Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2022 17.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), X1 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Xanlar Rayonu Topalhəsənli kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ozan küçəsi, ev 113-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyul 2021-ci il tarixdə saat 05 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsində yerləşən “ABAD MMC”yə məxsus bazarda ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə tanışı Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələr işlədib, ona gücü çatmayacağı qənaətinə gəlib özünü sonuncudan üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi deşicikəsici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq qarının ön səthinin daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsindən 1997-ci ildə ayrılmışdır. Bir qızı və iki oğlu var. Uzun illər Rusiya Federasiyasında yaşamış, 03 iyul 2019-cu il tarixdə Rusiya Federasiyasından qayıdaraq Gəncə şəhərində yaşamağa başlamışdır. “Dubay bazarı” adlanan bazarda fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 20 ildən çoxdur ki, tanıyır, Elxan onun həmkəndlisi olmuşdur və onunla normal münasibətləri olmuşdur. Təxminən 2 il əvvəl onun qızı İlahiyə Zərərçəkmiş şəxs oğlu Sərxan ilə qoşularaq qaçmış və ailə həyatı qurmuşlar. Onların toylarında nə o, nədəki Elxan iştirak etməmişdir. Onlar evləndikdən 3 aydan sonra qızı İlahiyə əri Sərxan ilə münasibətləri pisləşdiyi üçün boşanmışlar. 17 avqust 2021-ci il tarixdə o, axşam radələrində evdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. 18.07.2021-ci il tarixdə saat 02 radələrində həmişə olduğu kimi işlədiyi “Dubay bazarı” adlanan bazara getmişdir.Bazara getdikdən sonra həmişəki kimi fəhlə olaraq meyvələrin maşınlardan boşaldılması və daşınması ilə məşğul olmuşdur. O, saat 04:30 radələrində bir şüşə pivə alaraq içmişdir. Saat 5 radələrində o, çiyələklərin seçilməsi ilə məşğul olarkən ondan təxminən 3 metr aralıda bir neçə nəfər şəxsin deyib güldüyünü görmüşdür. O, onlara baxarkən, həmin şəxslərin arasında keçmiş qudası Elxanı görmüş və bərk əsəbləşmişdir. O, içkili olduğundan Elxanın onu ələ salaraq güldüyünü fikirləşmişdir. Əsəbi olduğu üçün həmin bazarın giriş tərəfindəki bulağa yaxınlaşıb əl-üzünü yumuş və daha sonra keçmiş qudası Elxanın tək dayandığını görüb ona yaxınlaşmış və onu tanıyıb-tanımadığını soruşduqda Elxan ona “niyə tanımıram... Nemət deyilsənmi..” demişdir. Bundan sonra o, bərk əsəbləşərək üzərində olan bıçağı əynindəki şalvarın arxa cibindən çıxardaraq Elxanın qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. O, Elxanı vurandan sonra Elxan bıçaq olan əlini tutmuş və o, tez əlini geri çəkmişdir. Bu zaman Elxanın qardaşı uşaqları və bazarda olan adamlar ora toplaşmağa başlamışlar. O, onların yaxınlaşdığını görüb geriyə çevrilərək oradan uzaqlaşmışdır. O, Elxanı vurduqdan sonra Elxan qarın nahiyəsini tutaraq aşağı əyilmiş və bazarda olan adamlar işlərini ataraq onun ətrafına toplaşmışlar. Daha sonra o, bazarın digər qapısından çıxaraq “Bayraq meydanı” adlanan parka getmiş və həmin parkda Elxana xəsarət yetirdiyi bıçaqdakı qan izlərini salfet ilə silərək, həmin salfeti Gəncə çayına atmışdır və həmin bıçağı cibinə qoymuşdur. Bundan sonra evə gedərkən, Gəncə şəhəri Vaqif küçəsi 5-ci döngədə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu polis idarəsinə aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinə səbəb içkili olduğu üçün Elxanın digər şəxslərlə deyib gülərkən onu ələ saldığını fikirləşərək əsəbləşməsi olmuş, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhərində bazardan meyvə alıb, digər yerlərdə pərakəndə şəkildə satmaqla məşğul olur. Təqsirləndirilən şəxs onun həmkəndlisi və keçmiş qudası olub. Onun Nemətlə münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Onun birinci evlilikdən olan oğlu X4 ilə evlənmişdir. Daha sonra eşitdiyinə görə onların münasibətləri yaxşı olmadığından ayrılmışlar. Sərxanın anası ilə 14 ildir ki, rəsmi qaydada boşandıqlarından onlarla yaxşı münasibətləri olmamışdır. Ona görə də, o, Sərxanın nə elçilik mərasimində, nə də ki, toyunda iştirak etməmişdir. Həmçinin eşitdiyinə görə Nemət də ailəsi ilə ayrıldığından o da qızının xeyir işində iştirak etməmişdir. 18 iyul 2021-ci il tarixdə səhər 05 radələrində o, qardaşı oğlu Vahidlə birlikdə Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazara gəlmişlər. Onlar təxminən 1 saat meyvə və tərəvəzi seçərək bazarlıq etmişlər. Saat 06 radələrində onların işləri qurtarmış və aldıqlarını avtomobilin yanına yığmışlar. Bundan sonra Vahid avtomobildə olan zibilləri atmaq üçün bir qədər uzaqlaşmışdır. O, avtomobilin yanında duraraq aldıqlarını yerbəyer etmişdir. Bu zaman o, arxaya dönəndə gözləmədiyi anda bədənində istilik hiss etmiş və Nemətin ucadan söyüş söydüyünü görmüşdür. O, ilk öncə nə baş verdiyini başa düşməmişdir. Daha sonra o, Nemətin əlində bıçağı görmüşdür. Bu zaman Nemət arxaya dönərək qaçmışdır. Bundan sonra o, Nemətin bıçaqla qarın nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini anlamışdır. Ondan qan axmağa başlamışdır. O, qarnını tutaraq əyilmişdir. Bu zaman bazarda olan qardaşı oğlu Nofəl və orada olan digər şəxslər qaçaraq onun yanına gəlmişlər. O, onlara Nemətin onu bıçaqla vuraraq qaçdığını demişdir. Onlar onun halının pis olduğunu görmüşlər və onu tez Nofəlin avtomobilinə əyləşdirirək, Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Orada əməliyyat olunmuş, əməliyyatdan sonra 8 gün xəstəxanada qalmışdır. Xəsarət yetirilməsi nəticəsində bağırsağı zədələnmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Nemət övladları ayrıldığından ondan heyf çıxmaq üçün bir dəfə bıçaqla onun qarın nahiyəsinə zərbə endirsə də, həmin vaxt aralarında heç bir mübahisənin olmadığını, Nemətin onu əsassız yerə vurduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən bazardan meyvə alıb, digər yerlərdə pərakəndə satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs onun əmisidir və meyvə alıb-satmağı əmisi Elxanla birlikdə edir. Təqsirləndirilən şəxs görməmişdir. Sadəcə olaraq əmisi oğlu Sərxanın Nemət adlı şəxsin qızı İlahə ilə evləndiyini bilmiş və Nemətin də adını oradan eşitmişdir. 18 iyul 2021-ci il tarixdə səhər 05 radələrində o, əmisi Elxanla birlikdə meyvə almaq üçün Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazara gəlmişlər. Təxminən 1 saat meyvə və tərəvəzi seçərək bazarlıq etmişlər. Saat 06 radələrində işləri qurtarmış və aldıqlarını avtomobilin yanına yığmışlar. Bundan sonra o, avtomobildə olan zibilləri atmaq üçün bir qədər uzaqlaşmışdır. Təxminən 30 dəqiqə sonra avtomobilin yanına qayıdan zaman əmisi oğlu Alimin əmisini Nemətin bıçaqla vurduğunu və qardaşı Nofəlin əmisini xəstəxanaya apardığını bildirmişdir. Bundan sonra o, özünə məxsus avtomobillə Gəncə şəhər 2 saylı xəstəxanaya getmiş və orada əmisi Elxanı əməliyyata aldıqlarını bilmişdir. Bir qədər sonra əmisi əməliyyatdan çıxmışdır. Hadisə nəticəsində onun bağırsağının zədələndiyini demişlər. Əmisi əməliyyatdan sonra təxminən8 gün xəstəxanada qalmış və bundan sonra evə buraxılaraq ev şəraitində müalicəsini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 İlham oğlu ifadəsində götərmişdir ki, Cəlilabad rayonundan çiyələk alıb Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazarda satmaqla məşğul olur. Zərərçəkmiş şəxs onun əmisidir. Təqsirləndirilən şəxs tanıyır, onun Nemətlə münasibəti olmasa da Nemətin o, işlədiyi bazarda fəhlə işlədiyini və əslən onların kənddən olduğunu bilir. Əmisi Elxan da həmin bazardan meyvə alıb digər yerlərdə satmaqla məşğul olur. 18 iyul 2021-ci il tarixdə səhər 05 radələrində əmisi X10 şəhərində yerləşən “Dubay bazarı” adlanan bazara gəlmişlər və onlar ondan da çiyələk almışlar. Təxminən 1 saat sonra saat 06 radələrində o, Nemətin əmisi Elxana yaxınlaşdığını görmüşdür. Elxanın üzü onlara tərəf olmuşdur. Nemət ona arxadan yaxınlaşaraq Elxanı çağırmışdır. Elxan dönən kimi Nemətin onu vurduğunu görmüşdür. O, əvvəlcə onların zarafat etdiklərini düşünsə də, əmisinin qışqıraraq Nemətin onu vurduğunu demişdir. Onlara yaxınlaşarkən Nemətin əlində bıçağı görmüş və Nemət onun yaxınlaşdığını görüb oradan qaçaraq uzaqlaşmışdır. O və bazarda olan digər adamlar əmisinə yaxınlaşmışlar və onun qarın nahiyəsindən qan axtıdığını görmüşlər. Onlar Elxanı tez orada olan qardaşı Nofəlin avtomobilinə əyləşdirmişlər və Gəncə şəhəri 3 saylı xəstəxanaya yola salmışlar. Bundan sonra o, da Gəncə şəhər 3 saylı xəstəxanaya getmiş və orada əmisi Elxanı əməliyyata aldıqlarını bilmişdir. Bir qədər sonra əmisi əməliyyatdan çıxmışdır. Hadisə nəticəsində onun bağırsağının zədələndiyini demişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən bıçaqla vurduğunu bilməmiş, həmin vaxt onların arasında mübahisə və ya münaqişənin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X5 İdarəsinin Kəpəz rayon Hissəsinin 76 nömrəli Bölməsinin yanğınsöndürmə növbəsinin rəis köməkçisi işləyir. Boş vaxtlarında Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazardan çiyələk alıb Şəmkir rayonunda satır. Zərərçəkmiş şəxs onun əmisidir. Təqsirləndirilən şəxs görməmişdir. Sadəcə olaraq əmisi oğlu Sərxanın Nemət adlı şəxsin qızı İlahiyə ilə evləndiyini bilmişdir. Nemətin də adını oradan eşitmişdir və əslən onların kəndlərindən olduğunu bilir. Əmisi Elxan da həmin bazardan meyvə alıb digər yerlərdə satır. 18 iyul 2021-ci il tarixdə səhər 04 radələrində əmisi X10 şəhərində yerləşən “Dubay bazarı” adlanan bazara gəlmişlər və onlar da oradan çiyələk almışlar. Təxminən 1 saat sonra saat 05 radələrində əmisi Elxan qarnını tutaraq aşağı əyilmiş, qışqıraraq Nemətin onu vurduğunu demişdir. O və orada olan digər şəxslər tez Elxana yaxınlaşmış, Nemət isə onları görüb oradan qaçaraq uzaqlaşmışdır. O və bazarda olan digər adamlar əmisinə yaxınlaşmışlar və onun qarın nahiyəsindən qan axdığını görmüşlər. O, tez avtomobilini gətirmiş və əmisini avtomobilinə əyləşdirərək Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişlər. Orada əmisini tez əməliyyata almışlar. Bundan sonra o, əmisinin ailəsinə bu barədə xəbər vermişdir. Daha sonra Alim və Vahid də ora gəlmişlər. Bir qədər sonra əmisi əməliyyatdan çıxmışdır. Hadisə nəticəsində Elxanın bağırsağının zədələndiyini demişlər. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən bıçaqla vurduğunu bilmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X11 Gəncə Şöbəsinin 24 iyul 2021-ci il tarixli 1188 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – qarının ön səthinin daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası - deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 18.07.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi ekspertiza və X2”X11 Gəncə şəhər şöbəsinin maddi sübutların ekspertizasına dair 22 iyul 2021-ci il tarixli 30 nömrəli rəyindən görünur ki, vət. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd kofta üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan özünə məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 16 avqust 2021-ci il tarixli 469/152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli AR CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə aralarındakı mübahisə ola bilər.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cild 1 səh 105-107 İş materiallarina əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin Məhkəmə ballistik ekspertizası və Məhkəmə trasoloji ekspertizasının14 avqust 2021-ci il tarixli16/857/858 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.Təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə və maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cumlədən, təqdim edilmiş bıçağın və ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edlmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin materialların məhkəmə ekspertizasına dair 22dekabr 2021-ci il tarixli 16/1349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları səthləri üzərində kənar lif microhissəcikləri vardır. Kənar lif mikrohissəciklərin növü, rəngi rəyin 1nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində kənar mikrohissəciklər vardır. İş materiallarına əlavə edilmiş 18 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddasi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyul 2021-ci il tarixli 4(043)-134/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 iyul 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 23.07.2021-ci il tarixli 2873 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin 23.07.2021-ci il tarixli 2644 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 10 may 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini etiraf etməklə peşmançılıq çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisilə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cimaddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli sızıqlı qısaqol kofta və 1 ədəd ağ rəngli mayka sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq yararsız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 93 (doxsan üç) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli sızıqlı qısaqol kofta və 1 ədəd ağ rəngli mayka sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq yararsız olduğundan məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 93 (doxsan üç) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-170/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver