələr yarada bilərdi ki, təqsirləndirilən şəxs qeyd edilən müraciətlərini göndərdikdən qısa müddət sonra (növbəti gün, yaxud yaxın müddətdə (2023-cü ildə) polis, yaxud qeyri hüquq mühafizə orqanları tərəfindən saxlanılardı. Məhkəmə baxışı zamanı şəxsin bədən səthi - biləyində olan qızartı və şişkinliyin hər hansı səbəbdən yaranması (öz dediyinə əsasən qollarına qandal vurulub polis şöbəsinə aparılması, məhkəmənin mülahizəsinə əsasən isə gətirilmə və saxlanılma müdddətində qanunazidd davranışının və tabesizlik göstərməsinin qarşısının alınması üçün xüsusi vasitə kimi tətbiq edilməsi) istisna edilməsə də, həmin hal birbaşa olaraq şəxsin üzərinə qanunsuz narkotik vasitə qoyulmasına əsas sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin prosesdə məhkəmə baxışında olan eyni vəkil (müdafiəçinin) iştirakı, qeyd edilən fiziki zorakılıq hallarını müşahidə edib susması inandırıcı və ağlabatan deyil. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı halları onun polis şöbəsinə gətirilərkən polis tərəfindən tətbiq edilən fiziki təsir, (qollarına qandal vurulması), eləcə də hazırki iş üzrə verilən ittiham (satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olma) ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi digər əsas “bloggerlik fəaliyyəti” tənqidi çıxışlarına görə qanunsuz olaraq saxlanılıb əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunsuz jurnalistika fəaliyyəti, mərkəzi icra hakimiyytəti orqanlarının yerli rəhbərlərinin ünvanına olduqca sərt tənqidi fikir bildirməsi ilə bağlı nə ibtidai araşdırma, nə də məhkəmə baxışında ittiham tərəfindən hər hansı iddia belə səsləndirilməmişdir. Eyni zamanda nəzərdən qaçırılmamalıdır ki, şəxsin məhkəmə baxışında da göstərdiyi təqsirsizliyi ilə bağlı hallar bilavasitə Bərdə RPŞ tərəfindən rayon prokurorluğuna verilən məlumat, eləcə də daxil olduğu istintaq təcridxanasının rəhbərliyi tərəfindən bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı Bərdə rayon Prokurorluğu tərəfindən yoxlanılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərardan nə təqsirləndirilən şəxs, nə də ibtidai araşdırma və məhkəmə baxışı zamanı müdafiəçisi olmuş vəkil tərəfindən şikayət verilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş təqsirləndirilən şəxsn arvadının və qızının Zahid Mkayılovun xx.xx.2024-cü ildə küçədən deyil, yaşadığı evdən aparılması ilə bağlı qeyd edilməlidir ki, şəxsin yaşadığı evdən (küçədən) yaxud digər yerdən aparılması əməlin tövsifinə və şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsinə münasibətdə inkaredici hal olaraq qiymətləndirilmir və məhkəmə şəxslərin ifadələrini ailə münasibətləri irəli gələn və yaxın qohumluq münasibətləri ilə əlaqələndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X12 məlum olmayan mənbədən və tarixdə naməlum çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü ildə daxil olmuş əməliyat məlumatı əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, üzərinə videçəkiliş və hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ iç yan cibindən 1 ədəd büküm içində sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,898 qram, 0,853 qram, 1,749 qram, 1,296 qram, 1,057 qram, 1,149 qram ümumi təmiz çəkisi 8,002 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını psixi xəstəlikdən əziyyət çəkməsini və ahıl yaşına çatmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyətini xarakterizə edən hallar və yaşı, əməlin məhkəmə tərəfindən müəyyən edilmiş motivi (narkotik vasitə istifadəçisi olan övladlarını narkotikdən uzaqlaşdırmaq istəyi) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyin edilməsi mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı hədd azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 7,702 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış və telefon danışıqlarına dair məlumatlar olan ədəd 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 97,40 (doxsan yeddi manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 7,702 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 97,40 (doxsan yeddi manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-167/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-167/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver