Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-168/2023 04.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 may idarəsində maşinist işləmiş, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X22 Təsərrüfatı Mərkəzinin yanğınsöndürmə üzrə mütəxəssisi vəzifəsində işləmiş, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə X13 ilə aralarında baş vermiş narazılığa aydınlıq gətirmək məqsədi ilə həmin gün, saat 21:50-də dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gəlmiş, bu zaman heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmaqla hər ikisi avtomobildən düşərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan yüksək səslə qışqırıb Nizami Vəliyevin ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydanı kobud surətdə pozaraq hər ikisi bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək Nizami Vəliyevin üzərinə hücum etmiş, bu zaman Nizami Vəliyevin üzərinə soyuq silah hesab edilməyən turist bıçağı ilə hücum edən Təqsirləndirilən şəxs2lə mübarizə aparmasından və ona qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib sonuncunu heç bir əsaslı səbəb olmadan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan turist bıçağı ilə Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə nəticələnən, ürəyin zədələnməsindən törənən kəskin daxili qan itirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmişdeşilmiş xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında Nizami Vəliyevin üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında X7 qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə X6 aralarında baş vermiş narazılığa Təqsirləndirilən şəxs1 aydınlıq gətirməsi məqsədi ilə həmin gün, saat 21:50-də Təqsirləndirilən şəxs1la birlikdə özünün idarə etdiyi “Vaz 21214” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gəlmiş, bu zaman heç bir əsaslı səbəb olmadan idarə etdiyi avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmaqla hər ikisi avtomobildən düşərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan yüksək səslə qışqırıb Nizami Vəliyevin ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydanı kobud surətdə pozaraq hər ikisi bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək Nizami Vəliyevin üzərinə hücum etmiş, bu zaman əlində bıçaq olan Nizami Vəliyev ilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 200 mm olan turist bıçağı ilə mübarizə aparmaqla məşğul olarkən, Nizami Vəliyevin onlara qarşı müqavimət göstərmək imkanından məhrum olmasından istifadə edib sonuncunu heç bir əsaslı səbəb olmadan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla Nizami Vəliyevin üzərinə hücumu davam etdirib onun özünü müdafiə etmə imkanını məhdudlaşdırmaqla Nizami Vəliyevin həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib buna şüurlu surətdə yol vermiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində əvvəlcədən üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan turist bıçağı ilə Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə nəticələnən, ürəyin zədələnməsindən törənən kəskin daxili qan itirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmiş-deşilmiş xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında Nizami Vəliyevin üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında X7 qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Tovuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. 2022-ci ilin iyul ayının əvvəllərində iş yoldaşı, Qazax rayon sakini Eldəniz adlı şəxs ona zəng edib tanışının Tovuz rayonunda Məhər adlı oğlanla dalaşdığını və bu barədə maraqlanıb ondan Məhərlə söhbət etməyini xahiş etmişdir. O da Məhərin nömrəsini tapdıqdan sonra ona zəng edib dava-dalaşla bağlı ondan maraqlandıqda həmin vaxtı Məhər telefonu yanında olan Nizami adlı şəxsə vermişdir. O, Nizamini əvvəllər rayon sakini kimi tanımış və onun dava-dalaşa meyilli biri olduğunu və sərxoş olanda heç bir səbəb olmadan söyüş söyməsini bildiyindən Nizami ilə mülayim danışmışdır. Nizamidən dava-dalaşla maraqlandıqda onun yenə də sərxoş olduğunu görüb telefon danışığını sonlandırmışdır. 10 iyul 2022-ci il tarixdə Kənan adlı tanışı ona zəng edib telefonda ondan Məhərin necə oğlan olduğu ilə maraqlanmış, o da Məhəri normal oğlan kimi tanımadığını demişdir. Həmin vaxt telefon mikrofonda olduğu üçün onun Məhər haqqında dediyi sözləri sonuncunun özü də eşitmişdir. 08 iyul 2022-ci il tarixdə qaynı Orxan Yusibovun Bakı şəhərində toyu olmuşdur. 10 iyulda isə onlar ailəlikcə toyla bağlı Tovuz rayonuna gələsi olmuşlar. Tovuza gəldikdən sonra həmin gün öz evlərində qalmışdır. 11 iyul 2022-ci il tarixdə saat 11 radələrində dostu Təqsirləndirilən şəxs2 ona zəng edib onu “Əsrik” dərəsinə çörək yeməyə dəvət etmişdir. Saat 12 radələrində Anar özünün idarə etdiyi “Niva” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib onu evlərindən götürdükdən sonra ortaq dostları olan Kənanı da “Turan” şadlıq evinin qabağından götürmüşlər. Həmin vaxt Nizami Kənana zəng edib onun rayona gəldiyini eşitdiyini deyib onu Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yerləşən “060” çay evinə çağırmış, o, Anar və Kənan ilə birlikdə həmin çay evinə getmişlər. Çay evində olanda Nizami özü, Məhər və onun adını bilmədiyi qardaşı ilə orada olmuş, Nizami ona onun dalınca danışdığını demişdir. O da Nizamiyə onunla heç bir düşmənçiliyinin olmadığını və onun haqqında heç kimə bir söz demədiyini bildirmişdir. Həmin vaxt o, zənn etmişdir ki, yəqin Məhər özü ona dediyi sözlərlə bağlı Nizamiyə onun haqqında şikayətlənibdir. Orada söhbətləri zamanı onların bir-birləri ilə hər hansı sözlü mübahisələri olmamış və yoldaşyana sağollaşmışlar. Oradan durduqdan sonra Anar, o və Kənan üçü birlikdə Tovuz şəhər ərazisində yerləşən “Elton” kafesinə gedib orada yeyib-içərkən Nizami Kənana zəng edib onları yenidən oturub söhbət etməyə çağırmış, Kənan da işlərinin olduğunu və daha sonra görüşüb söhbət edəcəklərini bildirib sağollaşmışdır. Oradan durduqdan sonra yaxınlıqda yerləşən adını bilmədiyi çayxanaya gedib söhbət edən zaman Nizami yenidən Kənana zəng etmiş, Kənan da hər dəfə onu yola vermişdir. Nizami dayanmadan Kənana zəng etmişdir. Kənan da ona Nizaminin əl çəkmədiyini, onunla danışmaq istədiyini demiş, o da Nizami ilə danışaraq ona başının qarışıq olduğunu, daha sonra onunla görüşə biləcəyini dedikdə Nizami də ona onunla təkbətək görüşmək istədiyini bildirmişdir. O da Nizamiyə yaxşı deyib onu yola vermiş və sağollaşmışdır. Daha sonra Nizami yenidən Kənana zəng edəndə telefona Anar cavab vermişdir. Həmin vaxtı Nizami Anarın ünvanına nalayiq söyüşlər söyüb onu Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evinə dəvət etmişdir. Anar stoldan duraraq getmək istəyəndə onlar Anarı sakitləşdirməyə çalışmışlar. Anar isə onlara məhəl qoymamış və maşına tərəf gedib oturmuşdur. Onlar da Anarı tək qoymamaq üçün onunla getmişlər. Yolda olanda Kənan Rasim adlı tanışına zəng edib onu onlarla birlikdə getməyə çağırmış, yol üstü onlar Rasimi də götürmüşlər. Nizami deyən yerə, yəni Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evinin yanına gəldikdən sonra Anar avtomobilini qarşıdan döndərib çay evinin qarşısında yolun əks istiqamətində, yəni üzü Tovuz şəhəri istiqamətində saxlamışdır. Həmin vaxt Nizami onları yolda gözləmişdir. Anar maşını saxlayan kimi ilk öncə Anar özü avtomobildən düşərək Nizaminin üzərinə doğru gedib Nizami ilə birbirlərinə bıçaqla xəsarət yetirməyə çalışmışlar. Həmin vaxt o, Nizami ilə Anarın bir-birlərinə bıçaqla xəsarət yetirmək istədiklərini görüb onları aralamaq istəyəndə Nizami əlində olan bıçaqla onun əlinə xəsarət yetirmiş, o da Nizaminin bu hərəkətindən əsəbləşib onun sol qoluna bıçaqla xəsarət yetirmək istədikdə bıçaq onun ürək nahiyəsinə dəymişdir. Daha sonra Nizami azğınlaşmış formada həm Anarın, həm onun, həm Kənanın, həm də Rasimin üzərinə bıçaqla hücum çəkmişdir. Həmin vaxt Anar tez maşına oturub oradan uzaqlaşmış və onu da təxminən 5-6 metr məsafədə dayandığı yerdən götürüb birlikdə mərkəzi xəstəxanaya getmişlər. Maşınla gedərkən yolda Anara Nizamini ürəyindən bıçaqladığını demiş, Anar da ona narahat olmamağı və Nizaminin ölməyəcəyini demişdir. Mərkəzi xəstəxanada onlara ilkin tibbi yardım göstərmişlər. Daha sonra oraya polis əməkdaşları da gəlmiş və o, onlara könüllü olaraq Nizamini bıçaqla vurduğunu bildirmişdir. Xəstəxanada olanda Nizaminin almış olduğu xəsarətdən hadisə yerində öldüyünü bilmişdir. X18 öldürmək məqsədi olmamış və Nizami Vəliyevi qəsdən öldürməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Tovuz şəhərində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən təxminən 3-4 gün əvvəl tanışı Kənan ona zəng edib ortaq dostları Təqsirləndirilən şəxs1 rayon sakini Nizami Vəliyevlə söz-söhbətinin olduğunu və həmin söhbəti həll etmək üçün rayona gələcəyini bildirmişdir. Vüsalın təxminən 1 ay olar ki, Məhər adlı şəxsə görə Nizami ilə söz-söhbətinin olmasından məlumatı olmuşdur. 10 iyul 2022-ci il tarixdə Vüsal “vatsap” sosial şəbəkəsində ona zəng edib Nizami ilə söhbətini həll etmək üçün axşam rayona gələcəyini bildirmişdir. Həmin gün axşam Vüsal ona zəng edib artıq rayonda olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra onlar üçü, yəni Vüsal, Kənan və o, görüşüb Tovuz şəhərində yerləşən çayxanaların birində söhbət etmişlər. Həmin vaxt Kənan bildirmişdir ki, Nizamigillə danışıbdır, sabah onlarla görüşəcəklər. Vüsal da heç bir problem olmadığını, səhəri gün Nizami ilə görüşüb söhbətlərini yoluna qoyacağını bildirmişdir. Sonra onlar belə qərara gəlmişlər ki, Kənan, o və Vüsal görüşüb birlikdə Əsrik dərəsinə yemək yeməyə getsinlər. Daha sonra Kənan ona yenidən zəng edib Nizaminin ona zəng etdiyini və Nizaminin onları “060” çay evinə söhbətə çağırdığını bildirmişdir. O da Vüsalı gedib evlərindən götürmüş, sonra da Kənanı “Turan” şadlıq evinin qarşısından götürüb Nizami deyən yerə getmişlər. Onlar ora gedəndə Nizami, Məhər, Məhərin qardaşı İman və Aşağı Öysüzlü kənd sakini olan Əli adlı şəxs orada olmuşlar. Orada olanda Vüsalla Nizaminin sözləri yenə çəp gəlmiş, onlar da onlara bu söhbətin düzgün olmadığını, hamısının rayon uşağı olduğunu deyib onları başa salmışlar və onların dalaşmasına mane olmuşlar. Sonra da orada söhbəti yoluna qoymuşlar. Normal qaydada oradan aralanmışlar. Oradan çıxdıqdan sonra gec olduğu üçün onlar Əsrik dərəsinə getməyib, “Elton” kafesinə getmişlər. Orada Kənan, o və Vüsal oturub bir qədər spirtli içki qəbul etmişlər. Oradan çıxdıqdan sonra isə “Elton” kafesinin yanında olan çayçıya gedib birlikdə çay içmişlər. Ora gedəndə Kənanın dostu Şamxal adlı şəxs də orada olmuşdur. Təxminən orada 40 dəqiqə ərzində oturmuşlar. Həmin vaxt Nizami 4-5 dəfə Kənanın telefonuna zəng edib Vüsalla yenidən görüşmək istədiyini demişdir. Vüsal da telefonda onunla danışmış və onunla görüşəcəyini demişdir. Onlar da Vüsalı getməyə qoymamış və ona Nizami ilə daha sonra görüşüb söhbət etmələrini bildirmişdir. Nizami daha sonra yenidən Kənanın telefonuna zəng etmiş, həmin vaxt o, telefonu Kənandan alıb Nizamiyə bildirmişdir ki, danışan Anardır. O, Nizamiyə demişdir ki, Vüsalla sonra görüşüb söhbət edərlər. Nizami də ona nalayiq söyüşlər söyməyə başlamışdır. O da Nizamidən onun yerini soruşub yanına gələcəyini bildirmişdir. X28 kəndi ərazisində yerləşən “Komfort” çay evində olduğunu bildirmiş, o da Nizamiyə həmin yerə gəldiyini deyib telefon danışığını sonlandırmışdır. Sonra isə stoldan durub Nizaminin yanına getmək üçün maşınına oturmuşdur. Vüsal da ona bildirmişdir ki, bu söhbət onun söhbətidir və o, özü də onunla gedəcəkdir. Daha sonra üçü birlikdə Nizami deyən yerə getmişlər. Yolda olanda Kənan demişdir ki, tanışları olan Rasimi də yoldan götürsünlər. Daha sonra Tovuz şəhərində “Qala”nın yanından Rasimi də götürmüşlər və oradan birbaşa “Komfort” çay evinə getmişlər. Avtomobildə sükan arxasında o özü, qabaq oturacaqda Vüsal, onun arxasında Kənan, Vüsalın arxasında isə Rasim oturmuşdur. Onlar “Komfort” çay evinin qarşısına çatanda Nizami onları çay evinin qarşısında yolda gözləmişdir. O, çay evini keçdikdən sonra maşını geriyə döndərib Nizaminin yanında maşını saxlamış, maşından düşdükdən sonra Nizaminin əlində bıçaqla ona tərəf gəldiyini görüb əvvəlcədən üzərində götürdüyü bıçağı çıxardıb onunla qarşılıqlı şəkildə bir-birlərinə bıçaqla hücum etməyə çalışmışlar. Nizami həmin vaxt bıçaqla ona xəsarət yetirsə də, o, Nizamiyə xəsarət yetirməmişdir. Ondan 3-4 saniyə sonra avtomobildən Vüsal da düşüb Nizamiyə doğru əlində bıçaqla hücum etmiş, həmin vaxt Vüsal bıçaqla Nizaminin ürəyinə vurmuş və o, Nizaminin ürək nahiyəsindən qan axdığını görmüşdür. Vüsal Nizamini vurana kimi Nizami bıçaqla ancaq ona xəsarət yetirmişdir. Vüsala isə heç bir xəsarət yetirməmişdir. Vüsal bıçaqla Nizaminin ürək nahiyəsindən vurduqdan sonra Nizami ürəyini tutmuş və birinci Vüsala cumub bıçaqla ona xəsarət yetirmiş, sonra da bıçaqla onun arxasınca qaçmışdır. O, Nizamiyə ondan da, özündən də qan axdığını deyib bıçağı yerə atmasını bildirsə də, Nizami onun dediklərinə məhəl qoymamış və onun arxasınca qaçıb ona xəsarət yetirməyə çalışmışdır. Nizami onun arxasınca maşının ətrafında qaçdıqdan sonra qəfildən yerə yıxılmışdır. O da tez maşınına gəlib oturmuş, maşını sürdükdən sonra qarşı tərəfdə Vüsalın dayandığını görüb maşını saxlamış və Vüsal da maşına oturmuşdur. Maşına oturduqdan sonra Vüsal Nizamiyə vurduğu bıçağın Nizaminin ürəyinə dəydiyini bildirmişdir. O isə Vüsala narahat olmamağı və ona təskinlik vermək üçün “yəqin ürəyinə dəyməz” deyə Vüsala bildirmişdir. Oradan birbaşa xəstəxanaya getmişlər. Xəstəxanaya getdikdən sonra həm Vüsala, həm də ona ilkin tibbi yardım göstərmişlər. Xəstəxanada olanda bilmişdir ki, Nizami ölübdür. Daha sonra polis əməkdaşları gəlmişlər və onlara hadisəni olduğu kimi təsvir etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, onun əvvəllər Nizami ilə hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Nizami ilə münasibətləri həmişə normal olmuşdur. Həmçinin onu da bildirir ki, hadisə vaxtı o, maşından düşdükdən sonra Nizaminin əlində bıçaq olduğunu gördüyündən o, əvvəldən üzərində götürdüyü açılıbqatlanan bıçağı çıxarıb Nizamiyə tərəf silkələmiş, lakin ona heç bir xəsarət yetirməmişdir. Nizami ilə qarşılıqlı şəkildə bir-birlərinə bıçaqla hücum etməyə çalışmışlar. Həmin vaxt Vüsal da maşından düşüb Nizamiyə doğru əlində bıçaqla hücum edib birbaşa Nizaminin ürəyindən bıçaqla vurmuşdur. O, hadisə vaxtı istifadə etdiyi bıçağı hadisədən sonra xəstəxanaya gedərkən “Turan” şadlıq evinin yaxınlığında yolun kənarına atmışdır. Hadisə vaxtı onda, Nizamidə və Vüsalda, yəni hər üçündə bıçaq olmuşdur. Rasimlə Kənanda isə bıçaq olmamışdır. X18 öldürmək məqsədi olmamışdır. Nizaminin ölümünə səbəb olan bıçaq zərbəsini isə Nizamiyə o, vurmamışdır. Qeyd etdiklərinə əsasən o, özünü bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətini törətməkdə təqsirli bilmir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Nizami Vəliyev onun oğlu olmuşdur. Nizami Vəliyev ölməmişdən əvvəl işğaldan azad edilmiş torpaqlarda sürücü işləmişdir. 09 iyul 2022-ci il tarixdə Nizami Qurban bayramı ilə əlaqədar rayona gəlmişdir. 11 iyul 2022-ci il tarixdə qardaşı Zöhrab Vəliyev ona zəng edərək Nizaminin xəstəxanada olduğunu demişdir. O, xəstəxanaya getdikdən sonra ona Nizaminin vəfat etdiyini və morqda olduğunu bildirmişlər. Nizaminin hansı şəraitdə ölməsi ilə bağlı maraqlandıqda ona bildirmişlər ki, 11 iyul 2022-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısında Nizaminin mübahisəsi olmuş, həmin mübahisə zamanı kimsə Nizamiyə bıçaqla ürək nahiyəsindən xəsarət yetirmiş və Nizami elə hadisə yerindəcə ölmüşdür. Sonradan o, Nizaminin kiminlə və nəyin üstündə mübahisə etməsi barədə maraqlandıqda ona məlum olmuşdur ki, baş vermiş hadisədən təxminən 1 ay əvvəl Tovuz rayon sakini Məhər adlı şəxs oğlu Nizami ilə danışaraq oğluna Təqsirləndirilən şəxs1 adlı şəxsin onun arxasınca danışdığını demiş, daha sonra X29 Əhmədovla telefonda bir neçə dəfə danışmışdır. Bildiyinə görə, Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini olmasına baxmayaraq, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Sonuncu dəfə isə X29 Əhmədovla 11 iyul 2022-ci il tarixində Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən “060” çay evində görüşmüşlər. Vüsal da rayona bir gün əvvəl gəlmişdir. Həmin görüş zamanı orada oğlu Nizami, Məhər, Məhərin qardaşı, Təqsirləndirilən şəxs1 və onunla birlikdə ora gələn Anar və Kənan adlı şəxs də olmuşlar. Həmin vaxt X29la söhbət etmişdir. Vüsal oğlu Nizamiyə sonuncunun arxasınca danışmadığını, Məhərin Nizamiyə yalan danışdığını demişdir. Həmin söhbət mehribançılıqla qurtardıqdan sonra Vüsalgil çıxıb getmişlər. Vüsalgil getdikdən sonra kürəkəni Şahid6 da Nizaminin yanına çayçıya keçmişdir. Nəsiminin deməsinə görə həmin vaxt oğlu Nizami, Məhər ona yalan danışdığı üçün Məhəri danlamışdır. Məhər də oğlundan üzrxahlıq edərək səhv başa düşdüyünü demişdir. Daha sonra oğlu Nizami ilə qonşuları Səlim və onun yeznəsi “Komfort” çay evində pivə içmişlər. Sonra isə Səlimlə onun yeznəsi çıxıb getmişlər. Oğlu da orada tək qalmışdır. Sonra oğlu Nizami ilə Vüsalgil Kənan adlı şəxsin telefonu ilə əlaqə saxlamışlar. Həmin zənglərdən sonuncusuna Anar adlı şəxs cavab vermişdir. Oğlu Nizami ilə Anar telefonda danışan zaman onların telefonda mübahisəsi yaranmışdır və Nizami də söhbət etmək üçün onları Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına çağırmışdır. Anar da Təqsirləndirilən şəxs1, Kənan və Rasim adlı şəxslə həmin yerə getmişlər. Birinci Anar maşından düşən kimi oğlu Nizaminin üzərinə gedərək bıçaqla Nizaminin üstünə hücuma keçmişdir. Anar bıçaqla Nizaminin üstünə hücuma keçib Nizamini vurmaq istəsə də, bildiyi qədər bıçaq Nizamiyə dəyməmişdir. Həmin vaxt, yəni Anarın bıçaqla Nizaminin üstünə hücuma keçdiyi vaxt Təqsirləndirilən şəxs1 maçından düşərək oğlu Nizaminin üzərinə hücub edib, qəfildən əlində olan bıçaqla Nizaminin ürək nahiyəsindən vurmuşdur. Oğlu da almış olduğu xəsarətdən hadisə yerindəcə keçinmişdir. Hadisə vaxtı oğlu X15 Tağıyev və Təqsirləndirilən şəxs1 arasında bıçaqlı mübahisə olmuşdur. X29 Əhmədovdan fiziki cəhətdən güclü olmuşdur. Təqsirləndirilən şəxs1 oğluna gücü çatmayacağını bildiyi üçün bıçaqla birbaşa oğlunun ürək nahiyəsindən vuraraq Nizamini öldürmüşdür. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir. Çünki hadisə zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 əlində bıçaqla oğlu Nizaminin üzərinə hücuma keçmiş, Anarın bıçaqla oğluna qarşı hücuma keçməsindən istifadə edən Təqsirləndirilən şəxs1 əlində bıçaqla maşından düşərək oğlu Nizaminin birbaşa ürək nahiyəsinə zərbə vuraraq oğlunu öldürmüşdür. Qeyd edilənləri nəzərə alaraq, hər iki təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz şəhər sakinidir. X13 ilə birlikdə 2014-cü il tarixdə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi xidmətdə olmuş, münasibətləri həmin vaxtdan yaranmış və dost olmuşlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da rayon sakini tanımış və normal münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Tovuz şəhərində yerləşən "Petrotal” yanacaq doldurma məntəqəsinin yanındakı çayxanada dostu Məcid Bayramovla oturub çay içən zaman dostu Şahid2 Yunus oğlu istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq X16 Tağıyevlə telefonda danışdığını və bir-birinə qarşı nalayiq söyüşlər söydüyünü, Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2lə birlikdə söhbətə getdiklərini demiş, onlarla gedib dalaşmağa qoymamağını və əgər onlar dalaşarsa, onları aralamağını xahiş etmişdir. O da Kənana "Qala”nın yanında olduğunu və onlarla gedəcəyini demişdir. Bundan sonra o, "Qala” nın yanında olarkən Təqsirləndirilən şəxs2 məxsus "Niva” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş və həmin avtomobilə əyləşmişdir. O, avtomobildə olarkən X11 aralarında nə olduğunu soruşmuş, Anar ona Nizaminin ona qarşı telefonda söyüş söydüyünü, nalayiq ifadələr işlətdiyini demişdir. "Komfort” çay evinin qarşısına çatarkən əvvəlcə Nizaminin kafeninin qarşında olduğunu görməmişdir. Anar avtomaşını geri döndərərkən Nizaminin kafenin qarşısında olduğunu görmüşdür. Anar tez avtomobili saxlamış, bu zaman Nizami avtomobilin sağ tərəfinə yaxınlaşmışdır. Anar qışqıraraq avtomobildən düşmüş və "mən burdayam bura gəl” demişdir. Bundan sonra Nizami avtomobilin arxa tərəfinə getmişdir. Avtomobilin yan və arxa güzgüsü pərdə olduğundan o, Anargilin nə etdiyini görməmiş, lakin onların uca səslə nalayiq söyüşlər işlətdiklərini eşitmişdir. Bundan sonra Vüsal avtomobildən düşərək Nizami və Anar tərəfə qaçmış, onun arxasınca isə özü avtomobildən düşmüşdür. Bu zaman Nizaminin koftasının və üzünün qan olduğunu, Anarın sol qolundan qan axdığını görmüşdür. O, Nizami və Anarı aralamaq üçün onlara yaxınlaşmış, Nizami ona “qaç” deyərək, Anara tərəf bıçaq atmışdır. Həmin vaxt Anar da Nizamiyə tərəf bıçaq atmış, o, bıçaqları gördükdən sonra geri çəkilmişdir. Ondan sonra isə Şahid2 avtomobildən düşmüş və onları aralamaq üçün onlara tərəf yaxınlaşmışdır. Kənan onları aralamaq istəyərkən Nizaminin atdığı bıçaq zərbəsi Kənanın sol çiyin nahiyyəsinə dəymişdir. Bu vaxt o, Kənanın çiynindən qan axdığını görüb qorxmuşdur. Elə bilmişdir ki, Kənanın yan hissəsinə bıçaq dəyib. Daha sonra o və Kənan həmin “VAZ 2106” markalı taksi avtomaşınının sürücüsünə yaxınlaşmış və Kənan həmin şəxsdən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin şəxs də razılaşmış və onlar həmin avtomaşına əyləşmişlər. Yolda olarkən isə Anarın özünəməxsus avtomobili ilə ötüb keçdiyini görmüşlər. Sonra onlar “Qala”nın qarşısına gəlmiş və ona məxsus “VAZ 2107” markalı avtomobilə əyləşib xəstəxanaya getmişlər. Onlar xəstəxanaya çatdıqda Anarın avtomaşınının xəstəxananın qarşısında olduğunu görmüşlər. Bundan sonra Nizami Vəliyevi ağ rəngli “Vaz 2107” markalı avtomobillə xəstəxanaya gətirdiklərini və reanimasiya şöbəsinə apardıqlarını görmüşlər. Daha sonra isə eşitmişdir ki, Nizami Vəliyev vəfat etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində bıçaq olmasını əvvəldən, avtomobildə oturan zaman görməmişdir. Ancaq hadisə yerində maşından düşdükdə Vüsalın da, Anarın da, Nizaminin də əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt orada o, Kənan, Anar, Vüsal və Nizami olmuşdur. O, maşından düşəndə Vüsalla Nizaminin üzbəüz olduqlarını görmüş, Vüsalın da sağ əli Nizaminin sol çiyin nahiyəsi tərəfdə olmuş, həmin vaxt Anar da onlardan təxminən 1-2 metr məsafədə sol tərəfdə olmuşdur. Vüsal əlini Nizaminin ürək tərəfindən çəkdikdən sonra görmüşdür ki, Nizami əli ilə ürəyini tutmuş və onun ürəyindən qan axmağa başlamışdır. Həmin vaxt da Vüsalın əlində bıçaq olmuşdur. O, sonradan kamera görüntüsünə baxanda dəqiq görmüşdür ki, Vüsal Nizamini bıçaqla ürək nahiyəsindən vurmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Yunus oğlu ifadəsində göstərmişdir ki, o, Tovuz şəhərində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. O, X13 ilə uzaq qohum olmuş, həm də rayon sakini kimi yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə onun dostudur. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən 3-4 gün əvvəl Qurban bayramı ilə əlaqədar olaraq Tovuz rayonuna evlərinə gəlmişdir. Həmin ərəfələrdə Vüsal da ona zəng edərək rayona gələcəyini və Nizami ilə aralarında olan söhbəti həll edəcəyini demişdir. O da dostu Təqsirləndirilən şəxs2 zəng edib Vüsalın rayona gələcəyini Anara da demişdir. Bildiyinə görə, Nizami ilə Vüsalın hadisədən 1 ay əvvəl aralarında söz-söhbət olmuşdur. Həmin söhbətin yaranması Nizaminin tanışı Məhər Qazax rayonundan olan uşaqlara rayonda “vəziyyətə” özü ilə, yəni Məhərlə Nizaminin baxdıqlarını deməsi, həmin söhbəti isə Vüsal bildikdə Məhərə zəng edib Nizami ilə Məhərin nə vaxtdan “vəziyyətə” baxdıqlarını soruşması ilə başlanmışdır. Həmin söhbəti də Məhər Nizamiyə çatdırmışdır. Nizami ondan dəfələrlə Vüsalın nömrəsini istəməsinə baxmayaraq, o, Nizamiyə Vüsalın nömrəsini verməmişdir. 10 iyul 2022-ci il tarixdə günorta saatlarında o, Məhərlə görüşmüş, həmin vaxt yanlarında Rasim də olmuş, Məhərin yanında isə qardaşı İman, Əli adlı oğlan və tanımadığı 1-2 nəfər adam olmuşdur. Həmin vaxtı Vüsala zəng edib onu Məhərlə danışdırmışdır. Vüsal telefonda Məhərin ünvanına demişdir ki, “o, kimdi ki, rayonda vəziyyətə baxır”. Həmin söhbəti Məhər yenə gedib Nizamiyə çatdırmışdır. Həmin günün axşamı o, Anara zəng edib çayçıda oturduğunu demiş və onu da oturduğu yerə dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Anarla Vüsal ora gəlmişlər. Vüsal səhəri gün Nizami ilə görüşüb söhbətlərinə aydınlıq gətirəcəklərini demişdir. 11 iyul 2022-ci il tarixdə saat 13 radələrində istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsinə Nizami Vəliyevin hazırda xatırlamadığı mobil nömrəsindən zəng gəlmişdir. O, telefona cavab verdikdə Nizami onunla hal-əhval tutmuş və dostu Təqsirləndirilən şəxs1 harada olduğunu soruşmuşdur. O isə Vüsalın harada olduğunu bilmədiyini, çox güman ki, evlərində olacağını bildirmişdir. Nizami ona Vüsalın mobil nömrəsinin onda olmadığını, Vüsalın onun arxasınca nəsə pis bir şeylər danışdığını və onunla söhbət etmək istədiyini bildirmişdir. Daha sonra isə Nizami ona Vüsala zəng edib saat 17-də evlərinin yanında olan Tovuz şəhərində yerləşən “060” adlı çay evinə gəlməyini bildirmişdir. O isə Nizamiyə axşamüstü bulağa yemək yeməyə gedəcəklərini, oradan gəldikdən sonra görüşə biləcəklərini bildirmiş, Nizami də onunla razılaşmış və onlar sağollaşmışlar. Bundan sonra o, Vüsalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq Nizaminin onunla axşam saat 17-də görüşmək və söhbət etmək istədiyini, lakin onun Nizamiyə axşamüstü dağda bulağa yemək yeməyə gedəcəklərini bildirdiyini demişdir. Vüsal isə ona “problem yoxdu, dağda yemək yeyib gəldikdən sonra görüşərik” demişdir. Təxminən 5 dəqiqə sonra isə Nizami ona yenidən zəng vuraraq indi Vüsalla birlikdə “060” çay evinə gəlmələrini bildirmişdir. Bundan sonra o, Vüsala zəng edib, Nizaminin yenidən ona zəng vurduğunu və ona çay evinə indi gəlmələrini bildirdiyini demişdir. Vüsal da ona “fərqi yoxdu, gedək görüşək” deyə bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, Vüsalın dostu Təqsirləndirilən şəxs2 məxsus “Niva” markalı avtomobillə gəldiyini görmüş, sonra birlikdə “060” çay evinə getmişlər. “060” çay evinə çatdıqda Nizaminin pivə içdiyini görüb onun oturduğu stola yaxınlaşaraq orada əyləşmişlər. Nizami Vüsala nəyə görə onun arxasınca “Nizami heç kimdi” dediyini soruşmuş, Vüsal isə Nizamiyə “belə bir söz demədiyini, yalan məlumat olduğunu, kiminsə özündən uydurduğunu” demişdir. X19 “mən burda həm əziyyətəm, həm də vəziyyətəm” demişdir. Vüsal isə “özün bilərsən nə edirsən et, mən elə bir kəlmə deməmişəm” demişdir. Bundan sonra Nizami ilə görüşüb sağollaşmışlar. Daha sonra isə dağa yemək yeməyə getməyib “Eltun” kafesinə gedib orada yemək yemişlər. Orada yemək yeyərkən Nizaminin ona zəng etdiyini görmüş, telefona cavab verdikdə Nizami ona “hardasan ə” deyib telefonu Vüsala verməyini bildirmiş, o da telefonu Vüsala vermişdir. Nizami telefonda Vüsala onunla təkbətək görüşmək istədiyini demişdir. Vüsal isə ona içkili olduğunu, sabah görüşə biləcəklərini bildirmişdir. Nizami də Vüsalla sağollaşmışdır. Bundan sonra onlar “Eltun” kafesindən çıxaraq pivə içmək üçün “Həyat” restoranının qarşısında olan çay evinə getmişlər. Bu zaman Nizami yenidən ona zəng vurmuş və ondan Vüsal və Anarın yanında olub-olmadığını soruşmuşdur. O isə Nizamiyə onların yanında olmadığını, onun ayrı yerdə olduğunu və qonaqlarının olduğunu bildirmişdir. Nizami Vüsalın ünvanına “ana-bacı” söyüşü söyərək onunla görüşməli olduğunu bildirmişdir. O isə Nizamiyə “ayıbdır, belə söyüşlər olmaz” demiş və sağollaşmışlar. O, öz yerinə qayıtdıqdan sonra Nizami yenidən ona zəng vurmuş, həmin vaxt Anar telefonu götürərək Nizamidən nə istədiyini soruşmuş, bu zaman Nizami Anarın ünvanına nalayiq söz işlətmişdir. Bu zaman Anar duraraq öz avtomobilinə tərəfə getmişdir. Vüsalla o, Anara “birdən dalaşarsız, tək getmə” demişdir. Birlikdə avtomobilə əyləşib getmişlər. Yolda olarkən dostu və sinif yoldaşı Şahid1 zəng vurmuşdur ki, əgər Nizaminin yanında başqa adamlar olarsa aralamağa kömək etsin. Bundan sonra o, Rasimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub Rasimdən də onlarla getməyini xahiş etmişdir. Rasim də onunla razılaşdıqdan sonra Rasimi şəhər parkının yanında yerləşən “Qalanın” yanından götürüb “Komfort” çay evinə tərəf getmişlər. Həmin vaxt Anar özü maşını idarə etmiş, Vüsal qabaqda sağda, o özü Anarın arxasında, Rasim isə Vüsalın arxasında əyləşmişdir. “Komfort” çay evinin qarşısına çatarkən Nizaminin kafenin qarşında olduğunu görmüşlər. Anar da tez avtomobili saxlayıb yerə düşərək Nizaminin üstünə tərəf qaçmış, bundan sonra Vüsal da avtomobildən düşərək Nizamiyə tərəfə getmişdir. Həmin vaxt Anar Nizamiyə “nolub, niyə söyüş söyürsən” demiş, daha sonra isə kiminsə “ay” dediyini eşitmiş, avtomobilin yan və arxa güzgüsü pərdə olduğundan onların nə etdiyini görməmiş, lakin onların uca səslə nalayiq söyüşlər işlətdiklərini eşitmişdir. Təxminən 10-15 saniyə sonra avtomobilin sol qapısından yerə düşmüş, ondan əvvəl isə Rasim sağ qapıdan yerə düşmüşdür. O, düşdükdən sonra Nizaminin köynəyinin qarşı tərəfinin təmiz qan olduğunu, Anarın isə sol qolundan qan axdığını, Vüsalın isə kənarda dayandığını görmüşdür. Həmin vaxt Nizami və Anar üzbəüz dayanmışlar. O, onlara “dayanın, bir-birinizi vurmayın” deyib Nizamiyə tərəf yaxınlaşanda Nizami ona “sən qarışma” demiş və əlindəki bıçaqla Anarı vurmaq istəyəndə bıçaq ona dəymişdir. Bundan sonra o, əlini çiyninə qoymuş və çiyin nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt Rasimə Nizaminin onu bıçaqla vurduğunu və ondan qan axdığını, gedib bir maşın saxlamalarını və onu xəstəxanaya aparmalarını bildirmişdir. Rasim də onunla razılaşmışdır. O, avtomobilin arxasından fırlanaraq yola tərəf getmiş və ağ rəngli “VAZ 2106” markalı avtomobil görmüş, həmin avtomaşının yanına gedərkən Nizaminin Anar və Vüsalın arxasınca qaçdığını görmüşdür. Daha sonra Anar və Vüsal Anara məxsus avtomaşına əyləşmiş və hadisə yerindən üzü Tovuz şəhəri istiqamətinə doğru avtomobili sürərək aralanmışlar. O da həmin “VAZ 2106” markalı avtomaşının sürücüsünə yaxınlaşmış və ondan onu xəstəxanaya aparmasını xahiş etmişdir. Daha sonra isə Rasimlə birlikdə Rasimi götürdükləri yerə gəlib sonuncuya məxsus “VAZ 2107” markalı avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Xəstəxanaya çatdıqda Anarın avtomaşınının xəstəxananın qarşısında olduğunu görmüşlər. Xəstəxanada olan zaman Nizami Vəliyevin öldüyünü eşitmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Bozalqanlı kəndində yaşayır. X13 onun dayısı oğlu idi. 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində dostu Şahid7 ona zəng edib dayısı oğlu Nizaminin ona zəng etdiyini və Gərayla onu təcili Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinə çağırdığını demişdir. Gərayla həm qonşudur, həm də uşaqlıqdan dostluq edir. Gəray taksi fəaliyyəti ilə məşğul olur və “Vaz 2107” markalı avtomobili idarə edir. Nizami də Gərayı tanımış, onunla münasibəti olmuş və taksi lazım olanda Nizami hər dəfə Gərayı çağırmışdır. Gəray ona zəng edəndə dostu Abbasgildə olmuşdur. Gəray ona Nizaminin onları təcili çağırdığını deyəndə narahat olmuş və öz telefonunda kontur olmadığı üçün Abbasın istifadəsində olan 050 339 99 96 nömrəsi ilə Nizaminin istifadəsində olan 050 544 56 22 nömrəsinə zəng etmiş, Nizami də ona telefonda “tez özünü “Komfort” çay evinə çatdır” demişdir. Daha sonra Gəray onu gəlib özünün idarə etdiyi avtomobillə götürmüş və birlikdə onun maşını ilə “Komfort” çay evinə getmişlər. “Komfort” çay evinin qarşısına çatanda isə yolun sağ tərəfində bir neçə adamın toplaşdığını görmüşlər. Həmin vaxt Gərayla tez maşından düşüb həmin yerə yaxınlaşanda Nizaminin yerdə arxası üstə uzanıqlı vəziyyətdə və köynəyinin qarşı tərəfinin qanın içərisində olduğunu görmüşlər. Gərayla tez Nizamini yerdən qaldırmışlar, həmin vaxtı Nizaminin əlinin uc hissəsində bıçaq olmuşdur. Onlar tez Nizamini yerdən qaldırıb Gərayla köməkli onu aparıb maşına uzatmışlar. Həmin vaxt demək olar ki, Nizaminin həyati əlamətləri olmamışdır. Onlar Nizamini dərhal xəstəxanaya aparmışlar, xəstəxanaya çatanda Nizami artıq vəfat etmişdir. Sonradan o, hadisə barəsində maraqlandıqda bilmişdir ki, hadisədən əvvəl Nizami ilə Təqsirləndirilən şəxs2 telefonda bir-birlərinə söymüş, Nizami də Anarı “Komfort” çay evinə çağırmışdır. Ondan əvvəl isə eşitdiyinə görə Nizami ilə Təqsirləndirilən şəxs1 arasında səbəbini bilmədiyi söz-söhbət olmuşdur. Nizami Anarla telefonda bir-birlərini söydükdən sonra Nizaminin çağırışı ilə Anar “Komfort” çay evinə getmiş, həmin vaxt Anarın yanında Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid1 da olmuşdur. Anar “Komfort” çay evinə çatdıqdan sonra Nizami ilə bıçaqla bir-birlərinə xəsarət yetirməyə çalışmış, həmin vaxt maşından Təqsirləndirilən şəxs1 düşərək birbaşa Nizaminin üzərinə doğru gedib əlindəki bıçaqla Nizaminin ürək nahiyəsindən vurmuş, sonra isə Nizami almış olduğu xəsarətdən hadisə yerindəcə vəfat etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Bozalqanlı kəndində yaşayır. X2 ilə rayon sakini kimi yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 da rayon sakini kimi tanımış, lakin onunla yaxın münasibəti olmamışdır. 10 iyul 2022-ci il tarixdə günorta saatlarında tanışı Kənanla bazarın qarşısında görüşmüş, həmin vaxtı Kənanın yanında tanışları Rasim, özünün yanında isə qardaşı İman və dostu Əli olmuşdur. Kənan ona Vüsalın onunla danışmaq istədiyini demiş, o da Kənanın telefonu ilə Vüsalla danışmışdır. Vüsal ona telefonda nəyə görə Qazax rayonundan olan uşaqlara rayonda “vəziyyətə” onun baxdığını dediyini soruşmuş, o isə bu barədə heç kimlə danışmadığını və heç kimə rayonda “vəziyyətə” baxdığını demədiyini bildirib sağollaşmışdır. 11 iyul 2022-ci il tarixdə günorta saat 15 radələrində işlədiyi dönər evində olarkən, Nizami ona zəng edib Abulbəyli kəndində “060” çay evində oturduğunu deyib yanına dəvət etmişdir. Həmin yerə gedəndə isə Nizami tək olmuş və birlikdə 5-10 dəqiqə oturub söhbət etmişlər. Həmin vaxt qardaşı İman və dostu Əli də gəlib yanlarında oturmuş, Nizami də həmin vaxt pivə içmişdir. Sonra ora Vüsal, Kənan, Anar gəlmiş və Vüsal gəldikdən sonra Nizami ilə söhbət etməyə başlamışdır. Nizami Vüsala onun arxasınca danışdığını demiş, Vüsal da onun arxasınca heç kimin yanında danışmadığını bildirmişdir. Ancaq onların mübahisələri böyüməmişdir. Sonra Vüsalgil onlarla görüşüb çıxıb getmişlər. Saat 22 radələrində o, işdən çıxıb evə getmiş, saat 23 radələrində isə Nizaminin bıçaqlandığını və onu xəstəxanaya apardıqlarını eşitmişdir. O, xəstəxanaya getdikdən sonra bilmişdir ki, Nizami çay evindən durduqdan sonra Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evinə getmişdir. Həmin çay evinin qarşısına Vüsal, Anar, Kənan, Rasim də gəlmiş və Anarla Vüsal bıçaqla Nizaminin üstünə gedərək, həmin vaxt Vüsal əlində olan bıçaqla Nizaminin ürəyindən vurub onu öldürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Abulbəyli kəndində yaşayır. Yaşadığı evin yanında avtoyuma məntəqəsində işləyir və işlədiyi avtoyuma məntəqəsi Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən “060” çay evinə bitişikdir. O, X13 ilə həm qonşu, həm də sinif yoldaşı olmuşdur. 11 iyul 2022-ci il tarixdə avtoyuma məntəqəsində avtomobil yuyarkən, Nizami də çay evində olmuşdur. Saat 19 radələrində Nizami yanına avtoyuma məntəqəsində keçib “gedək pivə içək” demişdir. O da “gəl elə “060” çay evində oturub pivə içək” deyə cavab vermişdir. Nizami ona həmin günü Məhərə görə kiminləsə söhbəti olduğunu, söhbəti də bağladıqlarını, orada otursa yenə Məhər onun yanına gəlib onu dəng edəcəyini demişdir. Onun həmin gün başı maşın yumağa qarışıq olduğundan Nizaminin kimlərlə söhbət etməsini bilməmişdir. Daha sonra Nizami “gedək “Dondar piryezi” deyilən yerdə pivəliyək” demiş, həmin vaxtı Nizaminin yeznəsi Nəsimi də orada olmuşdur. Nəsimi onları maşını ilə “Dondar piryezi”ndə düşürmüş, ancaq özü namaz qılan olduğu üçün onlarla birlikdə getməmişdir. Nizami ilə ikisi əvvəl piryezdə tanımadığı kafeyə getmiş, oranın yeri zirzəmi kimi olduğundan və isti olduğundan orada oturmayıb Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinə getmişlər. Saat 20:15 radələrində Nizaminin yeznəsi Sərkan da yanlarına gəlmiş və üçü birlikdə oturmuşlar. Nizami həmin vaxt pivə içmişdir. Saat 21 radələrində yeznəsinə zəng gəlmiş və yeznəsi çıxıb getmişdir. Nizami isə onlarla getməmişdir. Sonradan o, evinə getmişdir. 12 iyul 2022-ci il tarixdə isə eşitmişdir ki, Nizamini axşam “Komfort” çay evinin qarşısında bıçaqlayıb öldürmüşlər. O, sonradan bilmişdir ki, onlar oradan durduqdan sonra Nizaminin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə söz-söhbəti olmuş və sonuncular Nizamini öldürmüşlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Ağdam kəndində yaşayır. X13 onun arvadının qardaşı olmuşdur. 11 iyul 2022-ci il tarixdə saat 13 radələrində Nizami ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən “060” çay evinin arxa tərəfində oturub çay içmişlər. Birlikdə oturan zaman Nizaminin telefonuna tez-tez zəng gəlmiş, lakin Nizami zənglərə cavab verməmişdir. Bir neçə dəfə Nizamiyə zəng gəldikdən sonra Nizami telefona cavab vermiş, Nizamiyə kimin zəng etdiyini bilməmişdir. Nizami telefonda “ay Məhər, nə istəyirsən, 2-3 gündür rayona gəlmişəm, imkan ver istirahət edim, məni problemə salma” deyib, həmin adamla sağollaşmış, sonra da 2-3 bakal pivə içmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Məhər çay evinə yanlarına gəlmişdir. Məhər onlarla birlikdə 5-6 dəqiqə əyləşdikdən sonra Nizami ondan çölə çıxmağını və Məhərlə şəxsi işinin olduğunu demişdir. O da çay evinin qarşı tərəfinə doğru getmişdir. Həmin vaxt bacısı telefonuna zəng etmiş və bacısı ilə danışmağa başlamışdır. Çay evindən çıxa-çıxa uzaq qohumu olan Kənanın və yanında tanımadığı 2 nəfər şəxsin Nizamigilin yanına getdiyini görmüşdür. Təxminən 20-25 dəqiqə telefonla bacısı ilə danışdıqdan sonra, o, Nizaminin yanına keçmişdir. Saat 19 radələrində həmin çay evinin yanında avtoyumada işləyən Səlim də yanlarına gəlmişdir. X20 birlikdə “Dondar Piryezi” deyilən yerə gedib birlikdə oturmağı qərarlaşdırmış və onları aparıb düşürməyi xahiş etmişlər. O da onları aparıb “Dondar Piryezi” deyilən yerə düşürüb oradan da öz evlərinə getmişdir. Saat 23 radələrində ona zəng gəlmiş və Nizaminin bıçaqlandığını demişlər, o da tez xəstəxanaya getmişdir. O, xəstəxanaya gedəndə Nizami artıq vəfat etmişdir. Həmin vaxt o, hadisə barədə maraqlandıqda bilmişdir ki, o, Səlimlə Nizamini düşürdükdən sonra onlar Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinə getmişlər. Həmçinin bilmişdir ki, “060” çay evinə Kənanla birlikdə gələnlər Vüsal və Anar adlı şəxs olmuşdur. Nizami telefonda Anarla münahisə etdikdən sonra Anar, Vüsal, Kənan və Rasim Nizami ilə söhbət etmək üçün Anarın avtomobili ilə “Komfort” çay evinə getmiş, onlar ora çatdıqdan sonra birinci Anar maşından düşərək bıçaqla Nizamiyə hücum etmiş, həmin vaxt Vüsal maşından düşüb Nizamini əlindəki bıçaqla ürəyindən vurmuş və Nizami almış olduğu xəsarətdən hadisə yerində ölmüşdür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində Tovuz-Böyük Qışlaq yolunun 2-ci kilometrliyində “Komfort” çay evinin qarşısında baş vermişdir. Hadisə yerinə baxış zamanı “Komfort” çay evi ilə üzbəüz üzü Böyük Qışlaq kəndi istiqamətdə yolun sağ tərəfində asfalt örtüyündən 1 metr məsafədə üzərində qanabənzər ləkələr olan 01 ədəd qatlanan cib bıçağı aşkar edilmiş, qeyd olunan cib bıçağı zavod istehsallı, dəstək və tiyə hissədən ibarət olmaqla dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 11 sm, ümumi uzunluğu 23 sm-dir. Baxış zamanı həmin bıçağın kənarlarında və torpaq səthi üzərində, üzü Böyük Qışlaq kəndi istiqamətdə yolun sağ tərəfində bir neçə yerdə asfalt örtüyü üzərində qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Baxış zamanı hadisə yerindən torpaq səthi üzərindən 02 ədəd, asfalt səthi üzərindən həmin hissədə pambıq tampon vasitəsilə 04 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, çay evi ilə üzbəüz üzü Böyük Qışlaq kəndi istiqamətdə yolun sol tərəfində asfalt örtükdən 15 sm məsafədə ehtiyat yolda üzərində qanabənzər ləkələr olan qatlanan cib bıçağı vardır. Qeyd olunan cib bıçağı zavod istehsallı, dəstək və tiyə hissəsindən ibarət olmaqla dəstəyinin uzunluğu 11.9 sm, tiyəsinin uzunluğu 8.9 sm, ümumi uzunluğu 20.8 sm-dir. Qeyd olunan bıçaq istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerində yolun üzü Böyük Qışlaq kəndi istiqamətdə yolun sağ tərəfində aşkar edilmiş bıçaqla yolun sol tərəfində aşkar edilmiş bıçağın arasında 7.9 metr məsafə vardır. Baxış zamanı yolun üzü Böyük Qışlaq kəndi istiqamətdə sol tərəfdə bir neçə yerdə qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Baxış zamanı hadisə yerindən asfalt səthi üzərindən həmin hissədə pambıq tampon vasitəsilə 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa hadisə yerinə baxış zamanı çay evinin giriş hissəsi ilə üzbəüz dayandıqda sol tərəfdə 4 ədəd üzərində qanabənzər ləkələr olan daş parçası müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 4-13). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyul 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Nizami Vəliyevlə bıçaqla mübahisə etdiyi, Təqsirləndirilən şəxs1 hadisə zamanı Nizami Vəliyevə bıçaq zərbəsi yetirdiyi, Nizami Vəliyevin xəsarət aldıqdan sonra yerə yıxıldığı, hadisədən sonra bıçağı atdığı, yəni hadisənin yerini və şəraitini göstərmişdir (iş vərəqə: cild 1, səh. 134-140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 iyul 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Nizami Vəliyevlə mübahisə etdikləri, Nizami Vəliyevə bıçaq zərbəsi yetirdiyi, hadisədən sonra bıçağı atdığı yerləri, yəni törətdiyi cinayət hadisəsinin yerini və şəraitini göstərmişdir (iş vərəqə: cild 1, səh. 172-175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyul 2022-ci il tarixli “tanınmaya təqdim etmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid3 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısında baş vermiş cinayət hadisəsindən sonra çay evinin qarşısında Nizami Vəliyevin arxası üstə yerə uzandığını görüb onu Şahid7la yerdən qaldırarkən Nizami Vəliyevin əlində olan bir ədəd bıçağı tanımışdır (iş vərəqə: cild 1, səh. 77-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobilin sol qabaq qapısının və sol arxa yan şüşəsinin üzərində qanabənzər ləkələr vardır. Avtomobilin salonuna baxış keçirilməsi zamanı qabaq sol və sağ oturacaqların üzlüyündə qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. Avtomobildə qanabənzər ləkələrin aşkar olunduğu yerdən nümunələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 154-159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin sahibi X3 istintaqa təqdim etdiyi “Komfort” çay evinin videomüşahidə qurğusunun kamerasının xx.xx.2022-ci il tarixli saat 21:38:00-dan 21:39:31-dək olan müddətdəki arxivləşdirilmiş videogörüntüsünün köçürüldüyü 1 ədəd “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin videomüşahidə qurğusunun kamerası çay evinin giriş hissəsini qeydə alır. Videoyazının 21:38:06-cı saniyəsində görünür ki, “Niva” markalı avtomobil üzü Tovuz şəhəri istiqamətində kafenin qarşısında yolun sol tərəfində dayanır və avtomobildən bir nəfər sürücü sol tərəfdən düşür. Baxış iştirakçısı Elvin Həsənov bildirmişdir ki, həmin şəxs əvvəldən də tanıdığı Təqsirləndirilən şəxs2dir. Videogörüntüyə baxış zamanı müəyyən olunur ki, “Niva” markalı avtomobilin sürücüsü avtomobili saxlayan zaman avtomobilin sağ qarşı tərəfdən ağ köynəkli bir nəfər şəxs avtomobilə yaxınlaşır və avtomobilin sağ tərəfindən avtomobilin arxası ilə sürücü tərəfə gəlir. Videoyazının 21:38:11-ci saniyəsində görünür ki, hər iki şəxs üzbəüz gəlirlər və əllərində olan alətlə bir-birlərinə tərəf əl atırlar. Baxış iştirakçısı Elvin Həsənov bildirmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs2lə Nizami Vəliyevdir. Videoyazının 21:38:14-cü saniyəsindən görünür ki, avtomobilin sağ qabaq sərnişin tərəfdən bir nəfər şəxs düşərək Nizami Vəliyev tərəf hərəkət edir. Baxış iştirakçısı Elvin Həsənov bildirmişdir ki, həmin şəxs əvvəldən də tanıdığı Təqsirləndirilən şəxs1dur. Videoyazının 21:38:16-cı saniyəsindən görünür ki, avtomobilin sağ qabaq sərnişin tərəfdən bir nəfər şəxs düşərək Nizamigil tərəfə hərəkət edir. Baxış iştirakçısı Elvin Həsənov bildirmişdir ki, həmin şəxs Rasim adlı şəxsdir. Videoyazıdan görünür ki, həmin şəxs Nizami Vəliyev tərəfə hərəkət edir. Videoyazının 21:38:18-ci saniyəsindən görünür ki, avtomobildən düşən Təqsirləndirilən şəxs1 Nizami Vəliyevə sağ əlindəki alətlə zərbə yetirir və həmin anda Nizami Vəliyev sol əli ilə ürək nahiyəsini tutur. Videoyazının 21:38:20-ci saniyəsindən görünür ki, avtomobilin sol tərəfindən bir nəfər şəxs düşərək mübahisə olan yerə doğru hərəkət edir. Baxış iştirakçısı Elvin Həsənov bildirmişdir ki, həmin adam əvvəldən də tanıdığı Kənan adlı şəxsdir. Videoyazının 21:38:28-ci saniyəsindən görünür ki, Nizami Vəliyev əlindəki bıçaqla Təqsirləndirilən şəxs2 təqib etməyə başlayır. Videoyazının 21:38:38-ci saniyəsindən görünür ki, X25 Tağıyevi təqib edən zaman üzü Tovuz şəhəri istiqamətində markası və dövlət qeydiyyat nişanı görünməyən avtomobil yol ilə hərəkət edir. Həmin anda avtomobilin işıqları Nizami Vəliyevin sinə nahiyəsinə düşür və videoyazıdan göründüyü kimi həmin anda Nizami Vəliyevin ürək nahiyəsindən qan axmağa davam edir. Həmin zaman digər şəxslər yolun ortasında dayanıblar. Videoyazının 21:38:52-ci saniyəsindən görünür ki, digər şəxslər, yəni Təqsirləndirilən şəxs1la Kənan və Rasim adlı şəxslər üzü Tovuz şəhəri istiqamətinə piyada hərəkət edirlər. Videoyazının 21:39:00-cu saniyəsindən görünür ki, Nizami Vəliyev qəflətən yerə yıxılır. Videoyazının 21:39:10-cu saniyəsindən görünür ki, Təqsirləndirilən şəxs2 müşahidə kamerasının görüntüsü altına düşür və həmin anda avtomobilinə doğru hərəkət edib Nizami Vəliyevin yanından keçərək 21:39:23-cü saniyədə öz avtomobilinə əyləşib 21:39:27-ci saniyədə avtomobilini hərəkətə gətirərək oradan uzaqlaşır (iş vərəqə: cild 1, səh. 32-34). Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş cinayət hadisənin əks olunduğu video görüntü nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə cinayət hadisəsinin baş verdiyi Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gələrək avtomobili yolun əks hərəkət istiqamətində saxlayıb həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olaraq, dərhal maşından düşüb əvvəlcədən gətirdiyi əlindəki silah qismində istifadə etdiyi əşya ilə birbaşa Nizami Vəliyevin üzərinə hücuma keçir, bu zaman Nizami Vəliyev özünü müdafiə etməyə çalışır, həmin vəziyyətdə Təqsirləndirilən şəxs1 əlində silah qismində istifadə etdiyi əşya ilə avtomobildən düşüb birbaşa Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurur. Həmin video görüntüdən həmçinin müəyyən edilir ki, cinayət hadisəsinin törədildiyi Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısında Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneçilik yaradır, həmin vaxt təqsirləndirilən şəxslərin əməlləri çay evindən çıxan şəxslərin gözləri qarşısında baş verir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 iyul 2022-ci il tarixli “üzləşdirmə haqqında” istintaq hərəkəri protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında aparılmış üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 üzərində bıçaq olduğunu və Vüsalın Nizamini bıçaqla vurduğunu bildirmişdir (iş vərəqə: cild 2, səh. 25-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 noyabr 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə hadisə zamanı əvvəlcədən üzərində gəzdirdiyi və Nizami Vəliyevə xəsarət yetirdiyi bir ədəd bıçağı tanımışdır (iş vərəqə: cild 3, səh. 129-130). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 avqust 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı üzərində bıçaq olduğunu, özünün gözünün qarşısında Təqsirləndirilən şəxs1 Nizami Vəliyevi ürək nahiyəsindən bıçaqla vurduğunu, baş vermiş hadisədən sonra avtomobildə xəstəxanaya gedərkən Vüsalın ona Nizami Vəliyevi bıçaqla ürəyindən vurduğunu dediyini bildirmişdir (iş vərəqə: cild 2, səh. 164-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış əlavə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Nizami Vəliyevə xəsarət yetirdiyi bıçağı əvvəlcədən özü ilə gətirdiyini və həmin bıçağın onun avtomobilinin “bardaçok”unda, yəni saxlanc yerində olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində Təqsirləndirilən şəxs2 ifadəsində düzgün dediyini və hadisə zamanı istifadə etdiyi bıçağı əvvəlcədən üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: cild 3, səh. 156-157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Qazax rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 09 saylı rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər- sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, sağ əlin 2ci barmağının ovuc səthinin kəsilmiş yarası kimi xəsarətlərin kənarları hamardır, səthləri nəmdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın təsirindən törənmişdirlər, həyatidirlər, mərhumun ölümündən azacıq əvvəl kəsici-deşici əşyanın təsirindən törənmişdirlər. Döş qəfəsinin ön səthində olan və daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, ağırlıq dərəcəsinə görə yetirilən anda, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhumun sağ əlində olan kəsilmiş-deşilmiş yara dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. X1 bədəni üzərində olan xəsarət hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələrlə üst-üstə düşür. X1 ölümünə səbəb ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə söyləmək olar ki, X6 ölümü, meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı 1.1 %-dir. Bu da X6 hadisədən əvvəl spirtli içki qəbul etdiyi kimi qiymətləndirilir. Yaranın lokalizasiyasına və yaranın istiqamətinə görə, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxs qarşı-qarşıya duruş vəziyyətində ola bilərdi (iş vərəqə: cild 2, səh. 126-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 09 saylı əlavə rəyindən görünür ki, X1 meyitində aşkar edimiş xəsarətlərin ölçüsünü, xarakterini nəzərə alaraq, qeyd olunan xəsarətlərin, ekspertizaya təqdim edilmiş zavod istehsallı, dəstək və tiyə hissəsindən ibarət olmaqla ümumi uzunluğu 23 sm, dəstəyi metal lövhənin üzərinə hər iki tərəfdən 3 ədəd metal mil ilə bərkidilmiş metal materialdan və qara rəngli olan, dəstəyinin uzunluğu 12 sm, orta hissədə eni 2.6 sm, qalınlığı isə 0.9 sm, bıçağın tiyəsinin dəstəyə yaxın olan hissəsində tiyənin kəsici hissəsinə yaxın “U.S.A Columbia” yazısı olan, tiyəsi qara rəngli olmaqla, bir tərəfi küt, bir tərəfi kəsici, ucu batıcı, tiyənin uzunluğu 11 sm, eni orta hissədə 2.4 sm, qalınlığı 0.2 sm olmaqla tiyə üzərində küt hissədə 6 ədəd “U” formalı naxış, həmçinin tiyənin küt hissəsinə yaxın ortada 2 ədəd bir-birinə əks istiqamətdə ürək formalı dəlik olan qatlanan cib bıçağı ilə yetirilə bilərdi (iş vərəqə: cild 2, səh. 130). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Qazax rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində sağ saidin və sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir, həmin xəsarətlər kəsici-deşici əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild 2, səh.1). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Qazax rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində sol saidin iç səthinin kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir, həmin xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vərəqə: cild 2, səh.3). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Qazax rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 233 saylı rəyindən görünür ki, Şahid2 Yunus oğlunun bədənində sol bazunun yuxarı 1/3-nin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası aşkar edilmişdir, həmin xəsarət kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild 2, səh. 4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X8 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Şahid2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (iş vərəqə: cild 2, səh. 245-250). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1080-3/1083 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. -Tədqiqata təqdim edilmiş “2” və “3” rəqəmləri ilə işarələnmiş 02 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçaqlarıdır, soyuq silah hesab edilmir, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından N.Ə.Vəliyevə məxsus köynəyin, maykanın, Şahid2 məxsus köynəyin və Təqsirləndirilən şəxs1 məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri aiddir. Lakin zədə kənarlarında xüsusi əlamətlər olmadığından həmin zədələrin hansı bıçaqla yetirilməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda paltarların üzərində xüsusi əlamətli digər zədə və izlər aşkar edilməmişdir. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir (iş vərəqə: cild 3, səh. 1-6). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə Ekspertizası Mərkəzinin videoyazıların məhkəmə ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 4/1307 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “DVD-R” diskdə olan videoyazıda qeydə alınan və tədqiqatı tələb olunan hadisələrin təsviri rəyin tədqiqi hissəsində verilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “DVD-R” diskdə olan və tədqiqatı tələb olunan videoyazının kifayət qədər keyfiyyətdə olmaması səbəbindən həmin videoyazıdakı görüntülərə görə şəxslərin hərəkət dinamikasına və antropemtrik ölçülərinə görə eyniləşdirilməsi mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “DVD-R” diskdə olan videoyazıda kadrdaxili və kadrlar arası montaj əlamətləri müəyyən olunmamışdır. Qeyd olunan rəyin təsviri hissəsindən görünür ki, kişi cinsinə məxsus xarici görünüşlü şəxs - “K1” irəliyə doğru hərəkət edir (şəkil 3). “K1” kimi işarələnmiş şəxslə üzbəüz hərəkətdə olan “Niva” markalı nəqliyyat vasitəsi “K1”-in yanına çatdıqda dayanır, həmçinin “K1” nəqliyyat vasitəsinin sağ tərəfində duraraq hərəkətini dayandırır (şəkil 4). Kişi cinsinə məxsus xarici görünüşlü digər şəxs - “K2” nəqliyyat vasitəsinin sol tərəfindən düşərək “K1”-ə tərəf, nəqliyyat vasitəsinin arxasına doğru hərəkət edir. Eyni zamanda “K1” nəqliyyat vasitəsinin arxasına doğru hərəkət edərək “K2”-yə yaxınlaşır. “K2” əlində olan bıçağa bənzər parıltılı əşyanı “K1”-ə doğu istiqamətləndirərək onun üzərinə doğru qaçmağa başlayır (şəkil 5, 6). Bu vaxt “K1” geriyə doğru çəkilməyə başlayır. Daha sonra “K1” əlində olan bıçağa bənzər parıltılı əşyanı “K2”-yə doğru istiqamətləndirir (şəkil 7). Nəqliyyat vasitəsinin sağ tərəfindən düşən kişi cinsinə məxsus xarici görünüşlü digər şəxs - “K3” qaçaraq “K2” və “K1”-in yanına gəlir və əlində olan bıçağa bənzər parıltılı əşyanı “K1”-ə doğu istiqamətləndirərək onun üzərinə doğru qaçır (şəkil 8). “K1” geriyə doğru qaçmağa başlayır. Nəqliyyat vasitəsinin sağ tərəfindən düşən əlində bıçağa bənzər parıltılı əşya olan kişi cinsinə məxsus xarici görünüşlü digər şəxs - “K4” mübahisə edən “K1 ”, “K2”, “K3” tərəfə irəliləyir (şəkil 9). Kameranın obyektivinə düşən ağacın arxa tərəfində mübahisələri qismən görünən “K1”, “K2”, “K3” şəxslərindən “K1” bədəninin sol tərəfində sinəsinə doğru əlini qoyaraq geriyə doğru hərəkət edir. “K1”-in əynində olan ağ rəngli köynəyin sol tərəfində qanabənzər qırmızı rəng bəlirir. Nəqliyyat vasitəsinin sol tərəfindən kişi cinsinə məxsus xarici görünüşlü digər şəxs - “K5” düşür və “K1”-ə doğru qaçmağa başlayır (şəkil 10). “K1” geriyə doğru qaçır, digər şəxsər isə “K1”-in üstünə doğru qaçırlar. Az sonra isə “K1” həmin şəxslərin arxasınca qaçmağa başlayır və bir müddət keçdikdən sonra yerə yıxılaraq yerdə uzanır. Digər şəxslər mübahisənin baş verdiyi ərazidən uzaqlaşırlar, şəxslərdən biri isə nəqliyyat vasitəsinə minərək, nəqliyyat vasitəsini sürüb həmin ərazidən uzaqlaşır (iş vərəqə: cild 3, səh. 87-93). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 videoyazıların məhkəmə ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 4/1307 saylı rəyinin təsviri hissəsində göstərilənlərlə bağlı dindirilmiş əlavə ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin rəylə razıdır. Belə ki, rəydə “K1” kimi qeyd edilən şəxs Nizami Vəliyevdir. Rəydə “K2” kimi qeyd edilən şəxs Təqsirləndirilən şəxs2dir. Rəydə göstərilən “K1” və “K2”-nin əlində bıçağa bənzər parıltılı əşya kimi göstərilənlər bıçaqdır. Rəydən də göründüyü kimi, Təqsirləndirilən şəxs2 avtomobilini saxladıqdan sonra onlar bir-birləri ilə bıçaqlı şəkildə mübahisə edirlər. Rəydə “K3” kimi qeyd edilən şəxs isə o özüdür. Rəydən göründüyü kimi, hadisə vaxtı o, maşından düşdükdən sonra əlindəki bıçaqla Nizaminin ürək nahiyəsindən vurmuşdur. Rəydə “K4” kimi qeyd edilən şəxs Şahid1, “K5” kimi qeyd edilən şəxs isə Şahid2dur (iş vərəqə: cild 3, səh. 151-154). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 videoyazıların məhkəmə ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 4/1307 saylı rəyinin təsviri hissəsində göstərilənlərlə bağlı dindirilmiş əlavə ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin rəylə razıdır. Belə ki, rəydə “K1” kimi qeyd edilən şəxs Nizami Vəliyevdir. Rəydə “K2” kimi qeyd edilən şəxs özüdür. Rəydə göstərilən “K1” və “K2”-nin əlində bıçağa bənzər parıltılı əşya kimi göstərilənlər bıçaqdır. Rəydən də göründüyü kimi o, avtomobilini saxladıqdan sonra Nizami ona tərəf hərəkət edir. Həmin vaxt Nizami ilə bıçaqlı şəkildə mübahisə etmişlər. Rəydə “K3” kimi qeyd edilən şəxs isə Təqsirləndirilən şəxs1dur. Rəydən göründüyü kimi, hadisə vaxtı Vüsal maşından düşdükdən sonra birbaşa Nizami Vəliyevin üzərinə doğru gedərək əlindəki bıçaqla onun ürək nahiyəsindən xəsarət yetirir. Rəydə “K4” kimi qeyd edilən şəxs Şahid1, “K5” kimi qeyd edilən şəxs isə Şahid2dur (iş vərəqə: cild 3, səh. 131- 134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 580/2022-MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X6 qan qrupu (1)RH+ (şəxsiyyət vəsiqəsindən), Təqsirləndirilən şəxs1 qan qrupu A(ll)RH+(şəxsiyyət vəsiqəsindən), Təqsirləndirilən şəxs2 qan qrupu A(11)RH+(şəxsiyyət vəsiqəsindən), Şahid2 Yunus oğlunun qan qrupu 0(1) RH+(şəxsiyyət vəsiqəsindən)-dir. Məhkəmə tibbi bioloji ekspertizaya təqdim edilmiş X8 məxsus köynək, mayka, trusik, şalvar (kəmərlə birlikdə), bir cüt idman ayaqqabısı, bir cüt corab, Təqsirləndirilən şəxs1 məxsus şalvar və köynək, Təqsirləndirilən şəxs2 məxsus şalvar kəmərlə birlikdə və köynək, Şahid2 Yunus oğluna məxsus şalvar və köynək, tutacağına qırmızı rəngli lövhələr bərkidilmiş, tiyəsi üzərində «STAİNLESS» yazısı olan qatlanan bıçaq, tutacağına tünd qəhvəyi rəngli lövhələr bərkidilmiş, üzərində quş başı təsviri olan qatlanan bıçaq, tiyəsi üzərində «USA Columbia» yazısı olan qatlanan bıçaqların tutacaq və tiyələri, avtomobildən dörd ədəd, hadisə yerindən səkkiz ədəd plastik gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələr, iki ədəd metlaq qırığı və iki ədəd kiçik çaydaşı üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Qanın qrupu ABO sistemi ilə təyin olunduqda N.Ə.Vəliyevin köynəyi, maykası trusiki, şalvarı, kəməri, bir cüt idman ayaqqabısı, bir cüt corabı, Təqsirləndirilən şəxs1 şalvarının sağ ayaq və sol ayaq hissələrinin ön səthində və sol ayaq hissəsinin arxa səthində olan bəzi ləkələrdə, K.Y. Qasımovun köynəyinin sol qolunda və şalvarının sol ayaq hissəsinin arxa səthində olan bəzi ləkələrdə, tutacağına tünd qəhvəyi rəngli lövhələr bərkidilmiş, üzərində quş başı təsviri olan bıçağın tutacağında, tiyəsi üzərində «Colombia USA» yazısı olan bıçağın tiyəsində olan ləkələrdə, hadisə yerindən 6 ədəd (3,4,6,7 nömrələri yazılan) plastik gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə yalnız «H» antigeni alındı. Bu antigen resessiv olub yalnız tək halda alındıqda əsas antigen kimi 0(1) qruplu qanı formalaşdıraraq xarakterizə etdiyindən həmin ləkələrdə olan qanın birmənalı olaraq 0(1) qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, yuxarıda göstərilən qan ləkələrinin ABO sistemi uzrə həmin qan qruplu N.Ə. Vəliyevə və Şahid2 məxsus olması inkar olunmur. Təqsirləndirilən şəxs1 şalvar və köynəyində olan digər ləkələrdə, Təqsirləndirilən şəxs2 şalvarı, kəməri, köynəyi üzərində olan ləkələrdə, Şahid2 köynəyi və şalvarı üzərində olan digər ləkələrdə, tutacağına qırmızı rəngli lövhələr bərkidilmiş bıçağın tutacaq və tiyəsində, tutacağına tünd qəhvəyi rəngli lövhələr bərkidilmiş, üzərində quş başı təsviri olan bıçağın tiyəsində, tiyəsi üzərində «USA Colombia» yazısı olan düyməli bıçağın tutacağında olan ləkələrdə, avtomobildən dörd ədəd plastik gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə və hadisə yerindən iki ədəd (2 nömrəsi yazılan) plastik gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə, o cümlədən iki ədəd metlaq qırığı və iki ədəd çaydaşı üzərində olan ləkələrdə isə qan qrupunun ABO sistemi üzrə təyini zamanı «A» və «H» antigenləri alındı. «A» antigeni «H» antigeni ilə müqayisədə dominant olub bütün hallarda əsas antigen kimi A(ll) qrupunu formalaşdırıb xarakterizə edir. Onunla birlikdə alınmış «H» antigeni isə bu halda yalnız müşayiətçi antigen qismində qan qrupunun yaranmasında iştirak edə bilər. Belə halda yuxarıda göstərilən qan ləkələri qanında müşayiətçi «H» antigeni olan A(H)(11) qruplu şəxsə məxsus ola bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanında göstərilən müşayiətçi «H» antigeninin olduğu halında qan ləkələri onların qanı hesabına yarana bilər. Yalnız iş materialları nəzərə alınmaqla hadisənin dinamikada gedişatı, ləkələrin ölçü və xarakteri, yaranma mexanizmi onların bir neçə şəxsin qarışmış qanları hesabına yaranma mümkünlüyünü ehtimal etməyə imkan verirsə, göstərilən ləkələrdə ABO sistemi üzrə A(ll) qruplu qanın (müşayiətçi «H» antigeni ilə və ya onsuz) və 0(1) qruplu şəxslərin qarışmış qanının olması güman oluna bilər. Bu zaman göstərilən qan ləkələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanı ilə birlikdə N.Ə.Vəliyevin və Şahid2 qan qarışığı inkar oluna bilməz. Maddi sübutlarda qanın yaranma müddətinin təyininə dair hal-hazırda ekspert praktikasında tətbiq olunan elmi əsaslandırılmış metodlar olmadığı və bu barədə metodik tövsiyyələr işlənib hazırlanmadığı üçün bu barədə fikir söyləmək mümkün olmamışdır (iş vərəqə: cild 3, səh. 95-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatrik-psixoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 462/157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 133- 135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatrik-psixoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 463/158 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq psixi xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 136-138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X13 istifadəsində olmuş 050 544-56-22 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə Şahid2 Yunus oğlunun istifadəsində olmuş 050 201-41-58 saylı mobil nömrə ilə telefon danışığı aparmışdır. Sonuncu telefon danışığı isə saat 21:45-də 11 saniyə müddətində olmuş, həmin vaxt X21 rayonu, Dondar Quşçu kəndi ərazisində əhatə dairəsində olmuş, bu da hadisənin baş verdiyi yer ilə uyğunluq təşkil etmişdir. Eyni zamanda telefon danışıqları məlumatlarından görünür ki, zərərçəkmiş şəxs X13 istifadəsində olmuş 050 544-56-22 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə bir neçə dəfə Şahid4 istifadəsində olmuş 051 912-02-62 saylı mobil nömrə ilə telefon danışığı aparmışdır. Bundan başqa, zərərçəkmiş şəxs X13 istifadəsində olmuş 050 544-56-22 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 21:42-də Şahid7 istifadəsində olmuş 050 858-42-41 saylı mobil nömrə ilə telefon danışığı aparmışdır. Həmin məlumatlardan həmçinin görünür ki, Şahid2 Yunus oğlu istifadəsində olmuş 050 201-41-58 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 21:45-də zərərçəkmiş şəxs X6 istifadəsində olmuş 050 544-56-22 saylı mobil nömrə ilə 11 saniyə müddətində danışıq aparmışdır. Şahid2 Yunus oğlu istifadəsində olmuş 050 201-41-58 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 21:41-də Şahid1 istifadəsində olmuş 055 261-21-21 saylı mobil nömrə ilə 55 saniyə müddətində danışıq aparmışdır. Şahid2 Yunus oğlu istifadəsində olmuş 050 201-41-58 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 21:52-də 050 370-26-32 mobil nömrəsi ilə 20 saniyə müddətinə telefon danışığı aparmışdır (iş vərəqə: cild 2, səh. 170-175). Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan 01 ədəd turist bıçağı, eləcə də hadisə zamanı X6 istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 125 mm, ümumi uzunluğu 215 mm olan 01 ədəd turist bıçağı, qanabənzər ləkələrin hopdurulduğu 08 ədəd pambıq tampon, üzərində qanabənzər ləkələrin olduğu 04 ədəd daş parçası, X8 məxsus 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd bozumtul-ağımtıl rəngli trusik, 01 cüt qara rəngli idman ayaqqabısı və 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş sonuncunun hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 200 mm olan 01 ədəd turist bıçağı, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd tünd-boz rəngli cins şalvar və 01 ədəd boz rəngli qısaqol köynək, bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş belində dəri kəməri olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd göy rəngli qısaqol köynək, eyni zamanda hadisə zamanı Şahid2 Yunus oğlunun əynində olmuş 01 ədəd yaşıl rəngli köynək və 01 ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış zamanı götürülmüş avtomobilin sol qabaq qapısının və sol arxa yan şüşəsinin üzərində, eyni zamanda qabaq sol və sağ oturacaqların üzlüyündə qanabənzər ləkələrin aşkar olunduğu yerdən pambıq tampon vasitəsilə götürülmüş 04 ədəd nümunə maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz rayon Prokurorluğuna təhvil verilmişdir, bundan başqa Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin videomüşahidə qurğusunun kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 3, səh. 166-216). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 avqust 2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (iş vərəqə: cild 2, səh. 123-124). Cinayət işinin materiallarına əlavə edilmiş 12 iyul 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar (iş vərəqə: cild 1, səh. 39-40, 109-110). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 13 iyul 2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 234-236). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 14 iyul 2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 238-240). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayələrində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 2, səh. 89, 99). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri, həmçinin xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən adam öldürmələri, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmələri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, həmçinin təqsirləndirilən şəxslərin həmin cinayət əməlinin onlar tərəfindən törədilməsinə dəlalət edən halları təsdiqləyən qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinməlidirlər. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxslərin törədilmiş cinayət hadisəsində onların hər birinin ayrı-ayrılıqda iştirakına və onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər üç maddəsi üzrə münasibətdə onların əməllərinə hüquqi qiymət verilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında qəsdən adam öldürmə, yəni Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə, xuliqanlıq niyyəti ilə adam öldürmə, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, hər iki təqsirləndirilən şəxs bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək Nizami Vəliyevin üzərinə hücum etmiş, bu zaman Təqsirləndirilən şəxs1, Nizami Vəliyevin üzərinə soyuq silah hesab edilməyən turist bıçağı ilə hücum edən Təqsirləndirilən şəxs2lə mübarizə aparmasından və ona qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib turist bıçağı ilə Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub bir qrup şəxs halında X7 qəsdən öldürmüşlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini təqsirli bilmədiklərini, Nizami Vəliyevi qəsdən öldürmədiklərini, belə bir məqsədlərinin olmadığını bildirsələr də, onların həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Nizami Vəliyevin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etmələri, Təqsirləndirilən şəxs2 tərəfindən Nizami Vəliyevin üzərinə bıçaqla hücuma keçərək Nizami Vəliyevin müqavimətini qırması, bununla da Nizami Vəliyevin özünü müdafiə etmə imkanını məhdudlaşdırmaqla, zərərçəkmişin ölümü ilə nəticələnən hadisənin baş verməsinə şüurlu surətdə yol verərək, Təqsirləndirilən şəxs1 isə X16 Tağıyevlə mübarizə apararaq özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib bıçaqla birbaşa Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurması cinayət işinin bütün materialları ilə yanaşı, hadisənin baş verdiyi Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin videomüşahidə qurğusunun kamerasından götürülmüş diskdə olan video görüntü ilə də tamamilə təsdiq olunur. Belə ki, həmin video görüntü məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə hadisə yerinə gəlib, əlində bıçaqla dərhal maşından düşüb gözləmədən birbaşa Nizami Vəliyevin üzərinə hücuma keçir, bu zaman özünü müdafiə etməyə çalışan Nizami Vəliyevin həmin vəziyyətindən, yəni onun özünü müdafiə etmə imkanının kifayət qədər məhdudlaşdırılmasından istifadə edən Təqsirləndirilən şəxs1 əlində bıçaqla avtomobildən düşüb birbaşa Nizami Vəliyevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, “....Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur”. Təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı Nizami Vəliyevi qəsdən öldürmədiklərinə, belə bir məqsədlərinin olmadığına dair bildirdikləri hər iki təqsirləndirilən şəxsin hadisə yerinə əvvəlcədən üzərlərində götürdükləri bıçaqla getmələri, onların hadisə yerinə çatan kimi Nizami Vəliyevlə heç bir danışıq aparmağa cəhd etmədən, ilk öncə Təqsirləndirilən şəxs2 hadisə yerinə çatan kimi dərhal əlində bıçaqla avtomobildən düşərək Nizami Vəliyevin heç bir aktiv hərəkət etmədiyi halda, həmçinin Nizami Vəliyevlə mübahisənin müzakirə edərək sonlandırmasına heç bir cəhd etmədən, dərhal bıçaqla sonuncunun üzərinə hücuma keçməsi, sonra isə Təqsirləndirilən şəxs1 da əlində bıçaqla avtomobildən düşüb onları ayırmağa heç bir cəhd etmədən, onun da mübahisənin müzakirə edərək sonlandırmasına heç bir cəhd etmədən gəlib əvvəlcədən götürdüyü əlindəki bıçaqla birbaşa Nizami Vəliyevin döş nahiyyəsinə zərbə endirməsi kimi işin faktiki halları ilə tamamilə təkzib olunmuş və hadisənin məhz qeyd edilən şəkildə cərəyan etməsi həmin cinayət hadisəsinin əks olunduğu video görüntülərin olduğu disklə də tamamilə təsdiq olunmuş və mötəbərliyi heç bir mübahisə doğurmayan iş üzrə sübutların məcmusu ilə təqsirləndirilən şəxslərin bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə də ittiham elan edilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur”. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır”. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini cinayət işinin materialları və işin faktiki halları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nizami Vəliyevlə aralarında baş vermiş narazılığa aydınlıq gətirərkən və qəsdən törətdikləri cinayət əməlini həyata keçirərkən bunun üçün heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Nizami Vəliyevi həyatdan məhrum etmişlər. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin, baş vermiş hadisənin səbəblərinin, hadisənin baş vermə şəraitinin, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin hadisədən qabaq davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nizami Vəliyevlə aralarında baş vermiş narazılığa aydınlıq gətirmək üçün hadisə yerinə gəlib oraya çatan kimi heç bir əsaslı səbəb olmadan, yəni narazılığı sözlə müzakirə etməyə təşəbbüs etmədən və yaxud hər hansı qanuni şəkildə həll etməyə cəhd etmədən və ya mübahisədən yayınıb çıxıb getmək imkanlarının olmasına baxmayaraq, Nizami Vəliyevin telefonda Təqsirləndirilən şəxs2lə danışarkən sonuncuya qarşı nalayiq ifadə işlətməsi kimi cüzi səbəbi bəhanə edərək hadisə yerinə gəlib Təqsirləndirilən şəxs2 əvvəlcədən gətirdiyi əlində bıçaqla dərhal maşından düşən kimi gözləmədən birbaşa Nizami Vəliyevin üzərinə hücuma keçərək sonuncunun özünü müdafiə etmə imkanını məhdudlaşdıraraq və bundan istifadə edən Təqsirləndirilən şəxs1 isə əlində bıçaqla avtomobildən düşüb birbaşa Nizami Vəliyevin döş nahiyəsinə qəsdən zərbə vurması onların Nizami Vəliyevi xuliqanlıq niyyəti ilə öldürmələrini bir daha təsdiq edir. Məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ku, təqsirləndirilən şəxslər Nizami Vəliyevin üzərinə bıçaqla hücuma keçib onu qəsdən həyatdan məhrum etməklə müşayiət edilən qərəzli hərəkətləri konkret şəxsin sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin xuliqanlıq niyyəti ilə törədilmiş həmin hərəkətlər eyni zamanda ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlər olmaqla, onların hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar hərəkətlərini törədərkən onların qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına zərər vurmaqla onun həyatdan məhrum edilməsi ilə yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsihadisənin insanların istirahət üçün gəldikləri çay evinin qarşısında törədilməsi, həmin çay evindən çıxan insanların olduğu yerdə Təqsirləndirilən şəxs2 avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin də sərbəst hərəkətinə mane olması, hər ikisi avtomobildən düşərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, Nizami Vəliyevin sağlamlığına zərər vurub həyatdan məhrum etmələrini qabaqcadan görüb buna şüurlu surətdə yol verərək və bunu arzu edərək, bilərəkdən özlərini ictimai qaydaya qarşı qoyaraq törətdikləri xuliqanlıq hərəkətləri də onların əməllərində hərəkətverici amil rolunu oynamışdır. Cinayət hadisənin əks olunduğu video görüntü nümayiş etdirilərkən də cinayət hadisəsinin Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısında törədilməsi, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olması, həmin çay evindən çıxan şəxslərin gözləri qarşısında həmin cinayət əməllərinin törədilməsi təsdiq edilmişdir. Məhkəmə bununla bağlı həmçinin onu da qeyd edir ki, cinayət işinin materiallarından və iş üzrə şahidlərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxslərin Nizami Vəliyevlə aralarında mübahisə ilk öncə Nizami Vəliyevin başqa şəxslərə rayonda “vəziyyətə” baxdığını (yəni, söz sahibi olduğunu) bildirməsinə dair fikirlər işlətməsinə görə yaranmış, sonradan qeyd edilən həmin qeyri-qanuni hərəkətlərlə bağlı, yəni hər hansı yerdə “vəziyyətə” kimin baxması, yəni kimin söz sahibi olması kimi mübahisənin yaranma səbəbi də onların törətdikləri cinayət əməllərində xuliqanlıq motivinin olmasını bir daha təsdiq edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətlərinə uyğun, həmçinin törədilmiş cinayətdə onların iştirak dərəcəsi nəzərə alınmaqla, onlara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onların şübhəli şəxs qismində tutulduqları 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onların tutulduqları 12 iyul 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan 01 ədəd turist bıçağı, eləcə də hadisə zamanı X6 istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 125 mm, ümumi uzunluğu 215 mm olan 01 ədəd turist bıçağı, həmçinin Təqsirləndirilən şəxs2 hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 200 mm olan 01 ədəd turist bıçağı, qanabənzər ləkələrin hopdurulduğu 08 ədəd pambıq tampon, üzərində qanabənzər ləkələrin olduğu 04 ədəd daş parçası, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış zamanı pambıq tampon vasitəsilə götürülmüş 04 ədəd nümunə məhv edilməli, X8 məxsus 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd bozumtul-ağımtıl rəngli trusik, 01 cüt qara rəngli idman ayaqqabısı və 01 cüt qara rəngli corab hüquqi varisi X9 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd tünd-boz rəngli cins şalvar və 01 ədəd boz rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılmalı, bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş belində dəri kəməri olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılmalı, eyni zamanda hadisə zamanı Şahid2 Yunus oğlunun əynində olmuş 01 ədəd yaşıl rəngli köynək və 01 ədəd qara rəngli cins şalvar sahibi Şahid2 Yunus oğluna qaytarılmalı, bundan başqa Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin videomüşahidə qurğusunun kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 482 (dörd yüz səksən iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələri ilə 16 (on altı) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələri ilə 15 (on beş) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan 01 ədəd turist bıçağı, eləcə də hadisə zamanı X6 istifadə etdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 125 mm, ümumi uzunluğu 215 mm olan 01 ədəd turist bıçağı, həmçinin Təqsirləndirilən şəxs2 hadisə zamanı istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 200 mm olan 01 ədəd turist bıçağı, qanabənzər ləkələrin hopdurulduğu 08 ədəd pambıq tampon, üzərində qanabənzər ləkələrin olduğu 04 ədəd daş parçası, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış zamanı pambıq tampon vasitəsilə götürülmüş 04 ədəd nümunə məhv edilsin, X8 məxsus 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd belində qara rəngli dəri kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd bozumtul-ağımtıl rəngli trusik, 01 cüt qara rəngli idman ayaqqabısı və 01 cüt qara rəngli corab hüquqi varisi X9 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd tünd-boz rəngli cins şalvar və 01 ədəd boz rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılsın, bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş belində dəri kəməri olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılsın, eyni zamanda hadisə zamanı Şahid2 Yunus oğlunun əynində olmuş 01 ədəd yaşıl rəngli köynək və 01 ədəd qara rəngli cins şalvar sahibi Şahid2 Yunus oğluna qaytarılsın, bundan başqa Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin videomüşahidə qurğusunun kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 482 (dörd yüz səksən iki) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-168/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-168/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver