Məhkəmə qərarları › İş №1(100)-170/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2020 30.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İ X34 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X20 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1988-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonunun Daşsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Gürcüstanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, Gürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tapşırığı əsasında xx xxx 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müqabilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 tapşırığı əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, Gürcüstanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü onun tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, Gürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müqabilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib ona təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Gürcüstanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, Gürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 və onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müqabilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə yas yerində olan zaman Təqsirləndirilən şəxs3 ona zəng vurub Gürcüstan tərəfdə “Qırmızı Körpü” gömrük postunu keçdikdən sonra Əli kişinin çayxanasında vitaminlər, uşaq üçün siroplar və balıq tilovu olduğunu, həmin malların Gəncə sakini Gəncədən Moskva şəhərinə Sprinter ilə sərnişin daşınması ilə məşğul olan Həsən kişiyə məxsus olduğunu, hazırda özünün qonaqları olduğu üçün həmin malları götürməyə gedə bilmədiyini bildirmiş və ondan həmin malları Əli kişinin çayxanasından götürüb Ağstafa rayonunda Həsənə təhvil verməli olduğunu demişdir. Tural balıq tilovunu götürməməyini, qalan malların vitamin və uşaq siropları olduğunu, 18 paçka dərmanı götürüb maşınında gizlədib gömrükdən gizli keçirib Ağstafa rayonunda Həsən kişiyə verməyini tapşırmış və bunun müqabilində Həsən kişinin ona 100 manat pul verəcəyini demişdir. O, nə üçün maşında gizlətməli olduğunu soruşduqda Tural sayının çox olmağı səbəbindən həmin malları gizlətməli olduğunu bildirmişdir. Tural Həsən kişinin nömrəsini Whatsapp vasitəsilə ona göndərmiş, o, nömrəni “dərman” adı altında mobil telefonunda qeyd etmişdir. Qırmızı Körpü gömrük postuna yaxınlaşdıqda Həsənə zəng vurub dərmanlarını götürmək üçün Əlinin çayxanasına getdiyini demiş, Həsən isə oraya çatıb onu Əli ilə danışdırmağını tapşırmışdır. Həmin gün xx.xx.2019-cu il tarixdə günorta saatlarında özü tək idarə etdiyi “Mercedes Benz E200 CDİ” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstan ərazisinə daxil olmuşdur. Əli kişinin çayxanası Gürcüstan ərazisində gömrük postundan təxminən 5 dəqiqəlik məsafədə yerləşmiş, Gəncədən Rusiyaya sərnişin daşıyan Sprinter daşıyıcılarının toplaşdığı yer ora olmuşdur. Çayxanaya daxil olub Əli kişi ilə salamlaşmış və ona Həsən kişinin dərmanlarını götürməli olduğunu demişdir. Bundan sonra öz telefonu ilə Həsənə zəng vurmuş və onun telefonunda Həsən Əli kişi ilə danışmış və Əliyə dərmanları ona verməli olduğunu bildirmişdir. Əli göy sellofan torbada dərmanları ona vermiş, o, dərmanları təhvil alaraq avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Yolda olarkən Tural ona zəng edərək “Qırmızı Körpü” gömrük postundan yox, “Sadıxlı” gömrük postundan keçməyini demişdir. Belə ki, Turalın orada xalası oğlu olduğuna görə Tural ona tapşırdığını və onu Gömrükdən tez buraxacaqlarını bildirmişdir. O, yolda avtomobilin salonunda lyuk örtüyünü açıb dərmanların hamısını lyukun kənarındakı boşluğa atmışdır. Dərmanlar yadında qaldığı qədərilə 18 qutu olmuş, 1 qutu təxminən siqaret qutusu ölçüsündə olmuşdur. Ona görə də lyukun kənarındakı boşluğa rahatlıqla yerləşmişdir. O, həmin gün saat 18 radələrində “Sadıxlı” gömrük postuna daxil olmuş, gömrük əməkdaşı idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobildə nə olduğunu soruşduqda o, avtomobildə heç nə olmadığını bildirmiş, avtomobildə salon və yük yeri bomboş olmuşdur. Ümumi şəkildə gömrük əməkdaşı avtomobilə baxmış, yük yerini, mühərrik bölməsini açmış və o, maşına buraxılış verilməsi üçün sənədləri pəncərəyə təqdim etmişdir. Bundan sonra post rəisi avtomobildən şübhələnmiş və əsaslı yoxlamağı tapşırmışdır. Yoxlama nəticəsində avtomobilin dam örtüyü sökülmüş və gizlətdiyi dərmanlar aşkar edilərək götürülmüşdür. Həmin vaxt gömrük əməkdaşları bunların qadağan olunmuş dərmanlar olduğunu bildirmişlər. Bundan sonra o, dərhal Turala zəng vurub və onu nə işə saldığını soruşub dərhal “Sadıxlı” gömrük postuna gəlməyini bildirmişdir. Tural isə heç bir problem olmadığını, narahat olmamağını və özünün gəlib məsələni həll edəcəyini bildirmişdir. Təxminən 40-50 dəqiqədən sonra Tural gəlib gömrük postunun rəisi, sərhəd xidmətinin rəisi ilə danışmış, onlar faktın sənədləşdirildiyini, burada köməklik etməyin mümkün olmadığını bildirmişlər. Bundan sonra dərmanlar aktlaşdırılmış və Tovuz Gömrük istintaq şöbəsinə göndərilmişdir. Daha sonra isə Bakı Gömrük İstintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq ibtidai istintaq zamanı ziddiyətli ifadələr verməsinin səbəbi kimi ilkin vaxtlarda gətirdiyi malların ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar olmasını bilmədiyindən yalan ifadə verdiyini, lakin sonradan vəziyyətin ciddi olduğunu başa düşdüyündən istintaqa doğru ifadə verdiyini bildirmişdir. O, ilk olaraq Turalı tanımış, Tural vasitəsilə Həsən kişini və Həsən kişinin vasitəsilə Əli kişini tanımışdır. Bundan başqa onun gətirdiyi dərmanlar gömrükdə aşkarlanan zaman o, Təqsirləndirilən şəxs3 zəng etmiş və Təqsirləndirilən şəxs3 dərhal gömrüyə gəlmişdir. Tural orada post rəisi ilə danışıb işi həll etməyə çalışsa da post rəisi bunun mümkün olmadığını bildirmişdir. Onun dərmanlar gömrükdə aşkar edildikdən sonra bu məsələ ilə bağlı Həsən kişi ilə aralarında həm telefon, həm də vaptsap zəngləri olmuş, o, Həsən kişiyə ortaya çıxmalarını və bu işi yoluna qoymalarını demiş, Həsən kişi isə cavabında “narahat olma yoluna qoyarıq” demişdir. Sonradan Həsən kişinin Rusiya Federasiyayına müştərisi çıxdığından Rusiyaya getmiş, Kazbek dağında qar uçqunu olduğundan bir neçə ay orda qalmış, bu səbəbdən o, Turala bu işi yoluna qoymasını dedikdə, Tural cavabında “narahat olma yoluna qoyacağıq” demişdir. Sonra onu Bakı istintaqdan çağıran zaman o, Həsən kişiyə zəng etmiş və ora getmək üçün yol pulu olmadığını bildirmişdir. Həsən kiçi ona Şəmkir postuna gəlməsini bildirmiş və orada ona 50 manat yol pulu vermişdir. O, Bakı istintaqa gedib izahatını verib qayıtdıqdan sonra vəziyyət barədə Turala demiş və işi yoluna qoymalarını bildirmişdir. Lakin sonradan Həsən kişi və Tural ona onlarlıq bir iş olmadığını və öz işini özünün yoluna qoymasını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşayır, “X31” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 2015-ci ildən Gəncə-Moskva şəhərləri arasında sərnişin daşınması fəaliyyətilə məşğul olur. Gəncə şəhərinə yaxın olduğu üçün adətən “Qırmızı Körpü” gömrük postundan keçir. “Qırmızı körpü” gömrük postunun qarşısında bir neçə il bundan qabaq Tural adlı Qazax rayon sakini ilə tanış olmuş, həmin şəxs Gürcüstandan Azərbaycan müxtəlif malların keçirilməsi ilə məşğul olmuşdur. Tural ona Gürcüstandan Azərbaycana gətirilməli ərzaq, məişət malları və digər nə lazımdırsa pul müqabilində gətirib Azərbaycana keçirə biləcəyini bildirmişdir. Bir neçə dəfə Tural onun Rusiyadan gətirdiyi malları gömrükdən keçirdərək Azərbaycana gətirib və ona təhvil vermişdir. Sonuncu dəfə il yarım bündan əvvəl idarə etdiyi nəqliyyat vasitəsinə məxsus 4 ədəd əyləc diskini, 1 dəfə paltaryuyan və qaz sobası, müxtəlif ərzaq məhsullarını Gürcüstan gömrüyünün qarşısında Tural ondan təhvil almış, o, Turala ağrıdığını və kürəkəni Röyalı gəlib götürəcəyini bildirmişdir. Tural həmin əyşaları “Qırmızı Körpü” postundan keçirib və Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Sonradan kürəkəni həmin malları Turaldan götürmüşdür. O, Təqsirləndirilən şəxs1 dediklərini ümumiyyətlə qəbul etmir. O, Təqsirləndirilən şəxs1 Turalın taksisi kimi tanımışdır. Belə ki, Tural Abdulnasirin nömrəsini ona verərək o, olmayanda malları Abdulnasirdən götürə biləcəyini bildirmişdir. Abdulnasir ona zəng edərək, dərmanla tutulduğunu, ona kömək etməyini xahiş etmişdir. O, Abdulnasirin bu zəngi və xahişi barədə Turala məlumat verdikdə, Tural ona “hə ilişib kömək etmək lazımdır” demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 kömək olaraq ondan pul istədiyini zənn etdiyini, lakin onun Təqsirləndirilən şəxs1 heç bir köməklik etmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Qazax rayonu, Daşsalahlı kəndində yaşayır, daimi iş yeri yoxdur. Gürcüstandan müxtəlif mallar, limonad, uşaq bezi, meyvə tərəvəz, avtomobil şini kimi mallar gətirib sataraq dolanışığını təmin edir. Təqsirləndirilən şəxs1la təxminən bir ildir ki, tanışdırlar, həmin şəxsi Ağstafa rayonunda taksi sürücüsü kimi tanımış, sonradan isə aralarında dostluq münasibəti olmuşdur. xx.xx.2019-cu il tarixdə axşam üstü Təqsirləndirilən şəxs1 ona zəng edərək, Gürcüstandan gəldiyini, “Sadıxlı” gömrük postunda olduğunu, idarə etdiyi avtomobili gömrükdə saxladıqlarını bildirmiş və ora gələrək bu məsələdə köməklik etməyini xahiş etmişdir. O, “Sadıxlı” gömrük postunun rəisi Ərtoğrul müəllim və sərhəd xidmətinin rəisi Anar müəllimlə tanış olduğu üçün Abdulnasir onu çağırmışdır. O, işin nə yerdə olduğunu öyrənmək üçün “Sadıxlı” gömrük postuna getmişdir. Anar müəllimdən xahiş edərək gömrük postunun içərisinə daxil olmuş, orada Ərtoğrul müəllimlə və Anar müəllimlə görüşərək Təqsirləndirilən şəxs1 işi ilə bağlı danışmış, Ərtoğrul müəllim Abdulnasirin avtomobilindən, dam örtüyünün altından dərman aşkar edildiyini, faktın sənədləşdirildiyini bildirmişdir. Abdulnasir isə maşınını Gürcüstanda ustaya qoyduğunu və dərmanlardan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra o, Abdulnasir və gömrük əməkdaşı X17 avtomobilinə əyləşmişlər. O, Ağstafada maşından düşüb evə getmiş, Abdulnasir və Pərvin isə Tovuz gömrük postuna getmişlər. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Abdulnasir onun gömrükdə tanışları olduğunu bildiyi üçün çağıraraq gömrükdə tutulduğunu bildirmiş və ora gələrək bu işdə köməklik etməyini xahiş etmişdir. O, 10 ildir ki, gömrükdən müxtəlif məişət mallarının keçirilməsi və satışı ilə məşğul olmuş, bütün gömrük və sərhəd xidməti əməkdaşları onu tanımışdır. Abdulnasir məsələnin aydınlaşdırılmasında köməklik etməsi üçün onu çağırmışdır. Onun bu məsələyə aidiyyəti olmamışdır. Şahid2 onun dayısı oğludur. Pərvinlə qohum olsalar da aralarında münasibət o qədər də yaxşı olmamışdır. Pərvinin “Sadıxlı” postunda işlədiyi müddət ərzində o, bir dəfə də olsun həmin postdan keçməmişdir. Bu məsələ ilə bağlı, Abdulnasir ilə bağlı Şahid2 heç bir xahiş etməmişdir. Həmçinin ifadəsində bildirdi ki, o, bir neçə dəfə Təqsirləndirilən şəxs2 mallarının gömrükdən keçirilməsində köməklik etmiş və bu səbəbdən də aralarında münasibət yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunun rəisi vəzifəsində işləyir, xx.xx.2019-cu il tarixdə “Sadıxlı” gömrük postunda saat 18 radələrində şəxsiyyəti sonradan ona məlum olan Ağstafa rayon sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gürcüstan istiqamətindən gömrük postuna daxil olmuşdur. Həmin vaxt o, gömrük postunun ərazisində ümumi iş prosesinə nəzarəti həyata keçirmişdir. Əməkdaşı Şahid2 həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə şifahi sorğu-sual apararaq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməli, gizlədilmiş hər hansı bir mal olubolmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi nəqliyyat vasitəsində heç bir gizlədilmiş və ya bəyan edilməli mallar olmadığını bildirmişdir. Həmin avtomobilin yük bölməsi, torpedo bölməsi, qoltuqaltı sandıqça, ayaqaltılar, mühərrik bölməsi yoxlanılmış və avtomobildə heç bir hüquqpozma halı aşkar edilməmişdir. Bundan sonra avtomobilin ölkə ərazisinə buraxılması üçün VAİSdə qeydiyyat aparılmış, sonra o, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb vizual baxış keçirib əlini avtomobilin salonunda dam örtüyünə vurduqda dam örtüyünün altında gizlədilmiş predmetlər ola biləcəyindən şübhələnmiş və həmin avtomobilə əsaslı gömrük baxışı keçirilməsini Şahid2 tapşırmışdır. Baxış zamanı 2 nəfər hal şahidi iştirak etmişdir. Baxış zamanı avtomobilin dam örtüyü tamamilə sökülmüş və nəticədə avtomobilin dam örtüyünün altından gömrük nəzarətindən gizlədilmiş 7 qutu içərisində 10 ampula olmaqla üzərində “Boldevex U250” yazısı yazılmış, 3 qutu içərisində 10 ampula olmaqla üzərində “Testovex P100” yazısı yazılmış, 4 qutu içərisində 10 ampula olmaqla üzərində “Testovex E250” yazısı yazılmış, 5 qutu içərisində 10 ampula olmaqla üzərində “Nandrovex D250” yazısı yazılmış, 3 qutu içərisində 10 ampula olmaqla üzərində “Mastovex P100” yazısı yazılmış dərman preparatları və 3 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul vanilla” yazısı yazılmış, 2 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul cucumber” yazısı yazılmış, 3 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul mango” yazısı yazılmış elektron siqaret yağları aşkar edilərək götürülmüşdür. Bundan əlavə həmin avtomobilin bütün bölmələri əsaslı yoxlamadan keçirilmiş, lakin başqa hüquqpozma halları aşkar edilməmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs3lə heç bir tanışlığı və ya münasibəti yoxdur. Əvvəlki iş təcrübəsindən Təqsirləndirilən şəxs3 Gürcüstandan qaçaqmalçılıq yolu ilə malların gətirilməsi ilə məşğul olduğunu bilir. Buna görə də o, post rəisi işlədiyi vaxtdan bəri Tural və onun kimilərin Gürcüstandan ölkə ərazisinə mal gətirmələrinin qarşısını almışdır. Tural həmişə “Qırmızı Körpü” gömrük postundan keçmişdir. Sonradan ona Təqsirləndirilən şəxs3 və Şahid2 qohum olmaları məlum olmuşdur. Lakin bu hal Pərvinin işinə təsir etməmişdir. Tural Abdulnasirin dostu olduğunu, ona dəstək olmaq üçün gəldiyini demiş və köməklik edilməsini xahiş etmişdir. O, isə heç bir köməklik edə bilməyəcəklərini, Abdulnasirin idarə etdiyi avtomobildən gömrük nəzarətindən gizlədilmiş dərman preparatları aşkar edildiyini və faktla bağlı araşdırma aparılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda inspektor vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə “Sadıxlı” gömrük postunda nəqliyyat vasitələrinin idxal xəttində xidməti vəzifəsini yerinə yetirdiyi gün saat 18 radələrində Ağstafa rayon sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gürcüstan istiqamətindən gömrük postuna daxil olmuşdur. O, həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə şifahi sorğu-sual apararaq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməli, gizlədilmiş hər hansı bir mal olub-olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi nəqliyyat vasitəsində heç bir gizlədilmiş və ya bəyan edilməli mallar olmadığını bildirmişdir. O, avtomobilə ilkin gömrük nəzarəti tətbiq edərək avtomobilin yük bölməsini, torpedo bölməsini, qoltuqaltı sandıqçanı, ayaqaltılar və mühərrik bölməsini yoxlamış və avtomobildə heç bir hüquqpozma halı aşkar etməmişdir. Bundan sonra avtomobilin ölkə ərazisinə buraxılması üçün VAİS-də qeydiyyat aparmış, bundan sonra gömrük postunun rəisi Şahid1 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əsaslı gömrük baxışı keçirməyi tapşırmışdır. Baxış keçirilməsi üçün 2 nəfər hal şahidi dəvət edərək onların iştirakı ilə həmin avtomobilə baxış keçirməyə başlamışdır. Baxış nəticəsində avtomobilin dam örtüyünün altından gömrük nəzarətindən gizlədilmiş 7 qutu içərisində 10 ampula olmaqla üzərində “Boldevex U250” yazısı yazılmış, 3 qutu içərisində 10 ampula olmaqla üzərində “Testovex P100” yazısı yazılmış, 4 qutu içərisində 10 ampula olmaqla üzərində “Testovex E250” yazısı yazılmış, 5 qutu içərisində 10 ampula olmaqla üzərində “Nandrovex D250” yazısı yazılmış, 3 qutu içərisində 10 ampula olmaqla üzərində “Mastovex P100” yazısı yazılmış dərman preparatlarını və 3 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul vanilla” yazısı yazılmış, 2 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul cucumber” yazısı yazılmış, 3 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul mango” yazısı yazılmış elektron siqaretin yağları aşkar edilərək götürülmüşdür. Bundan sonra zəruri səndləşmə aparılması üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobildə Tovuz gömrük postuna getmiş və həmin avtomobili orada təhvil vermişdir. Aşkar edilmiş predmetləri isə təhqiqat şöbəsinə post rəisi Şahid1 təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Ağstafa rayonu, Sadıxlı kəndində yaşayır, “xxxx” MMC-nin Ağstafa rayon filialında çalışır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində “Sadıxlı” gömrük postunda otaqda olan zaman pəncərədən “Mercedes Benz E200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini görmüş və diqqətini cəlb etdiyindən bayıra çıxmışdır. O, bayıra çıxan zaman bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq həmin avtomobilə baxış keçirilməsində ondan hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsində hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat vermişdir. O, razılaşmış və bundan sonra “Mercedes Benz E200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, avtomobilin kapotunun üstündə olan və baxış zamanı avtomobilin salonunun içərisində, dam örtüyünün altında gizlədilmiş hal hazırda sayını xatırlamadığı müxtəlif dərman preparatları və elektron siqaret yağları aşkar edildiyinin şahidi olmuşdur. Baxış nəticəsində “Mercedes Benz E200” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dam örtüyünün altından aşkar edilmiş mallar gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qayınatasıdır, o, Təqsirləndirilən şəxs3 fəhlə kimi tanımış, lakin Təqsirləndirilən şəxs1 tanımamışdır. O, Gəncə şəhərindən Moskva şəhərinə sərnişindaşıma fəaliyyəti ilə məşğul olur, **-DT-*** dövlət qeydiyyat nişanlı “X31” markalı avtomobili idarə edir. Həmin avtomobili qaynatası Həsən də idarə edərək, Rusiya Federasiyasına sərnişin daşınması fəaliyyatilə məşğul olmuşdur. 2019-cu ilin yaz aylarında həmin avtomobillə Moskva şəhərinə sərnişin aparmış, orada bir neçə gün qalıb istirahət edib geri qayıtmışdır. Moskvadan Gəncə şəhərinə yola düşərkən özü ilə məişət yükləri və Rusiyadan aldığı idman və uşaq qidaları götürmüşdür. Aldığı 2 ədəd 1 kiloqramlıq və 1 ədəd 750 qramlıq bankada “nano” və 2 ədəd 1 kiloqramlıq “amino” idman qidasını öz istifadəsi üçün, 10 ədəd “nan” markalı uşaq qidasını isə dostunun yeni doğulmuş uşağı üçün almışdır. Aldığı idman qidaları hal-hazırda da Azərbaycanda bir çox idman qidaları mağazalarında açıq şəkildə satılmışdır. Ev üçün ərzaq məhsulları da aldığı üçün idman qidalarını və uşaq qidalarını eyni vaxtda Azərbaycan gömrük sərhəddindən keçirə bilməyəcəyini bildiyi üçün sadəcə, 1 kiloqramlıq 1 ədəd “nano” markalı və 1 ədəd 1 kiloqramlıq “amino” markalı qidanı özü ilə sərhəddən keçirmiş, qalan 1 ədəd 750 qramlıq və 1 ədəd 1 kiloqramlıq “nano” markalı qidanı və 1 ədəd 1 kiloqramlıq “amino” idman qidasını, 10 ədəd “nan” markalı uşaq qidasını və içərisində 7-8 kiolqram olan paketi və özü üçün aldığı 1 cüt ayaqqabını Gürcüstan ərazisində, Tblisi avtovağzalının yaxınlığında tanışı olan Gürcüstanlının kafesində qoymuş və özünün gəlib götürəcəyini bildirmişdir. Qayınatası Təqsirləndirilən şəxs2 Qazax rayon sakini Tural adlı şəxslə tanışlığı olmuş, Tural Gürcüstandan Azərbaycana müxtəlif malların keçirilməyi ilə məşğul olmuşdur. Bir neçə dəfə Tural müxtəlif məişət və qida mallarının keçirilməyində onlara köməklik göstərmiş, Tural pul müqabilində malların gömrükdən keçirilməsini təşkil etmişdir. Gürcüstanlı tanışının kafesində qoyduğu qidaları götürmək üçün özünün şəxsən getməyi çox xərc tələb etdiyi üçün Turaldan həmin malların gətirilməsini xahiş etməyi qərara almışdır. Qayınatası Turala zəng vurub və Gürcüstanda idman dərmanları olduğunu bildirib həmin malları qoyduğu kafedən götürüb gətirməsini xahiş etmiş, Tural isə “biz dərmanları keçirtmirik və dərman işinə baxmırıq” demişdir. Bundan sonra o, telefonu götürüb Turala bunların dərman olmadığını, idman qidaları olduğunu və açıq satışda olduğunu izah etmişdir. Tural gətirməkdən imtina etmiş və gedib baxacağını bildirmişdir. Dəfələrlə olmuşdur ki, Tural həmin gürcü tanışının kafesindən malları götürüb Azərbaycana keçirib onlara təhvil vermişdir. Bundan sonra ertəsi gün səhər saat 7 radələrində Tural zəng vuraraq malları keçirdiyini bildirmiş və gecə keçdiyini, yorğun olduğunu deyib və gəlib malları Ağstafadan götürməyini xahiş etmişdir. O, təxminən saat 2 radələrində Ağstafa dairəsi deyilən yerə gedərək Turalla görüşmüş, ona məxsus olan idman qidaları, uşaq qidaları və şokolad paketini Turaldan təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhəri, Uşaq, Gənclər şahmat, idman məktəbində boks müəllimi işləyir, 2006-cı ildən idman müəllimi işləyir. Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur, əvvəllər, 1996cı ilə qədər Gəncə şəhərində qonşu olmuşlar. Həsən əvvəl yollara daş döşənməsi işinə baxmış, sonra mikroavtobus alaraq Gəncə-Moskva şəhərləri arası sərnişin və yük daşınması ilə məşğul olmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə istintaq orqanına dəvət etdikdə Həsənin ailəsi ilə danışmış və həbs edildiyini öyrənmişdir, həmin vaxta qədər bu barədə məlumatı olmamışdır. Həsənin həyat yoldaşından öyrəndiyi qədərilə Həsən idman dərmanları daşıdığına görə həbs edilmişdir. Həmin dərmanların ona heç bir aidiyyəti olmamışdır. Şahid6 məhkəmə iclasında verilən suallara cavab olaraq idmançı olduğuna görə Təqsirləndirilən şəxs2 ona zəng edərək, idman dərmaları barədə maraqlanmış, ondan həmin dərmanın idmançılar tərəfindən hansı məqsədlə istifadə edildiyini soruşmuş, o da Həsənə bu barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2019cu il tarixli “nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan görünür ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mersedes Benz E200 CDİ” markalı 90VG397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunvericiliklə mülki dövriyyəsi qadağan olunmuş və ya mülki dövriyyəsinə məhdudiyyət qoyulmuş malların könüllü olaraq təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində heç bir qadağan olunmuş və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar olmadığını bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunun dam örtüyündən xüsusi hazırlanmış yerdə “Testovex P100 (250 mg) – 3 ədəd, Testovex E250 (250 mg) – 4 ədəd, “Mastovex P100 (100 mg) – 3 ədəd, “Nandrovex D250 (250 mg) – 5 ədəd, “Boldovex U250” (250 mg) – 7 ədəd və “Juul Cucumber 5%” – 2 ədəd, “Juul Mango 5%” – 10 ədəd, “Juul Vanilla 5%” – 3 ədəd aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2019cu il tarixli “nəqliyyat vasitələrinin saxlanılması barədə” aktdan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mersedes Benz E200 CDİ” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altından 7 qutu, içərisində 10 ampula olmaqla, cəmi 70 ampula üzərində “Boldevex U250” yazısı yazılmış, 3 qutu, içərisində 10 ampula olmaqla üzərində “Testovex P100” yazısı yazılmış, 4 qutu, içərisində 10 ampula olmaqla üzərində “Testovex E250” yazısı yazılmış, 5 qutu, içərisində 10 ampula olmaqla üzərində “Nandrovex D 250” yazısı yazılmış, 3 qutu, içərisində 10 ampula olmaqla üzərində “Mastovex P100” yazısı yazılmış dərman preparatları və 3 qutu içərisində 4 kapsula üzərində “Juul vanilla” yazısı yazılmış, 2 qutu içərisində 4 kapsula olmaqla üzərində “Juul cucumber” yazısı yazılmış və 3 qutu içərisində 4 kapsula üzərində “Juul mango” yazısı yazılmış elektron siqaret yağları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 14773/14774 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs1...” sözləri olan bir ədəd polietilen paketdəki:-üzərində “Nandrovex D250 250 mg/ml 05/2021” göstəricisi olan bir ədəd qutuda 10 ədəd dərman ampulalarının əsas təsiredici maddəsi nandrolondur. 1 ədəd qutuda ümumi sayı 10 ədəd olan “Nandrovex D250 250 mg/ml 05/2021” dərman ampulalarının tərkiblərində nandrolonun təsir maddəsinin ümumi miqdarı 2,5 qram (bir ədəd ampulada təsir maddəsinin miqdarı 250 mq – dır), 5 qutuda isə 12,5 qram təşkil edir. -üzərində “Boldovex U250 250 mg/ml 05/2021” göstəricisi olan bir ədəd qutuda 10 ədəd dərman ampulalarının əsas təsiredici maddəsi boldenondur. 1 ədəd qutuda ümumi sayı 10 ədəd olan “Boldovex U250 250mg/ml 05/2021” dərman ampulalarının tərkiblərində boldenonun təsir maddəsinin ümumi miqdarı 2,5 qram (bir ədəd ampulada təsir maddəsinin miqdarı 250 mq – dır), 7 qutuda isə 17,5 qram təşkil edir.-üzərində “Mastovex P 100 100 mg/ml” göstəricisi olan bir ədəd qutuda 10 ədəd dərman ampulalarının əsas təsiredici maddəsi drostanolondur. 1 ədəd qutuda ümumi sayı 10 ədəd olan “Mastovex P 100 100 mg/ml” dərman ampulalarının tərkiblərində drostanolonun təsir maddəsinin ümumi miqdarı 1 qram (bir ədəd ampulada təsir maddəsinin miqdarı 100 mq – dır), 3 qutuda isə 3,0 qram təşkil edir. Təqdim olunmuş “Nandrovex D250 250 mg/ml 05/2021”, “Boldovex U250 250 mg/ml 05/2021”, “Mastovex P 100 100 mg/ml” dərman preparatları (əsas təsiredici maddəsi – nandrolon, boldenon, drostanolon) xx xxxx 2016 – cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrinin siyahıları”na daxildir. Təqdim edilmiş digər dərman preparatları və elektron siqaret üçün kapsullar “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na daxil deyildir. Tədqiqata təqdim edilmiş dərman preparatlarının təyinatı 1 saylı cədvəldə göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda “JUUL Mango 0.7ml – 59mq/ml” – elektron siqaret üçün kapsulların 1 qutusunun (1 qutuda 4 ədəd kapsul) respublikadaxili orta satış qiyməti 30 manat, 8 qutunun qiyməti isə təxminən 240 (iki yüz qırx) manat müəyyən edilir. Bakı şəhərində yerləşən apteklərdən əldə edilmiş məlumatlara əsasən, tədqiqata təqdim edilmiş dərman preparatları hazırda satışda olmadığından onların qiymətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli 332 nömrəli, xx xxxxx 2020-ci il tarixli 1048 nömrəli və xx xxx 2020-ci il tarixli 1166 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən, psixotrop maddələrdən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmadı. Hal-hazırda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş sərhədkeçmə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdə saat 15:39-da idarə etdiyi “Mersedes Benz E200 CDİ” markalı 90VG397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisini tərk etməsi və həmin gün saat 17:52-də idarə etdiyi nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əvvəl isə Təqsirləndirilən şəxs1 Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə xx.xx.2019-cu il tarixdə saat 21:12-də ölkə ərazisini tərk etməsi, sonra xx.xx.2019-cu il tarixdə saat 02:29-da ölkə ərazisinə daxil olması, həmin gün bir daha saat 04:15-də ölkə ərazisini tərk etməsi, sonra həmin gün saat 05:35-də ölkə ərazisinə daxil olması, həmin gün saat 06:37-də ölkə ərazisini tərk etməsi və 06:54-də ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. Beləliklə məlum olur ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi gündən bir gün əvvəl gecə saatlarında 3 dəfə “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana gedib gəlməsi müəyyən edilmişdir. Sərhədkeçmə hesabatı ilə Təqsirləndirilən şəxs1 əsasən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisini tərk etməsi və geriyə qayıtması müəyyən edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə özü tək xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, gömrük postunda sərhəd və gömrük nəzarətindən keçmiş, həmin vaxt avtomobildə başqa heç kim olmamış və o, idarə etdiyi nəqliyyat vasitəsi ilə gömrük postunu tərk edərək Gürcüstan istiqamətində getmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə özü tək Gürcüstan istiqamətindən “Sadıxlı” gömrük postuna daxil olmuşdur. Avtomobildən enmiş və orada xidmət aparan Dövlət Sərhəd Xidmətinin əməkdaşı ilə salamlaşaraq bir qədər söhbət etmiş, gömrük əməkdaşı ilə salamlaşmış, sonra gömrük əməkdaşı onun idarə etdiyi avtomobilə vizual baxış keçirərək avtomobilin yük yerinə, salonuna, mühərrik yerinə nəzər yetirmiş, zəruri bölmələri yoxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 buraxılış pəncərəsinə yaxınlaşaraq sənədlərini təqdim etmişdir. Bundan sonra gömrük postunun rəisi Şahid1 onun idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşmış, qapıları açaraq vizual baxış keçirmişdir. Bundan sonra gömrük əməkdaşı həmin avtomobilə gömrük baxışı həyata keçirmişdir. Avtomoblin salonundan dam örtüyünün altından hüquqpozma predmetləri aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həyəcanlı, təşvişli hərəkətləri diqqəti çəkir. Onun mütəmadi olaraq mobil telefonu vasitəsilə uzunmüddətli danışqlar aparması qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 orada xidmət aparan gömrük və sərhəd xidmətinin əməkdaşları ilə söhbət etmiş, mobil telefonda danışmış, gömrük postunun ərazisində gəzişmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 gömrük postuna daxil olmuş, sərhəd xidməti əməkdaşı ilə salamlaşmış və danışıq aparmışdır. Təqsirləndirilən şəxs1 həmin danışıq zamanı onların yanında olmuşdur. Sonra gömrük postunun rəisi bu danışıqlara qoşulmuşdur. Bu proses təxminən 2 saat davam etmişdir. Bundan sonra gömrük əməkdaşı Şahid2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşib gömrük postunu tərk etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə xx.xx.2019-cu il tarixdə saat 21:18-də ölkə ərazisini tərk etməsi, sonra xx.xx.2019-cu il tarixdə saat 02:30-da ölkə ərazisinə daxil olması, həmin gün bir daha saat 04:19-də ölkə ərazisini tərk etməsi, sonra həmin gün saat 05:11-də ölkə ərazisinə daxil olması, həmin gün saat 06:38-də ölkə ərazisini tərk etməsi və 06:49-da ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. Göstərilən çıxış-giriş saatları Təqsirləndirilən şəxs1 həmin tarixdə çıxış-giriş saatları ilə üst-üstə düşür. Beləliklə məlum olur ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əməllərinin törədildiyi gündən bir gün əvvəl gecə saatlarında 3 dəfə “Qırmızı Körpü” gömrük postundan keçməklə birlikdə Gürcüstana gedib-gəlmişlər. Sərhədkeçmə hesabatı ilə Təqsirləndirilən şəxs3 həmişə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisini tərk etməsi və geriyə qayıtması, 2019-cu il ərzində “Sadıxlı” gömrük postundan keçmədiyi müəyyən edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdə “Mercedes-Benz” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisini tərk etməsi və xx xxx 2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi ilə həmin gömrük postundan keçməklə ölkə ərazisinə daxil olduğu və bundan sonra xx xxx 2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi ilə həmin gömrük postundan keçməklə ölkə ərazisini tərk etməsi və cinayət hadisəsinin törədildiyi gün, yəni xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası ərazisində olduğu müəyyən edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “derma” adı altında qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 21:18, 21:21 və 21:26-da 3 dəfə; xx.xx.2020 tarixdə saat 18:17, 18:17, 18:20, 18:36, 18:37, 18:37, 18:38də 7 dəfə zəng vurulmuşdur. (Həmin mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur) “Whatsapp” sosial şəbəkəsinin yazışmalar bölməsinə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: •“mesdi baba” adı altında qeyd edilmiş +7-***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 22:08-də Təqsirləndirilən şəxs1 həmin şəxsə “Salam Axşamın xeyir, Məşdi dayı. Neynirsən? Nə var Nəyox? Kefin-halın? Mənəm, Hapisdi, Turalın dostu” məzmunlu mesaj göndərmiş, həmin nömrədən xx.xx.2020 tarixdə saat 09:46-da “Salam Hapis, salam. Eşitməmişəm, bağışla, eşidirəm, qadan alım” məzmunlu səs mesajı daxil olmuş, həmin gün saat 11:56-da Təqsirləndirilən şəxs1 “Məşdi baba, nətərisən? Canınbaşın? Qadan alaram sənin, ağsaqqallıqdan əksik olma. Nəvələrin nətəridi? O kişiyi axtarırıq, tapa bilmirik. Uşaqlar da bizdən cavab gözləyir, Allaha and olsun, söhbətə başqa adamlar qarışmaq istəyir, deyirəm görüm o kişinin ağzını arıyım, görüm sözünün üstündə dururmu. O dəfə söhbətimiz oldu, dedi ki, xərc nədir mən çəkəcəm. Məni də zaminə çıxardıblar, bu da telefonumuza cavab vermir. Mən də Allaha and olsun Məşdi baba, atalarımızn goru haqqı, deyirəm istəmirəm da söhbət getsin adam var ona çatsın. Dədəmin goru haqqı, istəyirsən inan, istəyirsən inanma, Qulunun əmizi qızı mənim yoldaşımdı. Gürcüstanlı Qulu vare, lotu Qulu. Prosta mən istəmirəme söhbət getsin çıxsın, uşaqlar da məndən cavab gözləyirlər, deyirlə Gürcüstanda onun maşınını əlindən alaq, özünü də yola salaq. Mən sənə görə, doxdura görə cıkkırmı çıxara bilmirəm, uşaqlara deyirəm gözləyin, görək axırı nə olur bunun. Zaurdan da pul alınıbdı, Məşiyev Zaur yoxdumu, ondan 2500 manat pul almışam. Prosta mən istəmirəm da hörmətsizlik edək. Eloğluyuq, azərbaycanlıyıq. O harda olurolsun gəlir Ağstafadan keçir, Gəncədə qapısında çörək kəsdiyimiz oğlanlar var. İstəmirəm söhbət başqa cur olsun. Ona denən ki, Zaurun pulu bugün çatmalıdı, Zaur dünyanı dağıdır, Allaha and olsun. Özünü qoyub axırıncı yola, Zaurun da xasiyyətini sən məndən yaxşı bilirsən. Ona denən ki, bugün xalxın pulu çatsın, istəmirəm mən hörmətsizlik eliyəm, ağsaqqal kişidir, salam-əleyk eləmişik. Prosta, Məşdi baba, o gətirdiyi dərman tərkibindəki narkotik imiş. Bizi də aldadır ki, vitamindir. Balamın canı narkotik imiş. Ekspertizada hamısı narkotik maddə çıxıbdır, qurana and olsun.” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən saat 12:25-də “qadan alım, Allah köməyin olsun, mən Bakıdayam, gedirəm Gəncəyə. O, Gəncəyə uje gəlib çatıb, Gəncədə evlərindədir. Çatım ora, canım üçün, axşam saat neçə olur-olsun, səni yığıb deyəcəm. Özü ilə danışdıracam, calayıb danışdıracam, narahat olma” məzmunlu səs mesajı göndərmişdir. •“doxdur turkiye” adı altında qeyd edilmiş ***-***-**-** telefon nömrəsinə Təqsirləndirilən şəxs1 xx.xx.2020 tarixdə saat 23:48-də “qardaş, nə var-nə yox, doxdur? Nətərisən? Görürsən doxdur, mən nə zülmlər çəkirəm. Bax bugün çıxmışam çölə. Kişi vare o, gəncəli, balamın canı üçün onun başını kəsəcəm, onu axtarıram. Gömrüyə də tapşırmışam, Kazbekdə də uşaqlar deyir o üzdə qalıb. Qar oranı basıb. Onu öldürəcəm, Allah haqqı” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən xx.xx.2020 saat 01:24-də “Bayaq Turala da demişəm, dedim, narahatçılıq yoxdu, bizim nəqədər pul çıxacaq, o doğacaqdır. Narahatçılıq yoxdur, qaqa. Sən kişilik elədin, öz kişiliyini göstərdin. Bayaq bir qardaş var idi, komitədə işləyir, bir yerdə idik, onunla söhbət edirdik, orda cərimə zad yazacaqlar məhkəmənin qərarı ilə, tutası deyillər, bir şey edəsi deyillər. Çünki bu elə bir şeydir ki, bu mümkün deyil. Dedi onun dalınca nə lazımdırsa görüləcəkdir. Eyni Vüsalın başına gələn sutuasiyadır da, prosta fərq odur ki, Vüsalda başqa səhvlər idi, yəni cəriməyə görə deyirəm. Amma o pedarası tapmaq lazımdır, evini zadı tanıyıram, qələt eləyir.” məzmunlu səs mesajı daxil olmuş, ardınca Təqsirləndirilən şəxs1 həmin nömrəyə “indi qardaş, ha vaxt gəlirsən, bir dənə yığılağın, Zaurdan pul götürülüb, Zaurun pulu çatmalıdır. Zaur da pulu vermirdi, mamamgil gedib yalvar-yaxar eləyiblər. Yoxsa doxdur, bugün məni Kürdəxanıya aformut eləyirdilər. 3-4 saat olar buraxıblar, saat 8 də buraxdılar məni. Kürdəxanıya aformu eləyirdilər, 4 ay ora gədəcəkdim, 4 ay orada qalacaqdım. 4 aydan sonra Ağstafa məhkəməsinə gələcəkdim. Qardaş, bu sənin sözün olmasın, mən kişilik elədim axıra kimi, nə bunun adını verdim, nə Turalın adını verdim, nə Turalın o əmisioğlunun adını verdim. Heç hansının adını vermədim. İşi təkcə boynuma götürdüm. Lazım olsa, doxdur, balamın canı üçün, oğruya da çıxılacaqdır, yəni bu söhbət. Mənim xalam oğlu Qulu ilə lap yaxın adamdır, sənə deyim. Söhbət oğruya çıxacaqdır, qardaş. Bu işi oğru həll edəcək. Varoskoy aləmə qalsa elə olacaq, kişiliyə qalsa özümüz söhbət edəcəyik. Balamın canı deyirəm, alan deyirəmsə balalarım ölsün, doxdur, onu bıçaqla vuracağam. Qırmızı Qurana and olsun, deyirəm, o bidənə büdrəsə bıçağı boğazına soxub onun başını kəsəcəm.” və “pulu, qəpiyə-qəpik doğacaqdır, qardaş. Mən o işi qruppavoya salmadım, təkcə boynuma götürmüşəm, o işin də altından çıxmışam. İndi çıxsın ortaya, nəqədər pul verilib, nə qədərpul veriləcək indidən sonra qəpiyə-qəpik doğacaq o kişi. Balamın canı onun maşınını yolda əlindən alacam. Ağstafadan keçən kimi gömrükdən onun maşınını alıram, oğru, bandit uşaqlar var, hamısını narkomanlara kimi tökəcəm onun üstünə. Yəni ona mənim sözümü çatdır ki, vəziyyət budur, brat. Pul qəpiyə-qəpik çatmalıdır. İnşallah bir gün də oturub çay içərik, qardaşım, söhbət edərik” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən saat 01:46-da “gardas insallah yaxsi olar” məzmunlu mesaj, ardınca isə “hə yaxşı olar, şükür indi çöldəsən, get dincəl elə, sabahda zadda əlaqə saxlayıarq brat. 2-3 gün burada olmayacam mın, narahat olma. Sən öz jestini, kişiliyini elədin. Narahat olma, indi sənin zənglərinə cavab vermir, birazdan cavab verər” məzmunlu səs mesajı daxil olmuş, saat 01:52-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “qardaş, görüşərki, qadan alaram, doxddur. İşlərini zadını həll elə ya Ağstafada görüşək, ya Mingəçevirdə görüşək,ya Gəncədə, nəm harda istəsən. Görüşərik, sənin qadan alaram, Allah balalarını sağ eləsin” məzmunlu səs mesajı göndərmiş, saat 01:54-də həmin nömrədən “Problem deyil, qurban sənə hapes, narahat olma. Sən bu mövzxuda palibomu pravsan mən ilk gündən demişəm, sən öz kişiliyini son saniyəyə qədər göstərdin. Yaxşı, qadan alım, narahatçılıq yoxdu, görüşərik” məzmunlu səs mesajı daxil olmuş, xx.xx.2020 tarixdə saat 19:44-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “ Doxdur, bir də o kişinin Azərbaycan nömrəsi varmı? Ya Məşdi babanın Azərbaycan nömrəsi varmı? Məşdi Gəncədə bizi gözləyir. Prosta mən Məşdinin nömrəsini bilmirəm, Məşdi ilə əlaqə saxlamaq istəyirəm.”, saat 19:58-də “Doxdur, Məşdinin Azərbaycan nömrəsini, o kişinin Azərbaycan nömrəsini mənə at da, qadan alım.” məzmunlu səs mesajları göndərmiş, ardınca həmin nömrədən “Sən Məşdini sikmək istəyirsən, Məşdini neynirsən? Məşdini infarkt eləmə. Həsənin nömrəsini mən bilmirəm, papacanı. Turalda var da hamısı” məzmunlu səs mesajı daxil olmuş, Təqsirləndirilən şəxs1 saat 20:00-da həmin nömrəyə “Məşdi maa dedi ki, mən Gəncədə olacam. Başa düşdünmü, qardaş?” və “Qəşəng görüşək deyir, bəranər gedəyin deyir” məzmunlu səs mesajları göndərmiş, ardınca həmin nömrədən “Qurban sənə Məşdi birincisi...Məşdinin nömrəsi ***-***-**-** qardaşım. Sonra ***-***-**-**” və “Məşdi bilmira mən Türkiyədəyəm, yandırma” məzmunlu səs mesajları daxil olmuşdur. •“vapiv bajana” adı altında qeyd edilmiş, ***-***-**-** telefon nömrəsindən xx.xx.2020 tarix, saat 22:44-də “Həmişə balalarının üstündən səni Allah əskik eləməsin. Var ol, Pulun azlığına-çoxluğuna, mən indi sizə deyirəm bax, qanırsınızmı? Şükür eliyin. Hökümətlə, paqonla paqonluq eləmiyin, ay qardaş. Çünki o paqon bizdə yoxdursa da o yola getməyin” məzmunlu səs mesajı daxil olmuş, saat 22:45-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “dediz, qardaş, nəbilime, Allah mərdi-məzarın balasını öldürsün. Poxa da salıd məni, nəbilime, şükür, buna da şükür” məzmunlu səs mesajı göndərmiş, saat 22:46da həmin nömrədən “indi o Məşədiyə də sözünü de, heç hənanın yeri idimi: saa bu mu lazım idi, yəni bu işlər ola idi?” və saat 23:46-da “səndə ağıl yoxdur, kiminsə də poxunu öz belinə aldın, indi də bu zülmü çəkdin. Düzdür, rasxod sənlik olmadı, ama niyə girirdin, niyə də çıxırdın” məzmunlu səs mesajları daxil olmuş, ardınca Təqsirləndirilən şəxs1 həmin nömrəyə “ olur dana, qardaş. Deyir, şər deməsən xeyir gəlmir. Adamın başına hər iş gəlir, qardaş. Hər şey ola bilər, ay Vaqif. Prosta mən başdan pis elədim ki, qoşuldum bu götlərə. Bidənə mənim səhvim o oldu ki, mən Turallara, Tellilərə qoşuldum. Mən ac oturmalı idim evimdə.” məzmunlu səs mesajı göndərmiş, xx.xx.2020 tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs1 həmin nömrəyə “iş deyəndə bu söhbət qruppavoy idi, düz deyilmi, qardaş? Bu tamojnunun dərman məsələsi. Mən qruppavoyu ortadan çıxardım bu işi tək boynuma götürmüşdüm. Demişəm ki, mən tək olmuşam, heç kəs olmayıb. Mən 3 nəfəri patatkoz buraxmadım, bu işi tək boynuma götürdüm. Düz deyilmi, mənim qardaşım? İndi, o gəncəli kişi, malın yiyəsi, mənə narkotiki verən adam, mənə protein adı ilə narkotik verib o binamus. İndi o, bayaq mənə zəng eliyib ki, mən perevaldayam deyir, pul-para nədir mən gəlib... dedim ayə sən mənə dedin bu proteindi, bəs bunun tərkibində narkotik tərkibli maddələr çııxıb axı. Sən mənə bu nədir vermisən? Deyr mən bilmirdim. Deyirəm ə nətər bilmirdin? Sən yaxşı bilirsən, sənin götünü sikəcəm gələndə mən. Bilmirdim nədiə dedim. Mən sənin istintaqda adını çəkməmişəm, məhkəməd adını çəkməmişəm, dindirilmə otağında adını çəkməmişəm, mənə nə qədər pres eliyiblər heç birinin adını çəkməmişəm. Nə sənin adını çəkmişəm, nə Turalın adını çəkmişəm, nə gömrüyün işçisi oğlan var, Turalın xalası oğlu, onun adını çəkmişəm. Demişəm təkcə özüm almışam, özüm keçirmişəm, satış məqsədilə, ki, borcum var, biraz pul qazanım. Mən izahatda belə vermişəm. Mənə nə nala-mıxa vurusan? Qabağımda qar var, Kazbek uçur, osdurub, dağılıb. Gijdıllax dedim, sabah saat 9-da olursan Ağstafada. Narahat olma, deyir, gəlib çatacam. Dedim götün nədi çatma. Sənin Gürcüstanda adamların var da, qohumların. Bəlkə onu elə Gürcüstanda hop-stop eliyib götüzdürək?” məzmunlu səs mesajı göndərmişdir. •“Nurlan perviz” adı altında qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020 tarix saat 23:30-da Təqsirləndirilən şəxs1 “Salam qaqa, Nağarırsınız? Canınızbaşınız? Deməli, brat, 8 ay bundan qabaq, 8 ay bundan qabaq bir kişi mənə zəng vurdu. Gəncəli kişi. Adı da Həsən kişidir.rusiya-Gənə sprinter sürür. Bu mənə zəng vurdu, dedi hardasan, dedim Ağstafada. Dedi get Gürcüstanda filan ünvanda dərman var, onları götür keçirt Azərbaycana, vitamindir. Dedim heç nə Həsən dayı, dedi sənə də 100 manat taksi pulu verəcəm. Dedim heç nə Həsən dayı, problem yoxdur. Getdim, qardaş, dərmanları götürdüm, gələndə gömrük tutdu ki, bu psixotrop maddələrdir, bunu sən hara aparırsan? İşimi verdilər istintaqa, gömrüyə, Bakıya. Kişi də dedi ki, bala, amanın bir günüdür, mənim adımı çəkmə, mən səni qurtaracağam, nə qədər pul istəsələr verəcəm mən. Dedim heç nə, dayı, mən bu işi boynuma götürürəm. Nə səni patatkoz buraxıram, nə sənin şərikini. İkinizin də adını demirəm. İşin yekununda məni qurtarırsınız. İndi də qardaş, işin yekunu gəlib dirənib, kişi boyun qaçırdır, burcudur, mən elə söz deməmişəm, dərman mənim deyil, mənə də zəng vurub demişdilər filan var, o var, bu var. konsert verir da, başa düşürsən.” məzmunlu mesaj göndərmiş, həmin nömrədən saat 23:36-da “qulaq as, onun zapisi zadı, səs yazmaları, sms-i, yəni sənə bu kimi bir şeylər nə yazıb, nə göndərib, nə var əlində ki, bu kişi indi danır. Başa düşdünmü məni” məzmunlu səs mesajı daxil olmuş, ardınca Təqsirləndirilən şəxs1 həmin nömrəyə “8 ay bundan qabaq səs yazamalarmı qalar, ayqa” məzmunlu səs mesajı göndərmişdir. •“Tural cin” adı altında qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020 tarix saat 15:51-da Təqsirləndirilən şəxs1 “qaqa, mən kəndə getdim, kənddə 1 saatlıq işim var. işimi zadı qurtarım, eliyim bir görüşək, dana, oturaq. Sən də ona kimi dincəl, bilirəm yuxusuzsan. Kənddə həm, uşaqları düşürdüm, həm də işim var. gəlim sonra görüşək, o kişi ilə danışaq, görək neyniyir, nə vaxt gəlir” məzmunlu səs mesajı göndərmiş, saat 16:12də həmin nömrədən “hə, biraz tez boşal dana, qaqa, görüşək görək. Neynirik nağarırırq. Zənf eliyəcəm mən də, yarım saata görüşək” məzmunlu səs mesajı daxil olmuş, saat 16:53-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “qaqa, heç kişiylə danışıbsanmı? Ha tərəfdədi kişi? Hardadır? Mən yığıram cavab vermir axı o vaççap, sən göndərdiyin nömrəyə” və “Tural, o kişinin adını zadını mənə göndər dana. Adı nədir? Familiyası zad. Yoxsa eləcə adını mı bilirsən? Sprinterin nömrəsini zadı mənə denən də onun” məzmunlu səs mesajları göndərmiş, saat 15:21-də həmin nömrədən “qaqa, prosta o birisi əskik məni tez-tez yığır, Zaur, ki bugün pulu çatdırın, mən sabah Bakıya gedirəm. Camaatın yanında mən orda şey olmuyum, nəm maşını götürürəm zaloq. Bir dənə gələrsən biryerdə olarıq onu danışarıq, deyərik ki, getmişdik sələm verənin qapısına, deyib ki, sabah günorta dana, bugün bank işləmir, pulum bankdadı, bankdan götürüb verərəm. Başa düşürsənmi, onu elə deyək. Sabah da gedək kişinin qapısını kəsək gəncədə pulu alaq. Yəni, mən də pis vəziyyətdə qalmayım, sən də. Başımıza, Allah eləmisn, pis iş zad gələndə Zaurun ayağına gedirik. Yəni o, bizim dar nöqtəmizdir, onu şeyləməliyik” məzmunlu səs mesajı daxil olmuş, ardınca Təqsirləndirilən şəxs1 həmin nömrəyə “Bir azdan bir yerdə olacayıq, dana. Problem yoxdur, narahat olma, o asan şeydir. əsas mən Məşdi ilə danışmaq istəyirəm, bidənə Məşdinin nömrəsini at mənə mən ona başa salım vəziyyəti, vsyo, gedək orda kişini gözləyək” məzmunlu səs mesajı göndərmiş, ardınca həmin nömrədən foto fayl daxil olmuş, həmin faylda +**********9 mobil telefon nömrəsi qeyd edildiyi ekran görüntüsü öz əksini tapmışdır. Ardınca həmin nömrədən “qaqa, bax bu nömrənin vaççapındadı, bax bu dəyqə danış, başa düşürsənmi, bu nömrəni yığ, vaççapa sal, danış” məzmunlu səs mesajı daxil olmuş, saat 15:31-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “mən bilirsənmi nədən narahatam, mən sənə görə narahatam ki, dəyqəbaşı o qabırğası qalın qancıq sənə zəng vurub mazqini xarab eləməsin dana pula görə. Mən deyirəm tez onu tapaq, o pulu ondan alaq, Zaurun pulunu verək, dalşi burda Ağstafada 100, manat, 300 manat, 400 manat, 500 manat, nə xərcimiz çıxsa onu da ona qruzit eləyəcəyik. Kimə danışıram bu məsələni, deyirlər ki, sən düzsən, qardaş, sən hər üzünə düzsən. Mən bidənə deyirəm onu biz tapaq bugün o kişini. Başa düşürsənmi? Kişini tapmaq lazımdı. Onun maşınını da əlinən alacam texpasportunu da. Maşınını da gətirib qapıya salacam. Getsin pulu tapsın, gətirsin, çıxartsın ortaya. Nətəri demişdi, Tural, bacımoğlu, narahat olma, mənim adımı çəkməyin, pul-para nə qədər lazımdı, prosta sən o vaxtı onun zapislərini nahaq sildin dana, ki, pulpara nə qədər lazımdı mən verəcəm, mənim adımı çəkməyin, bacıoğlu, mən həci adamam. İndi görək nətəri həcidir o” məzmunlu səs mesajı göndərmiş, ardınca həmin nömrədən “dalşe özümüzə pul çıxardacayıq, Ağstafada olan məsələ, o heç 200-300 manata olan yüngül şeydi, dalşe uje biz işləməliyik ki, bizi belə eliyibdir, başa düşürsənmi? Dalşe işləməliyik onun üstündə” məzmunlu səs mesajı daxil olmuş, xx.xx.2020 tarixdə saat 07:26-da Təqsirləndirilən şəxs1 həmin nömrəyə “Tural, bu kişi gəlib, ay qaqa. Evindədi, Məşdi ilə danışdım, dedi gəlib Gəncədədir, evində. Bir örgən sən də Məşdidən” məzmunlu səs mesajı göndərmiş, saat 11:17-də həmin nömrədən “qaqa, nağarısan, hardasan? Sən Məşdi ilə danışanda Məşdi nə dedi? O peysər evindədi, onda gəlin birazdan bir şeyliyək, salyarka zad tökək gedək varyoxunu sikdiyimin evinə. Zaur da min dəfə mənə zəng vurub, mən də yatmışam. Gedək onun evinə dirəyək alaq” məzmunlu səs mesajı daxil olmuş, saat 12:50-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “Məşdi bir saat yarım bundan qabaq demişdi ki, mən çıxacam Gəncəyə. Doxdur hardadır? Doxduru tapmaq lazımdı. Doxdur da dildən itidir” məzmunlu səs mesajı göndərmiş, saat 13:09-da həmin nömrədən “Doxdur Türkiyədədi, Hapes, eşidirsənmi? Doxdur Türkiyədədir. Şeyliyək, mən indi biraz mal gəlir, onun qabağına gedəcəm, sabah tezdən çıxaq, gedək qapısına, evinin adresinə. Mən də uşaqlara demişəm tapaq, diriyək pulu alaq gələk” məzmunlu səs mesajı daxil olmuş, saat xx.xx.2020 saat 12:14-də “Təqsirləndirilən şəxs1 həmin nömrəyə “qaqa, bu deyəsən məni blok eliyibdi, cavab vermir, telefona kişi cavab vermir” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən saat 12:21-də “bunun adamını tapıb aparmıyısanmı aə hələ sən? Zaur bizim başımıza oyun açacaq dana. Belə olmuyacaq. Başqa nömrə tap yığ dana, nə bloka atıb, belə şeymi olar. Mən sənə dedim axı tezdəndən yığ onu. Sən burdan çıxmamışdan yığmalıydın onu” məzmunlu səs mesajı daxil olmuş, saat 14:49-da həmin nömrədən “Zaur sənə zəng eliyəndə nə deyibsən? Deyibsən mənə görəmi veribsən, Turala görə veribsən, elə bir söz deyibsənmi?” məzmunlu səs mesajı daxol olmuş, saat 14:53-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “sabah sən şeylə, nədir onun adı... sabah tezdən mən burdan çıxacam, analizdən çıxan kimi, gəlim səni də götürüm Yaşqa əmioğlu Məhəbbətlə söhbət eliyibdi. Şeyləyəcəyik Məhəbbətin yanına gedəcəuik. Kişiyə də bayaqdan yığıram adboy edir, yığıram adboy edir. və “Tural, bu kişiyə zəng eliyimmi, Həsən kişiyə? Yoxsa çox acışdırmıyım?” məzmunlu səs mesajı göndərmiş, ardınca həmin nömrədən “yığ denən ki aə, mən denən bugün gəlib orda umudlu olub sən nə artislik edirsən? Bugün gəlib qalmışam burda denən, səni gözləyirəm denən. Sabah tezdən orda olmalıyıq. Adamın kimdir denən” məzmunlu səs mesajı daxil olmuş, xx.xx.2020 tarixdə saat 07:11-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “mənbayaq doxdurla danışdım, bizim doxdur yoxdumu. Doxdur dedi sabah uçuram mən, Gəncədə olacam. AğırCinayətlərdə adamım var mənim, tanışım var. gəlin orda vəkil tutaq deyir, kişini də çağırtıraq deyir. Prosta qaqa, bizim bir dənə işimiz nədi, biz Məhəbbətin yanına getməliyik sabah. Toğrul mənə adres verdi, sabah tedən orda analizini də ver, çıx get dedi. 1 ay ərzində işini Gəncəyə göndərəcəyik. Gəncədə də 2-3 dəfə məhkəmə olacaq, işini orda qurtar dedi. Orda da indi şəti də versə, xuy snim ev dustaqlığı da versə, cəhənnəmə versin. Sikim bu kişinin ölüb-ölənlərinin gorunu. Doxdur da deyir mənim adamım var deyir. Sabahabirsigünə Zaurun pulu veriləcəkdi, 100 faiz.” məzmunlu səs mesajı göndərmiş, saat 07:48də Təqsirləndirilən şəxs1 həmin nömrəyə “o mənə demir ki, Əlinin adını yaz, Vəlinin adını yaz.mın yazdığımı yazmışam ki, özüm gətirmişəm, bilməmişəm Azərbaycanda qadağandı, satışı qadağadı. Gətirmişəm ki, satmaq məqsədilə” məzmunlu səs mesajı göndərmiş, saat 07:49-da həmin nömrədən “Sənin başın xarabdı da. Sənə deyirəm qorxma a kişi, qorxma. Bu sözü mən sənə deyirəm. O sənin işini Ağstafa məhkəməsinə göndərəcək, Ağstafa məhkəməsi də sənə nə deyəcək kişi həll edəcək. Bidənə sən Zaurun məsələsini o cındırdan kimə veribsiniz 2500 alın verin. Yoxsa o kişi yalan olacaq, Zaur tutduracaq. Mən sənə bu sözü Zauru tanıyıb deyirəm” məzmunlu səs mesakı daxil olmuşdur. •“Sadxl qardas” adı altında qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 19:43-də Təqsirləndirilən şəxs1 “o vaxt mən Sadıxlıda ilişməmişdimmi dərmanla, onu heç nə, uzadırlar saqqız kimi bu söhbəti. Bu işi də təkcə mən boynuma götürmüşəm, dana. Bu işin də dalında, eləbil, 3 nəfər var. indi, qaqa, bunlar da burcudur, mən də istəyirəm bir ağsaqqalın yanına gedəm, Məhəbbətin, dayının. Sən mənə de görüm nə məsləhət görürsən? Gedim ona vəziyyəti danışım? Bunlar demişdi ki, işi təkcə boynuna götür, səni qurtaracayıq. İndi də şeyləmirlər, yaxın durmurlar. Nə məsləhət görürsən?” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən saat 22:00-da “Əgər sən düzgünsənsə get danış o hər şeyi yoluna qoyacaq” mesajı daxil olmuş, ardınca Təqsirləndirilən şəxs1 həmin nömrəyə “Həə, qaqa, həə. Düpbədüzdür, mən hər üzünə düzəm. Mən onların adını çəkməmişəm. Heç hansının, işi təkcə boynuma götürmüşəm.başa düşürsənmi qardaş?” məzmunlu səs mesajı göndərmiş, həmin nömrədən saat 22:03-də “get danış sənə qarşı kimlərdə qəhbəlik eliyib onlarında adını ver kimlərdi oları çağırıb götnü sikəcəy” mesajı daxil olmuşdur. Mobil telefonda quraşdırılmış “Zəng rekorderi” mobil tətbiqetməsinə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. •***-***-**-** telefon nömrəsindən xx.xx.2020 tarixdə, saat 14:51-də zəng daxil olmuşdur. Həmin zəngin səs yazısında qarşıdakın şəxsin səsini dinləmək mümkün olmadı. Danışıq zamanı Təqsirləndirilən şəxs1 bu məzmunda danışdığı müəyyən edildi: “Eybi yox ayqa. Ayqa, vaççaplamı danışaq, yoxsa beləmi danışaq? Qaqa, mənim 8 ay bundan qabaq başıma bir iş gəlmişdi tamojnuda.eləbil bir nəfər taksi kimi məni göndərmişdi Tiflisdə Rustavidə avtovağzalda dərman var, avtobusla gəlir, vitamindir. Dedi onu götür, Gəncəyə gətir, 100 manat pul verəcəm. Dedim heç nə, getdim götürdüm dərmanları gələndə tamojnuda məni tutdular. Dərman da olub vitaminlər. Nətəri, idmançılar istifadə eliyəndən. İndi qaqa, maa 206-nın 2-si, 200-ün 4-ü, 200-ün 4-ün 3-ü bəndiynən cinayət işi açıblar. Həə, Gəncə ağırlara göndərir. Nəbilim, mən də dünən bilmişəm dana qaqa. İstintaqa gedirdim izahat verirdim, gedirdim-gəlirdim. Gömrüyün istintaqına həə. İşim hələ getmiyib Gəncə ağırlara. Ay Arif, qurban olum, biz burda pul zad versək işimizi bağlıya bilərkimi? Cahandara tapşır da, ölərəm canına sənin. Mənim sözün açığı qardaş, əlimdə 5000 pulum var. həə, sənə qurban olum ay Arif. Yəni mən tutuldum, mənim ailəm-uşağım pərən-pərən olacaq dana. Abdulla da özün bilirsən uşağa baxandımı. İndidən də mən işimi bilim, hazırlayım, aparım deyim Arif Müəllim bunu göndərib sənə. •***-***-**-** telefon nömrəsindən xx.xx.2020 tarixdə, saat 14:44-də zəng daxil olmuşdur. Həmin zəngin səs yazısında qarşıdakın şəxsin səsini dinləmək mümkün olmadı. Danışıq zamanı Təqsirləndirilən şəxs1 bu məzmunda danışdığı müəyyən edildi: “burda başqa adamlar var, 2 nəfər var məndən əlavə, mən də işi təkcə boynuma götürmüşəm. Onların adını vermirəm, başa düşürsənmi? Versəm qruppavoy olur, pisdi dana. əlli-ayaqlı gedəcək hamı. O 2 nəfər də kğmək edir, 1 nəfər 3000 verir. Yaşqa 40000 verib, Yaşqada tramal idi. Məndə o idmançılar istifadə edən dərmanlar yoxdumu, əzələ çıxardan, ondandır. 18 paçka. 8 ay bundan qabaq o vaxt yadına gəlir olmuşdu. Bu dəyqə mənim işim Elmlərdə gömrüyün istintaq binası vare, orda Toğrul müəllimdədir. Müstəntiqdir.” Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 13:33-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid6 adlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** mobil telefon nömrəsinə “NANDROVEX 250” məzmunlu SMS yazmışdır. Bundan əlavə isə xx.xx.2020-ci il tarixdə saat 21:09 və 21:10-da yəni, Təqsirləndirilən şəxs2 həmin SMS-i yazmasından əvvəl, həmin nömrədən zəng daxil olmuş, SMS yazılmasından sonra isə 2 dəfə, saat 21:13 və 21:16-da Təqsirləndirilən şəxs2 həmin nömrədən zəng daxil olmuşdur. 2019-cu ilin may ayının 01-dən 2019-cu ilin iyul ayının 01-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2019cu il tarixdə, saat 14:10-da zəng daxil olmuş, danışıq 113 saniyə davam etmiş, həmin nömrəyə saat 14:16-da zəng vurulmuş, danışıq 52 saniyə davam etmiş, saat 14:18-də zəng vurulmuş, danışıq 108 saniyə davam etmiş, saat 14:55-də həmin nömrədə zəng daxil olmuş, danışıq 16 saniyə davam etmiş, saat 16:34-də həmin nömrədən zəng daxil olmuş, danışıq 28 saniyə davam etmiş, xx.xx.2019-cu il saat 15:15-də həmin nömrədən zəng daxil olmuş, danışıq 84 saniyə davam etmiş, saat 16:45-də həmin nömrədən zəng daxil olmuş, danışıq 33 saniyə davam etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2019-cu ilin may ayının 01dən 2019-cu ilin iyul ayının 01-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2019cu il tarixdə, saat 20:43-də zəng daxil olıduğu və danışığın 93 saniyə davam etmiş, həmin nömrədən xx.xx.2019-cu il tarixdə, saat 13:13-də zəng daxil olmuş, danışıq 30 saniyə davam etmiş, saat 13:15-də zəng daxil olmuş, danışıq 100 saniyə davam etmiş, saat 14:00-da Təqsirləndirilən şəxs1 həmin nömrəyə zəng vurmuş, danışıq 46 saniyə davam etmiş, saat 14:12-də həmin nömrədən zəng daxil olmuş, danışıq 14 saniyə davam etmiş, saat 14:20-də həmin nömrəyə zəng vurulmuş, danışıq 70 saniyə davam etmiş, saat 14:12də həmin nömrədən zəng daxil olmuş, danışıq 140 saniyə davam etmiş, saat 15:48-də həmin nömrədən zəng daxil olmuş, danışıq 28 saniyə davam etmiş, saat 17:22-də həmin nömrəyə zəng vurulmuş, danışıq 37 saniyə davam etmiş, xx.xx.2019-cu il saat 11:15-də həmin nömrəyə zəng vurulmuş, danışıq 73 saniyə davam etmiş, saat 11:18-də həmin nömrədən zəng daxil olmuş, danışıq 26 saniyə davam etmişdir. 2020-ci ilin yanvar ayının 01-dən 2020-ci ilin fevral ayının 21-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il saat 23:29-də zəng daxil olmuş, danışıq 1302 saniyə davam etmişdir. 2020-ci ilin yanvar ayının 01-dən 2020-ci ilin fevral ayının 21-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2020-ci il, saat 21:26-da zəng vurulmuş, danışıq 62 saniyə davam etmiş, xx.xx.2020-ci il, saat 22:26-da zəng vurulmuş, danışıq 240 saniyə davam etmiş, saat 22:31-də zəng vurulmuş, danışıq 316 saniyə davam etmiş, xx.xx.2020-ci il saat 17:36-da zəng vurulmuş, danışıq 9 saniyə davam etmişdir. 2020-ci ilin yanvar ayının 01-dən 2020-ci ilin fevral ayının 21-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2020-ci il saat 23:29-də zəng daxil olmuş, danışıq 1302 saniyə davam etmişdir. 2019-cu ilin may ayının 01-dən 2019-cu ilin iyul ayının 01-dək olan müddət ərzində cinayət işi üzrə digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2019-cu il saat 12:47-də zəng vurulmuş, danışıq 63 saniyə davam etmiş, saatsaat 12:57-də zəng daxil olmuş,danışıq 15 saniyə davam etmiş, saat 13:12-də zəng daxil olmuş, danışıq 11 saniyə davam etmiş, saat 13:27-də zəng daxil olmuş, danışıq 15 saniyə davam emtiş, saat 13:28-də zəng daxil olmuş, danışıq 27 saniyə davam etmiş, saat 13:34də zəng daxil olmuş, danışıq 10 saniyə davam etmiş, saat 13:44-də zəng daxil olmuş, danışıq 11 saniyə davam etmiş, saat 15:14-də zəng daxil olmuş, danışıq 11 saniyə davam etmiş, sonra saat 15:59-dan saat saat 18:25-dək aralarında ard-arda 14 telefon danışığı qeydə alınmışdır. həmin gün saat 18:27-dən saat 23:59-dək Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 19 dəfə zəng vurmuşdur. Bundan sonra demək olar ki, hər gün, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 arasında çoxsaylı telefon danışıqları qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxxx 2019cu il tarixli, 285/g nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 X1 ruhi-əsəb kabininetində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 49 ampula təşkil edən “Nandrovex D 250”, 69 ampula təşkil edən “Boldevex U250” və 29 ampula təşkil edən “Mastovex P100” güclü təsir edən maddə tərkibli dərman preparatları, 29 ampula təşkil edən “Testovex P100”, 39 ampula təşkil edən “Testovex E250” dərman preparatlarının və 11 kapsula təşkil edən “Juul vanilla”, 7 kapsula təşkil edən “Juul cucumber” və 11 kapsula təşkil edən “Juul mango” elektron siqaret yağları maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı, “Galaxy J2 Pro” modeli **********46176/**********46174 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Əməliyyat-İstintaq baş İdarəsinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1633/g, 1634/g nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Məmmədov X5 şəhər Nizami küçəsi 3 saylı evdə qeydiyyatda olmasına baxmayaraq, Ağstafa şəhər M.Mustafayev küçəsi 9 saylı evdə ailə üzvləri anası-X7, bacısı X13, qardaşı X10, yoldaşı X2, oğulları X11, X3 və qızı X8 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti Daş Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1120/294və 295 nömrəli arayışlardan v xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla, ailə üzvləri atası X18 və anası X15 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 962 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayonu, S.ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “İttiham elan etmək üçün şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Aftandil oğlu xx xxxxxx 2020-ci il tarixdə tutulmuş və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 xx xxxxxx 2019-cu il tarixli və xx xxxx 2020-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, Qazax rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Qazax rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmış və xx xxxx 2020-ci il tarixdə dayandırılmış icraata Qazax rayon Polis Şöbəsinin qərarı ilə xitam verilmişdir. Məhkəmədə, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmələrinə dair ifadələri cinayət işi üzrə məhkəmədə dindirilmiş digər Təqsirləndirilən şəxs1 ifadəsi, şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunur. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilib, səmimi ifadələr verərək, xx.xx.2019-cu il tarixdə yas yerində olan zaman Təqsirləndirilən şəxs3 ona zəng vurub Gürcüstan tərəfdə “Qırmızı Körpü” gömrük postunu keçdikdən sonra Əli kişinin çayxanasında vitaminlər, uşaq üçün siroplar və balıq tilovu olduğunu, həmin malların Gəncə sakini Gəncədən Moskva şəhərinə Sprinter ilə sərnişin daşınması ilə məşğul olan Həsən kişiyə məxsus olduğunu, hazırda özünün qonaqları olduğu üçün həmin malları götürməyə gedə bilmədiyini və ondan həmin malları Əli kişinin çayxanasından götürüb Ağstafa rayonunda Həsənə təhvil verməli olduğunu və hətda həmin 18 paçka dərmanı götürüb maşınında gizlədib gömrükdən gizli keçirməsini dediyini bildirmişdir. O, bu məqsədlə Gürcüstana keçmiş, orada Həsən kişinin dediyi, yəni Əli kişinin çayxanasından Həsən kişiyə məxsus olan vitaminləri və uşaq üçün siropları götürüb gömrük nəzarətindən gizlin yolla Azərbaycan Respublikası ərazisinə keçirmək istədiyini bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan mobil telefon vasitəsi ilə aralarında olan danışıqlardan və yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobildən 49 ampula təşkil edən “Nandrovex D 250”, 69 ampula təşkil edən “Boldevex U250” və 29 ampula təşkil edən “Mastovex P100” güclü təsir edən maddə tərkibli dərman preparatları, 29 ampula təşkil edən “Testovex P100”, 39 ampula təşkil edən “Testovex E250” dərman preparatlarının və 11 kapsula təşkil edən “Juul vanilla”, 7 kapsula təşkil edən “Juul cucumber” və 11 kapsula təşkil edən “Juul mango” elektron siqaret yağları aşkar edildikdən sonra ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə aralarında müxtəlif vaxtlarda mobil telefon vasitəsi ilə danışıqlar və yazışmalar olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 Aftandil oğlu məhkəmə istintaqı zamanı ünvanlanmış suallara cavab olaraq səmimi ifadələr verərək “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 49 ampula təşkil edən “Nandrovex D 250”, 69 ampula təşkil edən “Boldevex U250” və 29 ampula təşkil edən “Mastovex P100” güclü təsir edən maddə tərkibli dərman preparatları, 29 ampula təşkil edən “Testovex P100”, 39 ampula təşkil edən “Testovex E250” dərman preparatlarının və 11 kapsula təşkil edən “Juul vanilla”, 7 kapsula təşkil edən “Juul cucumber” və 11 kapsula təşkil edən “Juul mango” elektron siqaret yağları aşkar edildiyini, daha sonra Şahid2 tərəfindən protokol tərtib edilərək bütün aşkar edilənlərin protokola olduğunu kimi qeyd edildiyini və orada iştirak edən şəxslər tərəfindən protokola imza edildiyini göstərmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin ifadələri cinayət işinin müəyyən edilmiş obyektiv halları, digər Təqsirləndirilən şəxs1 ifadəsi, şahid ifadələri ilə birbaşa təkzib olunduğuna görə həmin ifadələr təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aftandil oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Aftandil oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən onlar göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını CMnin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aftandil oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 Aftandil oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aftandil oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətlərin törədilməsində rolunu, cinayətlərin törədilməsi zamanı və bundan sonra onların davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid olunmadan da islah oluna bilərlər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onların islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinə əsasən iştirakçılıqda törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Aftandil oğlu barəsində ibtidai istintaq zamanı seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 barələrində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilərək götürülmüş, 49 ampula təşkil edən “Nandrovex D 250”, 69 ampula təşkil edən “Boldevex U250” və 29 ampula təşkil edən “Mastovex P100” güclü təsir edən maddə tərkibli dərman preparatları, 29 ampula təşkil edən “Testovex P100”, 39 ampula təşkil edən “Testovex E250” dərman preparatlarının və 11 kapsula təşkil edən “Juul vanilla”, 7 kapsula təşkil edən “Juul cucumber” və 11 kapsula təşkil edən “Juul mango” elektron siqaret yağları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. Maddi sübut kimi tanınaraq Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı, “Galaxy J2 Pro” modeli **********46176/**********46174 İMEİ kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 181,82 (yüz səksən bir manat, səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X19 prosessual hərəkətlərdə 10 saat, Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X29 prosessual hərəkətlərdə 10 saat və Təqsirləndirilən şəxs3 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X25 prosessual hərəkətlərdə 10 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aftandil oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Tovuz Rayon İcra Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 49 ampula təşkil edən “Nandrovex D 250”, 69 ampula təşkil edən “Boldevex U250” və 29 ampula təşkil edən “Mastovex P100” güclü təsir edən maddə tərkibli dərman preparatları, 29 ampula təşkil edən “Testovex P100”, 39 ampula təşkil edən “Testovex E250” dərman preparatlarının və 11 kapsula təşkil edən “Juul vanilla”, 7 kapsula təşkil edən “Juul cucumber” və 11 kapsula təşkil edən “Juul mango” elektron siqaret yağları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. Maddi sübut kimi tanınaraq Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı, “Galaxy J2 Pro” modeli **********46176/**********46174 İMEİ kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 181,82 (yüz səksən bir manat, səksən iki qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X12 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat, müdafiəçilər X29 və X16 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına hər birinə ayıayrılıqda 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X34 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar