Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-17/2022 04.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurou İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X12, Təqsirləndirilən şəxs və müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, NR, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla tutulanadək Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci və 181.3.3-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış X13 və sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində olmaqla birgə yaşadığı həmin şəhər sakini Zərərçəkmiş şəxs Vladimiroviçlə arasındakı tanışlıq münasibəti ilə əlaqədar mütəmadi olaraq ünsüyyəti olmasına görə həmin ünvanda sonunculara məxsus qızıl-zinət və digər qiymətli əşyaların olmasını bilib, tamah məqsədilə Y.A.Boyevanın və Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda olan özgənin əmlakını ələ keçirmə niyyətilə sonuncunun evdə olmamasından, eləcə də Y.A.Boyevanın evdə tək olmasından istifadə edib, həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla, sağlamlığına ağır zərər vurmaqla basqın edib, qəsdən həyatdan məhrum etməklə öldürüb əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə istintaqa dəqiq məlum olmayan tarixlərdə, yəni 03-04 noyabr 2016-cı il tarixlərində, təxminən səhər saatlarında onların yaşadığı Rusiya Federasiyası, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanına gedib yaşayış sahəsinə hüquqamüvafiq qaydada, yəni tanışlığa görə şəxsi münasibətlərindən istifadə edərək daxil olaraq, özgənin əmlakını ələ keçirmə məqsədini həyata keçirmək üçün evdə tək olan Y.A.Boyevanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, Y.A.Boyevaya məxsus qiymətli əşyaları açıq talamaq üçün həmin qiymətli əşyaların yerini sonuncudan öyrənib, əşyaları həmin yerdə olmasına əmin olduqdan sonra, məişət əşyası olan evdəki ütünün elektrik naqilini kəsib, həmin əşyanı silah qismində istifadə etməklə zərərçəkmiş şəxsin boğazına keçirib boğaraq, Y.A.Boyevaya həyat üçün təhlükəli olan, məcmu halda sağlamlığa ağır xəsarət yetirməsi, eləcə də zərərçəkmiş şəxsin hadisə yerində ölməsinin bilavasitə səbəbi olan mexaniki asfiksiya kompleksinin inkişaf etməsi ilə müşayiət olunan, yəni sağ ikən boynun sağ tərəfdən ön yan səthi üzrə dərinin dərin qatlarına qansızma, dilaltı sümüyün sağ böyük buynuzunun natamam sınığı və qalxanabənzər qığırdağın hər iki böyük buynuzunun sınığı xəsarətləri yetirməklə onu quldurluqla əlaqədar qəsdən həyatdan məhrum etməklə öldürdükdən sonra yaşayış sahəsində saxlanılan Y.A.Boyevaya məxsus qara rəngli korpusu olan, 73,89 manat dəyərində 1 (bir) ədəd “Samsung G-1 mini” markalı mobil telefon, 760,84 manat dəyərində 1 (bir) ədəd “HP” markalı dizüstü kompyuter, 585 əyar 206,02 manat dəyərində 1 (bir) ədəd əyilmiş qızıl üzük, 585 əyar 412,04 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 549,38 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük, 585 əyar 412,04 manat dəyərində üzərində çəhrayı rəngli yarıqiymətli daş olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 274,69 manat dəyərində 1 (bir) ədəd qızıl nişan üzüyü; 585 əyar 412,04 manat dəyərində 1 (bir) ədəd geniş ajurlu qızıl üzük; 0.4 sm enində 549,38 manat dəyərində 1 (bir) ədəd qızıl boyunbağı; 892,74 manat dəyərində üzərinə əkizlər bürcünün təsviri işlənmiş 1 (bir) ədəd qızıl kulon; 585 əyar 0.3 sm enində 412,04 manat dəyərində 1 (bir) ədəd geniş qızıl boyunbağı; 206,02 manat dəyərində üzərində Məsihin çarmıxa çəkilmiş təsviri olan 1 (bir) ədəd ajurlu xaçı, yəni Y.A.Boyevanın cəmi 5161,28 manat dəyərində əmlakını, o cümlədən həmin yaşayış sahəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus 56,78 manat dəyərində 1 (bir) ədəd kapyuşonlu, tünd boz rəngli kişi gödəkcəsi, 111,33 manat dəyərində 1 (bir) ədəd bej rəngli “Adidas” markalı kişi gödəkcəsi, 110,73 manat dəyərində 1( bir) ədəd qırmızı bolon gödəkcəsi və 39,65 manat dəyərində 1 (bir) ədəd qara rəngli kişi çəkmələrini, yəni Zərərçəkmiş şəxs cəmi 318,49 manat dəyərində əmlakını talayıb ümumilikdə 5479,77 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.2.11 və 181.3.3-cu maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2016-cı ilin yay aylarında işləmək məqsədi ilə Rusya Federasiyasının Mahaçqala şəhərinə getmiş, orada Miqrasiya xidmətində qeydiyyata düşərək işləməyə başlayıb, təxminən 10 gün sonra əmək haqqının gecikdirilməsi səbəbindən iş yerini Çeçenistan Respublikasına dəyişərək, orada müxtəlif tikinti yerlərində 1 ay müddətində fəhlə kimi işləmişdir. Rusiya Federasiyasında işləmək fikrini, Gəncə şəhərində çayxanaların birində tanış olduğu Arif məsləhət görmüş və artıq Mahaçqalada olanda Arif Rostov vilayətinin Belaya Kalitva şəhərində qohumlarıgildə qalırmış, Çeçenistanda olan zaman Ariflə telefonla danışarkən, sonuncu Moskva şəhərində böyük tikinti obyektinə fəhlə tələb olunduğunu bildirdiyindən, o, razılaşaraq Arifin qaldığı ünvana gedərək, sonuncunun dayısı olan Yunisgildə qalmışdır. Onlardan başqa həmin evdə Yunisin uşaqları və həyat yoldaşı Oksana qalırmış, Moskvada iş uzandığından, onlar bir müddət həmin şəhərdə, yəni Belaya Kalitvada qalmışlar. Orada olduqları ərəfədə o, Arifin görüşdüyü və sevgi münasibətlərində olduğu Yelena adlı qadınla tanış olmuşdur. Yelenanın qeyri-rəsmi əri olsa da, sonuncu Arif və digər kişilərlə görüşürmüş və Arif Yelenanın başqa kişilərlə görüşdüyünü bilmiş, hətta bir dəfə də Yelenanı evində başqa bir kişi ilə tutmuşdur. Belaya Kalitva şəhərində qalarkən onlar pulları bitdiyindən, müxtəlif kiçik tikinti və təmir işləri görürmüşlər, bu vaxtlar Yelena tez-tez Yunisgilə gəlib içki içirmiş, hətta bir dəfə Yunisgilin pulu olmadığına görə qızıl üzüyün birini Yunisə verərək, satıb yemək almasını bildirmişdir. Bir dəfə birlikidə Yunisgildə içki içərkən, o, yatmaq üçün uzandıqda, Yelena içkili vəziyyətdə gəlib onu öpmüşdür. O, Yelenanı itələsə də, Arif bunun şahidi olmuş və onu Yelenaya qısqanaraq, söz atmacaları atmışdır. Təxminən sentyabr ayının sonu Ariflə onun məhkəməsi olmuş və onların Rusya Federasiyasını könüllü tərk etmələri barədə qərar çıxarılmışdır. Bu səbəbdən də o, Vətənə geri dönmək istəmiş və qardaşına zəng edərək pul yollamasını xahiş etmişdir. Sonuncu da Oksananın adına təxminən 10000 rubl civarında pul göndərmiş və 01 oktyabr 2016-cı il tarixdə o, Oksana ilə birlikdə həmin pulu götürüb, Oksanagilə təxminən 1000 rubla bazarlıq etmişdir. Ertəsi gün Yelena da gəlmiş və orada yeyib içəndən sonra hamısı Yunisgildə qalmışdır. 03.11.2016-cı il tarixdə səhər saatlarında Arif və Yelena, sonuncunun evinə getmişlər. Günorta saatlarında o, 04.11.2016-cı il tarixdə yola düşmək üçün əşyalarını çantasına yığmış və 03.11.2016-cı ildə təxminən saat 14 radələrində Arif ona zəng edərək, yeyib-içmək üçün Yelenagilə dəvət etmiş, o da razılaşıb, Arifin tapşırığına əsasən Yunisgilə bu barədə heçnə demədən sağollaşıb üzərində gümüşü rəng olan çanta və “noutbuk” çantası ilə evi tərk etmişdir. O, Yelenagildə çantalarını qoymuş və təxminən saat 17 radələrində kiçik köşkdən içki və siqaret alaraq geri qayıtmış, Yelenagildə o, Ariflə birlikdə yeyib içmiş, Yelena ondan getməməyini xahiş etmiş, daha sonra isə sonuncu Ariflə birlikdə otağa keçmiş və bu ərəfədə Arifin istifadə etdiyi “Whatsapp” proqramına ünsiyyətdə olduğu digər qızın şəkli gəlmişdir. Yelena bunu görən kimi səs-küy salaraq Arifi evdən qovmaq istəmiş, onlar mübahisə edən zaman Arif Yelenaya sillə vurduğundan o, onları aralamış, lakin buna baxmayaraq Arif sakitləşməmişdir. Bu zaman o, hisə verilmiş balıq gətirmək, yeyib içib hər şeyi yaddan çıxarmaları üçün çölə çıxmış, çöldə olan zaman Ariflə Yelenanın səsini eşitmiş, içəri daxil olanda Yelenanı yerdə uzanmış vəziyyətdə görmüşdür. Arifin isə başının üstündə, nagillə Yelenanı boğduğunu gğrmüşdür. O, Arifin əlindən Yelenanı alanda, sonuncu artıq can vermişdir, yəni ölmüşdür. O, Arifdən bunu etməsinin səbəbi ilə maraqlananda, sonuncu yaxşı elədiyini, heç kimin onu təhqir etməyə imkanının olmadığını bildirmişdir. Bundan sonra Arif Yelenanın üzərindəki üzükləri çıxarmışdır. O, isə heçnə demədən çölə çıxıb siqaret çəkib, içəri daxil olanda Yelenanı soyundurulmuş halda görmüşdür, Arif ilkin olaraq meyiti çarpayının üzərinə ataraq yandırmaq istəmiş, daha sonra bu fikirdən daşınaraq birlikdə Yelenanın meyitini divanın altına qoymuşlar. Daha sonra o, səhərin açılmağını çöldə, yəni həyətdə gözləmiş, həyətdə olarkən Yelenanın evində olan qırmızı rəngli kurtkanı götürüb geyinmişdir. Bir neçə dəqiqə sonra Arif qapını açaraq yanına gəlib ona hər şeyi özünün təmizləyib həll edəcəyini bildirərək, ona iki ədəd qızıl sep vermişdir. Həmin qızıl seplərdən biri xaç formasında, digəri isə sadə nazik formada olmuşdur. 04.11.2016-cı il tarixdə təxminən səhər saat 06 radələrində o, taksi ilə Belaya Kalitva şəhərinin avtovağzalına, oradan da avtobusla Rostova gəlmişdir. Rostovda çantalarını saxlama kamerasına qoymuş, üzərində olan pulla yemək almışdır. Daha sonra dəmir yolunda biletlə maraqlananda, biletin qiymətinin təxminən 6000-7000 rubl arası olduğunu öyrənmişdir. Üzərində o qədər pulun olmadığına görə o, taksi sürücüsünə yaxınlaşaraq qızıl satmaq istədiyini bildirmiş, taksi sürücüsü isə onu qızılı satmaq üçün bir nəfərin yanına aparmış və o, iki qızılı ümumi 7500 rubla sataraq, geri dönüb, bilet alıb Azərbaycana qayıtmışdır. Yolda olarkən Arif ona zəng etmiş və harada olduğu ilə maraqlanmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, X4 qızıdır. O, nikahsız əri X9 birlikdə yaşamışdır. Qızı Yelena heç bir yerdə işləməmişdir. Yelena və onun yoldaşı normal münasibətlərdə, mübahisələr və qalmaqallar olmadan yaşamışlar, amma uzun müddət aralarında bir yaxınlıq olmamışdır. 02.11.2016-cı il tarixdə o, gündəlik növbədən sonra qızını ziyarət etməyə getmiş və onlar səhər saat 10-da evə gələrək mətbəxdə oturub qəhvə içməyə başlamışlar. Söhbət əsnasında Yelena ona Arif adlı bir oğlanla tanış olduğunu söyləmiş və bir-iki ay onunla cinsi əlaqədə olduğunu qeyd etmiş, Arif Yunis adlı bir kişinin qardaşı oğlu olmuş, Yelena ilə bir saata yaxın söhbət etdikdən sonra o, evinə getmişdir. Qızından ayrılarkən, sonuncu heç kimlə konflikt və ya mübahisəsinin olduğunu söyləməmişdir. Qızı qızıl-zinət əşyalarını sevdiyindən, adətən əllərində qızıl üzüklər, boynunda iki ədəd boyunbağı, üzərində sarı metaldan hazırlanmış "Əkizlər" bürc nişanı şəklində olan kulon və ağ metaldan hazırlanmış əkizlərin şəkli olan, sarı metaldan hazırlanmış bir çarmıx ilə əl işi olan xaç, qara daşlı sarı metaldan hazırlanmış sırğalar olmuşdur. 02.11.2016-cı il tarixdə saat 11 radələrində o, qızını tərk etmiş və bir daha görməmişdir. 02.11.2016-cı il tarixdə saat 16 radələrində o, mobil telefonla Yelenaya zəng edərək, alt paltarı aldığını demiş, axşam qonaq gəlməyini söyləmişdir, lakin qızı axşam "İvanoviç"lə görüşdüyünü və yanına gələ bilməyəcəyini izah edərək, telefonunu söndürmüş və onunla bir daha danışmamışdır. 07.11.2016-cı il tarixdə saat 11 radələrində o, qızının evinə gəlmiş, qonşudan nərdivanı götürərək, hasarın üstündən keçib həyətə girmiş və ön qapıya tərəf getmişdir, ancaq ön qapı bağlı olmuşdur. Bu zaman o, pəncərələri axtarmağa başlamış, amma şübhəli heç nə görməyərək, qızının gəzməyə getdiyini düşünmüş və daha sonra evə qayıtmışdır. 07.11.2016 - 09.11.2016-cı il tarixlərində o, Yelenaya daim zəng etmiş, ancaq sonuncunun telefonu sönülü olmuşdur. Səhər 09.11.2016-cı il tarixdə iş növbəsindən çıxarkən o, yenidən qızı Yelenanın evinə, sonuncunun qayıtdığına ümid edərək getmişdir. X29 Vladimirovna ilə birlikdə o, təxminən 10:30 radələrində qızının yaşadığı yerə gəlmiş, yenidən hasarın üstündən dırmaşaraq, qapıya tərəf getmiş və sonra açmağa çalışmışdır, ancaq qapı kilidlənmişdir. Rəfiqəsi ilə məsləhətləşdikdən sonra Fövqəladə Hallar Nazirliyinə zəng etmək qərarına gəlmiş və saat 11.00 radələrində Fövqəladə Hallar Nazirliyinin dəstəsi gələrək evə daxil olmuşlar. Daxil olduqdan dərhal sonra o, yataq otağından gələn kəskin meyit qoxusunu hiss edərək həmin otağa keçmişdir. Göstərilən otağa girdikdə divanın altından ayaqların çıxdığını görüb, sonra divanın sürüşmə hissəsini açaraq, içərisində qızının cəsədini görmüş və qızının meyitinə baxarkən o, üzərində sırğalardan başqa zərgərlik əşyalarının olmadığını görmüşdür. Gördüklərindən sonra o, dərhal polisə zəng edərək məlumat vermişdir. Bundan əlavə, həmin vaxt evin içərisində hər-hansı bir dağınıqlıq hiss olunmamış, evin içərisinə göz gəzdirdikdə, qızının mobil telefonu və qara rəngli HP markalı “noutbuk” da olmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Bondarev Sergey Vladimiroviç ifadəsində bildirdi ki, 2010-cu ildən etibarən o, X23 ilə birlikdə yaşamışdır. Yelenanın heç kəslə münaqişə, mübahisə etməyən evdar qadın olmuşdur. Yelena bəzən spirtli içkilər qəbul etmiş, lakin bu içkilərdən sui-istifadə etməmişdir. Son iki il ərzində Yelena heç bir yerdə işləməmiş, bu müddət ərzində özünə iş axtarmış və bir qayda olaraq bu müddət ərzində evdə olmuşdur. Yelenanı maddi cəhətdən o, təmin etmiş, hərdən aralarında ailə-məişət zəmnində mübahisələri baş vermiş, lakin qısa müddət ərzində münasibətləri qaydasına düşmüşdür. Yelenanın tanışları və ünsiyyətdə olduğu şəxslər barədə onun məlumatı olmamışdır. O, növbədən qayıtdıqdan sonra Yelena həmişə onunla birlikdə vaxt keçirirmiş, 30.10.2016-cı il tarixdə qatar vasitəsilə o, növbəti dəfə Moskva şəhərinə yollanmışdır. 01.11.2016 və ya 02.11.2016-cı il tarixdə o, Yelenanın istifadəsində olan nömrəyə zəng edərək, sonuncu ilə bir qədər danışmış, danışıq zamanı səsində heç bir həyəcan hiss etməmişdir. 03.11.2016-cı il tarixdən 09.11.2016-cı il tarixədək o, dayanmadan Yelenaya zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Bu müddət ərzində o, Yelenanın anası – L.A.Jeleznyak ilə əlaqə saxlamış lakin sonuncu da qızı ilə əlaqəsinin olmadığını demişdir. Bundan əlavə L.A.Jeleznyak bir neçə dəfə qızının evinə getdiyini, lakin qapıların bağlı olduğunu və işıqların yanmadığını bildirmişdir. 09.11.2016-cı il tarixdə Jeleznyak ona zəng edərək, Yelenanın əlaqəyə çıxmadığını, bundan narahat olaraq FHN-nin əməkdaşlarını çağırdığını və onların köməyi ilə Yelenanın evinə daxil olmaq istədiyini bildirmişdir. FHN-nin əməkdaşları gəldikdə evin giriş qapısını açmışlar və içəri daxil olandan bir qədər sonra, Jeleznyak 1 nömrəli yataq otağında olan divanın içərisindən qızı Yelenanın meyitini aşkarlamışdır. Bunları eşidəndən dərhal sonra o, şəhərarası avtobusa bilet alaraq, 10.11.2016-cı il tarixdə saat 03 radələrində Rostov Vilayəti, Belokalitvensiy rayonun, gəlmişdir. Gəldikdən sonra o, evdə heç bir qızıl-zinət əşyalarının olmadığını görmüşdür. Danışıq zamanı L.A.Jeleznyak qızının meyiti üzərində sırğalardan başqa heç nəyin aşkarlanmadığını bildirmişdir. Yelenanın kifayət qədər qızıl-zinət əşyaları olmuşdur. Həmçinin ona məxsus “Samsung G-1” markalı mobil telefon, “HP” markalı “noutbuk” da evdə olmamışdır. Bundan əlavə, evə baxış keçirilərkən onun üç gödəkçəsinin əskik olduğu müəyyən olunmuşdur, yəni: Papaqlı olan tünd mavi gödəkçə: bir bej rəngində olan Adidas firmasının; astarı çıxarılan qırmızı qış gödəkçəsi, həmçinin anbarda qara parça ayaqqabıların, balıq ovu səyahətində özü ilə apardığı "Aşan" yazısı olan yaşıl çantan olmamışdır. Evdə də elektrikli çaydanı, üç stəkanı, iki çamadanı, şəkər qabını, yaşıl-ağ rəngdə olan boşqabları, plastik şəffaf şüşələri, sarı çanağı, iki qayçını tapmamışdır. Tavalar, bir şüşə kubok, plastik kubok, daim mətbəxdə olan ağ-mavi dəsmal heç bir maddi dəyər ifadə etməmişdir. Həmçinin bir nüsxədə olan ön qapının açarlarının olmadığı məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Rusiya Federasiyasının ərazisində qanunsuz yaşadığına görə, 10.11.2016-cı il tarixindən etibarən Rusiya DİN “Novoçerkasskoye” ƏVMSM-də saxlanılmış, göstərilən tarixdən öncə o, Rostov vilayəti, Belokalitvinskiy rayonunda əmisi X16 yanında yaşamış, həmin ünvanda 2016-cı ilin iyun yaxud iyul ayından başlayaraq yaşamışdır. O, qazanc məqsədi ilə Moskva şəhərinə, Azərbaycan Respublikasının Gəncə şəhərində bir neçə dəfə rastlaşdığı Təqsirləndirilən şəxs (bundan sonra Maqa) ilə birlikdə getməyə hazırlaşmış, Yunisin yanına gəldikdən sonra, o, daimi olaraq sonuncunun evində yaşamağa başlamışdır. Yunislə birlikdə həyat yoldaşı, Şahid7 (bundan sonra Oksana) və üç azyaşlı uşağı yaşamışdır. Bir müddət sonra, dəqiq xatırlamadığı tarixdə, Oksananın yanına X23 qonaq gəlmiş, o, sonuncu ilə tanış olaraq, sevgili olmuş və teztez Yelenagilə qonaq gedərək, evində çoxlu vaxt keçirmişdir. Təxminən 2016-cı ilin avqust ayının ortalarında ilkin razılaşma əsasında Məmmədbağır Çeçenistan Respublikasından avtobusla Belaya Kalitva şəhərinə gəlmişdir. O, Məmmədbağıra Moskva şəhərinə gedənə qədər birlikdə Yunisin evində yaşaya biləcəyini deyərək, özü ilə birlikdə zal otağında yerləşdirmişdir. Məmmədbağır özü ilə birlikdə markasını xatırlamadığı qara korpuslu köhnə noutbuk, “MTS və Bilayn” abunə nömrələri olan “Fly” markalı mobil telefon gətirmiş, həmçinin, içərisində əşyalar, yəni yaşıl rəngdə kamuflyaj olunmuş gödəkcə, boz rəngdə kamuflyaj olunmuş şalvar, bir neçə ədəd mayka, corab, tuman, gödəkcə və sviter olan qara çantası olmuşdur. O, Məmmədbağırı sevgilisi Yelana ilə tanış etmiş və onlar dostluq etməyə başlamışlar, lakin bir qədər sonra, Məmmədbağırın Yelenadan xoşu gəlmişdir. Məmmədbağır ondan gizli şəkildə Yelenaya öz hisslərini açsa da, sonuncu rədd cavabı vermişdir. Yunisin evində qaldığı müddət ərzində onlar birlikdə digər yaşayış məntəqələrinə getməyərək, yalnız Koksovıy qəsəbəsində müxtəlif tikinti obyektlərində işləmişlər. Məmmədbağır onsuz Yelenanın evinə gedib gəlmiş, amma orada nə ilə məşğul olduğunu bilməmişdir. Bu informasiyanı o, Oksanadan almışdır, Yelena bu barədə özü ona heç nə deməmişdir. 2016-cı ilin oktyabr ayında onun və Məmmədbağırın barəsində, Rusiya Federasiyasının ərazisində qanunsuz yaşama faktı üzrə Belokalitvinskiy şəhər məhkəməsində baxılmış, məhkəmənin qərarına görə Məmmədbağıra və ona RF ərazisini nəzarət altında olan sərbəst şəkildə tərk etmə formasında ölkədən çıxarılma ilə hərəsinə 2 000 rubl məbləğində cərimə cəzası təyin edilmişdir. Dərhal vətənə dönmək üçün pullarının olmadığına görə, onlar bir qədər işləyib bilet almaq üçün pul yığmağı qərara almışlar. 2016-cı ili noyabr ayının əvvəlində, dəqiq xatırlamadığı tarixdə, çox güman ki, 01.11.2016-cı ildə Arifin evində birlikdə oturduqları zaman Məmmədbağır, Gəncə şəhərində yaşayan atasının səhhətində problemlərin olduğunu, atasının insult keçirdiyini və həkimlərin dediyinə görə sonuncunun beş gün ömrünün qaldığını demiş, bundan sonra Məmmədbağır Şirin adlı doğma qardaşına zəng vurmuş və ondan bilet almaq üçün pul köçürməsini xahiş etmişdir. Elə həmin gün, axşam saatlarında o, Yelenagilə getmiş, elə orada da gecələmişdir. 02.11.2016-cı il tarixdə səhər saatlarında nömrəsinə Məmmədbağırdan zəng gəlmişdir. X24 şəhərini tərk edib, Rostov-na-Donu şəhərinin vağzalına gedərək, oradan qatarla Azərbaycan Respublikasının Bakı şəhərinə yollanmaq istədiyini demişdir. Daha sonra Məmmədbağır yenə ona zəng vuraraq Rostov-na-Donu şəhərinin vağzalına çatdığını, 2 800 rubla qatara bilet aldığını və həmçinin 2000 rubl məbləğində olan cəriməni ödədiyini söyləmişdir. Həmin gün, Məmmədbağır getdikdən sonra təxminən bir neçə saat keçdikdə, Oksana Məmmədbağırın, onun xəbəri olmadan Yelenanın evində olduğunu demişdir. Bu xəbər onu narahat etmiş və bununla əlaqədar olaraq o, ertəsi gün, yəni 03.11.2016-cı il tarixində “Whatsapp” mobil proqramı vasitəsilə aşağıdakı məzmunda səsli mesaj göndərmişdir: “Niyə mənim sevgilimin yanına gedirsən. Səni görsəm sənə yaxşı olmayacaq”. Həmçinin Məmmədbağırdan harada olduğunu soruşmuşdur. Bundan sonra Məmmədbağır ona artıq Gürcüstandanda olduğunu və özünə iş tapdığını demişdir. Bundan sonra onlar bir daha danışmamışlar. Yelenanı son dəfə 02.11.2016-cı il tarixində səhər, sonuncunun evindən gedərkən görmüş, həmin gün, yəni 02.11.2016-cı il tarixində mobil rabitə ilə bir neçə dəfə Yelena ilə əlaqə saxlamışdır. 03.11.2016-cı ildən başlayaraq (təxminən axşam saatlarından) o, sistematik olaraq Yelenanın xatırlamadığı abunə nömrəsinə zənglər etmiş, lakin nömrəyə zəng çatmamışdır. 04.11.2016-cı il tarixindən başlayaraq bir neçə dəfə Yelenanın evinə gəlmiş, lakin evin giriş qapısı bağlı, küçənin işığı isə sönülü olmuşdur, baxmayaraq ki, Yelena həmişə küçə işığını yandırırmış, bununla bağlı o, elə fikirləşmişdir ki, Yelena harasa gedib. 02.11.2016-cı il tarixindən 09.11.2016-cı il tarixinədək Oksanaya bir neçə dəfə Yelenanın anası zəng vurmuş, sonuncu barədə soruşmuş, onlar isə cavabında özlərinin də Yelenanın harada olmasını bilmədiklərini demişlər. 09.11.2016-cı il tarixində polis əməkdaşları ona Yelenanın meyitinin yataq otağında divanın üzərində aşkar edildiyini bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 İvanovna ifadəsində göstərmişdir ki, “15.04.2010-cu ildən Tander ASC-yə satıcı kimi işə qəbul olunmuşdur. İş yeri aşağıdakı ünvanda yerləşirmiş: Rostov vilayəti, Belokalitvinskiy rayonu, Koksovı qəsəbəsi, Militsionnaya küçəsi, bina 3 "V", mağazanın adı "Maqnit" olmuşdur. 03.11.2010-cu il tarixdə o, işdə olmuş, iş rejimi saat 07:30-dan 21:00 qədər olmuşdur. Təxminən saat 17-dən 19-a qədər olan müddət ərzində, mağazaya əvvəllər görmədiyi, naməlum bir oğlan gələrək, bir şüşə konyak (hansı marka, və qiymətini xatırlamamışdır) və bir şokolad plitkası alıb mağazadan çıxmışdır. Həmin oğlan təxminən 25-30 yaşlarında, orta boylu, başındakı tük qara, qalın və uzun boylu, üzündə qara saqqallı və bığlı, dərisi tünd rəngli olan birisi olmuşdur. Anladığı qədər həmin şəxs azərbaycanlı olmuşdur. Xaki gödəkçə, şalvar və xatırlamadığı ayaqqabı geyinmişdir. Həmin gün saat 19 radələrində, yuxarıda qeyd olunan naməlum tanımadığı oğlan yenidən mağazaya gələrək bir şüşə konyak (hansı marka və həcmini xatırlamamışdır) almış, kassanın yanında olarkən həmin şəxsdən kəskin alkoqol qoxusu gəlirmiş, göstərilən alış-veriş etdikdən sonra oğlan naməlum bir istiqamətə getmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, mağazanın daxilində olan video-nəzarət kameraları, qeyd olunan video görüntüləri cəmi 3 gün ərzində saxlayır. Bundan əlavə o, bir daha həmin şəxslə heç bir yerdə qarşılaşmamışdır. 11.03.2019-cu il tarixdə şahid qismində dindirilmiş Şahid2 İvanovna istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, o, istintaq komitəsində dindirilmə zamanı nə dediyini və kimi təsvir etdiyi yaxşı yadında saxlamışdır. Belə ki, cinayət onun keçmiş sinif yoldaşı Y.A.Boyevaya qarşı törədilmişdir. Bununla yanaşı, vizual olaraq təsvir etdiyi şəxs yaddaqalan üz cizgilərinə malik olmuşdur, bununla əlaqədar olaraq mağazaya gələn cavan oğlanın hansı xarici görünüşə malik olmasını yaxşı xatırlamışdır. “Rostov-Qlavnıy” videomüşahidə kameralarının görüntülərinə və fotoşəkilə diqqətlə baxdıqdan sonra, o, göstərilən cavan oğlanı tanımışdır. Belə ki, həmin şəxs 03.11.2016-cı il tarixində Rostov vilayəti, Belokolitvenskiy rayonu, Koksovıy qəsəbəsi, Milisionnaya küçəsi, ev 3 “v” ünvanında yerləşən “Maqnit” mağazasından, tərkibində spirt olan içki və şokolad almışdır. Həmin şəxsi üz cizgilərinə görə, yəni gözlərinin kəsiyindən, burnunun və almacıq sümüklərinin quruluşundan, həmçinin saç düzümündən tanımışdır. Bundan başqa, o, mağazada olan zaman əynində olan xaki rəngli gödəkcəni də xatırlamışdır. O, həmin gündə bu kişini daha bir dəfə görmüşdür. Sonuncu, saat 19 radələrində yenidən mağazaya gəlmiş, bir şüşə konyak almışdır. Bu zaman həmin oğlan sərxoş vəziyyətdə imiş, belə ki, ondan alkoqol qoxusu gəlirmiş. Daha sonra isə həmin kişini görməmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “onunla qonşuluqda, yani Rostov vilayəti, Belokalitvinskiy rayonu, Koksovı qəsəbəsi, Qornospasatelnaya küçəsi ev 13, mənzil 1 ünvanında 23.05.1986-cı il təvəllüdlü X23 və sonuncunun mülki həyat yoldaşı 02.05.1974-cü il təvəllüdlü X18 yaşayırmış, Yelena təmizkar, çalışqan və sakit bir qadın olmuş, lakin alkoqoldan sui-istifadə edirmiş. X32 şəhərinə iş növbəsinə getdikdə, Yelena daim onun tanımadığı müxtəlif kişiləri evinə gətirirmiş və bildiyinə görə, Yelena Sergey ilə yaxşı münasibətlərdə olmuşdur, lakin aralarında hər hansı bir ziddiyyətin olması barədə onun məlumatı olmamışdır. Onun və Yelenanın evləri, demək olar ki, bir binada yerləşirmiş, yəni bir bina üç hissəyə bölünmüşdür. Onların evlərini bir-birindən kiçik hasar ayırırmış, bu səbəbdəndə, çölə çıxdıqda, qonşusunun həyətində nələrin baş verdiyi görünürmüş. 2016-cı il oktyabr ayının sonlarında, xatırladığı qədər, Sergey Moskvaya vaxta növbəsinə getmişdir və bu zaman Yelena, hər zaman olduğu kimi, kişiləri evinə aparmağa başlamışdır. 02.11.2016-cı il tarixdə axşam radələrində Yelenanın evindən səs-küy gəlməyə başlamışdır. Belə ki, yüksək səslə musiqi çalınırmış və müxtəlif səslər eşidilirmiş. Bu səbəbdəndə o, qonşusunun süfrə qurduğunu başa düşmüş, lakin orada kimlərin olduğunu bilməmişdir. Bu səs-küy uzun müddət davam etmiş və gecə, dəqiq xatırlamadığı saatda bitmişdir. Ertəsi gün, yəni 03.11.2016 tarixində evin ərazisindən bir daha qışqırıq və səsküy eşitməmişdir. Bundan əlavə, qəribə olan odur ki, Yelenanın evinin girirş qapısının önündə işiq sönlü olmuş (Yelena həmişə sözügedən işiği yandırırmış). Bundan sonra Yelenanın evindən heç bir səs eşidilməmişdir. 09.11.2016-cı il tarixdə, dəqiq xatırlamadığı saatlarda onun evinə Yelenanın anası X17 gəlmiş və Yelenanı axrıncı dəfə nə vaxt gördüyünü soruşmuş, o, da qonşusunu sonuncu dəfə 02.11.2016 tarixdə gördüyünü demişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Aleksandrovna ifadəsində göstərmişdir ki, “təxminən 2009-cu ildən tanıdığı, 23 may 1986-cı il tarixdə anadan olmuş X25 adlı bir dostu olmuşdur. Yelenanın 02.05.1974-cü il təvəllüdlü X19 adlı bir əri olmuş lakin nə vaxtdan onların birlikdə olduğunu o, xatırlamamışdır. O, Sergeyi müsbət tərəfdən, yəni sakit, çalışqan, xeyirxah, münaqişə etməyən bir oğlan kimi xarakterizə etmiş, Yelena və Sergeyin arasında olan münasibətləri yaxşı olmasını son zamanlar isə kiçik səbəblərə görə münaqişə etməyə başladıqlarını demişdir. Yelena gəzən bir qız olmuşdur, belə ki, Sergey Moskvada işləyərkən, Yelena evə sevgililərini gətirirmiş, Sergey, həyat yoldaşının digər kişilərlə yatdığı barədə xəbərinin olmasına baxmayaraq, buna heç bir reaksiya vermirmiş. Yayın ortasında, o, Yelenanın Arif adlı bir sevgilisinin olduğunu və sonuncunun, əmisi Ələkbərov Yunis ilə birlikdə Rostov vilayəti, Belokalitvinsky rayonu, Koksovy qəsəbəsi Çkalov küçəsi, bina 32 ünvanında yaşadığını bilmişdir. O, həmin oğlanı bir neçə dəfə uzaqdan görmüş, lakin ona diqqətlə baxmadığı üçün təsvir edə bilməmişdir. Bundan əlavə, Arif hər kəsin "Maqa" adlandırdığı bir dostu ilə işləmək üçün Azərbaycan Respublikasından gəlmişdir. O, "Maqa" kimi tanınan şəxsi heç vaxt görməmiş, həmçinin Yelena ona həmin şəxslə hər hansı bir əlaqəsinin olub-olmadığı barədə heç nə deməmişdir. Arif, Yelenanın həyat yoldaşı işdə olarkən, sonuncunun evinə tez-tez gələn sevgililərindən biri olmuşdur. Yayın əvvəlində, 2016-cı ilin iyununda Yelena ilə onun arasında spirtli içki qəbulu nəticəsində məişət problemləri zəmnində münaqişə baş verdiyindən onların arasında olan yaxın münasibətlər soyumuş və o, Yelena haqqında məlumatları öz rəfiqələrindən eşidirmiş. Sonuncu dəfə Yelenanı 2016-cı ilin iyul ayında görmüş, onlar ara-sıra telefon vasitəsi ilə əlaqə saxlayırmışlar və sonuncu dəfə 2016-cı ilin avqust ayında danışmışlar. 09.11.2016-cı il tarixdə X5 zəng vuraraq Yelenanın öldürüldüyünü və cəsədinin divana yerləşdirildiyini söyləmiş, həmçinin Yelenanın əyşalarının oğurlandığını da bildirmişdir, lakin dəqiq olaraq hansı əşyaların oğurlandığını deməmişdir. Onun rəfiqəsinin qətli haqqında heç bir məlumatı olmamışdır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Maqa haqqında Yunis xəbər verə bilərmiş, çünki Maqa Ariflə birlikdə məhz orada yaşamışdır. O, Arifi təxminən beş dəfə görmüşdür: bir dəfə Yunisgildə yığıncaqda, (həmin vaxt “Maqa” orada yox imiş), bundan əlavə Arifi küçədə yanından keçəndə görmüşdür. O, Yelenanın sevgililərindən yalnız birinin atasının adının İvan olduğunu xatırlamış, digər məlumatları isə bilməmişdir. Arif ilə Yelenanın arasında cinsi əlaqədən başqa hər hansı əlaqənin olub-olmadığı barədə onun xəbəri olmamışdır, lakin sonuncunun bir dəfə Arifi bıçaqla vurduğunu xatırlamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “onun 23.05.1986-cı il təvəllüdlü X26 adlı rəfiqəsi olmuşdur. Yelena 02.05.1974-cü il təvəllüdlü X19 ilə birlikdə Rostov vilayəti, Belokalitvinskiy rayonu, Qornospasatelnaya küç, ev 13, mənzil 1 ünvanında yaşayırmış. O, Yelenanı uşaqlıqdan tanımış, çünki sonuncunun böyük qardaşı, hazırda Belokalitvenskiy rayonda yaşamayan, 22 yanvar 1980-ci il təvəllüdlü X34 ilə münasibəti olmuşdur. Ümumiyyətlə, o, Yelenanı müsbət tərəfdən xarakterizə etmiş, lakin son zamanlar Yelena Azərbaycanlılarla ünsiyyətdə olduğundan, onların arasında olan münasibətlər soyumuş və bu səbəbdəndə bir biriləri ilə ara-sıra əlaqə saxlayırmışlar. 2016-cı ilin iyun və ya iyul aylarından bəri Yunis adlı qəsəbə sakininin yanına iki gənc oğlan gəlmiş, onlardan birinin adı Arif, digərinin isə Maga olmuşdur. Arif gəldikdən sonra Yelena ilə sevgili olmuş, sonuncunun əri işə gedən kimi, Arif Yelenayla vaxt keçirirmiş. Bundan əlavə, Yelenanın çoxlu sayda sevgililəri var imiş, lakin sonuncu digərlərindən daha çox Arifə diqqət yetirirmiş, Yelenanın sevgililəri arasında Koksovıy kəndinin sakinləri də çox olmuşdur. Yelena Ariflə ünsiyyət qurmağa başladıqdan sonra onlar heç görüşməmiş, yalnız 2016-cı ilin sentyabr ayının əvvəlində Yelena onunla görüşərək, evində oturub, gündəlik problemlərdən danışaraq spirtli içkilər qəbul etmişlər. Göstərilən gündən sonra isə bir-biriləri ilə görüşməmişlər, həmçinin Yelenaya zəng etdikdə sonuncu ona cavab verməmişdir. O, "Maga" adlı oğlanı bir neçə dəfə görmüşdür – bir dəfə Yunisin evində, ikinci dəfə isə küçədə. Maqa - orta boylu, arıq quruluşlu, bir neçə qızıl taxma dişli, tünd dəri rəngli, həmişə saqqal və bığ saxlayan birisi olmuşdur. Maqanın saçları qara və qalın olmuşdur. O, Maqanı görəndə, sonuncu həmişə kamuflyaj kostyumda olurmuş, lakin geyindiyi şalvar pencəkdən biraz daha açıq rəngdə olmuş və Maga rus dilində çox yaxşı danışırmış. O, sonuncu dəfə Yelenanı oktyabr ayının əvvələrində Kokosovıy qəsəbəsində yerləşən 12 saylı məktəbin yanında duranda görmüşdür, lakin bu zaman Yelena onunla görüşməmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, “o, Belokalitvinsky rayonundakı tikinti sahələrində usta işləyək çörək pulu qazanır, Oksananın 23 may 1986-cı il təvəllüdlü X26 adlı, 10 ilə yaxın dostluq əlaqələri saxladığı bir rəfiqəsi olmuş, amma o, sonuncu ilə yaxından ünsiyyət qurmamışdır. Yelena əxlaqsız qadın olmuşdur, yəni əri iş yerində olarkən, ərini daim aldadırmış. O, Yelenanın ərini tanımamışdır, ancaq anası X17 ilə təxminən 20 ilə yaxın münasibətləri olmuşdur. 2016-cı ilin iyul ayında, təxminən 12 il əvvəl Azərbaycan Respublikasında son dəfə gördüyü 30 oktyabr 1982-ci il təvəllüdlü qardaşı oğlu Şahid1 zəng gəlmişdir. Söhbət əsnasında Arif Dağıstan Respublikasında olduğunu izah etmiş və eyni zamanda kiminsə ona məvacibini vermədiyini söyləyərək, bir müddət yanında qalmasını istəmiş, o isə Arifə “Gəl”- demişdir. Təxminən üç-dörd gün sonra Arif avtobusla Rostov vilayətinin Belaya Kalitva şəhərində yerləşən evinə gələrək qonaq otağında yerləşmiş və həyat yoldaşı Arifi Yelena ilə tanış etdiyindən sonuncular birlikdə görüşməyə və yatmağa başlamışlar. Arifin gəlişindən təxminən bir həftə sonra ona bir dostunun gəldiyini və birlikdə Moskva şəhərinə qazanc dalıyca gedəcəklərini söyləmişdir. Sonra, əvvəllər heç görmədiyi, xx xxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (bundan sonra - Maqa) evlərinə gələrək, gəldikdən sonra Maganın Ariflə birlikdə tezliklə Moskvaya gedəcəkləri üçün, evində qalmasına icazə vermişdir. Həmçinin, Arifin Maqanı haradan tanıdığı barədə məlumatı olmamışdır. Maga ona ailəsi ilə, yəni həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə Azərbaycan Respublikası Gəncə şəhərində yaşadığını və Gəncədə iş olmadığına görə Moskvada işləmək üçün 2016-cı ilin yazın sonunda və ya yayın əvvəlində Rusiyaya gəldiyini söyləmişdir. Maqa qapalı, sakit bir adam olmuşdur, bəzən alkoqol içirmiş, amma sui-istifadə etmirmiş. Arif davamlı bir şəkildə, Yelenanın həyat yoldaşı evdə olmadığı müddətdə evinə gedib orada vaxt keçirirmiş, Maga da Yelena ilə ünsiyyətə başlamış, həmçinin Maqanın Yelenaya çox yazdığından və dediyindən onun Yelenandan xoşunun gəldiyi hiss olunurmuş, həmçinin bu məlumatı Maqanın özü vermişdir. Arif, Maganın Yelena ilə yaxından ünsiyyət qurmağa başladığını bəyənməmiş, baxmayaraq ki, sonuncu Maqaya qarşılıqlı münasibətini göstərməmişdir. Onların bir-biri ilə yatdıqları barədə onun məlumatı olmamışdır. 2016-cı ilin oktyabr ayında Arif Moskva şəhərində işləmək variantının mümkün olmadığını dediyindən, bir az pul yığaraq evlərinə getmək qərarına gəlmişlər. Arif və Maga daim tikinti sahələrində çalışdıqları üçün həmişə kiçik miqdarda pulları olmuşdur. 2016-cı ilin əvvəlində Arif və Maqanın barəsində Belokalitvinsky Şəhər Məhkəməsində, Rusiya Federasiyasının ərazisində qanunsuz qalma faktına dair inzibati materiallara baxılmış, həmin məhkəmənin qərarı ilə barələrində Rusiya Federasiyasını inzibati qaydada tərk edilməsi və hər birinə 2000 rubl məbləğində cərimə cəzası təyin olunmuşdur. Ariflə Maqanın cərimələrini ödəyib-ödəmədikləri barədə onun məlumatı olmamışdır, lakin onların ödənilməmiş cərimələrinin olduğu təqdirdə, Rusiya Federasiyasının ərazisini tərk bilməzlərmiş. 2016-cı ilin oktyabr ayının sonunda, dəqiq xatırlamadığı tarixdə, Maqa ona və Arifə atasının səhətinin pisləşədiyini və buna görə təcili olaraq evinə getməli olduğunu demiş və hətta valideynlərinin qatara bileti alması üçün Oksananın adına 3700 rubl məbləğində pul göndərdiklərini söyləmişdir. 01.11.2016-cı il tarixdə Oksanadan, Maqa ilə birlikdə Belaya Kalitva şəhərindəki, dəqiq bilmədiyi bir bankdan 3700 rubl məbləğində pul aldıqlarını, Maqanın dərhal 8967 ***-**-** abunə nömrəsinə 500 rubl məbləğində pul qoyduğunu, həm də Oksanaya 100 rubl verdiyini öyrənmişdir. Bu məlumat ona qəribə gəlmişdir, çünki Bakı-Rostov-na-Donu qatarına bilet, bildiyi kimi 3400 rubla başa gəlirmiş. Bundan sonra, 02.11.2016-cı il tarixində, səhər saat 08 radələrində, Maqa bütün əşyalarını bir çantaya yığmış, köhnə noutbukunu xüsusi bir qaba qoyaraq evdən çıxmış və o, bir daha Maqanı görməmişdir. X28 şəhərinə və ondan sonra Rostov-na-Donu şəhərinə necə getdiyi barədə məlumatı olmamışdır. Maqa çıxandan təxminən saat 10 radələrində zəng edərək avtobusla Belaya Kalitva şəhərindən Rostov na Donu şəhərinə getdiyini bildirdirmiş və Maqa yolda olmasını deməsinə baxmayaraq telefonda yolda olması ilə bağlı səs-küy eşitməmişdir. Bundan sonra bir daha Maqa ilə əlaqə saxlamamışdır. 03.11.2016-cı il tarixdə, səhər saatlarında mobil telefon vasitəsilə Arif Yelenayla, onun xatırlamadığı mövzu barədə danışmışdır. Həminki gün ərzində Arif Yelenaya zəng edib danışmağa çalışmış, lakin sonuncunun telefonu sönülü olmuşdur. 09.11.2016-cı il tarixədək, Arif tez-tez Yelenanın yaşadığı evə gedirmiş, lakin sonuncunun evinin qarşısında olan işıqların sönülü olduğundan, Arif Yelenanın evdə olmadığını başa düşmüşdür. 09.11.2016-cı il tarixində, o, polis əməkdaşlarından Yelenanın öldürüldüyünü, meyitinin yaşadığı evin içərisində olan divandan tapıldığını və sonuncunun əşyalarının oğurlandığını öyrənmişdir. Verilən suallara cavab olaraq X27 bildirmişdir ki, o, yoldaşı Oksana ilə birlikdə, təxminən bir ay əvvəl qısa müddət ərzində Yelenanın evində olmuşdur. Nümayiş etditilmiş Rostov-Qlavnıy nəzarət kameralarının vasitəsilə çəkilmiş yazını nəzərdən keçirərək, o, həmin görüntüdə Maqanı tanımışdır, lakin sonuncunun həmin videoda geyindiyi gödəkçə Maqaya məxsus olmamışdır, belə ki, əvvəllər onda həmin gödəkçəni görməmişdir. Onun fikrincə, Maqa 02.11.2016-cı il tarixdə getməyə bilərdir, çünki sonuncunun bilet almağa pulu olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “onun 23.05.1986-cı il təvəllüdlü X23 adlı rəfiqəsi olmuş, onlar təxminən 4 il dostluq edirmişlər. Yelena ilə onu ortaq rəfiqələri Şahid5 tanış etmiş, tanışlıqdan sonra onlar tez-tez bir-biriləri ilə görüşməyə və ünsiyyət qurmağa başlamışlar, daha çox onun evində görüşüb söhbət edirmişlər. Yelena konfliktsiz, xeyirxah və simpatiyalı bir qız olmuş, lakin sonuncu alkoqoldan sui-istifadə edirmiş və eyni zamanda 02.05.1974-cü il təvəllüdlü mülki həyat yoldaşı X14 aldadırmış, Yelena və Sergey Rostov vilayəti, Belokalitvinskiy rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küç, ev 13, mənzil 2 ünvanında yaşamışlar. O, Sergeyi yaxından tanımamış, sadəcə bir neçə dəfə görmüş və buna görə də sonuncunu heç bir şəkildə təsvir edə bilməmişdir. Eyni zamanda Yelenanın sözlərinə əsasən, sonuncu Sergey ilə qanunsuz şəkildə yaşamışdır. Təxminən 2016-cı ilin iyul aylarında, onun əvvəllər görmədiyi, Yunisin 30.10.1982-ci il təvəllüdlü bacısı oğlu, Şahid1 qonaq gəlmişdir. Bildiyinə görə, Arif Dağıstan Respublikasındakı bir tikinti sahəsində işləmiş, lakin ona əmək haqqı verilmədiyi üçün, sonuncu Moskva şəhərinə qazanc dalınca gedənə kimi onlarda yaşamağı qərara almışdır. Arifin gəlişindən bir müddət sonra, dəqiq xatırlamadığı zaman, Yelena onlara qonaq gəlmiş və o, sonuncunu Ariflə tanış etdiyindən Yelena ilə Arif arasında münasibət yaranaraq görüşməyə başlamışlar. Arif, Sergeyin evdə olmadığı müddətdə Yelena ilə qalırmış, Arifdən başqa Yelena bir çox kişi ilə yatırmış, lakin həmin şəxslərin kim olduqlarını o, bilməmişdir. Bu barədə Yelenanın özü ona danışmışdır. 2016-cı ilin iyul və ya avqust aylarında əvvəlcədən baş vermiş razılaşma əsasında Arifin birlikdə Dağıstan Respublikasında işlədiyi dostu yanına gəlmişdir. Həmin şəxs, əvvəllər tanımadığı, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Məmmədbağır Ariflə birlikdə böyük tikinti layihəsində işləmək üçün Moskva şəhərinə getməli imiş, bir müddətdən sonra Məmmədbağır Yelena ilə tanış olmuş, lakin aralarında hansı münasibətlərin olduğunu o, bilməmişdir. Məmmədbağır gəldikdən sonra Arifin yatdığı otağa, yəni qonaq otağına yerləşdirilmişdir. Arif və Məmmədbağır qaldıqları müddətdə daim Rostov vilayətinin Belokalitvinsky rayonu, Koksovy kəndində tikinti sahələrində çalışırmışlar. Məmmədbağırın Yelenaya qarşı hissləri olmuşdur, amma sonuncu müsbət cavab verməmişdir. Bundan əlavə, Məmmədbağır rus dilində yaxşı danışırmış, avadanlıqlarla işləməyi bacarırmış və özü ilə, markasını xatırlamadığı, qara rəngdə olan noutbuk gətirmişdir. Məmmədbağırın “FLY” markalı, 8***-***-**-** nömrəli qara mobil telefonu olmuşdur. 2016-cı ilin oktyabr ayının əvvəlində Arif və Məmmədbağırın Rusiya Federasiyasının ərazisində qanunsuz qalma faktına dair Belokalitvinsky şəhər məhkəməsində inzibati materiallara baxılmış, məhkəmə qərarı ilə Məmmədbağır və Arif inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən 2000 rubl məbləğində cərimə olunmuşlar və əlavə olaraq barələrində Rusiya Federasiyasının ərazisini tərk etmək cəzası təyin edilmişdir. Bu hadisələrdən sonra Məmmədbağır və Arif Azərbaycan Respublikasına getmək üçün vəsait toplamaq qərarına gəlmişlər. 2016-cı ilin oktyabr ayının sonlarında Məmmədbağır atasının səhhətində problem olduğunu və təcili olaraq evə, valideynləri və iki uşağının yaşadığı Gəncə şəhərinə getməli olduğunu söyləmişdir. O, Məmmədbağırın arvadının olub-olmadığı barədə heç nə bilməmişdir, çünki Məmmədbağır bu haqda heç bir məlumat verməmişdir. 31 oktyabr 2016-cı il tarixdə onun adına 3.700 rubl məbləğində pul köçürməsi edilmişdir. Bu köçürmə Məmmədbağırın qardaşı tərəfindən “VTB-24” Bankına edilmişdir. 01.11.2016-cı il tarixində, o, Məmmədbağırla birlikdə Rostov vilayətinin Belaya Kalitva şəhərinə getmiş, Rostov vilayətinin Belokalitvinskiy rayonunun icra hakimiyyətinin yaxınlığında yerləşən VTB-24 bankına gələrək oradan qeyd olunan 3.700 rubl məbləğində olan köçürməni alaraq, dərhal Məmmədbağıra vermişdir. Bundan sonra, onlar Məmmədbağırın bloklanmış nömrəsinə pul qoyaraq açdırmaq üçün terminala tərəf getmiş, daha sonra Məmmədbağır onları Belokalitvinsky rayonunun icra hakimiyyətinin binasından yaşadıqları Rostov vilayəti, Belokalitvinskiy rayonu, Koksovıy qəsəbəsi, Çkalov küçəsi 32 ünvanına aparan sürücüyə taksi pulunu ödəmişdir. Göstərilən xidmətə görə Məmmədbağır 100 rubl ödəmişdir. Evə gedərkən, o, Məmmədbağırdan siqaret almaq üçün 100 rubl istəmiş, lakin sonuncu, yalnız 3000 rubl məbləğində pulunun qaldığını deyərək, yox cavabı vermişdir. Növbəti gün, yəni 02.11.2016-cı il tarixdə, təxminən səhər saat 09 radələrində Məmmədbağır notbukunu xüsusi bir qaba yerləşdirərək, bel çantasına paltarlarını (qara gödəkçə, iki cüt şalvar, iki köynək, corab, alt paltarları) yığmışdır. Məmmədbağır daima geyindiyi xaki (yaşıl) rəngli gödəkçədə, boz kamuflyaj şalvarda, mavi köynəkdə, ayağında qara rəngli ayaqqabıda olmuşdur. Bundan sonra Məmmədbağır onlarla sağollaşmış, Yunislə Arif sonuncunu çöl qapısına qədər yola salmışlar və bundan sonra o, Məmmədbağırı bir daha görməmişdir. Həmçinin sonuncunun həqiqətən də gedib-getmədiyi barədə onun məlumatı olmamışdır. 03.11.2016-cı il tarixdə nahar vaxtında o, Yelenanın 8***-***-**-** abunə nömrəsinə zəng vuraraq, görüşməyi təklif etmişdir, yəni onlara qonaq gələcəyini demiş, Yelena isə dəqiq fikir söyləməyərək, axşam zəng edəcəyini bildirmişdir. Söhbət əsnasında Yelena çarpayıda olduğunu demişdir. Həmin gün, axşam saatlarında o, bir daha Yelenaya zəng vurmuş, lakin sonuncu cavab verməmişdir. Bundan sonra o, 09.11.2016-cı il tarixədək, sistematik olaraq zəng etməyinə baxmayaraq, həmin nömrə bağlı olmuşdur. Bundan əlavə, Arif dəfələrlə Yelenanın evinə getmiş, lakin evə daxil ola bilməmişdir. Həmçinin, Yelenanın evinin işıqları keçirili olmuşdur. 09.11.2016-cı il tarixdə axşam radələrində o, yadında olmadığı şəxsdən Yelenanın meyitinin yaşadığı evdən tapıldığını eşitmiş, lakin bu cinayətin təfərrüatları barədə ətraflı məlumatı olmamışdır. Verilən suallara cavab olaraq Şahid7 Məmmədbağırla Yelenanın arasında hər hansı bir münaqişənin olub-olmadığı barədə məlumatsız olduğunu və Məmmədbağırın 02.11.2016-cı il tarixdə getmədiyinin mümkün olduğunu bildirmişdir. Rostov-na-Donu şəhərində dəmir yolu stansiyasında quraşdırılmış müşahidə kamerasının vasitəsilə qeydə alınmış videonu izlədikdən sonra, o, həmin görüntüdə Məmmədbağırın olduğunu əminliklə təsdiq etmişdir. Lakin onun əynində olan qırmızı gödəkçəni əvvəllər görməmişdir. Məmmədbağır getməmişdən əvvəl, anasıgilə getdiyini demiş, lakin dəqiq ünvanı göstərməmişdir. Məmmədbağırın Yelenaya hədə-qorxu gəlməyi barədə onun xəbəri olmamışdır. Bundan əlavə, Məmmədbağır Yelena ilə telefon vasitəsilə əlaqə saxlayırmış və telefonla danışan zaman, heç kəsin eşitməməsi üçün bayıra çıxırmış. Məmmədbağır Yelena ilə axşamlar gəzməyə çıxdığını deyirmiş, lakin buna görə Ariflə arasında hər hansı bir münaqişənin olduğu barədə onun məlumatı olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Alekseyevna ifadəsində göstərmişdir ki, “onunla qonşuluqda, Rostov vilayətinin Belokalitvinsky rayonu, Koksoviy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanında yaşayan 23.05.1986-cı il təvəllüdlü X26 mülki həyat yoldaşı 02.05.1974-cü il təvəllüdlü X18 ilə birlikdə yaşayırmış. Yelena göstərilən ünvanda onlar oraya köçməmişdən əvvəl yaşayırmış. Yelena ilə ünsiyyətdə olmadığından, Sergeyi isə cəmi bir neçə dəfə gördüyündən, onları xarakterizə edə bilməmişdir. Onların yaşadığı ev üç hissəyə bölünmüşdür. Yelena və Sergey 1 nömrəli mənzildə, Xaçaturian K.S. qızı ilə 2 nömrəli mənzildə, onlar isə 3 nömrəli mənzildə yaşayırmışlar. Evlərinin quruluşuna əsasən, onlar qeyd olunan şəxslərlə qarşılaşmırmışlar, yəni mənzilləri binanın arxa tərəfində yerləşirmiş. O, sonuncu dəfə Yelenanı 2016-cı ilin noyabr ayının əvvəlində görmüşdür, bu zaman sonuncu onun yanından keçərək salam vermiş və bundan sonra onlar bir daha qarşılaşmamışlar. Yelenanın yüngül həyat tərzi keçirdiyi üçün, mənzilindən daim səs-küylü qışqırıqlar eşidilirmiş. Lakin sonuncunun sosial dairəsi ona məlum olmamışdır. 03.11.2016-cı il tarixdə axşam saatlarında evdə olduğu zaman, təqribən 17.00-dan 23.00-dək Yelenanın mənzilindən kənar səslər və qışqırıqlar eşidilmişdir. Həmin səslər arasında kişi səsi eşitdikcə, aralarında münaqişə olduğunu başa düşmüş, lakin münaqişənin nə ilə bağlı olduğunu bilməmişdir. O, həmin kişinin səsinin çətin eşidildiyindən onu təsvir edə bilməmişdir. Sonra bir anda səs küy dayanmışdır. O, belə halların sistematik olaraq təkrarlandığından, sözügedən qışqırıqlara heç bir əhəmiyyət verməmişdir. 11.09.2016-cı il tarixdə axşam radələrində o, polis əməkdaşlarından Yelenanın meyitinin tapıldığını öyrənmişdir, lakin hadisənin təfərrüatları barədə məlumatı olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “onunla qonşuluqda, Belokalitvinskiy rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanında 23.05.1986cı il təvəllüdlü X23, qeyri-rəsmi həyat yoldaşı X9 birlikdə yaşayırmış, onun həmin ailə ilə heç bir münasibəti olmadığından, onları xarakterizə edə bilməmişdir, onun evi ilə Yelenanın evi yanbayan yerləşirmiş və onları profil təbəqəli hündür hasar ayırırmış. Son zamanlar, 2016-cı ilin yay ayının sonlarından başlayaraq, o, Yelenagilə iki nəfər qafqaz milliyyətindən olan cavan oğlanın gəlməyə başladığını görmüş, lakin həmin şəxslərin xarici görünüşlərini xatırlamamışdır. Sonuncu dəfə mərhumu 01.11.2016-cı il tarixində, günün birinci yarısında evinin yanında küçədə görmüş və həmin vaxt Yelena ayıq imiş. Şahid Belikov təqdim olunan videogörüntü ilə bağlı bildirmişdir ki, həmin görüntüdə olan cavan oğlanı bir neçə dəfə Yelenanın evinin yaxınlığında görmüşdür. Həmin şəxslə axırıncı dəfə 2016-cı ilin oktyabr ayının ortalarında qarşılaşmış, lakin sonuncunun müəyyənedici məlumatlarını bilməmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, “o, Rostov-na-Donu şəhəri, Privokzalnaya küçəsi 1/2 ünvanında dəmiryol vağzalının, vağzalyanı meydanında taksi fəaliyyəti ilə məşğuldur. Belə ki, 04.11.2016-cı il tarixində saat 05:00 radələrində o, H196PT-26 dövlət nömrə nişanlı açıq-bej rəngli Hyundai Accent markalı avtomobillə dəmiryolu vağzalına gəlmiş, bundan sonra, təxminən saat 14-15 radələrində xarici görünüşünə görə 20-25 yaşında olan, boyu 165-170 sm olan, əynində rəngini xatırlamadığı gödəkcə, tünd göy cins şalvar, qara saçlı, üzü tüklü, sağ əlin adsız barmağında gümüşü rəngli canavar başı əks olunmuş üzüklü arıq bədən quruluşlu əvvəllər tanımadığı cavan oğlan yaxınlaşmışdır. Həmin şəxs qafqaz milliyyətindən olmuş və sonuncu ona yaxınlaşmamışdan öncə, soyadını xatırlamadığı Andrey adlı tanışı zəng edərək, həmin qafqaz milliyyətindən olan oğlanda olan qızıl əşyalarının satılması üçün, onu Şahid10 adlı tanışının yanına aparmağını xahiş etmişdir. O, razılaşaraq, həmin oğlanla birlikdə Şahid10 evinə getmiş, bu zaman o, sonuncuya zəng edərək, bu barədə məlumat vermişdir. Avtomobilin içərisində həmin cavan oğlan ona qızıl boyunbağını göstərmişdir. Şahid10 evinə çatmamış o, maşını saxlamış və sonuncuya zəng edərək gəlməsini demişdir. Şahid10 onun maşınına yaxınlaşmış və arxa oturacaqda oturmuşdur, onunla gələn cavan oğlan isə ön oturacaqda əyləşmişdir. Bundan sonra həmin cavan oğlan gödəkcəsinin iç cibindən, üzərində xaç olan boyunbağını çıxarmış və bundan öncə çıxardığı boyunbağı ilə birlikdə Aminova göstərərək, həmin əşyaları 7500 rubla satmaq istədiyini demişdir, belə ki, həmin şəxs evinə, Azərbaycan Respublikasının Bakı şəhərinə qayıtmalı və 1500 rubl məbləğində cərimə ödəməli olmuşdur. Şahid10 razılaşmış və həmin oğlana 7 ədəd 1000 rublluq əskinaz və 1 ədəd 500 rublluq əskinaz vermişdir. Bundan sonra Aminov qızılları da götürüb onun maşınından düşmüş, o isə həmin oğlanı yenidən vağzala aparmışdır. Vağzala çatanda qeyd olunan şəxs ona 1000 rubl vermiş və maşından düşərək, d/y vağzalının binasına getmişdir. 30-60 dəqiqə sonra həmin cavan oğlan ona “çox sağ ol” deyərək, Bakıya bilet aldığını söyləmişdir. Daha sonra isə d/y vağzalı tərəfə getmişdir. Bundan sonra o, həmin şəxsi görməmişdir”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10.11.2016-cı il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti Belokalitvinskiy rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 10 ünvanında, 14 metr şimal istiqamətində yerləşən sahəsi 2x2 metr olan sahədir (sahənin koordinatları 48*11*52 şimal enliyi, 40*38*54 şərq uzunluq dairəsi, dəniz səviyyəsindən 90 metr yüksəklikdə). Göstərilən sahə xırda ot örtüyünə malik olmuş, Rostov vilayəti, Belokalitvinskiy rayonu, Koksovıy qəsəbəsi, Milisionnaya küçəsi, ev 3 “v” ünvanında yerləşən “Maqnit” mağazasından qərb istiqamətdə 255 metr məsafədə boş ərazidə yerləşmişdir. Adı çəkilən sahədə üzərində “Aşan” yazısı olan yaşıl rəngli polimer çanta aşkar edilmişdir, çantanın içərisində üzərində “Maqnit” yazısı olan iki ədəd eyni polimer paket aşkarlanmışdır, həmin paketlərin içərisində aşağıda göstərilən əşyalar götürülmüşdür: 1) yaşıl-qırmızı bəzəkli ağ rəngli boşqab 2) yaşıl rəngli qapaqlı plastik qəndqabı 3) 700 ml həcmli plastik şəffaf stəkan 4) qırmızı güllü sarı rəngli fincanın iki ədəd sınmış fraqmenti 5) 0.5 litr həcmli “Russkaya valyuta” araq şüşəsi 6) 0.25 litr həcmli “Stavropolskiy” konyak şüşəsi 7) “Prinsessa Nuri” boş karton çay qutusu 8) Yumurta kartonunda qara rəngli tük aşkarlanmışdır 9) Ağ-boz rəngli parça üzlənməli elektrik şnur 10) Üzərində “Nu za oxotu” yazısı olan şüşə qədəh, üzərində “Argentina-Yamayka, 5-0” yazısı olan şüşə qədəh 11)1 nömrəli qayçı (tam), 2 nömrəli qayçı (gözü sınmış) 12) “Head and shoulders” plastik şampun qabı 13) “Free and free” qırmızı rəngli tozlandırıcılı plastik flakon 14) Qara rəngli tava 15)Taxta çömçə və plastik çömçə 16) “Maximus” şüşə fincan 17) “London breek” keramik fincanı 18)İki qutu “Next” siqareti 19) 0.7 litr həcmli “Maxwell” çaydanı 20) Qırmızı rəngli pyezo-alışqan 21) Qara rəngli karandaş 22) Üzərində “black” yazılı olan siqaret kötüyü, üzərində “in black” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “black” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü. 23) Ağ-göy rəngli dəsmal 24) Üzərində “Aşan” yazısı olan yaşıl rəngli ikiqat dəstəli çanta 25) Üzərində “Maqnit” yazısı olan iki ədəd boş polimer paket26) Üzərində yaşıl rəngdə gül olan şüşə qədəh. Baxış yerindən yaşıl-qırmızı bəzəkli ağ rəngli boşqab, yaşıl rəngli qapaqlı plastik qəndqabı, 700 ml həcmli plastik şəffaf stəkan, qırmızı güllü sarı rəngli fincanın iki ədəd sınmış fraqmenti, 0.5 litr həcmli “Russkaya valyuta” araq şüşəsi, 0.25 litr həcmli “Stavropolskiy” konyak şüşəsi, “Prinsessa Nuri” boş karton çay qutusu, ağ-boz rəngli parça üzlənməli elektrik şnur, üzərində “Nu za oxotu” yazısı olan şüşə qədəh, üzərində “Argentina-Yamayka, 5-0” yazısı olan şüşə qədəh, 1 nömrəli qayçı (tam), 2 nömrəli qayçı (gözü sınmış), “Head and shoulders” plastik şampun qabı, “Free and free” qırmızı rəngli tozlandırıcılı plastik flakon, qara rəngli tava, taxta çömçə və plastik çömçə, “Maximus” şüşə fincan, “London breek” keramik fincanı, iki qutu “Next” siqareti, 0.7 litr həcmli “Maxwell” çaydanı, qırmızı rəngli pyezo-alışqan, qara rəngli karandaş, üzərində “black” yazılı olan siqaret kötüyü, üzərində “in black” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “black” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, üzərində “next” yazılı olan siqaret kötüyü, ağ-göy rəngli dəsmal, üzərində “Aşan” yazısı olan yaşıl rəngli ikiqat dəstəli çanta, üzərində “Maqnit” yazısı olan iki ədəd boş polimer paket, üzərində yaşıl rəngdə gül olan şüşə qədəh götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11.11.2016-cı il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti Rostov-na-Donu şəhəri, Privokzalnaya küçəsində yerləşən Rostov-Qlavnıy d/y vağzalının binasının çıxışından 50 metr şimalda yerləşən Rostov-Qlavnıy d/y vağzalının ödənişli dayanacağı olmuşdur. Sarı rəngdə olan ödəniş kabinası metaldan olan bucaqları qaynaq edilmiş profil təbəqələrlə üzlənmiş, ağ rəngdə plastik qapısı, iki ədəd plastik pəncərəsi və bir tərəfdən ağ rəngli havasoranı olmuşdur. Göstərilən ödəniş terminalından cənub-qərb istiqamətində 5 metr məsafədə ödənişli dayanacağın duracaq yerlərində boz rəngli Honda CR-V markalı, A679EC161 dövlət nömrə nişanlı avtomobil dayanmış, həmin avtomobilin kapotunun üzərində olan ağ kağız üzərində Şahid10 zərgərlik məmulatlarını, daha dəqiq desək yastı hörgülü sarı rəngli üzərində qıfıl olan qızıl boyunbağını və üzərində qıfıl, həmçinin İsa Məsihin çarmıxa çəkilməsi təsvir olunmuş sarı rəngli, arxa tərəfindən “Spasi i soxroni” sözləri yazılmış pravoslav xaç olan sarı rəngli iri hörgülü qızıl boyunbağını qoymuşdur. Göstərilən qızıl-zinət əşyaları şəffaf A4 dəftərxana faylına yerləşdirilmiş, faylın ağzı kantları ağ rəngdə olan kağızla yapışdırılan qara iplə bağlanılmışdır, kağızın üzərinə izahedici qeydlər yazılmış və bütün iştirak edən şəxslər və hal şahidləri tərəfindən imzalanmışdır. V.V. Aminovun sözlərinə görə o, göstərilən qızıl-zinət əşyalarını 04.11.2016-cı il tarixində əvvəllər tanımadığı qafqaz milliyyətindən olan şəxsdən almışdır. Baxış yerindən yastı hörgülü sarı rəngli üzərində qıfıl olan qızıl boyunbağı və üzərində qıfıl, həmçinin İsa Məsihin çarmıxa çəkilməsi təsvir olunmuş sarı rəngli, arxa tərəfindən “Spasi i soxroni” sözləri yazılmış pravoslav xaç olan sarı rəngli iri hörgülü qızıl boyunbağı götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20.04.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti kağız zərfdir. Zərfdə görünən zədə olmamışdır. Zərfdə "Hazırki poçt zərfində 11.11.2016-cı ildə Rostov-na-Donu ş., Privokzalnaya küç., ev 1/2 ünvanına ********** nömrəli cinayət işi üzrə HYB zamanı götürülən "Smartbay" USB vardır. Açdıqda üzərində "Smartbay 8GB" izahedici yazısı olan ağ rəngdə plastmass korpuslu daşınan elektron qurğu aşkar olunmuşdur. Qeyd olunan qurğu fərdi kompüterə qoşulması zamanı müəyyən olunmuşdur ki, onun içində fayllar var: "1103 Rostovəsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-20-15.mkv" 9.9 MB, "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-25-58.mkv" 15.9 MB, "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-35-58.mkv" 6.1 MB, "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 14-17-00.mkv" 14.2 MB, "765 Rostov-Əsas ehtiyyat çıxış meyd. (H) 04-11-2016 13-20-00.mkv" 27.8 MB, "769 Rostov-Əsas privok meyd. (H) 04-11-2016 14-35-00.mkv" 54.5 MB, "769 Rostov-Əsas privok meyd. (H) 04-11-2016 14-37-00.mkv" 172 MB. "765 Rostov-Əsas ehtiyyat çıxış meyd. (H) 04-11-2016 13-20-00.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 00 dəqiqə 57 saniyə olan rəngli videoyazı vardır. Videosıra xarakteri üzrə kamera hərəkətsizdir. 00 dəqiqə 00 saniyədən 00 dəqiqə 24 saniyəyə kimi müddətdə görünür ki, qırmızı gödəkcədə olan kişi küçədən sahəyə daxil olur, sonra mühafizəçiyə yaxınlaşır və onunla danışır, sonuncu isə kişiyə əlləri ilə yol göstərir. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "769 Rostov-Əsas privok meyd. (H) 04-11- 2016 14-35-00.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 02 dəqiqə 00 saniyə olan rəngli videoyazı var. Videosıra xarakteri üzrə kamera hərəkətsizdir. 01 dəqiqə 13 saniyədən başlayan vaxt kəsimində görünür ki, necə əvvəl qeyd olunan qırmızı gödəkcəli kişi park edilmiş taksi avtomobilinə yaxınlaşır. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "769 Rostov-Əsas privok meyd. (H) 04-11-2016 14-37-00.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 06 dəqiqə 00 saniyə olan rəngli videoyazı var, o əvvəlki videoyazının davamıdır. Videosıra xarakteri üzrə kamera hərəkətsizdir. 00 dəqiqə 00 saniyədən 04 dəqiqə 15 saniyə vaxt kəsimində əvvəl qeyd olunan kişi park edilmiş taksi avtomobilinin yanındadır, bundan sora kişi kadrdan gedir. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-20-15.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 05 dəqiqə 42 saniyə olan rəngli videoyazı var. Sol tərəfdən kassalar təsvir olunub, onların qarşısında insanlar var. 01 dəqiqə 13 saniyədən 05 dəqiqə 00 saniyə vaxt kəsiyində kadrda qeyd olunan qırmızı rəngli gödəkcə geyinən kişi vardır. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-25-58.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 10 dəqiqə 00 saniyə olan rəngli videoyazı var. Sol tərəfdən kassalar təsvir olunub, onların qarşısında insanlar var. 04 dəqiqə 42 saniyədən 09 dəqiqə 57 saniyə vaxt kəsiyində kadrda qeyd olunan qırmızı rəngli gödəkcə geyinən kişi vardır. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 13-35-58.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 04 dəqiqə 02 saniyə olan rəngli videoyazı var. Sol tərəfdən kassalar təsvir olunub, onların qarşısında insanlar var. 00 dəqiqə 15 saniyədən 02 dəqiqə 08 saniyə, həmçinin 02 dəqiqə 55 saniyədən 03 dəqiqə 32 saniyədək vaxt kəsiyində kadrda qeyd olunan qırmızı rəngli gödəkcə geyinən kişi vardır. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. "1103 Rostov-əsas Kassalar, ümumi görünüş (D1) 04-11-2016 14-17-00.mkv" faylını açdıqda müəyyən olunmuşdur ki, orada videomüşahidə kameralarından müddəti 08 dəqiqə 57 saniyə olan rəngli videoyazı var. Sol tərəfdən kassalar təsvir olunub, onların qarşısında insanlar var. 00 dəqiqə 00 saniyədən 08 dəqiqə 07 saniyə vaxt kəsiyində kadrda qeyd olunan qırmızı rəngli gödəkcə geyinən kişi vardır. Bundan başqa qeyd olunan videoyazı cinayət işinin istintaqı üçün maraq kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.05.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti maşınyazısı mətnli A4 formatlı 5 vərəqdir. № 1-5 vərəqlərdə əks olunan informasiyaya əsasən Y.A.Boyevaya məxsus ********** abonent nömrəsinin 03.11.2016-cı il saat 00:00:00-dan 04.11.2016-cı il 23:59:00 kimi birləşmələrinin detallaşması təqdim olunmuşdur. Qeyd olunan vaxtda birləşmələr haqqında 82 qeyd var. İstintaqı maraqlandıran müddətdə Y.A.Boyevanın abonent nömrəsi (7**********) ilə cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan abonent nömrəsi (**********1) arasında birləşmələr haqqında informasiya vardır, onlar aşağıdakılardır: 03.11.2016-cı il saat 08:13:46-da - müddəti 2 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 08:14:37-də - müddəti 222 saniyə (daxil olan zəng); 03.11.2016-cı il saat 08:47:13-də - müddəti 9 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 08:48:17-də - müddəti 29 saniyə (daxil olan zəng); 03.11.2016-cı il saat 08:57:57-də - müddəti 9 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 08:58:57-də - müddəti 216 saniyə (daxil olan zəng); 03.11.2016-cı il saat 09:04:16-da - müddəti 194 saniyə (daxil olan zəng); 03.11.2016-cı il saat 09:13:04-də - müddəti 30 saniyə (daxil olan zəng). Bu zaman baza stansiyasının yerləşmə ünvanına görə Y.A.Boyeva Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koksoviy qəs., Əmək küç., ev 86, Azimut 0 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsində olmuşdur. Bundan əlavə qeyd olunan 03.11.2016-cı il saat 00:00:00-dan 04.11.2016-cı il 23:59:00 kimi vaxt ərzində Y.A.Boyevaya məxsus abonent nömrəsindən (7**********) həyata keçirilən bütün mobil əməliyyatlar (daxil olan, çıxan zənglər; daxil olan, çıxan SMS; GPRS birləşmələr) baza stansiyasının yerləşmə ünvanına görə Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Əmək küç., ev 86, Azimut 0 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsindən həyata keçirilmişdir. İstintaq üçün digər əhəmiyyətli informasiya müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.05.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti maşınyazısı mətnli A4 formatlı 7 vərəqdir. №1-7 vərəqlərdə əks olunan informasiyaya əsasən "Abonentlər və abonent qurğuları arasında birləşmə haqqında informasiya". Y.K.Ələkbərova məxsus Abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01-dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin detallaşması təqdim olunmuşdur. İstintaqı maraqlandıran müddətdə Y.K.Ələkbərovun abonent nömrəsi (7**********) ilə cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan abonent nömrəsi (**********1) arasında birləşmələr haqqında informasiya vardır, onlar aşağıdakılardır: 02.11.2016-cı il saat 10:32:48-də - müddəti 25 saniyə (çıxan zəng); 02.11.2016-cı il saat 10:36:38-də - müddəti 114 saniyə (daxil olan zəng); 02.11.2016-cı il saat 15:11:27-də - müddəti 247 saniyə (çıxan zəng); 05.11.2016-cı il saat 17:01:50-də - daxil olan SMS; Bu zaman baza stansiyasının yerləşmə ünvanına görə Y.K.Ələkbərov Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Vostoçnaya okraina, Azimut 250 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsində olmuşdur. Həmçinin istintaqı maraqlandıran vaxtda Y.K.Ələkbərovun abonent nömrəsi (7**********) ilə cinayət işi materiallarına əsasən Y.A.Boyevaya məxsus abonent nömrəsi (7**********) ilə əlaqələr haqqında informasiya vardır, onlar aşağıdakı vaxtlarda olmuşdur: 03.11.2016-cı il saat 10:18:26-da müddəti 85 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 10:20:51-də - müddəti 127 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 11:37:06-da - müddəti 67 saniyə (çıxan zəng); 03.11.2016-cı il saat 14:44:01-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:44:03-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:44:32-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:44:35-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:47:58-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:48:00-da - çıxan SMS; 03.11.2016-cı il saat 14:48:29-da - çıxan SMS; 03.11.2016-cı il saat 14:48:31-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:48:41-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:48:43-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:49:12-də - çıxan SMS; 03.11.2016-cı il saat 14:49:14-də - çıxan SMS; 03.11.2016-cı il saat 21:24:29-da - çıxan MMS; 04.11.2016-cı il saat 03:19:22-də - daxil olan SMS; 04.11.2016-cı il saat 03:19:28-də - daxil olan SMS; 04.11.2016-cı il saat 09:54:02-də - çıxan SMS; 04.11.2016cı il saat 09:54:33-də - çıxan SMS; 04.11.2016-cı il saat 13:46:42-də - çıxan SMS; 04.11.2016cı il saat 13:46:45-də - çıxan SMS; 04.11.2016-cı il saat 13:46:47-də - çıxan SMS; 04.11.2016cı il saat 13:46:49-da - çıxan SMS; 04.11.2016-cı il saat 13:46:50-də - çıxan SMS; 04.11.2016cı il saat 13:47:13-də - çıxan SMS; 04.11.2016-cı il saat 13:47:16-da - çıxan SMS; 04.11.2016cı il saat 13:47:18-də - çıxan SMS; 04.11.2016-cı il saat 13:47:19-da - çıxan SMS; 04.11.2016cı il saat 13:47:21-də - çıxan SMS; Bu zaman baza stansiyasının yerləşmə ünvanına görə Y.K.Ələkbərov Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Vostoçnaya okraina, Azimut 250 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsində olmuşdur. Bundan əlavə qeyd olunan 01.11.2016-cı il saat 00:01-dən 05.11.2016-cı il 23:59 kimi vaxt ərzində Y.K.Ələkbərova məxsus abonent nömrəsindən (**********) həyata keçirilən bütün mobil əməliyyatlar (daxil olan, çıxan zənglər; daxil olan, çıxan SMS; GPRS birləşmələr) baza stansiyasının yerləşmə ünvanına görə Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Vostoçnaya okraina, Azimut 250 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsindən həyata keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.05.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti maşınyazısı mətntli A4 formatlı 5 vərəqdir. №1-5 vərəqlərdə əks olunan informasiyaya əsasən "Abonentlər və abonent qurğuları arasında birləşmə haqqında informasiya". Təqsirləndirilən şəxs məxsus Abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01-dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin detallaşması təqdim olunmuşdur. İstintaqı maraqlandıran müddətdə Təqsirləndirilən şəxs abonent nömrəsi (**********) ilə cinayət işi materiallarına əsasən Y.A.Boyevaya məxsus abonent nömrəsi (7**********) ilə əlaqələr haqqında informasiya vardır, onlar aşağıdakı vaxtlarda olmuşdur: 01.11.2016-cı il saat 11:25:57də - çıxan SMS; 01.11.2016-cı il saat 11:25:58-də - daxil olan SMS; 01.11.2016-cı il saat 11:26:24-də - çıxan SMS; 01.11.2016-cı il saat 12:56:32-də - daxil olan SMS; 01.11.2016-cı il saat 12:56:33-də - çıxan SMS; 01.11.2016-cı il saat 12:57:00-da - çıxan SMS; 01.11.2016-cı il saat 14:04:56-da - daxil olan SMS; 01.11.2016-cı il saat 14:04:58-də - çıxan SMS; 01.11.2016cı il saat 14:05:25-də - çıxan SMS; 01.11.2016-cı il saat 14:26:00-da - daxil olan SMS; 01.11.2016-cı il saat 14:26:01-də - çıxan SMS; 01.11.2016-cı il saat 14:26:28-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:27:44-də - daxil olan SMS; 01.11.2016-cı il saat 17:27:45-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:28:12-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:40:22-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:40:23-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:40:26-da - daxil olan SMS; 01.11.2016-cı il saat 17:40:53-də - çıxan SMS; 01.11.2016-cı il saat 17:40:54-də çıxan SMS; 01.11.2016-cı il saat 18:42:52-də - daxil olan SMS; 01.11.2016-cı il saat 18:45:06da - müddəti 207 saniyə olan çıxan zəng; 01.11.2016-cı il saat 19:03:55-də - müddəti 47 saniyə olan çıxan zəng; 01.11.2016-cı il saat 19:14:29-da - daxil olan SMS; 02.11.2016-cı il saat 09:25:09-da - müddəti 231 saniyə olan çıxan zəng; 02.11.2016-cı il saat 09:25:09-da - müddəti 231 saniyə olan çıxan zəng; 02.11.2016-cı il saat 09:31:03-də - müddəti 28 saniyə olan çıxan zəng; 03.11.2016-cı il saat 08:13:20-də - daxil olan SMS; 03.11.2016-cı il saat 08:13:23-də daxil olan SMS; 03.11.2016-cı il saat 08:14:06-da - müddəti 222 saniyə olan çıxan zəng; 03.11.2016-cı il saat 08:47:14-də - daxil olan SMS; 03.11.2016-cı il saat 08:47:46-da - müddəti 29 saniyə olan çıxan zəng; 03.11.2016-cı il saat 08:57:33-də - daxil olan SMS; 03.11.2016-cı il saat 08:58:27-də - müddəti 216 saniyə olan çıxan zəng; 03.11.2016-cı il saat 09:12:33-də müddəti 30 saniyə olan çıxan zəng. Bu zaman baza stansiyasının yerləşmə ünvanına görə Təqsirləndirilən şəxs Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Vostoçnaya okraina, Azimut 250 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsində olmuşdur. Bundan əlavə qeyd olunan 01.11.2016-cı il saat 00:01-dən 05.11.2016-cı il 08:25:04 kimi vaxt ərzində Təqsirləndirilən şəxs məxsus abonent nömrəsindən (**********1) həyata keçirilən bütün mobil əməliyyatlar (daxil olan, çıxan zənglər; daxil olan, çıxan SMS; GPRS birləşmələr) baza stansiyasının yerləşmə ünvanına görə Rusiya, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koks qəs., Vostoçnaya okraina, Azimut 250 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsindən həyata keçirilmişdir. 05.11.2016-cı il saat 17:01:40-dan 05.11.2016-cı il 17:07:44 kimi vaxt ərzində Təqsirləndirilən şəxs məxsus abonent nömrəsindən (**********1) həyata keçirilən bütün mobil əməliyyatlar (daxil olan, çıxan zənglər; daxil olan, çıxan SMS; GPRS birləşmələr) baza stansiyasının yerləşmə ünvanına görə Rusiya, Dağıstan Respublikası, Dərbənd ş., Salman küç., cənub postu, Azimut 80 dərəcə ünvanında yerləşən stansiyanın əhatə dairəsindən həyata keçirilmişdir. İstintaq üçün digər əhəmiyyətli informasiya müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20.04.2017-ci il tarixli məktubdan görünür ki, xarici vətəndaşların “Gəliş haqqında bildirişlərin uçotu” 279 saylı jurnalına əsasən, xx.xx.1988-ci ildə anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs miqrasiya uçotuna durmamışdır. Eyni zamanda, Rusiya Federsiyasında müvəqqəti qalan və daimi olaraq yaşayan xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin uçotu üzrə mərkəzi məlumat bankının avtomatlaşdırılmış sisteminə (SPO Miqrant - 1) əsasən, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 11.06.2016-cı ildə “Yaraq - Qazmalar” NBM-dən keçməklə RF ərazisinə şəxsi vizitlə gəlmişdir. Həmçinin elə həmin SPO Miqrant – 1 məlumatına əsasən M.M. Abdullayev RF ərazisinə müəyyən olunmuş giriş qaydasını və RF ərazisində qalma rejimini pozduğuna görə RF İXM 18.8.1 maddəsinin 1-ci hissəsi ilə 2000 rubl məbləğində və RF ərazisindən nəzarətli xaric edilmə şəklində inzibati cəza ilə məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, 05.11.2016-cı ildə Azərbaycan Respublikası vətəndaşı M.M. Abdullayev RF ərazisini tərk etmişdir və hal-hazırda onun hüdudlarından kənardadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.12.2016-cı il tarixli 323 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vaxtı keçmiş meyit dəyişiklikləri üzündən ölümün səbəbi təyin edilməmişdir ki, bu da həm təşrih nəticələri, həm də məhkəməhistoloji tədqiqatın məlumatları ilə təsdiqini tapmışdır: çürümə enfizeması, baş beynin çürüyərək dağılması, daxili orqanların lizisi, açıq ifadə olunmuş meyit autolizi (məhkəmə-histoloji müayinənin nəticələrinə görə, məhkəmə-histoloji müayinənin 8279-80/2016 nömrəli 24.11.2016cı il tarixli aktı). Məhkəmə-tibbi müayinə zamanı Y.A. Boyevanın meyitində aşkar edilmişdir: a) Boynun sağ tərəfdən ön kənar sahəsi boyunca dərin dəri qatlarına qanaxma. Bu xəsarət zərərçəkmişin sağ ikən boynun sağ hissəsində ön kənar nahiyədə zədələyici əşyanın kontaktına dəlalət edir. Yaranmış vəziyyətdə əşyanın xarakteri, onun fərdi xüsusiyyətləri barədə fikir söyləmək mümkün olmamış, belə ki, əşyanın zədələyici səthinin xüsusiyyətləri dəridə əksini tapmamışdır. Bu qanaxmaların sağlamlığa dəymiş zərərin ağırlıq dərəcəsi kontekstində təyin edilməsi tibbi məlumatların kifayət etməməsi səbəbi ilə mümkünsüz olmuşdur. Boynun sağ tərəfdən ön kənar sahəsi boyunca dərin dəri qatlarına qanaxma, dilaltı sümüyün sağ böyük buynuzunun natamam sınığı, qalxanabənzər qığırdağın sağ böyük buynuzunun tam sınığı, qalxanabənzər qığırdağın sol böyük buynuzunun natamam sınığı, sınıq nahiyələrində yumşaq toxumalar həmcins çirkli qırmızı-qəhvəyi rəngində, yumşaq olmaqla, cürümə dəyişiklikləri müşahidə olunmuş, struktursuzdur. Bu xəsarətlər boyuna zədələyici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Tibbi məlumatların kifayət qədər olmaması səbəbi ilə xəsarətlərin hansı əşya ilə törədilməsini söyləmək mümkün olamaışdır (küt sərt əşya, yumşaq, yarısərt əşya və s.). Həmin xəsarətlərin zərərçəkmiş şəxsin sağ olanda törədilib-törədilməməsi barədə fikir söyləmək mümkün olmamış, belə ki, meyit aşkar ifadə edilmiş çürümə dəyişiklikləri, həmçinin sınıqlar sahəsində ətraf yumşaq toxumaların çürümə dəyişiklikləri vəziyyətində olmuşdur. Dilaltı sümüyün və qalxanabənzər qığırdağın zərərçəkmişin sağ olduğu müddətdə baş verməsi zamanı bu xəsarətlər ümumilikdə sağlamlığa ağır zərərin vurulması kimi dəyərləndirilmişdir (RF Hökumətinin 17 avqust 2007-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi qaydalarının 4 “a” bəndinə və Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194н nömrəli əmri ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarının 6.1.5. bəndinə müvafiq olaraq). Boyunda sağ tərəfdə ön kənar səth boyunca dəriyə qanaxmanın mövcud olması, ağciyər plevrasının aşağısına qansızma (Tardye ləkələri), ağciyər ödəminin, ağciyərlərdə distektazların, meyitdə duru qanın olması, həmçinin dilaltı sümüyün sağ böyük buynuzunun sınığının, qalxanabənzər qığırdağın böyük buynuzunun sınığının zərərçəkmiş şəxs sağ ikən törədilməsini nəzərə alaraq demək olar ki, Y.A. Boyevanın ölümü boyun orqanlarının sıxılması nəticəsində mexaniki asfiksiyadan baş verə bilərmiş. “Göstərilən bədən xəsarətlərin Y.A.Boyevanın boynunun iki əllə sıxılması nəticəsində yaran bilərdimi? Belə olduğu təqdirdə hücum edənin Y.A. Boyeva ilə nisbətdə mümkün yerləşməsi necə idi? Göstərilən bədən xəsarətlərin Y.A. Boyevanın boynunun parça xələt qayışı ilə sıxılması nəticəsində yaran bilərdimi? Belə olduğu təqdirdə hücum edənin Y.A. Boyeva ilə nisbətdə mümkün yerləşməsi necə idi, ilmə zərərçəkmiş şəxs sağ olanda və ya öləndən sonra vurulub? Y.A. Boyeva ölümünə az müddət qalmış təbii formada cinsi əlaqədə olubmu?” suallarına cavab vermək üçün tələb olunan tibbi məlumatlar mövcud olmamışdır. Y.A. Boyevanın meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 1.43%0 miqdarında etil spirti aşkar edilmişdir (məhkəmə-kimyəvi tədqiqatın 17622 nömrəli 17.11.2016cı il tarixli aktı). Y.A. Boyevanın meyitindən götürülmüş qanda aşkar edilmiş etil spirtinin konsentrasiyasının sağ insanlarda sərxoşluğun hansı dərəcəsinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır, belə ki, meyitdə aşkar ifadə olunan çürümə dəyişiklikləri müşahidə edilirmiş. Yalnız bunu demək olar ki, Y.A. Boyeva ölüm anında sərxoş vəziyyətdə olmuşdur. Y.A. Boyevanın meyitindən götürülən qanın tədqiqi zamanı narkotik maddələr, psixotrop və dərman preparatları aşkar edilməmişdir (məhkəmə-kimyəvi tədqiqatın 17623 nömrəli 18.11.2016-cı il tarixli aktı). Meyitin morfoloji xüsusiyyətlərini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Y.A. Boyevanın ölümü 1-4 noyabr 2016-cı il tarixində baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10.02.2017-ci il tarixli 31-pk saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş materiallara əsasən Y.A. Boyevanın aşağıdakı xəsarətləri olmuşdur: 1. Boynun sağ tərəfdən ön kənar sahəsi boyunca dərin dəri qatlarına qanaxma. Bu xəsarət zərərçəkmiş şəxs sağ ikən sıxıcı, zərbəli və ya zərbəli-sıxıcı alətin təsiri nəticəsində əmələ gəlmişdir. Meyitdə çürümə dəyişikliklərin olması səbəbi ilə həmin xəsarətin müddətini müəyyən etmək mümkün olmaşışdır. Bu qəbildən olan xəsarətlər adətən sağlamlığa zərər vurmayan xəsarətlər kimi dəyərləndirilir (Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194н nömrəli əmri ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarının 9 bəndi) 2. Dilaltı sümüyün sağ böyük buynuzunun natamam sınığı. Bu xəsarət sıxıcı, zərbəli və ya zərbəli-sıxıcı alətin təsiri nəticəsində əmələ gəlmişdir. Meyitdə çürümə dəyişikliklərin olması səbəbi ilə həmin xəsarətin müddətini müəyyən etmək mümkün olmamışdır. Bu qəbildən olan xəsarətlər zərərçəkmiş sağ ikən törədildikdə klinik təzahürlərdən və klinik təzahürlər məlum olmadıqda nəticədən asılı olaraq zərərin ağırlıq dərəcəsinə əsasən müəyyən edilir, bu cür qiymətləndirmə mümkün olmamışdır. (Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194н nömrəli əmri ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarının 27 bəndi). Qalxanabənzər qığırdağın sağ böyük buynuzunun tam sınığı, qalxanabənzər qığırdağın sol böyük buynuzunun natamam sınığı. Bu xəsarət sıxıcı, zərbəli və ya zərbəli-sıxıcı alətin təsiri nəticəsində əmələ gəlmişdir. Meyitdə çürümə dəyişikliklərin olması səbəbi ilə həmin xəsarətin müddətini müəyyən etmək mümkün olmamışdır. Bu qəbildən olan xəsarətlər adətən sağlamlığa ağır zərər vuran xəsarətlər kimi dəyərləndirilir (Rusiya Federasiyasının Hökumətinin 17 avqust 2007-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi qaydalarının 4 “a” bəndi, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194н nömrəli əmri ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarının 6.1.5. bəndi). Ekspert komissiyası istisna etmir ki, yuxarıda göstərilən xəsarətlər zərərçəkmiş şəxs sağ ikən törədilib və Y.A. Boyevanın ölüm səbəbi ola biləcək mexaniki asfiksiyanın inkişafı ilə müşayiət oluna bilər. Bu versiyanın düzgün olmasına ağciyər plevrasının aşağısına qansızma (Tardye ləkələri), meyitdə duru qanın olması (meyitin yarılması məlumatlarına görə), ağciyər ödəminin, ağciyərlərdə distektazların (histoloji tədqiqat materiallarına görə) olması dəlalət edir. Belə olan halda, sadalanan xəsarətlər boynun sıxılması nəticəsində mexaniki asfiksiyanın morfoloji komponentləri kimi dəyərləndirilməlidir və həyat üçün təhlükəli sağlamlığa ağır zərərin vurulması kimi qiymətləndirilməlidir (Rusiya Federasiyasının Hökumətinin 17 avqust 2007-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi qaydalarının 4 “a” bəndi, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194н nömrəli əmri ilə təsdiqlənmiş insan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlarının 6.2.10. bəndi). Mexaniki asfiksiya kompleksi formalaşdıqdan sonra, insan məqsədli şəkildə hərəkət edə bilmir. 4, 5-ci suallara cavab: (4. Göstərilən bədən xəsarətlərin Y.A. Boyevanın boynunun parça üzlənməli elektrik şnurla sıxılması nəticəsində yaran bilərdimi? Belə olduğu təqdirdə hücum edənin Y.A. Boyeva ilə nisbətdə mümkün yerləşməsi necə idi, ilmə zərərçəkmiş şəxs sağ olanda və ya öləndən sonra vurulub? 5. Boynun sıxılması neçə dəfə həyata keçirilmişdir?). Yuxarıda qeyd edildiyi kimi, Y.A. Boyevanın meyitində aşkar edilmiş bütün xəsarətlər küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, onların təsiredici səthlərinin xüsusiyyətləri xəsarətlərdə əksini tapmamışdır, ya da toxumaların çürüməsi zamanı itirilmişdir, bu da “Göstərilən bədən xəsarətlərin Y.A. Boyevanın boynunun parça üzlənməli elektrik şnurla sıxılması nəticəsində yaran bilərdimi?” sualına, həmçinin 4-cü sualın ikinci hissəsinə, 5 və 6-cı suallara cavab verməyi mümkünsüz etmişdir. 9-cu suala cavab: (Xəsarətlərin yetirilməsi zamanı Y.A. Boyeva hansı mövqedə (pozada) idi?). “Xəsarətlərin yetirilməsi zamanı Y.A. Boyeva hansı mövqedə (pozada) idi?” sualına cavab vermək üçün tibbi məlumat olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12.11.2016-cı il tarixli 505 saylı məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, 1 nömrəli yataq otağının otaqlararası hissəsində qutunun üzərindən götürülmüş 34x24 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 15x10 mm olan iz, 1 nömrəli yataq otağının otaqlararası hissəsində qutunun üzərindən götürülmüş 34x24 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 25x15 mm olan iz, 2 nömrəli yataq otağının otaqlararası hissəsində qutunun üzərindən götürülmüş 48x34 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 38x25 mm olan iz, 2 nömrəli yataq otağının otaqlararası hissəsində qutunun üzərindən götürülmüş 57x50 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 50x45 mm olan iz, 2 nömrəli yataq otağında şkafın sol rəfindən götürülmüş 25x20 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 20x16 mm olan iz, 2 nömrəli yataq otağında şkafın sol rəfindən götürülmüş 27x23 mm ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 25x17 mm olan iz, 1 nömrəli yataq otağında şkafın sağ qapısından götürülmüş 41x31 ölçülü yapışqan lentin üzərində olan maksimal ölçüsü 35x23 mm olan iz, ağcaqanad torunun bayır hissəsindən götürülmüş 17x13 mm ölçülü detallı fotoşəkil üzərində olan maksimal ölçüsü 14x13 mm olan iz, ağcaqanad torunun bayır hissəsindən götürülmüş 17x13 mm ölçülü detallı fotoşəkil üzərində olan maksimal ölçüsü 17x15 mm olan iz, zalda kamodun orta hissəsindən götürülmüş 17x13 mm ölçülü detallı fotoşəkil üzərində olan maksimal ölçüsü 51x25 mm olan iz şəxsiyyətin müəyyən edilməsi üçün yararlı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13.11.2016-cı il tarixli 506 saylı məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, şüşə fincanın dibində maksimal ölçüləri 22x15 və 22x11 mm olan, iki ədəd sağ əlin barmaqlarının dırnaq falanqasının izi, boşqabın səthində maksimal ölçüləri 18x15 mm olan barmaq izləri, qəndqabının qapağında maksimal ölçüləri 20x9 mm olan barmaq izləri aşkar edilmişdir. 700 ml həcmli plastik şəffaf stəkan, sarı rəngli fincanın iki ədəd sınmış fraqmenti, 0.5 litr həcmli “Russkaya valyuta” araq şüşəsi, 0.25 litr həcmli “Stavropolskiy” konyak şüşəsi, “Prinsessa Nuri” boş karton çay qutusunun üzərində şəxsiyyəti müəyyən etmək üçün yararlı olan izlər aşkar edilməmişdir. Maksimal ölçüləri 22x15 və 22x11 mm olan, şüşə fincanın dibində aşkar edilən iki ədəd iz, maksimal ölçüləri 18x15 mm olan, boşqabın səthində aşkar edilən iz maksimal ölçüləri 20x9 mm olan, qəndqabının qapağında aşkar edilən iz şəxsiyyəti müəyyən etmək üçün yararlı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28.03.2019-cu il tarixli 110 saylı əlavə məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, maksimal ölçüləri 22x15 (şəkil № 3) və 22x11 mm olan (şəkil №4), 43x41 mm olan yapışqan lent üzərinə köçürülmüş fincanın dibində aşkar edilən iki ədəd iz xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının izi ilə eyni olmuşdur. Maksimal ölçüləri 18x15 mm (şəkil № 5) olan, 38x26 mm olan yapışqan lent üzərinə köçürülmüş qəndqabının dibində aşkar edilən iz xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlinin baş barmağının izi ilə eyni olmuşdur. Maksimal ölçüləri 20x9 mm olan 38x26 mm olan yapışqan lent üzərinə köçürülmüş qəndqabının dibində aşkar edilən iz (şəkil № 6) xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16.12.2016-cı il tarixli 7572 saylı məhkəmə-biolojı ekspertizasının rəyindən görünür ki, A.İ. Ələkbərovun, Y.Q. Ələkbərovun və Y.A. Boyevanın genetik profilləri müəyyən edilmişdir 3. Pambıq fraqmentinin üzərindən Y.A. Boyevaya məxsus qan aşkar edilmişdir. Qan olmayan hissədə Y.A. Boyevadan əmələ gəlmiş bioloji material aşkar edilmişdir. Giriş qapısından götürülən yaxmada aşkar edilmiş bioloji izdən götürülmüş DNT-da qarışıq genetik profil aşkar edilmişdir. Bu material şəxsiyyətin müəyyən edilməsi üçün yararlı olmamışdır. Divanın aşağı hissəsində siyirtmə hissəsində üzləmənin fraqmentində Y.A. Boyevaya məxsus qan aşkar edilmişdir. Qan olmayan hissədə Y.A. Boyevadan əmələ gəlmiş bioloji material aşkar edilmişdir. Divanın yuxarı hissəsində siyirtmə hissəsində üzləmənin fraqmentində Y.A. Boyevanın və ən azı bir nəfər kişi cinsindən olan naməlum şəxsin genetik materiallarının qarışması nəticəsində əmələ gəlmiş genetik material aşkar edilmişdir (cədvəl № 2 – obyekt № 11). Həmin qarışıq izdə A.İ. Ələkbərovun və Y.Q. Ələkbərovun DNT-nun olması istisna edilmişdir. Xələt qayışında və divanın yuxarı hissəsində siyirtmə hissəsində üzləmənin fraqmentində aşkar edilmiş DNT-da qarışıq genetik profillər aşkar edilmişdir. Bu material şəxsiyyətin müəyyən edilməsi üçün yararlı olmamışdır. Ədyalın üzərində bir nəfər kişi cinsindən olan naməlum şəxsin bioloji materialı aşkar edilmişdir (cədvəl № 2 – obyekt № 15). Həmin izin A.İ. Ələkbərov və Y.Q. Ələkbərovdan əmələ gəlməsi istisna edilmişdir. Həmçinin ədyalda Y.A. Boyevadan əmələ gəlmiş bioloji material aşkar edilmişdir. Y.A. Boyevanın uşaqlıq yolundan götürülən yaxmada sperma aşkar edilməmiş, Y.A. Boyevadan əmələ gələn epitelial toxumalar aşkar edilmişdir. Y.A. Boyevanın hər iki əlinin dırnaq nümunələrində kənar genetik material aşkar edilməmişdir, Y.A. Boyevaya məxsus DNT aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 19.12.2016-cı il tarixli 7571 saylı məhkəmə-biolojı ekspertizasının rəyindən görünür ki, miqdarın çatışmazlığı və yaxud DNT deqradasiyası səbəbi ilə tükə bənzər obyektin genetik profilini müəyyən etmək mümkün olmamışdır. NEXT in black” markalı siqaretin üç ədəd kötüyü üzərində Y.A. Boyevaya məxsus genetik materiallar aşkar edilmişdir. “NEXT in black” markalı siqaretin iki ədəd kötüyü üzərində bir nəfər naməlum kişi cinsindən olan şəxsə məxsus genetik materiallar aşkar edilmişdir (cədvəl 2 – obyekt № 3, 6). Göstərilən kötüklərdə A.İ. Ələkbərovun və Y.Q. Ələkbərovun DNT olması istisna edilmişdir. “NEXT in black” markalı siqaretin iki ədəd kötüyü, karandaş, iki ədəd siqaret qutusunun, iki ədəd qayçının, üzərində “Maqnit” yazısı olan iki ədəd polimer paketin, elektrik şnurun, keramik fincanın, şüşə fincanın, üç ədəd qədəhin, ütünün üzərində aşkar edilmiş bioloji materialın sahibinin genetik profilinin müəyyən edilməsi miqdarın çatışmazlığı və/yaxud DNT deqradasiyası səbəbi ilə mümkün olmamışdır. Dəsmal, tava, çaydan, “Aşan” yazılı çantada aşkar edilmiş bioloji izlərdən götürülmüş DNT-də qarışıq genetik profillər aşkar edilmişdir. Bu izlər şəxsiyyətin müəyyən edilməsi üçün yararsız olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10.01.2017-ci il tarixli 856 saylı əlavə məhkəmə-biolojı ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Y.A. Boyevanın tumanında sperma aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20.04.2017-ci il tarixli 6/374 saylı əlavə məhkəmə-biolojı ekspertizasının rəyindən görünür ki, Diferensial lizis yolu ilə tədqiqat zamanı Y.A. Boyevanın tumanında 2-4 obyektlərinin spermal fraksiyalarında genetik profilin müəyyən edilməsi üçün kifayət etməyən miqdarda DNT aşkar edilmişdir. 1 nömrəli obyektin spermal fraksiyasında kişi DNT-si aşkar edilməmişdir. 1-3 obyektlərinin epitelial fraksiyalarında Y.A. Boyevadan əmələ gələn genetik profil aşkar edilmişdir. 4 nömrəli obyektin genetik profilin müəyyən edilməsi üçün yetərli olmayan DNT aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22.11.2016-cı il tarixli 508 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, “Mamulya ya tebya lublu vini Azer. Ya nenaviju vsex Alexperov” əlyazmasının X15 və ya digər şəxsə məxsus olmasının müəyyən edilməsi mümkünsüz olmuşdur. Göstərilən yazının hansısa qeyri-adi şəraitdə (hərəkət koordinasiyasının səviyyəsinin aşağı düşməsi, quruluş xüsusiyyətləri, yubanma elementləri ilə tempin bərabərsizliyi) yazılması əlamətləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17.04.2017-ci il tarixli 1/446 saylı əlavə məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, “Mamulya ya tebya lublu vini Azer. Ya nenaviju vsex Alexperov” əlyazması çox güman ki, X15 məxsus olmuşdur. “Mamulya ya tebya lublu vini Azer. Ya nenaviju vsex Alexperov” əlyazması xəttin dəyişdirilməsi niyyətini güdməyən hər-hansı çaşdırıcı amillərin təsirinə dəlalət edə bilərmiş. Lakin, X10 xəttinin nümunələrində qeyri-adi icranın mövcudluğu ona dəlalət edir ki, temp və koordinasiya pozğunluğu icraçıya xas ola bilərmiş. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserin 23 iyul 2020-ci il tarixli 2426 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 27 iyul 2020-ci il tarixli 2424 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.11.2020-ci il tarixli 608/274 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl va həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fealiyyətin müvəqqəti pozulması və kəmağılliq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi faaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xastaliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar va hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyatlərə (şəxsiyyətin tə-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət aməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək va hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək, ölçübbiçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcədə ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciat etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, hazırkı ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət basləməsi, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayat əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış arayışdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının cbar.az internet səhifəsinə daxil olunaraq məzənnə bölməsində 04.11.2020-ci il tarixdə 1 rus rubulun 0.021 manat təşkil etmişdir. Bu da 14.04.2019-cu il tarixli 092/04/2019 saylı məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərin azərbaycan manatı ilə hesabladıqda qara rəngli korpusu olan, 73,89 manat dəyərində 1 (bir) ədəd “Samsung G-1 mini” markalı mobil telefon, 760,84 manat dəyərində 1 (bir) ədəd “HP” markalı dizüstü kompyuter, 585 əyar 206,02 manat dəyərində 1 (bir) ədəd əyilmiş qızıl üzük, 585 əyar 412,04 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 549,38 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük, 585 əyar 412,04 manat dəyərində üzərində çəhrayı rəngli yarıqiymətli daş olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 274,69 manat dəyərində 1 (bir) ədəd qızıl nişan üzüyü; 585 əyar 412,04 manat dəyərində 1 (bir) ədəd geniş ajurlu qızıl üzük; 0.4 sm enində 549,38 manat dəyərində 1 (bir) ədəd qızıl boyunbağı; 892,74 manat dəyərində üzərinə əkizlər bürcünün təsviri işlənmiş 1 (bir) ədəd qızıl kulon; 585 əyar 0.3 sm enində 412,04 manat dəyərində 1 (bir) ədəd geniş qızıl boyunbağı; 206,02 manat dəyərində üzərində Məsihin çarmıxa çəkilmiş təsviri olan 1 (bir) ədəd ajurlu xaçı, Zərərçəkmiş şəxs məxsus 56,78 manat dəyərində 1 (bir) ədəd kapyuşonlu, tünd boz rəngli kişi gödəkcəsi, 111,33 manat dəyərində 1 (bir) ədəd bej rəngli “Adidas” markalı kişi gödəkcəsi,110,73 manat dəyərində 1( bir) ədəd qırmızı bolon gödəkcəsi və 39,65 manat dəyərində 1 (bir) ədəd qara rəngli kişi çəkməsi olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 noyabr 2020-ci il tarixli 419 nömrəli arayışından və 453 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri X22, oğlu X2 (12.06.2010) və qızı X3 (26.12.2012) ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşamışlar və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 yanvar 2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs klinik, labarator və instrumental müayinələr keçirildiyi, cərrah tərəfindən kansultasiya olunduğu, ilkin olaraq “Boynun sol tərəfinin limfadeniti?” diaqnozu müəyyənləşdirildiyi və cərrahiyə şöbəsinə köçürüldüyü, xəstəyə onkoloqun baxışı olduğu, diaqnozun dəqiqləşdirilməsi üçün törəmədən biopsiyanın götürülməsinin məsləhət görüldüyü, törəmədən biopsiya götürülərək histoloji müayinə üçün Milli Onkologiya Mərkəzinə göndərildiyi, nəticədə bədxassəli onkoloji proses histoloji olaraq təsdiqləndiyi, prosesin yayılma dərəcəsini müəyyənləşdirmək üçün Milli Onkologiya Mərkəzində xəstəni endoskopik və boyun nahiyyəsinin kompyuter tomoqrayifa müayinəsindən keçirilməsinə tibbi göstəriş verildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 08 iyul 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 iyun 2020-ci il tarixdə məktubdan və Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarından görünür ki, 23.06.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılaraq Gəncə şəhər Baş polis idarəsinin MSY-nə təhvil verilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs X13 öldürməməsinə, onun hazırki iş üzrə Şahid1 tərəfindən öldürülməsinə və sonuncu tərəfindən ona yalnız zərərçəkmiş şəxsə məxsus iki ədəd qızıl sep verilməsinə dair ifadələri işin faktiki hallarına uyğun olmadığından və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, telefon məlumatları, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları, cinayət işinin materialları ilə tam və birbaşa olaraq təkzib olunduğuna görə həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadələrini xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş və özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirərək ifadələri həmin hissədə sübut kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidləri ifadələrini, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 15-ci bəndinə görə quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 24-cü bəndində qeyd edilir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının CM-nin 12.5-ci maddəsinə əsasən CM-nin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza ərazisində cinyət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Yuxarıda qeyd edilən plenum qərarında qeyd edilən hüquqi mövqe məhz təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların vəziyyətini yaxşılaşdıran normaların tətbiq edilməsidir. Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsində on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzaları, həmin məcəllənin 181.3.3-cü maddəsində isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin “v” bəndinə əsasən quldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “z” bəndinə əsasən quldurluqla əlaqədar qəsdən adam öldürmə 8-ci ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası və ya ölüm cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Rusiya Federasiyasının Cinayət qanununun yuxarıda qeyd edilən normalarında təqsirləndirilən şəxsin təqsirli bildiyi maddələr üzrə azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edilmiş eyni normalar üzrə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən Rusiya Federasiyasının Cinayət qanununun tələbləri nəzərə alınmalıdır. Məhkəmə həmin mövqeyini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe baxımındanda düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməllər xüsusilə ağır cinayət hesab edildiyindən və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 23 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan giriş qapısının əl tutacağının yaxması ilə tənzif tampon; qapı kilidi; qırmızı rəngli qayış; qonur rəngli ləkələrlə tənzif tampon; pled; üç hisədən ibarət divanan kəsiklər; ütü; əlyazısı mətni olan dəftər; əl barmaq izləri; Y.A.Boyevanın qan nümunələri olan iki kağız zərf; Y.A.Boyevanın saç nümunələri olan altı kağız zərf; Y.A.Boyevanın hər iki əlindən dırnaq plastinaları kəsikləri ilə iki kağız zərf; Y.A.Boyevanın uşaqlıq yolundan yaxma ilə kağız zərf; saça bənzər obyektlə kağız zərf; içində elektrik şnur olan kağız zərf; içində iki rümka olan kağız zərf; içində iki qayçı olan iki kağız zərf; içində qara rəngli tava olan polimer paket; içində şuşə krujka olan kağız zərf; içində keramik krujka olan kağız zərf; içinə iki qutu siqaret olan kağız zərf; içində çaydan olan polimer paket; içində qara rəngli karandaş olan kağız zərf; içində yeddi siqaret kötüyü olan kağız zərf; ağ-göy rəngli dəsmal olan kağız zərf; içində yaşıl rəngli ikili tutacağı olan çanta; içində iki ədəd polimer paket olan kağız zərf, içində rəngli şəkilli şüşə rümka olan kağız zərf; Y.K.Ələkbərovun bukkal epiteliy nümunəsi, Şahid1 bukkal epiteliy nümunəsi, A.P.Teterevyatnikovun bukkal epiteliy nümunəsi; Y.İ.Azanovun bukkal epiteliy nümunəsi, S.V.Bondaryovun bukkal epiteliy nümunəsi; M.V.Sklyarovun bukkal epiteliy nümunəsi; V.A.Kuzinin bukkal epiteliy nümunəsi Y.A. Boyevanın qırmızı işləməli qadın alt tumanı; üzərində əlyazma olan broşüra, çaydana elektrik qidalı altlıq, qənd qabı, boşqab, şüşə qab fraqmentləri məhv edilməli, 03.11.2016-cı il saat 00:00:00-dan 04.11.2016-cı il 23:59:00 kimi ********** abonent nömrəsinin birləşmələrinin 5 vərəqdə detallaşması, abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin 7 vərəqdə detallaşması, cənub və şimali-qafqaz federal dairələri ərazisində "MTS" PSC filiallarının şəbəkəsində **********8 abonent nömrəsi üzrə 01.11.2016-cı il saat 00:01:00-dan 05.11.2016-cı il saat 23:59:00 kimi birləşmələrinin detallaşması 1 vərəqdə detallaşması, abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01-dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin 5 vərəqdə detallaşması, xx xxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına daktiloskopik kartının surəti; tutumu 8 GB "Smartbuy" ağ rəngli korpuslu USB cinayət işinin materiallarında saxlanılmalı, sarı metaldan yastı toxumalı zəncir; sarı metaldan dairəvi toxumalı zəncir, üzərində Məsihin çarmıxa çəkilmiş ağ rəngli təsviri olan sarı metaldan hazırlanmış xaçın X11 20.09.2019-cu il tarixli qərar əsasında qaytarılması, 700 ml tutumu olan şəffaf plastik materialdan stəkan; 0.5 litr tutumlu “Russkaya valyuta” araq butulkası; 0.25 litr tutumlu “Stavropolskiy” konyakının şüşə butulkası; “Prinsessa Nuri” çayının qırmızı rəngli boş karton qutusu; “Head and Shoulders” şampunun plastik flakonu; iki çömçə; “Free and free” qırmızı rəngli plastik flakon püskürdücü ilə; pyezo – alışqanın öz sahibinə, yəni qətlə yetirilmiş Y.A. Boyevanın anası X11 02.12.2019-cu il tarixli qərarla qaytarılması; 4 ədəd polimer karnizin X7 02.12.2019-cu il tarixli qərarla qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi ziyan yoxdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər prokurorluğunda saxlanılan giriş qapısının əl tutacağının yaxması ilə tənzif tampon; qapı kilidi; qırmızı rəngli qayış; qonur rəngli ləkələrlə tənzif tampon; pled; üç hisədən ibarət divanan kəsiklər; ütü; əlyazısı mətni olan dəftər; əl barmaq izləri; Y.A.Boyevanın qan nümunələri olan iki kağız zərf; Y.A.Boyevanın saç nümunələri olan altı kağız zərf; Y.A.Boyevanın hər iki əlindən dırnaq plastinaları kəsikləri ilə iki kağız zərf; Y.A.Boyevanın uşaqlıq yolundan yaxma ilə kağız zərf; saça bənzər obyektlə kağız zərf; içində elektrik şnur olan kağız zərf; içində iki rümka olan kağız zərf; içində iki qayçı olan iki kağız zərf; içində qara rəngli tava olan polimer paket; içində şuşə krujka olan kağız zərf; içində keramik krujka olan kağız zərf; içinə iki qutu siqaret olan kağız zərf; içində çaydan olan polimer paket; içində qara rəngli karandaş olan kağız zərf; içində yeddi siqaret kötüyü olan kağız zərf; ağ-göy rəngli dəsmal olan kağız zərf; içində yaşıl rəngli ikili tutacağı olan çanta; içində iki ədəd polimer paket olan kağız zərf, içində rəngli şəkilli şüşə rümka olan kağız zərf; Y.K.Ələkbərovun bukkal epiteliy nümunəsi, Şahid1 bukkal epiteliy nümunəsi, A.P.Teterevyatnikovun bukkal epiteliy nümunəsi; Y.İ.Azanovun bukkal epiteliy nümunəsi, S.V.Bondaryovun bukkal epiteliy nümunəsi; M.V.Sklyarovun bukkal epiteliy nümunəsi; V.A.Kuzinin bukkal epiteliy nümunəsi Y.A. Boyevanın qırmızı işləməli qadın alt tumanı; üzərində əlyazma olan broşüra, çaydana elektrik qidalı altlıq, qənd qabı, boşqab, şüşə qab fraqmentləri məhv edilsin, 03.11.2016-cı il saat 00:00:00-dan 04.11.2016-cı il 23:59:00 kimi ********** abonent nömrəsinin birləşmələrinin 5 vərəqdə detallaşması, abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01-dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin 7 vərəqdə detallaşması, cənub və şimali-qafqaz federal dairələri ərazisində "MTS" PSC filiallarının şəbəkəsində **********8 abonent nömrəsi üzrə 01.11.2016-cı il saat 00:01:00-dan 05.11.2016-cı il saat 23:59:00 kimi birləşmələrinin detallaşması 1 vərəqdə detallaşması, abonent nömrəsi (CTN): ********** müddət 01.11.2016-cı il saat 00:01-dən 05.01.2016-cı il saat 23:59 kimi abonent nömrəsinin birləşmələrinin 5 vərəqdə detallaşması, xx xxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına daktiloskopik kartının surəti; tutumu 8 GB "Smartbuy" ağ rəngli korpuslu USB cinayət işinin materiallarında saxlanılsın, sarı metaldan yastı toxumalı zəncir; sarı metaldan dairəvi toxumalı zəncir, üzərində Məsihin çarmıxa çəkilmiş ağ rəngli təsviri olan sarı metaldan hazırlanmış xaçın X11 20.09.2019-cu il tarixli qərar əsasında qaytarılması, 700 ml tutumu olan şəffaf plastik materialdan stəkan; 0.5 litr tutumlu “Russkaya valyuta” araq butulkası; 0.25 litr tutumlu “Stavropolskiy” konyakının şüşə butulkası; “Prinsessa Nuri” çayının qırmızı rəngli boş karton qutusu; “Head and Shoulders” şampunun plastik flakonu; iki çömçə; “Free and free” qırmızı rəngli plastik flakon püskürdücü ilə; pyezo – alışqanın öz sahibinə, yəni qətlə yetirilmiş Y.A. Boyevanın anası X11 02.12.2019-cu il tarixli qərarla qaytarılması; 4 ədəd polimer karnizin X7 02.12.2019-cu il tarixli qərarla qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi2 hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-17/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-17/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver