Məhkəmə qərarları › İş №1(100)-17/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-17/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-17/2020 18.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X28 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X23 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X15 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləriGəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və X4 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, X33 küçəsi, ev 4, mənzil 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham elan edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Təqsirləndirilən şəxs2 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Təqsirləndirilən şəxs3 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1. və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, O, 2018-ci ilin mart ayının əvvəllərində tanışları Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Türkiyənin İstanbul şəhərinə getmək qərarına gəlmişlər. O və Nizami iş tapmaq, Kamran isə diş həkimi olduğu üçün, stomotoloji alətlər almaq məqsədi ilə aralarında razılaşıb Türkiyənin İstanbul şəhərinə getmək qərarına gəlmiş və birlikdə xx xxxx 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərinə getmişlər. xx xxxx 2018-ci il tarixdə İstanbul şəhərinə çatmış və otellərin birində yerləşmişlər. Daha sonra Nizami və o, iş axtarmağa, Kamran isə öz işləri ilə məşgul olmağa başlamışdır. Lakin oturma və işləmək icazələri olmadığına görə İstanbulda iş tapa bilməmiş və geri qayıtmaq qərarına gəlmişlər. Kamran da onlara bir gün sonra Azərbaycana qayıdacağını dediyindən onlar Kamranla birlikdə qayıtmaq qərarına gəlmişlər. Bundan sonra onlar Azərbaycana gedən avtobuslarla maraqlandıqda avtobusun olmadığını və növbəti avtobusun bir gün sonra olacağını bilmişlər. xx xxxx 2018-ci il tarixdə birlikdə avtobusla İstanbuldan Azərbaycana doğru yola düşmüşlər. xx xxxx 2018-ci il tarixdə Türkiyə-Gürcüstan sərhədi olan “Sarp” gömrük postuna çatmışlar. Posta giriş xəttindən bir qədər aralıda sürücü avtobusu saxlamış və mağazaya getmək istəyən sərnişinlər avtobusdan düşmüşlər. O da avtobustan düşəndə bir qadının qarşısına elektrik malları qoyub satdığını görmüşdür. O, qadından satdığı mallar barədə maraqlandıqda qadının, cəriməsinin olduğunu, Gürcüstan tərəfə keçə bilmədiyini, malları cəriməsinin ödəmək məqsədi ilə satdığını bildirmişdir. O, da həmin qadından bir ədəd tozsoran və bir ədəd blender almışdır. Sonra o, aldığı əşyaları gəldikləri avtobusun yük yerinə qoymuşdur. Bundan sonra avtobusa əyləşib yollarına davam etmişlər. Gürcüstan sərhədini keçdikdən sonra Azərbaycana doğru irəliləmişlər. Onlar 16 martdan 17 marta keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna çatmışlar. Posta daxil olduqdan sonra, avtobusdan düşmüşlər və avtobusdan əşyalarını götürdükdən sonra pasport qeydiyyatından keçmişlər. Daha sonra o, Kamran və Nizami ilə birlikdə gömrük yoxlaması otağına daxil olmuşlar. O, avtobusdan yükünü götürüb gömrük nəzarəti otağına gedəndə həyat yoldaşı zəng edərək, qızının qızdırmasının yüksəldiyini, enmədiyini və təcili evə gəlməsini bildirmişdir. Bundan sonra o, Nizami ilə Kamrana qızının vəziyyətini deyib təcili evə getməli olduğunu demişdir. Onun əlləri yüklü olduğuna görə Türkiyə-Gürcüstan sərhədindən aldığı tozsoranı ayağı ilə itələyə-itələyə rentgen qurğusuna tərəf aparmış, qurğunun yanına çatdıqda əlindəki iki ədəd sellofan torbanı rentgen aparatının üzərinə qoymuş və Kamrana tozsoranı rentgen aparatının üzərinə qoymasını deyib metalaxtaran detektordan keçmişdir. O, detektoru keçdikdən sonra rentgen qurğusunun digər tərəfində sellofan torbaların çıxmasını gözləmiş, torbalar çıxdıqdan sonra torbalardan birini götürüb Nizamiyə taksi tapmağa getdiyini bildirmiş və hər iki torbanı götürərək gömrük nəzarəti otağından çıxmışdır. O, yaxınlıqda olan bir taksiylə onları Gəncəyə aparmağa razılaşıb, taksiyə əyləşmiş, Nizami və Turalı gözləməyə başlamışdır. Bir neçə dəqiqə gözlədikdən sonra Kamran arxası ilə isə Nizami gəlmiş, Nizami yaxınlaşıb ona məxsus olan tozsoranın içərisində nəsə olduğunu bildirmişdir. O, Nizamiyə “zarafat eləmə” qayıt tozsoranı götür gəl demişdir. O, gecikdiyinə görə Kamran ilə birlikdə taksiyə minib Gəncəyə yola düşmüş, gecə saat 03 radələrində Gəncəyə çatmışlar. Ertəsi gün Nizami onun yaşadığı evin qarşısına gəlmiş, onunla görüşən zaman ona məxsus tozsoranın içərisindən qadağan olunan dərmanlar tapıldığını bildirmişdir. O, bundan sonra Tovuz Gömrük İdarəsinə dəvət olunmuş və o, Tovuz Gömrük İdarəsinə gedib orada izahat vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq o, İstanbula oteldə işləmək üçün getdiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, Kamranın və Nizaminin narkotik vasitələrdən istifadəsi barədə eşitmədiyini və görmədiyini, Azərbaycan Respublikasının gömrük sərhədində əlləri dolu olduğu üçün Kamrandan tozsoranı rentgen qurğusuna qoymağını xahiş etdiyini bildirmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur, Təqsirləndirilən şəxs3 isə 2011-ci ildən tanıyır. 2018-ci ilin mart ayının əvvəllərində dostu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə danışan zaman Türkiyəyə gedib orada Tural və o, özlərinə iş tapmaq, Kamran isə diş həkimi olduğu üçün özünə tibbi ləvazimatlar almaq qərarına gəlmişlər. Beləliklə xx xxxx 2018-ci il tarixdə X8 şəhərinə getmişlər. Türkiyənin İstanbul şəhərində olan otellərin birində Tural və o, özlərinə bir iş tapa biləcəklərini düşünmüşlər. Buna görə o, Tural və Kamran ilə birlikdə pansionat tapıb orada yerləşdikdən sonra iş axtarmağa başlamış, Kamran isə öz işləri ilə məşğul olmağa başlamışdır. Tural və o, bir neçə yerə müraciət etmiş, lakin onlardan Türkiyədə yaşamaq və işləmək üçün icazə sənədi istəmişlər. Lakin onların icazə sənədləri olmadığına görə birlikdə Azərbaycana qayıtmaq qərarına gəlmişlər. Onlar İstanbulda olan zaman Turalla birlikdə özləri üçün bəzi paltarlar, lazımi əşyalar almış və xx xxxx 2018-ci il tarixdə Kamranla birlikdə hər üçü birlikdə avtobusla İstanbuldan Azərbaycana doğru yola düşmüşlər. O və Tural həmin gün gəzib, özlərinə lazımi əşyalar aldığına və Kamran isə özünə stomoloji kabinetdə istifadə etmək üçün ləvazimatlar alıb gəldiyinə görə onlar Kamranla avtobus dayanacağına fərqli vaxtlarda gəlmişlər. Onlar xx xxxx 2018-ci il tarixdə Türkiyə-Gürcüstan sərhədi olan Sarp gömrük postuna çatmışlar. Yolboyu avtobusun sürücüsü istirahət etmək üçün arabir avtobusu saxlamış, eləcə də Türkiyə-Gürcüstan sərhədində də dayanmışdır. O, Türkiyə-Gürcüstan sərhədi olan “Sarp” gömrük postuna giriş xəttindən bir qədər aralıda dayandıqdan sonra avtobusdan enib, Kamranla birlikdə əl-üzlərini yumağa getmiş, geri qayıdarkən Kamran ondan qabaqda gedib avtobusa minmiş, o, isə Turalın yaxınlıqda olan bir qadından hansısa avadanlıq almaq istədiyini görmüşdür. O, da Kamranın ardınca avtobusa minməyə getmişdir. O, avtobusda olan zaman Tural avtobusun yan tərəfdən yük yerinə bir ədəd tozsoran qutusu qoymuş, bir qədər keçdikdən sonra isə onların yanına gəlmişdir. Gələndə o, Turaldan nə aldığını soruşduqda Tural tozsoran aldığını demişdir. Bir müddətdən sonra onlar yola düşmüş və “Sarp” gömrük postunu keçib Gürcüstana daxil olmuşlar. Həmin gün aprelin 17-nə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna çatmışlar. Onlar Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna çatdıqda Turalın telefonuna zəng gəlmiş və Tural ona uşağının xəstə olmasını bildirmişdir. Onların hər üçünün pasportlarına ölkə ərazisinə giriş möhürü vurulduqdan sonra rentgen qurğusuna yaxınlaşaraq özünə məxsus əşyaları rentgen aparatına qoymuş, daha sonra metalaxtaran qurğudan keçmişdir. Bu zaman gömrük əməkdaşları ona tozsoranın kimə aid olması ilə bağlı sual etmişlər. O, isə həmin tozsoranın Turala məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Turalı çağırmaq üçün çölə çıxmış daha sonra geri qayıtdıqda gömrük əməkdaşları tozsoranın içərisinə baxış keçirərək ona tozsoranın içərisindən dərmanlar aşkar edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilən suallara cavab olaraq tozsoranın Turala məxsus olmasını gömrük əməkdaşlarına onun tərəfindən bildirdiyini, ona “Sınıq Körpü” gömrük postuna tozsoranın açılmalı olduğunu bildirdikdə etiraz etmədiyini, o, Gömrük postundan çıxıb Turala tozsoranın içərisində qanunsuz nəsə predmet olduğundan gömrük əməkdaşlarının şübhələndiyini dedikdə, Tural ona“zarafat eləmə get tozsoran götür gəl gedək” dediyini bildirmişdir. Onun pasportuna ölkəyə giriş peçatı vurulduğuna görə o, istənilən vaxt oranı tərk etmək imakanın olduğunu, bundan başqa heç vaxt narkotik vasitədən istifadə etmədiyini, Tural və Kamranın narkotik vasitədən istifadə etməsini bilmədiyini, tozsoranın içərisində qanunsuz nəsə olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 5 il olar ki, tanıyır və onunla aralarında normal tanışlıq və qonşuluq münasibətləri var. Təqsirləndirilən şəxs1 isə 2018-ci ilin fevral ayından tanıyır. Həmçinin Tural da onların qonşusudur. 2018-ci ilin mart ayının əvvəllərində yaşadıqları binanın qarşısında durub söhbət edən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək istədiklərini bildirmişlər, həmin vaxt onunda işləri olmadığından işlədiyi stomotoloji kabinetdə istifadə etmək üçün bəzi ləvazimatlar almaq məqsədi ilə o, da Türkiyə Respublikasının İstanbul şəhərinə getmək qərarına gəlmişdir. O, xx xxxx 2018-ci il tarixdə, saat 07-08 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşüb Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü”Gömrük Postuna getmişlər. Sonra gömrük nəzarətindən keçib avtobusla Gürcüstan ərazisinə daxil olub oradan da birbaşa Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. İstanbul şəhərində hazırda adını unutduğu bir otelə gedib otaq tutmuşlar. Onlar İstanbul şəhərinə çatanda artıq xx xxxx 2018-ci il tarixi olmuş, oteldə yerlərini rahatladıqdan sonra o, Tural və Nizamidən ayrılıb öz işlərinin arxasınca, yəni orada yaşayan həkim dostu ilə görüşmək üçün getmişdir. Həmin gün axşam vaxtı otelə qayıtmış, Turalla Nizaminin orada olmadığını görmüş və yorğun olduğu üçün yatmışdır. Onlar 3-4 gün birlikdə istirahət edib Azərbaycana geri qayıtmaq üçün, xatırladığı qədəri ilə xx xxxx 2018-ci il tarixdə İstanbulda yerləşən avtovağzala getmişlər. Turalla Nizami ondan qabaq avtovoğzala getmişdir. O, avtovağzala çatdıqda Turalla Nizaminin özləri üçün aldıqları əşyaları görmüş, lakin həmin əşyaların kimə məxsus olmasını Gürcüstandan Azərbaycan tərəfə keçdikdə bilmişdir. Belə ki, o, xx xxxx 2018-ci il tarixdə Gürcüstanla Azərbaycan sərhədinin arasında olan “neytral zona” adlanan ərazidə yüklərini avtobusdan götürüb gömrük nəzarətindən keçməyə başlayanda Turalın əlində tozsoran da götürdüyünü görmüşdür. Sonra hər kəs öz yükünü götürərək “Sınıq Körpü”gömrük postuna daxil olub gömrük nəzarətindən keçməyə başlamışlar, ilkin olaraq o, öndə gedib pasport qeydiyyat məntəqəsinə yaxınlaşmış, elə həmin vaxt Nizami də digər pasport qeydiyyat məntəqəsinə yaxınlaşdır. Sonra onlar, yəni o, və Nizami pasport qeydiyyatından keçib gömrük nəzarəti zonasına daxil olmuşlar. Həmin vaxt Nizaminin özünə məxsus yüklərini orada quraşdırılmış stasionar rentgen qurğusunun lentinin üzərinə qoyduğunu görmüş, o, da onun arxasınca öz yüklərini stasionar rentgen qurğusunun lentinin üzərinə qoymağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 tozsoranı ayağı ilə vuraraq sürütləyə-sürütləyə rentgen qurğusunun yanına gətirdiyini görmüşdür. Tural ilkin olaraq metalaxtaran çərçivədən keçməyə başlamış, onun arxasınca isə Nizami keçmiş, o, da onların arxasınca metalaxtaran çərçivədən keçmək üçün getdikdə arxadan gömrük əməkdaşı ona səslənib Turala məxsus tozsoranın yerdə olduğunu işarə edərək həmin tozsoranı da rentgen qurğusunun lentinin üzərinə qoymağını tapşırmışdır. O, da həmin tozsoranın Turala məxsus olduğunu bildiyi üçün onu götürüb rentgen qurğusunun lentinin üzərinə qoymuş, sonra metalaxtaran çərçivədən keçərək rentgendən keçən əşyalarını götürüb gömrük nəzarəti zonasını tərk etmiş, çıxanda Turalın artıq çöldə olduğunu görmüşdür. O, Nizaminin gəlmədiyini görüb Turaldan nə baş verdiyini soruşmuş, Tural isə içəri keçib bu məsələ ilə maraqlanmağı təklif etmişdir. O, Turala və özünə məxsus yüklərin yanında dayanmış, Tural isə nə baş verməsi ilə maraqlanmaq üçün yenidən rentgen qurğusu olan yerə tərəf getmişdir. Təxminən 15 dəqiqədən sonra Tural Nizamiyə məxsus yüklərlə geri qayıtmış, ondan nə baş verdiyini soruşduqda Tural indi Nizaminin də çıxacağını bildirmişdir. Onun atasının ürəyinə “stend” qoyulduğundan tələsdiyi üçün Turalla birlikdə taksiyə əyləşmiş, Turalda ona tələsidiyini dediyi üçün onlar birlikdə çıxıb getmiş, yolda nə üçün Nizaminin gecikməyinin səbəbini soruşmaq üçün Təqsirləndirilən şəxs2 zəng etmiş, Nizami ilkin olaraq telefonda danışanda əlaqə kəsilmiş, sonra yenidən Nizamiyə zəng etmiş və Nizami telefona cavab verərək Turala məxsus tozsorana onun iştirakı ilə baxış keçiriləcəyini bildirmişdir. Daha sonra Nizamidən ona zəng gəlmiş, Nizami tozsoranın içərisindən ekstazı adlı psixotrop maddə aşkar edildiyini və buna görə ondan izahat alındığını bildirmişdir. Sonra Nizami ona yenə zəng edib atası ilə qayınatasının orada olduğunu bildirmişdir. Həmin gün saat 11 radələrində Nizami Gəncə şəhərinə gəlib onunla görüşərək, gömrük əməkdaşlarının tozsoranın içərisindən 903 ədəd “ekstazi” çıxdığını ona bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, Turalın tozsoran almasının şahidi olmamış, o, Türkiyədən Azərbaycana qayıdanda alışveriş etdiyi üçün avtobusa 1 saat gec gəlmiş, dayanacağa çatanda artıq Tural və Nizami biletlərini alıb, aldıqları veşləri yük yerinə vermişlər, Tural və Nizami avtobusun qabaq, o, isə arxa hissəsində oturmuşdur. Onlar Azərbaycan sərhəddinə çatanda hərə öz əşyasını götürmüş, həmin vaxt o, Turalın əlində tozsoran görmüş və kimin olmasını soruşduqda, Tural tozsoranın ona məxsus olduğunu, avtobus istirahət üçün saxladıqda aldığını bildirmişdir. Bundan əlavə o, indiyə qədər Turalın vasitəsi ilə narkotik vasitə və ya psixatrop maddə əldə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun xidməti vəzifəsi Gürcüstandan Azərbaycan Respublikasına daxil olan şəxslərin əl yüklərinə rentgen qurğusu vasitəsi ilə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 2018-ci ilin mart ayının 16-dan 17-ə keçən gecə, saat 00:10-da xidmətdə olan zaman 3 nəfər, sonradan adlarının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqlarını bildiyi şəxslər sərnişin xəttinə daxil olub gömrük nəzarətindən keçməyə başlamışlar, həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs1 yerdə olan bir qutunu ayağı ilə sürütləyib rentgen qurğusunun yanına gətirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sonda gəlmiş və əllərində olan yükləri rentgen qurğusunun lentinin üzərinə qoymuş, həmin qutunu isə lentin üzərinə qoymadan, hamıdan qabaq metalaxtaran çərçivədən keçib yüklərinin monitordan keçməsini gözləməyə başlamışdır. Sonra onun ardınca Təqsirləndirilən şəxs2 özünə məxsus yükləri monitora qoyub keçmiş, onun arxasınca isə Təqsirləndirilən şəxs3 özünə məxsus yükləri lentin üzərinə qoyub keçdikdə həmin vaxt orada xidmət aparan və Tovuz Gömrük İdarəsinə ezam edilmiş Baş Gömrük Mühafizə Xidmətinin mühafizəçi Şahid2 qutunun yerdə olduğunu görüb həmin qutunun rentgen qurğusunun lentinin üzərinə qoyulmasını tələb etmişdir. Həmin vaxt yükə daha yaxın olan Təqsirləndirilən şəxs3 qutunu götürüb rentgen qurğusunun lentinin üzərinə qoymuş, özü də metalaxtaran çərçivədən keçmişdir. Onların yüklərinə baxdıqda qutuda olan tozsoranın içərisində həb şəklində predmetlərin olduğunu müşahidə etdiyindən həmin tozsorana ətraflı gömrük baxışı keçirmək qərarına gəlmiş, tozsoranı kənara qoyub onun kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə qeyd edilən tozsoranın ona məxsus olduğunu bildirmişdir. Qeyd edilən tozsoranın içərisində şübhəli predmetlərin göründüyünü və bu səbəbdən də ona baxış keçiriləcəyini bildirdikdə Təqsirləndirilən şəxs2 qeyd edilən tozsoranın əslində ona məxsus olmadığını, həmin tozsoranın onunla birlikdə gələn Təqsirləndirilən şəxs1 məxsus olduğunu, lakin onun hazırda çölə çıxdığını bildirmiş və daha sonra onu çağırmaq üçün çıxmışdır. Təqsirləndirilən şəxs2 sonradan geri qayıdıb həmin şəxsi tapa bilmədiyini, hətta ona zəng vurduqda ona zəng çatmadığını bildirmişdir. Həmin qutuya gömrük baxış keçiriləcəyindən həmin baxışda hal şahidi qismində iştirak etmələri üçün oraya 2 nəfər şəxs dəvət edilmişdir. Sonra qeyd edilən tozsoran açıldıqda onun içərisindən bir ədəd sellofan bükülü aşkar edilmiş, həmin sellofan torbanı açdıqda isə onun içərisindən 903 ədəd, ürək formalı, ağ rəngli həblər çıxmışdır. Qeyd edilən həblərin psixotrop maddə olması ehtimalı nəzərə alınaraq qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Tovuz” gömrük postunda yükləmə-boşaltma işlərini görüb pul qazanmaqla ailəsinin dolanışığını təmin edir. xx xxxx 2018-ci il tarixdə, saat 00:20 radələrində tanışı Şahid4 ilə birlikdə gömrük postunun qarşısında dayanıb onlara uyğun bir iş düşməsini gözləyərkən, Məhsəti adlı bir gömrük əməkdaşı onlara yaxınlaşaraq bir şəxsə məxsus yükü yoxlayacaqlarını bildirib həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. O, etiraz etməmiş və birlikdə gömrük postuna daxil olmuşlar. Oradakı otaqlardan birində onun və bir neçə tanımadığı başqa şəxslərin iştirakları ilə masanın üzərində olan həblərə baxış keçirilmişdir. Həmin həblərə görə protokol tərtib edilmiş, o, da həmin protokollara imza etmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, baxışda ondan başqa Məhsəti və adlarını bilmədiyi şəxslər də olmuş. O, dərmanları stolun üstündə tozsorandan çıxarılmış vəziyətdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Gursoylar Turizm” şirkətində sürücü köməkçisi vəzifəsində işləmişdir. Qeyd edilən şirkət Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşımanı həyata keçirir. O, isə “X29” markalı, 61S7513 nömrə nişanlı avtobusun sürücü köməkçisi işləmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxsləri tanımır və kim olduqlarını da bilmir. Kiminsə tozsoran almasının şahidi olmamışdır. Yadında qalmayan tarixdə bir nəfər qadın ona zəng edərək Tural adlı şəxsin anası olduğunu, Turalın onların avtobusu ilə gəldiyini bildirərək Turalın tozsoranı haradan almasını soruşmuşdur. O, da Təqsirləndirilən şəxs1 hansı tarixdə onların avtobusu ilə gəlməsi ilə maraqlanıb onların avtobusu ilə gedib-gəlmədiyini müəyyənləşdirmişdir. Onların avtobusu Türkiyə Respublikasından Azərbaycana gələrkən Gürcüstan sərhədinədək ilk olaraq Ankara şəhərində Bolu şəhərində, Sunqurlu şəhərində, sonra Trabzonun Çavuşlu qəsəbəsində, oradan da çıxdıqdan sonra Sarp gömrük postunun yaxınlığında olan Kemalpaşa adlanan ərazidə dayanır. Onların dayandığı qeyd edilən yerlərin heç birində elektrik avadanlıqların satışını həyata keçirən dükan olduğunu o, xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onu bu işlə əlaqədər istintaqa dəvət edərək, onun nömrəsinin Kamranın telefonundan çıxdığını demişlər. O, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhər sakinləri kimi tanıdığını bildirmişdir. Sonra ona bir neçə sənədə qol çəkdirib yenidən istintaqa dəvət ediləcəyi bildirilmiş, lakin sonradan təkrar istintaqa dəvət edilməmişdir. Həmçinin o, təqsirləndirilən şəxslərin heç biri ilə Bakı şəhərində yaşamamış, Memar Əcəmidə yaşadığı üçün Qara ləqəbli Samiri, Rəfaili və Ağaları da oradan tanımışdır. Təqsirləndirilən şəxslərin Qara ləqəbli Samirlə, Rəfaillə və Ağalarla münasibətləri olmağını bilməmiş, təqsirləndirilən şəxslərin psixatrop tərkibli dərmanlarla tutulmağını ona müstəntiq demişdir. O, Kamranın həkim olduğunu, lakin Tural və Nizaminin isə nə işlə məşğul olmasını bilməmişdir. O, istintaqda verdiyi ifadəsinə oxumadan qol çəkdiyini, Turalın narkotik satması və qəbul etməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, Turaldan, Qaradan və Rufodan dərman almamışdır. İstintaqda verdiyi ifadəsində Samir, Ağalar və Rəfailin bir yerdə kirayədə yaşadıqlarını göstərmişdir. Turalın onlarla qalmasını o, deməmiş, onun Turalın Türkiyədən narkotik gətirməsi barədə məlumatı olmamış və Tural ona narkotik satmamışdır. Şahid6 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxsləri tanıyır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün və onun aludəçisinə çevrildiyindən ona psixotrop maddə lazım olduqda Turalgilə müraciət etmiş, çünki onların hamısı, yəni Təqsirləndirilən şəxs1, Qara ləqbli Samir, Rafo ləqəbli Rafael Türkiyədən müxtəlif əşyaların içərisində ölkəyə psixotrop maddə gətizdirib Bakı şəhərində satışını həyata keçirmişlər. Təxminən 2018-ci ilin fevral aylarında onların evinə gedəndə Rafael, Qara ləqbli Samir, Ağalar, bir qadın, Tural və Təqsirləndirilən şəxs2 həmin evdə görmüş, sonradan Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 təklifi ilə Türkiyə Respublikasına ekstazi psixotrop maddəsini gətirmək üçün getdiklərini, lakin saxlanıldıqlarını eşitmişdir. Dəfələrlə onların üçündən də, yəni Rafael, Qara və Turaldan ekstazi psixotrop maddəsi almış, onun Türkiyədə qiyməti 2-3 Türk lirəsi olduğu halda onlar həmin ekstazi psixotrop maddələrini Azərbaycanda 20 manata satmışlar. Turalgil tutulmamışdan qabaq onlar bir dəfə də ekstazi psixotrop maddəsi gətirib satışını həyata keçirmişlər. Turalgil tutulmamışdan 10 gün əvvəl instaqramda Türkiyədə olan şəkillərini paylaşmışlar. Həmin vaxt Kamranla mesajlaşanda Kamran Türkiyəyə gəzməyə gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 da narkotik vasitələrin aludəçisi olduğundan onlardan psixotrop maddə almışdır. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa lilide var bu uwaxda istesen de 6 manatdi”, “Qaqa lili lazim olsa var lilide”, “Qaqa sen 2 qramin pulunu vur 1 ni giturdi uwagin ozu belede problem deyil 2 gotur yolluyum 2 ni 4 fen sorada 1 ni vurarsan yolluyaram”, “Cunki o uwax yatir gorurduyum 3 sora duracax problem deyil 2 ni yolluyum o birinide yolluyaram arxayin ol” məzmunlu, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “İndi pati qoture bileriy? birde meti, ya da m40?”, “Meti pati qoture bileriy, yosa men ozum dvijenya eliyim? meni yix”, “Meti ma biraz pati ver, yosa sen ol kutarajam senen” məzmunlu mesajları əvvəllər özü də narkotik vasitələrdən istifadə etdiyindən və aludəçisi olduğundan, həmçinin Kamran da onun istifadəçisi və aludəçisi olduğundan bir-birlərinə narkotik vasitə və ya psixotrop maddə lazım olduqda tapıb verdiklərindən yazmışlar. Mesajlarda “lili” dedikdə lirika psixotrop maddəsini, “pati” dedikdə “metamfetamin” psixotrop maddəsini və “M40” dedikdə metadon narkotik vasitəsinin həb şəklində olan növünü nəzərdə tutmuşlar. Onlar dəfələrlə birlikdə, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Qara, Rafael və X9 kirayədə yaşadıqları evdə ekstazi psixotrop maddəsindən istifadə etmişlər. Onlar həmçinin “banzay”, “spays”, “patı”, “şüşə” və “partpres” adlanan metamfetamin psixotrop maddələrindən istifadə etmiş, özü isə ancaq lirika psixotrop maddəsindən qəbul etmişdir. Onların əvvəlcədən psixotrop maddə gətirməyə getmələri barədə ona heç nə məlum olmamış, sonradan onların Türkiyədən tozsoranın içərisində ekstazi gətirəndə gömrükdə tutulduqlarını eşitmiş, çünki onlar belə şeyləri gizli saxlamışlar. Eşitdiyinə görə onlar Türkiyəyə gedəndə də Kamranın atasından borca pul götürüb gəzmək adı ilə getmişlər. Sonradan Kamranla söhbət edən zaman Kamran ona Turalın Azərbaycanda olanda Nizami və ona Türkiyədən ekstazi psixotrop maddəsi gətirdiyini, Azərbaycanda satışını həyata keçirməyi təklif etdiyini, Nizami və özünün də razılaşıb birlikdə Türkiyəyə getdiklərini, Turalın Türkiyədə kiminləsə danışıb həmin maddələrdən tapdığını və tozsoran alaraq onları orada gizlətdiyini demişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 Əcəmi adlanan ərazidə “Qara” ləqəbli Samir adlı şəxsin vasitəsi ilə 3 ilə yaxın müddətdir ki tanıyır. Tural Bakıda Masazırda qaldığı vaxtlarda Nizami Turalın yanına gəlib getdiyi zaman Nizamini tanımışdır. Onun Tural və Nizaminin ekstazi dərmaları satmaqlarından xəbəri olmamış, o, Turalgillə bir yerdə bir müddət klublarda əylənmiş, bir neçə dəfə birlikdə “İnfiniti” klubda ekstazi psixotrop maddəsindən istifadə etmişlər. O, ibtidai istintaqda ifadə verən zaman Turalgilin psixatrop maddə gətirmələrini bildirməmişdir. Ona Turalgilin dərman gətirməyini Rəfail demiş, o, Rəfailin dediyinə uyğun olaraq belə yazmışdır. O, Nizamini qonaq kimi tanımışdır. O, ekstazi dərmanlarını Samirdən almışdır. Şahid8 verilən sullara cavab olaraq Nizaminin cibindən ekstazi çıxarıb qəbul etdiyini görmədiyini, ancaq onlarda olan dərmanlardan istifadə etdiyini, Tural və Nizamidən pulla ekstazi almadığını, dərmanları Samirdən aldığını bildirmişdir. Şahid8 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Təqsirləndirilən şəxs1la Əcəmi adlanan ərazidə Qara ləqəbli Samir adlı şəxsin vasitəsi ilə tanış olmuş, Rafael, Qara deyə müraciət etdikləri Samir Əbdürəhmanov və Tural adlı şəxs Türkiyə Respublikasından ekstazi psixotrop maddəsi gətizdirmiş, Tural evdə oturmuş, X10 isə avtomobillə şəhərdə satışını həyata keçirmişlər. Təqsirləndirilən şəxs1gil tutulmamışdan təxminən 3 ay əvvəl Tural, Qara dedikləri Samir adlı şəxs və Rafo Abşeron rayonunda, “Əlincə” stadionunun yanında yerləşən Zəngilan şəhərciyində ev icarəyə götürərək orada qalmış, son zamanlar Turalın Nizami adlı dostu da həmin mənzilə gəlmiş və onlarla birlikdə yaşamışlar. Tural və X30 Respublikasından ekstazi psixotrop maddəsi gətirmiş, Tural ekstazi dərmanı alıb gətirməsi üçün hətta özünə məxsus “Daewoo” markalı, “Sentra” modelli nəqliyyat vasitəsini də satmışdır. Qara deyə müraciət etdikləri Samir isə onlara qeyd edilən psixotrop maddəni ölkəyə necə gətirməyin üsullarını, hətta həmin ekstazini tozsoranın içərisində gətirməyi də Samir başa salmışdır. Həmin mənzilə qeyd edilən psixotrop maddəsindən, yəni ekstazi psixotrop maddəsindən almaq üçün getmiş, onların hamısından qeyd edilən maddədən almış, Tural ona 2-3 dəfə də pulsuz vermişdir. Turalla Nizami tutulmamışdan qabaq Tural Nizami adlı Gəncədən olan şəxsi də bu işə cəlb etmiş, çünki sonuncu dəfə onlar Türkiyə Respublikasından həmin ekstazi psixotrop maddəsini gətirmək üçün birlikdə getmiş, lakin tutulmuşlar. Dəfələrlə Tural, Qara ləqəbli Samir Əbdürəhmanov və Rafellə birlikdə “İnfiniti” kluba getmişlər və birlikdə ekstazi psixotrop maddəsindən istifadə etmişlər”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2018ci ilin yanvar ayında tanışı Şahid8 zəng edib onu Masazırda olan bir evə dəvət etmiş, o, da taksiyə minib həmin ünvana getmişdir. Orada ona həmin evi icarəyə götürdüklərini bildirmişlər. Gəncədən olan sonradan adlarının Tural və Nizami olduğunu bildiyi 2 nəfər şəxs sonradan evə gəlmiş, Ağalar və Samir onu həmin Gəncəlilərlə tanış etmişdir. Bir dəfə o, həmin evə gedəndə Ağalar nəşə adı ilə ona siqaretin içərisinə nə isə doldurub vermiş və o, onu istifadə etdikdə vəziyyəti çox pisləşmişdir. O, da Ağalarla dalaşıb evi tərk etmişdir. Sonradan o, Ağalarla barışmış və şərt qoymuş ki, onlarla ayrılsın. Şahid7 məhkəmə iclasında verilən suallara cavab olaraq, Tural, Nizami, Ağalar, Qara ləqəbli Samir və Rafaeli tanıdığını, Turalı və Nizamini Masazırda qaldıqları evdə gördüyünü, Tural və Nizamini Ağalara görə tanıdığını, ona nəşə çəkməyi Samirin təklif etdiyini, narkotik vasitəni Ağaların Samirdən aldığını, Samirin gətirdiyi narkotik vasitəni Rafaellə payladığını, Tural və Nizaminin hansısa narkotik vasitəni paylanmasında iştirak etməsi barədə məlumatı olmadığını, Samir və ibtidai istintaq zamanı belə bir ifadə vermədiyini bildirmişdir. Şahid7 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “2018-ci ilin yanvar ayında Şahid8 dəvəti ilə Masazırda olan bir evə gəlmişdir. Orada ona həmin evi Qara dəyə müraciət etdikləri Samir, 2 nəfər də Tural və Nizami adlı Gəncədən olan şəxslərin icarəyə götürdükləri məlum olmuşdur. Ağalar və Samir onu həmin Gəncəlilərlə tanış etmişdir. O, həmin şəxslərlə tanış olduqdan sonra onların normal adama oxşamadıqlarını görmüşdür. Hətta bir dəfə o, onlara gedəndə Ağalar nəşə adı ilə ona siqaretin içərisinə nə isə doldurub vermiş və onu istifadə etdikdə vəziyyəti çox pisləşmişdir. O, da Ağalarla dalaşmış və oranı tərk etmişdir. Sonradan Ağalar ona yalvarmağa başlamış ki, o, yenidən Ağalarla barışsın. Lakin o, Ağalara şərt qoymuş ki, onlardan ayrılsın. Ağalarda onlardan ayrılmış və xalasıgillə yaşamağa başlamışdır. Sonradan Ağalar ona danışmış ki, Samir həmin gəncəli uşaqlardan pul alır, Türkiyədən ekstsazi dərmanları gətizdirir, sonra Bakı şəhərində satışını həyata keçirdikdən sonra onlara ordan pay verir.” Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” Gömrük Postunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, 1 ədəd “Fantom” markalı tozsorana baxış keçirilərkən içərisindən 1 ədəd sellofan torbada qablaşdırılmış 903 ədəd ürək formalı həblər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən keçməsinin əks olunduğu diskə baxış keçirilməsi barədə xx xxxxx 2018-ci il tarixli protokoldan görünür ki, gömrük nəzarəti zonasına giriş ərazisini müşahidə edən videogörüntünün 13-cü saniyəsində Təqsirləndirilən şəxs3 hər iki əlində sellofan torbalarla birlikdə, videogörüntünün 15-ci saniyəsində Təqsirləndirilən şəxs2 hər iki əlində sellofan torbalarla birlikdə, videogörüntünün 20-ci saniyəsində isə Təqsirləndirilən şəxs1 bir əlində iki ədəd sellofan torba ilə birlikdə, bir əli boş vəziyyətdə və ayağı ilə içərisindən külli miqdarda MDMA psixotrop maddəsinin aşkar edildiyi üzərində “Fantom” yazısı olan ağqırmızı rəngli tozsoran qutusunu itələyə-itələyə gömrük nəzarəti otağına yaxınlaşmış, bundan sonra gömrük nəzarəti zonasında rentgen aparatını yuxarıdan müşahidə edən videogörüntünün 2-ci saniyəsindən 14-cü saniyəsinədək Təqsirləndirilən şəxs1 üzərində “Fantom” yazısı olan ağ-qırmızı rəngli tozsoran qutusunu itələyə-itələyə rentgen aparatının yaxınlığına gətirmiş və videogörüntünün 16-cı saniyəsində əlindəki iki ədəd sellofan torbanı rentgen aparatının üzərinə qoyub, lakin tozsoran qutusunu isə rentgen qurğusunun lentinin üzərinə qoymayaraq yanında yerdə saxlamış və metalaxtaran çərçivənin yanına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 rentgen qurğusunun yanında, Təqsirləndirilən şəxs2 isə metalaxtaran çərçivənin yanında dayanmış, Təqsirləndirilən şəxs1 metalaxtaran çərçivənin yanına gedib oradakı masaya pasportunu qoyduqdan sonra çərçivədən keçmiş və pasportunu götürüb rentgen qurğusunun digər tərəfində dayanıb gözləməyə başlamışdır. Onun ardınca Təqsirləndirilən şəxs2 da metalaxtaran çərçivədən keçmiş və çərçivənin yanındakı masadan əşyalarını götürmüşdür. Bu zaman, yəni videogörüntünün 22-ci saniyəsində Təqsirləndirilən şəxs3 hər iki əlindəki sellofan torbaları rentgen qurğusuna qoymuş və video görüntünün 34-cü saniyəsində pasportunu gömrük əməkdaşından alıb metalaxtaran çərçivəyə tərəf gedən zaman gömrük əməkdaşı ona əli ilə rentgen qurğusunun yanında yerdə olan tozsoran qutusunu göstərmiş, bundan sonra həmin şəxs pasportunu metalaxtaran çərçivənin yanındakı masaya qoymuş və rentgen qurğusunun yanına qayıtmışdır. Təqsirləndirilən şəxs3 videogörüntünün 47-ci saniyəsində rentgen qurğusunun yanında olan tozsoran qutusunu yerdən götürmüş və rentgen qurğusunun hərəkət edən lentinin üzərinə qoymuş, bundan sonra metalaxtaran çərçivənin yanına getmiş və videogörüntünün 53-cü saniyəsində çərçivədən keçmişdir. Gömrük nəzarəti zonasında əşyaların rentgen aparatından götürülən hissəsini müşahidə edən videogörüntünün 35-ci saniyəsində Təqsirləndirilən şəxs1 bir ədəd sellofan torbanı rentgen qurğusundan götürmüş və arxasında rentgen qurğusundan çıxan digər əşyalara baxa-baxa həmin torbanı bir neçə metr məsafədə divarın yanına qoyub yavaş addımlarla rentgen qurğusuna tərəf geri qayıtmışdır. Videogörüntünün 52-ci saniyəsində rentgen qurğusuna yaxınlaşıb qurğunun içərisinə baxaraq bir ədəd sellofan torbanı da qurğudan götürmüş, yenə də rentgen qurğusundan çıxan digər əşyalara baxa-baxa həmin torbanı digər torbanın yanına aparmış, lakin həmin torbanın yanına qoymadan və həmin torbanı götürmədən birbaşa çıxışa doğru hərəkət etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 rentgen qurğusuna tərəf yaxınlaşmış, videogörüntünün 1.18-ci saniyəsində Təqsirləndirilən şəxs1 geri qayıtmış və rentgen qurğusundan çıxan əşyalara baxa-baxa divarın yanına qoyduğu torbanı götürüb çıxışa doğru hərəkət etmişdir. Videogörüntünün 1.27-ci saniyəsində Təqsirləndirilən şəxs3 sellofan torbaları rentgen qurğusundan götürmüş və çıxışa doğru hərəkət etmişdir. Videogörüntünün 1.29-cu saniyəsində içərisindən külli miqdarda MDMA psixotrop maddəsinin aşkar edildiyi üzərində “Fantom” yazısı olan ağ-qırmızı rəngli tozsoran qutusu rentgen qurğusundan çıxmış, videogörüntünün 1.40-cı saniyəsində gömrük əməkdaşı həmin qutunu götürüb qurğunun yanındakı masaya qoymuş, Təqsirləndirilən şəxs2 videogörüntünün 2.24-cü saniyəsində çıxışa doğru hərəkət etmiş və videogörüntünün 2.45-ci saniyəsində geri qayıtmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli, 7120 saylı ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “104435 nömrəli Azərbaycan Respublikası DGK Tovuz Gömrük İdarəsi..” yazısı olan DGKnə məxsus polietilen paketindəki 9 ədəd şəffaf rəngsiz polietilen əlcəklərə qablaşdırılmış, onlardan 8 ədədində 100 ədəd, birində isə 103 ədəd, ümumi sayı: 903 (doqquz yüz üç) ədəd boz rəngli ürək formasında həblər kustar üsulla hazırlanmış “ekstazı” həbləridir və həmin həblərin tərkibini “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxil olan metilendioksimetamfetamin (MDMA) psixotrop maddə təşkil edir. 903 ədəd həbdən ibarət təsiredici maddənin (MDMA) ümumi miqdarı 108,36 qr-dır(bir ədəd həbdə 0,12 qr. metilendioksimetamfetamin (MDMA) olmaqla). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli, 9786 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd MEM-nin zərfində içərisində pn 104435 nömrəli ümumi sayı 897 ədəd mavi rəngli həblər metilendioksimetamfetamindir (MDMA)-ekstrazi. 1 ədəd həbdə təsir edici maddəsinin miqdarı 0,12 qram, ümumi 897 ədəddə - 107,64 qram müəyyən edilmişdir. Ekstrazi həblərin ilkin sayı 903 ədəd və ümumi təsir edici maddəsinin miqdarı 108,36 qram müəyyən edilmişdir. Metilendioksimetamfetamindir (MDMA) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb edilən prekursorların 1-ci siyahısına daxil olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2018-ci il tarixli, 915 saylı, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2019-cu il tarixli, 403 saylı və Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2018-ci il tarixli, 969 saylı məcburi-narkoloji tibbi yoxlama rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədikləri, Təqsirləndirilən şəxs3 isə narkotik vasitələrdən istifadə etmə hallarının olması, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunamaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş xx xxx 2018-ci il tarixli, 14699 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş çıxarışla xx xxxxxx 2018-ci il tarixdə, saat 23:24:25-də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa menem kamran, qaqa imkan varsa sen 40 manat ver pati qoturum, yarsini sen qotur yarsini men, sen ol sabah genceye catan kimi 20 manat sa verejem”, həmin gün, saat 23:27:32-də isə “Men yaman narahatam, seher dedemnen qetmey berk gozume oturuf, beyaxdan uzum kesmirdi deyem, imkan varsa eliyek” məzmunlu, xx xxxxxx 2018-ci il tarixdə saat 02:07:26-da Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Belke M40 duzeldi, prosto biri 30 manatdi deyir, he dese qorum papamin cibinen pul qoture bilsem qedejem, dedim birden sende narahat olarsan” məzmunlu, xx.xx.2018-ci il tarixdə (hadisə baş verən gün), saat 18:50:30-da Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa biz demiwikki seninde xeberin olmayif ki orda nese var” məzmunlu, xx.xx.2018-ci il tarixdə, saat 17:14:55-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə“Soxum senin agzina getirdiyin neweninde icine sagol”məzmunlu mesajın göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “xxxxxxx” MMC-dən daxil olmuş xx xxxxx 2019-cu il tarixli, BKC/LGL-8881/19 saylı məktuba əlavə edilmiş diksə baxış keçirilməsinə dair protokolla və ona əlavə edilmiş çıxarışla xx.xx.2018-ci il tarixdə, saat 00:42:39-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay brat varyoxuna lənət yola gətirə bilmədim. peyserə nə qədər direndimki qonağımdı apar ona taksiynen patı ver qehbe yox dediki yox”, xx.xx.2018-ci il tarixdə, saat 06:05:37-də ***-***-**-** saylı mobil nömrədən “Ayqa evden çıxan kimi gerek gedek mal eliyək yoxsa çölde ölerem berk ağrıyıram”, xx.xx.2018-ci il tarixdə, saat 12:46:17-də ***-***-**- ** saylı mobil nömrədən “Bilmirsenki menlik deyil o? Metlebnen bawqa ne iwin olacaqe menimkide sualdida. Skim onun sudunu, menim bawima oyun acdi, 2 gun bundan qabaq nervimde, pulumda getdi”, xx.xx.2018-ci il tarixdə, saat 01:20:08-də ***- ***-**-** saylı mobil nömrədən “Adaw indi proba 1 qr vere biler”, xx.xx.2018-ci il tarixdə, saat 01:29:45-də ***-***-**-** saylı mobil nömrədən “Yoxe brat o ne demekdi oboyda wey goturursen, bilmelisenmi ne goturursen bunun qaydasi budu”, eyni tarixdə və eyni nömrədən saat 01:38:47-də “Hecne sen viwi sorta atvecatsansa prablem yoxdu, indi 5 dene vere biler? 5 de sabah”, xx.xx.2018-ci il tarixdə, saat 13:45:57-də ***-***-**- ** saylı mobil nömrədən “Qaqa lilide var bu uwaxda istesen de 6 manatdi”, xx.xx.2018ci il tarixdə, saat 11:21:23-də ***-***-**-** saylı mobil nömrədən “Qaqa lili lazim olsa var lilide”, saat 12:35:43-də “Qaqa sen 2 qramin pulunu vur 1 ni giturdi uwagin ozu belede problem deyil 2 gotur yolluyum 2 ni 4 fen sorada 1 ni vurarsan yolluyaram”, saat 12:37:26-da “Cunki o uwax yatir gorurduyum 3 sora duracax problem deyil 2 ni yolluyum o birinide yolluyaram arxayin ol”, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2018-ci il tarixdə, saat 23:21:58-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqa seher Turkiyeye qedirem, imkan var qelim yari wey qoturum?”, xx.xx.2018-ci il tarixdə, saat 01:54:47-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men yatiram, seher meni yixif durquzarsan, qoturmesem qapini qelif doyersen, gecen xeyre”, xx.xx.2018-ci il tarixdə, saat 07:35:14-də (hadisə baş verən gün) Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Tel acan kimi nizini yix”, xx.xx.2018-ci il tarixdə, 10:24:25-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ali qile qelmiwem, bunu axtariram tapa bilmirem”, xx.xx.2018-ci il tarixdə, saat 00:45:16da ***-***-**-** mobil nömrəyə “Qaqa sende pul varsa ma sehere kimi borc ver qedim onan qoturum. yada razidisa men qedim mali qoturum pulu sabah verim. men olum ma bir komeyliy ele”, xx.xx.2018-ci ildə, saat 21:23:53-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqa qadasin alim biz qeze qeze qeze siz terefe qeliriy, bu pulu vereceyim adamdaburdadi, oluf yere qirirem. qadan alim qelim hem qalan mali iki qardaw vur ax, hemde bunun 40 verim. men olum bir wey ele”, xx.xx.2018-ci ildə, saat 05:32:32də ***-***-**-** saylı mobil nömrəyə “Mende qaqa. bu nese osdurax patiydi. papam ma neler dedi, qaqa guran hakki berk direnmiwem, ozumu oldurejem”, eyni nömrəyə saat 05:56:18-də “Qaqa inanirsan qelenen tualete qirmiwem, bilmirem ozumu neter oldurum, dedem meni cox alcaldir, lazimsiz kelmeler deyir. bilmirem nagaram uje”, eyni nömrəyə saat 06:03:08-də “Qaqa nolar ustunde derman qotur, mende yarim saata cixiram, pewkom qorum hara kimi qele bilem”, eyni nömrəyə saat 06:07:36-da “Cixax qedey metroya, qorey qizdarin got cibinen tel sike biliriy. bawqa variyant yoxdu”, eyni nömrəyə 06:30:41-də “Qaqa balamin cani qeje qirxin oluf, bu gunen men yetimem. indi istirem cixam qorem papa kravati qapiya diriyifki men otaxdan cixa bilmiyim, havalanmiwam sen ol”, xx.xx.2018-ci ildə, saat 12:43:03-də ***-***-**-** saylı mobil nömrəyə “Yo bawqa iwim var. adawimda deyen wuwe var” (“şüşə” əslində metamfetamin narkotik vasitəsidir, sadəcə narkotik vasitələrdən istifadə edən şəxslər arasında ona “şüşə” və ya “pati” deyilir), xx.xx.2018-ci ildə, saat 01:33:32.də ***-***-**-** saylı mobil nömrəyə “35 viwi sortdu, 30 sredni. 27 osduraxi. men uwaxnan iw qormurem.”, xx.xx.2018-ci il tarixdə, saat 02:02:20-də ***-***-**-**saylı mobil nömrəyə “Ma bir baw wey dvijenya eliye bilersen?”, xx.xx.2018-ci il tarixdə, saat 12:28:08-də ***- ***-**-** saylı mobil nömrəyə “İndi pati qoture bileriy? birde meti, ya da m40?”, xx.xx.2018-ci ildə, saat 23:59:42-də ***-***-**-** saylı mobil nömrəyə “Motu men olu varindisa qelim 1 dene liri ver ma, heryerim sizildiyir, yata bilmeyejem”, xx.xx.2018-ci il tarixdə, saat 17:44:58-də ***-***-**-** saylı mobil nömrəyə “Meti ma biraz pati ver, yosa sen ol kutarajam senen”, xx.xx.2018-ci ildə, saat 17:55:59-da ***-***-**-** saylı mobil nömrəyə “Meti pati qoture bileriy, yosa men ozum dvijenya eliyim? meni yix”, xx.xx.2018-ci il tarixdə, saat 00:16:32-də ***-***-**-** saylı mobil nömrəyə “Dayi bidene wey heccure qoturmey olmaz?”, xx.xx.2018-ci il tarixdə, saat 00:31:48-də ***-***-**-** saylı mobil nömrəyə “İmkanin varsa ma Namikin nomresini qonder, wey satanin”, xx.xx.2018-ci il tarixdə, saat 22:24:17-də ***-***-**-** saylı mobil nömrəyə “Yadiw sen balanin cani qoruwey ma 20 manatdix patpres ver. men sene arxeyinem”, xx.xx.2018-ci il tarixdə, saat 21:07:42-də ***-***-**-** saylı mobil nömrəyə“Qaqa daniwdim, deyir weherden qiraxdayam, 1 saat yarima qelejem, qelsin onan qoturejem, 5 manatin varsa qel meni qotur qedey ona kimi bir wey alax cekey”, xx.xx.2018-ci il tarixdə, saat 21:43:36-da 055-833.52-77 saylı mobil nömrəsinə “Qaqa men olum weyin varsa meni hallandir, ureyim partdiyir evde”, xx.xx.2018-ci il tarixdə, saat 23:15:44-də ***-***-**-** saylı mobil nömrəyə “Birdene AMG ekstazim var, barter eliyersen patpresnen?” (patrpes dedikdə də metamfetamin psixotrop maddəsi nəzərdə tutulur), xx.xx.2018-ci il tarixdə, saat 18:46:43.də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa hec olmasa deyerdin ki 3 tustuluyde sa pitacok saxliyajam, rahat iwinizi qorun. opurem” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 120-6187-1218 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik maddələrin iştifadəçisi olmaları, son zamanlar heç bir yerdə işləməmələri müəyyən edilsə də, onların hər hansı başqa bir cinayət hadisəsinin iştirakçıları olmaları və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaları müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, xx/xx-3291 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdurlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X31 şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin xx xxxxx 2019-cu il tarixli, 1774 nömrəli və Gəncə şəhər X18 Dispanserin xx xxxxx 2019-cu il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs3 X34 Dispanserində və Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Dəmir Yollarının və Texniki qurğularının təmir tikinti departamenti Gəncə 1 saylı Evlər İdarəsinin xx xxx 2018ci il tarixli, 287 nömrəli xasiyyətnaməsindən və doğum haqqında şəhadətnmədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 mənzil 04 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və Təqsirləndirilən şəxs2 himayəsində xx xxxxxx 2012-ci il təvəllüdlü X6 adlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrdən, arayış və xasiyyətnamnədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2012-ci il təvəllüdlü X13 və xx xxxxxx 2015-ci il təvəllüdlü X17 adlı övladları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-X3 Birliyi 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 71 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 2018-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “Həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 4(103)-260/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxx 2018-ci il tarixdən “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan təbdiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 daxil olmuş xx xxx 2018-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 daxil olmuş xx xxx 2018-ci il tarixli tələbnaməsindən və Gəncə şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2 maddələri ilə təqsirli bilinib aylıq qazancının dövlət nəfinə iyirmi faiz məbləğdə pul tutulmaqla 1 il 11 ay 24 gün müddətə islah işlərinə cəzasına məhkum edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 64052/18 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon Məhkəməsinin 12/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını bu günki tarixə qədər çəkməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. X26 Məhkəməsi “X5rşı”, “X7rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası Konstitusiyanın bu müddəasından çıxış edərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0 və 139.0.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Məhkəmə “Hoanq Fransaya qarşı” işdə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək müəyyən etmişdir ki, ibtidai istintaq zamanı əslində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham elan edilərkən mötəbər sübutlara istinad edilmədən onlara əsassız olaraq CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Verilmiş ittiham üzrə sübutlar isə işin faktiki halları ilə uyğunluq təşkil etmir və mötəbər sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham elan edərkən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun müşahidə kameraları vasitəsi ilə qeydə alınan görüntülərin əks olduğu diskə baxış keçirilməsi barədə xx xxxxx 2018-ci il tarixli protokola, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş xx xxxxx 2018ci il tarixli məktuba, ekspertiza rəylərinə, “xxxxxxxxxxxxxxxx” MMC-dən və “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış protokollarına, şahid ifadələrinə və istintaq hərəkəti protokollarına istinad etmiş və qeyd edilən sənədlərə əsaslanaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olması qənaətinə gələrək onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan etmişdir. İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə bir yerdə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə onlar birlikdə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, və birlikdə xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Hazırki iş üzrə məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində 2018-ci ilin mart ayının əvvəllərində dostu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə danışan zaman Türkiyəyə gedib orada Tural və o, özlərinə iş tapmaq, Kamran isə diş həkimi olduğu üçün özünə tibbi ləvazimatlar almaq qərarına gəldiklərini, beləliklə xx xxxx 2018-ci il tarixdə X8 şəhərinə getdiklərini, bir müddət orada qaldıqdan sonra Türkiyədə yaşamaq və işləmək üçün icazə sənədi tələb olunduğuna görə geri qayıtmaq məcburiyyətində qaldıqlarını göstərmiş, həmçinin onun Təqsirləndirilən şəxs1 aldığı həmin tozsoranın içərisində psixotrop dərmanların olmasından yalnız gömrük əmədaşları tərəfindən tozsorana baxış keçirilməsindən sonra xəbərinin olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib edəcək heç bir hüquqi əsas aşkar edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 ittiham elan edərkən şahid qismində dindirilmiş Şahid6, Şahid7 və Şahid8 ibtidai istintaq zamanı verdikləri ifadələrə istinad etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid7 məhkəmə iclasında verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq Samir tərəfindən Türkiyə Respublikasından gətirilmiş psixotrop maddələrin pulunun Təqsirləndirilən şəxs2 tərəfindən verilməsi, Samirin ekstazi psixotrop maddəsini gətizdirdikdən sonra Bakı şəhərində satışını həyata keçirib oradan Təqsirləndirilən şəxs2 da pul verilməsi kimi ibtidai istintaq zamanı ifadələr verməməsini, Təqsirləndirilən şəxs2 hər hansı psixotrop maddənin paylanmasında iştirak etməsi barədə ümumiyyətlə onun məlumatının olmamasını göstərmişdir. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddənin ölkə ərazisinə gətirilməsi və ya satışının həyata keçirilməsi kimi bir ifadə vermədiyini, ümumiyyətlə onun Təqsirləndirilən şəxs2 hər hansı narkotik vasitənin və ya psixotrop maddənin Türkiyə Respublikasından ölkə ərazisinə gətilməsi və satışın həyata keçirilməsində iştirak etməsi kimi bir halın şahidi olmadığını, həmçinin başqa şəxslərdən də bu barədə hər hansı bir məlumat eşitmədiyini göstərmişdir. Bundan başqa, Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində təxminən 2018-ci ilin fevral ayında onların evinə gedəndə Rafael, Qara ləqəbli Samir, Ağalar, bir qadın, Tural və Təqsirləndirilən şəxs2 həmin evdə gördüyünü, sonradan Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 təklifi ilə Türkiyə Respublikasına ekstazi psixotrop maddəsini gətirmək üçün getdiklərini, lakin saxlanıldıqlarını eşitməsini göstərməsinə baxmayaraq məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslərin psixatrop tərkibli dərmanlarla tutulmağını müstəntiqdən eşitdiyini, Təqsirləndirilən şəxs2 qiyabi olaraq tanıdığını, Təqsirləndirilən şəxs2 xarici ölkədən psixotrop maddələr gətirərək Azərbaycan Respublikası ərazisində satışının həyata keçirməsi barədə hər hansı halın şahidi olmamasını və bu barədə hər hansı məlmat eşitməməsini bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun müşahidə kameraları vasitəsi ilə qeydə alının görüntülərin əks olduğu diskə baxış zamanı görünür ki, xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə “Sınıq Körpü” gömrük postunda ölkə ərazisinə giriş üçün pasport yoxlanışından keçdikdən gömrük nəzarəti zonasında yerləşən rentgen aparatına özünə məxsus əşyaları qoyduqdan sonra metalaxtaran qurğudan keçmiş və rentgen aparatında yoxlanışdan keçmiş əşyalarını götürən zaman gömrük əməkdaşları tərəfindən rentgen aparatından yoxlanışdan keçən üzərində “Fantom” yazısı olan ağ-qırmızı rəngli tozsoran qutusunun kimə məxsus olması soruşulduqda həmin tozsoranın Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1 çağırmaq üçün gömrük nəzarəti zonasından çıxmış, lakin bir müddət sonra geri qayıtmış və uzun müdət gömrük əməkdaşlarının yanında dayanaraq qutunun içərisində olan tozsorana baxış keçirilməsini gözləmişdir. Həmin videodan da göründüyü kimi Təqsirləndirilən şəxs2 məxsus ümumi vətəndaşlıq pasportuna Azərbaycan Respublikası ərazisinə giriş icazəsini təsdiq edən peçat vurulmasına, ona məxsus əşyalar gömrük nəzarəti zonasında yerləşən rentgen aparatında yoxlanışdan keçməsinə, ona metalaxtaran qurğudan keçdikdən sonra gömrük nəzarət zonasını tərk etməkdə heç bir əngəli olmamasına baxmayaraq gömrük əməkdaşı tərəfindən “Fantom” yazılı tozsoran qutusunda şübhəli predmetlər aşkar edildiyinə görə ondan həmin qutunun kimə məxsus olması soruşularkən o, həmin qutunun Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirərək onu çağırmaq üçün nəzarət zonasında bayıra çıxmış, lakin Təqsirləndirilən şəxs1 ona “zarafat eləmə get tozsoran götür gəl gedək” dediyinə görə o, yenidən rentgen qurğusunun yanına gələrək həmin tozsoran qutusunun açılmasında sona qədər iştirak etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 gömrük buraxılış məntəqəsində lazimi yoxlanışlardan keçməsinə, onun oradan çıxıb getməsi üçün heç bir maneə olmamasına baxmayaraq sona qədər gömrük nəzarəti zonasında qalmışdır. Digər sübutlarla yanaşı bu hal da məhkəməyə Təqsirləndirilən şəxs2 həmin tozsoranın içərisində psixotrop maddənin olmasından tam olaraq xəbərsiz olması qənaətinə gəlməyə əsas verir. Hazırki iş üzrə məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ifadəsində 2018-ci ilin mart ayının əvvəllərində yaşadıqları binanın qarşısında durub söhbət edən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək istədiklərini bildirdiklərini, həmin vaxt o da işlədiyi stomotoloji kabinetdə istifadə etmək üçün bəzi ləvazimatlar almaq məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək qərarına gəldiyini, bundan sonra onların hər üçü xx xxxx 2018-ci il tarixdə İstanbul şəhərinə getdiklərini, daha sonra Tural və Nizami iş icazələri olmadığı üçün iş tapa bilmədiyinə görə o isə stomotoloji kabinetdə istifadə etmək üçün özünə lazimi ləvazimatlar aldığına görə avtobusla İstanbul şəhərindən çıxaraq xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə gəldiklərini, onun Təqsirləndirilən şəxs1 tozsoranı haradan almasını barədə Gürcüstan Respublikasına məxsus sərhəddən ölkə ərazisinə keçərkən xəbəri olduğunu, Təqsirləndirilən şəxs1 aldığı tozsoranın içərisindən psixotrop dərmanların aşkar edilməsi barədə Təqsirləndirilən şəxs2 ona sonradan bildirdiyinə görə məlumatının olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib edəcək hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 ittiham elan edərkən “xxxxxxxxxxxxxxxx” MMC-dən və “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış protokollarına, şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrə istinad etmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxx” MMC-dən xx xxx 2018-ci il tarixli, 14699 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı aydın olur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi arasında onlar birlikdə Türkiyə Respublikasına getməmişdən təxminən 1 ay əvvəl xx xxxxxx 2018-ci il tarixdə “Qaqa menem kamran, qaqa imkan varsa sen 40 manat ver pati qoturum, yarsini sen qotur yarsini men, sen ol sabah genceye catan kimi 20 manat sa verejem”, həmin gün, saat 23:27:32-də isə “Men yaman narahatam, seher dedemnen qetmey berk gozume oturuf, beyaxdan uzum kesmirdi deyem, imkan varsa eliyek” məzmunlu, xx xxxxxx 2018-ci il tarixdə “Belke M40 duzeldi, prosto biri 30 manatdi deyir, he dese qorum papamin cibinen pul qoture bilsem qedejem, dedim birden sende narahat olarsan” məzmunlu, xx.xx.2018-ci il tarixdə (hadisə baş verən gün), Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa biz demiwikki seninde xeberin olmayif ki orda nese var” məzmunlu mesajlaşmalar olmuşdur. “xxxxxx” MMC-dən daxil olmuş xx xxxxx 2019-cu il tarixli, BKC/LGL-8881/19 saylı məktuba əlavə edilmiş diksə baxış zamanı məlum olur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında müxtəlif məzmunlu mesajlaşmalar olmuş həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2018-ci il tarixdə, saat 01:54:47-də “Qaqa men yatiram, seher meni yixif durquzarsan, qoturmesem qapini qelif doyersen, gecen xeyre”, xx.xx.2018-ci il tarixdə, saat 07:35:14-də (hadisə baş verən gün) “Tel acan kimi nizini yix”, xx.xx.2018-ci il tarixdə, 10:24:25-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ali qile qelmiwem, bunu axtariram tapa bilmirem” məzmunlu mesaşlamalar olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 məhkəmə iclası zamanı verilən suallara cavab olaraq əvəllər psixotrop maddələrdən istifadə etdiyini, lakin onun Türkiyəyə getməkdə məqsədinin stomotoloq işlədiyi üçün lazımi ləvazimatlar almaq olduğunu, Təqsirləndirilən şəxs1 tozsoran almasından onun Gürcüstan Respublikasının Azərbaycan Respublikasına sərhəddə olan gömrük postunda Turalın əlində görən zaman xəbəri olduğunu, Turaldan tozsoranı nə zaman almasını soruşduqda isə Tural ona sürücü avtobus istirahət üçün Türkiyə Respublikası ilə Gürcüstan Respublikası arasında saxlayan zaman oradan evə lazım olduğu üçün aldığını, gömrük buraxılış məntəqəsində lazımi yoxlanışlardan keçdikdən sonra atası ürəyindən “stend” əməliyyatı olunduğu üçün Təqsirləndirilən şəxs2 gecikdiyini görüb ona zəng etdiyini, lakin Təqsirləndirilən şəxs2 telefonuna zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilmədiyinə görə taksi ilə evinə gəldiyini, daha sonra Təqsirləndirilən şəxs2la əlaqə saxlayan zaman Nizami ona Təqsirləndirilən şəxs1 məxsus tozsoranın içərisindən qanunsuz dərmanlar aşkar edilməsini bildirdiyini göstərmişdir. Hadisə baş verən gün yəni xx.xx.2018-ci il tarixdə 01:54:47 “Qaqa biz demiwikki seninde xeberin olmayif ki orda nese var” məzmunlu mesaj yazmaqda məqsədinin nədən ibarət olmasına dair ünvanlanan sualla cavab olaraq Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 aldığını tozsoranın içərisindən psixotrop dərmanlar aşkar edildiyini bildirdikdən sonra bu barədə evdəkilərə məlumat verdiyini və onlara nə özünün, nə Təqsirləndirilən şəxs2, bildiyi qədəri ilə nə dəki Təqsirləndirilən şəxs1 həmin tozsoranın içərisində psixotrop maddənin olmasından xəbərsiz olduğunu dediyini bildirmək üçün həmin məzmunlu mesaj yazdığını bildirmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli olaraq Kamranın Türkiyədən narkotik maddə və ya psixotrop maddə gətirməyindən tam olaraq xəbərsiz olduğunu, Kamranın atasının onlara Türkiyəyə getmək üçün pul verməsinin müstəntiq tərəfindən ona deyildiyini, onun bu barədə və ya Kamran, Nizami və Turalın Türkiyəyə psixotrop dərmanlar gətirmək üçün getmələri barədə heç bir məlumatının olmadığını, instaqram sosial şəbəkəsi vasitəsi ilə Kamranın Türkiyədə şəklini gördüyünü, lakin onunla Kamran arasında Kamranın Türkiyədə olma səbəbi barədə hər hansı danışığının olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə göstərilən həmin xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs3 müxtəlif şəxslərlə, eləcə də Təqsirləndirilən şəxs1la aralarında həm Türkiyə Respublikasına getməmişdən əvvəl həm də Türkiyə Respublikasından gəldikdən sonra olan mesajlaşmaların məzmunundan Təqsirləndirilən şəxs3un Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la qabaqcadan razılıq əldə etməsini təsdiq edəcək hər hansı hal aşkar etmək mümkün deyil. Həmçinin Təqsirləndirilən şəxs3 hadisə baş verdiyi gün “Qaqa biz demiwikki seninde xeberin olmayif ki orda nese var” məzmunlu mesaj yazmaqda məqsədi məhz Təqsirləndirilən şəxs1 da o və Təqsirləndirilən şəxs2 kimi hadisədən xəbərsiz olduğunu evdəkiləri bildirdikdən sonra bir növ Təqsirləndirilən şəxs1 onun da xəbərinin olmaması barədə təsdiq cavabını almaq istəməsi olmuşdur. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham irəli sürərkən daha çox öz fərziyyələrinə əsaslanmış, sübutların mötəbərliyi üzrə qiymətləndirilməsinə dair qanunvericiliyin prinsiplərini gözləməmişdir. Məhkəmə, Şahid6, Şahid7 və Şahid8 məhkəmə istintaqında verdikləri ifadələrini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə işin faktiki halları ilə uyğunluq təşkil etdiyi üçün, həmin ifadələri sübut kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi nə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nə də ki, nəticə etibarı ilə İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları bir-biri ilə müqayisə edib təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə bir yerdə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu məqsədlə birlikdə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmələri, Türkiyə Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini birlikdə satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmələri, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlayıb, daşıyıb və birlikdə xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmələri kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri sübut olunmur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Yanoseviç İsveçə qarşı” məhkəmə işində də X26 Məhkəməsi göstərmişdir ki, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər bir halda şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilir ki şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddələrinə əsasən məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Yuxarıda qeyd edilən qanunun normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətlərin törədilməsində təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli, barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs1 özünü ittiham oldunduğu heç bir maddə ilə təqsirli bilməyərək “Fantom” markalı tozsoranı Türkiyə-Gürüstan sərhədində yerləşən “Sarp” gömrük postuna giriş xəttindən bir qədər aralıda avtobus dayandıqdan sonra orada tanımadığı bir qadından aldığına görə həmin tozsoranın içərisində aşkar edilmiş (ekstazi) psixotrop maddəsindən tam olaraq xəbərsiz olmasına dair ifadəsini iş üzrə şahid ifadələri, istintaq hərəkətinin protokolları, cinayət işinin materiallarında olan video görüntüləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi həmin ifadələr özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarında mövcud olan Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun müşahidə kameraları vasitəsi ilə qeydə alının görüntülərin əks olduğu diskə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs1 pasport yoxlanışından keçdikdən sonra ona məxsus içərisində (ekstazi) psixotrop maddəsi olan tozsoranı ayağı ilə itələyərək gömrük nəzarət zonasında olan rentgen aparatının yanına gətirmiş, daha sonra hər iki əlindəki sellofan torbaları rentgen qurğusuna qoymasına baxmayaraq ayağının yanında olan tozsoranı rentgen qurğusuna qoymayaraq metalaxtaran qurğudan keçmiş, bu zaman rentgen qurğusuna öz əşyalarını qoyan Təqsirləndirilən şəxs3 gömrük əməkdaşı tozsoranın yerdə olduğunu işarə edərək həmin tozsoranı rentgen qurğusunun lentinin üzərinə qoymasını dedikdən sonra Kamran həmin tozsoranın Turala məxsus olduğunu bildiyi üçün onu götürüb rentgen qurğusunun lentinin üzərinə qoymuş, bu zaman Təqsirləndirilən şəxs1 əşyaların rentgen aparatından götürülən hissəsində bir ədəd sellofan torbanı rentgen qurğusundan götürmüş və arxasında rentgen qurğusundan çıxan digər əşyalara baxa-baxa həmin torbanı bir neçə metr məsafədə divarın yanına qoyub yavaş addımlarla rentgen qurğusuna tərəf geri qayıtmış, daha sonra rentgen qurğusuna yaxınlaşıb qurğunun içərisinə baxaraq bir ədəd sellofan torbanı da qurğudan götürmüş, yenə də rentgen qurğusundan çıxan digər əşyalara baxa-baxa həmin torbanı digər torbanın yanına aparmış, lakin həmin torbanın yanına qoymadan və həmin torbanı götürmədən birbaşa çıxışa doğru hərəkət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 geri qayıtmış və rentgen qurğusundan çıxan əşyalara baxa-baxa divarın yanına qoyduğu torbanı götürüb çıxışa doğru hərəkət etmişdir. Həmin video görüntülərdən, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdikləri ifadələrdən göründüyü kimi gömrük əməkdaşları rentgen qurğusundan çıxan Təqsirləndirilən şəxs1 məxsus tozsoranda şübhəli həblər müşahidə etdiklərinə görə Təqsirləndirilən şəxs2 həmin tozsoranın kimə məxsus olmasını soruşduqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ardınca çıxışdan çıxaraq ona məxsus tozsoranda şübhəli nəsə müşahidə edildiyini deməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 ona məxsus tozsoranı göürmək üçün gömrük nəzarət zonasına gəlməyərək çıxışda taksiyə minərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 tozsoranı götürməyərək çıxıb getməsinin səbəbi kimi qızının xəstə olması bu səbəbdən də tələsməsi ilə izah etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 göstərdiyi həmin səbəbi inandırıcı hesab etməyərək, Təqsirləndirilən şəxs1 ona məxsus tozsoranın içəsirində (ekstazi) psixotrop maddəsi olmasından xəbəri olması və həmin psixotrop maddələri tozsoranın içərisində gizlədərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməsi qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini qanunsuz olaraq əldə edərək, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış, xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınması kimi qiymətləndirilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi psixotrop maddənin satışını həyata keçirmək üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 külli miqdar təşkil edən ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir hüquqi fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddənin külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs1 əməlini psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs1 məxsus tozsorandan aşkar edilib götürülən psixotrop maddənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddənin satışı ilə məşğul olması və aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxxx 2018-ci il tarixli, 120-6187-1218 nömrəli məktubundan da məlum olur ki, Təqsirləndirilən şəxs1 narkotik maddələrin iştifadəçisi olsa da onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əldə edib saxlayaraq daşıdığı psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib, saxlayaraq daşıması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham üzrə təqsirləri sübuta yetirilmədiyindən barələrində bəraət verilməsi və Təqsirləndirilən şəxs1 əldə edib saxlayaraq daşıdığı psixotrop maddəni satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə edib, saxlayaraq daşıması qənaətinə gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən, həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və ona verilmiş ittihamın CM-nin 234.4.1 maddəsi ilə olan bəndi Təqsirləndirilən şəxs1 ittihamından çıxarılmalıdır. Belə ki, məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Gəncə şəhərində şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədilə xx xxxx 2018-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 108,36 qram təşkil edən, cəmi 903 ədəd MDMA (ekstazi) psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etmiş, 1 ədəd sellofan paketdə olan həmin psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd “Fantom” markalı tozsoranın içərisinə yerləşdirərək saxlamış, daşımış və xx xxxx 2018-ci il tarixdə, saat 00:10 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri tam sübuta yetirildiyindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin həmin maddələrlə tövsif edilməsini, ona verilmiş ittihamdan CM-nin 234.4.1 maddəsi ilə olan bəndinin çıxarılmasını əsaslı sayaraq, təqsirləndirilən şəxsin CM-nin 206.2 və 234.1ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1 maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib aylıq qazancının dövlət nəfinə iyirmi faiz məbləğdə pul tutulmaqla 1 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, ona təyin olunmuş 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasını bu günki tarixə qədər çəkməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya yəni 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edildiyindən ona residivə görə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən təyin edilmiş və xx xxxxxx 2020-ci il tarixə çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2018-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan aparılmış tədqiqatlardan sonra sayı 890 ədəd təşkil edən MDMA psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməli, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı mobil telefon onun yaxın qohumuna, Təqsirləndirilən şəxs2 götürülmüş “Nokia” markalı mobil telefon isə onun özünə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 203,66 (iki yüz üç manat altmış altı qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs3 istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və xx xxxxxx 2020-ci il tarixə çəkilməmiş 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə islah işləri cəzası, Azərbaycan Respublikası CMnin 68.1.3-cü maddəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə olan bənd çıxarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan aparılmış tədqiqatlardan sonra sayı 890 ədəd təşkil edən MDMA psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” həvalə edilsin, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı mobil telefon onun yaxın qohumuna, Təqsirləndirilən şəxs2 götürülmüş “Nokia” markalı mobil telefon isə onun özünə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 203,66 (iki yüz üç manat altmış altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X28 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar