Məhkəmə qərarları › İş №1(100)-169/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-169/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-169/2023 11.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1966-cı il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Türkiyə Respublikası Kocaeli rayonunda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Aktas İsmaılın Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Aktas İsmaıl xüsusilə külli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2021-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməmiş vaxtda tanışı, Türkiyə Respublikası vətəndaşı Albayrak Davut və Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Şahid1 Türkiyə Respublikasının İstanbul şəhərində təhvil aldığı 6085 manat dəyərində, üzərilərində gümüşü, sarı və qırmızımtıl-sarı rəngli kürəciklər olan 583/585 əyarlı 75,06 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd kulon, 2649 manat dəyərində, üzərilərində qaşlar yerləşdirilmiş, müxtəlif formalı və müxtəlif rəngli elementləri olan “CAORO İTALY 750” damğalı, 750 əyarlı 27,88 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulon, 1099 manat dəyərində, üzərilərində “İNNOVA 750” damğası olan, müxtəlif formalı, 750 əyarlı 11,57 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulon, 781 manat dəyərində üzərilərində “585” damğası olan, müxtəlif formalı, 583/585 əyarlı 9,76 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulon, 160 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 2 qram qızıldan hazırlanmış, halqasının iç tərəfində “GOLD 34 585” damğası olan sarı rəngli 1 ədəd üzük, 1808 manat dəyərində, üzərilərində sarı, qırımızımtıl-sarı, bənövşəyi rəngli, gül formalı elementlər və sarı rəngli kürəciklər olan “CAORO İTALY 750” damğalı, 750 əyarlı 19,03 qram qızıldan hazırlanmış sarı rəngli 1 dəst üzük-qolbaq dəsti, 12520 manat dəyərində, 750 əyarlı 131,79 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 11 ədəd qolbaq, 3752 manat dəyərində, müxtəlif formalı halqalardan və romb formalı elementlərdən ibarət, 750 əyarlı 39,5 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd qolbaq, 5039 manat dəyərində, müxtəlif formalı elementlərdən və kürəciklərdən təşkil olunmuş, 583/585 əyarlı 62,99 qram qızıldan hazırlanmış sarı rəngli 17 ədəd qolbaq, 3364 manat dəyərində, 750 əyarlı 35,41 qram qızıldan hazırlanmış tros toxunuşlu, sarı rəngli 6 ədəd qolbaq, 1874 manat dəyərində, üzərilərində müxtəlif formalı (yarpaq, ürək, ulduz və sair) elementlər olan, 583/585 əyarlı 23,42 qram qızıldan hazırlanmış sarı rəngli 6 ədəd qolbaq, 1796 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 22,45 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd qolbaq, 1006 manat dəyərində, mərkəzində lövhə formalı hissəsi olan, 583/585 əyarlı 12,58 qram qızıldan hazırlanmış sarı rəngli 6 ədəd qolbaq, 894 manat dəyərində, üzərilərində kürə və yarpaq formalı elementlər olan, 750 əyarlı 9,41 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 1112 manat dəyərində, Üzərilərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 13,9 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd qolbaq, 3189 manat dəyərində, müxtəlif formalı elementlərdən ibarət, 583/585 əyarlı 39,86 qram qızıldan hazırlanmış sarı rəngli (bir ədədi qırmızımtıl-sarı rəngli) 7 ədəd qolbaq, 1498 manat dəyərində, üzərilərində gül və qayaya bənzər formalı elementlər olan, 750 əyarlı 15,77 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 4702 manat dəyərində, müxtəlif formalı kulonları olan, 583/585 əyarlı 58,77 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd kulonlu boyunbağı, 1154 manat dəyərində, üzərində qara rəngli qaşlar olan, qırmızımtıl-sarı rəngli 750 əyarlı 12,15 qram qızıldan hazırlanmış 1 ədəd kulonlu boyunbağı, 9798 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 122,48 qram qızıldan hazırlanmış sarı rəngli 45 ədəd qolbaq, 5330 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 66,62 qram qızıldan hazırlanmış sarı rəngli 18 ədəd qolbaq, 4702 manat dəyərində, bəzilərinin üzərilərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 58,78 qram qızıldan hazırlanmış sarı rəngli 20 ədəd qolbaq, 1289 manat dəyərində, üzərilərində kürəciklər və ürək formalı elementlər olan, 583/585 əyarlı 16,11 qram qızıldan hazırlanmış sarı rəngli 5 cüt sırğa, 245 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar və qırmızımtıl-sarı rəngli kürəciklər olan, 583/585 əyarlı 3,07 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 515 manat dəyərində, 583/585 əyarlı 6,44 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 918 manat dəyərində, üzərilərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 11,48 qram qızıldan hazırlanmış sarı rəngli 2 qolbaq-boyunbağı dəsti, 6986 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 87,33 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd qolbaq, 7153 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 79,09 qram qızıldan hazırlanmış sarı rəngli 11 ədəd qolbaq, 6909 manat dəyərində, sadə toxunuşlu və müxtəlif formalı halqalardan ibarət, 750 əyarlı 72,73 qram qızıldan hazırlanmış sarı rəngli 15 ədəd boyunbağı, 7107 manat dəyərində, müxtəlif formalı halqalardan təşkil olunmuş, 583/585 əyarlı 88,84 qram qızıldan hazırlanmış sarı rəngli 20 ədəd qolbaq, 10459 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 130,74 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd qolbaq, 9368 manat dəyərində, bəzilərinin üzərilərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı sarı rəngli 13 ədəd qolbaq, 1711 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 21,39 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 4874 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan (bir ədədinin üzərində bəzi qaş yerləri doluqaş yerləşdirilmişdir), 750 əyarlı 51,31 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 7 ədəd qolbaq, 3363 manat dəyərində, üzərilərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 35,40 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və sarı rənglə kombinə edilmiş 2 ədəd qolbaq, 340 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 4,25 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 597 manat dəyərində, üzərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 6,28 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 1015 manat dəyərində, qulaqcıqlarında “750” damğası olan, 750 əyarlı 10,69 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 482 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqasının iç tərəfində “Cartier” yazılmış, 750 əyarlı 5,07 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd üzük, 182 manat dəyərində, üzərində sarı rəngli kürəciklər olan 583/585 əyarlı 2,28 qram qızıldan hazırlanmış 1 ədəd kulon, 520 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl-sarı, gümüş və sarı rənglə kombinə edilmiş 750 əyarlı 5,47 qram qızıldan hazırlanmış 1 ədəd kulon, 1662 manat dəyərində, hər birinin uc hissəsindən sallanan müxtəlif formalı element olan (kəpənək, günəş, açar və sair), kilidi iynəşəkilli, 583/585 əyarlı 20,78 qram qızıldan hazırlanmış sarı rəngli 18 cüt sırğa, 69 manat dəyərində, kilidi iynəşəkilli, sarı rəngli kürəcikdən ibarət 583/585 əyarlı 0,86 qram qızıldan hazırlanmış 1 cüt sırğa, 1844 manat dəyərində, halqa formalı, gümüşü rəngli, kilidlərində “G&G 585” damğası olan, 583/585 əyarlı 23,05 qram qızıldan hazırlanmış 10 cüt sırğa, 2880 manat dəyərində, 583/585 əyarlı 36 qram qızıldan hazırlanmış, halqa formalı, sarı rəngli 17 cüt sırğa, 1157 manat dəyərində, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 14,46 qram qızıldan hazırlanmış sarı rəngli 4 cüt sırğa, 2894 manat dəyərində, 583/585 əyarlı 36,18 qram qızıldan hazırlanmış sarı rəngli 14 cüt sırğa, 17632 manat dəyərində, 750 əyarlı 185,60 qram qızıldan hazırlanmış sarı rəngli 9 cüt sırğa, 3215 manat dəyərində, 750 əyarlı 33,84 manat dəyərində, sarı rəngli 1 dəst üzük-sırğa cütü-kulonlu boyunbağı, 12466 manat dəyərində, 750 əyarlı 131,22 qram qızıldan hazırlanmış sarı rəngli, 13 cüt sırğa, 40351 manat dəyərində, 750 əyarlı 424,75 qram qızıldan hazırlanmış sarı rəngli, 25 cüt sırğa, 23774 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər və müxtəlif rəngli daşlar olan, 750 əyarlı 250,25 qram qızıldan hazırlanmış sarı rəngli 21 cüt sırğa, 7225 manat dəyərində, 750 əyarlı 76,05 qram qızıldan hazırlanmış sarı rəngli, 25 cüt sırğa, 2021 manat dəyərində, 583/585 əyarlı 25,26 qram qızıldan hazırlanmış sarı rəngli 13 cüt sırğa, 4805 manat dəyərində, 750 əyarlı 50,58 qram qızıldan hazırlanmış sarı rəngli, 8 cüt sırğa, 660 manat dəyərində, 750 əyarlı 6,95 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd üzük, 454 manat dəyərində, 750 əyarlı 4,78 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulon, 43340 manat dəyərində, 750 əyarlı 456,20 qram qızıldan hazırlanmış sarı rəngli 49 ədəd qolbaq, 13004 manat dəyərində, müxtəlif formalı elementləri olan (dairə, ürək, kürə, qıfıl və sair), 750 əyarlı 136,88 qram qızıldan hazırlanmış sarı rəngli 25 ədəd qolbaq, 5783 manat dəyərində, müxtəlif formalı elementləri (dairə, gül, sonsuzluq, balıq, nal və sair) və hər birinin üzərində qaşlar olan, 750 əyarlı 60,87 qram qızıldan hazırlanmış sarı rəngli 11 ədəd qolbaq, 22062 manat dəyərində, 583/585 əyarlı 275,77 qram qızıldan hazırlanmış sarı rəngli 56 ədəd qolbaq, 6594 manat dəyərində, hər birinin üzərində qaşlar olan, 583/585 əyarlı 82,42 qram qızıldan hazırlanmış sarı rəngli 17 ədəd qolbaq, 679 manat dəyərində, 750 əyarlı 7,15 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 2115 manat dəyərində, 750 əyarlı 22,26 qram qızıldan hazırlanmış 4 ədəd kulonlu boyunbağı, 2281 manat dəyərində, 583/585 əyarlı 28,51 qram qızıldan hazırlanmış 13 ədəd kulonlu boyunbağı, 550 manat dəyərində, qara rəngli rezinəoxşar qolbaqdan, mərkəzində və kilid hissələrində olan sarı rəngli metal hissələrdən ibarət 583/585 əyarlı 54,66 qram qızıldan hazırlanmış 11 ədəd qolbaq, 5502 qram qızıldan hazırlanmış müxtəlif rəngli iplərə düzülmüş sarı rəngli metal kürəciklərdən və müxtəlif rəngli muncuqlardan ibarət 583/585 əyarlı 68,77 qram qızıldan hazırlanmış 26 ədəd qolbaq, 42038 manat dəyərində, halqa formalı, sarı, gümüşü və qırmızımtıl-sarı rəngli, 583/585 əyarlı 525,47 qram qızıldan hazırlanmış 73 ədəd qolbaq, 4498 manat dəyərində, üzərilərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, gümüşü və sarı rəngli, 583/585 əyarlı 56,23 qram qızıldan hazırlanmış 9 ədəd qolbaq, 58635 manat dəyərində, halqa formalı, sarı və qırmızımtıl-sarı rəngli, 750 əyarlı 617,31 qram qızıldan hazırlanmış 47 ədəd qolbaq, 5134 manat dəyərində, üzərilərində müxtəlif rəngli qaşlar olan, 750 əyarlı 54,04 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 31643 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, sarı, gümüşü və qırmızımtıl-sarı rəngli, 750 əyarlı 333,09 qram qızıldan hazırlanmış 24 ədəd qolbaq, 1483 manat dəyərində, üzərində ümumilikdə 75 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 13,56 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 1197 manat dəyərində, üzərində ümumilikdə 103 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 10,22 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 1482 manat dəyərində, üzərilərində ümumilikdə 36 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 15,07 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 2 ədəd qolbaq, 415 manat dəyərində, üzərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 4,15 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 820 manat dəyərində, üzərində ümumilikdə 21 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 7,89 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 670 manat dəyərində, üzərində ümumilikdə 27 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 4,59 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 350 manat dəyərində, üzərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 2,93 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 2269 manat dəyərində, 750 əyarlı 23,88 qram qızıldan hazırlanmış gümüşü rəngli 7 ədəd boyunbağı, 16113 manat dəyərində, 750 əyarlı 169,61 qram qızıldan hazırlanmış sarı rəngli 13 ədəd boyunbağı, 1386 manat dəyərində, 750 əyarlı 15,59 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 13939 manat dəyərində, üzərilərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 146,73 qram qızıldan hazırlanmış 11 ədəd kulonlu boyunbağı, 582 manat dəyərində, 750 əyarlı 5,71 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, 13803 manat dəyərində, 583/585 əyarlı 172,54 qram qızıldan hazırlanmış sarı rəngli 51 ədəd kulonlu boyunbağı, 1322 manat dəyərində, 583/585 əyarlı 16,52 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd boyunbağı, 20496 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 215,75 qram qızıldan hazırlanmış sarı, qırmızımtıl-sarı və gümüşü rəngli 37 cüt sırğa, 16954 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 211,93 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 97 cüt sırğa, 5522 manat dəyərində, müxtəlif formalı, sarı və gümüşü rənglə kombinə olunmuş, 583/585 əyarlı69,02 qram qızıldan hazırlanmış 55 ədəd kulon, 2355 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 24,79 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 7 ədəd kulon, 761 manat dəyərində, üzərilərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 9,51 qram qızıldan hazırlanmış sarı rəngli 10 cüt sırğa, 11978 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 126,08 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 18 cüt sırğa, 4339 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 54,24 qram qızıldan hazırlanmış sarı rəngli 12 ədəd qolbaq, 8577 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 90,29 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 5 ədəd qolbaq, 1827 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 19,23 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 7 ədəd qolbaq, 1538 manat dəyərində, 750 əyarlı 16,19 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzüklü-qolbaq, 1200 manat dəyərində, üzərində ümumilikdə 28 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,90 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, 712 manat dəyərində, üzərində ümumilikdə 22 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,23 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 115 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, 583/585 əyarlı 1,44 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd üzük, 996 manat dəyərində, 750 əyarlı 10,48 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rənglə kombinə olunmuş 1 dəst sırğa cütü-üzükkulon, 6894 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 86,18 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 35 ədəd boyunbağı, 5886 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 73,57 qram qızıldan hazırlanmış sarı rəngli 15 cüt sırğa, 874 manat dəyərində, kəpənək formalı, 583/585 əyarlı 10,93 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük-kulon dəsti, 395 manat dəyərində, 750 əyarlı 4,16 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulonlu boyunbağı, 1222 manat dəyərində, üzərilərində müxtəlif rəngli qaşlar olan, halqa formalı, 750 əyarlı 12,86 qram qızıldan hazırlanmış sarı rəngli 12 cüt sırğa, 476 manat dəyərində, 583/585 əyarlı 5,95 qram qızıldan hazırlanmış sarı rəngli 6 cüt sırğa, 41953 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 441,61 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 48 cüt sırğa, 5670 manat dəyərində, üzərilərində müxtəlif rəng və formalı elementlər olan, 750 əyarlı 59,69 qram qızıldan hazırlanmış sarı rəngli 3 cüt sırğa, 7889 manat dəyərində, 750 əyarlı 83,04 qram qızıldan hazırlanmış gümüşü rəngli 9 cüt sırğa, 696 manat dəyərində, 750 əyarlı 7,33 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-kulon dəsti, 221 manat dəyərində, 750 əyarlı 2,33 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulon, 10226 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 107,64 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 14 cüt sırğa, 22345 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 279,31 qram qızıldan hazırlanmış sarı rəngli 20 sırğa cütü-üzük-kulon dəsti, 3122 manat dəyərində, üzərilərində müxtəlif rəngli elementlər olan, 583/585 əyarlı 39,03 qram qızıldan hazırlanmış sarı rəngli 3 sırğa cütü-üzük dəsti, 1628 manat dəyərində, üzərində qəhvəyi rəngli qaşlar olan, 750 əyarlı 17,14 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük dəsti, 3588 manat dəyərində, üzərində müxtəlif rəngli metal kürəciklərdən ibarət gül formalı bəzəyi olan, 750 əyarlı 37,77 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 sırğa cütü-üzük-boyunbağı-qolbaq dəsti, 4232 manat dəyərində, müxtəlif formalı, bəzilərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 52,90 qram qızıldan hazırlanmış sarı rəngli 27 ədəd kulon, 5880 manat dəyərində, 750 əyarlı 61,89 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 4 ədəd boyunbağı, 505 manat dəyərində, üzərində kürəciklər olan, 583/585 əyarlı 6,31 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulonlu boyunbağı, 579 manat dəyərində, üzərində heyvan formalı elementi olan, 583/585 əyarlı 7,24 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 1899 manat dəyərində, üzərində gül formalı elementi olan, metal kürəciklərdən ibarət, 750 əyarlı 19,99 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 5637 manat dəyərində, üzərilərində müxtəlif rəngli qaşlar olan, 750 əyarlı 59,34 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulonlu boyunbağı, 1016 manat dəyərində, üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 10,70 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, 894 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 9,41 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 2 ədəd kulonlu boyunbağı, 2274 manat dəyərində, üzərindəki qaş yerləri boş olan, 750 əyarlı 23,94 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rənglə kombinə edilmiş 1 ədəd boyunbağı, 760 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 8 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd boyunbağı, 2735 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 28,79 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütüüzük-qolbaq-boyunbağı dəsti, 12443 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 130,98 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 26 ədəd kulonlu boyunbağı, 8311 manat dəyərində, üzərilərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 87,49 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 10 ədəd kulonlu boyunbağı, 42851 manat dəyərində, 750 əyarlı 451,06 qram qızıldan hazırlanmış sarı rəngli 26 ədəd boyunbağı, 29929 manat dəyərində, 750 əyarlı 315,04 qram qızıldan hazırlanmış sarı rəngli 32 ədəd boyunbağı, 1624 manat dəyərində, 750 əyarlı 17,10 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd boyunbağı, 2494 manat dəyərində, 583/585 əyarlı 31,17 qram qızıldan hazırlanmış gümüşü rəngli 16 ədəd boyunbağı, 6426 manat dəyərində, 583/585 əyarlı 80,32 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 27 ədəd boyunbağı, 14238 manat dəyərində, 583/585 əyarlı 177,98 qram qızıldan hazırlanmış sarı rəngli 50 ədəd boyunbağı, 16982 manat dəyərində, 583/585 əyarlı 212,28 qram qızıldan hazırlanmış sarı rəngli 41 ədəd boyunbağı, 9529 manat dəyərində, 583/585 əyarlı 119,11 qram qızıldan hazırlanmış sarı rəngli 13 ədəd boyunbağı, 8221 manat dəyərində, üzərilərindəki qaş yerləri boş olan, 750 əyarlı 86,54 qram qızıldan hazırlanmış gümüşü rəngli 3 ədəd boyunbağı, 1911 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 23,89 qram qızıldan hazırlanmış sarı rəngli 3 boyunbağı-qolbaq dəsti, 1436 manat dəyərində, müxtəlif formalı kulonları olan, 750 əyarlı 15,12 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd kulonlu boyunbağı, 1360 manat dəyərində, müxtəlif formalı kulonları olan, 583/585 əyarlı 17 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulonlu boyunbağı, 575 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar, kürəciklər və göy rəngli element olan, 750 əyarlı 6,05 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 381 manat dəyərində, üzərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 4,76 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 33018 manat dəyərində, 750 əyarlı 347,56 qram qızıldan hazırlanmış sarı rəngli 25 ədəd boyunbağı, 15189 manat dəyərində, 750 əyarlı 159,88 qram qızıldan hazırlanmış sarı rəngli 23 ədəd boyunbağı, 22958 manat dəyərində, 750 əyarlı 241,66 qram qızıldan hazırlanmış sarı rəngli 31 ədəd boyunbağı, 15993 manat dəyərində, 750 əyarlı 168,35 qram qızıldan hazırlanmış sarı rəngli 38 ədəd boyunbağı, 12725 manat dəyərində, 750 əyarlı 133,95 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd boyunbağı, 15866 manat dəyərində, 750 əyarlı 167,01 qram qızıldan hazırlanmış sarı rəngli 28 ədəd boyunbağı, 9653 manat dəyərində, 583/585 əyarlı120,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 44 ədəd boyunbağı, 10095 manat dəyərində, 583/585 əyarlı 126,19 qram qızıldan hazırlanmış sarı rəngli 35 ədəd boyunbağı, 15658 manat dəyərində, 750 əyarlı 164,82 qram qızıldan hazırlanmış gümüşü rəngli 74 ədəd boyunbağı, 14133 manat dəyərində, 583/585 əyarlı176,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 43 ədəd boyunbağı, 10382 manat dəyərində, 750 əyarlı 109,29 qram qızıldan hazırlanmış gümüşü rəngli 50 ədəd boyunbağı, 9926 manat dəyərində, 750 əyarlı 104,48 qram qızıldan hazırlanmış gümüşü rəngli 50 ədəd boyunbağı, 8208 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 86,40 qram qızıldan hazırlanmış sarı, qırmızımtıl-sarı və gümüşü rəngli 21 ədəd boyunbağı, 5528 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 69,10 qram qızıldan hazırlanmış sarı rəngli 32 ədəd boyunbağı, 1363 manat dəyərində, 750 əyarlı 14,35 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 18842 manat dəyərində, halqa formalı, 583/585 əyarlı 235,52 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 36 ədəd qolbaq, 5270 manat dəyərində, halqa formalı, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 65,88 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 10 ədəd qolbaq, 6808 manat dəyərində, 583/585 əyarlı 85,01 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 31 ədəd qolbaq, 3041 manat dəyərində, qara rəngli rezinəoxşar qolbaqdan və sarı rəngli metal hissələrdən ibarət, 583/585 əyarlı 38,01 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 1343 manat dəyərində, üzərində bir ədəd yaşıl rəngli, bir ədəd qara rəngli qaş olan, 750 əyarlı 14,14 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 2215 manat dəyərində, üzərilərində müxtəlif rəngli, gül elementləri olan, 750 əyarlı 23,32 qram qızıldan hazırlanmış sarı rəngli 1 üzük-qolbaq dəsti, 11531 manat dəyərində, üzərilərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 121,38 qram qızıldan hazırlanmış sarı rəngli 20 cüt sırğa, 3814 manat dəyərində, kilidi iynəşəkilli, kürə formalı, 583/585 əyarlı 47,67 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 52 cüt sırğa, 482 manat dəyərində, kilidi iynəşəkilli, ulduz və kəpənək formalı, 583/585 əyarlı 6,03 qram qızıldan hazırlanmış sarı rəngli 7 cüt sırğa, 8782 manat dəyərində, halqa formalı, 583/585 əyarlı 109,77 qram qızıldan hazırlanmış sarı rəngli 76 cüt sırğa, 5615 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 70,19 qram qızıldan hazırlanmış sarı rəngli 20 cüt sırğa, 10229 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 127,86 qram qızıldan hazırlanmış sarı rəngli 36 cüt sırğa, 2514 manat dəyərində, üzərilərində müxtəlif rəngli və müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 31,42 qram qızıldan hazırlanmış sarı rəngli 30 cüt sırğa, 8010 manat dəyərində, üzərilərində rəngsiz, şəffaf qaşlar olan, müxtəlif formalı, 583/585 əyarlı 100,13 qram qızıldan hazırlanmış sarı rəngli 28 cüt sırğa, 9798 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 103,14 qram qızıldan hazırlanmış sarı rəngli 11 cüt sırğa, 386 manat dəyərində, müxtəlif hərflər formasında (“A”, “F”, “A”) kulonları olan, 583/585 əyarlı 4,60 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 1676 manat dəyərində, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 16,59 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulonlu boyunbağı, 5344 manat dəyərində, 750 əyarlı 56,25 qram qızıldan hazırlanmış sarı rəngli 9 ədəd kulonlu boyunbağı, 1627 manat dəyərində, üzərində yaşıl rəngli, kürə formalı muncuqlar olan, 750 əyarlı 17,13 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 305 manat dəyərində, 583/585 əyarlı 3,81 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 1617 manat dəyərində, üzərilərində qaşlar olan, 750 əyarlı 17,02 qram qızıldan hazırlanmış sarı rəngli 3 cüt sırğa, 30621 manat dəyərində, 750 əyarlı 322,33 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 59 ədəd üzük, 20494 manat dəyərində, 750 əyarlı 215,73 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 47 ədəd üzük, 802 manat dəyərində, qara rəngli rezinəoxşar halqadan və sarı rəngli metal hissədən ibarət, 583/585 əyarlı 10,03 qram qızıldan hazırlanmış 5 ədəd üzük, 558 manat dəyərində, 583/585 əyarlı 6,97 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulon, 1085 manat dəyərində, 750 əyarlı 11,42 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd kulon, 435 manat dəyərində, 750 əyarlı 3,85 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 22 ədəd rəngsiz, şəffaf qaş (10 ədədi dairəvi cilalı, 12 ədədi dördkünc cilalı) olan 1 ədəd üzük, 380 manat dəyərində, 750 əyarlı 3,79 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş 1 ədəd üzük, 373 manat dəyərində, 750 əyarlı 3,61 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş 1 ədəd üzük, 13465 manat dəyərində, 583/585 əyarlı 168,31 qram qızıldan hazırlanmış sarı rəngli 50 ədəd üzük, 9463 manat dəyərində, 750 əyarlı 99,61 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd üzük, 7850 manat dəyərində, üzərilərində qaşlar olan, 583/585 əyarlı 98,13 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 47 ədəd üzük, 2346 manat dəyərində, 583/585 əyarlı 29,33 qram qızıldan hazırlanmış sarı rəngli 14 cüt sırğa, 500 manat dəyərində, 583/585 əyarlı 6,25 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-kulon dəsti, 1010 manat dəyərində, 750 əyarlı 10,63 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük dəsti, 17734 manat dəyərində, 750 əyarlı 186,67 qram qızıldan hazırlanmış sarı, gümüşü və qırmızımtıl-sarı rəngli 40 ədəd üzük, 8492 manat dəyərində, 750 əyarlı 89,39 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd üzük, 2907 manat dəyərində, 583/585 əyarlı 36,34 qram qızıldan hazırlanmış sarı rəngli 12 ədəd üzük, 3126 manat dəyərində, 583/585 əyarlı 39,08 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 18 ədəd üzük, 47649 manat dəyərində, üzərilərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 529,43 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 100 ədəd üzük, 465 manat dəyərində, 583/585 əyarlı 5,81 qram qızıldan hazırlanmış qara rəngli rezinəoxşar halqadan və sarı rəngli metal hissədən ibarət 3 ədəd üzük, 1634 manat dəyərində, 583/585 əyarlı 20,43 qram qızıldan hazırlanmış sarı rəngli 9 cüt sırğa, 8775 manat dəyərində, üzərilərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 92,37 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 13 cüt sırğa, 4020 manat dəyərində, 750 əyarlı 42,31 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd sırğa tayı, 648 manat dəyərində, üzərilərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 6,82 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 4 ədəd sırğa tayı, 940 manat dəyərində, 750 əyarlı 9,90 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 726 manat dəyərində, üzərində 11 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,59 qram qızıldan hazırlanmış 1 ədəd üzük, 170 manat dəyərində, üzərində 9 ədəd rəngsiz, şəffaf qaş (6 ədədi dairəvi cilalı, 3 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 1,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzük, 323 manat dəyərində, üzərində 7 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş yerləşdirilmiş, 750 əyarlı 3,40 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzük, 1044 manat dəyərində, üzərində 9 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş yerləşdirilmiş, 750 əyarlı 10,99 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük, 2302 manat dəyərində, üzərilərində ümumilikdə 123 ədəd rəngsiz, şəffaf qaş (72 ədədi dairəvi cilalı, 51 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 24,23 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 4 ədəd üzük, 1323 manat dəyərində, üzərilərində ümumilikdə 63 ədəd rəngsiz, şəffaf qaş (28 ədədi dairəvi cilalı, 35 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 13,19 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 2 ədəd üzük, 445 manat dəyərində, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 3,42 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük və 580 manat dəyərində, üzərində 22 ədəd rəngsiz, şəffaf qaş (10 ədədi dairəvi cilalı, 12 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 5,57 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük olmaqla ümumilikdə xüsusilə külli miqdarda ******* manat dəyərində 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarını əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun üzvü Şahid1 çatdırılması üçün Albayrak Davutla birlikdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdikləri “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin altında olan hava balonunda yerləşdirib saxlamış, Albayrak Davut nəqliyyat vasitəsini idarə edərək həmin qızıl-zinət əşyalarını 24 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda, ******* manat dəyərində 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Aktas İsmaıl Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 35 ildən artıqdır sürücü işləmişdir. 4-5 il olar ki, yük maşını idarə edərək beynəlxalq yük daşınmaları ilə məşğul olub adətən Avropa ölkələrinə yük daşımışdır. 2021-ci ildə bir neçə dəfə Azərbaycana yük gətirmiş və həmin ildə dəqiq yadında qalmayan tarixdə İstanbul şəhərində Şahid1 ilə tanış olmuşdur. Səadət Azərbaycana yük daşımağı təklif edərək hər reys üçün 1800 ABŞ dolları pul verəcəyini deyib digər sürücü də tapmağı xahiş etmişdir. Buna görə o, həmkəndlisi Albayrak Davuta bu barədə bildirmiş və sonuncu da razılaşmışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayında Davutla birlikdə 2 dəfə Azərbaycana yük aparmış, məqsədi həm də Davuta yolu öyrətmək olmuşdur. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Davut onun mobil telefonuna zəng vurub Səadətin göndərdiyi yük maşınının altındakı balonda gizlədilmiş nəsə olduğunu demişdir. O isə sonuncudan nə üçün ona zəng vurduğunu soruşmuşdur. Davut “Səadətə zəng çatmır, ona görə sənə zəng vurmuşam” demişdir. Davut həmkəndlisi olduğundan Səadətə zəng vurub bu barədə məlumat verərək məsələ ilə maraqlanmağı tapşırmışdır. Bundan sonra nə olduğunu bilməmiş, Avropaya yük daşıma şirkətində iş tapmış və yük maşını idarə etməyə başlamışdır. Səadət ilə əlaqə saxlamasa da, Davutla bir neçə dəfə istifadə etdiyi 0***-***-**-** nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlayıb nə vəziyyətdə olduğunu soruşmuş, Davut da Bakı şəhərində Səadətin evində qaldığını və ifadə vermək üçün çağırdıqlarında getdiyini bildirmişdir. Aradan bir müddət keçəndən sonra Səadət WhatsApp vasitəsilə əlaqə saxlayıb “Davut qaçıb gedib, onu yəqin sən qaçırtmısan” demiş, o isə sonuncuya “Almaniyadayam, Davutun da harada olduğunu bilmirəm, məni bu işə qatmayın” deyə cavab vermişdir. 2022-ci ilin iyul ayının axırında Türkiyədən Bolqarıstana keçən zaman sərhəddə tutularaq həbs edilmiş, daha sonra isə 3 ay orada saxlanıldıqdan sonra Azərbaycana göndərilmişdir. İfadəsinin davamı olaraq Aktas İsmail bildirmişdir ki, o, heç bir sərhəd pozuntusu etməmiş, ümumiyyətlə Azərbaycana qanuni və ya qanunsuz şəkildə qızıl gətirməmiş, qeyd olunan qızıllar tutulan vaxtı Türkiyə Respublikasında olmuş, onun Səadətlə qızıl daşınması barədə heç bir söhbəti olmamış, sonuncudan nə qızıl, nə də ki 40000 ABŞ dolları pul almış, Səadət tərəfindən istintaqa təqdim edilmiş qəbzdəki imza və xətt ona aid olmamış, Səadətin firması olmuş və o, həmin firmada sürücü işləmiş, sonuncunun yanında cəmi doqquz reys Azərbaycanla Türkiyə arasında Səadətə aid olan malları daşımış, Səadət sürücü kimi Davutu işə götürdüyü üçün o, iki reys yolları tanıtmaq məqsədilə Davutla birlikdə Azərbaycana gəlib-getmiş, Səadət ona işlədiyi iş müqabilində pulunu tam ödəmədiyi üçün o, sonuncu ilə işləməkdən imtina etmişdir. İbtidai istintaq vaxtı Şahid1 ilə onu üzləşdirmişlər, Davut saxlanılan vaxt o, Səadətə zəng vurmuş, onun istifadəsində 0***-***-**-** saylı mobil nömrə olmuş və o, həmin nömrə ilə Səadətlə WhatsApp vasitəsi ilə əlaqə saxlamış, o, Şahid1 ilə telefonda WhatsApp vasitəsilə yazışan zaman söhbət əsnasında 11 noyabr 2021-ci il tarixdə “İnşallah Davut 1 aya malı alıb təslim edəcək”, “Sabırlı ol, haklarını verdim”, “40 min aldım, 400 min verdim qurtulmadım” məzmunlu mesajlar yazmamış, həmin yazışmaların ibtidai istintaq zamanı onun lehinə qəsdən düzülüb qoşulmuşdur. Davut Səadətlə işləyəcəyinə görə o, Bakı şəhərindən Səadətə məxsus olan yük avtomobilini gətirib Türkiyə Respublikasının Gölcük şəhərində, yəni İstanbul şəhərinin 160 kilometrliyində etibarnamə ilə birlikdə Davuta təhvil vermiş, təhvil verən zaman da yük maşını boş olmuş, Səadətə məxsus Gürcüstanda yerləşən “Option” adlı firma olmuş, Davutun dediyinə görə Səadətin əri Nail Souktaş ona qızılları Azərbaycana aparmasını bildirmiş və qızıllar rentgen aparatı vasitəsi ilə aşkar edilmiş, onun Səadətlə telefon vasitəsi ilə yazışmaları qızıllar tutulduqdan təxminən 1 il sonra olmuşdur. Təqsirləndirilən şəxs Aktas İsmaılın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq, onun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən Türkiyə Respublikasında yaşamış və mütəmadi olaraq Azərbaycana gəlib-getmişdir. Türkiyənin İstanbul şəhərində “Kapalı Çarşı” deyilən bazarda onun qızıl töküm emalatxanası olmuş və o, orada qızıl-zinət əşyaları düzəltdirib satışını həyata keçirmişdir. 2020-ci ilin fevral-mart aylarından başlayaraq koronavirus pandemiyası ilə əlaqədar Türkiyədə qızıl biznesində durğunluq başlamışdır. 2020-ci ilin mart ayının 29-da Türkiyədə onun emalatxanası da daxil olmaqla bütün bazar və dükanlar bağlanmışdır. Dükanlara nisyə satılmaq üçün verdiyi mallar satılmadığı üçün o, qeyd edilən malları toplamış, həmin qızılları əridib başqa modellər düzəltmək istədikdə külli miqdarda ziyan edəcəyi üçün əldə qalmış malların modası keçdiyindən qızılları Azərbaycana göndərib orada satmağı qərara almışdır. Uzun müddət qızıl alveri ilə məşğul olduğu üçün Türkiyədən xaricə külli miqdarda qızıl çıxarılmasının qadağan olduğunu bildiyindən qızılı hansı yolla Azərbaycana göndərə biləcəyi ilə maraqlanmışdır. Xüsusi adamların pul müqabillində qızılı gizli yolla xaricə apara bildiyini öyrənmiş və maraqlandıqda bu işlə Aktas İsmaıl deyilən şəxsin məşğul olduğunu demişlər. 2021-ci ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə bir neçə dəfə X15 ilə görüşmüş, sonuncuya 22 kq yaxın müxtəlif qızıl-zinət əşyaları olduğunu və Bakıya göndərmək istədiyini bildirmişdir. İsmaıl 40000 ABŞ dolları (hər qram qızıla görə 02 ABŞ dolları) müqabilində bu işi görə biləcəyini demişdir. İsmaıldan qızılları necə Azərbaycana keçirə biləcəyini soruşanda sonuncu “bu iş mənim manapoliyamdı, bütün İstanbulun qızılını xaricə biz aparırıq, sən gəlib Bakıda malını təhvil alarsan” cavab vermişdir. Amma İsmaıl konkret olaraq hansı üsulla aparacağını deməmişdir. İsmaıl ilə razılaşıb nağd qaydada sonuncuya 40000 ABŞ dolları pul vermiş və dəqiq çəkisi 21898,23 qram olan 31 bağlamadakı qızıl-zinət əşyalarını İsmaıla təhvil verməyi barədə invoys tərtib etmişdir. Həmin vaxt İsmaıl tanımadığı başqa bir nəfərlə gəlmişdir. İsmaıla kimliyinin surətini çıxarıb qızılları və daşıma haqqını alması barədə qəbz yazmasını deyərək qızılları gətizdirmək üçün seyf olan otağa keçmişdir. Geri qayıtdıqda stolun üzərində qəbzin yazılaraq hazır olduğunu görmüşdür. Oxuyanda İsmaılın qızılları və daşıma haqqını qeyd etdiyini görmüşdür. xx.xx.2021-ci il tarixdə İsmaıl sabah yola düşəcəklərini və 23 oktyabrda malı gəlib Bakıda təhvil ala biləcəyini demişdir. 23 oktyabr 2021-ci il tarixdə təyyarə ilə Bakıya gedib malı təhvil alaraq müxtəlif univermaqlara topdan qaydada satıb qayıtmağı planlaşdırmışdır. xx.xx.2021-ci il tarxidə İsmaıl ilə əlaqə saxladıqda sonuncunu oğlunun xəstələndiyi üçün gedə bilmədiyini, geri qayıtdığını və Albayrak Davut adlı şəxsin qızılı Bakıya apardığını demişdir. İsmaıl Davutun nömrəsini göndərib sonuncu ilə əlaqə saxlamasını istəmişdir. xx.xx.2021-ci il tarixdə o, WhatsApp proqramı üzərindən Davutla əlaqə saxlamış, sonuncu zəngə cavab verib gömrük postunda olduğunu və bir azdan özünün əlaqə saxlayacağını bildirmişdir. Bir neçə saat sonra isə Davuta zəng çatmadığı üçün o, şübhələnib İsmaıla zəng vurmuş və Davutun cavab vermədiyini bildirmişdir. İsmaıl “ola bilsin Davut yatıb, özü səninlə əlaqə saxlayar” deyə cavab vermişdir. Bundan sonra nə İsmaıl, nə də Albayrak Davutla əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Bakıya gəlmiş, xx.xx.2021-ci il tarixədək Bakı şəhərində olmuş və həmin ərəfədə Davutla Bakıda görüşmüşdür. Davut onun evində qalmış və gömrükdə məsələni həll edib qızılları təhvil alacağını demişdir. Bundan sonra işləri ilə bağlı xx.xx.2021-ci il tarixdə İstanbula getmiş və xx.xx.2022-ci il tarixdə Bakıya qayıtmışdır. Davut “istintaqın çağırışlarına gedirəm, istintaq bitmək üzrədir, rüsumu ödəyib malı qəbul edəcəyik” demişdir. xx.xx.2022-ci il tarixdə isə axşam evə gələndə Davutun əşyalarının evdə olmadığını görmüşdür. Zəng vursa da Davuta zəng çatmamışdır. Bundan sonra İsmaıl ilə əlaqə saxladıqda Davutun qaçdığını demişdir. Davutu tapmaq məqsədilə xx.xx.2022-ci il tarixdə Türkiyənin İzmit şəhərinə sonuncunun yaşadığı Gölcük qəsəbəsinə gedib maraqlandıqda qonşuları Davutun burada olduğunu, İsmaılın isə İsveçrəyə gedib-gəldiyini demişlər. O da Bakıya qayıdıb istintaq orqanına rəsmi müraciət edərək məsələnin necə cərəyan etdiyi barədə ifadə verməyi qərara almışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, istənilən halda yükü aparacaq sürücü öz sənədlərini və telefon nömrəsini yük göndərən şirkətə təqdim etməsə və şirkət də həmin sürücünün müvafiq kateqoriyasını yoxlamasa sürücünün adını CMR-ə qeyd etməz və yükü qəbul etmək üçün sürücüyə məkan göndərməz. İsmaıl məsuliyyətdən yaxa qurtarmaq üçün yalan ifadə verərək CMR-ə adının qeyd olunmasından xəbərsiz olduğunu, guya heç bir zaman onunla qızıl-zinət əşyalarının daşınması barədə söhbət etmədiyini, Azərbaycan Respublikasına aparmaq üçün qızıl və daşınma haqqı kimi 40000 (qırx min) ABŞ dolları pul almadığını demişdir. İsmaıl ondan aldığı 40000 dolları gizlətmək üçün, həm də qaçaqmalçılıq etdiyi üçün məsuliyyətdən yaxa qurtarmaq məqsədilə yalan danışmışdır. O, X13 vasitəsilə tanımışdır. Əgər İsmaıl bu işi planlaşdırmamış olsa idi aylarla onunla, həm də Davutla bu mövzuda danışmaz idi, konkret olaraq ona “mən sizi tanımıram, hansı qızıl, hansı pul” demiş olardı. Amma həmin yazışmaları ilkin ifadəsini verən zaman istintaqa təqdim etmiş və həmin yazışmalardan İsmaılın bu işin içərisində olduğu açıq-aydın görünmüşdür. Onun hər hansı yük daşıma, həmçinin Gürcüstanda yerləşən “Option” adlı firması olmamış, İsmaıl əvvələr onun yük daşıma işlərini görməmiş, bununla bağlı o sonuncuya hər hnası məbləğdə pul verməmiş və hər hansı pul borcu qalmamış, ümumiyyətlə onun yük daşıyan hər hansı avtomaşını olmamış, İsmaıl özünü müdafiə etmək üçün həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Əməliyyat Şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Son zamanlarda ölkə ərazisində qızıl-zinət əşyalarının nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gizlədilərək gətirilməsi ilə bağlı Əməliyyat Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən müəyyən şəxslərin Türkiyə Respublikasından qızıl-zinət əşyalarını gömrük postundan qaçaqmalçılıq yolu ilə gətirdikləri və bu yolla da zinət əşyalarının gömrük rəsmiləşdirilməsi cəlb olunmadan istehlaka buraxıldığı məlum olmuşdur. Aparılmış araşdırma nəticəsində ölkə ərazisinə “çips" yükünü gətirən “Mercedes-Benz” markalı nəqliyyat vasitəsində qızıl-zinət əşyaları gizlədildiyi, həmin nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində saat 07 radələrində Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə “Qırmızı Körpü" gömrük postundan daxil olduğu və “Qırmızı Körpü” gömrük postunun terminalında saxlanıldığı müəyyən olmuşdur. Nəqliyyat vasitəsinin saxlanılma səbəbi araşdırılarkən gömrük postunun əməkdaşı tərəfindən sürücü, Türkiyə Respublikası vətəndaşı Albayrak Davut gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparıldıqdan sonra nəqliyyat vasitəsinin rentgen qurğusundan keçməsi üçün müvafiq əraziyə göndərildiyi, rentgen qurğusunda nəqliyyat vasitəsinin alt hissəsində arxa təkərlərin arasında yerləşən hava balonunda gizlədilmiş malın olduğuna işarə verən şübhəli cizgilər görsəndiyi və gömrük postunun əməkdaşları tərəfindən həmin yerinin açılmasının mütəxəssis köməyi olmadan qeyri-mümkün olduğu müəyyən olunduqdan sonra “Qırmızı Körpü” gömrük postunun terminalında saxlanıldığı məlum olmuşdur. Məlumatda qeyd olunan qızıl-zinət əşyalarının nəqliyyat vasitəsində olma ehtimalı və nəqliyyat vasitəsinin nəzarətsiz qaldığı üçün sürücü tərəfindən götürülmə ehtimalı qiymətləndirilmiş və o, dərhal həmin əraziyə təyin olunmuşdur. Ona nəqliyyat vasitəsinin sürücü və ya başqa bir şəxs tərəfindən kənar müdaxilə olunacağı təqdirdə bunun qarşısının alınması tapşırılmışdır. Təxminən saat 20 radələrində o, sürücü Albayrak Davutun nəqliyyat vasitəsinin alt hissəsində rentgen qurğusunda şübhəli cizgilərin qeyd olunduğu yerdə hərəkətini müşahidə etmiş və dərhal müdaxilə edərək sürücü Albayrak Davuta dayanması və həmin yerdən çıxmasını bildirmişdir. Sonra sürücü nəqliyyat vasitəsinin altından çıxmış və onun əlində üzəri yapışqan lentlə sarınmış bağlamalar olduğunu görmüşdür. Qeyd olunan bağlamalardan nəqliyyat vasitəsində əlavə olub-olmadığını müəyyən etmək üçün nəqliyyat vasitəsinin “Qırmızı Körpü” gömrük postuna aparılmasını təmin edərək hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinin alt hissəsinə baxış keçirmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində içərisinə hər hansı bir malın gizlədilməsi üçün xüsusi qaydada sol tərəfi kəsilmiş hava balonunda üzəri yapışqan lentlə sarınmış qutular olduğunu aşkar etmiş və aşkar olunan qutular “Qırmızı Körpü” gömrük postunun inzibati binasına aparılmışdır. Orada yapışqan lenti kəsmiş və bu zaman qızıla bənzər metaldan hazırlanmış zinət əşyaları olduğu müəyyənləşdirmişdir. Aşkar olunan zinət əşyaları sayılmış və bu zaman bunların qablaşdırılması ilə birlikdə 18,172 kiloqram, qablaşdırması çıxmaqla təqribən 17 kiloqram qızıla bənzər metaldan hazırlanmış zinət əşyaları olduğu məlum olmuşdur. İbtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Albayrak Davut ifadəsində göstərmişdir ki, 4 ilə yaxındır sürücülüklə məşğul olaraq dolanışığını təmin etmişdir. Azərbaycana yük nəqliyyat vasitəsində sürücü kimi üç dəfə gəlib-getmişdir. Türkiyədə Kocaeli rayonu Gölcük ilçesi Kavaklı məhəlləsində yaşamış və həmin məhəllədə Aktas İsmaıl adında bir tanışı olmuşdur. İşə ehtiyacı olduğu zaman İsmaıla Azərbaycana yük nəqliyyat vasitəsində sürücü kimi gedib-gəldiyini deyəndə sonuncu ona hər dəfə köməkçi sürücü kimi özü ilə gedib-gəldiyi təqdirdə hər səfər üzrə 200 (iki yüz) ABŞ dolları verəcəyini təklif etmiş, o da razılaşmışdır. O, İki dəfə sentyabr ayında İsmaılla Azərbaycana gəlmiş və onlar birlikdə “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İzmit şəhərində İsmaılla görüşmüş, nəqliyyat vasitəsi artıq yüklənmiş olmuş və sənədləşmə hazırlanmışdır. İsmaılla birlikdə Azərbaycan Respublikasına “cips yükü” gətirməli olmuşlar və sənədləşmələr İsmaılın adına olmuşdur. İzmit şəhərində olarkən İsmaıl sürücülük vəsiqəsinin vaxtının bitdiyini, xəstəxanada tanışının vəziyyətinin pis olduğunu, vacib olduğu üçün Türkiyədə qalmalı olduğunu və Azərbaycana gedə bilməyəcəyini deyərək nəqliyyat vasitəsini onun tək idarə edərək yükü Bakıya aparmasını xahiş etmişdir. O da etiraz etməmiş, İzmit şəhərindən yola tək davam etmiş və Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 07 radələrində “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, ilkin olaraq gömrük nəzarəti həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin çıxışı təsdiqlənmiş, nəqliyyat vasitəsini idarə edərək postdan çıxmış və sənədləri rəsmiləşdirəcəyi yerə getmişdir. Oradan sonra rentgen cihazının olduğu yerə getmiş və nəqliyyat vasitəsini saxlamışdır. Növbə çatdıqdan sonra “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsini rentgendən keçirmiş və ona gözləməli olduğu deyilmişdir. Nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirildikdə müəyyən cizgilər aşkarlandığı üçün nəqliyyat vasitəsinə yenidən baxış keçirilməli olduğu bildirilmişdir. Lakin baxılması lazım olan hava balonu olan yeri açmaq mümkün olmadığı üçün ustaya ehtiyac yarandığından gözləməli olduğu bildirilmişdir. O, +**********49 nömrəsi ilə WhatsApp tətbiqindən İsmaıla zəng etmiş, nəqliyyat vasitəsində problem aşkarlandığını bildirmiş və həmin yerdə nə olduğunu soruşmuşdur. Sonuncu isə problem olmadığını demişdir. Daha sonra postda növbə dəyişikliyi olmuşdur. Həmin vaxt yenidən WhatsApp tətbiqi ilə İsmaıla zəng etmiş və hava balonunda nə olduğunu soruşmuş, sonuncu isə orada qızıl olduğunu, çox olduğuna görə ora yerləşdirdiyini və Bakıya gedəndə ondan götürüləcəyini demişdir. Sonra İsmaıl həmin yerin necə açılacağını başa salmışdır. O da həmin yeri açmağa çalışarkən bir nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək gömrük əməkdaşı olduğunu bildirib nəqliyyat vasitəsində problem olduğunu və ətraflı baxış keçirəcəklərini bildirmişdir. Daha sonra həmin şəxs “Qırmızı Körpü” gömrük postunun inzibati binasının ərazisinə getməli olduğunu və nəqliyyat vasitəsinin yoxlanacağını qeyd etmişdir. O da “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin yerə sürüb dayandırmışdır. Nəqliyyat vasitəsinə baxış keçirməmişdən əvvəl nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verildikdə o, heç bir mal olmadığını demişdir. Daha sonra nəqliyyat vasitəsinin arxa hissəsinin altındakı hava balonu açılmış və zinət əşyaları aşkar edilmişdir. Aşkar olunan zinət əşyaları sayıldığı zaman bunların 982 (doqquz yüz səksən iki) ədəd boyunbağı, 777 (yeddi yüz yetmiş yeddi) cüt sırğa (tana), 756 (yeddi yüz əlli altı) ədəd qolbaq, 429 (dörd yüz iyirmi doqquz) ədəd üzük, 125 (bir yüz iyirmi beş) ədəd kulon, 1 (bir) ədəd üzüklü qolbaq, 5 (beş) ədəd üzük-sırğa dəsti, 22 (iyirmi iki) ədəd üzük-sırğa-kulon dəsti, 1 (bir) ədəd sırğa-üzük-klonlu boyunbağı dəsti, 2 (iki) ədəd üzük-qolbaq dəsti, 5 (beş) ədəd boyunbağı-qolbaq dəsti, 2 (iki) ədəd sırğa-klon dəsti, 2 (iki) ədəd boyunbağıqolbaq-üzük-sırğa dəsti və 12 (on iki) ədəd tək sırğa olduğu, qablaşdırılması ilə birlikdə 18.172 kiloqram, qablaşdırması çıxmaqla təqribən 17 kiloqram zinət əşyaları olduğu məlum olmuşdur. Aşkar olunmuş faktla bağlı protokol tərtib edilmiş və o, həmin protokolda imza etmişdir. İbtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş X6 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq yaşadığı kəndin yaxınlığında yerləşən “Qırmızı Körpü” gömrük postunda idxal xəttində vətəndaşlara məxsus əl yüklərinin daşınmasında xidmət göstərmiş və bunun müqabilində müəyyən miqdar pul alaraq gündəlik tələbatını ödəmişdir. xx.xx.2021-ci il tarixdə “Qırmızı-Körpü” gömrük postunda idxal yük xəttində dayandığı zaman gömrük əməkdaşı olan Samir adlı şəxs yaxınlaşaraq yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək istədiyini və həmin yoxlamada halşahidi qismində iştirak etməyinə ehtiyac olduğunu bildirmiş, o da etiraz etməyib gömrük postunda yük xəttində “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M nömrə nişanlı nəqliyyat vasitəsinin yanına getmişdir. Orada adı və soyadını sonradan bildiyi Türkiyə Respublikasının vətəndaşı Davut Albayrak və ondan başqa gömrük postunda fəhləlik edən Natiq adlı şəxs də dayanmışdır. X14 idarə etdiyi “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirtməli olduğunu bildirib baxışdan əvvəl hal şahidi qismində iştirak etdikləri üçün ona hüquq və vəzifələrini izah etmiş və əlavə olaraq keçirilən gömrük baxışında diqqətli olmağı və burada aşkar olacaq mallar barədə soruşulduqda doğrunu söyləmələri nəzərlərinə çatdırmışdır. Bundan sonra Samir nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsinin alt hissəsində olan içərisinə hər hansı bir malın gizlədilməsi üçün xüsusi qaydada sol tərəfi kəsilmiş hava balonunda üzəri yapışqan lentlə sarınmış qutular olduğu aşkar edilmiş və aşkar olunan qutular “Qırmızı Körpü” gömrük postunun inzibati binasına aparılmışdır. Orada yapışqan lent kəsilmiş və içərisində qızıla bənzər metaldan hazırlanmış zinət əşyaları olduğu müəyyənləşdirilmişdir. Aşkar olunan zinət əşyaları sayılaraq protokolda qeyd edilmiş və o, həmin protokolla tanış olub imza etmişdir. Ancaq müəyyən qədər vaxt keçdiyi üçün zinət əşyalarının dəqiq sayı yadında qalmamış, çəkisi təxminən 17 kiloqrama yaxın olmuşdur. İbtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş X1 Ramil Novruz oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4788 nömrəli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi kütləsi 16113,73 qram olan məmulatlar 583/585 və 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan cədvəl 1 üzrə sıra nömrəsi: 73-79, 84, 97, 98, 185-187, 205-212 olanların qaşları qiymətli daşlara aiddir, brilyantdır. Məmulatlardan digərlərinin üzərində olan qaşlar qiymətli daşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.021-ci il tarixli, 9/7772 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 212 adda zərgərlik məmulatlarının xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 1.439.249 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 9/4210 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Mersedes Benz 930.05” markalı, WDB9643061L703038 ban nömrəli, 2012-ci buraxılışlı, MM881CC qeydiyyat nişanlı və “Krone” markalı, WKESD**********38 ban nömrəli, 2012-ci il buraxılışlı, BB8811M qeydiyyat nişanlı qoşqusu ilə birlikdə yedəkll, dartıcı yük avtomobilinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 70000 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İttiham elan etmək üçün barəsində axtarış elan edilməklə şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı Aktas İsmaıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan ona ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə tutulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Aktas İsmaıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-535/2022 saylı qərarından görünür ki, Aktas İsmaıl barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 15 (on beş) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli tutulduğu anadan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli, 021-7634-1222 saylı məktubundan görünür ki, Aktas İsmaıl xx.xx.2022-ci il tarixdə Bolqarıstan Respublikasının Kapitan Andreevo sərhəd nəzarət məntəqəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli, 021-7757-1222 saylı məktubundan görünür ki, Aktas İsmaılın 40 (qırx) gün müddətinə ibtidai həbs olunmasına dair Bolqarıstan Respublikasının Haskovo Rayon Prokurorluğu tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası xx.xx.2022ci il tarixli, 17/38 -7537 məktubdan görünür ki, axtarışda olan təqsirləndirilən şəxs X9 Respublikası DİO əməkdaşları tərəfindən tutulduqdan sonra Azərbaycan Respublikasına ekstradisiya edilərək xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-925/2022 saylı qərarından görünür ki, Aktas İsmaıl barəsində həbsdə saxlama müddəti 03 (üç) ay, yəni 06 fevral 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Albayrak Davutun idarə etdiyi “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin altında olan hava balonunda gömrük nəzarətindən gizlədilmiş ümumilikdə təqribən 17 kq müxtəlif qızıl-zinət əşyalarına bənzər materiallar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə Albayrak Davutun sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Albayrak Davut 2021-ci il ərzində 3 dəfə Azərbaycan Respublikasına gəlmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə “Mercedes” markalı MM881CC nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana istiqamətindən “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, keçirilən gömrük yoxlaması nəticəsində xüsusilə külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülmüş, “Mercedes” markalı MM881CC nömrə nişanlı nəqliyyat vasitəsini 2021-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində Türkiyə Respublikası vətəndaşı Aktas İsmaıl (pasport U********) idarə edərək 9 dəfə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə qeyd olunan nəqliyyat vasitəsini Albayrak Davutla birlikdə idarə edərək Azərbaycan Respublikasına gəlib-getmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 Aktas İsmaılın istifadəsində olmuş +**********49 nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mesaj yazaraq əlaqə saxlamış, İsmaıl xx.xx.2021 tarixdə “İnşallah Davut 1 aya malı alıb təslim edəcək” yazmış, Şahid1 xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 tarixlərdə dəfələrlə Aktas İsmaıla zəng vurmuş, xx.xx.2022 tarixdə İsmaıla “İsmayıl, onu sən qaçırtmısan, səndən başqa tanıdığı sürücü yoxdur, yalan danışma, bütün gömrük postlarına xəbər verildi, tırların yataq yerlərini belə yoxlayacaqlar” yazmış, İsmaıl Aktas qızılın daşınması müqabilində 40000 pul aldığını etiraf etmiş, ancaq Albayrak Davutun qaçdıqdan sonra harada olmağını qeyd etməmiş, İmranova X5 Davutun istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mesajlar yazaraq əlaqə saxlamış, yazışmaların mətninə əsasən Albayrak Davut Bakı şəhərində olduğu müddət ərzində Şahid1 evində qalmış, X12 Türkiyədəki hesabına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul göndərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Aktas İsmaılın üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar müqaviləsindən (CMR) görünür ki, “Mersedes Benz” markalı, BB881M dövlət qeydiyyat nişanlı yük avtomobili və MM881CC qeydiyyat nişanlı qoşqu sistem üzərində sürücülər İsmaıl Aktas və Davut Albayrakdarın adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin müdiri İrma Qoqitidze tərəfindən rəhbəri olduğu şirkətə məxsus bütün avtomobilləri idarə etmək üçün Davut Albayraka etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İsmail Aktaş (İsmaıl Aktas) əl yazısı və imzası ilə təsdiq edərək, “Şahid1 21895 qram altın ürün və 40000 USD taşıma ücreti teslim aldım” yazmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Albayrak Davutun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş cəmi 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi Dövlət Gömrük Komitəsinin xəzinəsinə, “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsinin altında olan qızıl-zinət əşyalarının gizlədilməsi üçün istifadə edilmiş hava balonu cinayətin törədilməsində alət kimi istifadə edildiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 324 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Mersedes Actros 1845” markalı, BB881M dövlət qeydiyyat nişanlı yük avtomobili və MM881CC qeydiyyat nişanlı qoşqu İstanbul şəhərindən Bakı şəhərinə qanuni yük daşımaq üçün xx.xx.2021-ci il tarixdə sürücü Aktas İsmaıla təslim edilmişdir. İsmaıl Aktas da qeyd edilən nəqliyyat vasitəsini öz məqsədləri üçün qanunsuz istifadə etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-351/2022 nömrəli hökmündən görünür ki, Şahid1 qızının cinayətin təşkilatçısı qismində Aktas İsmaıl və Albayrak Davutla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 13000 (on üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin sözügedən məhkəmə hökmü ilə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarının dövlətə vurulmuş maddi ziyan olan 185365,40 manat pul Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə ödənildikdən sonra qanuni sahibi Şahid1 qaytarılması, “Azərterminalkompleks” Birliyində saxlanılan qızıl-zinət əşyalarının gizlədilməsi üçün istifadə edilmiş hava balonunun isə məhv edilməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-351/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Şahid1 Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 16000 (on altı min) manat cərimə cəzasına məhkum edilmişdir. Qalan hissədə qeyd edilən hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsiyyət vəsiqəsinin məlumatları”nın portal çıxarışdan görünür ki, Aktas İsmaılın himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Aktas İsmaıl qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində heç bir iştirakının olmadığını, bu barədə məlumatsız olduğunu, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş qəbzdəki imza və xəttin ona aid olmadığını, Şahid1 qızıllarla bağlı etirafedici mesajlar yazmadığını, həmin yazışmaların ibtidai istintaq zamanı onun lehinə qəsdən düzülüb qoşulması və göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Aktas İsmaıl tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyləri, WhatsApp mobil tətbiqindəki yazışmalarına baxış protokolu, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Aktas İsmaılın üzünə qarşı qızıl-zinət əşyalarının ölkəyə gətirilməsi ilə bağlı məhz sonuncu ilə danışdığını və razılığa gəldikdən sonra Aktas İsmaıla 40000 ABŞ dolları verdiyini, İsmaılın onun ofisinə tanımadığı başqa bir nəfərlə gəldiyini, İsmaıla kimliyinin surətini çıxarıb qızılları və daşıma haqqını alması barədə qəbz yazmasını deyərək qızılları gətizdirmək üçün seyf olan otağa keçdiyini, geri qayıtdıqda stolun üzərində qəbzin yazılaraq hazır olduğunu gördüyünü, oxuyanda İsmaılın qızılları və daşıma haqqını qeyd etdiyini gördüyünü, sonuncunun ona məxsus qızıl-zinət əşyalarının Azərbaycana keçirilməsini təşkil etdiyini və digər sürücü Davut Albayrakın idarə etdiyi yük avtomobili ilə Azərbaycana göndərdiyini, WhatsApp tətbiqində aralarında olan yazışmalar zamanı İsmaıl Aktasın qızılların keçirilməsi üçün ondan aldığı pullu etiraf etdiyini və qısa müddət ərzində Davut Albayrakın qızılları istintaq orqanından təhvil alıb ona qaytaracağını dediyini bildirmiş və Aktas İsmaılın yalan ifadə verməsini göstərmişdir. Həmçinin iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Albayrak Davut da ifadəsində Şahid1 aid qızıl-zinət əşyalarının gömrük postundan keçirilməsini İsmaıl Aktasın təşkil etdiyini, gömrük ərazisinə daxil olana qədər sonuncunun qaçaq malın keçirilməsi üçün nəqliyyat vasitəsini gizli saxlanc yeri ilə təchiz etdiyini, xx.xx.2021-ci il tarixdə gömrük postunda onu saxlayan zaman +**********49 nömrəsi ilə WhatsApp tətbiqindən İsmaıla zəng etdiyini, nəqliyyat vasitəsində problem aşkarlandığını bildirdikdə və hava balonunda nə olduğunu soruşduqda İsmaıl Aktasın orada qızıl olduğunu, çox olduğuna görə ora yerləşdirdiyini və Bakıya gedəndə ondan götürüləcəyini dediyini göstərmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar müqaviləsindən (CMR) görünür ki, “Mersedes Actros 1845” markalı, BB881M dövlət qeydiyyat nişanlı yük avtomobili və MM881CC qeydiyyat nişanlı qoşqu sistem üzərində sürücülər İsmaıl Aktas və Davut Albayrakdarın adına qeydiyyata alınmışdır. O cümlədən iş materiallarında xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan da görünür ki, Şahid1 Aktas İsmaılın istifadəsində olmuş +**********49 nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mesaj yazaraq əlaqə saxlamış, İsmaıl xx.xx.2021 tarixdə “İnşallah Davut 1 aya malı alıb təslim edəcək” yazmış, Şahid1 xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 tarixlərdə dəfələrlə Aktas İsmaıla zəng vurmuş, xx.xx.2022 tarixdə İsmaıla “İsmayıl, onu sən qaçırtmısan, səndən başqa tanıdığı sürücü yoxdur, yalan danışma, bütün gömrük postlarına xəbər verildi, tırların yataq yerlərini belə yoxlayacaqlar” yazmış, İsmaıl Aktas qızılın daşınması müqabilində 40000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Bundan başqa, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-351/2022 nömrəli hökmündən görünür ki, Şahid1 qızının cinayətin təşkilatçısı qismində Aktas İsmaıl və Albayrak Davutla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 13000 (on üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Qeyd edilən məhkəmə hökmü Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cəzaya aid hissədə dəyişdirilmiş, Şahid1 Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 16000 (on altı min) manat cərimə cəzasına məhkum edilmişdir. Qalan hissədə qeyd edilən hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburidir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 10-cu bəndində göstərmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CMnin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin Qərarın eyni bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Məhkəmə tərkibi məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən hesab edir ki, Aktas İsmaılın xüsusilə külli miqdarda qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilib cinayətkar qrupun üzvü və təşkilatçısı Şahid1 çatdırılması üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə tanışı Türkiyə Respublikası vətəndaşı Davut Albayrak və Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda müxtəlif əyarlı qızıl-zinət əşyalarını əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçirməsi, Albayrak Davutun idarə etdiyi nəqliyyat vasitəsini gizli saxlanc yeri ilə təmin etməsi, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə Albayrak Davutu nəqliyyat vasitəsi ilə təmin etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Aktas İsmaılın himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Akstas İsmaılın cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Akstas İsmaılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Aktas İsmaıla cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Aktas İsmaıl qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Aktas İsmaılın cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.6-cı maddəsinə əsasən himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş materiallarında olan “Şəxsiyyət vəsiqəsinin məlumatları”nın portal çıxarışdan da göründüyü kimi, Aktas İsmaılın himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan xx.xx.2015-ci il təvvəllüdlü X7 adlı uşağı vardır. Ona görə də, Aktas İsmaıla əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Akstas İsmaıl ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-535/2022 saylı qərarı ilə Aktas İsmaıl barəsində həbs qətimkan tədbiri seçilmiş, Aktas İsmaıl xx.xx.2022-ci il tarixdə Bolqarıstan Respublikasının Kapitan Andreevo sərhəd nəzarət məntəqəsində saxlanılmış, Aktas İsmaılın 40 (qırx) gün müddətinə ibtidai həbs olunmasına dair Bolqarıstan Respublikasının Haskovo Rayon Prokurorluğu tərəfindən qərar qəbul olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Aktas İsmaıl barəsində həbsdə saxlama müddəti 03 (üç) ay, yəni 06 fevral 2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi Akstas İsmaıl bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Aktas İsmaılın həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar Aktas İsmaıldan 132 (bir yüz otuz iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübutlarla əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-351-2022 saylı hökmü ilə Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları dövlətə vurulmuş maddi ziyan olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə 185365,40 manat pul ödənildikdən sonra qanuni sahibi Şahid1 qaytarılması, “Azərterminalkompleks” Birliyində saxlanılan qızıl-zinət əşyalarının gizlədilməsi üçün istifadə edilmiş hava balonunun isə məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Aktas İsmaıl barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Aktas İsmaıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Aktas İsmaıl cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Aktas İsmaılın cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 28 iyul 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Aktas İsmaıldan 132 (yüz otuz iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-351-2022 saylı hökmü ilə Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları dövlətə vurulmuş maddi ziyan olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə 185365,40 manat pul ödənildikdən sonra qanuni sahibi Şahid1 qaytarılması, “Azərterminalkompleks” Birliyində saxlanılan qızıl-zinət əşyalarının gizlədilməsi üçün istifadə edilmiş hava balonunun isə məhv edilməsi nəzərə alınsın. Aktas İsmaıl barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Aktas İsmaıla isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar