Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2024 20.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, DOS 102, ev 83, mənzil 11-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram olmaqla ümumi təmiz çəkisi 2,073 qram narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram olmaqla ümumi təmiz çəkisi 2,343 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 14 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməkdə, üzərində saxlamaqda şübhəli bilindiyi üçün Gəncə şəhəri, Şahsevənlər küçəsində yolun kənarında ünvan 1 ünvanda yaşayan Şahid1 istifadəsində olan “VAZ 21014” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zamanı onun əynində olan tünd sarı rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,073 qram narkotik vasitə olan heroin və ayrıayrılıqda təmiz çəkiləri 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,343 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən ona elan edilmiş ittihamda göstərildiyi çəkidə deyil, çox az miqdarda narkotik vasitə heroin olmuşdur. Onun üzərində öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroinin çəkisi bir dəfə istifadə edəcək qədər, bir qramdan da az olmuşdur. 14 mart 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayıb polis şöbəsinə apardıqdan sonra onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən çox az miqdarda narkotik vasitə aşkar edilsə də, polis əməkdaşları daha çox çəkidə narkotik vasitə heroini, həmçinin psixotrop maddə metamfetamini göstərərək ona məxsus olmasını etiraf etməsinə məcbur etmişlər. Polis əməkdaşları həmçinin ona demişlər ki, əgər həmin maddələrin ona məxsus olduğunu etiraf etməsə, onun üzərinə saxlanması qanunla qadağan edilmiş başqa əşyalar da qoyacaqlar. Ona görə də ona edilən qanunsuz təzyiqlərin nəticəsində məcbur olub həmin maddələrin ona məxsus olduğunu etiraf etmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. İfadəsində göstərdiklərinə əsasən barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 mart 2023-cü il tarixdə verdiyi izahatında, sonra 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 16 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cəlb edilərkən təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Üzərindən aşkar olunan səkkiz ədəd bükümdə narkotik vasitə heroini və dörd ədəd bükümdə psixotrop maddə metamfetamini 300 manata 11 mart 2023-cü il tarixdə, saat 15-16 radələrində tanıdığı Gəncə şəhəri, Ozan küçəsində yaşayan Səlimin oğlu Elnurdan sonuncunun yaşadığı evin qarşısında alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış, özünün istifadəsi üçün üzərində saxlamışdır. 14 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində o, Gəncə şəhəri, Şahsevənlər küçəsində, yolun kənarında sifariş etdiyi taksidə, yəni sürücü, sonradan şəxsiyyəti ona məlum olan Şahid1 istifadəsində olan “VAZ 21014” markalı, **- EB-*** dövlət nömrə nişanlı avtomobildə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını deyib birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gedəcəyini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu və həmin sürücünü Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin inzibati binasına aparmışlar. Bundan sonra Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdr ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X5 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılan zamanı o, saxladığı səkkiz ədəd bükümdə narkotik vasitə heroini və dörd ədəd bükümdə psixotrop maddə metamfetamini, azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyinə görə saxladığı texniki vasitəni, əynindəki qara rəngli şalvarının arxa ciblərindən iki ədəd «Samsung» və «Redmi» markalı mobil telefonları çıxarıb təqdim edərək otaqdakı stolun üzərinə qoymuşdur. O, həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, üzərində başqa əşya olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Ancaq şalvarının sağ yan cibindən bir ədəd qohumu Şəlalə Sadıqovanın adına olan və onun özü istifadə etdiyi 4169 7385 7318 8707 nömrəli "xxxx"a məxsus plastik kart, şalvarının arxa cibindən bir ədəd bir manatlıq pul əskinası aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş həmin səkkiz ədəd sellofan bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə, digər dörd ədəd sellofan bükümə baxış keçirilərkən isə içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. İçərisində heroinə bənzər kütlələr olan həmin səkkiz bükümün çəkisi qablaşdırma ilə birlikdə 2,58 qram, içərisində metamfetaminə bənzər kütlələr olan həmin dörd bükümün çəkisi isə qablaşdırma ilə birlikdə 2,41 qram olmuşdur. Həmin maddələr ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Onun üzərindən aşkar olunmuş bir manatlıq pul özünə qaytarılmış, iki ədəd mobil telefon və bank kartı gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, bu barədə protokol tərtib edilmiş və müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır (iş vərəqə: cild İ, səh.40-42, 55-58, 67-70). Daha sonra məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən işə yeni müdafiəçi qoşulduqdan sonra, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı əvvəlki verdiyi ifadələrindən fərqli olaraq göstərmişdir ki, ... Polis əməkdaşları onu şöbəyə apararkən onun üzərində şəxsi istifadəsi üçün üzərində saxladığı təxminən 0,3 qram çəkidə narkotik vasitə olan heroin olmuşdur. Müdafiəçi dəvət edilənədək polis əməkdaşları onun üzərinə baxış keçirtmişlər və həmin narkotik vasitəni, yəni 0,3 qram çəkidə narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Daha sonra polis əməkdaşları səkkiz bükümdən ibarət narkotik vasitə olan heroini, dörd bükümdən ibarət psixotrop maddə olan metamfetamini ona verib bildirmişlər ki, əgər həmin bükümləri götürüb özünə məxsus olduğunu etiraf etməsə, daha ağır cinayətlərlə onu ittiham edəcəklər, üzünə qadın qoyacaqlar. Polis əməkdaşları ona bildirmişlər ki, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zamanı həmin maddələri 300 manata Səlimin oğlu Elnurdan aldığını bildirsin. Polis əməkdaşları ona psixoloji təsirlər göstərdiklər üçün o da məcburiyyət qarşısında qalıb polis əməkdaşlarının ona verdikləri narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb əynindəki tünd sarı rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Əslində isə həmin vaxt onun üzərində yalnız 0,3 qram narkotik vasitə heroin olmuş, o, Elnur adlı şəxsi tanımır, heç vaxt heç kimdən narkotik vasitə almamışdır. Polis əməkdaşları ondan zorla tələb etmişlər ki, həmin maddələri cibinə qoysun və baxış zamanı çıxarıb təqdim etsin (iş vərəqə: cild İ, səh.233-236, 272-275 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “MAXİM” taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olur. 14 mart 2023-cü il tarixdə ona taksi sifarişi gəlmiş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs müştəri kimi Gəncə şəhəri, DOS 102 ünvanında doqquz mərtəbəli binanın qarşısından götürmüşdür. O, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Humanitar Kollecin yanına aparmışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmçinin onların izahatları alınmışdır. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən nə ona qarşı, nə də Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiqlər göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl hər hansı qanunsuz təsir, təzyiqə məruz qaldığını görməmişdir. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən bükümlər çıxmışdır, lakin həmin bükümlərin sayı onun yadında deyil. Təqsirləndirilən şəxs üzərinə yalnız bir dəfə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, ibtidai istintaq zamanı “...Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxladığı səkkiz ədəd bükümdə narkotik vasitə heroinin və dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar olunduğuna, həmin bükümlər tərəzidə çəkilərkən səkkiz ədəd bükümlərin çəkisi qablaşdırma ilə birlikdə 2,58 qram olmasına, həmin dörd ədəd bükümlərin isə çəkisinin birlikdə 2,41 qram olmasına dair” verdiyi ifadəsini (cild 1, iş vərəqə: 94-97) təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsində işləyir. 14 mart 2023-cü il tarixdə şöbənin baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsində yaxınlaşmışlar, özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman üzərindən səkkiz bükümdə narkotik vasitə heroin, dörd bükümdə isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin maddələr tərəzidə çəkilərkən onların birlikdə çəkiləri xatırladığı qədər ümumilikdə beş qrama yaxın idi. Təqsirləndirilən şəxs həmin maddələri özünün şəxsi istifadəsi üçün Gəncə şəhəri, Ozan küçəsində yaşayan Elnur adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2023-cü il tarixdə Gəncə şəhəri, Dos 102 küçəsində yaşayan İbad adlı şəxsin barəsində əməliyyatı məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində İbad adlı həmin şəxsin xx.xx.1990-cı il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Gəncə şəhəri, Dos 102, ev 83, mənzil 11-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, şöbənin dəftərxana müdiri Şahid3 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 16:30-da Gəncə şəhəri, Şahsevənlər küçəsində yolun kənarında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin təhqiqatçısı Rafiq Əhmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Vaqif Məmmədov adlı müdafiəçi Şöbəyə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu hüquq və vəzifələrinin ona aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Vaqif adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməsi təklif olunanda İbad əynindəki tünd sarı rəngli gödəçəsinin sağ yan cibindən on iki ədəd sellofan bükümü, həmin gödəkçənin sol döş cibindən azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyinə görə saxladığı texniki vasitəni, əynindəki qara rəngli şalvarının arxa cibindən bir ədəd “Samsung” və bir ədəd “RedMi” markalı mobil telefonları çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki tünd sarı rəngli gödəçənin sağ yan cibindən aşkar olunmuş 12 ədəd sellofan bükümün 8 ədədinin içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, digər 4 ədəd bükümün içərisindəki kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd qohumu Şəlalə Sadıqovaya məxsus "xxxx" kartı və şalvarının arxa cibindən bir ədəd bir manatlıq pul əskinası aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlərin içərisinə baxış keçirilən zamanı oradan 8 ədəd bükümün qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlənin olması, digər 4 ədəd bükümün isə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması məlum olmuşdur. İçərisində heroinə bənzər kütlələr olan həmin 8 ədəd büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,58 qram olması müəyyən edilmiş, içərisində metamfetaminə bənzər kütlələr olan həmin 4 ədəd büküm də elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,41 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanıb ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri haradan əldə etməsi Təqsirləndirilən şəxs soruşulanda sonuncu üzərindən aşkar edilmiş həmin bükümləri 11 mart 2023-cü il tarixdə, günorta saat 15-16 radələrində 300 manata tanıdığı Gəncə şəhəri, Ozan küçəsində yaşayan Səlimin oğlu Elnurdan sonuncunun yaşadığı evin yaxınlığında alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, sonuncunun satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 114- 118). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan, həmçinin 06 aprel 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsində müdafiəçisinin iştirakı ilə və video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı onun əynindəki tünd sarı rəngli gödəkçəsinin sağ yan cibindən ümumi çəkisi 2,58 qram olan səkkiz ədəd bükümdə narkotik vasitə olan heroin, ümumi çəkisi 2,41 qram olan dörd ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bundan başqa "xxxx"a məxsus plastik kart, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar aşkar olunaraq götürülmüş, şəxsi axtarış zamanı üzərindən aşkar olunan səkkiz ədəd bükümdə narkotik vasitə heroini və dörd ədəd bükümdə psixotrop maddə metamfetamini 300 manata 11 mart 2023-cü il tarixdə, saat 15-16 radələrində 300 manata tanıdığı Gəncə şəhəri, Ozan küçəsində yaşayan Səlimin oğlu Elnurdan sonuncunun yaşadığı evin yaxınlığında alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş, satmamışdır, həmçinin ona qarşı heç bir qanunsuz hərəkət olmamış, heç kimdən şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə: 35-38, 109-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli, 16/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş səkkiz ədəd bükümdə narkotik vasitə heroinə və dörd ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdəki: - 8 (səkkiz) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram, ümumi təmiz çəkisi 2,073 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 4 (dörd) ədəd şəffaf polietilen kesiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram, ümumi təmiz çəkisi 2,343 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “X3 üzərindən aşkar olunmuş səkkiz ədəd bükümdə narkotik vasitə heroinə ve dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “X3 üzərindən aşkar olunmuş səkkiz ədəd bükümdə narkolik vasitə heroinə və dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqə: 50-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı ondan aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Elnur adlı şəxsdən aldığını bildirmişdir (cild 1, iş vərəqə: 157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 16 mart 2023-cü il tarixli, 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 196-197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 iyun 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olan və xaric olan zənglər barədə bir ədəd diskdə olan məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri üzərində saxlamasını təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 aprel 2023-cü il tarixli "xxxx" ASC-nin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş plastik kart hesabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri üzərində saxlamasını təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 169-172). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş səkkiz ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,673 qram narkotik vasitə olan heroin, həmçinin dörd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,143 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin iki ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, eyni zamanda "xxxx"a məxsus plastik kartının sahibinə qaytarılması, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonların isə təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması nəzərə alınmışdır (cild 1, iş vərəqə: 237-257) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə: 259-260) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 mart 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 31). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.85-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu məhkumluğundan başqa onun digər məhkumluqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir, həmin tələbnamədən və hökmün surətindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(125)-140/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə: 100-102, 119-122). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Şəhər Probasiya Şöbəsinin 20 dekabr 2024-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 08 (səkkiz) gün hissəsini çəkmiş, 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün hissəsi çəkilməmiş qalmışdır (cinayət işinin materialları) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cild 1, iş vərəqə: 132-133). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin və ya narkotik vasitənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşı Şahid3 Məhəmməd oğlu ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə alqı-satqısı zamanı aşkar edə bildiklərini, onun narkotik vasitə və ya psixotrop maddə satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, psixotrop maddə və ya narkotik vasitə satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik maddəsinin və “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, yəni, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin ümumi kütləsi 2,073 qram, psixotrop maddə metamfetaminin ümumi kütləsi isə 2,343 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin kütləsinin 2,073 qram və psixotrop maddə metamfetaminin kütləsinin 2,343 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddələri satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə və ya narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında həmin maddələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ilkin ibtidai araşdırma başlayarkən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış (cild 1, iş vərəqə: 1) Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə: 31), həmin tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını, həmin maddələri elə bükümlər şəklində Elnur adlı şəxsdən özünün istifadəsi üçün aldığını və həmin maddələrdən heç kimə satmadığını bildirmiş (cild 1, iş vərəqə: 35-38), daha sonra verdiyi izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən ondan aşkar edilmiş həmin maddələri elə üzərindən aşkar olunduğu kimi, yəni heroini səkkiz bükümdə və metamfetamini dörd bükümdə Elnur adlı şəxsdən özünün istifadəsi üçün alıb üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş (cild 1, iş vərəqə: 40-42, 55-58), sonra o, 16 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (cild 1, iş vərəqə: 59-60) və təqsirləndirilən şəxs kimi də dindirilərkən ondan aşkar edilmiş həmin maddələri elə bükümlər şəklində Elnur adlı şəxsdən özünün istifadəsi üçün alıb üzərində saxladığına, heç kimə satmadığına və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə: 67-70), eyni zamanda iş üzrə təyin edilmiş məhkəmənarkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqə: 157), bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olan və xaric olan zənglər barədə məlumatlara baxış keçirilərkən, həmçinin "xxxx" ASC-dən göndərilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş plastik kart hesabından çıxarışdan da görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri üzərində saxlamasını təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 169-172). Lakin cinayət işinin bütün göstərilən faktiki hallarına baxmayaraq, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli sonradan heç bir əsas olmadan, ibtidai araşdırma yekunlaşmamışdan əvvəl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqə: 264-265). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız həmin maddələrin bir neçə bükümdə olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddələri satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr bir neçə bükümdə olsa da, Təqsirləndirilən şəxs tutulub, üzərində videoçəkilişlə şəxsi axtarış keçirildiyi vaxtdan başlayaraq, həmçinin izahatında və ifadələrində həmin maddələri elə bükümlər şəklində Elnur adlı şəxsdən özünün istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsin həmin maddələri özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da bu cür hər hansı sübutlar müəyyən edilməmiş, bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız həmin maddələrin bir neçə bükümdə aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş 2,073 qram narkotik vasitə heroinin və 2,343 qram psixotrop maddə metamfetaminin yalnız bir neçə bükümdə olmasına görə onun məqsədinin həmin maddələri məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının həmin müddəalarının və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə yalnız aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin bir neçə bükümdə olması özü-özlüyündə həmin maddələrin satış məqsədilə saxlanmasına dəlalət etmir. Vacibdir ki, şəxsin həmin maddəni məhz satış məqsədilə saxlamasını təsdiq edən real və konkret, heç bir fərziyyə və ehtimala əsaslanmayan sübutlar mövcud olsun. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə və ya narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi və üzərində saxlaması ilə yanaşı, satması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 9), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 2,073 qram narkotik vasitə heroin və 2,343 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən, həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərərək etirafedici ifadələr verməsinə məcbur edilməsinə, polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən ona elan edilmiş ittihamda göstərildiyi çəkidə deyil, çox az miqdarda narkotik vasitə heroin olmasına, polis əməkdaşları tərəfindən ona edilən təzyiqlərin nəticəsində məcbur olub həmin maddələrin ona məxsus olduğunu etiraf etməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.35-38), 14 mart 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən elan edilmiş ittihamda göstərilən maddələrin ondan aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə:40-42), daha sonra 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 16 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də həmin narkotik və psixotrop maddələrin ondan aşkar olunduğunu bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, səh. 55-58, 67-70). Təqsirləndirilən şəxs yalnız onun tərəfindən işə yeni müdafiəçi qoşulduqdan sonra, ibtidai istintaqın sonunda əlavə dindirilməsi zamanı əvvəlki verdiyi ifadələrini təsdiq etməyərək üzərindən təxminən 0,3 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunduğunu, artıq çəkidə həmin maddələri isə polis əməkdaşlarının onun üzərinə qanunsuz təzyiqlər nəticəsində qoymasını bildirsə də (iş vərəqə: cild İ, səh.233-236, 272-275), onun həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi həmin təkzibedici hallar cinayət işinin bütün materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən heç bir dəlillərlə öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2023-cü il tarixli, 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmiş (cild 1, iş vərəqə: 196-197), bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda 356-C-23 saylı material əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmışdır. Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə Şəhər Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən 29 iyun 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cild 1, iş vərəqə: 190-194). Beləlikə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, həmin cəzasının 03 (üç) ay 08 (səkkiz) gün hissəsini çəkməsi və 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün hissəsinin çəkilməmiş qalması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin həmin məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(125)-140/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-ci il tarixli, 852 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş səkkiz ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,673 qram narkotik vasitə olan heroin, həmçinin dörd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,143 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda "xxxx"a məxsus plastik kartın sahibinə qaytarılması, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonların isə təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(125)- 140/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 10 (on) ay 9 (doqquz) gün müddət hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş səkkiz ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,253 qram, 0,258 qram, 0,259 qram, 0,212 qram, 0,305 qram, 0,210 qram, 0,248 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,673 qram narkotik vasitə olan heroin, həmçinin dörd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,589 qram, 0,590 qram, 0,619 qram, 0,545 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,143 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın, eyni zamanda "xxxx"a məxsus plastik kartın sahibinə qaytarılması, bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonların isə təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-170/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver