Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-17/2023 16.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid7, Şahid9, Şahid15 və Şahid20 və müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X19 iştirakları ilə, xx xxx 1992-ci ildə Şəmkir rayonu, Dəllər-cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər-cəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx.xx.2015ci il tarixli 252-k saylı əmrlə ədliyyə orqanlarında qulluğa qəbul edilərək Ağstafa Rayon İcra Şöbəsinə stajor vəzifəsinə, xx.xx.2016-cı il tarixli 101-s saylı əmrlə sınaq müddəti ilə Xankəndi Şəhər İcra Qrupunun icra məmuru vəzifəsində işləyərkən xidməti zərurətlə Ağstafa Rayon İcra Şöbəsinə ezam olunub, xx.xx.2017-ci il tarixli 407-k saylı əmrlə struktur dəyişikliyi nəticəsində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru adlandırılmış Şəmkir Rayon İcra Şöbəsinin icra məmuru vəzifəsinə təyin edilməklə xx.xx.2021-ci il tarixli 14-k saylı əmrlə ədliyyə orqanlarından xaric edilənədək həmin vəzifədə işləyərkən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinin iddiaçı Şahid2 əmlak tələbinə dair xx.xx.2018-ci il tarixli 2(104)-4604/2018 saylı qətnaməsinin icra edilməsi ilə bağlı icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş 66322/2019 saylı icra işi üzrə Şahid2 və uşaqlarını ünvan 1 ünvanındakı 0,10 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, qeyd edilən 0,10 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin, habelə Şəmkir rayonu, Könüllü kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının qətnamədə müəyyən edilmiş pay üzrə Şahid2 mülkiyyətinə verilməsini təmin etməli olduğu halda, tələbkar Şahid2 əmlak tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)- 3443/2017 saylı qətnaməsinin icra edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş icra işi üzrə tanıdığı və tələbkara qətnamədə qeyd edilən ayrı-ayrı növdən və müxtəlif qiymətdə olan qızıl zinət əşyalarının dəyərinin qismən ödənilməsini təmin etməsi ilə aralarında etibarlı münasibət yaranmış Şahid2 2020-ci ilin may ayında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra işinin vəziyyəti barədə özündən maraqlandığı zaman cinayətkar niyyətinin realizəsinə başlayaraq Şahid2 əmlakını ələ keçirmək məqsədilə, işi həll edəcəyini, fərdi yaşayış evini və qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil veriləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən icra qurumunun vəzifəli şəxsi kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla, həmin puldan 5.000 manat məbləğinin əvvəlcədən, qalanını isə hissə-hissə olmaqla verilməsi barədə Şahid2 ilə sövdələşib, həmin adla sonuncudan xx.xx.2020-ci il tarixdə kirayə yaşadığı ünvan 2 ünvanda yerləşən 7 saylı mənzildə 5.000 (beş min) manat, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 7 saylı mənzildə 3.260 (üç min iki yüz altmış) manat olmaqla, cəmi 8.260 (səkkiz min iki yüz altmış) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 8.260 (səkkiz min iki yüz altmış) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə icraatında olan Şəmkir şəhər sakini Şahid3 aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-564/2020 saylı qətnaməsi üzrə 64088/2020 saylı icra işi ilə əlaqədar, sonuncu alimentin vaxtında ödənilməsi üçün ərizə yazmaqdan ötrü 2020-ci ilin iyun ayında özünə müraciət etdiyi zaman Şahid3 Gəncə şəhərində yerləşən Xəzər Təhsil Mərkəzinin tibb bacısı ixtisasını bitirdiyini və onun bacısı Şahid5 da işsiz olduğunu öyrəndikdən sonra cinayətkar niyyətinin realizəsinə başlayaraq guya Şahid3 və Şahid5 Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb bacısı işinə qəbul etdirmək imkanına malik olmasını həmin görüşləri zamanı onlara yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Xəstəxanada guya baş həkim vəzifəsində işləyən şəxsə tanışı olmaqla həmin Xəstəxanada kadrlar Şöbəsinin rəisi vəzifəsində işləyən “Nəzakət” adlı qadın vasitəsilə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 və Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni onların ixtisasları üzrə həmin xəstəxanada işə qəbul edilmələrinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 aldatmaqla bildirib, həmin pulun 5.000 manat məbləğinin əvvəlcədən, qalan 1.000 manatını isə inandırmaq üçün guya işə qəbul barədə əmr verildikdən sonra alacağını yalandan vəd edərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin adla Şahid3 cinayətdən xəbərsiz bacısının əri Şahid4 xx.xx.2020-ci il tarixdə kirayədə yaşadığı ünvan 3 ünvanında 4.000 manat, xx.xx.2020-ci il tarixdə isə Şəmkir şəhəri ərazisində yerləşən “Xaqani parkı”nda 1.000 manat olmaqla, cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayon Məhkəməsinin iddiaçı X16 10.000 manat məbləğində kompensasiya verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli 2(076)-3912/2019 saylı qətnaməsinin icra edilməsi ilə bağlı hər hansı icra sənədi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmadığı halda, icraatında tələbkar X16 aliment ödənilməsi və X6 Şahid8 yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə əlaqədar icra işləri üzrə əvvəlcədən tanıdığı və aralarında etibarlı münasibət yaranmış Şahid8 2(076)-3912/2019 saylı qətnamənin icrası ilə əlaqədar kompensasiya ödənişini ödəmək istədiyini xx.xx.2020-ci il tarixdə özünə bildirdikdən sonra öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə kompensasiya ödənişi kimi tələbkar Məsmə İbrahimovaya ödəyəcəyi adı ilə Şahid8 11.000 manat məbləğində pul vəsaitini istəyərək, həmin icra işi özünün icraatına verildiyi təqdirdə özü tərəfindən ödəniş ediləcəyini, qeyrisinin icraatına verildiyi halda isə pulu həmin icra məmuruna verəcəyini Şahid8 yalandan vəd edərək, sonuncunu inandırıb etibarını qazandıqdan sonra, sonuncudan xx.xx.2020-ci il tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasındakı xidməti otağında 11.000 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edib, bundan sonra, eyni niyyətlə, Şahid8 Rusiya Federasiyasına getdikdən sonra ona, qarşı tərəfin iddia tələbi ilə Gəncə Apelyasiya Məhkəməsinə müraciət etməsini bildirib, qeyd edilən məsələnin məhkəmədə müsbət həlli üçün həmin məhkəmənin özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla pul vəsaiti qismində maddi nemətin rüşvət qismində verilməsinin zəruriliyinə Şahid8 və sonuncunun arvadı Şahid7 aldatmaqla inandırıb, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin şəxslərin razılığını almaqla onlarla sövdələşib, həmin adla Şahid7 sonuncunun yaşadığı evdə 2020ci ilin sentyabr ayında 1.500 manat, 2020-ci ilin oktyabr ayında 1.000 manat, 2020-ci ilin noyabr ayında 1.300 manat, 2020-ci ilin dekabr ayının ortalarında 500 manat, 2020-ci ilin dekabr ayının sonlarında isə Şəmkir bazarının qarşısında 1.400 manat olmaqla, Şahid7 cəmi 5.700 manat məbləğində pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada Şahid8 məxsus cəmi 16.700 (on altı min yeddi yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1972/2019 saylı qətnaməsinin icra edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş 109229/2019 saylı icra işi üzrə tələbkar Şahid11 azyaşlı uşaqları ilə birlikdə Şahid9 və qeyrilərinin istifadəsində olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini təmin etməli olduğu halda, Şahid9 və ailəsinin Şahid11 ilə mübahisəsinin olmasını və həmin şəxslərin sonuncunun onların evlərində yaşamasını istəmədiklərini öyrəndikdən sonra cinayətkar niyyətinin realizəsinə başlayaraq Şahid9 əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə sonuncu və qeyrilərinin yaşadığı evin həyətinə gəlib icra hərəkəti aparması görüntüsünü yaradaraq orada Şahid11 həmin evə köçməməsi müqabilində kompensasiya ödənişinin verilə biləcəyini deyib bu məzmunda akt tərtib edərək Şahid9 inandırıb etibarını qazandıqdan sonra, kompensasiya ödənişinin müəyyən edilməsinin özünün səlahiyyətində olduğunu, özü tərəfindən sənədləşdirmə işlərinin aparılacağını, ona kompensiyasiya ödənişi verildikdən və həmin ödəniş də özü tərəfindən tələbkar Şahid11 çatdırıldıqdan sonra icra işinə öz qərarı ilə xitam veriləcəyini, həm ödəniş edilməsi, həm də icra işinə xitam olunması barədə müvafiq sənədi özünün ona təqdim edəcəyini yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən icra qurumunun vəzifəli şəxsi kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 7.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2020-ci il tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında Şahid9 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid9 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-204/2016 saylı qətnaməsinin icra edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş 42546/2020 saylı icra işi üzrə tələbkar Şahid17 azyaşlı uşağı ilə birlikdə borclu Şahid16 məxsus Şəmkir rayonu, Xuluf kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini təmin etdiyi və xx.xx.2020-ci il tarixdə icra işinə xitam verdiyi halda, Şahid17 keçmiş əri Şahid15 və keçmiş qaynanası Şahid16 ilə mübahisəsinin olmasını və həmin şəxslərin Şahid17 həmin evdə yaşamasını istəmədiklərini öyrəndikdən sonra, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid15 əmlakını ələ keçirmək məqsədi ilə, Şahid15 2020-ci ilin sonlarında 2.000 manat və 2021-ci ilin əvvəllərində 2.000 manat olmaqla, cəmi 4.000 manat kompensasiya ödənişi verilməsi müqabilində Şahid17 qeyd edilən yaşayış evindən çıxarılacağını, 2021-ci ilin fevral ayında 2.000 manat məbləğində pulu Şahid17 verdikdə guya onun evdən çıxması barədə sənəd tərtib edəcəyini, həmin sənədə sonuncu tərəfindən imza olunacağını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün həmin icra qurumunun vəzifəli şəxsi kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid15 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2020-ci il tarixdə Şahid15 1.500 manat məbləğində pul vəsaitini Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında həmin şöbənin mühafizəçisi işləyən cinayətdən xəbərsiz Şahid19 vasitəsilə, eyni niyyətlə, xx.xx.2020-ci il tarixdə isə 500 manat pul vəsaitini Şahid15 Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında şəxsən alaraq həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid15 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə payın natura formasında ayrılmasına dair Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli 2(076)-312/2020 saylı qətnaməsinin icra edilməsi ilə bağlı icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş 106875/2020 saylı icra işi üzrə əmlakın natura formasında ayrılması ilə əlaqədar icra sənədini icra etməli olduğu halda, xx.xx.2020-ci il tarixdə tələbkar Şahid20 icra işinin hərəkətsiz qalması ilə əlaqədar özünə müraciəti zamanı cinayətkar niyyətini realizə edərək sonuncuya torpaq sahəsinə gəlib ölçmə işlərini aparacağını, həmçinin məhkəmə qərarı ilə onun mülkiyyətinə verilmiş torpaq sahələrini tamamilə onun mülkiyyətinə verəcəyini yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Şəmkir rayon Məhkəməsində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid20 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 550 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid20 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2020-ci il tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasındakı xidməti otağında 550 (beş yüz əlli) manat məbləğində pul vəsaitini Şahid20 alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid20 məxsus 550 (beş yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç kimi rüşvət verməyə təhrik etməmiş, Şahid2 ona rüşvət verməmiş, icraatında onunla bağlı olmuş icra işi ilə bağlı Gülnardan pul almamış, pula ehtiyacı olduğu üçün, Gülnardan sadəcə olaraq hissə-hissə olmaqla, ümumilikdə 8000 manat faizə pul götürmüş, qeyd edilən puldan 3300 manat məbləğində pulu qaytarmış, həmin pulun 1000 manat hissəsini Gülnara onun tələbi ilə sonuncunun adını xatırlamadığı qohumu vasitəsilə vermişdir. Bundan başqa, Şahid1 tələbi əsasında Zərərçəkmiş şəxs sərhəd keçməsinə məhdudiyyət qoyulmuş, sonra da Ulduzun xahişi əsasında Sadayın sərhəd keçməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmış, Şəmkir rayon Məhkəməsinin “borc tələbinin təmin edilməsinə dair” xx.xx.2017-ci il tarixli 2(076)-1319/2017 saylı qətnaməsinin icra edilməsi ilə bağlı icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş 187341/2017 saylı icra işi üzrə borclu Zərərçəkmiş şəxs qətnamədə qeyd edilən müxtəlif növ qızıl zinət əşyalarının, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 1.950 (bir min doqquz yüz əlli) manatın alınıb tələbkar Şahid1 ödənilməsini icra etməli olmuş, qeyd edilən icra işi üzrə borclu Zərərçəkmiş şəxs Şahid1 ödənilməsi üçün özünə etibar etməklə borcun ödənişi qismində verdiyi 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini ondan aldıqdan sonra, həmin pul vəsaitinin tələbkar Şahid1 ödənilməsini təmin etməyərək əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına istifadə etmişdir. Sonra həmin pulun hamsını Zərərçəkmiş şəxs qaytarmışdır. xx.xx.2017-ci il tarixdən etibarən Şəmkir Rayon İcra Şöbəsində icra məmuru vəzifəsində işləmişdir. 2018-ci ilin fevral ayında Ədliyyə Nazirliyində struktur dəyişikliyi olmuş və Şəmkir Rayon İcra Şöbəsinin adı dəyişdirilərək Şəmkir Rayon İcra və Probasiya Şöbəsi adlandırılmışdır. İşlədiyi dövr ərzində kobud qanun pozuntularına yol verdiyi üçün, xx.xx.2020-ci il tarixdə sərəncama götürülmüş, xx.xx.2021-ci il tarixdə isə ədliyyə orqanlarından xaric edilmişdir. Şəmkir RİPŞ-nin icra məmuru vəzifəsində işlədiyi dövr ərzində, Şahid11 və azyaşlı uşaqlarını keçmiş qaynatası Şəmkir rayon Şiştəpə kənd sakini Şahid9 evinə köçürülməsinə dair Şəmkir Rayon Məhkəməsinin qərarını icra etməkdən ötrü 2020-ci ilin təxminən avqust ayında Şahid9 həyətyanı sahəsinə getmişdir. Lakin icra hərəkətləri apardığı zaman, tələbkar Şahid11 borclu Şahid9 məxsus evdən istifadə hüququna xitam verilməsi müqabilində 7000 manat məbləğində kompensasiya ödənişi ödənilməsi ilə əlaqədar tərəflər öz aralarında razılığa gəlmişlər. Həmin təklifi Şahid9 arvadı Flora vermişdir. O, da yüksək məbləğlərdə olan borclarını ödəmək üçün, 2020-ci ilin təxminən avqust və ya sentyabr ayında Şahid9 Şəmkir RİPŞ-yə çağırmış və Şahid11 verəcəyini deyərək həmin tarixdə öz xidməti otağında Şahid9 arvadı Şahid10 yanında kompensasiya ödənişi kimi 7000 manat pul vəsaitini almışdır. İcra məmurunun ödənişi nağd formada almamalı olduğunu bilsə də, həmin vaxtlar pula ehtiyacı olduğu üçün, vətəndaşlara, o cümlədən Şahid9, pulu nağd formada ona ödəməsini və o da həmin pulu tələbkara ödəyəcəyini, bundan sonra Şahid11 ərizə verəcəyini və işi bağlayacağını demişdir. Həmin vaxt borclarının çox olması səbəbindən Şahid9 verdiyi ödənişi ödəyə bilməsə də, bir müddət sonra Şahid9 arvadı ilə birlikdə Şəmkir RİPŞ-yə gəlib ondan şikayət etdikdə, onlara həmin vaxt Şəmkir RİPŞ-nin rəisi vəzifəsində işləmiş Şahid25 yanında 4000 manat məbləğində pulu hazırda, qalan pulu isə sonra verəcəyini bildirmişdir. Şahid9 və arvadı bununla razılaşmamış və pullarının dərhal və tam şəkildə verilməsini tələb etmişlər. İcra üsulunun dəyişdirilməsi, o cümlədən evdən istifadə və yaşayış hüququna xitam verilməsi məhkəmənin səlahiyyətindədir. O, işi bağlayacağını deyərkən, Şahid11 ərizəsini alıb məhkəməyə göndərəcəyini, məhkəmənin işə xitam verəcəyini nəzərdə tutmuşdur. Şahid15 qarşı da eyni qanun pozuntusuna yol vermiş, sonuncunun keçmiş arvadı Şahid17 Şahid15 anası Şahid16 evinə köçürülməsi ilə əlaqədar məhkəmə qərarını tam olaraq icra etmiş, Könül həmin evdə yaşamışdır. Lakin bir müddət sonra Könül bildirmişdir ki, 4000 manat müqabilində həmin evə köçürülmə tələbindən imtina edir, 2000 manat pulu hazırda, 2000 manat pul isə bir il ərzində verilməsinə razıdır. O, da bunu Raminə bildirmişdir. Ramin əvvəlcə 2020-ci ilin sentyabr ayında 1500 manat məbləğində pul gətirmişdir. Həmin vaxt o, işdə olmadığı üçün, Şəmkir RİPŞ-də mühafizəçi işləyən Bəhruzla danışmış, sonuncuya Ramin adlı şəxsin rəsmi olaraq ödəniş etməli olduğunu, həmin ödənişi götürməsini bildirmişdir. Bir müddət sonra işə qayıtdıqda həmin pulu Bəhruzdan götürmüşdür. Bundan sonra, qısa müddət ərzində Şahid17 ona zəng edib pulun ödənilib-ödənilmədiyini soruşmuş, o isə pulun onda olduğunu demişdir. Könül pulu tam şəkildə almaq istədiyini ona bildirmişdir. Lakin həmin vaxt borcu çox olduğu üçün, Raminin verdiyi 1500 manat məbləğində pulun bir hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmiş, bir hissəsini isə borclarını vermək üçün istifadə etmişdir. Təxminən 2020-ci ilin oktyabr ayında Ramin 500 manat pulu da gətirib Şəmkir RİPŞ-nin inzibati binasında təklikdə olduqları zaman ona vermiş, borcları çox olduğundan həmin pulu da Könülə vermədən borclarını ödəmək üçün sərf etmişdir. Ramin ona 500 manat pulu verdiyi vaxt sonuncu onun yanında olarkən Könülə zəng edib bu barədə bildirmiş, lakin həmin pulu Könülə vermək fikri olmamışdır, çünki borcu həddindən artıq çox olmuşdur. Bu səbəbdən də, Raminin yanında Könülə zəng etdikdə, Gəncəyə getməli olduğunu, buna görə də, həmin pulu Könülə verə bilməyəcəyini bildirmişdir. Növbəti günlərdə Könül yenə ona zəng etdikdə, o həmin vaxt Şəmkir şəhərində işdə olduğu halda, Bakıda olduğunu bildirmişdir. Bu zaman Könül işə gəlmiş və ondan hansı səbəbdən yalan danışmasını soruşmuş, o da yalandan pulun Pərviz müəllimin seyfində olduğunu demişdir. Pərviz müəllimin otağında söhbət etdikləri zaman Könülə bildirmişdir ki, 1000 manat pulu hazır etmişdir, həmin pulu verib, qalanını da sonra verər. Lakin Könül razı olmamış və pulun hamısını verməsini bildirmişdir. X6 üç azyaşlı uşağı ilə birlikdə sonuncunun keçmiş qaynatası olan Rusiya Federasiyası vətəndaşı Şahid8 yaşadığı Şəmkir rayon Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair məhkəmə qətnaməsini tam olaraq icra etmişdir. Daha sonra, Şahid8 M.İbrahimovanın onun evindən istifadə və yaşayış hüququna 11.000 manat məbləğində kompensasiya ödənişi qarşılığında xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə Şahid8 həmin iddiasını təmin etmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Şəmkir RİPŞ-yə göndərilmiş, həmin qətnamənin icrası Aqil Məmmədova həvalə edilmiş, lakin həmin qətnamədən apelyasiya şikayəti verildiyindən, icra sənədinin icrası dayandırılmışdır. Buna görə də, qeyd olunan 11.000 manatın Məsmə İbrahimovaya verilməsi təxirə salınmışdır. Həmin icra işi onun icraatında olmasa da, kəskin şəkildə artan borcları səbəbilə qeyd edilən 11.000 manat pula ehtiyacı olmuşdur. Şahid8gilin əvvəlki işləri, o cümlədən Məsmə İbrahimovaya ödənilməli olan aliment işi və sonuncunun Şahid8 evinə köçürülməsi ilə əlaqədar icra işləri onun icraatında olmuşdur. Həmin icra işlərini icra edərkən Şahid8la onun arasında etibarlı münasibət yaranmışdır. Çünki Şahid8 aliment ödənişini çox vaxt ondan nağd formada alıb, dərhal da M.İbrahimovaya çatdırmışdır. M.İbrahimovaya 11.000 manat kompensasiya ödənilməsi barədə məhkəmə qərar qəbul etdikdən sonra, Şahid8 etibarlı bildiyi üçün ona yaxınlaşıb 11.000 manat pulun hansı qaydada ödənilə biləcəyini ona bildirdikdə, o iş onun icraatına verilsə, həmin pulu özü ödəyəcəyini, başqa icra məmurunun icraatına verilsə də, başqa icra məmuruna verəcəyini və həmin icra məmurunun ödəyəcəyini demişdir. Şahid8 isə 2020-ci ilin iyul ayında onun xidməti otağında təklikdə olduqları zaman 11.000 manat məbləğində pulu ona verərək, Rusiyaya gedəcəyini, tələsdiyini, həmin pulun ödənilməsi üçün arvadı Laləyə köməklik etməsini ona demişdir. O da, həmin pulu alıb dərhal borclarını ödəmişdir, çünki borcları çox olmuşdur. Sonradan isə həmin pulu qaytara bilməmişdir. Şahid7 pul almamış, pulu yalnız Şahid7 əri Şahid8 almışdır. Ona Xanoğlan və Lalə İbrahimovlar ailəsindən yalnız bir dəfə 2020-ci ilin iyul ayında Şahid8 tərəfindən 11.000 manat pul verilmişdir. Anası Şahid21 həqiqətən də, Şahid7 ilə onların evində görüşüb iki gün ərzində 11.000 manatın qaytarılması barədə cızıqlı kağızda qeyd edib, həmin qeydi öz imzası ilə təsdiq etmişdir, istintaq zamanı Şahid7 götürülmüş cızıqlı kağızdakı 11.000 manat qaytarılması ilə əlaqədar yazılar və altındakı imza anası Məlahətə məxsusdur. Şahid7 mobil telefonundan CD diskə köçürülməklə götürülmüş “narahat olmaması, tez müddətdə yekunlaşdırılacağı, evimizin satılacağı və pullarının veriləcəyi” və s. kimi sözlərdən ibarət səs yazılarının hamısı onundur, həmçinin, “2-ci gün veriləcək tam şəkildə, səbrli olun, uje hər şey hazırdı, Bakıdayam, 2-3 günə yekunlaşacaq, iki 3 gün də dözün”, “Bildim, Bakıdayam, 18 i həll eliyərik, Bu sondu, Yüz faiz”, “Hələ burdayam iki üç günə gələcəm, İşlərlə bağlı həftə sonuna kimi burdayam” kimi ismarıcları da onun tərəfindən Şahid7 göndərilmişdir. Həmin vaxt o, pulları ödəmək istəmiş, lakin evi satılmamışdır. İbtidai araşdırma zamanı Şahid17 təqdim etdiyi səs yazısında, sabah yüz faiz həll ediləcəyi və oxşar məzmunda sözlər onun tərəfindən səsləndirilmişdir. Şahid3 və bacısı Aynuru tibb bacısı işinə düzəltmək adı ilə 5000 manat pulu hissə-hissə almış, birinci dəfə 4000 manat pulu 2020-ci ilin iyul ayının sonlarında Aynurun əri Emindən sonuncunun yaşadığı evdə almış, Emin həmin vaxt evdə olan Aynur, Aygün və Bənövşənin yanında ona pulu vermişdir. İkinci dəfə 2020-ci ilin avqust ayının əvvəllərində Eminlə Komsomol parkında görüşmüş və orada Emin ona təklikdə olduqları zaman 1000 manat pul vermişdir. X7 Şəmkir rayon Dəllər-cəyir kənd sakini kimi tanıyır, lakin başqa tanışlığı, qohumluğu, əlaqəsi, şəxsi və ya qərəzli münasibəti yoxdur. O, Aygünü işə düzəltmək adı ilə pul aldığı zaman, sonuncunu işə düzəltmək niyyəti olmamışdır. O, Aygünün etibarını tam olaraq qazanmaq üçün, yuxarı vəzifəli şəxs tərəfindən onların tibb bacısı işinə düzələcəyini, onların verdiyi pulun ona deyil, yuxarı vəzifəli şəxslərə çatacağını demiş, lakin konkret ad, o cümlədən Nəzakət Dostuyevanın adını çəkməmişdir. Sadəcə olaraq pula ehtiyacı olduğundan və əvvəllər də Aygünün aliment işi onda olduğundan aralarında etibarlı münasibət olduğu üçün sonuncunu aldadıb bacısının əri Emindən pul almış, lakin sonradan onların pulunu tam şəkildə geri qaytarmışdır. Onlardan aldığı pulu da borc götürdüyü pullar əvəzini vermək üçün sərf etmişdi. Şahid3 ona vurulmuş zərərin tam olaraq ödənilməsinə dair notarius qaydasında təsdiq edilmiş ərizəsinin surətini istintaqa təqdim etmişdir. Şahid3 qarşı dələduzluq cinayəti törədib sonuncuya 5000 manat məbləğində zərər vurmuş, lakin həmin zərəri ödəmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında iki nəfərdən – Şahid20 və X8 pul almışdır. Belə ki, Gülnarə X1 qarşı payın naturada ayrılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair icra işi ilə əlaqədar torpaq sahəsinin ölçmə işlərini aparmaq, yol xərcləri adı ilə ondan xidməti otağında təklikdə olarkən 367 manat pul almışdır. Lakin həmin gün günortadan sonra sərəncama çıxarılmasını öyrənmiş, həmin pulu da öz borclarını ödəmək üçün sərf etmişdir. Ehtiram Məmmədovdan icra ödənişi kimi depozit hesaba keçirmək üçün 150 manat məbləğində pul almışdır. Lakin həmin pulu borclarının ödənilməsinə sərf etmiş və ödəniş etməmişdir. Əslində həmin ödənişi Ehtiramın Fehruz adlı qohumu ödəməli olmuş və o, da Ehtirama söz vermişdir ki, qanuni şəkildə Fehruzun "xxxx"a olan borcunu sonuncuya ödətdirəcək. Fehruz isə həmin borcu ödəmək imkanı olmadığından, sonuncuya zamin olmuş Elnur ödəniş etmək məcburiyyətdə qalmışdır. Əslində "xxxx"ın borc tələbi ilə əlaqədar icra işi həmin vaxt Şahid26 icraatında olmuş, lakin borcları həddən artıq çoxaldığından həmin icra işi üzrə Ehtiramdan 150 manat pul alıb öz borclarına sərf etmişdir. X38 və X32 adında şəxs tanımır. Bundan başqa, Zərərçəkmiş şəxs qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Zərərçəkmiş şəxslə şəxsi və ya qərəzli münasibəti olmamışdır. Şahid1 borc tələbi ilə əlaqədar icra işi üzrə Zərərçəkmiş şəxs borcu ödəmədiyi üçün “sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilmişdir. 2019-cu ilin payız aylarında xatırlamadığı şəxs ona yaxınlaşıb Sadayın məhdudiyyətinin götürülməsini xahiş etmiş, o isə buna görə tələbkarın ərizəsinin tələb olunduğunu bildirmişdir. Bundan sonra Şahid1 etibarnamə üzrə nümayəndəsi ərizə ilə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1 maddəsinə əsasən icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını bildirmiş, həmin əsasla Sadayın məhdudiyyəti götürülmüşdür. Bundan əvvəl isə Ulduzun Sadaya pulu ödəməsi üçün bir həftə vaxt verməsi barədə ərizəsi olduğu üçün, Saday buraxılmışdır. O, Sadaya görə, sonuncudan və ya qeyrisindən pul almamış və Saday barəsində heç bir qanunsuz hərəkətə yol verməmişdir. X33 Şiştəpə kəndində polis sahə rəisi, Şahid13 isə həmin yerdə sahə polis nəfəri işlədiklərini, Şahid14 Akif oğlunun həm xalası oğlu, həm də taksi sürücüsü işlədiyini, maşını olmadığı üçün, sonuncu onu icra yerlərinə apardığını və hal şahidi kimi adını qeyd etdiyini, Şahid25lə tabeçilik münasibətləri olduğunu, şəxsi və ya qərəzli münasibətləri olmadığını, Şahid25 hər hansı qanunsuz hərəkətə yol verməsini görmədiyini və eşitmədiyini, Şahid25 Şahid9 və Şahid10 qəbul edən kimi, heç nə eşitmədən həmin şəxslərə ucadan qışqıraraq və onu göstərərək “nə istəyirsiz bundan, 3000 manatını al çıx get” məzmunda demədiyini, qanunsuz hərəkətlər etməsi ilə əlaqədar hər hansı şəxsin onunla əlbir olmadığını, qanunsuz əməlləri ilə vətəndaşlara vurduğu zərəri yaxın vaxtlarda tam şəkildə ödəyəcəyini göstərmişdir. Şahid qismində istintaqa verdiyi əlavə ifadəsində ilkin ifadəsini qismən təsdiq etdiyini göstərmişdir. Belə ki, əvvəlki ifadəsinin Şahid7 pul almaması hissəsini təkzib edir. Sonradan xatırlamışdır ki, o Şahid7 2020-ci ilin payız aylarında hissə-hissə olmaqla cəmi 5700 manat pul almışdır. Həmin pul vəsaitini 2020-ci ilin noyabr və dekabr aylarında deyil, ondan əvvəl almışdır, həmin pulları Şahid7 yaşadığı evdə, bir dəfə isə Şəmkir bazarının yaxınlığında almışdır, hər dəfə Şahid7 pul aldıqda təklikdə olmuşlar. Şahid7 pul almazdan əvvəl onunla və əri Şahid8la mobil telefon vasitəsilə danışmışlar, zəngləri əsasən istifadəsində olan “Azercell” şəbəkəsinə məxsus ***-***-**-** və ***-***-**-**, habelə "xxxx" şəbəkəsinə məxsus ***-***-**-** saylı nömrələrdən etmişdir. Həmçinin, əvvəlki ifadəsində Şahid9 pul ələ keçirməsi epizodu ilə əlaqədar xüsusatları yanlış göstərmişdir. Belə ki, pul məsələsini ilk öncə Şahid9 arvadı Şahid10 deyil, onların gəlini Şahid11 bildirmişdir. Xanım “məni evinizdə yaşamağa qoymursunuzsa pul verin, gedim ev tikim” demiş, o da həmin vaxt Qanunda kompensasiya ödənişinin nəzərdə tutulduğunu və işi bu cür bağlaya biləcəyini bildirmişdir. Borcları da çox olduğu üçün, həm Şahid9, həm də Xanoğlan və Lalə İbrahimovlardan xeyli miqdarda, müvafiq olaraq 7000, 11.000 və 5700 manat məbləğində pullarını ələ keçirmişdir. İlkin olaraq, Şahid11 kompensasiya verilməsi təəssüratı yaratmaq üçün sonuncunun “evə köçürülmə tələbi” ilə əlaqədar xx.xx.2020-ci il tarixli aktı tərtib etmiş, Şahid9 pulu ələ keçirdikdən sonra sonuncuda inam yaratmaq üçün, bununla bağlı xx.xx.2020-ci il tarixdə Şahid9 diqtə edərək ərizə yazdırmış və həmin ərizəni də icra işinə əlavə etmişdir. Həmin icra işini məhkəməyə göndərmək və xitam vermək fikri olmamışdır. Belə ki, Şahid9 pulunu ələ keçirib öz borclarına və digər şəxsi işlərinə sərf etmiş, qalan xərcləri taksinin onu işə gətirməsi və işdən evə aparması, ərazilərə aparması, habelə günorta və axşam yeməkləri ilə əlaqədar sərf etdiyi xərclər olmuşdur. X27 İbrahimova məxsus evə köçürülməsinə və aliment tələbinə dair icra işləri onun icraatında olmuşdur. X27 İbrahimova məxsus evə köçürülməsinə dair icra işini tam icra etdiyi üçün həmin işə xitam vermişdir. Lakin sərəncama çıxdığı vaxtdan etibarən işə getmədiyi üçün, həmin icra işini təhvil verməmişdir. Həmçinin, Məsmə İbrahimovanın Şahid8 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evinə köçürülməsi hüququna xitam verilməsi müqabilində kompensasiya verilməsinə dair icra işi icra məmuru Aqil Məmmədovun, "xxxx"ın borc tələbinə dair icra işi isə icra məmuru Şahid26 icraatlarında olmuşdur. Lakin həmin vaxtlar bibisi Şahid22 9000 manat və dostu Şahid23 isə 10.000 manat məbləğində borcu olmuş, “Beynəlxalq Bank”dan 5000 manat məbləğində, "xxxx" ASC-dən də 5000 manat məbləğində kredit götürmüşdür. 1-ci kreditdən 5 il ərzində hər ay 143 manat olmaqla, cəmi 5000 manat məbləğində, 2-ci kreditdən isə hər ay 268 manat olmaqla, cəmi 4200 manat məbləğində pul ödəmişdir. Hər iki kreditə dəbbə pulu əlavə olunduğu üçün, hələ də borcludur. Bu səbəbdən də, Aqil və Zaurun icraatında olan işlərlə bağlı vətəndaşları aldadıb pullarını ələ keçirmişdir. Belə ki, "xxxx"ın borc tələbinə dair icra işi üzrə borclu Elnurun qohumu Ehtiram Məmmədova “borcun Fehruzdan alınaraq ödənilməsi” vədini verərək ondan 150 manat, həmçinin icraatında olsa özü ödəyəcəyi, başqasının icraatında olsa verdikləri pulun ödənilməsi üçün həmin icra məmuruna verəcəyi barədə vədlər verərək Şahid8 11.000 manat, həmin icra işi üzrə Gəncə Apelyasiya Məhkəməsinə getməsi, nəqliyyat xərclərinin olması bəhanəsi ilə isə Şahid7 5700 manat pul almışdır. Həmçinin, Elvin Təhməzlini sonradan xatırlamışdır. Həqiqətən də, E.Təhməzlidən icra işində borclu olan arvadı Ayşənin vergi borcu olan 268 manat 60 qəpik almışdır. E.Təhməzliyə verdiyi pulu ödəməsini vəd etsə də ödəniş etməmiş və əvvəlcədən həmin şəxsin pulunu ələ keçirmək niyyəti olduğundan, E.Təhməzli ona ödəniş üçün verdiyi pula görə qəbz tələb etdikdə, pulu ödədikdən sonra qəbz verəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, Şahid11 evə köçürülmə tələbinə dair icra işinin üz qovluğunda “icra işlərinə baxış keçirilməsi haqqında protokol”da qeyd edildiyi kimi, “***-***- **-** plan” sözü deyil, flora sözü yazılmışdır. ***-***-**-** saylı nömrə isə Şahid10 nömrəsidir. Qovluğun yuxarı sağ tərəfində sadə qələmlə “10 06”, orta hissəsində sadə qələmlə yazılmış “xx.xx.2020, saat 19:00” yazıları, göy mürəkkəbli qələmlə “xx.xx.2020” rəqəmləri çox güman ki, icra işi üzrə icra hərəkətlərinin aparılması ilə əlaqədar vaxtın təyin edilməsi ilə bağlıdır. Qırmızı mürəkkəbli qələmlə “xitam-20.1.5 – Z.A.” qeydinin kimə məxsus olmasını bilmir. "xxxx"ın borc tələbinə dair icra işinin üz qovluğunda protokolda qeyd edildiyi kimi, göy rəngli mürəkkəblə əlyazma ilə F.Məmişovun adının üstündə ***-***- **-**, E.Məmmədovun adının üstündə isə ***-***-**-** qeydləri, həmin şəxslərin mobil nömrələridir, həmin yazıları özü yazmışdır. Fehruz Məmişovu və Ehtiram Məmmədovu da icra işi ilə əlaqədar tanımış, onlarla əvvəllər tanışlığı olmamışdır. Zaurun həmin icra işini özbaşına olaraq götürüb, vətəndaşların nömrələrini öyrənmiş və onları çağırıb söhbətlər aparmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin borc tələbinə dair icra işinin üz qovluğundakı yazılar, həmin icra işi onun icraatına daxil olduğu vaxt artıq üz qovluğunda yazılmışdı, lakin kim tərəfindən yazıldığını bilmir. Təqsirləndirilən şəxs ifadəsində eləcə də, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati protokol tərtib edib məhkəməyə müraciət etdiyini, lakin məhkəmənin müvafiq qərarı ilə protokol Şəmkir RİPŞ-yə qaytarıldığını, məhkəmə qərarının cümə günü verildiyini, növbəti bazar ertəsi günü – xx.xx.2020-ci il tarixdə tələbkar Şahid1 müvafiq ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs möhlət verilməsini xahiş etdiyi üçün, heç bir tədbir görmədiyini göstərmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Şahid1 ilə rəsmi nikah bağlamadan birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində o, öz adından Ulduza görə qızıl qoyub Bankdan pul götürmüşdür. Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-1319/2017 saylı qətnaməsi ilə ondan 1950 manat alınıb iddiaçı Şahid1 verilməsi qət edilmişdir. Həmin qərar icraya yönəldilmiş və icra işi həmin vaxt Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində işləmək üçün Rusiya Federasiyasına getmək qərarına gəlmiş, lakin sərhəddə onu saxlayıb xarici ölkəyə çıxışına rəsmi olaraq qadağa qoyulduğunu bildirmişlər. O, həmin qadağanın Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən qoyulduğunu öyrənmiş, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxslə sonuncunun xidməti otağında görüşmüş, Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsinin olduğunu, 1950 manat məbləğində vəsaitin alınıb Şahid1 ödənməli olduğunu, həmin pulu ödəmədiyi halda ölkədən çıxa bilməyəcəyini və gələcəkdə tutulacağını bildirmişdir. O, həmin pulu hissə-hissə ödəyə biləcəyini bildirsə də, Təqsirləndirilən şəxs onunla razılaşmamış və ən azı 1100 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu demişdir. Bu səbəbdən də, o həmin pulu qohumlarından alıb Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncudan həmin pulu poçt vasitəsilə ödəyib-ödəməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs etiraz edərək pulun özünə verilməli olduğunu, o da həmin ödənişi Şahid1 ödəməli olduğunu, sonuncunun razılığı ilə onun ölkədən çıxışına olan qadağanın aradan qaldırıla biləcəyini, Şahid1 razılıq alacağını və bundan sonra onun adının “sərhədkeçməyə məhdudiyyət” siyahısından çıxarılacağını demişdir. O da xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tələb etdiyi 1100 manat pulu Şəmkir RİPŞ-nin inzibati binasında yerləşən xidməti otağında təklikdə olduqları zaman vermişdir. Razim ona söz vermişdi ki, təxminən 7 və ya 10 gün ərzində onun adı “sərhədkeçməyə məhdudiyyət” siyahısından çıxarılacaq. O, Razimə pulu verdikdən təxminən 8 gün sonra sərbəst şəkildə sərhədi keçərək Rusiya Federasiyasına getmiş, təxminən 2 ay sonra Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. 2020-ci ildə polis əməkdaşları onu yaşadığı evdən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi Pərviz müəllimin otağına aparmışlar. Orada Təqsirləndirilən şəxs “qaçanı gətirmişəm” deyə bildirmiş, o isə Təqsirləndirilən şəxs həmin vaxt onun borclu olduğu 1950 manatdan qalan 850 manat pulu verməməsini nəzərdə tutduğunu zənn etmişdir. Buna görə də, həmin vaxt qeyd olunan şöbənin rəisi vəzifəsində işləmiş Pərviz müəllimə, ağır diabet xəstəsi olduğunu, hazırda imkanı olmadığını, yaxın müddət ərzində çalışıb borcu bağlayacağını bildirmişdir. Razim həmin vaxt onu təcili çölə çıxarmış və o, Pərviz müəllimin yanında borcla bağlı heç nə deyə bilməmişdir. Lakin çöldə Razimə 1100 manatı verdiyini, qalanını da ödəyəcəyini demiş, hansı səbəbdən həbs edilməsini soruşmuş, Razim isə onu otağına aparıb bildirmişdir ki, onun verdiyi 1100 manatı Şahid1 verməmişdir, həmin pulu öz uşağı xəstə olduğu üçün xərcləmişdir. Razim ona həmçinin, Ulduz İbrahimovla 1100 manat pulu qrafik üzrə ayda 300 manat ödəməklə borcu qaytarmaq barədə razılığa gəlməsini, həmin pulu özü ödəyəcəyini, qalan 850 manatın isə onun tərəfindən ödəniləcəyini demişdir. O da bu barədə Razimlə, sonra isə Ulduzla da razılaşmışdır. Buna görə də həmin vaxt Razim onu həbs etməmiş, dediyi məbləğdə pulu da ödəməmişdir. Bu səbəbdən də, borc kimi müəyyən edilmiş məbləği indiyədək ödəyə bilməmişdir. 2020-ci ilin sentyabr-oktyabr aylarında Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən çıxdıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Razimin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib “niyə başıma oyun açmısan, xəstə adamam, həbs olunsaydım nə olacaqdı?, sənə verdiyim pulları ödəsəydin, belə olmazdı” deyə bildirmiş, Razim isə “gördünmü, yoluna qoyduq” demişdir. Əvvəllər Razimi ümumiyyətlə tanımamış, onu borcla bağlı icra işinə baxan icra məmuru kimi tanımışdır. Razimlə onun və ya ailə üzvlərinin arasında şəxsi və ya qərəzli münasibətlər, tanışlıq və ya qohumluq olmamışdır. O, Razimə icra məmuru olduğu üçün güvənib Şahid1 ödəməli olduğu 1100 manat məbləğində pulu vermiş və bu səbəbdən ondan qəbz almamışdır. Razim isə həmin pulu ələ keçirib özü üçün sərf etmişdir. Sonra həmin pulun hamsı Raəim Əliyev tərəfindən ona qatarılmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il əvvəl əmlak tələbi ilə əlaqədar icra işinə baxan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kimi tanımışdır. Belə ki, onun əri X20 2012-ci ildə öldükdən bir neçə il sonra qaynatası Salmanla əmlaka görə mübahisəsi yaranmışdır. Bu səbəbdən də, əmlak tələbi ilə əlaqədar Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. X2, qaynı X9 və qaynatası X10 qarşı onun əmlak tələbi ilə əlaqədar Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-3443/2017 saylı qətnaməsi icra olunması üçün Şəmkir RİPŞ-yə göndərilmişdir. Həmin icra işi Təqsirləndirilən şəxs həvalə olunmuşdur. O da buna görə Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncudan icra işi ilə bağlı məlumat istəmiş, Razim də həmin işi icra edəcəyini bildirmişdir. Qətnamədə ona cavabdehlər tərəfindən təxminən 13.000 manat verilməsi qət edilmişdir. Həmin icra işi təmin olunsa da, obyektin və evin boşaldılaraq ona təhvil verilməsi Təqsirləndirilən şəxs tərəfindən icra edilməmiş, həmin icra işi sonradan icra məmuru Aqil Məmmədovun vaxtında icra olunmuşdur. Uzun müddət icra işi təmin olunmadığı üçün, təxminən 2020-ci ilin yay aylarında o, Şəmkir RİPŞ-yə getmiş, orada Razimin xidməti otağına daxil olub icra işi ilə maraqlandıqda, sonuncu həmin icra işinin həll olunması, yəni Şəmkir rayonu, Könüllü kəndində yerləşən evin və çayxana kimi istifadə olunan obyektin boşaldılıb ona təhvil verilməsi üçün ondan pul istəmiş, lakin məbləği deməmişdir. O, isə işi həll etdiyi halda Razimə pul verəcəyini demişdir. Bundan 3- 4 gün sonra Gəncə şəhərində müvəqqəti yaşadığı evə gəldikdən sonra Razim ona zəng edərək, işi olduğunu bildirmiş, o da evdə olduğunu demişdir. Razim onun Gəncə şəhərində yaşadığı evə gəlib, icra işinin həll olunacağını, lakin bunun müqabilində ona 10.000 manat verməli olduğunu bildirmişdir. O, isə həmin məbləğdə pulunun olmadığını, lakin imkanı olduğu qədər pul verəcəyini demişdir. Həmin vaxt üzərində olan 5000 manat məbləğində pulu Razimə vermişdir. 2-3 gün sonra Razim yenə ona zəng edərək evdə olub-olmadığını, Gəncə şəhərinə gələcəyini, onunla işi olduğunu bildirmişdir, o da evdə olduğunu demişdir. Bundan sonra bir-iki saat ərzində Razim yenidən onun Gəncə şəhərində kirayədə qaldığı evə gəlib ondan pul istədikdə, o üzərində olan 3260 manat pulu Razimə vermiş və sonuncuya bildirmişdir ki, bundan artıq pulu yoxdur, işi həll etsin. Razim də ona demişdir ki, 10-15 günə işi həll edəcək, əks təqdirdə pulunu onun özünə qaytaracaq. Hər iki dəfə pulu Razimə təxminən 2020-ci ilin yay aylarında vermiş, həmin vaxt sonuncunun yanında qohumu Qənbər olmuşdur. Razim ona icra işini həll etməsi müqabilində ümumilikdə 8260 (səkkiz min iki yüz altmış) manat məbləğində pulunu dələduzluqla ələ keçirib özü üçün sərf etmiş, indiyə qədər də qaytarmamışdır. Təqsirləndirilən şəxs cəmi 8.260 manat məbləğində pul verməsi ilə əlaqədar ifadəsində göstərdiklərindən başqa hər hansı dəlili olmadığını, pulu Razimə hər iki dəfə günorta radələrində və ya günorta radələrinə yaxın vaxtlarda verdiyini, pul verməzdən əvvəl Razimlə aralarında danışıq aparıldığını, əvvəlcə Razim zəng edib rayondan çıxmasını, onun Gəncədə olub-olmadığını soruşduğunu, sonra hər ikisi bir-birinə zəng etmələrini, hətta Təqsirləndirilən şəxs ondan pul aldıqdan sonra da onun evinə gəlib pul istədiyini, lakin o, artıq pulu olmadığını, işini həll etməsini Razimə bildirməsini, Razim isə işi tez bir müddətdə həll edəcəyini deməsini, istifadəsində hazırda yalnız ********** saylı nömrə olduğunu, lakin əvvəllər istifadəsində **********, ********** və ********** saylı nömrələri olmasını, həmin nömrələrlə də bəzən Razimlə əlaqə saxladığını, pul verməzdən əvvəl Razimin istifadəsində olan xatırlamadığı nömrə ilə əsasən həmin vaxt onun istifadəsində olmuş ********** saylı nömrə ilə danışdığını, nömrəsinin anten dairəsinin tez-tez göstərildiyi Samux rayonu, Alabaşlı kəndi onun yaşadığı Şəmkir rayonu, Könüllü kəndinə yaxın olduğunu, lakin avtomobil yolu ilə uzaqlıqda yerləşdiyini, bu səbəbdən anten dairəsi tez-tez Alabaşlı kəndi göstərdiyini bildirmişdir. Razim ondan telefonda heç vaxt pul istəmədiyini, lakin həqiqətən də, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs ona zəng edərək “o işi necə edək” deyə soruşduğunu, o da Razimin pul istədiyini başa düşərək sonradan Razimə zəng edib, sonuncuya pulunun olmadığını dediyini, bu səbəbdən də həmin vaxt görüşmədiklərini demişdir. xx.xx.2020-ci il tarixdə saat 20:26-da Razim ona zəng etmiş olsa da, həmin radələrdə o Razimə pul verməmiş, onun tərəfindən Təqsirləndirilən şəxs zəng olunaraq xx.xx.2020-ci il tarixdə saat 14:15-də 21 saniyə danışıq aparılmışdırsa da, iyun ayında Razimə pul verməsini xatırlamır. Lakin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində Razimlə onun arasında aparılan danışıqların Razimin ondan 3-4 gün fərqlə hissə-hissə pul almasına uyğun olduğunu, Razim onu aldadıb dələduzluq etməklə ondan pulu birinci dəfə 2020-ci ilin iyul ayının sonlarında və ikinci dəfə avqust ayının əvvəllərində aldığını, sonradan Razim onun Gəncə şəhərində kirayədə yaşadığı evinə gəlib ondan pul istəsə də, o Razimə pul vermədiyini göstərmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2014-cü ildə Əliyar İbadullayevlə ailə həyatı qurmuş, 2020-ci ilin may ayında boşanmışlar, iki azyaşlı uşağı onun himayəsinə verilmişdir. Şəmkir rayon məhkəməsinin müvafiq qərarı ilə aliment ödənişi təyin edilmiş, qərar icra olunması üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 2020-ci ilin təxminən may-iyun ayında həmin vaxt Şəmkir RİPŞ-nin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdir. Keçmiş əri Əliyar əvvəlcə ödənişləri könüllü formada ödəmədiyi üçün, bununla bağlı tez-tez anası Şahid6 ilə birlikdə Şəmkir RİPŞ-yə gedib ərizə yazmış, bu vəsilə ilə Razimi də tanımış və aralarında etibarlı münasibət yaranmışdır. Belə ki, Razim özünü ona işlərinə baxan etibarlı dövlət məmuru kimi tanıtmışdır. Bir müddət sonra, 2020-ci ilin təxminən iyun və ya iyul ayında aliment ödənişinin alınmasının təmin olunması üçün ərizə yazmaqdan ötrü anası Şahid6 ilə birlikdə yenidən icra şöbəsinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti otağında onun anası Bənövşənin yanında ondan hansısa təhsil müəssisəsini bitirib-bitirmədiyini soruşmuş, o da Gəncə şəhərində yerləşən Xəzər Təhsil Mərkəzini tibb bacısı ixtisası üzrə bitirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona, Şəmkir rayon mərkəzi xəstəxanasında işləyən yuxarı vəzifəli şəxsi, həmin xəstəxananın Kadrlar idarəsinin rəisi vəzifəsində işləyən Nəzakət adlı xanımı tanıdığını, sonuncu ilə yaxın münasibəti olduğunu, həm qonşu, həm də həmkəndli olduqlarını və qeyd olunan tibb müəssisəsində tibb bacısı işinə iki yerin vakant olduğunu bildirmişdir. O, isə ixtisası üzrə işləmədiyini, bacısı Şahid5 isə işsiz olduğunu demiş, Razim ona onun və bacısının birlikdə həmin işdə işləməsindən ötrü hər biri üçün 3000 manat olmaqla, cəmi 6000 manat məbləğində pul tələb olunduğunu, həmin pulun özünə çatmadığını, yuxarı vəzifəli şəxsə çatacağını bildirmişdir. Razim həmin yuxarı vəzifəli şəxsin Şəmkir ŞMX-nin baş həkimi olduğunu, pulu da tanışı Nəzakət xanım vasitəsilə baş həkimə verəcəyini və onların Şəmkir RMX-də tibb bacısı işləyəcəklərini demişdir. Razim həmin pulun 5000 manat məbləğini əvvəlcədən, 1000 manat məbləğini isə işə düzəldikdən sonra bacısının və onun kartından ödəyəcəklərini bildirmiş, o da Razimlə razılaşmışdır. O, bacısının əri Şahid4 bu barədə söhbət edib, sonuncunu arvadı Şahid5 tibb işinə keçirilməsinə razı salmışdır. Pulu hazır edib, 2020-ci ilin yay aylarında, təxminən iyul ayında bacısı Aynurun və sonuncunun əri Şahid4 kirayədə yaşadıqları ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində olarkən, onun anası Bənövşə istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, evdə olduqlarını, pulu hazırladıqllarını bildirmişdir. Bir neçə saat sonra Razim Eminin yaşadığı ünvana gəlmişdir. Onun, bacısı Şahid5 və anası Bənövşənin yanında bacısının əri Emin 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu da həmin pulları sayıb götürmüş və bir ay ərzində, yəni 2020-ci ilin oktyabr ayının sonlarına qədər işi həll edəcəyi vədini verərək, onun və bacısı Aynurun kartlarının Bakı şəhərində sifarişlə təsdiqlənib gələcəyini bildirmişdir. Emin “Unibank”ın Şəmkir filialından həmin ərəfələrdə 5000 manat pul götürmüş, qeyd edilən pulun yarısını o özü, yarısını isə Emin banka verməyi öz öhtələrinə götürmüşlər. Razim 4000 manat pulu aldığı zaman, ondan xahiş etmişlər ki, 5000 manat pulları yoxdur, 4000 manat məbləğində pulu qəbul etsin, 2000 manat pulu da işə təyin edildikdən sonra verəcəklər. Lakin növbəti gün Razim Eminin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək, onun və Aynurun işinə görə 1000 manat pulu da verməli olduqlarını, həmin pulu özü deyil, yuxarı vəzifəli şəxs olan baş həkimin tələb etdiyini bildirmişdir. Bu səbəbdən də, qohumlardan borc edib 1000 manat pulu da hazır etmişlər. Həmin pulun da yarısını Emin, yarısını isə o özü verməyi öz öhtələrinə götürmüşlər. O, öz işinə görə, Emin isə arvadı Aynurun işinə görə pul vermişlər. Razimə verdikləri ümumilikdə 5000 manat məbləğində pulu Eminlə aralarında yarıya bölmüşlər. Bundan 3 və ya 4 gün sonra Şahid4 1000 manat pulu da hazır etdiyini Razimə demişdir. Razim Eminə zəng edərək görüşmələrini və pulu götürəcəyini demiş, Eminin ona deməsinə görə, həmin tarixdə o, Razimlə Şəmkir şəhəri, Xaqani parkında görüşmüş və Razimə 1000 manat məbləğində pulu təklikdə olduqları zaman vermişdir. Əvvəlcədən razılaşdıqları kimi, Emin Razimə 1000 manat məbləğində pulu o və Aynur işə düzəldikdən sonra veriləcəyini bildirmişdir. Razim də həmin vaxt 20 gün ərzində işi düzəldəcəyini demişirdir. Bundan təxminən 20 gün sonra Emin Razimə zəng edərək, işin düzəlibdüzəlmədiyini soruşduqda, Razim gözləməsini, işin düzələcəyini bildirmişdir. Bundan sonra da dəfələrlə, anası Bənövşə, bacısının əri Emin və özü də dəfələrlə Razimin istifadəsində olan ***-***-**-** saylı nömrəyə və xatırlamadığı "xxxx" şəbəkəsinə aid nömrələrə zəng edərək, işlə maraqlansalar da, Razim hər dəfə müxətəlif bəhanələr uyduraraq 3 ay ərzində onları aldatmışdır. Lakin 2021-ci ilin yanvar o, Razimə zəng edib, qəti olaraq pulunu tələb etdikdə, Razim işin alınmadığını, onun yuxarı vəzifəli şəxslər tərəfindən aldadıldığını və pulu qaytaracağını bildirmişdir. Onun bu bəhanələri 8-9 ay davam etmiş, nəhayət 2021-ci ilin təxminən aprel ayında Razim yeznəsi Emindən aldığı 5000 manat məbləğində pulu Şəmkir şəhəri, 4-cü küçədə yerləşən "xxxx" ASC-nin yaxınlığındakı Notariat kontorunda ona qaytarmışdır. Əvvəlcə Razimə etibar etmişlər, lakin sonradan Razimin onlardan pul alıb müxtəlif bəhanələrlə işi yubatmasından, sonra zənglərə cavab verməməsindən başa düşmüşdür ki, Razim onları aldadıb etibarından suiistifadə edərək dələduzluqla pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, oğlu X21 2007-ci ildə X22 ilə evlənmiş, nikahları isə 2008-ci ildə rəsmiləşdirilmişdir. Lakin Şəmkir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə boşanmışlar, Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə hər uşağa görə 110 manat olmaqla, Alisiya, Günay və Nofəl adlı azyaşlı uşaqları üçün ümumilikdə 330 manat məbləğində aliment ödənişi təyin edilmişdir. Həmin icra işi sabiq icra məmuru Təqsirləndirilən şəxs həvalə edilmişdir. Razim ona verilən aliment ödənişlərini Məsməyə vaxtında çatdırmışdır. Bununla da aralarında etibarlı münasibət yaranmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Məsmənin iddiası təmin edilmiş və azyaşlı uşaqları ilə birlikdə onun əri Xanoğlana məxsus Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşlər. Yola getmədikləri üçün onlar həmin evdən çıxmışlar. Əri Xanoğlan xx.xx.2019-cu il tarixdə Məsmənin 7000 manat kompensasiya qarşılığında evdən çıxarılması iddiası ilə Məhkəməyə müraciət etmiş, lakin Məsmə razı olmadığından, həmin iddia təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə Razim istifadəsində olan ***-***-**-** saylı nömrədən əri Xanoğlanın istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək, sonuncunu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə çağırmış və Xanoğlandan Məsməyə kompensasiya ödənişi vermək adı ilə 11.000 manat pul almışdır. O və Xanoğlan Məsmə ilə mübahisə etdikləri üçün danışmamış və həmin vaxt pulun Məsməyə verildiyini zənn etmişlər. Çünki Razim onu əri Xanoğlana demişdi ki, Məsməni 11.000 manat kompensasiya qarşılığında evə köçürülmədən imtina etməsinə özü razı salmış və 11.000 manatı da Məsməyə verəcəkdir. Lakin Təqsirləndirilən şəxs həmin pulu alsa da dələduzluq edərək qarşı tərəfə ödəməmişdir. Bunu çox sonradan öyrənmişlər, həmin vaxta qədər isə Razim onun ərindən hissə-hissə pul tələb etmiş, Xanoğlan da Razimə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul verməyə davam vermişdir. Belə ki, Xanoğlan Rusiya Federasiyası Sankt-Peterburq şəhərində olduğundan, Razim Xanoğlana zəng edərək, istədiyi pulları borc da olsa alıb verməsini ona demişdir. Razim qarşı tərəfin iddiası üzrə Gəncə Apelyasiya Məhkəməsində xərclər yarandığını deyib, bu adla onun ərindən pul vəsaiti istəmiş, Xanoğlan da ona zəng edib qohum-qonşulardan pul taparaq ödəməyi xahiş etmişdir. O isə borc aldığı cəmi 5700 manat pulu hissə-hissə olmaqla Razimə vermişdir. Razimin onun əri Xanoğlana məxsus 16.700 manat məbləğində pulu dələduzluq edərək ələ keçirməsi Xanoğlanın “A4 formatlı” kağızda etdiyi qeydlərdə də əks olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs X70a 2021-ci ilin fevral ayında onun yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evə gələrək oğlu Razimin 5.700 manat məbləğində pulu işlə bağlı xərclədiyini, 11.000 manat məbləğində pulu isə qaytaracağına dair söz vermiş, bununla bağlı cızıqlı dəftər vərəğində qeydlər edərək, həmin vərəği ona təqdim etmiş və Razimdən şikayət etməməsini xahiş etmişdir. O da bildirmişdir ki, pulları ona çatdırsın və o da şikayət etməsin. Bundan başqa, Razim onunla “whatsapp” şəbəkəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb səs yazıları göndərmişdir. Razim səs yazılarında, yaxın vaxtlarda pulu qaytaracağına dair hər dəfə söz vermiş, lakin pulu qaytarmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, Razimi Məsmənin aliment işi ilə əlaqədar, sonra da evə köçürülmə ilə əlaqədar tanımışdır. Razimlə onun və ya ailə üzvlərinin arasında şəxsi və ya qərəzli münasibətlər, tanışlıq və qohumluq olmamışdır. O və əri Xanoğlan Razimə icra məmuru olduğu üçün güvənib kompensasiya ödənişi kimi pul vermiş və buna görə hər hansı qəbz tələb etməmişlər və Razim də onlara ödəniş etmələrinə dair hər hansı sənəd verməmişdir. Razim Məsmənin evə köçürülməsi tələbindən imtina etməsi müqabilində 11.000 manat verilməsi vədi ilə onları aldatmış, sonra əlavə pullar almış, lakin ödəmək niyyəti olmamış və həmin pulları öz şəxsi işləri üçün xərcləmişdir. Sonradan isə Razim həmin pulların bir hissəsini kiməsə verdiyini demiş, bir hissəsini isə mənimsədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin payız aylarında 1500 manat, sonra 1000 manat, xx.xx.2020-ci il tarixdə 1300 manat, xx.xx.2020ci il tarixdə axşam radələrində isə 500 manat, 2020-ci ilin dekabr ayının ortalarında və ya sonlarında 1400 manat olmaqla, cəmi 5700 manat məbləğində pulu ondan almışdır. Sonradan həmin pulların əksəriyyətini Razimin işdən çıxdıqdan sonra onlardan aldığını öyrənmişdir. Sonuncu dəfə 1400 manat pul vəsaitini Şəmkir şəhərinin çıxışında yerləşən bazarın qarşısında təklikdə olduqları zaman Razim ondan almışdır. Digər pulları isə Razim ondan yaşadığı evdə gəlib təklikdə olduqları zaman almışdır. 11.000 manat pulu isə Razim onun əri Xanoğlandan 2020-ci ildə almışdır. Beləliklə, Razim onlardan cəmi 16700 manat pul almışdır. Razim hər dəfə pul almazdan əvvəl ona zəng edib əlaqə saxlamış və ya sonuncunun zəngindən sonra özü zəng edərək görüşəcəyini dəqiqləşdirib pulu vermişdir. xx.xx.2020-ci il tarixdən əvvəl Razimlə Məsmənin kompensasiya işi ilə əlaqədar danışmışlar. Razim də onların kompensasiya ödənişini nağd formada özünə vermələrini bildirmiş, Xanoğlan da xx.xx.2020-ci il tarixdə Razimə 11.000 manat pulu kompensasiya ödənişi kimi vermişdir. Bundan sonrakı tarixlərdə olan danışıqları zamanı işləri ilə maraqlanmışlar. 2020-ci ilin sentyabr ayından etibarən 2020-ci ilin dekabr ayınadək Razim ona zəng edərək 5.700 manat pul vəsaitini almaqla əlaqədar danışmış, bəzən isə o işlə maraqlanmaq üçün Razimə zəng etmişdir. Anten dairəsinin eyni yerdə göstərməsi onun protokolda qeyd olunan yerlərdə Təqsirləndirilən şəxs pul verməsini əks etdirmir. Çünki bəzən Şəmkir şəhərində olsa da, Razimlə işin gedişatı barədə danışmış, Razimə Şəmkir şəhərində yalnız bir dəfə – 2020-ci ilin dekabr ayının sonlarında 1.400 manat pul vermişdir. Razimin bundan əvvəl tələb etdiyi pulları isə yaşadığı evdə vermişdir. Razim əvvəlcə Şəmkirdə və ya başqa yerdə olarkən ona zəng edib evdə olub-olmadığını soruşmuş, sonra evə gəlmişdir. Həmçinin, o da evdə olarkən Razimə zəng etmiş, sonra evdən çıxıb Şəmkir şəhərində görüşmüşlər. Razimin 2020-ci ilin sentyabr ayından dekabr ayınadək hər ay ondan pul almasını dəqiq xatırlayır. Belə ki, Razim ondan 2020-ci ilin sentyabr ayında 1.500 manat, 2020-ci ilin oktyabr ayında 1.000 manat, 2020-ci ilin noyabr ayında 1.300 manat, 2020-ci ilin dekabr ayının ortalarında 500 manat, 2020-ci ilin dekabr ayının sonlarında isə 1.400 manat olmaqla, cəmi 5.700 manat məbləğində pul almışdır. Razim ondan cəmi 5.700 manat təşkil edən pul vəsaitlərini işlərinin müsbət həlli ilə bağlı Məhkəməyə verməsi adı ilə almışdır. 2020-ci ilin dekabr ayının sonlarında sonuncu dəfə Razimə pul verdikdən sonra, artıq işi həll etməsini tələb etmiş, Razim bundan sonra da hər dəfə işin həll olunacağını demişdir. Hətta 2021-ci ilin yanvar ayında əvvəlki 3-4 ay ərzində vermədiyi aliment ödənişlərini vermək üçün Şəmkir RİPŞ-yə getdiyi zaman, şöbənin xatırlamadığı işçisi ona bildirmişdir ki, Razim 3 ay əvvəl işdən çıxmışdır. O, həmin vaxt Razimin işdən çıxdığı halda 3 ay ərzində ondan dəfələrlə pul alıb dələduzluq etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, oğlu Taleh 2012-ci ildə Şahid11 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Anjela və Nuray adlı uşaqları doğulmuşdur. Lakin mübahisə etdikləri üçün Talehlə Xanım boşanmışlar. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə uşaqlar Xanımda qalmış və uşaqların saxlanılmasına görə aliment ödənişi müəyyən edilmişdir. Talehin adından həmin ödənişləri o özü vaxtında poçt vasitəsilə ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (076)-1972/2019 saylı qətnaməsi ilə Şahid11 azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli idi. Həm evə köçürülmə, həm də aliment ödənişinin müəyyən edilməsi barədə qətnamələr həmin vaxt Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdi. Lakin indiyədək “evə köçürülmə” ilə əlaqədar icra sənədi üzrə tələb təmin edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə iki nəfər hal şahidi, iki nəfər polis əməkdaşı, xatırlamadığı iki nəfər icra məmuru və keçmiş gəlini Xanımla birlikdə onun yaşadığı evin həyətinə gəlib, Şahid11 onun evinə yerləşdirəcəyini bildirmişdir. O isə Xanımın onun arvadı Floranı döydüyünü, yola gedə bilməyəcəklərini, bu şəraitdə birlikdə yaşamalarının mümkün olmayacağını bildirmişdir. Razim isə Xanımla danışdığını, kompensasiya ödənişi ödənildiyi təqdirdə Xanımın onun evinə köçürülməyəcəyini demişdir. Razim həmçinin, kompensasiya ödənişinin müəyyən edilməsinin onun səlahiyyətində olduğunu, onun tərəfindən sənədləşdirmə işlərinin aparılacağını, onun Razimə 7000 manat kompensiyasiya ödənişi ödəməsindən və həmin ödəniş də Razim tərəfindən Xanıma çatdırıldıqdan sonra icra işinə öz qərarı ilə xitam veriləcəyini, həm ödəniş edilməsi, həm də icra işinə xitam olunması barədə müvafiq sənədi ona təqdim edəcəyini bildirmişdir. Razim həmçinin, Xanımın onun evinə köçürülməməsi müqabilində pul istədiyini demişdir. O, Razimlə ilkin olaraq razılaşmış, lakin məsləhətləşdikdən sonra ona ödəniş edəcəyimi bildirmişdir. Razim də yanındakı şəxslərin, habelə onun və arvadı Floranın iştirakı ilə, Xanımla razılığa gəlmələri, sonuncunun evə köçürülmə hüququ əvəzinə kompensasiya veriləcəyinə dair akt tərtib etmişdir. O, vəkil ilə məsləhətləşmiş, vəkil də Təqsirləndirilən şəxs bildirdiyi qaydada icra sənədinə xitam verilməsi təcrübəsinin olduğunu, ödənişi Razimə ödəməsini, lakin qəbzi almasını demişdir. O da təxminən xx.xx.2020-ci il tarixdə arvadı Flora ilə birlikdə Şəmkir RİPŞ-yə getmişdir. Təqsirləndirilən şəxs onlarla şöbənin inzibati binasında görüşmüş və orada arvadı Floranın yanında Təqsirləndirilən şəxs kompensasiya ödənişi kimi tələb etdiyi 7000 manat məbləğində pulu sayaraq vermişdir. Razim həmin pulu Xanıma çatdırdıqdan sonra ona qəbz verəcəyini bildirmişdir. 2-3 gün sonra arvadı Flora ilə birlikdə yenidən şöbəyə gedib Razimlə görüşmüş, sonuncu “gözünüz aydın, pulu Xanıma verdim” deyə bildirmişdir. O, qəbzi tələb etdikdə, Razim Xanım pulu alsa da, hələ qəbz yazıb imza etmədiyini, Xanım qəbzə imza etdikdən sonra həmin qəbzi ona verəcəyini, Xanımla düşmən olduqlarını, sonuncunun evinə gedib pulu soruşmamalarını demişdir. O da Razimlə razılaşmışdır. Lakin Razimin bu sözündən şübhələnib Xanımın yaşadığı evə getmiş, Xanımla həyətlərində söhbət edən zaman, sonuncu Razim tərəfindən ona pul verilmədiyini bildirmişdir. Bundan sonra o, arvadı Flora ilə birlikdə yenidən şöbəyə - Razimin yanına gedib, hansı səbəbdən onları aldatdığını Razimdən soruşmuşdur. Razim isə ondan kompensasiya ödənişi kimi aldığı pul vəsaitlərini öz şəxsi məqsədləri üçün xərclədiyini və artıq pulunun olmadığını, maşınını satıb pulu verəcəyini demişdir. Razim həmçinin “pulu yemişəm məni öldürəcəksinizmi ?!” deyə bildirmişdir. Bir gün sonra, pulunu qaytarması barədə söhbət etmək üçün istifadəsində olan ***-***-**-** saylı nömrədən Razimin istifadəsində olan ***- ***-**-** saylı nömrəsinə zəng edib, onun yanına gəlmək istədiyini bildirmiş, Razim isə Sumqayıtda olduğunu, maşınını satdığını, əldə etdiyi puldan 7000 manat məbləğini də bir neçə günə gətirib ona çatdıracağını bildirmişdir. O, da bu səbəbdən, bir neçə gün gözləmiş, iki gün sonra bir daha Razimə zəng etmiş, lakin Razim cavab verməmişdir. O, şöbəyə getmiş, lakin oradakı icra məmurları bildirmişlər ki, Razim işə çıxmamışdır, xatırlamadığı hansısa səbəbdən evə getmişdir. O, Razimin Şəmkir rayonu, Dəllər-cəyir kəndində yaşamasını xatırlamadığı şəxsdən eşitmiş və Razimi tapmaq üçün həmin kəndə getmişdir. Soraqlayaraq Razimin kəndin çayxanasında olduğunu eşitmiş, Razimi çağırıb çayxananın qarşısında sonuncu ilə söhbət etdikləri zaman, sonuncu maşını satmaq işinin alınmadığını, çox sayda insanı aldadıb pulunu özü üçün xərclədiyini, torpağını satıb hər kəsin pulunu qaytaracağınını demişdir. Bir müddət gözləsə də, Razim nə ona zəng etmiş, nə də pulunu qaytarmışdır. Təxminən iki gün sonra, arvadı Flora ilə birlikdə Razimin evinə getmiş, lakin Razim onları nalayiq sözlər deməklə həyətindən qovmuşdur. Bu səbəbdən, Razimin qanunsuz hərəkətləri ilə əlaqədar Şəmkir Regional Ədliyyə İdarəsinə ərizə ilə müraciət etmişdir. Regional Ədliyyə İdarəsinə izahat verdiyi gün, arvadı Flora ilə birlikdə Şəmkir İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləmiş Şahid25 xidməti otağına getmişdir. Həmin vaxt Razim də otağa daxil olmuş, onlara 3000 manat pulu olduğunu bildirmiş, lakin o və arvadı Flora əsəbiləşib “7000 manat pul verib, nə üçün 3000 manat pul almalıyıq ?!” deyə bildirmişlər. O və Flora isə razı olmadıqlarını, verilən pulun bütünlüklə qaytarılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs keçmiş gəlini Şahid11 aliment ödəməsi ilə əlaqədar, sonra isə Xanımın uşaqları ilə birlikdə onun evinə köçürülməsi ilə əlaqədar icra işlərini aparan icra məmuru kimi tanımışdır. Razimlə onun və ya ailə üzvlərinin arasında şəxsi və ya qərəzli münasibətlər, tanışlıq olmamışdır. O, Razimə icra məmuru olduğu üçün güvənib kompensasiya ödənişi kimi pul vermişdir. Kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə qərarı və ya icra sənədi olmamışdır. Bununla bağlı yalnız Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tərtib etdiyi akt olmuşdur. O, kompensasiya ödənişinin nə olduğunu soruşduqda, Razim bildirmişdir ki, Qanuna əsasən, onun tərəfindən kompensasiya ödənişi ödənilməsi müqabilində Xanım evə köçürülmə tələbindən imtina etsə, icra işinə xitam veriləcəkdir. Razim həmin aktın bir surətini də ona verərkən, bildirmişdir ki, həmin akt ilkin sənəddir, o pul verdikdən və həmin pul da Xanıma ödənildikdən sonra, icra işinə xitam verilməsi haqqında qərarı özü qəbul edəcək, həmin qərarda Xanıma onun tərəfindən ödəniş edilməsi də göstəriləcəkdir. O da Razimin həmin vaxt icra məmuru kimi verdiyi vədlərə və onun tərəfindən akt tərtib edilməsinə inanıb, sonuncunun tələb etdiyi 7000 manat məbləğində pulu ona vermişdir. Razim akt tərtib edərkən də, pulu aldığı vaxt da həmin pulu Xanıma çatdıracağını, bundan sonra icra işinə xitam verəcəyini və bununla da Xanımın evə köçürülməsi haqqında icra işinin qüvvədən düşəcəyini demişdir. Həmçinin, Razim qəbul edəcəyi qərarı ilə icra işinə xitam veriləcəyini, həmin qərarda Xanıma ödənilmiş pulun göstəriləcəyini, Xanım qəbz yazıb imza etdikdən sonra həmin qəbzin ona veriləcəyini bildirdiyi üçün, Razimə inanıb qəbz tələb etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 zərərçəkmiş Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, əvvəllər Şahid17 ilə evli olmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X63 adında uşağı doğulmuşdur. Lakin Könül ilə yola getmədikləri üçün boşanmışlar. Bu səbəbdən, azyaşlı uşağını saxladığına görə Könülə aliment ödəmişdir. Şəmkir rayon məhkəməsi 2016-cı ildə keçmiş arvadı Şahid17 Əli adlı azyaşlı uşağı ilə birlikdə onun anası Şahid16 yaşadığı Şəmkir rayonu, Xuluf kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini qət etmişdir. Qeyd olunan icra sənədi icra edilməsi üçün həmin vaxt Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdir. Həmçinin, Könülə aliment ödəməsi ilə əlaqədar icra işinə də Razim baxmışdır. Könüllə onun və anasının mübahisəsi olmuş, özü isə anası ilə deyil, hazırda qeyri-rəsmi nikahda olduğu Kifayətlə birlikdə sonuncuya məxsus fərdi yaşayış evində yaşayır. Razim də bunlardan xəbərdar olmuşdur. 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində aliment borcunun ödənilməsi ilə əlaqədar Razimin yanına getmiş, Razim ona “sən yaxşı oğlansan, sənə köməklik edəcəm, 2000 manat pulu tap, Könül sizin evdən çıxarılacaq” demişdir. Həmin ərəfələrdə Könül onun anası Fəxrəndənin evinə faktiki olaraq köçürülmüş olsa da, onun anası Fəxrəndənin evinə gedib mübahisə yaradıb və axşam da Könül öz atası evinə gedirmiş, bu qaydada hər gün bu mübahisə davam etmişdir. O, da bu mübahisədən usandığı üçün, Razimlə razılaşmışdır. Sonra Razim onunla bir də görüşüb bildirmişdir ki, Könüllə görüşüb bu məsələ barədə razılığa gəlmişdir. Razim həmçinin, Könülün kompensasiya məbləği kimi ondan 4000 manat pul istədiyini, 2000 manat pulu indi, 2000 manat pulu isə sonradan verməli olduğunu demişdir. Bu səbəbdən o, qohumtanışlardan borca pul götürərək əvvəlcə xx.xx.2020-ci il tarixdə 1500 manat məbləğində pulu, xx.xx.2020-ci il tarixdə isə 500 manat məbləğində pulu kompensasiya ödənişi kimi vermişdir. Razim ondan pul alarkən ödənişi Könülə çatdıracağına söz vermiş, hətta onun yanında Könülün istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək ödənişi aldığını, növbəti gün Gəncə Apelyasiya Məhkəməsinə gedəcəyini, sonradan gəlib pulu götürməsini bildirmişdir. Lakin bundan sonra Könül ona zəng edərək Razimin pulu ödəmədiyini və zənglərə cavab vermədiyini demişdir. Bundan sonra o, Razimə dəfələrlə zəng etsə də Razim telefona cavab verməmiş və ya nömrəsinə zəng çatmamışdır. Razim onun kompensasiya ödənişi kimi verdiyi pulları ələ keçirib xərcləmiş, sonradan da müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Şahid15 ifadəsində, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, onu keçmiş arvadı Şahid17 aliment ödəməsi və sonuncunun oğlu Əli ilə birlikdə onun anası Fəxrəndənin evinə köçürülməsinə dair icra işlərini aparan icra məmuru kimi tanıdığını, aliment pulunu ödədikdən sonra həmin ödənişləri Razim dərhal Könülə çatdırdığı üçün Razimlə onun arasında etibarlı münasibət yarandığını, Razimlə onun və ya ailə üzvlərinin arasında qərəzli münasibətlər olmadığını, kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar hər hansı rəsmi sənəd, o cümlədən məhkəmə qərarı və ya icra sənədi olmadığını, kompensasiya məbləği barədə fikri ona əvvəlcə Razim dediyini, sonuncu ona köməklik edəcəyini, Qanunda kompensasiya ödənişi adında qeyd olduğunu bildirməsini, o da Təqsirləndirilən şəxs inanıb və əvvəllər aralarında olan etibarlı münasibətə güvənib, sonuncuya verdiyi 2000 manata görə qəbz tələb etmədiyini, Razim vasitəsilə Könüllə razılığa gəldiklərini, o Könülə evə köçürülməməsi müqabilində əvvəlcə 2000 manat, 2021-ci ilin fevral ayında da 2000 manat olmaqla, cəmi 4000 manat məbləğində kompensasiya ödənişi verməli olduğunu, bu məbləğin də hər hansı sənəddə qeyd olunmadığını, sadəcə olaraq şifahi formada Razim vasitəsilə onunla Könül arasında razılığa gəlindiyini, Razimin ona “kompensasiya məbləği” ödənilməsi müqabilində Könülün evdən çıxarılacağı vədini verdiyini və 2021-ci ilin fevral ayında 2000 manat məbləğində pulu Könülə verdikdə, Könülün evdən çıxması barədə sənəd tərtib edəcəyini, həmin sənədə Könül tərəfindən imza olunacağını, Könülün evdən çıxarılması müqabilində kompensasiya ödənişi edilməsi və Könülün evdən çıxarılması barədə xüsusi cədvələ imza etməsi ilə əlaqədar səlahiyyətlərə malik olduğunu, həmin sənədi də Qanuna əsasən tərtib edəcəyini bildirdiyini, o da Razimlə aralarında olan etibarlı münasibətə güvənib Razimin sözlərinə aldandığını, xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gəldiyini, həmin vaxt istifadəsində olan ***-***-**-** saylı və ya ***-***-**-** saylı nömrəsindən Razimin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib pulu gətirdiyini bildirməsini, Razim də pulu mühafizəçi Bəhruza verməsini, narahat olmamasını dediyini, o da mühafizəçi Bəhruza 1500 manat pulu qaynı Şahid18 yanında verdiyini, Bəhruz həmin pulu sayıb ondan götürdüyünü, 1500 manat məbləğində pulu Razimə çatdıracağını ona dediyini, xx.xx.2020-ci il tarixdə isə 500 manat pulu Razimin özünə Şəmkir RİPŞ-nin inzibati binasının qarşısında təklikdə olduqları zaman verdiyini, həmin vaxt Razim Könülə zəng edib bu barədə məlumat da verdiyini, sonradan dəfələrlə pulunu Razimdən tələb etsə də, sonuncu da dəfələrlə müxtəlif bəhanələr göstərməklə onun pulunu verməkdən yayındığını, Razim hər dəfə pulu növbəti gün, bir neçə gün sonra verəcəyini desə də, indiyə qədər onun pulunu vermədiyini, bir müddət sonra isə Razim onun zənglərinə cavab vermədiyini, keçmiş arvadı Könül də Razimə zəng edib dəfələrlə haqqı olan pulunun qaytarılmasını tələb etdiyini, lakin Razimin Könülü də müxtəlif bəhanələrlə aldatdığını, Könülün ona deməsinə görə, sonuncu Razimin səsini telefona yazdığını və hüquq mühafizə orqanlarına təqdim etdiyini göstərmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, keçmiş əri X23 ilə 2018-ci ilin avqust ayında boşandıqdan sonra torpaqla bağlı aralarında mübahisə yarandığından, buna görə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(076)-312/2020 saylı qətnaməsinə əsasən, onun və digər qohumlarının ümumi paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Ağlavaşlı kəndi ərazisində yerləşən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 304L cizgi ilə işarə edilmiş 1955 kv.m. çoxillik əkmələr olan hissəsindən ona 0,04 ha torpaq sahəsi, həmçinin onun və digər qohumlarının ümumi paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Ağlavaşlı kəndi ərazisində yerləşən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 304 cizgi ilə işarə edilmiş 25340,02 kv.m. suvarılan hissəsindən ona 0,506 ha torpaq sahəsi ayrılması qət edilmişdir. Bundan başqa, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2361/2020 saylı qətnaməsinə əsasən, onun və digər qohumlarının ümumi birgə mülkiyyətlərində olan, Şəmkir rayonu, Ağlavaşlı kəndi ərazisində 0,18 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pulun paylı mülkiyyətçilər olan X11, onun, X12, X13 və X14 arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Qeyd edilən qətnamələrin icrası Şəmkir İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdir. Bununla bağlı, xx.xx.2020-ci il tarixdə sabiq icra məmuru Təqsirləndirilən şəxs müraciət etmiş və hansı səbəbdən icra işinin hərəkətsiz qaldığını soruşmuş, Təqsirləndirilən şəxs isə icra işinin hərəkətsiz qalmadığını, xx.xx.2020-ci il tarixdə gəlib ölçmə işləri apararaq, məhkəmənin qətnaməsində qeyd olunan və ona ayrılmış torpaq sahələrini ona verəcəyini bildirmişdir. Lakin bunun müqabilində Təqsirləndirilən şəxs ondan 1300 manat məbləğində pul istəmişdir. Lakin o, 550 manat məbləğində pulunun olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşmış və pulu ondan almışdır. Təqsirləndirilən şəxslə 2020-ci ilin noyabr ayının əvvəllərində, ola bilsin ki, 03 və ya xx.xx.2020-ci il tarixdə aralarında telefon danışıqları olmuş və Təqsirləndirilən şəxs gəlib icra hərəkətlərini görəcəyini bildirmişdir. Lakin xx.xx.2020-ci il tarixdə növbəti gün hansı vaxt gələcəyini dəqiqləşdirmək üçün istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadə olan ***-***-**-** saylı nömrəsinə zəng etsə də, cavab verilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun heç bir zənginə cavab verməmişdir. xx.xx.2020-ci il tarixdə icra şöbəsinə getmiş, orada xatırlamadığı icra məmuru Təqsirləndirilən şəxs təxminən 1 həftə əvvəl işdən çıxarıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs 550 manat məbləğində pulu ondan Şəmkir RİPŞ-nin inzibati binasında yerləşən xidməti otağında təklikdə olduqları zaman almışdır. Təqsirləndirilən şəxs pulu alan zaman da ona, torpaq sahəsinə gəlib ölçmə işlərini aparacağını, məhkəmə qərarı ilə onun mülkiyyətinə verilmiş torpaq sahələrini ona verəcəyini, bu səlahiyyətin ona Məhkəmə tərəfindən verildiyini, pulun bir hissəsini də məhkəməyə verəcəyini, pul verildikdən sonra torpağın tamamilə onun mülkiyyətinə veriləcəyini bildirmişdir. O, da Razimə inanıb razılaşdıqları pulu sonuncuya vermişdir. Razim onu aldatmaq üçün məhkəmənin pul istədiyini demiş, lakin konkret olaraq hansı hakimin pul istədiyini deməmişdir. Təqsirləndirilən şəxs icraatında olduğu dövrdə onun tələbi təmin olunmamışdır. Razim ondan aldığı pulun özünə çatmadığını, bir hissəsini dövlət rüsumu kimi ödəyəcəyini, bir hissəsini isə məhkəməyə “torpağın onun tam mülkiyyətinə keçirilməsi” adı ilə verəcəyini bildirmişdir. Lakin rüsumla bağlı Razim ona hansısa qəbz verməmiş və o da Razimin icra məmuru olmasına aldanıb, sonuncunun dələduzluq etməsinə ehtimal verməyərək həmin pulu sözsüz-soraqsız vermişdir. Əvvəllər Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, onu tələbkar olduğu icra işi ilə əlaqədar işinə baxan icra məmuru kimi tanımışdır. Razimlə onun və ya ailə üzvlərimin arasında şəxsi və ya qərəzli münasibətlər, tanışlıq və ya qohumluq olmamışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin sabiq icra məmuru Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən anası Bənövşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, “gəlin sizi evə köçürəcəm” deyə bildirmişdir. Həmin tarixdə o, Təqsirləndirilən şəxs, iki nəfər hal şahidi, iki nəfər polis əməkdaşı, bir nəfər də icra şöbəsinin işçisi ilə birlikdə keçmiş qaynatası Şahid9 Şəmkir rayon Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə onun həmin evə köçürülməsi dair tələbinin icra olunması üçün getmişlər. Lakin Şahid9 və keçmiş qaynanası Flora onun həmin evə köçürülməsinə razılıq verməmişlər. Təqsirləndirilən şəxs də onlara, “əgər Xanımın köçürülməsinə razı deyilsinizsə, kompensasiya ödənişi edin” deyə bildirmişdir. Şahid9la belə razılığa gəlmişlər ki, ona 7000 manat məbləğində kompensasiya ödənişi edilməsi müqabilində həmin evə köçürülmə barədə tələbindən imtina etsin. Bununla bağlı Təqsirləndirilən şəxs akt tərtib etmişdir. Sonradan Şahid9 ona ödəməsi üçün Razimə 7000 manat məbləğində kompensasiya ödənişi etməsini eşidib, anası Bənövşə ilə birlikdə icra şöbəsinə getmiş, Razim isə onlara növbəti gün gəlmələrini bildirmişdir. Bundan sonra Şahid9 onun yaşadığı evə gələrək, Razimin ödəniş edib-etmədiyini ondan soruşmuş, o isə pul verilmədiyini bildirmiş, o da anası Bənövşə ilə birlikdə yenidən icra şöbəsinə getmişdir. Razim isə hər dəfə növbəti gün gəlmələrini onlara bildirmişdir. Təxminən 3-4 ay sonra anası Bənövşə Razimə zəng edərək, Şahid9 ödədiyi 7000 manat pulu nə zaman verəcəyini soruşduqda, Razim həmin pulu şəxsi məqsədləri üçün xərclədiyini, lakin yaxın günlərdə qaytaracağını, dostunun bir maşını olduğunu, həmin maşını satıb pulu ödəyəcəyini bildirmişdir. Bundan sonra Razimə dəfələrlə zəng olunsa da, ya zəngə cavab verməmiş, ya da telefonu əhatə dairəsi xaricində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2015ci ildən etibarən Şəmkir RPŞ İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir və həmin vaxtdan da Şəmkir rayonu, Şiştəpə kəndinə təhkim olunmuşdur. Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya şöbəsinin sabiq icra məmuru kimi tanıyır, onunla şəxsi və ya qərəzli münasibəti olmamışdır. Şahid9 Şəmkir rayon Şiştəpə kənd sakini kimi tanıyır, onunla şəxsi və ya qərəzli münasibəti yoxdur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin avqust ayında icra məmuru işlədiyi zaman Şahid9 yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə gedərkən, orada icra hərəkətləri aparması ilə əlaqədar ictimai asayişi qorumaqdan ötrü həmin vaxt Şiştəpə kəndinə təhkim olunmuş sahə rəisi Sirac Hacıyevə və ona məlumat vermişdir. Həmin vaxt onun və S.Hacıyevin, iki nəfər hal şahidinin, Şahid9 və sonuncunun arvadı Şahid10, onların keçmiş gəlini Şahid11 iştirakı ilə Şahid11 Şahid9 evinə köçürülməsi ilə bağlı icra hərəkəti aparmağa başlamışdır. Lakin ev sakinləri razı olmadığından icra işi təxirə salınmışdır. Təqsirləndirilən şəxs isə ev sakinlərinin kompensasiya vermələrini və bunun müqabilində gəlinləri Şahid11 həmin evdə yaşamaqdan imtina etməsini təklif etmişdir. Şahid9 da icra şöbəsinə gəlib söhbət edəcəyini bildirmişdir. Həmin icra hərəkəti aparıldığı zaman orada iştirak edən hal şahidlərini tanımır. Sonradan, Təqsirləndirilən şəxs çox sayda vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirib qaytarmadığını eşitmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayon Şiştəpə kənd sakini Şahid8 təxminən 7000 manat məbləğində pulunu talamasını eşitmişdir, bundan başqa konkret olaraq hansı qanunsuz əməlləri olduğunu, o cümlədən, Təqsirləndirilən şəxs Şahid9 qarşı qanunsuz əməl törədib-törətməməsini bilmir. Lakin icra hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs Şahid9la sonuncunun ona 7000 manat məbləğində kompensasiya ödənişi etməsi barədə söhbət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 zərərçəkmiş şəxs Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Razim əvvəllər Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru işləmiş, lakin sonradan dələduzluq etdiyi üçün təxminən 2021-ci ilin yanvar ayında işdən çıxarılmışdır. Razim işdən çıxarıldıqdan sonra onun dələduzluq etdiyini xatırlamadığı kənd sakinlərindən eşitmişdir. Razimlə qərəzli münasibəti yoxdur, qohum kimi münasibətləri yaxşıdır. Razim icra məmuru işlədiyi zaman onu həm sürücü kimi işi ilə əlaqədar aparıb-gətirmiş, həm də hal şahidi kimi icra hərəkətləri aparmasında iştirak etmişdir. Razimin Şəmkir şəhərində və rayonun müxtəlif kəndlərində, eləcə də Şiştəpə kəndində apardığı icra hərəkətlərində iştirak etmiş və tərtib etdiyi aktlara imza etmişdir. Ələkbər adlı kişini xatırlayır, sonuncu əlil olmuş, əlində çəliklə yerimişdir. Lakin həmin icra hərəkətinin nə barədə olmasını, başqa kimlərin iştirak etməsini xatırlamır. Şahid2 tanıyır, lakin onunla şəxsi və ya qərəzli münasibəti yoxdur. Belə ki, qohumu Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin yay aylarında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işlədiyi zaman onu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə aparmasını xahiş etmiş, o da Razimi həmin yerə aparmışdır. Lakin maşında yol ilə gedərkən Razim Gülnar ilə danışıb sonuncunun evdə olub-olmadığını soruşmuş, sonra isə Razimin dediyi ünvana getmişlər. X82 qəsəbəsində ünvanı dəqiq xatırlamadığı Gülnar adlı qadının yaşadığı evə getmiş, o isə maşınının yanında gözləmişdir. Qısa müddət sonra Razim qayıtmış və onlar Şəmkir şəhərinə getmişlər. O, Razimi təxminən 2-3 dəfə Gülnarın evinə aparmışdır, lakin onların dəqiq nə vaxt və hansı səbəbdən görüşmələrini bilmir. Razimin Gülnar ilə işlə bağlı görüşdüyünü zənn etmiş, lakin görüşmə səbəbini dəqiq bilməmişdir. Belə ki, Razim Gülnarla görüşdükdən sonra maşına oturduqda və yol ilə getdikləri zaman, Razim Gülnardan işlə bağlı pul aldığını demiş, lakin hansı məbləğdə pul almasını deməmişdir. Razimin Gülnardan hansı məbləğdə pul alması barədə məlumatı yoxdur. Razim Gülnar ilə görüşdükdən sonra ona işlə bağlı pul almasını bildirmiş, lakin pulun konkret olaraq ödəniş və ya digər növ olmasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Razimin vasitəsilə Raminlə danışıqlar aparılmış və cəmi 4000 manat kompensasiya məbləği ödənilməsi müqabilində tələbindən imtina etməyə razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə keçmiş qaynanası Şahid16 ona, Razimə kompensasiya ödənişi kimi əvvəlcə 1500 manat ödəmək istəmələrini demiş, o isə bununla razılaşmamış və Raminlə qərarlaşdırdıqları 2000 manatın əvvəlcə ödənilməli, 2000 manatın isə 2020-ci ilin fevral ayında ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra Şahid16 ona zəng edərək 1500 manat pul ödənildiyini bildirmiş, bundan sonra icra şöbəsinə gedib Razimə yaxınlaşaraq, 2000 manat pulun ödənilib-ödənilmədiyini soruşduqda, sonuncu 2000 manat deyil, 1500 manat gətirildiyini demiş, belə olan halda o qeyd edilən pul vəsaitini götürməyərək 2000 manat pul tam verildiyi halda qəbul edəcəyini demişdir. Bundan sonra Razim xx.xx.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək ödənişi aldığını, lakin indi Gəncə şəhərinə iclasa çağrıldığını, buna görə Gəncə şəhərinə getməli olduğunu bildirmişdir. O, növbəti gün pulu götürəcəyini dedikdə, Razim növbəti gün Bakı şəhərinə işlə bağlı göndərildiyini, bu səbəbdən ödənişi ona sonra verəcəyini demişdir. Həmin vaxt Razimlə onun arasında telefon danışığı aparılan zaman Raminin səsini eşitmiş, Ramin də Razimin yanında olmuş, yəqin ki, Razim bu səbəbdən, ona zəng edib ödənişi aldığını bildirmişdir, əslində isə Razim həmin pulu əvvəlcədən ələ keçirmək niyyətində olmuşdur. Çünki həmin ödənişi ona verməmək üçün həmin vaxt aralarında olan danışıq zamanı da müxtəlif bəhanələr uydurmuşdur. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Razim ona zəng edərək iclasdan gələ bilmədiyini, növbəti günlərdə gələndə özü ona zəng edəcəyini və xəbər verəcəyini, onun pulunu verəcəyini bildirmişdir. Lakin Razimin 3-4 gün ərzində telefonda ona müxtəlif bəhanələr uydurmasından şübhələnib, Razimin Bakıda olduğunu deməsinə inanmamış və icra şöbəsinə getmiş, Razimin orada olduğunu görüb, hansı səbəbdən Bakı şəhərində iclasda olması barədə ona yalan dediyini soruşduqda, Razim əvvəlcə deməyə söz tapa bilməmiş, lakin bir müddət sonra özünü toparlayıb “pulunuz seyfdədir, açarı da Pərviz müəllimdədir, Pərviz müəllim gəldikdən sonra pulunuzu verəcəm” deyə bildirmişdir. O, Pərvizin gəlməsini gözləmiş, sonuncu gəldikdən sonra qəbuluna getmişdir. Pərvizdən Razimin dedikləri barədə soruşduqda, Pərviz müəllim “nə seyf, nə pul?!, Razimin pulu məndə nə gəzir ?!” demişdir. Pərviz Razimi çağırıb bu barədə irad tutmuşdur. Həmin vaxt Pərviz onu çölə çıxarsa da, səslərini eşitmişdir, Pərviz Razimə “xalqın pulunu ver, pulu nə etmisən ?!” deyə bildirmiş, Razim isə Pərvizdən ona verməsi üçün 2000 manat pul istəmişdir. Pərviz isə Razimə pul verməkdən imtina etmiş və “bezmişəm sənə borc verməkdən” deyə bildirmişdir. Onun pulunu nə etdiyini Razimdən soruşduqda, sonuncu bildirmişdir ki, tanışına borcu olmuş, buna görə onun pulunu tanışına vermişdir, kredit götürüb pulunu qaytaracaq. Lakin bundan sonra Razimə zəng etsə də, müxtəlif bəhanələrlə onu aldatmışdır. İndiyə qədər Razim Raminin pulunu qaytarmış, nə də ona ödəniş etmişdir. 2020-ci ilin noyabr ayında Pərviz müəllimin qəbuluna getmiş, sonuncu ona “pulun kimdədirsə ondan al, mən sənə pul verəsi deyiləm” demiş, o isə Pərvizdən hansı səbəbdən Razim “pul seyfdədir, seyfin açarı da Pərviz müəllimdədir” deyə bildirdiyi zaman sonuncu barədə tədbir görmədiyini soruşduqda, Pərviz “mənim yanıma niyə gəlmisən, pulu mən almamışam” demişdir. Razim də bundan sonra istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib, hansı səbəbdən Pərvizin yanına getdiyini, onu bu günlərə Pərvizin saldığını, pulunu tezliklə qaytaracağını, banklara müraciət etdiyini, lakin kredit ala bilmədiyini demiş, o isə gözlədiyini demişdir. Həmçinin o, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə SMS yazdıqda, sonuncu ona iki gün səbrli olmasını, pulu verəcəyi barədə SMS yazmışdır. Həmin yazışmalardan çıxarış edərək Şəmkir Regional Ədliyyə İdarəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, Şəmkir rayonlararası Mühafizə şöbəsinin polis nəfəri vəzifəsində işləyir, 2 il əvvəl Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə təhkim olunmuşdur. Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kimi tanımış, aralarında başqa şəxsi və ya qərəzli münasibət, qohumluq və ya Təqsirləndirilən şəxslə işdən əvvəl tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının əvvəllərində işdən çıxmışdır. Şahid15 vətəndaş kimi tanımış, aralarında başqa şəxsi və ya qərəzli münasibət, qohumluq və ya əvvəllər tanışlıqları olmamışdır. Ramini ilk dəfə 2020-ci ilin sentyabr ayında görmüş, həmin vaxt Ramin Şəmkir RİPŞ-nin inzibati binasına yaxınlaşıb Razim müəllimin işdə olubolmadığını soruşmuş, o da Təqsirləndirilən şəxs işdə olmadığını, ərazidə olduğunu bildirmişdir. Bundan sonra Şahid15 ona bildirmişdir ki, icra işi ilə əlaqədar Təqsirləndirilən şəxs pul verməlidir. O, istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib bu barədə bildirmişdir, Təqsirləndirilən şəxs isə gec gələcəyini, Şahid15 verdiyi pulun iş üzrə ödəniş kimi verilməli olduğunu, özü də həmin ödənişi rəsmi olaraq kiməsə ödəyəcəyini, pulu onun götürməsini, sonradan özü gəlib ondan götürəcəyini demişdir. Bundan sonra Ramin də Təqsirləndirilən şəxs zəng edib bu barədə danışmış və sonuncu pulu götürdükdən sonra qəbz verəcəyi barədə razılaşmışlar. O, həmin pulun rəsmi ödəniş olduğunu təhkim olunduğu həmin vaxt RİPŞ-nin icra məmuru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şəxsən eşitdiyinə görə, Təqsirləndirilən şəxs etibar edib, Şahid15 verdiyi pulu sonuncudan həmin tarixdə Şəmkir RİPŞ-nin inzibati binasında almışdır. Həmin pulu sayıb Ramindən götürmüş, lakin nə qədər olmasını xatırlamır. Təxminən 40 dəqiqə sonra həmin pulu sayıb Təqsirləndirilən şəxs Şəmkir RİPŞ-nin inzibati binasında təhvil vermişdir. Lakin bundan təxminən bir həftə sonra Könül adlı qadın gələrək keçmiş əri Raminin Razimə pul verdiyini, Razimin isə həmin pulu ona çatdırmadığını deyib şikayət etmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu pulu verəcəyini desə də, işdən çıxdıqdan sonra da vətəndaşlar pulun verilməməsindən şikayət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs dələduzluq etdiyini bilmişdir. Şahid15 2020-ci ilin sentyabr ayında ona Təqsirləndirilən şəxs çatdırmaq üçün pul verdiyi zaman və ya bundan əvvəl Təqsirləndirilən şəxs hər hansı qanunsuz hərəkət etməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər-cəyir kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində qaynanası – X59, oğlu – Təqsirləndirilən şəxs, gəlini – X39 və nəvəsi – 2019-cu il təvəllüdlü X60 ilə birlikdə yaşayır. Oğlu Razim 2015-ci ildən ədliyyə orqanlarında xidmət edir. 2017-ci ilin iyul ayından etibarən Razim Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Razimin icra məmuru işlədiyi dövrdə qanunsuz hərəkətlər etməsini sonradan evinə gələn vətəndaşlardan öyrənmişdir. Belə ki, 2020-ci ilin dekabr ayında Ələkbər adlı topal kişi və “Xanlar” deyə çağırılan Xanoğlan adlı Şəmkir rayon Şiştəpə kənd sakinləri onun evinə gələrək, Razimin onları aldadıb pullarını ələ keçirdiklərini bildirmişlər. Ələkbər və adını xatırlamadığı arvadı Razimin onların 7000 manat pullarını, Xanoğlan isə Razimin onların əvvəlcə 11.000, sonra isə 5700 manat pullarını dələduzluq edib ələ keçirdiyini ona bildirmişlər. Sonradan Razimlə bu söhbət edəndə, Razim Ələkbər, Xanoğlan adlı şəxslərin pullarını aldatmaqla aldığını ona etiraf etmişdir. O, Razimə məsləhət bilmişdir ki, evlərini satıb həmin şəxslərin pulunu versin və həmin şəxslər də Razimdən şikayət etməsinlər. Bundan başqa, Aygün və Könül adlı qadınlar da onun evinə gəlib Razimin onları aldatmaqla müvafiq olaraq 5000 manat və 2000 manat pul vəsaitlərini aldığını demişlər. Sonradan bir torpaq sahələrini satıb Razimin Aygünə olan borcunu ödəmişdir. Lakin Ələkbər, Xanoğlan və Könülün pulunu hələ verə bilməmişlər, lakin yaxın vaxtlarda həmin pulları da ödəyəcəklər. X69, Xanoğlan, Aygün və Könüldən başqa digər vətəndaşlara qarşı qanunsuz hərəkətlərinin olub-olmamasını bilmir. Həmçinin, Xanoğlanın arvadı Lalə də onun evinə gəlib Razimin onlara vurduğu zərərin əvəzinin ödənilməsini tələb etmiş, o da bu barədə Razimlə dəqiqləşmə apardıqdan sonra, 2021-ci ilin yanvar-fevral aylarında Lalənin Şəmkir rayon Şiştəpə kəndində yerləşən evinə getmiş, orada Lalədən şikayət etməməsini xahiş etmiş və ona pulunu qaytaracağını bildirmişdir. Bu səbəbdən də, Lalənin evində bir vərəq parçasına keçmiş icra məmuru Təqsirləndirilən şəxs anası olduğunu, 11.000 manat pulu iki günə verəcəyini, 5700 manat pulu isə xərcləndiyini qeyd etmiş, əlyazmanın altında da özü imza etmişdir. Razimlə bu barədə söhbət apardığı zaman, sonuncu həqiqətən də, Xanoğlangildən 16.700 manat pul aldığını, həmin pulun 11.000 manat pulunu özünə götürdüyünü, 5700 manat pulu isə kağıza və sair şeylərə xərclədiyini bildirmişdir. Oğlu Razimin qeyd etdiyi qanunsuz hərəkətləri törətməsi ilə əlaqədar hər hansı şəxslə əlbir olub-olmaması, həmçinin pul aldığı zaman yanında hər hansı şəxsin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həm sinif yoldaşı olmuş, həm də 2013-cü ildə bitirdikləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsində birlikdə oxumuşlar. Razim əvvəllər Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru işləmiş, lakin həmin vəzifədə işlədiyi dövrdə dələduzluq etdiyi üçün onu təxminən 2020-ci ilin noyabr ayında sərəncama götürülmüş, 2021-ci ilin yanvar ayında isə işdən çıxarılmışdır. Razim sərəncama götürülməzdən əvvəl, təxminən 2020-ci ilin avqust ayının sonralarında onunla söhbət edərkən, icraatında olan bir sıra icra işləri ilə əlaqədar vətəndaşları aldadıb pullarını ələ keçirdiyini bildirmişdir. Razim həmin pulların təxminən 11.000 manat təşkil etdiyini, bir hissəsini borclarını, o cümlədən ona olan borcunu verməyə, bir hissəsini isə öz xərclərinə sərf etdiyini, lakin gələcəkdə ödəyəcəyini demişdir. Razimlə heç vaxt qərəzli münasibəti olmamışdır. Hətta Razim təxminən 2018-ci ilin yay aylarında ondan 10.000 manat məbləğində borc götürmüşdür. Lakin Razim imkanı olmadığını deyərək uzun müddət ona olan borcunu ödəyə bilməmişdir. Razim ona olan borcunu dəqiq xatırlamasa da, hissə-hissə olmaqla iki il ərzində təxminən 2019-2020-ci illər ərzində ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, 2017ci ildən etibarən Şəmkir şəhərində yerləşən Cümə Məscidinin imamı işləyir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs təxminən iki ildir əvvəl dostu Ayaz vasitəsilə tanımışdır, Ayaz və Razim tələbə yoldaşı olmuşlar və həmkəndlidirlər. Bir müddət sonra Razimlə daha yaxın münasibətlər qurmuş, bəzən bir məclisdə oturub söhbət etmişlər. Razim tez-tez ondan müqəddəs kitaba baxmasını, işlərin nəticəsi barədə ona bildirməsini xahiş etmişdir. O da Razimin xahişini yerinə yetirmişdir. 2021-ci ilin əvvəllərində Razimin dələduzluq etdiyini, işdən çıxdığını öyrənmiş və Razimə yetim haqqını yeməməsini, haqsız iş görməməsini nəsihət etmişdir. Razim istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tez-tez zəng edərək və ya bir çox insanların adlarını qeyd etməklə ismarıcla yazaraq, həmin şəxsləri susdurmasını, onları yubatmasını, sakitləşdirməsini, tutulmasının qarşısını almasını xahiş etmiş, o isə çox vaxt Razimin telefonunu götürməmiş və ya cavab yazmamışdır. ***-***-**-** saylı mobil nömrəni ona Gəncə şəhərində yaşayan dostu X53 hədiyyə etmişdir və həmin nömrə 2-3 ildir ki onun istifadəsindədir. Razimin ən çox adını çəkdiyi və şirinləşməsini, sakitləşməsini xahiş etdiyi adamlardan biri Şahid25 olmuşdur. Razim onunla söhbət edən zaman Pərvizdən rəisi kimi bəhs etmiş, lakin Razimin ona SMS ünvanlayaraq və söhbət zamanı adlarını çəkdiyi şəxsləri, o cümlədən Pərvizi tanımır, onların şəxsiyyəti barədə hər hansı məlumatı yoxdur. O, Pərvizlə Razim arasında küsülülüyü aradan qaldırmaq üçün Pərvizin ana adını istəmiş, buna görə də Razim “Bəturə” adını SMS-lə yazıb ona göndərmiş və o da bu məqsədlə “şirinlik” duası yazıb Razimə vermişdir. Bundan başqa, bir dəfə də Razimə ruzi duası yazıb vermişdir, kiməsə zərər yetirməmişdir. Bunların müqabilində də Razimdən heç nə istəməmiş və almamışdır. Razim də bunların qarşılığında ona heç nə təklif etməmiş və verməmişdir. Həmçinin, Razim bəzi şəxslərin adlarını yazaraq onların sakitləşdirilməsini xahiş etmiş, o da Razimə zəng edib dəqiqləşdirdikdə, Razim adlarını yazdığı şəxslərin sakitləşməsini, ondan pul tələb etməmələrini xahiş etmişdir. Bundan sonra, Razimin aliment haqqını yediyini düşünmüş və özündən uzaqlaşmaqdan ötrü Razimin yazdığı ismarıclara “yoluna qoyacam, ok, bəli” kimi sözlər yazmışdır. “Həll oldu” söz birləşməsini isə yalnız Razimin onu Pərvizlə barışdırması barədə SMS-lərinə görə cavab olaraq yazmışdır. Razim ona bəzi insanların adını qeyd edərək, kimisə susdurmaq anlamında “mat et” kimi ismarıclar yazsa da, Razimin dediyi heç bir işi görməmiş, kiməsə pislik etməmişdir. Razimin hansı qanunsuz hərəkətlərinin olmasını bilmir. Razimin dələduzluq etdiyi üçün işdən çıxarıldığını Ayazdan və ətrafdan eşitmişdir. Sonradan Razim özü ona demişdir ki, həddən çox borcu olduğu üçün özü də borclanmışdır. Razimin Şahid23 və xatırlamadığı qohumlarına borcu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, Şəmkir rayon Şiştəpə kənd sakini Xanoğlan X3 evindən istifadə və yaşayış hüququna 10.000 manat məbləğində kompensasiya ödənişi qarşılığında xitam verilməsinə dair qətnaməsi üzrə icra sənədi icra məmuru Aqil Məmmədovun, "xxxx"ın borc tələbi ilə əlaqədar icra işi isə əvvəlcə özünün, xx.xx.2021-ci ildən sonra isə icra məmuru Elşən Əliyevin icraatında olmuşdur. Təqsirləndirilən şəxs sərəncama götürülməsi ərəfəsində, 2020-ci ilin oktyabr ayında bir sıra vətəndaşlar, o cümlədən kompensasiya ilə əlaqədar Məsmə İbrahimova, Şahid9 və Şahid10, "xxxx"ın borc tələbi ilə əlaqədar Ehtiram Məmmədov şikayət etmiş, onlar həmin vaxt icra məmuru işləmiş Təqsirləndirilən şəxs etibar edilmiş ödənişlərin sonuncu tərəfindən ələ keçirilməklə özünə sərf etməsindən şikayət etmişlər. Təqsirləndirilən şəxs digər vətəndaşların hansı məbləğdə pulunun ələ keçirilməsini xatırlamasa da, Təqsirləndirilən şəxs Şahid8 məxsus 10.000 manatdan çox məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etməsini vətəndaş X57 RİPŞ-yə şikayət etdiyi zaman eşitmişdir. "xxxx"ın borc tələbi ilə əlaqədar icra işi onun icraatında olsa da, bundan əvvəl Razimin həmin icra işindən və ya digər işlərdən pul alıb özünə sərf etməsindən xəbərsiz olmuşdur. Həmin vaxt şöbənin rəisi işləmiş Şahid25 göstərişi ilə Ramiz Əliyevin qanunsuz əməllərindən şikayət etmiş vətəndaşlara isə müraciətlərini Şəmkir Regional Ədliyyə İdarəsinə və Şəmkir rayon prokurorluğuna ünvanlamaları izah edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan audioyazıda zəng edən şəxs “Salam Razim müəllim” deyib, özünü Könül kimi təqdim edir və hansı səbəbdən pulu vermədiyini, ona iki gün gözləməyi bildirdiyini soruşur, zəngə cavab verən şəxs isə sabah yüz faiz həll edəcəyini bildirir. “Baxış keçirilməsi və göturmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs verdiyi pul vəsaitlərini qeyd etdiyi “A4 formatlı” kağızı, üzərində Təqsirləndirilən şəxs X70anın yazılarının qeyd olunduğu cızıqlı kağızı, habelə bir ədəd CD diskə köçürülməklə Şahid7 istifadəsindəki mobil telefonda olan “whatsapp” hesabından Təqsirləndirilən şəxs səs yazıları götürülmüşdür. Cızıqlı kağızda göy rəngli qələmlə kiril əlifbası ilə “11 min keçmiş icra hakimi Təqsirləndirilən şəxs mamasıyam 11 min (2-ci) günü veriləcək” sözlərinin altında imza qeyd olunmuş, imzanın altında “5.7 yüz manat xərclənib”, həmin cümlənin altında isə “X70” sözləri qeyd edilmişdir. Sağ aşağı 1/4 hissəsi cırılmış halda olmaqla üzərində göy rəngli qələmlə kiril əlifbası ilə qeydlər aparılmış A4 formatlı kağızda yuxarı sol 1/4 hissədə Təqsirləndirilən şəxs adı və soyadı, ***-***-**-** saylı mobil nömrəsi, “26 sent 3 15.13”, “25 sent 15.24”, “25 sent 2 13.28”, “24 sent 14.09”; “18 sent 14.55”, “14 sent 20.55”, “19 avqust 19.16”, “xx.xx.2019 q. 11.28”, “8-***-***-**-** Xanoğlan S-Peterburq 8-***-***-**-**” yazıları, yan tərəfdə şaquli istiqamətdə “2020-ci il” yazısı qeyd edilmişdir. A4 formatlı vərəğin aşağı sol 1/4 hissəsində “Xanoğlan S-Peterburq; ***-***-**-**; 05.10 13:42”, “***-***-**-**”, “05.10 11:37”, “05.10 10:50”, “09:42 ***-***-**-** Razim”, “xx.xx.2020”, “***-***-**-** Xanoğlan”, A4 formatlı vərəğin yuxarı sağ 1/4 hissəsində “2020-10.06 6 oktyabr osik”, “***-***-**-**, tel.”, “5-oktyabr-2020 10.46 3 min”, “27 sent 2020 11.20 osik”, “Təqsirləndirilən şəxs”, “***-***-**-** Xan”, “Azerbaycan 17.3”, “xx.xx.2020”, “tel.***-***-**-**”, “xx.xx.2020 ***-***-**-** 17.00” yazıları qeyd edilmişdir. İştirakçı Şahid7 bildirmişdir ki, həmin vərəqdəki qeydlərin hamısını əri Şahid8 yazmış, Şahid8 öz istifadəsində olan ***-***-**-** saylı, eləcə də Rusiyada istifadə etdiyi ***-***-**-** və 8-***- ***-**-** saylı nömrələri, habelə Təqsirləndirilən şəxs onunla əlaqə saxladığı ***-***-**-** və ***-***-**-** saylı nömrələri, həmçinin Razimə verdiyi pulları qeyd etmişdir. Şahid7 təqdim etdiyi “Samsung Galaxy J4” markalı mobil telefonunda olan “whatsapp” adlı sosial şəbəkədə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınmış hesabla Təqsirləndirilən şəxs “whatsapp” adlı sosial şəbəkədə “Ra” adı və ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş hesabı arasında olan ismarıclar və audioyazılar bir ədəd CD diskə yazılmaqla köçürüldü. Həmin səs yazılarında Təqsirləndirilən şəxs Şahid7 xx.xx.2021-ci il tarixdə narahat olmamağı, növbəti həftə yüz faiz həll edəcəyini, xx.xx.2021-ci il tarixdə müxtəlif bəhanələr gətirərək səbrli olmasını, 10-12 günə həll olacağını, xx.xx.2021-ci il tarixdə bazar günü, 1-ci gün sənədləşməni yekunlaşdıracağını, xx.xx.2021 tarixdə birisigün həll olacağını, gəlib pulu götürəcəyini və şikayət etdiyi üçün ərizə yazacağını, birisigün dəqiq olduğunu, yüzdə yüz olduğunu, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə vədlər verərək yekunlaşdıracağını bildirmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə göndərilmiş və qadına məxsus səs yazısında “noldu gətirdiyiniz, uzada-uzada gedirsiniz, aldadırsınız, ayıb döyülmü ?!” qeyd edilmişdir. Həmin gün daxil olmuş ismarıclarda isə Bildim, Bakıdayam, 18i həll eliyərik, Bu sondu, Yüz faiz” ismarıcları, xx.xx.2021-ci il tarixdə daxil olmuş ismarıclarda isə “Hələ burdayam iki üç günə gələcəm, İşlərlə bağlı həftə sonuna kimi burdayam” qeyd edilmişdir. Şahid7 özünə məxsus olduğunu və özü tərəfindən göndərildiyi qeyd etdiyi səs yazılarında, Razimə xitab edərək, bezdiyini, pullarını tez gətirməsini, Xanların da gələcəyini bildirmişdir. İştirakçı Şahid7 bildirdi ki, Xanlar deyərkən əri Xanoğlanı nəzərdə tutmuş, Xanoğlanı kənddə “Xanlar” deyə çağrılmış, “Ra” adlı hesabdan onun hesabına daxil olmuş ismarıclar və səs yazıları Təqsirləndirilən şəxs məxsusdur. “İcra işlərinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işlədiyi dövrdə icraatında olmuş və cinayət təqibi üçün əhəmiyyət kəsb edən icra işlərinə xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 187341/2017-35-11-002 saylı icra işi üzrə icra sənədini vermiş orqan Şəmkir Rayon Məhkəməsi, icra sənədinin nömrəsi 2(076)-1319/2017, icra sənədinin tarixi xx.xx.2017-ci il, borclunun adı və ünvanı - Zərərçəkmiş şəxs, tələbkarın adı və ünvanı - Şahid1, tələbin mahiyyəti – əmlak tələbi, icraata başlama tarixi – xx.xx.2017-ci ildir. Qeyd olunan icra işi 2018-ci ildə Təqsirləndirilən şəxs icraatına keçmişdir. İcra işinin Təqsirləndirilən şəxs icraatına keçdikdən sonra daxil olmuş ilk icra sənədləri xx.xx.2018-ci il tarixdə göndərilməsi qeyd edilən və xx.xx.2018-ci il tarixdə daxil olmuş məktub kimi sənədlərdir. Şəmkir RİPŞ-nin xx.xx.2020-ci il tarixli müşayiət məktubuna və məktuba əlavə edilmiş MN seriyalı ******* nömrəli inzibati protokola əsasən, Zərərçəkmiş şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün, barəsində Təqsirləndirilən şəxs tərəfindən müvafiq protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Şəmkir RİPŞ-yə izahat verərək hər ay üçün 100 manat məbləğində ödəniş edəcəyini və ödənişdən imtina etmədiyini qeyd etmişdir. Şahid1 ərizə ilə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Zərərçəkmiş şəxs möhlət verilməsini xahiş etmişdir. Həmin ərizə Şəmkir RİPŞ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə iltizam verərək Şəmkir RİPŞ-nin çağırışlarına vaxtında gələcəyini, xx.xx.2020-ci il tarixli iltizamında isə borcunu ödəyəcəyini bildirmişdir. Şahid1 xx.xx.2020-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixə kimi möhlət verilməsi, lakin borc öhtəliyini yerinə yetirməməsi, məcburi icra hərəkətlərinin görülməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün, onun barəsində icra məmuru Şamil Hacıyev tərəfindən müvafiq protokol tərtib edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 23202/2020-10 nömrəli icra işi üzrə icra sənədinin nömrəsi 2(076)-3912-2019, icra sənədinin tarixi xx.xx.2020-ci il, icra sənədinin növü – icra vərəqəsi, borclunun adı və ünvanı - X22, ünvan 11 - Şahid8, Şəmkir rayonu, Şiştəpə kəndi (əlaqə nömrələri: ***-***-**- **, yoldaşı Lalə ***-***-**-**), tələbin mahiyyəti – 10.000 manat kompensasiya verilməsi, fərdi yaşayış evindən çıxarılma, icra məmuru – Aqil Məmmədov, icraata başlama tarixi – xx.xx.2020-ci ildir. Həmin icra işi Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X61 tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlanmış və yalnız onun icraatında olmuşdur.X6 azyaşlı uşaqları ilə birlikdə Şahid8 yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair icra işi sabiq icra məmuru Təqsirləndirilən şəxs icraatında olmuş, həmin sonuncu həmin icra işini təhvil verməmişdir. Lakin Şəmkir RİPŞ-nin inzibati binasında quraşdırılmış xidməti kompüterdən daxil olmaqla elektron icra sistemindən edilmiş çıxarışlarla müəyyən edildi ki, 96801/2019-35-10 nömrəli icra işi üzrə Şəmkir RİPŞ-nin sabiq icra məmuru Təqsirləndirilən şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3379-2018 nömrəli icra sənədi əsasında xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmişdir, lakin rəsmi olaraq həmin icra işi üzrə tələbin təmin edilib-edilməməsi və qeyd olunan icra işinə xitam verilib-verilməməsi haqqında heç bir məlumat yoxdur. 109229/2019 nömrəli icra işi üzrə icra sənədinin nömrəsi 2(076)-1972- 19, icra sənədinin tarixi xx.xx.2019-cu il, tələbkarın adı və ünvanı - Şahid11, ünvan 13ürülmə, icra məmuru – Təqsirləndirilən şəxs, başlama tarixi xx.xx.2019-cu ildir. İcra işinin üz qovluğunda həmin yazının sağ tərəfində sadə qələmlə “xx.xx.2020, saat 19:00, ***-***-**- **” yazıları, alt hissəsində isə göy mürəkkəbli qələmlə “xx.xx.2020” rəqəmləri, icranın nəticəsi – “xitam-20.1.5 – Z.A.”, həmçinin qovluğun yuxarı sağ tərəfində sadə qələmlə “10 06” və göy mürəkkəbli qələmlə “***-***-**-** plan” yazıları qeyd edilmişdir. İcra işinə əlavə edilən Şəmkir RİPŞ-nin sabiq icra məmuru Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin sənəd tələbkar Şahid11, cavabdehlər Şahid9 və Şahid10, sahə polis rəisi X62, sahə polis nəfəri Şahid13 və hal şahidlərinin iştirakları ilə icra yerinə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş, aktda tərəflər arasında davamlı mübahisələr olduğundan və razılığa gəlinmədiyindən, cavabdehlər tələbkara köçmək hüququnun yerinə kompensasiya verəcəklərini bildirmələri, bu səbəbdən də icranın təxirə salınması göstərilmişdir. İcra işinə əlavə olunmuş cavabdeh Şahid9 xx.xx.2020-ci il tarixli ərizəsində isə, Şahid11 cahid qızının və onun 2 azyaşlı uşaqlarının onun evinə köçürülməsi əvəzinə 7000 manat kompensasiya ödəməsi qeyd edilmişdir. 42546/20 saylı icra işi üzrə icra sənədinin nömrəsi 2(076)-204/2016, icra sənədinin tarixi xx.xx.2016-cı il, borclunun adı və ünvanı – Şahid16, ünvan 14 Şahid17, ünvan 15çürülmə, icra məmuru – Təqsirləndirilən şəxs, icraata başlama tarixi – xx.xx.2020-ci ildir. İcra işindən görünür ki, xx.xx.2016-cı il tarixli icra vərəqəsi xx.xx.2020-ci il tarixli qərardadla icra edilməsi üçün təkrar icraya yönəldilmiş, tələbin təmin olunmasına dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli akt əsasında həmin tarixdə icraata xitam verilmişdir. İcra işində kompensasiya ödənişi ilə əlaqədar hər hansı sənədə və ya qeydə rast gəlinməmişdir.106875/20 saylı icra işi üzrə icra sənədinin nömrəsi 2(076)-312/2020, icra sənədinin tarixi xx.xx.2020-ci il, tələbkarın adı və ünvanı – 1) Şahid20, X24, X25, Şəmkir rayonu, Ağlavaşlı kəndi, tələbin mahiyyəti – əmlak tələbidir. Həmin icra işi üzrə sabiq icra məmuru Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla icraata başlanmış, bildirişlər göndərilmiş, bundan başqa Təqsirləndirilən şəxs tərəfindən heç bir icra hərəkəti aparılmamışdır.258140/17 saylı icra işinin üz qovluğunda, icra sənədini vermiş orqan kimi X58 Məhkəməsi, icra sənədinin nömrəsi 22/83-303/17, icra sənədinin tarixi xx.xx.2017-ci il, Borclunun adı və ünvanı – X32, ünvan 16nı – 14 saylı ƏVİ (Ərazi Vergilər İdarəsi), Şəmkir şəh.H.Əliyev pr.5, tələbin mahiyyəti – 501,06 manat və 20 manat göstərilmiş, alt hissədə sadə qələmlə “235,06 qalıq” qeyd edilmiş, icraata başlandı – xx.xx.2017-ci il kimi göstərilmişdir. Həmçinin, qovluğun yuxarı sağ hissəsində qırmızı mürəkkəbli qələmlə ə/v-555/17 R.Ə., sadə qələmlə isə 19.03.21 qeyd edilmişdir. İcra işinə əlavə edilmiş 14 saylı ƏVİ-nin xx.xx.2021-ci il tarixli məlumatında, A.Həsənovanın 235,06 manat məbləğində borcu olması qeyd edilmişdir. 136157/2020-12 saylı icra işinin üz qovluğunda, qeyd olunan icra işi üzrə icra sənədini vermiş orqan Şəmkir Rayon Məhkəməsi, icra sənədinin nömrəsi 2(076)-1873/2020, icra sənədinin tarixi xx.xx.2020-ci il, Borclunun adı və ünvanı – 1) X54, xx.xx.1977, Şəmkir rayonu, Nərimanlı kəndi, 2) X40, xx.xx.1987, ünvan 19 ünvanı – "xxxx" ASC, ünvan 20əhəllə 1033, tələbin mahiyyəti – 2000 manat və 30 manat dövlət rüsumu, icra məmuru – Şahid26, icraata başlandı – xx.xx.2020-ci il kimi göstərilmişdir. Həmçinin, göy rəngli mürəkkəblə əlyazma ilə F.Məmişovun adının üstündə ***-***-**-**, E.Məmmədovun adının üstündə isə ***-***-**-** qeyd edilmişdir. Elektron icra sisteminə əsasən, həmin icra işi Təqsirləndirilən şəxs icraatında olmamış, icra məmuru Şahid26 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla icraata başlanmış, xx.xx.2021-ci ildən sonra isə Elşən Əliyevin icraatında olmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ********** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə xx.xx.2019-cu il tarixdə saat 17:43:21-də SMS ünvanlanması müəyyən edilmiş, həmin məlumatda həmçinin sonuncu nömrənin anten dairəsi “Şəmkir rayonu” kimi qeyd edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs istifadəsində olan nömrələr, o cümlədən ********** saylı nömrə ilə ********** saylı nömrə arasında xx.xx.2019cu il, 01-xx.xx.2019-cu il tarixlərdə, ********** saylı nömrə ilə ********** saylı nömrə arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, ********** saylı nömrə ilə ********** saylı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə müxtəlif sayda danışıqlar aparılmışdır. Baxış zamanı Şahid1 istifadəsində olan olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə müxtəlif vaxtlarda müxtəlif sayda danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Şahid1 istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə mütəmadi olaraq, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə müxtəlif vaxtlarda danışıqlar aparılmışdır.Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrədən Şahid6 istifadəsində olan ********** saylı nömrəyə zəng olunaraq, xx.xx.2020-ci il tarixdə saat 13:31-də 134 saniyə ərzində danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə müxtəlif sayda, habelə xx.xx.2020-ci il tarixdə saat 09:25-də 258 saniyə, saat 10:32-də 20 saniyə, saat 10:37-də 12 saniyə (hər ikisinin anten dairəsi Shemkir, Morul), saat 11:38-də 43 saniyə, saat 19:24-də 47 saniyə ərzində (hər ikisinin anten dairəsi Şəmkir şəhəri) danışıqlar aparılmışdır. Həmin nömrələr arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə mütəmadi olaraq danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrədən Şahid4 istifadəsində olan ********** saylı nömrəyə zəng olunaraq, xx.xx.2020-ci il tarixdə saat 13:15-də 312 saniyə ərzində (hər iki nömrənin anten dairəsi “Shemkir r-nu”), xx.xx.2020-ci il tarixdə saat 21:16-da 101 saniyə (1-cinin a/d Gəncə, 2-cinin a/d Şəmkir rayonu) danışıq aparılmışdır. ********** s/n-dən ********** s/n-yə zəng olunaraq xx.xx.2020 tarixdə saat 18:09-da 6 saniyə (hər iksinin anten dairəsi Semkir r-nu) və ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020 tarixdə saat 20:03-də 158 saniyə ərzində (1:Shemkir r-nu, Deller-Ceyir kendi, 2:Semkir r-nu) danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Şahid3 məxsus ********** saylı nömrə arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və 2020-ci ilin oktyabr ayının müxtəlif günlərində müxtəlif sayda danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** saylı nömrələrdən cinayət işinin materiallarında Şahid8 istifadəsində olması göstərilən +**********3 və +**********3 saylı nömrələr arasında danışıqlar aparılmışdır. Belə ki, ********** saylı nömrədən +**********3 saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə saat 20:14-də 11 saniyə ərzində danışıq aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrədən +**********3 saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə saat 12:37-də 34 saniyə, +********** saylı nömrədən ********** saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə saat 11:40-da 35 saniyə ərzində danışıq aparılmışdır. Bundan başqa, ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdə, ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdə danışıqlar aparılmışdır. Həmçinin, ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdə, ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə saat 13:00:29-da 72 saniyə ərzində, ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdə saat 11:18:01-də 80 saniyə ərzində danışıq aparılmışdır. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrədən Şahid7 istifadəsində olan ********** saylı nömrəyə zəng edərək xx.xx.2020-ci il tarixdə saat 11:18-də 71 saniyə ərzində, habelə ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif tarixlərdə, eləcə də xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə müxtəlif sayda, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə isə mütəmadi olaraq danışıqlar aparılması müşahidə edilir. Həmin nömrələr arasında xx.xx.2020-ci il tarixdə mütəmadi olaraq danışıq apardıqları zaman hər iksinin anten dairəsi Semkir r-nu kimi göstərilmişdir. ********** saylı nömrə ilə ********** saylı nömrə arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif tarixlərdə danışıqlar aparılmışdır. ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq, xx.xx.2020ci il tarixdə mütəmadi olaraq danışıqlar apardıqları zaman hər iksinin anten dairəsi Shemkir r-nu, Deller-Ceyir kendi kimi qeyd olunur. Həmçinin, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020 tarixlərdə də ********** saylı nömrə ilə ********** saylı nömrə arasında danışıqlar aparılmışdır. Şahid9 istifadəsində olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə danışıqlar aparılmışdır. Şahid12 istifadəsində olan ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə, həmçinin ********** saylı nömrədən ********** saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə saat 14:34-də 23 saniyə, saat 16:28-də 14 saniyə ərzində aparılan danışıqlar zamanı ********** saylı nömrənin anten dairəsi “Şəmkir rayonu, Şiştəpə kəndi” kimi, ********** saylı nömrənin anten dairəsi isə “Şəmkir rayonu” kimi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:00-da ********** saylı nömrədən ********** saylı nömrəyə zəng olunduğu və aralarında 12 saniyə ərzində danışıq aparıldığı zaman hər iksinin anten dairəsi “Şəmkir rayonu, Şiştəpə kəndi”ni göstərmişdir. Bundan sonra, 2020-ci ilin oktyabr ayında həmin nömrələr arasında mütəmadi olaraq danışıqlar aparılmışdır. Şahid15 istifadəsində olan ********** saylı nömrədən cinayət işinin materiallarında Təqsirləndirilən şəxs istifadəsində olması qeyd edilən ********** saylı nömrəyə xx.xx.2020-ci il tarixdə saat 07:58:52-də zəng edilərək, aralarında 13 saniyə danışıq aparılmış, zəng edənin anten dairəsi “Semkir r-nu Eliyaqublu” kimi, zəng olunanın anten dairəsi isə “Shemkir r-nu, Deller- Ceyir kendi” kimi göstərilmişdir. Həmin nömrələr arasında xx.xx.2020-ci il tarixdə saat 09:34-dən saat 15:43-dək mütəmadi olaraq danışıqlar aparılmışdır. ********** saylı nömrədən Şahid17 istifadəsində olan ********** saylı nömrəyə xx.xx.2020-ci il tarixdə saat 15:49:36-da zəng edərək aralarında 176 saniyə danışıq aparılmış, qeyd olunan nömrələr arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır. xx.xx.2020-ci il tarixdə ********** saylı nömrədən Şahid15 istifadəsində olan ***-***-**-** saylı nömrəyə və Şahid19 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng olunaraq mütəmadi olaraq danışıqlar aparılmışdır. Bununla bərabər, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Məmmədov Ehtiram Salman oğlunun istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 11:59-dan 12:37-dək mütəmadi olaraq, eləcə də xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə isə ayrı-ayrı vaxtlarda danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs məxsus ********** saylı nömrədən X30 adına olan ********** saylı nömrəyə, ayrı-ayrı şəxslərin adları qeyd edilməklə həmin şəxsləri susdurulması, “mat” edilməsi, yubadılması, sakitləşdirilməsi, tutulmasının qarşısını alması məzmunda ismarıclar yazılmış, cavabında isə ********** saylı nömrədən “yoluna qoyacam, ok, bəli, həll oldu” kimi sözlər qeyd edilmişdir. İcra vərəqələrinin surətindən görünür ki, Şahid2 əmlak tələbinin təmin edilməsinə dair 66322/2019 saylı icra işi üzrə icra sənədini vermiş orqan: Gəncə Apellyasiya Məhkəməsi, icra sənədinin nömrəsi: 2(104)-4604/2018, icra sənədinin tarixi: xx.xx.2018-ci il, borclu: X18 və qeyriləri Şəmkir rayon Könüllü kəndi, tələbkar: Şahid2 Şəmkir rayon Könüllü kəndi, tələbin mahiyyəti: əmlak bölgüsü, icraata başlama vaxtı: xx.xx.2019-cu ildir. Həmçinin, Şahid3 aliment tələbinə 64088/2020 saylı icra işi üzrə icra sənədini vermiş orqan: Şəmkir Rayon Məhkəməsi, icra sənədinin nömrəsi: 2(076)-564/2020, icra sənədinin tarixi: xx.xx.2020-ci il, borclu: X26, tələbkar: Şahid3, tələbin mahiyyəti: aliment tələbidir. xx.xx.2020-ci il tarixli 2(076)-564/2020 nömrəli İcra vərəqəsinin sürətindən görünür ki, Şahid2 əmlak tələbinin təmin edilməsinə dair 66322/2019 saylı icra işi üzrə icra sənədini vermiş orqan: Gəncə Apellyasiya Məhkəməsi, icra sənədinin nömrəsi: 2(104)-4604/2018, icra sənədinin tarixi: xx.xx.2018-ci il, borclu: X18 və qeyriləri Şəmkir rayon Könüllü kəndi, tələbkar: Şahid2 Şəmkir rayon Könüllü kəndi, tələbin mahiyyəti: əmlak bölgüsü, icraata başlama vaxtı: xx.xx.2019-cu ildir. Həmçinin, Şahid3 aliment tələbinə 64088/2020 saylı icra işi üzrə icra sənədini vermiş orqan: Şəmkir Rayon Məhkəməsi, icra sənədinin nömrəsi: 2(076)-564/2020, icra sənədinin tarixi: xx.xx.2020-ci il, borclu: X26, tələbkar: Şahid3, tələbin mahiyyəti: aliment tələbidir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 məxsus olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020, 24-xx.xx.2020-ci il tarixlərdə bir neçə dəfə danışıq aparılan zaman və ********** saylı nömrədən ********** saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə mütəmadi olaraq danışıq aparıldığı vaxt, eləcə də ********** saylı nömrədən ********** saylı nömrəyə zəng edilərək xx.xx.2020-ci il tarixdə saat 16:58-də 28 saniyə ərzində və ********** saylı nömrədən ********** saylı nömrəyə zəng edilərək 9 saniyə ərzində danışıq aparılarkən hər ikisinin anten dairəsi Gəncə şəhərini göstərmişdir.Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ********** saylı mobil nömrə ilə Şahid7 istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə müxtəlif vaxtlarda, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixdə dəfələrlə, xx.xx.2020-ci il tarixdə ayrı-ayrı vaxtlarda danışıq aparılmışdır. Həmçinin ********** saylı nömrə ilə Şahid7 istifadəsində olan ********** saylı nömrə arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixdə ayrı-ayrı vaxtlarda və xx.xx.2020-ci il tarixdə saat 12:59-da danışıq aparılmışdır. Üzləşdirmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid20 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlini ifşa etmiş, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək ifadəsində həqiqətən də, Şahid20 torpaq sahənin ölçülməsi adı ilə pul tələb edib aldığını, Şahid20 aldadıb pul almasını təkzib etmədiyini, lakin həmin məbləğin 550 manat deyil, 367 manat təşkil etdiyini, torpağı ölçəcəyini, bununla bağlı 60 manat rüsum verilməli olduğunu, qalan məbləği isə özünə götürəcəyini, yol xərcinin olduğunu dediyini, Şahid20 yanında heç vaxt hakim adını çəkmədiyini, rüsum lazım olduğunu desə də, torpağı onun mülkiyyətinə və ya tam mülkiyyətinə keçirəcəyini demədiyini, 1 aylıq sərəncamda olduğunu deməsini, məzuniyyətdə olduğunu deməsini göstərmişdir. Üzləşdirmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Üzləşdirmə zamanı Şahid11 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlini ifşa etmiş, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, Ələkbər və Flora, Şahid11 evə köçürülməsinə etiraz etdiyi zaman o, Qanunda kompensasiya ödənişi nəzərdə tutulduğunu onlara izah etmiş, bundan sonra 2020-ci ilin təxminən avqust və ya sentyabr ayında Şahid9 Şəmkir RİPŞ-nin inzibati binasında yerləşən xidməti otağına gəlib, ona kompensasiya ödənişi kimi 7000 manat pul vermişdir. Həmin vaxtlar şəxsi problemləri, borcları olduğu üçün əvvəlcədən pulları, o cümlədən Şahid9 verdiyi pulu öz işləri üçün sərf etmək qərarına gəlmişdir. Bu səbəbdən Şahid9 verdiyi pulu özünə götürmüş və Xanım Şəmkir RİPŞ-yə gəldiyi zaman sonuncuya “pul məsələsi həll olunur, 2-3 gün sonra gələrsiniz” deyərək pulun ona verilməsini gizlətmişdir. Üzləşdirmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Üzləşdirmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid7 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlini ifşa etmiş, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək ifadəsində göstərmişdir ki, pul aldığı tarixlər istisna olmaqla Şahid7 ifadəsi ilə razı olduğunu, sərəncama götürüldükdən sonra, yəni xx.xx.2020-ci il tarixdən etibarən heç kimdən pul almadığını, 11.000 manat məbləğində pulu Məsməyə ödəmək adı ilə 2020-ci ilin iyul ayında Şahid8, 5700 manat məbləğində pulu isə iş xərclərinin olması adı ilə Şahid7 aldığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 252-K nömrəli əmrdən görünür ki, Əliyev X34 Rayon İcra Şöbəsinə (maliyyələşdirmə vakant olan Xankəndi Şəhər İcra Qrupunun böyük icra məmuru vəzifəsi üzrə həyata keçirilməklə) stajor vəzifəsinə, stajorluq müddətinin bitməsi ilə xx.xx.2016-cı il tarixli 370-K saylı əmrlə Xankəndi Şəhər İcra Qrupunun icra məmuru vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixli 101-S saylı əmrlə isə Ağstafa Rayon İcra Şöbəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “icra xidmətinə təyinatlar” haqqında xx.xx.2017-ci il tarixli 407-K saylı əmrdən görünür ki, İİİ dərəcəli ədliyyə qulluqçusu Əliyev X42 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “intizam məsuliyyətinə cəlb etmə” haqqında xx.xx.2020-ci il tarixli 454-K saylı əmrdən görünür ki,Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş əsas vəzifələrini pozduğuna və fəaliyyətində digər ciddi nöqsanlara yol verdiyinə görə vəzifədən azad edilərək sərəncama götürülmüşdür. Əmrin verilməsinə əsas və səbəb kimi, Təqsirləndirilən şəxs qüvvədə olan intizam tənbehindən lazımi nəticə çıxarmayaraq xidməti intizamı pozması, alimenti işi ilə bağlı borcludan qanunvericiliyin tələbinə zidd olaraq pul ödənişini qəbul etməsi, bunu rəsmiləşdirməməsi, həmin vəsaiti tələbkara vaxtında tam çatdırmaması, digər nöqsanlara yol verməsi, həmin nöqsanların korrupsiya hüquqpozması təəssüratı yaratması, habelə icra sənədlərinin icrası ilə bağlı vətəndaşların haqlı şikayətlərinə səbəb olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “intizam məsuliyyətinə cəlb etmə” haqqında xx.xx.2021-ci il tarixli 14-K saylı əmrdən görünür ki, Nazirliyin sərəncamında olan İİİ dərəcəli ədliyyə qulluqçusu Əliyev X42 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyərkən kobud qanun pozuntularına yol verdiyinə görə ədliyyə orqanlarından xaric edilmiş və araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Şəmkir Rayon Dəllər-Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 369 №-li arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X42 rayonu, Dəllər-Cəyir kəndində nənəsi X59, anası Şahid21, həyat yoldaşı X39 və övladı 2019-cu il təvəllüdlü X60 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X60 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 190-20885-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir RPŞ-də təqsirləndirici, cinayət xarakterli, inzibati və s. hər hansı material araşdırılmamış və hazırda cinayət işinin istintaqı aparılmır. Şəmkir “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin X5 xx.xx.2021-ci il tarixli 737 saylı məktubunda görünür ki, Əliyev X42 Rayon Konsuktativ Poliklinikasında psixi, nevroloji və heç bir xəstəliklə qeydiyyata alınmamışdır. “Respublika Psixiatriya Xəstəxanası” X66 daxil olmuş xx.xx.2021-ci il tarixli 6218 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserinin xx.xx.2021-ci il tarixli 2678 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda deyil. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 70 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. “Respublika Narkoloji Mərkəzi” X72 xx.xx.2021-ci il tarixli xx/xx-7995 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmayıb və qeydiyyatda deyil. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verimiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verimiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Şəmki rfayonu Dəllər Cəyir kəndində 0,1661 ha həyatyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinə təhvil verilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 noyabr 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şahid17 və Təqsirləndirilən şəxs arasında aparılan danışıq zamanı qeydə alınmış səs yazılarının əks olunduğu bir ədəd CD disk, “whatsapp” hesabları vasitəsilə göndərilmiş ismarıclarının, o cümlədən Təqsirləndirilən şəxs və Şahid7 səs yazılarının əks olunduğu bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 14829 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL-13037/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-20946/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk və cinayət işinin materiallarına əlavə edilmiş icra işlərinin surətləri maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs səlahiyyətli orqanlara təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid7 səlahiyyətli orqanlara təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid3 səlahiyyətli orqanlara təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid20 istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid20 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid17 səlahiyyətli orqanlara təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən X15 275 manat ödənilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilən ittihamla razılaşsa da, ona CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilən ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə vətəndaşların pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş və eyni zamanda həmin hərəkətləri ilə təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə şəxsləri təhrik etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə şəxsləri təhrik etmə kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19” may 2023-cü il №11 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Göründüyü kimi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə vətəndaşların pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərkən “rüşvət” şəklində pul alması “rüşvət verməyə təhrik kimi görünən hərəkətləri dələduzluğun üsuludur. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə şəxsləri təhrik etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 32.4, 312.2-ci maddəsi verilən ittiham ona verilən ittihamdan xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanı qismən ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni yüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Şahid17 və Təqsirləndirilən şəxs arasında aparılan danışıq zamanı qeydə alınmış səs yazılarının əks olunduğu bir ədəd CD disk, “whatsapp” hesabları vasitəsilə göndərilmiş ismarıclarının, o cümlədən Təqsirləndirilən şəxs və Şahid7 səs yazılarının əks olunduğu bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli14829 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL-13037/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-20946/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD discinayət işinin materiallarına əlavə edilməsi nəzərə alımalıdır. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut olan Şahid17 və Təqsirləndirilən şəxs arasında aparılan danışıq zamanı qeydə alınmış səs yazılarının əks olunduğu bir ədəd CD disk, “whatsapp” hesabları vasitəsilə göndərilmiş ismarıclarının, o cümlədən Təqsirləndirilən şəxs və Şahid7 səs yazılarının əks olunduğu bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 14829 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL-13037/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-20946/21 saylı məktuba əlavə edilmiş bir ədəd CD discinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-17/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-17/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver