Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2025 21.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X19 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri, H.Sultanov küçəsi, ev 19-da qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla, 07 yanvar 2022-ci il tarixdən 27 iyul 2023-cü il tarixədək İran İslam Respublikasında olduğu müddət ərzində İran İslam Respublikasının xüsusi xidmət orqanı “İnformasiya və Təhlükəsizlik Nazirliyi” - “Ettalaat”-ın özünü ona “Həsən” və “Arif” kimi təqdim edən nümayəndələri tərəfindən maddi maraq müqabilində “Fariba” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilməklə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, DTX əməkdaşları barədə ona məlum olan məlumatları, sonuncuların iş yerləri, mobil nömrələri, sonunculara aid fotoşəkilləri təqdim etmiş, habelə İrandan Azərbaycana gedən siyasi mühacirlər barədə məlumat toplaması barədə tapşırıqlar almış, daha sonra isə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X10 Korpusu - “SEPAH”-ın özünü ona “Hacı Kərim” və “Əkbər” kimi təqdim edən nümayəndələri tərəfindən maddi maraq müqabilində eyni təxəllüs ilə məxfi əməkdaşlığa qəbul olunmuş və 2023-cü ilin oktyabr ayının 04-dək Tovuz rayonunda yaşadığı müddət ərzində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”-ın nümayəndəsi X7 tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, Azərbaycan Respublikası DTX-nin mərkəzi aparatında işləyən zabiti ilə tanış olmaq, müsbət halda həmin əməkdaşın danışıqlarını İrandan ona göndəriləcək xüsusi texniki vasitələrlə qeydiyyata almaq, xüsusi proqramla təchiz olunmuş kompüter vasitəsi ilə onlara göndərmək, DTX-nin İsraillə əlaqələri barədə məlumat əldə etmək imkanına malik olan əməkdaşının müəyyən edilməsi, bu imkanlara malik namizədi tapacağı təqdirdə onlarla əməkdaşlıq etməsi üçün həmin şəxsə 500.000 ABŞ dolları məbləğində pul veriləcəyini, habelə İranla sərhədə Azərbaycan Respublikası ordusunun arsenalında olan İsrail istehsallı silah və hərbi texnikalar, PUA və dronların saxlanıldığı hərbi obyektlər, İsrailə məxsus hərbi bazalar, radiolokasiya sistemləri, İsraildə təlim keçən DTX əməkdaşları, tanıdığı DTX əməkdaşları tərəfindən maddi çətinliyi olan şəxslərin dairəsinin müəyyən edilməsi, Azərbaycanın Ermənistana münasibətdə hansı tədbirlər görməsi barədə tapşırıqları almış, habelə Azərbaycan Respublikasının sərhəd-keçid buraxılış məntəqələrindən ölkə ərazisinə keçən şəxslər barədə məlumatları toplayaraq İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə “WhatsApp” internet tətbiqi vasitəsi ilə bilavasitə təqdim edib, casusluq etməklə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirib, onlara kömək etməklə dövlətə xəyanət etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərindəki Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı-Ankara-Tehran reysi ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Tehran şəhərinin hava limanında Aslandüz şəhərində yaşayan iki nəfər onu qarşılamış, o, həmin şəxslərlə Aslandüz şəhərinə getmiş və orada təxminən beş gün qalmışdır. Sonra isə Culfa şəhərindəki gömrük ərazisindən ölkə ərazisinə qayıdan zaman pasportunda möhür olmadığından İran Xüsusi Xidmət Orqanlarının (bundan sonra XXO) əməkdaşları tərəfindən saxlanılmış və Culfa otelinə yerləşdirilmişdir. Təxminən 10 gün orada qaldıqdan sonra Təbriz şəhərində yerləşən otelə aparılmış, həmin oteldə də dava düşdükdən sonra onu Təbriz şəhərindəki polis idarəsinə aparmışlar. Oradan bir müddət ərzində “Vizarat Ettelaat” və SEPAH əməkdaşları onu öz idarələrinə aparıb dindirmişlər. O, təxminən iki ay Təbriz türməsində saxlanılmış, daha sonra isə Aslandüz şəhərindəki polis bölməsinə aparılmışdır. Parsabad şəhərində hakim qarşısına çıxarılmış və ona azad edildiyini demişlər. Bununla belə, İran XXO olan SEPAH tərəfindən bir daha saxlanılaraq dindirilmişdir. İki gün Ərdəbil şəhərində yerləşən İran XXO olan SEPAH təcridxanasında saxlanılmış, daha sonra təyyarə ilə Tehran şəhərinə aparılmış, orada “iki əlif” adlanan yerdəki SEPAH təcridxanasında təxminən 3 ay saxlanılmış və bundan sonra 1 ildən artıq saxlanıldığı siyasi məhbusların olan zindana aparılmışdır. Orada məhkəmələrə çıxarılmış, bəraət almış və Azərbaycana qayıtmışdır. İran İslam Respublikası tərəfindən 28 iyul 2023cü il tarixdə Azərbaycan Respublikasına təhvil verilmiş, iki ay ərzində Tovuz rayonunda yaşadığı evdə olmuş və heç bir yerə getməmiş, daha sonra Yunanıstana getmək fikri olduğunu bildiklərindən Bakı şəhərində evdə olan zaman onu saxlamışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İran XXO əməkdaşları onu dindirərkən və sənədlərə imza etdirərkən ona iynə vurmuşlar, çünki o, etiraz olaraq aclıq aksiyası etmiş, buna görə səhhəti pisləşmiş, müalicə etmək üçün də ona sistem qoşmuşlar və iynə vurmuşlar. Həmin dərmanlar isə onu halsızlaşdırmışdır. İran XXO onu Azərbaycan XXO əməkdaşı Günay Məmmədovaya bənzətmişlər. İran XXO əlində olan zaman ona “bura İrandır, bizimlə əməkdaşlıq etməsən ölkənə qayıda bilməzsən” deyilmiş, ona edam edilə biləcəyi də bildirilmişdir. Buna görə o, məcbur olub təqdim edilən sənədləri imzalamış, lakin Azərbaycana qayıtdıqdan sonra dövlətinə zərər vuracaq məlumat ötürməmiş, hər hansı cinayət əməli də törətməmişdir. O, İran XXO-dan canını qurtarmaq üçün onlarla əməkdaşlıq etmək barədə sənədlərə imza etmişdir. İran XXO ondan Azərbaycan ərazisinə qaçmış siyasi mühacirlər barəsində, Azərbaycan-İsrail münasibətləri barədə, Azərbaycanın İsraildən hansı puaları, dronları, artilleriyaları aldığı, həmçinin birgə təlimlərin harada keçirildiyi barədə məlumat verməsini tələb etmişdir. İran XXO ondan qeyd etdiyi məlumatları verməsini tələb edəndə o, sonunculara adi vətəndaş olduğunu, bu məsələlər barədə məlumatı olmadığını demiş, lakin onlar məlumatlı olması barədə israr etmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, Cəlilabad rayonundan tanıdığı Səyid adlı tanışının vasitəsi ilə İran İslam Respublikasının vətəndaşları olan Əli Fərəciyan və Cəlal Pənahi ilə tanış olmuşdur. Bir müddət sonra Əli Fərəciyan və Cəlal Pənahi onun üçün Bakı-Ankara-Tehran reysinə bilet alaraq onu İrana dəvət etmiş, o da həmin bilet əsasında 07 yanvar 2022-ci il tarixdə Bakı-Ankara-Tehran reysi ilə Tehran şəhərinə getmişdir. Onu Əli və Cəlal qarşılayaraq sonuncunun evinə, yəni Aslandüz adlanan yerə gətirmişlər. Orada Cəlalın ailəsi ilə tanış olmuş, sonuncunun maddi imkanının yüksək olduğunu görmüş, beş gün həmin evdə qalmış və həmin evdə silahla narkotik olmasını görmüşdür. Beş gün sonra gecə vaxtı Cəlal ona evlərinə pis niyyətlə gəldiyini demiş, daha sonra Cəlalın qardaşı və Əli öz avtomobillərində onu Aslandüzün çıxışına gətirib taksiyə əyləşdirmişlər və İran Biləsuvarına aparmağını tapşırmışlar. Sonuncular üzərində olan telefonu ondan alaraq qaytarmamışlar. O, İran Biləsuvarında sərhədə yaxınlaşaraq sərhədi keçmək istəyən zaman İran sərhədçiləri tərəfindən pasportuna baxdıqda Tehrana daxil olan zaman pasportuna möhür vurulmadığı məlum olmuşdur. Ona görə də ona İran Culfa keçid məntəqəsinə gedərək, oradan Azərbaycana keçməli olduğu deyilmişdir. O, sərhədi Azərbaycan tərəfə keçmək istəyən zaman yenidən İran sərhədçiləri 14 yanvar 2022-ci il tarixdə onu saxlamış, bir qədər sonra İran xüsusi xidmət orqanı olan “Ettelaat”-ın Həsən adlı nümayəndəsi yaxınlaşaraq onu sorğu sual etmiş, o da Aslandüzdə səfərdə olduğunu, Cəlal və Əlinin evində qaldığını demiş, həmin şəxs sonuncuların fotoşəkillərini digər şəkillərlə birlikdə təqdim edən zaman o, Cəlal və Əlini tanımış, Həsən ona Cəlalgili məsuliyyətə cəlb etmək üçün axtarsalar da tuta bilmədiklərini, onu birbaşa orqanının “ovcuna” Cəlalgilin qoyduğunu demiş, o da Cəlalgilin evində gördükləri barədə xüsusi xidmət orqanının nümayəndəsinə məlumat vermişdir. Daha sonra o, İran Culfasında bir evə gətirilmiş, həmin evin hər yerində nəzarət kameraları olmuş, orada Hacı Kərim adlı “Ettalaat” ın nümayəndəsi olmuş, Həsən ona Hacı Kərimin onların rəhbəri olduğunu demişdir. Bir neçə saat sonra Cəlalgilin evində tədbir keçirilməklə onların yaxalanması barədə video görüntünü Həsənin yanında olan digər şəxslərdən biri ona göstərmiş, daha sonra Hacı Kərim ona narkotikin Bakıda açıq bazarda neçəyə satıldığını soruşduqda o, narkotikə görə dəyişdiyini demiş, Hacı Kərim ona Bakıya narkotik göndərəndə narkotikin harada olması barədə xəbər edəcəklərini demiş, əvəzində isə onun İranda kimlərin narkotiklə məşğul olmasını onlara deməyini bildirmişdir. Bununla əlaqədar ondan narkotiklə bağlı qarşılıqlı onlara məlumat verməyə söz verməsi barədə ərizə alınmış, sonra o, Təbriz şəhərində hotelə gətirilmiş və orada qalacağı bildirilmiş, telefonu isə Cəlalgildən alındığından ona qaytarılmışdır. Gecəni hoteldə qaldıqdan sonra səhəri günü Tehran şəhərindən adını bilmədiyi “Ettelaat”-ın bir nümayəndəsi olan kişi hotelə gəlib Tehrandakı “Vizarat Ettelaat”ın bölməsinin əməkdaşı olduğunu demiş, ondan Vəli Ələsgərovun kim olduğunu soruşmuş, o isə tanımadığını dedikdə ona həmin şəxsin Naxçıvan MR-də DTX rəisi olduğunu, hazırda ev həbsində olmasını bildirmiş, sonra ondan Akif Çovdarov, Natəvan adlı şəxsləri soruşmuş, bildiyinə görə DTX işlədiklərini demiş, həmin şəxs çıxıb getdikdən sonra o, hoteldə otağında tək qalmış və həmin vaxt telefonunu açaraq hotelin “Wi-fi”-si vasitəsi ilə internetə qoşulub “WhatsApp” ilə anasına zəng edərək narahat olmamağı, bir neçə günə qayıdacağını demişdir. O telefonunu internetə qoşduqdan sonra Cəlal və Əlinin “WhatsApp”da paylaşdıqları statuslarına daxil olub baxanda sonuncuların həbs edilmədiyini baş düşmüşdür. Həmin gecə Həsən və Hacı Kərim hotelə gələrək ondan nəyə görə telefonunu açdığını, internetə nəyə görə qoşulduğunu və kiminlə danışdığını soruşmuş, buna görə sonuncu ilə aralarında mübahisə yaranmışdır. Hacı Kərim ona həmin məsələnin “arı bal məsələsi” olduğunu demiş, o, belə başa düşmüş ki, Cəlalgil onlara başqa narkotik tacirini verdiklərinə görə sonuncuları buraxmışlar. Həmin gün İran XXO nümayəndələri Həsən və Hacı Kərim ona əməkdaşlıq etməyi təklif etmiş, o, razılıq verdikdən sonra ondan İran İslam Respublikasının xüsusi xidmət orqanını “Ettelaat”-in adına ərizə alınmış, ərizəsində Azərbaycan dilində Bakıda onların tapşırığına əsasən hər bir məlumatı, toplayıb onlara verəcəyinə könüllü olaraq razılıq verməsini, Türkiyə, Gürcüstan və Rusiyada onlarla görüşə gələcəyinə söz verməsini göstərməklə, ərizəni imzalayıb təsdiq etmiş, eləcə də ərizəsini öz barmaq izi ilə də təsdiq etmişdir. Məxfi əməkdaşlıq zamanı təxəllüsünün “Fariba” olacağını qeyd etmişlər. Bir qədər sonra “Ettelaat”ın texniki servisindən eynəkli bir kişi kompüterlə otağa gəlmiş və ona kompüterdən nə bilməli olduğu barədə təlim keçməyə, kompüterdə bir proqram açıb ona işləmə qaydasını öyrətməyə başlamışdır. Həmin vaxt gərgin olduğundan Həsənlə mübahisə etməyə söz davasına başlamış, buna görə də Həsən onu hoteldə olan otağına getməyi və onlarla onunki alınmayacağını deyərək əsəbləşmişdir. Daha sonra Həsən onu hava almaq üçün hotelin çöl ərazisinə çağırmış, o da hoteldən çölə çıxan kimi iki çarşablı qadın ona yaxınlaşıb əlinə qandal vurmuş və onu avtomobilə əyləşdirmişlər. Oradan o, Təbrizdə yerləşən 33 nömrəli polis idarəsinin saxlama yerinə aparılmış və təxminən 22 gün həmin yerdə qalmışdır. Orada xüsusi xidmət orqanının nümayəndələri ondan telefonunda olan şəxslər barədə soruşmuşlar, lakin kontaktında olan polis işçiləri barədə maraqlanmamışlar. Telefonunda olan 2 nəfər DTX işçisi, yəni DTX Gəncə şəhər idarəsinin əməkdaşı Sərxan, digəri isə DTX Cəlilabad rayonunda işləyən Ağamalı adlı şəxs barədə soruşmağa başlamışlar. Sərxanla necə tanış olduğunu, Ağamalı ilə isə əvvəllər Cəlilabad polisində işləyən tanışının vasitəsi ilə tanış olduğunu qeyd etmiş, həmin şəxslər barədə ona məlum olan məlumatları İran XXO nümayəndələri Həsən, Arif və üzünü göstərməyən “Ettelaat”ın əməkdaşına bildirmişdir. Bir qədər sonra Sərxanın arxası ağ fonlu, ağ köynəkdə sinədən yuxarı fotoşəkili ona göstərilmiş, o da Sərxanı tanımış, sonra Ağamalının xarici görünüşü, gözünün rəngi, boyu, yaşı, harada işlədiyini, rütbəsinin nə olduğunu soruşulmuş, o isə həmin şəxs barədə bildiklərini qeyd etmişdir. Bir qədər sonra “Ettelaat”ın müstəntiqi hesab etdiyi “qazı” adlanan şəxs onu sual etməyə davam etmiş, o, sonuncuya onların əməkdaşlarına narkotik tədbirində köməklik göstərdiyini demiş, həmin “qazı” adlanan şəxs də ondan İrandan Azərbaycana gedən siyasi mühacirlər barədə məlumat verməyini bildirmiş, o isə dövlət işində işləmədiyini, lap öyrənəcəyi təqdirdə bu barədə nə edə biləcəyini soruşduqda, ona “sənin işin yoxdur, öyrən bizə de biz onları götürəcəyik”demişdir. Bir müddət sonra o, Təbriz türməsinə aparılmış, Təbriz türməsində rəisin otağında Arif bir nəfər şəxslə gəlib onunla görüşmüş və ona muştuluq kimi bir dənə şokolad verib 2-3 günə Azərbaycana qayıdacağını bildirmişdir. Sağollaşan zaman Arif ona İran və Azərbaycan nömrəsi olmayan, başqa xarici ölkəyə məxsus olan telefon nömrəsini verib, Azərbaycana gedəndə əlaqə saxlamağını bildirmişdir. 2-3 gün sonra o, Təbriz türməsindən çıxarılıb Parsabad şəhərinə saxlama yerinə gətirilmiş və Parsabaddakı məhkəməyə aparılmış, hakim də pasportunda möhürün nəyə görə olmadığını soruşmuş, o isə bilmədiyini demiş və sübut kimi öz biletlərini göstərmişdir. Bir neçə gün sonra o, SEPAH-ın Parsabaddakı idarəsinə, oradan isə Ərdəbilə SEPAH-ın saxlama yerinə gətirilmişdir. SEPAH-ın Ərdəbil üzrə rəhbəri kimi təqdim edilən Həci deyə müraciət edilən ağ baş, dolu bədənli, bığlı, yaşlı kişi onu sorğu-sual etməyə başlamış, ondan Azərbaycan dövlətinin nəyə görə İranla sərhədə antena quraşdırdığını, DTX-nin əsas binasında nə qədər adam işlədiyini soruşmuşdur. Daha sonra onu oradan ümumi sərnişin təyyarəsi ilə Tehrana, oradan da Tehrandakı Evin adlanan qəsəbədə yerləşən SEPAH-ın saxlama məntəqəsinə aparmışlar. Onu fars dilində danışan SEPAH əməkdaşı və Əli adlı digər SEPAH əməkdaşı sorğu-sual etməyə başlamış, yenidən DTX əməkdaşları Ağamalı və Sərxan barəsində soruşmuş, sonuncunun fotoşəkilini göstərdikdə o, həmin şəxsləri tanımış və sonuncular barədə bildiklərini demişdir. Daha sonra Azərbaycandan İsrailə nəyə görə ucuz neft getdiyini, nəyə görə sərhədə antenalar qoyulduğunu, İsrailin Azərbaycanda təlim keçməsini, harada keçməsini və ya Azərbaycanın İsraildə təlimə getməsini, İsrail “pua”-larının fotoşəkilini ona göstərib, hansının Azərbaycanda olması soruşulmuşdur. Daha sonra isə orada SEPAH-ın adını bilmədiyi əməkdaşı onlarla məxfi əməkdaşlıq etməyi təklif etmiş, o da razılıq verdikdən sonra məxfi əməkdaşlıq zamanı təxəllüsünün yenə də “Fariba” olacağını qeyd etmiş, həmçinin ərizəsində Azərbaycanla bağlı onların verəcəkləri tapşırıqları icra etməyinə söz vermiş və ərizəni imzalamış, sonra isə Evin adlanan yerdə olan həbsxanaya gətirilmişdir. 1 ildən artıq müddətdə Evin-də, daha sonra isə Rəşt şəhərinə həbsxanada qalmışdır. Orada SEPAH-ın əməkdaşı Əkbər adlı şəxs onu Azərbaycana yola salacağını, sonra isə onların tapşırıqlarını icra edəcəyini bildirmişdir. O isə Tehranda razılıq verdiyini demiş, Əkbər də tapşırığı ona Azərbaycanda olduğu zaman bildirəcəyini demişdir. Əkbər ona kağıza yazılmış İran nömrəsi vermiş və həmin nömrə ilə əlaqə saxlayacaqlarını demişdir. 2023-cü ilin iyul ayının 27-dən 28-nə keçən gecə Astara sərhəd keçid məntəqəsindən Azərbaycana keçərək yaşadığı Tovuz rayonu Qovlar kəndindəki evlərinə gəlmişdir. Tovuz rayonuna gəldikdən sonra SEPAH-ın əməkdaşı Əkbər onun “WhatsApp” nömrəsinə zəng edərək DTX-nin Qarabağda nə iş görməsini, Azərbaycanın Ermənistana qarşı hansı tədbirlər görməsi barədə maraqlanıb onlara bildirməyini tapşırmış, həmçinin DTX-nin əsas binasında işləyən əməkdaşlardan birini onlarla məxfi əməkdaşlığa çıxaracağı zaman 500.000 ABŞ dolları verəcəklərini bildirmişdir. Həmin vaxtdan bəri Əkbər ona tez-tez zəng edərək nə iş görməyi barədə maraqlanmış və onunla görüntülü danışmağı bildirmişdir. Həmçinin Əkbər ona “sən özün kimi qəşəng bir qızla məni tanışdır, o da bizimlə işləsin”-deyə tapşırıq da vermişdir. 31 iyul 2023-cü il tarixdə o, DTX Tovuz rayon şöbəsinə dəvət olunmuş, orda sorğu-sual edilən zaman İranda saxlanılma səbəbini, İran xüsusi xidmət orqanları olan “Ettelaat” və SEPAH tərəfindən mütəmadi dindirildiyini, məxfi əməkdaşlığa cəlb edildiyini etiraf etmiş, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyəcəyini, onlar tərəfindən tapşırıq verilən zaman DTX-yə məlumat verəcəyinə söz vermişdir. Lakin orada sorğu zamanı İranda “Ettelaat” və SEPAH-ın əməkdaşlarına vermiş olduğu məlumatlar barədə bildirməmiş, həmçinin də ona verilən tapşırıqları izah etməyərək, səmimi olmamışdır. Çünki, həmin vaxtdan sonra da SEPAH əməkdaşı Əkbər ilə əlaqələrini davam etdirmiş və sonuncunun tapşırıqlarının icrasını istiqamətində fəaliyyət göstərmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Əkbər onunla WhatsAppla danışan zaman DTX əməkdaşlarından birini məxfi əməkdaşlıq üçün onlarla görüşə çıxara biləcəyi təqdirdə 500.000 ABŞ dolları pul verəcəklərini bildirmiş, eləcə də DTX əməkdaşları arasında pula ehtiyacı olan, maddi imkanı zəif olan şəxslərin dairəsini müəyyənləşdirməyi, İrandan ona kompüter, telefon və digər texniki vasitələr göndərəcəklərini, həmin texniki vasitələri əldə etdikdən sonra necə istifadə etməli olduğunu izah edəcəyini demişdir. Həmçinin söhbət zamanı Əkbər ondan Araysh Rezvan adlı şəxsin TİR sürücüsü olduğunu, İran-Azərbaycan-Rusiya marşrutu üzrə işlədiyini və X14 girişinin məhdudlaşdırıldığını, deport olunduğunu, ona görə də İrandan Rusiyaya gedə bilmədiyini bildirmiş, məsələni dəqiqləşdirmək üçün qardaşı oğlu kimi ona bildirdiyi Araysh Rezvanın Azərbaycan üzrə sərhədkeçməsini öz əlaqələri vasitəsi ilə yoxlamağını tapşırmış, o da Əkbərdən həmin şəxsin mobil nömrəsini istəmiş, Əkbər əvvəl nömrəni vermək istəməsə də sonra həmin şəxsin İran nömrəsini ona göndərmişdir. O da Araysh Rezvana WhatsAppla zəng edərək, məsələni aydınlaşdırmış və əmisinin adının nə olduğunu dedikdə Əkbər olmasını bildirmiş, Araysh Rezvan ona İranda olan Rusiya səfirliyindən onun Rusiyadan deport olmasını bildirdiklərini dedikdə o da öyrənib məlumat verəcəyini demişdir. Bundan sonra Əkbərin tapşırığına əsasən tanışı əvvəllər Astara polis şöbəsində işləmiş və orada olan zaman tanıdığı, hazırda Xızı rayon polis şöbəsində işləyən Elnur adlı tanışına zəng edərək ondan Araysh Rezvan adlı şəxsin sərhədkeçməsini yoxlamasını xahiş etmişdir. Telefonda söhbət əsnasında o, Elnura İranda narkotik tədbiri gördüyünü, sonra orada SEPAH tərəfindən tutulduğunu, 1 il yarım orda həbsdə saxlanıldığını, SEPAH tərəfindən sərbəst buraxıldıqdan sonra narkotik tədbirini keçirməkdə onlara kömək etməyinə görə ona 500.000 ABŞ dolları pul, həmçinin kompüter, telefon və digər texniki vasitələr göndərəcəklərini, həmin pulu, texniki vasitələri də qeyd etdiyi adamla göndərəcəklərinə görə həmin şəxsi yoxlamaq lazım olduğunu xahiş etmiş, Elnur da onun xahişinə görə yoxlayıb həmin şəxsin serverdən çəkilmiş şəkilini WhatsAppla ona atmış və deport olmadığını demiş, eləcə də tanışının həmin şəxsin deport olmadığı barədə göndərmiş olduğu səs yazısını sonuncuya atmışdır. Onunla söhbət zamanı Elnur ona pulu götürməyin mümkün olduğunu, lakin texniki vasitələri götürməyinin məsləhət olmadığını, ora xüsusi cihazlar yerləşdirə biləcəklərini demiş, lakin Elnur onun məxfi əməkdaşlığa cəlb olunmağını bilməmişdir. O da Əkbərin tapşırığına əsasən Araysh Rezvanın deport olmadığı barədə məlumatı sonuncuya bildirmiş, Elnurun ona göndərmiş olduğu fotoşəkili WhatsAppla Əkbərə atmışdır. Həmin vaxt Əkbər ona yenə DTX əməkdaşlarından birini məxfi əməkdaşlıq üçün onlarla görüşə çıxara biləcəyi təqdirdə ona 500.000 ABŞ dolları pul verəcəklərini bir daha bildirərək, bu sahədə ciddi işləməyini demiş, həmçinin də İranla sərhədə Azərbaycan Respublikası ordusunun arsenalında olan İsrail istehsallı silah və hərbi texnikalar, PUA və dronların saxlanıldığı hərbi obyektlər, İsrailə məxsus hərbi bazalar, radiolokasiya sistemləri, İsraildə təlim keçən DTX əməkdaşları, tanıdığı DTX əməkdaşları tərəfindən maddi çətinliyi olan şəxslərin dairəsinin müəyyən edilməsi, Azərbaycanın Ermənistana münasibətdə hansı tədbirlər görəcəyi ilə maraqlanmağı və ona bildirməyini tapşırmışdır. Bundan əlavə Əkbər ona İrandan texniki vasitələri göndərdikdən sonra haradan götürməli olacağını deyəcəyini bildirmiş, o isə tapşırıqlar istiqamətində işləyəcəyini, müəyyən etdiyi zaman xəbər verəcəyini demişdir. Bütün bu qeyd olunanlarla bağlı DTX əməkdaşlarına məlumat verəcəyinə söz versə də məlumat verməmiş, Əkbər ona WhatsAppla hər hansı bir tapşırıq verəndə o, oxuyan kimi tez silmişdir. DTX tərəfindən 04 oktyabr 2023-cü il tarixdə saxlanılan zaman üzərində “Samsung S5” markalı mobil telefon və həmin telefona +99***-***-**-** nömrəsi quraşdırılmış sim kartı olmuş, İrana apardığı mobil telefon isə İranda qalmış və özü ilə gətirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi və hazırda elan edilmiş ifadələrini təsdiq edir. O, İranda iki il olmuş və orada “Facebook”, “İnstagram” və “Tiktok” kimi sosial şəbəkələr işləməmişdir. X23 Aslandüz qəsəbəsində yaşayan narkotik və silah işi ilə məşğul olan şəxs olmuş, həmin şəxslə də Şahid4 vasitəsilə əlaqə yaratmışdır. O, Şahid4 DTX əməkdaşı olduğunu deməmişdir. Sonuncu ona Əli Fərəciyanın nömrəsini vermiş, Əli Fəraciyanın atasının adı Məhərrəm olmuş, onlar İranın Aslandüz qəsəbəsində silah və narkotik işi ilə məşğul olmuşlar. O, əvvəlcə Səidlə Əlinin tanış olduqlarını düşünmüş, lakin onlarla əlaqə saxlamağa davam etdikcə Səidin başqa şeylər, Əlinin isə başqa şeylər dediyini görmüşdür. Sonradan Səidlə aralarında xatırlamadığı bir problem olmuş, Şahid4 dəfələrlə onu aldadıb pulunu aldığı üçün o, sonuncunun vəsiqəsini Əli Fəraciyaniyə göndərmişdir. X6rdaşı oğlu olmuş, o, Şahid3 X15 deport olub-olmadığını öyrənməyə köməklik etməsini xahiş etmiş, Əkbər qardaşı oğlu Rezvanın Rusiya Federasiyasından işi ilə bağlı tranzit mal keçirəcəyini demiş və buna görə Rezvanın deport olunub-olunmamasını öyrənməsini ondan xahiş etmişdir. Əkbər qardaşı oğlu X15 deport olub-olmadığını öyrənməyə köməklik etməsini xahiş etdiyi vaxt o, Əkbərin SEPAH-ın əməkdaşı olduğunu bilməmişdir. Həmin vaxtadək o, sonuncunun İran XXO əməkdaşı kimi bilməsə də səlahiyyətli şəxs olduğunu bilmişdir. İranda başına gələn hadisələrdən sonra o, orada qalmaq istəməmiş, hətta Tehranda olarkən Hacı Kərim adlı şəxs Azərbaycana qayıtmamağını, hər şeylə orada təmin ediləcəyini, vətəndaşlıq belə verəcəklərini demişdir. Həmin 500.000 ABŞ dolları isə 2 ilə yaxın İranda qanunsuz saxlanılmağı ilə bağlı ona veriləcək kompensasiya olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qimsində dindirilmiş Şahid3 ifadəsində göstərişdir ki, Təqsirləndirilən şəxs ilə Astara rayon polis şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt tanış olmuşdur. Belə ki, Validə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı onlara kömək edəcəyini demişdir. Validə Astarada kirayədə qaldığı müddətdə yerli sakinlər tərəfindən şübhəli olduğu üçün şikayət edilmiş və onun tərəfindən guya tanımadığı şəxs kimi şöbəyə gətirilmişdir. O, 2021-ci ilin yay ayından Xızı rayon polis şöbəsində Narkotiklərlə mübarizə qrupunda əməliyyat müvəkkili kimi işləməyə başlamışdır. Həmin müddətdə Validə ona zəng edərək İrana gedəcəyini və buna görə ona zəng çatmayacağını demişdir. O, sonuncudan nə üçün İrana getdiyini soruşduqda Validə dövlət əhəmiyyətli tədbir üçün getdiyini demişdir. Bir müddət keçdikdən sonra “patrul.az” saytında “Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs İranda həbs edildiyi” başlığı altında xəbər oxumuşdur. Bundan təxminən 1 il 6 ay keçdikdən sonra Validə ona zəng edərək həbsdən azad edildiyini, Azərbaycanda olduğunu, Astara gömrük postunda elə onunla birlikdə işlədiyi polis əməkdaşlarının qarşıladığını demişdir. O, Validədən həbsdən necə azad edildiyini soruşduqda sonuncu bizim dövlətin köməkliyi ilə həbsdən azad edildiyini demişdir. Bundan əlavə Validə İranda oranın XXO tərəfindən casus kimi tutulduğunu, lakin hazırda İran XXO əməkdaşlarından bir neçəsini bizim dövlətin xeyrinə məlumat verməsi üçün ələ aldığını, onlardan əldə etdiyi məlumatları isə DTX-yə verəcəyini demişdir. X27 yük avtomobili ilə telefon, dinləmə cihazları və s., həmçinin əlavə də 500.000 ABŞ dolları pul göndəriləcəyini demişdir. O, həmin pulun nə məsələ olduğunu soruşanda Validə bizim DTX üçün İranda çox əhəmiyyətli işlər gördüyünə görə pulun oradan göndəriləcəyini demişdir. Daha sonra Validə ona Arayş Rezvan adlı İran vətəndaşının pasportunu ataraq, onun yük avtomobili sürücüsü olduğunu və Rusiyadan deport olub-olmadığını öyrənməsini xahiş etmiş, o da bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra Ağdaş polisində işlədiyi vaxtdan tanıdığı Namiq adlı şəxsə zəng etmiş, Arayş Rezvan adlı iranlının pasportunun fotoşəkilini sonuncuya göndərmiş və həmin şəxsin Rusiyadan deport olub-olmadığını öyrənməyə köməklik etməsini xahiş etmişdir. Namiq bu barədə öyrəndikdən sonra ona həmin şəxsin Rusiyadan deport olmadığını bildirmiş, o da Validəyə zəng edərək Arayş Rezvan adlı şəxsin Rusiyadan deport olmadığını, ola bilsin ki, sürücünün yükü gətirməkdən boyun qaçırmaq üçün belə dediyini bildirmişdir. Validənin anası sonuncu İranda həbsdə olarkən ona zəng etmiş və Validənin ona pul atacağını, onun isə həmin pulu anasına göndərəcəyini demiş, o da bu barədə məlumatı olmadığını bildirmişdir. Əlavə olaraq Validənin anası sonuncu Azərbaycanda saxlanıldıqdan sonra da ona zəng etmiş, qızını tutduqlarını və nə məsələ olduğunu soruşmuşdur. O isə bu barədə məlumatı olmadığını və buna görə ona zəng etməməsini xahiş etmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət-axtarış fəaliyyətində əməkdaşlıq etmək istəmiş, Astarada işlədiyi vaxt Validənin məlumatına əsasən əməliyyat tədbiri keçirmək istəsə də, həmin şəxslər xatırladığı qədəri ilə sərhədi keçən zaman DSX-nın əməkdaşları tərəfindən ifşa edilmiş və tədbir baş tutmamışdır. Təqsirləndirilən şəxs ona hər hansı bir qurumda işlədiyini deməyib, sadəcə ölkə ərazisindəki bütün polis rəis və müavinlərini yaxşı tanımışdır. Bundan əlavə söhbətlər zamanı Validənin DTX-nın yüksək vəzifəli əməkdaşlarını da tanıdığını görmüşdür. Astarada olan zaman Validə telefonunda DTX formasında ağ köynəkdə foto şəkilini göstərmişdir. Validədən şəkil barədə soruşduqda sonuncu ona əvvəllər DTX-da işlədiyini, sonra xaric olunduğunu, lakin bir neçə yaxşı iş gördükdən sonra yenidən xidmətə qayıdacağını demişdir. Validə İrandan ona göndəriləcək pulun Arayş Rezvan adlı sürücü vasitəsilə göndəriləcəyini, lakin sonuncunun bundan boyun qaçırdığını, bununla bağlı köməklik etməsini demişdir. Validə ona həmin pulu ölkəyə gətirdikdən sonra özünün vəzifəyə gedəcəyini və onun da yüksək vəzifəyə keçməsinə köməklik göstərəcəyini, həmçinin generaldan xahiş edərək bir neçə əhəmiyyətli tədbirə onun da adını yazdıracağını demişdir. Təqsirləndirilən şəxs onunla əlaqədə olduğu müddətdə polis əməkdaşları barəsində heç nə öyrənməyə cəhd etməmiş, o, sonuncu ilə söhbət zamanı Validənin özünün bütün polis rəis və müavinlərinin adlarını yaxşı bildiyini görmüşdür. O, polisdə olduğu müddətdə dövlət sirri təşkil edən məlumatla işləməmişdir. Validə İrandan gələcək puldan ona da çatacağını deməmiş, sadəcə həmin pul gəldikdən sonra o, yenidən vəzifəyə qayıdacağını və bundan sonra onu da vəzifəyə gətirmək üçün xahiş edəcəyini demişdir. Validə ona İranda DTX üçün dövlət əhəmiyyətli işlər gördüyünə görə həmin pulun ona göndəriləcəyini demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 12 radələrində Tovuz rayonu, Qovlar şəhərində olan zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxışda iştirak etmişdir. Baxış zamanı xatırladığı qədəri ilə evdən işlək vəziyyətdə olmayan bir ədəd mobil telefon və 500 manat pul aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs baxışda iştirak etməmiş, baxışda o, Təqsirləndirilən şəxs anası, digər hal şahidi və DTX əməkdaşları iştirak etmişdir. O, sadəcə mobil telefonun götürülməsinin şahidi olmuş və həmin telefon işlək vəziyyətdə olmamışdır. Evə baxışda DTX-nın əməkdaşı ilə xeyli vaxt zirzəmiyə də baxış keçirmiş, lakin həmin yerdən heç nə aşkar edilməmişdir. Evə baxış zamanı üzərində Azərbaycan və fars dilində müxtəlif qeydlər olan telefon nömrələri, İran İslam Respublikasının vətəndaşlarının adları və nömrələri qeyd edilmiş müxtəlif kağız parçaları, müxtəlif qeydlər olan balaca kağız parçaları və bir ədəd kapital banka məxsus olan plastik kartın da götürülməsini xatırlamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarında yaşadığı Cəlilabad rayonu, Səttərxan küçəsində kirayə ev axtarmışdır. Onun sonuncu ilə tanışlığı da elə bununla bağlı yaranmışdır. Validə ona özünü polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apardığını demişdir. Validə daha sonra Dövlət Təhlükəsizlik Xidmətində işə başladığını demişdir. X22 narkotik işi ilə məşğul olan şəxslərlə onu əlaqəyə çıxarmasını xahiş etmişdir. O da bir müddət sonra İranda narkotik satışı ilə məşğul olan Əli Fəraciyanın nömrəsini Validəyə vermişdir. Bundan sonra isə Validə ilə Əli Fəraciyanın əlaqəyə girib nə etdiklərindən məlumatı olmamışdır. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Nicat adlı qonşusu “Facebook” sosial şəbəkəsində İranda narkotik işi ilə məşğul olan Əli Fəraciyan ilə tanış olmuş, o da X16 nömrəsini alaraq Validəyə vermişdir. X30 ilə tanışlığı olmamış, o, yalnız Əli Fəraciyan ilə əlaqəyə girib sonuncunun Bakı şəhərinin Novxanı kəndindəki adamında narkotik vasitə olmasını öyrənmiş, daha sonra isə DİN-in BNMİ-nin cənub regional idarəsinin əməkdaşlarına Əli Fəraciyanın Bakı şəhərinin Novxanı kəndində olan adamındakı narkotik vasitəsinin ələ keçirilməsində köməklik etmişdir. Ona görə də Əli Fərəciyan onun kim olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs telefonunda isə onun şəxsiyyət vəsiqəsinin şəkli olmuş, çünki o, adına pul göndərməsi üçün Validəyə öz vəsiqəsinin şəkilini göndərmişdir. Sonuncu isə onun vəsiqəsinin şəkilini Əli Fəraciyaniyə göndərmişdir. Bundan sonra Əli onun vəsiqəsinin surətini özünə göndərərək hədə-qorxu gəlməyə başlamışdır. O da Validəyə zəng edib Əliyə vəsiqəsinin şəkilini onun göndəribgöndərməməsini soruşmuş, Validə əvvəlcə etiraf etməsə də sonra Əliyə vəsiqəsinin şəklini özünün göndərdiyini etiraf etmişdir. 2022-ci ilin yanvar ayında İran nömrəsindən ona görüntülü zəng gəlmiş, zəngi açanda Validənin Əli ilə birlikdə olduğunu görmüşdür. Əli danışıq zamanı onu söyməyə başlamış, o da zəngi kəsmişdir. Bundan sonra nə Əli Fəraciyan, nə də Validə ilə heç bir əlaqəsi olmamışdır. Validə onun avtomobili ilə İmişli, Astara və Lənkəran rayonlarına getdiyi üçün ona 50-60 manat yanacaq pulu göndərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞin xx.xx.2023-cü il tarixli, 2999 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anlarda öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1563 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki – 1) təqdim edilmiş bir ədəd sensor ekran və “Android 5.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli “**********76853” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A40” markalı “SM- A405FN/DS” modelli “**********23963, **********23961” İMEİ kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir; Tədqiq olunan bir ədəd üz hissəsində “Bestel” yazısı olan mobil telefonu tədqiqat zamanı işlək vəziyyətə gətirmək mümkün olmadı; 2) Təqdim edilmiş üz hissəsində “Bestel” yazısı olan mobil telefon işlək vəziyyətdə olmaması səbəbindən yaddaşında hər hansı bir məlumatların olub-olmaması, eləcə də həmin mobil cihazın yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı; 3) Təqdim edilmiş “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli və “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonların yaddaşından “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə edilmiş hal-hazırda mövcud olan və pozulmuş məlumatlar (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “Telegram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və s.) əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-1563” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu; 4) Təqdim edilmiş “Samsung Galaxy S5” markalı “SM- G900F” modelli mobil smartfonun yaddaşında “+98 911 281 5547” abonent nömrəsinin “Dagustan” kimi qeydə alınması müəyyən olundu. Qeyd olunan abonent nömrəsinin mobil cihaz yaddaşında nə zaman qeydə alınmasına dair rəqəmsal izlər müəyyən olunmadı; 5) Tədqiqat zamanı “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli mobil smartfonun yaddaşında “Dagustan” kimi qeydə alınan “+98 911 281 5547” abonent nömrəsi ilə “WhatsApp” proqram təminatı üzərində aparılmış məlumat mübadiləsi seçilərək, elektron formada ekspert rəyinə əlavə olundu; Təqdim edilmiş “Samsung Galaxy S5” markalı “SM- G900F” modelli mobil smartfonun yaddaşında “Dagustan” kimi qeydə alınan “+98 911 281 5547” abonent nömrəsi ilə “WhatsApp” proqram təminatı üzərində aparılmış məlumat mübadiləsinə aid rəqəmsal izlərdə başlama tarixi xx.xx.2023-cü il və son aktivasiya tarixi kimi xx.xx.2023-cü il olması əks olunmuşdur; 6) Təqdim edilmiş “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli mobil smartfonun yaddaşında aparılmış bərpa nəticəsində ölkə kodu (country code) “+98” olan mövcud və silinmiş abonent nömrələri müəyyən olundu. Aşkar olunmuş həmin abonent nömrələri seçilərək elektron formada ekspert rəyinə əlavə edildi; 7) Təqdim edilmiş “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli mobil smartfonun yaddaşında aparılmış bərpa nəticəsində aşkar olunmuş bütün silinmiş kontaktar seçilərək elektron formada ekspert rəyinə əlavə edildi; 8) Təqdim edilmiş “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında “+98 911 281 5547” abonent nömrəsi hər hansı bir adla qeydə alınması müəyyən edilməsə də, həmin abonent nömrəsi ilə “Whatsapp” proqram təminatı üzərində aparılmış məlumat mübadiləsinə dair rəqəmsal izlər aşkar olundu. Aşkar olunmuş həmin məlumat mübadiləsinə aid rəqəmsal izlər seçilərək elektron formada ekspert rəyinə əlavə edildi; 9) Təqdim edilmiş “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında aparılmış bərpa; nəticəsində ölkə kodu (country code) “+98” olan mövcud abonent nömrələri müəyyən olundu. Aşkar olunmuş həmin abonent nömrələri seçilərək elektron formada ekspert rəyinə əlavə edildi; 10) Təqdim edilmiş “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında aparılmış bərpa nəticəsində aşkar olunmuş bütün silinmiş kontaktlar seçilərək elektron formada ekspert rəyinə əlavə edildi; 11) Tədqiq olunan “Samsung Galaxy S5” markalı “SM-G900F” modelli və “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli mobil smartfonlar vasitəsilə hansı tarixlərdə, hansı adlı “Wi-Fi” şəbəkələrinə qoşulmasına dair əldə edilməsi mümkün olan bütün rəqəmsal qeydlər seçilərək elektron formada ekspert rəyinə əlavə olundu. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/2087-5/14 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş milə-mil qeyd dəftəri vərəqi parçası üzərindəki “Canım Anam məni bağışla” ... sözləri ilə başlayıb ... səni sevən qızın Validə ” sözləri ilə bitən yazılar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş 15 ədəd kağız parçalarında olan yazıların icra vaxtını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7047 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 18:00-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda keçirilmiş baxış zamanı üzərində Azərbaycan və fars dillərində müxtəlif qeydlər olan telefon nömrələri, İran İslam Respublikasının vətəndaşlarının adları və nömrələri, DTX əməkdaşlarının adları və mobil nömrələri qeyd olunmuş kağız parçaları, habelə üzərində müxtəlif qeydlər olan ümumilikdə 15 ədəd müxtəlif ölçülü kağız parçaları aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində saxlanılan zaman Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etdiyi ona məxsus içərisində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X10 Korpusu - “SEPAH”-ın özünü ona “Əkbər” kimi təqdim edən nümayəndəsi ilə yazışmalarını, sonuncunun tapşırığı əsasında Azərbaycan Respublikasının sərhəd-keçid buraxılış məntəqələrindən ölkə ərazisinə keçən şəxslər barədə məlumatları toplayaraq qarşı tərəfə göndərməsini əks etdirən, habelə DTX əməkdaşlarının fotoşəkillərini, mobil nömrələrini, habelə “SEPAH”-ın əməkdaşı olmuş xarici ölkədə yaşayan şəxslə yazışmalarını, sonuncunun dəvəti ilə həmin xarici ölkəyə getmək istəməsini əks etdirən məlumatları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları özündə əks etdirən “Samsung S5” markalı mobil telefon və həmin telefona quraşdırılmış +99***-***-**-** mobil nömrəli sim kart aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İAMAS”a baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, DTX əməkdaşı X3 barəsində müxtəlif vaxtlarda şəxsiyyət vəsiqəsi, pasport üçün çəkilmiş fotoşəkillər və sərhədkeçməsi zamanı çəkilmiş fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən “Samsung” markalı telefon vasitəsi ilə fotoları çəkilməklə protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “fotoşəkil üzrə tanıma haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunmuş fotocədvəldə şərti olaraq 4 nömrəsi ilə qeyd edilmiş İran XXO tərəfindən fotoşəkili göstərilməklə barəsində sorğu-sual edilmiş DTX əməkdaşı X2 tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “fotoşəkil üzrə tanıma haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunmuş fotocədvəldə şərti olaraq 2 və 3 nömrəsi ilə qeyd edilmiş fotoşəkilləri tanıyaraq İran XXO tərəfindən barəsində sorğusual edilmiş DTX əməkdaşı X1 məhz həmin şəkillərinin ona göstərildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefonun bərpa edilmiş yaddaşına və mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid3 istifadəsində olmuş içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış 01 ədəd “Xiomi” markalı mobil telefonun yaddaşından bərpa olunmuş məlumatlara baxış zamanı İİR vətəndaşı “Arayş Rezvan” ad-soyadlı şəxsin RF-in mərkəzi serverindən çəkilmiş kiril qrafikalı hərfləri ilə yazılmış fotoşəkilinin və digər anket məlumatlarının əks olunduğu fotoşəkil aşkar edilmişdir. Həmçinin mobil telefonun “Teleqram” tətbiqində “Təqsirləndirilən şəxs” kimi qeyd edilmiş +99***-***-**-** mobil nömrənin yaddaşda qeyd edilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon danışıqlarının kompüter açıqlamalarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə İran İslam Respublikasının mobil operatoruna məxsus +**********67 mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə danışıqların olması, eləcə də Təqsirləndirilən şəxs anası X4 istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid3 istifadəsində olmuş +99***- ***-**-** mobil nömrə arasında 2021-2022ilin yanvar ayının 07-dək mütəmadi telefon danışıqlarının olması, habelə Təqsirləndirilən şəxs anası Ramidə Hüseynovanın istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə İran İslam Respublikasının mobil operatoruna məxsus +**********31 mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, +**********83 mobil nömrə arasında isə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bir neçə dəfə telefon danışıqlarının olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı aşkar olunmuş kağız parçalarının üzərində DTX əməkdaşların aid mobil nömrələr, eləcə də İran xüsusi xidmət orqanlarına aid mobil nömrələr, habelə iş üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefonun bərpa edilmiş yaddaşına və mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S5” və “Bestel” markalı mobil telefonlara, eləcə də sonuncunun anası X5 məxsus “Samsung Galaxy A40” markalı mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs İran XXO əməkdaşları ilə əlaqəsinin olması, İran XXO əməkdaşının Təqsirləndirilən şəxs Rezvan Arayş ad-soyadlı şəxsin AR-dən tranzit olaraq RF-yə gedib-getmədiyinin və RF-dən deportasiya olunması faktının araşdırılması barədə tapşırıq verməsi, sonuncunun pasportunun fotoşəkilinin Təqsirləndirilən şəxs göndərilməsi, həmçinin Təqsirləndirilən şəxs verilən tapşırığı icra edərək İran XXO əməkdaşına bu barədə məlumat verməsi, habelə Təqsirləndirilən şəxs ilə İran XXO əməkdaşları arasında çoxsaylı danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş məlumatlardan və həmin məlumatlara əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ətrafında davam etdirilmiş əks-kəşfiyyat tədbirləri çərçivəsində sonuncu ilə gizli kontaktlar saxlayan İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X10 Korpusu - “SEPAH”-ın əməkdaşının xx.xx.1975-ci il təvəllüdlü X13 olması tam müəyyənləşdirilmişdir. İlkin araşdırma zamanı XXO əməkdaşının Azərbaycan Respublikasına müxtəlif pasport nömrələri və müxtəlif təvəllüdlərdə, habelə soyadının bir hərfini dəyişərək, yalnız Astara DSBM-dən keçib, 2003-2011-ci illərdə 9 dəfə ölkəmizə 15 dəqiqəlik və 9 saatlıq səfərlər etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına Hava Limanında DSBM-dən keçməklə Türkiyə Respublikasının Ankara şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara DSBM-dən keçərək Azərbaycan Respublikasına geri qayıtmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz RİH başçısının Qovlar şəhər İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1971-ci il təvəllüdlü anası – X8, 1994-cü il təvəllüdlü qardaşı – X17 və 2007-ci il təvəllüdlü bacısı – X12 ilə birlikdə ünvan 2-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaların maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində müxtəlif qeydlər olan 15 ədəd kağız parçaları, Təqsirləndirilən şəxs məxsus “Samsung S5” markalı mobil telefon və həmin telefona quraşdırılmış +99***-***-**-** mobil nömrəli sim kart maddi sübut kimi tanınmış və iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində İran XXO ilə əməkdaşlıq etmədiyini, dövləti haqqında digər hər hansı bir xarici ölkəyə məlumatlar vermədiyini, İran XXO onu Azərbaycan XXO əməkdaşı Günay Məmmədovaya bənzətdiklərini, İran XXO əlində olan zaman ona göstərilən təzyiqlərdən canını qurtarmaq üçün məcbur olub təqdim edilən sənədləri imzaladığını, lakin Azərbaycana qayıtdıqdan sonra dövlətinə zərər vuracaq məlumat ötürmədiyini, hər hansı cinayət əməli törətmədiyini, ümumiyyətlə də dövlətə xəyanət etmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində İran XXO nümayəndələri Həsən və Hacı Kərimin ona əməkdaşlıq etməyi təklif etdiklərini, razılıq verdikdən sonra sonuncuların ondan əməkdaşlığa dair İran İslam Respublikasının xüsusi xidmət orqanı “Ettelaat”-in adına ərizə aldıqlarını, ərizəsində Azərbaycan dilində Bakıda İran XXO-nun tapşırığına əsasən hər bir məlumatı toplayıb onlara verəcəyinə könüllü olaraq razılıq verdiyini, Türkiyə, Gürcüstan və Rusiyada onlarla görüşə gələcəyinə söz verdiyini, ərizəni imzalayıb təsdiq etdiyini, eləcə də öz barmaq izi ilə təsdiq etdiyini, İran XXO ilə məxfi əməkdaşlıq zamanı sonuncuların onun təxəllüsünün “Fariba” olacağını qeyd etdiklərini, Azərbaycanla bağlı verilən tapşırıqları icra edəcəyinə dair söz verdiyini, 2023-cü ilin sentyabr ayının əvvəllərində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”-ın Əkbər adlı əməkdaşı kimi özünü təqdim edən X7 onunla WhatsAppla danışan zaman DTX əməkdaşlarından birini məxfi əməkdaşlığa cəlb edəcəyi təqdirdə 500.000 ABŞ dolları pul verəcəklərini, Əkbərin ondan Araysh Rezvan adlı şəxsin TİR sürücüsü olduğunu, İran-Azərbaycan-Rusiya marşrutu üzrə işlədiyini və X14 girişinin məhdudlaşdırıldığını, deport olunduğunu, ona görə də İrandan Rusiyaya gedə bilmədiyini, həmin məsələni dəqiqləşdirmək üçün qardaşı oğlu kimi ona bildirdiyi Araysh Rezvanın Azərbaycan üzrə sərhədkeçməsini öz əlaqələri vasitəsi ilə yoxlamağını tapşırdığını, həmin tapşırığın icrası ilə əlaqədar Xızı rayon polis şöbəsində işləyən Elnur adlı tanışına zəng edərək sonuncudan Araysh Rezvan adlı şəxsin sərhədkeçməsini yoxlamasını xahiş etdiyini və Elnurun göndərdiyi məlumatı Əkbərə göndərdiyini, eləcə də Əkbərin İranla sərhədə Azərbaycan Respublikası ordusunun arsenalında olan İsrail istehsallı silah və hərbi texnikalar, PUA və dronların saxlanıldığı hərbi obyektlər, İsrailə məxsus hərbi bazalar, radiolokasiya sistemləri, İsraildə təlim keçən DTX əməkdaşları, tanıdığı DTX əməkdaşları tərəfindən maddi çətinliyi olan şəxslərin dairəsinin müəyyən edilməsi, Azərbaycanın Ermənistana münasibətdə hansı tədbirlər görəcəyi ilə maraqlanmaq və ona bildirmək barədə tapşırıq verdiyini etiraf etmişdir. Qeyd edilən ifadələrə dair dindirmə protokolların hamısından görünür ki, həmin ifadələr Vallidə Yusifovanın müdafiəçisinin iştirakı ilə alınmış, habelə ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid3 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni sonuncunun onda Araysh Rezvan adlı şəxsin sərhədkeçməsini yoxlamasını xahiş etməsini təsdiq etmişdir. O cümlədən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı üzərində Azərbaycan və fars dillərində müxtəlif qeydlər olan telefon nömrələri, İran İslam Respublikasının vətəndaşlarının adları və nömrələri, DTX əməkdaşlarının adları və mobil nömrələri qeyd olunmuş kağız parçalarının aşkar edilməsi, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S5” və sonuncunun anası Ramidə Hüseynovaya məxsus “Samsung Galaxy A40” markalı mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs İran XXO əməkdaşları ilə əlaqəsinin olmasının, İran XXO əməkdaşının Təqsirləndirilən şəxs Rezvan Arayş ad-soyadlı şəxsin AR-dən tranzit olaraq RF-yə gedib-getmədiyinin və RFdən deportasiya olunması faktının araşdırılması barədə tapşırıq verməsinin, sonuncunun pasportunun fotoşəkilinin Təqsirləndirilən şəxs göndərilməsinin, Təqsirləndirilən şəxs verilən tapşırığı icra edərək İran XXO əməkdaşına bu barədə məlumat verməsinin, eləcə də Təqsirləndirilən şəxs ilə İran XXO əməkdaşları arasında çoxsaylı danışıqların olmasının aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs məxsus mobil telefonun bərpa olunmuş yaddaşından 73 ədəd fotoşəkil və 12 ədəd səs yazısının aşkar edilməsi faktları - Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrin həqiqətə uyğun olmasını, eləcə də DTX əməkdaşları barədə ona məlum olan məlumatları, sonuncuların iş yerləri, mobil nömrələri və onlara aid fotoşəkilləri, xarici xüsusi xidmət orqanının nümayəndələri ilə olan yazışmaları, sonuncuların tapşırığı istiqamətinə fəaliyyəti, səs danışıqları, habelə Azərbaycan Respublikasının sərhəd-keçid buraxılış məntəqələrindən ölkə ərazisinə keçən şəxslər barədə məlumatları toplayaraq İran xüsusi xidmət orqanlarının nümayəndələrinə göndərməsini təsdiq edən dəlillər olmaqla, onun xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək sonunculara kömək etmə formalarında dövlətə xəyanət etməsini birbaşa təsdiq edən mötəbər sübutlardır. Belə olan halda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusarlar tam olaraq təkzib olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 240 (iki yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus üzərində müxtəlif qeydlər olan 15 ədəd kağız parçaları iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung S5” markalı mobil telefon və həmin telefona quraşdırılmış +99***-***-**-** mobil nömrəli sim kart Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 240 (iki yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus üzərində müxtəlif qeydlər olan 15 ədəd kağız parçaları iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Samsung S5” markalı mobil telefon və həmin telefona quraşdırılmış +99***-***-**-** mobil nömrəli sim kart Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-170/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver