Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-171/2021 17.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X19 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bərdə rayonu Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Nazırlı ərazi dairəsinin Qaratəpə kəndində qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonu Məmmədli kəndində yaşayan, 10 noyabr 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bərdə rayonunun Məmmədli kəndində qohumu X11 məxsus fərdi yaşayış evində yaşadığı müddətdə həmin evdə yaşayan Şahid2 ilə aralarında yaranmış yaxın münasibətlər barədə təxminən 07 noyabr 2020-ci il tarixdə sonuncunun anası X21 məlumat verdikdən sonra Sevda Hacıyevanın ona inanmayaraq təhqir etməsi və sonuncu dəfə 10 noyabr 2020-ci il tarixdə qohumlarının arasında rüsvay edəcəyi ilə hədələməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə Sevda Hacıyevanı öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 10 noyabr 2020-ci il tarixdə, saat 11:00 radələrində sözügedən evin yataq otağında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “3K” modelli, ”4657 H” №-li, xarici çaxmaqlı saz vəziyyətdə və atəş açmaq üçün yararlı, təklüləli, yivsiz odlu ov silahı olan tüfəngi götürərək patronla doldurub evin qonaq otağında Sevda Hacıyeva ilə təxminən 3-4 metr məsafədə üzbəüz dayanıb sonuncunun baş nahiyəsinə qəsdən bir dəfə atəş açaraq yuxu, üz arteriyalarının və çənə venasının zədələnməsi, çənə sümüyü, əng sümüyü, almacıq sümüyünün sınıqları ilə sağ qulaqaltıçeynəmə, boyun nahiyələrinin dəlib-keçən və kor odlu silah yaraları, kəskin qanitirmə ilə ölümlə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Sevda Hacıyevanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2012-ci ildə xalası oğlu Vüsal Rüstəmov ilə ailə qurmuş və həmin nikahdan Güloğlan adlı övladı dünyaya gəlmişdir. O, Vüsal Rüstəmov ilə öz razılığı əsasında könüllü şəkildə qaçmış, sonradan onunla rəsmi şəkildə nikaha daxil olmuşdur. Təxminən iki-üç il əvvəl əri Vüsal içkiyə qurşandığından və tez-tez qumar oynadığından onunla əri arasında münasibətlər pisləşmişdir. Bu səbəbdən o, ərindən boşanmaq qərarına gələrək Bərdə rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərindən boşandıqdan sonra valideynlərinin yaşadığı Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən evdə atası və anası, o cümlədən azyaşlı oğlu Güloğlan ilə birlikdə yaşamağa başlamışdır. Hadisədən təxminən doqquz ay əvvəl atası Güloğlan onu öz razılığı olmadan zorla tanımadığı, avtomobil təmiri ilə məşğul olmasını bildiyi bir nəfər şəxs ilə evləndirmək istəmişdir. Ancaq o, bu münasibətə razı olmadığına görə valideynlərinə xəbər vermədən Bərdə rayonu Qaratəpə kəndində yaşayan əmisioğlu Elməddin ilə əlaqə saxlamış və Elməddinə Bərdə rayonuna gəlmək istədiyini demişdir. Buna görə də Elməddin onu Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanımadığı avtobus sürücüsü ilə əlaqələndirib Bərdə rayonuna gəlməsini təmin etmişdir. O, Bərdə rayonuna gələn zaman azyaşlı oğlu Güloğlan Bakı şəhərində qalmışdır. Həmin vaxt onun üzərində yol pulu olmadığından o, Elməddinin vasitəçiliyi ilə Bərdə rayonuna gəlmiş və əmisioğlu onu avtomobili ilə qarşılayaraq yaşadığı evə aparmışdır. O, əmisi oğlunun evinə gəldikdən sonra əmisi Asif mobil telefon vasitəsilə atası Güloğlana zəng edərək onun artıq öz evlərində olduğunu və narahat olmamalarını bildirmişdir. Təxminən bir aydan az müddətdə əmisi Asif və əmisinin ailəsi ilə birlikdə yaşamış, əmisinin evində qaldığı günlərin birində atası Güloğlan kirvə kimi qohum olduğu Bərdə rayonu Məmmədli kəndində yaşayan Namiq Hacıyevə zəng edərək gəlib onu əmisinin evindən aparmasını xahiş etmişdir. Ancaq həmin vaxt onun özü Namiq Hacıyevin yaşadığı evdə qalmaq istəməmişdir. Buna səbəb onun özünü əmisinin evində daha rahat hiss etməsi olmuşdur. Bununla belə o, atasının sözünə əməl edərək Namiq Hacıyevin ailəsi ilə birlikdə yaşadığı evə köçmüş və hadisə baş verən günədək həmin evdə yaşamışdır. Namiq Hacıyevin ailəsi özündən, arvadı Sevdadan və oğlanları Ümid və Xanoğlandan ibarət olmuşdur. Həmin vaxtdan etibarən o, Namiq, Sevda və onların kiçik oğlu Ümid ilə birlikdə yaşamağa başlamışdır. Namiqin evində qaldığı təxminən doqquz aylıq müddət ərzində onun nə Namiqin özü, nə də ailə üzvləri ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. O, daim Namiqin özünə və ailə üzvlərinə hörmətlə yanaşmış, həmin evdə özünü onların ailə üzvü kimi hiss etmişdir. Ancaq təxminən beş ay əvvəl Namiq və Sevda evdə olmayan vaxt Xanoğlan onunla istəmədiyi halda yaxın münasibətdə olmuş, sonradan bu hal 2-3 dəfə təkrarən baş vermişdir. O, bu barədə Xanoğlanın valideynlərinə danışmaq istəsə də, Xanoğlan ona mane olaraq bu barədə valideynlərinə heç bir söz deməməsini, özünün bu məsələ ilə bağlı valideynləri ilə danışacağını söyləmişdir. Buna baxmayaraq, keçən müddət ərzində Xanoğlan ona verdiyi vədə əməl etməyərək onunla cinsi əlaqədə olması ilə bağlı valideynlərinə heç bir söz deməmişdir. Xanoğlan müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra o, bir neçə dəfə Xanoğlanın onunla yaxın münasibətdə olması barədə həm öz valideynləri, həm də Xanoğlanın valideynləri ilə danışmaq qərarına gəlmişdir. Nəhayət, təxminən hadisədən 3-4 gün əvvəl bu barədə Xanoğlanın anası Sevdaya məlumat vermişdir. Həmin vaxt onların yanında müharibə ilə əlaqədar Namiqin evində müvəqqəti yaşayan Jana adlı qız, Jananın Roza adlı, “Çömü” deyə çağırdıqları bacısı və Sevdanın adını xatırlamadığı bibisi də olmuşdur. Bu barədə ilk dəfə Sevdaya məlumat verən zaman Sevda ona belə bir şeyin mümkün olmayacağını, onun Xanoğlana şər atdığını söyləmişdir. Adlarını qeyd etdiyi qadınlar çıxıb getdikdən sonra Sevda istifadəsində olan mobil telefon vasitəsilə onu Xanoğlan ilə danışdırmışdır. Telefon danışığı zamanı Sevda oğlundan onunla arasında hər hansı cinsi əlaqənin olub-olmadığını soruşmuş, amma Xanoğlan yalandan and içməklə anasına aralarında heç bir münasibətin yaşanmadığını və onun yalan danışdığını demişdir. Həmin gün Namiq iş ilə əlaqədar getdiyi Zərdab rayonundan yaşadığı evə qayıdan zaman Sevda qeyd olunan məsələni açıb ərinə danışmışdır. Namiq isə onun sözlərinə inanaraq Xanoğlanın böyük səhv etdiyini, bu məsələni atası Güloğlandan heç cür gizlədə bilməyəcəyini bildirmiş və atası ilə danışacağını söyləmişdir. 10 noyabr 2020-ci il tarixdə gecə saatlarında Sevda ona pozğun, əxlaqsız olduğunu, onu da, atası da biabır edəcəyini demişdir. Hətta Sevda onun atasını ona düzgün tərbiyə vermədiyinə görə təhqir etmişdir. O isə Sevdaya həmişə öz namusunu qoruduğunu demişdir. X9 öz evində yaşayan bir qadın ilə cinsi əlaqədə olmaqdan utanmayan bir adam olmuşdur. Sevda isə bunun əvəzində onun pozğun qadın olmasını hamıya deyəcəyini, atasının qeyrəti varsa, həm onun, həm də özünün başına bir güllə vuraraq hər ikisini öldürməli olduğunu söyləmişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Sonra onlar mübahisəni qurtarıb yatmağa getmişlər. Hadisə baş verən gün, yəni 10 noyabr 2020-ci il tarixdə səhər saatlarında onunla Şahid1 arasında münaqişə yaranmışdır. Həmin vaxt Ümid atası Namiqin evdə qanunsuz olaraq saxladığı, təklüləli ov tüfəngini saxlanıldığı yerdən götürüb içərisində patronu daxil edərək ona tərəf tuşlamaqla qardaşı Xanoğlanın onunla cinsi əlaqədə olması ilə bağlı ittihamlarından imtina etməsini tələb etmişdir. Bu zaman yaranan təhqir və mübahisənin səsinə Sevda otağa daxil olub müdaxilə etmişdir. Həmin vaxt o, Ümidin əlində olan tüfəngin lüləsindən yapışıb tüfəngi Ümidin əlindən almaq istəyərkən atəş açılmış və ehtiyatsızlıqdan açılan atəş Sevdanı ağır yaraladığından Sevda hadisə yerində vəfat etmişdir. O isə qorxub evdən çıxıb tanımadığı taksi avtomobilinə əyləşərək əmisigilin yaşadığı evə getmiş və həmin gün axşam saatlarında Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Belə ki, ehtiyatsızlıqdan baş verən hadisə həm onun, həm də Ümidin tərəfindən törədilmişdir. Lakin Ümidi məsuliyyətdən azad etmək məqsədilə Namiq Hacıyev qohumlarından istifadə edərək istintaqın gedişinə təzyiqlər göstərmişdir. Bu səbəbdən o, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün yalan ifadələr vermiş və təzyiq altında əvvəlki ifadələrinə imza etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, Bərdə rayon Məmmədli kəndində anadan olmuş və ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. O, xırda ticarət ilə məşğul olaraq ailəsini dolandırmışdır. Arvadı Sevda ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Onun Güloğlan adlı kirvəsi vardır və kirvəsi Bakı şəhərində yaşayır. Kirvəsi Güloğlanın 3 qız övladı olmuşdur. Həmin qızlardan ən kiçiyi Təqsirləndirilən şəxsdır. Nərmin əvvəl Vüsal adlı şəxs ilə ailə qurmuş və həmin nikahdan 1 oğlan övladı dünyaya gəlmişdir. Ancaq bir neçə il əvvəl Nərmin əri Vüsaldan boşanaraq atasının evinə qayıtmışdır. Hadisənin baş verməsindən təxminən 8 ay əvvəl Güloğlan mobil telefon vasitəsilə ona zəng edərək qızı Nərmini öz evinə aparmasını xahiş etmişdir. O da kirvəsi ilə razılaşıb Nərmini əmisi Asifin yaşadığı Qaratəpə kəndində yerləşən evdən götürüb yaşadığı evə gətirmişdir. Həmin vaxtdan Nərmin onlarla birlikdə yaşamağa başlamışdır. Nərmin ilə onun özü və ailə üzvləri arasındakı münasibətlər həmişə yaxşı olmuş, Nərmin artıq onların ailəsinin bir üzvünə çevrilmişdir. Nərmin ev işlərində arvadı Sevdaya köməklik göstərmişdir. Gecələr isə özü, böyük oğlu Xanoğlan və kicik oğlu Ümid evin bir yataq otağında, Sevda və Nərmin isə digər yataq otağında yatmışlar. Nərmin və atası Güloğlan bir-birlərini danışdırmamışlar. 09 noyabr 2020-ci il tarixdə axşam saatlarında Sevda ondan Nərminin nə vaxta kimi onların evində qalacağını soruşmuş, Nərminin artıq öz evinə getməli olduğunu demişdir. O isə arvadına yaxın günlərdə Nərmini atasının evinə aparacağımı bildirmişdir. Bundan başqa Nərminin özü də dəfələrlə ondan atası Güloğlan ilə barışdırmasını xahiş etmişdir. Ancaq o, bu barədə Güloğlandan xahiş etməsinə baxmayaraq, sonuncu qızı Nərmini bağışlamayacağını bildirmişdir. 10 noyabr 2020-ci il tarixdə saat 03:00 radələrində o, malqara alveri ilə əlaqədar İmişli rayonunda yerləşən mal bazarına getmişdir. Həmin vaxt evdə arvadı Sevda, oğlu Ümid və Nərmin qalmışdır. O, evdən çıxmazdan əvvəl Sevda yuxudan oyanıb ona yemək vermiş və yenidən yatmışdır. Həmin gün təxminən saat 11:00 radələrində mal bazarında olarkən oğlu Ümid istifadəsində olan 050 979 77 91 mobil nömrəsindən onun istifadəsində olan 050 575 27 51 mobil nömrəsinə zəng edərək anasının yaşadıqları evin qonaq otağında uzanıqlı vəziyyətdə olmasını və heç bir hərəkət etməməsini, həmçinin evə gələrkən evin qapısının bağlı olmasını, açarın isə qapının üzərində olmamasını demişdir. O, Ümidə camaatı çağrımasını bildirmiş və dərhal avtomobilinə əyləşib Bərdə rayonuna doğru hərəkətə başlamışdır. Ümid 20 dəqiqə sonra yenidən ona zəng edərək anasının öldüyünü, başında yara olduğunu və döşəmənin qana bulaşdığını bildirmişdir. O, təxminən 1 saat yarım sonra yaşadıqları evə çatmış və evin darvazası önündə və həyətində çoxlu insanların toplaşdığını görmüşdür. Sonra evə daxil olub arvadı Sevdanın meyitinin evin qonaq otağının baş tərəfində döşəmə üzərində olduğunu, atası Siyahətdən ona yadigar qalmış tüfəngin isə həmin otağın giriş qapısından sol tərəfdə yerdə olduğunu görmüşdür. Həmin tüfəng təklüləli olmuş və qundaq hissəsində çat olduğuna görə əvvəllər izolent ilə bağlanmış vəziyyətdə olmuşdur. O, həmişə tüfəngi yataq otağının giriş qapısından sağ tərəfdəki kreslonun yanında saxlamış və tüfəngi həyətə gələn tülkü və çaqqalı qovalamaq üçün istifadə etmişdir. Həmin vaxt o, arvadının həmin tüfəngdən açılmış atəş nəticəsində öldüyünü başa düşmüşdür. Hadisə baş verən zaman isə evdə Sevda və Nərmindən başqa heç kim olmamışdır. Ancaq o, Nərminin arvadı Sevdanı öldürməsinin səbəbini bilməmişdir. Hadisə baş verənədək evdə 9-10 ədəd patron olmuş, o, həmin patronları da tüfəngin yanında saxlamışdır. Lakin o, heç vaxt tüfəngin içərisində patron saxlamamış, əvvəllər özündən başqa heç kim tüfəngi əlinə almamışdır.Bundan başqa o, özü və ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir ədavət və ya düşmənçilik olmadığını, yaşadığı evin yataq otağına baxış keçirilən zaman götürülmüş 8 ədəd patronu həmin otaqdakı kreslonun yanında saxladığını, patronların giriş qapısından sol tərəfdə stolun üzərində səliqə ilə düzülməsi barədə heç bir şey bilmədiyini, Təqsirləndirilən şəxs ona məxsus tüfəngin hadisənin baş verdiyi otaqdakı stolun üzərində olması və hadisədən əvvəl tüfəngi stolun üzərini təmizləmək üçün götürmək istəyərkən qəflətən atəş açılması və güllənin arvadı Sevdanın baş nahiyəsindən dəyməsi ilə bağlı düzgün olmayan məzmunda ifadə verdiyini, belə ki, tüfəngi yaşadığı evin qonaq otağındakı stolun üzərində deyil, yataq otağındakı kreslonun yanında saxladığını, həmçinin tüfəngin içərisində heç zaman patron saxlamadığını, Təqsirləndirilən şəxs tüfəngi özünün saxlanıldığı yerdən götürüb patronu içərisində daxil edərək arvadı Sevdaya qəsdən atəş açmaqla onu öldürdüyünü bildirmişdir.Nərminin onun oğlu Xanoğlanla münasibətinin olması barədə onun dav məlumatının olması, bu barədə Sevda ilə mübahisə etməsi barədə dedikli həqiqətə uyğun deyildir. Hadisə zamanı Xanoğlan müharibə ilə əlaqədan səfərbərlikdə olmuşdur. Təqsirəldirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsı atası Namiq Hacıyev, böyük qardaşı Şahid2 və baş vermiş hadisə nəticəsində ölmüş anası Sevda Hacıyevadan ibarət olmuşdur. Qardaşı Xanoğlan 2020-ci ilin sentyabr ayının sonlarında məlum müharibə səbəbindən ölkədə elan edilmiş səfərbərliyə çağırılmışdır. Təxminən doqquz ay əvvəl atasının kirvə kimi qohum olduğu Güloğlanın qızı Təqsirləndirilən şəxs əmisi Asifin yaşadığı Bərdə rayonu Qaratəpə kəndindən onların yaşadıqları evə köçmüş və hadisə baş verən günədək onların evində yaşamışdır. Nərmin onlarla birlikdə yaşadığı müddət ərzində nə özü, nə də ailə üzvləri ilə Nərmin arasında heç bir düşmənçilik və ədavət olmamış, Nərmin onların evində mehriban şəkildə yaşamışdır. O, həmişə Nərminə bacı münasibəti bəsləmiş və onlar bir-birləri ilə mehriban olmuşlar. Nərmin onların evdə yaşadığı dövrdə demək olar ki ailə üzvünə çevrilmiş, ailə üzvləri ilə həmişə mehriban yola getmiş və ev işlərində anası Sevdaya köməklik göstərmişdir. Nərmin gecələr tək şəkildə evin yardımçı otağında gecələmiş, o, digər otağın küncündə, anası və atası isə birlikdə evin yataq otağında yatmışdır. 10 noyabr 2020-ci il tarixdə təxminən saat 03:00 radələrində atası özünə məxsus olan “Qazel” markalı yük avtomobili ilə İmişli rayonuna müştəri aparmışdır. O isə həmin gün təxminən saat 08:00 radələrində yuxudan oyanıb ailəsinə məxsus mal-qaranı novbata çıxarmışdır. Təxminən bir saat sonra anası Sevda istifadəsində olan 050 977 31 98 mobil nömrəsindən onun istifadəsində olan 050 979 77 91 mobil nömrəsinə zəng edib boz rəngli “VAZ-2106” markalı avtomobil ilə kənd ərazisində dolanaraq meyvə-tərəvəz satmaqla məşğul olan, adını bilmədiyi şəxsin kəndə gəldiyini və həmin şəxsi meyvə-tərəvəz almaq üçün yaşadıqları evin darvazası qarşısına gətirməsini ondan xahiş etmişdir. O da həmin şəxsi tapıb evlərinin yerləşdiyi yeri nişan verməklə özü də piyada şəkildə yaşadığı evə gəlmişdir. Anası Sevda darvazanın qarşısında meyvə-tərəvəz aldıqdan sonra onunla birlikdə evin mətbəx otağına gəlmişdir. Həmin vaxt o, otaqdakı stula əyləşib anasından çay verməsini istəmişdir. Nərmin isə həmin vaxt yatdığı otaqda olmuşdur. O, çayı içdikdən sonra evdən çıxıb kənd ərazisində Süleyman adlı şəxsin işlətdiyi ərzaq dükanının qarşısına yollanmışdır. Dükanın qarşısında kənd sakinləri Sərxan, Garay və Ziyəddin ilə domino oynayıb təxminən saat 11:00 radələrində yenidən yaşadığı evə qayıtmışdır. Həyətin darvazasından içəri daxil olduqdan sonra evin yaşıl rəngli, dəmir qapısına yaxınlaşıb qapının dəstəyindən tutmaqla qapını açmaq istəmişdir. Ancaq qapının bağlı olmasını görüb əvvəlcə, anasının Nərmin ilə birlikdə evdən çıxıb hara isə getdiyini fikirləşmiş və bu səbəbdən mobil telefon vasitəsilə anasına zəng etmişdir. Lakin həmin vaxt içəridən anasının mobil telefonunun zəngini eşidərək anasının telefonunu evdə unutduğunu düşünmüşdür. Ona görə də evin arxa tərəfinə gedib pəncərədən anasını və Nərmini səsləmişdir. Heç kəsin cavab vermədiyini görüb evin yan tərəfində tor vurulmuş yerə yaxınlaşmış və yenidən anasının mobil telefonuna zəng etmişdir. Lakin bu dəfə də telefonun zəng səsinin eşidilməsinə baxmayaraq zəng cavabsız qalmşdır. Sonra o, evin yan tərəfində heyvanlara yem atmaq üçün istifadə edilmiş dəlikdən boylanıb içəri baxmışdır. Bu zaman qaz sobasının işlədiyini, üzərində çaydanın qaynadığını görmüşdür. Diqqətlə baxdıqda isə anasının ayağını görüb onun yerə yıxıldığını bilmişdir. Buna görə dərhal əmisi Natiqin arvadı Məhbubənin istifadəsində olan 050 425 13 66 mobil nömrəsinə zəng etmişdir. Məhbubə telefona cavab verən zaman o, anasının yıxıldığını demiş və təcili şəkildə gəlmələrini bildirmişdir. Bunun ardınca dərhal atası Namiqin istifadəsində olan 050 575 27 51 mobil nömrəsinə zəng edib anasının evin qonaq otağında uzanıqlı vəziyyətdə olması və heç bir hərəkət etməməsi, həmçinin, evin qapısının bağlı olması, açarın isə qapının üzərində olmaması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Məhbubə və oğlu Baloğlan qaça-qaça təlaşlı şəkildə həyətə daxil olmuşlar. O, Baloğlana qapının bağlı olduğunu demişdir. Buna görə əmisioğlu yumruq zərbələri ilə giriş qapısının yanındakı qəhvəyi rəngli taxta çərçivəli pəncərənin şüşələrini sındırmış və əvvəlcə Baloğlan, ardınca onun özü, arxasınca isə əmisinin arvadı Məhbubə pəncərədən içəri daxil olmuşlar. O, içəri daxil olduqdan sonra otağın baş tərəfinə gedib anasının üzü üstə hərəkətsiz vəziyyətdə döşəmə üzərinə yıxıldığını və ətrafının qan olduğunu, Nərminin isə evdə olmadığını görmüşdür. Sonra Baloğlan ilə birlikdə anasını arxası üstdə çevirməklə üzünün qana bulaşdığını görmüşdür. Həmin vaxt artıq anasının öldüyünə əmin olmuşdur. Buna görə də Baloğlan evin otaqlarının birindən örtük gətirməklə anası Sevdanın meyitinin üzərini örtmüşdür. Sonra o, şüşələri sındırılan pəncərənin qarşısında döşəmənin üzərində ov tüfəngini görmüşdür. Həmin tüfəng atasına ya atasından, ya da babasından yadigar qalmışdır. Tüfəngə yaxınlaşıb baxdıqda tüfəngin içərisində bir ədəd patronun olduğunu müəyyən etmişdir. Həmin patronlardan sayını bilməmiş, çox vaxt yaşadıqları evin yataq otağındakı kreslonun üzərində, tüfəng isə həmişə həmin otağın qapısının arxa tərəfində saxlanılmışdır. Sonra həmin silahı qundaq hissəsindən tutaraq təxminən 1-2 metr döşəmə üzərində sürüyüb yan tərəfə çəkmişdir. Anasının ölməsinə əmin olub qışqırdığı üçün həyətə çoxlu sayda kənd sakinləri, qohum-qonşular toplaşmışdır. Bir qədər sonra isə hüquq mühafizə orqanlarının əməkdaşları yaşadığı evə gəlmişlər. O, baş vermiş hadisə yerinə baxış keçirilməsində iştirak edərək silahın və patronların saxlanıldığı yeri prokurorluq əməkdaşlarına göstərmişdir. Bundan başqa o, əvvəllər Təqsirləndirilən şəxs ilə anası Sevda Hacıyeva arasında heç bir mübahisə və ya münaqişənin baş vermədiyini, atası Namiq Hacıyevin həmin silahdan vəhşi heyvanları qorxutmaq üçün istifadə etdidiyini, ancaq heç vaxt silahın içərisində patron olmasını görmədiyini, tüfəngə patron doldurmağı bacarmadığını və hadisənin törədilməsində istifadə edilmiş tüfəngdən əvvəllər istifadə etmədiyini bildirmişdir. Nərmin Mehrəliyevanın ifadəsində göstərdikləri yəni, tüfəngi onun götürüb Nərminə tuşlayaraq qardaşı Xanoğlan haqqında dediklərindən imtina etməsi, bu zaman Nərminin tüfəngi onun əlindən almaq istəyərkən ehtiyyatsızlıqdan atəş açılaraq anası Sevdaya dəyməsi barədə söylədiklərinin yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsi atası Namiq Hacıyev, kiçik qardaşı Şahid1 və hadisə nəticəsində ölmüş anası Sevda Hacıyevadan ibarət olmuşdur. O, 29 sentyabr 2020-ci il tarixdə məlum müharibə səbəbindən ölkədə elan edilmiş səfərbərliyə çağırılmış və həmin tarixdə hərbi xidmətə yollanmış, həmin tarixdən sonra heç vaxt Bərdə rayonuna qayıtmamışdır. Təxminən doqquz ay əvvəl atasının kirvə kimi qohum olduğu Güloğlanın qızı Nərmin əmisi Asifin yaşadığı Bərdə rayonu Qaratəpə kəndindən onların evinə köçmüş və hadisə baş verən günədək onların evində yaşamışdır. Nərmin onlarla birlikdə yaşadığı müddətdə nə özü, nə də ailə üzvləri ilə Nərmin arasında heç bir düşmənçilik və ədavət olmamış, Nərmin həmin evdə mehriban şəkildə yaşamışdır. O, həmişə Nərminə bacı münasibəti bəsləmiş və bir-birləri ilə mehriban yola getmişlər. Nərmin onların evində yaşadığı dövrdə demək olar ki ailə üzvünə çevrilmiş və ev işlərində anası Sevdaya köməklik göstərmişdir. Nərmin gecələr tək şəkildə evin yardımçı otağında gecələmiş, onun özü qardaşı Ümid ilə birlikdə evin digər otağında, anası və atası isə evin yataq otağında yatmışlar. 10 noyabr 2020-ci il tarixdə təxminən saat 12:00-13:00 radələrində qardaşı Ümid istifadəsində olan mobil telefon vasitəsilə ona zəng etmişdir. Həmin vaxt o, Ümidin səsindən pis bir hadisə baş verdiyini hiss etmişdir. Bu səbəbdən danışıb qurtardıqdan sonra rahat olmadığı üçün özü dərhal Ümidin mobil telefonuna zəng edib nə baş verdiyini soruşmuşdur. Ümid, əvvəlcə nə baş verdiyini demək istəməsə də, onun təkidlərindən sonra Nərminin evdə olan tüfənglə anası Sevdanı öldürdüyünü demişdir. Həmin tüfəng atasına ya atasından, ya da babasından yadigar qalmışdır. Tüfəng, o cümlədən sayını dəqiq bilmədiyi patronlar çox vaxt yaşadığı evin yataq otağındakı kreslonun üzərində, tüfəng isə adətən ya çarpayının altında, ya həmin otağın giriş qapısının arxa tərəfində saxlanılmışdır. O, hadisəni öyrəndikdən sonra dərhal xidmət etdiyi hərbi hissəyə hadisə barəsində məlumat verərək icazə almış və ertəsi gün, yəni 11 noyabr 2020-ci il tarixdə Bərdə rayonu Məmmədli kəndində yerləşən evlərinə gəlmişdir. Atasından və qardaşından hadisənin necə və hansı şəraitdə baş verdiyini soruşan zaman onlar hadisə vaxtı evdə olmadıqlarını, buna görə də Nərminin anasını konkret olaraq hansı səbəbdən öldürməsini bilmədiklərini demişlər. Ancaq hələ də Təqsirləndirilən şəxs anasını hansı səbəbdən öldürməsini bilməmişdir. Bundan başqa o, Nərmin Bərdə rayon prokurorluğuna hadisədən təxminən beş ay əvvəl valideynləri evdə olmayan vaxt onunla istəmədiyi halda yaxın münasibətdə olması, sonradan bu halın iki-üç dəfə təkrar olunması, özü bu barədə valideynləri ilə danışmaq istəsə də, onun Nərminə mane olaraq bu məsələ ilə bağlı valideynləri ilə özünün danışacağını söyləməsi ilə bağlı düzgün olmayan məzmunda ifadə verdiyini, belə ki, heç vaxt Nərmin ilə yaxın münasibətdə olmadığını, bununla bağlı deyilənlərin tamamilə şər-böhtan olduğunu, hadisədən təxminən üç-dörd gün əvvəl anasının istifadəsində olan mobil telefon vasitəsilə zəng edib ondan Nərmin ilə hər hansı münasibətdə olub-olmamasını soruşduğunu, həmin vaxt da anasına Nərmin ilə arasında heç bir münasibətin olmamasını və sonuncunun yalan danışmasını dediyini bildirmişdir. Sonra anasından telefonu Nərminə verməsini xahiş edib Nərminlə danışdığını, həmin telefon danışığı zamanı sonuncudan nə üçün yalan danışmasını soruşduğunu, Nərminin isə ona “Mən bilirəm sənə nə edəcəm. Görəcəyik” deməklə söhbəti sonlandırdığını, bundan sonra bir daha heç vaxt Nərmin ilə əlaqə saxlamadığını söyləmişdir. Həmçinin o, hadisənin törədilməsində istifadə edilmiş, yaşadıqları evdə saxlanılan silahdan əvvəllər biriki dəfə vəhşi heyvanları qorxutmaq məqsədilə istifadə etdiklərini, bildiyi qədəri ilə, anası Sevda ilə Nərmin arasında həmişə mehriban münasibət olduğunu və onlar arasında heç vaxt mübahisə və ya münaqişənin baş vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mərhum Sevda Hacıyeva əmisi Namiq Hacıyevin arvadı olmuşdur. 10 noyabr 2020-ci il tarixdə saat 10:00 radələrində o, kəndin mərkəzindəki dükanın qarşısında digər əmisi Natiqin oğlu Baloğlan ilə birlikdə dayanarkən əmisinin arvadı Məhbubənin qaça-qaça dükanın qarşısından keçib Namiqgilin evinə doğru getdiyini görmüşdür. Bu zaman Məhbubə tez-tez “Ay Sevda, Ay Sevda...” deyərək qışqırmış və sürətlə əmisi Namiqin evi istiqamətində qaçmışdır. Bunu görən Baloğlan nə isə bədbəxt hadisənin baş verdiyini düşündüyündən cəld anasının arxasınca yüyürməyə başlamışdır. Buna görə o da Baloğlanın ardınca həmin ev istiqamətində qaçmışdır. Əmisi Namiqin yaşadığı evin darvazası önünə çatanda kiçik əmisioğlu Ümidin orada oturub ağladığını görmüşlər. Həmin vaxt Ümiddən nə baş verdiyini soruşarkən, Ümid onlara evin qapısının bağlı olduğunu və pəncərədən içəri baxanda anası Sevdanın yerdə hərəkətsiz vəziyyətdə uzanmasını gördüyünü demişdir. Sonra Baloğlan pəncərəyə yaxınlaşıb yumruq zərbələri ilə giriş qapısının yanındakı qəhvəyi rəngli taxta çərçivəli pəncərənin şüşələrini sındırmış və əvvəlcə özü, ardınca Ümid və Məhbubə pəncərədən içəri daxil olmuşlar. Bundan sonra onun özü də pəncərədən keçməklə evə daxil olmuşdur. Otağın baş tərəfinə gedib əmisi Namiqin arvadı Sevdanın üzü üstdə hərəkətsiz vəziyyətdə döşəmə üzərinə yıxıldığını və ətrafının qan olduğunu görmüşdür. Bu zaman Baloğlan və Ümid meyiti arxası üstdə çevirmiş və onlar döşəmənin üzərinin qana bulaşdığını görmüşlər. Həmin vaxt artıq Sevda nın öldüyünə əmin olmuşlar. Buna görə də o, Baloğlan ilə birlikdə evin yataq otağından örtük gətirməklə meyitin üzərini örtmüşdür. Bundan sonra Ümid evin giriş qapısının yanındakı pilləkənin kənarına söykənmiş vəziyyətdə qoyulmuş tüfəngi əlinə alıb göstərmiş və anasının evlərində yaşayan Nərmin adlı qız tərəfindən həmin tüfəng vasitəsilə öldürüldüyünü demişdir. Bundan sonra Ümid tüfəngi qundaq hissəsindən tutaraq döşəmə üzərində sürüyüb yan tərəfə çəkmiş və qışqırdığı üçün həyətə çoxlu sayda kənd sakinləri, qohum-qonşular toplaşmışdır. Bir qədər sonra isə hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 10.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Məmmədli qəsəbəsində yerləşən X8 ailə üzvləri ilə birlikdə yaşadığı evin otağıdır. Baxış zamanı hadisə yerindən 01 ədəd tüfəng, 01 ədəd tıxac, 08 ədəd patron, 05 ədəd pambıq tamponda qanabənzər nümunələr və X21 məxsus 01 ədəd mobil telefon götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» 10.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X20 meyiti üzərində çoxsaylı xəsarətlər olması müəyyən edilmiş və ona məxsus olan 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 ədəd idman şalvarı, 01 ədəd qolsuz mayka, 01 ədəd büstqalter, o cümlədən 02 ədəd qırma götürülmüşdür. «Silaha baxış keçirilməsi haqqında» 10.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs İsa qızının hadisənin törədilməsində istifadə etdiyi bir ədəd silah təklüləlidir, üzərində “4657 H” nömrəsi qeyd olunmuşdur. Silaha baxış zamanı içərisindən 01 ədəd giliz aşkar edilərək götürülmüşdür. «Mobil telefona baxış keçirilməsi haqqında» 10.11.2020-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olmuş “Mi” markalı mobil telefonu ön və arxa tərəflərdən qara rənglidir, sensorlu mobil telefondur.Həmin telefonun “kontakt” menyusuna, həmçinin “gələn-gedən zənglər” “mesajlar” menyularına, o cümlədən “WhatsApp” sosial şəbəkəsinə daxil olduqda sübut əhəmiyyətli heç bir yazıya rast gəlinmədi. “Diskə baxış keçirilməsi haqqında” 14.12.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı faylarının heç birinin içərisindən sübut əhəmiyyəti kəsb edən heç bir yazı, qeyd və sair aşakar edilmədi. «Götürmə aparılması haqqında» 10.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd uzunqol köynək və 01 ədəd idman şalvar götürülərək qablaşdırıldı. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. "Üzləşdirmə haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı onunla cinsi əlaqədə olmaqla şərəfini alçaltdığını, bununla hislərinə toxunduğunu, bundan başqa onu aldadaraq valideynlərinə onunla yaxın münasibətdə olması barədə heç nə demədiyindən bu barədə özünün Şahid2 valideynlərinə məlumat verdiyini, bu zaman mərhum Sevda Hacıyevanın ona belə bir şeyin mümkün olmayacağını, oğluna şər atdığını deyib həmin günlərdə istifadəsində olan mobil telefon vasitəsilə onu oğlu Şahid2 ilə danışdırdığını, ancaq sonuncunun mobil telefonda onunla aralarında olan yaxın münasibəti boynuna almadığını, bu səbəbdən Sevda Hacıyevanın onu pozğun adlandırıb özünü və atasını biabır edəcəyini dediyini, bütün bunlar onun şərəf və ləyaqətini alçaltdığından, yəni Şahid2 onun namusuna toxunmasına baxmayaraq mərhumun öz oğlunu müdafiə etməsi, üstəlik onu təhqir etməsi səbəbindən əsəbiləşdiyini və evdə saxlanılan tüfəngi götürüb atəş açmaqla Sevda Hacıyevanı öldürdüyünü bildirmişdir. "Üzləşdirmə haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, şahid X19 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Namiq Hacıyevin üzünə qarşı oğlu Şahid2 onunla yaxın münasibətdə olduğunu, ancaq sonuncunun bununla bağlı valideynləri Sevda Hacıyevaya və Namiq Hacıyevə heç bir şey demədiyini görüb bu barədə söhbəti özünün açdığını, yəni Namiq Hacıyevin, oğlu Şahid2 onunla yaxın münasibətdə olması ilə bağlı məlumatlı olduğunu bildirmişdir. "Üzləşdirmə haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı Namiq Hacıyevin böyük oğlu Şahid2 bir gün evdə ailə üzvlərindən heç biri olmayan zaman bundan istifadə edib iradəsinə zidd olaraq zor tətbiq etməklə onunla cinsi əlaqədə olduğunu, bundan sonra ondan bu barədə heç kimə bildirməməsini tələb etdiyini və onu sevməsi, tezliklə onunla ailə quracağı ilə bağlı inandırdığını, buna görə də qısa müddət ərzində Şahid2 ilə bir neçə dəfə cinsi əlaqədə olsa da, sonuncunun verdiyi vədləri yerinə yetirməyərək aralarında baş verənləri ailə üzvlərinə danışmadığını, həmin vaxt davam edən müharibə ilə əlaqədar səfərbərliyə çağırıldıqdan sonra Şahid2 ilə arasında yaşananları Sevda Hacıyevaya danışdığını, Sevda Hacıyevanın isə ona inanmayıb böyük oğlunu müdafiə edərək əri Namiq Hacıyevə və kiçik oğlu Şahid1 hadisəni öz mülahizələrinə uyğun şəkildə nəql etdiyini, özü bu barədə Namiq Hacıyevə danışdıqdan sonra isə sonuncunun ona qismən inansa da, heç bir münasibət bildirməyərək bu məsələni boş buraxdığını, Sevda Hacıyevanın kiçik oğlu Şahid1 təsir edərək ona qarşı mövqe yaratdığını, Şahid2 onu zorakılığa məruz qoymaqla aldatması barədə tələblərini davam etdirdiyi üçün Sevda Hacıyevanın onu əlaqələrini kəsərək evdən buraxmadığını, mobil telefonunu əlindən aldığını və ittihamlarından əl çəkməyəcəyi halda onu qohumları arasında biabır edəcəyini söylədiyini, təkidlə Şahid2 səfərbərlikdən qayıdan kimi bu məsələni həll etməsini tələb etdiyini, hadisə günü onunla Şahid1 arasında münaqişə yarandığını, belə ki, sonuncunun atası Namiq Hacıyevin evdə qanunsuz olaraq saxladığı, təklüləli ov tüfəngini çıxarıb içərisinə patronu daxil edərək ona tərəf tuşlamaqla qardaşı Şahid2 onunla cinsi əlaqədə olması ilə bağlı ittihamlarından imtina etməsini tələb etdiyini, bu zaman yaranan təhqir və mübahisənin səsinə Sevda Hacıyevanın otağa daxil olub müdaxilə etdiyini, həmin vaxt özünün Şahid1 əlində olan tüfəngin lüləsindən yapışıb tüfəngi əlindən almaq istəyərkən atəş açıldığını və ehtiyatsızlıqdan açılan atəş Sevda Hacıyevanı ağır yaraladığından hadisə yerində vəfat etdiyini, beləliklə, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, hadisənin törədilməsində həm özünün, həm də Şahid1 iştirakı olduğunu, ancaq Şahid1 məsuliyyətdən azad etmək məqsədilə Namiq Hacıyevin qohumlarından istifadə edərək istintaqın gedişinə təzyiqlər göstərdiyini bildirsə də, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı hadisə zamanı evdə olmadığını, bu səbəbdən hadisənin hansı şəraitdə baş verməsini görmədiyini, hadisənin baş verdiyi saatda kənd ərazisində yerləşən Süleyman adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kənd sakinləri olan tanışları ilə domino oynamaqla məşğul olduğunu, onun həmin yerdə olmasını tanışlarının da təsdiq edə biləcəklərini, silahın içərisinə patron doldurmağı və silah ilə rəftar etməyi bacarmadığını, əvvəllər heç vaxt yaşadığı evin yataq otağında saxlanılan silah ilə rəftar etmədiyini, həmin silaha patron doldurmadığını və heç vaxt silahdan atəş açmadığını, hazırda da silaha patron doldurmağı və atəş açmağı bacarmadığını deməklə sonuncunu ifşa etmişdir. Şahid1 üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 12.11.2020-ci il tarixli 987 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Maddi sübutların ekspertizasının 18 dekabr 2020-ci il tarixli 902/2020-MTBŞ saylı rəyindən görünür ki, X20 AB0 sistemi üzrə qrup göstəricisi şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən A(İİ)-dir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim edilmiş Sevda Hacıyevaya məxsus uzunqol kofta, qolsuz idman gödəkçəsi, idman şalvarı, mayka, büstqalter və hadisə yerindən götürülmüş 05 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiqa edildikdə yalnız “A” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən X21 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı və uzunqol kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Meyitin ekspertizasından 10.11.2020-ci il tarixli 83 saylı rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə laborator müayinə cavablarına (məhkəmə-kimyavi, məhkəmə-bioloji, məhkəmə-histoloji, məhkəmə-tibbi kriminalistik) əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X3 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər – yuxu, üz arteriyalarının və çənə venasının zədələnməsi, çənə sümüyü, əng sümüyü, almacıq sümüyünün sınıqları ilə sağ qulaqaltı-çeynəmə, boyun nahiyələrinin dəlib-keçən və kor odlu silah yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin xarakterinə, formasına, morfoloji əlamətlərinə əsasən demək olar ki, bu yaralar patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmişdir, müddəti 10 noyabr 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir. X3 ölümünə səbəb sağ qulaqaltıçeynəmə və boyun nahiyələrinin odlu silah yaralanması nəticəsində üz, yuxu arteriyalarının, çənə venasının zədələnməsi ilə baş vermiş kəskin qanitirmə olmuşdur. X3 meyitinin bədəni üzərində olan xəsarətlər dəlib-keçən kor odlu silah yaralarına aiddir, yara kanalının istiqaməti sağdan soladır. X5 atəş atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmışdır. Atəş açan şəxs hadisə zamanı ona qarşı müxtəlif vəziyyətlərdə (üzbəüz, sağ yan tərəf və s.) ola bilər. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-3 saat olar baş vermişdir. X3 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan 02 ədəd tamponun tədqiqi zamanı spermatozoidlər tək-tək aşkar olunmuşdur. Məhkəmə-ballistik ekspertizasının 23 dekabr 2020-ci il tarixli 3/1943; 3/1944 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah – zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğun uzunluğu 70 mm olan, “3K” modelli, “4657 H” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron – zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz – zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir – gilizidir. Həmin giliz təqdim edilmiş “3K” modelli, ”4657 H” №-li tüfəngdən atılmışdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd qırma – hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir – qırmalardır. Həmin qırmaların üzərindəki atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “3K” modelli, “4657 H” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastik predmet – hamarlüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissəsidir, tıxacdır. Həmin tıxacın üzərindəki atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun “3K” modelli, “4657 H” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. Təqdiqata təqdim edilmiş üzərində “Sevda Hacıyevaya” məxsus olduğu qeyd edilən bir ədəd jilet və bir ədəd uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, geyim əşyaları üzərində olan zədələr giriş zədələri olmaqla, hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində 2 metrdən yuxarı məsafədən, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Sevda Hacıyevaya” məxsus olduğu qeyd edilən bir ədəd qolsuz, uzun mayka, bir ədəd büstqalter, bir ədəd idman şalvarı və üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin – qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Sevda Hacıyevaya” məxsus olduğu qeyd edilən bir ədəd qolsuz, uzun mayka, bir ədəd büstqalter və bir ədəd idman şalvarının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən və Təqsirləndirilən şəxs əllərindən silinərək götürülmüş tamponlardan atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Bu faktorlar silahın lülə kanalından aşkar edilən tam yanmamış, tüstüsüz barıt hissəcikləri ilə qrupuna və növünə görə eynilik təşkil edir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19.01.2021-ci il tarixli 32 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin 19 yanvar 2021-ci il tarixli 43 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 10.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 noyabr 2020-ci ildən hesablanmışdır. X31 Dispanserinin 13.11.2020-ci il tarixli 1091 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Bərdə Mərkəzi Rayon Xəstəxanasının 21.11.2020-ci il tarixli 5/530 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs son altı ayda Bərdə Mərkəzi Rayon Xəstəxanasına hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmişdir. Bərdə Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində son üç il ərzində təqsirləndirici material daxil olmamışdır. Bərdə Rayon Polis Şöbəsinin 26.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin barəsində təqsirləndirici material daxil olmamışdır. Bərdə rayon Qaratəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Qaratəpə kəndində atası X6, anası X4 və övladı X12 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ İİİ № 196645 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X12 10.09.2013-cü il tarixdə anadan olmuş, atası X22, anası Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» 08.02.2021-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3,120.2.4 və 228.1-ci maddələri, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 230-cu maddələri və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə cinayət işinin başlanmsı rədd edilmişdir.01 ədəd “3K” modelli, “4657 H” №-li, təklüləli tüfəng, 04 ədəd patron, 01 ədəd tıxac, 01 ədəd giliz, 02 ədəd qırma maddi sübut qismində tanınmış və saxlanılması Bərdə rayon polis şöbəsinə, 05 ədəd pambıq tamponda qan nümunələri, X5 məxsus olan 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 ədəd idman şalvarı, 01 ədəd qolsuz mayka və 01 ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd uzun köynək və 01 ədəd idman şalvarı maddi sübut qismində tanınmış və Bərdə rayon prokurorluğunun maddi sübutları saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində X23 öldürmək niyyətinin olmadığını, hadisə zamanı mərhum X13 Hacıyevin ondan qardaşı Şahid2 onunla cinsi əlaqədə olması ilə bağlı ittihamlarından imtina etməsini tələb etdiyini, bu zaman yaranan təhqir və mübahisənin səsinə Sevda Hacıyevanın otağa daxil olduğunu və həmin vaxt Şahid1 əlində olan tüfəngin lüləsindən yapışıb tüfəngi sonuncunun əlindən almaq istəyərkən ehtiyatsızlıqdan atəş açıldığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, ifadəsinin yeridə yoxlanılması zamanı verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarimxdə gecə vaxtı Sevda ona demişdir ki,o pozğundur, onu da atasını da biabr edəcəkdir.Hətta o atasını da ona tərbiyə vermədiyini görə təhqir etmişdir. Ona demişdir ki, həmişə namusunu qorumuşdur. Ancaq onun oğlu öz uvində yaşayan bir qadınla cinsi əlaqədə olmaqdan utanmayan bir adam olmuşdur. Sevda isə ona demişdir ki, onuun pozğunluğunu hamıya deyəcək, atasının qeyrəti olsa onun və özünün başına bir güllə vurmaqla ikisini də öldürər. Həmin vaxt onların yanında heç kim olmamışdır.Sonra onlar mübahisəni qurtarıb yatmağa getmişlər. Həmin günü Namiq saat təxminən 03 radələrində İmişli rayonuna getmiş, evdə o Sevda və Ümid qalmışdır. Ancaq Sevdanın və oğlu Xanoğlanın ona narşı etdikləri hərəkətləri düşünüb gecə yata bilməmişdir. Bilmişdir ki, Sevda atasına nəsə desə atasının ürəyi xəstə olduğundan həmin dəqiqə ürəyi dayanıb öləcəkdir.Sevdanın bu hərəkətlərinin qarşısını almaq üçün və ondan canın qurtarmaq üçün onu öldürmək qərarına gəlmişdir. Sevdaya başqa cür gücü catmayacağını düşünüb onu evdə olan Namiq əmiyə məxsus tüfənglə vurmaq qərarına gəlmişdir.Tüfəngdən istifadə etməyi Ümid ona öyrətmişdir.səhər saat 11 radələrində evdə ondan Sevdadan başqa heç kim olmayan vaxtı gecədən qurduğu planı həyata keçirməyə başlamışdır.Belə ki, Ümid həmin vaxt kəndin çayxanaçına getmişdir.Sevda isə evi təmizləyirdi.Tüfəngi və 1 ədəd patronu yataq otağında kreslonun istündən götürüb eyvana çıxmış,Sevda isə evin içərisində təmizlik işləri aparmışdır.Tüfəng əlində eyvana çıxanda Sevda onu görmüş, ancaq elə başa düşmüşdür ki, özünü atacaq, bu səbəbədən sakit olaraq heç nə deməmişdir.Eyvanda patronu tüfəngə qoyub içəri daxil olmuş,Sevda isə isə otağın yuxarısında süpürgə ilə evi süpürmüşdür.Tüfəngi onun üzərinə tuşlayıb ona «ya sən, ya mən, ya da Xanoğlan öləcək» demişdir. Sevda isə onu ata bilməyəcəyini bildirmişdir. Onların aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Sevda otağın yuxarısında o, isə giriş qapısı hissəsində dayanmışdır. Sevda artıq əlinin tətikdə olduğunu görüb qaçmaq istəmiş, o, isə onun bədənini nişan alıb atəş açmışdır.Atəş nəticəsində Sevda yerə yıxılmış, onun başından qan axmış, o üzü üstə yerə uzanmış,tam hərəkətsiz olmuşdur. Hadisənin təsirindən qorxub tüfəngi atəş açdığı yerə, yəni evin giriş qarısının isərisində yerə tullamışdır.Bundan sonra çölə çıxıb evin giriş şarısını açarla bağlamış və açarı la özü ilə götürüb qaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadəsinin yerində yoxlanılması zamanı da təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi həmin halları bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən, hadisə yerinin baxışı zamanı götürülmüş və Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd “3K” modelli, “4657 H” №-li, təklüləli tüfəng, 04 ədəd patron, 01 ədəd tıxac, 01 ədəd giliz, 02 ədəd qırma Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eləcə də iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun saxlanılan X5 məxsus olan 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 ədəd idman şalvarı, 01 ədəd qolsuz mayka və 01 ədəd büstqalter, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş məxsus olan 01 ədəd uzun köynək və 01 ədəd idman şalvarı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, 05 ədəd pambıq tamponda qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 160-cı maddəsinin tələblərinə əsasən valideynin və ya ailənin dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli 4 №-li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 28-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə məhkum olmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqları olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumları yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan 10.09.2013-ci il təvəllüdlü X12 anası Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşdur. Odur ki, baxımsız halda olan X7 qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər yanında yaşadığı babası X2 himayəsinə verilməli, X7 qəyyumluğa verilməsi məsələsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 10 noyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən, hadisə yerinin baxışı zamanı götürülmüş və Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd “3K” modelli, “4657 H” №-li, təklüləli tüfəng, 04 ədəd patron, 01 ədəd tıxac, 01 ədəd giliz, 02 ədəd qırma Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Eləcə də iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun saxlanılan X5 məxsus olan 01 ədəd qolsuz gödəkçə, 01 ədəd köynək, 01 ədəd idman şalvarı, 01 ədəd qolsuz mayka və 01 ədəd büstqalter, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş məxsus olan 01 ədəd uzun köynək və 01 ədəd idman şalvarı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, 05 ədəd pambıq tamponda qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs himayəsində olan 10.09.2013-ci il təvəllüdlü X12, qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər babası X2 himayəsinə verilsin. X7 qəyyumluğa verilməsi məsələsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-171/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-171/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver