Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-17/2024 19.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X2, X1 və Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əhməd» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 1032,9 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 958,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona məlumat verdikdən sonra o, «Əhməd» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək məqsədi ilə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin qoyulduğu ünvandan əldə edib, narkotik vasitə olanheroinin 30,5 qramını və narkotik vasitə qurudulmuş marixuananın 253,7 qramını üzərində, qalan külli miqdarda 1002,4 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 704,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında qonaq otağında olan sandığın içərisinə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 30,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki qara rəngli dəri gödəkçənin sol iç tərəfindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 253,7 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 30 aprel 2022-ci il tarixdə saat 02:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin qonaq otağında sağ tərəfdə yerdə yerləşən qəhvəyi rəngli taxta sandığın içərisində olan bir ədəd ağ rəngli sellofan torbada külli miqdarda 1002,4 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və bükülmüş halda qara rəngli idman şalvarının içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda 704,8 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,o, uzun müddətdir ki, narkotik vasitənin heroin və qurudulmuş marixuana növlərindən istifadə edir, lakin heç vaxt narkotik vasitə satmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitə və ya psixotrop maddə gəzdirməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində 0,5 qramdan da az narkotik vasitə olan heroin olmuş və 01 ədəd tibbi iynə olmuşdur. Tutulmamışdan təxminən 10 gün əvvəl polis əməkdaşları onun yaşamadığı Qazax rayonundakı evinə getmişlər. Hesab edir ki, həmin evdən aşkar olunmuş narkotik vasitələri polis əməkdaşları evə yerləşdirmişlər. Belə ki, polis əməkdaşları onu tutduqdan sonra həmin evə aparmışlar, evdə axtarış zamanı külli miqdarda narkotik vasitə sözgedən evdən aşkar edilmişdir. Ehtimal edir ki, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və daha sonra Apellyasiya instansiya məhkəməsinin qərarı ilə ağır xəstəliyi ilə əlaqədar cəzasının aşağı endirilməsi onun tutulmasının əsas səbəblərindən olmuşdur. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu şöbəyə apardıqdan sonra fiziki və psixi zor tətbiq edərək narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Bundan başqa ona məxsus evə ittihamda qeyd olunan narkotik vasitələri yerləşdirərək, videoçəkilişlə axtarış keçirmişlər və videoçəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitələrdən 0.5 qramdan da az heroin onun olmuş lakin digər narkotik vasitələr ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki o, uzun müddətdir ki, narkotik vasitənin heroin və qurudulmuş marixuana növlərindən istifadə edir. Lakin son zamanlar maddi vəziyyəti pisləşmişdir. Buna görə də pul qazanmağın asan yollarını axtarmışdır. Buna görə də asan yolla pul qazanmaq üçün narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə düşünmüşdür. Belə ki, təxminən 3 ay əvvəl İnstagram sosial şəbəkəsində İran İslam Respublikasında yaşayan Əhməd adlı şəxslə tanış olmuşdur. Əhməd adlı şəxslə söhbət edən zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur. Buna görə də onunla danışanda iranlı ona təklif etmişdir ki, ucuz qiymətə narkotik vasitə göndərə bilər, həmin narkotik vasitəni baha qiymətə sata bilər. Əhməd adlı şəxslə razılaşmışdır. Razılaşmaya əsasən Əhməd adlı şəxs narkotik vasitəni göndərəcəkdir, o isə satıb pulunu iranlıya göndərəcək, verdiyi qiymətdən baha satdığı qalan məbləğ isə ona qalacaqdır. Əhməd adlı şəxslə danışan zaman Əhməd adlı şəxsə narkotik vasitə göndərməsini bildirmişdir. Təxminən 14 aprel 2022-ci il tarixdə Əhməd adlı şəxsdə narkotik vasitə göndərdiyini Neftçala rayonun girişində olan yol hərəkəti nişanının altına qoydurduğunu bildirmişdir. Buna görə gedib oradan narkotik vasitəni götürmüşdür. Əhməd adlı şəxs narkotik vasitənin həm heroin, həm də qurudulmuş marixuana növündən göndərmişdir. Narkotik vasitəni götürüb yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Daha sonra isə bir torbada olan narkotik vasitə heroinin və digər bir ədəd torbada olan qurudulmuş marixuananın hər birinin üzərindən narkotik vasitələri götürüb üzərimdə saxlamışdır ki, istəyən olsa narkotik vasitələri satar. Qalan narkotik vasitələri isə yaşadığı evdə qonaq otağında olan sandıqda gizlətmişdir. Lakin rayon ərazisində əlverişli şərait olmadığından narkotik vasitəni Bakı şəhərində satacaqdır. Buna görə də Bakı şəhərinə gəlmişdir. 29 aprel 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət etmişdir. Həmin vaxt bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana üzərində olmuşdur. Həmin vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt narkotik vasitə və psixotrop maddə onun üzərində olmuş və Baba adlı şəxsin dediyi ünvana çatdıra bilməmişdir. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. Etiraz etmədən onlarla birlikdə baş idarəyə getmişdir. Baş idarədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən beş manat pulu, bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü və əynindəki qara rəngli dəri gödəkçənin sol iç tərəfində gizlətdiyi bir ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli tibbi maska, bir ədəd “Bakı Kart”-a məxsus gediş kartı, əynimdəki şalvarının sağ yan cibindən Qazax rayonunda yerləşən yaşadığı evinin açarı aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi beş manat pul, bir ədəd evin açarı, bir ədəd tibbi maskası və gediş kartı özünə qaytarılmış, bir ədəd Samsung markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi sellofan bükümə və sellofan bağlamaya baxış keçirilmiş və baxış zamanı bükümün içərisindən narkotik vasitə heroin, sellofan bağlamadan isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin sellofan bükümdəki və sellofan bağlamadakı kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan maddə heroin, sellofan bağlamdakı kütlə isə qurudulmuş marixuanadır, həmin kütlələri 15 gün bundan öncə Neftçala rayonu ərazisindən götürmüşdür, həmin yerə narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxs qoyaraq yerini bildirmişdir, onun əlaqə nömrəsi üzərindən aşkar edilmiş telefonda vardır, razılaşmaya əsasən götürdüyü narkotik vasitələrə görə 15000 manat pul Əhməd adlı şəxsə verməlidir, həmin maddənin bir hissəsini özüm istifadə edəcəkdir, bir hissəsini dost-tanışa istifadə etmələri üçün paylayacaq və bir hissəsini gündəlik xərclərini ödəmək məqsədilə satacaq, qalan narkotik vasitə isə yaşadığı ünvan 2-də saxlayır, həmin yerə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən Təqsirləndirilən şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellefan büküm və 01 ədəd sellofan bağlama aşkar olunmuş,bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə və sellofan bağlamaya baxış keçirilən zaman bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə, sellofan bağlamadan isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan maddə heroindir, sellofan bağlamdakı kütlənin isə qurudulmuş marixuanadır, həmin kütlələri 15 gün öncə Neftçala rayonu ərazisindən götürmüşdür, həmin yerə narkotik tərkibli maddələr qoyulmasını ona İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxs bildirmiş, onun əlaqə nömrəsinin üzərindən aşkar edilmiş telefonda qeyd edilmiş, aralarında olan razılaşmaya əsasən götürdüyü zaman ümumilikdə narkotik vasitələrə görə 15000 manat pul verməlidir, həmin maddənin bir hissəsini özününü istifadə edəcək, bir hissəsini dost-tanışa istifadə etmələri üçün paylayacaq və bir hissəsini gündəlik xərclərini ödəmək məqsədilə satacaq, qalan hissəsinin də yaşadığı ünvan 2-də saxladığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına gəldikdən sonra Təqsirləndirilən şəxs evin giriş qapısından sağ tərəfdə yerdə yerləşən qəhvəyi rəngli taxta sandığın içərisindəki ağ rəngli sellofan torbada və bükülmüş halda qara rəngli idman şalvarının içərisində narkotik vasitə gizlətdiyini bildirmişdir. Ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində bir ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Qara rəngli parça şalvarın içərisindən də həmçinin bir ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin sellofan bağlamalarda olan maddələrin narkotik vasitə “heroin” və “qurudulmuş marixuana” olmasını həmin maddələri həm öz istifadəsi,həm dosta-tanışa verəcəyi həm də satış məqsədilə saxladığını, İran İslam Respublikasının vətəndaşı, “Əhməd” adlı şəxsin vasitəsilə 15 gün qabaq Neftçala rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini, videoçəkilişdən də göründüyü kimi təqsirləndirilən şəxsin özünün etiraf etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət prosesi tərəflərinin iştirakları ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, 29 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş,30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 4(005)-508/2022 saylı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, 30 aprel 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvanına baxış keçirilən zamanhəmin evin qonaq otağında sağ tərəfdə yerdə yerləşən qəhvəyi rəngli taxta sandığın içərisində olan bir ədəd ağ rəngli sellofan torbada külli miqdarda 1002,4 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və bükülmüş halda qara rəngli idman şalvarının içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda 704,8 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustarüsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2502 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 30,5 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 1002,4 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 1032,9 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq – 1032,8 qr Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 7/420 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış sellofanın içərisində bir ədəd sellofanda təmiz çəkisi 253,7 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs ünvandan aşkar edilmiş...” sözləri yazılmış polietilen torbada skoçla bağlanmış sellofanın içərisində bir ədəd sellofanda təmiz çəkisi 704,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş kağız paketdə və polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixananın ümumi çəkisi – 958,5 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram (hər 1-2 N-li obyektdən 0,05 qram götürüldü) qalıq – 958,4 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 iyun 2022-ci il tarixli 3171 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243, 226.2, 150 və 38-ci maddələri ilə təqsirli bilinərək Qazax Qarn. Hərbi Trib. Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə əməli CM-in 333.6, 234.4.3, 131, 66.2-ci maddələrinə tövsif olunub, cəzası 9 ilə endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 304.1-ci maddələri ilə təqsirli bilinərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Qazax Rayon İcra Hakimiyyətinin şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-772/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrum edilmiş, ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək, ev dustaqlığında saxlanıldığı-04 ay müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1456/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 17 may 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 il müddətə endirilmişdir. İbtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək, ev dustaqlığında saxlanıldığı-04 ay müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, 13 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.Həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1032,8 qram çəkidə narkotik vasitə heroin və 958,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD diskisə cinayət işi materiallarına əlavə edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 fevral2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxsoğlunun Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı qaçaqmalçılıq cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində 0.5 qramdan az narkotik vasitə olan heroin olduğunu digər narkotik vasitələrin onun üzərinə və yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, döyüldüyünü və narkotik vasitə istifadəçisi olsa da hər hansı şəxsə narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakları ilə özünü qismən təqsirli bilməklə verdiyi izahatı və ifadəsi, o cümlədən şəxsi axtarış aparılması haqqında protokolla, yaşadığı evə baxış keçirilməsi haqqında protokolla, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki,iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli, həmçinin “baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş 2 (iki) ədəd informasiya daşıyıcısı olan disklərdəki videoçəkilişlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və xx.xx.2022-ci il tarixdə yaşadığı evində özünün seçdiyi dövlət hesabına dəvət edilmiş və hüquqlarını müdafiə etmiş müdafiəçi X3 iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Qeyd edilən videoçəkilişlərdə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa, o cümlədən təsirə məruz qalması, həmçinin bədəninin gözlə görünən hissələrində xəsarətlərin olması öz əksini tapmır. Hətta şəxsi axtarışla bağlı videoçəkilidə şəxsi axtarışı aparan təhqiqatçı hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki və ya psixoloji zorakılığa yol verilib-verilməməsini soruşduqda Təqsirləndirilən şəxs qəti şəkildə yol verilmədiyini deyir.Qeyd edilən videogörüntüdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması öz təsdiqini tapmır. Habelə iş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı, BNMİ-nin digər əməkdaşı baş əməliyyat müvəkkili Şahid1 isə ibtidai istintaq zamanı verdikləri ifadələrində də Təqsirləndirilən şəxs yalan danışdığını, polis şöbəsində olarkən sonuncuya hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs döymədiyini və sonuncuya xəsarət yetirmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, sonuncunun üzərində axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə aparıldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması, həmçinin iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi X4 qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişlər. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədinə xidmət edən ifadə verdiyini sübut edir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi X3iştirakı ilə verdiyi qismən etirafedici ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid2 və istintaq zamanı Şahid1 oğlunun verdiyi ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əhməd” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi,“Əhməd” adlı şəxsdən narkotik vasitələri əldə etməsi, o cümlədən satış məqsədilə ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in İ siyahısına daxil olan külli miqdarda – ümumi təmiz çəkisi 1032,8 qram qram narkotik vasitə heroini və külli miqdarda - ümumi təmiz çəkisi 958,4qram narkotik vasitə olanqurudulmuş marixuananı(kannabis) qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır, qurudulmuş marixuananın (kannabis)şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Odur ki, məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243, 226.2, 150 və 38-ci maddələri ilə təqsirli bilinərək Qazax Qarn. Hərbi Trib. Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə əməli CM-in 333.6, 234.4.3, 131, 66.2-ci maddələrinə tövsif olunub, cəzası 9 ilə endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 304.1-ci maddələri ilə təqsirli bilinərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1456/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 17 may 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 il müddətə endirilmişdir. İbtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək, ev dustaqlığında saxlanıldığı-04 ay müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli 17 may 2022-ci il tarix müəyyən edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxsna cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəlki hökmlə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, CM-in 66.5-ci maddəsi tətbiq edilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin ediləcək cəza ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-63/2022 saylı qərarına əsasən təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci iş üzrə xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək, ev dustaqlığında saxlanılmışdır. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində olan birinci hökm üzrə cəzaçəkmənin əvvəli 17 may 2022-ci il tarixdən müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzadan, həbs və ev dustaqlığında saxlanıldığı müddət və birinci hökm üzrə çəkilən cəza çıxılmalı və ona təyin ediləcək cəzanın əvvəli hazırkı hökmün çıxarıldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişTəqsirləndirilən şəxsüzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan1032,8 qram çəkidə narkotik vasitə heroin və 958,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaməhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri əks edildiyi 02 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 iyun 2022-ci il tarixli 3171 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinəəsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. İş materiallarına əlavə edilmiş Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına göstərdiyi hüquqi yardıma görə toplam 60 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 360 manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddəllərinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1456/2022 saylı qərarı ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 69-cu maddəsinə əsasən əvvəlki iş üzrə xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək, ev dustaqlığında saxlanıldığı-04 ay müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 18 gün müddət ümumilikdə 4 ay 18 gün müddət ona təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla, üzərində qəti olaraq 9 il 1ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı iş üzrə hökm çıxanadək yəni xx.xx.2024-cü il tarixədək birinci hökm üzrə cəza çəkdiyi 1 il 9 ay 2 gün müddət ona təyin edilmiş 9 il 1 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 07 il 04 ay 10 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı gündən yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyаtа аlınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan1032,8 qram çəkidə narkotik vasitə heroin və 958,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri əks edildiyi 02 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs154 (yüz əlli dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 360 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-17/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-17/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver